Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-392/2025 30.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Əlsəfa oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, nümayəndələr - Zərərçəkmiş şəxs2 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə1, Zərərçəkmiş şəxs1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə3, Zərərçəkmiş şəxs4 nümayəndəsi -Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 28 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-də “fərdi satış üzrə sığorta mütəxəssisi” vəzifəsində çalışan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti, məhəllə 3078A, ev 65 A, mənzil 135 ünvanında qeydiyyatda olmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istitadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Əlsəfər oğlunun etibarından sui-istifadə edib, içməli su biznesi ilə məşğul olaraq, həmçinin avtomobillərə texniki xidmət servisi açmaqla qazanc əldə edəcəkləri ilə bağlı yalan vədlər verib aldatmaqla 2022-ci ilin iyul ayından həmin ilin oktyabr aymadək olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi 25 ünvanda yerləşən “NFC Rent a Car” adlı ofisdə 20.000 manat və 22.000 manat olmaqla ümumilikdə 42.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs2 Əlsəfər oğluna 42.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, içməli su biznesi təşkil etmək, həmçinin avtomobil ehtiyyat hissələrinin alqı-satqısını həyata keçirməklə qazanc əldə edəcəkləri ilə bağlı yalan vədlər verib aldatmaqla 2022-ci ilin avqust ayının əvvəllərində ünvan 3 ünvanda yerləşən “Star Academy” kursunun yerləşdiyi binada 15.000 manat, 2022-ci ilin sentyabr ayında həmin ünvanda 11.000 manat, 2023-cü ilin yanvar ayının əvvəllərində 40.000 manat olmaqla ümumilikdə 66.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs1 66.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, avtomobillərin icarəyə verilməsi, həmçinin avtomobil ehtiyyat hissələrinin alqı-satqısı ilə məşğul olmaqla qazanc əldə edəcəkləri ilə bağlı yalan vədlər verib aldatmaqla 2022-ci ilin oktyabr ayı ərzində Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 25 ünvanda yerləşən “NFC Rent a Car” adlı ofisdə hissə-hissə olmaqla ümumilikdə 42.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ kcçiıib, Zərərçəkmiş şəxs3 42.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib, avtomobil ehtiyyat hissələrinin alqı-satqısı ilə məşğul olmaqla qazanc əldə edəcəkləri ilə bağlı yalan vədlər verib aldatmaqla 2023-cü ilin yanvar ayının əvvəllərində sonuncunun yaşadığı ünvan 5 ünvanın yaxınlığında quraşdırılmış ödəmə aparatı vasitəsilə 23.100 manat, 20 yanvar 2023-cü il tarixdə həmin ünvanda 4.000 manat, 5900 manat, 2.000 manat və 1.900 manat olmaqla cəmi 13.800 manat, 22 fevral 2023-cü il tarixdə 1.500 manat, 2023-cü ilin fevral ayırım axırlarında 7.000 manat və 2023-cü ilin fevral ayının axırlarında Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi 25 ünvanda yerləşən “NFC Rent a Car” adlı ofisdə 5.000 manat olmaqla ümumilikdə 50.400 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs5 50.400 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, avtomobillərə texniki xidmət servisi açıb avtomobillərə texniki xidmət göstərməklə qazanc əldə edəcəkləri ilə bağlı yalan vədlər verib aldatmaqla dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs3 vasitəsilə 12 noyabr 2022-ci il tarixdə ünvan 6 ünvanda yerləşən “Başkənd” adlı restoranın yaxınlığında 10.030 manat, 19 noyabr 2022-ci il tarixdə 10.030 manat, 26 noyabr 2022-ci il tarixdə 12.000 manat, 03 dekabr 2022-ci il tarixdə 5.100 manat, 27 dekabr 2022-ci il tarixdə 5.100 manat, 29 dekabr 2022-ci il tarixdə 5.500 manat, 11 yanvar 2023-cü il tarixdə 3.000 manat, 17 yanvar 2023-cü il tarixdə 6.000 manat, 24 yanvar 2023-cü il tarixdə 5.100 manat, 29 yanvar 2023-cü il tarixdə 5.000 manat, 06 fevral 2023-cü il tarixdə 14.960 manat, 15 fevral 2023-cü il tarixdə 6.000 manat, 24 fevral 2023-cü il tarixdə 3.000 manat, 17 mart 2023-cü il tarixdə 6.000 manat, 08 aprel 2023-cü il tarixdə 4.000 manat, 11 aprel 2023-cü il tarixdə 5.000 manat, 16 aprel 2023-cü il tarixdə 3.000 manat, 20 aprel 2023-cü il tarixdə 1.250 manat və 1.800 manat olmaqla cəmi 3.050 manat, 10 mart 2023-cü il tarixdə 3.000 manat, 02 may 2023-cü il tarixdə 2.300 manat, 03 may 2023-cü il tarixdə 3.700 manat, 11 may 2023-cü il tarixdə 3.400 manat, 26 may 2023-cü il tarixdə 4.780 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs4 129.050 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, birgə iş gördüyü heç kimdən əlbəəl pul almamışdır. Zərərçəkmiş şəxs1lə birgə onların “Honda” və “Toyota” markalı avtomobillərin ehtiyyat hissələri servisi olmuşdur. Servisin xərclərinin 40.000 manatını Zərərçəkmiş şəxs1, 28.000 manatını isə o, təmin etmişdir. Servisi açmaqda məqsədləri ehtiyat hissələrini satıb qazanc əldə etmək olmuşdur. Bir müddət sonra servis bağlanmış, Zərərçəkmiş şəxs1 ondan servisin açılmasına və ehtiyyat hissələrinin alınmasına onun tərəfindən verilən xərclərin geri qaytarılmasını tələb etmişdir. O, hazırda həmin məbləğdə pulunun olmadığını, həmçinin servisin xərclərindən ona dəymiş ziyanı geri qaytarmaq istədiyi təqdirdə satılmayan avtomobil ehtiyyat hissələrinin ona aid hissəsini götürə biləcəyəni bildirmişdir. Ancaq Elmir onunla razılaşmayaraq ona dəymiş ziyanı pul vəsaiti şəklində geri qaytarılmasını tələb etmişdir. O, bir neçə dəfə Zərərçəkmiş şəxs1lə əlaqə saxlayaraq ona avtomobil hissələrini sataraq dəymiş ziyanı qismən qaytara biləcəyini desə də, sonuncu ehtiyyat hissələrinin satışı ilə məşğul olmaq üçün vaxtı olmadığını bildirmiş və hər dəfə ona dəymiş ziyanı yalnız pul vəsaiti şəklində geri qaytarılmasını tələb etmişdir. Zərərçəkmiş şəxs3la əvvələr sıx dostluq münasibəti olmuşdur. O, Zərərçəkmiş şəxs3 3 ədəd avtomobili hər ay 600 AZN məbləğində pul ödəmək şərti ilə icarəyə götürmüşdür. Avtomobilləri icarəyə götürməkdə məqsədi onları taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün və ya gündəlik şəxsi istifadə üçün icarəyə vermək olmuşdur. 2023-cü ilin aprel ayında ona məxsus olan bir neçə maşınların müxtəlif cərimələri olduğundan onların üzərinə həbs qoyulmuşdur. Həmin müddət maddi sıxıntılar yaşadığından ona köməklik göstərməsi üçün Zərərçəkmiş şəxs3 müraciət etmişdir. Sonuncu həbsdə saxlanılan maşınları geri qaytarmağa ona kömək etmiş və həmçinin əlavə pul vəsaiti vermişdir. Zərərçəkmiş şəxs3 ona ümumilikdə 20.000 AZN məbləğində pul vəsaiti vermişdir. Həmin məbləğin 3.000 AZN məbləğində pul vəsaitini ona geri qaytarmışdır. Zərərçəkmiş şəxs3 öz ifadəsində əsassız şəkildə ona vurulmuş ziyanın 42.000 AZN olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, bir neçə maşını icarəyə götürdüyü müddət onların istismarı zamanı maşınlar ziyan görmüş və nəticədə o, maşınları bərpa etmək üçün müəyyən xərclər çəkmişdir. Ancaq qeyd etmək istəyir ki, o, Zərərçəkmiş şəxs3 maşınların icarəsi üçün 2 il 6 ay müddətdə hər ay 600 AZN məbləğində pul vəsaiti ödəmişdir. Bu səbəbdən ittihamda Zərərçəkmiş şəxs3 münasibətdə qeyd olunan 42.000 AZN məbləğində borc əsassızdır. Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanımışdır. O, Zərərçəkmiş şəxs3la birlikdə daha bir servis açmaq istədikdə sonuncu ona Zərərçəkmiş şəxs4 adlı bir tanışı olduğunu, servisi açmaq məsələsini ona bildirdikləri təqdirdə sonuncu həmin məsələni öz üzərinə götürəcəyini və məkan açıldıqdan sonra həmin servisi onların işlədəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs4 şəxsən tanımamış və görməmişdir. O, Zərərçəkmiş şəxs3 təklifi ilə razılaşmış və o, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 “ZZ Motors”-la 8 ay müddətində hər ay 6.000 AZN məbləğində pul vəsaiti ödəmək şərti və ilk iki ayın depozitini, yəni 12.000 AZN məbləğində pul vəsaitini ödəmək şərti ilə müqavilə bağlamışlar. Zərərçəkmiş şəxs4 öz ifadəsində göstərmişdir ki, guya ona ümumilikdə 110.000 AZN məbləğində pul vəsaiti borcu olmuş, ancaq həmin ifadə əsassızdır. O, Zərərçəkmiş şəxs4 15.000-20.000 AZN məbləğində ziyan vurmuşdur. Qeyd etdiyi məbləğdə pulu Zərərçəkmiş şəxs4 vermişdir. Zərərçəkmiş şəxs4 isə həmin məbləğdə pulu kimin verdiyini bilmir. Ancaq bilir ki, həmin şəxs Zərərçəkmiş şəxs4 ilə əlaqə saxlayaraq pulun harada olduğunu demişdir. Zərərçəkmiş şəxs4 da həmçinin onunla əlaqə saxlayaraq pulu götürə biləcəyi yeri demişdir. Zərərçəkmiş şəxs5 də Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanımışdır. Sonuncuya məxsus iki ədəd avtomobili icarəyə götürmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs5 bir neçə dəfə müxtəlif məbləğlərdə borca pul götürmüşdür. Ümumilikdə Zərərçəkmiş şəxs5 53.000 AZN məbləğində pul vəsaiti götürmüş və həmin məbləğin 32.000 AZN məbləğində pul vəsaitini ona geri qaytarmışdır. Borca pul götürməkdə məqsəd həm avtomobillərin ehtiyyat hissələrinin, həm də müxtəlif sərinləşdirici içkilərin alqı-satqısını etmək olmuşdur. İbtidai İstintaq zamanı müstəntiqə hər bir zərərçəkmiş şəxsə münasibətdə ifadə vermiş, ancaq ifadəsini oxumadan imzalamışdır. Müstəntiq cinayət işinin aparılmasına qərəzli yanaşmışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi tərəflərinin suallarını cavablandıraraq göstərmişdir ki, Zərərçəkmiş şəxs4 pul almışdır. Ancaq pul vəsaitini Elşad özü şəxsən ona verməmişdir. Sonuncu onunla əlaqə saxlayaraq müəyyən adama və ya müəyyən əraziyə yaxınlaşıb pul vəsaitini götürə biləcəyini demişdir. Zərərçəkmiş şəxs4 ona təxminən 5 dəfə müxtəlif məbləğlərdə pul vermişdir. Aldığı pullarla servis açacaqları məkanı təmir etmişlər, avtomobil ehtiyyat hissələrini almış və həmin məkanı bir müddət icarəyə vermişlər. Diaqnostika avadanlıqlarını gətirmişlər. Avadanlıqla bağlı Zərərçəkmiş şəxs4 xəbər vermək üçün onunla “Skype” tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs4 ifadəsində ona 11.0000 borcu olduğunu bildirmişdir. Sonuncuya 8 ay müddətində hər ay 6.000 AZN məbləğində arendaya pul verildiyini, ilkin depozit olaraq 12.000 AZN məbləğində pul ödədiyini və ümumilikdə 60.000 AZN məbləğində pulu sadəcə arendaya ödədiyini bildirmişdir. Arendaya odənilən məbləği Zərərçəkmiş şəxs4 geri qaytarılması barədə onunla aralarında bir razılaşma olmamışdır. Geridə qalan pulun qaytarılması ilə bağlı o, dəfələrlə Zərərçəkmiş şəxs4 ilə əlaqə saxlamış, ancaq sonuncu razılaşmamışdır. Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanımışdır. Həmçinin Zərərçəkmiş şəxs5 avtomobillərin ehtiyyat hissələrinin və sərinləşdirici içkilərin alqı-satqısı ilə məşqul olmaq məqsədi ilə pul almışdır. Zərərçəkmiş şəxs5 aldığı pulların geri qaytarılması barədə həm qəbzləri, həm də VÖEN-nə bağlı bank kartının tarixçəsini istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs5 götürülən 53.000 AZN məbləğindən 32.800 AZN məbləğində pul vəsaiti ona geri qaytarılmışdır. Zərərçəkmiş şəxs5 pulları ona əlbəəl verməmiş, 11.000 AZN-ni onun kartına atmış, geridə qalan pul vəsaitini isə Zərərçəkmiş şəxs3 vasitəsi ilə ona göndərmişdir. “NFC Rent a Car” adlı servis ona məxsus olmuşdur. Zərərçəkmiş şəxs2 əlbəəl pul almamışdır. Aldığı pulları ona geri qaytarmışdır. “NFC Rent a Car” servisini o, Zərərçəkmiş şəxs2la birlikdə şərik olaraq açmışdır. Zərərçəkmiş şəxs2 servisin açılmasına görə 25.000 AZN məbləğində pul qoymuşdur, o isə 18.000 AZN məbləğində pul qoymuşdur. Servisin təmiri, avtomobil ehtiyyat hissələrin alınmasını Zərərçəkmiş şəxs2 özü etmişdir. Bir müddət sonra o, artıq şərik olmaq istəmədiyini bildirmiş və ondan servisin açılması xərclərinin pul şəklində ona geri qaytarılmasını ondan tələb etmişdir. O, Zərərçəkmiş şəxs2 pulunun olmadığını, əgər istəyirsə gəlib ona aid avadanlığı və avtomobil hissələrini götürə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 müəllim kimi fəaliyyət göstərdiyi səbəbindən servisə nəzarəti ona tapşırmışdır. Zərərçəkmiş şəxs2 3 ay müddətində hər ay 2.000 AZN məbləğində pul vermişdir. Zərərçəkmiş şəxs2la gördükləri işlər 2023-cü ildə baş vermişdir. Zərərçəkmiş şəxs3 20.000 AZN məbləğində pul vəsaiti almış, alınan pul vəsaiti tam olaraq qaytarılmamışdır. Zərərçəkmiş şəxs1 ik dəfə 26.000 AZN məbləğində pul vəsaiti almış, həmin pulun 2.300 AZN məbləğdə hissəsini ona geri qaytarmışdır. Sonradan avtomobil hissələrinin alınması üçün 40.000 AZN məbləğində pul vəsaiti almışdır. Zərərçəkmiş şəxs4 ilə Zərərçəkmiş şəxs2 ayrı-ayrı servisləri olmuşdur. Zərərçəkmiş şəxs4 ilə gördüyü işlərlə bağlı istintaqa müqavilələri və digər sənədləri təqdim etmişdir. Bütün avadanlıqlar alınmışdır. Fəaliyyət göstərməyən bir obyekti müəyyən müddət icarəyə vermişlər. Zərərçəkmiş şəxs2 özü onunla əlaqə saxlayaraq şərik şəklində iş görməklərini təklif etmişdir. Həm servis açma işinin, həm də sərinləşdirici içkilərin alqı-satqısını Zərərçəkmiş şəxs2 özü ona təklif etmişdir. Bu məsələlərlə bağlı onun və digər zərərçəkmişlərin arasında “WhatsApp” sosial şəbəkəsində müxtəlif yazışmalar olmuşdur. Ancaq o, həmin yazışmaları ibtidai istintaq zamanı təqdim etmək istədikdə işi aparan müstəntiq həmin sosial şəbəkəsində olan yazışmaların sübut kimi qəbul olunmadığını bildirmişdir. Birinci servis bağlandıqdan sonra ikinci servis açılmışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı razılıq almağa çalışır. Bütün işləri bir MMC adından görmüşdür. Fiziki şəxs olaraq hər hansı bir iş görməmişdir. “ZZ Motors” Zahid müəllimin adına olmuş, ancaq müqavilələri o, imzalamışdır. Zərərçəkmiş şəxs1 66.000 manat pul almış, həmin pulun 40.000 manatını avto ehtiyyat hissəsi üçün, 26.000 manatını isə su işi üçün almışdır. Zərərçəkmiş şəxs1 ayda 2.800 manat olmaqla bir neçə ay pul qaytarmışdır. Onların Zərərçəkmiş şəxs1 ilə biznes ortaqlığı olmuşdur. Biznes ortaqlığı ilə bağlı Zərərçəkmiş şəxs1 ilə müqavilə imzalamışlar. Su biznesinə dair görülmüş işlərlə bağlı əlində sənədlər vardır. O, aldığı pulları müxtəlif bizneslərə yatırmış, ancaq həmin bizneslər alınmadığı üçün pullar batmışdır. Servis işinə 126.000 manat pul xərcləməyi ilə bağlı qəbzlər vardır. Avto ehtiyyat işinə 68.000 manat, servisə isə 126.000 manatdan çox pul qoymuşdur. Su işinə 2021-ci ildə, avto ehtiyyat işinə isə 2017-ci ildən başlamışdır. Su “Qızıl Qusar su” adı ilə satışa çıxmalı idi. Həmin suyu mağazalara paylasa da satılmamışdır. Satışı onların müvafiq işçiləri həyata keçirmişilər. Həmin işçilərin adı Malik və Şahmar olmuşdur. Zərərçəkmiş şəxslərin bildirdikləri həmin pulları almış, ancaq həmin pulların çox hissəsini onlara geri qaytarmışdır. Zərərçəkmiş şəxs4 pulları o və Elçin alaraq işə qoymuşlar. Obyekt sahibinə qarşı obyektə xərclədiyimiz pullar ilə bağlı olaraq məhkəmədə reqres hüququndan istifadə etməmişlər. Onun hazırda Zərərçəkmiş şəxs4 heç bir məbləğdə borcu yoxdur. Elşad tərəfindən verilmiş pullar hamısı ortaq biznesə xərclənmişdir. Avtoservisin icarə pulunu Zərərçəkmiş şəxs4 vermişdir. O, 2023-cü ilin aprel ayında Elçin və Elşada servisi təhvil verməyi və işin getmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 Ruslan adlı şəxsin vasitəsilə tanımışdır. Belə ki, Ruslan ünvan 7 ünvanda yerləşən “Star Academy” adlanan tədris kursunun yerləşdiyi binada ofis icarəyə götürmüş və Ruslanı orada görüb tanımışdır. Aralarında olan söhbət zamanı Ruslan ona bildirmişdir ki, Elmirin avtomobili var, taksi kimi istifadə edilməsi üçün icarəyə verir. Elmirə məxsus “Honda İnsight” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxdıqdan sonra onun şərtləri ilə razılaşmış və qeyd etdiyi avtomobildən taksi kimi istifadə etməyə başlamışdır. Aralarında olan razılaşmaya görə həmin avtomobilə görə hər ay Elmirə 600 manat pul verməli olmuşdur. 2022-ci ilin iyul ayından başlayaraq Elmirə məxsus “Honda İnsight” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə etməyə başlamışdır. 2022-ci ilin avqust ayında Elmir ikinci avtomobil almaq istədiyini bildirmişdir. 2022-ci ilin avqust ayında Elmirə təklif etmişdir ki, su işi ilə məşğul olub qazanc əldə etmək olar. Elmir də razılaşmış və su işinə başlamaq üçün 2022-ci ilin avqust-sentyabr aylarında ona Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 34 ünvanda cəmi 26.000 manat pul vermişdir. Razılaşmaya görə həmin pula görə hər ay Elmirə 2.600 manat pul verəcəyini bildirmiş və 2022-ci ilin sentyabr ayından 2023-cü ilin mart aymadək olan müddətə ərzində həmin pulu Elmirə vermişdir. 2023-cü ilin aprel ayında avtomobildə yaranmış nasazlıqla əlaqədar Elmirə 1.500 manat pul vermişdir. Bundan sonra avtomobil ehtiyyat hissələrinin alqı-satqısı ilə məşğul olmağı Elmirə təklif etmişdir. 2023-cü ilin yanvar ayında yenidən Elmirlə Nərimanov rayonu, F.Yusifov küçəsi 34 saylı ünvanda görüşmüş və Elmir orada ona 40.000 manat pul vermişdir. Həmin pulun müqabilində Elmirə ayda 4.000 manat pul verəcəyini bildirmişdir. Lakin, işləri qaydasında getmədiyindən həmin pulu Elmirə verə bilməmişdir. Zərərçəkmiş şəxs1 iş görüb pul qazanmaq adı ilə ümumilikdə 66.000 manat pul almış, həmin pulları su və avtomobil ehtiyyat hissələri almaq üçün xərcləmişdir. Zərərçəkmiş şəxs2 Əlsəfər oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 tanıyır. Zərərçəkmiş şəxs2 Əlsəfər oğlu birgə iş qurmaq adı ilə, yəni avtomobillərə texniki xidmət göstərilməsi üçün servis qurmaq üçün 22.000 manat, özü isə 18.500 manat pul qoymuş, təxminən 4 ay sonra Səfa pulunu istədiyini bildirdikdə həmin pulu ona verə bilməmişdir. 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs3 20.000 manat borca pul almış və maddi çətinlikləri yarandığına görə həmin pulu ona qaytara bilməmişdir. 2022-ci ilin iyul ayından başlayaraq hissə-hissə olmaqla Zərərçəkmiş şəxs5 33.800 manat pulu içməli su biznesi ilə məşğul olaraq qazanc əldə etmək məqsədi ilə almışdır. Bundan sonra həmin pulun təxminən 30.000 manatını Elşənə qaytarmışdır. Lakin, Elşəndən aldığı həmin pulun qalan hissəsini maddi çətinlikləri yarandığına görə bu günədək ona qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 heç bir məbləğdə pul almamış, belə ki, Elşad həmin vaxtlarda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşamışdır, onunla mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Söhbət zamanı Elşad bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Fidan” şadlıq sarayının yaxınlığında özünə məxsus avtoservisi var, həmin avtoservisin fəaliyyətinə nəzarət etsin, buna görə ona aylıq qazancının 15 faizini verəcəkdir. 2022-ci ilin oktyabr ayından 2023-cü ilin iyul ayına qədər olan müddət ərzində qeyd etdiyi avtoservisdə işləsə də, Elşad ona heç bir məbləğdə pul verməmişdir. Həmçinin, Zərərçəkmiş şəxs4 ona heç bir məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs4 ifadəsində göstərdikləri doğrudur. Belə ki, yuxarıda qeyd edilən məbləğdə pulları Zərərçəkmiş şəxs4 dostu olan Zərərçəkmiş şəxs3 almışdır (cild 2, iş vərəqi 26-30). Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2022-ci il tarixdə özünə məxsus olan kursda tanış olmuşdur. Həmin vaxt onun maşını olmuş, onu taksidə istifadə etmək üçün icarəyə vermiş və ikinci taksini almaq üçün 15.000 manat pul yığmışdır. Fərid həmin taksi işindən daha sərfəli olan su işi olduğunu və daha çox pul gətirdiyini bildirmişdir. O da elə həmin ilin avqust ayında su işi ilə bağlı Fəridə 15.000 manat pul vermişdir. Fərid həmin 15.000 manata görə qazanc olaraq sentyabr ayında 1.500 manat ona pul vermişdir. Su işi ilə bağlı oktyabr ayında Fəridə 11.000 manat əlavə pul vermişdir. Bundan sonra bir neçə ay Fərid qazanc olaraq ona pul vermişdir. Onun Gəncədə evi olmuş, həmin evi satmaq istəmiş və Fəridə su biznesi yaxşı getsə həmin pulu da verə biləcəyini bildirmişdir. Həmin ilin dekabr ayında Fərid ona yığıb ev barədə soruşmuş, o isə hələ satmadığını bildirmişdir. 2023-cü ilin yanvar ayında evini satıb 40.000 manat pulu da biznes ilə bağlı olaraq Fəridə vermişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Fəridə verdiyi pullar ilə bağlı heç bir rəsmləşdirmə aparmamışdır. Sonradan verdiyi pullar ilə bağlı heç bir iş görülmədiyi məlum olmuşdur. Qazanc olaraq Fərid 10-12 min manat pul vermişdir. Fəridə həmin pulları biznes qurub mənə də qazanc verməsi üçün vermişdir. Fərid alınan pullar əsasında ona görülən heç bir işi göstərməmişdir. Fəridin öz ofisi olmuşdur. Fəridin bu iş ilə bağlı digər adamlardan pul alması sonradan ona məlum olmuşdur. Fəridə pulları öz kursunda vermişdir. O, 66.000 manat pulu Fəridə su, taksi və avtomobil ehtiyyat hissələri biznesi ilə bağlı olaraq vermişdir. Fərid aldığı pullar ilə ona heç bir biznes göstərməmişdir. Fərid onu mediasiyaya aparıb mediasiya barədə müqavilə imzalayaraq işi mülki işə çevirmək istəmişdir. Fəridə 15.000, 11.000 və 40.000 manat olaraq 3 dəfə pul vermişdir. Fəridə 15.000 manat pul verdikdən sonra sonuncu ona 1.500 manat pulu qazanc olaraq vermişdir. O, bu işlə bağlı heç bir avto ehtiyyat hissəsi görməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Əlsəfa oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs su, yağ və avtoservis ilə bağlı olaraq biznes qurulması ilə bağlı pullar vermişdir. Həmin biznesdən əldə olunacaq qazanc bölünməli idi. O, su biznesi ilə bağlı 10.000 manat, avtoservis üçün 10.000 manat, yağ biznesi üçün isə 22.000 manat pul vermişdir. Həmin pullar ilə bağlı olaraq Fərid ona 5.000 manat pul qaytarmışdır. Zərərçəkmiş şəxs2 Əlsəfa oğlu məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Fəridlə onu Salam adlı ortaq tanışları tanış etmişdir. O, birinci dəfə Fəridə özünə məxsus olan maşını icarəyə vermişdir. Fəridə su biznesi ilə bağlı 10.000 manat, avtoservis üçün 10.000 manat və yağ biznesi üçün isə 22.000 manat pul vermişdir. Fərid dediyi işlər ilə 1-2 ildir ki, məşğul olduğunu bildirmişdir. Fəridin onu aldatdığını 2023-cü ilin yanvarından sonra başa düşmüşdür. Fərid gördüyü işlərdən yalnız avtoservisi ona göstərmişdir. Pulların verilməsi ilə bağlı heç bir rəsmi sənədləri yoxdur. O, 2023-cü ilin yay aylarında Bakı şəhər Baş Polis İdarəsinə və Nərimanov rayon polis idarəsinə bu işlə bağlı muraciət etmişdir. O, yağ və avtoservis işinə 30.000 manatdan çox pul xərcləmişdir. O, servisdən 3 avadanlıq aparmışdır. Ona Təqsirləndirilən şəxs tərəfindən servisə görə 1 dəfə, yağa görə isə 2 dəfə pul verilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə birinci dəfə maşın icarəsi ilə bağlı ortaq işləri olmuşdur. Bundan sonra Fərid ona daha əlverişli bir biznes olan cücə biznesinin olduğunu bildirmiş və bununla bağlı ona əvvəlcə 2.600 manat pul vermişdir. 2022-ci ilin oktyabr ayından 2023-cü ilin may ayına kimi Təqsirləndirilən şəxs 42.000 manata qədər pul vermişdir. Həmin biznesdən qazanc olaraq Fərid ona hər ay 260 manat olmaqla 6 aya 1.560 manat pul vermişdir. Zərərçəkmiş şəxs3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, həmin biznesdən qazanc olaraq Fərid ona hər ay 260 manat olmaqla 6 aya 1.560 manat pul vermişdir. Onun bu işdə olan zərərçəkmiş şəxslərdən başqa digər şəxslərə də borcu olmuşdur. Təqsirləndirilən şəxs 42.000 manat pulu 4 hissəyə bölməklə vermişdir. Axırıncı dəfə verdiyi 20.000 manat pulu Fəridin taksi icarəsindəki çətinlikləri aradan qaldıraraq bu sahədə olan biznesdən gəlir götürmək üçün vermişdir. Həmin pulları həm kartla, həm də ki nağd olaraq vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, digər Zərərçəkmiş şəxs3 tanıyıram, onunla uzun illərdir dostluq edir. O, Rusiyada işləyib yaşamış və baş verən hadisələrə görə Azərbaycana qayıtmışdır. Azərbaycana qayıdan zaman Elçin ilə görüşmüşdür. Görüş zamanı Elçin Fərid adlı şəxs ilə avtoservis açmaq istədiklərini və pula ehtiyac olduğunu bildirmiş və onun da həmin işə pul yatırmağını bildirmişdir. O da Elçin ilə razılaşmış və həmin avtoservis işinə 129.050 manat miqadarında pul sərf etmiş və verdiyi həmin puldan ona nə qazanc, nə də ki, öz pulu geri qaytarılmamışdır. Zərərçəkmiş şəxs4 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, o, pulu Elçinə inandığı üçün vermişdir. Pulu avtoservis açmaq üçün vermişdir. Pulu həm Elçinə, həm də Fəridə vermişdir. O, Rusiyadan 2022-ci ilin sentyabr ayında gəlmiş, noyabr ayında isə Rusiyaya geri qayıtmışdır. O, 2023-cü ilin iyun ayında yenidən Azərbaycana qayıtmışdır. Pullar o, Azərbaycanda olmadığı müddətdə verilmişdir. Pulların verilməsi ilə bağlı sübutlar diskə köçürülüb təqdim olunmuşdur. Pulları göndərən zaman Elçin həmin pulları aldığını təsdiqləmişdir. İşlərin getməsi ilə bağlı olaraq Fərid ona videolar göndərmişdir. O, işin getmədiyini 2023-cü ilin iyun ayında Bakıya gəlib avtoservisin olduğu ünvana getdiyi vaxt görmüşdür. Həmin vaxt Elçin və Fəridi həmin yerə dəvət etmiş və Fəriddən işin nəyə görə getmədiyini soruşmuş, sonuncu işlərin getmədiyini, buna görə də işləri dayandırdığını bildirmişdir. Fərid bu işlə bağlı 2023-cü ilin iyun ayına kimi dəfələrlə müxtəlif ehtiyaclar üçün pul istəmişdir. Fərid tərəfindən ona göndərilən videolarda gördüklərini canlıda görə bilməmişdir. O, iş görmək üçün həmin pulları vermişdir. Fərid həmin obyekti icarəyə götürdüyünü bildirmiş, bu barədə heç bir sənəd təqdim etməmişdir. İcarəyə götürülən həmin obyektə icarəyə götürülməzdən əvvəl gedib baxmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaxın dostu olan Zərərçəkmiş şəxs3 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs yaxın ailə dostu olduğunu və tam şəkildə güvənilən bir insan olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs 50.400 manat pul vermişdir. Həmin məbləğin 22.300 manat hissəsini Mingəçevir şəhərində, qalan hissəsini isə karta göndərmək yolu ilə Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs3 Fərid haqqında danışan zaman Fəridin iş alınmasa birinci olaraq onun pulunu qaytaracağını bildirmişdir. Hətta ona demişlər ki, iş alınmasa Fəridə məxsus olan avtomobillərin bir neçəsini onun adına keçiriləcək. Sonradan işlər alınmadığı zaman maşınların onun adına keçirilməsinin mümkün olmadığı bildirilmişdir. Fəridə pulları avto ehtiyyat hissələri və su işi ilə bağlı olaraq vermişdir. Zərərçəkmiş şəxs5 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Fəridi birinci dəfə 22.300 manat pulu verən zaman Mingəçevirdə görmüşdür. Görülən işlərlə bağlı Fərid ona heç bir sənəd göstərməmişdir. Xeyir olaraq Fərid tərəfindən ona 18.000 manat pul verilmişdir. Ona bu işi Zərərçəkmiş şəxs3 təklif etmişdir. Fəridi gördüyü vaxt verdiyi pul ilə iş görülmədiyi barədə sonuncu ilə danışmışdıq. Fərid isə öz nömrəsini verərək görüşüb yoluna qoymaqlarını təklif etmişdir. Görüş təyin etsə də Fərid görüşə gəlməmişdir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 1 ədəd CD diskə baxış keçirilərkən aşağıdakı məzmunlu səs yazıları müəyyən edilmişdir: -Salam aleykum, necəsiz. Deməli padyomnikdən bu diaqnostika aparatını sifariş vermişəm uje. Sabah inşallah gələcək. Bu gün qazdırdıq yerlərini padyomnikin, dəmirçi üçün yerlərini qazdırdıq o turbaları basdırmaq dartmaq üçün, aparat qoymaq üçün. Xırdaxırda işlərimizi görmüşük. Əslində diaqnostika aparatını vermişik propiska yazmağa indi. Elşad abi daha yaxşı bilər. Aparatın özünü aldıq, 1600 manatlıq aldıq. Sadəcə onun içinə proqramlar yazılmalıdı ki, maşın diaqnostika olsun də. Proqramları yazdıqmağa 700 manat da ora vermişik. İndi hamısını nə iş görmüşəm yazacam boşluq olsun ofisə gedəndə. Onu da səhər tezdən götürəcəm propuska yazılsın o proqramlar diaqnostika aparatı. Bir də onu deyəssiz noldu. Bu aparat özü satılır planşeti satılmır. Elçin abi bəlkə planşetin ola evdə işlənən, işlənmiş fərqi yoxdu hansı cür istiyir olsun. Planşet lazımdı ucuzvari alacam 200-300-ə. Belə. Bir sözlə heç nə. Səhər padyomnikin bu karkaslarını atdıracam, yerlərini qazdırdım. Karkasları alıb yerə sement vurub almaturla toxunmalıdı. Ora quruyub eliyəndən sonra yəqin ki, həftə sonuna qədər gəlib qoşacaqlar. Xeyirli bərəkətli olsun inşallah. -Abilərim o diaqnostika da universaldı. Bütün nə maşın var hamısına gedəndən almışıq. Yəni elə maşın var bir maşına gedir birinə getmir. Proqramı bir maşına gedir o birinə getmir. Ona görə də bütün hamısı universaldı. Yəni bütün maşınları diaqnostika edəcəyik, bütün maşınlara baxa biləcəyikdə yəni. Eləsi var məsələn ancaq tayota üçün nəzərdə tutulub proqramı və başlığı. Başlığı da şnurnan almamışıq, blutuzla almışıq ki, məsələn qoşduq qıraqda rahat baxa bilək, bir də maşının içində oturmayaq də bildiz necə. Xeyirli olsun inşallah. -Salam Aleykum bir daha. Daha. Abilər mən götürdüm pulu 10030 manat. Xeyirli olsun inşallah. -Abi mən bilirsən bunu nətər eliyəcəm inşallah. Bi dənə bu pul gəlsin proqram da danışmışam. Nə qədər baha olsa da bu proqramı eləməliyik. Səhərisi gün müştəriyə də lazımdı, özümüzə də lazımdı. Qırağa rasxoddar yazıb ilk maaşı ona yazdığımıza qardaş, proqram alacam, servis proqramı. Maşın daxil oldu məsəl üşün Soltan oturub yazacaq ki, 749 nömrəli maşın məsələn filan vaxt yağ dəyişməyə girib, hansı yağ tökülüb, nə qulluq olunub, neçə qiymətə olunub sistematik hamımız görək onu. Bir də sənə mən hər dəfə yazmıyıb. Ortada qaranlıq qalmasın ki, məsələn birdən də işdi düzdü heç sənin ürəyinə gəlməz, Elşad abinin də ürəyinə gəlməz ki, 30 manat gördürüb 5 manat yazdırıb ora. Başa düşdünmii bu şeyə görə yəni. Sistematik, avtomatik hamı görəcək. Səhərisi gün məsələn sən qulluq elətdirmişəm Gələndə tutalım baxıb görəcəklər ki, buna məsələn, iqmoliya yağı tökülüb, filan vaxtı tökülüb, stufsiyası dəyişilib, sveçası dəyişilib, burası dəyişilib başa düşdünmü, yəni, düzgün servis kimi. -Abi salam aleyküım ee. Zəng edibsən ee nə qədər. Məni bi dənə bundan bir 10 gün 20 gün qədər dava-döyüş var idi. Ona görə məni şikayətçi olmuşdular. Saxlat bölmədən saxlatmışdılar, 5-ci bölmədən. Vallahi bu dəqə çixmışam ee çölə. -Yox abim dedim birdən yəni inciyərsən məndən. Yəni o mənada dedim. Sən yəni məlum elə şeylər var ki, olar birbirinə bağlı gedir. Yəni mən oram remont eləmiyim, oranın kafelini vurdurum. Zaten bu gəlib oranın hamısını şkatulluyub gedir də. Başa düşdünmü məni. Əsas bi dənə yerimiz səliqəli olmalıdı də. Mağazaya girəndə yəni. Hə, heç nə. Dedim birdən küsərsən məndən. -Yazdim abi. 12000 puluydu. Götürdüm. -Salam aleykum Elşad abi. Necəsiniz, kefiniz halınız. Abi bu gün pul olacaqmı? -Abi salam aleykum. Mən götürdüm 3000 dolları. Diinənnən vaxtım olmamışdı. Sonra da kişiyə yazdım həmin adama yatmışdı deyəsən, day gec oldu. Bu gün gəldim götürdüm. Dünən göndərdiyiniz 3000 dolları götürdüm yəni. -Amin inşallah Amin abi. Allah min dəfə razı olsun. Görülən işlər haqqında da yazacam. Bir az iki gündü oranın işləriynən məşğuluq. Sement zad tökülmüşdü bir az çirkliydi. Səhər inşallah bir dənə səliqəyə-səhmana salıb padyomniki də, təzə gələn şeylərdi onların hamısını ətraflı-detaylı yazacam. Həm də atacaıu sizə. -Salam alkeykum abi necəsən, kefin halın. Abi sizdən bir xəbər olmadı. İnşallah nətər eliyəlc, nətər qoyaq işi. Demək olar ki, bir az bir şey qalıb oranın təmiri lazımdı, o yerin. Styaşka zad olunmalıdı, kafeli zadı vurulmalıdı. Sonra dəmirçiyə aid bir 2-3 dənə məsələlərimiz qalıb. İşıqlandırma sistemidi, istilik sistemidi, belə yerdə qalan məsələləri nətər həll eliyək, necə eliyək. Sizi gözlədim həftə sonuna qədər xəbər olmadı. İnşallah nə vaxt olar? (cild 1, iş vərəqi 206-208). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 1 ədəd CD diskə baxış keçirilərkən aşağıdakı məzmunlu yazışmalar müəyyən edilmişdir: - Axşamınız xeyir. - Elsad çatdı z rahat? - Salamatcılıqdı abi? - Mən sabah sifaris vereceıu podyomniki, 6/baz.ara dusmeyek - Podyomnik qazilmagi, qıırasdirilmagi minimum 5 gun cekecek - Calisib ilkin pulu sabah hell elesez yaxsi olardi. Bir de diaqnostika aparati alaq ki, telebat çoxdu diaqnostika gelen kimi diger yere gedirler ozu oz pulunu cixaran bir seydi - Melumat vercsiz. menc - Elcin abi???? - inşallah - Sağ Salamat inşallah - Salam aleykum - Bize ilkin bunlar lazimdir - Deqiq bildiklerimin qiymetleri konkret yazilib - Yerde qalanlar texmini - İnsAllan ki Elsad abi xeber gozleyirem sizden - Salam aleykum - Necesiz? - Vee aleykum salam - Tamam - 10.030 - Amin. Xeyirli olsun inşallah - Salam - Oldu qardaş - Goturdum - 5900 dollar - 10.030 manat yeni - Xeyirli olsun - Amin inşallah - Xeyirli olsun inşallah - Abi bularin mahisi temir ucun gelen masinlardır))) yoxsa park edibler saidcce - 5100 manat goturdum - 12.000 manat goturdum - İsin adi ve sıımma yaz - 4-5 şeydir zaten - Qoy gorek burdan - Qapilar - Abi zaten demisem sende de var da exceilde - Elave qapi - Komyuter tapirdin mene ne oldu - Qiymeti de yaz - Qapi biri qurasdirilmasis - 830 azn - Acotu bana qatma. İs de olsun, ama - Oldu - Abi birinci bu xirda meseleleri hell elemek lazimdir - Hansi xirda meseleleri? - Abi qalan xirda isler -Yaz qalsin burda da. Gozum gorsıın mende -Servise gorulecek isler -isin adi ve sunıma yaz - 4-5 şeydir zaten - Qoy gorek burdan - Qapilar - Abi zaten demisem sende de var da exceilde - Qiymeti de yaz - Qapi biri qurasdirilmasis - 830 azn - Acotu bana qatma. İs de olsun, ama acot da getmelidirş Bunun ona aidiyati yoxdur yeni. Buğun acotu da hell edek. - Abi niye bele yazirsan ki? Musait deyilsen eger musait olanda yazarsan. - Kelbetinle soz alıram e. - 830 m lazimdi cemi? - Nece qapi yazda hami sin? - Basqa heçne yoxdur? - Abi iş goturmusuk amma gelir olaraq hele pul gelmeyib - abi sene texmini yazdım - İlkin 10.000 gonderende - Ele qapilar - Qurasdirilmali zadli - 4000 gorecek bizi - Metlax alib - Ustaya - Pulun mata alasi olsaq - 3000 yaxinda ora gedecek - İki boxsun - Ustun baglanmasi - İşiq sistemi cekilmeyi - Bir ehtiyyat hisseleri olasi mağazanin - Ay abi ele seyler var qiymeti bilmirem - Alanda bilecem - Adlarini yaz - Qapinin biri i qiymetedi - Texmini qoymeti yaz. Almaq isteyirsen maraqlan da qiymctle - Var niye yoxdu - Metlax almaliyam - 180 kv.m - Men indi ne bilim metlaxi neceye alacam - Texmini yazaq. Sumnıa cixsin da - 3000 manat - Mende - Sabah qapi sifaris veresiyik - 4 eded 1 eded 830 m “WhatsApp İımagc 2024-04-18 at 13.10.50 (2)” adlı faylda aşağıdakı yazılar vardır: - Siyahi atac
1. Kompyuter islenmiş 800-900 (yeni 1400-1500 azn) -parametleri yuksek olmalidir.
2. Earsunka yuyan aparat 1950 azn+elektrik lazim olanlar 700-900
3. Divarlar.+uste zehmet haqqi ( ic temiri) ?????
4. Elcin abi 10.800 azn ( 2 ay 400 elavesi)
5. Kohne pul veren. 8670 azn
6. R eklam isleri 600-800 azn
7. Metlax-180 kv m. 2150-2600 azn
8. Vergi 1300 azn muqaviieye gore. (Odenib)
9. Eovqalade - 600 azn (1 illik ucun isteyir) 1 0. Aparat ayliq mart ucun 800 azn
11. Ayin 15-ne kiranin vaxtı gelecek. - Bir ehtiyyat hesseleri olasi magazanin - Temiri - Gelib ora cixacaq - Bura kompyuter - Farsunka aparati - Onlari hele yazmamiwam - Yazdim ilkin olasi seyi - Mağaza indi niye temir edesen? - Satis olacaq? - Ay abi ne olar gedise sen qarisma xais eleyirem - Necesen nevar ne yix? İslerin veziyet? - En qısa vaxtda imkan varsa buna baxarsan. Sonra da fikrini zikrinin yazarsan. - Salam aleykum 3000 azn goturdum - Cepde))qeyd edecem - 2000 (evvelden qalan) +3000 Feride gelen son pul = 5000 m - 400 otaq temiri (balaca otaq-budka kimi) - 3320 m Qapi xerci - 600 m Fovqalade - 1300 Vergi odenib (kiranin Vergisi) - !! 6000 Kiranin vaxtı bu ay! -xx.xx.2023-cü il tarixdə saat 16:01-də ünvan 9 ünvanında yerləşən “Araz” marketdə olan” mpay” ödəmə terminalı vasitəsilə kapital karta aid kart hesabına 3700 manat pul köçürülmüşdür. -********** nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:54-də 416973******5442 nömrəli kart hesabından 416973******6261 nömrəli kart hesabına 2300 manat pul köçürülmüşdür. - Qalanini Sabah deyecem - Goturersen - Yaxsi abi - qəbz şəkli - Gel di abi 2300 manat - Hansi bankin kartidi - Kapital - qebz şekli - He abi geldi - Allah razi olsun - Abi meblegi denen deyir - Ne qeder? - 8800 dollar - Yaxsi abi - Abi goturdum - Allah razi olsun (cild 1, iş vərəqi 216-221). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Əlsəfər oğlunun təqdim etdiyi 1 ədəd CD formatlı diskə baxış keçirilərkən aşağıdakı məzmunlu səs yazıları və yazışmalar müəyyən edilmişdir: - Qardaş, hansı vaxtı uzatmışam, hansı vaxtı uzatmışdım? dediyim vaxta nə qədər vaxt varıydı gözləmədin, polisə mən hansı vaxtı uzatmışam ki ? polis mənnən heç nə danışmadı, polis dedi ki, camaatın pulunu ver, mən də qayıtdım ki yaxşı, zatən veriləcək. - Qardaş, səndə bu rəqəmlər gah 8 ay deyirsən, gah 4 ay deyirsən, gah 5 ay fdeyirsən, gah nə bilim deyirsən mən sudan 2 ay xeyir götürmüşəm, özün mənə deyirsən, sənin də dediklərin üst-üstə düşmür, sənə dedim ki, keçən dəfə də dedim, müqavilə bağladın, müqavilənin vaxtın gözləmədin, getdin polisə verdin, indi də mənə deyirsən ki, pulu ver, mən də sənə deyirəm ki, verəcəm, bu gün pul gələcək, verəcəm, gəlmiyəcək, səhər yenə oturub danışarsan, danışmaq da istəmirsən, zatən vermisən də, işim polisdədi, götürüb ordan da başqa yerə verərsən. - Bu günkü gündə belə gözlənilmir də, yəni son ancaq deyirsən gözləmək, zatən bu mövzu danışılıb, başqası tərəfindən deyilib, evdən də problemimin olduğunu bilirlər, hamı sözü bir yerə qoyub, hamı fikirləşir ki, bir şey eliyək, amma gözləmə bu cür olmur axı, heç kim də demiyib ki, hə, yox vermiyəciyik, deyilib ki, köməklik olacaq, fikirləşirlər ki, necə kömək eliyək, sən amma deyirsən ki, 8-9 ay gözləmişəm də, 8-9 ay gözləməmisən ey qardaş, sən maksimum 2 ay gözləmişəm - Qardaş, zatən məsələ o yerdədi, indi bir dənə toplayıb hamıya bir hissəsini, sonra da satılıb veriləcək do, mən demirəm ki, vermirəm, sənin başqa gəlir yerin olmuyub ki, bir səbirli ol da. - Sizin özüvüzə də deyildi, polisə də deyildi, yəni vaxt lazımdı pulun qaytarılmasına, sizin özüvfız gözləmədiz, getdiz verdiz polisə, mən bunu deyirəm ey, vaxtı mən uzatmadım, bu mövzu üçün xay deyiləndə verilən bir şey deyil, danası olsam danardım da. - Qardaş, mən də onu deyirəm ki, gedib suyla danışmalıyam, sonra deməliyəm, bu bir, o biri tərəfi də son deyirsən malı satınısan, mən mah satsaydım necə sənə qaytarıb verə bilərdim ? ona görə də mən sənə dedim ki, ayın 11-i, 12-i sənə deyəcəm, Familnən də danışanda dedim ki, gününü təyin edəcəm ki, mən bu pulu hansı formada verə bilirəm. - Qardaş, birincisi mən malın pulunu yesəydim, mal formasında olan təklifi deməzdim, mən sizə may ayında demişəm, sadəcə olaraq may avından sonra bir ay m içində mən gedib danışmalıydım, bu gün getmoliydim, gedə bilmədim, sabah gedib danışmalıyam 10000 məsələsini, deməli ayda mən sənə 15000 pul verəcəm, 3 aya bağlıyacam və yaxud ayda 5000 pul verəcəm, 5 aya bağlıyacam, demirəm sən məni bir illərnən gözlə, ayda sənə 500 pul verəcəm, burda iş qurmuşuqsa, biri-birimizi başa düşmək lazımdı də. - Yəni, biz servisdə danışdığımız kimi biz yağları, açarları götürürsənsə, voni mənim sənə o qədər borcum olmur, yox əgər deyirsənsə ay Fərid, mən sənə pul kimi vermişəm, yağları da nə istəyirsən elə, get qıraqda satdır mənim pulıımıı ver, onda uje başqa cür danışılmalıdı, yəni mən onu satası qədər vaxtım olmalıdı. - Qardaş, küçədən keçən adam deyib durursan, burda heç kim səni aldatmayıb, götürülən yağ sənə deyilib, hesabladılar dedilər bu qədərdi, bir malın dəyəri qıraqda 5 manatdısa, deməli 5 manatdı. - Qardaş, sənin siyahıynan aldığın malın ordadı, əskiyi yox, bir şeyi yox, düzdiimü, hamısı hesablandı, digər yağlar yıxılandan sonra 16000 pııl çıxdı, vsyo, yəni bu formada qaytarırıqsa, bir dənə mənə denən ki, hə, yox mən istəmirəmsə, servisin xeyri zadı hesablanmalı deyil, əsas pul hesablanacaq, əsas pul qaytarılacaq. - Xeyr, mən 25000 manatlıq malın 1000 manatını sizə ona görə verməmişəm, siz mənə dediz ki, heç olmasa maşın pulunu bağlayın, mən də götürdüm 1000 manat göndərdim ki, maşının pulu bağlansın. - O ki, qaldı pul məsələsinə, başa düşürəm, deyirsiz bu gün demişdim pul verməyə, mənim də pulum orda-burda, sizin pulunuz, necə məndə olduğu kimi mənim də pulum orda-burdadı, mən o pulu toplamalıyam, köçürməni almalıyam, pulumu almalıyam ki, sizə ödəniş edim, düz başa düşün e məni, yəni sizin pulu danan yoxdu, gəldiz dediz ki, mənim pulumu qaytar, dedim abi sənin pulun maldadı, yağdadı, həll edib göndərəcəm, danmamışam ki, mənə verdiyiniz, məbləği, yox mən siznən iş görməmişəm, sabah gün işığıynan görüşərik, onu mən bir dəfəyə gətirib qaytarası da deyiləm, hamısı işlərdə olan pullardı, hissə-hissə tez. bir müddətdə qaytararam, yenə deyirəm, mən danmamışam. - Qardaş, bildim e, servis tamamilə dayanıb, mən də sizə dedim ki, servis dayanıbsa, sizin pulunuz saxlanılmahdı, sizin pulunuzun üstünə niyə faiz gəlməl idi ki, sizin pulunuz veriləcək, 2000 artığıynan veriləcək, yerdə qalan su, o başqa məsələ, bayram qurtarsın görüşərik, ona qədər bir az. pul ataq, mən sizə demədim c siz. banksız, məndsən faiz alırsız, amma servis məsələsi çoxdan bağlanıb, nə pul vermisiz, pulunuz qaytarılacaq, mən sizə demirəm e Allah eləməsin, siz faiz istiyirsiz, indi işdi başımıza gəlib köməklik eləmək lazımdı, mən demirəm ki, pul qaytarılmayacaq, qaytarılacaq, amma saxlıym, stopluyun, sizin pulunuz da veriləcək. Sizə gətirdiyim naturalnı suların Bakıya paylamaq rəyini biz. özümüz almışıq, özümüz paylayacayıq, ona görə də sizə də və sizin kimi olan adamlara da bunu təklif eləmişdik, yarım saata mümkün olsa danışarıq. '‘WhatsApp Audio 2024-05-08 at 09.53.28’' adlı faylda aşağıdakı yazılar vardır: - Size deildi ki - Verilecek - Veriləcək deyib yola vermə gətir ver - Mənliyini, şərəfini, vicdanını dərk edən insan sözünə sahib çıxıb öhdəliyini yerinə yetir - Bu qədər incitmə - Borcunu qaytar - Salam başım qarışıqdı. Anam sabah ürəkdən əməliyyat olunur. Ayın 22 ne kimi səbıii olun onnan sonra sürətli şəkildə qaytarilacaq - Salam bu gün aym 21 di - 3-cü ayın da tamam oldu qaldı sonuncu ayın bu günə kimi 1 manat da ödəmomisən nədir fikrin?(cild 1, iş vərəqi 223-225) Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd CD diskə baxış keçirilərkən aşağıdakı məzmunlu yazışmalar müəyyən edilmişdir: -Ay müəllim mən də sizə dedim ki, ailə mövzusuna qatılası bir şey yoxdu. Sizə dedim gözləyin satdacaq. Mən day i m oğlu və ya başqası olmasa belə dedim satılsın veriləcək. Yenə deyirəm müəllim sizdən incimirəm. Bu məsələ kimnənsə danışılıb həll olunası bir şey deyil. -Atılacaq addımları demişdiz -Başa düşdüm sizi. Sizdən də incimirəm. Dediyim kimi sizdən artıq summası alacaq adam belə gözləyir ki beli veziyyeti başa düşür. İnşallah ki gələrəm üzbəüz danışarıq. -Salam Aleykum -Siz kursda olacaqsız axşam -Salam axşama işim var 1 saata kimi burdayam -Və ödəniş şəkli necə olacaq? Aya nə qədər pul verəcəksiz? Zəhmət olmasa bunları açıq şəkildə yazın fikirləşim. Qərarımı bildirim. Mənim niyyətim kiməsə pislik etmək deyil pulumu geri almaq istəyirəm. -Salam abi bugün axşam gelim danışaq sizin kursda olarım? -Səs yazılarını da oxudum in.Allah qırarlaşdırım bu gün gəlim danışaq. -Ay abi bilirəm siz necə insansız. Zaten sizin pulunuzda veriləcək. -Tamam abi by gün təklifləri deyərəm hansı formada olacağını da -Siz qərar verərsiz “WhatsApp İmage 2023-09-27 at 16.20.10” adlı faylda aşağıdakı yazılar vardır: -Abi notarius pul olmadan müqavilə bağlamır onu öyrəndim. Mediator deycn bir qurum var o bağlayır pul olmadan da. Mən sizə nə qədər verəcək vars maksimum onu 4 aya yayıb verəcəm. Ordan satıb və ya satılmasa belə aylıq şəkildə veriləcək. Yəni burda əsas məbləği nəzərdə tutaq. Çünki həm su həm də ehtiyyat hissələrində artıq gəlir kimi satışa çıxarmıram. Yəni mediator idarəsindən maraqlansaz orda ətraflı yazırlar və aylıq hansı formada qaytarılacaq qeyd olunur. Notariat da eyni hüquqa malikdir. -Maraqlanacam, Yəni heç bir pul göstərmədən mənim sizə verdiyim 66000 Azn hamısını rəsmi şəkildə qəbul edir? -Birdə su işində aprelə kimlə qqzancm mənə düşən hissəsini danışmışdıq. O necə olacaq? -Bəli rəsmi şəkildə qəbul edilir -Onuda əlavə edə biləciyik yoxsa əsas pulu "‘WhatsApp İmage 2023-09-27 at 16.20.11(1)” adlı faylda aşağıdakı yazışmalar vardır: -Fərid müəllim bayaq yürüyüşdə idim rahat yaza bilmirdim. Dünəndən etdik bu söhbəti təkrar yenə deyirəm siz dostunuzdan, tanışınızdan, qohumunuzdan və ya kimdənsə evin pulundan 30.000 mənə qaytarın mən gedim binədən və ya zabratdan bir ev alım atamgil sakitləşsin. Yerdə qalan pulu da müəyyən hissələrə bölüb verərsiz -Abi mən zaten sizdən hansı formada müqavilə bağlayıb fikrim vaxt qazanmaq deyil, sadəcə üstünə düşüb sürətli şəkildə satıb pulunuz verilsin. Mən artıq başqa bir şey istəmirəm sizdən. Yəni m üəyyən bir vaxt lazımdır ki satılsın və verilsin -İnanın sizin dediyiniz məbləği də maraqlanıram bizimdə çox alacağımız var demişem de müəyyən adamlar var -Mən demirəm yəni siz gözləyin. İnşAllah ki çox olacaq çox veriləcək. -Siz səhər maraqlanın zəhmət olmasa mediator idarəsi ilə -Mən də bir iki alternativlər var onlardan danışım -Fərid müəllim, salam. Siz dünən mənə deırıişdiz ki aramızda müqavilə bağlayaq hansı şərtlərlə desəniz. Bunu aydınlaşdıraq da. Bu müqavilə necə olacaq? Harada bağlanacaq? Notarius pul olmadan müqavilə mağlamır? Necə olacaq? Başqa hansısa qurum demişdiniz, mənə ora haradır? -Müqavilə ümumi 66000 Azn (Evin pulu (40000 Azn) və suyuna qoyulan (26000 Azn)) pula aid olacaq yoxsa faizləri ilə birlikdə? -Evin puluna alman ehtiyyat hissələrin qazancından verəcəksiz yoxsa əsas pulu nəzərə alacağıq müqavilədə? -Suyu danışmışdıq aprelə kimi qazancdan düşən hissənin ödənişi olacqdır düzdür? Və ödəniş şəkli necə olacaq? Aya nə qədər pul verəcəksiz? Zəhmət olmasa bunları açıq şəkildə yazın fikirləşim. Qərarımı bildirim. Mənim niyyətim kiməsə pislik eləmək deyil pulumu geri almaq... -Salam abi bu gün axşam gəlim danışaq sizin kursda olarmı? Bundan başqa, diskdə olan fayllarda aşağıdakı məzmunlu səs yazılan müəyyən edildi: -Abi, dünya dura, mənə nəsə olar, yəni o pul geri qayıdar, amma o pulun bir dənəsi harama getmiyib, iş görmüşük, işdə ki, qaydasındadı, sadəcə olaraq bilirsiz, necədi, satış nöqteyi nəzərdən zəif olduğumuza aid olur, yuxarı olduğumuza aid olur, yəni bu cəhətdən sıxıntı olur, o biri tərəfdən heç bir sıxıntı yoxdur, ən əsası odur ki, biz qarışdırmışıq, indiindi qaydaya düşür, Elçin abi deyir ki, bu cür elə, bu cür elə, yəni aləm dəymişdi biri-birinə, taksi tərəf bir yandan, Rent A car tərəf bir yandan, su tərəf bir yandan, xırda z.apçast bir yana, hərəsi dolaşıb, məsələ burasındadı, yoxsa ki, sıxıntı yoxdu, yenə deyirəm a, hissəhissə olub gətirib çatdıracıyıq, fikir də var ki, zatən onu sata-sata hamısını qaytaraq, məcbur söz danışılıbsa elənməlidi. -Salam Elmir müəllim, necəsiz ? mən indi bir dənə Qusara gedib-gəlirəm, səhər danışacam, bir hissəsini göndərməlidi, danışıb sizə xəbər edəcəm, siz Bakıdasız ? -Abi, mən sizə ona görə dedim də, mən şəhərdəvdim, su ilə bağlı getdim, qayıtdım, mən yarım sata gəlirəm ancaq, sizə müsaitdisə gözləyin, ya da istirahət edin, sabah gəlim, zatən bircə siznən qalıb, bütün məsələləri danışmışam. -Yəni abi, mən sizi gözləmişəm deyəndə sizə dedim ki, axşam gələ biləcəm, yəni indi işim belə alındı də, uzaq yol gedib-gəlməyim bu cür alındı. -Abi bildim e, deməmişdim deyəndə mən zatən keçən dəfə də sizə demişdim ən yaxşı ehtimalda yarısını diyəcəklər sizə, yenə deyirəm, icazə verin, səhər gələcəm oturaq danışaq. -Oldu, İnşallah sabah gələcəm, bu zatən verməyinə verəcək, razılaşdı, götürəcək, amma bir şey var də, orda həm servis varıydı, həm zapçast varıydı, onun da o qədər qüvvəsi yoxdu pulu verməyə o qədərini, amma indi müəyyən bir şeylər var do, siznən də danışmalıyam, o biri adamlarnan da danışmalıyam, sizin kimi servisdə pulu olan məsələlər var, bildiz, yəni əsas maliyyə servisə qoyulub, mən bunu güclə razı salmışam (cild 1, iş vərəqi 202-204). Cinayət işinin materiallarında olan sənədlərin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs5 20 yanvar 2023-cü il tarixdə 1.900 manat, 2.000 manat, 4.000 manat və 5.900 manat, 29 yanvar 2023-cü il tarixdə 3.000 manat və 22 fevral 2023-cü il tarixdə 1.500 manat məbləğində pulları Təqsirləndirilən şəxs kart hesabına köçürmüşdür (cild 1, iş vərəqi 71-76). Cinayət işinin materiallarında olan sənədlərin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs4 12 noyabr 2022-ci il tarixdə 10.030 manat, 19 noyabr 2022-ci il tarixdə 10.030 manat, 26 noyabr 2022-ci il tarixdə 12.000 manat, 03 dekabr 2022-ci il tarixdə 5.100 manat, 27 dekabr 2022-ci il tarixdə 5.100 manat, 29 dekabr 2022-ci il tarixdə 5.500 manat, 11 yanvar 2023-cü il tarixdə 3.000 manat, 17 yanvar 2023-cü il tarixdə 6.000 manat, 24 yanvar 2023-cü il tarixdə 5.100 manat, 29 yanvar 2023-cü il tarixdə 5.000 manat, 6 fevral 2023-cü il tarixdə 14.960 manat, 15 fevral 2023-cü il tarixdə 6.000 manat, 24 fevral 2023-cü il tarixdə 3.000 manat, 17 mart 2023-cü il tarixdə 6.000 manat, 8 aprel 2023-cü il tarixdə 4.000 manat, 11 aprel 2023-cü il tarixdə 5.000 manat, 16 aprel 2023-cü il tarixdə 3.000 manat, 20 aprel 2023-cü il tarixdə 1.250 manat və 1.800 manat olmaqla cəmi 3050 manat, 10 mart 2023-cü il tarixdə 3.000 manat, 2 may 2023-cü il tarixdə 2.300 manat, 3 may 2023-cü il tarixdə 3.700 manat, 11 may 2023-cü il tarixdə 3.400 manat, 26 may 2023-cü il tarixdə 4.780 manat olmaqla ümumilikdə 129.050 manat məbləğində pulu Təqsirləndirilən şəxs təhvil verməsi barədə tərtib edilmiş sənəd Təqsirləndirilən şəxs tərəfindən imza ilə təsdiq edilmişdir (cild 1, iş vərəqi 90). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 130-131). Cinayət işinin materiallarında olan qərardan görünür ki, 14 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir (cild 1, iş vərəqi 165). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 226-227). Cinayət işinin materiallarında olan “Azemis” Elektron Məhkəmə İnformasiya sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Ramidə Nəzərli və xx.xx.2019-cu il təvəllüdlü Aişə Nəzərli adlı iki azyaşlı uşağı vardır (cild 3). Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 təqdim etdikləri ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs onlara vurulmuş maddi ziyanın ödənilməsini tələb edirlər (cild 3). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmədə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən 12 mart 2024-cü il tarixdən 14 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən cəzaya hesablanmaqla onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 mülki iddia verməsələr də, məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs onlara vurulan maddi ziyanın ödənilməsini tələb etmişlər. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərcləri və maddi sübutların olmadığı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 12 mart 2024-cü il tarixdən 14 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 30 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Səbuhi Hüseynov
Hakimlər: Cavid Hüseynov
Eldar İsmayılov