Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-391/2021 16.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi2, fərdi qaydada fəaliyyət göstərən vəkilləri Müdafiəçi3 və Müdafiəçi1 iştirakı ilə 2002-ci il avqustun 20-də Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, Quba şəhəri, X12 küçəsi, ev 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3.-cü maddəsində; 1997-ci il iyulun 14-də Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum edilmiş, avtomobilyuma məntəqəsində yuyucu işləmiş, Quba şəhəri, Kərpic zavodu yataqxanası, 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3.-cü və 170.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadığı dövrdə tanışı 1997-ci il 14 iyul təvəllüdlü Təqsirləndirilən şəxs1 onun dayısı oğlu 2009-cu il 20 oktyabr təvəllüdlü Zərərçəkmiş şəxs görüb cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq qərarı ilə razılaşmış və həmin niyyətini həyata keçirmək üçün Təqsirləndirilən şəxs1la danışaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci il iyulun 02-də saat 20:50 radələrində yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Quba şəhəri, Həsən Əliyev küçəsində yerləşən «Mts» adlanan əraziyə apardıqda 14 yaşına çatmadığı aşkar surətdə bəlli olan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə sonuncunu soyundurub əvvəlcə o, sonra isə Təqsirləndirilən şəxs1 öz cinsiyyət orqanlarını Zərərçəkmiş şəxs ayaqlarının arasına və arxa keçəcək dəliyinə sürtərək hərəkət etdirməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1 2009-cu il təvəllüdlü 20 oktyabr Zərərçəkmiş şəxs Quba şəhərində görüb cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq qərarına gəlmiş, həmin niyyətini həyata keçirmək üçün yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs dayısı oğlu 2002-ci il 20 avqust təvəllüdlü Təqsirləndirilən şəxs2 cinsi ehtiraslarını təmin edəcəyi vədləri ilə sonuncunu xüsusilə ağır cinayətin törədilməsinə cəlb edərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2la danışmaqla razılaşmış, qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci il iyulun 02-də saat 20:50 radələrində yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Quba şəhəri, Həsən Əliyev küçəsində yerləşən «Mts» adlanan əraziyə aparıb on dörd yaşına çatmadığı aşkar surətdə bəlli olan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək sonuncunu soyundurmaqla əvvəlcə Təqsirləndirilən şəxs2, sonra isə o, öz cinsiyyət orqanlarını Zərərçəkmiş şəxs ayaqlarının arasına və arxa keçəcək dəliyinə sürtüb hərəkət etdirərək seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, üç ildən çoxdur tanıdığı Təqsirləndirilən şəxs1 onunla qonşuluqda yaşamışdır. O, 2018-ci ildə orta məktəbdə oxuyarkən yaxınlıqdakı tikintidə fəhlə işləyən Sabir onun boş vaxtı olanda oraya gəlmişdir. Dayısı oğlu Zərərçəkmiş şəxs da onunla eyni məktəbdə oxuduğundan Sabir Tamerlanı göstərərək sonuncu ilə cinsi əlaqədə olmaq istədiyini bildirsə də o, hər dəfə etiraz etmişdir. 2020-ci ilin iyun ayında «WhatsApp» proqramında paylaşdığı şəkli görən Sabir Tamerlanı işarələməklə yenidən sonuncu ilə cinsi əlaqədə olmaq üçün ona oğlanı razı salmalı olduğunu demiş, Sabirin bu mövzuda təkidləri nəticəsində onda da Tamerlanla cinsi əlaqədə olmaq həvəsi yarandığından razılaşmış, Sabir ondan Tamerlan onun yaşadığı evə olduğu təqdirdə mütləq xəbər verməyini xahiş etmişdir. 2020-ci il iyunun 29-da Tamerlan onlara gələndə bu barədə Sabirə məlumat çatdırmış, 2020-ci il iyulun 02-də sonuncuya saat 19 radələrində işdən çıxacağını bildirdikdə Sabir Tamerlanı «Heydər Əliyev» parkına gətirib cinsi əlaqədə olmaqdan ötrü oğlanı aldatma yolu ilə oraya aparmağı tapşırmış, Sabirlə razılaşaraq həmin tarixdə göstərilən saatda Tamerlan velosipedlə, o isə piyada parka getmişlər. Yolda onun Sabirlə birlikdə Tamerlanla arxadan cinsi əlaqədə olacaqlarını deyəndə sonuncu etiraz etsə də oğlana cinsi əlaqədə olmaq qarşılığında «Pubg» oyununu oynamaq üçün öz telefonunu verəcəyini bildirdikdə sonuncu onunla razılaşmışdır. Parkda Tamerlan velosiped sürmüş, skamyada oturmaqla Sabir pivə içmiş, o isə siqaret çəkmiş, söhbət əsnasında Sabir «bu uşaqdan ötrü yanıram, mən onu aparıb qoyacam» söyləmişdir, onlar Tamerlana guya gizli yerləri sonuncuya göstərmək istədiklərini deyərək oğlanı aldatmaqla Quba şəhəri, Heydər Əliyev küçəsindəki «Mts» adlı əraziyə aparmışlar, yaxınlıqdakı «Grand» marketindən Sabir Tamerlan üçün enerji içkisi, özünə isə pivə almış, qeyd edilən yerə çatıb Tamerlana yerə uzanmasını tapşıranda sonuncu etiraz etmiş, Sabir də qəzəbli şəkildə «sən danışığımızı nəyə görə pozursan?» söylədikdə Tamerlan qorxaraq razılıq vermişdir. Sabir əynindəki gödəkcəni yerə atmaqla Tamerlana əynindəki şortu və tumanı aşağı çəkib uzanmasını tələb etmiş, sonuncu əməl edərək qırmızı rəngli şortunu və ağ rəngli tumanını aşağıya, dizinə kimi çəkməklə uzandıqdan sonra o, cinsiyyət orqanını Tamerlanın ayaqlarının arasına və arxa nahiyəsinə sürtüb beş-altı dəqiqə ərzində irəli-geri hərəkətlər etməsinə baxmayaraq sperması gəlmədiyindən Sabirə daha cinsi əlaqədə olmaq istəmədiyini bildirmiş, cinsi əlaqədə olduğu zaman Sabirin özünə məxsus telefonla hadisəni videoçəkiliş etdiyini görəndə acıqlanmaqla çəkilişi dayandırıb videogörüntünü silməyini xahiş etmiş, sonuncu da baxdıqdan sonra videonu siləcəyini demişdir. Ayağa durduqda Sabir Tamerlanın üstünə çıxıb cinsiyyət orqanını oğlanın arxa nahiyəsinə və ayaqlarının arasına sürtərək 15-20 dəqiqə Tamerlanla cinsi əlaqədə olmuş, sonradan sonuncunun üst-başını təmizləməklə yolboyu oğlanı hədələyib hadisə barədə heç kimə danışmamasını tapşırmışdır. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Əməlindən həddindən artıq peşmandır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü və 170.3.-cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç bir cinayət törətməmiş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlərini ancaq yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 etmiş, sonuncunu xüsusilə ağır cinayətin törədilməsinə cəlb etməsə də Eminin törətdiyi cinayət barəsində səlahiyyətli orqanlara xəbər verməmiş, telefonunda videonu Eminin xahişi ilə çəkmiş, istintaqdakı etirafedici ifadələri zor altında vermiş, belə ki, Quba Rayon Polis Şöbəsinin dəhlizində onun başına zərbələr vurula-vurula aparılmışdır. İş üzrə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun bacısı oğludur. Övladı Zərərçəkmiş şəxs başına gələnləri ertəsi gün, yəni 2020-ci il iyulun 03-də bilmiş, sonuncudan hadisəni niyə vaxtında demədiyini soruşanda Tamerlan bu haqda heç kimə danışmamağı üçün Eminlə Sabirin onu hədələdiklərini, qorxusundan hadisəni gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Eminlə barışmışlar, sonuncuya qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma vaxtı 2020-ci il iyulun 08-də şahid qismində ifadə verərkən, eləcə də həmin tarixdə şübhəli şəxs, 2020-ci il iyulun 10-da təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilib törətdiyi cinayəti təfsilatı ilə izah etmişdir (1-ci cild, iş vərəqi 23-26, 62- 63 və 140-142). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş yetkinlik yaşına çatmayan 2009-cu il 20 oktyabr təvəllüdlü Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində Quba şəhərindəki 6 nömrəli tam orta məktəbin beşinci sinif şagirdi olmaqla bibisi X6 övladı Təqsirləndirilən şəxs2la eyni məktəbdə oxuduğunu, Təqsirləndirilən şəxs1 Eminin dostu kimi tanıdığını, 2020-ci il iyunun 29-da bibisigilə gedib bir neçə gün orada qaldığını, 2020-ci il iyulun 02-də saat 19 radələrində onun velosipedlə, Eminin isə piyada əvvəlcə Sabirin işlədiyi avtoyuma məntəqəsinə yollandıqlarını, Sabirin «Heydər Əliyev» parkına getmələrini, daha sonra özünün də gələcəyini dediyini, bir qədər ötmüş Sabir parka çatdıqda Emin sonuncu ilə birlikdə siqaret gizlətdikləri yeri ona göstərmək istədiklərini söylədiyindən razılaşdığını və göstərilən tarixdə saat 20 radələrində adları çəkilən oğlanların onu «Mts» adlanan əraziyə apararaq Sabirin əynindəki gödəkcəni yerə atmaqla Eminin ona uzanıb şortunu aşağı çəkməsini tapşırdığını, buna etiraz etsə də Sabir onun üstünə qışqırdığından qorxaraq şortu ilə tumanını aşağı endirdiyini, bu zaman Eminin onun üzərinə çıxmaqla cinsiyyət orqanını ayaqlarının arasına və arxa nahiyəsinə sürtdüyünü, qışqırıb gücü çatmadığından duraraq qaçmağı bacarmadığını, dörd-beş dəqiqə keçmiş Emin üstündən qalxan kimi Sabirin eyni hərəkətləri 10-15 dəqiqə ərzində davam etdiyini, qorxduğunu və ağlamaq istədiyini müşahidə edən Sabirin ona bu barədə kiməsə desə, öldürməklə hədələdiyini, Eminin hadisəni heç kimə danışmamasını bildirdiyini, dərhal velosipedinə oturmaqla oradan uzaqlaşıb Eminlə bibisigilin yaşadığı evə, Sabirin isə dostları ilə görüşə getdiklərini göstərmişdir (1-ci cild, iş vərəqi 102-105). İş materiallarındakı Quba Rayon Polis Şöbəsinin tərtib etdiyi 2020-ci il 07 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 nümayiş etdirdiyi özünə məxsus «Samsung A10» markalı telefondakı 2020-ci il iyulun 02-də saat 20:54-də qeydə alınan 1 dəqiqə 18 saniyəlik videoya baxış zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs arxa nahiyəsindən üzərinə uzanıb öz cinsiyyət orqanını irəli-geri hərəkət etdirməsi müəyyən olunmuşdur (1-ci cild, iş vərəqi 15). İş materiallarındakı Quba Rayon Polis Şöbəsinin tərtib etdiyi 2020-ci il 08 iyul tarixli protokoldan görünür ki, Quba şəhəri, Həsən Əliyev küçəsindəki diş klinikasından sola dönən küçənin sonundakı kolluq və zibillik əraziyə baxış vaxtı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kolların və ağacların orta hissəsindəki otluğu göstərərək orada Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirmişlər, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən hər hansı sübut aşkarlanmamış, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 16-20). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və X15 rayon şöbəsində aparılan canlı şəxsin ekspertizasına dair 2020-ci il 07 iyul tarixli 698 nömrəli rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi, arxa keçəcək dəliyi nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olunmasını göstərən xarakterik morfoloji dəyişikliklər aşkar edilməmişdir, belə ki, arxa keçəcəkdən tək-tək olunmuş cinsi əlaqə xəsarət və morfoloji dəyişikliklərin yaranması ilə müşayiət olunmursa, o zaman bunu məhkəmə-tibbi yolla təyin etmək mümkün deyildir (1-ci cild, iş vərəqi 22). İş materiallarındakı Quba Rayon Polis X8 tərtib etdiyi 2020-ci il 08 iyul və 2020-ci il 09 iyul tarixli protokollardan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs2 əynindəki çəhrayı rəngli qısaqol köynəyin, qara rəngli cins şalvarın və üstündə müxtəlif şəkillər olan boz rəngli tumanın, Təqsirləndirilən şəxs1 əynindəki boz-qara rəngli tumanın, Zərərçəkmiş şəxs əynindəki qırmızı rəngli şortun və qırmızı rəngli qısaqol köynəyin üzərində iş üçün əhəmiyyətli heç bir hala rast gəlinməmiş, fotocədvəllər protokollara əlavə edilmişdir (1-ci cild, iş vərəqi 36-46 və 106-108). İş materiallarındakı Quba Rayon Polis X8 tərtib etdiyi 2020-ci il 08 iyul tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən tarixdə müvafiq qaydada saat 21:25-də və saat 23:30-da Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar (1-ci cild, iş vərəqi 48 və 65). İş materiallarındakı Quba Rayon Polis X8 tərtib etdiyi 2020-ci il 09 iyul tarixli protokoldan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu deyilənlərlə qismən razılaşaraq Eminin 2020-ci il iyun ayının sonlarında şəklini atdığı Zərərçəkmiş şəxs ilə bir neçə dəfə cinsi əlaqədə olduğunu, tezliklə oğlanın yaşadığı evə getməklə sonuncunu aldadıb apararaq cinsi əlaqəyə girəcəklərini söylədiyini bildirmişdir (1-ci cild, iş vərəqi 109-112). İş materiallarındakı Quba Rayon Polis X8 tərtib etdiyi 2020-ci il 09 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Samsung A10» markalı mobil telefondakı 01 dəqiqə 18 saniyəlik videoya baxış zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üzərinə uzanıb köməksiz vəziyyətə gətirməklə sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi, Zərərçəkmiş şəxs ağlayaraq yalvarması, Emin Okrat oğlu X10 Orucovla «WhattsApp» sosial şəbəkəsindəki yazışmalarına baxış vaxtı sonuncunun Təqsirləndirilən şəxs2 hadisə günü çəkilən Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlərin olduğu videonu istəməsi, sonuncuya qarşı yenidən seksual xarakterli hərəkətlər etmək fikrini bildirməsi müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 113- 120). İş materiallarında olan Quba Rayon Polis X8 2020-ci il 10 iyul tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 122-123 və 133-134). İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2020-ci il 10 iyul tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əvvəli 2020-ci il iyulun 08-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 157-160 və 162-165). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və X17 rayon şöbəsində aparılan canlı şəxsin ekspertizasına dair 2020-ci il 12 iyul tarixli 725 nömrəli və 726 nömrəli rəylərindən müvafiq qaydada görünür ki, 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 bədənləri üzərində hər hansı bir xəsarət və ya xəsarət izi, xarici cinsiyyət üzvləri sahəsində cinsi əlaqədə olmağa maneçilik törədə biləcək hər hansı yara, xora, anomalik törəmə, eybəcərlik və sairə, onların arxa keçəcək dəliyi nahiyələrində qeyri-təbii yolla cinsi əlaqədə olunmasını göstərən xarakterik morfoloji dəyişikliklər aşkarlanmamışdır, belə ki, arxa keçəcəkdən tək-tək olunmuş cinsi əlaqə xəsarət və morfoloji dəyişikliklərin yaranması ilə müşayiət olunmursa, o zaman bunu məhkəmə-tibbi yolla təyin etmək mümkün deyildir (1-ci cild, iş vərəqi 193-194). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il iyulun 14-də və 2020-ci il iyulun 16-da tərtib etdiyi tələbnamələrdən, məhkəmə hökmlərinin surətlərindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Quba Rayon İcra və Probasiya Şöbəsinin 2020-ci il 25 sentyabr tarixli 05 №-li məktubundan görünür ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; Təqsirləndirilən şəxs1 Quba Rayon Məhkəməsinin 2019cu il 24 yanvar tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 170.1.-ci, 177.2.1.-ci, 177.2.2.-ci və 177.2.3.-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq 02 il 05 ay 27 gün azadlıqdan məhrumetmə cəzasına 01 il 06 ay, Quba Rayon Məhkəməsinin 2019-cu il 05 mart tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.3.-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq 02 il azadlıqdan məhrumetmə cəzasına 01 il, Quba Rayon Məhkəməsinin 2019cu il 06 sentyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.3.-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq 03 il azadlıqdan məhrumetmə cəzasına 02 il müddətinə şərti məhkum olunmuşdur; Təqsirləndirilən şəxs1 Quba Rayon Məhkəməsinin 2019-cu il 05 mart tarixli hökmü əsasında təyin edilmiş 01 il sınaq müddətinə şərti məhkumetmə cəzasının müddəti 2020-ci il martın 19-da bitmiş, sonuncuya Quba Rayon Məhkəməsinin 2019-cu il 24 yanvar tarixli hökmü əsasında təyin edilmiş 01 il 06 ay sınaq müddətinə şərti məhkumetmə cəzası həmin məhkəmənin 2019-cu il 06 sentyabr tarixli hökmü əsasında ləğv olunaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il sınaq müddətinə şərti məhkumetmə 2021-ci il sentyabrın 27-də bitəcəkdir (1-ci cild, iş vərəqi 199-201, 223-227 və 233-248). İş materiallarında olan Quba Rayonu İcra Hakimiyyəti başçısının Quba Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi arayışlardan və xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 Quba rayonunun Əski-İqriq kəndində qeydiyyatda olmaqla Quba şəhəri, X12 küçəsi, ev 7 ünvanında, Təqsirləndirilən şəxs1 Quba şəhəri, Kərpic zavodu yataqxanası, 1 ünvanında qeydiyyatda olmaqla Quba şəhəri, Mübariz Qaraxanov küçəsində ailələri ilə birlikdə yaşayırlar, barələrində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 216-221). İş materiallarında olan «Quba Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsinin 2020-ci il 25 sentyabr tarixli 3153 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xəstəxananın konsultativ poliklinika şöbəsinin narkoloji və pxisiatrik kabinetində qeydiyyatda deyillər (1-ci cild, iş vərəqi 231). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 10 sentyabr tarixli 6/1578 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus tünd qırmızı rəngli şortdakı qara rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 məxsus şalvarın, qara rəngli hamar kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus tumanın, Təqsirləndirilən şəxs2 boz rəngli tumandakı və Təqsirləndirilən şəxs1 məxsus tumandakı tünd qırmızı rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus tünd qırmızı rəngli şortun, Təqsirləndirilən şəxs2 məxsus boz rəngli tumandakı qara rəngli hamar kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus tumanın tərkib liflərinə uyğundur, ekspertiza tədqiqatının dəyəri 108,46 manatdır (1-ci cild, iş vərəqi 262-267). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasına dair 2020-ci il 21 avqust tarixli 1598 saylı və 1621 saylı ekspert rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə sonuncuda xasiyyətin psixopatik cizgiləri müəyyən olunmuş, onlarda cinayət törədilən dövrdə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır, təqsirləndirilən şəxslər həmin müddətdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar, törədilən əməllər barəsində anlaqlı hesab edilməlidirlər; məcburi müalicəyə ehtiyacları yoxdur; Təqsirləndirilən şəxs1 kobudluq, hirslilik, özünü müdafiə etməyə meyillilik, emosional oyanıqlıq, qıcığa qarşı tez reaksiya vermək, konfliktə meyillilik, Təqsirləndirilən şəxs2 inadkarlıq, konfliktə meyillilik, eqosentrizm, özünü müdafiə etməyə meyillilik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik kimi fərdi xüsusiyyətlərə malikdirlər; özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilməsə də onlar baş verən hadisələri öz xeyirlərinə uyğun tərzdə yönəldərək danışa bilərdilər (1-ci cild, iş vərəqi 269-271 və 273- 275). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasına dair 2020-ci il 07 sentyabr tarixli 1735 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə o, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər, sonuncuda cinayət törədilən dövrdə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır, Zərərçəkmiş şəxs ünsiyyətcillik, emosionallıq, hər kəslə yola getmək, konfliktə meyilli olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, azyaşlı olduğundan ona qarşı edilən seksual xarakterli hərəkətin mahiyyətini dərk etməyə, keçirdiyi emosional halına görə müqavimət göstərməyə bilərdi (1-ci cild, iş vərəqi 277-279). İş materiallarında olan Quba Rayon Polis X8 2020-ci il 07 oktyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2020-ci il 08 oktyabr tarixli qərarlarından görünür ki, ********* saylı cinayət işi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə elan edilən ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü və 170.3.-cü maddələri ilə yenidən ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 134-cü və 171-1.-ci maddələri ilə cinayət təqibi rədd edilmiş, hadisə vaxtı Təqsirləndirilən şəxs2 əynindəki çəhrayı rəngli qısaqol köynək, qara rəngli cins şalvar və üstündə müxtəlif şəkillər olan boz rəngli tuman, Təqsirləndirilən şəxs1 əynindəki boz-qara rəngli tuman, Zərərçəkmiş şəxs əynindəki qırmızı rəngli şort və qırmızı rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs1 məxsus «Samsung A10» markalı mobil telefon və həmin cihaza keçirilən baxışı əks etdirən bir ədəd DVD diski maddi sübut kimi tanınmış, DVD diski cinayət işinin materiallarına əlavə edilmiş, digər maddi sübutlar saxlanılmaq üçün Quba Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (1-ci cild, iş vərəqi 285-293 və 303-304). İş materiallarında olan 2020-ci il 10 iyul tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaqda hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Quba Rayon vəkil bürosunun vəkili X7 tərəfindən 20 iş saatı müddətində müdafiə olunmuşdur (1-ci cild, iş vərəqi 341). Məhkəməyə təqdim olunan notariat qaydasında təsdiq edilmiş 2020-ci il 13 noyabr və 2021-ci il 07 iyul tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə Təqsirləndirilən şəxs2la barışıb sonuncuya qarşı heç bir iddiası və tələbi yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Dəri-Zöhrəvi Dispanserinin 2018-ci il 24 dekabr tarixli xəstənin tibbi vərəqəsindən çıxarışının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs1 2018-ci il dekabrın 14-dən 2018-ci il dekabrın 28-dək hər iki ovucun və ayaqaltının keratodermiyası diaqnozu ilə müalicə almışdır. Məhkəməyə təqdim olunan Bakı Baş Səhiyyə İdarəsinin «X18»nin 2007-ci il 03 noyabr tarixli 11523 №-li stasionar xəstənin xəstəlik tarixindən çıxarışının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs1 2007-ci il oktyabrın 16-dan 2007-ci il noyabrın 03-dək qapalı kəllə-beyin travması, baş beyin və beyin kötüyünün əzilməsi, təpə sümüyünün xətti sınığı, gicgah və təpə nahiyəsinin dərialtı hematoması diaqnozu ilə müalicə almışdır. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 2021-ci il 15 mart tarixli 17/40-1034 №-li məktubundan görünür ki, təcridxanaya gətirilərkən Təqsirləndirilən şəxs1 sifət nahiyəsində heç bir xəsarət aşkarlanmamışdır. Məhkəməyə təqdim olunan Quba Rayon Polis Şöbəsinin 2021-ci il 30 mart tarixli 146-717440-1221 №-li məktubundan görünür ki, 2020-ci il iyulun 04-dən uzun müddət keçdiyindən müşahidə kameralarının yaddaşında görüntülər qalmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü və 170.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onların təqsirliliklərini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-nin150.3.3.-cü maddəsi, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü və 170.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 aşkar surətdə on dörd yaşına çatmayan şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməməsi, habelə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 xüsusilə ağır cinayətin törədilməsinə cəlb etməməsi, ibtidai istintaqdakı ifadələri zor altında verməsi barədə bildirdiyinə, bununla da özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, Təqsirləndirilən şəxs2 etirafedici və yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələri, məhkəmə iclasında elan edilməklə tədqiq olunan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 şahid, şübhəli və təqsirləndirilən şəxslər qismindəki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsin ifadələri, ekspert rəyləri, üzləşdirmə və digər istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 cinayət törədilərkən yetkinlik yaşına çatmamasının, habelə sonuncunun zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə alaraq ilk məhkumluğunu, əməlindən səmimi peşman olmasını işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivi cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs1 Quba Rayon Məhkəməsinin 2019-cu il 06 sentyabr tarixli hökmü çıxarıldıqdan sonra həmin hökmlə təyin edilmiş sınaq müddəti ərzində məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.2.1.-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması cinayətlərin təhlükəli residivi hesab edilir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsi əsasında, bu Məcəllənin 59.1.9.-cu və 59.1.10.-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 71.5.-ci maddəsinə görə, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Quba Rayon Məhkəməsinin 2019-cu il 06 sentyabr tarixli hökmü ilə təyin edilmiş şərti məhkumetmə ləğv edilməklə təyin olunan cəza hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməlidir. Azərbaycan Respublikasının CM-nin 85.5.-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan məhkumlara azadlıqdan məhrumetmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmaqla onlun islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. «Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-ci il 28 iyun tarixli 2 saylı Qərarının 12-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən, xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi xüsusilə ağır cinayətə görə hökm çıxarılan vaxt yetkinlik yaşına çatdığı üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs1 xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün, habelə cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmədiyindən ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən barələrində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Quba Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməklə hadisə vaxtı Təqsirləndirilən şəxs2 əynindəki çəhrayı rəngli qısaqol köynək, qara rəngli cins şalvar və üstündə müxtəlif şəkillər olan boz rəngli tuman, Təqsirləndirilən şəxs1 əynindəki boz-qara rəngli tuman, Zərərçəkmiş şəxs əynindəki qırmızı rəngli şort və qırmızı rəngli qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; Təqsirləndirilən şəxs1 məxsus «Samsung A10» markalı mobil telefon sonuncunun ailə üzvlərinə qaytarılmalı, həmin telefona keçirilən baxışı əks etdirən bir ədəd DVD diskinin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsi müvafiq qaydada Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkilləri Müdafiəçi2 və X2 tərəfindən 64 iş saatı və 12 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Quba Rayon Vəkil Bürosunun nəfinə (VÖEN: **********1) 120 manat, Müdafiəçi2 və X1 vəkil işlədikləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 384 manat və 72 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəza çəkmənin başlanğıcı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulduğu gündən, yəni 2020-ci il iyulun 08-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il iyulun 08-dən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 170.3.-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının CM-nin 71.5.-ci maddəsi əsasında Quba Rayon Məhkəməsinin 2019-cu il 06 sentyabr tarixli hökmü əsasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.3.-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetməyə şərti məhkum olunmağı ləğv edilməklə ona bu Məcəllənin 67.1.-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il iyulun 08-dən hesablansın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Quba Rayon Vəkil Bürosunun nəfinə (VÖEN: **********1) 120 manat, Müdafiəçi2 və X1 vəkil işlədikləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 384 manat və 72 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Quba Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməklə hadisə vaxtı Təqsirləndirilən şəxs2 əynindəki çəhrayı rəngli qısaqol köynək, qara rəngli cins şalvar və üstündə müxtəlif şəkillər olan boz rəngli tuman, Təqsirləndirilən şəxs1 əynindəki boz-qara rəngli tuman, Zərərçəkmiş şəxs əynindəki qırmızı rəngli şort və qırmızı rəngli qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; Təqsirləndirilən şəxs1 məxsus «Samsung A10» markalı mobil telefon sonuncunun ailə üzvlərinə qaytarılsın, həmin telefona keçirilən baxışı əks etdirən bir ədəd DVD diskinin cinayət işinə əlavə olunması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-391/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-391/2021
16.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver