Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-391/2020 18.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x15, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Börosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, 26 yanvar 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 126.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayıb soyğunçuluq etmiş və insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 avqust 2019-cu il tarixdə saat 15:00 radələrində tanışı Zərərçəkmiş şəxs1 ilə qabaqcadan danışıb cinsi əlaqədə olmağı razılaşaraq sonuncunun rəfiqəsi Şahid1 kirayə yaşadığı ünvan 2 saylı ünvana gəlmiş, Zərərçəkmiş şəxs1lə cinsi əlaqədə olduqdan sonra özgənin əmlakını açıq talama məqsədi ilə Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək bir dəfə yumruqla sonuncunun baş nahiyəsinin arxa hissəsindən vurmuş, Zərərçəkmiş şəxs1 zərbənin təsirindən otaqda olan stola dəymiş və stolda olan şüşə butulka döşəmənin üstünə düşərək sınmış, bunun ardınca ikinci zərbəni vuran zaman Zərərçəkmiş şəxs1 zərbənin təsirindən yerə yıxılaraq sol gicgah təpə nahiyəsi yerə səpələnmiş şüşə qırıqlarına dəyib başın ənsə nahiyəsinin qançır-şişkinliyi, sol gicgah təpə nahiyəsinin səthi kəsilmiş yaraları ilə nəticələnən sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirdikdən sonra sonuncunun əl çantasında olan 195 manat nəğd pulu, 300 manat dəyərində qızıl üzüyü, 700 manat dəyərində qızıl boyunbağını, bir ədəd 250 manat dəyərində "Samsung J2” markalı, bir ədəd 15 manat dəyərində "Nokia” markalı mobil telefonları, yəni ümumilikdə 1460 manat dəyərində əmlakı açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 24 avqust 2019-cu il tarixdə saat 08:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 16 saylı evin 52 saylı mənzilində qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs2 ilə aralarında baş vermiş mübahisə zamanı ünvanına şəxsi ləyaqətini alçaldan ifadələr işlətdiyinə görə üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs2 vuraraq ona sağ təpə nahiyəsinin 1 (bir) ədəd, sağ yanaq və döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən, hər biri ayrı-ayrılıqda sağlamlığı qısa müddətdə pozan sağlamlığa yüngül zərər vurmaya aid və döş qəfəsinin sağ yarısının arxa səthinin sağ plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı Dövlət x2 və İqtisadiyyat fakültəsində 3-cü kurs tələbəsidir.Yuxarıda qeyd olunan ünvanda anası, o və 2007-ci il təvəllüdlü qardaşı yaşayırlar. Atası anasından boşanıb və yenidən evlənərək, öz ailəsi ilə yaşayır. Anası xəstə olduğu üçün anasına o, baxır. Anasına baxdığı üçün çox nadir hallarda evdən çıxır. Ona elan edilmiş ittihamla əlaqədar aşağıdakıları göstərir: Təqribən 2019-cu ilin fevral ayında zərərçəkmiş şəxs -özünü ona Mehriban kimi təqdim edən, sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs1 ilə hazırda adını xatırlamadığı bir dostunun vasitəsi ilə tanış olmuşdur. Birinci dəfə onunla «Memar Əcəmi» metrostansiyasının qarşısında görüşmüşdür. Onunla hərdən bir onun kirayədə yaşadığı evdə görüşüb cinsi ələqədə olurmuş. 19.08.2019-cu il tarixdə günorta saatlarında Məlahətlə danışarkən onunla görüşmək istədiyini bildirib və Məlahət razılaşmışdır. Onlar 20 yanvar metrosu yaxınlığında yarım saat ərzində görüşməyi danışmışlar və Məlahətin ona dediyi ünvana getmişdir. Məlahət həmin evdə kirayə yaşadığını ona bildirmişdir. Əvvəlcədən danışdıqları kimi Məlahət qapını açıq qoymuş və o, mənzilə daxil olmuşdur. Məlahətlə ondan başqa bir yaşlı qadın olsa da, həmin qadın digər otaqda olub. Məlahətlə bir dəfə cinsi əlaqədə olmuşlar. Otaqda olarkən Məlahət onunla cinsi əlaqədə olduğu üçün ondan pul tələb etmiş və bunu kobudcasına demişdir. Məlahətin ondan pul istəməsi ona çox pis təsir etmişdir. Çünki, Məlahətin onunla öz istəyi ilə təmənnasız olduğunu zənn etmişdir. Həmin ərəfədə onun cibində cəmi bir neçə manat olub və həmin pulu evə dərman almaq üçün saxlamışdır. Məlahətin bu hərəkəti onu iyrəndirmiş, çox əsəbləşərək, qəflətən yaranmış güclü həyəcan və sarsıntı nəticəsində yataq otağında Məlahətın arxa hissəsi ona tərəf paltarını geyindiyi üçün arxadan sol baş nahiyəsinə bir dəfə var gücü ilə yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən Məlahət yerində səndələmiş və əli ilə başını tutub qabağa doğru getdikdə ayağı qarşıdakı stola dəyib və stolda olan, su içib qoyduğu butulka yerə düşərək sınmışdır. Bunun ardınca onun başından ikinci zərbəni vurduqda Məlahətin ayağı yerə dağılmış suyun üstündə sürüşmüş və zərbənin təsirindən yerdə olan şüşə qırıqlarının üstünə yıxılmışdır. Onun məqsədi Məlahəti dediyi sözə görə cəzalandırmaq olub. Məlahətin otaqda yaratdığı səs-küyə və həm də butulkanın yerə düşüb sınmasına görə səsi eşidib o biri otaqda oturan qadın onların olduqları otağa gəlmişdir. O, Məlahətə otaqdan çıxıb qonaq otağına keçməsini demişdir. Məlahət həmin otağa keçmişdir. Öz əsəblərini cilovlaya bilmədiyi üçün, Məlahəti başqa cür cəzalandırmaq istəmiş və özündən aslı olmayaraq, nədənsə ondan pul və qızıl-zinət əşyalarını tələb etmişdir. Məlahət də özünə məxsus olan əl çantasını götürüb stolun üstünə çevirmişdir. Əl çantasında təxminən 130 manat pul olub. Bundan başqa Məlahətə məxsus olan “Samsung” və “Nokia” markalı mobil telefonlarını götürüb ondan üzərində olan qızılları da təqdim etməsini tələb etmişdir. Məlahət barmağında olan qızıl üzük və qızıl boyunbağını çıxarıb ona vermişdir. Yaşlı qadın yalvarıb Məlahəti döyməməyini ona demişdir. Artıq o, anlayıb ki, düzgün hərəkət etməmiş və hadisə yerini tez bir zamanda tərk etmək üçün Məlahəti hamam otağına salaraq, qapını bağlamışdır. Telefonları, pulu və qızıl əşyaları götürüb mənzili tərk edib getmişdir. Pul lazım olduğu üçün, “Mərkəzi Univermağ” a gedib Məlahətdən götürdüyü qızıl boyunbağı ilə qızıl üzüyü ikisini bir yerdə şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə 430 manata satmışdır. Həmin günü mobil telefonları satmaq qərarına gəlmiş və sadə “Nokia” markalı mobil telefonu təsadüfən yoldan keçən bir şəxsə təklif edərək 10 manata satmışdır. «Samsung» markalı telefon saz vəziyyətdə olub, lakin onu İMEİ kodla tapıla biləcəkləri ehtimalını nəzərə alıb, həmin telefonu sındırıb ehtiyat hissəsi kimi “Elmlər Akademiyası” metrosu yaxınlığında yerləşən telefon alqı-satqısı dükanına aparıb öz sənədi ilə 30 manata satmışdır. 2017-ci il tarixdə Bakı Dövlət x3 və İqtisadiyyat fakültəsində bir qrupda oxuduğu tələbə yoldaşının vasitəsi ilə özünü ona Elnarə kimi təqdim edən Zərərçəkmiş şəxs2 mobil telefon nömrəsini onunla tanış olmaq üçün götürmüş və ona zəng edərək onunla tanış olmaq istədiyini bildirmişdir. Bundan sonra Sevinc onu Bakı şəhəri, Nəsimi rayonu, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında olan köhnə 5 mərtəbəli binanın yaxınlığına dəvət etmişdir. Orada ona məlum olub ki, Sevinc həmin binada kirayə yaşayır. Sevinclə tanış olduqdan sonra onunla yaxın münasibəti yaranmış və onunla bir neçə dəfə kirayə yaşadığı mənzildə cinsi əlaqədə olmuşdur. 24.08.2019-cu il tarixdə saat 07 radələrində Sevinclə görüşmək istəmişdir. Sevincə zəng edib onunla görüşmək istədiyini bildirmişdir. Həmin günü təxminən saat 07:30 radələrində Sevincin kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində olan evə getmişdir. Həmin mənzilə çatdıqda giriş qapısı açıq olduğundan mənzilə daxil olmuşdur. Sevinclə cinsi əlaqədə olduqdan sonra çıxıb getmək istəyərkən Sevinc əvvəllər ərəb millətindən olan tanışının olduğunu və həmin şəxslə bir müddət yaxın münasibətdə yaşadığı dövrdə yataqda olarkən onun cinsiyyət orqanından öpdürməsini bildirmişdir. Sevincin bu sözləri ona eşitdirməsi ona pis təsir etmiş və o, əsəbləşmişdir. Sevincə bu sözlə onunla cinsi əlaqədə olubsa, o da Sevincin cinsiyyət orqanını öpməyinə işarə etdiyini bildirmişdir. Həmin sözləri Sevinc onun üzünə qarşı bildirdiyi üçün hirs onu boğmuşdur. Nədənsə bu hadisədən qabaq Məlahətlə olan söhbətləri yada salaraq, özündən asılı olmadan üzərində olan bıçağı çıxararaq onu cəzalandırmaq qərarına gəlmiş və Sevincə bir neçə bıçaq zərbəsi vurmuşdur. Həmin vaxt Sevinc mənzilin qonaq otağından mənzilin eyvan tərəfinə qaçmış və eyvana çata-çatda sağ böyrü üstə yerə yıxılmışdır. Daha sonra ondan nə üçün onu bıçaqla vurduğunu soruşmuşdur. O da ona ağzının danışığını bilməsini deyib və bildirib ki, gör kimə nə söz deyirsən, get cinsiyyət orqanını ərəb tanışına öpdür, ona yox. Bundan sonra Sevincin 103 xidmətinə zəng etdiyini görüb, evə həkim gələcəyini bilib xəsarət yetirdiyi bıçağı götürərək mənzili tərk edib getmişdir. Nəsimi rayonu, H.B.Əliyev küçəsi ilə piyada hərəkət edərkən üzərində olan bıçağı yaxınlıqda olan zibil yeşiklərinə atmış və yaşadığı evə getmişdir. Qohumu Şahid3 anası Şahid4 zəng edərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı etdiyi cinayət hadisələri barəsində məlumat vermişdir. Sonra özü, anası və qohumu Fərid adlı şəxslə könüllü olaraq Nəsimi Rayon Polis İdarəsinə gedərək, etdiyi cinayətlər barəsində səmimi etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Sonradan onun qohumları hər iki zərərçəkmiş şəxsə dəymiş maddi ziyanları ödəmişlər və zərərçəkmiş şəxslərin xəstəxanada müalicəyə sərf etdikləri pulları ödəmişlər. Hazırda əməlindən çox peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Məlahəti şüşə su qabı ilə vurmamışdır. Onun əlində heç bir vintaçan olmamışdır. İbtidai istintaq vaxtı o, çox gərgin olmuş və ilkin ifadələrini xatırlamır. Ona elə gəlir ki, hal hazırda nə deyibsə, həmin ifadələri istintaqda da vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 54-57 və 71-74-cü vərəqələrində, həmçinin, 2-ci cild 101-105-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: “... otaqda ikən Məlahət məndən onunla cinsi əlaqədə olduğum üçün pul istədi. Onun məndən pul istəmək qaydası xoşuma gəlmədiyinə görə mən ona bildirdim ki, pulu adamdan istəmək tərzi var və o mənə cavab olaraq insanlarla necə istəyirəm elə də davranıram dedi. Bu sözlər mənim xoşuma gəlmədi və mən də ona buna cavab olaraq indi mən gör nə edirəm deyib yataq otağında Məlahətin arxa hissəsi mənə tərəf paltarını geyindiyi üçün arxadan sol baş nahiyyəsinə bir dəfə yumruq zərbəsi ilə vurdum... .” Ona elan edilmiş ifadələri nəzərdən keçirib Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin protokollarda olan imzalar ona məxsusdur, ifadələri qismən təsdiq edir. İbtidai istintaq vaxtı utandığından bəzi açıqlıqları düzgün bildirməmişdir. Hal-hazırda düzgün ifadə verir. Həmçinin ona elan edilmiş cinayət işinin 1 və 2-ci cildlərində qeyd olunan onun adından ekspertlərə guya Məlahəti butulka ilə onun vurmasını əks etdirən ekspert rəylərinə əsasən bildimişdir ki, o, stres keçirmiş və nə dediyini bilməmişdir. Ola bilər ki, o, düzgün məlumat verməyib. Hazırda o, hər şeyi olduğu kimi danışır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonu, Moskva prospekti 45 nömərli evin 54-cü mənzilində Şahid1 adlı şəxslə kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs təqribən 2019-cu ilin fevral ayından tanımışdır. Onunla «Memar Əcəmi» metrostansiyasının qarşısında tanış olub, telefon nömrəsini ona verib. O, özünü Həsən kimi təqdim etmişdir. Onunla heç bir düşmənçiliyi, ədavəti yoxdur. Həsən kimi tanıdığı sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs ilə hərdən bir görüşüb onunla bir neçə dəfə cinsi ələqədə olmuşlar. 19 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq görüşmək istədiyini bildirmişdir. Əvvəlcədən danışdıqları kimi Aslan onun yaşadığı mənzilə gəlməli imiş. Aslana qabaqcadan telefon vasitəsi ilə mənzilin yerləşdiyi ünvanı izah edib və qapını da açıq qoyub ki, mənzilə sərbəst keçə bilsin. Aslan özü mənzilə daxil olmuşdur. Aslanın əlində şüşə su qabı olub və həmin su qabından su içirmiş. Həmin vaxt Şahid1 başqa otaqda yatmışdır. O, Aslana mənzildə tək yaşamadığını, sakit olmasını bildirmişdir. Bundan sonra Aslanla o, başqa otağa keçib cinsi əlaqədə olmuşlar. O, Aslana tələsdiyini deyib və Aslan ondan hara tələsdiyini, kimin mənzilə gələcəyini soruşmuşdur. O, isə bildirib ki, onun işləri var. O, hiss edib ki, Aslanın bu sözlər xoşuna gəlməyib və o, qapıya tərəf yollanmışdır. O, düşünüb ki, Aslan çıxanda qapıda pulu verər. Lakin Aslanın duruşundan hiss edib ki, Aslan ona pul vermək istəmir, ona görə də pulunu tələb etmişdir. Aslan yenidən otağa keçmiş və həmin vaxt o, hamama girmək istəyəndə Aslan arxadan əlində olan nəsə bir şeylə başından bərk zərbə vurmuşdur. Onun başı masanın tininə dəyib və başından qan gəlmişdir. O, zərbədən yerində səndələyib, sonra Aslan ikinci dəfə başına yumruqla vurmuşdur. Bu zaman masanın üstündə olan şüşə su qab yerə düşərək sınmışdır. Zərbənin təsirindən o, həmin şüşə su qabın sınmış hissələrinin üstünə yıxılıb və həmin anda hiss edib ki, başının gicgah tərəfinə nə isə batıb. Bu vaxt Qətibə dəhlizə gələrək baş vermiş səhnəni görüb Aslanın ayaqlarına çöküb ona heç nə etməməsini deyib yalvarmağa başlamışdır. Aslan Qətibədən onun əşyalarının harada olmasını soruşub. Qətibə Aslana onun həmin ünvanda yaşamadığını bildirdikdə Aslan ona məxsus olan əl çantasını götürüb içərisində olan əşyaları stolun üzərinə töküb əl çantasndan çıxan 70 manat özünə məxsus və Qətibəyə ev kirayəsi üçün verəcəyi 125 manat nəğd pulu, bir ədəd “Samsung” və bir ədəd də sadə “Nokia” markalı mobil telefonları götürmüşdür. Sonra üzərində olan qızıl əşyaları çıxartmağı tələb etmişdir. O, barmağında olan qızıl üzüyü çıxarıb verib, boyunbağını isə Aslan özü boynundan çıxarıb götürmüşdür. Sonra onu evin hamam otağına salıb qapını bağlamışdır. O, bərk qorxduğu üçün hamam otağında səsini çıxarmamışdır. Təxminən 5-10 dəqiqə sonra qapının döyüldüyünü eşidib açmış, qapını döyən Qətibə olub. O, Aslanın artıq qaçıb getdiyini bilmişdir. Qətibə qorxduğundan ondan xahiş edib ki, heç hara bu barədə şikayət etməsin. Çünki ev sahibinin bu barədə öyrənib onu kirayədə yaşadığı evdən çıxaracağından qorxmuşdur. Başı ağrıdığından həmin günü şikayət etməyib, lakin sonradan DİN-in 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışıq əldə etmişlər, Aslan ona dəymiş maddi ziyanı tam ödəmişdir, ona qarşı şikayəti və tələbi yoxdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, təqsirləndirilən şəxsin onu hansı səbəbdən vurmasını bilmir. Onlar cinsi əlaqədə olandan sonra Aslandan pul istəmiş, ona belə gəlir ki, Aslan bundan ötrü əsəbləşmişdir. Aslanın onu nə ilə vurmasını dəqiq görməmişdir. Çünki, Aslan onu vuranda onun arxasında dayanmışdır. O, hiss edib ki, onun başına güclü zərbə vurulmuş, lakin nə ilə vurulmasını dəqiq bilməyib. O, ilkin izahat və ifadələrində demişdir ki, onu butulka ilə vurub, lakin onu nə ilə vurmasını görməyib, yalnız hiss etmişdir. Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ərizə, izahat və ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ərizə, izahat və ifadəsi elan olunmuşdur. Belə ki, cinayət işinin 1-ci cild 8-ci vərəqəsində olan ərizəsində və 1-ci cild 10-12-ci vərəqələrində olan izahatında Zərərçəkmiş şəxs1 aşağıdakıları göstərmişdir:«... Nəsimi rayonu, Moskva prospekti 2-8 saylı ünvanda yerləşən B blokunda naməlum şəxs mənə yaxınlaşaraq əlində olan butulka ilə məni baş nahiyəmdən vurmuşdur. ... » Elan olunmuş ərizəyə əsasən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hadisənin Nəsimi rayonu, Moskva prospekti 2-8 saylı ünvanda yerləşən B blokunda baş verdiyini göstərmiş, lakin həmin ərizədə göstərdiklərini təsdiq etmir. Hadisə baş verən gün Aslan onunla bloka daxil olmayıb, onlar əvvəlcədən görüşmək üçün razılaşmışlar. Əvvəllər Həsən kimi tanıdığı Aslan onu blokda hər hansı əşya ilə vurmayıb. Başına dəyən zərbə çox güclü olduğuna görə o, elə bilib ki, Aslan onu evdə bərk əşya ilə vurub. Onlar hadisə günü Təranənin kirayə yaşadığı evdə görüşmüşlər. Hadisənin blokda olduğunu ona görə bildirib ki, hadisə baş verən ev onun rəfiqəsinin evi olub. Rəfiqəsi Təranə ev sahibinin xəbər tutub onu çıxardacağından qorxduğuna və ondan xahiş etdiyinə görə, həmçinin ona da problem yaranmasın deyə fərqli ərizə yazıb, izahat vermişdir. Cinayət işinin 1-ci cild 34-36-cı vərəqələrində olan ifadəsində Zərərçəkmiş şəxs1 aşağıdakıları göstərmişdir: «... Lakin elə həmin vaxt hiss etdim ki, arxadan başımın sol tərəfinə nəsə bərk bir əşya ilə vurdular... Həmin vaxt Həsən əlində vintaçan tutmuşdu və əsəbi halda yerdən şüşə butulkanın boğaz hissəsini götürüb tutmuşdu. ... » Elan olunmuş ifadəsinə əsasən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ilkin ifadəsində dediyi bəzi halları təsdiq etmir. Belə ki, hadisə vaxtı Aslanın əlində nə vintaçan, nə də şüşə parçası görməyib. Sadəcə baş vermiş hadisəyə görə Aslana əsəbi və acıqlı olduğuna görə elə ifadə vermişdir. Hal-hazırda verdiyi ifadəsi düzgündür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır, onunla düşmənçiliyi, ədavəti yoxdur. Təzə tanış olanda təqsirləndirilən şəxs özünü ona Həsən kimi təqdim etmişdir. Sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs ilə 2017-ci il tarixdən köhnə tanışı İlkin Allahverdiyevin vasitəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs onun maddi tələbatlarını ödədiyindən ara-sıra kirayədə yaşadığı evə gələrək cinsi əlaqədə olmuşlar. Cinsi əlaqədə adətən kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Alıyev küçəsi, 40 saylı evdə olmuşlar. Təqsirləndirilən şəxs həmin evə gələrək onunla görüşərək cinsi əlaqədə olmuşdur. 24.08.2019-cu il tarixdə saat 07 radələrində evdə olduğu zaman Aslan ona zəng edərək onunla görüşmək istədiyni bildirmişdir. O, razılaşıb ona evə gəlməsini demişdir. Mənzilin giriş qapısını bir az açıq qoyub ki, Aslan mənzilə daxil olsun. Təxminən saat 07:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı mənzilə gəlib. Onlar cinsi əlaqədə olmuşlar. Hal-hazırda xatırlamadığı cüzi narazılıq səbəbindən Aslanın əhvalı dəyişmişdir. Sonra Aslan ondan su istəmişdir. O, dönüb su gətirmək üçün mətbəxə getmək istədikdə Təqsirləndirilən şəxs arxadan bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vuraraq xəsarət yetirmişdir. Hal-hazırda dəqiq neçə zərbə vurmasını xatırlamır. O, eyvana tərəf getmək istədikdə eyvana çatan anda sağ böyrü üstə yerə yıxılıb və ayaq və qol nahiyələrindən də xəsarət almışdır. Bundan sonra o, istifadəsində olan telefonla 103 tibb mərkəzinə zəng etmişdir. Onun zəngindən 5 dəqiqə sonra Aslan həkimlərin yardıma gələcəklərini görüb mənzili tərk edib getmişdir. Bir qədər sonra həkimlər onun kirayə yaşadığı mənzilə gələrək ona ilk tibbi yardım göstərib 1 saylı kliniki tibbi mərkəzə aparmışlar. Aslanın ona xəsarət yetirdiyi bıçağı tam şəkildə görə bilməyib, lakin Təqsirləndirilən şəxs mənzili tərk edib getdikdə sağ əlində saxladığı bıçağı görmüşdür. Hadisə zamanı mənzildə ikisindən başqa heç kəs olmayıb. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs qohumları xəstəxanada müalicəsinə xərclədiyi pulunu ona ödəyiblər. Onlar barışıq əldə etmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, təqsirləndirilən şəxslə söhbət əsnasında əvvəllər ərəb tanışının onunla cinsi əlaqədə olduqda cinsiyyət orqanından öpməsi barədə etdiyi söhbəti Təqsirləndirilən şəxs düzgün qəbul etmədiyindən aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs bıçaqla ardıcıl olaraq dayanmadan onu vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Məlahət adlı qadını hadisədən təxminən 1 il yarım olar ki, tanıyır. Məlahət əvvəlllər başqa ünvanda yaşamışdır. Hadisədən bir müddət əvvəl Məlahət ondan müvəqqəti olaraq gəlib onunla birlikdə kirayə yaşadığı mənzildə yaşamağı xahiş etmişdir. O, buna etiraz etməyib və fikirləşib ki, həm də Məlahət ona kirayə pulunun verilməsində köməklik edər. 19 avqust 2019-cu il tarixdə Məlahətlə birlikdə evdə olmuşdur. Günorta saatlarında o, öz otağında uzanıb dincəlirmiş. Həmin vaxt Məlahətin yanına qonaq gəldiyini bilmişdir. Məlahətin yanına gəmiş şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs davranışından onların tanış olduqlarını bilmişdir. Bir müddət sonra Məlahətgilin olduqları otaqdan möhkəm səs-küy gəldiyini eşidib narahat olmuş və onlar olan otağa keçmişdir. O, otağa keçdikdə Məlahətin əli ilə başından tutduğunu görüb nə baş verdiyini soruşmuşdur. Məlahət Aslanın onun başından vurduğunu bildirib. O, Aslana müraciət edərək niyə belə hərəkət etməsini soruşub, lakin, Aslanın gözlərində qəzəb gördüyündən, qorxudan onun ayaqlarına düşüb Məlahətə heç nə etməməsi üçün ona yalvarmağa başlamışdır. Aslan ondan Məlahətin qızıllarının və digər əşyalarının yerini soruşub. O, ona bildirib ki, Məlahət bu mənzildə yaşamır və onun əşyalarının harada olmasını bilmir. Bu vaxt Aslan Məlahətə məxsus olan əl çantasını götürüb içərisində olan əşyaları stolun üzərinə töküb əl çantasından çıxan pulları, mobil telefonlarını götürmüşdür. Sonra isə Məlahətin üzərində olan qızıl əşyaları çıxartmağı tələb etmişdir. Məlahət qorxduğu üçün barmağında olan qızıl üzüyü çıxarıb Aslana vermiş, lakin boyunbağını çıxara bilmədiyindən boyunbağısını Aslan onun boynundan açıb götürmüşdür. Sonra Məlahəti evin hamam otağına salıb qapısını bağlamışdır. O, Aslanın hərəkətlərindən bərk qorxduğu üçün səsini çıxarmamışdır. Sonra Aslan evdən çıxıb getmişdir. Aslan getdikdən sonra hamamın qapısını döyüb Aslanın getdiyni bildirib, Məlahətə oradan çıxmasını demişdir. Məlahət hamam otağından çıxdıqda Aslanın artıq qaçıb getdiyini görmüş və Məlahət də çıxıb getmişdir. Məlahət evdən gedərkən o, ona məsləhət görüb ki, ev sahibi xəbər tutub onu evdən çıxara bilər deyə şikayət etməsin. Məlahət də onunla razılaşıb çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. O, ünvan 3 saylı ünvanda yerləşən «Elegant» qızıl alışı-satışı dükanında işləyir. Sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs işlədiyi dükana gələrək bir ədəd boyunbağı və bir ədəd üzük satmaq istədiyini bildirmişdir. O, həmin qızıllar barədə maraqlandıqda Aslan həmin qızılların ailəsinə məxsus olduğunu və özünün tələbə olduğu üçün pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Bundan sonra Aslan şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş və təqdim etdiyi qızılları yoxladıqdan sonra 430 manat pul ödəyrək qızılları ondan almışdır. Şəxsiyyətini təsdiq edən sənədin şəklini qeydiyyat aparmaq üçün çəkmişdir. Qızılları aldıqdan təxminən 2-3 gün sonra lom kimi əridilməsi üçün göndərmişdir. Təqsirləndirilən şəxsin satdığı qızılların oğurluq olmasını bilməmişdir. Qızılların qramını təqsirləndirilən şəxsdən həmin vaxta qızılların təhvil verilmə qiyməti ilə təhvil almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qohumluqları var. 24 avqust 2019-cu il tarixdə Aslanın atası x11 ona zəng edərək oğlu Təqsirləndirilən şəxs ona 24 avqust 2019-cu il tarixdə saat 08 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr H.B.Əliyev küçəsi, 16 saylı evin 52 saylı mənzilində Zərərçəkmiş şəxs2 bıçaqla vuraraq xəsarət yetirdiyini, nəsə başqa da cinayət törətdiyini və polisə təslim olmaq istədiyini dediyini bildirmişdir. Azər Qurbanlı özü hazırda Bakı şəhərində olmadığından oğlu Aslanı götürərək Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə gətirərək təhvil verməyini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs anası Şahid4 zəng edərək oğlu Aslanın hazırda harada olduğunu soruşmuşdur. Aslanın anası oğlunun evdə olduğunu bildirmiş və onun polisə getmək istədiyini demişdir. Bundan sonra o, Aslanın yaşadığı ünvana gedərək onu Nəsimi RPİ-nin İŞ-nə apararaq təhvil vermiş və bu barədə atası Azər Qurbanlıya məlumat vermişdir. O, Aslanın yaşadığı mənzilə gedəndə Aslan geyinib, hazır vəziyyətdə onu gözləyirmiş. Aslan PŞ-nə könüllü getmək istəmiş, lakin tək getmək istəmədiyindən onunla birgə getmişdir. Təqsirləndirilən şəxs anası, Şahid4 Azərbaycan Respublikası Konstitusiyasının 66cı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 20-ci maddəsinə əsasən məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. Buna görə də, Şahid4 istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və elan olunmuş ifadəsində Şahid4 aşağıdakıları göstərmişdir; Təqsirləndirilən şəxs onun doğma oğludur. 24 avqust 2019-cu il tarixdə qohumu Şahid3 öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək oğlu Təqsirləndirilən şəxs harada olduğunu ondan soruşmuşdur. O səbəbini Şahid3 soruşduqda ona bildirmişdir ki, «oğlun Təqsirləndirilən şəxs 24 avqust 2019-cu il tarixdə saat 08 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, H.B.Əliyev küçəsi, 16 saylı evin 52 saylı mənzilində Zərərçəkmiş şəxs2 üzərində olan bıçaqla vuraraq xəsarət yetirib». Bu səbəbdən də əri Azər Fəriddən xahiş etmişdir ki, özü Bakı şəhərində olmadığından yaşadığı ünvan 4 saylı ünvandan Təqsirləndirilən şəxs götürərək könüllü şəkildə Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə gətirərək təhvil versin. Şahid3 ondan həmin vaxt Təqsirləndirilən şəxs hazırda harada olduğunu soruşduqda ona oğlunun yaşadığı ünvan 4 saylı ünvanda olduğunu demişdir. Beləliklə də Şahid3 bir neçə saatdan sonra yaşadığı ünvan 4 saylı ünvana gələrək oğlu Təqsirləndirilən şəxs mənzildən götürüb həmin tarixdə, yəni, 24.08.2019-cu il tarixdə Nəsimi RPİ-nin İŞ-nə gətirərək təhvil vermiş və bu barədə əri x8 məlumat vermişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ 19-cu PŞ-nin məsul növbətçisi, polis kapitanı S.Ağayevin 20 avqust 2019-cu il tarixli raportundan görünür ki, 20.08.2019-cu il tarixdə, saat 20:19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsində yaşayan Zərərçəkmiş şəxs1 DİN-nin 102 xidmətinə zəng edərək, 20 Yanvar m/st, Şamaxinkaya dönən istiqamətdə apteklərin yanındakı binanın girişində 19.08.2019-cu il tarixdə adını “Həsən” olaraq təqdim edən şəxs onu şüşə parçası ilə vurduqdan sonra o, huşunu itirmiş, ayılanda üzərində olan 700 manat dəyərində boyunbağı və 300 manat dəyərində qızıl üzüyünün, 70 manat nağd pul və 250 manat dəyərində ‘Samsung’ mobil telefonunun həmin şəxs tərəfindən götürülməsi barədə məlumat vermişdir. Həmçinin Zərərçəkmiş şəxs1 21 avqust 2019-cu il tarixdə Nəsimi RPİ-nə ərizə ilə müraciət edərək 19.08.2019-cu il tarixdə Nəsimi rayonu, Moskva prospekti, 2-8 saylı ünvanda yerləşən binanın “B” blokunda naməlum şəxsin ona yaxınlaşaraq əlində olan butulka ilə onu baş nahiyəsindən vurduğunu və ona məxsus olan 1 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı, 2 ədəd telefon və 70 manat pulunu ələ keçirdiyini bildirmişdir (cild 1, i.v 8) . Cinayət işinin 1-ci cild 13-22-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 avqust 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 45 saylı ünvanda yerləşən beşmərtəbəli binadır. Baxış zamanı blokda video müşahidə kamerasının olmadığı müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 qıznın dediyinə görə o, həmin binada 3-cü mərtəbədə yerləşən rəfiqəsi Təranə adlı qadının yaşadığı mənzilə onda olan 100 manat borcu götürmək üçün gedən zaman arxadan ona bir nəfər şəxs yaxınlaşıb onu geri çəkmiş və o, həmin şəxsin “Həsən” adı ilə tanıdığı tanışı olduğunu görmüş və onlar arasında görüşmək üstündə mübahisə başlamışdır. Zərərçəkmiş şəxs1 yuxarı qalxdıqda Həsən adlı şəxsdə onunla qalxaraq 54 saylı mənzilin giriş qapısı önündə arxadan onun baş nahiyəsinə şüşə butulka ilə vurmuş və içəri daxil olub qapını bağlayaraq rəfiqəsi Təranə ilə ona hədə-qorxu gələrək onlara məxsus pul və digər əşyaları götürüb getmişdir. Cinayət işinin 1-ci cild 59-61-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 avqust 2019-cu il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş şəxslərin içərisindən ona xəsarət yetirərək dəyərli əşyalarını götürmüş şəxsin soldan üçüncü, sağdan isə ikinci şəxs olduğunu bildirmiş, tanınan şəxs isə özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Cinayət işinin 1-ci cild 89-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 avqust 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini “...Təqsirləndirilən şəxs ilə tanışım Təranə ilə kirayə yaşadığım mənzildə görüşüb birlikdə cinsi əlaqədə olduqdan təxmini 5 dəqiqə sonra mən əynimi geyinib otaqdan çıxıb hamama girəndə ona da girib yuyunmasını təklif etdim, o, isə mənə “hara tələsirsən, gələnin var?” deyəndə mən ona gedəsi yerimin olduğunu deyib hamama girmək istəyəndə başıma nəsə bərk zərbə dəydiyini hiss etdim. Təqsirləndirilən şəxs məni arxadan küt əşya ilə vurduğunu zənn etdim, zərbənin təsirindən yerimdə səndələdim, bu vaxt bir dənə də zərbə hiss etdim və zərbədən yerə yııxldım. Zərbənin təsirindən ayağım stola dəydi və Aslanın su içdiyi butulka yerə düşərək sındı. Yerə su töküldüyü üçün ayağım sürüşdü və butulkanın sınmış hissələrinin üstünə yıxıldım. Bu vaxt Təranə gəldi və Aslan ona bunun qızılları, əşyaları hanı, sualını verdi..Bundan sonra Aslan mənim əl çantamdan 70 manat özümə məxsus və Təranəyə verəcəyim 125 manat pulu, 1 ədəd “Samsung J2” və 1 ədəd “Nokia” markalı telefonları götürdü....Daha sonra üzərimdə olan qızıl əşyalardan qızıl üzük və boyunbağımı çıxardı və məni evin hamam otağına salıb qapını bağladı... ” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Buna görə də məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 93-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 avqust 2019-cu il tarixli ifadənin hadisə yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, hadisə vaxtı taladığı telefonlardan biri nasaz olduğundan onu tullamış, “Samsung” telefonunu isə “Universitet” lə üzbəüz dükanlardan birinə satdığını, qızıl-zinyət əşyalarını isə “Mərkəzi Univermağ” ın yerləşdiyi ərazidə aşağı küçədə yerləşən “Elegant” zərgərlik dükanına özünə məxsus xarici pasportu təqdim edərək satmışdır. Cinayət işinin 1-ci cild 117-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxxxxxxxxxxxxxx” dan daxil olmuş 10 sentyabr 2019-cu il tarixli məktubdan görünür ki, istintaq tərəfindən təqdim edilmiş “***-***-**-**” mobil nömrəsi 01.08.2019- 19.08.2019-cu il tarixlərində “xxxxxxxx” şəbəkəsində “**********47340” İMEİ kodlu cihazda aşkar edilmiş və qeyd edilən tarixlərdə həmin İMEİ kodlu cihazda başqa nömrə müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cild 117-120-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x19-Təcrübi və Tədris Birliyinin 04 sentyabr 2019-cu il tarixli, 785 №-li sağlamlığa zərər vurmanın təyini ilə bağlı ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: 1.Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər- başın ənsə nahiyəsinin qançırı-şişkinliyi bərk küt əşyanın təsirindən, sol gicgah-təpə nahiyəsiin səthi kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 19.08.2019-cu il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. 2.Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni başın ənsə nahiyəsinin qançır-şişkinliyi sınmamış şüşə qabla (butulkayla) endirilmiş zərbənin, sol gicgah-təpə nahiyəsinin səthi kəsilmiş yarası isə şüşə qırıntılarının təsirindən əmələ gələ bilərdilər. Cinayət işinin 2-ci cild 25-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxxxxx” MMC-dən daxil olmuş 12 noyabr 2019-cu iıl tarixli məktubdan görünür ki, “**********47340” İMEİ kodlu mobil telefonda “xxxxxxx” mobil şəbəkəsində istifadə edilməmişdir. Cinayət işinin 2-ci cild 64-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxxxxx” MMC və “xxxxxxxxxxxxxxxx” MMC mobil operatorundan daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında 06 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, “**********32320” İMEİ kodlu vət. Zərərçəkmiş şəxs1 məxsus olan mobil telefona dair hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 67-70-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 yanvar 2020-ci il tarixli “xxxxxxxx” MMC mobil operatorundan daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş zəng və sms tarixçələrinə dair cədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsindən “+99***-***-**-**” saylı abunəçiyə (Zərərçəkmiş şəxs1) 21.06.2019-cu il tarixdə “Mehriban axshamin xeyir Aslandı Terlanda galanda gelirdim aa. Narahat elemiram ki?))” məzmunda sms göndərilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa məlumat müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cild 149-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 19-cu PŞ-nin məsul növbətçisi, polis mayoru Anar Məmmədovun 24 avqust 2019-cu il tarixli raportundan görünür ki, 24.08.2019-cu ildə x21 tibb bacısı İsgəndərova tərəfindən 3-cü mkr. H.B.Əliyev küçəsi, ev 16, mənzil 52-də yaşayan 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 çoxlu sayda deşilmiş-kəsilmiş yarası ilə xəsarət aldığı barədə məlumat verilmişdir. Cinayət işinin 1-ci cild 151-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 Nəsimi RPİ 19-cu PŞ-nə yazdığı 24 avqust 2019-cu il tarixli ərizəsindən görünür ki, o, yaşadığı ünvanda olarkən əvvəllər münasibətdə olub qeyri-rəsmi yaşadığı şəxs 08:20 radələrində onun yaşadığı ünvana gələrək, səbəbsiz yerə qəfil onun kürəyinə, üzünə və.s bədən nahiyələrinə xəsarətlər yetirmişdir. Cinayət işinin 1-ci cild 152-159-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 avqust 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 16, mənzil 52-dir. Həmin mənzilin 3 otağında və eyvanında qan damcıları, həmçinin qonaq otağından sınmış şəkildə gül vazı aşkar edilmişdir. Mənzildən hər hansı kəsici-deşici alət aşkar edilməyib. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 180-182-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 avqust 2019-cu il tarixli bir ədəd sarafan və 1 ədəd qətvəyə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, pələng naxışlı, qolsuz sarafanın üzərində əhəmiyyət kəsb edən hər hansı zədə müəyyən edilmədi. Sarafanın –ön yaxa hissəsində geniş sahəni əhatə edən, digər nahiyələrində isə fasilələrlə qeyri-müəyyən forma və kontorlu, müxtəlif ölçülü qırmızımtıl-qəhvəyi və qəhvəyi rəngli ləkələr vardır. Həmçinin hadisə yerindən götürülmüş qətvənin bir kənarında geniş sahəni fasiləli əhatə edən, digər nahiyələrində isə fasilələrlə yerləşən bozumtul qəhvəyi rəngli maddə ləkələri vardır. Cinayət işinin 1-ci cild 198-200-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x19-Təcrübi və Tədris Birliyinin sağlamlığa zərər vurmanın təyini ilə bağlı 31 avqust 2019-cu il tarixli, 809 №-li ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: 1.Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin sağ yarısının arxa səthinin sağ plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağ təpə nahiyəsinin 1 (bir) ədəd, sağ yanaq və döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “Bakı Baş Sİ-nin x22” nə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 24.08.2019-cu il tarixdə əmələ gəlmişdirlər, döş qəfəsinin sağ yarısının arxa səthinin sağ plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir, digər deşilmiş-kəsilmiş yaralar isə (üç ədəd) hər biri ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. 2.Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər. Cinayət işinin 1-ci cild 237-243-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 sentyabr 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəsarətlər yetirdiyi hadisəni əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 244-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN Bakı Şəhər Baş x23 RPİ-nin 19-cu PŞ-dən daxil olmuş 17 sentyabr 2019-cu il tarixli, 083- 12123-1219 №-li əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 bıçaqlanması faktı ilə bağlı hadisənin təsadüfi şahidlərinin və hadisənin törədildiyi bıçağın müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 249-250-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x19-Təcrübi və Tədris Birliyinin sağlamlığa zərər vurmanın təyini ilə bağlı 23 sentyabr 2019-cu il tarixli, 886 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sağ əlin İ və İİ barmaqlarının kəsilmiş yaraların izi olan çapıqları iti kənarlı əşyanın (alətin) təsirindən qərarın təsviri hissəsində göstərilən 24.08.2019-cu il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. 2.Vət. Təqsirləndirilən şəxs bədən səthində xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin kəsərinin təsirindən əmələ gələ bilərdilər. Cinayət işinin 2-ci cild 4-9-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 oktyabr 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, zərəçəkmiş şəxs Canımova x12 Aslan Azər oğlu tərəfindən ona yetirilmiş xəsarətlərlə bağlı baş vermiş hadisəni əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 31-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x19-Təcrübi və Tədris Birliyinin 02 oktyabr 2019-cu il tarixli, 458/2019 MTKŞ №-li maddi sübutların ekspertizasının rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: -Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus sarafan üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilməmişdir. -Zərərçəkmiş şəxs2 bədəninin döş qəfəsinin sağ yarısının arxa səthində 01 (bir) ədəd və döş qəfəsinin sağ yarısında 01 (bir) ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar onun paltarı (sarafan) üzərində öz əksini tapmamışlar. Bu da paltarın yer dəyişməsi ilə (aşağı-yuxarı qalxması) izah oluna bilər. Digər sağ təpə nahiyəsində 01 (bir) ədəd, sağ yanaqda olan yaralar onun paltarı (sarafan) üzərində öz əksini tapmamışlar. Bu da, həmin nahiyələrin paltarla örtülməməsi ilə izah oluna bilər. -Ekspertizaya təqdim edilmiş qətvə üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 34-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x9 02 oktyabr 2019-cu il tarixli, 690/2019-MTBŞ №-li maddi sübutların ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 qan qrupu “O-alfa, beta/İ/” (təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən); Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs2 məxsus sarafan, qətvə üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda yalnız “O-alfa, beta/İ/” qrupunun əsasını təşkil edən “H” antigeni alınmışdır. Bu qan ləkələrinin “O-alfa, beta/İ/” qruplu şəxsə, o cümlədən ABO: sistemi üzrə Zərərçəkmiş şəxs2 məxsus olması inkar olunmur. Cinayət işinin 2-ci cild 38-39-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator x4 13 noyabr 2019-cu il tarixli, 2683 №-li rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cild 71-73-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 yanvar 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini “... Təqsirləndirilən şəxs hamamda əllərini yuduqdan sonra məndən bir stəkan su istədi, mən həmin zaman mətbəxə keçdim ki, ona bir stəkan su gətirim, elə bu vaxt yəni saat 08:20-də mənzilin qonaq otağında Təqsirləndirilən şəxs üzərində olan bıçaqla mənim bədənimin müxtəlif nahiyələrinə bir neçə zərbə vuraraq xəsarət yetirdi. Bundan sonra mən çalışdım ki, mənzilin eyvan hissəsinə gedim və eyvana çata-çatda sağ böyrü üstdə yıxıldım...” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Buna görə də məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Məhkəməyədək icraat zamanı Bakı şəhəri, Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi x16 cinayət işi üzrə əməlin tövsif olunması və sübutların qiymətləndirilməsi haqqında 10 yanvar 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 126.1 və 181.2.5-ci maddəsindən həmin Məcəllənin 126.1 və 180.2.4-cü maddəsinə tövsif olunaraq, əməlində Azərbaycan Respublikası CM-nin 126.2.4, 126.2.3, 221.3 və 29,120-ci maddəllərinin tərkib əlamətləri olmadığına görə onun barəsində həmin maddəllər ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. (cild 2 i.v.74- 89) . Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 17 aprel 2012-ci il tarixli Plenumunun qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CPM-nin 442 və 449-cu maddələrinin tələblərinə görə məhkəmə nəzarətini həyata keçirən məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına yalnız təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxs və onun qanunu nümayəndəsinin, habelə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin şikayətləri əsasında baxıla bilər. Azərbaycan Respublikasının CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Baxılan iş üzrə məhkəmə prosesində təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə dövlət ittihamçısı və zərərçəkmiş şəxslərin mövqeyi öyrənilmiş, lakin sonuncular belə bir vəsatət qaldırmamışlar. Azərbaycan Respublikasının CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğunu müəyyən etmək məhkəmənin səlahiyyəti xaricindədir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 126.1-ci maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixliqərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Plenumun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyqunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 23-cü bəndində göstərilmişdir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxslər və Təqsirləndirilən şəxs ilə bağlı bəzi halların araşdırılması üçün müəyyən orqanlara sorğular ünvanlanmış və həmin sorğulara cavablar verilmişdir. Cinayət işinin 1-ci cild 28-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Psixiatriya Xəstəxanasından daxil olmuş 22 avqust 2019-cu il tarixli, 419 №li məktubdan görünür ki, Babayeva (Məmmədova) Məlahət Salman qızı adı göstərilən xəstəxanada dispanser müşahidəsində yoxdur. Cinayət işinin 2-ci cild 26-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik x7 Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə Psixoloji Ekspertizasının 08 oktyabr 2019-cu il tarixli, 1993 №-li rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: 1.Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi maieriallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. 2.Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı cinayət hadisəsini törətməzdən əvvəl psixi-emosional vəziyyəti normaya uyğun olmuş, hər hansı bir dəyişiklik müşahidə olunmamışdır. Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayət hadisəsi zamanı hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi emosional sferasında iş üçüm əhəmiyyət kəsb edə biləcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs intellektual imkanlarından, emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. 3.Təqsirləndirilən şəxs "Elnarə" adlı qadına bədən xəsarəti yetirməsi ilə nəticələnmiş cinayət hadisəsini törətməzdən əvvəl psixi-emosional vəziyyəti normaya uyğun olmuş, hər hansı bir dəyişiklik müşahidə olunmamışdır. "Elnarə” adlı qadına bədən xəsarəti yetirməsi ilə nəticələnmiş cinayət hadisəsini törədərkən psixi-emosional sferasında hirslilik əmələ gəlmiş, həmin halın yaranması situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs intellektual imkanlarından, emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. 4.Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Eqosentrizm, kobudluq, nümayişkarənəlik, məsuliyyətsizlik, inadkarlıq və.s kimi xarakterik xüsusiyyətlərə malikdir. Motivasiya sferası yetişkəndir, emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. 5.Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətmiş olduğu hadisədən əvvəl ekstremal psixi vəziyyətində kəskin stress, psixi-emosional gərginlik, güclü ruhi həyəcan vəziyyəti yaranmamış, hadisəni törədərkən fizioloji affekt halında olmamışdır. 6.Təqsirləndirilən şəxs "Elnarə” adlı qadına qarşı törətmiş olduğu hadisədən əvvəl ekstremal psixi vəziyyətində kəskin stress, psixi-emosional gərginlik, güclü ruhi həyəcan vəziyyəti və.s yaranmamış, hadisəni törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin 1-ci cild 121-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x6 daxil olmuş 07 sentyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 23-cü vərəqəsində olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 02 noyabr 2019-cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən hadisə nəticəsində ona dəymiş maddi ziyan tam olaraq ödənildiyindən ondan heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin 2-ci cild 24-cü vərəqəsində olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş noyabr 2019-cu il tarixli ərizədən görünür ki, o, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Gələcəkdə də heç bir şikayəti və tələbi olmayacaq. Zərərçəkmiş şəxs2 08 fevral 2020-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, gələcəkdə ona qarşı heç bir məhkəmə və ya hüquq-mühafizə orqanları qarşısında şikayət etmiyəcəyini, gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs1 08 fevral 2020-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, gələcəkdə ona qarşı heç bir məhkəmə və ya hüquq-mühafizə orqanları qarşısında şikayət etmiyəcəyini, gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Cinayət işinin 37-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 avqust 2019-cu il tarixli təqsirini boynuna almaqla könüllü gəlmə haqqında protokoldan görünür ki, 24 avqust 2018-ci il tarixdə, saat 18:20-də Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin İstintaq Şöbəsinə gələrək ünvan 2 saylı ünvanda adını Mehriban kimi tanıdığı qadını vurub ona məxsus qızıl-zinət əşyaları ilə mobil telefonu ələ keçirən şəxsin özü olduğunu, həmçinin 24.08.2019-cu il tarixdə səhər saatlarında adını “Elnarə” kimi tanıdığı qadınla görüş vaxtı onu bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2012-ci il tarixli qərarında göstərilir ki, “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir: cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması; cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır); cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətinin həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsində asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad. C.Abdullayev adına x1 Konsultativ-poliklinika şöbəsinin 25 fevral 2020-ci il tarixli müayinənin nəticələrinə dair tibbi sənədindən görünür ki, Təqsirləndirilən şəxs anası Şahid4 Revmatizm aktiv faza, Mitral qapaqların ikinci dərəcəli prolapsı, İİ dərəcəli hipertaniya xəstəliyi vardır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, anasının xəstə olması və anasına yalnız onun baxmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 24 avqust 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 46-cı vərəqəsində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokol 24 avqust 2019-cu il tarixdə tərtib edilmişdir. Həmçinin cinayət işinin 1-ci cild 82-84-cü vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 4(006)-455/2019 №-li qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs müddətinin əvvəli 24 avqust 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd sarafan və 01 (bir) ədəd qətvənin Zərərçəkmiş şəxs2 saxlanılması nəzərə alınmlıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs x13 cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixliqərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhk h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 126.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə 03 (üç) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd sarafan və 01 (bir) ədəd qətvənin Zərərçəkmiş şəxs2 saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-391/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-391/2020
18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver