Məhkəmə qərarları › İş №1(101)-392/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-392/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-392/2024 20.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «VERDİKTUM” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1976-cı ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 1999, 2002 və 2004-cü il təvəllüdlü uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Mincivan qəsəbəsi, F.Məmmədov küçəsi, ev 17-də qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, ev 90-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 01 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 6,704 qram olan ağ kristallik olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayaraq daşımış, 08 aprel 2023cü il tarixdə, saat 18:00 radələrində Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 90 nömrəli evin qarşısında saxlanılaraq 41-ci Polis Bölməsinin inzibati binasına gətirilərək həmin gün saat 19:55-dən etibarən üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan bükümdə və çəkidə psixotrop maddə olan metamfetamin onun əynində olan boz rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əslən Zəngilan rayonundandır, Mincivan qəsəbəsi, F.Məmmədov küçəsi, 17 saylı evdə qeydiyyatdadır, lakin faktiki olaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yaşamışdır. Burada «Kontakt Home» şirkətində çatdırılma xidmətinin əməkdaşı vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində maşınla Tbilisi prospekti ilə gedən zaman işıqforda polis əməkdaşları onu saxlamış, adını soruşmuş və ondan sonra onu öz maşınlarına mindirmiş, onun maşınını isə polis əməkdaşı idarə etməklə Səbail RPİ-nin 41ci PB-nə gətirmişlər. Orada ondan soruşmuşlar ki, hansı xarici ölkələrdə olmuşdur. Bildirmişdir ki, İranda və İraqda ziyarətlərdə olmuş, ibadət əhlidir. Ona bildirmişlər ki, o, həbsə getməli, üzərinə ya silah, ya da narkotik götürməlidir. O, razı olmadıqda bildirmişlər ki, o zaman evindən axtarış edərək qanunsuz əşyalar çıxaracaqlar, onu ailəsi ilə təhdid etmişlər. Düzdür, ona qarşı fiziki zor tətbiq etməmişlər, lakin psixoloji təzyiqin təsiri altında narkotikin üzərinə qoyulmasına razılıq vermişdir. Bundan sonra onun gödəkcəsinin sol yan cibinə bir ədəd büküm qoyaraq onun psixotrop maddə metamfetamin olduğunu, üzərinə baxış zamanı həmin sellofanı təqdim etməsini, həmin bükümü tanımadığı şəxsdən əldə etdiyini göstərməsini tapşırmışlar. O da üzərinə baxış zamanı polislərin bildirdiyi qaydada hərəkət etmişdir. Polislərin təklifini qəbul etdiyi üçün baxışda iştirak edən vəkilə şikayət etməmişdir. Həmçinin barəsində həbs qətimkan tədbiri seçən hakimə də bir söz deməmişdir. Həqiqəti bu gün məhkəmədə bildirir. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 41-ci PBnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Zaur Emiralıyevi tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində digər həmkarı Şahid2lə Səbail RPİ-nin 41-ci PB-nin xidməti ərazisi olan Badamdar qəsəbəsi 1-ci yaşayış massivi ərazisində xidmətdə olduqları zaman həmin massivin 90 saylı evin qarşısında hal-hazırda məhkəmə zalında gördüyü Zaur Emiralıyevi görmüşlər. O, özünü şübhəli aparması ilə diqqətlərini çəkmişdir. Belə ki, Zaur Emiralıyev onları gördükdə gizlənməyə çalışmışdır. Ona yaxınlaşaraq özlərini ona təqdim edib özünü təqdim etməsini istəmişlər. O da adının gah Zaur, gah da İsmayıl olduğunu bildirərək üzərində heç bir sənədin olmadığını demişdir. Bundan sonra Zaur Emiralıyevin narkotik vasitələrin təsiri altında olduğundan şübhələnərək onu Səbail RPİ-nin 41-ci PB-nə aparmışlar. Bölmədə Zauru təhqiqatçı polis mayoru Fərrux Tarıverdiyevə təqdim etmişlər. Polis mayoru Fərrux Tarverdiyev tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra onun, Şahid2 və dəvət edilmiş müdafiəçi Əzizağa Qafarovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşya və predmetləri təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan paketə bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Zaur Emiralıiyev təqdim etdiyi maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni bir gün əvvəl Yasamal rayonu ərazisində yerləşən Yasamal parkında tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 41-ci PBnin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstğəmişdir ki, təqsirləndirilən şəxs Zaur Emiralıyevi tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində digər həmkarı Şahid1lə Səbail RPİ-nin 41-ci PB-nin xidməti ərazisi olan Badamdar qəsəbəsi 1-ci yaşayış massivi ərazisində xidmətdə olduqları zaman həmin massivin 90 saylı evin qarşısında hal-hazırda məhkəmə zalında gördüyü Zaur Emiralıyevi görmüşlər. O, özünü şübhəli aparması ilə diqqətlərini çəkmişdir. Belə ki, Zaur Emiralıyev onları gördükdə gizlənməyə çalışmışdır. Ona yaxınlaşaraq özlərini ona təqdim edib özünü təqdim etməsini istəmişlər. O da adının gah Zaur, gah da İsmayıl olduğunu bildirərək üzərində heç bir sənədin olmadığını demişdir. Bundan sonra Zaur Emiralıyevin narkotik vasitələrin təsiri altında olduğundan şübhələnərək onu Səbail RPİ-nin 41-ci PB-nə aparmışlar. Bölmədə Zauru təhqiqatçı polis mayoru Fərrux Tarıverdiyevə təqdim etmişlər. Polis mayoru Fərrux Tarverdiyev tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra onun, Şahid1 və dəvət edilmiş müdafiəçi Əzizağa Qafarovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşya və predmetləri təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan paketə bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Zaur Emiralıiyev təqdim etdiyi maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni bir gün əvvəl Yasamal rayonu ərazisində yerləşən Yasamal parkında tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nə rərisinə Səbail RPİ-nin 41-ci PB-nin CA üzrə əməliyyat müvəkkiləri Şahid1 və Şahid2 tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 90 nömrəli evin qarşısında özünü şübhəli apardığına görə Təqsirləndirilən şəxs saxlanılaraq Səbail RPİ-nin 41-ci PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə veoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 02 ədəd mobil telefon, şalvarınvın sol yan cibindən 40 manat pul, əyinində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən avtomobil açarı və sol yan cibindən 01 ədəd bükülü vəziyyətdə şəffaf sellofan çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni Bakı şəhəri, Yasamal rayonu ərazisindən tanımadığı şəxsin saxlaması və başqa şəxsə verməsi üçün ona verdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan müyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə - kimyəvi ekspertizasının 09 aprel 2023-cü il tarixli, 6/2063 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №-239» dairəvi möhür əski olan ”Təqsirləndirilən şəxs aşkar sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 6,704 qram olan ağ kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspetizasının 20 may 2023cü il tarixli, 3077 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanaı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertizanın tədqiqatından sonra qalıq qalmış 6,204 qram psixotrop maddə saxlanılması üçün Bakı şəhəri Səbail RPİ-nin NH-nə təhvil verilmiş, şəxsi və götürmə görüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail RPİ-nin rəisinə ünvanlamış 065-785-1921|223 saylı, xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddə əldə etdiyi mənbə müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, hazırkı cinayət işindən ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi qismən olaraq özünün və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edərək saxlamaqla daşıması tam təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və psixotrop maddəni polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmşdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 08 aprel 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar – Bakı şəhəri Səbail RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - ekspertiza tədqiqatından sonra qalığı qalmış 26,204 qram psixotrop maddə metamfetamin məhv edilməli və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail RPİ-nin saxlanc təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,204 qram psixotrop maddə metamfetamin məhv edilsin və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar