Məhkəmə qərarları › İş №1(101)-390/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-390/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-390/2023 15.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X10 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8-Hüseynli, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,326 qram narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, 24 iyun 2022-ci ildə saat 05:30-da Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Ulduz“ avtotəmir sexinin qarşısında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilmişdir. Onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümün içərisində iki ədəd bükümdə satış məqsədi olmadan qanunsuz əldə edib saxlayaraq daşıdığı ayrı-ayrılıqda təmiz çəkisi 1.183 qram və 4.143 qram olmaqla kimyəvi tərkiblərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 5.326 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakıda kirayə qalaraq telefon alqı satqısı ilə məşğul olmuşdur. Narkotik vasitə heroini iynəmək vasitəsi ilə qəbul etmişdir. 23 iyun 2022-ci ildə o ünvan 2 ünvanda yerləşən mobil telefon mağazasından mobil telefon alarkən, orada tanımadığı bir nəfər kişi ilə söhbət etmiş və ona söhbət zamanı narkotik vasitə qəbul etdiyini demişdir. Həmin şəxs isə ona, ucuz qiymətə-bir qramı 10 manata narkotik vasitə heroin təşkil edə biləcəyini bildirmişdir. O, razılıq vermiş və demişdir ki, ona şəxsi istifadəsi üçün 5 qram narkotik vasitə heroin lazımdır. Həmin şəxs isə 55 manat verməsi qarşılığında heroini təşik edəcəyini bildirmişdir. Bu zaman həmin şəxs mobil telefonla kiminləsə danışmış və demişdir ki, gedək "Papanin" adlanan əraziyə sənə narkotik vasitə heroin alıb versin. O, həmin şəxsin mobil telefon nömrəsini almış və telefon mağazasının qarşısında həmin şəxsə 55 manat pul vermişdir. Daha sonra birlikdə "Papanin’ deyilə əraziyə taksi ilə getmişlər. Orada bir nəfərlə görüşmüş və sonra qayıdaraq həmin şəxsdən aldığı bükümü ona verərək, 5 qram narkotik vasitə heroin olduğunu bildirmişdir. O, həmin bükümü alıb Azadlıq prospektinə gəlmiş və alıb-satmaq üçün münasib mobil telefon axtarmağa başlamışdır. Münasib telefon aldım. Bundan sonra mən avtomobil təkərlərinin qiyməti ilə maraqlanmaq üçün Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən "Ulduz" avtotəmir sexinin qarşısına gəldim və görmüşdür ki, təkər satılan mağaza bağlıdır. Mən yaxınlıqda olan şəxslərdən soruşdum ki, təkər mağazası nə vaxt açılacaq ? Bir nəfər demişdir ki, səhər üzü saat 05-də açılır. Mən qərara gəldimki, mağazanın qarşısında gözləyim, mağaza açılanda təkər alım. Mən həmin mağazanın qarşısında oturub gözləyirdim. Gecə saat 2-3 radələrində iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin polis əməkdaları kimi təqdim etdilər və məndən adımı və soyadımı soruşmuşlar. Mən də da polis əməkdaşlarına anket məlumatlarını demiş və polis əməkdaşları üzərimdə şəxsi axtarış aparılması üçün 23-cü Polis bölməsinə dəvət etmişlər. Mən də etiraz etməyib polis əməkdaşları ilə birlikdə 23-cü Polis bölməsinə getdim. Orada üzərimə baxış keçirtdilər. 5 qram herioni götürdülər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ 12-ci PŞ-nin əməliyyat müvəkkili X3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Sabunçu RPİ 12-ci PŞ-nin polis sahə inspektoru X6 ilə birgə onlara təhkim olunmuş ərazidə, yəni Sabunçu rayonu, Balaxanı qəsəbəsində xidmət aparmışlar. Həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə saat 15 radələrində inzibati ərazidə, yəni Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsində olarkən 13 nömrəli evin qarşısında sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin davranışı diqqətlərini cəlb etmişdir. O, Kənan Əlizadəyə yaxınlaşaraq özünü təqdim etmiş, şəxsiyyətini təsdiq edəcək sənədini istəmişdir. Kənan Əlizadə üzərində sənədinin olmadığnı bildirərək onlara əhəmiyyət verməyib təlaş içərisində yoluna davam etmək istəmiş, özünü şübhəli apardığma görə Kənan Əlizadədən şəxsiyyəti barədə məlumat verməsini, nə vaxt və harada doğulmasını, kiminlə yaşamasını soruşmuş, lakin Kənan Əlizadə suallarına zidiyyətli cavablar verərək üzünü çevirib yayınmaq istədikdə Kənan Əlizadənin qarşısında dayanaraq Kənan Əlizadəni ərazi aidiyyəti üzrə Sabunçu RPİ 12-ci Polis şöbəsinə dəvət etmişdir. Kənan Əlizadə etiraz etmədən onlarla birgə ünvan 3 ünvanda yerləşən Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinə gəlmiş, PŞ-nin inzibati binasında təhqiqatçı Eişən Abbasovun xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Kənan Əlizadənin barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl onlar və Kənan Əlizadə videoçəkilişin aparılması barədə xəbərdar edilmiş, onun, Əli Mustafayevin və Kənan Əlizadənin videoçəkilişin həyata keçirilməsinə şikayət və ya etirazı olmamış, Sabunçu RPİ 12-ci Polis şöbəsinin təhqiqatçısı Elşən Abbasov vət. Kənan Əlizadəyə Azərbaycan Respublikası CPM-yə əsasən hüquqlarını izah etmiş, barəsində olan axtarış və götürmənin aparılması barədə qərarla tanış etmişdir. X7 üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya başqa nə varsa təqdim etməsini bildirmiş, bu təklifdən sonra Kənan Əlizadə əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. X5 sualına cavab olaraq Kənan Əüzadə bildirmişdir ki, bükümün içərisindən aşkar olunmuş maddə narkotik vasitə “kakos”dur, 3-4 ildir narkotikdən istifadə edir, özünün istifadəsi üçün Balaxanı kəndinə yaxın olan "Vasmoy” deyilən yerdən, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 13 radələrində adını Tahir bildiyi, tanımadığı şəxsdən 10 manata alıb evinə gedirmiş ki, istifadə etsin. X7 tərəfindən vət. Kənan Əlizadədən PŞ-yə gətirilərkən polis əməkdaşları tərəfindən Kənan Əfizadəyə qarşı hər hansı zorun tətbiq edilib-edilməməsini soruşmuş, Kənan Əlizadə bildirmişdir ki, ona qarşı zor tətbiq edilməmişdir. Daha sonra Kənan Əlizadənin üzərinə baxış keçirilmiş, üzərindən heçnə aşkar olunmamışdır. Kənan Əlizadədən aşkar edilmiş içərisində maddə oian büküm X7 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, o, Əli Mustafayev və Kənan Əlizadə zərfi imzalamışlar. Daha sonra şəxsi axtarış barəsində protokol tərtib olunmuş, protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiqiləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ 12-ci PŞ-nin əməliyyat müvəkkili X6 digər şahid X1 ifadəsinə uyğun, onunla eyni məzmunlu ifadə vermiş və iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 03 avqust 2022-ci il tarixdə saat 15:00-da faktiki olaraq tutulmuşdur (cild 01, iş vərəqə 18). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 01, iş vərəqə 47-48). Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-639/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu andan, yəni 03 avqust 2022-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 62-67). “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokol və və protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları daha sonra Kənan Əlizadə özlərini təqdim edirlər. Bundan sonra Sabunçu RPİ 12-ci Polis şöbəsinin baş təhqiqatçısı Elşən Abbasov, Kənan Əlizadəyə qanunsuz əşyaların daşınması, əldə edilməsi və gəzdirilməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ 12-ci PŞ əməkdaşları tərəfindən Polis şöbəsinə gətirildiyini deyərək, ona hüquq və vəzifələrini izah edir, vəkilin iştirakı olmadan üzərində videoçəkilişlə şəxsi axtarış aparılmasına etirazının olub- olmamasını soruşur. Kənan Əlizadə vəkilin iştirakı olmadan və videoçəkilişlə şəxsi axtarış aparılmasına etirazının olmadığını deyir. Bundan sonra X7, Kənan Əlizadəyə üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya başqa nə varsa təqdim etməsini təklif edir. Təklifə əsasən Kənan Əlizadə əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyur. Kənan Əlizadənin masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümlər X7 tərəfindən açıldıqda içərisindən maddə aşkar olunur. Kənan Əlizadə təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənın “kakos” olduğunu, Balaxanı kəndinə yaxın olan “Vasmoy” deyilən yerdən, həmin gün saat 13 radələrində adını Tahir bildiyi, tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, həmin “kakos”dan istifadə etməsi üçün evinə getdiyini bildirir, 3-4 il olar ki, narkotik vasitələrdən istifadə etdiyini deyir. Baş X7 saxlanılan Kənan Əlizadədən PŞ-yə gətirilərkən polis əməkdaşları tərəfindən hər hansı zorun tətbiq edilib-edilməməsi soruşulur, Kənan Əlizadə bildirir ki, ona qarşı zor tətbiq edilməmişdir. Daha sonra Kənan Əlizadənin üzərinə baxış keçirilir, üzərindən heçnə aşkar olunmur, sonuncudan hər hansı vəsatət və ya şikayətinin olub-olmaması soruşulur, Kənan Əlizadə bildirir ki, vəsatət və ya şikayəti yoxdur. Kənan Əlizadədən aşkar edilmiş içərisində maddə olan büküm X7 tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, Kənan Əlizadənin özü, həmçinin şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfındən imzalanır və bununla da çəkiiiş sona çatır. (cild 1, 23-24) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4175 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N159” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,241 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir.) (cild 1, 29-31) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4441 nömrəli rəyindən görünür ki, X4 Opioidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, 101-102) Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən Təqsirləndirilən şəxs adına alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 2 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2021 -ci il tarixdə Sabunçu rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05.11,2021-ci il tarixli Amnistiya qərarınm 2.4-cü bəndinə uyğun olaraq, həmin amnistiya qərarının 36-cı bəndinə əsasən barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra cəzadan azad olunmuşdur. Həmin qərarın 7-ci bəndinə əsasən üzərindən məhkumluğu götürülmüşdür. (cild 1, 108-109) “Maddi sübut kimi tanınma haqqında“ 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,241 qram narkotik vasitə olan heroinin müvafiq ekspertiza tədqiqatından sonra qalmış qalıq çəkisi 2,191 qram heroin maddi sübut kimi tanınmış, cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vər. 75) Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə olan heroinin 2 (iki) qramdan yuxarı olması külli miqdar hesab olunur. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «CD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 avqust 2022-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, onun məhkəmə istintaqı zamanı verdiyi “ şübhəli şəxs qismində tutulduğu gün narkotik vasitə istifadə etməməsi və ümumiyyətlə həmin gün üzərində narkotik vasitə olmaması” kimi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu cür ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmişdir və özünü müdafiə kimi qiymətləndirilməlidir.Odur ki, Təqsirləndirilən şəxs təqsirliliyi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusi ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, ictehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 24 iyun 2022-ci il tarixdə saat 05:30-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza çəkmə müddətinin əvvəli 24 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi təmiz çəkisi 5,226 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmənin videoqeydiyyata alındığı 01 ədəd “CD” disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə ekspertiza xərcləri cəmi 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************4 SWİT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 384 və 385-ci maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyatda götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi təmiz çəkisi 5,226 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmənin videoqeydiyyata alındığı 01 ədəd “CD” disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************4 SWİT BİK CTREAZ 22) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar