Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-391/2025 12.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X10 Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1155 A nömrəli bağ ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2015-ci ilin avqust ayından 18 iyul 2017-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativinin sədri vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək ona müraciət etmiş Zərərçəkmiş şəxs həmin MTK tərəfindən ünvan 3 ünvanında inşa edilmiş hündürmərtəbəli binada yerləşən faktiki olaraq Şahid2 mülkiyyətində olmaqla satışda olmayan 444 saylı mənzili guya 87479 manata satacağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 27 iyun 2016-cı il tarixdə ünvan 4 ünvanında MTK- nın ofisində sonuncu ilə görüşüb, ilkin ödəniş adı ilə həmin dövrün məzənnəsi ilə 46609 manat 28 qəpik təşkil edən 30400 ABŞ dolları, 19 iyul 2016-cı il tarixdə ünvan 5 ünvanda yerləşən 1 saylı uşaq poliklinikasında 2000 manat, 06 sentyabr 2016-cı il tarixdə həmin ünvanda 3250 manat, 06 oktyabr 2016-cı il tarixdə həmin ünvanda 2250 manat, 05 noyabr 2016-cı il tarixdə həmin ünvanda 2370 manat, 05 dekabr 2016- cı il tarixdə həmin ünvanda 2350 manat, 28 dekabr 2016-cı il tarixdə həmin ünvanda 5000 manat, 06 fevral 2017-ci il tarixdə həmin ünvanda 2000 manat, 07 mart 2017-ci il tarixdə həmin ünvanda 2000 manat, 05 aprel 2017-ci il tarixdə həmin ünvanda 2000 manat, 05 may 2017-ci il tarixdə həmin ünvanda 3350 manat, 06 iyun 2017-ci il tarixdə həmin ünvanda 2300 manat, 06 iyul 2017-ci il tarixdə həmin ünvanda 3000 manat, 20 iyul 2017-ci il tarixdə həmin ünvanda 1000 manat, 05 avqust 2017-ci il tarixdə həmin ünvanda 3000 manat və 05 oktyabr 2017-ci il tarixdə həmin ünvanda 5000 manat pulunu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə külli miqdarda 87479 manat 28 qəpik məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs pul almış və həmin pulun bir hissəsini qaytarmışdır. Səhhətilə bağlı ziyanın qalan hissəsini qaytara bilməmişdir, azadlıqda olacağı təqdirdə ziyanın qalan hissəsini də ödəyəcəkdir. Odur ki, ona təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ilin avqust ayından 2017-ci ilin iyul ayına kimi olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi 5 ünvanında yerləşən Azər-Ross İK MTK-nm sədri vəzifəsində işləmişdir. 25 iyun 2016-cı ildə Zərərçəkmiş şəxs qardaşı Məmməd Əliyev ilə işlədiyi MTKnın binasına gəlmişlər. Onlar ona bildirmişlər ki, həmin binadan mənzil almaq istəyirlər. Onlara həmin binada yerləşən bir neçə mənzil təklif etmişdir. Sonunda həmin şəxslərlə binanın 2-ci mərtəbəsində yerləşən 2 otaqlı 444 saylı mənzili satmaq barədə razılaşmışdır. Aralarında olan razılaşmaya görə onlar həmin mənzilin pulunu hissə-hissə ödəməklə ona ümumilikdə 87.870 manat pul ödəməli olmuşlar. Bundan 2 gün sonra, yəni 27 iyun 2016-cı il tarixdə onlar yenidən onun işlədiyi ofisə gəlmişlər. Zərərçəkmiş şəxs ona qardaşı Məmməd Əliyevin iştirakı ilə ilkin olaraq 30.400 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 47.000 manat pul ödəmiş və o, həmin məbləğə görə ona MTK sədri olaraq öz adından qəbz vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs növbəti 16 ay ərzində yəni xx.xx.2017-ci ilədək olan müddət ərzində qalan 40.870 manatı ona ödəmiş və o da Zərərçəkmiş şəxs öz adından imzalı qəbz vermişdir. Beləliklə onun Zərərçəkmiş şəxs aldığı pul məbləği ümumilikdə 87.870 manat təşkil etmişdir. Bundan sonrakı müddət ərzində isə o, həmin vədinə əməl edə bilməmiş və həmin mənzilin pulunu alsa da Zərərçəkmiş şəxs satmamışdır. Belə ki, o, Zərərçəkmiş şəxs ödənişin sonunda həmin mənzili adma rəsmiləşdiriləcəyinə söz verməyinə baxmayaraq mənzili adma rəsmiləşdirməmiş və aldığı bütün pul məbləğini mənimsəmişdir. Bundan sonra isə onların təkidi ilə aldığı pulları geri qaytarmağa başlamış və Zərərçəkmiş şəxs aldığı 87.870 manat pul məbləğinin ayrı-ayrı vaxtlarda xx.xx.2019-cu ilədək olan müddətdə hissə-hissə olmaqla ümumilikdə, 16.000 manat məbləğini geri qaytarmışdır. Bundan sonra isə həmin pul məbləğindən heç bir ödəniş etməmiş və onların zənglərinə cavab vermədən ödəniş etməkdən yayınmışdır. Beləliklə onun həmin şəxsə 71.870 manat məbləğində pul borcu qalmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs aldığı pulları xəstəliyi ilə əlaqədar xərcləmişdir. Həmin mənzil şirkət tərəfindən onun rəhbərlik etdiyi vaxtdan öncə Şahid2 qızma satılmışdır, onun bundan məlumatı vardır. Sonradan pula ehtiyacı olduğu üçün həmin mənzili təkrar başqa şəxsə satmaq qərarına gəlmiş və Zərərçəkmiş şəxs müraciət etdikdə həmin mənzili onlara təklif etmişdir. Şahid2 isə mənzillərini başqa şəxsə satmaq istəməyindən məlumatı olmamışdır. O, fikirləşmişdir ki, Zərərçəkmiş şəxs pulu alar, sonra isə həmin pulu qaytarar. İlk dəfə Zərərçəkmiş şəxs ona 30400 ABŞ dollar pul vermişdir, qalan pulları manatla almışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016-cı ilin iyul ayının 25-də oğlunun dostu və həm də vəkili ilə birlikdə ev almaq məqsədi ilə Nəsimi rayonu, Ənvər Hüseynov 7 ünvanında hündürmərtələbli, bir neçə çıxışı olan yeni tikilmiş binanın satış ofisinə yaxınlaşmışdır. Onların qarşısına Təqsirləndirilən şəxs çıxmış və o, özünü ofisin sədri kimi təqdim etmişdir. Onlara 2 otaqlı mənzil lazım olmuş, Rauf onlara 2-3 mənzil göstərmişdir. Bir mənzili bəyənmişlər, mənzilin qiymətini Raufla danışıldıqda sonuncu mənzilin qiymətinin 87.876 manat olduğunu bildirmişdir. Onlar Raufla evin dəyərinin yarısını ödəməyi, qalanının isə hər ay Raufa ödəməyi razılaşmışlar. Raufla onların təkrar görüşləri 27 iyul 2016-cı il tarixdə olmuşdur. O, həmin gün saat 18 radələrində Raufun ofisinə yaxınlaşıb sonuncuya 47.000 manat pul vermiş, sonuncu əvəzində onlara qəbz vermiş, mənzilin satılmadığını və orada heç kimin yaşamadığını bildirmişdir. Sonra qalan məbləği o Raufa hər ay ödəmiş, sonuncu dəfə 2017-ci ilin oktyabr 6-da ödəniş etmişdir. Sonra Rauf onlara maliyyə arayışı verməmiş, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Daha sonra Rauf onlara söz vermişdir ki, 18 may 2018-ci il tarixədək maliyyə arayışı verəcək, lakin arayış verməmiş və pulu da geri qaytaramışdır. Çoxsaylı şikayətlərdən sonra onlara cəmi 16.300 manat pul Raufun qohumları tərəfindən qaytarılmışdır. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Rauf onlara evin heç kimə satılmadığını, orada heç kimin yaşamadığını bildirmiş, pul verildikdən sonra Rauf yoxa çıxmış, telefonlara cavab verməmişdir. İlk dəfə Raufun yanına oğlunun dostu olan vəkil Yaşar müəllimlə getmiş, Rauf hər dəfə telefonda ağlamış və pulunu ödəyəcəyini demiş, ona görə o da şikayət etməmişdir. Nəhayət Raufun onu aldatdığını, pulu pulu geri qaytarmaq niyyəti olmadığını başa düşmüş, beləliklə sonuncu barəsində şikayət etmişdir. Mənzilə gedib bir dəfə baxmış, həmin vaxtlar Rauf onlara açar verməmiş, onlara sözü gedən evin pulunu tam ödəyəndən sonra açarı verəcəyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğlu ilə eyni sinifdə oxumuş və bir məhəllədə böyümüşlər. Zərərçəkmiş şəxs ona ev almaq istədiklərini demişdir. Bununla bağlı evlərinin yanında tikilən binadakı mənzilə baxış keçirmişlər. Ondan əvvəl özləri də evə baxmışlar. Sonra ofisə gedəndə bildirmişdirlər ki, ofisin rəhbəri Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs özünü "xxxx" MTK-nın rəhbəri kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs aşağı mərtəbədən iki otaqlı mənzil istəmiş, Təqsirləndirilən şəxs bir neçə variant olduğunu bildirmişdir. Gedib mənzillərə baxdıqda Zərərçəkmiş şəxs ikinci mərtəbədən iki otaqlı mənzili seçmişdir. Qiymətlə bağlı danışanda, Təqsirləndirilən şəxs hesablamış və demişdir ki, qiymət 87870,00 Azərbaycan manatıdır. Sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, mənzilin dəyərinin yarısı ödənsə, yarısını da bir-iki ilə uzada bilərlər, bu məsələ onun səlahiyyətindədir. Sonra ofisdə gəlib 47000,00 Azərbaycan manatı vermişlər. Qalan 50% məbləği isə aylıq ödəmələri barədə razılığa gəlmişlər. Zərərçəkmiş şəxs həmin vaxt baş həkim işləmişdir. Qalan ödənişləri 01 il 06 ay müddətdə ödəmişlər. Ödəniş edilən zaman qəbz yazılmışdır. Təqsirləndirilən şəxs sənədlərlə bağlı danışanda bildirmişdir ki, son ödəniş edildikdən sonra maliyyə arayışı və evin müqaviləsini təqdim edəcək. Son ödəniş olunan zaman Təqsirləndirilən şəxs sayğaclarla bağlı onları çağırmış, qaz pulu, işıq pulu ödəməli olduqlarını bildirmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında bununla bağlı mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs ev olmadığı halda, nəyə görə sayğaca pul ödəməsi barədə soruşmuşdur. Onlar bir müddət sonra həmin küçədən keçərkən mənzilə kondisionerin quraşdırıldığını görmüşlər. Təqsirləndirilən şəxs bu barədə soruşduqda, bu mənzilin Vidadi Zeynalovun olduğunu, onun hazırda həbsdə olduğunu, ona görə evin satışa qoyulduğunu bildirmişdir. Evi Zərərçəkmiş şəxs satdıqdan sonra Vidadi Zeynalov həbsdən çıxmış və yenidən ev özünə qaytarılmışdır. İbtadai istintaq dövründə şahid kimi tanınmış Şahid2 Vidadi Zeynalov adlı şəxsin qızıdır və o, həmin mənzildə yaşayır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs darıxmamalarını, pulu geri ödəyəcəyini demiş, lakin ödəməmişdir. Daha sonra isə Raufun əmisi oğlu İsa 10000,00 Azərbaycan manatı ödəmiş, sonra başqa əmisi oğlu Vüqar 3000,00 Azərbaycan manatı bir, 3000,00 Azərbaycan manatı da bir ödəmişlər. Ümumilikdə 16000,00 Azərbaycan manatı ödəmişlər. Onların da şikayət etmək fikirləri olmamışdır. Çünki Təqsirləndirilən şəxs bütün qohumlarını, bacanaqlarını, Baş Prokurorluqda işləyən qohumlarını tanımışlar. Ən sonda Raufun qohumlarından bu barədə soruşduqda, onlar Rauf barədə artıq əllərindən nəsə gəlmədiyini bildirmişlər. Onlar isə bir müddət sonra məcbur olub polisə şikayət etmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o proseslərin hamısında iştirak etməmişdir, lakin evə baxışda iştirak etmişdir. 47000.00 Azərbaycan manatının Raufa verilməsi prosesində iştirak etməmişdir, lakin sonrakı ödənişlərdə iştirak etmişdir. Mənzilin dəyərinin yarısının, yəni 47000,00 Azərbaycan manatın ödənilməsi ilə bağlı məlumatı həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs ona bildirmişdir. Təqsirləndirilən şəxs Şüvəlanda yerləşən bağlarına getmiş və onun anası ilə görüşmüşlər. Hətta Raufun öz xətti ilə yazdığı həqiqətən onun bu pulu alması və geri ödəməsi barədə qeyd də vardır və həmin qeydi hər kəs imzalamışdır. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, bina 5/7, mənzil 444 özünə məxsusdur. Həmin mənzili 29 dekabr 2008-ci il tarixdə "xxxx" MTK-dan satın almış və alqı-satqı aralarındakı alqı-satqı 437 saylı müqavilədə öz əksini tapmışdır. Zərərçəkmiş şəxs müraciətində göstərdiyi qeyd olunan mənzilin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs satılması barədə hər hansı məlumatı yoxdur. Ümumiyyətlə həmin evi aldığı müddətdən, yəni ki, 29 dekabr 2008-ci il tarixdə sonra satılması ilə bağlı heç kimlə söhbət etməmiş, eləcə də, bu barədə hər hansı fikri olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs bu barədə ona heç nə deməmiş və ya soruşmamışdır. Hansı səbəbə görə Təqsirləndirilən şəxs ona məxsus olan mənzili başqa adama yəni ki, Zərərçəkmiş şəxs satmaq istəməsi barədə hər hansı məlumatı yoxdur. Qeyd etdiyi mənzilin 2020-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışını almış, hal-hazırda da həmin mənzil özünə məxsusdur. O, Təqsirləndirilən şəxs tanışlarının vasitəsilə tanımış, aralarında hər hansı münasibət olmamışdır, sonuncunu qiyabi olaraq tanıyır və uzun müddətdir ki, görmür. Ümumiyyətlə Təqsirləndirilən şəxs qiyabi tanıyır, qeyd olunan mənzilin və ya başqa hansısa mənzilin satılması barədə ona müraciət etməmişdir, eləcə də, o, Təqsirləndirilən şəxs hər hansı fikir bildirməmişdir. O, heç kimə mənzilin satılması barədə məlumat verməmiş, ümumiyyətlə mənzili satmaq fikri olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan (cil d1, iş vərəqə 1) görünür ki, Zərərçəkmiş şəxs Nəsimi RPİ-yə ərziə ilə müraciət edərək, xx.xx.2016-cı il tarixdə ünvan 7 ünvanında yerləşən Azər-Ross MTK-ya məxsus kompleksinin MTK sədri vəzifəsində çalışmış Təqsirləndirilən şəxs ilə həmin binada yerləşən 444 saylı mənzili 87.870 manata almaq barədə razılaşaraq binada yerləşən ofisdə Təqsirləndirilən şəxs ilkin ödəniş olaraq 40.870 manat pul vəsaiti ödəməsi, sonradan isə hissə-hissə olmaqla ümumilikdə 47.000 manatı ünvan 5 ünvanda ödəməsi, lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək 87.840 manat pulunu ələ keçriməsi barədə məlumat verilmiş və fakt üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə cinayət işi başlanmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən (cild 1, iş vərəqə 7-9) görünür ki, ünvan 8 ünvanında yerləşən binanın qarşısında Azər-Ross İK MTK tərəfindən bir neçə girişli hündürmərtəbəli bina tikilmiş, 25 iyun 2016-cı ildə o və qardaşı X4 ilə birlikdə, ona mənzil almaq məqsədilə, həmin əraziyə gəlmişlər. Orada yerləşən MTK-nın satış ofisinə daxil olduqda, özünü Azər-Ross İK MTK-nın sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə (***-***-**-**) tanış olmuşlar. Mənzil almaq niyyətini ona bildirmiş və Rauf ona bir neçə variantda mənzillər təklif etmişdir. Aralarında razılığa gələrək ikinci mərtəbədə yerləşən 2 otaqlı mənzili seçmişdir. Azər-Ross İK MTK-nın sədri Təqsirləndirilən şəxs özü şəxsən, həmin 2 otaqlı mənzili yerində onlara göstərmişdir. Mənzilə baxış keçirtmişlər və mənzili bəyənmişlər. Sonra onun ofisənə qayıtış və qiymət barədə danışıqları davam etmişlər. Sonda, həmin ikinci mərtəbədə yerləşən 2 otaqlı mənzilin qiyməti 87.870 manat olmaqla və ilkin olaraq məzilin dəyərinin yarısını ödəməklə, qalan məbləği isə hər ay ödəniş etmək şərti ilə mənzili almağa razılıq vermişlər.İki gün sonra, yəni 27 iyun 2016-cı il tarixdə saat təxminən 18:00 radələrində Azər-Ross İK MTKnın ofisinə gələrək Azər-Ross İK MTK-nın sədri Təqsirləndirilən şəxs ilkin ödəniş qismində 47.000 manat pul vermiş və Rauf ona öz xətti ilə lə qəbz yazaraq, pulu ondan qəbul etmişdir. Pulu aldıqda bildirmişdir ki, mənzil boşdur, heçkimə satılmayıb və mənzilə görə qalan 40.870 manat pulu ödədikdən sonra, axırda, ona mənzilə aid olan müqavilə, maliyyə arayışı və qəbzləri verəcək. Sonradan 16 ay ərzində, yəni hər ay hissə-hissə ödəməklə mənzil üzrə qalıq olan 40.870 manatı xx.xx.2017-ci ilə qədər ödəmişlər. Hər dəfə ödəniş etdikdə Azər-Ross İK MTK-nın sədri Təqsirləndirilən şəxs ödənişi qəbul edərək ona öz xətti ilə yazılan qəbzlər vermişdir. Sonda, tam ödənişi etdikdən sonra, mənzilə aid müqavilə və maliyyə arayışı ona verilməli olmuşdur, lakin Rauf bunu etməmiş. Bununla da onun etibarlığından sui-istifadə edərək onu aldatmış, yəni ona qarşı dələduzluq etmişdir. 20 may 2018-ci ilə qədər onu inandırmışdır ki, mənzilə aid sənədləri yəni, müqavilə və maliyə arayışı hazırlayıb ona təqdim edəcək. Hər dəfə ona müxtəlif bəhanələr bildirərək, aldığım mənzilə dair sənədləri ona təqdim etməkdən boyun qaçırmışdır. Mənzilə qaz xətti və sayğacın qurulması adı ilə ondan əlavə ödəniş tələb etmişdir. Həmin vaxt onlar görmüşlər ki, həmin mənzilin çöl divarına kondisioner quraşdırılıb. Onlar təəccüb etmiş və Azər-Ross İK MTK-nın ofisində Təqsirləndirilən şəxs bu barədə sual vermişlər. Təqsirləndirilən şəxs onlara etiraf etmişdir ki, ona satılan mənzil keçmiş rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun olub və Rauf onun kirvəsidir. Vidadi Zeynalov həbs olunduqdan sonra onun əmlakları məhkəmə qərarına əsasən həbs edilib. Mənzili ona satdıqdan sonra, onun pulundan istifadə edərək, həmin mənzili onun adından çıxararaq Vidadi Zeynalovun bacısının adına yazdırıb. Hazırda həmin qadın bu mənzildə yaşayır. O, qardaşı X8 və hüquqşunas Şahid1la birlikdə Təqsirləndirilən şəxs yaşadığı Mərdəkan qəsəbəsində yerləşən bağ evinə (villasına) dəfələrlə getmişlər. Orada Raufun anası və digər yaxın qohumları ilə görüşmüşlər və ödənilən pulu geri istəmişlər. Dəfələrlə keçirilən görüşmələrin və danışıqların nəticəsi olmamışdır.. Hər dəfə onları ümüdvar etmişdir ki, ödəniş edəcək lakin, yenədə onları aldatmışdır. Sadəcə vaxt udmuşdur. Bu səbəbdən bu illər ərzində şikayət etməmişdir. İndi isə başa düşür ki, Təqsirləndirilən şəxs dələduzdur və ödədiyi halal pulu geri qaytarmaq niyyəti yoxdur. Artıq o dözə bilmir. Bu səbəbdən xəstəlik tapmışdır. Rauf ona ağır zərbə vurmuşdur.Bu illər ərzində Raufun anası dəfələrlə onun iş yerinə gələrək oğlunun, mənə qarşı tərətdiyi dələduzluq əməllərinə don qeyindirmək istəmiş və ondan oğluna möhlət müddəti verməyini istəmişdir. Adət-ənənəyə uyğun olaraq qarşına kəlağayını ataraq hər dəfə möhlətlər istədiyindən, o bu müddət ərzində Rauf barədə şikayət verməmişdir. İndi o görür ki, həm Rauf həm də, onun qohumları onun pulunu qaytarmaq istəməmişlər. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan (cild 1, iş vərəqə 41) görünür ki, Azər-Ross İK MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən yaşayış kompleksinin 444 saylı mənzili 29 dekabr 2008-ci il tarixli müqaviləyə əsasən Şahid2 satılmış və o, həmin tarixdə mənzilin dəyərini tam olaraq ödəmişdir. Bundan sonra yaşayış binası istismara verilmiş və buna əsasən Şahid2 30 yanvar 2020-ci il tarixində ümumi yığıncağın protokolunda çıxarış və maliyyə arayışı verilmişdir. Təqsirləndirilən şəxs Azər- Ross İK" MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən yaşayış kompleksinin 469 saylı mənzilinin sakini olub (mənzil isə həyat yoldaşına adında olub və sonradan başqa şəxsə satılmışdır) və bina sakinlərinin təkidinə əsasən 2015-ci ilin avqust ayında MTK-ya sədr təyin edilib və barəsində neqativ hallar və narazılıqlar çoxaldığından bina sakinlərinin təkidi ilə öz ərizəsi əsasında xx.xx.2017-ci il tarixində həmin vəzifədən azad edilmişdir. Azəraycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən (cild 1, iş vərəqə 82-83 görünür ki, Təqsirləndirilən şəxs barəsində Nizami RPİ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraat CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərardan (cild 1, iş vərəqə 85) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli ittiham elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 89-90) görünür ki, Təqsirləndirilən şəxs barəsində ittiham elan edilməsi üçün axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan (cild 1, iş vərəqə 91) görünür ki, X9 istintaqa təqdim edilənək dayandırılması qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan (cild 1, iş vərəqə 95) görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Ramin Qasımov 6 ünvanının qarşısında saxlanılaraq Nərimi RPİ-nin 21-ci PB-nə gətirilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan (cild 1, iş vərəqə 97) görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnməklə ibtidai istintaq davam etdirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cil d1, iş vərəqə 108-109) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə nəzərədə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 139-140) görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 167) görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi əlyazmalarda Təqsirləndirilən şəxs tərəfindən yazılmış izahatda əlyazma ilə Təqsirləndirilən şəxs tərəfindən 444 nömrəli mənzilin alınması ilə bağlı Zərərçəkmiş şəxs 30400 ABŞ dollar pulun beh kimi alınması, dolların 1,554 manatla qiymətləndirilməsi, mənzilin qalıq məbləğinin 40870 manat olması ilə bağlı qeydlər aparılması müşahidə olunur. Təqdim olunmuş digər sənədlərdə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 19 iyul 2016-cı il tarixdə 2000 manat, 06 sentyabr 2016cı il tarixdə 3250 manat, 06 oktyabr 2016-cı il tarixdə 2250 manat, 05 noyabr 2016-cı il tarixdə 2370 manat, 05 dekabr 2016-cı il tarixdə 2350 manat, 28 dekabr 2016-cı il tarixdə 5000 manat, 06 fevral 2017-ci il tarixdə 2000 manat, 07 mart 2017-ci il tarixdə 2000 manat, 05 aprel 2017-ci il tarixdə 2000 manat, 05 may 2017-ci il tarixdə 3350 manat, 06 iyun 2017-ci il tarixdə 2300 manat, 06 iyul 2017-ci il tarixdə 3000 manat, 20 iyul 2017- ci il tarixdə 1000 manat, 05 avqust 2017-ci il tarixdə 3000 manat pulların alınması il bağlı qeydlər aparılması müşahidə olunur. Təqdim olunmuş sənədlərdə həmçinin Təqsirləndirilən şəxs tərəfindən «Azər-Ross İK MTK-nm binasında 2017-ci ilin sonu bu günə kimi Zərərçəkmiş şəxs qızma 2 otaqlı ev vermək adı ilə 87870 AZN nağd şəkildə almışam, əgər verməsəm məni məsuliyyətə cəlb edin, bunu öz xəttimlə yazmışam, imzamla təsdiq edirəm söz verirəm evin sənədlərini xx.xx.2018-ci il tarixə kimi sənədləşdirəcəm» qeydlər aparılması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs təqdim olunan sənədlərdəki əlyazmaların və imzaların özünə məxsus olduğunu təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan (cild 1, iş vərəqə 168-170) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulları verdiyi ünvanları hadisə yerlərində əyani göstərmişdir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 172-181) görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2024-ci CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmis ittiham qanuni və əsaslı olduğundan, həmin ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon Prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublika CM-nin 178.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tam əhatə olunduğundan ona CM-nin 178.2.3-cü maddəsi ilə əlavə ittihamın elan edilməməsi nəzərə alınması, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 32.5,178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə materialın ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 308-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi və bu barədə materialın ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs əməlinin vahid niyyətlə əhatə olunan qəsd kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi sübut növü kimi qiymətləndirilməməsi və özünü müdafiə xarakteri daşımaqla istintaq zaanı müvafiq qərarla vəsatət kimi qəbul edilib rədd edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda 30,400 ABŞ dollarının həmn dövrün məzənnəsi ilə 46.609,28 manat ilə hesablanması iş üzrə nəzərə alınması, zərərçəkmiş şəxs X1 təqdim etdiyi Təqsirləndirilən şəxs pulların ödənilməsi ilə bağlı əlyazma çıxarışlar maddi sübut kimi tanınması və cinayət işi materiallarında saxlanılması, ittihamı təsdiq edən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması, digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilməsi,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar tüzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən hamin sübutlar kifayət etmiş hesabedilməsi qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-1972/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan edilmiş və təqsirləndirilən şəxs həbs edilənədək cinayət işinin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-391/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrini X7 Tibb Mərkəzi PHŞ tərəfindən tərtib edilmiş xəstəlik tarixinə dair 2636 nömrəli epikrizdən görünür ki, Təqsirləndirilən şəxs bel-oma nahiyyəsində ağrıdan şikayətlənir, xəstəliyini heç nə ilə əlaqələndirmir və ambulator müalicə alıb. X6 xx.xx.2024-cü il tarixli rentgenoloji müayinəyə dair sənədindən görünür ki, L4-5 tamamlayıcı lövhələrdə protruziyalar və şmorl yırtıqlar aşkarlanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək, onları mübahisələndirmək, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmək üçün məhkəmə baxışında şərait yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə istintaqında araşdırılmış sübutlarla öz etirazlarını bildirməklə yanaşı, həmçinin irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından suiistifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda obyektiv qiymət verib belə hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında sübutların hərtərəfli, obyektiv və tam araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2015-ci ilin avqust ayından 18 iyul 2017-ci il tarixə kimi "xxxx" Mənzil Tikinti Kooperativinin sədri vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək ona müraciət etmiş Zərərçəkmiş şəxs qızma həmin MTK tərəfindən ünvan 3 ünvanında inşa edilmiş hündürmərtəbəli binada yerləşən faktiki olaraq Şahid2 mülkiyyətində olmaqla satışda olmayan 444 saylı mənzili guya 87479 manata satacağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 27 iyun 2016-cı il tarixdə ünvan 4 ünvanında MTK- nın ofisində sonuncu ilə görüşüb, ilkin ödəniş adı ilə həmin dövrün məzənnəsi ilə 46609 manat 28 qəpik təşkil edən 30400 ABŞ dolları, 19 iyul 2016-cı il tarixdə ünvan 5 ünvanda yerləşən 1 saylı uşaq poliklinikasında 2000 manat, 06 sentyabr 2016-cı il tarixdə həmin ünvanda 3250 manat, 06 oktyabr 2016-cı il tarixdə həmin ünvanda 2250 manat, 05 noyabr 2016-cı il tarixdə həmin ünvanda 2370 manat, 05 dekabr 2016- cı il tarixdə həmin ünvanda 2350 manat, 28 dekabr 2016-cı il tarixdə həmin ünvanda 5000 manat, 06 fevral 2017-ci il tarixdə həmin ünvanda 2000 manat, 07 mart 2017-ci il tarixdə həmin ünvanda 2000 manat, 05 aprel 2017-ci il tarixdə həmin ünvanda 2000 manat, 05 may 2017-ci il tarixdə həmin ünvanda 3350 manat, 06 iyun 2017-ci il tarixdə həmin ünvanda 2300 manat, 06 iyul 2017-ci il tarixdə həmin ünvanda 3000 manat, 20 iyul 2017-ci il tarixdə həmin ünvanda 1000 manat, 05 avqust 2017-ci il tarixdə həmin ünvanda 3000 manat və 05 oktyabr 2017ci il tarixdə həmin ünvanda 5000 manat pulunu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə külli miqdarda 87479 manat 28 qəpik məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri ilə tam şəkildə təsdiq olunur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs tərəfindən birbaşa Təqsirləndirilən şəxs 87.870 manat məbləğində pul vəsaitinin verilməsi təsdiq olunmuş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də göstərilən məbləğdə pul vəsaitini Zərərçəkmiş şəxs almış və bu pulu məhz ünvan 3 ünvanında inşa edilmiş hündürmərtəbəli binada yerləşən faktiki olaraq Şahid2 mülkiyyətində olmaqla satışda olmayan 444 saylı mənzili satılması məqsədi ilə qəbul etmişdir. Yəni Təqsirləndirilən şəxs faktiki olaraq başqa şəxsin Şahid2 mülkiyyətində olan mənzili Zərərçəkmiş şəxs satacağı barədə yalan vəd vermiş, Zərərçəkmiş şəxs aldığı pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, habelə onun əməllərinə ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bununla da cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, habelə onun törətmiş olduğu cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tam şəkildə əhatə olunduğundan məhkəmə onun əməllərini Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, sağlamlıq vəziyyətini, yaşını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxsunun evli olmaqla, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşını, sağlamlıq vəziyyətini, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin bir qismini ödəməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməli nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməlinin üsulunu və mexanizmini, vurulmuş ziyanın qismən ödənilməsini məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin ediləcək cəza aşağı həddə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək 3 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalı və cəzasının əvvəli onun tutulduğu hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış çıxarışlar cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza xərci olmaması nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin cəzadan çıxılsın və onun üzərində 5 (beş) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-391/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-391/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver