Məhkəmə qərarları › İş №1(101)-390/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-390/2025

01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-390/2025 01.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 180.3.2 və 306.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş, özgənin əmlakını açıq talayıb külli miqdarda ziyan vurmaqla soyğunçuluq etmiş və təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, cavabdeh kimi ondan xx.xx.2013-cü il tarixdən hesablanmaqla xx.xx.2013cü il təvəllüdlü Vəliyev Feruz Anar oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs3 ödənilməsinə dair qanuni qüvvəyə minmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(021)-1776/2013 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 6 may 2022-ci il tarixədək 5.000 (beş min) manat məbləğində borcunu Zərərçəkmiş şəxs3 ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bundan başqa, o, 09 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Beynəlxalq Avtovağzal»ın qarşısında taksi fəaliyyəti ilə məşğul olmaqla idarə etdiyi «Opel Astra» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs2 xahişi ilə avtomobil ilə Bakı şəhəri ərazisində bir müddət gəzdirdikdən sonra 10 oktyabr 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom» adlanan yaşayış sahəsinə gətirib orada Zərərçəkmiş şəxs2 sərxoş olmasından istifadə edib avtomobilin salonunda olan 2 ədəd mobil telefon və yük hissədə olan yük çantasını tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs2 yaşadığı evdə qonaq edəcəyini bəhanə edib avtomobildən endirərək sonuncunun bir qədər aralıda tək buraxmaqla avtomobilə qayıdıb idarə edərək Zərərçəkmiş şəxs2 avtomobilin yük hissəsinə qoyduğu dəyəri 120 manat olan 1 ədəd açıq yaşıl rəngli «Reymond» markalı yük çantasının içərisində olan 30.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 51.000 manat məbləğində nağd pul vəsaiti, hər birinin dəyəri 300 manat olmaqla 2 ədəd 600 manat dəyərində göy və krem rəngli «Jacob Cohen» markalı cins şalvarları, dəyəri 450 manat olan 1 ədəd göy rəngli «Dolce Gabanno» markalı cins şalvarı, dəyəri 750 manat olan 1 ədəd boz rəngli «Loewe» markalı jaketi, hər birinin dəyəri 520 manat olmaqla 2 ədəd 1.040 manat dəyərində qırmızı və qara-qırmızı rəngli «Givenchy» markalı jaketləri, hər birinin dəyəri 230 manat olmaqla 3 ədəd 690 manat dəyərində ağ və göy rəngli «Zegna» markalı köynəkləri, hər birinin dəyəri 300 manat olmaqla 2 ədəd 600 manat dəyərində tünd göy rəngli «Jacob Cohen» markalı köynəkləri və avtomobilin salonunda olan dəyəri 600 manat olan 1 ədəd «Mİ 10T Pro» markalı, dəyəri 1.750 manat olan 1 ədəd «İphone 13 Pro» markalı mobil telefonları açıq yolla talayıb hadisə yerindən uzaqlaşaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 57.600 (əlli yeddi min altı yüz) manat məbləğində külli miqdarda maddi ziyan vuraraq tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 oktyabr 2023-cü il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, «Bakı Beynəlxaq Avtovağzal» kompleksinin ərazisində Zərərçəkmiş şəxs1 bank hesab kartından pulun bankomatdan məxaric edilməsində köməklik edəcəyi adı ilə sonuncunun «Honor» markalı mobil telefonunu götürüb telefonda quraşdırılmış mobil tətbiqdən istifadə edərək Zərərçəkmiş şəxs1 məxsus elektron məlumat daşıyıcısı hesab edilən 5213-6751-7287-2617 saylı bank hesab kartından öz adına olan 4169-7388-6612- 0789 nömrəli bank hesab kartına həmin tarixdə saat 04:28-də 320 manat və 500 manat, həmin tarixdə saat 04:30-da 1000 manat və 1000 manat məbləğində pul vəsaiti köçürməklə gizli olaraq talayıb tətbiqin işlək vəziyyətdə olmadığını bildirib mobil telefonu özünə qaytarmaqla, Zərərçəkmiş şəxs1, ümumilikdə 2.820 (iki min səkkiz yüz iyirmi) manat məbləğində maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 180.3.2 və 306.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2013-cü ildə Feruz adlı bir uşağı olmuşdur. Ailə qurduqları ilk aylardan xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Belə ki, Zərərçəkmiş şəxs3 onu bir ər kimi sayıb hörmət etməmişdir. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2013-cü ildən Zərərçəkmiş şəxs3 ondan faktiki olaraq ayrılıb uşağı ilə birlikdə ayrı yaşamağa başlamışdır. Birlikdə yaşadıqları müddətdə Bakı-Bərdə şəhərlər arası taksi fəaliyyəti ilə məşğul olmaqla hər ay 500-600 manat qazancı olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs3 ona qarşı məhkəmədə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(021)-1776/2013 saylı qətnaməsinə əsasən ondan xx.xx.2013-cü il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü oğlu Vəliyev Feruz Anar oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs3 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Bərdə Rayon İcra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixli təqdimatda qeyd edilən cəmi 5000,00 manat aliment borcunu ödəməmişdir. Zərərçəkmiş şəxs3 ayrıldıqdan sonra, yəni 2013-cü il tarixdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olmuşdur. 2019-cu ilin sentyabr ayında azadlıqdan məhrum etmə cəzasını çəkərək azadlığa çıxmışdır. Həmin vaxt Rusiya Federasiyasının Moskva şəhərinə işləmək üçün getmişdir. 2021-ci ilin noyabr ayında Bakı şəhərinə qayıtmış və müxtəlif markalı avtomobilləri icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bu müddətdə hər ay 500,00 manat qazanc əldə etmişdir. Bundan başqa, 6 oktyabr 2022-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə, sosial şəbəkədə tanış olduğu Zaur adlı şəxsdən, gündəlik 25 manat qarşılığında icarəyə Opel Astra markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil götürmüşdür. Həmin gündən avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 9 oktyabr 2022-ci il tarixdə 15 radələrəində əvvələr tanımadığı müştəri, daha sonra özünü Ülfət kimi təqdim şəxs avtomobilinə Bakı şəhəri, Binəqədi rayonu, Beynəlxalq Avtovağzalın qarşısında əyləşmişdir. Ülfət əlində olan çamadanı götürmüş və avtomobilinin arxa yük hissəsinə qoymuşdur. Ülfət avtomobilində ön sərnişin oturaçağında oturmuşdur. Ülfət uzun müddətdir ki, Bakı şəhərində olmadığını və buna görə də ondan şəhəri gəzdirməyi xahiş etmişdir. Ülfətin tapşırığı ilə avtomobili idarə etməyə başlamışdır. Avtomobili bir qədər idarə etdikdən sonra Ülfət ona onun üçün spirtli içki-araq almağını xahiş etmişdir. Ümumilikdə Ülfətdən 60 manat pul götürmüş və yolun qırağında olan marketlərin birinə daxil olaraq oradan 3 ədəd, hər biri 750 ml spirtli içki araq almışdır. Həmin içkini Ülfətə vermiş və o, avtomobil hərkətdə olan zaman həmin arağı içmişdir. Təxminən xx.xx.2022-ci il saat 4 radələrinə qədər Ülfəti avtomobilində gəzdirmişdir. Bir müddətdən sonra avtomobil idarə etməkdən çox yorulmuş və Ülfəti düşürtmək qərarına gəlmişdir. Bir neçə dəfə ondan yaşadığı ünvanı soruşmuş, lakin Ülfət sərxoş olduğundan ona dəqiq hər hansı bir ünvan deməmiş və avtomobili sürməyini bildirmişdir. Yekunda bezmiş və avtomobili Binəqədi rayonu Motodrom yaşayış massivinə sürmüş və Ülfətə yalandan evinə gəldiyini və onun da avtomobildən düşərək onunla evinə qonaq gəlməsini təklif etmişdir. Bir neçə dəqiqə danışdıqdan sonra Ülfət avtomobildən düşməyə razlaşmışdır. Əlavə olaraq bildirmək istəyir ki, Ülfətdən gediş haqqı olaraq 70 manat da pul almışdır. Ülfət avtomobildən düşmüş və avtomobilin salonunda ona məxsus kiçik həcmli çantanı da götürüb onun boynuna asmışdır. Bir neçə addım avtomobildən uzaqlaşdıqdan sonra Ülfətin fikrinin yayınmasında istifadə edərək avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Həmin günü yaşadığı evə getmişdir. Ertəsi gün günorta saatlarında evdən çıxmış və avtomobilinə əyləşmişdir. Avtomobilin salonunda sağ hissədə qara rəngli mobil telefon olduğunu görmüşdür. Həmin telefonu götürmüş və bir qədər telefona göz gəzdirdikdən sonra axşam müştəri qismində avtomobilinə əyləşən Ülfətə məxsus olduğunu başa düşmüşdür. Həmin telefonu avtomobilin salonunda olan saxlanc yerinə qoymuş və Ülfətlə rastlaşacağı təqdirdə ona geri qaytarmağı fikirləşmişdir. Təxminən 2-3 gün sonra avtomobilinə əvvələr tanımadığı müştəri əyləşmiş və ona məxsus çamadanı yük hissəsinə qoymağını xahiş etmişdir. Bu səbədən avtomobilin yük hissəsini açmış və çamadan olduğunu görmüşdür. Bir qədər fikirləşmiş və həmin çamadanın bir neçə gün əvvəl avtomobilinə müştəri qismində əyləşən Ülfət adlı şəxsə məxsus olduğunu xatırlamışdır. Həmin vaxtı avtomobilinə əyləşən müştərini onun dediyi ünvana aparmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 6 ünvanında 5 mərtəbəli evlərin qarşısında Ülfətə məxsus çamadanı açmışdır. Çamadanın içərisində çox sayda kişi üçün müxtəlif paltarlar olmuşdur. Həmin vaxt hava soyuq olduğuna görə həmin koftalardan birini götürüb geyinmək istəmiş və içərisində çox sayda ABŞ dolları olduğunu görmüşdür. Pulları götürmüş və avtomobilə əyləşmişdir. Salonda pulları saymış, təxminən 28.800 ABŞ dolları pul olduğunu aşkar etmişdir. Maddi vəziyyəti pis olduğuna görə pulları şəxsi ehtiyacları üçün xərcləmək qərarına gəlmiş və bir-iki gündən sonra özünə 21.500 manat qarşılığında Hyundai Elantra markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin pulun qalan hissəsini isə Abşeron rayonun ərazisində yerləşən Hermesa otelində bir həftəlik ev tutmuş və hər gün ora müxtəlif xanımlar gətirərək istirahət etmişdir. Puldan 350 manat qarşılığında özünə Xiaomi markalı mobil telefon almışdır. Bundan başqa xx.xx.2023-cü ildə gecə saat 03:00 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Bakı Beynəlxalq Avtovağzalında «Kapital Bank»a məxsus bankomatda kartından pul çıxartmışdır. Həmin vaxt əvvəllər tanımadığı Səyavuş adlı orta yaşlı bir kişi onun yanına gəlib bankomatdan pul çıxartmaq istəmişdir. Siyavuş ona müraciət edərək demişdir ki, o da kartından pul çıxartmaq istəyir lakin, bankomatdan pul çıxarmağı bacarmır və ondan kömək etməyini xahiş etmişdir. O da Səyavuşa kömək edəcəyini bildirmişdir. Səyavuş özünə məxsus «Kapital Bank» kartını ona vermişdir. O da ondan telefonunu da ona verməsini istəmişdir. Səyavuş Honor markalı mobil telefonun kodunu açıb pulunu kartına köçürmək üçün ona vermişdir. O, Səyavuşun telefonundan «Kapital Bank» mobil tətbiqinə girib kartında olan 3000 manat pulu özünə məxsus «Kapital Bank»a aid 4169-7388-6612-0789 saylı kart hesabına 320 manat, 500 manat, 1000 manat və 1000 manat olmaqla ümumilikdə 2820 manat köçürtmüşdür. Sonra Siyavuşa yalandan “köçürməni tətbiq etmək alınmır, telefonundakı proqram yaxşı işləmir”-deyib ondan ayrılıb getmişdir. Həmin pulları sonra özü üçün xərcləmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Ülfət adlı müştərinin pulunu bilərəkdən öz şəxsi ehtiyacları üçün istifadə etmişdir. Ülfətin özü maşından düşmüşdür. O, getdikdən sonra Ülfət çamadan ilə bağlı onu səsləməmişdir. Çamadanı maşında unutmasını Ülfət xatırlamamışdır. Çamadanın maşında qalmağından həmin an onun da xəbəri yox idi. Ülfət 3 ədəd 750 ml-lik araq içmişdir. Həmin araqları sonuncunun istəyi ilə o, almışdır. Ülfətin çamadanından 48.500 manata yaxın pul çıxmışdır. Kart epizodu çamadandan pulu götürdüyü epizoddan sonra baş vermişdir. Zərərçəkmiş şəxs1 kartından özünə göndərdiyi pul ilə maşın almamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 180.3.2 və 306.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamışdır. 18 sentyabr 2023-cü ildə Laçın şəhərinə getmişdir. Orada Bakı Abadlıq şirkətində fəhlə kimi inşaatda işləməyə başlamışdır. Bir aydan bir portal yenilənməli olduğundan o, Naxçıvan MR-in Kəngərli rayonuna qayıtmışdır. xx.xx.2023-cü ildə gecə saatlarında Laçın rayonundan Bakı şəhərinə avtobusla gəlib Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Bakı Beynəlxalq Avtovağzalında avtobusdan düşmüşdür. Bakı şəhərinə gəlib çatarkən artıq təqvim xx.xx.2023-cü il saat 01-02 radələri olardı. O, avtovağzala düşüb bilet almaq istəmişdir. Avtovağzalda heç kəsin olmadığını, kassaların bağlı olduğunu görmüşdür. Ətrafa baxıb heç kəsi görməmişdir. Onun üstündə nağd pul olmadığından X6 aid 5213-6751-7287-2617 saylı bank kartından pul çıxarmaq istəmişdir. Avtovağzalda olan bütün terminallardan pul çıxartmaq istəmiş, lakin heç birindən pul çıxara bilməmişdir. Bu zaman Təqsirləndirilən şəxs yaxınlaşıb kartından pul çıxardıb nağdlaşdırmaq istədiyini, lakin çıxara bilmədiyini, bacarırsa ona köməklik etməsini xahiş etmişdir. Anar ondan kartı alıb terminallarda yoxlamış, o da kartdan pul çıxarda bilməmişdir. Bundan sonra Anar ona yaxınlıqda olan Şəhzadə kafesində oturub çay içməyi, orada telefon tətbiqi vasitəsi ilə ATB bank kartında olan pulunu Kapital Bank kartına köçürüb nağdlaşdırmağını təklif etmişdir. Onlar birlikdə kafeyə getmişlər, Anar orada çay sifariş vermişdir. Sonra ondan Kapital Bank kartını və telefonunu istəmişdir. O da özünə məxsus «Kapital Bank» kartını və Honor markalı mobil telefonunun kodunu açıb ATB Bank kartında olan pulunu Kapital Bank kartına köçürməsi üçün Anara vermişdir. Anar ondan ATB Bank kartında olan pulunu Kapital Bank kartına düzgün köçürüb-köçürmədiyini soruşmuşdur. O, ATB Bank kartından pulu Kapital Bank kartına göndərdiyi proqramı, ATB bank kartından kapital Bank kartına 85 manat köçürüldüyünü və ATB bank kartında 3200 manat pulun qaldığını göstərmişdir. Anar onun telefonu ilə ATB bank kartından Kapital Bank kartına telefonda proqramlara girmiş və ona proqramlar vasitəsi ilə ATB bank kartında pulun olmadığını göstərmişdir. Sonra Anar ona yenidən telefonunda tətbiq yüklənməsi üçün proqram yüklədiyini deyib telefonu, masanın üzərinə qoyub, kartları ona vermişdir. Sonra ona proqram yüklənənə kimi sanitar qovşağına dəyib gələcəyini bildirmişdir. Anar gedəndən 5 dəqiqə keçdiyini görüb şübhələnmişdir. Telefonunu götürüb baxanda ATB bank kartından xx.xx.2023-cü ildə 04:30 radələrində 320 manat, 500 manat, 1000 manat və 1000 manat ümumilikdə 2820 manat pulunu başqa karta köçürüldüyünü görmüşdür. O, bunu görüb sanitar qovşağına getmişdir. Lakin, Anar oradan qaçıb getmişdir. Masanın üzərində Anarın eynəyi, siqareti və alışqanı qalmışdır. O tez DİN-in 102 xidmətinə zəng vurmuşdur. Bir müddət sonra 40-cı PB-nin əməkdaşları hadisə yerinə gəlmişlər. Ətrafa baxıb Anarı tapa bilməmişlər. Birlikdə 40-cı PB-nə gəlib orada ərizə yazmışdır. O, əvvəllər Anarı görməsə də, polis əməkdaşları ondan onun əlamətlərini soruşub, ona təqdim etdikləri axtarışda olan şəxslərin şəkillərinin içərisində onu görüb tanımışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Feyruz oğlunu əvvəllər tanımamışdır. 2021-ci il tarixdə ünvan 4 ünvanında olan evini satmış və ünvan 5də dəniz kənarında tikilən evlərə baxmış və orada 146.000 manata ev bəyənmişdir. İlkin ödəniş olaraq 70.000 manat nağd pul vəsaiti ödəmişdir. Şirkətin nümayəndələri ilə aralarında olan razılaşmaya əsasən pulun qalanını hissə-hissə olmaqla ödəyəcəkdir. xx.xx.2022-ci il tarixdə pulun qalan hissəsini ödəmək üçün Bakı şəhərinə gəlmişdir. Həmin tarixdə Bakı şəhərində bir neçə gün qalmaq fikri olmuş, buna görə də özü ilə paltarlarını gətirmiş və həmin paltarları da çamadanın içərisində olmuşdur. Özü ilə gətirdiyi çamadanın içərisinə evin pulu olan 30.000 ABŞ dollarını paltarların içərisində gizlətmişdir. Pulları çamadanın içərisində gizlətməyinin səbəbi də həmin günü Gəncə şəhərində olan zaman spirtli içki qəbul etmiş və pulları itirməmək üçün çamadanın içərisində paltarlarının arasına yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Beynəlxalq avtovağzalın qarşısında “Opel Astra” markalı taksi avtomobilinə əyləşmişdir. Həmin vaxtı özünə məxsus çamadanı avtomobilin yük hissəsinə yerləşdirmişdir. Taksi sürücüsü olan adını sonradan bildiyi Təqsirləndirilən şəxs uzun müddətdir ki, Bakı şəhərində olmadığını, buna görə də onu Bakı şəhərində gəzdirməsini xahiş etmişdir. Daha sonra taksi sürücüsü Anardan onun üçün spirtli içki, yəni araq almasını xahiş etmişdir. Anar da onun təklifilə razılaşmış və ona araq alması üçün pul vermişdir. Anar dəqiq xatırlamadığı mağazadan 3 butulka hər biri 750 ml olan araq almış və ona vermişdir. Anar avtomobili idarə edir o isə spirtli içkini qəbul edərək, Bakı şəhərinin yeni küçələrinə baxmışdır. Anar avtomobili bir qədər idarə etdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 3 radələrində avtomobili sürməkdən yorulduğunu və istirahət etmək üçün onun özünə məxsus evə getməyi təklif etmişdir. O, ilkin olaraq onun təklifi ilə razılaşmış və Anar avtomobili idarə edərək Binəqədi rayonu Motodrom qəsəbəsinə aparmışdır. Orada Anar avtomobili fərdi tikili evin qarşısına saxlamış və evin ona məxsus olduğunu bildirmişdir. O, avtomobildən düşüb evə tərəf getdikdə arxadan Anarın idarə etdiyi avtomobilin hərəkət etdiyini eşitmişdir. Geriyə döndükdə Anarın asta sürətlə avtomobili idarə edərək oradan uzaqlaşmaq istədiyini görmüşdür. Avtomobildə əşyaları qaldığı üçün avtomobilə tərəf qaçmış və qışqıraraq Anardan avtomobili saxlamasını tələb etmişdir. Anar isə onu görüb avtomobilin surətini artırıb oradan uzaqlaşmışdır. O, avtomobilin arxası ilə qaçsa da ona çata bilməmişdir. Anarın avtomobilinə əyləşdikdən sonra özünə məxsus “İphone 13” markalı və “Mİ 10T pro” markalı mobil telefonu sürətlər qutusunun yanına qoymuşdur. Həmçinin çamadanın içərisində 30.000 ABŞ dolları nağd pul və özünə məxsus çox sayda paltarları var idi. Bir qədər Anarı axtarmış, lakin tapa bilməmişdir. Daha sonra çox çətinliklə Beynəlxalq avtovağzala getmiş, oradan tanışları ilə əlaqə saxlamış və baş verənləri danışmışdır. Səhhəti pisləşdiyindən məcbur olub müalicə olunmağı üçün Türkiyə Respublikasına getmişdir. Bu səbəbdən dostu Şahid1 onun xahişilə baş vermiş hadisə ilə əlaqədar olaraq polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, o, aldığı evin pulunu ödəmək üçün Bakıya gəlmişdir. Evi satan şirkətin ofisi Sumqayıt Bulvarında yerləşmişdir. O, Gəncədən gəlmişdir ki, evin pulunu ödəsin. Həmin vaxt evin pulu çamadanda idi. Taksiyə miməmişdən əvvəl içkili olmuş, buna baxmayaraq taksidə də içki içmişdir. İçkini özü almışdır. 1 ədəd araq almışdır. O, axşamı qalmaq üçün otelə getməli idi. Taksi sürücüsünə də otelə getməyi demişdir. Çamadanı maşının baqajına qoymuşdur. Həmin çamadan da pul və paltarları var idi. Hadisə vaxtı iki ədəd telefon işlətmişdir. Taksi sürücüsü onu yolun ortasında düşürüb qaçıb getmişdir. Taksi sürücüsü onu aldadıb maşından düşürtmüşdür. Bununla bağlı polisə şikayət etmişdir. Maddi ziyandan ona heç nə qaytarılmamışdır. Onun pulu əsasında alınmış maşının ona qaytarılmasını xahiş edir. Çamadanda pul olması ilə bağlı Anara heç nə deməmişdir. Taksidən özü düşmüşdür. Taksi onu şəhərdə təxminən 2 saat gəzdirmişdir. Taksi maşını 2- 3 dəfə saxlamışdır. Taksiyə marketə getmək üçün maşını saxlamasını o, demişdir. İçkini marketdən özü almışdır. İçki almağa gedən zaman Anarın taksini nəyə görə sürüb qaçmadığını bilmir. Anar onu qoyub qaçdığı yerdə düşürməli deyildi. Anar onu düşürtdükdən sonra taksini sürüb getmişdir. Məhkəmədə elan edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikahdan keçməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2013-cü ildə Feruz adlı bir uşaqları dünyaya gəlmişdir. Ailə qurduqları ilk aylardan xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Belə ki, Təqsirləndirilən şəxs onu bir arvad kimi sayıb hörmət etməmişdir. Xasiyyəti uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2013-cü ildən Təqsirləndirilən şəxs ilə faktiki olaraq ayrılıb uşağı ilə birlikdə ayrı yaşayır. Təqsirləndirilən şəxs ilə evli olduqları müddətdə sonuncu Bakı-Bərdə şəhərlərarası taksi fəaliyyəti ilə məşğul olmaqla hər ay 500-600 manat qazancı olmuşdur. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşağın saxlanması üçün ona heç bir maddi köməklik göstərməmiş və o, heç bir yerdə işləmədiyi üçün uşağı təkbaşına saxlamaqda çətinlik çəkmişdir. Ona görə anasının maddi yardımı ilə uşağını saxlamışdır. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(021)-1776/2013 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü Vəliyev Feruz Anar oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixli təqdimatda qeyd edilən cəmi 5000 manat aliment borcu yaranmışdır (cild 1, iş vərəqi 263-265). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun uşaqlıq dostudur. Sonuncu ilə görüşəndə o, başına gələn hadisə barəsində danışmışdır. Bundan sonra sonradan adının Anar olduğunu bildikləri şəxsi tapmağa çalışmışlar. Birinci olaraq Ülfəti Bakıya gətirən avtobusu tapmışlar. Həmin avtobus şoferi Ülfəti avtovağzalda düşürtdüyünü bildirmişdir. Bundan sonra onlar Anarın nömrəsini tapmışlar. Onlar əvvəlcə polisə müraciət etmək istəməmiş, məsələni özləri həll etmək istəmişlər. Anara zəng edib, puldan 10.000 dollarını özünə götürə biləcəyini, qalan 20.000 dollarını isə geri qaytarmasını istəmişdir. Həmin an Anar telefonu söndürmüşdür. Bundan sonra onlar polisə müraciət etmişlər. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Ülfət hadisəni danışan zaman içkili olmuşur. Bakıya gələn vaxt Anarın taksisinə minmişdir. Gecə saat 3-ə qədər Bakını həmin taksi ilə gəzmiş və sonradan Anarın onu düşürdüb, çanta maşında ola-ola çıxıb getdiyini bildirmişdir. Ülfət bildirmişdir ki, Anar ondan maşından düşməsini, maşını qabağa verdikdən sonra minməsini istəmiş, o, düşdükdən sonra isə sürüb getmişdir. Məhkəmədə ifadəsi tədqiq olunaraq sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2021-ci il tarixdən etibarən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Avtomobil Bazarı”nda yer götürüb müxtəlif markalı avtomobilərin satışı ilə məşğul olur. Ticarət məqsədi ilə Gürcüstan Respublikasından “Hyundai Elantra” markalı minik avtomobili almış və Azərbaycana gətirmişdir. Həmin avtomobili tanışı X1 adına sənədləşdirilmiş və 20 avqust 2022-ci il tarixdə Könül onun adına mülki etibarnamə vermişdir. Həmin avtomobili işlədiyi salonda satışa qoymuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs Feyruz oğlu müştəri qismində gəlib salonda olan avtomobilərə baxmış və qırmızı rəngli “Hyundai Elantra” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmişdir. Bir qədər sövdələşdikdən sonra, həmin avtomobili 20.500 manata almağa razılaşmışdır. Həmin gün Təqsirləndirilən şəxs etibarnamə verməklə avtomobili ona 20.500 manata satmışdır (cild 1, iş vərəqi 157-159). Məhkəmədə ifadəsi tədqiq olunaraq sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021 )-1776 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs azyaşlı Vəliyev Feruz Anar oğlunun saxlanması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay 50 manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs3 ödənilməsi göstərilmişdir. İcra vərəqəsi xx.xx.2013-cü il tarixdə verilmiş, icra edilməsi üçün xx.xx.2019-cu tarixdə Bərdə rayon icra şöbəsinə daxil olmuş, həmin tarixdə müvafiq qaydada icraata başlanılmış və tələbin təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Tələbin borclunun əmlakı və ya gəlirləri hesabına ödənilməsi üçün “EMF” sistem vasitəsi ilə müvafiq qaydada sorğu edilsə də, borclunun yaşayış yeri üzrə əmlakına baxış keçirilsə də ona məxsus əmlak və ya gəlir aşkar edilməmişdir. Borclunun faktiki olduğu yeri müəyyən etmək mümkün olmadığı və yaranmış aliment borcunu ödəməkdən yayındığı nəzərə alınaraq, onun axtarılmasına dair xx.xx.2020-ci il tarixdə qərar qəbul edilərək icrası Bərdə rayon Polis şöbəsinə tapşırılmış, Bərdə Rayon Polis şöbəsi tərəfindən borclu Vəliyev Feruz Anar oğlu barəsində xx.xx.2020-ci il tarixdə Bərdə Rayon Polis şöbəsində 300227 saylı axtarış işi açılmışdır. İcra tədbiri olaraq Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair müvafiq təqdimatla məhkəməyə müraciət edilmiş və Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilmişdir. Borclu məhkəmə qərarı üzrə tələbi təmin etməkdən üzrlü səbəb olmadan yayındığı və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi nəzərə alınaraq borclunun barəsində xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə təqdim edilmişdir. Bərdə Rayon Məhkəməsinin 3(021)-1419 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 (on) gün müddətə inzibati həbs təyin edilmişdir. İnzibati məsuliyyətdən sonra borclu yenə də müxtəlif bəhanələr gətirərək icra sənədinin icrasından yayınaraq məhkəmə qərarı üzrə tələbi qərəzli olaraq təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə ərizə ilə Bərdə rayon icra və probasiya şöbəsinə müraciət edərək icra sənədi üzrə tələbi tam təmin etmədiyi səbəbindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Borclu inzibati məsuliyyətdən sonrada məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2022-ci il tarixə onun tələbkara 5000 manat məbləğində aliment borcu yaranmışdır. Borclunun məhkəmə qərarını icra etmədiyi üçün dəfələrlə inzibati məsuliyyətə cəlb edilməsi, inzibati məsuliyyətdən sonra tələbkarın xeyrinə ödəniş etməməsi, cinayət məsuliyyətinə cəlb edilməsi və cinayət məsuliyyətindən sonra da xəbərdarlıqlara məhəl qoymayaraq tələbi təmin etməməsi onun məhkəmə qərarını icra etməkdən qərəzli olaraq boyun qaçırmasına dəlalət edir (cild 1, iş vərəqi 252-254). . Məhkəmədə ifadəsi tədqiq olunaraq sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqi 255-257). Cinayət işinin materiallarında olan məlumatlara baxış keçirilməsi haqqında 30 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ekran görüntülərinə baxış zamanı “ATB” bankının mobil tətbiqində olan köçürmələrin qəbzlərindən 5213-6751-7287-2617 nömrəli kartdan 416973******0789 nömrəli karta xx.xx.2023-cü il tarixdə saat 04:28-də 320 manat (qəbz №9********), xx.xx.2023-cü il saat 04:28-də 500 manat (qəbz №7********), xx.xx.2023-cü il saat 04:30-da 1000 manat (qəbz №8********), xx.xx.2023-cü il tarixdə saat 04:30-da 1000 manat (qəbz №4********) köçürüldüyü müəyyən olunmuşdur (cild 1, iş vərəqi 53-57). Cinayət işinin materiallarında olan könüllü təqdim etmə haqqında 5 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs əvvəl idarə etdiyi “Opel” markalı avtomaşında qalan içərisində kişi geyimləri olan yaşıl rəngli çantanı, həmin çantadan götürdüyü pulla aldığı qara rəngli “Xiaomi” markalı mobil telefonu, “Poco” markalı mobil telefonu, dəmir qolbaqlı kişi saatını və “Hyundai Elantra” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili könüllü təqdim etmişdir (cild 1, iş vərəqi 81). Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 dekabr 2022-ci il tarixli 9/9303 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların (yalnız telefon və çamadan istifadədə olub) 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4.850 manat, təqdim edilməyən, istifadədə olmuş mobil telefonun dəyəri həmin tarixə nəzəri qaydada təxminən 1750 manat müəyyən edilir (cild 2, iş vərəqi 67-70). Cinayət işinin materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilən mobil telefonlar arasında özünə məxsus “Mİ 10T Pro” markalı mobil telefonu tanımışdır (cild 2, iş vərəqi 71). Cinayət işinin materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilən çamadanlar arasında özünə məxsus “Reymond” markalı çamadanı tanımışdır (cild 2, iş vərəqi 72). Cinayət işinin materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilən şalvarlar arasında özünə məxsus göy rəngli “Jacob Cohen” markalı cins şalvarı tanımışdır (cild 2, iş vərəqi 73). Cinayət işinin materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilən şalvarlar arasında özünə məxsus krem rəngli “Jacob Cohen” markalı cins şalvarı tanımışdır (cild 2, iş vərəqi 74). Cinayət işinin materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilən şalvarlar arasında özünə məxsus göy rəngli “Dolce Gabbano” markalı cins şalvarı tanımışdır (cild 2, iş vərəqi 75). Cinayət işinin materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilən jaketlər arasında özünə məxsus boz rəngli “Loewe” markalı jaketi tanımışdır (cild 2, iş vərəqi 76). Cinayət işinin materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilən jaketlər arasında özünə məxsus qırmızı rəngli “Givenchy” markalı jaketi tanımışdır (cild 2, iş vərəqi 77). Cinayət işinin materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilən jaketlər arasında özünə məxsus qara qırmızı rəngli “Givenchy” markalı jaketi tanımışdır (cild 2, iş vərəqi 78). Cinayət işinin materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilən köynəklər arasında özünə məxsus ağ rəngli “Zegna” markalı köynəyi tanımışdır (cild 2, iş vərəqi 79). Cinayət işinin materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilən köynəklər arasında özünə məxsus göy rəngli “Zegna” markalı köynəyi tanımışdır (cild 2, iş vərəqi 80). Cinayət işinin materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilən köynəklər arasında özünə məxsus tünd göy rəngli “Jacob Cohen” markalı köynəyi tanımışdır (cild 2, iş vərəqi 81). Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 8 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri və onu törətməsinin faktiki hallarını əyani olaraq bilavasitə yerində ətraflı şəkildə göstərmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 2, iş vərəqi 200-205). Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 28 noyabr 2013-cü il tarixli 2(021)-1776/2013 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında Bərdə Rayon Qeydiyyat Şöbəsində 29 noyabr 2012-ci il tarixdə 653 nömrə qeydi ilə bağlanmış nikah pozulmuş, Təqsirləndirilən şəxs hər ay bir uşağa görə sabit pul məbləğində 50 manat aliment tutularaq Zərərçəkmiş şəxs3 verilməsi qət edilmişdir (cild 1, iş vərəqi 178-179). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur (cild 3). Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 3(021)-1419/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir (cild 1, iş vərəqi 209-212). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.4-cü maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2002-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 77-ci maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 1 il 7 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Bundan başqa o, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 67.1-ci maddələrinə əsasən 10 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə 1 il 6 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 185.2.2, 234.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 67.1, 76.6.3-cü maddələrinə əsasən 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi hökmdən xaric edilərək Cinayət Məcəlləsinin 66.3 və 67.1-ci maddələrinə əsasən ona 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə üzərində 7 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2018-ci il tarixdə Bakı Apellyasia Məhkəməsinin qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs əvvəlki iki hökmlə ona təyin edilmiş cəzaları çəkib qurtarmadan yenidən qəsdən cinayətlər törətmiş, yalnız Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanı xx.xx.2019-cu il tarixdə çəkib qurtarmışdır. Belə olan halda Təqsirləndirilən şəxs hər üç hökmə görə olan məhkumluqlarının ödənilməsi məhz xx.xx.2019-cu il tarixdə başlamışdır. Təqsirləndirilən şəxs törətdiyi Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmləri ilə müəyyən edilmiş cinayətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “ağır” cinayətlər təsnifatına, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə müəyyən edilmiş cinayəti isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayətlər təsnifatına aiddirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs azad edildiyi xx.xx.2019-cu il tarixdən hazırki iş üzrə cinayət törətdiyi tarixədək iki il keçdiyindən az ağır cinayətlərə görə olan məhkumluqları ödənilmiş, həmin tarixdən altı il keçmədiyindən ağır cinayətə görə olan məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 107). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 6 noyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 135-139). Cinayət işinin materiallarında olan qərardan görünür ki, 5 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş və həmin tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 93-95, 97-98). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 30). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 145-148). Cinayət işinin materiallarında olan 8 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus «Mİ 10T Pro» markalı mobil telefon, «Reymond» markalı yük çantası, göy rəngli «Jacob Cohen» markalı cins şalvarı, krem rəngli «Jacob Cohen» markalı cins şalvarı, göy rəngli «Dolce Gabbano» markalı cins şalvarı, boz rəngli «Loewe» markalı jaketi, qırmızı rəngli «Givenchy» markalı jaketi qara qırmızı rəngli «Givenchy» markalı jaket, ağ rəngli «Zegna» markalı köynək, göy rəngli «Zegna» markalı köynək, göy rəngli «Jacob Cohen» markalı köynək maddi sübut kimi tanınmaqla saxlanması üçün Zərərçəkmiş şəxs2 qaytarılmış, “Hyundai Elantra” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil 8 may 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmaqla Binəqədi RPİ DYPŞ-nin cərimə meydançasında saxlanılır, Təqsirləndirilən şəxs adına olan 4169- 7388-6612-0789 nömrəli bank kartı 8 may 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır (cild 2, iş vərəqi 206-207). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 180.3.2 və 306.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Feyruz oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Feyruz oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin təsnifatına əsasən həmin Məcəllənin 177.2.2, 177.2.3-1 və 306.1-ci maddələri az ağır cinayət, 180.3.2-ci maddəsi isə ağır cinayət hesab olunur. Bu baxımdan Təqsirləndirilən şəxs Feyruz oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 306.1-ci maddələrinə münasibətdə cinayətlərin residivi, 180.3.2-ci maddəsinə münasibətdə isə cinayətlərin təhlükəli residivi vardır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 180.3.2 və 306.1-ci maddələri ilə həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 6 noyabr 2022-ci il tarixdən 5 fevral 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 3 (üç) ay müddət ona təyin edilən cəzaya hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Həmin normanın tələbinə görə Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 dekabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından olan ərizənin məzmunundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs maddi ziyanın tam ödənilməsini tələb edir (cild 3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək həmin zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübutlar: -Zərərçəkmiş şəxs2 məxsus «Mİ 10T Pro» markalı mobil telefon, «Reymond» markalı yük çantası, göy rəngli «Jacob Cohen» markalı cins şalvarı, krem rəngli «Jacob Cohen» markalı cins şalvarı, göy rəngli «Dolce Gabbano» markalı cins şalvarı, boz rəngli «Loewe» markalı jaketi, qırmızı rəngli «Givenchy» markalı jaketi qara qırmızı rəngli «Givenchy» markalı jaket, ağ rəngli «Zegna» markalı köynək, göy rəngli «Zegna» markalı köynək, göy rəngli «Jacob Cohen» markalı köynəyin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, -Təqsirləndirilən şəxs adına olan 4169-7388-6612-0789 nömrəli bank kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət nəticəsində vurulmuş ziyanın müsadirə edilmiş əmlak vasitəsilə ödənilməsini nəzərdə tutan 99-3-cü maddəsindən görünür ki, müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Qanunun bu tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 soyğunçuluq yolu ilə ələ keçirdiyi ümumilikdə 57.600 (əlli yeddi min altı yüz) manatın 20.500 manatı ilə aldığı maddi sübut kimi tanınmış Binəqədi RPİ DYPŞ-nin cərimə meydançasında saxlanılan “Hyundai Elantra” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil müsadirə edilərək Zərərçəkmiş şəxs2 mülkiyyətinə keçirilməklə ona verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 180.3.2 və 306.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.3.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu və həbsdə saxlanıldığı 3 (üç) ay müddət ona təyin edilən cəzaya hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9 (doqquz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs1 mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübutlar: -Zərərçəkmiş şəxs2 məxsus «Mİ 10T Pro» markalı mobil telefon, «Reymond» markalı yük çantası, göy rəngli «Jacob Cohen» markalı cins şalvarı, krem rəngli «Jacob Cohen» markalı cins şalvarı, göy rəngli «Dolce Gabbano» markalı cins şalvarı, boz rəngli «Loewe» markalı jaketi, qırmızı rəngli «Givenchy» markalı jaketi qara qırmızı rəngli «Givenchy» markalı jaket, ağ rəngli «Zegna» markalı köynək, göy rəngli «Zegna» markalı köynək, göy rəngli «Jacob Cohen» markalı köynəyin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın, -Təqsirləndirilən şəxs adına olan 4169-7388-6612-0789 nömrəli bank kartı cinayət işinin materiallarında saxlanılsın, -Azərbaycan Respublikasının 99-3.2-ci maddəsinə əsasən Binəqədi RPİ DYPŞ-nin cərimə meydançasında saxlanılan “Hyundai Elantra” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil müsadirə edilərək Zərərçəkmiş şəxs2 mülkiyyətinə keçirilməklə ona verilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar