Məhkəmə qərarları › İş №1(101)-392/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-392/2020

21.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-392/2020 21.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), x1 və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x3, dövlət ittihamçıs ı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1978-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Astara rayonunun Kakalos kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda narkotik vasitə hesab edilən heroini və psixotrop maddə hesab edilən metamfetamini əldə edib üstündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 11 oktyabr 2019-cu il tarixdə Astara rayonunda şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından külli miqdarda, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,142 qram, 01 (bir) ədəd bağlamada təmiz çəkisi -35,092 qram, ümumi təmiz çəkisi 35,234 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 02 (iki) ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri – 0,483 qram, 1,001 qram, ümumi təmiz çəkisi – 1,484 qram, 02 (iki) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 35,145 qram, 31,051 qram, ümumi təmiz çəkisi 66,196 qram, cəmi 67,68 qram ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamini 1000 (min) manat pul verərək almaqla əldə etmiş, heroinin 2 qramını istifadə etmək üçün üstündə, qalan hissəsini və metamfetamini isə icarə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı, Az ** UD *** dövlət qeydiyyat nişanlı maşının yük yerində satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 12 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, 2 saylı ünvana qədər satış məqsədi ilə qanunsuz olaraq daşımış, həmin günü saat 19:30 radələrində göstərilən ünvanın qarşısında olduğu zaman Nəsimi RPİ-nin 20-ci PB-nin və PPXB-nün əməkdaşları tərəfindən saxlanılıb, Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasına gətirilib, orada üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən narkotik vasitə olan 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,142 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitəolan heroin, 02 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,483 qram və 1,001 qram,ümumi təmiz çəkisi 1,484 qram ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüş, sonra Bakı şəhəri, Nəsimi rayonu, A.Mirqasımov küçəsi, 3 saylı ünvanda yerləşən 20-ci PB-nin inzibati binasının həyətində saxlanılan həmin avtomobilə baxış keçirilərkən, avtomobilin yük hissəsində olan ehtiyat təkərin yuvasından satış məqsədi ilə qanunsuz olaraq saxladığı 01 (bir) ədəd bağlamada təmiz çəkisi 35,092 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 02 (iki) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 35,145 qram, 31,051 qram,ümumi təmiz çəkisi 66,196 qram ağ rəngli kristal formada psixotrop maddə metamfetamin və “notebook” yazısı olan kardon qutunun içərisində üzərində heroinin və metamafetaminin izləri olan bir ədəd “Uniweigh” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq törətdiyinə görə məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra bir müddət olar ki, psixotrop maddə olan “metamfetamin” və narkotik vasitə olan “heroin”dən istifadə etmişdir. Elə tutulan tarixdə də narkotik sərxoşluğu halında olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Həqiqətən o, 10.10.2019-cu il tarixdə Bakı şəhərində yerləşən “xxxxxxxxxxxxxxxx” MMC-dən “Chevrolet Cruze” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş və həmin avtomaşınla Astara rayonuna getmişdir. Növbəti gün Astara şəhərində təsadüfən müalicəsi ilə bağlı İran İslam Respublikasında olarkən tanış olduğu iranlı ilə rastlaşmış və sonuncudan 1000 manat pul ödəməklə 36 qram heroin və 68 qram metamfetamin əldə etmişdir.üzərində gəzdirdiyi elektron tərəzi ilə aldığı narkotik vasitə heroinin təxminən 2 qrama yaxın hissəsini ayırıb üstündə saxlamış, qalan narkotiki və metamfetamini icarəyə götürdüyü maşının yük yerində gizlətmişdir. 12.10.2019-cu il tarixdə Bakı şəhərinə qayıdaraq özünə məxsus Samsung markalı mobil telefonu təmir etdirmək üçün “Velotrek” ticarət mərkəzinə gəlmiş, telefonu təmir etdirdikdən sonra avtomobilə əyləşmək istədikdə 3 nəfər mülki geyimli və 1 nəfər polis formasında olan şəxslər yaxınlaşıb özlərini təqdim etmiş, ona narkotik vasitəsinin əldə edilməsi, satışında və saxlanılmasında şübhəli olduğunu bildirib polis bölməsinə dəvət etmişlər.Polis bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, vəkil və onu polis bölməsinə gətirmiş polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 2 bükümdə olan, psixotrop maddə olan metamfetamini könüllü olaraq təqdim etmiş,bundan sonra polis əməkdaşları ondan idarə etdiyi avtomobildə narkotik vasitənin olub olmadığını soruşmuş, o, isə avtomobilin yük yerində narkotik vasitələrin olmadığını bildirmiş, lakin polis əməkdaşları ona bildirmişlər ki, idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilməlidir. Eyni şəxslər videoçəkiliş aparılmaqla həmin maşina baxış keçirmiş, avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda olan əl yük hissəsindən 1 ədəd şəffaf sellofonda olan “Limon duzu”, avtomobilin yük hissəsində olan ehtiyyat təkərin yuvasından isə 1 ədəd şəffaf sellofanda gizlətdiyi heroin və metamfetamin aşkar edilərək götürülmüş, həmin sellofanın içərisinə baxış keçirildikdə bir ədəd qırmızı və göy rənglərdən ibarət qutunun içərisindəki “notebook” markalı elektron tərəzi də aşkar edilərək götürülmüşdür. Maşından aşkar olunmuş 2 ədəd bükümlərdə içərisində ağ rəngli spesifik iyə malik olan kristala bənzər maddənin metafetamin olduğunu, digər 1 bükümdə olan qəhvəyi rəngli spesifik iyə malik olan maddənin heroin olduğunu etiraf etmiş, tərəzi isə həmin narkotikləri istifadə edən zaman hissələrə ayırmaq üçün əldə etdiyini bildirmiş, həmçinin narkotik vasitələri Astara şəhərində bir iranlıdan 1000 manata əldə etdiyini bildirmişdir. Ona qarşı istər saxlanılan zaman, istərsə də üzərinə və maşınına baxış keçirilən zaman heç bir təzyiq və fiziki zor tətbiq olunmamışdır. Tərtib olunmuş protokolu da özü könüllü imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tanımışdır. Belə ki, 12.10.2019-cu il tarixdə aldığı əməliyyat məlumatından müəyyən edilmişdir ki, narkotik vasitələrin əldə edilməsi, gəzdirilməsi, eləcə də satışı ilə məşğul olan Anar adlı şəxs hal-hazırda Bakı şəhərində «Velotrek» adlanan ərazidə olmaqla özünü adekvat aparmır. Rəhbərliyə dərhal raportla məruzə etmiş və yaradılmış əməliyyat qrupu ilə birlikdə saat 19:30-da «Velotrek» adlanan əraziyə çıxmış, orada Təqsirləndirilən şəxs idarə etdiyi maşının yanında narkotik sərxoşluq halında görüb özünü və maşını Nəsimi RPİ-nin 20-ci PB-nə gətirmişlər. Bölmədə bölmənin təhqiqatçısı polis baş leytenantı Elşən Rəsulovun rəhbərliyi ilə dəvət olunmuş vəkilin iştirakı ilə öncə xidməti otaqda Anarın üzərinə, sonra isə bölmənin qarşısında dayanacaqda Anarın idarə etdiyi “Chevrolet Cruze” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə hər iki halda videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Üzərinə baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində saxladığı iki ədəd bükülü təqdim etmiş və həmin bükülüdə heroin və metamfetamin olduğunu bildirmişdir. Bundan sonra “Chevrolet Cruze” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin yük yerində ehtiyat təkərin yerindən ağ rəngli selofon aşkar edilmiş, həmin selofonun içərisinə baxış keçirdikdə bir ədəd qırmızı və göy rənglərdən ibarət elektron tərəzi və 3 ədəd şəffaf selofona bükülü narkotik maddəyə bənzər ağ və qəhvəyi rəngli maddələrin olması müəyyən olunmuşdur. Anar aşkar olunmuş əşyalarla bağlı bildirmişdir ki, həmin bükülülərdən 2 ədədinin içində ağ rəngli spesifik iyə malik olan kristala bənzər maddə metafetamin və bir bükümdə qəhvəyi rəngli spesifik iyə malik olan maddə isə heroindir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından Astara rayonunda aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və eyni zamanda avtomobilinə baxış keçirilməsi prosesləri videokamera vasitəsi ilə qeydə alınmış, bu barədə tərtib olunmuş protokola isə bütün iştirakçılar kimi o da imza etmiş, Təqsirləndirilən şəxs qarşı istər saxlanıldığı zaman, istərsə də axtarış keçirildiyi zaman heç bir təzyiq və ya fiziki zor tətbiq olunmamışdır. Məhkəmə iclasında Bakı şəhəri, Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları Şahid2 və Şahid3 verdikləri ifadələrində həmkarları Şahid1 ifadəsində göstərilənləri özlərinə aid hissələrdə bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır və onu heç vaxt görməmişdir. İbtidai istintaqa verdiyi ifadəsi ilə əlaqədar bildirir ki, mülkiyyətində olan “Chevrolet Cruze” markalı Az ** UD *** dövət qeydiyyat nömrə nişanlı avtomobilini 17.08.2019-cu il tarixdə “Elşən Rentacar” x4 5 il müddətinə icarəyə vermişdir. Sonradan ona məlum olmuşdur ki, “Elşən Rentacar” x5 10 oktyabr 2019-cu il tarixdə həmin maşını Təqsirləndirilən şəxs günü 50 manat olmaqla icarəyə vermiş, Təqsirləndirilən şəxs həmin maşınla Astaraya gedib qayıtdıqda polis əməkdaşları tərəfindən saxlanılmış və maşında narkotik vasitəsi aşkar edilərək həm Anar, həm də maşın polis bölməsinə aparılmışdır. Bir neçə gündən sonra maşın ona qaytarılmış, maşın işlək vəziyyətdə olmuş, bu səbəbdən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Əlavə qeyd etmək istəyir ki, maşın QPS naviqasiya sistemi ilə təmin edilmiş, bu səbəbdən maşının yerini müəyyən etmək çox asan olmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, о, əvvəllər Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Hal hazırda DİO-dan xaric olunmuşdur. Astara rayon sakini «Anar» adlı şəxsin Bakı şəhər, Nəsimi rayonu ərazisində mütəmadi olaraq narkotik vasitələrin əldə edilməsi, gəzdirilməsi, eləcə də satışı ilə məşğul olması barədə məlumat əldə etmiş, həmin məlumatı yoxlamaq üçün rəhbərliyə 12.10.2019-cu il tarixdə raportla məruzə etmiş və onun tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna 20-ci PB-nin əməliyyat müvəkkili Şahid1, Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri - Şahid2, Şahid3 da daxil edilmişdir. 12.10.2019-cu il tarixdə saat 19:30-da «Anar» adlı şəxs Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, 2 saylı ünvanda saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilmişdir. Bundan sonra həmin şəxsə narkotik vasitələrin qanunsuz əldə edilməsi, üzərində daşımasında və həmçinin satışı ilə məşğul olmasında şübhəli olduğu və bu səbəbdən üzərinə video çəkilişlə “şəxsi axtarış” keçiriləcəyi bildirilmişdir. Həmin şəxsin şəxsiyyəti müəyyən edilərək Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş və həmn şəxs üzərində şəxsi axtarış aparılmasına, həmçinin avtomobilinə baxış keçirilməsinə etiraz etməmiş və sonra dövlət hesabına vəkillə təmin edilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində saxladığı iki ədəd bükülü təqdim etmiş və həmin bükülüdə heroin və metamfetamin olduğunu bildirmiş, sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, sonuncu üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirmiş, bundan sonra onun üzərində video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı başqa qanunsuz saxanılan əşya aşkar olunmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs istifadəsində olan avtomobildə saxlanılması qanunla qadağan olunmuş əşyası vardırsa könüllü təqdim etməsi bildirildikdə həmin şəxs maşınında heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra “Chevrolet Cruze” markalı **-UD-*** dövlət qeydiyyat nnişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin əl yük hissəsindən limon duzu aşkar edilmiş, həmin limon duzunun hansı məqsədlə avtomobildə gəzdirdiyi barədə xəbər aldıqda Təqsirləndirilən şəxs limon duzunu sadəcə maşınında gəzdirdiyini, lakin istifadə etmədiyini bildirmiş, bundan sonra avtomobilin yük yerinə baxış keçirdikdə ehtiyat təkərin yerindən ağ rəngli selofon aşkar edilmiş, həmin selofonun içərisinə baxış keçirdikdə bir ədəd qırmızı və göy rənglərdən ibarət elektron tərəzi və 3 ədəd şəffaf selofona bükülü narkotik maddəyə bənzər ağ və qəhvəyi rəngli maddələrin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan “Chevrolet Cruze” markalı **-UD-*** dövlət qeydiyyat nnişanlı avtomobildən aşkar edilmiş həmin maddələrlə bağlı soruşulduqda o, həmin bükülülərdən 2 ədədinin içəisində ağ rəngli spesifik iyə malik olan kristalla bənzər maddənin metefetamin olmasını və bir bükümdə qəhvəyi rəngli spesifik iyə malik olan maddənin isə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri haradan və kimdən əldə etməsi barədə maraqlandıqda o, narkotik vaistələri İran İslam Respublikasının vətəndaşından Astara rayonunda aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və eyni zamanda avtomobilinə baxış keçirilməsi prosesləri videokamera vasitəsi ilə qeydə alınmış, bu barədə tərtib olunmuş protokola isə bütün iştirakçılar kimi o da imza etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkilinin Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nin rəisinə ünvanlanan 12.10.2019-cu il tarixli raportundan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Anar” adlı şəxsin mütamadi olaraq narkotik vasitələr əldə etməsi və onun qəbulu ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə 12.10.2019-cu il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində “Anar” adlı şəxsi, 1978-ci il təvəllüdlü, Astara rayonu, Kakalos kəndində qeydiyyatda olan Əliyev x7 rayonu, A.Mustafayev küçəsi, 2 saylı ünvanda yerləşən «Kəndimiz» bazarının dayanacağında “Chevrolet Cruze” markalı, Az ** UD *** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Məhkəmədə tədqiq olunmuş «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 12.10.2019-cu il tarixli protokoldan və həmin baxışa aid videogörüntüdən müəyyən olunur ki, Əliyev x7 RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən 12.10.2019-cu il tarixdə, saat 19:30 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsi 2 saylı ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilmiş, videoçəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən özünə məxsus AE 534026 saylı sürücülük vəsiqəsini, AA ******* saylı şəxsiyyət vəsiqəsini, Samsung markalı ağ rəngli ***********72245* və ***********72243* imey kodlu mobil telefonu, gödəkçənin sol iç cibindən 02(iki) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etmişdir. Onun üzərindən başqa qeyri-qanuni maddə və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs gödəkçəsinin sol iç çibindən çıxararaq könüllü təqdim etdiyi bükülü açıldıqda içərisində narkotik vasitəyə bənzər ağ rəngli kristalvari maddə aşkar edilmiş, bundan sonra həmin bükülülər zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə tədqiq olunmuş “avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 12.10.2019-cu il tarixli protokoldan və həmin baxışa aid videogörüntüdən müəyyən olunur ki, Əliyev x7 RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən 12.10.2019-cu il tarixdə, saat 19:30 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsi 2 saylı ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilmiş, Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasında yəni Nəsimi rayonu, Mirqasımov küçəsi 3 saylı ünvanda Təqsirləndirilən şəxs “xxxxxxxxxxxxxxxx” MMC-dən icarəyə götürdüyü “Chevrolet Cruze” markalı **-UD-*** dövlət nömrə nişanlı avtomobilə videoçəkilişlə keçirilmiş baxış zamanı şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-UD-*** dövlət nömrə nişanlı avtomobildə hər hansı bir dövriyyəsi qanunla qadağan olunmuş və məhdudlaşdırılmış əşyanın olub-olmaması soruşulmuş və sonuncu avtomobildə qeyri-qanuni heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra avtomobilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin salonunda olan əl yük hissəsindən “Limon duzu” aşkar edilmişdir. Avtomobilin yük hissəsində olan ehtiyat təkərin yuvasından ağ rəngli sellofan aşkar edilmişdir. Həmin sellofanın içərisinə baxış keçirildikdə sellofanın içərisində bir ədəd qırmızı və göy rənglərdən ibarət qutunun içərisində “UNİWEİGH ” markalı elektron tərəzi və 3 ədəd şəffaf sellofana bükülmüş narkotik maddəyə bənzər ağ və qəhvəyi rəngli maddələrin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş 02(iki) ədəd bükülünün psixotrop maddə metamfetamin olduğunu, 01(br) ədəd bükülünün isə narkotik vasitə heroin olduğunu bildirmiş, həmin narkotik vasitəni və psixotrop maddələri Astara rayonunda İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Bundan sonra avtomobilin salonundan aşkar olunmuş limon duzu, avtomobilin yük yerindən aşkar olunmuş həmin bükülülər zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərin və nəqliyyat vasitəsinə baxışla bağlı CD-də əks olunmuş videogörüntülər nümayiş olunmuş, Təqsirləndirilən şəxs həmin görüntülərin həqiqi olmasını, orada əks olunmuş halların düzgün olduğunu bildirmişdir. Məhkəmədə tədqiq olunmuş «şübhəli şəxsin tutulması haqqında» 12.10.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14.10.2019cu il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 oktyabr 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEMnin 13.10.2019-cu il tarixli, 25650 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən Vət.Təqsirləndirilən şəxs üzərndən....» yazılar və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi - 0,142 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 02 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,483 qram və 1,001 qram, ümumi təmiz çəkisi 1,484 qram ağ rəngli kristal formada maddə metamfetamindirlər. Tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs idarə etdiyi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bağlamada təmiz çəkisi 35,092 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 02 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 35,145 qram və 31,051 qram, ümumi təmiz çəkisi – 66,196 qram ağ rəngli kristal formada maddə – metamfetamindir. Metamfetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. Tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs idarə etdiyi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bağlamadakı təmiz çəkisi – 18,896 qram ağ rəngli kristalşəkilli maddə limon turşusudur. Limon turşusu narkotik vasitələr psixotrop maddələrin siyahısına daxil deyildir. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji x9 Narkoloji tibbi yoxlamanın 12.12.2019-cu il tarixli, 2946 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfeetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik x6 Məhkəmə Psixiatrik Ekspertizasının 20.10.2019-cu il tarixli, 2182 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur. Emosional iradı sferasında, hərəkət və davranışın iradı olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hadisələr baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradı nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman gücli ruhi həyəcan vəziyyətində olmamışdır. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEMnin 14.11.2019-cu il tarixli, 27021 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “notebook” yazısı olan bir ədəd kardon qutunun içərisindəki bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün tədqiqata təqdim edilmiş digər zərfdəki heroinlər və metamfetaminlərlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Limon duzunun izləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən çıxan maddə....” və “Vət.Təqsirləndirilən şəxs idarə etdiyi.....” sözlər və imzalar olan zərfdəki ümumi sayı 2 ədəd bükümdə olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş “Vət.Təqsirləndirilən şəxs üzərindən çıxan maddə....” və “Vət.Təqsirləndirilən şəxs idarə etdiyi.....” sözlər və imzalar olan zərfdəki ümumi sayı 4 ədəd bükümdə olan metamfetaminlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmədə tədqiq olunmuş “axtarış və götürmə aparılması barədə» 28.12.2019cu il tarixli qərardan müəyyən olunur ki, təqsirəndirilən şəxsin yaşadığı Astara rayonu, Kakalos kəndində yerləşən evinə baxış keçirilmiş, mənzildə heç bir qanunusuz əşya, predmet, narkotik vasitələr və psixotrop maddələr aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 10.01.2019cu il tarixli qərardan müəyyən olunur ki, iş üzrə maddi sübutlar kimi tanınmış, ekspertiza tədqiqatında sonra qalıq qalmış 35,034 qram heroin, 67,38 qram metamfetamin, 18,846 qram limon turşusu saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Pİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10.11.2015-ci il tarixli hökmü ilə CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum edilmiş, 26.04.2018-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin qərarı ilə əməli CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, 22.06.2018-ci il tarixli Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin qərarı ilə 9 ay 19 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Belə olan halda Təqsirləndirilən şəxs məhkumlluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs icarəyə götürdüyü avtomobildə və üstündən götürülmüş narkotik vasitənin miqdarı ekspertiza tədqiqatında sonra qalıq qalmış 35,234 qram heroin, 67,68 qram metamfetamin külli miqdar əlamətindən dəfələrlə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin və metamfetamin şəxsi istehlak miqdarından və külli miqdardan dəfələrlə artıqdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə barəsində ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Belə olan halda Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildikdə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri tətbiq edilməklə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Nəsimi RPİ-nin Növbətətçi hissəsinə təhvil verilmiş tədqiqatdan sonra çəkisi 35,034 qram heroin, 67,38 qram metamfetamin, 18,846 qram limon turşusu məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 130 (yüz otuz manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi qıızı müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçiMüdafiəçi üçün 90 AZN (doxsan manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətətçi hissəsinə təhvil verilmiş tədqiqatdan sonra çəkisi 35,034 qram heroin, 67,38 qram metamfetamin, 18,846 qram limon turşusu məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 130 (yüz otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Cöstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 90 AZN (doxsan manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar