Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-390/2021 18.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 6-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmış, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxt və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 0,565 qram və 04 ədəd 1 ml-lik şprisdə toplam ümumi çəkisi 0,632 qram, ümumilikdə 1,197 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd polietilen torbada təmiz çəkisi 29,662 qram narkotik vasitə olan qurudulmuş marixuananı və 01 ədəd şəffaf plastik qabda 04 ədəd ümumi çəkisi 0,118 qram olan əkib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib kirayə yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi H.Z.Tağıyev küçəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evində saxlamış, xx xxxxx 2019-cu il tarixdə, saat 21:00-da Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinin (bundan sonra: RPİ, PB) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı evdən qaçaraq saxladığı narkotik maddələri qonşuluqda yaşayan Şahid6 yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi H.Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə atmışdır. Elə həmin gün Şahid6 yaşadığı evin həyətinə baxış keçirilən zaman 01 ədəd siqaret qutusunun içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 0,565 qram və 04 ədəd 1 millilitrlik şprisdə toplam ümumi çəkisi 0,632 qram, ümumilikdə isə 1,197 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd polietilen torbada təmiz çəkisi 29,662 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd şəffaf plastik qabda 04 ədəd, ümıımi çəkisi 0,118 qram olan əkib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları, 01 ədəd ağzı açıq paketdə təmiz çəkisi 2,730 qram ağ rəngli, kristal şəkilli limon duzu, üzərində heroin izləri olan 02 ədəd şüşə flakon, 01 ədəd ampula qırığı, 21 ədəd şpris və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən, anket məlumatları müəyyənləşdirilməmiş şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq xx xxxx 2020-ci il tarixdə, günorta saatlarında sonuncunun ünvan 2 ünvanın yaxınlığında yerləşən zibil qutusunun yanında qoyduğu külli miqdarda 274,0 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində və yaşadığı ünvan 3 ünvanında saxlamış, xx xxxx 2020-ci il tarixdə qanunsuz əldə etdiyi həmin külli miqdarda heroin narkotik vasitəsini satmaq məqsədi ilə götürüb evdən çıxmış və saat 18:30 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, həmin ünvanın qarşısında saxlanılıb ünvan 4 ünvanda yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nə aparılmış və üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 274,0 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ümumilikdə 1,197 qram çəkidə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, təmiz çəkisi 29,662 qram çəkidə qurudulmuş marixuana narkotik vasitəsi və sç. aşkar edilib götürülməsi faktına görə xx xxxxx 2019-cu il tarixdə Abşeron RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış, həmin cinayət işinin gedişqatında Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif olunmaqla o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan sonra xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda - 274,0 qram çəkidə heroin narkotik vasitəsi aşkar edilib götürülməsi faktına görə xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə başqa – ********* saylı cinayət işi başlanılmış və həmin cinayət işi üzrə istintaq orqanının xx xxxx 2020-ci il tarixli qərarına əsasən ********* saylı cinayət işi sonuncu - ********* saylı cinayət işinə bir icraatda birləşdirilməklə ibtidai istintaq davam etdirilib yekunlaşdırılmışdır (iş vərəqə: cild İ, səh 1, 94-94, 102). Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisi olduğundan üzərində narkotik vasitə saxlamış və gəzdirmişdir. O, Abşeron rayonunun Digah qəsəbəsində, H.Z.Tağıyev küçəsində salınmış yeni məhəllədə yerləşən fərdi yaşayış evində kirayədə yaşamışdır. xx xxxxx 2019-cu il tarixdə atası Şahid7 onun kirayə yaşadığı həmin evə gəlmiş, ikisi birlikdə evdə olarkən axşam saatlarında evin həyət qapısı döyülmüşdür. Həyətin bayır tərəfindən səslənən şəxslərin polis əməkdaşları olduqlarını öyrəndikdə o, evdə saxladığı bir ədəd sellofan torbada olan narkotik vasitələri və narkotik vasitələri istifadə etmək üçün əşyaları götürərək qaçmış, heç nədən xəbəri olmayan atası da ona baxaraq qaçmışdır. Onlar hasardan aşıb həmin evin qonşuluğunda yerləşən həyətə düşmüş, orada əlində olan torbanı atmış və qaçmaq istəyərkən polis əməkdaşları qonşuluqda yaşayan, lakin adını bilmədiyi şəxslə birlikdə onları saxlamışdır. Polis əməkdaşları onları Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirdikdən sonra qaçarkən özündə saxladığı narkotik vasitəni qonşu həyətdə otların arasında atdığını bildirmişdir. Mehdiabad PB-də xidməti otaqların birində onun üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərində hər hansı əşya aşkar olunmamışdır. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş və həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Mehdiabad PB-də olarkən o, qonşunun həyətinəf atdığı sellofan torbanın yerini polis əməkdaşlarına göstərmiş, sahəyə baxış keçirilmiş, və atdığı sellofan torba olduğu yerdə aşkar edilmişdir. Sellofan torbaya baxış keçirilərkən torbanın içərisində ona aid olan narıncı rəngli dəsmala bükülmüş qurudulmuş marixuana, bir bükümdən ibarət gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin, 6 ədəd marixuana toxumları, istifadə edilmiş və istifadə edilməmiş tibbi şprislər, içərisində maye formalı hazırlanmış narkotik olan tibbi şpris, bir ədəd tərəzi, bir ədəd kofe doğramaq üçün aparat, istifadəyə yarasız alışqanlar və alışqan hissələri aşkar olunmuşdur. Baxış prosesi video lentə alınmışdır. Aşkar edilmiş əşya və kütlələr qablaşdırılaraq 236 saylı möhürlə möhürləndikdən sonra imzalanması üçün ona və baxışda iştirak edən digər şəxslərə təqdim edilmişdir. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuşdur. İstər qablaşdırmalar və iəstərsə də tərtib olunan protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, o, narkotik vasitələri Binəqədi rayonu ərazisində müxtəlif vaxtlarda, tanımadığı şəxslərdən istifadə etmək üçün alıb özündə saxlamışdır. Atası Şahid7 onun narkotik maddə istifadəçisi olmağından və üzərində narkotik maddə saxlamağından hər hansı bir məlumatı olmamış, xx xxxxx 2019cu il tarixdə onun yaşadığı evə yalnız onunla görüşməyə gəlmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız özünün istifadəsi üçün narkotik maddə əldə etmişdir. xx xxxxx 2019-cu il tarixdə Şahid6 həyətində aşkar olunmuş narkotik maddələr, şprislər, tərəzi və digər əşyalar ona məxsus olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, onda heç vaxt 274 qram heroin narkotik vasitəsi olmamışdır. Özündə cəmi 8 qram heroin olmuşdur ki, həmin heroini yaşadığı məhəllədə tanış olduğu bir nəfərdən özünün istifadəsi üçün alıb əldə etmişdir. Onun iranlılarla heç bir əlaqəsi olmamış, lakin məhəllədə tanış olduğu həmin şəxs özünü iranlı kimi təqdim etmişdir. Heroin narkotik vasitəsi aldığı həmin şəxs mobil telefonla ona göndərdiyi hesab nömrəsinə ödəniş aparatı vasitəsi ilə 180 manat pul göndərmişdir. Həmin pulu özü deyil, onun xahişi ilə aparatın yanında dayanmış uşaqlar təqdim etdiyi hesaba göndərmişdir. Həmin şəxs isə 8 qram heroini gətirib onun yaşadığı həyətə tullayıb getmiş, lakin o, şəxsin özünü görməmişdir. Həmin şəxsin anket məlumatları barədə ona heç nə məlum deyildir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 18:00 radələrində o, yaşadığı ünvan 2 ünvandan çıxarkən, həmin narkotik vasitə olan heroini də özü ilə götürmüşdür. Həmin günü təxminən saat 18:30 radələrində o, yaşadığı evin qarşısında gəzdiyi vaxt iki nəfər mülkü geyimli şəxs ona yaxınlaşmış və onu saxlamışlar. Onların polis əməkdaşları olduqlarını sonradan öyrənib bilmişdir. Polis əməkdaşları onu Binəqədi RPİ-nin 43-cü polis bölməsinə aparmış, orada xidməti otaqlardan birində üzərində özünün istifadəsi üçün saxladığı 8 qram heroin ondan götürülmüşdür. Üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması, olduğu halda könüllü təqdim etməsi ona təklif olunmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmiş, təzyiqlər göstərilmiş, məqsəd ondan götürülən heroinin miqdarının artırılması olmuşdur. Məcburiyyət qarşısında polisin dedikləri ilə razılaşmış və videoçəkiliş altında ona verilən bir ədəd selofan bükülünü təqdim etmiş, sənədləri imzalamış və yazılıb hazırlanmış ifadəsini oxumadan imzalamışdır. İfadəsinin məzmunu ilə sonradan tanış olmuşdur. O, narkotik vasitə əldə etməsi üçün heç kimə 800 (səkkiz yüz) manat pul verməmiş və 274 qram heroin narkotik vasitəsi almamış və o, saxlanılarkən üzərində heç bir tərəzi olmamışdır. Heç kimə narkotik vasitə satmamış, satış məqsədilə üzərində gəzdirməmiş və ya belə bir ifadə verməmişdir. 8 qram heroin onun özünə məxsus olmuş və yalnız özünün şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində hər iki epizod üzrə özünü təqsirli bilib əməlini tam etiraf etmiş, birinci epizod üzrə məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə vermiş, lakin ikinci epizod üzrə göstərmişdir ki, o, təxminən xx xxxx 2020-ci il tarixdə anket məlumatlarını bilmədiyi şəxsə 800 (səkkiz yüz) manat pulu verməklə həmin pulun müqabilində həmin şəxsdən narkotik maddə olan heroin almışdır. O, həmin heroini aldıqdan sonra aparıb, yaşadığı evdə gizlətmişdir ki, lazım olduğu halda özü istifadə etsin və kimsə narkotik vasitə istəsə həmin şəxslərə satsın. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 18:00 radələrində o, yaşadığı ünvan 6 ünvandan çıxarkən, həmin narkotik vasitə olan heroini də özü ilə götürmüşdür. Həmin günü saat təxminən 18:30 radələrində o, yaşadığı evin qarşısında gəzdiyi zaman, iki nəfər mülkü geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər öncə ondan anket məlumatlarını soruşmuş, o, polis əməkdaşlarına adının Rövşən, soyadının isə Əsədzadə olduğunu bildirmişdir. Sonra polis əməkdaşları onu Binəqədi RPİ-nin 43-cü polis bölməsinə dəvət etmişlər və o da buna etiraz etməyib, polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə getmişdir. Polis bölməsinin inzibati binasında olan xidməti otaqlardan birində ona hüquq, vəzifələri izah olunmuş və bundan sonra hüquqlarının müdafiə olunması üçün polis bölməsinə müdafiəçi dəvət olunmuşdur. Daha sonra polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olubolmamasını, olduğu halda könüllü təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt video çəkiliş aparılmaqla ona hüquq və vəzifələri izah olunmuş və o, əlində olan ağ rəngli sellofanın içərisindən, bir ədəd şəffaf rəngli bükülünü, bir ədəd boz rəngli tərəzini, əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd özünə məxsus qara rəngli, “Samsung” markalı mobil telefonu, iki ədəd 5 manatlıq pul əskinazını otaqda olan masanın üzərinə qaymuşdur. Şəffaf rəngli bükülü açılan zaman içərisində narkotik maddə olan heroin olması müəyyən olunmuşdur. Sorğu zamanı o, həmin maddənin narkotik maddə olan heroin olduunu, həmin heroini tanımadığı şəxsdən satmaq və öz istifadəsi üçün aldığını bildirmişdir. Bu barədə tərtib edilmiş protokol ucadan oxunmuş, doğruluğu imzalarla təsdiqlənmiş və üzərindən aşkar olunaraq götürülmüş narkotik maddə olan heroin qablaşdırılaraq möhürlənmiş zərfə qoyulmuşdur. O, həmin narkotik maddəni İran İslan Respublikasının adını bilmədiyi vətəndaşından almışdır. O, həmin pulu həmin şəxsin hesabına köçürmüş və həmin şəxsdə onunla votsap vasitəsi ilə əlaqə saxlayaraq ona həmin narkotik maddəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 30 ünvanda yerləşən zibil qutusunun yanından götürməsini bildirmişdir. O da öz növbəsində həmin yerə getmiş və oradan narkotik vasitə olan heroini götürmüşdür. Həmin heroini oraya kimin qoymasından onun heç bir məlumatı olmamışdır. O, həmin narkotik maddəni götürən kimi, həmin şəxsin votsap nömrəsini öz telefonundan silmişdir ki, bu barədə heç kimin heç bir məlumatı olmasın. Həmin İran vətəndaşı olan şəxsin nömrəsini ona üzdən tanıdığı və anket məlumatlarını bilmədiyi, narkotik maddələrin satışı ilə məşğul olan şəxs vermişdir ki, bu şəxslə əlaqə saxlasın, həmin şəxsə pul versə, həmin şəxs ona narkotik maddə göndərəcəkdir. O da həmin şəxslə əlaqə saxlayıb, həmin narkotik maddəni almışdır. O, həmin şəxsdən birinci dəfə olmuşdur ki, narkotik maddə almışdır. Həmin narkotik maddədən də heç bir miqdarda sata bilməmişdir (iş vərəqə: cild İİ, səh. 55-58). İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Abşeron RPİ-nin Mehdiabad PB-nin Digah qəsəbə inzibati ərazisinin sahə rəisi Şahid3 ifadəsində göstərdi ki, o, xx xxxxx 2019-cu il tarixdə xidməti iş yoldaşı, polis sahə rəisi Şahid4 ilə birlikdə inzibati ərazidə baş vermiş cinayətlərlə əlaqədar yaşayış yeri üzrə qeydiyyatda olmanın vəziyyətini yoxlayarkən həmin gün saat 20 radələrində Digah qəsəbəsinin H.Z.Tağıyev küçəsində fərdi evlərin birinə yaxınlaşaraq həyət qapısını döyüb polis əməkdaşları olduqlarını deyib qeydiyyat rejimini yoxlamaları ilə əlaqədar qapını açmağı xahiş etmişlər. Həmin vaxt həyət qapısının arxasından onlara əvvəlcə “gözlə açıram”, sonra isə uca səslə “qaç evə, qaç evə, polis gəldi” sözlərinin deyildiyini eşitmişlər. Həmin vaxt qapının açılmasını bir daha tələb etdikdə qapını yenə açan olmamış, həmçinin həmin şəxslərin həyətdən qaçaraq hasarından digər qonşunun həyətinə aşdıqlarını görmüşlər. Dərhal həmin şəxslər qaçan istiqamətdə qaçarkən artıq qonşuluqda yaşayan sonradan adını öyrənib bildikləri Şahid6 həmin şəxsləri öz həyətində tutub saxladığını görmüşlər. Onlar həmin şəxsləri Şahid6 alıb bölməyə apararkən həmin şəxslərin baxılan iş üzrə Təqsirləndirilən şəxs və onun atası Şahid7 olduğunu müəyyən etmişlər. Rövşən və atası özlərini şübhəli apardıqları üçün müvafiq araşdırma aparılması məqsədi ilə onlar tərəfindən raport yazılmışdır. Həmin raport əsasında bölmənin xidməti otaqlarının birində ilk öncə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq Rövşənə video çəkiliş ilə hüquq və vəzifələri izah edilib üzərinə şəxsi axtarış götürmə istintaq hərəkəti keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya sair predmet aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs içərisində narkotik vasitələr, tibbi şprislər və elektron tərəzi olan sellofan torbanı qaçarkən qonşusu Şahid6 həyətindəki otlaq sahəsinə atdığını etiraf etmişdir. Bundan sonra təhqiqatçı Sabit Yusifov tərəfindən Şahid7 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet aşkar edilməmişdir. Şahid7 oğlu Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmadığından ümumiyyətlə məlumatsız olduğunu bildirmişdir. Şahid qismində dindirilən Şahid3 ifadəsində daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs məlumatından sonra sahə rəisi Şahid4, o, təhqiqatçı Sabit Yusifov və Təqsirləndirilən şəxs birlikdə Digah qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən Şahid6 məxsus fərdi yaşayış evinin qarşısına gəlib Hikmətə Təqsirləndirilən şəxs qaçarkən onun evinin həyətyanı sahəsinə içərisində narkotik vasitələr olan sellofan paketi atdığını bildirmiş, həyətə baxmaq istədiklərini demiş, Şahid6 heç bir etiraz etməyib onların iştirakı ilə həyətinə video çəkilişlə baxış keçirilməsinə ərizə ilə icazə vermişdir. Bundan sonra təhqiqatçı Sabit Yusifov, o, sahə rəisi Şahid4, polis nəfəri Şahid5, Təqsirləndirilən şəxs özünün iştirakı ilə video çəkiliş ilə həmin həyətə baxış keçirilərkən Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan sellofan paketi atdığı yeri göstərmişdir. Həqiqətən sellofan torba göstərilən ərazidə aşkar edilmiş, torbaya baxış keçirilərkən torbanın içərisində narıncı rəngli dəsmala bükülmüş qurudulmuş marixuana, bir bükümdən ibarət gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin, 6 ədəd marixuana toxumları, istifadə edilmiş və istifadə edilməmiş tibbi şprislər, içərisində maye formalı hazırlanmış narkotik olan tibbi şpris, bir ədəd tərəzi, bir ədəd kofe doğramaq üçün aparat, istifadəyə yarasız alışqanlar və alışqan hissələri aşkar olunmuşdur. Baxış zamanı video görüntüdən istifadə edilmişdir. Aşkar edilmiş əşya və kütlələr qablaşdırılaraq 236 saylı möhürlə möhürləndikdən sonra imzalanması üçün ona və baxışda iştirak edən digər şəxslərə təqdim edilmişdir. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, o, və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmiş və onların, yəni polislərin gəlməsindən qorxaraq kirayə yaşadığı evdən qaçarkən həmin sellofan paketin içərisində Şahid6 həyətinə atdığını demişdir. Rövşən, həmçinin aşkar edilmiş narkotik vasitələrdən atası Şahid7 məlumatsız olduğunu göstərmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəməyə teleqramma ünvanlayıb məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid4 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində məhkəmə baxışı zamanı işin halları ilə bağlı dindirilmiş Şahid3 və Şahid5 ifadələrində göstərdikləri xüsusatlarla bağlı sonuncularla oxşar məzmunlu ifadə verərmişdir(iş vərəqə: cild İ, səh. 249-251). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət axtarış xətti üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə müvafiq qərar qəbul olunmuşdur. Qərar təsdiqləndikdən sonra onun özündən və Binəqədi RPİ-nin 43-cü PBnin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Şahid1 əməliyyat qrupuna rəhbərlik etmişdir. Bundan sonra mən və Pərviz birlikdə məlumat əsasında saat 18:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 30 ünvanında yerləşən evinin yaxınlığına getmiş və həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin ünvanın qarşısında olduğunu və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşmış və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də, özünü xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Rövşənə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Rövşəni saxlamışlar. Təqsirləndirilən şəxs onlar tərəfindən Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət olunmuş, sonuncu buna etiraz etməmiş və onlarla birlikdə PB-nə getmiş və onu barəsində araşdırma aparılması üçün təhqiqatçı Fuad Alıyevə təhvil vermişlər. X6 Əsədzadənin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Rövşənin şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Rövşənə üzərində qeyri-qanuni maddə və ya əşya olduğu təqdirdə çıxarıb təqdim etməsi təklif edilmişdir. Rövşən də, əlində olan ağ rəngli sellofandan içərisində açıq qəhvəyi maddə olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü, 01 ədəd boz rəngli tərəzini, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 02 ədəd beş manatlıq pulları çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini əldə edə bilməsi üçün saxlanılmazdan təxminən 20 gün əvvəl İran vətəndaşı kimi tanıdığı, lakin adını bilmədiyi şəxslə əlaqə saxlayıb kart vasitəsi ilə 800 manat pulu ödədiyini, həmin şəxsin onunla əlaqə saxladıqdan sonra yaşadığı evin yaxınlığında yerləşən zibil qutularının yanına gedərək aşkar olunan heroini götürdüyünü, həmin gündən başlayaraq həmin narkotik vasitə olan heroindən istifadə etdiyini, həmçinin ayrı-ayrı şəxslərə satdığını bildirmişdir. Bundan sonra Rövşənin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Rövşənin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Rövşənin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Rövşən tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid1n ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid1 məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 88-90). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid7 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. X5 rayonunun Digah qəsəbəsində, H.Z.Tağıyev küçəsində salınmış yeni məhəllədə kirayədə yaşamışdır. xx xxxxx 2019-cu il tarixdə oğlu Rövşənə baş çəkmək üçün Rövşənin kirayədə yaşadığı evə qonaq getmişdir. Həmin gün axşam saatlarında orada olan zaman Rövşənin kirayədə yaşadığı evin həyət qapısı döyülmüşdür. Həyətin bayır tərəfindən səslənən şəxslər polis əməkdaşları olduqlarını demişlər. Həmin vaxt Rövşən evdən bir ədəd sellofan torba götürərək qaçmağa başlamışdır. Rövşənin qaçma səbəbini bilmədiyi üçün qorxaraq o da Rövşənin arxasınca qaçmışdır. Hasardan aşıb həmin evin qonşuluğunda yerləşən həyətə düşmüşlər. Rövşən orada əlindəki torbanı atıb qaçmaq istəyərkən polis əməkdaşları qonşuluqda yaşayan və adını bilmədiyi şəxslə birlikdə onları saxlamışlar. O, əvvəlcə Rövşənin niyə qaçdığın bilməmişdir. Sadəcə Rövşənin qaçdığını görərək o da qaçmağa başlamışdır. Onları polis əməkdaşları Abşeron RPİ-nin Mehdiabad PB-nə apardıqdan sonra oğlu Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğu üçün polislərin onu tutmaq üçün gəldiklərini düşünərək qaçdığını, qaçarkən isə özündə saxladığı narkotik vasitəni qonşu həyətdə otların arasına atdığını bildirmişdir. Mehdiabad PB-də xidməti otaqların birində onun da üzərimə baxış keçirilərkən ondan üstündə qanunsuz olaraq saxladığı hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. O da üzərində heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra polis bölməsindəki xidməti otaqlardan birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində hər hansı əşya aşkar olunmamışdır. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğurluğu imzalarla təsdiq edilmişdir. Oğlu Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmasından və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasından onun xəbəri olmamışdır (iş vərəqə: cild İ, səh. 252-254). Ən nəhayət, məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş, məhkəməyə teleqramma ünvanlamaqla ifadəsini bir daha təsdiq etmiş Şahid6 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid6 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə saat 20 radələrində o, həyətindən səs-küy gəldiyini eşidib həyətə düşərkən iki nəfər şəxsin - sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs və Şahid7 onun həyətindən keçərək hasardan aşıb qaçmaq istədiklərini görmüş və ilk olaraq oğru olduqlarını zənn edib onları əli ilə tutub qaçmalarına mane olmuşdur. həmin vaxt Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisləri Şahid3 Müqdət oğlu və Şahid4 onun həyətinə daxil olaraq həmin şəxsləri saxlamağı xahiş edib ona tərəf gəlmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, ərazinin sahə rəisləri həmin vaxt yaşayış yeri üzrə qeydiyyatda olmanın yoxlanması tədbiri keçirilərkən həmin şəxslər tabesizlik göstərərək qaçmışlar. Bundan sonra polis əməkdaşları həmin şəxsləri də götürüb polis bölməsinə aparmışlar. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun hasar qonşuluğunda kirayə yaşamışdır. Lakin, həmin vaxtadək o, Təqsirləndirilən şəxs tanımamışdır. Şahid6 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, həmin gün polis əməkdaşları yenidən Təqsirləndirilən şəxs ilə birlikdə onun evinə gələrək Təqsirləndirilən şəxs onun həyətinə qaçan vaxt içərisində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitələr olan sellofan paketi onun həyətinə atdığını demiş, baxmaq istədiklərini bildirmişər. O da ərizə təqdim edib həyətinə polis əməkdaşlarının iştirakı ilə baxılmasına etirazı etməmişdir. Bundan sonra Mehdiabad PB-nin təhqiqatçısı Sabit Yusifov onun, digər polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşlarından qaçarkən əlində içərisində narkotik vasitələr olan paketi atdığı yeri göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də həmin narkotik vasitənin olduğu sellofan paketi həyətində atdığı yeri göstərmişdir. Sellofan torbaya baxış keçirilərkən torbanın içərisində narıncı rəngli dəsmala bükülmüş qurudulmuş marixuana, bir bükümdən ibarət gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin, 6 ədəd marixuana toxumları, istifadə edilmiş və istifadə edilməmiş tibbi şprislər, içərisində maye formalı hazırlanmış narkotik olan tibbi şpris, bir ədəd tərəzi, bir ədəd kofe doğramaq üçün aparat, istifadəyə yarasız alışqanlar və alışqan hissələri aşkar olunmuşdur. Baxış zamanı video görüntüdən istifadə edilmişdir. Aşkar edilmiş əşya və kütlələr qablaşdırılaraq 236 saylı möhürlə möhürləndikdən sonra imzalanması üçün ona və baxışda iştirak edən digər şəxslərə təqdim edilmişdir. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, o və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını və polis əməkdaşlarının gəlməsindən qorxaraq kirayə yaşadığı evdən çıxıb qaçarkən həmin sellofan paketin içərisində onun həyətinə atdığını demişdir(iş vərəqə: cild İ, səh. 189-190). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan şəxsi axtarış keçirilməsi haqqında protokoldan və məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesini özündə əks etdirən 01 ədəd DVD formatlı diskə yüklənmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən 01 ədəd şəffaf sellofan bükümdə heroin narkotik vasitəsinin xarici əlamətlərinə uyğun olan maddə (274,0 qram çəkidə narkotik vasitə olduğu ekspert rəyləri ilə təsdiq olunmuşdur) aşkar edilərək götürülməsi təsdiq olunur. Məhkəmə araşdırması zamanı şəxsi axtarış keçirilməsi haqqında protokolla məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesini özündə əks etdirən 01 ədəd DVD formatlı diskə yüklənmiş videogörüntülər arasında ziddiyyət müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh. 58-59). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Abşeron rayonunun Digah qəsəbəsində, H.Z.Tağıyev küçəsində yerləşən vət.Şahid6 məxsus fərdi yaşayış evinin həyətinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan və məhkəmə baxışı zamanı nümayiş olunan qeyd olunan istintaq hərəkətlərinin aparılması prosesini özündə əks etdirən 01 ədəd DVD formatlı diskə yüklənmiş videogörüntülərdən görünür ki, baxış nəticəsində Abşeron rayonunun Digah qəsəbəsində, H.Z.Tağıyev küçəsində yerləşən vət. Şahid6 məxsus fərdi yaşayış evinin həyətindən Təqsirləndirilən şəxs tərəfindən atılmış sellofan torbanın içərisindən 01 ədəd bükümdə və 04 ədəd 1 ml-lik şprisdə xarici əlamətlərinə görə heroin narkotik vasitəsinin, 01 ədəd polietilen torbada qurudulmuş marixuananın narkotik vasitəsinə bənzər bitki mənşəli kütlənin, 01 ədəd şəffaf plastik qabda 04 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarına oxşar toxumların, 01 ədəd ağzı açıq paketdə limon duzu maddəsinə oxşar maddənin, üzərində heroin izləri olması ehtimal olunan 02 ədəd şüşə flakonun, 01 ədəd ampul qırığının, 21 ədəd şpris və 01 ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi təsdiq olunur (iş vərəqə: cild İ, səh. 245-246). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/1171 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №243” dairəvi möhür əksi, adlar və imzalar qeyd edilmiş iki ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 274,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Rəyə əsasən heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiq olunan həmin rəydən görünür ki, tədqiqat üçün təqdim olunan digər zərfdə bir ədəd elektron tərəzi aşkar edilmişdir ki, həmin tərəzinin üzərində narkotik vasitə heroinin izlərinin olduğu müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 46-49). İbtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli, müvafiq qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə xalis çəkisi 274,0 qram təşkil edən narkotik vasitə olan heroin və üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 273,95 qram çəkidə heroin narkotik vasitəsi və 01 ədəd elektron tərəzi Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir(iş vərəqə: cild İ, səh. 85-87). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan xx xxxxx 2019-cu il tarixli, 9056 saylı ilkin tədqiqat arayışından görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ ...5) X3 o. . ” yazıları və imzalar olan sellofan bağlamanı açdıqda içərisində: - narıncı rəngli dəsmala bükülmüş 01 (bir) ədəd polietilen torbada təmiz çəkisi 29,662 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - şəffaf plastik qabdakı bir ədəd dairəvi plastik qabda sayı 04 (dörd) ədəd, ümumi çekisi 0,118 qram olan toxumlar əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və onlar narkotik vasitələrə aid deyildir(iş vərəqə: cild İ, səh. 151- 153). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan xx xxxxx 2019cu il tarixli, 9057 ilkin tədqiqat arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “İştirak etdilər: ...Hikmət Səlim oğlu...Şahid4...Şahid3...Şahid5...Təqsirləndirilən şəxs...” əl yazıları olan bir ədəd bağlamada bir ədəd siqaret qutusunun içərisindəki bir ədəd bükümdə təmiz çəkisi 0,565 qram maddə və 04 ədəd 1 ml-lik şprislərin içərisindən toplanmış ümumi təmiz çəkisi 0,632qram maddə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir, 01 ədəd bükümdə və şprisdə olan heroinin ümumi təmiz çəkisi 1,197qram təşkil edir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiq olunan həmin arayışdan daha sonra görünür ki, tədqiqat üçün təqdim olunan 02 ədəd şüşə flakon və bir ədəd ampul qırığında, digər istifadə olunmuş vəziyyətdə 21 ədəd şprisdə, 01 ədəd elektron tərəzinin səthində heroinin izləri vardır, “limonnaya kislota” yazısı olan bir ədəd ağzı açıq paketdə 2,730 qram ağ rəngli, kristal şəkilli maddə limon duzudur. Digər predmetlərdə isə narkotik vasitə izləri müəyyən edilməmişdir. Ən nəhayət, tədqiq olunan həmin arayışdan görünür ki, limon duzu narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir (iş vərəqə: cild İ, səh. 154- 156). Bundan başqa, məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilmiş məhkəməbioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 7/673 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd sellofan torbada, narıncı dəsmala bükülmüş təmiz çəkisi 26,562 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İlkin tədqiqat zamanı marixuananın təmiz çəkisi 26,662 qram təşkil etmişdir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, tədqiqat üçün təqdim edilmiş 4 (dörd) ədəd, ümumi çəkisi 0,098 qram olan toxumlar, çətənə (kannabis) bitkisinə aiddir. Toxumların tərkibində narkotik maddə yoxdur və onlar narkotik vasitələrə aid deyil. İlkin tədqiqat zamanı toxumların təmiz çəkisi 0,118 qram təşkil etmişdir (iş vərəqə: cild İİ, səh. 26-28). Daha sonra, məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 6/2006 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “İştirak etdilər:...Hikmət Səlim oğlu...Şahid4...Şahid3...Şahid5...X2...” əl yazıları olan bir ədəd bağlamada bir ədəd siqaret qutusunun içərisindəki bir ədəd bükümdə qalıq təmiz çəkisi 0,535 qram təşkil edən maddə və 04 ədəd 1 ml-lik şprislərin içərisindən toplanmış ümumi qalıq təmiz çəkisi 0,602 qram təşkil edən maddə kustar üsula hazırlanmış heroin narkotik vasitəsidir, 01 ədəd tükümdə və şprisdə olan heronin ümumi qalıq təmiz çəkisi 1,137 qaram təşkil edir. 04 ədəd şprisdən toplanmış heroin kütləsi öz aralarında eynilik təşkil edirlər, lakin bükümdə olan heroindən kimyəvi tərkibinə görə fərqlidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’’in siyahısına (Siyahı İ) daxildir. Tədqiq olunan rəydən daha sonra görünür ki, tədqiqat üçün təqdim olunan üzərində “limonnaya kislota" yazısı olan bir ədəd ağzı açıq paketdə qalıq təmiz çəkisi 2,630 qram təşkil edən ağ rəngli, kristal şəkilli maddə limon duzudur (maddələrin ilkin təmiz çəkiləri barədə xx xxxxx 2019-cu il tarixli, 9057 №-li ekspert rəyində məlumat verilmişdir), Qeyd olunan rəylə müəyyən olunur ki, limon duzu 2005-ci il 28 iyun tarixli Azerbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin habelə “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahısına” və xx xxxx 2016-c tarixli Azərbaycan Respublikasının Qanunu İlə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na, habelə Zəhərli maddələrin siyahıları”na daxil deyildir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, ilkin tədqiqatın nəticələrinə əsasən 02 ədəd şüşə flakon və bir ədəd ampul qırığında, digər istifadə olunmuş vəziyyətdə 21 ədəd şprisdə, 01 ədəd elektron tərəzinin səthində heroinin izləri müəyyən edilmişdir. İz mikrohissəcikləri yetərsiz olduğundan aşkar olunmuş digər narkotik vasitələrlə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün deyildir. Digər predmetlərdə (rəyin təsvir hissəsində adları qeyd olunan) narkotik vasitə izləri müəyyən edilməmişdir(iş vərəqə: cild İİ, səh. 35-39). İbtidai istintaq orqanının xx xxxxxxx 2020-ci il tarixli başqa bir qərarına əsasən xx xxxxx 2019-cu il tarixdə baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 29,662 qram təşkil etmiş narkotik vasitə olan qurudulmuş marixuana, ilkin çəkisi 0,118 qram təşkil etmiş narkotik təbiətli çətənə bitkisinin toxumları, ilkin çəkisi 1,197 qram təşkil etmiş narkotik vasitə heroin, ilkin çəkisi 2,730 qram təşkil etmiş liman duzu, üzərində heroin izləri olan 02 ədəd şüşə flakon, 01 ədəd ampul qırığı, istifadə olunmuş 21 ədəd şpris və 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatlardan sonra qalıq qalmış 1,077 qram çəkidə narkotik vasitə heroin, qalıq qalmış 26,542 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, qalıq qalmış 0,098 qram çəkidə narkotik təbiətli çətənə bitkisinin toxumları, 2,530 qram çəkidə limon duzu, 02 ədəd şüşə flakon, 01 ədəd ampul qırığı, 21 ədəd şpris və 01 ədəd elektron tərəzi məsul saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir(iş vərəqə: cild İİ, səh. 59-63). Daha sonra, işdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın xx xxxxxxxx 2020-ci il tarixli, 2541 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 17-18). İbtidai istintaq orqanının müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin videogörüntülərinin yerləşdirildiyi 01 ədəd DVD formatlı disk və Abşeron rayonunun Digah qəsəbəsində, H.Z.Tağıyev küçəsində yerləşən vət. Şahid6 məxsus fərdi yaşayış evinin həyətinə baxış keçirilməsi prosesinin videogörüntülərinin yerləşdirildiyi 01 ədəd DVD formatlı disk – cəmi iki ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmidir (iş vərəqə: cild İİ, səh. 66-86). İşdə olan Binəqədi rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri tərəfindən xx xxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri məhkəmə nəzarəti qaydasında öyrənilmiş və qanuni hesab edilmişdir (iş vərəqə: cild İ, səh. 55-56). Ən nəhayət, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitələrin mənbəyi müəyyənləşdirilmədiyindən, həmin xüsusatla bağlı baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: cild İİ, səh. 87-89). Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəlcədən razılaşmış bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq və daşımaq cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram, heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin ümumi təmiz çəkisi 29,662 qram, heroin narkotik vasitəsinin təmiz çəkisi isə 275,197 qram olmuşdur ki, 29,662 qram miqdar marixuana narkotik vasitəsi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar təşkil etməsə də, ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin miqdarı həmin siyahıda nəzərdə tutulmuş herolin narkotik vasitəsinin yuxarı həddindən dəfələrlə çoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli həmin qərarının 14-cü bəndində məhkəmələrə daha sonra tövsiyə edilir ki, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-nin 234.2-ci maddəsi ilə tövsife dilməlidir. Aşkar edilmiş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CMnin 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi ifadələrindən fərqli olaraq məhkəmə baxışı zamanı verdiyi ziddiyyətli ifadələrini, törətdiyi əməlini inkar etməsini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan demoqrafik məlumatlarla müəyyən edilmişdir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 248). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını onun barəsində cəzanı yüngülləşdirən hal hesab kimi qəbul edir. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən başqa hallar, həmçinin onun barəsində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, onun şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağı nəzərə alınmalı və o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli və qəti cəza təyini ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmin iş üzrə ayrı-ayrı vaxtlarda tutulub həbsdə saxlanıldığı günlər ona təyin olunmalı olan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı, çəkəcəyi qəti cəzanın müddəti və cəza çəkməsinin əvvəli müəyyənləşdirilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə 1,197 qram çəkidə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, təmiz çəkisi 29,662 qram çəkidə qurudulmuş marixuana narkotik vasitəsi və s. aşkar edilib götürülməsi faktına görə olan və faktiki olaraq baxılan ********* saylı cinayət işinə birləşdirilmiş ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulub xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək iki gün, sonra isə barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin şərtlərini pozması ilə əlaqədar axtarış nəticəsində tutulub xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək daha iki gün – cəimi dörd gün həbsdə saxlanılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs faktiki baxılan ********* saylı cinayət işi üzrə xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə müvafiq məhkəmənin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qanuni əsaslarla xx xxxx 2020-ci il tarixdən başlayaraq məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs faktiki olaraq baxılan ********* saylı cinayət işinə birləşdirilmiş ********* saylı cinayət işi üzrə həbsdə saxlanıldığı dörd gün ona təyin olunmalı olan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı, çəkəcəyi qəti cəzanın müddəti müəyyənləşdirilməli və cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə, işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın xx xxxxxxxx 2020-ci il tarixli, 2541 saylı rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, tiryək alkoloidlərini tərkibindlə saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinin tələblərinə görə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən aşkar edilib götürülmüş narkotik vasitələrin əldə olunma mənbəyi ilə əlaqədar baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmasını nəzərə alıb belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 273,95 qram çəkidə heroin narkotik vasitəsi, 1,077 qram çəkidə heroin narkotik vasitəsi, 26,542 qram çəkidə qurudulmuş marixuana narkotik vasitəsi, 0,098 qram çəkidə narkotik təbiətli çətənə bitkisinin toxumları, 2,530 qram çəkidə limon duzu, 02 ədəd elektron tərəzi, 02 ədəd şüşə flakon, 01 ədəd ampul qırığı, 21 ədəd şpris maddi sübut qismində aşkar edilmiş narkotik vasitələrin əldə edilmə mənbəyinə görə ayrıca icrata ayrılmış ********* saylı cinayət işi üzrə yekun məhkəmə qərarı çıxarılanadək Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 129.4-cü maddəsinə əsasən maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır. Bundan başqa, məhkəmə iş üzrə olan digər maddi sübutlarla bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesini özündə əks etdirən DVD formatlı 01 ədəd və Abşeron rayonunun Digah qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilməsi prosesini özündə əks etdirən DVD formatlı 01 ədəd – iki ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 389,02 (üç yüz səksən doqquz manat 02 qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək tutulub həbsdə saxlanıldığı iki gün və xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulub həbsdə saxlanıldığı daha iki gün – cəimi dörd gün ona təyin olunan 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın, cəza çəkməsi üçün üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 273,95 qram çəkidə heroin narkotik vasitəsi, 1,077 qram çəkidə heroin narkotik vasitəsi, 26,542 qram çəkidə qurudulmuş marixuana narkotik vasitəsi, 0,098 qram çəkidə narkotik təbiətli çətənə bitkisinin toxumları, 2,530 qram çəkidə limon duzu, iki ədəd elektron tərəzi, iki ədəd şüşə flakon, bir ədəd ampul qırığı, 21 (iyirmi bir) ədəd şpris maddi sübut qismində aşkar edilmiş narkotik vasitələrin əldə edilmə mənbəyinə görə ayrıca icrata ayrılmış ********* saylı cinayət işi üzrə yekun məhkəmə qərarı çıxarılanadək Binəqədi RPİnin maddi sübutların saxlanma kamerasında saxlanılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesini özündə əks etdirən DVD formatlı bir ədəd və Abşeron rayonunun Digah qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilməsi prosesini özündə əks etdirən DVD formatlı bir ədəd – cəmi iki ədəd DVD formatlı disk baxılan cinayət işi üzrə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 389,02 (üç yüz səksən doqquz manat 02 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-390/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-390/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver