Məhkəmə qərarları › İş №1(101)-392/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-392/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-392/2021 17.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri «Mərkəz» saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, E.Məhərrəmli küçəsi ev 42-də qeydiyyatda olmuş və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edərək gəzdirmiş və təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, həmçinin şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib, saxlayaraq daşımışdır, Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağını əldə edib üzərində gəzdirmiş və həmçinin istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə 0, 025 qram olan narkotik vasitə heroini əldə üzərində saxlayıb daşıyaraq idarə etdiyi VAZ-2107 markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin saxlanc yerində gizlətmiş, 26 fevral 2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxozu, H,Cavid küçəsində həmin avtomobillə dayanarkən şübhəli bilindiyi üçün orada xidmət aparan Azərbaycan Respublikası DİN-in X5 8-ci polis bölməsinin əməkdaşlarının ona yaxınlaşmasını görüb qaçsa da, Sabunçu RPİ-nin 12-ci PŞ-də təqdim edilmiş VAZ 2107 markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilmiş baxış zamanı içərisindən 1 (bir) ədəd siqaretin qara rəngli iç kağızına bükülmüş təmiz çəkisi 0,025 qram olan narkotik vasitə heroin, içərisində narkotik vasitə olan heroinin izləri olan 2 ədəd 1 ml-lik şpris və 1 ədəd soyuq silah hesab edilən bıçaq aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə külli miqdarda 19 bükümdə 3,838 qaram narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda 3 bükümdə 0,292 qram psixotrop maddə olan metanfetamini 19.06.2020-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində tanışı Şahid2 140 manata almaqla qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, narkotik vasitə heroinin 0,177 qram olan bir bükümünü 21.06.2020-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 1 ünvanındakı evin qarşısında “VAZ 2106” **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində tanışı Şahid1 əvəzsiz olaraq vermiş və həmin vaxt Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən satış məqsədi ilə narkotik vasitələri qanunsuz əldə etmə, daşıma və satmaqda şübhəli bilindiyindən və axtarışda olması səbəbindən saxlanılaraq Şahid1 ilə birlikdə Sabunçu RPİ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən plastik qabın içində olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 1,013 qram, 0,872 qaram, 0,222 qram 0, 280 qram olan 4 (dörd) ədəd şəffaf polietilen bükümlərdə ümumi təmiz çəkisi 2,387 qram, ayrı- ayrılıqda təmiz çəkiləri 0,071 qram, 0,094 qram, 0,048 qram, 0,098 qram, 0,034 qram, 0,127 qram, 0,076 qram, 0,127 qram, 0,067 qram, 0,269 qram, 0,062 qram, 0,050 qram, 0,105 qram, 0,046 qram 14 (on dörd) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 1,274 qram, ümumilikdə 18 (on səkkiz) ədəd bükümdə ümumi təmiz çəkisi 3,661 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 0,099 qram, 0,085 qram, 0,108 qram olan 3 (üç) ədəd gümüşü rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 0, 292 qram şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin Şahid1 üzərindən 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,177 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 19.06.2020-ci il tarixində saat 20 radələrində Qala Ramanı qəsəbəsinə getmişdir. Orada tanıdığı, Hüseynqulu adlı şəxsdən satış məqsədi ilə ümumilikdə 140 manat verib 19 bükümdə narkotik vasitə heroin və 3 bükümdə narkotik vasitə metafetamin (kristal) almışdır. Həmin heroinin bir qismini özü istifadəsi üçün digər qismini isə hər bir xırda bükümü 10 manat satmaq üçün əldə etmişdir. 21.06.2020-ci il tarixdə saat 15:30-da əvəllər tanıdığı və evində usta kimi işləyən Nicat yaşadığı evə gəlib onu evdən çağırmışdır. O evdən çıxıb Nicatı “Vaz-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə oturmağı bildirmişdir. Nicat evində işlədiyi vaxt onun Nicata 40 manat borcu yaranmışdır. Nicatın xahişi ilə o təmənnasız ona bir bükümdə heroini vermişdir. Qalan bükümlər isə cibində plastik qabın içərisində qalmışdır. Elə bu vaxt üç nəfər mülki geyimdə polis işçiləri onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onları Sabunçu RPİ-yə getməklərini bildirmişlər. Onlar Kamranın avtomobilinə əyləşib X4 RPİ-yə sürdürmüşlər. Yolda ona diqqət yetirdikləri üçün cibində olan heroinləri tullaya bilməmişdir. İdarədə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o əynində olan tünd qara rəngli şalvarının sol yan cibində plastik qabda saxladığı siqaretin gümüşü bükümündəki və politilen kəsiyindəki narkotik vasitə olan heroinlə metafetamini masa üzərinə qoymuşdur. Bundan sonra, şalvarının cibindəki əşyaları, yəni, mobil telefonla iki qutu siqareti təqdim etmişdir. Üzərinə şəxsi axtarış zamanı aşkar edilən siqaret özünə qaytarılmışdır. Üzərindən aşkar edilən narkotik vasitələr qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışdır. Bundan sonra idarənin həyətində olan avtomobilinə baxış keçirildikdə avtomobilin saxlanc yerində inyeksiyə şprisləri aşkar edilmişdir. Həmin şprislərlə o narkotik vasitə heroini damarına vurub qəbul etmək üçün alıb saxlamışdır. Həmçinin avtomobildən aşkar olunan bıçaq ona məxsus olmuşdur, tutulmaqdan qorxduğu üçün istintaq orqanının çağırışlarına gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə hesab edilən heroinin aşkar edilməsi ilə bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır onun evində təmir işləri apardığı üçün ona ödənilən puldan zəhmət haqqı olaraq 40 manat borclu qalmışdır. 21.06.2020-ci il tarixində, saat 15:30-da Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, 42 nömrəli evin qarşısına gəlib Kamranı evdən çağırmışdır. Kamranda narkotik vasitə heroinin olduğunu bilib ondan heroini istəmişdir. Kamran evdən çıxıb evin qarşısında saxladığı və Kamrana məxsus olan “Vaz-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə onunla birlikdə əyləşmişdir. Kamran ona maşında bir ədəd siqaretin gümüşü kağazı bükümündə heroini təmənnasız vermişdir. O nrkotik vasitəni alıb siqaretin içərisinə qoyaraq şalvarının sağ cibinə qoymuşdur. Elə bu vaxt üç nəfər mülkü geyimdə polis işçiləri onlara yaxınlaşmış özlərini təqdim etdikdən sonra onlarla birlikdə Sabunçu RPİ-yə getmələrini təklif etmişlər. Nicat və Kamran şübhə yaranmsın deyə onların təklifini qəbul etmişlər. Onlarla avtomobilə əyləşib Sabunçu RPİ-yə gəlmişlər. Yolda ona diqqət yetirdikləri üçün cibində olan heroini tullaya bilməmişdir. İdarədə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin içərisində, siqaretin gümüşü bükümündəki narkotik vasitə olan heroini masa üzərinə qoymuşdur. Bundan sonra şalvarının cibindəki əşyaları, yəni mobil telefonunu təqdim etmişdir. Üzərinə şəxsi axtarış zamanı aşkar edilən mobil telefonu və bir manat pulu özünə qaytarılmışdır. Üzərindən aşkar edilən narkotik vasitə olan heroin qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 21 iyun 2020-ci il tarixdə saat 16 radərində Sabunçu RPİ-nin İstintaq şöbəsi tərəfindən ********* nömrəli cnayət işi üzrə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə axtarışda olan Təqsirləndirilən şəxs, o, NMB-nin əməkdaşları olan Şahid5 və X3 tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə saxlama, daşıma və satmada şübhəli bilinərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, E.Məhərrəmli küçəsində yerləşən 42 nömrəli evin qarşısında “VAZ-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə Şahid1 və Təqsirləndirilən şəxs saxlanaraq idarə etdiyi avtomobil ilə birlikdə idarəyə gətirilmiş və üzərlərinə axtarış keçirilmişdir. İdarədə şəxsi axtarış keçirilən zaman ilk əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o əynində olan tünd qara rəngli şalvarının sol yan cibində plastik qabda saxladığı siqaretin gümüşü bükümündəki və politilen kəsiyindəki narkotik vasitə olan heroinlə metafetamini masa üzərinə qoymuşdur. Bundan sonra, şalvarının cibindəki əşyaları, yəni, mobil telefonla iki qutu siqareti təqdim etmişdir. Üzərinə şəxsi axtarış zamanı aşkar edilən siqaret özünə qaytarılmışdır. Üzərindən aşkar edilən narkotik vasitələr qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Bundan sonra idarənin həyətində olan avtomobilə baxış keçirildikdə avtomobilin saxlanc yerində inyeksiyə şprisləri aşkar edilmişdir. Həmin şprislərlə Kamran narkotik vasitə heroini damarına vurub qəbul etmək üçün alıb saxladığını bildirmişdir. İdarədə Şahid1 şəxsi axtarış keçirilən zaman ilk əvvəl ona üzərində olan əşyaları özünün təqdim etməyi təklif edildi. Bu səbəbdən o əynində olan göy rəngli cins şalvarımın sağ yan cibindən siqaretin içərisində, siqaretin gümüşü bükümündəki narkotik vasitə olan heroini masa üzərinə qoymuşdur. Bundan sonra şalvarının cibindəki əşyaları, yəni mobil telefonunu təqdim etmişdir. Üzərinə şəxsi axtarış zamanı aşkar edilən mobil telefonu və bir manat pulu özünə qaytarılmışdır. Üzərindən aşkar edilən narkotik vasitə olan heroin qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o, Şahid3 və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələri Şahid2 ələ etməsi müəyyən olunmuşdur. 22.06.2020-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əsədullayev küçəsində Şahid2 qaçmaq istəyərkən tərəflərindən saxlanılmış və Sabunçu RPİ-nə gətirilmişdir. Sorğu zamanı, o, Təqsirləndirilən şəxslə 19.06.2020-ci il tarixdə Ramana qəsəbəsində zəngləşib görüşdüyünü və ona 140 manat müqabilində narkotik vasitə heroin və narkotik vasitə “şüşə” adlanan metafetamin satdığını bildirmişdir. Şahid2 evində narkotik vasitə saxlamışdır, lakin axtarış keçirilən zaman aşkar olunmamışdır üzərində olanları da satdığı üçün üzərində də narkotik vasitə qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdi. Şahid5 istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid3 ilə eyni məzmunlu ifadələr verərək həmin xüsusatları bir daha təsdiq etmişdir (cild 2, i.v.61-68); Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 26 fevral 2020ci il tarixdə gecə saat 03 radələrində inzibati ərazidə Əlahiddə X5 8-ci patrul bölüyünün polis nəfərləri Şahid9 və Elvin Qarsalanzadə ilə birlikdə xidmət apararkən vətəndaş tərəfindən onlara məlumat verilmişdir ki, Sovxoz Ramanı qəsəbəsi, H.Cavid küçəsində VAZ 2107 markalı 10-OH- 569 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində 3 nəfər şübhəli şəxs var. Onlar həmin yerə yaxınlaşmış avtomobilə yaxınlaşan zaman həmin şəxslər avtomobildən düşərək qaçmışlar. Onlar dərhal Sabunçu RPİ-nin növbətçi hissəsinə məlumat vermişlər, oradan onlara bildirilmişdir ki, həmin avtomobili 12-ci PŞ-nə təmin edin. Həmin vaxt ərzində onlar avtomobilə heç bir müdaxilə etməmişlər daha sonra Sabunçu RPİ-nin göndərdiyi evakuatora avtomobili yükləyib onların müşayətiylə 12-cİ PŞ-nə təmin etmişlər. 12-ci PŞ-də təqdim edilmiş VAZ 2107 markalı, **- OH-*** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilmiş baxış zamanı avtomaşından 1 (bir) ədəd siqaretin qara rəngli iç kağızına bükülmüş narkotik vasitə heroin, içərisində narkotik vasitə olan heroinin izləri olan 2 ədəd 1 ml-lik şpris və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid8 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o əvvəllər məhkum olunmamışdır. Narkotik vasitələrdən, yəni heroindən və metafetamindən 5 il olarki iynə ilə vurmaqla istifadə edir. Təqsirləndirilən şəxs yaşadığı Ramana qəsəbəsindən narkotik istifadə edən şəxs kimi tanımış və aralarında normal münasibətləri olmuş, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Son iki aydır ki, o ucuz qiymətə Ramana qəsəbəsinən tanıdığı “Xosrov” adlı şəxsdən əldə etidiyi narkotikləri hər qramını 10 manat bahasına satmaqla narkotik vasitələrin satışı ilə məşğul olur, lakin onun narkotik satmağından ailə üzvlərinin xəbəri olmamışdır. O əsasən kakos adlanan heroinin satışı ilə məşğul olur, belə ki, heroini 30 manata Xosrovdan alıb istəyən şəxslərə 40 manata satır, həm də özü də istifadə edir. O, sonuncu dəfə 19.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Ramana qəsəbəsində zəngləşib görüşmüş və ona 140 manat müqabilində narkotik vasitə heroin və narkotik vasitə “şüşə” adlanan metafetamin satmış və çıxıb getmişdir. Daha sonra, 22.06.2020-ci il tarixdə saat 01 radələrində o Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əsədullayev küçəsi nömrəsiz evdə yatan zaman qapı döyülmüş və o şübhələnmişdir ki, onun narkotik satmağına görə polislər gəlib. Bu səbəbdən evin arxa tərəfinə açılan pəncərədən hopbanıb getmək istəyəndə orada iki nəfər mülki geyimli özlərini Sabunçu RPİ- nin NMB-nin əməkdaşları kimi təqdim edən polis əməkdaşları tərəfindən saxlanıldığı üçün müqavimət göstərməmiş və onlarla birlikdə Sabunçu RPİ-nə gətirilmişdir. O, evində narkotik vasitə saxlamışdır, üzərində olanları da satdığı üçün üzərində də narkotik vasitə qalmamışdır. Şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilən ifadəsində göstərmişdir ki, 27 fevral 2020-ci il tarixdə səhər saat 09 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində evə çörək almaq üçün marketə yaxınlaşan zaman polis əməkdaşları ona yaxınlaşaraq Sabunçu RPİ-nin 12-ci PŞ-də şübhəli olan avtomobilə baxış keçirilməsi zərurəti yarandığını və onunda həmin baxışda iştirak etməyini xahiş etmişlər. O bunu bir vətəndaşlıq borcu olduğunu onlara bildirərək baxışda iştirak edəcəyini bildirmiş və polis əməkdaşları ilə birlikdə 12-ci PŞ-nə getmişlər. O orada olan zaman ondan başqa bir neçə polis əməkdaşı və hal şahidi qismində iştirak etmək üçün əvvəllər tanımadığı bir şəxsdə orada olmuşdur. 27 fevral 2020-ci il tarixdə saat 09 radələrində 12-ci PŞ-nin həyətində VAZ 2107 markalı, **-OH- *** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilmiş baxış zamanı avtomaşından 1 (bir) ədəd siqaretin qara rəngli iç kağızına bükülmüş narkotik maddə, 1 ədəd limon duzu, içərisində narkotik vasitə izləri olan 2 ədəd 1 ml-lik şpris və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.(cild 2, i.v.7-9); Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid7lə eyni məzmunlu ifadə verərək həmin xüsusaatları bir daha təsdiq etmişdir(cild 2, i.v.4-6); Cinayət işinin 1-ci cildinin 60-65-ci vərəqlərində olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 22 iyun 2020-ci il tarixli 6/1147 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində”Təqsirləndirilən şəxs yazısı olan zərfdəki, 4 (dörd) ədəd şəffaf polietilen bükümlərdə ümumi təmiz çəkisi 2,387 qram, 14 (on dörd) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 1. 277 qram, ümumilikdə 18 (on səkkiz) ədəd bükümlərdə olan ümumi təmiz çəkisi 3,661 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir və 3 (üç) ədəd “gümüşü rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 0,292 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 9 (doqquz) ədəd 1 ml-lik şpirislərin içərisində narkotik və ya psixotrop maddələrin izləri yoxdur və 1 ədəd zavod üulu ilə qablaşdırılmış, tamlığı pozulmamış ampuladakı “novokain” adlı dərman preperatı 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşırılmış və nəzarət edilən narkotik vasitələrin,psixotrop maddələrin habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursolarının” və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahılarına daxil deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”-in, metafetamin, “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildirlər. Cinayət işinin 1-ci cildinin 124-cü vərəqində olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 21 iyun 2020-ci il tarixli 1/3448 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidikdə MOP müsbət heroin aşkar edilmişdir. Cinayət işinin 1-ci cildinin 125-127-ci vərəqlərində olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 aprel 2020-ci il tarixli 6/148 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “VAZ 2107” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüş..” yazısı olan 2 ədəd zərfdə. Bir ədəd bükümdə. Təmiz çəkisi 0,025 olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 2 ədəd 1 ml-lik şpirislərin içərisində narkotik vasitə olan heroinin izləri vardır. Zərfdə olan ağ rəngli kristallardan ibarət maddə narkotik və psixotrop maddələrə aid omayan limon turşusudur. 2 ədəd 1 ml-lik heroin iz şəklində olduğu üçün, bükümdəki heroinlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Cinayət işinin 1-ci cildinin 128-131-ci vərəqlərində olan məhkəmə ballistik və trasoloji ekspertizasının 08 aprel 2020-ci il tarixli 3/76 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Cinayət işinin 2-ci cildinin 72-73-cü vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 05 avqust 2020-ci il tarixli 2115 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 55-ci vərəqində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş , 4 (dörd) ədəd şəffaf polietilen bükümlərdə ümumi təmiz çəkisi 2, 387 qram, 14 (on dörd) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 1. 277 qram, ümumilikdə 18 (on səkkiz) ədəd bükümlərdə olan ümumi təmiz çəkisi 3,661 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 3 (üç) ədəd “gümüşü rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 0, 292 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, vətəndaş Şahid1 üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi 0,177 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, “VAZ 2107” markalı **- OH-*** dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüş..” yazısı olan 2 ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,025 olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin avtomobildən aşkar edilmiş soyuq silah hesab edilən 1 (bir ədəd) bıçaq cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatında istifadə olunmuşlar nəzərə alınmaqla, hazırda qalıq qalmış 18 ədəd bükümdə ümumi qalıq çəkisi 3,461 qram olan narkotik vasitə heroin və 3 ədəd bükümdə ümumi qalıq çəkisi 0,202 qram psixotrop maddə olan metafetamin, 1 bükümdə qalıq çəkisi 0, 127 qram olan narkotik vasitə heroin, “VAZ 2107” markalı 10- OH-569 dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüş..” 1 bükümdə qalıq çəkisi 0,015 qram narkotik vasitə heroin, həmin avtomobildən aşkar edilmiş soyuq silah hesab edilən 1 (bir) ədəd bıçaq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi nəzərə alınmışdır. Şəxsi axtarış keçirilən zaman görüntüləri əks etdirən 02 ədəd DVD disk cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etiyindən maddi sübut kimi tanınmışdır. İş üzrə maddi subut olan DVD disklərə məhkəmə iclasında baxış keçirilmişdir.DVD disklərdə olan görüntülər işin hallarına uyğundur. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ifadəsini, CPMin 144-146-cı maddəsinə əsasən isə şərh olunan şahid ifadələrini, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut qismində qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1 ci cildinin 7, 210-216-ci vərəqlərində olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2020-ci il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 16-cı vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 12-13-cü vərəqində olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır. Himayəsində 2 nəfər azyaşlı uşağının olması, əməlindən səmimi peşman olması və məhkumluğunun olmaması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 21 iyun 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 05 avqust 2020-ci il tarixli 2115 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 292,00 (iki yüz doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar-Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 4 (dörd) ədəd şəffaf polietilen bükümlərdə ümumi təmiz çəkisi 2,387 qram, 14 (on dörd) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 1,277 qram, ümumilikdə 18 (on səkkiz) ədəd bükümlərdə olan ümumi təmiz çəkisi 3,661 qram , qalıq çəkisi 3,461 qram narkotik vasitə-heroin və 3 (üç) ədəd "gümüşü rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 0, 292 qram, qalıq çəkisi 0,202 qram psixotrop maddə olan metafetamin, vətəndaş Şahid1 üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi 0,177 qram, qalıq çəkisi 0, 127 qram narkotik vasitə heroin, “VAZ 2107” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüş..” yazısı olan 2 ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,025 olan, qalıq çəkisi 0,015 qram narkotik vasitə heroin, həmin avtomobildən aşkar edilmiş soyuq silah hesab edilən 1 (bir ədəd) bıçaq məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, şəxsi axtarış keçirilən zaman görüntüləri əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərdikləri hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Müdafiəçi1 üçün 420 (dörd yüz iyirmi manat) Bakı şəhəri "Mərkəz" saylı Vəkil bürosunun nəfinə ödənilsin. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il (03) üç ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 21 iyun 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 292,00 (iki yüz doxsan iki) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 4 (dörd) ədəd şəffaf polietilen bükümlərdə ümumi təmiz çəkisi 2,387 qram, 14 (on dörd) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 1,277 qram, ümumilikdə 18 (on səkkiz) ədəd bükümlərdə olan ümumi təmiz çəkisi 3,661 qram , qalıq çəkisi 3,461 qram narkotik vasitə-heroin və 3 (üç) ədəd "gümüşü rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 0, 292 qram, qalıq çəkisi 0,202 qram psixotrop maddə olan metafetamin, vətəndaş Şahid1 üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi 0,177 qram, qalıq çəkisi 0, 127 qram narkotik vasitə heroin, “VAZ 2107” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüş..” yazısı olan 2 ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,025 olan, qalıq çəkisi 0,015 qram narkotik vasitə heroin, həmin avtomobildən aşkar edilmiş soyuq silah hesab edilən 1 (bir ədəd) bıçaq məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, şəxsi axtarış keçirilən zaman görüntüləri əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərdikləri hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Müdafiəçi1 üçün 420 (dörd yüz iyirmi manat) Bakı şəhəri "Mərkəz" saylı Vəkil bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Eldar Mikayılov

3. Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar