Məhkəmə qərarları › İş №1(101)-391/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-391/2022

21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-391/2022 21.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Əlibayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində beşi azyaşlı olmaqla altı uşağı olan, orta təhsilli, işləmir, məhkumluğu olmayan, Bakı şəhəri Yasamal rayonu X3 küçəsi ev 47, mənzil 16 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində Yasamal rayon məhkəməsinin hakimi Murad Məmmədovun 14.08.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə, Bakı istintaq təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05 avqust 2021-ci il tarixdə axşam saatlarında, istintaqa şəxsiyyəti məlum olmayan, «instaqram» sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, özünü ona İran İslam Respublikası vətəndaşı «Əli» kimi təqdim edən şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq qrupun «Əli» adlı üzvü vasitəsilə göndərdiyi kordinat və işarələnmiş şəkillər əsasında, istintaqa məlum olmayan şəxs tərəfindən, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən avtomobil yolunun kənarında quraşdırılmış yol hərəkət nişanının yanında qoyulmuş yerdən qanunsuz olaraq satış məqsədi ilə, külli miqdarda, bir ədəd qara rəngli selofan torbanın içərisində, ayrı-ayrılıqda təmiz çəkiləri, bir ədəd qara rəngli selofan paket bükümündə təmiz çəkisi 204,681 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf polietilen torbanın içərisindən yığılmış təmiz çəkisi 5,033 qram və bir ədəd şəffaf polietilen torbanın içərisindən yığılmış təmiz çəkisi 309,773 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd plastik qabda təmiz çəkisi 0,878 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 520,365 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin əldə edərək, daşımaqla yaşadığı evinin mətbəx hissəsində yerləşən qəhvəyi rəngli dolabın içərisində saxlamış, 12 avqust 2021-ci il tarixdə axşam saatlarında, bir ədəd qara rəngli selofan bükümdə təmiz çəkisi 204,681 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində olan göy rəngli şalvarın sol yan cibində saxlamaqla daşımış, digər bir ədəd şəffaf polietilen torbanın içərisindən yığılmış təmiz çəkisi 5,033 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf polietilen torbanın içərisindən yığılmış təmiz çəkisi 309,773 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd plastik qabda təmiz çəkisi 0,878 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və əldə etdiyi narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə etdiyi bir ədəd üzərində «Digital Scale», arxasında isə «500gx0,01g» yazısı olan qara rəngli elektron tərəzini yaşadığı evinin mətbəx hissəsində yerləşən qəhvəyi rəngli dolabın içərisində saxlamış, 12 avqust 2021-ci il tarixdə saat 20:50 radələrində AR DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhəri Yasamal rayonu H.B.ünvan 3 ünvanın yaxınlığında piyada hərəkətdə olduğu vaxt saxlanılaraq, AR DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı üzərində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli selofan bükümdə, külli miqdar hesab edilən təmiz çəkisi 204,681 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 13 avqust 2021-ci il tarixdə yaşadığı evinə baxış keçirilən zaman, yaşadığı evinin mətbəx hissəsində yerləşən qəhvəyi rəngli dolabın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd şəffaf polietilen torbanın içərisindən yığılmış təmiz çəkisi 5,033 qram və bir ədəd şəffaf polietilen torbanın içərisindən yığılmış təmiz çəkisi 309,773 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd plastik qabda təmiz çəkisi 0,878 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumilikdə külli miqdar hesab edilən təmiz çəkisi 315,684 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumilikdə külli miqdar hesab edilən 520,365 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və bir ədəd üzərində «Digital Scale», arxasında isə «500gx0,01g» yazısı olan qara rəngli elektron tərəzi üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, 12 avqust 2021-ci il tarixində saat 21 radələrində Günəşli qəsəbəsində xanım dostuyla görüşdükdən sonra evə qayıdarkən, yaşadığı evə 50-70 metr məsafədə yerləşən mağazaya çörək almaq üçün daxil oldum. Həmin vaxt 4 nəfər polis əməkdaşı onu saxladı və özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etdilər. Onlar onun əlini qandalla bağladılar və sonra öz avtomobilinə əyləşdilər. Həmin polis əməkdaşlarından biri avtomobilini idarə edirdi, digəri avtomobilin qabaq oturacağında əyləşmişdi, o isə arxa oturacaqda digər polis əməkdaşlarının arasında əyəşmişdi. Yanında əyləşmiş polis əməkdaşı və qabaqda sağ oturacaqda əyləşmiş polis əməkdaşı onu yumruqlamağa başladılar. Daha sonra onu yaşadığı evinə apardılar və içəri daxil olaraq övladlarının gözünün qarşısında onu dubinka ilə döyməyə başladılar. Polis əməkdaşlarından Surxay adlı şəxsi tanıyırdı. Onlara onu evindən çıxardacaqları təqdirdə nə istəsələr edəcəyini bildirib, övladlarının qarşısında onu döyməmələrini xahiş etdi. Bundan sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardılar. Orada hal-hazırda da əynində olan şalvarının cibinə açar, telefonlar və qara rəngli sellofan yerləşdirdilər. Polis əməkdaşları onların dediklərinə əməl etməyəcəyi təqdirdə ailə üzvlərini də idarəyə gətirəcəkləri ilə onu hədələdilər. Daha sonra idarədə üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirildi. Ona edilən təzyiqlərə görə şəxsi axtarış keçirilməsi zamanı üzərinə yerləşdirdikləri narkotik vasitənin ona məxsus olduğunu dedi. Daha sonra saat 1 radələrində onu evinə apardılar və evindəki dolabın içinə polis əməkdaşları narkotik vasitə yerləşdirdilər və ona edilən təzyiqlərə görə evinə yerləşdirdikləri narkotik vasitənin ona məxsus olduğunu dedi. Lakin onun üzərində və evində narkotik vasitə yox idi. O arabir narkotik vasitədən istifadə etdiyini etiraf edir, amma heç vaxt narkotik vasitə satmamışdır, narkotik vasitəni şəxsi istifadəsi üçün internet vasitəsilə karta ödəniş etməklə alırdı. Narkotik vasitələrdən istifadə etdiyi üçün əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmazdan 2-3 gün əvvəl onun narkotik vasitələri əvvəlcədən müəyyən olunmuş yerlərə aparıb yerləşdirilməsi barədə əməliyyat məlumatı daxil olmuşdu.Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu təşkil olundu və əməliyyat qrupunda o və digər əməkdaşlar Şahid2, Şahid3 iştirak edirdi. Keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində 12 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu H.B.ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edərkən tərəflərindən saxlanıldı və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orada Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən isifadə olunmaqla şəxsi axtarış keçirildi. Məmməfov Elçinin üzərinə şəxsi axtarış keçirilməsi zamanı onun cibində 1 ədəd sellofan bükümdə çəkisi 200 qramdan artıq narkotik vasitə olan heroin aşkar edildi. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni iranlı şəxsin ona dediyi yerlərə qoymaq üçün üzərində daşıdığını və yaşadığı evində də narkotik vasitə olduğunu bildirdi. Bundan sonra onun yaşadığı evə də tərəfimizdən baxış keçirildi və 300 qramdan artıq narkotik vasitə aşkar edildi. Elçin saxlanılarkən və sonra da ona heç bir təzyiq olunmayıb. Elçin həm üzərində, həm də evində aşkar edilən narkotik vasitələrin özünün olduğunu dedi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində və evində narkotik vasitənin olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 12.08.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə - kimyəvi ekspertizası təyin edilərək rəyi alınmışdır. Ekspertizanın 13 avqust 2021-ci il tarixli, 6/3467 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 204,681 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş » yazısı və imzalar olan qabın içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 309,773 qram, bir ədəd şəffaf polietilen torbanın içərisindən yığılmış təmiz çəkisi 5,033 qram və plastik qabda təmiz çəkisi 0,878 qram, ümumi təmiz çəkisi 315,684 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd üzərində «Digital Scale», arxasında isə «500gx0,01g» yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroinin və psixotrop maddə olan metamfetaminin izləri vardır. İz şəklid olduğu üçün heroinin və psixotrop maddə olan metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasım müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 520,365 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrwin, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. Heroinin təmiz çəkisi 520,365 qram, tədqiqata sərf edildi 0,3 qram qalıq 520,065 qram. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsinin 03.09.2021-ci il tarixli, 3235 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 03.09.2021-ci il tarixli 2006 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqh hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs psixi fəaliyyəti, əqli-intellektual imkanları, qavrama qabiliyyəti normaya uyğundur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Eqosentrizm, emosional qeyri-sabitlik, xarici qıcıqlara qarşı həssaslıq, hövsələsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs sensor-perseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs Əlisəfa oğlunda özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasına anlaya bilərdi. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmadı. Cinayət işində olan 12 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd alışqan, 100 manat pul, sol yan cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd yaşadığı evin açarı, 1 ədəd qara rəngli selofan büküm, sol arxa cibindən 1 manat 10 qəpik pulu, sağ arxa cibindən 2 ədəd “İphone” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur, bundan sonra tərəfimdən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonucunun üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxararaq təqdim etdiyi 2 ədəd siqaret qutusu, 1 ədəd alışqan, yaşadığı evin açarı, 101 manat 10 qəpik məbləğində pulu yaşadığı evin açarı özünə qaytarılsa da, özünəməxsus 2 ədəd “İphone” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin sellofan büküm sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və çəkisinin 207 qram (iki yüz yeddi) qram olması müəyyən edilmişdir. Aşkar edilmiş sellofan büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və həmin kağız zərfin üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan maddənin adını “narkotik vasitə heroin olduğunu, özünün metamfetamin istifadəçisi olduğunu, həmin maddəni özünü İran İslam Respublikasının vətəndaşı, “Əli” kimi təqdim etdiyi şəxsin vasitəsilə 7 gün bundan öncə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən götürdüyünü, həmin maddələri ona deyilən yerlərə qoymağı müqabilində 1 kq narkotikə görə 1000 manat pul əldə etməli olduğunu, narkotikin qalan hissəsini yaşadığı evdə saxladığını, ünvanına baxış keçirilməsinə heç bir etirazının olmadığını, evində olan narkotik maddənin qalan hisəsini təqdim edə biləcəyini bildirmişdir. Saxlanılan zaman və polis idarəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq qeyd etmişdir. Cinayət işində olan 12 avqust 2021-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, ünvana baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs mənzildə saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, mənzilin mətbəxinə daxil olaraq burada girişdən sağ tərəfdə yerləşən qəhvəyi rəngli dolabın içərisindən 1 ədəd qara rəngli sellofan torbanı, həmin dolabın üzərindən isə 1 ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir. Həmin sellofan torba götürüldükdən sonra baxış keçirilmiş, baxış zamanı sellofan torbanın içərisindən 1 ədəd ağ rəngli plastik qabın içərisindən 2 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin sellofan bükümlər 1 sellofan torbaya qoyularaq sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin 339(üç yüz otuz doqquz) qram olması müəyyən edilmişdir. Həmin sellofan torba, ağ rəngli plastik qab və 1 ədəd qara rəngli elektron tərəzi 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənib, iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Şifahii sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoyması üçün Sabunçu rayonu ərazisindən götürdüyünü, həmin yerə narkotik maddə qoyulmasını ona “İnstaqram” sosial şəbəkəsində tanış olduğu “Əli” adlı İran İslam Respublikasının vətəndaşının bildirdiyini, həmin maddələri ona deyilən yerlərə qoymasına görə pul əldə etməli olduğunu bildirmişdir. Bundan sonra onun razılığı əsasında digər otaqlara baxış keçirilmiş, otaqlardan birinin qapısı kilidli vəziyyətdə olmuşdur. Baxış zamanı oradan iş üzrə əhməiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Mənzilin 1 qonaq otağından, 1 mətbəxdən, 1 sanitar qovşağından və 1 ədəd yataq otağından ibarət olması müəyyən edilmişdir. Baxış gecə vaxtı süni işıqlanma şəraitində keçirilmiş, baxış zamanı «Sony» markalı video aparatın video çəkiliş funksiyasından istifadə edilməklə video çəkilişi aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Cinayət işində olan məhkəmə kompyuter texniki ekspertizasının 21.09.2021-ci il tarixli 5/985 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı «İOS» əməliyyat sistemi ilə təhciz olunmuş «İphone 8» markalı «A 1863» modelli «**********32198» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı «İOS» əməliyyat sistemi ilə təhciz olunmuş «İphone X» markalı «Al865» modelli «**********40485» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim olunan «İphone 8» markalı «A 1863» modelli və «İphone X» markalı «A 1865» modelli mobil smartfonlarm yaddaşında «kontaklar, zənglər, «SMS» mesajlar, audio, foto, video fayllar və VVhatsapp» proqram təminatı vasitəsilə aparılmış məlumat mübadiləsi və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (bax əlavə olunmuş iki ədəd DVD-R diskə). Tədqiq olunan «İphone 8» markalı «A 1863» modelli və «İphone X» markalı «Al865» modelli mobil smartfonlara 01 yanvar 2021-ci il tarixdən 12 avqust 2021-ci il tarixədək müddət ərzində daxil olan «SMS» mesajların, foto, video, audio faylların və «VVhatsapp» proqram təminatı vasitəsilə aparılmış məlumat (çat seansı, foto, video və audio fayllar) mübadiləsinin olub olmaması barədə «UFED TOUCH 2» markalı qurğu vasitəsilə əldə edilmiş «hesabat»da qeyd olunmuşdur (bax rəyə əlavə olunmuş iki ədəd DVD-R disk). Tədqiq olunmuş «İphone 8» markalı «Al 863» modelli və «İphone X» markalı «A 1865» modelli mobil smartfonlarm parametrlərinə və texniki xüsusiyyətlərinə əsasən videoçəkiliş aparılması üçün texniki imkanlar mövcuddur. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində beşi azyaşlı olmaqla altı uşağı vardır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 12 avqust 2021-ci tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, himayəsində beşi azyaşlı olmaqla altı uşağınının olmasını, ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd «İphone 8» markalı «A 1863» modelli və bir ədəd «İphone X» markalı «Al 865» modelli mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılmalı, Elçinin üzərindən və yaşadığı evindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq 520,065 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd üzərində «Digital Scale», arxasında isə «500gx0,01g» yazısı olan qara rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 174 (yüz yetmiş dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd CD disk, məhkəmə kompyuter texniki ekspertizasının 21.09.2021-ci il tarixli 5/985 nömrəli rəyinə əlavə edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 12 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 174 (yüz yetmiş dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd «İphone 8» markalı «A 1863» modelli və bir ədəd «İphone X» markalı «A1865» modelli mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılsın, Elçinin üzərindən və yaşadığı evindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq 520,065 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd üzərində «Digital Scale», arxasında isə «500gx0,01g» yazısı olan qara rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və baxış və götürmə istintaq hərəkəti keçirilərkən həmin istintaq hərəkətlərinin videoçəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd CD disk, məhkəmə kompyuter texniki ekspertizasının 21.09.2021-ci il tarixli 5/985 nömrəli rəyinə əlavə edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar