Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-393/2024 31.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, “Kəngərli və Partnyorları” vəkil bürosunun vəkili X5, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi4, Zərərçəkmiş şəxs iştirakları ilə
1. xx xxxx 1992-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə,
2. xx xxxxxxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə,
3. 27 avqust 1998-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Qışlaqabbas kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,
m ü ə y y ə n e t d i:
Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq edərək hədə-qorxu ilə pul tələb etmişlər, yəni zərərçəkmiş şəxsin üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını əldə etmək məqsədi ilə hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq qrupun üzvü Təqsirləndirilən şəxs3 zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 barəsində təhqiredici sözlər, mənfi şər və böhtan xarakterli məlumatları danışıb yayması səbəbindən onu cəzalandırmaq niyyəti ilə tanışlarının ad gününü qeyd etmək bəhanəsi ilə müvəqqəti yaşadığı Şahid1 və Şahid2 yaşadıqları X8 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, ev 110, mənzil 110 ünvanına dəvət etmiş, zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saat 01.00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, ev 110, mənzil 110 ünvanında Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib özlərini “cinayətkar aləm’in nüfuzlu şəxsləri kimi təqdim edərək ona evdə olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silab hesab edilməyən, istifadəyə yararlı turist bıçaqla Zərərçəkmiş şəxs sol ənsə, sol gicgah təpə nahiyəsinin, sol əlin ovuc səthinin, sağ əlin İV barmağın əsas falanqasının iç səthinin, sol əlin İ barmağın bayır səthinin, səthi deşilmiş-kəsilmiş yaraları və plastik boru və əl-ayaqları ilə isə sol gicgah və sol almacıq nahiyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi-sıyrıqları, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin, sağ bazu oynağının arxa səthinin, sağ çiyin qurşağının arxa səthinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, döş qəfəsinin arxa səthinin sol yarısının, sağ mil bilək oynağının arxa səthinin, sağ dirsək oynağının arxa səthinin, sol budun orta üçdə birinin bayır səthinin, sağ budun aşağı üçdə birinin ön səthinin sıyrıqları, alının sağ yarısının tüksüz hissəsinin, sol gözün üst qapağının, döş qəfəsinin sol yarısının arxa səthinin qançırları ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə mobil telefonla videoçəkilişlər edərək ondan həmin rüsvayedici məlumatları yaymaq və sağlamlığına zərər vurmaqla şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə həmin dövrün milli manat məzənnəsi ilə 1.700 manat təşkil edən 1.000 ABŞ dolları pul vəsaitinin ödənilməsini birlikdə hədə-qorxu ilə tələb etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 20 yanvar 2023-cü ildə şəxsi işləriylə bağlı Bakı şəhərinə gəlmişdir. Təqsirləndirilən şəxs2 zəng edib Üzeyir Zarytski ilə görüşmək istədiyini demişdir. Təqsirləndirilən şəxs2 onu Nərimanov rayonunda yerləşən oteldə qalmağa çağırmışdır. O, Təqsirləndirilən şəxs2 ilə görüşdükdə Təqsirləndirilən şəxs2 ona “Naxçıvan” restoranında yaxşı yeməklər olduğunu deyib ora getməyi təklif etmişdir. O, Azərbaycanda yaşamadığından heç yeri tanımırmış. O, Təqsirləndirilən şəxs2 ilə “Naxçıvan” restoranına gedib yemək yeyib araq içmişdir. Bundan əvvəl o Nərimanov rayonunda yerləşən oteldə pivə içmişdir. Təqsirləndirilən şəxs2 “Naxçıvan” restoranında olanda ona Şahid2 ad günü olduğunu, ora getməyi təklif etmişdir. xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində həmin evə getmişlər. O, Təqsirləndirilən şəxs2 və Şahid1 başqa heç kəsi tanımırmış. Onlar Şahid2 ad gününü qeyd etmək üçün Şahid2 evinə getmişlər. O, Şahid1 və Təqsirləndirilən şəxs3lə qarşılaşıb nəsə lazım olduğunu soruşmuşdur. İçki lazim olduğundan o Təqsirləndirilən şəxs3lə içki almağa gedib araq, pendir, salat, pomidor almışdır. O, Təqsirləndirilən şəxs3lə qayıdanda evin yolunu itirib tapa bilməmişlər. Sonra Qurbangil onlara “Whatsapp” sosial şəbəkəsindən məkan paylaşımı göndərdiklərindən, onlar evin yolunu tapmışlar. Onlar evə daxil olanda dava-dalaş olduğunu görmüşlər. Onları ayırmağa çalışmışlar. Dava dayanmış, hətta o artıq yatmağa hazırlaşırmış. Lakin polis əməkdaşları gəlib onları Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə aparmışlar. O, içkili olduğundan ayaq üstə dura bilmirmiş. Hara getdiklərini, onları kimin apardığını bilmirmiş. Polis əməkdaşları içkili olubolmamağını yoxlamaq üçün ona predmet uzadıb üfləməyini istəmişlər. O, bunu kimin istədiyini belə dərk etmirmiş. Sonra yenə yatmışdır. Birdə Nəzarət buraxılış məntəqəsində oyadıb onu döyərək sənədi imzalamağını istəmişlər. Zərərçəkmiş şəxs ilə onu bir otağa salıb Zərərçəkmiş şəxs döyürmüşlər, söyüş söyürmüşlər. O, heç kəsi döyməmiş və o Zərərçəkmiş şəxs hər hansı pul tələb etməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsi ona elan olunmamışdır. Zərərçəkmiş şəxs baş vermiş hadisədən əvvəl tanıyırmış. Zərərçəkmiş şəxs Şahid2 ad gününə kimin çağırdığını bilmir. O, Şahid2gilə gələndə Zərərçəkmiş şəxs evdə imiş. Zərərçəkmiş şəxs kimin döydüyünü görməmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında olan əmlakı söhbətdən xəbəri yoxdur. Üzeyir Zarytskinin maşınının yanmağından xəbəri var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 124-125-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «...2023-cü ildə “Malış” ləqəbi ilə tanınan əvvəllər məhkum edilmiş Sahib adlı şəxslə Ukrayna Respublikasında tanış olmuşdur. Bundan başqa o, təxminən 5-6 ilə yaxındır ki, Üzeyir adlı şəxslə dost olmuşdur. Üzeyir də, öz növbəsində Sahibi tanıyırmış. Son bir neçə aya yaxındır ki, Üzeyir ona demişdir ki, “Malış” ləqəbi ilə tanınan Sahib adlı şəxs Üzeyirlə aralarında narazıçılıqları olmuş və Sahib Ukraynada onun barəsində mənfi şər və böhtan xarakterli məlumatları yaymışdır. Bu səbəbdən Sahibdən acıqlı olduğunu və onu axtardığını demişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, Üzeyirlə birlikdə olan zaman təxminən 10 gün tanıdığı Mirağa adlı şəxs Üzeyirə zəng edərək onu yaşadığı evə dəvət etmiş və demişdir ki, Sahib də həmin evdə olacaq. Üzeyirlə o, Sahibin “dərsini vermək” üçün xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində həmin ünvan 6 ünvanına gəlmişlər. Evə daxil olan kimi Üzeyir Sahibə hücum çəkib 2020-ci ildə Kiyev şəhərində olanda onun barəsində xoşa gəlməyən söhbətlər etdiyini deyərək sillə ilə Sahibi vurmağa başlamışdır. Bu zaman Sahib belə neqativ söhbətləri aparmadığını desə də, Üzeyir ona inanmamış və evdə olan plastik boru ilə onu vurmağa başlamışdır. Bundan sonra o da Sahibin üstünə gələrək ilk öncə əli və ayağı ilə Sahibi döyməyə başlamışdır. Bundan sonra Mirağa Sahibi başından və bədənindən yumruq və təpiklə vurmağa başlamışdır. O, masanın üstündə olan bıçağı götürüb iti ucu ilə Sahibin başı və kürəyinə vuraraq xəsarətlər yetirmişdir. Bundan sonra onlar elə həmin vaxt belə fikirə gəlmişlər ki, Sahibi cəzalandırmaq məqsədi ilə ondan 1.000 ABŞ dolları pul tələb edib alsınlar. Onu təhqir edərək demişlər ki, tələb etdikləri 1.000 dolları vermədiyi halda onu, daha pis hala salacaqlar. Həmin vaxt Üzeyir Sahibin döyülməyini öz mobil telefonuna çəkmişdir ki, onun tanışlarına göstərib onu nə halına saldıqlarını desin. Beləliklə təxminən 1-2 saat sonra mənzilə polis əməkdaşları gəlmiş və Sahib hamısını olduğu kimi polis əməkdaşlarına danışmış, plastik boru, bıçaq və Üzeyirin mobil telefonu götürülmüş və bu barədə protokol tərtib edilmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imza onun imzasıdır. Protokolu təsdiq etmir. Protokolu təzyiq altında, oxumadan imzalamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəisndə göstərmişdir ki, 2023-cü il dekabr ayının sonlarında NMR-nın Şərur rayonundan tanıdığı Qurbanla söhbət edirmiş. Qurbana Bakıya gəlmək istədiyini bildirib, ondan yaşamaq üçün yer istəmişdir. Qurban Şərur rayonundan olan Turqutla birlikdə bir evdə yaşadıqları üçün onun qalmağıyla bağlı Turqutdan icazə alıb ona bildirəcəyini demişdir. Səhəri gün Qurban ona zəng edib demişdir ki, Turqut kirayə pulunu bölmək şərtiylə onun həmin evdə qalmağına razıdır. O, 2023-cü ilin dekabr ayının 31-i ünvan 7 ünvanında Qurban və Turqutla yaşamağa başlamışdır. Bu hadisədən təxminən 3-4 gün sonra Qurbanla o “X11”ni kirayə götürərək şərikli işlətməyə başlamışlar. Onun Sahib adlı dostu var imiş. O, Sahiblə İstanbul şəhərində tanış olmuşdur. Sahib onun Bakı şəhərində olduğunu bilirmiş. Sahib onun yanına yanvar ayının 17-si gəlməli olsa da o evə ayın 19-u gəlmişdir. Sahibin gəldiyi günün gecəsi evdə yeyib-içmişlər. Səhər isə Sahiblə birlikdə şəhəri gəzmişlər. Onu Rail adlı şəxslə Turqut tanış etmişdir. Turqut Railin qardaşının dostu olduğunu bildirmişdir. Rail onlarda qalırmış və o Raili belə tanımışdır. 2023-cü ilin yanvar ayının 20-si Qurbanın ad günü imiş. Turqut ona siqaret almaq üçün mağazaya getməyi təklif etmişdir. X16 görmüşlər. Rail onunla birlikdə mağazaya getməyi, Turqutla Üzeyirin isə evə qalxmağını demişdir. O, Raillə mağazaya getmişdir. Mağazadan qayıdarkən onlar yolu itirdiyi üçün bir müddət yolu axtarmışlar. Onlar evə gəldikdə Sahiblə Üzeyirin bir-birini əvvəlcədən tanıdığını öyrənmişdir. O, bu haqda heç nə bilmirmiş. Sahib Qurbanı içki almağa göndərmişdir. Onlar oturub yeyib-içmişlər. Bir müddət keçdikdən sonra Sahib, Üzeyir və Rail arasında mübahisə yaranmışdır. O, mübahisəyə qarışmamış, hətta onları ayırmaq istəmişdir. Mübahisənin sonunda Sahib onu söydüyü üçün içkinin təsiri altında ona yumruq və təpik vurmuşdur. Törətdiyi əməl yalnız bu imiş. Hadisədən 5 dəqiqə keçməmiş 18-ci bölmənin polis əməkdaşları onları Polis Bölməsinə aparmışdır. X17 təzyiq göstərildiyi üçün o xəbəri olmamasına baxmayaraq izahatda yazılanlara imza çəkmişdir. Yəni həmin yazılanların onun izahatı olduğunu bilmirmiş. O, Sahibdən pul tələb etməmiş, yalnız onu söydüyü üçün ona əl qaldırmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etmir. O, ifadəni oxumadan imzalamışdır. Ondan başqa Sahibə əl qaldıran olub-olmadığını bilmir. Ona söyüş söydüyü üçün o ona əl qaldırmışdır. Rail, Üzeyir və Sahibin həmin gün nə üstündə mübahisə etdiyini bilmir. Onlar bir-birini ondan əvvəl tanıyırmışlar. O, orada yalnız Sahibi tanıyır. Rail adlı şəxsi də 1 dəfə görmüşdür. Kimsə özünü fərqli adla, hansısa aləmin adamı olması kimi təqdim etməyindən onun xəbəri yoxdur. Sahiblə 2021-ci ilin avqust ayında İstanbulda tanış olmuşdur. Sahiblə aralarında hadisə gününə qədər hər hansı bir mübahisə olmamışdır. O, Sahibi hadisə günündən 1 gün qabaq video zəng vasitəsilə atasıyla tanış etmişdir. Sahibi Üzeyir və Raillə kimin tanış etdiyini bilmir. O, Üzeyiri ümumiyyətlə tanımırmış. Raili tanıyırmış. Onlar çölə çıxarkən Turqutla Üzeyir evə daxil olmuşlar. O, Rail və Üzeyirin Sahibə xəsarət yetirdiyinin şahidi olmamışdır. Savaşdıqlarını görmüş, lakin mübahisəyə aidiyyəti olmamış, mübahisənin nə olduğunu bilmir. O, Rail və Üzeyirin Sahibdən pul tələb etmələrinin şahidi olmamışdır. Yalnız polis bölməsində pul tələb olunmasına dair görüntülər ona izlədilmişdir. Onun tərəfindən hər hansı video-çəkiliş aparılmamışdır. O, Üzeyiri tanımırmış. Rail ilə evdə tanış olmuşlar. Turqut qardaşının dostunun, yəni Railin onlara qonaq gələcəyini demişdir. Onlar orada tanış olmuşlar. Rail yaşadığı evə Sahib gəlmədən öncə 1 dəfə gəlmişdir. O, Raili orada tanımışdır. Rail onun telefonuyla kimləsə danışmamışdır. Sahibin gəlməsi haqqında heç kimə nəsə deməmişdir. Heç kimə zəng etməmişdir. Mağazadan siqaret və içki almışlar. Rail, o, Üzeyir, Sahib-hamısı içki qəbul etmişlər. İçkini çox içsələr də o anlaqlı vəziyyətdə imiş, digərlərinin vəziyyəti pis imiş. Onlar içkili vəziyyətdə dalaşırmışlar. İçkidən qabaq onlar arasında mübahisə yox imiş. Aralarında keçmişdəki söhbətlərə dair inciklik var imiş. Cüzi atışmalar olurmuş. Buna baxmayaraq bir süfrədə oturub yemək yeyirmişlər. Polis əməkdaşları onlar oturduqdan təxminən 1-2 saat sonra gəlmişlər. Polis əməkdaşlarının niyə gəldiyini və kim tərəfindən çağırıldığını bilmir. Qapı döyülmüş, polis əməkdaşları birinci növbədə Raili, Üzeyiri və Sahibi aparmışlar, yarım saat keçdikdən sonra gəlib onları aparmışlar. Mübahisənin dəqiq vaxtını bilmir. Hər biri 1 litr olmaqla hamısı 2-3 litr araq içmişlər. Üzeyir ilə Sahibin arasında olan münasibətdən xəbəri olmamışdır. Onlar əvvəlcədən bir-birilərini tanıyırmışlar. O, onlarla söhbət edəndə görmüşdür ki, bir-birlərini tanıyırlar. O, Üzeyirlə Sahibin nə barədə söhbət etdiyini bilmir, aralarında nəsə alıb-verəcək məsələsi imiş. Onlar Qurbanın ad günü münasibətilə yığışmış, onlar kimisə döyməklə bağlı heç kimlə razılaşmamışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 142-143-cü vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs3 aşağıdakıları göstərmişdir: … «...Son vaxtlar eşitmişdir ki, tanışı Sahiblə dostu Üzeyir arasında Sahib onun barəsində mənfi şər və böhtan xarakterli məlumatları Ukraynada yaydığı üçün narazıçılıqlar olmuşdur. Bu səbəbdən Üzeyir ondan acıqlı olduğunu və onu axtarırdığını demişdir. xx.xx.2023-cü il tarixdə Sahibə zəng edib onu dostu Qurbanın ad gününü qeyd etmək məqsədi ilə yaşadıqları evə dəvət etmiş, Sahib axşam saatlarında gəlmiş və onlar Turqutla və Qurbanla şam yeməyi yedikdən sonra həmin evdə qalmışlar. Bir gecə qaldıqdan sonra Sahiblə şəhəri gəzməyə çıxmışlar. xx.xx.2023-cü il tarixdə birlikdə restorana gedib yeyib içmişlər. Saat 23:50 radələrində birlikdə onun yaşadığı həmin gecələdikləri ünvan 6 ünvanına qayıtmışlar. Həmin vaxt evdə Qurban və Turqut olmuşdur. O, Üzeyirə zəng edib Sahibin onun yanında olduğunu bildirib onu həmin mənzilə dəvət etmiş və demişdir ki, Sahib də evdə olacaq, gəlsin öz problemlərini həll eləsin. Həmin gün Üzeyir və ümumi tanışları Rail ünvan 6 ünvanına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində həmin mənzilə Üzeyir və Rail daxil olan kimi Üzeyir Sahibə 2020-ci ildə Kiyev şəhərində olanda onun barəsində xoşa gəlmiyən söhbətlər etdiyini deyərək üstünə gəlmiş, aralarında mübahisə yaranmış, bu zaman Sahib belə söhbətləri aparmadığını desə də, Üzeyir ona inanmamış və evdə olan plastik boru ilə onu vurmağa başlamışdır. Bundan sonra Rail onun üstünə gələrək ilk öncə əli və ayağı ilə onu döyməyə başlamışdır. Bundan sonra o, Sahibin səhv olduğunu başa düşüb onlarla birlikdə Sahibi başından və bədənindən yumruq və təpiklə vurmağa başlamışdır. Rail masanın üstündə olan bıçağı götürüb iti ucu ilə Sahibin başı və kürəyinə vuraraq xəsarətlər yetirməyə başlamışdır. Bundan sonra onlar helə həmin vaxtı belə fikrə gəlmişlər ki, Sahibi cəzalandırmaq məqsədi ilə ondan 1000 ABŞ dolları pul tələb edib alsınlar. Onu təhqir edərək demişlər ki, onların tələb etdikləri 1.000 dolları verməsə, onu daha da pis hala salacaqlar. Həmin vaxt Üzeyir Sahibin döyülməyini öz mobil telefonuna çəkmişdir. Təxminən 1-2 saatdan sonra evin qapısı döyülmüş və razılıqlarına əsasən evə daxil olan polis əməkdaşları ora baxış keçirmişdir. Baxış zamanı Sahib hamısını olduğu kimi demiş, döyüldüyü boru, bıçaq və Üzeyirin mobil telefonu polis əməkdaşları tyərəfındən götürülmüşdür. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, imza ona məxsusdur o ifadəni təsdiq etmir. Yazılanların heç biri ona aid deyil. Məhkəmədə verdiyi ifadə doğrudur. O, istintaq zamanı ifadəni təzyiq altında imzalamışdır. Ona fiziki zorakılıq tətbiq olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1la birlikdə Əhməd Rəcəbli küçəsində yerləşən “Naxçıvan” restoranında olarkən Şahid2 zəng edərək onları ad gününə dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində həmin mənzilə Raillə gəlmişlər. Şahid2 ad gününə gəldikdə o Zərərçəkmiş şəxs orada olduğunu görmüşdür. O, içkili imiş. Onun Zərərçəkmiş şəxs ilə mübahisəsi olmuş və o Zərərçəkmiş şəxs ilə dalaşmışdır. O, içkili olduğundan Zərərçəkmiş şəxs döymüşdür. O, qətiyyən 1000 dollar istəməmişdir. Zərərçəkmiş şəxs könüllü şəkildə zərər vurduğu maşınının pulunu ödəyəcəyini bildirib hər ay 1000 dollar pul verəcəyini özü demişdir. O, əslində, Zərərçəkmiş şəxs maşınına zərər vurduğu üçün verəcəyi pulu Zərərçəkmiş şəxs bağışlamışdır. Lakin, onlar Qurbanın ad günündə içki içdiklərindən Zərərçəkmiş şəxs xoşa gəlməyən sözlər demiş və onlar dalaşmışdır. O, Təqsirləndirilən şəxs3 tanımır, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs dostudur. O, Əhməd Rəcəbli küçəsində yerləşən “Naxçıvan” restoranında da, Şahid2 evində də içki içmişdir. Eynilə, Zərərçəkmiş şəxs də içkili imiş. Zərərçəkmiş şəxs söyüş söymüşdür. Onun Zərərçəkmiş şəxs ilə sözü tutmamış və dalaşmışlar. Onların mübahisəsi maşın üstündə olmuşdur. Zərərçəkmiş şəxs yalnız o döymüşdür. Digər Qurbanın ad günündə olan şəxslər onları ayırmağa çalışmışlar. Zərərçəkmiş şəxs ilə münaqişəsi 20 dəqiqə çəkmişdir. Həmin an Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 orada deyilmiş, içki almağa mağazaya getmişlər. Zərərçəkmiş şəxs maşınına 2 il əvvəl zərər vurmuşdur. Lakin Zərərçəkmiş şəxs Şahid2 ad günündə içib maşınına zərər vurmadığını, onun etmədiyini demişdir. O da Zərərçəkmiş şəxs kamera görüntülərinə baxdığını və maşınına zərər vuranın kim olduğunu bildiyini demişdir. Zərərçəkmiş şəxs ona əl atmış, o, Sahibə bıçaqla hücum çəkmişdir. Evdə plastik boru var imiş, o həmin plastik boru ilə Zərərçəkmiş şəxs döyməyə başlamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qayıdanda onlar artıq dalaşırmış. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onları ayırmağa çalışmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs keçmişdə olan məsələləri açmamağı, onun Zərərçəkmiş şəxs həmin borcu bağışladığını demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 söyməyə başlamışdır. Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs dalaşmağa başlamışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində Nərimanov RPİ-nin 18-ci Polis Bölməsində şikayət etdiyini bilmir. Zərərçəkmiş şəxs onlarla birlikdə Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinin əməkdaşları döymüşlər. O, Zərərçəkmiş şəxs pul istədiyini xatırlamır, o Zərərçəkmiş şəxs pul istəməmişdir. DİN-in “102” Zəng Xidmətinə qonşular şikayət etmişdir. Polis əməkdaşları gecə saat 03:00 radələrində gəlmişdir. Onlar Nərimanov RPİ-nin 18-ci Polis Bölməsində 24 saat qalmışlar. Onların işinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməyinin səbəbi Nərimanov RPİ-nin 18-ci Polis Bölməsində olan rəis onun ailəsini söymüş və o da buna qarşılıq olaraq həmin rəisin ailəsini söymüşdür. Bundan sonra Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinin otaqlarının birində 7-8 nəfər polis əməkdaşı onu döymüşlər. Nərimanov RPİ-nin 18-ci Polis Bölməsində kamera var, görüntülərə baxa bilərlər, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparanda onun qolu qırıq imiş, 2 dəqiqədən bir onun qoluna dərman sürtmüşlər. Ondan ilk öncə Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinin əməkdaşları 5000 manat, sonra məbləğin miqdarını aşağı endirib 3000 manat pul istəmişlər. Onda saat 04:00 olduğundan, pulu tapa bilmədiyindən, həmçinin dostuyla dalaşıb bir-birilərindən şikayəti olmadığından həmin polis əməkdaşlarına pul verməmişdir. Həmin polis əməkdaşları pulu ala bilmədiyindən bunun əvəzini çıxıb həmin maddələr ilə ittiham vermişlər. O, Təqsirləndirilən şəxs3 tanımırmış. Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs ona borcu olduğundan xəbəri yox imiş. Təqsirləndirilən şəxs3 telefon nömrəsi də onun telefonunda yoxdur. Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs heç bir şey istəməmişdir. Bıçaq masanın üzərində imiş. Zərərçəkmiş şəxs onun üstünə həmin bıçağı çəkmişdir. Təqsirləndirilən şəxs1 bıçaq çıxartmamışdır. Digərləri Zərərçəkmiş şəxs döyməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 133-134-cü vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «...o, 2020-ci ildə əvvələr məhkum olunmuş “Malış” ləqəbi ilə tanınan Sahib adlı şəxslə Ukrayna Respublikasında tanış olmuşdur. Son vaxtlar Sahib Ukraynada onun barəsində mənfi şər və böhtan xarakterli məlumatları yaydığından ondan acıqlı olmuş və onun “dərsini vermək” üçün axtarırmış. Bu barədə öz tanışlarına bildirmişdir. 2021-ci ildə İstanbul şəhərində tanış olduğu Mirağa adlı dostu xx.xx.2023-cü il tarixdə ona zəng edərək onu Nərimanov rayonunda kirayə yaşadığı evə dəvət edib Sahibin də həmin mənzildə olduğunu bildirmişdir. Mirağa dəvət edən zaman onun yanında dostu Raildə oduğundan o, onunla birlikdə gəlmişdir. Raildə ona dəstək olmaq üçün Sahibin “dərsini vermək” lazım olduğunu demişdir. Çünki Railin də bütün söhbətlərdən xəbəri olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində həmin mənzilə Raillə gəlmişlər. Evə daxil olan kimi o, Sahibə 2020-ci ildə Kiyev şəhərində olanda barəsində xoşa gəlməyən söhbətlər etdiyini deyərək üstünə hücum çəkmiş, plastik boru ilə onu vurmağa başlamışdır. Bundan sonra Rail də onun üstünə gələrək ilk öncə əli və ayağı ilə onu döyməyə başlamış, sonra isə Mirağa da Sahibi başından və bədənindən yumruq və təpiklə vurmağa başlamışdır. Rail masanın üstündə olan bıçağı götürüb iti ucu ilə Sahibin başı və kürəyinə vuraraq xəsarətlər yetirməyə başlamışdır. Bundan sonra onlar Sahibi cəzalandırmaq məqsədi ilə onu təhqir edərək ondan 1000 ABŞ dolları pul tələb etmiş, vermədiyi halda onu daha pis hala salacaqlarını və qeydə alınmış videoyazıları yayacaqlarını ona bildirmişlər. Beləliklə təxminən 1-2 saat sonra mənzilə polis əməkdaşları gəlmiş və Sahib hamısını olduğu kimi polis əməkdaşlarına danışmışdır. Plastik boru, bıçaq və Üzeyirin mobil telefonu götürülmüş və bu barədə protokol tərtib edilmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bilidrmişdir ki, imza onun imzasıdır. Protokolu təsdiq etmir, protokolu oxumadan imzalamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Mirağa ilə 2021-ci ildə İstanbul şəhərində tanış olmuşdur. Əslində hadisədən əvvəl onun Rusiya Federasiyasına uçuşu var imiş. Lakin Mirağa onu qaldığı evə dəvət etmiş və onun Mirağayla dost münasibəti olduğu üçün o onun dəvətini qəbul etmişdir. Beləcə o Mirağagilə 1 günlük qonaq getmişdir. Həmin vaxt evdə Turqut və Qurban da var imiş. Mirağa onların yanında qonaq qalırmış. 21 yanvar 2023-cü il tarixdə axşam saat 01:00 radələrində Mirağa həmin mənzilə Rail və Üzeyiri də dəvət etmişdir. O, Rail və Üzeyiri 2020-ci ildə Ukrayna Respublikasında olarkən tanımışdır. Onlarla heç bir ədavəti yoxdur. Onlar həmin gecə Mirağagildə yeyib-içmişlər. Yeyib-içdikdən sonra Üzeyir və Rail 2020-ci ildə Kiyev şəhərində olanda guya onların haqqında xoşa gəlməyən söhbətlər etdiyini deyərək üstünə hücum çəkmişlər. Həmin məsələ ilə bağlı mübahisə yarandığından Rail, Üzeyir və Mirağa ilə aralarında dava düşmüşdür. Dalaşdıqları zaman qonşulardan kim olduğunu bilmədiyi şəxs “102” xidmətinə zəng etmişdir. Polis əməkdaşları onları Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nə aparmışdır. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-dən də onlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə aparılmışlar. O, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, onun ibtidai istintaqda verdiyi ifadə yadında deyil. O, halı pis olduğundan həmin ifadəni oxumadan imzalamışdır. Mübahisədən sonra onlar barışmışlar, amma qonşulardan kim olduğunu bilmədiyi şəxs “102” xidmətinə zəng etdiyindən artıq polis əməkdaşları evə gəlmişlər. Ondan heç kəs pul tələb etməmişdir. Lakin Ukraynada dostunun onların maşınını yandırdığını dediklərindən o köməklik məqsədilə onlara 1000 dollar pul təklif etmişdir. Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 45-49-cu vərəqələrində olan ifadəsində Zərərçəkmiş şəxs aşağıdakıları göstərmişdir: «...Evə daxil olan kimi Üzeyir və Rail 2020-ci ildə Kiyev şəhərində olanda guya onun haqqında xoşa gəlməyən söhbətlər etdiyini deyərək üstünə hücum çəkmişlər. O, Rail və Üzeyirə onlar haqqında mənfi söhbətlər etmədiyini desə də, onlar ona inanmayıb mübahisə etməyə başlamışlar. İlk öncə Üzeyir onu evdə olan plastik boru ilə vurmağa başlamışdır. Bundan sonra Rail onun üstünə gələrək onu ilk öncə əli və ayağı ilə döyməyə, sonradan isə hardansa çıxartdığı bıçaqla vurmağa başlamışdır. Bundan sonra Mirağa da onlarla birlikdə onun başına və bədəninə yumruq və təpiklə vurmağa başlamışdır. Onu yerə yıxıb Rail masanın üstündən özü qoyduğu bıçağı götürüb iti ucu ilə başına, kürəyinə vuraraq ona xəsarətlər yetirməyə başlamışdır. O, özünü qorumaq istədikdə bıçaq sol əlini də kəsmişdir. Bundan sonra Rail bıçaqla sol qulağından xəsarət yetirib bıçağı ağız nahiyyəsinə tutaraq onu öldürməklə və zor tətbiq etməklə hədələməyə başlamışdır. Həmin vaxt onlar ona demişlər ki, o, öz günahını yumaq üçün onlara pul verməlidir. Bu vəziyyətdə ondan 1000 ABŞ dolları pul tələb etməyə başlamışlar. O, başqa cür onlardan xilas ola bilməyəcəyini başa düşüb onların tələbi ilə razılaşmış və demişdir ki, onların tələb etdiyi 1.000 dollar pulu onlara verəcək. Onun döyülməyini və pul tələb etdiklərini Üzeyir öz telefonuna çəkmişdir. Evdə olan Turqut və Qurban onu döyən Rail, Üzeyir və Mirağanı sakitləşdirmək istəsələr də onları sakitləşdirə bilməmişlər. Üzeyir onun döyülməyini, təhqir olunmağını və digər şəxsiyyətini alçadan hərəkətləri qeydiyyata alıb demişdir ki, o, 1.000 ABŞ dolları pulu vermədiyi halda sağlamlığına zərər vurmaqdan başqa həmin rüsvayedici videoları yayacaqdır. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə dost münasibətləri var. O, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsində yerləşən bərbərxanada saç ustası işləyir, daimi yaşayış yeri olmadığı üçün dostu Qurbanla birlikdə kirayə götürdükləri ünvan 6-da yaşayırlar. 2023-cü ilin yanvar ayında Mirağa adlı dostu Bakı şəhərində daimi yaşayış yeri olmadığı üçün müvəqqəti qonaq gəlib onlarla birlikdə qalmışdır. 19 yanvar 2023-cü il tarixdə Mirağa öz dostu Sahibə zəng edib onu evə dəvət etmişdir. Sahib axşam saatlarında gəlmiş və onlar birlikdə yemək yedikdən sonra həmin evdə qalmışlar. Bir gecə qaldıqdan sonra Mirağa Sahiblə şəhəri gəzməyə çıxmış və 20 yanvar 2023-cü il tarixdə axşam saatlarında evə qayıtmışlar. 21 yanvar 2023-cü il tarixdə onların dostu Qurbanın ad gününü qeyd edirmişlər və axşam saatlarında Mirağanın dəvəti ilə həmin mənzilə Üzeyir və Rail adlı Mirağanın dostları gəlmişlər. Spirtli içki qəbul etdikdən sonra Üzeyir və Sahib arasında Kiyevdə olarkən Üzeyirin maşınına dəymiş ziyan barədə sözlü mübahisə düşmüşdür. Üzeyir və Sahib qarşılıqlı bir-birlərini vurub əlbəyaxa olmuşlar. Onların hər ikisi sərxoş imiş. Münaqişə zamanı o, Qurban, Üzeyir, Rail, Mirağa, Sahib evdə olmuşlar. O, Üzeyirlə Sahibi ayırmağa başlamışdır ki, dalaşmasınlar. Beləliklə təxminən 1-2 saat Sahiblə mübahisə baş verdikdən sonra evə polis əməkdaşları gəlmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, istintaq zamanı ifadə verərkən içkili deyilmiş. İfadə verərəkən polis əməkdaşları tərəfindən ona heç bir təzyiq göstərilməmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə Türkiyədə olarkən tanış olmuş, Üzeyirlə isə Azərbaycanda olarkən tanış olmuşdur. O, Qurban və Mirağa bir evdə yaşayır. Sahib, Rail və Üzeyir həmin evə sonradan qonaq kimi gəlmişlər. Münaqişə zamanı o, Qurban, Üzeyir, Rail, Mirağa, Sahib evdə olmuşlar. Üzeyir və Sahib sərxoş vəziyyətdə imiş, o yox. O, spirtli içki qəbul etməmişdir. Üzeyir və Sahib qarşılıqlı bir-birlərini vurub əlbəyaxa olmuşlar. Heç kim Üzeyir və Sahibin davasına qoşulmamış, dava ikisi arasında olmuşdur. Dava zamanı Üzeyir və Sahib bir-birlərini heç bir alətlə vurmamışlar. Dava zamanı videoçəkiliş olmamışdır. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilmişdir. İstintaq zamanı o ifadəni özü yazmamış, ifadəni oxumadan imzalamışdır. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 204-206-cı vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «... xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində Mirağanın dəvəti ilə həmin mənzilə onların əvvəllər tanımadıqları Üzeyir və Rail adlı Mirağanın dostları gəlmişdir. Üzeyir evə daxil olan kimi Sahibə 2020-ci ildə Kiyev şəhərində olanda onun barəsində xoşa gəlməyən söhbətlər etdiyini deyərək üstünə gəlmiş, onu təhqir etməyə və əli ilə döyməyə başlamışdır. Aralarında mübahisə yaranmışdır. Bu zaman Sahib belə söhbətləri aparmadığını desə də, Üzeyir ona inanmamış və evdə olan plastik boru ilə onu vurmağa başlamışdır. Bundan sonra Rail Sahibin üstünə gələrək ilk öncə əli və ayağı ilə onu döyməyə başlamışdır. Bundan sonra Mirağa da onlara qoşulmuş və birlikdə Sahibi başından və bədənindən yumruq və təpiklə vururmağa başlamışlar. O və Qurban nə baş verdiyini başa düşməyib, onları sakitləşdirmək istəmiş, lakin buna nail ola bilməmişlər. Onlar mübahisə etməyə və Sahibi təhqir etməklə, hədələyərək döyməyə davam etmişlər. Rail Sahibi yerə yıxıb masanın üstündə olan bıçağı götürüb iti ucu ilə Sahibin başı və kürəyinə vuraraq xəsarətlər yetirməyə başlamışdır. Bundan sonra onlar Sahibi təhqir edərək 1.000 ABŞ dolları pul tələb etməyə başlamış və vermədiyi halda daha pis hala salacaqlarını bildirmişlər. Həmin vaxt Üzeyir Sahibin döyülməyini öz mobil telefonuna çəkmişdir. Beləliklə təxminən 1-2 saat Sahiblə mübahisə baş verdikdən sonra evə polis əməkdaşları gəlmişlər. Onlar mənzildə olan vəziyyəti görmüş, Sahib hamısını olduğu kimi demişdir. Bundan sonra onun və Qurbanın razılığı ilə evə baxış keçirilmiş, Sahibin döyüldüyü boru, bıçaq və Üzeyirin mobil telefonu polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra müvafiq protokol tərtib edilərək onlara ucadan oxunmuş və onlar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaq zamanı protokolu oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dostudur. 20 yanvar 2023- cü il tarixdə onun ad günü imiş. O, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə onun ad gününü qeyd edirmiş. O, Sahibi ad gününə dəvət etməsə də, Sahib də onun ad gününə gəlmişdir. Onlar bir qədər yeyib-içdikdən sonra Üzeyir və Sahib arasında mübahisə yaranmış, lakin o Naxçıvan şəhərindən gəldiyi üçün bu söhbətlərdən xəbəri yox imiş. Onun ad günü olduğu üçün o ora-bura çox qaçdığından mübahisənin axırına çatmışdır. Yəni, evdə qarışıqlıq olduğu üçün, kiminsə kimisə vurmasını dəqiq xatırlamır. Lakin istintaqa verdiyi ifadəni təsdiq edir. Dava bitdikdən sonra evə polis əməkdaşları gəlmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, o, davada heç bir xəsarət almamışdır. Tanışlarından da heç kim həsarət almamışdır. Kimsə xəsarət almış, amma adını xatıramır. Dava-dalaş təxminən 30 dəqiqə çəkmişdir. Əvvəlcədən bu mübahisə planlanmamış, onlar sadəcə ad günü qeyd edirmiş və sərxoş olduqları üçün dava başlamışdır. Adi dava imiş, sadəcə hər kəs içkili imiş. Şahid2 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 209-211-ci vərəqələrində olan ifadəsində Şahid2 aşağıdakıları göstərmişdir: «... Üzeyir evə daxil olan kimi Sahibə 2020-ci ildə Kiyev şəhərində olanda onun barəsində xoşa gəlməyən söhbətlər etdiyini deyərək üstünə gəlmiş, onu təhqir etməyə və əli ilə döyməyə başlamışdır. Aralarında mübahisə yaranmışdır. Bu zaman Sahib belə söhbətləri aparmadığını desə də, Üzeyir ona inanmamış və evdə olan plastik boru ilə onu vurmağa başlamışdır. Bundan sonra Rail Sahibin üstünə gələrək ilk öncə əli və ayağı ilə onu döyməyə başlamışdır. Bundan sonra Mirağa da onlara qoşulmuş və birlikdə Sahibi başından və bədənindən yumruq və təpiklə vururmağa başlamışlar. O və Turqut nə baş verdiyini başa düşməyib, onları sakitləşdirmək istəmiş, lakin buna nail ola bilməmişlər. Onlar mübahisə etməyə və Sahibi təhqir etməklə, hədələyərək döyməyə davam etmişlər. Rail Sahibi yerə yıxıb masanın üstündə olan bıçağı götürüb iti ucu ilə Sahibin başı və kürəyinə vuraraq xəsarətlər yetirməyə başlamışdır. Bundan sonra onlar Sahibi təhqir edərək 1.000 ABŞ dolları pul tələb etməyə başlamış və vermədiyi halda daha pis hala salacaqlarını bildirmişlər. Həmin vaxt Üzeyir Sahibin döyülməyini öz mobil telefonuna çəkmişdir. Beləliklə təxminən 1-2 saat Sahiblə mübahisə baş verdikdən sonra evə polis əməkdaşları gəlmişlər. Onlar mənzildə olan vəziyyəti görmüş, Sahib hamısını olduğu kimi demişdir. Bundan sonra onun və Turqutun razılığı ilə evə baxış keçirilmiş, Sahibin döyüldüyü boru, bıçaq və Üzeyirin mobil telefonu polis əməkdaşları tərəfindən götürülmüşdür. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, imza onun imzasıdır. Hal-hazırda xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 21 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-cı Polis şöbəsinə vətəndaş tərəfindən ünvan 8 ünvanında münaqişə baş verməsi barədə məlumat daxil olmuşdur. Məlumat rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Baxış keçirilməzdən əvvəl mənzildə yaşayan şəxslərə baxışın keçirilməsi zərurəti yaranması barədə məlumat verilmiş və Şahid1 və Şahid2 etiraz etməyərək bu barədə ərizə yazmışlar. Bundan sonra həmin gün saat 06.20-də həmin mənzilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı evdə daha dörd nəfər şəxsin olması müəyyən edilmişdir. Sorğu zamanı həmin şəxslər özünü təqdim edərək məlum olmuşdur ki, onlar həmin evə qonaq gəlmiş Təqsirləndirilən şəxs1, X6, Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxsdur. Baxış zamanı baxışda iştirak edən Zərərçəkmiş şəxs üzərində qan izləri var imiş. Zərərçəkmiş şəxs 3 nəfər yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən döyüldüyünü bildirmişdir. Üzeyir Zarytskinin təqdim etdiyi mobil telefon cihazı götürülmüşdür. Şifahi sorğu zamanı Zərərçəkmiş şəxs baxışda iştirak edən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən döyülərək ondan 1.000 ABŞ dolları pulun tələb edildiyini bildirib divanın üzərində plastik boru və bıçağı göstərərək Üzeyirin həmin boru ilə, Railin bıçaqla, Mirağanın isə əli və ayağı ilə onu vurub xəsarət yetirdiklərini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs bildirmişdir ki, onun döyülməsini Üzeyir Zarytski özünə məxsus “İphone” markalı mobil telefonu ilə qeydə almışdır. Sonuncu onun dediklərini təsdiq edib özünə məxsus bir ədəd “İphone 14 Pro” markalı mobil telefon cihazını polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra müvafiq protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Götürülmüş bıçaq və boru qablaşdırılıb möhürlənmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində 9 mərtəbəli binaya yaxınlaşmışlar. Onlar evə daxil olduqda Zərərçəkmiş şəxs 3 nəfər tərəfindən döyüldüyünü demişdir. Zərərçəkmiş şəxs bədəni üzərində qan izləri aşkar görünürmüş. Evdə olan hər kəsi Polis Bölməsinə dəvət etmişlər. Mənzilə baxış keçirilmiş, bir sıra istintaq hərəkətləri yerinə yetirilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlunun izahatını təhqiqatçı almışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Ukraynada baş vermiş hadisə ilə bağlı münaqişə yaratdıqlarını demişlər. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxslərin sənədləşdirmə işləri aparıldıqdan sonra onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışlar. Şahid3 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 131-134-cü vərəqələrində olan ifadəsində Şahid3 aşağıdakıları göstərmişdir: «...Şifahi sorğu zamanı Zərərçəkmiş şəxs baxışda iştirak edən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən döyülərək ondan 1.000 ABŞ dolları pulun tələb edildiyini bildirib divanın üzərində plastik boru və bıçağı göstərərək Üzeyirin həmin boru ilə, Railin bıçaqla, Mirağanın isə əli və ayağı ilə onu vurub xəsarət yetirdiklərini bildirmişdir. ...Bundan başqa sorğu zamanı baxışda iştirak edən Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs dediklərini təsdiq etmiş və həmin hadisənin şahidi olduqlarını bildirmişlər. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, imza onun imzasıdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, DİN-in Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis əməkdaşıdır. 21 yanvar 2023-cü il tarixdə polis əməkdaşı Şahid3 bildirmişdir ki, vətəndaş tərəfindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-cı Polis Şöbəsinə ünvan 8 ünvanında münaqişə baş verməsi barədə məlumat daxil olmuşdur. Məlumat rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Saat 06 radələrində həmin mənzilə baxış keçirməyə başlamışlar. Baxış zamanı evdə daha dörd nəfər şəxsin olması müəyyən edilmişdir. Sorğu zamanı həmin şəxslər özünü təqdim edərək məlum olmuşdur ki, onlar həmin evə qonaq gəlmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxsdur. Baxış zamanı baxışda iştirak edən Zərərçəkmiş şəxs üzərində qan izləri və baş-bədən nahiyyəsində xəsarətlərin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Zərərçəkmiş şəxs baxışda iştirak edən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən döyülərək ondan 1.000 ABŞ dolları pulun tələb edildiyini bildirib divanın üzərində plastik boru və bıçağı göstərərək Üzeyirin həmin boru ilə, Railin bıçaqla, Mirağanın isə əli və ayağı ilə onu vurub xəsarət yetirdiklərini bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlunu DİN-in Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində təhqiqatçı tərəfindən araşdırılma aparılmışdır. Zərərçəkmiş şəxs bildirmişdir ki, onunla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlu arasında Rusiyada baş verən hadisə ilə bağlı problemlər olmuş, bu səbəbdən 4-ü də aralarında sözləşərək ünvan 8 ünvanında görüşmüşlər. Həmin ünvanda yeyib-içdikdən sonra onların aralarında mübahisə yaranmışdır. Götürülmüş bıçaq və boru qablaşdırılıb möhürlənmiş, müvafiq protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-də əməliyyat müvəkkili işləyir. 21 yanvar 2023-cü il tarixində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-cı Polis şöbəsinə ünvan 8 ünvanında münaqişə baş verməsi barədə məlumat daxil olmuşdur. Saat 06:20-də Şahid3 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və Nərimanov rayonu, X21, mənzil 110 ünvanına getmişlər. O da əməliyyat qrupunun tərkibində mənzilə daxil olmuşdur. Əməliyyat qrupunun tərkibində 4 nəfər polis əməkdaşı olmuşdur. O, mənzilin neçənci mərtəbədə olduğunu xatırlamır. Onlar mənzilə daxil olan zaman mənzildə 4 nəfər şəxs var imiş. Bu şəxslərdən 3 nəfər, yəni Təqsirləndirilən şəxs1, Üzeyir Zarutskiy və Təqsirləndirilən şəxs3 tərəfindən 1 nəfər şəxsə xəsarət yetirilmişdir. Xəsarət yetirilən şəxs Zərərçəkmiş şəxs imiş. Zərərçəkmiş şəxs onun döyülməsinin Təqsirləndirilən şəxs2 tərəfindən mobil telefonu ilə qeydə alındığını, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən döyülərək ondan 1.000 ABŞ dolları pul tələb edildiyini, Üzeyirin boru ilə, Railin bıçaqla, Mirağanın isə əli və ayağı ilə onu vurub xəsarət yetirdiklərini demişdir. Onlar Təqsirləndirilən şəxs1, Üzeyir Zarutski, Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-nə aparmışlar. X14 Cəbrayılov, Üzeyir Zarutskiy, Təqsirləndirilən şəxs3 hadisəni könüllü olaraq etiraf etmişlər. Bundan başqa Zərərçəkmiş şəxs bildirmişdir ki, onun döyülməsini Təqsirləndirilən şəxs2 özünə məxsus “İphone” markalı mobil telefonu ilə qeydə almışdır. Sonuncu onun dediklərini təsdiq edib özünə məxsus bir ədəd “İphone 14 Pro” markalı mobil telefon cihazını polis əməkdaşlarına təqdim etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid5 bildirmişdir ki, evə daxil olanda görmüşdür ki, 1 nəfərin əlində qanlı bıçaq var, digərinin əlində plastik boru var, bir nəfər də döyülmüşdür. Bu şəxslərdən 3 nəfər, yəni Təqsirləndirilən şəxs1, Üzeyir Zarutskiy və Təqsirləndirilən şəxs3 tərəfindən 1 nəfər şəxsə xəsarət yetirilmişdir. Xəsarət yetirilən şəxs Zərərçəkmiş şəxs imiş. Zərərçəkmiş şəxs onun döyülməsinin Təqsirləndirilən şəxs2 tərəfindən mobil telefonu ilə qeydə alındığını, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən döyülərək 1.000 ABŞ dolları pul tələb edildiyini, Üzeyirin boru ilə, Railin bıçaqla, Mirağanın isə əli və ayağı ilə onu vurub xəsarət yetirdiklərini demişdir. Onlar mənzilə daxil olanda mənzilin qapısı açıq imiş. Onlar Təqsirləndirilən şəxs1, Üzeyir Zarutskiy, Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs Nərimnov RPİ-nin 18-ci PŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs1, Üzeyir Zarutskiy, Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs Polis Bölməsinə gətiriləndə sərxoş vəziyyətdə olasalar da anlaqlı imişlər. Hadisəni onlara təqsirləndirilən şəxslərin özləri könüllü olaraq etiraf etmişlər. 3 nəfər təqsirləndirilən şəxs Üzeyirin «İphone 14» markalı telefonu ilə zərərçəkmişin şəklini də çəkmişlər. Bıçaq və boru maddi sübut kimi götürülmüşdür. Hadisələr gözünün qarşısında olmamış, Təqsirləndirilən şəxs1, Üzeyir Zarutskiy, Təqsirləndirilən şəxs3 Polis Bölməsində hadisəni etiraf etmişlər. Bildiyim məlumatları zərərçəkmiş şəxsin dediklərindən yadındadır. Üzeyirin əlində su çəkmək üçün istifadə olunan ağ plastik boru, Railin əlində isə adi knopkalı bıçaq var imiş. Onlar mənzildə olarkən bıçaq evdə imiş. Onlar hadisə yerinə gedəndə Railin əlində bıçaq yox imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək, iş üzrə şahidlər Şahid5, Şahid4 və Şahid3 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin yanvar ayında Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində “Gənclik” Şadlıq Sarayının arxasında kirayə evdə yaşayırmış, hazırda həmin ünvanda yaşamır. 21 yanvar 2023-cü il tarixdə axşam saatlarında işə gedərkən baxış keçirilməli olan binanın qarşısından keçirmiş, bu zaman Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis mayoru ona yaxınlaşaraq hadisə yerinə baxış zamanı hal şahidi qismində iştirak etməyi təklif etmişdir. O, bu təklifi qəbul etmişdir. Bu hadisədən sonra o xəstələnmiş və yaddaşı pozulmuşdur, ona görə hal-hazırda heçnə yadında qalmamışdır. O, qonşuluqda yaşadığından sənədləri oxumadan imza çəkmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid8 bildirmişdir ki, o imzaladığı sənədlərin nə olduğunu xatırlamır. O, isintaq zamanı ifadə vermişdir. İstintaq zamanı polis əməkdaşı ona taxtaya oxşar əşya göstərib həmin əşyanı görüb-görmədiyini soruşduqda bildirmişdir ki, taxtaya bənzər əşyanı görmüşdür. O, ifadəni oxumadan imzalamışdır. Şahid8 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 249-252-ci vərəqələrində olan ifadəsində Şahid8 aşağıdakıları göstərmişdir: «...Baxış başlanmazdan əvvəl polis əməkdaşları tərəfindən onlara qanunvericilikdə nəzərdə tutulmuş hal şahidinin hüquq və vəzifələri izah edilmişdir. Bildirilmişdir ki, ünvan 8 ünvanında münaqişə baş verməsi barədə polis şöbəsinə daxil olmuş məlumat əsasında əməliyyat qrupu həmin ünvana gəldikdə orada baxış keçirilməsinin zərurəti yaranmışdır. Bundan sonra onlar həmin mənzilə gəlmiş və baxış keçirilməsinə başlanmışdır. Baxış keçirilməzdən əvvəl mənzildə yaşayan Turqut və Qurban adlı şəxslərə baxışın keçirilməsi zərurəti yaranması barədə məlumat verilmiş, onlar buna etiraz etməyərək bu barədə ərizə yazmışlar. Bundan sonra həmin mənzilə onların, Turqut və Qurbanın, eləcə də mənzildə olan Rail, Üzeyir, Mirağa və Sahib adlı şəxslərin iştirakı ilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı baxışda iştirak edən Sahib adlı şəxsin üzərində qan izləri və baş-bədən nahiyyəsində xəsarətlərin olması müşahidə edilmişdir. Polis əməkdaşlarının sorğusu zamanı Sahib baxışda iştirak edən Rail, Üzeyir və Mirağa tərəfindən döyülərək ondan 1.000 ABŞ dolları pulun tələb edildiyini bildirib divanın üzərində boru və bıçağı göstərərək həmin boru ilə Üzeyirin, həmin bıçaqla isə Railin, bundan başqa Mirağanın əli və ayağı ilə onu döydüklərini demişdir. Baxışda iştirak edən Rail, Üzeyir və Mirağa Sahibin dediklərini təsdiq etmişlər. Bundan başqa Sahib bildirmişdir ki, onun döyülməsi və ondan 1.000 ABŞ dolları pulun tələb edilməsini Üzeyir özünə məxsus “İphone” markalı mobil telefonu ilə qeydə almışdır. Üzeyir Sahibin dediklərini təsdiq edib özünə məxsus bir ədəd “İphone 14 Pro” markalı mobil telefon cihazını polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa sorğu zamanı baxışda iştirak edən Qurban və Turqut Sahib və qeyrilərinin dediklərini təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən müvafiq protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol ucadan oxunduqdan sonra onlar digər iştirakçılarla birlikdə imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Götürülmüş əşyalar protokola əlavə olunmuşdur. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid8 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaq zamanı protokolu oxumadan imzalamışdır. O, istintaq zamanı verdiyi ifadəni xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 21 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının təklifi ilə ünvan 8 ünvanında baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə razılıq vermişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən tanımadığı daha bir nəfər şəxs də hal şahidi qismində iştirak edirmiş. Baxış başlanmazdan əvvəl polis əməkdaşları ona qanunvericilikdə nəzərdə tutulmuş hal şahidinin hüquq və vəzifələrini izah etmişlər. Baxış keçirilməzdən əvvəl mənzildə yaşayan Turqut və Qurban adlı şəxslərə baxışın keçirilməsi zərurəti yaranması barədə məlumat verilmiş, onlar buna etiraz etməyərək bu barədə ərizə yazmışlar. Bundan sonra həmin mənzilə onların, Turqut və Qurbanın, eləcədə mənzildə olan Rail, Üzeyir, Mirağa və Sahib adlı şəxslərin iştirakı ilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı baxışda iştirak edən Sahib adlı şəxsin üzərində qan izləri var imiş. Həmçinin divanın üzərində bıçaq və boruya bənzər alət var imiş. Polis əməkdaşlarının sorğusu zamanı Sahib Rail, Üzeyir və Mirağa tərəfindən döyülərək ondan 1.000 ABŞ dolları pulun tələb edildiyini bildirmişdir. Rail, Üzeyir və Mirağa isə Sahibdən 1.000 dollar almadıqlarını demişlər. Sahib bildirmişdir ki, onun döyülməsi və ondan 1.000 ABŞ dolları pulun tələb edilməsini Üzeyir özünə məxsus “İphone” markalı mobil telefonu ilə qeydə almışdır. Bundan sonra polis əməkdaşları tərəfindən müvafiq protokol tərtib olunmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid7 bildirmişdir ki, protokol tərtib olunmuş və o imzalamışdır. Onlar mənzilə daxil olanda dava bitmişdir. Sahibin dediklərini Rail, Üzeyir və Mirağa inkar edirmişlər. Mənzildə hansı müddətdə qaldığını bilmir. O, fəhlə olaraq işləyir. Ondan başqa da hal şahidi var imiş. “İphone” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Baxışdan sonra Polis Bölməsinə gedib ifadə vermiş və oxuyaraq imzalamışdır. O, mənzildə divanın üzərində dəmirə bənzər əşyanı görmüş və buna şahidlik etmişdir. Şahid7 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 212-215-ci vərəqələrində olan ifadəsində Şahid7 aşağıdakıları göstərmişdir: «...Baxış zamanı baxışda iştirak edən Sahib adlı şəxsin üzərində qan izləri və baş-bədən nahiyyəsində xəsarətlərin olması müşahidə edilmişdir. Polis əməkdaşlarının sorğusu zamanı Sahib baxışda iştirak edən Rail, Üzeyir və Mirağa tərəfindən döyülərək ondan 1.000 ABŞ dolları pulun tələb edildiyini bildirib divanın üzərində olan boru və bıçağı göstərərək həmin boru ilə Üzeyirin, həmin bıçaqla isə Railin, bundan başqa Mirağanın əli və ayağı ilə onu döydüklərini demişdir. Baxışda iştirak edən Rail, Üzeyir və Mirağa Sahibin dediklərini təsdiq etmişlər. Bundan başqa sorğu zamanı baxışda iştirak edən Qurban və Turqut Sahib və qeyrilərinin dediklərini təsdiq etmişlər. …» Proses iştirakçıalrının suallarını cavablandıraraq Şahid7 bildirmişdir ki, imza onun imzasıdır. O, uzun müddət keçdiyindən hadisəni ətraflı xatırlamır. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3 21 yanvar 2023-cü il tarixli raportundan görünür ki, ünvan 8 ünvanında münaqişə olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 1-ci cild 11-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs 21 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, 21 yanvar 2023-cü il tarixdə Rail , Üzeyir və Mirağa adlı şəxslərin evdə onu döyərək hədələyib 1000 ABŞ dolları pul tələb etdiklərini bildirmişdir. Cinayət işinin 1-ci cild 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid2 və Şahid1 21 yanvar 2023-cü il tarixli ərizələrindən görünür ki, sonuncular ərizə yazaraq, yaşadıqları ünvan 8 ünvanında baxış keçirilməsinə etiraz etməmişlər. Cinayət işinin 1-ci cild 8-9-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, 21 yanvar 2023- cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin 18-cı Polis şöbəsinə ünvan 8 ünvanında münaqişə baş verməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə həmin ünvana baxış zamanı baxışda iştirak edən Zərərçəkmiş şəxs üzərində qanabənzər izlər və baş-bədən nahiyyəsində xəsarətlərin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Zərərçəkmiş şəxs baxışda iştirak edən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən döyülərək ondan 1.000 ABŞ dolları pulun tələb edildiyini bildirib divanın üzərində plastik boru və bıçağı göstərərək Üzeyirin həmin boru ilə, Railin bıçaqla, Mirağanın isə əli və ayağı ilə onu vurub xəsarət yetirdiklərini bildirmişdir. Baxışda iştirak edən Rail Cəbrayilov, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sahib İsmayilzadənin dediklərini təsdiq etmişlər. Bundan başqa Zərərçəkmiş şəxs bildirmişdir ki, onun döyülməsi və ondan 1.000 ABŞ dolları pulun tələb edilməsini Təqsirləndirilən şəxs2 özünə məxsus “İphone” markalı mobil telefonu ilə qeydə almışdır. Sonuncu onun dediklərini təsdiq edib özünə məxsus bir ədəd “İphone 14 Pro” markalı mobil telefon cihazını polis əməkdaşlarına təqdim etmişdir. Baxış zamanı 01 ədəd “İphone 14 Pro” markalı mobil telefon, 01 ədəd boru və 01 ədəd bıçaq qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 114-115-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 yanvar 2023-cü il tarixli mobil telefon cihazına baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “İphone 14 Pro” markalı mobil telefon cihazına baxış zamanı Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, qeyd olunan mobil telefon cihazında Zərərçəkmiş şəxs haqqında məlumatlar varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs2 özünə məxsus "İphone 14 Pro” markalı mobil telefonun yaddaşında Zərərçəkmiş şəxs haqqında məlumatların (videogörüntülərin və fotoşəkillərin) olduğunu qeyd edərək həmin cihazın “Şəkillər” bölümündən 26 ədəd video və 03 ədəd fotoşəkilləri təqdim etmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin videogorüntülərdə və fotoşəkillərdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs əl, ayaq, plastik boru və qara rəngli bıçaqla xəsarət yetirdikləri, əlavə zor tətbiq etmə və barəsində qeydə alınmış həmin videogörüntülərin yayması hədəsi ilə 1.000 ABŞ dolları pulu tələb etmələri və mübahisənin sonunda Zərərçəkmiş şəxs evdən çıxmağını tələb etmələri, bundan başqa Qurban və Turqut adlı şəxslərin mübahisə edən şəxslərin mübahisəyə son qoyulmasına xahiş etdikləri əks edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 videogorüntülərdə Zərərçəkmiş şəxs vurduqlarını bildirmişlər. Zərərçəkmiş şəxs göstərilən videolarda barəsində qanunazidd əməllərə məruz qalan şəxsin özü olduğunu, ona qarşı zorakı və sair hərəkətlər edən şəxslərin isə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 olduğunu bildirmişdir. Məhkəmə iclasında həmin video və fotoşəkillərə apalımış baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs əl, ayaq, plastik boru və qara rəngli bıçaqla xəsarət yetirdikləri, əlavə zor tətbiq etmə və barəsində qeydə alınmış həmin videogörüntülərin yayması hədəsi ilə 1.000 ABŞ dollar pulu tələb etmişlər. Cinayət işinin 1-ci cild 104-107-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək, ünvan 8 ünvanında yerləşən mənzildə ilk öncə Üzeyirin onu plastik boru ilə vurduğunu, Rail və Mirağanın da onu döyməyə başlayıb, Railin onu bıçaqla vurduğunu, ondan hədə-qorxu ilə 1000 ABŞ dolları pul tələb etdiklərini bildirərək, Təqsirləndirilən şəxs3 ifşa etmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 də zərərçəkmiş şəxsin dediklərini təsdiq edərək, Sahibin onlarda olduğunu Railgilə bildirdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Cinayət işinin 1-ci cild 108-110-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək, ünvan 8 ünvanında yerləşən mənzildə ilk öncə Üzeyirin onu plastik boru ilə vurduğunu, Rail və Mirağanın da onu döyməyə başlayıb, Railin onu bıçaqla vurduğunu, ondan hədə-qorxu ilə 1000 ABŞ dolları pul tələb etdiklərini bildirərək, Təqsirləndirilən şəxs2 ifşa etmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 də zərərçəkmiş şəxsin dediklərini təsdiq edərək, həqiqətən Sahibi vurduğunu və pul tələb etdiklərini bildirmişdir. Cinayət işinin 1-ci cild 111-113-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək, ünvan 8 ünvanında yerləşən mənzildə ilk öncə Üzeyirin onu plastik boru ilə vurduğunu, Rail və Mirağanın da onu döyməyə başlayıb, Railin onu bıçaqla vurduğunu, ondan hədə-qorxu ilə 1000 ABŞ dolları pul tələb etdiklərini bildirərək, Təqsirləndirilən şəxs1 ifşa etmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 da zərərçəkmiş şəxsin dediklərini təsdiq edərək, həqiqətən Sahibi vurduğunu və pul tələb etdiklərini bildirmişdir. Cinayət işinin 1-ci cild 185-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı, sonuncular həqiqətən Zərərçəkmiş şəxs xəsarətlər yetirərək, ondan 1000 ABŞ dolları pul aldıqlarını bir-birinin üzünə qarşı etiraf etmişlər. Cinayət işinin 1-ci cild 188-190-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı, sonuncular həqiqətən Zərərçəkmiş şəxs xəsarətlər yetirərək, ondan 1000 ABŞ dolları pul aldıqlarını bir-birinin üzünə qarşı etiraf etmişlər. Cinayət işinin 1-ci cild 191-193-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı, sonuncular həqiqətən Zərərçəkmiş şəxs xəsarətlər yetirərək, ondan 1000 ABŞ dolları pul aldıqlarını bir-birinin üzünə qarşı etiraf etmişlər. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 218-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 fevral 2023-cü il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrələrinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 244-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet saytı olan www.cbar.az saytından götürərək iş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixədək 1 ABŞ dollarının Azərbaycan manatına münasibətdə məzənnəsini 1,7000 manat olmuşdur. Cinayət işinin 2-ci cild 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2023-cü il tarixli 3/145 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində dəyişiklik və düzəliş edilməmişdir, istifadəyə yararlıdır. Cinayət işinin 2-ci cild 9-10-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsinin 28 yanvar 2023-cü il tarixli 60 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sol ənsə, sol gicgah təpə nahiyəsinin, sol əlin ovuc səthinin, sağ əlin İV barmağın əsas falanqasının iç səthinin, sol əlin İ barmağın bayır səthinin, səthi deşilmiş-kəsilmiş yaraları - deşici kəsici alətin (alətlərin) ola bilsin bıçağın tiyəsinin təsirindən, sol gicgah və sol almacıq nahiyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi-sıyrıqları, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin, sağ bazu oynağının arxa səthinin, sağ çiyin qurşağının arxa səthinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, döş qəfəsinin arxa səthinin sol yarısının, sağ mil bilək oynağının arxa səthinin, sağ dirsək oynağının arxa səthinin, sol budun orta üçdə birinin bayır səthinin, sağ budun aşağı üçdə birinin ön səthinin sıyrıqları, alının sağ yarısının tüksüz hissəsinin, sol gözün üst qapağının, döş qəfəsinin sol yarısının arxa səthinin qançırları isə - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 2-ci cild 11-19-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis polkovnik leytenantı X1 qiymətləndirilməsi haqqında qərarından görünür ki, iş üzrə Şahid1, Şahid2 və X7 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqbinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, baş vermiş davanı görmədiyini, tutulan zaman polis əməkdaşları tərəfindən döyüldüyü üçün fərqli ifadə verdiyini bildirmişdir. Digər Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, zərərçəkmiş şəxsdən 1000 ABŞ dolları istəmədiyini, lakin, Zərərçəkmiş şəxs döyüb ona bıçaq çəkdiyini, tutulan zaman polis əməkdaşları tərəfindən döyüldüyü üçün fərqli ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə öünü qismən təqsirli bilərək, mübahisənin olduğunu, Sahib ona söyüş söydüyü üçün ona yalnız təpiklə vurduğunu, özünü buna görə qismən təqsirli bildiyini, tutulan zaman polis əməkdaşları tərəfindən döyüldüyü üçün fərqli ifadə verdiyini demişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası DİN-nin Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıbqalmamalarını müəyyən etməkdən ötrü cinayət işi üzrə müvafiq qərar çıxarılaraq icra olunması üçün Bakı şəhəri, Nərimanov rayon prokurorluğuna göndərilmiş, həmçinin, təqsirləndirilən şəxslər istintaq təcridxansına daxil olan zaman üzərlərində xəsarət olub-olmamasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 24 iyul 2023-cü il tarixli, 3-16-17/38/2-4989/2023 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kartoçkaların kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təcridxanaya daxil olan zaman, müayinə zamanı heç bir zədə aşkar edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğundan 21 avqust 2023-cü il tarixli, 431- C-23 nömrəli məktubla daxil olmuş, Nərimanov rayon prokurorunun köməkçisi X2 21 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmaları öz təsdiqini tapmadığından, bu barədə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bundan başqa, cinayət işi materiallarına əlavə edilmiş diskə baxış zamanı da görünür ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 açıq şəkildə Zərərçəkmiş şəxs döyüb xəsarətlər yetirərək, ona bunu videoya çəkdiklərini, 1000 dollar pul tələ etdikləri müəyyən edilmişdir. (cild 1, iş vərəqə 114-115) Həmçinin, iş üzrə şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında ifadə verən zaman, hadisənin sadəcə əlbəyaxa dava olduğunu bildirmişlər və istintaq dövründə onlara qarşı təzyiq olmadığını göstərmişlər. Lakin, həmin şahidlər istintaq dövründə ifadə verən zaman baş vermiş hadisənin tam təfərrüatlarını danışaraq, həqiqətən təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs xəsarətlər yetirib, pul tələb etdiklərini etiraf etmişlər. Məhkəmə kollegiyası belə hesab edir ki, iş üzrə şahidlər Şahid1 və Şahid2 hər birinin təqsirləndirilən şəxslərlə yaxın dostluq münasibətləri var, məhkəmədə onların vəziyyətini ağırlaşdırmamaq və onların verilə biləcək cəzadan azad olunma ehtimallarına əsaslanaraq, fərqli ifadə vermişlər. Məhkəmə, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə cinayət əməlini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 196-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 23 yanvar 2023-cü il tarixli. 780 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 1-ci cild 198-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 24 yanvar 2023-cü il tarixli. 19/51-727 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arxiv məlumatına görə yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Cinayət işinin 1-ci cild 201-ci vərəqəsində olan Azərbycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş 31 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 208-ci vərəqəsində olan Sabirabad RİHB-nın Şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilir. Cinayət işinin 1-ci cild 202-ci vərəqəsində olan Azərbycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş 31 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 203-cü vərəqəsində olan Azərbycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş 31 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs 02 avqust 2023-cü il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 21 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 58-ci vərəqəsində olan 21 yanvar 2023-cü il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 168- 173-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2023cü il tarixli, 4(005)-99/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs müddəti 21 yanvar 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 21 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 76-cı vərəqəsində olan 21 yanvar 2023-cü il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 163- 167-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2023cü il tarixli, 4(005)-98/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs müddəti 21 yanvar 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs3 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 21 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 94-cü vərəqəsində olan 21 yanvar 2023-cü il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 159- 162-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2023cü il tarixli, 4(005)-97/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs müddəti 21 yanvar 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “İphone” markalı mobil telefon cihazı Təqsirləndirilən şəxs2 yaxın qohumuna qaytarılmalı, bir ədəd bıçaq və bir ədəd plastik boru məhv edilməli, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “İphone” markalı mobil telefon cihazından götürülmüş məlumatları özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki,Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat təqsirləndirilən şəxslər şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “İphone” markalı mobil telefon cihazı Təqsirləndirilən şəxs2 yaxın qohumuna qaytarılsın. Bir ədəd bıçaq və bir ədəd plastik boru məhv edilsin. Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “İphone” markalı mobil telefon cihazından götürülmüş məlumatları özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Səbinə Məmmədzadə
Əli Məmmədov