Məhkəmə qərarları › İş №1(101)-392/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-392/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-392/2023 19.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1976-cı ildə Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Neftçala rayonu, Bankə qəsəbəsi, S.Vurğun küçəsi 303-də qeydiyyatda olan, ünvan 1, mənzil 40-da yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 10 ədəd bükümdə ümumi çəkisi 11,024 qram olan ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 29 iyun 2022-ci il tarixdə saat 12:15 dəqiqədə ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci polis bölməsinə aparılmış və orada təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,642 qram; 2,209 qram; 2,543 qram; 0,474 qram; 0,469 qram; 0,866 qram; 0,422 qram; 0,489 qram; 0,441 qram; 0,469 qram, ümumi təmiz çəkisi 11,024 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, səhər saatlarında işə getdiyi zaman mülki geyimli şəxs ona yaxınlaşaraq adının Təqsirləndirilən şəxs olub-olmamasını soruşmuş, o, Təqsirləndirilən şəxs olduğunu təsdiq edib salam vermək üçün əlini uzatmışdır. Bu zaman həmin şəxs onun qollarına qandal vuraraq zorla avtomobilə mindirib, polis idarəsinə aparmışlar. İdarədə onu şiddətli şəkildə döyərək qarşısına qoyduqları narkotik vasitələri üzərinə götürməsini tələb etmişlər. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Özü ev tikinti-təmir ustasıdır, zəhmət və əziyyət ilə işləyib ailəsinə çörək aparmışdır. Əvvəllər narkotik vasitədən ümumiyyətlə istifadə etməmiş, bu yolun yolçusu olmamışdır. Son bir-iki ay müddətdir ki, gecə tikintidə usta işlədiyi üçün yuxusu gəlməsin deyə psixotrop maddə metamfetamindən istifadə etmiş, həmin maddədən istifadə etmə səbəbi, gecə işlədiyi üçün yuxusunun gəlməməsi və yorğunluğunun aradan qaldırılması olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, tikinti-təmir ustası işləyir, fərdi qaydada ev tikintisi və təmiri ilə məşğul olur. Saxlanılmamışdan öncə Qaraçuxur qəsəbəsində ev təmir etmişdir, özü də ailəsi ilə bir yerdə Qaraçuxur qəsəbəsində yaşamışdır. Həftədə bir gün psixotrop maddədən istifadə etmişdir. Həmin maddəni çox aşağı dozada qəbul etmişdir. Belə ki, bir qram metamfetamini bir ay müddətində istifadə etmişdir. Tutulmamışdan əvvəl təxminən iki-üç ay olar ki, istifadə etməyə başlamış, metamfetamini «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə əldə etmişdir. «İnstagram»da olan mobil nömrə ilə əlaqə saxlayaraq metamfetamini sifariş vermiş, bu müddət ərzində cəmi bir dəfə metamfetamin almışdır. Eşitmişdir ki, metamfetamin insan bədənindəki yorğunluğu aradan qaldırır. Ona görə də işin yorğunluğunu götürsün deyə istifadə etmişdir. Metamfetamini 25 manat müqabilində almış, onu falqanın üzərində yandıraraq nəfəsinə çəkməklə istifadə etmişdir. Saxlanılan zaman üzərində çox az miqdarda metamfetamin olmuşdur. Aldığı miqdardan xeylisini artıq istifadə etmiş, üzərində çox az miqdar qalmışdır. Polis işçiləri onu saxladıqdan sonra 13-cü polis bölməsinə gətirmiş, orda 13-cü bölməsi onların ərazisi olmadığı üçün onu qəbul etməmiş, bundan sonra onu 32-ci polis bölməsinə aparmışlar. 32-ci polis bölməsində onu döymüşlər, sənədləri qarşısına qoymuşlar və həmin sənədləri imzalamağa onu məcbur etmişlər. Tutulduğu gün üzərinə baxış keçirilmişdir. Təhqiqatçı bir kibrit qutusu narkotik vasitəni cibinə qoymuş və guya ona məxsus imiş kimi çəkiliş zamanı cibindən çıxarmasını tapşırmışdır. Tutulan zaman üzərində bir bükümdə, təxminən yarım qram psixotrop maddə olmuş, polis əməkdaşları həmin maddəni video çəkiliş keçirilməzdən əvvəl onun üzərindən aşkar edib götürmüşdür. Bölmədə olarkən təhqiqatçı üzərindən aşkar edilmiş həmin bükümü də, digər bükümlərlə birlikdə kibrit qutusunun içinə yerləşdirib, onun cibinə qoymuşdur. Ona məxsus olan həmin yarım qram psixotrop maddənin olduğu bükümün də digər bükümlərlə birlikdə yenidən onun cibinə qoyulduğuna əmindir, bunu öz gözləri ilə görmüşdür. Müstəntiqlə müvəqqəti saxlama yerində görüşmüş, müstəntiqə onu döydüklərini demiş və ona müvafiq şikayətlərini bildirmişdir. Cinayət işinin materiallarında guya 29 iyun 2022-ci il tarixində tutulduğu qeyd olunsa da, o faktiki olaraq 27 iyun 2022-ci il tarixdə tutulmuşdur. Saxlanıldıqdan iki gün sonra İstintaq Təcridxanasına göndərilmiş, istintaq dövründə ifadə verərkən ona qarşı göstərilmiş zor və işgəncələr səbəbi ilə özündə olmamışdır. İstintaq Təcridxanasına daxil olarkən aldığı xəsarətlərlə əlaqədar yoxlama keçirilmiş, qabırğalarının sınması və aldığı xəsarətlərlə əlaqədar ona müalicə təyin olunmamış, saxlanıldığı kamera şəraitində müalicə almışdır. Qabırğaları da öz-özünə bitişmişdir. X2 aparılan zaman üzərində olan xəsarətlərlə əlaqədar onu təcridxanaya qəbul etmək istəməmişlər. Döyüldüyü üçün bədəninin müxtəlif yerlərində, o cümlədən görünən yerlərdən alnında xəsarət olmuş, belə ki, onu döydükləri üçün əllərini başına tutmuş və qolundakı qandalın dəmiri onun alnına batmış və alnında yara əmələ gələrək qanamışdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İyun ayının sonlarında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlamışlar, şəxsi axtarış aparılması üçün Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs üzərində video çəkiliş aparmaqla şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından «whatsapp» vasitəsi ilə əlaqə saxlayaraq almışdır. Həmin psixotrop maddə qablaşdırılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsin saxlanıldığı tarixi dəqiq xatırlamır, təxminən iyun ayının sonlarında saxlamışlar. Təqsirləndirilən şəxs saxlayanda 28-29 iyun tarixləri olardı. Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində küçədə saxlamış, saxlanılarkən heç bir müqavimət göstərməmiş, özü etiraf etmişdir ki, narkotik vasitələri alıb-satır. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara bildirmişdir ki, narkotik vasitələri deyilən ünvanlara yerləşdirir və bunun müqabilində pul alır. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir zorakılıq hərəkəti olmamışdır. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Əməliyyat məlumatı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuşdur. Şəxsi satış əsnasında saxlamaları mümkün olmamış, çünki satış yalnız telefon vasitəsi ilə, ünvana yerləşdirmə yolu ilə aparılmışdır. Şəxsi itirə biləcəklərini düşündükləri üçün təxirəsalınmaz əməliyyat tədbiri keçirərək onu saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilən istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan cinayət işinin icraata qəbul edilməsi qərarından, Baş Narkotiklərlə Mübarizə idarəsinə ünvanlanmış raportdan, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 29 iyun 2022-ci il tarixdə saat 12:15 dəqiqədə ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci polis bölməsinə aparılmış və orada təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində 10 ədəd bükümdə, ümumi təmiz çəkisi 11,024 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. (i/v: cild İ, səh. 1, 5, 6-7). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 29 iyun 2022-ci il tarixli protokoldan görünür ki, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 10 ədəd bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, həmçinin şalvarın sol yan cibindən «Samsung» markalı mobil telefon, 5 manat pul, 1 ədəd şəxsiyyət vəsiqəsi, iki ədəd plastik bank kartı aşkar edilmiş, 10 ədəd bükümdə olan maddə qablaşdırılaraq götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri 2 gün əvvəl Xırdalan şəhəri ərazisində İİR-nın vətəndaşı Hakan adlı şəxsin vasitəsi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında Hakan adlı şəxsin ona pul verdiyini, 1 ildir ki, qurudulmuş marixuanadan istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona heç bir psixi və fiziki zor tətbiq edilmədiyini bildirmişdir. (i/v: cild İ, səh.32- 33). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «diskə baxış keçirilməsi haqqında» 01 iyul 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılması prosesinin əks olunduğu DVD diskə baxış keçirilmiş və keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 10 ədəd bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, həmçinin şalvarın sol yan cibindən «Samsung» markalı mobil telefon, 5 manat pul, 1 ədəd şəxsiyyət vəsiqəsi, iki ədəd plastik bank kartın aşkar edildiyi, 10 ədəd bükümdə olan maddə qablaşdırılaraq götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarıldığı müəyyən olunmuşdur. (i/v: cild İ, səh. 85). Cinayət işinin materiallarına əlavə edilmiş DVD disk məhkəmə iclasında bilavasitə tədqiq edilmiş və diskdə olan video görüntülərin «şəxsi axtarış və götürmə aparılması haqqında» 29 iyun 2022-ci il tarixli, həmçinin «diskə baxış keçirilməsi haqqında» 01 iyul 2022-ci il tarixli protokollarla uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3607 nömrəli 30 iyun 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksləri olan, «Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 10 (on) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,642 qram, 2,209 qram, 2,543 qram, 0,474 qram, 0,469 qram, 0,866 qram, 0,422 qram, 0,489 qram, 0,441 qram və 0,469 qram olmaqla, ümumi təmiz çəkisi 11,024 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim olunmuş 10 (on) ədəd bükümlərdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılar «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. (i/v: cild İ, səh. 40-44) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 4268 nömrəli 04 avqust 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v: cild İ, səh.154-155) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 hüquqi şəxsin verdiyi 1852 nömrəli 16 iyul 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Özünü psixoloji müdafiə etməyə meyillilik, eqosentrizm, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən olunmadı. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. (i/v: cild İ, səh. 156-159) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Diskə baxış keçirilməsi» haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı xx-xx-2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Ay rafik mənə hə yox elədə. gözləyim yoxsa necə» məzmununda sms yazılması, xx-xx-2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «O birində götürmüşəm qalib üstümdə» məzmununda sms yazılması, xx-xx-2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Salam .4169 7387 9145 1903. Kapital» məzmununda bank kartı nömrəsinin atılması, xx-xx-2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə «Qaqam tezləşdirdə» məzmununda sms yazılması, xx-xx-2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə «Hardasan yerini de mən gəlim görürəm sən gələ bilmirsən» məzmununda sms yazılması, xx-xx-2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Ay rafik nə oldu deyirdin saat 11 12 ə saat 2 di - Məndə adamam axi - Camaatda Məni gözlləyir - Yekə oqlansan at bu zibili» məzmununda sms yazılması, həmçinin xx-xx-2022-ci il tarixdə 055- ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə «Sahin salam mene 1 tutov vere bilersen 1 oğlumun canina and olsunki ayin 15 16 maasimi goturub hemen gunu ya isdesen uz uze gorusek verim ya kartin atim alinda mene bir soz de alinmasa canin sag olsun» məzmununda sms yazılması müəyyən olunmuşdur. (i/v: cild İ, səh. 188-189). İstintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 14 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış cəmi 11,024 qram psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq qalan 10,524 qram psixotrop maddə metamfetamin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd DVD disk, eləcə də, "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD diski isə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınaraq cinayət işinə əlavə olunmuşdur. (i/v: cild İ, səh. 212-223). Suraxanı RPİ-nin 32-ci Pölməsindən daxil olan 12 oktyabr 2022-ci il tarixli, 096- 12301-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin mənbəyinin, bundan əlavə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri aldığı şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirləri keçirilsə də sonuncunun narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəni və narkotik vasitə və psixotrop maddələri satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır (i/v: cild İ, səh.153). Məhkəmə təqdim olunmuş sübutları qarşılıqlı şəkildə və məcmu halında, tam, obyektiv və qərəzsiz şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham qanuni və əsaslıdır. Məhkəmə bu nəticəyə gəlməklə yanaşı təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatların hər birinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət işinin materiallarında 29 iyun 2022-ci il tarixdə saxlanıldığı qeyd olunsa da, faktiki olaraq 27 iyun 2022-ci il tarixdə saxlanılması ilə bağlı ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs həmin hissədə olduqca ziddiyyətli ifadələr vermiş, əvvəlcə 27 iyun 2022-ci il tarixdə tutulduğunu, lakin ifadəsinin sonrakı mərhələlərində tutulduqdan 2 gün sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə aparıldığını bildirmişdir. Məhkəmə bununla bağlı cinayət işinin materiallarında olan və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Suraxanı rayon Məhkəməsinin qərarının 01 iyul 2022-ci il tarixli olmasını, yəni tutulduqdan iki gün sonra onun barəsində həbs qətimkan tədbiri seçilmişdirsə, həmin qərarın 01 iyul 2022-ci il tarixli olmasının qeyri-mümkün olmasını ona bildirdikdə, o, tarixlərin saxtalaşdırıldığını qeyd etmiş, təqsirləndirilən şəxsə elektron məhkəmə informasiya sistemində elektron imzanın tarixinin dəyişdirilməsinin mümkün olmadığı izah edildikdə isə, o, ifadəsini dəyişərək ola bilsin ki, günləri yanlış xatırladığını qeyd etmiş və həmin xüsusatın məhkəmə tərəfindən araşdırılmasına zərurət olmadığını bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində cəmi yarım qram psixotrop maddə olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/3607 nömrəli 30 iyun 2022-ci il tarixli rəyindən görünür ki, «Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 10 (on) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,642 qram, 2,209 qram, 2,543 qram, 0,474 qram, 0,469 qram, 0,866 qram, 0,422 qram, 0,489 qram, 0,441 qram və 0,469 qram olmaqla, ümumi təmiz çəkisi 11,024 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Eləcə də şəxsi axtarış və götürmə protokolu ilə də müəyyən edilir ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan kibrit qutusunu təqdim edərkən onun içərisində 10 ədəd ayrı-ayrı bükümlərdə külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, heç vaxt narkotik vasitələrin istifadəçisi olmamış, tutulmamışdan bir neçə ay əvvəl gecələr işlədiyi üçün yuxusunun gəlməməsi və yorğunluğunu götürməsi üçün çox az miqdarda metamfetamin qəbul etməyə başlamışdır. Lakin məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 4268 nömrəli 04 avqust 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Həmçinin qeyd olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrə qarşı abstinensiya əlamətləri və patoloji meyl formalaşıb, həmin maddələrin qəbulundan psixi və fiziki asılılıq vardır. Bu da o deməkdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmişdir. Bundan əlavə təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona işgəncələr verildiyindən ilkin istintaq zamanı məcburiyyət qarşısında etirafedici ifadələr vermiş, ona müxtəlif xəsarətlər yetirilmiş, o cümlədən qolundakı qandalın dəmirləri alın nahiyəsinə bataraq onun alnını deşmiş, habelə aldığı zərbələrdən qabırğaları sınmışdır. Lakin, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və həmin video görüntüdə Təqsirləndirilən şəxs üzərində, alnında və ya bədəninin görünən hissələrində hər hansı bir xəsarətin olmadığı müəyyən edilmiş, həmçinin Təqsirləndirilən şəxs hərəkətlərində onun qabırğalarının sınmasını göstərəcək əlamətlərin olması da nəzərə çarpmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə vermiş olduğu izahatında, bir ildir ki qurudulmuş marixuanadan istifadə etdiyini və ona polis əməkdaşları tərəfindən psixi və ya fiziki zor tətbiq edilmədiyini göstərmişdir. (i/v: cild İ, səh. 34). Həmçinin təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən işgəncəyə və ya qeyriinsani rəftara məruz qalması ilə bağlı məsələ Bakı şəhəri Suraxanı rayon prokurorluğu tərəfindən araşdırılmış və 19 sentyabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. (i/v: cild İ, səh. 160-161). Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsin müdafiəçisi qeyd olunan qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(010)-5/2023 saylı qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 sentyabr 2022-ci il tarixli qərar ləğv olunmuş və qərarın surəti araşdırmanın davam etdirilməsi üçün Suraxanı rayon Prokurorluğuna göndərilmişdir. Sözügedən material üzrə Suraxanı rayon Prokurorluğunda yenidən araşdırma aparılmış və 03 mart 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Suraxanı rayon Prokurorluğuna sorğu ilə müraciət edərək Təqsirləndirilən şəxs üzərində xəsarət aşkar olunması ilə bağlı aparılmış araşdırma zamanı prokurorluqda toplanmış materialların surəti əldə edilməklə məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, araşdırma zamanı 18 sentyabr 2022-ci il tarixli 26 t/s saylı ekspert rəyi alınmış və materiala əlavə edilmişdir. Bununla əlaqədar qeyd olunan ekspert rəyini vermiş ekspert X3 məhkəmə iclasında şahid qismində dindirilmiş və ekspert öz ifadəsində göstərmişdir ki, o, qeyd olunan ekspert rəyini Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənədlər əsasında vermiş, şəxsi bilavasitə müayinə etməmişdir. Ona təqdim edilmiş tibbi sənədlərlə müəyyən etmişdir ki, Əkbərov X1 daxil olarkən onda döş qəfəsinin sol yan səthində sarımtıl rəngli qançır aşkar olunmuşdur. Vermiş olduğu rəydən də göründüyü kimi döş qəfəsinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 29 iyun 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Lakin xəsarət rəydə qeyd olunduğundan 1 gün əvvəl və ya sonra da yarana bilərdi. Belə ki, xəsarət döş qəfəsinin sol yan səthinin sarımtıl rəngli qançırı kimi göstərilmiş, lakin xəsarətin ölçüsü, dərinliyi barədə heç bir qeyd aparılmamışdır. Rəydə ona görə xəsarətin 29 iyun 2022-ci il tarixə uyğun gəlməsi qeyd olunmuşdur ki, ekspertizanın təyin edilməsi haqqında qərarda ekspert qarşısında məhz 29 iyun 2022-ci il tarixi ilə bağlı sual qoyulmuşdur. Şəxsin üzərində aşkar olunmuş xəsarət artıq saralmışdır və elmi mənbələrə əsasən xəsarət üç gündən sonra saralmağa başlayır. Sarı rəngin nə qədər müddət davam etməsi isə insanın bədən müqavimətindən, immunitetindən, anatomik xüsusiyyətlərindən asılı olaraq uzun və ya qısa müddət davam edə bilər. Təqsirləndirilən şəxs həmin vaxt şəxsən müayinə olunmamış, yalnız tibbi sənədlər əsasında rəy verilmişdir. Buna görə də xəsarətin tam dəqiq hansı tarixdə yetirilməsini müəyyən etmək mümkün deyildir. Xəsarətin şəxsin özü-özünə yetirməsinin müəyyən edilməsi mümkün olmasa da, ona təqdim olunmuş tibbi sənədlərə əsasən Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən müayinə zamanı üzərində aşkar edilmiş xəsarəti tutulmamışdan əvvəl aldığını bildirmişdir. Ekspertin verdiyi ifadə və həmçinin istintaq təcridxanasında tərtib edilmiş aktla da müəyyən olunur ki, təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş xəsarətin tam dəqiq hansı tarixdə yaranması, qeyd olunan xəsarətin kim tərəfindən yetirilməsini müəyyən etmək mümkün deyildir. Belə ki, xəsarətin qeydə alındığı tibbi sənədlərin özündə təqsirləndirilən şəxsin həmin xəsarəti tutulmamışdan əvvəl aldığını bildirməsi qeyd olunmuşdur. Buna görə də polis əməkdaşları tərəfindən ona işgəncə verilməsi ilə bağlı təqsirləndirilən şəxsin verdiyi ifadəsini məhkəmə inandırıcı sayılmır. Həmçinin təqsirləndirilən şəxs ilkin dindirmə zamanı vermiş olduğu izahatda da ona təzyiq göstərilmədiyini bildirmişdir. Eləcə də şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs verilmiş suallar zamanı o, polis əməkdaşları tərəfindən ona qarşı zor və ya təzyiq göstərilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilkin izahatını danaraq məhkəmədə ifadə verərkən o, izahat və ifadələrini təzyiq altında verdiyini bildirməklə müdafiə taktikası olaraq məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Belə ki, təqsirləndirilən şəxs nəyinki ilkin izahatında, həmçinin sonrakı mərhələdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində də etirafedici ifadələr vermişdir. Yalnız yeni müdafiəçi cinayət prosesinə qoşulduqdan sonra təqsirləndirilən şəxs ifadəsini dəyişmiş və üzərindən aşkar olunmuş psixotrop maddələrin hamısının ona məxsus olmadığını, üzərində az miqdarda psixotrop maddə olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, tutulan zaman üzərində bir bükümdə, təxminən yarım qram psixotrop maddə metamfetamin olmuş, polis əməkdaşları həmin maddəni video çəkiliş keçirilməzdən əvvəl onun üzərindən aşkar edib götürmüş, bölmədə olarkən təhqiqatçı üzərindən aşkar edilmiş həmin bükümü də, digər bükümlərlə birlikdə kibrit qutusunun içinə yerləşdirib, onun cibinə qoymuşdur. Ona məxsus olan həmin yarım qram psixotrop maddənin olduğu bükümün də digər bükümlərlə birlikdə yenidən onun cibinə qoyulduğuna əmindir, bunu öz gözləri ilə görmüşdür. Məhkəmə həmin xüsusatla bağlı qeyd edir ki, məhkəmə-kimyəvi ekspertizasının 6/3607 nömrəli 30 iyun 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 10 (on) ədəd bükümlərdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Belə olan halda, əgər Təqsirləndirilən şəxs dediyi kimi həmin psixotrop maddələr ona aid olmamış olsa və onun üzərindən fərqli bir bükümdə az miqdarda metamfetamin aşkar olunmuş olsaydı, o zaman ekspertizaya təqdim edilmiş 10 (on) ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni ola bilməzdi. Bundan başqa Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə protokolunda, ilkin izahatında və sonradan təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində həmin kibrit qutusundan aşkar olunmuş 10 ədəd bükümdə psixotrop maddə metamfetaminin ona məxsus olduğunu, 2 gün əvvəl Xırdalan şəhərində Hakan adlı İran vətəndaşının vasitəsi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü iş müqabilində Hakan adlı şəxsin ona pul verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirsə də, istintaq zamanı vermiş olduğu ifadəsində Hakan adlı şəxsin kuryeri qismində çıxış edərək sonuncunun tapşırığı və sifarişi əsasında, ən əsası isə muzd müqabilində şəxsiyyəti ibtidai istintaq orqanına məlum olmayan şəxs və ya şəxslər tərəfindən Bakı şəhərinə naməlum şəraitdə və tarixdə gətirilməklə yerləşdirilmiş narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin digər yerlərinə (ərazilərə) daşıyaraq yerləşdirmək niyyətində olduğunu qeyd etmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsində törətmiş olduğu cinayət əməlinin üsulunu və mexanizmini izah edərək Bakı şəhəri ərazisində yerləşdirəcəyi külli miqdarda psixotrop maddələri muzd (pul) müqabilində qanunsuz olaraq bir ərazidən (yerdən) götürüb (əldə edib) üzərində saxlamaqla daşıyaraq başqa əraziyə (yerə) yerləşdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən hərəkətlərində (əməllərində) onun külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib daşımaqla saxlaması faktı öz təsdini tapmışdır. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün istintaqın sonrakı mərhələsində üzərində ekspert rəyində göstərilən miqdardan az miqdarda narkotik maddə olduğunu və onu satış məqsədilə deyil, öz şəxsi istifadəsi üçün əldə etdiyini və polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də, yuxarıda sadalanan mötəbər sübutlarla onun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi tam təkzib olunmuşdur. Bu səbəbdən də məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri, yəni külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib daşımaqla saxlamasında niyyəti və məqsədinin nədən ibarət olmasını müəyyən etməkdir. Bu hissədə məhkəmə qeyd edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşıması tam təsdiqini tapan hallarından birini təşkil edir. Bundan başqa, iş materiallarına əlavə olunmuş SMS yazışmalarından da müəyyən olunur ki, onun digər şəxslə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı razılaşmaları, həmin psixotrop maddələrin harasa «atılması», bank kartına pul köçürülməsi ilə bağlı razılaşdırılması da məhkəmə istintaqında müəyyən edilmiş hallardan birini təşkil edir. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs hansısa şəxsə bilavasitə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısına yönəlmiş sair hərəkətləri etməsi, «müştəri bazasına» malik olması, müxtəlif şəxslərin ona narkotik vasitə və psixotrop maddələrlə bağlı müraciət etməsi halları öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhər ərazisinə Hakan adlı İran vətəndaşının vasitəsi ilə başqa şəxs və ya şəxslər tərəfindən gətirilmiş və müəyyən yerlərə yerləşdirilmiş külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyarkən faktiki olaraq həmin maddələrin bir ərazidən başqa əraziyə daşınmasında kuryer funksiyasını icra etmiş və bunun qarşılığında muzd əldə etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 11,024 qram metamfetamin aşkar edilməklə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar həddində olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək daşıyıb saxlaması, onun istifadəsində olan mobil telefon nömrəsinə narkotik vasitələrin satılması ilə bağlı şübhə doğuracaq smslərin daxil olması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, onun üzərindən aşkar edilmiş psixotrop maddənin 10 ədəd olmaqla xırda bükümlərə bölünməsi təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmaması, onun üzərində 0,5 qram psixotrop maddə metamfetamin olması və həmin psixotrop maddəni tanımadığı İran vətəndaşının vasitəsi ilə şəxsi istifadəsi üçün əldə etməsi, habelə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması məzmunundakı ifadələrinə qiymət verərək, məhkəmə qeyd edir ki, yuxarıda hər bir bənd üzrə ayrı-ayrılıqda qeyd edildiyi kimi təqsirləndirilən şəxs tutulma vaxtını, üzərindən aşkar edilmiş psixotrop maddənin çəkisini, həmin psixotrop maddəni əldə etmə məqsədini mübahisələndirməklə, habelə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını bildirməklə özünü müdafiə etmək üçün bütün mümkün vasitələrdən istifadə etmiş, lakin daha sonra tutulma vaxtını mübahisəndirmədiyini bildirmiş, onun polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması isə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, daha yüngül maddə üzrə cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmağa yönəlmişdir. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə bu hissədə tənqidi yanaşır və inandırıcı hesab etmir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu arayışı və müvafiq məhkəmə hökmü ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Tərtər Qarnizon Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 243-cü maddəsi ilə (köhnə redaksiya) təqsirli bilinərək həmin Məcəllənin 42-ci maddəsi tətbiq edilməklə icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmaqla 10 il şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i/v: cild İ, səh. 133-134). Tərtər Qarnizon Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Tərtər Qarnizon Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə təyin olunmuş cəzadan azad edilmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs çəkilməmiş cəzasının və ödənilməmiş məhkumluğunun olmadığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş ailə tərkibi arayışdan, habelə nikah haqqında, həmçinin doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində iki azyaşlı övladı var, bundan əlavə Bankə qəsəbəsi İƏDÜN-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i/v: cild İ, səh. 106-111). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 4268 nömrəli 04 avqust 2022-ci il tarixli rəyi əsas götürülməli, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməli, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 29 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 29 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 10 ədəd bükümdə və ekspertiza tədqiqatlarından sonra qalıq qalan ümumi çəkisi 10,524 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD formatlı disk və 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı iş üzrə məhkəmə məsrəfləri olaraq 65 (altmış beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,524 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd DVD formatlı disk və 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar