Məhkəmə qərarları › İş №1(101)-393/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-393/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-393/2020 06.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X10, X11 və Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 və böyük prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, müdafiəçi - Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1970-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının müəllimi vəzifəsində işləyən, tibb elmləri namizədi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona övladı X22 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsində baxılan cinayət işi üzrə İsa Ağayevin cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olmasına dair müvafiq ekspert rəyi almaqla onu cinayət məsuliyyətindən azad etdirəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla xx xxxx 2017-ci il tarixdə ünvan 2 ünvanında yerləşən binanın həyətində əvvəlcə 6000 manat, 2017-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısında Şahid5 vasitəsilə 1000 manat, xx xxxx 2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında isə Şahid6 vasitəsilə 2000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs ümumilikdə 9000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılaraq Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilmiş yuxarıda qeyd olunan cinayət epizodu ilə yanaşı, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həm də başqa bir epizod üzrə də ittiham irəli sürülmüşdür. İrəli sürülmüş həmin digər ittihamda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona övladı X22 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair X45 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində baxılan cinayət işi üzrə İsa Ağayevə anlaqsız vəziyyətdə olmasına dair müvafiq ekspert rəyi almaqla ona verilmiş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad etdirəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2007-ci ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri ərazisində X23 vasitəsilə 1000 manat, 2007-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Qasımov küçəsi, 1 ünvanında yerləşən Məhkəmə Tibbi Ekspertiza və X7 Nəsimi rayon şöbəsində Bəhlul Ağayevin vasitəsilə milli valyuta ilə 12733 manat 50 qəpik ekvivalentində 15000 ABŞ dolları, 2007-ci ilin noyabr ayının ortalarında həmin ünvanda Bəhlul Ağayevin vasitəsilə milli valyuta ilə 8481 manat ekvivalentində 10000 ABŞ dolları, 2007-ci ilin noyabr ayının sonlarında həmin ünvanda Bəhlul Ağayevin vasitəsilə 5000 manat, 2007-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Səməd Vurğun küçəsi, 30 ünvanında yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında milli valyuta ilə 2536 manat 50 qəpik ekvivalentində 3000 ABŞ dolları, 2008-ci ilin yanvar ayının əvvəllərində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 55 ünvanında yerləşən “Esmira” şadlıq sarayının yaxınlığında Bəhlul İsayevin vasitəsilə 5000 manat, 2008-ci ilin mart ayının ortalarında Məhkəmə Tibbi Ekspertiza və X7 Nəsimi rayon şöbəsində milli valyuta ilə 10065 manat 60 qəpik ekvivalentində 12000 ABŞ dolları, 2009-cu ilin yanvar ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, 46 ünvanında yerləşən yaşadığı evdə 8000 manat, 2009-cu ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsində yerləşən kafedə Bəhlul Ağayevin vasitəsilə milli valyuta ilə 6835 manat 70 qəpik ekvivalentində 8500 ABŞ dolları, 2009-cu ilin iyul ayının ortalarında həmin kafedə Bəhlul Ağayevin vasitəsilə milli valyuta ilə 1608 manat 60 qəpik ekvivalentində 2000 ABŞ dolları, 2010-cu ilin oktyabr ayının ortalarında Məhkəmə Tibbi Ekspertiza və X7 Nəsimi rayon şöbəsinin qarşısında Bəhlul Ağayevin vasitəsilə milli valyuta ilə 10419 manat 50 qəpik ekvivalentində 13000 ABŞ dolları, 2010-cu ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Qasımov küçəsi, 1 ünvanında yerləşən Məhkəmə Tibbi Ekspertiza və X7 Nəsimi rayon şöbəsində Şahid6 vasitəsilə 3000 manat, 2010-cu ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, 46 ünvanında yerləşən yaşadığı evdə milli valyuta ilə 3600 manat ekvivalentində 4500 ABŞ dolları, 2010-cu ilin dekabr ayının ortalarında həmin ünvanda 6000 manat, 2011-ci ilin yanvar ayının ortalarında həmin ünvanda 3000 manat, 2011-ci ilin mart ayının ortalarında həmin ünvanda Bəhlul Ağayevin vasitəsilə 1800 manat, 2011-ci ilin iyun ayının sonlarında həmin ünvanda milli valyuta ilə 15738 manat ekvivalentində 20 000 ABŞ dolları, 2012-ci ilin fevral ayının ortalarında həmin ünvanda milli valyuta ilə 4716 manat 60 qəpik ekvivalentində 6000 ABŞ dolları, 2012-ci ilin fevral ayının sonlarında Məhkəmə Tibbi Ekspertiza və X7 Nəsimi rayon şöbəsində 5000 manat, 2013-cü ilin yanvar ayının əvvəllərində ünvan 2, mənzil 33 ünvanda milli valyuta ilə 3139 manat 20 qəpik ekvivalentində 4000 ABŞ dolları, 2013-cü ilin yanvar ayının ortalarında həmin ünvanda 1200 manat, xx xxxxxx 2013-cü il tarixdə Şahid2 vasitəsilə Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında 1000 manat, 2014-cü ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu ərazisində isə 3000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs ümumilikdə 122874 manat 20 qəpik məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, 2003-cü ildən Tibb Universitetində “Məhkəmə Təbabəti” ixtisası üzrə aspirantura təhsili alaraq bitirdikdən sonra həmin universitetdə müəllim kimi fəaliyyətə başlamışdır. X5 2007-ci il tarixdən mərhum atası X9 vasitəsi ilə tanımışdır. O zaman mərhum Bəhlulun oğlu İsa Ağayev qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bununla bağlı olaraq, Bəhlul Ağayev onun atası Balaca Mevliyevə müraciət edərək oğlu İsanın psixi xəstə olduğunu bildirmiş və ona köməklik etməsini xahiş etmişdir. Həmin ailədə genetik psixi xəstəliyin olması barədə ona sənədlər təqdim etmişlər və o, məhkum Ağayev İsanın həmin psixi xəstəlikdən əziyyət çəkdiyini, nəsillərində, o cümlədən əmilərində ağır psixi xəstəliyin olduğunu, faciəli şəkildə özlərini intihar etmələrini nəzərə alıb mərhum Bəhlul Ağayevə bu istiqamətdə məsləhətlər vermişdir. Məhkəmədə müdafiəçi tərəfindən psixiatrik ekspertizaların təyin edilməsinə dair vəsatətlər verilmiş, müdafiəçinin vəsatətinə uyğun olaraq müvafiq sorğular verilmiş, məhkəmə tərəfindən stasionar ekspertiza təyin edilmiş və X59in psixi xəstəlikdən əziyyət çəkdiyi təsdiq edilmişdir. Məhkəmə törətdiyi cinayət əməlinə görə İsanı 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Həmin vaxt prokurorluq tərəfindən protest verildiyi üçün cinayət işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, lakin həmin məhkəmənin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Prokurorluq tərəfindən verilmiş protestlə əlaqədar olaraq cinayət işi Ali məhkəməyə göndərilmiş, Ali məhkəmədə həmin işə baxılaraq məhkumun 11 il müddətinə azadlıqdan məhrum olunması yenidən təsdiqlənmiş, lakin məhkumun xəstəliyi nəzərə alınaraq onun ixtisaslaşdırılmış psixiatrik xəstəxanada müalicə olunması qərara gəlinərək cinayət işi yenidən Sumqayıt Apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Ali Məhkəmənin qəbul etdiyi qərarı nəzərə alaraq məhkumu Respublika 1 saylı psixiatrik xəstəxanasında stasionar müalicə olunması üçün göndərmişdir. X59 2013-cü ilə qədər həmin xəstəxanada ayrı-ayrı rejimlərdə müalicə almış, 2013-cü ildə isə məhkəmənin qərarı ilə ambulator məcburi müalicəyə buraxılmışdır. İsa Ağayev ambulator müalicəyə buraxılma ərəfəsində atası Bəhlul Ağayev faciəvi şəkildə dənizdə bataraq dünyasını dəyişmişdir. Həmin vaxtdan sonra onun bu ailə ilə heç bir ünsiyyəti olmamışdır. Təxminən 2017-ci ildə Bəhlul Ağayevin balaca oğlu Eyruz ona zəng edərək, öz toyunda mərhum atasının ruhu xatirinə iştirak etməsini təkidlə xahiş etmişdir. O da bu xahişi qəbul edərək, vaxtının az olmasını nəzərə alaraq toyun axırında iştirak etmişdir. Həmin vaxt bəyin qohumları onlara yaxınlaşaraq İsa Ağayevin böyük avtomaşın akkumlyatorlarını qrup şəklində oğurlayarkən yenidən həbs olunduğunu bildirmişlər. Onlar mərhum Bəhlulun Xəzər bağlarında tikdirdiyi evi 9000 manata sataraq İsa Ağayevi törətdiyi təkrar cinayətə görə həbsdən çıxartması üçün vəkil Anar Qasımlıya vermişlər. X60 Ağayevin təkrar törətdiyi oğurluq cinayətini bağlayaraq onu cinayət məsuliyyətindən azad etmişdir. Lakin bir müddət sonra, yəni İsa Ağayevin qardaşının toyundan iki gün əvvəl İsa Ağayev barəsində tətbiq olunmuş məcburi müalicənin ləğv edilməsi ilə bağlı poliklinika tərəfindən verilmiş təqdimata məhkəmədə baxıldığını və sonuncunun məhkəmə iclas zalından həbs olunduğunu deyərək ona köməklik göstərməsini təkidlə xahiş etmişlər. O, mərhum Bəhlunun bacısı Qəndili xanımla birlikdə oturaraq bir stəkan çay içmiş və toya nəmər salmışdır. Toydan çıxanda qohumlar bəylə gəlini evə aparmaq üçün avtomobil olmadığını deyərək onları evə aparmasını xahiş etmişlər, o da razılaşaraq bəylə gəlini evlərinə aparmışdır. O, İsa Ağayevin qohumlarından cinayət işi ilə bağlı istintaq və məhkəmə sənədlərinin kserosurətini istəmiş və bir müddət sonra “Şamaxinka” deyilən ərazidə çay süfrəsində Validə, Xalidə və Validənin həyat yoldaşı həmin sənədləri ona təqdim etmişlər. O sənədlərə baxmış və İsa Ağayevin müdafiəçisi olmadan qanunsuz olaraq məhkəmə zalından həbs olunduğunu görmüşdür. Belə olan halda, İsa Ağayevin vəkili Anar Qasımlı ilə telefon əlaqəsi yaradaraq ona öz iradını bildirmiş və təkrar cinayətlə bağlı Sumqayıt Apellyasiya məhkəməsində işin təxirə salınmasını və məcburi müalicənin ləğv olunaraq həbs olunması ilə bağlı qərardan apellyasiya şikayətinin verilməsini məsləhət görmüşdür. Belə olan halda, Apellyasiya məhkəməsi zamanı İsa həbsən azad edilmiş və bundan sonra təkrar ambulator məhkəmə psixiatrik-ekspertizası təyin edilmişdir. Həmin ərəfədə onun göstərdiyi yardıma və çəkdiyi əziyyətə görə İsa Ağayevin həyat yoldaşı Sevinc “Azərsu”nun baş idarəsinin qarşısında ona 1000 manat pul vermişdir. Bir neçə ay sonra psixiatrik-ekpertizanın rəyində İsa Ağayevin anlaqlı olduğu yazılsa da onun psixiatrik xəstəlikdən əziyyət çəkdiyi təsdiq edilmişdir. Bununla bağlı məhkəmə prosesləri olmuş, lakin məhkəmə və vəkil Anar Qasımlı tərəfindən bu barədə İsa Ağayevə məlumat verilməmiş və məhkəmə onun barəsində məcburi gətirmə qərarı çıxararaq onu polis vasitəsilə məhkəməyə gətizdirmiş və zaldan həbs etmişdir. Bir neçə gündən sonra Sumqayıt məhkəməsi tərəfindən X42 barəsində məcburi müalicənin ləğv olunması barədə qərar qəbul edilmişdir. Həmin hadisədən bir neçə gün sonra, o, İsa Ağayevin ailə vəziyyətini nəzərə alıb onların çəkdiyi əziyyət müqabilində ona verdikləri 1000 manat pulu dostu Səmədlə Sumqayıt şəhərinə gələrək 8-ci mikrorayonda yerləşən Polis bölməsinin qarşısında Ağayev İsanın həyat yoldaşı Sevincə qaytarmışdır. Sevinc də ona öz minnətdarlığını bildirərək gələcək mərhələdə yoldaşına köməklik etməsini xahiş etmişdir. Həmin işlə bağlı təyin olunmuş Apellyasiya Məhkəməsi zamanı Validə və Sevinc ona zəng vuraraq yenidən İsa Ağayevin işinə kömək etməsini xahiş etmişdir. O, bütün bu xahişləri nəzərə alaraq onların ağır ailə vəziyyətlərini və İsa Ağayevin uzun müddət psixi xəstəliklə bağlı müalicə etaplarını qeyd etməklə ərizə tərtib etmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin yanına gedərək həmin ərizəni bütün müvafiq sənədlərlə birlikdə məhkəməyə təqdim etməsi üçün İsa Ağayevin həyat yoldaşı Sevincə vermişdir. Həmin vaxt, yəni 2018-ci ilin iyul ayının ortalarında Validə ona yalvararaq İsa Ağayevin işinə kömək etməsini təkidlə xahiş edərək 2000 manat pul təklif etmiş, lakin o, qətiyyətlə həmin pulu almaqdan imtina etmişdir. Bunu görən Validə həmin pulu onun avtomobilinin qabaq sağ oturacağına ataraq getmişdir. Bundan sonra o, hüquqşünas dostu Adlana zəng edərək İsa Ağayevin hazırki vəziyyətini ona izah edərək məsləhət istəmişdir. Adlan özü də müəyyən şəxslərlə məsləhətləşdikdən həmin işin düzəlməsinin mümkün olmadığını, dərhal maşına qoyulan pulu geri qaytarmasını bildirmişdir. Bir neçə gün sonra Validəgil ona zəng edərək İsa Ağayevin işi ilə bağlı nə yenilik olduğunu soruşmuşlar. O, onları özündən uzaqlaşdırmaq və onların artıq pullarının olmamasını bilərək məqsədyönlü olaraq maşına qoyduqları pulun az olduğunu bildirmişdir. Məqsədi onları bu yolla özündən uzaqlaşdırmaq olmuşdur. Onlar onun həmin pulu heç kəsə vermədiyini hiss edərək 2000 manat pulu geri istəmişlər. O, xx xxxxxx 2018-ci il tarixdə həyat yoldaşı Mərcan və iki azyaşlı övladı ilə birlikdə Sumqayıt şəhər xəstəxanasının qarşısında həyat yoldaşının yanında pulu sayaraq Validəyə təqdim etmişdir. Həmin vaxt onlardan aralıda dayanan Xalidə də bunu görmüşdür. Bundan sonra o, ailəsi ilə Nabran şəhərinə istirahət üçün getmişdir. x xxxxxx 2018-ci il tarxidə məhkəmə olmuş və Ağayev İsa əvvəlki törətdiyi cinayətə görə 3 il 6 ay azadlıqdan məhrum edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Ali Məhkəmənin qəbul etdiyi qərarı nəzərə alaraq məhkumu Respublika 1 saylı psixiatrik xəstəxanasında stasionar müalicə olunması üçün göndərmişdir. X59 2013-cü ilə qədər həmin xəstəxanada ayrı-ayrı rejimlərdə müalicə almış, 2013-cü ildə isə məhkəmənin qərarı ilə ambulator məcburi müalicəyə buraxılmışdır. Beləliklə, o, Xalidə Adınovadan heç bir məbləğdə pul almamış, heç bir halda vasitəçilik etməmişdir. Ona qarşı Xalidənin bildirdikləri şər-böhtandır. O, Xalidənin mərhum əri Bəhlulla son günlərinədək çox gözəl münasibətdə olmuş, heç bir halda aralarında narazılıq olmamışdır. Əgər hər hansı bir məbləğdə pulla əlaqədar mübahisə, narazılıq olsa idi, o halda ən azından bir qohumu, tanışı bu barədə bilmiş olardı. Amma heç vaxt belə bir şey olmamışdır. Əgər rəhmətlik kiməsə pul veribsə də bunu özü edib. Mərhumun kiməsə pul verməsi, əgər veribsə nəyə görə, harada, nə qədər və kimə verməsi barədə onun heç bir məlumatı yoxdur. Ona görə də bütün bu halların nəzərə alınaraq məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, 1988-ci ildə X43 ilə ailə qurmuş, birgə nikahdan üç oğlu - 1989-cu ildə İsa, 1991-ci ildə Bəhruz və 1994-cü ildə Eyruz dünyaya gəlmişdir. Bəhlul Rusiyada briqadir kimi işləmiş və 2014-cü ildə Xəzər dənizində çimərkən boğulub ölmüşdür. Ölümündən bir müddət əvvəl Bəhlulla boşanmışlar və Bəhlul başqa qadınla ailə həyatı qurmuşdur. Oğlu İsa 2007-ci ilin oktyabr ayında bıçaqla adam vuraraq öldürdüyündən Ağır Cinayətlər Məhkəməsi tərəfindən 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O vaxtlar Bəhlul Yasamalda ekspert işləmiş Təqsirləndirilən şəxs ilə tanış olmuş, Əliş İsanın işinə köməklik edəcəyinə söz vermişdir. Əlişi Bəhlulun vasitəsi ilə tanımışdır. Bəhlulun özünü isə Əlişlə qardaşı Bəşir tanış etmişdir. Bəhlul Əlişin köməklik üçün böyük miqdarda pul lazım olacağını dediyini bildirmiş və onlar da bu səbəbdən ünvan 11 ünvanında yerləşən 3 otaqlı mənzillərini təxminən 45 min ABŞ dollarına satmışlar. Bəhlul Əlişə ilk dəfə 2007-ci ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri ərazisində 1000 manat şirinlik vermiş, Əliş İsanı xəstəliyinə görə anlaqsız elətdirib buraxdıracağını demişdir. Evin pulundan 15000 ABŞ dollarını həyat yoldaşı Bəhlul və bacısı oğlu Şahid4 təxminən 2007-ci ilin noyabr ayının əvvəllərində Nəsimi rayonunda yerləşən iş yerində Əlişlə görüşüb vermişlər. Bundan bir həftə sonra Əliş yenə də işin həlli üçün pul istəmiş, o, Əlişin pulu konkret olaraq nəyə istədiyini bilməmiş, çünki həmin vaxt Əlişlə həyat yoldaşı Bəhlul əlaqə saxlamışdır. Bəhlul və Sərvər yenə 2007-ci ilin noyabr ayının ortalarında Əlişlə Bakı şəhərində onun iş yerində görüşüb 10000 ABŞ dolları məbləğində pulu vermişlər. 2007-ci ilin noyabr ayının sonlarında yoldaşı və qudası Əliağa 5000 manat pulu Bakı şəhərində görüşüb Əlişin iş yerində ona vermişlər. İsanın məhkəməsi olarkən təxminən 2007-ci ilin dekabr ayının sonlarında o, Bəhlul və Əliağa ilə birlikdə 3000 ABŞ dolları məbləğində pulu yenidən Əlişə vermişlər. Daha sonra isə təxminən 2008-ci ilin yanvar ayının əvvəllərində Bəhlul özünün “Mersedes” markalı avtomobili sataraq üstünü də düzəldib 5000 manat pulu Sumqayıt şəhərində “Esmira” şadlıq evinin yaxınlığında görüşüb Əlişə vermişdir. Oğlu İsa tutulduqdan 7-8 ay sonra təxminən 2008-ci ilin mart ayının ortalarında o və yoldaşı Əlişin Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən iş yerinə getmişlər. Onları oraya bacısı oğlu Sərvər aparmış, Əlişə apardıqları 12000 ABŞ dolları məbləğində pulu vermişlər. 2009-cu ildə Xəzər bağları ərazisində tikdirdikləri 3 otaqlı evi öz dəyərindən aşağı qiymətə - 7000 manata satmışlar, evin əşyalarını da sataraq 1000 manat da əlavə düzəltmişlər, ümumilikdə 8000 manat pul düzəldib 2009-cu ilin yanvar ayının sonlarında aparıb iş yerində Əlişə vermişlər. Əliş də pulu həyat yoldaşı Mərcana verib saymağını söyləmiş, Mərcan da pulu sayıb 8000 manat pulun olmasını bildirmişdir. 2009-cu ilin yay aylarında, təxminən iyul ayının əvvəllərin Əliş yoldaşına zəng vuraraq yenə pul istəmiş, sonra o və yoldaşı, bir də Əliş onun evinin yaxınlığında, yol qırağındakı bir çay evində oturub çay içmişlər və yoldaşı Əlişə 8500 ABŞ dolları məbləğində pul vermişdir. 1-2 həftə keçdikdən sonra o, yoldaşı Bəhlul, bacısı Validə, onun oğlu Sərvər və Əliş 2009-cu ilin iyul ayının ortalarında onun evinə yaxın çay evində oturmuşlar və yoldaşı Əlişə 2000 ABŞ dollar məbləğində pul vermişdir. 2010-cu ilin oktyabr ayının ortalarında Bəhlul, bacısı Validə və oğlu Sərvərin yanında iş yerinin qarşısında 13000 ABŞ dollar məbləğində pulu Əlişə vermişlər, 2010-cu ilin noyabr ayının əvvəlllərində bacısı Validə 3000 manat pulu Əlişin iş yerinə tək apararaq ona vermiş, 2010-cu ilin dekabr ayının əvvələrində o, Bəhlul və bacısı Validə ilə birlikdə Əlişin yaşadığı evə gedərək ona 4500 dollar pul vermişlər. Amma Əliş işlərini düzəltməyərək yenidən pula ehtiyac olduğunu bildirmişdir. 2010-cu ilin dekabr ayının ortalarında Əlişin yaşadığı evində 6000 manat pul vermişdir. Həmin vaxt onu oraya bacısı oğlu Sərvər aparmışdır. Sonra Əliş onlardan yenə pul istəmiş, onlar da pulun olmadığını dedikdə isə onlara təzyiq göstərmişdir ki, pul yoxdursa ev sənədi tapın, qohumlarınızdan evin sənədini qoyub pul götürün. Onlar da çarəsiz qaldıqlarından qudasının evinin sənədini götürmüşlər və Əliş Bakıda onların tanımadıqları bir notariusa qoyaraq faizlə 6000 manat pul götürmüş, bir neçə ay pulun faizini ödədikdən sonra yoldaşı 6000 manatı ödəyib qudasının evinin sənədini götürmüşdür. Əlişə verdikləri 6000 manat məhz həmin qeyd etdiyi pul olmuşdur. 2011-ci ilin yanvar ayının ortalarında Əliş qızına tədbir keçirən zaman o, Bəhlulla ora getmiş və yenidən onun evində Əlişə İsanın işiylə bağlı 3000 manat pul vermişlər. Həmin ildə Əliş dayanmadan pul tələb etdiyindən işlə bağlı onun qızıl boyunbağısını və qızıl komplektini həyat yoldaşı 1800 manata sataraq 2011-ci ilin mart ayının ortalarında Əlişin yaşadığı ünvanda Əlişə vermişdir. X15 da ona müxtəlif vaxtlarda 20000 ABŞ dolları pul göndərmiş, o da bu pulların hamısını Sərvər, qardaşı oğlu Tural və bacısı Validə ilə birlikdə aparıb evində 2011-ci ilin iyun ayının sonlarında Əlişə vermişdir. 2012-ci ildə Əliş yenə pul istəmiş, o, da ilkin olaraq 2012-ci ilin fevral ayının ortalarında Əlişin yaşadığı evdə ona 6000 ABŞ dolları, bir neçə gündən sonra - 2012-ci ilin fevral ayının sonlarında 5000 manat pulu aparıb Əlişin iş yerində ona vermişdir. Bütün bunlarla yanaşı həyat yoldaşı Rusiya Federasiyasından birbaşa Əlişin adına Dəyanət adlı şəxsin vasitəsilə bankdan pul göndərmişdir, amma o, bu pulların miqdarını bilmir. 2013-cü ilin ilk aylarında Əliş ona telefonla zəng edərək yenə pul lazım olduğunu demiş, xəstə olduğu üçün özü kirayə qaldığı evə gəlmişdir. O, Əlişdən “bu qədər pullar verilir sənə, bəs niyə bu iş düzəlmir?” deyə soruşmuş, Əliş də müəyyən yerlərə çatmalı olan pullar lazım olduğunu demişdir. 2013-cü ilin yanvar ayının əvvəllərində 14 mərtəbənin yanındakı lombarda qohumlarının qızıllarını qoyaraq 4000 ABŞ dolları pul götürüb evində Əlişə vermişdir. 2013-cü ilin yanvar ayının ortalarında “Dəmirbank”dan oğlu Eyruzun adına 1200 manat kreditə pul götürüb yaşadığı ünvanda Əlişə vermişdir. Həmin ilin yanvar ayının 20-də Tural və Eyruzla Əlişə daha 1000 manat pul göndərmişdir. 2014-cü ilin oktyabr ayının ortalarında oğlu İsa dispanserdən çıxarkən Əliş daha 3000 manat pul istəmiş, o da həmin pulu düzəldib Sabunçuda yerini dəqiq xatırlamadığı ünvanda ofisə bənzər bir yerdə Əlişin göstərdiyi qıza vermişdir. Daha sonra İsa dispanserdən çıxmış, amma 2017-ci ildə Abşeron rayonu ərazisində oğurluq etdiyi ücün yenidən tutulmuşdur. Həbsindən bir ay sonra vəkilin vəsatəti ilə İsanın həbsi ev dustaqlığı ilə əvəz olunmuşdur. Müstəntiqin İsanın anlaqlı olması haqqında rəy aldığını biləndən sonra Əlişə bu barədə deyiləndə sonuncu niyə ona müraciət etmədiklərini söyləmiş, İsanın yarımçıq qalan ölüm işinə görə yenidən ekspertizadan anlaqsız rəy almaq üçün ondan 10000 manat pul istəmişdir. Məcburiyyət qarşısında qalıb Xəzər bağları ərazisindəki oğlu Eyruzun adına olan həyət evlərini dəyərindən aşağı qiymətə - 6000 manata satmış, həmin pulu xx xxx 2017-ci il tarixdə oğlu Eyruzun toy axşamında binanın həyətində ikilikdə Əlişə təqdim etmişdir. Həmin pulu ona gəlini Aytac sayıb vermiş, o da düşüb Əlişə vermişdir. Bundan bir ay keçdikdən sonra Əliş yenidən 1000 manat pula ehtiyac olduğunu demiş və gəlini Sevinc 2017-ci ilin avqust ayının sonlarında Bakı şəhərində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin qarşısında 1000 manat pulu Əlişə vermişdir. Anlaqsızlığı barədə rəy almaq üçün Əliş bir müddət İsanın sənədlərini dispanserdə saxlatdırmış, amma Sumqayıt məhkəməsində işə yenidən baxılanda İsaya 3 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Onlar cəza ilə razılaşmayıb onun yüngülləşməsi üçün Sumqayıt Apellyasiya məhkəməsinə şikayət etmişlər. Həmin vaxt Əliş yenidən İsanın buraxılması üçün 3000 manat istəmiş, bacısı Validə də Sumqayıt Apellyasiya məhkəməsinin qarşısında xx xxxx 2017-ci il tarixdə Əlişə 2000 manat pul vermişdir. Amma Əliş yenə də İsanın buraxılmasına görə kömək etməmiş, həm də verdikləri pulları qaytarmamış, oğluna verilən cəzanın əsas hissəsinin oğlunun ilk cinayətinə görə qalan cəzasının çəkilməmiş hissəsi olduğunu bildirmişdir. Ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini tələb edir, əgər ziyan ödənilməsə Əlişə ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2007-ci ildə Xalidənin oğlu İsa onun qızını qaçırtmışdır. Toylarına bir həftə qalmış İsa həbs edilmiş və adam öldürdüyünə görə ona 11 il iş verilmişdir. Bir müddət sonra Əlişlə tanış olmuş, amma Əlişin düz-əməlli adam olmadığını görmüşdür. Əslində Əlişi onlarla Xalidənin qaynı Bəşir tanış etmişdir. Əliş də İsanın məsələsində kömək edəcəyini demişdir. İsanın işinə kömək etmək üçün Xalidəgil evini notarial qaydada 45000 ABŞ dollarına satmışlar və bu pulun 15000 manatını o, Bəhlulla birlikdə gətirib Əlişə vermişdir. Əliş onu götürərkən əvvəlcə pulu saymaış, amma onun təkidindən sonra saymışdır. Bir müddət sonra Əliş 10000 manat pula ehtiyacı olduğunu demişdir. Əlişə müxtəlif vaxtlarda 15000, 10000, 5000 və 3000 manat olmaqla cəmi 33000 manat pul vermişdir. Birinci 15000 manatı 2007-ci ilin oktyabrında Əlişə kabinetində, 10000 manatı 3-cü mikrorayonda, üçüncü dəfə isə məhkəmədə vermişdir. Bu pulların hamısı evin satışından əldə edilmiş pul olmuşdur, pul da Xalidə və Bəhlula məxsus olmuşdur. Xəzər bağlarındakı evi də satmışlar. Pulların hamısı Əlişə İsanı həbsdən qurtarmaq üçün verilmişdir. İsaya 11 il iş verilmiş, hökm oxunandan sonra Əliş demişdir ki, daha 20-30 min manat lazımdır. X53 yerləşdirilmişdir. Son vaxtlarda isə Əliş onun qudası Xalidəni hədələməyə başlamışdır. Ölənədək mərhum Bəhlulun Əlişlə arasında heç bir narazılıq, pul söhbəti olmamışdır. Pulun sahibi Bəhlul ölənədək heç bir tələb olmayıb, Bəhlulun digər ailə üzvləri ilə də Əlişin arasında indiki səviyyədə heç bir dava olmayıb. Məhkəmədə şahid qismində dindirilmiş X24 göstərdi ki, qardaşı İsa 2007-ci ilin oktyabr ayında bıçaqla adam öldürdüyündən X45 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin vaxt atası Təqsirləndirilən şəxs ilə tanış olmuş, Əliş İsanın işinə köməklik edəcəyinə söz vermişdir. Bunun üçün böyük pul lazım olacağını dediyindən 8-ci mikrorayondakı mənzili 45000 dollara sataraq atası və Sərvər, sonra Əliağa, Tural, anası müxtəlif vaxtlarda Əlişə vermişlər. Sonra atası “Mercedes” markalı avtomobili və Xəzər bağları ərazisində torpaq sahəsində tikilmiş evi də sataraq pulları hissə-hissə Əlişə vermişlər. Bunlarla yanaşı atası Rusiya Federasiyasından birbaşa Əlişin adına Ağayev Dəyanətin vasitəsi ilə bankdan pul göndərmişdir ki, bu pulun miqdarı barədə heç kim heç nə bilmir. 2013-cü ilin yanvar ayının 20-də anası Xalidə Turala və ona 1000 manat pul vermişdir ki, İsanın işi ilə bağlı Əliş istəyib və onlar həmin pulu aparıb Bakı şəhərində “20 Yanvar” dairəsi yaxınlığında ona vermişlər. 2015-ci ilin oktyabr ayında İsa xəstəxanadan çıxmış və Əlişə yenə 3000 manat pul çatdırılmışdır. 2017-ci ildə İsa Abşeron rayonu ərazisində oğurluq etdiyi üçün təkrar tutulmuş, bir ay sonra vəkilin vasitəsi ilə ev dustaqlığına buraxılmışdır. İstintaq zamanı ekspertiza təyin edilərək İsanın xəstə olmadığı müəyyən edilmişdir. Ona görə Əlişə müraciət edilmiş, Əliş də məsələnin həlli üçün 10000 manat pul istəmişdir. xx xxx 2017-ci ildə Əliş onun toy mərasiminə gəldikdən sonra anası Aytacın yanında 6000 manat pulu götürüb həyətdə ikilikdə Əlişə vermişdir. Bir ay sonra Əliş yenidən 1000 manat pula ehtiyac olduğunu dediyi üçün Sevinc Bakı şəhərində “Azərsu” binasının qarşısında 1000 manat pulu ona vermişdir. Ekspert rəyi veriləndə İsanın anlaqlı olması məlum olmuşdur. Onlar bu barədə Əlişə məlumat verdikdə sonuncu həkimlərin onu da aldatdığını bildirmişdir. Onlar Əlişdən verdikləri pulu geri tələb etdikdə Əliş 1-ci Polis Bölməsinin qarşısında Sevincə 100 manat pul verərək hər ay 100 manat ödəyəcəyini bildirmişdir. Əliş sonuncu dəfə 300 manat pulu Sumayıt şəhəri, 1 saylı Poliklinikanın qarşısında Validəyə qaytarmış, qalan pulu isə bu vaxtadək verməmişdir. Bütün məsələləri dəqiqliklə anası bilir. O, bilavasitə bütün pulların verilməsində iştirak etməsə də neçə illər ərzində verilən pullar barədə məlumatları da ailənin bir üzvü kimi eşitmiş və bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 şahid X24 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma xalası, İsa, Bəhruz və Eyruz isə xalası oğlanlarıdır. İsa 2007-ci ilin oktyabr ayında bıçaqla adam vuraraq öldürdüyündən 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin vaxta İsanın atası Bəhlul tibbi ekspert işləmiş Təqsirləndirilən şəxs ilə tanış olmuş, Əliş onlara köməklik edəcəyinə söz vermişdir. Bu işin həlli üçün xalasının ailəsi evlərini, maşınlarını satıb pulunu hissə-hissə Bəhlul, Əliağa, Xalidə aparıb Əlişə çatdırmışlar. 2010-cu ildə o, Bəhlul və Validə Bakı şəhərində 13000 dollar pulu Əlişə işlədiyi Yasamal rayonundakı iş yerinin qarşısında vermişlər. O vaxtlar əri Xalidəyə müxtəlif vaxtlarda Rusiyadan 20000 ABŞ dolları pul göndərmiş, bu pulları hamısını o, Tural və Validə birlikdə aparıb evində və iş yerində müxtəlif vaxtlarda Əlişə vermişlər. Nəhayət ki, neçə ildən sonra İsa dispanserdən çıxmışdır. 2017-ci ildə İsa oğurluq etdiyi üçün tutulmuş və bir ay sonra vəkilin vasitəsi ilə ev dustaqlığına buraxılmışdır. İstintaq vaxtı İsanın xəstə olmadığı barədə sənəd alınmışdır. Xalidəgil bu məsələnin həlli üçün Əlişə müraciət etmiş, sonuncu isə bununla bağlı 10000 manat pul istəmişdir. xx xxx 2017ci il tarixdə Əliş Eyruzun toy mərasiminə gələn vaxtı Xalidə evdə Aytacın yanında 6000 manat pulu Əlişə vermişdir. Bir ay sonra Əliş daha 1000 manat pul istəmiş, Sevinc də həmin pulu aparıb Bakıda ona vermişdir. Amma yenə İsanın anlaqlı olması barədə rəy verilmişdir. Ona görə pullar Əlişdən geri tələb olunmağa başlanmış və eşitdiyinə görə Əliş Sevincə 100 manat verərək hər ay 100 manat ödəyəcəyini bildirmiş, amma qaytarmamışdır. X29 məhkəməsinə baxılarkən isə Əliş məsələnin həlli üçün 2000 manat pul istəmiş, Validə də məhkəmənin qarşısında ona 2000 manat pul vermişdir. Amma İsa həbs olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 2007-ci ildə X42 ilə ailə həyatı qurmuş və birgə nikahlarından 2008-ci ildə Təhminə, 2016-cı ildə Lamiyə və 2017ci ildə Xalidə doğulmuşdur. İsa 2007-ci ilin oktyabr ayında bıçaqla adam vuraraq öldürdüyündən 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Mərhum qayınatası Bəhlul Təqsirləndirilən şəxs ilə tanış olmuş, Əliş İsaya kömək edəcəyinə söz vermişdir. Əlişin deməsinə görə bu işin həlli üçün çoxlu pul lazım olduğundan Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən evi həmin ildə 45000 dollarına sataraq qayınatası Bəhlul və Sərvər, ögey atası Əliağa və Bəhlul birlikdə olmaqla ayrı-ayrı vaxtlarda və yerlərdə Əlişə aparıb çatdırmışlar. Sonra Xalidə, Bəhlul və Əliağa birlikdə Əlişə daha 3000 dollar vermişlər. Qaynatası maşınını, Xəzər bağları ərazisində torpaq sahəsində tikdiyi evi satmış, Xalidəgil də pulu aparıb Əlişə çatdırmışlar. 2010-cu ildə Bəhlul Validə və onun oğlu Sərvərin yanında Bakı şəhərində 13000 dollar pulu Əlişə vermişdir. Sonra Validə 3000 manat pulu tək aparıb Əlişin iş yerində ona vermişdir. 2010cu ilin qış aylarında Xalidə, Bəhlul və Validə birlikdə Əlişin evində ona 4500 dollar pul vermişlər. 2011-ci ildə Bəhlul və Xalidə yenə 3000 manat pul vermişlər. Əliş pul tələb etdiyindən Xalidənin qızıl boyunbağısını və qızıl komplektini Bəhlul 1800 manata sataraq ona vermişdir. X19 müxtəlif vaxtlarda 20000 dollar pul göndərmişdir və bu pulların hamısını Sərvər, Tural və Validə ilə birlikdə aparıb evində və iş yerində Əlişə vermişlər. 2012-ci ildə müxtəlif vaxtlarda Əliş öz iş yerində Xalidədən 6000 dollar və 5000 manat pul almışdır. 2013-cü ildə yanvar ayının 20-də Xalidə Tural və Eyruz vasitəsilə Əlişə 1000 manat pul göndərmişdir. 2015-ci ilin oktyabr ayında İsa azadlığa çıxarkən Əliş yenə 3000 manat pul almışdır. Bütün bu məbləğlərin verilməsində, Əlişlə danışıqlarda iştirak etməsə də, evdə olan söz-söhbətlərdən bu məlumatları bilir. 2017-ci ildə İsa oğurluğa görə təkrar tutulmuş, bir ay sonra ev dustaqlığına buraxılmışdır. Amma həkimlər onun anlaqlı olması barədə rəy vermişlər. Bu barədə Əlişə xəbər verilmiş, Əliş də bu məsələnin həlli üçün 10000 manat istəmişdir. xx xxx 2017-ci il tarixdə Eyruzun toy günü Xalidə evdə Aytacın yanında Əlişə həmin məqsədlə 6000 manat pul vermişdir. Bir ay sonra Əliş yenidən 1000 manat istəmiş və o, Bakı şəhərində “Azərsu”nun binasının qarşısında 1000 manat pulu ona vermişdir. Amma yenə Əliş lazımi rəy ala bilməmiş, guya həkimlərin onu da aldatdığını söyləmişdir. Pulu geri istədikdə Əliş Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 1-ci Polis Bölməsinin qarşısında ona 100 manat verərək hər ay 100 manat ödəyəcəyini bildirmişdir. Əliş 7-8 ay İsanı Dispanserdə saxlamış və Sumqayıt məhkəməsində yenidən işə baxıldıqda İsaya 3 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Ona görə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət vermişlər. X61 ilə mobil telefonla əlaqə saxlayaraq işi həll edə biləcəyini demiş və bunun üçün ona məhkəmənin qarşısında 2000 manat pul vermişdir. xx xxxxxx 2018-ci ildə Apellyasiya Məhkəməsində İsa həbs olunmuşdur. Belə olduqdan sonra Əlişlə dəfələrlə əlaqə saxlamağa çalışsalar da zənglərinə cavab verməmişdir. Əliş sonuncu dəfə Sumayıt şəhəri 1 saylı Poliklinikanın qarşısında Validəyə 300 manat pul vermiş və bir daha ondan məlumat ala bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, bacısı Zərərçəkmiş şəxs 1988-ci ildə X43 ilə ailə həyatı qurmuş, həmin evlilikdən 1989-cu ildə İsa, 1991-ci ildə Bəhruz və 1994-cü ildə Eyruz dünyaya gəlmişdir. X8 briqadir işləmiş və 2014-cü ildə Xəzər dənizində çimərkən boğulub ölmüşdür. Bədbəxt hadisədən sonra bacısı ailəsi ilə birlikdə Azərbaycanda yaşamağa başlamışdır. İsa 2007-ci ilin oktyabr ayında bıçaqla adam vuraraq öldürdüyündən 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin ərəfələrdə Bəhlul tibbi ekspert işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuş, Əliş İsanın məsələsində köməklik edəcəyinə söz vermişdir. Bunun üçün pula ehtiyac olduğunu bildirdiyindən bacısıgil Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən evi 45000 dollara sataraq Əlişə pullar verməyə başlamışlar. O, bütün pulların verilməsində şəxsən iştirak etməmiş, bilavasitə pul verilərkən orada olmamışdır. Amma bacısının deməsindən pulların, Bəhlul və oğlu Sərvər, Bəhlul və bacısı Xalidənin qudası Əliağa, Xalidənin özünün iştirakı ilə verildiyini bilir. Daha sonra Bəhlul özünə məxsus olan “Mercedes” markalı avtomobili satıb ondan qalan 2000 manat pulun üstünü düzəldib 5000 manat pulu Sumqayıt şəhərində “Esmira” şadlıq evinin yaxınlığında görüşüb Əlişə vermişdir. X3rkən xalası Səriyə üçün Sumqayıt şəhəri, Xəzər bağları ərazisində torpaq sahəsi almışdır. Bu hadisədən sonra həmin torpaq sahəsinin bir kənarında Bəhlul üç otaqlı ev tikərək Xalidəgili orada yerləşdirmişdir. Onlar hadisədən sonra orada yaşamağa qorxduqlarından bu barədə Bəhlula demiş və oradan köçərək Sumqayıt şəhərində kirayə yaşamağa başlamışlar. Yenidən Əliş bu işlə bağlı pul lazım olduğunu və İsanı dispanserdə yatıraraq cəzadan azad edəcəyini bildirdiyindən 2009-cu ildə həmin evi 7000 manata satmışlar, həmçinin evin müxtəlif əşyalarını sataraq 1000 manat pul düzəltmişlər və Xalidə ümumilikdə 8000 manat pulu Əlişin yaşadığı ünvana apararaq ona vermişdir. 2010-cu ildə Bəhlul, o özü və oğlu Sərvərin yanında Bakı şəhərində 13000 dollar pulu Əlişə vermişlər. Həmin ildə o, 3000 manat pulu Əlişin işlədiyi Yasamal rayonundakı iş yerinə tək apararaq ona vermiş və 2010-cu ilin qış aylarında Xalidə, Bəhlul və o birlikdə Əlişin yaşadığı evə gedərək ona 4500 dollar pul vermişlər. Verilmiş bu qədər pulun müqabilində Əliş işlərini düzəltməyərək yenidən pula ehtiyac olduğunu bildirmişdir. Onlar artıq pullarının olmadığını dedikdə onlara təzyiq edərək pul olmazsa bu işin düzəlməyəcəyini söyləmişdir. 2011-ci ildə Əlişin birinci qızının ad günü olanda İsanın işi ilə bağlı pula ehtiyac olduğunu dediyindən evinə gedərək Bəhlul və Xalidə 3000 manat pulu ona vermişlər. X12 boyunbağısı və qızıl komplektini 1800 manata sataraq ona vermişdir. Bunlarla yanaşı Bəhlul Xalidəyə müxtəlif vaxtlarda 20000 dollar pul göndərmişdir ki, bütün bu pulların hamısını Sərvər, Tural və o birlikdə aparıb evində və iş yerində Əlişə vermişlər. Əliş 2012ci ildə müxtəlif vaxtlarda iş yerində Xalidədən 6000 dollar və 5000 manat pul almışdır. Xalidəgil 2013-cü ildə “Dəmirbank”dan Eyruzun adına 1200 manat kredit ilə pul götürüb Əlişə vermişlər. Xalidə qızıllarını lombarda qoyaraq 3000 manat pul düzəltmiş və həmin pulu Sabunçuda Əlişin göstərdiyi qıza vermişdir. 2017-ci ildə İsa Abşeron rayonu ərazisində oğurluq etdiyi üçün təkrar tutulmuş, lakin bir ay sonra vəkilin vasitəsi ilə İsanın həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuşdur. İstintaq zamanı İsanın anlaqlı olması müəyyən edilmişdir. Bu barədə Əlişə dedikdə niyə ona müraciət etmədiklərini söyləmişdir. xx xxx 2017-ci ildə Əliş Eyruzun toy mərasiminə gəldikdən sonra Xalidə ilə birlikdə Sumqayıt şəhəri, 3-ü mikrorayon ərazisində kirayə yaşadığı ünvana gəlmiş və Xalidə evdə Aytacın yanında 6000 manat pulu götürüb həyətdə ikilikdə Əlişə vermişdir. Əliş oğurluq işinin həll edilməsi üçün 10000 manat pul istədiyindən belə etmək məcburiyyətində qalmışlar. Üzərindən bir ay keçdikdən sonra Əliş yenidən 1000 manat pula ehtiyac olduğu bildirmişdir. Buna görə Sevinc Bakı şəhərində “Azərsu”nun binasının qarşısında 1000 manat pulu ona vermişdir. Daha sonra ekspert rəyi alınanda İsanın anlaqlı olması məlum olmuşdur. Bu barədə Əlişin ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayaraq məlumat verdikdə Əliş həkimlərin onu da aldatdığını söyləmişdir. Əlişdən pulu geri istədikdə o, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 1-ci Polis Bölməsinin qarşısında Sevincə 100 manat pul verərək hər ay 100 manat ödəyəcəyini bildirmişdir. Əliş İsanı yeddi-səksiz ay dispanserdə saxlamış və Sumqayıt şəhər məhkəməsində yenidən işə baxıldıqda İsa 3 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bununla əlaqədar olaraq Sumqayıt Apellyasiya məhkəməsinə şikayət ərizəsi vermişlər. Bu zaman Əliş ona zəng edərək bu işi həll edəcəyini demiş, buna görə o, məhkəmənin qarşısında Əlişə 2000 manat pul vermişdir. xx xxxxxx 2018-ci ildə Apellyasiya Məhkəməsində İsa həbs olunmuşdur. Bundan sonra dəfələrlə Əlişlə əlaqə saxlamağa çalışsalar da zənglərinə cavab vermədiyindən bu mümkün olmamışdır. Əliş sonuncu dəfə Sumayıt şəhəri, 1 saylı Poliklinikanın qarşısında ona 300 manat pul vermişdir. Bundan sonra bir daha Əlişdən məlumat ala bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, X43 2014-cü ildə dənizdə çimərkən boğulub öləndən sonra ailəsi Azərbaycan Respublikasında məskunlaşmışdır. İsa 2007-ci ilin oktyabr ayında bıçaqla adam vuraraq öldürdüyündən X45 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonradan eşitmişdir ki, Bəhlul tanışı Təqsirləndirilən şəxs köməkliyi ilə İsanın xəstəxanaya yazdırılması məsələsini həll etmək istəyir. Bu məqsədlə Əlişə kimin nə qədər pul verdiyini, əgər pul verilibsə harada və hansı miqdarda, kimlərin iştirakı ilə verildiyini bilmir. O, bütövlükdə bu işlərin içində olmadığından heç bir ətraflı məlumatı yoxdur. Təkcə bir dəfə hazırda dəqiq vaxtını xatırlamadığı tarixdə, ola bilsin ki yanvar ayında o, Xalidə və Eyruzla birlikdə Bakı şəhərində 20 Yanvar dairəsi yaxınlığında, Sumqayıta gedən yolun istiqamətində Əlişlə görüşərək 1000 manat pul vermişlər. Eyruza da həmin pulu bibisi vermişdir. Amma bu pulun Əlişə nə üçün verildiyini heç kimdən soruşmamışdır. Bu haldan başqa Əlişə hər hansı məbləğdə pulun verilməsində iştirak etməmişdir. Əlişə hansısa məbləğdə pullar verildiyini yalnız eşitmiş, amma dəqiq olaraq harada, nə qədər pul verilməsindən məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, Zərərçəkmiş şəxs onun mərhum qardaşı Bəhlulun əvvəlki həyat yoldaşı olmuşdur. Belə ki, qardaşı vəfat etməzdən təxminən 3 il əvvəl onlar boşanmışlar. Təqsirləndirilən şəxs onun atası Balacanın vasitəsi ilə tanımış, aralarında yaxşı münasibətlər olmuşdur. Mərhum qardaşı Bəhlulun oğlu İsa Ağayev 2007-ci ildə adam oldürdüyünə görə həbs edilmişdir. İsanın ruhi xəstəliyi olmuş, hətta tutulmamışdan qabaq Maştağada yerləşən psixiatriya xəstəxanasında müalicə olunmuşdur. Böyük qardaşı da ruhi xəstə olmuşdur. İstintaq zamanı isə İsanın anlaqlı olması barədə rəy alınmış, qardaşı Bəhlul da bu barədə ona deyərək əslində xəstə olan oğluna kömək etmək, xəstəliyini sübut etməklə bu işin qanuni şəkildə məcburi müalicə ilə yekunlaşmasını istədiyini bildirmişdir. O da bu barədə Əlişin atası Balacaya demiş, Balaca da həkim ekspert işləyən oğlu Əlişin bəlkə bu işdə kömək edə biləcəyini bildirmişdir. Onları tanış etmiş və bundan sonra Bəhlulla Əlişin öz aralarında münasibətləri yaranmışdır. X13 ruhi xəstəliyinin sübut edilməsi istiqamətində kömək etmək fikrində olduğunu bilmiş, amma onun bu işi necə etməsi barədə heç bir məlumatı olmamışdır. Amma dəqiq bilir ki, bütün işlərin arxasınca mərhum qardaşı Bəhlul məhz özü getmiş, bütün məsələləri də özü həll etmişdir. Həmin məsələnin həllində Əlişin çox cüzi rolu olmuşdur. Yəni, Əliş mərhum Bəhlula yalnız yol göstərmiş, qalan nə iş görülübsə qardaşı Bəhlul özü etmişdir. Həm də xaraktercə qətiyyətli olan, sözünü deyən, istədiyi şeyə nail ola bilən, müəyyən qədər tanındığı və əlil olduğu üçün hörmətlə qəbul edilən Bəhlul heç vaxt özünün hansısa şəxsi məsələsini kiməsə həvalə etməmiş, bütün işlərini özü görmüşdür. X20 şəhəri, Xəzər Bağlarında tikdirdiyi həyət evini təxminən 2009-cu ildə, həm də avtomobillərini satdığını bilmiş, onun həmin evi və avtomobilləri maşınlarını oğlunun məsələsi ilə bağlı satdığını ehtimal etmişdir. Bəhlul 2014-cü ildə Sumqayıt şəhəri ərazisində dənizdə boğulub ölmüş, oğlu İsa isə atası öldükdən təxminən iki-üç ay sonra Maştağadakı xəstəxanadan evə yazılmışdır. Mərhum qardaşı Bəhlulun və onun ailə üzvlərinin, o cümlədən keçmiş arvadı Xalidənin Əlişə pul verib-verməmələri barədə heç bir konkret məlumatı yoxdur. Şəxsən onun iştirakı ilə Bəhlul və ya Xalidə Əlişə heç vaxt pul verməmişlər. İsa Ağayev təxminən 2018-ci ildə oğurluq etdiyi üçün yenə tutulmuş, anası Xalidə də kömək üçün Əlişə müraciət etmişdir. Eşitdiyinə görə X30 buraxılması məsələsinin həlli üçün 9000 manat pul almış, amma İsanı buraxdıra bilməmiş və Xalidəgildən aldığı 9000 manatı qaytarmamışdır. Bu səbəbdən Xalidə Əlişdən şikayət etməyə başlamışlar. X14 ikinci dəfə tutulan vaxt Sumqayıt şəhəri Xəzər bağlarında yerləşən evlərini də oğlunun işinə görə satdığını eşitmişdir. Həmin evi də mərhum qardaşı Bəhlul sağlığında tikmişdir. Bəhlul ikinci evini satdıqdan sonra həmin evi tikməyə başlamış, lakin dənizdə boğulub öldüyü üçün evin təmir işləri yarımçıq qalmışdır. Eşitdiyinə görə Xalidə həmin evi 6000 manata satmışdır. Yaranmış mübahisə ilə bağlı eşitdiyinə görə Əlişlə Xalidəgilin arasında münaqişə yaranmış, sonra da Əliş onları polis vermişdir. Hesab edir ki, əslində Xalidə Əlişdən şikayət etməli olduğu halda Əliş onu qabaqlayıb dava-dalaşdan sonra polisə müraciət etmişdir. Bəlkə də həmin vəziyyət – Əlişin o vaxtkı şikayəti olmasaydı bu gün mübahisə bu yerlərə gəlib çatmazdı. Rəhmətlik Bəhlulun özünün sağlığında Əlişlə aralarında olan prosesləri onlar ikisi bilmişlər, üçüncü adamın məlumatı olmamışdır. Bunu rəhmətlik qardaşının vaxtilə özünün ona deməsindən bilir və bu gün də həmin fikri təsdiq edir. Amma əmindir və dəqiq məlumatlıdır ki, sonuncu 9000 manat məsələsi olub, bunu həmin pul veriləndə, o proseslərdə Xalidə ona deyib, xalaqızı da məsələni yaxşı bilir. Yəni, bir ağsaqqal olaraq haqqı deməyi özünə borc bilir. Ona görə də bununla nə demək istədiyini Əliş özü də yaxşı bilir. Yaxşı bilir ki, həmin pulu alıb. Ona görə də Əlişə məsləhət görür ki, kəskin ehtiyacları olan, evsiz-eşiksiz bu insanlara aldığı 9000 manatı qaytarsın və bununla da bəlkə məsələ bitmiş olacaq. Şəxsən nə o özü, nə də qohumları Əlişin tutulmasını istəmirlər. Hətta yaxşı xatırlayır ki, ölən gününədək də Bəhlulun Əlişlə münasibətləri yaxşı olmuş, onlar bütün xeyir-şər məclislərində də bir yerdə olmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, Zərərçəkmiş şəxs onun mərhum qardaşı Bəhlul Ağayevin həyat yoldaşı və onun da xalası qızıdır. Təqsirləndirilən şəxs isə mərhum qardaşı Bəhlulun vasitəsi ilə tanımış, onun Bəhlulun dostu olduğunu bilmişdir. Onlarla münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilikləri olmamışdır. X36 sağlığında Bəhlulgilə köməklik etdiyini eşitmişdir. Amma Bəhlulun və ya Xalidənin həmin məsələ ilə bağlı Əlişə pul verib-verməmələri ilə bağlı heç bir məlumatı yoxdur. Onun yanında heç kəs Əlişə pul verməmişdir. İsa Ağayev ilk cinayətindən sonra təkrar yenə tutulmuşdur. Eşitdiyinə görə Əliş İsanın ikinci işində də onlara köməklik etmişdir. Bu köməyin də nədən ibarət olduğunu bilmir. Amma bütün cəhdlərə baxmayaraq İsa Ağayev yenə tutulmuşdur. 2018-ci ilin sentyabr ayının əvvəllərində Xalidə onlardan Əlişi evlərinə dəvət etmələrini xahiş edərək gəlib onunla söhbət etmək istədiyini bildirmişdir. Belə başa düşülmüşdür ki, ikinci tutulmasında Əliş onlara kömək edə bilmədiyi üçün münasibətləri korlanmışdır. Bu səbəbdən Xalidə Əlişlə onun evində görüşməyi xahiş etmişdir. Onlar Əlişi evlərinə dəvət etmişlər, Əliş bir nəfər tanışı ilə xx xxxxxxxx 2018-ci il tarixdə saat 18 radələrində onların yaşadığı evə gəlmiş, o da Xalidəni dəvət etmişdir. Görüşləri zamanı Xalidənin Əlişlə mübahisəsi düşmüşdür. Oğlunun işinə görə vəkil Anar Qasımlıya 9000 manat pul verilməsi barədə də heç bir məlumatı yoxdur. Əliş həqiqətən Xalidənin oğlunun toyunda iştirak etmiş, onunla bir masada əyləşmiş, toyun sonunda da başqa maşın olmadığından bəylə gəlini öz avtomobili ilə bəy evinə aparmışdır. Onun evində baş vermiş mübahisə vaxtı Xalidə Əlişin üstünə qışqıraraq Əlişin onların pullarını yediyini, oğlunun işinə görə pul alıb işini həll etmədiyini demişdir. Əlişin Xalidəgildən pul alması və ya aldığı pulu sonradan qaytarması barədə ona heç nə məlum deyil. Məhkəmə istintaqı zamanı yuxarıda göstərilənlərlə bərabər Şahid9 verilən suallara cavab olaraq bildirdi ki, mərmum qardaşının Əlişə pul verməsi barədə bilməmiş, qardaşının Əlişə pul verməsi üçün də heç bir əsas və səbəb olmamışdır. Mərhum qardaşı X23 özündən hələ sağlığında şəxsən Əlişə pul verib-vermədiyini soruşmuş, Bəhlul da “mənim özümə nə olub ki, Əlişə pul verim” deyə bildirmişdir. Əlişin onun qardaşı oğlu İsaya hər hansı bir köməyi dəyməsindən məlumatsızdır. Qardaşı Bəhlul həyatının son bir ilini başqa qadınla yaşamışdır. Bəhlul Xalidə ilə faktiki olaraq ölümündən 4-5 il əvvəl boşanmış, son iki ili isə rəsmən boşanmışlar. Bəhlulun son illərində Əlişi tez-tez onun yanında görmüş, Əlişlə Bəhlul sonadək bir-birinin evlərinə gedib-gəlmiş, bir-birinin evinə gedəndə kabab bişirib yeyib içmişlər. Şəxsən o özü də qardaşı ilə birlikdə Əlişgilin evlərində olmuşdur. Bəhlulun nə vaxtsa Əlişdən narazılığının şahidi olmamış, qardaşı vəfat edənə qədər onların dostluğu davam etmişdir. Əliş qardaşı Bəhlulun dəfnində də yaxın adam kimi iştirak etmişdir. Digər qardaşları da vəfat etmişdir və hazırda həyatda qalan yeganə qardaşı Bəşirdir. Qardaşı vəfat edərkən qalan iki avtomobil onun oğlanlarına verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 Şahid9 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi, o cümlədən bildirdi ki, pul haqqında heç nə bilmir, 70 yaşlı bir insan kimi yalan danışmaq niyyəti də yoxdur, bütün bildirdikləri həqiqətdir. Xalidənin keçmiş əri ilə Əliş dost olmuşlar. Əlişin nə vaxtsa kiməsə hüquqi yardım göstərdiyinin şahidi olmamış və bu barədə məlumatı da yoxdur. Yalnız günlərin bir günü Xalidə onun yanına gəlib oğlunun tutulduğunu bildirmiş və köməklik lazım olduğunu deyərək “Əliş sənin tanışındır, xahiş edirəm çağır gəlsin bura, görək köməkliyi olar, ya olmaz” deyə xahiş etmişdir. O da bir neçə gün sonra Əlişə zəng vurub çağırmış, Xalidə də oğlu ilə gəlmişdir. Xalidənin gətirdiyi qərarı oxuması üçün Əlişə vermiş, Əliş də sənədlə tanış olub İsaya köhnə cəzasının da əlavə edilməklə cəza verildiyini bildirmişdir. Xalidənin oğlu Bəhruz ayağa qalxaraq qəndqabını götürüb Əlişin başına çırpmaq istəmiş və mübahisə düşmüşdür. Xalidəgilin danışığından belə başa düşmüşdür ki, Əliş guya hansısa yerlərə gedib bu məsələni həll etməli olmuşdur. Əliş də onlara “mən kiməm ki, bunu edim” deyə bildirmişdir. mişdir. Həmin mübahisə zamanı aralarında pul söhbəti olmamışdır. Mübahisə ilə bağlı Əliş “102” xidmətinə zəng etmək istəmiş, sonra ayrılmışlar. Sonradan Əliş gedib polisə məlumat vermişdir. Hesab edir ki, həmin vaxt Xalidə Əlişi məhz ilişdirmək üçün evə çağırtdırmışdır. Həm də yaşlı adam kimi Əlişin onun sözündən çıxmayıb gələcəyini bildiyi üçün Xalidə məhz ona müraciət etmişdir. Çünki, buna qədər Xalidə Əlişə ağız açsa da sonuncu gəlməmişdir. Xalidənin keçmiş əri Bəhlulun ölümünə qədər onunla münasibəti, əlaqəsi olmuşdur. Bəhlul ölərkən oğlu İsa türmədə olmuşdur. Mərhum ölənə qədər də heç vaxt Əlişdən ona şikayət etməmiş, aralarında hansısa narazılıq olmasını bildirməmişdir. Bəhluldan heç vaxt Əlişin ondan hansısa məqsədlə pul alması barədə heç nə eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X16 göstərdi ki, onun Təqsirləndirilən şəxslə dostluqları illər öncəyə dayanır. Bəhlulu da tanımış, hətta mərhumla bir neçə dəfə də çörək kəsmişlər. Bəhlulun oğlu İsanın tutulması ilə bağlı onu bilir ki, özü həkim olduğu üçün Əliş Bəhlula bununla bağlı yol göstərmiş, İsanın xəstəliyi ilə bağlı məsləhətlər vermişdir. Son hadisə ilə bağlı, şahidlik etdiyi məqam 2018-ci ilin yay aylarında olmuşdur. Belə ki, mərhumun yoldaşı Xalidəgil Əlişə hücum edərək onu şantaj edib qorxutmuşlar. Bu məsələ ilə bağlı Əliş ona zəng edərək onlarla Sumqayıt şəhərində görüşdüyünü və məcbur onun avtomobilinə 2000 manat pul qoyduqlarını bildirmişdir. Əliş bu məsələ ilə bağlı ilk dəfə ona zəng etmiş, o da Əlişə bunun növbəti şantaj olduğunu, həmin pulu mütləq qaytarmalı olduğunu bildirmişdir. Əliş də bu şəxslərin onu qorxutduqlarını deyərək bu işdə ona kömək etməsini xahiş etmişdir. Üstündən bir neçə gün keçdikdən sonra Əlişgilə institutdan putyovka verilmiş, avqust ayında saat 11 radələrində ailəvi Nabrana gedərkən ona zəng vurmuş və Xalidəgillə görüşüb 2000 manatı qaytardığını demişdir. Onlar bilmişlər ki, bu iş düzələn deyil. Hazırda baş verən hadisələrdən də görünür ki, bütün bu hadisələr məqsədli şəkildə olunmuşdur. Adlan Ağaşirinov məhkəmə istntaqı zamanı ona verilən suallara cavab olaraq bildirdi ki, o, tibb ekspertizasının kriminalistika şöbəsində işləmişdir. İxtisasca hüquqşünas olduğu üçün Əliş bu məsələləri ona demiş, o da Əlişə məsləhətlər vermişdir. Hətta onun məsləhəti ilə Əliş gedib Sumqayıtda polisə şikayət etmişdir. Əlişin ona deməsinə görə o, Xalidəgil tərəfindən şantaj edilmiş və öldürülməklə hədələnmiş, ondan İsanın türmədən çıxartdırılması tələb olunmuşdur. Onların arasında olan pul münasibətlərində iştirak etməmiş, onların gəlib Təqsirləndirilən şəxs şantaj etməklərini şəxsən görməmişdir. X38 yaşamış, bir az da krimnal düşüncəli, özünü həmişə uca tutan adam olmuşdur. Bəhlul heç vaxt başqasının əli ilə kiməsə pul verməzdi. Bəhlul psixi xəstəliklə bağlı Əlişdən həmişə məsləhət almış, bu məsləhətlərin qarşılığında onlar arasında pulla bağlı alış-veriş olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X32 göstərdi ki, Təqsirləndirilən şəxslə aralarında dostluq münasbələri vardır, Əlişi həmişə özünün böyüyü hesab edir. 2018-ci ilin yay aylarında Əlişin xəstə olan atasına baş çəkmək üçün Sumqayıta getmiş, Əliş yolda onu qarşılamışdır. Yolda olarkən Əlişə zəng gəlmiş, o da zəngə cavab verərək danışmış və sonra ona yaxında bir nəfərlə görüşməli olduğunu deyərək X21 yaxınlığında avtomobili saxlamışdıor. Avtomobildən düşməmişdən qabaq Əlişin pul saydığını görmüşdür. Əliş pulu sayaraq 10 ədəd 100 manatlıqlardan ibarət 1000 manatı pulu burada bir qadına verməli olduğunu demiş və qadın xeylağının yanına tək getməməsi üçün birlikdə getmələrini təklif etmişdir. Həmin yerdə Əliş başı bağlı, hicablı, qarabuğdayı, üz-gözü bağlı qadınla görüşmüşdür. Konkret necə olduğunu bilməmişdir. Əlişin deməsinə görə pulu həmin qadına vermişdir. Bundan sonra onlar oradan Əlişin atasının yanına getmişlər. Danışığından Əlişin həmin pulu borc vermədiyini, qaytardığını başa düşmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X25 göstərdi ki, Təqsirləndirilən şəxslə dostdur. Təxminən 2018-ci ildə xəstəxanada müalicə olunmuş, xəstəxanadan çıxan gün onu gəlib aparması üçün Əlişə zəng vurmuşdur. Əliş gəlmiş və birlikdə qayıdarkən Əliş Sumqayıtda yaşayan Seyid Muxtar adlı şəxsə baş çəkmələrini təklif etmişdir. Oraya gedərək evdə oturmuşlar. Həmin vaxt salamsız-kəlamsız içəriyə onun tanımadığı iki qadın və bir oğlan girmişdir. Qadınlardan biri dərhal “Əliş, köməklik elə mənim oğlumu çıxart” deyə tələb etməyə, Əlişi nalayiq söyüşlərlə söyməyə başlamışlar. Gələn qadınlardan birinin oğlu olan gənc Əlişi vurmaq istəmişdir. O, dərhal araya girərək oğlanın Əlişi vurmasına mane olmuşdur. Qadınlardan biri Əlişə “oğlumu qurtar”, digəri “qardaşımı qurtar” deyib tələblər etmişlər. Hətta onlardan biri Əlişə “Əliş müəllim, bizə kömək etməsən, sənin qulağını kəsəcəyik” deyib hədələmişdir. Amma orada hər hansı pul söhbəti, pul tələbi olmamışdır. Muxtar kişinin köməkliyi ilə onları birtəhər ayırmışlar. Sonra Əlişlə həmin evdən qayıdarkən polisə şikayət edərək izahat vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş X17 göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onlar 2004-cü ildə ailə qurmuşlar və iki azyaşlı övladları var. 2009-cu ildə övladı dünyaya gələrkən Əliş Bəhlul adında dostunun ailəsi ilə birlikdə qonaq gələcəyini demişdir. Həmin şəxslər təxminən mart ayında onlara gəlmiş və o, həmin vaxtdan etibarən bu ailəni tanımışdır. Xalidə özü onların evində cəmi bir dəfə olmuşdur. Bəhlul sağ olarkən digər ailə üzvləri ilə tez-tez onlara gəlmiş, dost kimi onlara süfrə açmışdır. Əlişlə Bəhlul çox mehriban dost olmuşlar və Bəhlul ölənədək onların evinə gəlib-getmişdir. Sonuncu dəfə Bəhlul sonradan evləndiyi həyat yoldaşı Maisə xanımla onların evində olmuşdur. 2017-ci ildə Xalidəgil iki dəfə gəlib onların evində səs-küy salmış, Əlişi təhqir etmiş və oğluna köməklik göstərməsini tələb etmişdir. Yalnız həmin vaxt bilmişdir ki, Xalidənin onun əri ilə hansısa söhbəti, əlaqəsi vardır. Mərhum Bəhlul sağlığında onlara gələndə həmişə arvadı Xalidədən gileylənmişdir. 2009-cu ildən 2017-ci ilə kimi Xalidə onların evinə gəlməmişdir. Xalidə onların evinə gəlib dava-dalaş salarkən onun özünü də “əgər sən gedib yoldaşını müdafiə etsən, deyəcəm ki, pulu sənə vermişəm” deyərək hədələmişdir. Xalidənin Əlişə nə vaxtsa pul verdiyini görməmiş və eşitməmişdir. Yalnız Əlişin deməsindən bilir ki, Xalidəgil ona 2000 manat pul vermişlər və o da sonradan həmin məbləği Xalidənin bacısı Validəyə qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X33 göstərdi ki, o, Bəhlulun və Əlişin ailələrini tanımış, onların çox mehriban olmalarının şahidi olmuşdur. Bəhlul əsasən Rusiyada işləmiş, biznesi orada olmuşdur. Bəhlulun sağlığında maşın məsələsi ilə bağlı problemi olmuş, yəni maşını girovda olduğundan pul lazım olmuşdur. Əliş ona Bəhlula pulla köməklik göstərməsini təklif etmiş, o da 6000 manat pul düzəldib özünün Badamdardakı evində Bəhlula vermişdir. Bəhlul pulu götürmək üçün onun evinə Əlişlə, həm də xatırladığına görə həyat yoldaşı ilə birlikdə gəlmişdir. Bu söhbət təxminən 10 il bundan əvvəl olmuşdur. Bəhlul pulu bir aya bütöv qaytaracağını vəd etsə də tam qaytarmamışdır. Əvvəlcə Əlişin vasitəsilə Bəhlul ona üç dəfə ayrı-ayrılıqda 1000 manat pul qaytarmış, sonra da lap kiçik məbləğlərdə ödəməyə başlamışdır. Bununla bağlı o, Əlişə iradını bildirmişdir. Xeyli müddət ərzində pulu birtəhər qaytarıb qurtarmışlar. Pul tam qaytarılandan sonra Bəhlulla rastlaşdıqda sonuncu pulu gecikdirdiyinə görə üzrxahlıq etmişdir. Bəhlulun dənizdə batıb ölməsindən də məlumatı olmuşdur. Ölənə qədər Bəhlulla Əlişin çox mehriban münasibətlərinin şahidi olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İstintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs, həmçinin şahidlər Şahid2, Şahid6, Şahid3, Şahid5 və Şahid4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər (cild 1, iş vərəqə 126-132, 133-138, 139-144, 145-151, 152-164, cild 2, iş vərəqə 155-161). Zərərçəkmiş şəxs bacısı Şahid6 ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarının səs yazısını köçürdüyü bir ədəd CD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu İsa Ağayevin məhkəmə işində köməklik etməsi və həmin işlə bağlı pul almasını təsdiq edən səs yazılarının olması müəyyən edilmişdir. Həmin disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 100-104; cild 3, iş vərəqə 12-38). xx.xx.2019-cu il tarixli 127-527-1219 tarixli əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs oğlu İsa Ağayevin məhkəmədə olan cinayət işinə köməklik göstərəcəyinə inandıraraq 2017-ci ilin may ayından 2018-ci ilin avqust ayına qədər olan müddət ətzində Zərərçəkmiş şəxs aldadaraq ondan ümumilikdə 9000 manat pul alması faktı ilə əlaqədar tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs aldadaraq pullarını ələ keçirməsi faktı öz təsdiqini tapmışdır (cild 1, iş vərəqə 125). Nikahın bağlanması haqqında akt qeydinin surətindən görünür ki, X43 ilə Zərərçəkmiş şəxs arasında xx xxxx 1991-ci il tarixdə nikah bağlanmışdır. Nikahın pozulması haqqında akt qeydinin surətindən görünür ki, X43 ilə X26 arasında bağlanmış nikah xx xxxxxxx 2011-ci il tarixdə pozulmuşdur. Nikah haqqında akt qeydinin surətindən görünür ki, X43 ilə X27 arasında xx xxxxxx 2014-cü il tarixdə nikah bağlanmışdır. Ölüm haqqında akt qeydinin surətindən görünür ki, X43 xx xxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 95). Cinayət işinin materiallarında olan müvafiq diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs 1997-ci ildə Azərbaycan Tibb Universitetinin tibbi-profilaktika işi ixtisası üzrə tam kursu bitirmişdir (cild 1, iş vərəqə 121). Cinayət işinin materiallarında olan müvafiq diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs 1997-1998-ci illərdə məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyində məhkəmə tibb eksperti ixtisası üzrə internatura keçmişdir (cild 1, iş vərəqə 119). Cinayət işinin materiallarında olan müvafiq diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs 2003-cü ildə Dövlət İdarəçilik Akademiyasını dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir (cild 1, iş vərəqə 117). Cinayət işinin materiallarında olan müvafiq diplomun surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tibb elmləri namizədi alimlik dərəcəsi verilmişdir (cild 1, iş vərəqə 118). Cinayət işinin materiallarında olan yaşayış yeri üzrə arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1936-cı il təvəllüdlü atası, 1937-ci il təvəllüdlü anası, 2009 və 2014-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 122-123). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (cild 1, iş vərəqə 124). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda şərh olunan epizod üzrə, yəni Zərərçəkmiş şəxs qarşı xeyli miqdarda - 9000 manat ziyan vurmaqla dələduzluq cinayətini törətməsi sübuta yetirilmişdir və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs həmin əməli qəsdən törətmişdir, başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Yuxarıda göstərilənlərlə bərabər məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının irəli sürdüyü ittihamın Zərərçəkmiş şəxs 2007-ci ilin oktyabr ayından 2014-cü ilin oktyabr ayınadək olan müddət ərzində 122874 manat 20 qəpik məbləğində, yəni külli miqdarda maddi ziyan vurulması ilə bağlı hissəsi üzrə toplanmış sübutların məcmusu ilə Təqsirləndirilən şəxs özgə əmlakını əldə edənədək həmin əmlakın talanmasına yönəlmiş niyyətinin yaranması və ümumilikdə həmin əməli törətməsi sübuta yetmir. İbtidai istintaq orqanının qeyd olunan epizod üzrə istinad etdiyi və böyük nisbətdə şahid ifadələrindən ibarət olan bütün sübutlar faktiki olaraq Zərərçəkmiş şəxs ifadəsi üzərində qurulmuşdur. Əvvəla, Zərərçəkmiş şəxs özünün də ifadələrində pulun əksər hissəsinin məhz onun keçmiş əri Bəhlul Ağayevin tərəfindən verildiyi birmənalı şəkildə qeyd olunur. Əhəmiyyətli saylı epizodlarda həmin məbləğlərin həqiqətən verilməsini təsdiq edə biləcək və qeyd olunan prosesdə bilavasitə iştirak etmiş hər hansı şahid mövcud deyildir. Təqsirləndirilən şəxs də ümumiyyətlə qeyd olunan pulları almaması ilə bağlı ifadələri də nəzərə alınaraq bu epizodlar üzrə hər hansı mötəbər sübutun mövcud olmadığı aşkardır. X40 xarakteri və qeyd olunan dövrdəki Təqsirləndirilən şəxslə bağlı davranışı, münasibəti haqqında məhkəmədə Şahid8 verdiyi və obyektiv reallığı əks etdirməsi hər hansı şübhə doğurmayan ifadəsinin mövcudluğu şəraitində zərərçəkmiş şəxsin ifadəsinin təqsirin sübuta yetirilməsinə kifayət edə biləcək mötəbər sübut kimi qiymətləndirilməsi də mümkünsüzdür. Bu epizod üzrə ibtidai istintaq orqanının sübut kimi istinad etdiyi, Zərərçəkmiş şəxs övladları, bacıları, gəlini, qudası və digər qohumluğu olan şahidlər X24, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid1nın ibtidai istintaq zamanı tərtib olunmuş ifadələrini isə məhkəmə külli miqdarda maddi ziyan vurulması epizodu üzrə təqsirin sübuta yetirilməsi üçün yetərli dəlillər kimi qəbul etmir. Belə ki, Zərərçəkmiş şəxs kifayət qədər uzun dövrü - 2007-ci ilin oktyabr ayından 2014-cü ilin oktyabr ayınadək olan müddəti əhatə edən vaxt ərzində çoxsaylı pul verilməsi üzrə epizodlara dair verdiyi, pulların verildiyi yerlər, orada iştirak etmiş şəxslər, tarixlər, ünvanlar, hər dəfə verilmiş pulun məbləği, hətta müəyyən dövrdə verilmiş pulun məbləğinin məlum olmamasına dair özünün etirafı və sair halları əks etdirən mürəkkəb, adi qaydada mükəmməl yadda saxlanılması aşkar müddət ərzində mümkünsüz olan ifadəsinin yuxarıda sadalanan ailə üzvlərinin, qohumların da ifadələrində eynilə əksini tapması halı təhlil edilərkən onların ittihamın sübut olunmasında şübhələr yaratdığı müəyyənləşdirilir. İbtidai istintaq zamanı tərtib olunmuş həmin ifadələr faktiki olaraq Zərərçəkmiş şəxs ifadəsinin olduğu kimi surətinin köçürülməsindən ibarətdir. Bu hal, həmin ifadələrinin mətnin hətta texniki müqayisəsi ilə belə aşkar görünür. Bəzi məqamlarda hətta ifadəni verən şəxsin şəxsiyyəti nəzərə alınmadan onun mətnində digər şəxslərə dair təsvirlərdə dəyişikliklərin belə edilməməsi, bəzən surəti köçürülmüş ifadədə mütləq dəyişdirilməli olan hissələrin mexaniki olaraq unudulması kimi aşkar məqamlar həmin ifadələrin tərtibi ilə bağlı məhkəmənin qənaətini tam əsaslı edir. Hətta ibtidai istintaq zamanı Şahid2, Şahid6, Şahid3, Şahid5, Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmələr keçirilərkən də həmin ifadələr olduğu kimi, faktiki olaraq məzmunlarında hər hansı dəyişiklik olmadan köçürülərək protokollara daxil edilmişdir. Təxminən 7 il ərzində törədilməsi bildirilən çoxepizodlu cinayət əməlinin halları barədə, əksər hissədə bilavasitə görmədikləri, yalnız başqasının sözlərinə istinadən israr edilən detalların hətta üzləşdirmə protokollarına da olduğu kimi köçürülməsi şahidin dindirilməsi ilə bağlı cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından da yolverilməzdir. Digər tərəfdən, məhkəmə istintaqında həmin şəxslərin verdikləri ifadələrin ibtidai istintaq zamanı tərtib edilmiş ifadələrin məzmunundan əhəmiyyətli dərəcədə fərqlənməsi bu qənaəti daha da möhkəmləndirir. Digər tərəfdən, qeyd olunan şahidlərin, habelə zərərçəkmiş şəxsin özünün ifadələrində əks olunan məqamların mütləq əksər hissəsi başqasının sözlərindən verilən məlumatlardır. Həmin məlumatların, o cümlədən zərərçəkmiş şəxsin ifadələrindəki məlumatların əhəmiyyətili hissəsi, cinayət işinin materiallarına əsasən təsvir olunan hadisənin faktiki olaraq mərkəzində olmuş və xx xxxxxx 2014-cü il tarixdə vəfat etmiş X34 bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının olmaması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Beləliklə, məhkəmə bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, ibtidai istintaq orqanının təqdim etdiyi sübutları məhkəmədə araşdırıb bu qənaətə gəlir ki Təqsirləndirilən şəxs ona istinad edilən Zərərçəkmiş şəxs qarşı 2007-ci ilin oktyabr ayından 2014-cü ilin oktyabr ayınadək olan müddət ərzində külli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətməsi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126-cı maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. X1rşı işində X41 Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X41 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərar, X44rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2007-ci ilin oktyabr ayından 2014-cü ilin oktyabr ayınadək olan müddət ərzində 122874 manat 20 qəpik məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayəti törətməsi epizodu üzrə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı nəticəyə gələrkən yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir: Belə ki, “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci və 42.1.4-cü maddələrinin tələblərinə görə, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci və 42.1.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs etibardan suiistifadə edib aldatma yolu ilə özgənin - Zərərçəkmiş şəxs 122874 manat 20 qəpik məbləğində, yəni külli miqdarda pulunu 2007-ci ilin oktyabr ayından 2014-cü ilin oktyabr ayınadək olan müddət ərzində ələ keçirməsi, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ittihamın qeyd olunan hissəsində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qeyd olunan epizod üzrə qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ittiham olunduğu iki cinayət epizodundan biri üzrə – Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Zərərçəkmiş şəxs 2007-ci ilin oktyabr ayından 2014-cü ilin oktyabr ayınadək olan müddət ərzində 122874 manat 20 qəpik məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayəti törətməsi epizodu üzrə isə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçiməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri, xx xxxxxx 2019-cu il tarixdə isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmalı, cəzanın çəkilmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır (cild 1, iş vərəqə 178-179, 226-228; cild 2, iş vərəqə 188-190). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilёməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda onlara verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut - zərərçəkmiş şəxsin bacısı Şahid6 ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarının səs yazısının köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli 7 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.2, 42.1, 42.1.4, 42.2.4, 346-347, 349-350, 352-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə tutulduğu 2 (iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs 2007-ci ilin oktyabr ayından 2014-cü ilin oktyabr ayınadək olan müddət ərzində 122874 manat 20 qəpik məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayəti törətməsi epizodu üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə maddi sübut - zərərçəkmiş şəxsin bacısı Şahid6 ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarının səs yazısının köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar