Məhkəmə qərarları › İş №1(101)-393/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-393/2022

03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-393/2022 03.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxx 1963-cü ildə Ermənistan Respublikası Amasiya rayonu, Gülbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ota-ixtisas təhsilli, BDU- nun Təsərrüfat Şöbəsində fəhlə işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri. Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı massivində nömrəsiz evdə yaşamış, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs, ünvan 3 ünvanında yerləşən fəhlə kimi işlədiyi Bakı Dövlət Universitetinin həyətində fəaliyyət göstərən dülgər emalatxanasından özünə məxsus avadanlıqları çıxarıb aparılmasına icazə almaq, həmçinin öz ərizəsi ilə universitetdən işdən çıxmasının tələb olunmasına aydınlıq gətirmək məqsədi ilə 27 iyul 2021-ci il tarixdə saat 12:05 dəqiqədə Bakı Dövlət Universitetinin əsas binasının ikinci mərtəbəsində yerləşən Universitetin rektorunun maliyyə məsələləri üzrə müşaviri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 xidməti iş otağına gəlmiş, orada sonuncudan dülgər emalatxanasından özünə məxsus avadanlıqları çıxarıb aparılmasına icazə verilib-verilmədiyini, həmçinin universitetin rəhbərliyi tərəfindən onun işdən çıxması üçün ərizə yazmasının tələb olunmasının səbəbini soruşduqda Zərərçəkmiş şəxs1 universitetin rəhbərliyi tərəfindən ona belə bir göstəriş verilmədiyini bildirməsinə baxmayaraq sonuncunu, onu işdən çıxması üçün ərizə yazmasını tələb etməkdə, həmçinin əvvəl işlədiyi işdən daha az əmək haqqı verilən başqa işə keçirilməsinə səbəb olmaqda günhalandıraraq mübahisə yaratmış, mübahisə zamanı xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs1 istintaqa məlum olmayan mənbədən əldə etməklə əlində olan sənədlərin içərisində gizlətdiyi istintaqa məlum olmayan bıçaqla qəsdən bir dəfə vurub qarın boşluğuna nüfuz edərək böyük piyliyi zədələmiş, qarnın ön səthində solda yerləşmiş 1 (bir) ədəd deşilmişkəsilmiş yara kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurmuş, bu vaxt xidməti vəzifələrinin icrası ilə əlaqədar görüləcək işləri müzakirə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 xidməti otağına gəlmiş Bakı Dövlət Universitetinin böyük komendantı vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 onun Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməsini gördükdə dərhal müdaxilə edib sonuncuya əlavə xəsarətlər yetirilməsinin qarşısını almaq və onu xidməti otaqdan çıxartmaq istəyərkən əlində olan həmin bıçaqla ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs2 qəsdən bir dəfə vurub ona qarın boşluğuna nüfuz edərək böyük piyliyi və qaraciyəri zədələmiş, qarnın ön səthində yerləşmiş 1 (bir) ədəd deşilmişkəsilmiş yara kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən ağır zərər vurmuş, yəni, iki şəxsə qarşı törədilməklə zərərçəkmiş şəxslərin xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən Bakı Dövlət Universitetinin Təchizat şöbəsində çalışır. Həmin vaxt o, BDU-nun nəzdində fəaliyyət göstərən taxta sexini işlətmişdir. 2011-ci ildən 2018-ci ilə qədər orada təsərrüfat şöbəsinin sürücüsü kimi çalışmış, maaşı 410 manatdan 620 manata qədər yüksəlmişdir. 2019-cu ilin mart ayında BDU rəhbərliyi dəyişiləndən sonra kadrlar şöbəsi onu çağırıb bildirmişdir ki, ərizəsin yazsın onu rəngsazlığa keçirirlər, maaşına heç bir təsiri olmayacaq. Bu hadisədən sonra o, aprel ayında maaşı karta yüklənəndə, kartına 420 manat pul yükləndiyini görmüşdür. Bu barədə kadrlar şöbəsinə, rektorluğa dəfələrlə rəsmi müraciət etmiş və rəsmi cavab almışdır ki, maaşı yüksəltmək bunların ixtiyarında deyil. O, bundan sonra dəfələrlə Mirzə müəllimin qəbulunda olub bildirmişdir ki, maddi durumu pis vəziyyətdədir, onu nəzərə alsın, yoldaşı ağır şəkər xəstəsidir, özü açıq ürək əməliyyat keçirmiş, ona kömək etsinlər. Bütün bunlara baxmayaraq heç bir nəticəsi olmamışdır. Müxtəlif banklarda borcları yaranmağa başlamış, sonuncu dəfə 27 iyul 2021-ci il tarixdə Mirzə müəllim yeni gələn işçilərdən birindən ona xəbər göndərmişdir ki, rəhbərlik deyir ki, ərizəsini yazıb işdən çıxsın. O, bu xəbərdən çox pis olmuş və qərara gəlmişdir ki, xəstəlik kağızları ilə birlikdə Mirzə müəllimin yanına getsin və xahiş etsin ki, ona 5-6 ay vaxt versinlər, özünə iş tapsın. Mirzə müəllim ayaqüstə meyvə yeyə-yeyə ona laqeyd yanaşaraq “Nə deyiblərsə ona da, əməl etməlisən” deyərək, ona danışmağa icazə verməmişdir. Həmin vaxt özü ilə gətirdiyi bıçağı götürərək Mirzənin üstünə gəlmiş, ona «sən məni artıq pis vəziyyətdə qoydun» demişdir. Həmin vaxtı “Şahlar” deyə qışqırmış, Şahlar həmin əsas korpusun komendantıdır. Şahlar otağa daxil olana kimi o, Mirzənin qarın nahiyyəsinə bir bıçaq zərbəsi vurmuşdur. Həmin anda Şahlar üzərinə atılan zaman bıçağı Mirzədən çıxarıb Şahların döş qəfəsinə bir zərbə endirmişdir. Sonra ara qarışmış, o, universiteti əlində bıçaqla tərk etmişdir. Yol taksilərindən birinə əyləşib Səbail rayonu, Bayıl qəsəbəsinə getmiş, sonra mağazadan su alıb içmiş və Səbail rayon polis idarəsinin 8-ci PB-nə gedərək adam bıçaqladığını bildirərək təslim olmuşdur. Daha sonra Yasamal RPİ-nin əməkdaşları onu gəlib aparmışlar. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmişlərin ifadələri, şahid ifadəsi, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 16 sentyabr 2019-cu il tarixdən Bakı Dövlət universitetində rektorun maliyyə məsələləri üzrə müşaviri vəsifəsində çalışır. Təqsirləndirilən şəxs ilk dəfə 2019-cu ilin oktyabr ayında yanına gələrək Universitetdən 20-40000 manat alacağı olduğunu bildirmişdir. O, müvafiq təsdiqedici sənədlərin mühasibatlıqdan gətirilməli olduğunu bildirmişdir. Lakin o, bu borcun qeyri rəsmi borc olduğunu, yəni əvvəlki rəhbərliyin Abel Məhərrəmovun tapşırıqlarına əsasən gördüyü işlər üzrə yaranmış borc olduğunu bildirdi. Bundan başqa şəxsi sahədə gördüyü işlər üzrə əlavə borclar var. İsmixan bu barədə sadəcə məlumatının olmağını, çünki Abel müəllimi məhkəməyə verəcəyini və Universitetin adının hallanacağı barədə əvvəlcədən məlumat verdiyini bildirmişdir. O İsmixana onun şəxsi işi olduğunu, universitetə bu məsələnin aidiyyəti olmadığını, mülki qaydada öz aralarında həll olunacağını məlumatın isə rəhbərliyə çatdırılacağını bildirmişdir. İsmixanla onun 2-ci görüşü 2020-ci ilin əvvəllərində olmuşdur. Bu dəfə isə ərizə ilə müraciət edərək rəhbərliyə bildirmişdir ki, əvvəlki rəhbərliyin vaxtında onu aldadıb vəzifəsini dəyişiblər, nəticədə əmək haqqı aşağı düşübdür, bildirdi ki, onun maaşını artırılmasını tələb edir. O, İsmixana bildirmişdir ki, yeni ştat vahidləri hazırlanır. Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra ümumi Universitet üzrə bu məsələ həllini tapdıqda onunda məsələsi həllini tapa bilər. Əvvəlki dövrdə olan İsmixanın vəzifə dəyişməsi öz razılıq ərizəsi ilə qanuna uyğun həyata keçirilmişdir. Növbəti görüşü 23 iyul 2021-ci il tarixdə İsmixanın şöbə müdürü Qaçay Əliyevlə yanına gələrkən olmuşdur. Rəhbərliklə görüşmək üçün ərizə ilə müraciət edib, eyni zamanda müvafiq sahənin birbaşa kuratoru, prorektor Nəbi Ramazanlı ilə məlum problemləri olduğu üçün görüşmək istəmədiyini bildirdiyinə görə nəticə etibarilə o qəbul etmişdir. Qaçay Əliyelə birlikdə qəbuluna gəlmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, yeni ştat dəyişikliyi ilə əlaqədar öz ərizəsi ilə fəhlə vəzifəsinə keçib. Lakin fəhlə kimi işləməyi özünə sığışdırmır və açıq söhbət etmək istəyir. İsmixan bildirmişdir ki, o 10 ildən çoxdur ki, orada hansı vəzifədə olmasından asılı olmayaraq faktiki dülgər sexini işlədib və o vaxt ki, rəhbərliyin həm şəxsi, həm universitet üçün lazım olan işlərini görüb. İndidə istəyir ki, eyni qaydada fəaliyyət göstərsin. Bildirmişdir ki, indiki rəhbərliyə məlumat verərər, amma bütün hallarda dövlət müəssisəsinin nəzdində şəxsi sex işlədilməsi yol verilməzdir, qanunsuzdur. Ona icazə verilə bilməz. O, “Razılıq olmazsa orada mənim şəxsi alətlərim var onda mən onları götürüm gedim başqa yerdə işlədim” demişdir. Bu arada söhbət gərginləşmiş, səs tonunu qaldırmış, biraz təhdidedici sözlər işlətmiş və “Mən bilirəm nə edəcəm, bu dəfə başqa tədbir görəcəm. Məni yenə aldadıb razılıq ərizəsi alıblar” demişdir. O, İsmixana bildirmişdir ki, onun bu işdən xəbəri yoxdur nə də səlahiyyətinə aid deyil. Lazım olarsa məhkəməyə müraciət edib hüquqları bərpa edə bilər. O, yenə də təhdidedici şəkildə “Məhkəmə söhbəti deyil, mən bilirəm nə edəcəm” demişdir. Yenə dəzgahlarının verilməsini tələb etmiş, o, İsmixana “Rəhbərliyin adına ərizə ilə müraciət et, sənə aid avadanlıqların siyahısını tərtib et, Nəbi müəllimlə birlikdə aydınlıq gətirərsiz, çünki onun sahəsidir” deyə söyləmişdir. Sonradan məlumatı olmuşdur ki, siyahı və ərizə rəhbərliyə yazılıb göndərilibmiş, rəhbərlik araşdırılması üçün müvafiq sahəyə cavabdeh prorektor Nəbi Ramazanlıya ünvanlayaraq məsələnin ciddi araşdırılmasını və lazımi tədbir görülməsini tapşırmışdır. 27 iyul 2021-ci il tarixdə o, səhər göz həkimində olub 11 radələrində işə gəlmişdir. Qarajın müdürü Talıb Talıbov yanında olmuş, sənədlər imzalatmış, xahiş etmişdir ki, əsas binanın komendantı Bəgalıyev Şahları onun yanına çağırsın. Şahları çağırma səbəbi cari tapşırıqlarla bağlı olmuşdur.Talıb gedəndən sonra İsmixan yanına gəlmiş, ona “ 1 dəqiqə sizə sözüm var” demiş, o, həmin vaxt ayaq üstə dayanmışdır. Ona bildirmişdir ki, “Aşağıda mənə dedilər ki, ərizə yaz işdən çıx”. O, bildirmişdir ki, onun bu işdən xəbəri yoxdur, rektordan da elə bir tapşırıq olmayıb. O, bildirmişdir ki, siyahı tərtib etməliydi nə oldu?. İsmixan ona əlində olan kağızları göstərərək siyahının bu olduğunu bildirib və bir addımlığına yaxınlaşaraq əlində olan kağızları göstərən kimi görüntü yaradıb həmin kağızların içərisindən 1 ədəd metal rəngli bıçağı çıxararaq ani anda onun sol tərəfindən vurmuşdur. İkinci dəfə üstünə gələndə kreslonu onun üstünə itələmişdir ki, onu öldürməsin. Həmin vaxt o, özünü itirmiş, komendat Şahları qışqıraraq çağırmışdır. Şahlar içəri keçərkən ona vurduğu bıçağı bədənindən çıxararaq, Şahlara zərbə ilə vurmuş və qaçmışdır. O, qaçaraq çölə çıxmışdır ki, tez təcili yardıma xəbər versinlər. İsmixan həmin vaxtı qaçmışdır. Onu tez rektorun qəbul otağına uzadıb ilkin tibbi yardım göstərmişlər. Həmin vaxt Dövlət İmtahan mərkəzinin qəbul imtahanı keçirildiyindən binalar qapanmışdır. Binanın həyətində 2 Təcili tibbi yardım maşınları olmuşdur, onlar vasitəsilə ikisini də ayrı-ayrılıqda Respublika xəstəxnasının Cərrahiyyə şöbəsinə aparmışlar və orada onu dərhal əməliyyata salmışlar. Zərərçəkmiş şəxs həmçinin ifadəsində bildirdi ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onlar barışmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 1993-cü ildən Bakı Dövlət Universitetinin əsas tədris binasının komendantı vəzifəsində çalışır. Onun vəzifəsi binaya cavabdehlikdir. Bina üzrə maddi məsul şəxs hesab olunur. 27 iyul 2021-ci il tarixdə saat təxminən 11 radələrində qarajın müdüri Talıb onun Mirzə müəllim tərəfindən tapşırıqlarla bağlı çağırıldığını bildirmişdir. O, dərhal Universitetin Maliyyə məsələləri üzrə müşaviri Zərərçəkmiş şəxs1 əsas binanın 2-ci mərtəbəsində sol tərəfdə yerləşən xidməti otağının qarşısına gəlmişdir. Həmin vaxt qəbul otağında heç kim olmamış, lakin, Mirzə müəllimin xidməti otağının qapısı örtülü olmuşdur. Qapını döyüb içəri daxil olarkən Mirzə müəllimin əli ilə İsmixanı yaxınlaşmağa qoymamasını görmüşdür. Həmin vaxt İsmixanın əli bükülü vəziyyətdə Mirzə müəllimə tərəf getdiyini görmüş, lakin əlində nə olduğunu görməmişdir. O, araya girib İsmixanın Mirzə müəllimi vurmasının qarşısını almaq istəyərkən İsmixan Mirzə müəllimdən əli ilə nəsə çıxardıb ona tərəf çəkmişdir. O, həmin anda başa düşmüşdür ki, İsmixanın əlində bıçaq var. İsmixan bıçaqla onun qarın nahiyyəsindən vuraraq hadisə yerindən qaçmışdır. İsmixan hadisə yerindən qaçdıqdan sonra o, dərhal Mirzə müəllimin otağından çıxmış və koridorda yıxılmışdır. X5 buraxılış imtahanları keçirildiyindən həmin vaxtı 2 ədəd Təcili Tibbi yardım maşınları orada olduğundan onları təcili Respublika Kliniki xəstəxanasına çatdırmışlar. Zərərçəkmiş şəxs həmçinin ifadəsində bildirdi ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onlar barışmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs atasıdır və hər ikisi BDU-da işləyir. O, təsərrüfat işləri üzrə baş mütəxəssisdir. 27 iyul 2021-ci il tarixdə saat 12 radələrində o, Bakı Dövlət Universitetinin qarşısında dayanarkən həmin vaxt atası Təqsirləndirilən şəxs əlində kağız və bıçaq universitetdən bayıra tərəf qaçdığını görmüşdür. Universitetdə qəbul imtahanları olduğu üçün universitetin həyətində 2 ədəd Təcili tibbi yardım maşınları olmuşdur. Atası həmin maşınlara tərəf qaçaraq təcili tibbi yardım işçisinə 2 nəfərin ağır yaralı olduğunu bildirdikdə o, atasına yaxınlaşmış və həmin vaxt atası onu itələyərək özündən uzaqlaşdırmışdır. Atasından nə olduğunu soruşduqda ona müəllimi vurduğunu demişdir. Atasının arxasınca getmək istədikdə onun üzərinə qışqıraraq gəlməməsini və gedib polisə təslim olacağını bildirmişdir. Bundan sonra o, atasının kimi vurduğunu öyrənmək üçün universitetə daxil olmuş və orada o, təcili tibbi yardım maşınına Şahları yaralı vəziyyətdə qoyduqlarını görmüşdür. Daha sonra atasına zəng vurub ondan harada olmasını soruşub onu gördükdən sonra gedib təslim olmasını bildirmişdir. Atası ona Bayılda olduğunu və polisə təslim olmağa getdiyini bildirmişdir. Daha sonra o, Bayılda atası ilə görüşüb halallıq almış və atası 8-ci Polis Bölməsinə gedib təslim olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-Tibbi Ekpsertiza və X6 X10 Yasamal rayon şöbəsinin 17.08.2021-ci il tarixli 776 nömrəli rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət-qarnın boşluğuna nüfuz edərək böyük piyliyi zədələmiş, qarnın ön səthində solda yerləşmiş 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara deşicikəsici əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 27.07.2021-ci il tarixdə bıçaqla törənməsi mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa azğr zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-Tibbi Ekpsertiza və X6 X10 Yasamal rayon şöbəsinin 24.08.2021-ci il tarixli 819 nömrəli rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət-qarnın boşluğuna nüfuz edərək böyük piyliyi və qaraciyəri zədələmiş, qarnın ön səthində ön səthində yerləşmiş 1 (bir) ədəd deşilmişkəsilmiş yara deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 27.07.2021-ci il tarixdə bıçaqla törənməsi mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa azğr zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-Tibbi Ekpsertiza və X6 X10 03.09.2021-ci il tarixli 487-2021/MTKŞ nömrəli rəyindən göründüyü kimi ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə iti ülgüclü, iti ucu və zəif dərəcədə biruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əməl gəlmişdir. Tədqiqata təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus köynəyin üzərində aşkar edilmiş zədə 1 (bir) zərbənin təsirindən yaranmışdır. Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə ilə onun bədənində olan eyni xarakterli qarının ön divarının sol yarısında yara xəsarəti öz yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs1 məxsus köynəkdə və bədənində olan deşilmiş- kəsilmiş zədənin (xəsarətin) hər hansı bir deşici-kəsici alətin (əşyanın), o cümlədən bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi mümkündür. Zərərçəkmiş şəxs1 məxsus köynəkdə və bədənində aşkar edilmiş bir ədəd deşilmişkəsilmiş zədənin (xəsarətin) lokalizasiyasına görə demək olar ki, zədə yetirilən zaman Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs müxtəlif qarşılıqlı vəziyyətlərdə olaraq iz törədən alət zədə nahiyəsinə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Tədqiqata təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus köynəyin üzərində fiziki qüvvənin təsirindən yaranmış heç bir zədə aşkar olunmadı. Zərərçəkmiş şəxs2 bədənində olan deşilmiş-kəsilmiş zədənin (xəsarətin) hər hansı bir dəşici-kəsici alətin (əşyanın), o cümlədən bıçağın təsirindən əmələ gəlməsi mümkündür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-Tibbi Ekpsertiza və X6 X10 14.09.2021-ci il tarixli 636/2021-MTBŞ nömrəli rəyindən göründüyü kimi zərərçəkmiş Zərərçəkmiş şəxs2 şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən onun qan qrupu-AB-ZİV/ Zərərçəkmiş Zərərçəkmiş şəxs1 şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən onun qan qrupu-O/İ/ Eskpertizaya təqdim olunan Mirzəyev X8 məxsus köynək və hadisə yerindən 04 ədəd çubuqlu pambıq tamponlara hopdurularaq götürülmüş ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda Zərərçəkmiş şəxs1 məxus köynək və hadisə yerində divanın üzərindən 4 saylı çubuqlu pambıq tampona hopdurulmuş ləkədə “H” antigeni, köynək üzərindəki ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkələri /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Hadisə yerində döşəmənin üzərindən 1,2,3 saylı çubuqlu pambıq tampona hopdurulmuş ləkələrdə isə “A”, “B” və tlH” antigenləri alındı. Bu qan ləkələri A(H)/İV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər, (əgər onun qanında müşayiətçi H" antigeni varsa). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-X2 X10 21,09.2021-ci il tarixli 2210 nömrəli rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir, Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən cdilıməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman yüksək ruhi həyəcan (affekt) vəziyyətində olmamışdır. 27.07.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Bakı Dövlət Universitetinin inzibati korpusunda baxış aparılan zaman hadisə yerindən götürülmüş videomüşahidə kamerası ilə qeyd alınmış görüntülər olan “DVD” disk və 04 ədəd çubuqlu pambıq tampon cinayət işi üzrə maddi sübut kimi tanınmış, “DVD” diskin iş materiallarına əlavə edilmiş və 04 ədəd çubuqlu pambıq tampon isə Yasamal RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir. 01.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik E.Ə.Mirqasımov adına Respublikası Kiliniki Xəsətxanası X9 götürülmüş Zərərçəkmiş şəxs1 məxsus uzunqol kişi köynəyi cinayət işi üzrə maddi sübut kimi tanınmış və köynək Yasamal RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir. Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış müvafiq tələbnamədən görünür ki, onun məhkumluğuna dair hər hansı bir məlumat yoxdur. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi özünün təsdiqedici ifadələri ilə yanaşı zərərçəkmişlərin və şahidin ifadələri, diskə baxış protokolu, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2,2-ci maddələri ilə tövsüf edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Mirzəyev Mirzə Rəşid oğlu və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs ilə barışmış və şikayət və tələbləri yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq ibtidai istintaq zamanıtəslim olmuşdur. Məhkəmə, zərərçəkmiş şəxslər Mirzəyev Mirzə Rəşid oğlu və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs ilə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs könüllü olaraq ibtidai istintaq zamanıtəslim olmasını Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədiyindən və zərərçəkmiş şəxslər Mirzəyev Mirzə Rəşid oğlu və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs ilə barışdığından, həmçinin könüllü olaraq ibtidai istintaq zamanı təslim olduğundan Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2-ci maddələrinin sanksiyasının nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 27 iyul 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Yasamal RPİ-də saxlanılan 04 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs1 məxsus uzunqol kişi köynəyi Azərbacayn Respublikası CPMnin 132-ci maddəsinə əsasən məhv edilməli, hadisə yerindən götürülmüş videomüşahidə kamerası ilə qeyd alınmış görüntülər olan “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yasamal RPİ-də saxlanılan 04 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs1 məxsus uzunqol kişi köynəyi Azərbacayn Respublikası CPMnin 132-ci maddəsinə əsasən məhv edilsin, hadisə yerindən götürülmüş videomüşahidə kamerası ilə qeyd alınmış görüntülər olan “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar