Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-390/2024 06.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 178.2.1, 178.2.2, 32.4,312.2 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olmuş bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxs tərəfindən biləbilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə özünün vasitəsi ilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrisini təhrik etmiş və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2020-ci ilin iyul ayında tanışı Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci X18 rəisi, general-mayor Münasib Babayevin yaxın tanışı kimi təqdim edərək sonuncunun vasitəsilə Zərərçəkmiş şəxs1 2017-2019-cu illər ərzində müddətdən artıq həqiqi hərbi xidmətdə hərbi qulluqçusu kimi xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissəsinə mexanik-sürücü vəzifəsinə xidmətə bərpa etdirəcəyinə dair yalan vəd verib bunun müqabilində vəzifəli şəxs olan Müdafiə Nazirliyinin 2-ci X18 rəisi Münasib Babayeva rüşvət qismində 1500 manat məbləğində pul verməli olduğunu bildirməklə Zərərçəkmiş şəxs1 aldadıb etibarından-sui istifadə edərək bu adla 2020-ci ilin iyul ayının əvvəllərində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs1 1500 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci X18 rəisinin xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, Zərərçəkmiş şəxs2 Şıxı oğlunun əmlakını ələ keçirmək məqsədilə tanışı X28 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Sabir Şıxəliyevə əlilliyə görə təqaüd düzəltdirəcəklərinə dair yalan vəd verib, aldaraq, etibarından sui-istifadə etməklə bu adla əvvəlcədən aralarında olan vəzifə bölgüsünə əsasən qrup üzvü Mehman Nəsirov 12 fevral 2021-ci il tarixdə İmişli şəhəri, H.Aslanov küçəsi ev 39 ünvanımda yerləşən ofisdə Sabir Şıxəliyevdən 1900 manat, 19 fevral 2021-ci il tarixdə isə həmin ünvanda olan ofisdə 900 manat aldıqdan sonra, o, 25 iyul 2021-ci il tarixdə İmişli şəhəri, H.Əliyev prospekti 109 ünvanında yerləşən “BazarStore” adlı supermarketdəki “E-Manat” ödəniş terminalından atası X19 məxsus "xxxx" ASC-nin 4****5434 nömrəli bank kartına Sabir Şıxaliyevin köçürdüyü 820 manat, 25 avqust 2021-ci il tarixdə isə İmişli-Bakı marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olan istintaqa məlum olmayan şəxs vasitəsilə Sabir Şıxəliyevin göndərdiyi 350 manat pul vəsaitini Bakı şəhəri, Sumqayıt şossesinin 3-cü km-də yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində alıb, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə Sabir Şıxəliyevin etibarından sui-istifadə etməklə 3970 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək qrup üzvü Mehman Nəsirov ilə öz aralarında bölməklə dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, Zərərçəkmiş şəxs5 əmlakını ələ keçirmək məqsədilə sonuncuya "xxxx" QSC-nin idarəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs5 14 avqust 2021-ci il tarixdə saat 15:18 radələrində ünvan 3 ünvanında yerləşən “Bol” marketdə olan “Milliön” ödəniş terminalından tanışı Şahid2 məxsus "xxxx" ASC-nin 5****1793 nömrəli bank kartına köçürdüyü 400 manat, 24 avqust 2021-ci il tarixdə İmişli rayonu, Bəcrəvan kəndi ərazisində yerləşən ərzaq mağazasındakı ödəniş terminalından atası X19 məxsus bank kartına köçürdüyü 600 manat və 2 dekabr 2021-ci il tarixdə İmişli- Bakı marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olan istintaqa məlum olmayan şəxs vasitəsilə göndərdiyi 100 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunan qəsdlə 1100 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Əliyev X27 rayon polis şöbəsinin İstintaq bölməsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizlənməsi ilə əlaqədar barəsində axtarış elan edilməklə olduğu yerin müəyyən edilib tutularaq istintaqa cəlb edilməsi üçün İmişli rayon polis şöbəsinin icraatında olan 440152 nömrəli axtarış işinin icrası ilə əlaqədar polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Zərərçəkmiş şəxs3, X20 və baş əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs4 tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində onun Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 42 nömrəli binanın 8-ci mərtəbəsinin blokunda olması müəyyən edildikdən sonra polis əməkdaşları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 orada ona yaxınlaşaraq özlərini təqdim etməklə cinayət işi üzrə axtarışda olması barədə məlumat verib onlarla birlikdə İmişli rayon polis şöbəsinə getməli olduğunu bildirdikdə, o, xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi olan polis əməkdaşları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qanuni tələblərinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib üzərində gəzdirdiyi bıçağı nümayiş etdirməklə ona yaxınlaşacaqları təqdirdə özünə və polis əməkdaşlarına xəsarət yetirəcəyi ilə hədələyib əvvəlcə həmin bıçaqla özünün qarın nahiyyəsinin ön divarına 2-si daxilə nüfuz edən 5 bıçaq xəsarəti, sonra isə əməliyyat müvəkkili, polis baş leytenantı Zərərçəkmiş şəxs3 sağ ayağının yuxarı 1/3 hissəsinə kəsilmiş deşilmiş 1 bıçaq yarası ilə müşaiyət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 178.2.1, 178.2.2, 32.4,312.2 və 315-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdən 2019-cu ilin yanvar ayınadək olan dövr ərzində Müdafiə Nazirliyinin Müşfiq qəsəbəsində yerləşən N saylı hərbi hissəsində MAHHXQ kimi çavuş rütbəsində xidmət etmiş, lakin 2019-cu ilin yanvar ayında öz təşəbbüsü ilə ərizə yazaraq xidmətdən xaric edilmişdir. Zərərçəkmiş şəxs1 tanışı Şahid3 vasitəsi ilə tanımış, Zərərçəkmiş şəxs1 “20 yanvar” metrostansiyasının yaxınlığında Şahid3 yanında 1500 manatı “sələm”, yəni borc olaraq götürmüş, Zərərçəkmiş şəxs1 məxsus 1500 manat pul vəsaiti onun tərəfindən Səyyada qaytarılmışdır. Zərərçəkmiş şəxs1 onun barəsində Sumqayıt şəhər polis idarəsinə verdiyi şikayət əsasında onu Sumqayıt şəhər polis idarəsinə gətirmişlər. Onu həmin idarədə 2 gün saxlamışlar və fiziki təsir göstərmişlər. O, həmin idarədə 1500 manatı Zərərçəkmiş şəxs1 geri qaytarmışdır. İttiham aktında onun Zərərçəkmiş şəxs1 Sumqayıt şəhərində 1500 manat pul götürdüyünü, tanıdığı nüfuzlu şəxslər vasitəsilə ilə Səyyadı işlə təmin edəcəyi, qeyd edilsə də, ittiham aktında yazılanlar həqiqətə uyğun deyildir. Onun X31 heç bir tanışlığı və əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs1 vurmuş olduğu ziyanı tam ödəmişdir. Bundan başqa X13 2021-ci ilin əvvəllərində İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Foto Rza” studiyasında tanımışdır. Mehman ona İkinci Qarabağ müharibəsi iştirakçısı olan Sabir adlı şəxsin müraciət edərək özünə təqaüd düzəltmək istədiyini, bunun müqabilində pul verdiyini bildirmişdir. O, həmin vaxtı Mehmana narahat olmamasını, Sabirə təqaüd düzəldilməsində kömək edəcəklərini bildirməsini demiş, əslində onun və Mehmanın niyyəti Sabirin pul vəsaitini ələ keçirmək olmuş, Mehman Nəsirova istifadəsində olan ***-***-**-** mobil nömrəsini ona verərək onunla əlaqə saxlamağını bildirmiş, təxminən bir həftə sonra Mehman ona verdiyi mobil nömrəyə “WhatsApp” mesajlaşma vasitəsi ilə yazaraq Sabirin məsələsinin nə edəcəklərini soruşmuş, o isə Mehmana gözləməsini, daha sonra ona cavab verəcəyini bildirmişdir. Bundan sonra Mehmanla danışmış, Mehmana Sabirdən pulu və sənədlərini götürməsini, pulun dəqiq xatırlamadığı bir hissəsini və sənədlərini ona göndərməsini, pulun qalan hissəsini isə özündə saxlamasını demişdir. Bir müddət sonra Mehmana zəng edərək Sabirin sənədlərini Bakı şəhəri Yasamal rayonunda yerləşən Bakı Hərbi Məhkəməsinin girişində mühafizə postuna təqdim etməsini bildirmiş, bir neçə gün sonra Mehman Nəsirov ona zəng edərək Sabir Şıxəliyevin sənədlərini Bakı Hərbi Məhkəməsində mühafizə postuna təqdim etdiyini demiş, Mehmana həmin sənədləri oradan özünün götürəcəyini, Sabirlə daha sonra özü danışacağını demişdir. Bir neçə gün sonra qeyd edilən sənədləri həmin ünvandan götürmüş və özündə saxlamış, Mehman ona Sabir Şıxəliyevlə danışaraq qeyd edilən pul vəsaitini də götürüb hissə-hissə ona göndərəcəyini demiş, o, həmin vaxt Mehman Nəsirova istifadəsində olan atası İlqam Əliyevin adına qeydiyyatdan keçmiş "xxxx" ASC-yə məxsus plastik kartı göndərmiş, Mehman həmin karta 2021-ci ilin iyunavqust aylarında müxtəlif tarixlərdə hissə-hissə 1350 manat pul vəsaitini göndərmişdir. O, həmin pulu şəxsi ehtiyaclarına sərf etmiş, çünki “Covid-19” xəstəliyi ilə əlaqədar pandemiya elan olunduğundan işləməmiş, 2021-ci ilin iyul ayının ortalarında o, Sabir Şıxəliyevə məxsus sənədlərin üzərindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsini götürərək zəng edib özünü təqdim etmiş, telefon danışığı zamanı X38 birlikdə iş gördüyünü, ona təqaüdü birlikdə düzəltdiklərini, Mehmanın ona pulunu vermədiyini, pulu verilməsə məsələnin həll edilməyəcəyini bildirmişdir. Sabir ona Mehmanla özünün danışacağını, məsələnin həll edəcəyini demiş, bu zaman o, X5 820 manat pulu verməli olduğunu, həmin pulu vermədiyi təqdirdə təqaüdün düzəldilməsi ilə bağlı işinə “atkaz” gedəcəyini demiş, Sabir ona Mehmanla danışaraq iyul ayının 25-dək ona çatacaq 820 manat pulun veriləcəyini bildirmiş, bir neçə gün sonra Sabir onunla əlaqə saxlayaraq 820 manat pulu ona göndərmək istədiyini demiş, həmin vaxtı ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə atasının adına olan plastik kartın nömrəsini göndərmişdir. 25 iyul 2021-ci il tarixdə Sabir Şıxəliyev onun göndərdiyi kart hesabına 820 manat pulun göndərilməsi ilə bağlı qəbzi göndərmiş, Sabirə narahat olmamasını, sənədlərin həkimdə olduğunu, 1 həftə ərzində işin düzələcəyini bildirmiş, təxminən 20 gün sonra Sabir Şıxəliyev ona zəng edərək işinin nə yerdə olduğunu soruşmuş, o Sabirə yalandan narahat olmamasını, artıq işin yekunlaşma mərhələsində olduğunu bildirmişdir. O, Sabirə Müdafiə Nazirliyində vakansiya olduğunu, qeyd edilən qurumda tanışlarının olduğunu, ona 1000 manat şirinlik veriləcəyi təqdirdə həmin tanışlarından xahiş edərək qeyd edilən cəmiyyətə işə düzəldə biləcəyini, ətrafında işləmək istəyən şəxsləri onunla əlaqə saxlamasını xahiş etmiş, Sabir ona tanışlarından maraqlanaraq məlumat verəcəyini demiş, bir neçə gün sonra Sabir Şıxəliyev istifadəsində olan qeyd edilən mobil nömrəyə zəng edərək yeznəsi Zərərçəkmiş şəxs5 işə ehtiyacı olduğunu, Müdafiə Nazirliyində olan işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, o da Sabirə narahat olmamasını, işə düzəlmə ilə bağlı ilkin sənədlər, yəni şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətlərini, sağlamlıq haqqında arayışı və s. sənədləri toplayaraq ona təqdim etməsini, daha sonra isə Zərərçəkmiş şəxs5 işini düzəldə biləcəyini, bunun müqabilində isə 1000 manat məbləğində pul vəsaitinin hörmət olaraq ona verməli olduqlarını bildirmişdir. Təxminən 2021-ci ilin avqust ayının əvvəllərində Sabir onunla əlaqə saxlayaraq Ələsgərin sənədlərini topladığını, onunla görüşərək sənədlərini vermək istədiyini bildirmiş, Sabirə Bakı şəhərinə gələrək həmin sənədləri təqdim etməsini bildirdiyindən bir gün sonra Sabir Bakı şəhərinə gələrək onunla əlaqə saxlamış, Sabiri Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Lider TV”- nin qarşısına çağırmış, orada Sabirlə görüşmüşdür. Görüş zamanı Sabirə narahat olmamasını, yeznəsi Ələsgərin işini həll edərək dəmir yoluna işə düzəldəcəyini, Sabirin təqaüdlə bağlı işini də qısa zaman ərzində həll edəcəyini bildirmiş və Zərərçəkmiş şəxs5 sənədlərini Sabirdən götürmüşdür. Sabir Şıxəliyevə təqaüd düzəldilməsi üçün ona müraciət etdikdən sonra X39 hospitalı adlanan Müdafiə Nazirliyinin 1 saylı xəstəxanasında həkim işləyən Rəşad Hüseynov adlı şəxsə pul vəsaitini versə də, ibtidai istintaq zamanı həmin məsələninin həll edilməsini öz boynuna götürmüş və heç kimə pul vermədiyini demişdir. Əlavə olaraq Sabirə Ələsgərin onunla əlaqə saxlamasını, Ələsgərin Bakı şəhərinə gələrək həkim komisiyyasından keçməli olduğunu demişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs5 ona zəng edərək Sabir Şıxəliyevin yeznəsi olduğunu deyərək özünü təqdim etmiş, Zərərçəkmiş şəxs5 həqiqətən işə düzəldəcəyi inamını yaratmaq və Ələsgərdən pul almaq üçün onun Bakı şəhərinə gələrək həkim komissiyasından keçməli olduğunu bildirirək Ələsgəri 11 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Lider TV”-nin qarşısına çağırmış, Ələsgərə gələrkən əlavə sənədlər gətirməsini də demişdir. Lakin həmin sənədlərin dəqiq olaraq nə olduğunu xatırlamır. 11 avqust 2021-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs5 ona zəng edərək “Lider TV”-nin qarşısında olduğunu demiş, o həmin vaxt şəxsi işləri olduğu üçün Ələsgərlə görüşə bilməmiş, bu səbəbdən Ələsgərə gec gəldiyini, 14 avqust 2021-ci il tarixdə, yəni həftənin birinci günü yenidən gəlməsini bildirmiş, 14 avqust 2021-ci il tarixdə Ələsgər ona zəng edərək “Lider TV”-nin qarşısında olduğunu, sənədləri də gətirdiyini, həmin sənədləri kimə verəcəyini soruşmuş, o, Ələsgərə sənədləri “Lider TV”-nin yanında yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində postda xidmət edən əsgərə verməsini, sənədləri oradan götürəcəyini bildirmiş, bir neçə dəqiqə sonra Ələsgər ona sənədləri hərbi hissənin qapı mühafizə postunda xidmət edən əsgərə verdiyini demiş, bu zaman o, Ələsgərdən xidmət haqqı olan pulun bir hissəini, yəni 400 manat pulu “WhatsApp”la göndərəcəyi tanışı Şahid2 kart hesabına göndərməsini istəmiş, həmin vaxt Ələsgər ona qeyd edilən pulu atacağını bildirmiş, bir neçə dəqiqə sonra Ələsgər ona zəng edərək 400 manat pulu onun göndərdiyi kart hesabına atdığını demiş, həmin kart tanışı Şahid2 adına olmuş və həmin vaxt o Firdovsiyə atasının ona kirayə ilə bağlı pul göndərəcəyini deyərək müvəqqəti həmin kartı Firdovsidən götürmüşdür. Ələsgərin ona göndərdiyi 400 manat pul karta mədaxil olduqdan sonra o, Ələsgərə gözləməsini, həmin yerdən götürəcəklərini demiş və qeyd edilən pul vəsaitini dəqiq xatırlamadığı ünvanda kartdan çıxarmış, qeyd edilən gün axşam saatlarında Ələsgər ona zəng edərək heç kimin əlaqə saxlamadığını, hələ də “Lider Tv”-nin yaxınlığında gözlədiyini demiş, bu zaman o, Ələsgərə həkim komissiyasından keçməyə lüzum olmadığını, həkimin Ələsgərin sənədlərini ona görə müayinə etmədən hazırlayacağını, İmişli rayonuna qayıtmasını, işi düzələn vaxtı özlərinin Ələsgərlə əlaqə saxlayacaqlarını demişdir. Təxminən 10-15 gün sonra Ələsgər yenidən onunla əlaqə saxlayaraq işinin nə yerdə olduğunu soruşmuş, o, Ələsgərin ona verməli olduğu qalıq 600 manat pulu da Ələsgərdən almaq üçün oktyabr ayının 5-i işə çıxacağını, qısa zamanda əmri veriləcəyini bildirmiş və ona verəcəyi 600 manat pulu ondan istəmiş, Ələsgər ona “təki işim düzəlsin problem yoxdu” sözlərini demiş, həmin vaxtı Ələsgərə Sabirdə ona məxsus plastik kartın olduğunu, 600 manat pulu həmin karta göndərməsini istəmiş, bir qədər sonra Ələsgər 600 manat pulu atası X14 adına olan karta göndərmiş və o, həmin pulu da şəxsi ehtiyaclarına sərf etmişdir. Həmin ərəfələrdə yəni, 20 avqust 2021-ci il tarixdə isə Sabirə zəng edərək işi ilə bağlı əlavə 700 manat pul və 3x4 fotoşəkil lazım olduğunu bildirmiş, Sabir ona 700 manatı olmadığını, yalnız 350 manat pul göndərə biləcəyini demiş və 25 avqust tarixində Sabir ona 3x4 fotoşəklini və 350 manat pulu yol taksisi vasitəsi ilə göndərmiş, o, həmin pulu avtovağzalda tanımadığı taksi sürücüsündən təhvil alaraq şəxsi ehtiyaclarına sərf etmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs5 ona zəng edərək işinin nə yerdə olduğunu soruşmuş, o Ələsgərə artıq işinin yekunlaşdığını, iş yerindən zəng gələcəyini demiş, Ələsgər tez-tez ona zəng edərək iş yerindən hansı səbəbə görə zəng gəlmədiyini soruşduğu üçün o, Ələsgəri inandırmaq məqsədilə 18 noyabr 2021-ci il tarixdə Ələsgərin istifadəsində olan xatırlamadığı mobil nömrəyə zəng edərək “qardaş siz dekabr ayının 2-si işə çıxacaqsınız” sözlərini demiş, həmin vaxtı Ələsgər telefonda danışan şəxsin kim olduğunu soruşmuş, o, Ələsgərə sənədlərini təqdim etdiyi iş yerindən olduğunu deyərək telefonu söndürmüşdür. 2 dekabr 2021-ci il tarixdə isə o, öz mobil nömrəsindən Zərərçəkmiş şəxs5 zəng edərək artıq işinin hazır olduğunu, işə təyin olunma ilə bağlı əmri, iş yeri barədə məlumatları əks etdirən sənədləri göndərəcəyini demiş, əlavə olaraq ondan 150 manat şirinlik istəmiş, Ələsgər ona 100 manat pulu olduğunu deyərək həmin pulu atasının adına olan kart hesabına göndərmiş, bundan sonra o, Yasamal rayonunda yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin qapıda yerləşən əsgər postundan götürdüyü sənədləri taksi vasitəsi ilə Ələsgərə göndərmiş, həmin sənədlərin içində Ələsgərin işə təyin olunması ilə bağlı heç bir sənəd olmamışdır, qeyd edilən sənədlər Əlsəgər tərəfindən götürülükdən sonra Ələsgər ona zəng edərək sənədlərdə işə düzəlmə ilə bağlı sənəd olmadığını deyən zaman Ələsgərə işə düzəlməsi ilə bağlı sənəd olmadığını demişdir. Buna görə də o barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir. O, Zərərçəkmiş şəxs5 vurduğu maddi ziyanı tam ödəmişdir. Qeyd edilən şikayətlərlə bağlı barəsində dəfələrlə axtarış verilmişdir. İmişli RPŞ-nin CAŞ-nin rəisi zəng edərək onu qanunsuz narkotik vasitələrlə ittiham edəcəyini bildirdiyindən o, ibtidai istintaqdan yayınmışdır. O, azadlıqda olarkən dəfələrlə Azərbaycan Respublikasının Baş Prokuroruna və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə bu barədə müraciət ünvanlamışdır. 22 yanvar 2023-cü il tarixdə təxminən saat 17 radələrində o, mağazadan su almaq üçün yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 42 saylı binanın 8-ci mərtəbəsində yerləşən 51 saylı mənzili tərk edərək yaxınlıqda yerləşən mağazaya getmiş, özünə su almış, su aldıqdan sonra mağazadan qayıdaraq 42 saylı binanın liftinin qarşısında olan zaman 2 nəfər şəxsin onun arxasınca gəldiyini görüb, o, qaçmağa başlamışdır. Polis əməkdaşları onun pilləkənlərlə yuxarı qaçdığını görərək arxasınca gəlməyə başlamış, pilləkənlərlə yuxarı qaçan zaman binanın təxminən 4-5-ci mərtəbələrində yerləşən mənzilin qarşısında pişiklər üçün yemək qabı və mətbəx bıçağını görmüş, həmin bıçağı götürmüş, polis əməkdaşlarının onun əlində bıçaq olduğunu görüb qorxacaqlarını və arxasınca gəlməyəcəklərini düşünmüşdür. Təxminən 7-ci mərtəbədən yuxarı qaçan zaman o, arxasınca qaçan polis əməkdaşlarına arxasınca gəlməmələrini, özünə bıçaqla xəsarət yetirəcəyini bildirmişdir. Təbriz adlı əvvəllər tanıdığı polis əməkdaşı ona “and ola balamın canına səni narkotiklə yükləməyəcəyik” demişdir. Polis əməkdaşları isə arxasınca qaçmağa davam etdikləri üçün polis əməkdaşlarının qorxub gəlməməsi məqsədilə 1 dəfə sağ əlində saxladığı bıçaqla qarnının sol nahiyyəsinə zərbə endirmiş, lakin bıçaq həmin vaxt qarnına çox girməmiş, çünki əyninində paltar var olmuşdur. O, polislərin arxasınca gəldiyini görüb yenidən yuxarı qalxmış və yaşadığı 8-ci mərtəbədəki 51 saylı mənzilin qapısını açmağa vaxtı olmadığı üçün 51 nömrəli üzbəüzündə yerləşən 49 nömrəli mənzilə arxasını söykəyərək paltarını qaldıraraq bədəninə sağ əlində saxladığı bıçaqla zərbələr endirmişdir. Özünə xəsarət yetirən zaman polis əməkdaşları oraya çatmış, özünə xəsarət yetirdiyini görərək dayanmışlar. O, polis əməkdaşlarına üzərinə gələcəkləri təqdirdə özünə daha çox xəsarət yetirəcəyini demiş, 8-ci mərtəbə ilə 9-cu mərtəbə arasındakı liftə doğru qalxmağa başlamışdır. O, həmin liftlə aşağı düşmək istəmiş, yavaş-yavaş pilləkənlə yuxarı qalxmış, liftin qabağında liftin düyməsinə lift açılan vaxtı Toğrul onun üzərinə gələrək əlindən bıçağı almış, onu döyərək bədəninin müxtəlif yerlərinə zərbələr endirməyə başlamışdır. Heç bir polis əməkdaşına xəsarət yetirməmiş, o, yaralı vəziyyətdə olarkən polis əməkdaşlarından biri İmişli RPŞ-nin CAŞ-nin rəisinə zəng edərək özünə xəsarət yetirdiyini bildirmişlər. Bu zaman CAŞ-nin rəisi ona “WhatsApp”-la zəng edəcəyini bildirmişdir. Həmin şəxs binanın həyətinə düşmüş və qayıtdıqda onun xəsarət aldığını görmüşdür. Heç bir polis əməkdaşına xəsarət yetirməmişdir. Hətta müstəntiq İmişli rayon prokorunun adından ondan pul istəmişdir. Qüdrət adlı polis əməkdaşı hadisə baş verən zaman orada olmamışdır. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanları ödəmişdir. Onun borc götürdüyü pulları geri ödəməyilə bağlı kriminal dairələrdə nüfuzu olan şəxslər ondan pulu geri ödəməyini tələb etdiklərindən, ödəmirdi. Lakin Bakı şəhəri Nərimanov RPİ-nin 19-cu PBnin rəisi onu çağırıb pulu ödəməyi bildirdikdən 1 gün sonra o, 1500 manat borc götürdüyü pulu ödəmişdir. Zərərçəkmiş şəxs1 borc götürmüş, digər şəxslərə münasibətdə isə onlara yalan olaraq vəd vermiş, lakin hər bir şəxsə dəymiş zərəri ödəmişdir. X31 heç bir tanışlığı olmamışdır. Mehman adlı tanışı vasitəsilə Sabirdən pul almışdır. Ona heç bir polis əməkdaşı zəng etməmişdir. Özünə xəsarət yetirdikdən sonra polis əməkdaşından biri bıçağı götürüb binanın həyətinə düşmüş, o, xəstəxanada olanda bilmiş ki, polis əməkdaşı özünə xəsarət yetirib. O, özünə xəsarət yetirsə də, tibbi müdaxilə olunmadan yaraları sağalmışdır. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, 2016-cı il tarixdən 2019-cu ilin yanvar ayınadək olan dövr ərzində Müdafiə Nazirliyinin Müşfiq qəsəbəsində yerləşən N saylı hərbi hissəsində MAHHXQ kimi çavuş rütbəsində xidmət etmiş, lakin 2019-cu ilin yanvar ayında öz təşəbbüsü ilə ərizə yazaraq xidmətdən xaric edilmiş, Zərərçəkmiş şəxs1 tanışı Şahid3 vasitəsi ilə tanımış, belə ki, Şahid3la 2017-ci il tarixdə Müşfiq qəsəbəsində yerləşən hərbi hissədə bir yerdə qulluq etmiş, həmin vaxtdan Şahid3la iş yoldaşı kimi münasibəti yaranmış, 2019-cu il tarixdə hərbi xidmətdən xaric olsa da münasibəti davam etmiş, Şahid3la bir yerdə işlədiyi dövrlərdə hərbi qulluqçu kimi işlə təmin olunmaq istəyən şəxslərə köməklik göstərə biləcəyini, nüfuzlu şəxslərlə münasibəti olduğunu, hərbi sahədə işə düzəlmək istəyənləri həmin şəxslərin köməkliyi ilə işlə təmin edə biləcəyini demiş, təqribən 2020-ci ilin iyun ayında Şahid3 istifadəsində olan mobil telefonuna zəng edərək tanışı Zərərçəkmiş şəxs1 əvvəllər hərbi sahədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etdiyini, lakin sonradan xidmətdən xaric olunduğunu, Zərərçəkmiş şəxs1 yenidən hərbi sahədə hərbi qulluqçu kimi xidmətə bərpa edilməsində köməklik edə bilib-bilməyəcəyini soruşmuş, həmin vaxt mövcud “Covid-19” xəstəliyi ilə əlaqədar karantin rejimi elan olunduğu üçün maddi sıxıntıları olduğundan pula ehtiyyacı olması səbəbindən o, tanışı Şahid3 Sulduz Zeynalovun sənədlərinə baxdıqdan sonra bir söz deyə biləcəyini bildirmiş, həmin vaxt Tural onun nömrəsini Zərərçəkmiş şəxs1 verəcəyini, Özünün Zərərçəkmiş şəxs1la danışmağını bildirmiş, bir qədər sonra Zərərçəkmiş şəxs1 hazırda xatrlamadığı mobil nömrədən “WhatsApp” mobil tətbiqi vasitəsi ilə zəng edərək Şahid3 tanışı olduğunu, xidmətdən xaric olunduğunu və işə bərpa olunmaqda ona köməklik edə bilib-bilməyəcəyini soruşmuş, o, Zərərçəkmiş şəxs1la telefon danışığı zamanı Müdafiə Nazirliyinin 2-ci X18 rəisi, general-mayor Münasib Babayevlə yaxın münasibəti olduğunu, Münasib Babayevin adamı olduğunu, Münasib Babayevin köməkliyi ilə 20 gün ərzində hərbi xidmətddə qulluqçu kimi işə bərpa etdirəcəyini, hərbi biletin və digər sənədlərinin surətini təqdim etməyini bildirmiş, danışıqları zamanı Münasib Babayevlə münasibətinin çox yaxın olduğunu, Sulduzun hərbi xidmətə işə bərpa etməyi müqabilində Münasib Babayevə danışaraq aşağı qiymətə yəni 1500 manat pul vəsaitinin Münasib Babayevə verilməli olduğunu bildirmiş, bundan sonra bu məsələ ilə bağlı müzakirə etmək üçün Tural, Səyyad və o, Bakı şəhərində Şamaxinka adlanan ərazidə görüşmüş, görüşü zamanı o, Zərərçəkmiş şəxs1 artıq işə bərpa məsələsini Münasib Babayevlə danışdığını, Münasib Babayevin 1500 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində Zərərçəkmiş şəxs1 hərbi xidmətə işə bərpa olunmasına razılıq verildiyini, 1500 manat pul vəsaitinin qısa zaman ərzində Münasib Babayevə verilməli olduğunu bildirmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 xatırlamadığı sənədlərinin surətini təhvil almış, Zərərçəkmiş şəxs1 ona 1500 manat pul vəsaitini qısa zaman ərzində verəcəyini bildirmiş, 2020-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayaraq 1500 manat pul vəsaitinin hazır olduğunu, onunla görüşmək istədiyini bildirmiş, bu səbəbdən onlar 2020-ci ilin iyul ayının xatırlamadığı günündə Sumqayıt şəhərində nömrəsini xatırlmadığı notarius ofisinin qarşısında görüşmüş, həmin vaxt ortaq tanışları Şahid3 da oraya Səyyad ilə birlikdə gəlmiş və görüşləri Şahid3 markasını və nömrəsini xatırlamadığı avtomobilində olmuş, görüşləri zamanı o, Zərərçəkmiş şəxs1 inam yaratmaq üçün artıq Münasib Babayevin müvafiq tapşırıqlar verdiyini, götürdüyü 1500 manatı Münasib Babayevə təqdim etdikdən sonra 20 gün ərzində Səyyadm hərbi sahədə işə bərpa olunacağını bildirmiş, bu zaman Zərərçəkmiş şəxs1 Şahid3 yanında 1500 manat nağd pul vəsaitini ona təqdim etmiş, o, qeyd edilən pul vəsaitini Zərərçəkmiş şəxs1 götürdükdən sonra həmin pulu apararaq Münasib Babayevə təqdim edəcəyini, təxminən 20 gün sonra Səyyadın işə bərpa olunması ilə bağlı məsələnin Münasib Babayev tərəfindən həll olunacağını, Səyyada Şahid3 ortaq tanışı olduğu üçün təmannasız kömək etdiyini bildirirək oradan ayrılmış və həmin pul vəsaitlərini şəxsi ehtiyacı üçün sərf etmiş, bir müddət sonra Zərərçəkmiş şəxs1 mobil nömrəsinə zəng edərək işə bərpa olunma məsələsindən xəbər tutmağa başlamış, o, Zərərçəkmiş şəxs1 aldığı pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etdiyi üçün Səyyada yalandan müxtəlif bəhanələr gətirməyə başlamış, növbəti zənglərində isə Səyyad və Şahid3 telefonlarına cavab verməmiş, bundan sonra Zərərçəkmiş şəxs1 barəsində Sumqayıt şəhər polis idarəsinə verdiyi şikayət əsasında o, xx.xx.2022-ci il tarixdə Xətai metrostansiyası yaxınlığında saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus 1500 manat pul vəsaiti tərəfindən Səyyada qaytarılmışdır. Vahid Məmmədovu tanımaqla sonuncu ilə aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur, Vahiddən 1500 manat məbləğində pulu 2020-ci ilin yaz aylarında ehtiyacı olduğu üçün sələm olaraq, 1 ay müddətinə üzərində 400 manat qaytarmaq şərti ilə Şamaxinka adlanan ərazidə almış, 1500 manat məbləğində pulu 2020ci ilin yaz aylarında Bakı şəhəri 19-cu polis bölməsinin qarşısında üzərində 400 manat olmaqla Vahidə qaytarmış, o, Vahiddən qohumu X32 Nazirliyinin “N” saylı hərbi hissəsində işə düzəltmək adi ilə 3500 manat məbləğində pul almamış, Vahidə pulu verdikdən 1 həftə sonra Vahid ona zəng vurub pula ehtiyacının olub-olmadığını soruşmuş, Vahid ona “Kaş hamı sənin kimi etibarlı müştəri olardı. Pulu vaxtında qaytarardı. Gör etibarlı kimin olsa mənə denən onada pul verim. Qarşılığında sənədə hörmət edəcəm” - demiş, həmin vaxt onun da pula ehtiyacı olmuş, ölkə ərazisində elan olunmuş karantin vəziyyətinə görə işi olmadığı üçün yaşadığı evin kirayəsini ödəyə bilməmiş, o da Vahidə pula ehtiyacı olduğunu demiş, Vahid ona istədiyi pulu taksi ilə göndərə biləcəyini demiş, o da, Vahidə evdən çıxa bilməyəciyini deyib pulu atasının adına olan karta göndərməyini istəmiş, Vahid ondan nə qədər pula ehtiyacının olduğunu soruşmuş, o cavabında Vahidə 500 manat pulun bəs edəcəyini demiş, bundan sonra Vahid 2020-ci ilin avqust ayında onun atasının adına olan, Kapital Banka məxsus karta 500 manat məbləğində pulu göndərmiş, onun maddi gücü çatmadığından Vahidin həmin 500 manat pulunu qaytara bilməmiş, Vahid Məmmədovun barəsində göstərdikləri yalandır. Bundan başqa X13 2021-ci ilin əvvəllərində İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Foto Rza” studiosunda tanımış, həmin vaxtı foto studioda olan tanımadığı şəxslərlə Mehman Nəsirov arasında hərbi ilə bağlı söhbət aparmış, bu zaman o, Mehman Nəsirovla həmsöhbət olmuş və ona 2018-ci ilin dekabr ayına qədər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin ƏİK taborunda operator vəzifəsində işlədiyini demiş, Mehman isə özünü ona İmişli İcra Hakimiyyətinin işçisi kimi təqdim etmiş, İkinci Qarabağ müharibəsi iştirakçısı olan Sabir adlı şəxsin ona müraciət edərək özünə təqaüd düzəltmək istədiyini, bunun müqabilində pul verdiyini, ondan köməklik istədiyini bildirmiş, o həmin vaxtı Mehmana narahat olmamasını, Sabirə təqaüd düzəldilməsində köməklik edəcəklərini bildirməsini demiş, əslində onun və Mehmanın niyyəti Sabirin pul vəsaitini ələ keçirmək olmuş, Mehman Nəsirova istifadəsində olan ***-***-**-** mobil nömrəsini ona verərək onunla əlaqə saxlamasını bildirmiş, təxminən bir həftə sonra Mehman ona verdiyi mobil nömrəsinə “WhatsApp” mesajlaşma vasitəsi ilə yazaraq Sabirin məsələsinin nə edəcəklərini soruşmuş, o isə Mehmana gözləməsini bir xəbər deyəcəyini, daha sonra ona cavab verəcəyini bildirmiş, bundan sonra Mehmanla danışmış, Mehmana Sabirdən pulu və sənədlərini götürməsini, pulun dəqiq xatırlamadığı bir hissəsini və sənədlərini ona göndərməsini, pulun qalan hissəsini isə özünə saxlamasını demiş, çünki həmin vaxtı maddi sıxıntıları olmuş, Mehman da ona pula ehtiyacı olduğunu demiş, o və Mehman həmin vaxtı Sabirdən pulu aldıqdan bir müddət sonra həmin pulu qaytaracaqlarını düşünmüşlər, bir müddət sonra Mehmana zəng edərək Sabirin sənədlərini Bakı şəhəri Yasamal rayonunda yerləşən Bakı Hərbi məhkəməsinin girişində mühafizə postuna təqdim etməsini bildirmiş, bir neçə gün sonra Mehman Nəsirov ona zəng edərək Sabir Şıxəliyevin sənədlərini Bakı Hərbi Məhkəməsində mühafizə postuna təqdim etdiyini demiş, o Mehmana həmin sənədləri oradan özünün götürəcəyini, Sabirlə daha özünün danışacağını demiş, bir neçə gün sonra qeyd edilən sənədləri həmin ünvandan götürmüş və özündə saxlamış, Mehman ona Sabir Şıxəliyevlə danışaraq qeyd edilən pul vəsaitini də götürüb hissə-hissə ona göndərəcəyini demiş, o, həmin vaxt Mehman Nəsirova istifadəsində olan atası İlqam Əliyevin adına qeydiyyatda keçmiş "xxxx" ASC-yə məxsus plastik kartı göndərmiş, Mehman həmin karta 2021-ci ilin iyun-avqust aylarında müxtəlif tarixlərdə hissə-hissə 1350 manat pul vəsaitini göndərmiş, o həmin pulu şəxsi ehtiyaclarına sərf etmiş, çünki “Covid-19” xəstəliyi ilə əlaqədar pandemiya elan olunduğundan işləməmiş, 2021-ci ilin iyul ayının ortalarında o, Sabir Şıxəliyevə məxsus sənədlərin üzərindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsini götürərək zəng edib özünü təqdim etmiş, telefon danışığı zamanı X38 birlikdə iş gördüyünü, ona təqaüdü birlikdə düzəltdiklərini, Mehmanın onun pulunu vermədiyini, pulu verilməsə onun işini «atkaz» gedəcəyini bildirmiş, həmin vaxtı Sabir ona Mehmanla özünün danışacağını, onun işini alındırmağını, nə lazım olsa həll edəcəyini demiş, bu zaman o, X5 820 manat pulu verməli olduğunu, həmin pulu vermədiyi təqdirdə təqaüdün düzəldilməsi ilə bağlı işinə «atkaz» gedəcəyini demiş, Sabir ona Mehmanla danışaraq iyul ayının 25-dək ona çatacaq 820 manat pulun veriləcəyini bildirmiş, bir neçə gün sonra Sabir onunla əlaqə saxlayaraq 820 manat pulu ona göndərmək istədiyini demiş, o həmin vaxtı ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə atasının adına olan plastik kartı göndərmiş, 25 iyul 2021-ci il tarixdə Sabir Şıxəliyev onun göndərdiyi kart hesabına 820 manat pulun göndərilməsi ilə bağlı qəbzi göndərmiş, Sabirə narahat olmamasını, sənədlərin həkimdə olduğunu, 1 həftə ərzində işin düzələcəyini bildirmiş, təxminən 20 gün sonra Sabir Şıxəliyev ona zəng edərək işinin nə yerdə olduğunu soruşmuş, o, Sabirə yalandan narahat olmamasını, artıq işin yekunlaşma mərhələsində olduğunu bildirmiş, qeyd olunan danışıq zamanı Sabirin ona inamının yarandığını gördüyü üçün daha çox pul vəsaitini ələ keçirmək üçün "xxxx" ASC-nin işçi axtardığını, vakansiya olduğunu, qeyd edilən qurumda tanışlarının olduğunu, ona 1000 manat şirinlik veriləcəyi təqdirdə həmin tanışlarından xahiş edərək qeyd edilən cəmiyyətə işə düzəldə biləcəyini, ətrafında işləmək istəyən şəxsləri onunla əlaqələndirməsini xahiş etmiş, Sabir ona tanışlarından maraqlanaraq məlumat verəcəyini demiş, bir neçə gün sonra Sabir Şıxəliyev istifadəsində olan qeyd edilən mobil nömrəyə zəng edərək yeznəsi Zərərçəkmiş şəxs5 işə ehtiyacı olduğunu, onun qeyd etdiyi "xxxx" ASC-də olan işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, o, Sabirə narahat olmamasını, işə düzəlmə ilə bağlı ilkin sənədlər, yəni şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətlərini, sağlamlıq haqqında arayışı və s. sənədləri toplayaraq ona təqdim etməsini, daha sonra isə Zərərçəkmiş şəxs5 işini düzəldə biləcəyini, bunun müqabilində isə 1000 manat məbləğində pul vəsaitinin hörmət olaraq ona verəcəklərini bildirmiş, təxminən 2021-ci ilin avqust ayının əvvəllərində Sabir onunla əlaqə saxlayaraq Ələsgərin sənədlərini topladığını, onunla görüşərək sənədlərini vermək istədiyini bildirdiyi üçün o, Sabirə Bakı şəhərinə gələrək həmin sənədləri ona təqdim etməsini bildirmiş, bir gün sonra Sabir Bakı şəhərinə gələrək onunla əlaqə saxlamış, o, Sabiri Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Lider TV”-nin qarşısına çağırmış, orada Sabirlə görüşmüş, görüş zamanı Sabiri bir daha arxayın salmış və narahat olmamasını, yeznəsi Ələsgərin işini həll edərək dəmir yoluna işə düzəldəcəyini, Sabirin təqaüdlə bağlı işini də qısa zaman ərzində həll edəcəyini bildirmiş və Zərərçəkmiş şəxs5 sənədlərini Sabirdən götürmüş və Sabirə Ələsgərin onunla əlaqə saxlamasını, Ələsgərin Bakı şəhərinə gələrək həkim komisiyyasından keçməli olduğunu demiş, bir neçə gün sonra Zərərçəkmiş şəxs5 ona zəng edərək Sabir Şıxəliyevin yeznəsi olduğunu deyərək özünü təqdim etmiş, o, Zərərçəkmiş şəxs5 həqiqətən işə düzəldəcəyi inamını yaratmaq və Ələsgərdən pul almaq üçün sonuncunun Bakı şəhərinə gələrək həkim komissiyasından keçməli olduğunu bildirirək sonuncunu 11 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Lider TV»-nin qarşısına çağırmış, Ələsgərə gələrkən əlavə sənədlər gətirməsini də demiş, lakin həmin sənədlərin dəqiq olaraq nə olduğunu xatırlamır, 11 avqust 2021-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs5 ona zəng edərək «Lider TV»-nin qarşısında olduğunu demiş, o, həmin vaxt şəxsi işləri olduğu üçün Ələsgərlə görüşə bilməmiş, bu səbəbdən Ələsgərə gec gəldiyini, növbəti iki günün həftənin altı və bazar günləri olduğu üçün həkim komissiyasından keçə bilməyəcəyini, 14 avqust 2021-ci il tarixdə, yəni həftənin birinci günü yenidən gəlməsini bildirmiş, 14 avqust 2021-ci il tarixdə Ələsgər ona zəng edərək “Lider TV”-nin qarşısında olduğunu, sənədləri də gətirdiyini, həmin sənədləri kimə verəcəyini soruşmuş, o, Ələsgərə sənədləri “Lider TV”-nin yanında yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində postda xidmət edən əsgərə verməsini, sənədləri oradan götürəcəyini bildirmiş, bir neçə dəqiqə sonra Ələsgər ona sənədləri hərbi hissənin qapı mühafizə postunda xidmət edən əsgərə verdiyini demiş, bu zaman o, Ələsgərdən xidmət haqqı olan pulun bir hissəini, yəni 400 manat pulu “WhatsApp”la göndərəcəyi tanışı Şahid2 kart hesabına göndərməsini istəmiş, həmin vaxt Ələsgər ona qeyd edilən pulu atacağını bildirmiş, bir neçə dəqiqə sonra Ələsgər ona zəng edərək 400 manat pulu onun göndərdiyi kart hesabına atdığını demiş, həmin kart tanışı Şahid2 adına olmuş və həmin vaxt o, Firdovsiyə atasının ona kirayə ilə bağlı pul göndərəcəyini deyərək müvəqqəti həmin kartı Firdovsidən götürmüş, Ələsgərin ona göndərdiyi 400 manat pul karta mədaxil olduqdan sonra o, Ələsgərə gözləməsini, həmin yerdən götürəcəklərini demiş və qeyd edilən pul vəsaitini dəqiq xatırlamadığı ünvanda kartdan çıxarmış, qeyd edilən gün axşam saatlarında Ələsgər ona zəng edərək heçkəsin əlaqə saxlamadığını, hələ də “Lider TV”-nin yaxınlığında gözlədiyini demiş, bu zaman o, Ələsgərə həkim komissiyasından keçməyə lüzum olmadığını, incilməməsi üçün həkimin Ələsgərin sənədlərini ona görə müayinə etmədən hazırlayacağını, İmişli rayonuna qayıtmasını, işi düzələn vaxtı özlərinin Ələsgərlə əlaqə saxlayacaqlarını demiş, təxminən 10-15 gün sonra Ələsgər yenidən onunla əlaqə saxlayaraq işinin nə yerdə olduğunu soruşmuş, o, Ələsgərin ona verməli olduğu qalıq 600 manat pulu da Ələsgərdən almaq üçün oktyabr ayının 5-i işə çıxacağını, qısa zamanda əmri veriləcəyini bildirmiş və ona verəcəyi 600 manat pulu ondan istəmiş, Ələsgər ona “təki işim düzəlsin problem yoxdu” sözlərini demiş, həmin vaxtı Ələsgərə Sabirdə ona məxsus plastik kartın olduğunu, 600 manat pulu həmin karta göndərməsini istəmiş, bir qədər sonra Ələsgər 600 manat pulu atası X14 adına olan karta göndərmiş və o, həmin pulu da şəxsi ehtiyaclarına sərf etmiş, həmin ərəfələrdə yəni, 20 avqust 2021-ci il tarixdə isə Sabirə zəng edərək işi ilə bağlı əlavə 700 manat pul və 3x4 fotoşəkil lazım olduğunu bildirmiş, Sabir ona, 700 manatı olmadığını, yalnız 350 manat pul göndərə biləcəyini demiş və 25 avqust tarixində Sabir ona 3x4 fotoşəklini və 350 manat pulu yol taksisi vasitəsi ilə göndərmiş və o, həmin pulu avtovağzalda tanımadığı taksi sürücüsündən təhvil alaraq şəxsi ehtiyaclarına sərf etmiş, bir müddət sonra Zərərçəkmiş şəxs5 ona zəng edərək işinin nə yerdə olduğunu soruşmuş, o Ələsgərə artıq işinin yekunlaşdığını, iş yerindən zəng gələcəyini demiş, Ələsgər tez-tez ona zəng edərək iş yerindən hansı səbəbə görə zəng gəlmədiyini soruşduğu üçün o Ələsgəri inandırmaq məqsədilə 18 noyabr 2021-ci il tarixdə Ələsgərin istifadəsində olan xatırlamadığı mobil nömrəyə zəng edərək “qardaş siz dekabr ayının 2-si işə çıxacaqsınız” sözlərini demiş, həmin vaxtı Ələsgər telefonda danışan şəxsin kim olduğunu soruşmuş, o, Ələsgərə sənədlərini təqdim etdiyi iş yerindən olduğunu deyərək telefonu söndürmüş, 02 dekabr 2021-ci il tarixdə isə o, öz mobil nömrəsindən Zərərçəkmiş şəxs5 zəng edərək artıq işinin hazır olduğunu, işə təyin olunma ilə bağlı əmri, iş yeri barədə məlumatları əks etdirən sənədləri göndərəcəyini demiş, əlavə olaraq ondan 150 manat şirinlik istəmiş, Ələsgər ona 100 manat pulu olduğunu deyərək həmin pulu atasının adma olan kart hesabına göndərmiş, bundan sonra o, Yasamal rayonunda yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin qapıda yerləşən əsgər postundan götürdüyü sənədləri taksi vasitəsi ilə Ələsgərə göndərmiş, həmin sənədlərin içində Ələsgərin işə təyin olunması ilə bağlı heç bir sənəd olmamış, qeyd edilən sənədlər Əlsəgər tərəfindən götürülükdən sonra Ələsgər ona zəng edərək sənədlərdə işə düzəlmə ilə bağlı sənəd olmadığını deyən zaman sonuncuya işə düzəlməsi ilə bağlı sənəd olmadığını, barəsində şikayət verməsini bildirmiş, bundan sonra qeyd edilən şəxslərin barəsində verdiyi şikayət ərizələri əsasında İmişli RPŞ-də cinayət işi başlanılmış, qeyd edilən cinayət işi üzrə barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə axtarış elan edilmiş, ona dəfələrlə ibtidai istintaqda iştirakla bağlı müraciət olunmuş, İmişli RPŞ-də cinayət işinin ibtidai obyektiv aparılmadığı üçün həmin çağırışlara getməmiş və ünvan 1 ünvanında gizlənmiş, xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində o, özünə mağazadan su almaq üçün yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 42 saylı binanın 8-ci mərtəbəsində yerləşən 51 saylı mənzili tərk edərək yaxınlıqda yerləşən mağazaya getmiş, özünə su almış, su aldıqdan sonra mağazadan qayıdaraq 42 saylı binanın liftinin qarşısında olan zaman İmişli RPŞ-nin 2 nəfər polis əməkdaşının onun arxasınca gəldiyini görmüş, qeyd edilən polis əməkdaşları onu əvvəllər axtarışla tutaraq istintaqa təqdim etdikləri üçün onları tanımış, bu zaman barəsində axtarış olduğunu və polis əməkdaşlarının onu tutacaqlarını bildiyindən onlardan yayınmaq məqsədilə pilləkəndə yuxarı qaçaraq yaşadığı mənzildə gizlənmək istəmiş, çünki polis əməkdaşları onun yaşadığı mənzili tanımadığını düşünmüş, polis əməkdaşları onun pilləkənlərlə yuxarı qaçdığını görərək onun arxasınca gəlməyə başlamış, pilləkənlərlə yuxarı qaçan zaman binanın təxminən 4-5-ci mərtəbələrində yerləşən mənzilin qarşısında pişiklər üçün yemək qabı və mətbəx bıçağını görmüş, qeyd edilən bıçağı götürmüş, polis əməkdaşların onun əlində bıçaq olduğunu görərək qorxmaları və onun arxasınca gəlməmələri üçün qeyd edilən bıçağı götürmüşdür. O yaşadığı evə gələrək gizlənmək istəmiş, təxminən 7-ci mərtəbədən yuxarı qaçan zaman o, arxası ilə qaçan polis əməkdaşlarına arxalarınca gəlməmələrini, özünə bıçaqla xəsarət yetirəcəyini bildirmiş, polis əməkdaşları isə arxasınca qaçmağa davam etdikləri üçün polis əməkdaşlarının qorxub gəlməməsi məqsədilə 1 dəfə sağ əlində saxladığı bıçaqla qarnının sol nahiyyəsinə zərbə endirmiş, lakin bıçaq həmin vaxt qarnına çox girməmiş, çünki əynində paltar olmuş, o, polislərin arxası ilə gəldiklərini görüb yenidən yuxarı qalxmış və yaşadığı 8-ci mərtəbədəki 51 saylı mənzilin qapısını açmağa vaxtı olmadığı üçün 51 nömrəli üzbəüzündə yerləşən 49 nömrəli mənzilə arxasını söykəyərək paltarını qaldıraraq bədəninə sağ əlində saxladığı bıçaqla zərbələr endirmiş, o, özünə xəsarət yetirən zaman polis əməkdaşları oraya çatmış, özünə xəsarət yetirdiyini görərək dayanmış, o, isə polis əməkdaşlarına üzərinə gələcəkləri təqdirdə özünə daha çox xəsarət yetirəcəyini demiş, 8ci mərtəbə ilə 9-cu mərtəbə arasındakı liftə doğru qalxmağa başlamış, o, həmin liftlə aşağı düşmək istəmiş, yavaş-yavaş pilləkənlə yuxarı qalxmış, liftin qabağında liftin düyməsinə basmış, lift açılan vaxtı Toğrul onun üzərinə gələrək əlindən bıçağı almış, onu döyməyə bədəninin müxtəlif yerlərinə zərbələr endirməyə başlamış, daha sonra onu 3 saylı ŞKX-na aparmış, o, polis əməkdaşlarına müqavimət göstərsə də, heç bir polis əməkdaşına xəsarət yetirməmiş, o, Müdafiə Nazirliyinin 2-ci X18 rəisi, general-mayor Münasib Babayevi hərbi xidmətdə qulluq etdiyi dövr ərzində nüfuzlu şəxs olaraq adını eşitmiş, o, Zərərçəkmiş şəxs1 Münasib Babayevin adını deməklə Səyyadın inamını qazanmaq istəmiş, əslində Münasib Babayevlə hər-hansı əlaqəsi tanışlığı olmamış, o, Zərərçəkmiş şəxs1 1500 manat məbləğində pul vəsaitini Münasib Babayevə vermək adı ilə Səyyadı hərbi sahədə qulluqçu kimi işə bərpa edəcəyini bildirərək almış, əslində onun maddi sıxıntıları olduğu üçün pula ehtiyacı olmuş, Zərərçəkmiş şəxs1 həmin pul vəsaitini Münasib Babayevə təqdim edəcəyini düşünmüş, lakin o, pul vəsaitlərini şəxsi tamahına görə Səyyadı aldadaraq ələ keçirmiş və şəxsi ehtiyacları üçün sərf etmiş, barəsində aparılan cinayət işinin qeyri-obyektiv aparılmasına görə o, İmişli RPŞ-nə getməmiş, polis əməkdaşlarının onu narkotiklə yükləməsindən qorxmuş, bu barədə hər-hansı rəsmi şikayəti olmamış, o, qorxduğu üçün və şikayətinə baxılmayacağını düşündüyü üçün rəsmi şikayət etməmiş, hadisə vaxtı qeyd edilən bıçaq sağ əlində olmuş və o sağ əli ilə qarnının müxtəlif nahiyyələrinə zərbələr edirmiş, İmişli RPİ-nin polis əməkdaşlarının ondan həmin bıçağın hansı formada alınmasını xatırlamır, o, Zərərçəkmiş şəxs3 hansı formada xəsarət almasını xatırlamır, iş üzrə verdiyi 23 iyun 2022-ci il tarixli ifadəsində tanışı X59 Şıxəliyevə təqaüd düzəldilməsi üçün ona müraciət etdikdən sonra X39 hospitalı adlanan Müdafiə Nazirliyinin 1 saylı xəstəxanasında həkim işləyən Rəşad Hüseynov adlı şəxslə əlaqələndirməsi, bundan sonra X46 Şıxəliyevin sənədlərini həmin xəstəxanada Rəşad Hüseynova verməsi, Mehman Nəsirovun atasının kart hesabına göndərdiyi pul vəsaitlərinin tərəfindən Rəşad Hüseynova verilməsi barədə göstərdiyi xüsusatlar barədə səmimi olmamış, çünki Sabir Şıxəliyevə məxsus pul vəsaitlərini ələ keçirməyini etiraf etsə, həbs olunmasından qorxmuş, həmin vaxtı məsuliyyətdən yayınmaq üçün yalandan həmin xüsusatları göstərmiş, Rəşad Hüseynov usta olmuş və şəxsi işləri ilə əlaqədar onu tanımış və nömrəsini mobil telefonuna qeyd etmiş, Rəşad Papanin hospitalında işləmir, yalandan həmin formada ifadəsində qeyd etmiş, hazırda verdiyi ifadədə həqiqətləri göstərir, Sabir Şıxəliyev onunla danışaraq pul vəsaitlərini ona göndərmiş, həmin pul vəsaitlərini də şəxsi ehtiyaclarına sərf etmiş, Sabir Şıxəliyevə təqaüd düzəltmək kimi bir niyyəti olmamış, o, rayonda yaşayan adını xatırlamadığı tanışlarından borc pul lazım olduğu üçün ona borc verə biləcək şəxs maraqlanmış, həmin vaxt ona Vahidin sələmə pul verən şəxs olmasını demişlər və xatırlamadığı nömrəsini vermişlər, bundan sonra o, Vahidlə əlaqə saxlamış və 1500 manat pul lazım olmasını Vahidə demiş, Vahid qeyd edilən 1500 manat pulun üzərində 400 manat artıq pul verəcəyi təqdirdə ona 1500 manat pulu verəcəyini demiş, Vahid Məmmədov bundan sonra Bakı şəhərinə gələrək 1500 manat pulu ona Şamaxinka adlanan yerdə vermiş, X15 tanıyır, səhv etmirsə Asif Bakı şəhərində usta işləmiş, təsadüfən Asiflə tanış olmuş, söhbət əsnasında Asifə hərbi xidmətdə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etdiyini demiş, bir müddət sonra Asif ondan adını xatırlamadığı oğlunun hərbi xidmətə müddətdən artıq hərbi qulluqçu kimi işə düzəldilməsində köməklik göstərməyini xahiş etmiş, o, özüdə əvvəllər həmin sahədə işlədiyi üçün sənədlərin yığılması prosedurunu bildiyi üçün Asifə köməklik edə biləcəyini demiş, sonradan isə Asifin adını xatırlamadığı oğlunun sənədlərində problem yarandığı üçün həmin məsələ alınmamış, Asif Məmmədov ona oğlunun iş məsələsi düzəlsəydi şirinlik verəcəyini demiş, həmin məsələ alınmadığı üçün ona Asif Zeynalov hər-hansı məbləğdə pul verməmişdir (cild 4, iş vərəqə 86-95). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində İmişli RPŞ-də cinayət işi üzrə ibtidai istintaq aparılmış, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş, qeyd edilən axtarışla əlaqədar axtarış işi açılmış, həmin axtarış işinin icrası rayon polis şöbəsinin CAB- m axtarış üzrə baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs4 həvalə olunmuş, axtarışla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirlərlə Təqsirləndirilən şəxs ünvan 4 ünvanında olması müəyyən edilmiş, axtarış işinin icraçısı Zərərçəkmiş şəxs4 tərəfindən yazılmış raport əsasında o və CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X6 əməliyyat grupuna əlavə edilmiş, Təqsirləndirilən şəxs tutulması və istintaqa təhvil verilməsi üçün 21 yanvar 2023-cü il tarixdə şöbə rəisinin müvafiq əmri ilə Bakı şəhərinə ezam olunmuşlar, 22 yanvar 2023-cü il tarixdə təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs olduğu yerin Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 42 olması müəyyən edildiyindən o, əməliyyat müvəkkilləri Zərərçəkmiş şəxs4 və Qüdrət Poladzadə ilə birlikdə qeyd edilən 42 saylı binanın qarşısına gələrək Təqsirləndirilən şəxs axtarışını aparmağa başlamışlar, Zərərçəkmiş şəxs4lə birlikdə nəqliyyat vasitəsində oturmuşlar, Qüdrət Poladzadə isə ərazidə olan mağaza və iaşə obyektlərinə baxmaq üçün getmişdir. Zərərçəkmiş şəxs4lə birlikdə avtomaşında oturan zaman Təqsirləndirilən şəxs binanın yaxınlığında yerləşən mağazadan əlində su ilə binaya tərəf getməsini görəndə dərhal avtomaşından düşərək Təqsirləndirilən şəxs tutulması üçün həmin binaya tərəf getmişlər, Təqsirləndirilən şəxs 42 saylı binanın liftinin qarşısında olan zaman blokun qapısından onların gəldiyini görən zaman pilləkənlə qaçaraq yuxarı qalxmağa başlamışlar, onlar dərhal Təbrizlə birlikdə Təqsirləndirilən şəxs arxasınca yuxarı qalxmışlar, binanın pilləkənlənlərindən qalxan zaman Təqsirləndirilən şəxs onlara qışqıraraq arxasınca gəlməmələrini, özünə bıçaqla xəsarət yetirəcəyini bildirmiş, Təqsirləndirilən şəxslə aralarında təxminən 5-6 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs 8-ci mərtəbəyə çatdıqdan sonra yorularaq 49 nömrəli mənzilə tərəf arxasını çevirərək dayanmış, onlar da Elməddinin dayandığını görərək dayanmış, həmin vaxt Təqsirləndirilən şəxs barəsində axtarış və tutulma barədə qərarın olmasını bildirərək, təslim olmasını demişlər. Təqsirləndirilən şəxs əlində mətbəx tipli bıçaq olmuş və qarın nahiyəsindən qan axmış, Elməddin, ona və Zərərçəkmiş şəxs4 yaxına gəlməmələrini, gələcəkləri təqdirdə özünə və onlara xəsarət yetirəcəyini demiş və qəfildən öz köynəyini qaldıraraq qarın nahiyəsinə 1 bıçaq zərbəsi endirmiş, bıçağı onlara tərəf yönəldərək tutulacağı təqdirdə ona və Zərərçəkmiş şəxs4 də xəsarət yetirəcəyini bildirərək onlara tərəf bıçaqla zərbə endirmişdir. Geri çəkildikləri üçün həmin bıçaq zərbəsi dəyməmiş, Elməddin isə pilləkənlə yavaş-yavaş 8-ci mərtəbə ilə 9-cu mərtəbənin arasında yerləşən liftə doğru qalxmağa başlamışdır. O və Təbriz də yavaş-yavaş Elməddinin arxasınca qalxmağa başlamışlar, həmin vaxt Elməddin liftin qarşısında dayanaraq liftin düyməsini basaraq qaçmaq istəyən zaman o, Elməddinin boş olan sol əlindən tutaraq bıçağı Elməddin almaq istəyəndə, Elməddin isə sağ əlində saxladığı bıçaqla sağ ayağının baldır hissəsinə zərbə endirmiş, bu zaman Təbriz Elməddinin sağ əlini tutaraq həmin bıçağı Elməddinin əlindən almışdır. Qüdrət Poladzadə və çevik polis əməkdaşları oraya gəlmiş və onların köməkliyi ilə dərhal Təqsirləndirilən şəxs qan itirdiyi üçün tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya aparmışlar, xəstəxanada Təqsirləndirilən şəxs tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 digər Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən 2019-cu il tarixədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq hərbi qullluqçu kimi xidmət etmiş, 2019-cu il tarixdə xidmətdən xaric edilmişdir. Təqsirləndirilən şəxs dostu Şahid3 vasitəsi ilə tanımış, belə ki, Şahid3 da müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmiş, Təqsirləndirilən şəxs də Şahid3 dostu olmuşdur. O, Tural ilə söhbət edən zaman hərbi xidmətə müddətdən artıq hərbi qulluqçu kimi qayıtmaq istədiyini bildirmiş, Tural da ona Təqsirləndirilən şəxs adlı iş yoldaşının olduğunu, həmin şəxsin ona köməklik edə biləcəyini bildirmiş, o da Elməddinin istifadəsində olan nömrəyə zəng edərək Elməddinlə əlaqə saxlamışdır. Telefon danışığı zamanı o, Təqsirləndirilən şəxs xidmətdən xaric olunduğunu və işə bərpa olunmaqda ona köməklik edə bilib-bilməyəcəyini soruşmuş, həmin vaxtı Təqsirləndirilən şəxs ona Müdafiə Nazirliyində nüfuzlu şəxslərdən olan Münasib Babayev adlı şəxslə yaxın münasibəti olduğunu, özünün Münasib Babayevin adamı olduğunu, Münasib Babayevin köməkliyi ilə onu hərbi xidmətə yenidən bərpa edəcəyini bildirmişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs 20 gün ərzində onu bərpa etdirəcəyini, hərbi biletin və digər sənədlərinin surətini təqdim etməyini, bu işin müqabilində isə ona hörmət olaraq Münasib Babayevlə danışaraq aşağı qiymətə yəni 1500 manat verilməli olduğunu bildirmiş, bundan sonra bu məsələ ilə bağlı müzakirə etmək üçün Tural, Elməddin və o Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə görüşmüş, söhbət zamanı Elməddin ona işə bərpa olunmaq üçün 1500 manat pul lazım olduğunu, pulu verdikdən 20 gün sonra işinə bərpa olunma məsələsinin həll edəcəyini dediyindən o, Elməddinə inanmışdır. 2020-ci ilin iyul ayının əvvəllərində o, bankdan 1500 manat pul kredit götürüb Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində dostu Turalın idarə etdiyi VAZ-2106 markalı avtomobildə Şahid3 yanında Təqsirləndirilən şəxs pulu vermişdir. Təqsirləndirilən şəxs həmin vaxtı ona narahat olmamağını, işə bərpa olunmağı ilə bağlı Münasib Babayevlə danışdığını, həmin pul vəsaitlərini də Münasib Babayevə verəcəyini, təxminən 20 gün müddətində onun yenidən hərbi xidmətə işə bərpa olunma məsələsini həll olacağını demişdir. Təxminən bir ay sonra o, Təqsirləndirilən şəxslə əlaqə saxlamış, həmin vaxtı Təqsirləndirilən şəxs başının qarışıq olduğunu, lakin bu məsələni həll edəcəyini bildirmiş, bir müddət sonra yenidən Təqsirləndirilən şəxslə əlaqə saxlamış, lakin Təqsirləndirilən şəxs artıq zənglərinə cavab verməməyə başlamış, bu zaman Təqsirləndirilən şəxs onu aldadaraq 1500 manat pulunu ələ keçirməsini başa düşmüşdür. Sumqayıt şəhər polis idarəsinə ərizə ilə müraciət etmiş, 2020-ci ilin sentyabr ayında Elməddin hərbi biletini və sertifikatını Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə apteklərin birinə qoymuş və o sənədlərini oradan götürmüş, lakin Elməddin pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ona vurulmuş 1500 manat maddi ziyan Elməddinin atası tərəfindən tam şəkildə ödənilmişdir. Lakin onun bu 3 il ərzində bu məsələ ilə bağlı əlavə olaraq 500 manat xərci olmuşdur. Təqsirləndirilən şəxs onun şərəfinə, bayrağına söymüşdür. Təqsirləndirilən şəxs Münasib Babayev və Rövşən Əkbərova arxalandığını hər dəfə bildirmiş və heç kimdən qorxmadığını qeyd etmişdir. Həmin məbləğin təqsirləndirilən şəxs tərəfindən ödənilməsini xahiş edir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi var. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərərçəkmiş şəxs X21 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, X28 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, İkinci Qarabağ müharibəsində iştirak etmiş, müharibə dövründə iriçaplı silahdan atılış atəşdən sonra travma almış, müharibə veteranıdır, 04 fevral 2021-ci il tarixdə, saat 16 radələrində Bakı-Hacıqabul magistral yolunda yaşadığı İmişli rayonu Bəcrəvan kəndində yerləşən evinə gəlmək üçün taksi gözlən zaman “Mercedes E klass” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı, “metallik” rəngli avtomobil onu yoldan götürmüş, avtomobildə ondan başqa sərnişin olmamış, həmin vaxtı taksi sürücüsü ilə həmsöhbət olmuş, söhbət əsnasında həmin taksi sürücüsü ilə qazilər barəsində yol boyu söhbət etmiş, o da müharibə iştirakçısı olduğu üçün bu söhbət ona maraqlı gəlmiş, taksi sütücüsü ona qazilərin indidiyi demiş, o, isə həmin şəxsə cavab olaraq müharibənin yeni bitdiyini demiş, taksi sücüsü bir nəfər tanışı olduğunu, qazilərin təqaüdünə köməklik etdiyini, ona da, köməklik edə biləcəyini və həmin tanışma zəng vuracağını demiş, o isə etiraz etməmiş, bundan sonra taksi sürücüsü tanışma zəng edib, həmin şəxslə danışdıqdan sonra ona taksi sürücüsünün tanışı ilə özünün danışmağını istəmiş və həmin tanışının telefon nömrəsini ona vermiş, o, isə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən, həmin adamın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurmuş, danışığı zaman həmin şəxsin X28 olmasını öyrənmiş, telefon danışığı zamanı o, Mehmana müharibə iştirakçısı olduğunu, tibbi sənədlərinin olduğunu, lakin təqaüd ala bilmədiyini bildirmiş, bu zaman Mehman ona narahat olmamağını, görüşməyini, ona əlilliklə bağlı təqaüd düzəəldəcəyini bildirərək görüşmək istəmiş, növbəti gün yəni, 05 fevral 2021-ci il tarixdə saat 10 radələrində Mehman Nəsirov ilə İmişli şəhəri, Aslanov küçəsində İmişli rayon Mərkəzi Poçtunun qarşısında yerləşən ofisində görüşmüş, o, ofisdə olanda sənədlərini Mehmana vermiş, Mehman ofisində onun sənədlərinə baxdıqdan sonra sənədlərini həkimə göstərəcəyini, ona köməklik edəcəyini, ona əlillik düzəldəcəyini, xəbər gözləməyini demiş, Mehmanın ona zəngi ilə həmin günü saat 16 radələrində İmişli şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx"ın önündə o, Mehman və Mehmanın həkim dediyi bir nəfər şəxs ilə görüşmüş, orada Mehman tibbi sənədlərimi doktur adlandırdığı adama təqdim etmiş, bu zaman həmin şəxs onun sənədlərinə baxmış və Mehmana nəsə demiş, bu zaman Mehman ona bu işin əziyyəti olacağını, həkimin Mehmanın xətinə ona köməklik edəcəyini, müqabilində isə Mehmana şirinlik verilməli olduğunu bildirmiş, o da çox pulunun olmadığını, Mehmana demiş, Mehman narahat olmamağını razılaşacaqlarını demiş, o isə Mehmandan nə qədər pul vermək lazım olduğunu soruşmuş, Mehman ondan 3000 manat pul istəmiş, o, isə 3000 manat pulun çox olduğunu, bunun üçün maddi gücünün çatmadığını demiş, bir qədər Mehmanla söhbət etdikdən sonra Mehmana 2800 manat pul verməyi ilə razılaşmış, Mehman onu birtəhər razı salmış, o, özünə pensiya düzəltdirmək üçün Mehmana 2800 manat pul vermək barəsində razılı qa gəlmiş, bundan sonra Mehman ona yalandan vəd verərək, sənədlərini götürüb həkim dediyi şəxs ilə birlikdə getmiş, razılıqdan 1 həftə sonra, yəni 12 fevral 2021-ci il tarixdə o, İmişli şəhəri, H.Aslanov küçəsi 39 ünvanında yerləşən Mehman Nəsirovun ofisində Mehmanla görüşmüş və Mehmana 1900 manat pulu vermiş, o isə 1900 manat pul verdikdən 1 həftə sonra, yəni 19 fevral 2021-ci il tarixdə yenə Mehmanla eyni yerdə Mehmanın ofsində görüşüb 900 manat pul vermiş, 2021-ci ilin aprel ayınm sonunda o, Mehmana zəng vurub işimin nə yerdə olduğunu soruşmuş, Mehman isə 5- 10 günə işinin həll olunacağını demiş, Mehman onu 2 ay müddətində bu vədlərlə aldatmış, təxminən 15 iyul 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı nömrəsinə Elməddin adlı şəxs dəqiq xatırlamadığı ***-***-**-** və ya ***-***-**-** saylı mobil nömrələrin birindən zəng vuraraq özünü təqdim etmiş, telefon danışığı zamanı Elməddin ona Mehmanla birlikdə iş gördüyünü, onun əlilliklə bağlı pensiya düzəlməsi işinin Mehmanla birlikdə icra etdiklərini demiş, bundan sonra Elməddin adlı şəxs ona : “Sənin məndə işin var. Məni Mehman aldadır pulumu vermir. Sənin işini atkaz gedəcəm. Mənim ya pulumu verin yada ki, atkaz gedəcəm”-demiş, o, isə Elməddin adlı şəxsdən həmin işi alındırmasmı istəmiş və Elməddinin payına nə qədər pul düşəcəyini soruşmuş, Elməddin adlı şəxs isə payına 820 manat düşdüyünü demiş, bundan sonra o, Elməddin adlı şəxsə 820 manat pulu iyul ayının 25-nə qədər göndərəcəyini demiş, o, Mehmanla əlaqə saxlamış, Mehmandan Elməddinin kim olduğunu soruşmuş, Mehman ona Elməddinin tanışı olduğunu Elməddinlə birlikdə onun işini gördüklərini, Elməddinə çatacaq pulu verə bilmədiyini bildirmiş, bundan sonra o işinin alınması üçün Mehmana Elməddinə verilməli olan 820 manat pulu özümün verəcəyini, işimin alınmasını istədiyini demiş və Elməddinlə əlaqə saxlamış, Elməddin ona “votsapp” vasitəsi ilə X16 adına "xxxx"a məxsus hesab kartının şəklini göndərmiş və ondan 820 manat pulu həmin karta göndərməyini istəmiş, 25 iyul 2021-ci il tarixdə, saat 11:56-da, İmişli şəhəri, H.Əliyev prospekti 109 ünvanında “Bazastore” marketindən Elməddin adlı şəxsin ona göndərdiyi hesab kartına 820 manat pul göndərmiş, pulu göndərdikdən sonra o, Elməddin adlı şəxsə zəng vurub 820 manat pulu göndərdiyini demiş, Elməddin isə ona: “Sənin sənədlərin həkimdədir. Mənə 1 həftə vaxt ver. Həkim gəlsin sənədlərini vərəcəm. Gəlib Bakı şəhərində Papalindən götürərsən” - demiş, bu hadisənin üzərindən 1 həftə keçdikdən sonra o, Elməddin adlı şəxsə zəngə vurub işinin nə yerdə olduğunu soruşmuş, Elmədin isə ona 20 gün gözləməyini demiş, o yenə Elməddinlə razılaşmış, Elməddin isə bu arada ona dəmir yolunda işçi axtarılırdığını, 1000 manat pula bu işi həll edəcəyini demiş, bundan sonra Elməddinin təklifini yeznəsi Əlsgər Fərəcova demiş, Zərərçəkmiş şəxs5 onunla razılaşmış, Zərərçəkmiş şəxs5 onunla razılaşdıqdan sonra o, Elməddinə zəng vurub yeznəsi Zərərçəkmiş şəxs5 işə düzələ biləcəyini demiş, Elməddin isə ondan Zərərçəkmiş şəxs5 sənədlərini istəmiş, o, Ələsgər ilə birlikdə sənədlərini toplamış və sonra həmin sənədləri təxminən 3 və ya 5 avqust 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhərində, Lider Tv-nin qarşısında Elməddinə vermiş, Elməddin isə ona 14 avqust 2021-ci il tarixdə Əlsəgərin Bakı şəhərində tibbi komisyadan keçməli olduğunu demiş, bundan sonra o, rayona qayıtmış və bu barədə Ələsgərə demiş, Ələsgər isə ona gedəcəyini demiş, bundan sonra Ələsgərin işi ilə bağlı onun məlumatı olmamış, o, Elməddinin nömrəsini Əlsəgərə vermiş, Ələsgərin işi ərəfəsində təxminən 20 avqust 2021-ci il tarixdə Elməddin onun öz işinə görə ondan əlavə 700 manat pul və onun 3x4 ölçüdə şəklini istəmiş, o, isə Elməddinə 350 manat pul göndərə biləcəyini demiş, Elməddin onunla razılaşmış, o, təxminən 23 və ya 25 avqust 2021-ci il tarixdə 350 manat pul və şəkillərimi taksi vasitəsi ilə Elməddinə göndərmiş, sonralar isə Elməddin adlı şəxs nə Ələsgərin, nədə ki, onun işini düzəltməmiş, o, Elməddindən pulunu geri istəmiş, Elməddin isə ona: “nə sənin sənədlərini düzəldirəm, nədə ki, pulunu verirəm. Mənə pul verməmisən sən. Karta göndərmisən bilmirəm kart yiyəsi kimdir. Ölüb. Əlin hara çatır get şikayət elə. Sənin pulunu yemişəm əcəb eləmişəm” - cavabını vermiş, bu hadisədən 1-2 gün sonra Elməddin ona zəng vuraraq ondan 10 gün müddətinə gözləməyini, həmin müddət ərzində pulunu qaytarcağını demiş, 10 gündən sonra o, Elməddinə zəng vurub pulunu istəmiş, Elməddin isə ona pulumu qaytarmayacağını demiş və telefonu söndürmüş, o, Mehman Nəsirova 2800 manat pul vermiş, sonradan isə Təqsirləndirilən şəxs 1170 manat pul göndərmiş, ümumilikdə 3970 manat ziyan vurulmuş, hazırda ona dəymiş ziyan tam ödənilmişdir (cild 4, iş vərəqə 164-168). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs5 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, X28 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs qohumu Sabir Şıxəliyev vasitəsi ilə tanımış, 2021-ci il tarixdə avqust ayının əvvəlində qaynı Zərərçəkmiş şəxs2 Eməddin Əliyev adlı tanışının "xxxx" QSC-yə işə düzəldə biləcəyini demiş, o, həmin vaxt Sabirlə söhbət etmiş, söhbət zamanı Sabir ona Təqsirləndirilən şəxs tanışlarının çox olduğunu, özünün də təqaüd işini düzəltdiyini, narahat olmamasını bildirmiş, Sabir onun işsiz olduğunu bildiyi üçün ona köməklik etmək istəmiş, bu səbəbdən o, Zərərçəkmiş şəxs2 ilə razılaşmış, bundan sonra Elməddin bildirməsi ilə o, Sabirlə birlikdə Elməddinin onlara dediyi sənədləri toplamağa başlamış, qeyd edilən sənədlər toplandıqdan sonra Sabir ona məxsus işə düzəlmə ilə bağlı olan yaşayış yerindən arayış, sağlamlıq haqqında arayış və xatırlamadığı bir sıra sənədləri Bakı şəhərinə gedərək Elməddin Əliyerv adlı şəxsə təqdim etmiş, həmin vaxtı o, şəxsi iləri ilə bağlı Sabirlə gedə bilməmiş, Sabir sənədlərini həmin adama verdikdən sonra, Elməddinin mobil nömrəsini ona vermiş, Elməddinlə əlaqə saxlamağını, Elməddin ona nə desə onu da etməli olduğunu, Elməddinlə əlaqə saxlamağını demiş, o, Elməddinlə telefon vasitəsi ilə əlaqə saxlamış, telefon danışığı zamanı Təqsirləndirilən şəxs ona 11 avqsut 2021-ci il tarixdə, Bakı şəhərində olmağını, tibbi komisaydan keçməyini istəmiş, o, 11 avqust 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhərində Lider TV-nin qarşısında gəlmiş, həmin vaxtı Elməddin ondan əlavə dəqiq xatırlamadığı sənədləri istəmiş, Elməddinin dediyi qeyd etdiyi ünvana çatdıqdan sonra Elməddinə zəng vurub, ondan əlavə olaraq özü ilə gətirdiyi sənədləri kimə verməyini soruşmuş, Elməddin isə ona cavab olaraq “Gec gəlmisən. Həmin yer işləmir. Həftənin 6-cı və bazar günü olduğundan sabahda işləməyəcək. Birinci gün gələrsən” demiş, o, həftənin 1-ci günü, yəni 14 avqust 2021-ci il tarixdə günorta saatlarında yenidən həmin ünvana getmiş, Elməddin ona zəng vurub Bakı şəhərində «Lidet Tv»-nin binası ilə üzbə-üz olan hərbi hissəyə bənzər yerə yaxınlaşmasını, sənədlərini orada xidmətdə olan əsgərə verməyini istəmiş, həmin sənədləri gəlib götürəcəklərini demiş, o, Elmədinin dediyi kimi etmiş sonra Elməddinə zəng vurub dediyini etdiyini bildirmiş, Elməddin isə bu vaxt ondan 400 manat pul istəmiş,o, isə Sabirə zəng vurub Elməddinin ondan pul istədiyini demiş, Sabir isə ona sənədi verdikləri halda puluda verməli olduğunu bildirmiş, bundan sonra Sabir Elməddinin göndərdiyi Şahid2 adına olan "xxxx"a məxsus hesab kartının şəklini “votsapla” ona göndərmiş, o, həmin hesabın kartına ünvan 3 ünvanında yerləşən “Bol market” adlanan marketdəki terminal vasitəsi ilə 400 manat pulu göndərmiş, pulu göndərdikdən sonra Elməddinə zəng vurmuş, Elməddin isə gözləməyini, onun yanına adamm yaxınlaşacağını, həmin şəxsi onu ordan götürəcəyini, işə düzəlməsi ilə bağlı bəzi işlər görəcəyini demiş, o, saat 17 radələrinə kimi gözləmiş, həmin ünvanda onu heçkəsin götürmədiyini görüb Elməddinə zəng vurmuş, Elməddin isə ona: “Sənin üçün asant olsun deyə həkim özü sənin əvəzindən sənədləini hazırlayır. Sən get evə. Sənə zəng vuracağlar” - demiş, bundan sonra 10 gün müddətində o, gözləmiş, ona zəng gəlməmiş, o, Elməddinə zəng vurub işinin nə yerdə qaldığını soruşmuş, Elməddin isə ona oktyabr ayının 5-i tarixində işə başlayacağını demiş və 600 manat pul istəmiş, o da həmin pulu Sabirin işinə görə göndərdiyi X19 aid olan hesab kartına 600 manat puluda göndərmiş, Elməddinə yenidən zəng vurmuş, Elməddin ona həmin günü axşama qədər zəng gələciyini demiş, axşama qədər ona zəng gəlməmiş, lakin, onun istifadəsində olan ***-***-**-** saylı nömrəsinə, ***-***-**-** saylı mobil nömrədən 18 dekabr 2021-ci il tarixdə zəng gəlmiş, onunla danışan adam: “Qardaş siz dekabrın 2-i günü işə çıxacaqsınız” demiş, o, həmin şəsdən kim olduğunu soruşmuş, həmin şəxs isə ona sənəd verdiyi yerdən olduğunu demiş, bu zəngdən sonra o, dekabr ayının 2-nə qədər gözləmiş, Elməddin 2 dekabr 2021-ci il tarixdə ona zəng vuraraq sənədlərinin hazır olduğunu, göndəcəyini, bunun üçündə 150 manat şirincəlik kimi pul istəmiş, o, isə ona X22 adma olan karta 100 manat pul göndərmiş, həmin günü axşama qədər Elməddinin göndərdiyi sənədlər gəlib ona çatmış, Elməddin həmin sənədləri ona taksi vasitəsilə sellofan torbada göndərmiş, o, həmin sellofan torbaya baxdıqda orada olan hərbi biletini, şəxsiyyət vəsiqəni, başqa bir şəxsə aid avtomobilin texniki pasportunu görmüş, işə aid heç bir sənəd görməmiş, o, Elməddinə zəng vurmuş, Elməddin ona uşağın səf saldığını, səhərisi günü göndərəcəyini demiş, səhəri günü o, Elməddinə zəng vurmuş, sənədləri göndərməsini istəmiş, Elməddin isə ona “göndərmirəm, sənəd yoxdur” demiş, o, Elməddindən pulunu istəmiş, Elməddin isə pulu verməyəcəyini, hara istəyirəm ora şikayət edə biləcəyini demiş, Təqsirləndirilən şəxs isə ona 1100 manat maddi ziyan vurmuş, Elməddin onu "xxxx" QSC-yə işə düzəldəcəyini deyərək həmin pul vəsaitini almış, Elməddin danışıqları zamanı ona tanışlarının çox olduğunu, tanışlarından xahiş edərək onun işini alındıracağını, qeyd edilən pul vəsaitini ondan xidmət haqqı olaraq istədiyini bildirmiş, Elməddin qeyd edilən pul vəsaitlərinin kiməsə verilməsi barədə ona heçnə deməmişdir (cild 4, iş vərəqə 170-173). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə uyğun oxşar məzmunlu ifadə verərək əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs atası tərəfindən Səyyada dəymiş ziyan ödənilmişdir. Həmin Səyyaddan alınmış pul vəsaitindən Elməddin ona pul verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdə “Neftçilər” metrostansiyasınm yaxınlığında olan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onu tanıdığını, şair olduğunu, mahnı sözləri yazdığını bildiyini qeyd edərək ona müştəri gətirəcəyini demiş və əlaqə nömrəsini istəmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs öz əlaqə nömrəsini vermiş, həmin günün axşamı Təqsirləndirilən şəxs onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq iş gətirdiyini və görüşmək istədiyini bildirmiş, bundan sonra onlar ona məxsus ofisdə görüşmüş, müəyyən məbləğ qarşısında o, Təqsirləndirilən şəxs mahnı sözləri yazaraq təqdim etmişdir. Bu formada Təqsirləndirilən şəxslə tanışlıqları yaranmışdır. Növbəti dövrlərdə dəfələrlə Təqsirləndirilən şəxslə birgə iş görmüşlər, Təqsirləndirilən şəxs həmdə “youtube” platformasında fəaliyyət göstərmiş və müxtəlif müğənnilər tərəfindən həmin platformaya yüklənmiş videolara baxış sayının artırılması, həmin videoların idarə olunması və s. işləri görmüşdür. O da eyni qaydada müğənnilərə mahnı sözləri yazdığı üçün Təqsirləndirilən şəxslə iş birlikləri olmuşdur. 2021ci ilin avqust ayında Təqsirləndirilən şəxs ona müraciət edərək öz atasının İmişli rayonundan kirayə pulu göndərmək istədiyini, lakin özünün bank kartı olmadığını, onun kartını Elmədinə verməyini xahiş etmiş, o, həmin vaxt Təqsirləndirilən şəxslə münasibəti olduğu üçün şəxsi istifadəsində olan "xxxx" ASC-yə məxsus “5404 0852 3847 1793” nömrəli plastik kartın şəklini Elməddinə göndərmişdir. Bir qədər sonra mobil telefonunda olan bank tətbiqindən kartına 400 manat pulun yüklənməsi barədə məlumatın daxil olması barədə bildiriş gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan plastik kartı verməyini xahiş etmiş, o da həmin vaxt qeyd edilən plastik kartı Elməddinə ödəmə terminalı vasitəsi ilə göndərilmiş pul vəsaitini çıxarması üçün vermişdir. Həmin vaxt onun ailəsinin ərzaq ehtiyacı yaranmış və ailə üzvləriylə birlikdə karantində olduğundan onlara ərzaq ala biləcək şəxs yox olmamış, ona görə də Elməddindən kartında ona məxsus olan pul vəsaiti ilə evinə bazarlıq etməsini xahiş etmişdir. Bir qədər sonra mobil təbiqdən qeyd edilən pul vəsaitinin hesabdan çıxarılması barədə ismarıc daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs onun bank kartını və ərzaqları evinə gələrək təqdim etmişdir. Ərzaq alması üçün Elməddinə bank kartından 300 manat pul çıxarmasını bildirmiş, ərzaq aldıqdan sonra Elməddin ona 260 manata yaxın pulu və bank kartını təqdim etmişdir. Elməddin bazarlıq etdikdən sonra pul vəsaitini geri qaytarmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Etibar oğlu ifadəsində göstərmişdir ki, 22 yanvar 2023-cü il tarixdə xidmət yoldaşı X43 ilə birlikdə Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 42 saylı binanın ətrafında piyada xidmət aparan zaman qeyd edilən binanın sakini həmin yuxarı mərtəbəsində səs-küy olduğunu və dava-dalaş etdiklərini bildirdiyindən dərhal Naib Babayevlə birlikdə həmin binaya daxil olaraq pilləkənlə qalxmağa başlamışlar, həmin binanın 8-ci mərtəbəsinə çatanda orada 2 nəfər mülki geyimli şəxs tərəfindən 1 nəfər adını sonradan bildiyi Təqsirləndirilən şəxs qolundan tutaraq saxladıqlarını görmüşdür. Həmin şəxslərdən nə baş verdiyini soruşduqda mülki geyimdə olan adının sonradan öyrəndiyi Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 onlara İmişli rayon X36 Bölməsinin polis nəfərləri olduğunu, tərəflərindən saxlanılan şəxsin isə axtarışda olan Təqsirləndirilən şəxs olduğunu, Təqsirləndirilən şəxs binanın birinci mərtəbəsində aşkar etdiklərini, bundan sonra Elmədinin onlarda qaçmaq üçün pilləkənlər vasitəsi ilə yuxarı qalxdıqlarını bildirmişlər. Bir qədər sonra hadisə yerinə İmişli RPB-ni digər əməkdaşı adını sonradan öyrəndiyi Qüdrət də gəlmiş, İmişli rayon polis əməkdaşları Təqsirləndirilən şəxs qoluna girərək aşağıya binanın qarşısına düşürmüş və TTYS-nin avtomobilinə bir neçə dəfə zəng edilsə də, TTYS-nin avtomobilinin gəlməsi gecikdiyi üçün İmişli RPŞ-nin əməkdaşları istifadələrində olan avtomobillə Təqsirləndirilən şəxs xəstəxanaya aparmışlar. baş vermiş hadisə ilə bağlı Nizami RPİ-nin 24-cü polis bölməsinə tərəflərindən raportla müraciət olunmuşdur. Elməddinin və polis əməkdaşının üzərində xəsarət olub-olmamasını görməmişdir. Onlar ora çatdıqda 2 nəfər şəxs ayaqüstə Elməddini saxladığını görmüşdür. Binanın həyətinə düşdükdə həmin polis əməkdaşlarından biri sağ ayağından xəsarət aldığını və qanaxması olduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X34 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, Təqsirləndirilən şəxs 2017-ci il 2019-cu illər ərzində hərbi sahədə müddətdən artqı hərbi qulluqçu kimi xidmət etmiş, hərbi xidmətdən azad olunduqdan sonra Təqsirləndirilən şəxs yaşadıqları İmişli rayonuna gəlməyərək Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamış, övladı Təqsirləndirilən şəxs müxtəlif işlərlə məşğul olmuş, son dövrlərdə Təqsirləndirilən şəxs müxtəlif müğənnilərin yanında işləmiş və həmin müğənnilərə məxsus mahnıların internete yüklənməsi, baxış sayısının artırılması və s. işlərini görmüş, 2020-ci il tarixdən başlayaraq adlarını xatırlamadığı müxtəlif şəxslər ona zəng edərək oğlu Təqsirləndirilən şəxs tərəfindən aldadıldıqlarını, oğlunun onların pul vəsaitlərini müxtəlif məqsədlər üçün ələ keçirməsi barədə məlumatlar verməyə başlamış, o, həmin şəxslərə onun İmişli rayonunda yaşadığını, oğlu Təqsirləndirilən şəxs isə Bakı şəhərində yaşadığını, oğlunun həmin şəxslərin pul vəsaitlərini ələ keçirmələri barədə məlumatının olmadığını bildirmiş, bundan sonra oğlu Elməddinlə əlaqə saxlayıb nə məsələ olduğunu soruşmuş, Elməddin ona həmin məsələlərin ona aidiyyəti olmadığını, özünün borc məsələsi olduğunu bildirmiş, bundan sonra ona zəng edən tanımadığı şəxslərə Təqsirləndirilən şəxslə aralarında olan pul məsələlərin ona aidiyəti olmadığını, Elməddinin özü ilə həl etmələrini bildirmiş, "xxxx" ASC-yə məxsus 4*** **** **** 5434 nömrəli adına qeydiyyatdan keçmiş plastik kart ona məxsus olmuş, qeyd edilən plastik kartı "xxxx" ASCnin İmişli rayon filialına müarcioət edərək əldə etmiş, həmin plastik kartı o, ilkin dövrlərdə özü üçün istifadə etmiş, lakin Elməddin kəndə gələn zaman həmin kartın lazım olduğunu, Bakı şəhərində işlədiyini, işi ilə əlaqədar ödənişlərin verilməli olduğunu bildirərək ondan götürmüş, bundan sonrakı dövrdən hazıradək həmin kart Elməddinin istifadəsində olmuş, Qeyd edilən karta yüklənmiş pul vəsaitləri barədə məlumatı yoxdur, həmin dövrdə qeyd edilən plastik kart Elməddində olmuş, tərəfindən həmin pul vəsaitləri çıxarılmamış, qeyd edilən pul vəsaitləri Elməddin tərəfindən çıxarılmışdır (cild 3, iş vərəqə 229-231). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X35 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2017-cı il tarixdən daxili işlər orqanlarında, 2019-cu il tarixdən isə İmişli RPŞ-nin CAB-m əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir, Təqsirləndirilən şəxs barəsində İmişli RPŞ-nin İB-də ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq aparılmış, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş, qeyd edilən axtarışla əlaqədar İmişli RPŞ-nin CAB-də xx.xx.2022-ci il tarixli 440152 nömrəli axtarış işi açılmış, həmin axtarış işinin icrası rayon polis şöbəsinin CAB-m axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Zərərçəkmiş şəxs4 həvalə olunmuş, axtarışla əlaqədar keçirilmiş əməliyyat-texniki tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 4 ünvanında olması müəyyən edilmiş, axtarış işinin icraçısı Zərərçəkmiş şəxs4 tərəfindən yazılmış raport əsasında o və CAB-m əməliyyat müvəkkili, polis baş leytenantı Zərərçəkmiş şəxs3 da əməliyyat grupuna əlavə edilmiş, Təqsirləndirilən şəxs tutulması və istintaqa təhvil verilməsi üçün xx.xx.2023-cü il tarixdə şöbə rəisinin müvafiq əmri ilə Bakı şəhərinə ezam olunmuş, xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs olduğu yerin Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 42 olması müəyyən edildiyindən o əməliyyat müvəkkilləri Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə birlikdə qeyd edilən 42 saylı binanın qarşısına gəlmiş, Təqsirləndirilən şəxs axtarışını aparmağa başlamış, çünki Təqsirləndirilən şəxs yaşadığı binanın yeri müəyyən olunsa da, Elməddinn həmin binanın hansı mənzilində yaşaması tərəflərindən müəyyən edilməmiş, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 istifadələrində olan nəqliyyat vasitəsində oturmuş, o, isə Təqsirləndirilən şəxs ətrafda olan mağaza və iaşə obyektlərində olması ehtimalını nəzərə alaraq ətrafı gəzmiş, bir qədər sonra Təqsirləndirilən şəxs ətrafdakı mağaza və iaşə obyektlərində olmadığından avtomaşını saxladıqları binanın qarşısına gəlmiş, həmin vaxt Toğrul və Təbriz orada olmamış, 42 saylı binadan isə səs küy eşidildiyi üçün dərhal binaya qalxmağa başlamış, həmin vaxtı səs küy səbəbindən ərazidə olan çevik polis əməkdaşları da binaya onunla birlikdə daxil olmuş, qeyd edilən çevik polisi əməkdaşlarının adlarını bilmir, səs gələn 9- cu mərtəbəsinə qalxan zaman Təqsirləndirilən şəxs Təbriz və Toğrul tərəfindən tutulmasının şahidi olmuş, Elməddinin qarm nahiyyəsi qanadığı üçün Toğrul və Təbrizdən nə baş verdiyini soruşmuş, Təbriz və Toğrul ona həmin vaxtı Elməddinnin onları gördükdən sonra binanın piləkənləri ilə yuxarı qaçdığını, binanın 8-ci mərtəbəsində Elməddinin əvvəlcə özünə daha sonra isə Toğrula xəsarət yetirdiyini demiş, Zərərçəkmiş şəxs3 sağ ayaq nahiyyəsindən qan axmasını, bintlə yara olan yeri tutmasını görmüş, bundan sonra onlar dərhal Təqsirləndirilən şəxs qan itirdiyi üçün tibbi yardım göstərilməsi məqsədilə 3 saylı ŞKX-na aparmış, orada Elməddinə və Zərərçəkmiş şəxs3 tibbi yardım göstərilmiş, Təqsirləndirilən şəxs barəsində axtarış işi olması barədə məlumatlı olmuş, Elməddinə dəfələrlə barəsində axtarış olması barədə məlumat verilmiş və İmişli RPŞ-nə dəvət edilmiş, həmin vaxtı Elməddin, polis şöbəsinə gəlməyəcəyini, tutulmaqdan qorxduğunu demiş, Elməddinin gəlməyəcəyi təqdirdə narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə sənədləşdirmə aparılacağını bildirilməsi barədə göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir, Təqsirləndirilən şəxs yalandan özünə bəraət qazandırmaq üçün bu formada qeyd edir, dəfələrlə Təqsirləndirilən şəxs rəsmi çağırış göndərilməklə istintaqa dəvət edilmiş, lakin Elməddin bilərəkdən istintaqdan yayınmış, bundan sonra İmişli rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələr dinlənilməyə qoyuylmuş, həmin vaxtı Elməddinin telefon vasitəsi ilə kuryerlə danığı zamanı kuryerə ünvanı deməsindən sonra tərəflərindən Elməddinin yaşadığı ünvan müəyyən edilmiş, Təqsirləndirilən şəxs yalan danışır, Elmədin Əliyev tərəfimizdən 3 saylı ŞKX-na aparıldıqdan sonra o, xəstəxanada Elməddinin yanında olan zaman özü ona Zərərçəkmiş şəxs3 bıçaqla vurduğunu etiraf etmiş, belə ki, həmin gün gecə xəstəxanada olan zaman Elməddin ona peşman olduğunu, Zərərçəkmiş şəxs3 xəsarət yetirmək istəmədiyini, əsəbləşdiyi üçün belə bir hərəkət etdiyini, onsuz da barəsində cinayət işi olduğunu, əlavə problem istəmədiyini, bu məsələdə köməklik etməyimi xahiş etmiş, Təqsirləndirilən şəxslə əvvəllər telefon danığı zamanı dəfələrlə oonlara Elməddini axtarmamaqlarını, üzərində bıçaq gəzdirdiyini, tutulacağı təqdirdə polis əməkdaşlarını və özünü bıçaqla vuracağını, polis əməkdaşlarına problem yaradacağını demiş, lakin onlar həqiqətən də Təqsirləndirilən şəxs üzərində bıçaq gəzdirməsi, özünə və bizə xəsarət yetirəcəyini düşünməmişlər (cild 1, iş vərəqə 39-41). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda Təqsirləndirilən şəxs ilə birlikdə yaşamış, hazırda Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur, günün əksər vaxtlarında Bakı şəhəri ərazisində olur, yaşadığı evə ancaq gecə saatlarında gəlir, Təqsirləndirilən şəxs 2017-ci il tarixdə MHHXQ-da kurslara cəlb olunmağı ilə bağlı tanımış, həmin vaxtı Elməddində müddətli həqiqi hərbi qulluqçu kimi kursa cəlb olunmuş, orada onun Elməddinlə dostluğu yaranmış, bir müddət N saylı hərbi hissədə Elməddinlə birlikdə xidmət aparmış, 2020-ci il tarixdə təxris olunduqdan sonra Türkiyə Respublikasına gedərək orada müxtəlif işlərdə işləmiş, həmin vaxtlarda o, Elməddinlə yalnız telefonla əlaqə saxlamış, xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasından Azərbaycana qayıtmış və doğulduğu Neftçala rayonuna getmiş, rayonda zaman Elməddinlə əlaqə saxlayaraq Bakı şəhərinə gəlmək istədiyini Elməddinə bildirən zaman Elməddin ona birlikdə qala biləcəyini dediyi üçün Elməddinin həmin vaxtı kirayə yaşadığı Abşeron rayonu, Xırdalan qəsəbəsində nömrəsini xatırlamadığı həyət evində gəlmiş və xx.xx.2022-ci il tarixədək həmin evdə Təqsirləndirilən şəxslə qalmış, xx.xx.2022-ci il tarixdə onlar Elməddinin təklifi ilə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 42-də yerləşən 51 saylı mənzili kirayə götürərək həmin mənzildə kirayə yaşamağa başlamış, həmin vaxt qeyd edilən mənzili İsmixan Əzimov adlı şəxsdən götürmüş, Elməddin evin kirayə müqaviləsi bağlanan vaxtı ona şəxsiyyət vəsiqəsinin surətini həmin şəxsə verməsini, müqavilənin onun adına bağlanmasını demiş, Elməddindən müqavilənin niyə onun adma bağlandığını, evin özü tərəfindən tapıldığını, onun Elməddinin yanına gəldiyini deyən zaman Elməddin ona gah şəxsiyyət vəsiqəsini itirdiyini, gah da şəxsiyyət vəsiqəsinin rayonda olduğunu demiş, bu səbəbdən həmin mənzilin kirayə müqaviləsi onun adma bağlanmış, xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrində o, işləmək üçün işə getmiş, həmin vaxtı Elməddin evdə yatılı olmuş, xx.xx.2023-cü il tarixdə gecə saat 23-24 radələrində axşam evə gəlmiş, Elməddin əksər vaxtlarda evdə olduğu üçün o, həmin gecə Elməddini evdə görmədiyi üçün Elməddinin istifadəsində olan ***-***-**-** mobil nömrəsində zəng etmiş, həmin vaxt Eməddinin mobil nömrəsinə zəng çatmamış, o, işdən gəldiyi üçün və yorğun olduğundan yatmış, növbəti gün xx.xx.2022-ci il tarixdə o, Elməddinin ona mesaj yazdığı tanışının nömrəsinə zəng etmiş, həmin vaxtı Elməddinin Sabunçu xəstəxanasında olduğunu öyrənmiş, o, Təqsirləndirilən şəxs axtarışda olduğunu bilməmiş, Təqsirləndirilən şəxs ona İmişli rayon PŞ-nin əməkdaşlarının Elməddini narkotik vasitə ilə yükləmələri barədə hədələrin edilməsi barədə bildirməmiş, Təqsirləndirilən şəxs birlikdə yaşadıqları müddətdə ona bildirməmiş, ona təqdim edilən tiyəsi ağ göy və qırmızı rəngli mətbəx tipli bıçaq onun Təqsirləndirilən şəxslə birlikdə yaşadıqları evdə istifadə olunan bıçaqdır, həmin bıçaq mütəmadi Təqsirləndirilən şəxs yatdığı otaqda olan stolun üzərində olmuş. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, işə gedən zaman həmin bıçaq Elməddin yatan otaqda stolun üzərində olmuş, Təqsirləndirilən şəxs evi tərk edən zaman o, evdə olmur, çünki o, səhərlər tezdən işə gedirəm və axşam gec saatlarında evə qayıdır, həmin vaxtı Elməddin evdə olur, qeyd edilən bıçağı Elməddin Xırdalan şəhərində kirayədə yaşadıqları mənzildə olan zaman evdə istifadə olunması üçün almış, onlar hazırkı mənzilə köçən zaman həmin bıçağı digər əşyalarla birlikdə gətirmişlər (cild 1, iş vərəqə 48-49). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X7 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 42 saylı binanın 8-ci mərtəbəsində yerləşən 50 saylı mənzildə yaşayır, həmin mərtəbədə 51 saylı mənzildə Rövşən adlı şəxs ailəsi ilə birlikdə yaşayır, onun digər yan qoşusu, yəni 49 saylı mənzildə isə adını bilmədiyi şəxs kiraydə yaşamış, xx.xx.2023-cü il tarixdə axşam saatlarında evdə olan zaman o, binanın pilləkənlərində bir nəfər şəxsin qışqırma səslərini eşitmiş, ilkin olaraq blokda kiminsə dava etməsini düşünmüş və qapını aralayaraq çölə baxmış, həmin zaman əlində bıçaq olan bir nəfər şəxsin qonşusu Rövşənin qapısının qarşOsmda qışqırdığını görmüş, bu zaman o, qapını qorxduğu üçün bağlamış, təxminən 5-10 dəqiqə sonra yaşadığı mənzilin qapısı döyülmüş, o, qapını açan zaman özünü polis əməkdaşı kimi təqdim edən adını sonradan bildiyi Toğrul adlı şəxs ona köməklik lazım olduğunu, qışqıran şəxsin axtarışda olan şəxs olduğunu, tərəflərindən həmin şəxsin saxlanıldığını, adını sonradan Elməddin olduğunu bildiyi həmin şəxsin saxlanılarkn özünə və Zərərçəkmiş şəxs3 ayağına bıçaqla xəsarət yetirdiyini bildirmiş, o, həmin vaxtı Toğrul kimi tanıdığı polis əməkdaşının ayağına baxan zaman sağ ayağının baldır hissəsinin qanadığını, əlində mətbəx bıçağının olmasının, tutulan şəxsin isə qarın nahiyyəsinin qanadığının şahidi olmuş, Toğrul ondan özünün və Elməddinin yarasını sarmaq üçün bint, ip və spirt istəmiş, o, həmin vaxtı evə daxil olaraq qeyd edilənləri Toğrula vermiş və Toğrulla birlikdə çölə çıxmış, həmin vaxt digər mülki geyimdə olan polis əməkdaşı 8 və 9-cu mərtəbəsinin arasında yerləşən liftin qarşısında saxlanılan şəxsi tutmuş, o, içəri daxil olmamış və köməklik lazım olması ehtimalını nəzərə alaraq orada gözləmiş, həmin vaxtı Elməddin çox əsəbi olmuş və qışqırmış, bir qədər sonra oraya Çevik polis alayının əməkdaşları və mülki geyimdə bir şəxs də gəlmiş, qeyd edilən polis əməkdaşları da, mülki geyimdə Elməddini saxlayan polis əməkdaşlarından nə baş verdiyini soruşmuş, həmin vaxtı Toğrul və mülki geyimdə olan polis əməkdaşı hadisənin necə baş verdiyini danışmış, Elməddin adlı şəxs orada İmişli rayon polis şöbəsinin əməkdaşlarına peşman olduğunu, özünə və polis əməkdaşına xəsarət yetirmək istəmədiyini, qorxduğu üçün belə hərəkət etdiyini demiş, həmin polis əməkdaşları Təqsirləndirilən şəxs qoluna girərək aşağıya binanın qarşısına düşürmüş, bundan sonra o evinə qayıtmış, sonradan ona polislər tərəfindən saxlanılan Elməddin adlı şəxs onun qonşusu olması və 51 saylı mənzildə yaşaması məlum olmuş, o, artıq çölə çıxan zaman Elməddin polis əməkdaşları tərəfindən tutulmuş, qeyd edilən vaxtı Təqsirləndirilən şəxs qarın nahiyyəsinin qanamasının şahidi olmuş, hadisənin necə baş verdiyini soruşan zaman həm Təqsirləndirilən şəxs həm də İmişli RPİ-nin polis əməkdaşları ona Elməddinin özünə bıçaqla xəsarət yetirdikdən sonra polis əməkdaşının sağ ayağına xəsarət yetirdiyini bildirmiş, o, Təqsirləndirilən şəxs döyülməsinin şahidi olmamış, həmin vaxtı Elməddinin bədən səthində döyülməyə xarakterik xəsarət də görməmiş, əksinə polis əməkdaşları Elməddinə köməklik etmək istəmiş və bu məqsədlə ondan bint, spirt və s. istəmiş, o, hadisə baş verən zaman orada olmasa da, sonradan qapının qarşısına çıxanda Elməddinin özünün peşman olduğunu, qorxduğu üçün özünə və polis əməkdaşına xəsarət yetirdiyini deməsinin şahidi olmuşdur (cild 1, iş vərəqə 157-158). Cinayət işinin materiallarında olan 30 yanvar 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Həşimov oğrul Tofiq oğlu ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 1, iş vərəqə 70-73). Cinayət işinin materiallarında olan 30 yanvar 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 1, iş vərəqə 74-78). Cinayət işinin materiallarında olan 30 yanvar 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, şahid X20 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı X20 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 1, iş vərəqə 79-82). Cinayət işinin materiallarında olan 22 yanvar 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Elmədin Əliyevin polis əməkdaşlarına müqavimət göstərməklə onlara zor tətbiq etdiyi hadisənin baş verdiyi yer Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 42 saylı binanın 8-ci mərtəbəsinin blokudur, qeyd edilən blokda 49, 50, 51 saylı mənzillər vardır, 49 saylı mənzilin qarşısında və 8 və 9-cu mərtəbələrin arasında yerləşən binanın liftinin qarşısında və içərisində qanabənzər ləkələr vardır, qeyd edilən qanabənzər ləkələrdən nümunələr müvafiq qaydada protokollaşdırımaqla götürülmüşdür (cild 1, iş vərəqə 4-6). Cinayət işinin materiallarında olan 5 may 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 14 avqust 2021-ci il tarixdə saat 15:18-də Şahid2 məxsus "xxxx" ASC-nin 5**** 1793 nömrəli bank kartına “Milliön” ödəniş terminalı vasitəsi ilə 400 manat pul vəsaiti köçürtdüyü yerin ünvan 3 ünvanında yerləşən “Bol” marketdə olması müəyyən edilmişdir (cild 4, iş vərəqə 132-133). Cinayət işinin materiallarında olan 6 may 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 2 dekabr 2021-ci il tarixdə istintaqa məlum olmayan şəxs vasitəsilə göndərdiyi 100 manat, X23 tərəfindən 25 avqust 2021-ci il tarixdə istintaqa məlum olmayan şəxs vasitəsilə göndərdiyi 350 manat pul vəsaitini təhvil aldığı yerin Bakı şəhəri, Sumqayıt şossesinin 3-cü km-də yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisi olması müəyyən edilmişdir (cild 4, iş vərəqə 136-137). Cinayət işinin materiallarında olan 6 may 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 2020-ci ilin iyul ayının əvvəllərində 1.500 manat pul vəsaitini götürdüyü yerin ünvan 2 ünvanının qarşısı olması müəyyən edilmişdir (cild 4, iş vərəqə 139-140). Cinayət işinin materiallarında olan 22 yanvar 2023-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi hadisə baş verən zaman Təqsirləndirilən şəxs istifadə etdiyi qatlanmayan bıçaq tiyə və dəstəkdən ibarətdir, ümumi uzunluğu 215 mm-dir, bıçağın tiyəsi bozumtul metaldandır, bir kənarı itilənmişdir, tiyənin ülgücü itidir, ucu sola doğru əyilmişdir, tiyənin soln səthində “stainles steel shangxing” yazı və ay-ulduz emblem təsviri vardı, tiyənin uzuluğu 120 mm, eni 22 mm, orta hissədə eni 20 mm, qalınlığı 1 mm-dir,Ş bıçağın dəstəyi 3 ədəd bərkilidilmiş göy ağ qırmızı rəngli plastik materialdan olan lövhələrdən ibarətdir, dəstəyin uzunluğu 95 mm, orta hissədə enin 16 mm, qalınlığı 10 mm-dir, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd şalvar qara rəngli, cins materialdan, üzərndə geyinmə izləri müşahidə olunur, iki yan, iki arxa cibi vardır, daxili bel nahiyyəsində və bel nahiyyəsinin arxa səthində “piero paul” yazılı enblem vardır, şalvarın sağ ayağının ön səthində uzunluğu 1,2 sm olan bir ədəd dəlib-keçən zədə vardır (cild 1, iş vərəqə 19- 20). Cinayət işinin materiallarında olan 23 yanvar 2023-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus gödəkcə - qara rəngli, uzunqol, dəriyəbənzər materialdan, daxili səthi qara rəngli xovludur, iki yan bir daxili sol cibi var, öndən qara rəngli zəncirbəndlə bağlanır, daxili boyun nahiyəsində “Huanqiu” yazısı olan qara rəngli etiket tikilmişdir. Uzunluğu 60 sm, çiyin nahiyəsində eni 44 sm, qolların uzunluğu 63 sm-dir. Gödəkçə üzərində aşağıdakı zədələr yoxdur, Gödəkçənin sağ qoltuqaltı tikişi üzərində uzunluğu 2,0 sm olan bir ədəd xətti bölünmə var. bölünmənin kənarları müxtəlif səviyyələrdə bir- birindən aralanmış sap ilgəklərindən və sapların geyri bərabər bölünmüş uclarından təşkil olunur, onlardaki liflər bir qədər saçaqlıdır, ucları isə müxtəlif səthlər üzrə durur. Zədənin hər iki ucunun son bir neçə saplar bir gədər dartılmılş boşalmış vəziyyətdədir. Təqsirləndirilən şəxs məxsus köynək qəhvəyi rəngli, uzunqol, qarışıq materialdan, üzərində geyilmə izləri müşahidə olunur, ön səthinin sol döş nahiyəsində “P Piere Cardin” yazısı olan qara-gümüşü rəngli metalik emblem həkk olunub. Uzunluğu 64 sm, çiyin nahiyəsində eni 44 sm, qolların uzunluğu 59 sm-dir. Köynəyin ön səthinin orta nahiyəsində, aşağı sərbəst kənarından 26,5 sm yuxarıda və sağ yan tikişindən 22 sm ortaya doğru uzunluğu 1,2 sm olan bir ədəd dəlib-keçən zədə var. Şalvargöy rəngli, cins materialdan, üzərində geyilmə izləri müşahidə olunur, iki yan, iki arxa cibi var, bel nahiyəsində beş ədəd ilgək tikilmişdir və onlara müvafiq qəhvəyi rəngli dəriyəbənzər materialdan olan kəmər keçirilmişdir, öndən qızılı rəngli zəncirbəndlə və bir ədəd metalik düymə ilə bağlanır. Uzunluğu 101 sm, bel nahiyəsində eni 46 sm-dir. Şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ayaqqabı qəhvəyi rəngli, dəriyəbənzər materialdan, naxışlıdır, daxili səthində “Retto Comfort” yazısı oxunur, alt hissədə “41” yazııs həkk olunub. Uzunluğu 36 sm, eni 10 sm, daban hissədə hündürlüyü 8,0 sm-dir. Ayaqqabı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır (cild 1, iş vərəqə 46-47). Cinayət işinin materiallarında olan 14 mart 2023-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, CD diskdə 81 ədəd Təqsirləndirilən şəxs məxsus audioyazılar vardı, qeyd edilən səslərdə Təqsirləndirilən şəxs Vahid Məmmədova müraciət edərək barəsində verdiyi şikayət ərizəsi geri götürməyi xahiş edir, pulunu hissə hissə torpaq satmaqla ödəyəcəyini qeyd edir, növbəti səs yazılarında Təqsirləndirilən şəxs barəsində axtarış verildiyini, polislərin onsuz da onu tutacaqlarını, tutduqları halda pulu qaytara bilmyəcəyini qeyd edir, eyni zamanda Təqsirləndirilən şəxs qeyd edir ki, “Vahid əmi nətər eliyek torpaq işini necə edək, verirəm də onsuz torpağı sənə yaxşı nətər eliyək ayda min manat min manat veririəm, 500 manat 500 manat veririrəm, belə verə bilirəm, belə məni tutsalar onsuz da mənə heçnə eliyə bilməyəcəklər, birincisi məni tutsa mən özümü doğruyacam, üstümdə yəni var bıçaq o mənə yaxınlaşsa tap-tap soxacam qarnıma” sözlərini qeyd edir, növbəti səs yazılarında Təqsirləndirilən şəxs tutulacağı halda özünü vurmaqla polis əməkdaşlarını da Vahid Məmmədovu da problemə salacağını qeyd edir, qeyd edilən səs yazılarına baxış zamanı Təqsirləndirilən şəxs Vahid Məmmədovdan pul vəsaitlərini hər-hansı şəxsin işə düzəldilməsi bağlı alması barədə danışıqlar mövcud deyildir, bütün səs yazılarında Elməddin X24 borcunu qaytaracağını bildirir (cild 3, iş vərəqə 187-188). Cinayət işinin materiallarında olan 12 fevral 2022-ci il tarixli “təqdim edilmiş predmetə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş özünə məxsus olan 1 ədəd “Redmi Nite 8” markalı mobil telefona baxış keçirilərkən telefonun ekranının yuxarı hissəsində ortada 1 ədəd kamera olduğunu və ekranın altında “Redmi” sözləri yazıldığı, arxa hissəsində isə dol yuxarı tərəfdə 4 ədəd kamera və aşağı hissəsində “Redmil” sözü yazılmış, həmin mobil telefonun menyusundan “Whatsapp” sosial şəbəkəsinə daxil olub, oradan isə istintaq üçün əhəmiyyət kəsb edən “Elməddin 22” adlı şəxsin profilinə daxil olunmuş, “WhatsApp” sosial şəbəkəsindən ***-***- **-** nömrəsi ilə işlətdiyi məlum olmuş, “Elməddin 22” adlı şəxsin profilinə daxil olduqdan sonra Zərərçəkmiş şəxs2 ilə yazışmalarına baxılmış, 11 fevral 2022-ci il, saat 18:42-dən 21:17-yə qədər olan mesajlaşmada Təqsirləndirilən şəxs tərəfindən Sabir, Menenen, Sikayet elemisen, Eceb elemisen, Eceb elemisen, Menim hal-hazırda 20dollar bocym Var Mene de ser edir tutlmağım 2 minen tutuluramsa Yaxşıdı Qaldı gisse Hisse vere bilerem Bele sikqyet vecimde deyil Ay ne bilim ne Canın sağ olsun İncimiremde gözledin Qalidi o pul Men yememisem Mende Onun adini Verecem Men orda yasmaliram Mene ceferli Zad maqarli X56saydi X66 bilirsen Ele 15 Mehmanla grusecem 300gonderecem Oldu Ayda 50 M Vere bilerem Men 20dollar Borcym Eceb emedin Eledin Oranın polisleri Bilir Onsuz meni Men demirem ki Onlar menim roblemlerimi Bilirme Ve orda yaşamıram 3defe X78 menle X33 o pullu yarıdan yarisi Bağlamisdim Uji O mene maraqlı X76 hisse hisse verirem Senen danidmayanda Mehmana aturdin Ayda 500vere bilerem Özünde ölkede veziyyetdi Bilirsen Bu ay 500 veriem Obri ayda min Vere bilem Bele bele Onsuzda men polis cağırsada geden deyilem (gülüş işaresi) - gül neqede isdiyirsen axırda Kef ele Men onsuzMengmam Demisdiməl5 gorderik X67 orda yaşamıram Dedimde Sene vermeye pullu yoxdu Get ne bilirsen X77 Bolirki 20dolar borcum Var Sen ele deyirsen ki Ele bil X63 X40 Sen get X55 yiğ Jora sene deyecek o verecek ya atib qaçacaq Joranin yanindan Sabah yiğ Taiyirsan? X68 sd Qabapimizda Neye gedirsen Ozun bilersen Get Bize X1A gözleyirem ayda 500ver hecne oz emin evidi get ele bele olmağı yaxsı oldu mehman 15 gelmir Deyim bilesen indi get Eve demisel At bloka Oldu Sabir 14 pul Atacam Seni bloia Atmağa sebeb odu qefl Yazırsan evdən X41 Bu söhbet onyn X74 atacam Bu ay 500 Verecem Gelen ay min Manat Yada gel gorsek X70 X75 Sbir, 12 fevral 2022-ci il, saat 01:05-də olan mesajlaşmada Təqsirləndirilən şəxs tərəfindən səs yazısı ilə Sabir necəsən qaqaş? Nə var nə yox? Mehmana denən bir dənə kart atsın ya sən at. Uşağ iki yüz atacağşey eliuyecem. Verecem atacağ. Narahat olma.şey elə qalanında bir dörd yüz atacağ yenə, Mən sən Mehmana atarsada kartı. Deyir menim kartım yoxduy. Sabirin kartı var. Ona atsın. Oda atsın mənə.şey eliyek atağ biz ona. 11 fevral 2022-ci il, saat 18:42dən 21:17-yə qədər olan mesajlaşma X25 tərəfindən isə Təqsirləndirilən şəxs cavab olaraq “ged tulan sen ceferden sen mene marağlı deyil sen haralısan sene pulmu isdedim vermedin mende şikayet etmeliyem, sen bir defe tutlmsan sen mecmur eledin söydüm menim pulumu ver şikayeti götrüm yoo vermesön sene keçen kişi döyür menim pulumu ver sene axırıncı sözümdü gedme özne prablem açarsan gül neqede isdiyirsen axırda gülen çox güler sabah senin dedön yana gedecem görüm sene neter terbiye verib yaxşı men men olum sen sen yazma mene joranm tanımıram yazma mene yazma meni narahat edirsen men sen deyilem sen neter adamsan yazma yazma” məzmunlu ismarışlar yazılmışdır (cild 2, iş vərəqə 50-55). Cinayət işinin materiallarında olan 14 fevral 2022-ci il tarixli “təqdim edilmiş predmetə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X8 istintaqa təqdim etdiyi ödəmə terminallarıı vasitəsi ilə Təqsirləndirilən şəxs göndərdiyi 8 ədəd pul çeklərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 14:33:29-da İmişli şəhəri, H.Əliyev prospekti 109 ünvanında yerləşən “Bazarstore” marketində “Million” elektron ödəmə sistemi vasitəsi X17 adma olan "xxxx"-a aid kart hesabına 400 manat; xx.xx.2021ci il tarixdə, saat 19:00:33-də İmişli-Horadiz yolunun üzərində yerləşən “Elvin” marketdə “eManat” terminalı vasitəsi ilə X17 adma olan "xxxx"-a aid kart hesabına 101 manat; xx.xx.2021-ci il tarixdə saat 16:54:53-də İmişli şəhəri, H.Əliyev prospekti 2A ünvanında yerləşən “Bazarstore” marketində “Million” elektron ödəmə sistemi vasitəsi X17 adına olan "xxxx"-a aid kart hesabına 101 manat; xx.xx.2021- ci il tarixdə saat 17:13:40-da İmişli şəhəri, H.Əliyev prospekti 109 ünvanında yerləşən “Bazarstore” marketində “Million” elektron ödəmə sistemi vasitəsi X17 adına olan "xxxx"-a aid kart hesabına 50 manat; xx.xx.2021-ci il tarixdə saat 16:49:35-də İmişli şəhəri, H.Əliyev prospekti 109 ünvanında yerləşən “Bazarstore” marketində “Million” elektron ödəmə sistemi vasitəsi X17 adma olan "xxxx"-a aid kart hesabına 200 manat; xx.xx.2021- ci il tarixdə saat 10:45:02-də İmişli şəhəri, H.Əliyev prospekti 109 ünvanında yerləşən “Bazarstore” marketində “eManat” terminalı vasitəsi X17 adına olan "xxxx"-a aid kart hesabına 300; xx.xx.2021-ci il tarixdə saat 16:00:48-də İmişli-Horadiz yolunun üzərində yerləşən “Elvin” marketdə “eManat” terminalı vasitəsi ilə X17 adma olan "xxxx"-a aid kart hesabına 101 manat; xx.xx.2021-ci il tarixdə saat 10:22:48-də İmişli şəhəri, H.Əliyev prospekti 109 ünvanında yerləşən “Bazarstore” marketində “eManat” terminalı vasitəsi X17 adma olan "xxxx"-a aid kart hesabına 100 manat pul göndərmiş, ümumilikdə X2 Elməddin İlqam oğlunun atası X26 adma olan kart hesabına 1353 manat pul göndərmişdir (cild 2, iş vərəqə 66-67). Cinayət işinin materiallarında olan ödəniş qəbzlərin fotoşəkillərindən və ödəniş qəbzlərindən görünür ki, xx.xx.2021-ci il tarixli qəbzə əsasən 400 manat, xx.xx.2021-ci il tarixli qəbzə əsasən 101 manat, xx.xx.2021-ci il tarixli qəbzə əsasən 101 manat, xx.xx.2021-ci il tarixli qəbzə əsasən 50 manat, xx.xx.2021-ci il tarixli qəbzə əsasən 820 manat, xx.xx.2021-ci il tarixli qəbzə əsasən 200 manat, xx.xx.2021-ci il tarixli qəbzə əsasən 300 manat, xx.xx.2021-ci il tarixli qəbzə əsasən 101 manat, xx.xx.2021-ci il tarixli qəbzə əsasən 100 manat pul vəsaitləri X17 istifadəsində olmuş 4****5434 nömrəli kart hesabına, xx.xx.2021-ci il tarixli qəbzə əsasən 400 manat pul vəsaiti X3 istifadəsində olmuş 5****1793 nömrəli kart hesabına göndərilmişdir (cild 2, iş vərəqə 63 və 68-69). Cinayət işinin materiallarında olan "xxxx" ASC-nin 27 mart 2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışının surətindən görünür ki, Şahid2 məxsus 5404 08** **** 1793 nömrəli plastik kartlarla aparılan əməliyyatlara dair məlumatlardan görünür ki, xx.xx.2021-ci il tarixdə 400 manat pul vəsaiti karta mədaxil olmuşdur (cild 3, iş vərəqə 225). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X50 24 yanvar 2023-cü il tarixli 72 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş - sağ budun içəri səthinin 1 ədəd deşişmiş-kəsilmiş yarası - şiş uca və kəsici kənara malik əşyanın, ola bilsin ki, bıçağın təsirindən yarana bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla vurulması zamanı alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 1, iş vərəqə 57-58). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X50 1 mart 2023-cü il tarixli 91 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs almış olduğu - qaraciyərin, 12 barmaq və köndələn çənbər bağırsaqların zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının 2 ədəd və daxilə nüfuz etməyən 3 ədəd deşilmiş-kəsilmiş yaraları - şiş uca və kəsici kənara malik əşyanın (əşyaların), ola bilsin ki, bıçağın təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə şəxsin özü tərəfindən özünə yetirilməsi zamanı yaranmaları istisna olunmur, dərəcəsinə görə sağlamlığın daxilə nüfuz edən 2 ədəd yaralar həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya, digər 3 ədəd daxilə nüfuz etməyən yaralar isə həm ümumilikdə, həmdə ki, ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 3, iş vərəqə 158-160). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X50 16 mart 2023-cü il tarixli 116/2022- MTKŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus şalvarın sağ ayağının ön səthinin yuxarı nahiyəsindəaşkar edilmiş bir ədəd dəlib-keçən zədə aşkar olunmuş, zədə deşilmiş-kəsilmiş zədədir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmiş, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs3 məxsus şalvarın sağ ayağının ön səthinin yuxarı nahiyəsindəaşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ budun içəri səthində olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər, Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin orta nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olunmuş, bu zədə deşilmiş-kəsilmiş zədədir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmiş, Təqsirləndirilən şəxs məxsus gödəkçənin sol qoltuqaltı tikişi üzərində bir ədəd və gödəkçənin sağ qoltuqaltı tikişi üzərində bir ədəd (cəmi iki ədəd) aşkar olunmuş natamam sökülmə zədələri gödəkçənin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişlər, Təqsirləndirilən şəxs məxsus şalvar və bir cüt ayaqqabı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamış, Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin orta nahiyəsində aşkar edilmiş 1 ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarnın ön divarında olan iki ədəd (və daxilə nüfuz etməyən 3 ədəd) deşilmiş-kəsilmiş yaraları ilə yerləşmələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Köynəkdə əks tapmayan digər bir ədəd deşilmiş-kəsilmiş yara paltarın yerdəyişməsi ilə (yuxarı qalxması, sağa-sola çevrilməsi və s.) izah oluna bilər. Bədən üzərində aşkar edilmiş daxilə nüfuz etməyən 3 ədəd yaralar yalnız bədən üzərində öz əksini tapmışlar. Bu da, həmçinin paltarın yer dəyişməsi ilə izah oluna bilər, Zərərçəkmiş şəxs3 məxsus şalvarın sağ ayağının ön hissəsində, sol ayağının yan səthində (əsasən bud nahiyəsinin dizə yaxın nahiyədə və arxa hissədə aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur, Təqsirləndirilən şəxs məxsus şalvarın ön səthinin orta nahiyəsində, hər iki ayağının səthi boyu; köynəyin sağ nahiyəsinin ön səthində və köynək üzərində olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Gödəkçənin sağ qolunun aşağı hissəsində, arxa tərəfində, sol qolunun manjetinin azad kənarında, xovlu olan daxili səthhində, arxa boyun hissəsində; kəmərin ön səthinin sağ nahiyəsində, uca yaxın hissəsində və bir cüt ayaqqabının sol tayının ön yuxarı səthində, sağ yan hissəsinin arxa tərəfində, arxa daban hissəsində, sağ tayının ön burun hissəsində, sol yan hissəsi boyu və arxa tərəfində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (xərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Bıçaq üzərində gözlə görünən qana şübhəli hər hansı bir ləkəaşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (cild 4, iş vərəqə 2-7). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X50 17 mart 2023-cü il tarixli 163/2023- MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 ABO sistemi üzrə qan qrupu: AB/İV/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: B/lll/, Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs3 məxsus cins şalvar üzərindəki ləkələrdə və «liftin qarşısında döşəmədən» 1 ədəd gigiyenik çubuğun bir ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkəsində insan qanı aşkar olunmuş, ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A və V antigenləri alınmış, beləliklə, bu qan ləkələri AB/İV/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus ola bilər. Bu ləkələrdə V/İll/ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus cins şalvar, kəmər, vodolazka, gödəkcə, bir cüt ayaqqabı üzərindəki ləkələrdə, hadisə yerindən 2 ədəd gigiyenik çubuğun bir ucundakı pambıq üzərinə və bir ədəd salfet kağızı üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı ləkələri aşkar olunmuş, ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda V antigeni və bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alınmış, beləliklə, bu qan ləkələri B/lll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Ləkələrdə AB/İV/ qruplu Zərərçəkmiş şəxs3 qanının olması ABO sistemi ilə inkar olunur. Təqdim edilən 1 ədəd mətbəx bıçağı üzərində qan aşkar olunmamışdır (cild 4, iş vərəqə 9-13). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra polis əməkdaşları tərəfindən işgəncələrə və digər qeyri-insani yaxud ləyaqəti alçaldan rəftara məruz qalması öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, polis əməkdaşları izahatlarında Təqsirləndirilən şəxs heç bir işgəncələrə və digər qeyri-insani yaxud ləyaqəti alçaldan rəftara məruz qalmadığını, tutulan zaman məsuliyyətdən yaxa qurtarmaq üçün özünə xəsarətlər yetirdiyini bildirmişlər.Həmçinin cinayət işinin materiallarında olan 30 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan da görünür ki, Əliyev X27 RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib üzərində gəzdirdiyi bıçaqla əvvəlcə özünə sonra isə polis əməkdaşı Zərərçəkmiş şəxs3 xəsarətlər yetirmişdir. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X50 1 mart 2023-cü il tarixli 91 nömrəli rəyindən də görünmüşdür ki, Təqsirləndirilən şəxs almış olduğuqaraciyərin, 12 barmaq və köndələn çənbər bağırsaqların zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının 2 ədəd və daxilə nüfuz etməyən 3 ədəd deşilmiş-kəsilmiş yaraları - şiş uca və kəsici kənara malik əşyanın (əşyaların), ola bilsin ki, bıçağın təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə şəxsin özü tərəfindən özünə yetirilməsi zamanı yaranmaları istisna olunmur (cild 1, iş vərəqə 160-162). Cinayət işinin materiallarında olan 11 may 2023-ci il tarixli “cinayət təqibinə hissəvi xitam verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi nəticəsində dəymiş ziyanı və həmin ziyanın 25 faizini dövlət büdcəsinə ödəməsi və zərərçəkmiş şəxslərlə barışması ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilmişdir (cild 4, iş vərəqə 194-196). Cinayət işinin materiallarında olan 11 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerindən götürülmüş 1, 2, 3 rəqəmləri ilə nömrələnmiş qanabənzər ləkələrdən hopdurulma üsulu ilə götürülmüş 3 ədəd steril pambıqlı çubuq, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd cins şalvar, Təqsirləndirilən şəxs məxsus 1 ədəd gödəkcə, 1 ədəd köynək, 1 ədəd şalvar, 1 cüt ayaqqabı və cinayətdə istifadə olunan 1 ədəd bıçaq maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş, ödəniş qəbzləri, 1 ədəd CD disk maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 4, iş vərəqə 144-189). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 329.1, 333.3, 333.4, 178.1 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti verilməklə şərti hesab edilmişdir (cild 2, iş vərəqə 151-152 və 178-192). Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinin tələbinə əsasən şərti məhkum edilmiş şəxslər sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırkı cinayəti barəsində tətbiq edilmiş 1 il sınaq müddəti başa çatdıqdan sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir. Məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan bəraətverici əsasla (cinayət hadisəsi olmaması) imtina etmişdir. Dövlət ittihamçısı müraciətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci ilə ittiham irəli sürülsə də, qeyd edilən ittihamla bağlı cinayət hadisəsinin baş verməsi sübuta yetirilməmişdir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət-Prosessual Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin cinayət təqibinə xitam verilməsi qaydasından bəhs edən 41-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 41.5-ci maddəsinə görə məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı, xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. Məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır (CPM-nin 43.1, 43.1.1-ci maddələri). Cinayət-Prosessual Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Məhkəmə qeyd edilənləri məcmu halda nəzərə alaraq hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə elan edilmiş ittihamdan məhkəmə baxışı zamanı imtina edən dövlət ittihamçısının mövqeyini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü və 314.2-cü maddələrinin tələblərinə uyğun hesab edir və bu səbəbdən də belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 178.2.1, 178.2.2, 32.4,312.2 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə əlaqədar ittihamdan imtina etməsi (hissəvi imtina) nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan ərizələrdən görünür ki, zərəçəkmiş şəxslər X9, Zərərçəkmiş şəxs5 və X10 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir (cild 3 iş vərəqə 37, 174, 201 və cild 5). Cinayət işinin materiallarında olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur (cild 5). Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X11, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 maddi ziyanı ödədiyindən, həmçinin digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə yuxarıda qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ilə barışmasını nəzərə alaraq təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 315-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə tutulmuşdur (cild 2,iş vərəqə 236). Cinayət işinin materiallarında olan 25 iyun 2022-ci il tarixli İmişli rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 iyun 2022-ci il tarixdən hesablanmışdır (cild 3, iş vərəqə 8-9). Cinayət işinin materiallarında olan 23 avqust 2022-ci il tarixli “təqsirləndirilən şəxsin qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 3, iş vərəqə 38- 40). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 120-122). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) ay müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 yanvar 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə yerindən götürülmüş 1, 2, 3 rəqəmləri ilə nömrələnmiş qanabənzər ləkələrdən hopdurulma üsulu ilə götürülmüş 3 ədəd steril pambıqlı çubuq, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd cins şalvar, Təqsirləndirilən şəxs məxsus 1 ədəd gödəkcə, 1 ədəd köynək, 1 ədəd şalvar, 1 cüt ayaqqabı və cinayətdə istifadə olunan 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -ödəniş qəbzləri və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxslə barışdığından həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) ay müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 3 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə dövlət ittihamçısının ittihamdan imtina etməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə yerindən götürülmüş 1, 2, 3 rəqəmləri ilə nömrələnmiş qanabənzər ləkələrdən hopdurulma üsulu ilə götürülmüş 3 ədəd steril pambıqlı çubuq, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd cins şalvar, Təqsirləndirilən şəxs məxsus 1 ədəd gödəkcə, 1 ədəd köynək, 1 ədəd şalvar, 1 cüt ayaqqabı və cinayətdə istifadə olunan 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -ödəniş qəbzləri və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-390/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-390/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver