Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-390/2022 25.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası 9 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1816,123 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq həmin narkotik vasitə qurudulmuş marixuananın 1800 qram çəkidə olan hissəsini 01 ədəd qara rəngli sellofan torbada 01 ədəd elektron tərəzi ilə birlikdə olmaqla özünə məxsus və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 37 ünvanında yerləşən evin kiçik yataq otağında girişdən sağ tərəfdə yerləşən qəhvəyi rəngli dolabda saxlamış, 16,123 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə ayırıb üzərində saxlayaraq yaşadığı ünvanın yaxınlığına qədər daşımış, 22 iyul 2021-ci il tarixində saat 20:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq ünvan 2darəyə gətirilmiş, Baş İdarənin xidməti otaqlarının birində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd qara rəngli sellofanın içərisində təmiz çəkisi 16,123 qram (on altı tam mində yüz iyirmi üç) qram olan narkotik vasitə qurudulmuş marixuana aşka redilərək götürülmüş, daha sonra 23.07.2021ci il tarixində saat 00:15-də onun iştirakı ilə yaşadığı ünvanda Baş İdarənin əməkdaşları tərəfindən keçirilən baxış zamanı evin kiçik yataq otağına girişdən sağ tərəfdəki qəhvəyi rəngli dolabda yerləşən, 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki ümumi çəkisi 1800 (bir min səkkiz yüz) qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 37 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ailəsilə birlikdə həyətdə oturarkən qapının döyüldüyünü eşitmişdir. Evin qapısını açdığı zaman 3 nəfər mülki geyimli şəxslər həyətə daxil olaraq onun qoluna qandal vurmuşlar. Bu zaman nə baş verdiyini anlamamışdır. Həyətdə yoldaşı və uşaqları da oturmuşdular. Bu zaman həmin şəxslər onu avtomobillərinə əyləşdirib DİN-nin Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Bu zaman bildirmişdir ki, o, nəinki narkotik vasitələrin satışı ilə məşğul olmaq, heç istifadə belə etməmişdir. Onu həyat yoldaşı ilə hədələdikdən sonra, o, narkotik vasitələrin onun olduğunu demişdir. O, bu maddələrin nə istifadəçisi, nə də satıcısıdır. O, bu əməli törətməmişdir. Ümumiyyətlə onun həyətində olan torpaq sahəsi narkotik vasitələri əkib-becərmək üçün əlverişsizdir. Aşkar edilmiş narkotik vasitələr ona məxsus deyildir. İbtidai istintaq zamanı təqdim olunmuş ağ kağızlara imza etmişdir və nə yazıldığı barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 37 ünvanında ailəsi ilə birlikdə yaşayır. 22 iyul 2021-ci il tarixində, saat təxminən 20 radələrində yaşadığı evin yaxınlığında, küçədə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim ediblər. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildiriblər. Barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət ediblər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət edilib və ona hüquq və vəzifələrim izah edilməklə buna dair bildiriş təqdim edilib. Müdafiəçisinin iştirakı ilə onun barəsində şəxsi axtarış keçirilib. Şəxsi axtarış zamanı ona üzərində qanunla daşınması və ya saxlanması qadağan olan hər hansı əşyanın olduğu təqdirdə təqdim etməyi təklif edilib. Bundan sonra o, əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd, içərisində narkotik vasitə qurudulmuş marixuana olan qara rəngli sellofan paketi, sağ yan cibindən 20 manat pulu, yaşadığı evin giriş qapısının açarını, 01 ədəd, özünə məxsus “Xiaomi” markalı mobil telefonunu, 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı təqdim edərək masanın üzərinə qoyub. Bundan sonra üst-başı yoxlanılıb və heç bir əşya aşkar edilməyib. Onun təqdim etdiyi 20 manat pul, yaşadığı evin açarı və içərisində siqaretlər olan 01 ədəd siqaret qutusu özünə qaytarılsa da, 1 ədəd "Xiaomi" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülüb. Onun təqdim etdiyi 1 ədəd qara rəngli sellofan paketə baxış keçirilən zaman içərisində narkotik vasitə marixuana aşkar edilib. Həmin sellofan paketin içərisində olan kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədi ilə paket sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilib və çəkisinin 18 qram olması müəyyən edilib. Həmin sellofan büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb. Bundan sonra həmin kağız zərfin üstü möhür ilə möhürlənib, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülüb. Şifahi sorğu zamanı o, təqdim etdiyi sellofan paketdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni satış məqsədi ilə üzərində gəzdirdiyini, yaşadığı evin həyətyanı sahəsində 2021-ci ilin mart ayında əkib qurutduqdan sonra əldə etdiyini, həmin maddənin qalan hissəsinin yaşadığı ünvanda saxladığını bildirib və yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd edib. Bundan sonra o, yaşadığı evdə axtarış keçirilməsinə etiraz etməməyi barədə ərizə yazdıqdan sonra baxış keçirilməsi üçün yaşadığı ünvana gəliblər. Yaşadığı evdə olarkən ona yaşadığı evdə saxladığı narkotik maddəni təqdim etməyi təklif edilib. O, evin girişində, yəni kiçik yataq otağında girişin sağ tərəfində yerləşən paltar dolabından 01 ədəd, qara rəngli sellofan torbanı təqdim edib. Həmin torbanın içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və bundan başqa heç yerdə narkotik maddə saxlamadığımı bildirib. Təqdim etdiyi sellofan torbaya baxış keçirilən zaman torbanın içərisində 01 ədəd elektron tərəzi də aşkar olunub. Həmin sellofan torbanın içərisində olan kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədi ilə torba sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilib. Həmin sellofan torba içərisindəki narkotik vasitə qurudulmuş marixuana və elektron tərəzi ilə birlikdə qablaşdırılıb. Digər otağa baxış keçirilsə də, əhəmiyyət kəsb edən əşya aşkar edilməyib. Daha sonra evin həyətyanı sahəsinə baxış keçirilən zaman narkotik vasitəni əkdiyi yerdən torpaq nümunəsi götürülüb. Bu barədə protokol tərtib olunub və iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq edilib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 22.07.2021-ci il tarixində Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə etməsi və Bakı şəhəri, Sabunçu rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olub. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu təşkil edilib. 22.07.2021-ci il tarixində saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olması barədə təkrar əməliyyat məlumatı daxil olub. Məlumat əsasında saat 20 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 37 ünvanının yaxınlığına gəliblər. Onlar təxminən saat 20:30-da orada Təqsirləndirilən şəxs görüb, daxil olan əməliyyat məlumatındakı əlamətlərə uyğun olduğuna görə sonuncuya yaxınlaşıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Təqsirləndirilən şəxs də özünü təqdim etməsini xahiş ediblər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirib. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib saxlanılmasında, daşınmasında şübhəli bilindiyinə görə saxlanıldığını bildirib Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət ediblər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlməyə razılıq verib. Onlar Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətiriblər və bu barədə raport tərtib olunub. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə aparılacağı bildirilərək sonuncudan etirazının olub-olmaması soruşulub. Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirib. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli sellofan büküm, həmin şalvarın sağ yan cibindən 20 manat pul, 1 ədəd açar, 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd, smartfon tipli mobil telefonu çıxararaq masanın üzərinə qoyub. 01 ədəd qara rəngli sellofan bükümün içərisinə baxış keçirildikdə bükümün içərisində yaşıl rəngli, qurudulmuş ot şəklində kütlənin olduğunu aşkar olunub. Aşkar olunmuş kütlə 01 ədəd zərfdə qablaşdırılıb, möhürlənib və zərf iştirakçılar tərəfindən imzalanıb. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin maddənin “marixuana” olduğunu, bu maddəni satmaq üçün üzərində gəzdirdiyini, tanımadığı şəxslərdən əldə etdiyi toxumları mart ayında yaşadığı evin həyətində əkməklə həmin narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyini, heç kimə satmadığını, yaşadığı ünvanda da bu maddədən olduğunu və yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirib. Təqsirləndirilən şəxs heç bir təzyiqə məruz qalmadığını və iştirak edən şəxslərlə heç bir ədavətinin olmadığını bildirib. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdə heç kimin olmadığını, bu əməli barədə heç kimin məlumatının olmamasını qeyd edib. Bundan sonra həmin şəxslərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 37 ünvanına yollanıblar. 23.07.2021-ci il tarixində təxminən saat 01 radələrində həmin ünvana çatıblar. Təqsirləndirilən şəxs barəsində keçirilən şəxsi axtarış zamanı yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxladığını dediyi bildirilib və həmin maddələrin olduğu yeri göstərməsi təklif edilib. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə qurudulmuş marixuana saxladığını və bunlan təqdim edə biləcəyini deyib. Təqsirləndirilən şəxs həyətyanı sahədəki evə daxil olaraq giriş qapısından sağ tərəfdə, küncdə yerləşən qəhvəyi rəngli dolabın içərisindən 1 ədəd qara rəngli sellofan torbanı götürərək təqdim edib və başqa heç yerdə narkotik maddə saxlamadığını bildirib. Həmin sellofan torbanın içərisinə baxış keçirilərkən içərisində bir ədəd, ağ rəngli elektron tərəzinin və yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, quru ot kütləsinin olduğu aşkar olunub. Aşkar edilən bu kütlə ilə bağlı Təqsirləndirilən şəxslə sorğu-sual edilən zaman Təqsirləndirilən şəxs bu kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, öz həyətyanı sahəsində əkibbecərərək əldə etdiyini, satış məqsədi ilə saxladığını, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş kütləni də bu kütlədən götürdüyünü bildirib. Şahid2 həmçinin ifadəsində göstərdi ki, onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir təzyiq və təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyevin tərtib etdiyi “şəxsi axtarış və götürmə aparılması haqqında” 22 iyul 2021-ci il tarixli protokoldan görünür ki, o, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 iyul 2021-ci il tarixli qərara əsasən Baş İdarənin inzibati binasında olan xidməti iş otaqlarından birində videoçəkilişdən istifadə etməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtanş və götürmə aparıb. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilib. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 1ədəd sellofan paketi, sağ yan cibindən isə 20 manat pulu, yaşadığı evin açarını, 1 ədəd “Xiaomi” markalı mobil telefonu, 1 ədəd siqaret qutusunu və 1 ədəd alışqanı təqdim edərək masanın üzərinə qoyub. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üst-başı yoxlanılan zaman heç bir əşya aşkar edilməyib. Təqsirləndirilən şəxs təqdim etdiyi 20 manat pul, içərisində 5 ədəd siqaret olan siqaret qutusu özünə qaytarılsa da, 1 ədəd “Xiaomi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülüb. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketə baxış zamanı içərisində tünd yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilib. Həmin sellofan paketin içərisində olan kütlənin təxmini çəkisi elektron tərəzi ilə çəkilib və çəkisinin 19 qram olması müəyyən edilib. Həmin qara rəngli sellofan paket 1 ədəd içərisi boş olan, ağ rəngli zərfə qoyularaq qablaşdırılıb. Bundan sonra həmin kağız zərfin üzəri “DİN-in Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənib və iştirakçılar tərəfindən imzalanaraq təhqiqatçı tərəfindən götürülüb. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni satış məqsədi ilə üzərində saxladığını, həmin maddənin toxumunu 2021-cİ ilin mart ayında tanımadığı şəxsdən əldə edərək öz yaşadığı evin həyətyanı sahəsində əkdiyini, həmin bitkilər yetişdikdən sonra qurudaraq əldə etdiyini, həmin maddənin qalan hissəsinin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evində saxladığını, evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirib. Cinayət işi materiallarına əlavə edilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyevin tərtib etdiyi “baxış keçirilməsi və götürmə haqqında” 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılıq ərizəsi alındıqdan sonra iştirakçılar sonuncunun yaşadığı ünvana gəlib. Həmin yerin ünvanının ünvan 3ilib. Təqsirləndirilən şəxs evində saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilib. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yataq otağına keçərək girişdən sağ tərəfdə yerləşən, qəhvəyi rəngli dolabın qapısını açaraq orada saxladığı 1 ədəd qara rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik maddələr olduğunu və başqa heç bir yerdə narkotik tərkibli maddələrin olmadığını bildirib. Bu sellofan torbaya baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar edilib. Həmin sellofan torbanın təxmini çəkisi elektron tərəzi il çəkildikdə 1865 qram olması müəyyən edilib. Həmin sellofan torbaya elektron tərəzi də daxil edildikdən sonra qablaşdırılıb və üzəri iştirakçılar tərəfindən imzalanıb. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni satış məqsədi ilə yaşadığı evin həyətyanı sahəsində əkib-becərdikdən sonra əldə etdiyini, həmin bitkilərin toxumlarını 2021 -ci ilin mart ayında tanımadığı şəxsdən aldığını bildirib. Bundan sonra Təqsirləndirilən şəxs razılığı əsasında digər otağa və otaqda yerləşən dolaba baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməyib. Evin həyətyanı sahəsinə baxış kemirilən zaman tədqiqat üçün torpaq nümunəsi götürülüb. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 23.07.2021-ci il tarixli, 7/699 nömrəli ekspert rəyinə görə, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” yazıları və imzalar olan qara rəngli polietilen bağlamadakı 01 ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi 1800 qram və üzərində “Təqsirləndirilən şəxs üzərindən 1 ədəd sellofan bükümdə...” yazılan və imzalar olan kağız paketdəki 01 ədəd qara rəngli polietilen bükülüdə təmiz çəkisi 16,123 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 1816,123 qramdır. Həmin qara rəngli polietilen bağlamada olan bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs həyətindən götürülmüş...” yazıları və imzalar olan kağız paketdəki torpaq nümunəsinin tərkibində cüzi miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Həmin hissəciklər cüzi miqdarda olduğu üçün təqdim olunmuş marixuanalar ilə müqayəsilə tədqiqat aparılmayıb. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06.08.2021-cİ il tarixli, 2711 saylı ekspert rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində aşkar olunmuş narkotik vasitə marixuananın ona məxsus olmaması barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-bioloji ekspertizanın rəyləri, maddi sübutlar, «şəxsi axtarış və götürmə haqqında», “baxış keçirilməsi və götürmə haqqında” protokolda göstərilənlərlə və özünün ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşıması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində iki nəfər azyaşlı uşaqları vardır. Məhkəmədə təqsirləndirilən şəxs Azil Əzizovun himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzər alır. Məhkəmədə təqsirləndirilən şəxs Azil Əzizovun CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 24.07.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 22.07.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 1815,923 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi və torpaq nümunəsi məhv edilməlidir. Maddi sübut olan 02 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 78,82 manat (yetmiş səkkiz manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X4 60 (altmış) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış–Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 1815,923 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi və torpaq nümunəsi məhv edilsin. Maddi sübut olan 02 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 78,82 manat (yetmiş səkkiz manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X4 60 (altmış) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-390/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-390/2022
25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver