Məhkəmə qərarları › İş №1(101)-389/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-389/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-389/2025 06.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X4 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, tərcüməçi- X3 iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ləşən “Consul” hoteldə müvəqqəti yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09:45-də baçıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə əldə etmiş, saxlamış və daşımışdır. 2.Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - 4,783 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxil olan psixotrop maddə metamfetamini və narkotik vasitlərə və psixotrop maddələrə aid olmayan “Güclü təsir edən maddələrin” siyahısına daxil olan tərkibində ümumilikdə 0,3 qram preqabalin təsiredici maddəsi olan 01 ədəd dərman kapsulunu əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi 364A ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 aprel 2024cü il tarixdə saat 12:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 14:19-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman tünd göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə 4,783 qram çəkidə psixotrop maddə metamfetamini və narkotik vasitlərə və ya psixotrop maddələrə aid olmayan tərkibində ümumilikdə 0,3 qram preqabalin təsiredici maddəsi olan 01 ədəd dərman kapsulu aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, mart ayının 27-də Rusiyadan deportasiya olunaraq Azərbaycana gəlmiş, həmin gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və onu sorğu-sual edərək səhəri gün buraxmışlar, həmin vaxt ona “Azərbaycanda özünə telefon nömrəsi al, bizimlə əlaqədə ol” demişlər. Sonra o, bibisigilə getmiş, səhəri gün nömrə almış və alan kimi də əlaqə saxlamışdır. Bir həftə ərzində demək olar ki, bir gündən bir əməliyyatçıya zəng etmiş, həmin əməliyyatçının adını telefona qeyd etsə də indi xatırlamır. O, əməliyyatçıdan Gəncə şəhərinə gedə bilib-bilməyəcəyini soruşmuş, əməliyyatçı da ona “getsən bir günlük gedə bilərsən, çünki səni hər an çağıra bilərik” demişdir. Həmin vaxt onun Rusiyadan qonağı gəldiyindən otelə getmişdir. Oteldən çıxarkən əməliyyatçılar ona yaxınlaşaraq “banditizmdir, maşına otur” demişlər. Ondan çantasını və telefonunu alıb yoxlamağa başlamışlar, telefonunun parolunu istədiklərindən parolu onlara vermişdir. Bölməyə çatanda ona bir büküm verəcəklərini deyərək onunla razılaşmasını bildirmişlər, nəyə görə və nə etdiyini soruşduqda isə ona zor tətbiq edərək hədə-qorxu gəlmişlər. Sonra ona boynuna almasa daha çox narkotik olacağını və əlavə olaraq da şahidlər olacağını demişlər. O, vəkilinin olduğunu bildirdikdə “burada vəkil var, o vəkil sənə bəsdir” demişlər. Çəkiliş zamanı təzyiqə görə o şəkildə bildirmişdir. Təxminən 6-7 dəfə çəkilişlər olmuş, hər dəfə çəkilişlər təkrarlanmış, çünki, bir dəfə işarə verdiyindən çəkilişi dayandırmışlar, vəkildən narazı olduğunu bildirdikdə də çəkilişi dayandırmışlar. Sonuncu dəfə çəkilişdən sonra MSY-ə getmiş, orada təxminən bir saat, bir saat yarım vaxtdan sonra onu çağırmışlar. İçəriyə girəndə təzədən tərcüməçi və həmin adamların orada olduqlarını görərək nə olduğunu soruşmuş, ona videonu rəisə yolladıqlarını, rəisin bunun nə video olduğunu, narkotikin maddəsini əməliyyatçıdan soruşduğunu deməsini bildirmişlər, öz aralarında güləndən sonra təzədən çəkiliş olacağını demişlər. Sonuncu çəkilişdən sonra onu təkrar MSY-ə yollamışlar. Çəkilişdə çantasının çox vaxt aparacağını demişlər. Onun bir telefonu, bir də 280 manat pulu olmuş, 100 manat həmin puldan və telefonu götürmüşlər. O, narkotik vasitə və dərman vasitələrinin istifadəçisi deyil. Polis əməkdaşlarının onunla nə problemlərinin olduğunu bilmir, birinci dəfə tutanda ondan adlar soruşmuşlar və nəyə görə deport olduğunu soruşmuşlar. Təxminən 12 yaşından Rusiyada yaşamış, siqaret və maşın biznesi ilə məşğul olmuş və sənədləri qaydasında olmadığından onu deportasiya etmişlər. O, sonuncu dəfə Həsən Əliyev küçəsində təxminən saat 11-ə 10 dəqiqə qalmış saxlanılmış, həmin vaxt tək olmuş və onu dörd nəfər saxlamışdır. İki gün əvvəl tanımadığı nömrədən ona tanışlıq adı ilə bir qızdan mesaj gəlmiş, həmin anda Nərimanovda olan “MADO” restoranına getməli olmuş, bu adla özünə taksi sifariş edərək çıxmış, çıxdığı anda əməliyatçı əlini uzadaraq “salam Tuhid” demiş, o, əlini uzadanda digərləri maşından düşmüş, əlini buraxmayaraq sakitcə maşına oturmasını demişdir. Saxlayandan sonra onu banditizm idarəsinə aparmışlar, idarədə üzərinə baxış keçirilərkən videoçəkiliş aparılmış, amma çantasını çəkilişə qoymamışlar. Onu aparan əməliyyatçılar hava limanında olan əməliyyatçılar olmamışdır. Saxlanılan zaman hər şeyi üzərində qara çantasınının içində olmuşdur. Çantasınının içində eynək, qulaqcıq və 280 manat pul olmuşdur. Onu maşında, idarənin girişində və yuxarıda isə tam olaraq yoxlamışlar. O, gedəndə nə vəkil, nə də tərcüməçi orada olmamış və onlara rus dilində danışdığını deməmişdir. Vəkil gələndən sonra ikilikdə görüşməmiş, nə tərcüməçi nəyisə tərcümə etmiş, nə də ki, vəkil hansısa söz işlətmişdir. Vəkilə təzyiqə məruz qalmağı barədə nə isə danışmamış, vəkil də həmin şəxslərlə dərhal çıxmışdır. Çəkilişin təkrar edilməsinin səbəbi iki dəfə narkotikin adı yadında qalmadığından adını deyə bilməmiş, daha sonra başı ilə onun olmaması barədə işarə vermişdir. Ondan sonra da ona təzyiqlər olmuşdur. Cibindən bir dərman və bir “kokos” çıxarmış, həmin dərman və narkotik vasitə onda olmamış, onları əməliyyatçılar vermişlər, videodakı çəkilişdə hər şeyin ona məxsus olduğunu bildirmişdir. Sanskiya məhkəməsində etiraf etmiş, çünki ona “orada etiraf etməsən səni geri qaytaracağıq, orada sənin üzərinə böyük çəki qoyulacaq” demişlər. İstintaq zamanı müstəntiqə dərman və narkotik vasitənin ona məxsus olmadığını demişdir. Ona olan təzyiqlərlə bağlı şikayətlər etmiş, prokurorluq əməkdaşları gəlmişlər və araşdırmanın nəticəsi barədə məlumatı olmamışdır. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 18 aprel 2024-cü il tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan patı” və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamini və içərisində güclü təsir edən maddə 3 preqabalin olan dərman kapsulunu tutulmamışdan 1 gün əvvəl, yəni 16 aprel 2024-cü il Bakı şəhəri, Nərimanov rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 70 manata almışdır. Tutulduğu vaxta qədər narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Lakin narkotik vasitələr və psixotrop maddələr onda maraq doğurmuşdur. Ona görə də narkotik vasitə və psixotrop maddə əldə etmək qərarına gəlmişdir. Əldə etdiyi psixotrop maddə və içərisində güclü təsir edən maddə preqabalin olan dərman kapsulunu istifadə etmək üçün üzərində saxlamışdır. Psixotrop maddə metamfetamini və içərisində güclü təsir edən maddə preqabalin olan dərman kapsulunu əldə etdiyini heç kimə deməmiş, heç kimə verməmiş, heç kimə satmamış və həmin maddənin üstündə olmasından heç kimin məlumatı olmamışdır. Əldə etdiyi psixotrop maddə metamfetamini və içərisində güclü təsir edən maddə preqabalin olan dərman kapsulunu bir gün üzərində saxlamış və 17 aprel 2024-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi 364A ünvanın yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə psixotrop maddə metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində tərcüməçi və hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, buna etiraz etmədiyini bildirdikdən sonra şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üstündə “Şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin və güclü təsir edən maddə preqabalin olduğunu bildirib, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümünü, 01 ədəd dərman həbini, 01 ədəd “İphone” markalı mobil telefon cihazını və 200 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən bükümün içərisində spesfik qoxuya malik olmayan, ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müşahidə edilmişdir. 01 ədəd həbə baxış keçirilən zaman isə həbin kapsul formalı olmaqla üstündə “P 300” yazısının olması müşahidə edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr və üstündə “P 300” yazısı olan 01 ədəd dərman həbi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və ya predmetlər aşkar edilməmişdir. Bundan başqa üstündən aşkar edilmiş “İphone” markalı mobil telefonun onun özünə məxsus olmasını və üzərində ***-***-**-** saylı mobil nömrə olduğunu bildirmiş, həmin telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün polis tərəfindən götürülmüş, eyni zamanda 200 manat pulun da özünə məxsus olduğunu və həmin pulu cinayət yolu ilə əldə etmədiyini bildirdiyi üçün həmin pul özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdəki maddələrin psixotrop maddə metamfetamin, 01 ədəd dərman həbin isə güclü təsiredən maddə preqabalin olduğunu və həmin maddə və dərmanı xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 70 manata aldığını və şəxsi istifadəsi üçün üstündə gəzdirdiyini, həmin maddələrdən heç kimə satmadığını, heç kimə hədiyyə etmədiyini, həmçinin belə bir niyyətinin olmadığını bildirmişdir. Əlavə olaraq üstündən aşkar edilən maddələrdən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (İ cild, səh. 95-99). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 17 aprel tarixində Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradaraq Nərimanov rayonu, H.Əliyev küçəsi 364 ünvanına yollanmışlar. O, qrupun rəhbəri təyin olunmuş, Şahid3 və Şahid2 adlı əməkdaşlarla birgə Tuhid adlı şəxsi saat 12dən sonra müəyyən edərək yaxınlaşıb xidməti vəsiqələrini təqdim etmişlər və həmin şəxsi baş idarəyə dəvət etmişlər. Baş idarədə müdafiəçi, təhqiqatçının və tərcüməçinin iştirakları ilə birlikdə şəxsi axtarış və götürmə həyata keçirilmiş, çəkiliş vasitəsi ilə həmin şəxsin üzərindən bir büküm psixotrop maddə olan metamfetamin və bir ədəd preqabilin aşkar olunmuş, aşkar olunanları bir gün əvvəl tanımadığı şəxsdən yetmiş manata aldığını bildirmiş, daha sonra aşkar olunmuş maddə qabalşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxsin çantasından “İphone” markalı telefon, 200-300 manat pul çıxmış, başqa nələrin çıxmasını və hansısa sənədin olmasını xatırlamır. Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində, 17 aprel tarixində, təxminən günorta saat 12-1 arasında saxlanılmışdır. Narkotik çantasından yox, üzərindən çıxmış, əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuş, amma istintaq dövründə satışı müəyyən etməmişdir. Məlumatda həm psixotrop maddə, həm də narkotik vasitənin satışı olmuşdur. Xaricdə yaşadığı yeri yox, Azərbaycanda yaşadığı yeri bilmiş, ona əməliyyat məlumatı veriləndə xaricdə yaşaması barədə məlumat vermişlər. Təqsirləndirilən şəxsin döyülərək, polis əməkdaşları tərəfindən üzərinə narkotik qoyulması barədə dedikləri yalandır. Şəxsin deportasiya edildikdən sonra çağırılaraq sorğu-sual edilməsindən onun məlumatı yoxdur. Əməliyyat məlumatı ona adı, soyadı və bütün məlumatları ilə gəlmiş, şəxsiyyətini müəyyən etmək üçün portaldan çıxarış etmişdir. Çəkilişin kimin tərəfindən aparıldığını xatırlamır. Bakıda yaşamadığını bildikləri üçün otelə baxış keçirməmişlər və otelə baxış keçirmək önəm kəsb etməmişdir. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hansısa zor və təzyiq olmamışdır. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 17 aprel 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 17 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Bakı şəhəri, Nərimanov rayonuna getmişlər. 17 aprel 2024-cü il tarixdə saat 12:30-da Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi 364A ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu yaxınlıqda yerləşən BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla BMCMİ-nin inzibati binasına gəlmişdir. BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş təhqiqatçısı Orxan Məmədov tərəfindən həmin şəxs müdafiəçi və tərcüməçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 17 aprel 2024-cü il tarixdə saat 14 radələrdə Baş İdarənin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra o şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin və güclü təsir edən maddə preqabalin olduğunu bildirib, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, 01 ədəd dərman həbini, 01 ədəd “İphone” markalı mobil telefon cihazı və 200 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən bükümün içərisində spesfik qoxuya malik olmayan, ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müşahidə edilmişdir. 01 ədəd həbə baxış keçirilən zaman isə həbin kapsul formalı olmaqla üstündə “P 300” yazısının olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr və üstündə “P 300” yazısı olan 01 ədəd dərman həbi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və ya predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş “İphone” markalı mobil telefonun onun özünə məxsus olmasını və həmin telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, eyni zamanda 200 manat pulun da özünə məxsus olduğunu və həmin pulu cinayət yolu ilə əldə etmədiyini bildirdiyi üçün həmin pul onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdəki maddələrin psixotrop maddə metamfetamin, 01 ədəd dərman həbinin isə güclü təsiredən madə preqabalin olduğunu və həmin maddə və dərmanı xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 70 manata aldığını və şəxsi istifadəsi üçün üstündə gəzdirdiyini, həmin maddələrdən heç kimə satmadığını, heç kimə hədiyyə etmədiyini, həmçinin belə bir niyyətinin olmadığını bildirmişdir. Əlavə olaraq üstündən aşkar edilən maddələrdən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir (İ cild, səh. 139-142). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 17 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi barədə Şahid1 əməliyyat məlumatı daxil olmuş, bununla bağlı həmin gün, saat ikidə Nərimanov rayonu ərazisində H.Əliyev küçəsində tədbir keçirilmiş və təxminən saat 12:30-da şəxs müəyyən olunaraq idarəyə gətirilmişdir. Əməliyyat tədbirində üç nəfər iştirak etmişlər. İdarədə şəxsin üzərinə təxminən saat 2-də çəkilişlə baxış keçirilmiş, üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə bir həb, telefon, bir büküm və iki yüz manat pul təqdim etmiş, həbin güclü təsiredici maddə olduğunu və onu istifadə etdiyini, şəffaf bükümün isə “patı” olduğunu, ikisini birlikdə bir gün qabaq yetmiş manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş, üzərinə şəxsi axtarış videoçəkilişlə keçirilmiş, videoçəkiliş bir dəfə olmuşdur. Aşkar edilən maddələr təqsirləndirilən şəxsin üzərində olmuş, polis əməkdaşları tərəfindən şəxsə heç bir narkotik vasitələr verilməmişdir. Təqsirləndirilən şəxsdən siqaret və açar aşkar edilməsini xatırlamır. Oteldə hansısa baxış olmadığından orada iştirak etməmişdir. Təqsirləndirilən şəxsdə hansısa çanta olmamışdır. Anasına çantasının təhvil verrilib-verilməməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs idarəyə dəvət etmək üçün saxlayanda onları rahat başa düşmüş, tərcüməçi ilə təmin edilməsini təhqiqatçı qərar vermişdir. Təqsirləndirilən şəxsə saxlanılan zaman, ondan sonra hansısa formada zor və təzyiq olmamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 143-146). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı, daşınma və gəzdirməsi ilə bağlı əməliyyat məlumatı qrupun rəhbəri Şahid1 daxil olmuş, bununla bağl raportla müraciət edildikdən sonra əməliyyar qrupu yaradılmış, əməliyyat qrupuna o, Ayaz və Ramil daxil edilmişlər, daha sonra qrup rəhbərinin başçılığı altında hadisə yerinə yollanmışlar, əməliyyat 17 aprel 2024-cü il tarixində baş tutmuşdur. Hadisə yeri Nərimanov rayonu ərazisində, H.Əliyev küçəsində olmuş, getdikdən sonra saat təxminən birin yarısı qeyd edilən şəxsin orada olduğunu görmüşlər, yaxınlaşıb özlərini təqdim etmişlər və şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Barəsində tərtib edilmiş qərarla şəxsi tanış etdikdən sonra onlarla idarəyə gəlməsini xahiş etmişlər, şəxs də heç bir müqavimət göstərmədən onlarla birgə idarəyə yaxınlaşmışdır. Daha sonra idarədə xidməti otaqda şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, qeyd edilən şəxsin üzərindən şəxsi əşyaları, dərman həbi və narkotik vasitə metamfetminə oxşar maddə aşkar edilərək götürülmüşdür. Əməliyyat məlumatı şəxsin narkotik vasitə və psixotrop maddələrin daşınması, satışı ilə bağlı olmuş, fəaliyyəti barədə yox, şəxsiyyəti barədə məlumat verilmişdir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması, harada daimi yaşaması, qeydiyyatı barədə məlumatlar əməliyyat qrupunun rəhbərində olmuşdur. Saxlanılan zaman təqsirləndirilən şəxs hansısa müqavimət göstərməmiş və idarədə şəxsə qaşı heç bir zorakılıq olmayıb. Onlar şəxsi orada gözləməmişlər, məlumat daxil olduqdan sonra əməliyyat qrupu yarardılmış, qrupun rəhbəri avtomobili idarə etmiş və gedib şəxsi saxlamışlar. Onlar oraya yaxınlaşanda Tuhid yolun kənarında dayanmışdır. O, əməliyyat məlumatında şəxsin hansı saatda harada olacağını bilməmiş, qrup rəhbəri bilmişdir. Qrup rəhbəri şəxsin Tuhid olduğunu demişdir. Portaldan çıxarış olub-olmadığını qrup rəhbəri bilmiş, telefonda şəkili göstərilmiş, şəkil sənəd şəkili deyil, adi şəkil olmuşdur. Şəxsi qərarla əməliyyat qrupunun rəhbəri tanış etmiş, hansı qərarla tanış etməsini o, xatırlamır. Əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmiş, həmin qərarla tanış etməyin nə qədər vaxt apardığını xatırlamır. Qərarla hansı formada tanış etmələri xırdalıqlardır, həmin xırdalığı da yadıda saxlaya bilməmişdir. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış videoçəkilişlə olmuş, müdafiəçi ilə təmin edilmiş, tərcüməçinin olub-olmamasını isə xatırlamır. Aşkar edilmiş maddələri bir gün əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarışda cibindən telefon və pul kimi şəxsi əşyaları çıxmış, çantasının isə nə boyda olmasını, rəngini və nəyin çıxmasın xatırlamır. Telefonun cibindən və ya çantasından çıxmasını xatırlamır. Səhv etmirsə narkotik cibindən çıxmışdır. Pulun isə haradan çıxmasını xatırlamır. Maşına əyləşəndə çantanı şəxsin əlindən almamışlar. Çantanı əlində tutması və ya çiyninə atması onun yadında deyil. Şəxsi axtarış çəkiliş bitənə kimi davam etmişdir. Çəkiliş bir dəfə olmuş, təkrarlanmamışdır. Şəxsi axtarış zamanı şəxsdən xarici pasport aşkar edilməmişdir. Əgər tərcüməçi olmuşsa təhqiqatçı çağırmışdır. O, təqsirləndirilən şəxsin rusdilli olmasını təhqiqatçının haradan bildiyini bilmir. Təqsirləndirilən şəxs üzərində narkotik olmamasını yalan deyir. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 10.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 147-150). 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2072 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata tədqiqata təqdim edilmiş, AR DİN “Zərflər üçün №6” möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi..." qeydli paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,783 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, üzərində “P300” yazısı olan ağ/qəhvəyi rəngli dərman kapsulunun tərkibində ümumilikdə 0,3 preqabalin təsiredici maddəsi müəyyən edilmişdir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunan psixotrop maddələr”in siyahısına (Siyahı İ), Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir (İ cild, səh. 50-53). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 18 aprel 2024-cü il tarixli 2466 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 183-184). 13.Məhkəmə-tibbi ekspertizasının 30 aprel 2024-cü il tarixli, 1436/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid və fenilalkilamin qrupuna aid olan Metamfetamin aşkar edilmişdir (İ cild, səh. 185-188). 14.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 17 aprel 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə “Patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin və güclü təsir edən maddə preqabalin olduğunu bildirib, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümünü, 01 ədəd dərman həbini, 01 ədəd “İphone” markalı mobil telefon cihazını və 200 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən bükümün içərisində spesfik qoxuya malik olmayan, ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müşahidə edilmişdir. 01 ədəd həbə baxış keçirilən zaman isə həbin kapsul formalı olmaqla üstündə “P 300” yazısının olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr və üstündə “P 300” yazısı olan 01 ədəd dərman həbi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və ya predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs, üstündən aşkar edilmiş “İphone” markalı mobil telefonun onun özünə məxsus olmasını və üzərində ***-***-**-** saylı mobil nömrə olduğunu bildirmiş, həmin telefon, eyni zamanda 200 manat pulun da özünə məxsus olduğunu və həmin pulu cinayət yolu ilə əldə etmədiyini bildirdiyi üçün həmin pul onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdəki maddələrin psixotrop maddə metamfetamin, 01 ədəd dərman həbinin isə güclü təsiredən maddə preqabalin olduğunu və həmin maddə və dərmanı xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 70 manata aldığını və şəxsi istifadəsi üçün üstündə gəzdirdiyini, həmin maddələrdən heç kimə satmadığını, heç kimə hədiyyə etmədiyini, həmçinin belə bir niyyətinin olmadığını bildirmişdir (İ cild, səh. 37-39). 15.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 08 may 2024-cü il tarixli, 5935 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 138). 16.«Maddi sübut hesab edilməsi haqqında» 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 4,683 qram psixotrop maddə metamfetamin və tərkibində təsir edici maddə preqabalin olan 0,5 kapsul maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (İ cild, səh. 125-127, 201-216). 17.«Sübutların qiymətləndirilməsi haqqında» 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (İ cild, səh. 201-216). 18.Məhkəmə-tibbi ekspertizasının 04 may 2024-cü il tarixli, 224/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (İ cild, səh. 189-191). 19.«Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 31 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə material üzrə cinayət işinin başlanması rədd edilmişdir (İ cild, səh. 176-177). 20.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 25). 21.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 4(005)- 514/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 aprel 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 118-120). 22.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 178). Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 24.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 25.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

27. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutların, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə bəraət verilməli, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımaya tövsif edilməlidir.

28. Belə ki, təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin məhz "satış məqsədi ilə" əldə edilməsi, saxlanması və ya daşınması ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır. 29.İbtidai istintaq orqanı tərəfindən əməl sübutların məcmusuna ittihamın həlli üçün toplanmış sübutların kifayət etməsinə əsasən qiymət verilmədən düzgün tövsif olunmamışdır. İttihamın təsdiq olunması üçün təqdim edilmiş sübutlar məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və ya daşıması nəticəsinə gəlinməsinə imkan verməmiş, təqsirləndirilən şəxsin məqsədinin məhz satış olması ilə bağlı sübutların kifayət etmədiyi qənaəti yaratmışdır. 30.İş üzrə toplanmış sübutlar yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. 31.Bundan başqa, hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktında qeyd olunur ki, «Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun qismən etirafedici ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahid ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 17 aprel 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 3-16- 16/2-6/2072 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator X1 18 aprel 2024-cü il tarixli, 2466 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” X11 daxil olmuş 30 aprel 2024-cü il 1436/K nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” X11 daxil olmuş 04 may 2024-cü 224/MEŞ nömrəli rəyi, Azərbaycan Respublika Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılması barədə qərarı, maddi sübut qərarı və digər istintaq sənədləri ilə kifayət qədər sübuta» yetirilmişdir. İstintaq orqanının gəldiyi göstərilən nəticə mənbəyi olmayan ümumi sözlərdən ibarət formal cümlə olmaqla iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı halı özündə əks etdirmir. Belə ki, aparılan hərtərəfli məhkəmə araşdırması zamanı istintaq orqanı tərəfindən qeyd olunan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni məhz satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması faktına rast gəlinməmişdir. Bundan başqa, istintaq orqanı təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsinin onun özünün qismən etirafedici ifadələri ilə sübuta yetirildiyini qeyd etmiş, lakin həmin etirafedici ifadələrin nədən ibarət olmasına aydınlıq gətirilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan sənədlərin heç birində istintaq orqanın qeyd etdiyi kimi təqsirləndirilən şəxsin istinad edilən cinayət əməlinin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən qismən etirafedici ifadə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi ilkin etirafedici ifadəsində psixotrop maddəni və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni şəxsi istifadəsi üçün üstündə gəzdirdiyini, həmin maddələrdən heç kimə satmadığını, heç kimə hədiyyə etmədiyini, həmçinin belə bir niyyətinin olmadığını deməsini qeyd etmişlər. 32.İstintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növləri kimi «şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk» qeyd etmişdir. İş materiallarında olan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 17 aprel 2024-cü il tarixli protokolda və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən diskdə Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən hər hansı bir fakt müəyyən edilməmişdir. «...Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdəki maddələrin psixotrop maddə metamfetamin, 01 ədəd dərman həbinin isə güclü təsiredən maddə preqabalin olduğunu, həmin maddə və dərmanı xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 70 manata aldığını və şəxsi istifadəsi üçün üstündə gəzdirdiyini, həmin maddələrdən heç kimə satmadığını, heç kimə hədiyyə etmədiyini, həmçinin belə bir niyyətinin olmadığını bildirmişdir... ». Bu səbəbdən, məhkəmə hesab edir ki, istintaq orqanının istinad etdiyi qeyd olunan sübut növləri Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq etmir. 33.Bundan başqa, istintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növü kimi « maddi sübut qərarı» göstərmişdir. «Maddi sübut hesab edilməsi haqqında» 19 aprel 2024-cü il tarixli və «Sübutların qiymətləndirilməsi haqqında» 13 iyun 2024-cü il tarixli qərarlardan göründüyü kimi cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 4,683 qram psixotrop maddə metamfetamin və tərkibində təsir edici maddə preqabalin olan 0,5 kapsul, cinayət işi üzrə şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən bir ədəd «DVD» formatlı disk maddi sübut kimi tanınmışdır. Göstərilən maddi sübutlar Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən psixotrop maddənin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin mövcudluğunu, eləcə də həmin maddənin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsini, Təqsirləndirilən şəxs dövriyyəsi qanunla qadağan edilən psixotrop maddəni və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növü olsa da satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması qənaətinə gəlməyə əsas vermir. 34.İstintaq orqanının istinad etdiyi ekspert rəylərinə aid hissədə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin psixotrop maddəni və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növü kimi göstərilən ekspert rəylərinə istinad edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2072 nömrəli ekspert rəyi tədqiqata təqdim edilmiş aşkar olunan maddələrin psixotrop maddə metamfetamin və tərkibində ümumilikdə 0,3 qram preqabalin təsiredici maddəsi olan dərman kapsulunun olmasını təsdiq etsə də həmin psixotrop maddənin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilib üzərində saxlanılaraq daşınmasını müəyyən etmir. Məhkəmə-tibbi ekspertizasının 30 aprel 2024-cü il tarixli, 1436/K nömrəli rəyi isə Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid və fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edildiyini müəyyən edir ki, bu fakt da Təqsirləndirilən şəxs psixotrop maddə istifadəçisi olduğunu təsdiq edir. 35.Bundan başqa, istintaq orqanı tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsinin «digər istintaq sənədləri» ilə kifayət qədər sübuta yetirildiyini qeyd etmiş, lakin yenə də digər istintaq sənədlərinin nədən ibarət olmasına aydınlıq gətirilməmiş, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında isə təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən istintaq orqanın qeyd etdiyi kimi «digər istintaq sənədləri» müəyyən edilməmişdir. 36.Eyni zamanda, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış digər istintaq sənədlərinin hər hansı birində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və tərkibində preqabalin təsiredici maddəsi olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni öz şəxsi istifadəsi üçün əldə etməsini təkzib edən sübut növü və ya sübutların məcmusu müəyyən olunmamışdır. 37.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan üç əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan üç məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qeyd olunan üç amildən heç biri hazırki cinayət işi üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımasına dair ittiham verilmiş, təqsirləndirilən şəxsin əməlində şəxsi maraq məqsədilə psixotrop maddənin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilməmişdir. 38.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 39.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 40.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilir ki, “təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. 41.Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə əldə etməsi, qeyd edilən maddələrin satışı ilə məşğul olması cinayət təqibi orqanı tərəfindən mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. 42.İş materiallarının təhlili göstərir ki, təqsirləndirilən şəxsin ondan aşkar edilərək götürülmüş psixotrop maddəni və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin maddələri ona satacağı barədə cinayət işində hər hansı sübut mövcud deyildir. Həmçinin psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» psixotrop maddələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər etməsi barədə bir sübut olmadan satış ilə bağlı verilmiş ittiham yalnız ehtimal xarakteri daşıyır. 43.Cinayət Prosessual Məcəlllənin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz. 44.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə şübhəli vəziyyətdə göstərilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. 45.«Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» 18 mart 2016-cıil tarixli, 180- VQ №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının» siyahısının 71-ci bəndinə əsasən «Preqabalin (S)-3-(aminometil)-5-metilheksan turşusu» güclü təsir edən maddələrə aid edilir. 46.Məhkəmə sübutları ayrı-ayrılıqda tədqiq edib onları məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin bir bükümdə - 4,783 qram çəkidə psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, bu onun həmin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Bu baxımdan təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut olmadan, yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarının külli miqdar təşkil etməsi həmin psixotrop maddənin məhz satış məqsədi ilə əldə edildiyi barədə nəticəyə gəlməyə əsas vermir. 47.Məhkəmə eyni zamanda təqsirləndirilən şəxs barəsində Məhkəmə-tibbi ekspertizasının 30 aprel 2024-cü il tarixli, 1436/K nömrəli rəyinə istinadən həmçinin Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid və fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilməsi halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə uyğunluğunu, yəni təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə edib, daşıması və saxlamasını təsdiq edən mötəbər haldır. Məhkəmə belə qənaətə gəlir ki, bu hal təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. 48.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 49.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsinin dispozisiyasına əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma halı olduqda müvafiq cinayət məsuliyyəti yaradır. 50.Məhkəmə tədqiq edilmiş sübutlara tam və hərtərəfli hüquqi qiymət verərək qənaətə gəlir ki, təqsirləndirilən şəxsin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni ona verilmiş ittiham qeyd olunduğu kimi satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. 51.İşin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə edib saxlayaraq və daşıyarkən satış məqsədini güdməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. 52.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 53.Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. 54.İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qənaətinə gəlməyə əsas vermir. 55.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qeyd olunan normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 56.Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir 57.Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 58.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. 59.Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. 60.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə tərkibi yuxarıda qeyd edilən müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə bəraət verilməli, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif olunmalıdır. 61.Beləliklə məhkəmə işin həqiqi hallarına cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq, həmin sübutları müqayisəli tədqiq edib məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 62.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 63.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 64.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 65.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 66.Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 67.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. 68.Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,783 qram çəkidə psixotrop maddə metamfetamin əldə etməsi, üzərində saxlaması və daşıması təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla təsdiq olunur. 69.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 70.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 71.Belə ki, «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 31 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, məhkəmə-tibbi ekspertizasının 04 may 2024-cü il tarixli, 224/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. 72.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 73.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» 17 aprel 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 74.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 75.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 76.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 77.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 78.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 79.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 80.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 81.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 82.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 83.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 84.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 85.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 86.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 87.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 88.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 89.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 17 aprel 2024-cü il tarixdən hesablanmalıdır. 90.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 91.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. 92.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 93.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,683 qram çəkidə psixotrop maddə metamfetaminin və tərkibində təsir edici maddə preqabalin olan 0,5 kapsulun məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 94.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 95.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 96.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 97.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsinə aid hissədə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 4,683 qram çəkidə psixotrop maddə metamfetamin və tərkibində təsir edici maddə preqabalin olan 0,5 kapsul məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər:

1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar