Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-393/2025 12.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X4, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kiçikbəyov və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1995-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Şərur rayonu, Xələc kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12, fərdi yaşayış evində kirayədə yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi; Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə başqa şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs başqa şəxsin bildirdiyi yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 550 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12, fərdi yaşayış evinə daşımaqla orada saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 mart 2024-cü il tarixdə saat 14:09-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9 saxlanılmış, həmin tarixdə saat 14:18-dən etibarən yaşadığı Bakı şəhəri, Xəzər reyonu, Binə qəsəbəsi, X12, fərdi yaşayış evinə baxış zamanı mətbəxdə olan dolabın içərisindən 01 ədəd sellefon torbada külli miqdarda 550 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadələrində özünü təqsirli bilərək göstərdi ki, “Tiktok” sosial şəbəkəsində Seyid adlı şəxsin borca pul verməsi bilib, o, həmin şəxsdən 300 manat borc pul almışdır. O, borcu aldıqdan 3-4 gün sonra Seyid ona borc verdiyi pulun əvəzində bir yerdən bağlama götürüb başqa yerə qoymağı təklif etdi. O da bağlamanı Zığ qəsəbəsindən götürüb evinə gətirmişdir. Bağlamanı açdıqda içində narkotik vasitə və iki ədəd elektron tərəzi olduğunu görmüşdür. O, səhərə qədər fikirləşib və sonra bayıra çıxdıqda iki nəfər polis əməkdaşını görmüşdür. Qonşu da dedi ki, orada polis əməkdaşları var. O, polis əməkdaşlarına yaxınlaşıb və onda narkotik vasitə olduğunu, onu şəxsiyyət vəsiqəsi ilə hədələdiklərini bildirmişdir. Polis əməkdaşları ona köməklik edəcəklərini bildirdilər. Polis əməkdaşları evə girmədilər və təhqiqatçının gələcəyini dedilər. Onda olan narkotik vasitə olan marixuananın çəkisi 450 qram olub. O, marixuananı gecə evin qabağındakı zibil qabına atıb və gecə yağış yağdığına görə çəkisi artıb. Sonra marixuananı sobanın yanına qoyub qurudub. Ona polis əməkdaşları marixuananın çəkisinin artdığını, tərəzi ilə ölçülsə çəkisinin artıq olacağını, çəkisinin 551 qram olduğunu deməyi bildiriblər, o da narkotik vasitə olan marixuananın çəkisinin 551 qram olduğunu deyib. O, narkotik vasitə istifadə etməyib. O, özü polis əməkdaşlarına yaxınlaşıb, onlara iranlının hədələdiyiyni bildirib. Özü ailəli deyil, subaydır. O, bağlamada narkotik vasitə olduğunu polisə özü bildirib. İranlı ona çantanı açmağı bildirib və o, çantanı açandan sonra narkotik vasitəni görüb. Qorxuğuna görə polisə demək fikri olmayıb. Dükanın qabağında mülki geyimdə dörd nəfər polis əməkdaşı olub. Qonşular söhbət edəndə bu barədə eşidib. İranlı ona 300 manat pulu verib, onun şəxsiyyət vəsiqəsinin surtəini alıb. İranlı ona 300 manatı faizsiz borc verib. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, Naxçıvan MR, Şərur rayonu, Xələc kəndində qeydiyyatdadır, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12, fərdi yaşayış evində yaşayır. Hazırda ***-***-**-** saylı nömrəni istifadə edir. Təxminən 3 ay bundan öncə yaşadığı Naxçıvan MR-dan Bakı şəhərinə işləmək məqsədi ilə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra ilk öncə gündəlik kirayə verilən evlərdə gecələmişdir. Masazır qəsəbəsində yerləşən evdə calan zaman əslən Naxçıvan MR-dan olan Şahmar adlı şəxs ilə münasibəti yaranmışdır. Həmin vaxtlar Şahmar yanında görüntülü İran İslam Respublikası vətəndaşı ilə danışdığından onun da özünü “Seyid” adı ilə təqdim edən şəxslə ünsiyyəti yaranmışdır. Sonradan qeyd olunan ünvandan çıxıb başqa yerdə qalmağa başlamışdır. İran İslam Respublikası vətəndaşı Seyid ilə tez-tez c.anışmasalar da arada watsapp proqramı vasitəsi ilə hal-əhval tutmuşlar. Təxminən 1 ay bundan öncə Bakı şəhərində qalmağa yeri olmadığı üçün küçədə gecələməyə başlamışdır. Həmin dövrlər mıaddi imkanı olmadığı üçün qalmağa ev tapa bilməmişdir. Seyid ilə watsappda danışan zaman ona imkansızlıqdan küçədə qaldığını demişdir. Seyid isə ona köməklik göstərəcəyini, narahat olmamağım demişdir. Özünə məxsus Unibank kartına 300 manat məbləğində pul göndərmişdir. Həmin pul ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9 kirayəyə ev tutub orada yaşamağa başlamışdır. Evi tutduqdan bir neçə gün sonra Seyid imkanının olmadığını, bir birlərini neçə vaxtdır ki, tanıdıqlarını, birlikdə narkotik vasitələrin satışını keçirib qazanc əldə etmələrini təklif etmişdir. Özü ehtiyat edib polis tərəfindən tutula biləcəyini söyləmişdir. Seyid ona kiməsə əlbəəl narkotik vasitə verməyəcəyini, sadəcə onun göndərdiyi narkotik vasitəni bir neçə hissəyə bölüb müxtəlif ünvanlara yerləşdirməli olduğunu, narkotik vasitələri yerləşdirdiyi ərazinin fotoşəkillərini və konumunu ona göndərməli olduğunu demişdir. O hər dəfə görəcəyi işə görə müxtəlif məbləğlərdə pul verəcəyini demişdir. Təklifi ilə razılaşmışdır. Belə ki, dəqiq xatırlamadığı tarixdə ilk dəfə 50 qrama yaxın narkotik vasitə qurudulmuş marixuananın yerini watsapp proqramı vasitəsi ilə göndərmişdir. Həmin yerə gedib oradan narkotik vasitəni götürüb yaşadığı ünvana gəlmişdir. Yaşadığı ünvana gəlib həmin narkotik vasitəni 2 yerə bölüb sonradan müxtəlif ünvanlara qoymuş və həmin yerinin fotoşəkillərini və konumunu Seyidə göndərmişdir. O da mənə 100 manat məbləğində pul göndərmişdir. Bu hal bir neçə dəfə təkrarlanmışdır. Sonuncu dəfə isə 21 mart 2024-cü il tarixdə Seyid ilə danışan zaman Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində narkotik vasitə yerləşdirdiyini, gedib həmin narkotik vasitəni götürməyimi tapşırmışdır. Həmin narkotik vasitəni gedib götürüb yaşadığı ünvana gətirmişdir. Onu da qeyd etmişdir ki, ilk dəfə idi ki, Seyid yarım kiloqrama yaxın narkotik vasitə göndərmişdir. Narkotik vasitə qurudulmuş marixuana olan bağlamanı mətbəxdə dolabın içərisinə qoymuşdur. 22 mart 2024-cü il tarixdə günorta saat təxminən 14:09-da kirayə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12, fərdi yaşayış evinin qarşısında olduğu zaman bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmağı, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək yaşadığı ünvanda saxlamağı və üzərində daşımaqda şübhəli olduğu bildirilmişdir. Verilən suallara cavab olaraq yaşadığı ünvanda “Nəşə” adı ilə tanıdığı narkotik vasitə gizlədib saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirərək yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. Baxış keçirilməsindən əvvəl hüquqları barədə məlumat verilmişdir. Baxış keçirilməzdən " əvvəl baxışın videoçəkiliş vasitəsi aparılacağı barədə məlumat verilmişdir. Buna etiraz etmədiyini bildirmişdir. Bundan sonra üzərinə, eləcə də yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12, nömrəsiz fərdi evə videokamera vasitəsilə çəkliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi özünün razılığı və iştirakı ilə aparılmışdır. Tədbir iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. İştirakçılar həmin ünvana daxil olmuşdur. İlk öncə üzərində və yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra yaşadığı ünvanda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib iştirakçıları mətbəxə dəvət etmişdir. Mətbəxdə şkafın içində olan 02 ədəd qlektron tərəzini və 01 ədəd sellofan torbada olan nəşəni təqdim etmişdir. 01 ədəd sellofan torbaya bükülmüş torbaya baxış keçirilərkən sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra üzərinə baxış keçirilmişdir. Əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən “Kent” markalı siqaret qutusunu, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Redmi” markalı və 01”Samsung” markalı mobil telefonu, əynində olan şalvarının sol yan cibindən 03 ədəd plastik bank kartını və şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Qonaq otağından isə özünə məxsus 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Baxış davam etdirilərkən üzərindən və yaşadığı tnvandan hər hansı digər qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı, 01 ədəd “Redmi” markalı mobil telefon, 03 ədəd plastik bank kartı, şəxsiyyət vəsiqəsi, yaşadığı ünvandan aşkar edilmiş 01 ədəd “Samung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Aşkar edilmiş siqaret qutusu özünə geri c aytarılmışdır. Şifahi sorğu zamanı yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə marixuananı “Seyid” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin İran Respublikasının xətəndaşı ilə “Whatsapp” ilə əlaqə yaratdığını, İran İslam Respublikası vətəndaşının göndərdiyi narkotik vasitənin ünvanı və yerinin olması barədə əldə etdiyi məlumatı “Seyid” adlı şəxsdən öyrənərək narkotik vasitələri Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində dünən yerdən götürdüyünü, əldə etdiyi narkotik vasitələri digər ünvanlara qoyacağını və bunun əvəzində 200- 300 manat pul alacağını, əvvəllər də 6 dəfə eyni qaydada narkotik vasitəni “Seyid” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Həmçinin şifahi sorğu zamanı yaşadığı ünvanda narkotik vasitə saxlamasından Şahid2 məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Şahid2 yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələrin olmasından məlumatlı olmadığını bildirmişdir. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq Baş İdarəyə gələrək bu t arədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadələrində göstərdi ki, 22 mart 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9 fərdi yaşayış evində kirayəşin yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradıldı. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün günorta saatlarında Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12 adlanan əraziyə getdik. Bir qədər müşahidə apardıqdan sonra qapının qarşısında dayanan zahirən Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini ona təqdim etdilər və həmin şəxsə özünü təqdim etməsini bildirdilər, o, Təqsirləndirilən şəxs olmasını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını bildirib, barəsində qəbul edilmiş qərarla tanış etdilər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını və yaşadığı ünvanda narkotik vasitə marixuana saxladığını bildirdi. Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə, etirazının olmadığını bildirdi. Baxış zamanı məlum oldu ki, Təqsirləndirilən şəxs yaşadığı ev iki otaq və bir mətbəx otağından ibarətdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mətbəxdə şkafın içində olan iki ədəd elektron tərəzini və bir ədəd sellofan torbada bükülü olan kütləni təqdim etdi. 01 ədəd sellofan torbaya bükülmüş torbaya baxış keçirilərkən sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edildi. Təqsirləndirilən şəxsə har hansı zor tətbiq olunmayıb. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinin əməkdaşı olduğunu bildirib ifadələrində ibtidai istintaq zamanı göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. 22 mart 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Naxçıvan MR, Şərur rayonu, Xələc kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9 fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında tərəfindən raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün günorta saatlarında Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12 adlanan əraziyə getmişlər. Bir qədər müşahidə apardıqdan sonra qapının qarşısında dayanan zahirən Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb * özlərini ona təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Müabrizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə özünü təqdim etməsini bildirmiş və o, Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını və yaşadığı ünvanda narkotik vasitə “nəşə” saxladığını bildirmişdir. Eyni zamanda onun bu ünvanda hansı şəxslə yaşamasını soruşmuşlar. Təqsirləndirilən şəxs ünvanda Şahid2 ilə birlikdə kirayə yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinin zəruriliyini bildirib baxışın videoçəkliş vasitəsi ilə həyata keçiriləcəyi, eləcə də baxışda iştirak edən şəxslər barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə, eləcə də baxışda iştirak edən iştirakçılara etirazının olmadığını bildirib ünvana baxış keçirilməsi barədə ərizə yazaraq təqdim etmişdir. Eundan sonra baxış iştirakçıları ilə birlikdə ünvana daxil olmuşlar. Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı ev iki otaq və bir mətbəx otağından ibarətdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib iştirakçıları mətbəxə dəvət etmişdir. Mətbəxdə şkafın içində olan 02 ədəd elektron tərəzini və 01 ədəd sellofan torbada bükülü olan kütləni təqdim etmişdir. 01 ədəd sellofan torbaya bükülmüş torbaya baxış keçirilərkən sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 02 ədəd elektron tərəzi 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. E'aha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən “Kent” markalı siqaret qutusu, əynində olan şalvarın cibindən 01 ədəd “Redmi” markalı və 01’’Samsung” markalı mobil telefon, əynində olan şalvarın sol yan cibindən 03 ədəd plastik ink kartı və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim mişdir. Qonaq otağından isə Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan hər ınsı digər qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı, 01 ədəd “Redmi” markalı mobil telefon, üstündən aşkar edilmiş 03 ədəd plastik bank kartı, şəxsiyyət vəsiqəsi, yaşadığı ünvandan aşkar edilmiş 01 ədəd Samsung” markalı mobil telefon götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə marixuananı “Seyid” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin İran Respublikasının vətəndaşı ilə “whatsapp” ilə əlaqə yaratdığını, İran İslam Respublikası vətəndaşının göndərdiyi narkotik vasitənin ünvanı və yerinin ması barədə əldə etdiyi məlumatı “Seyid” adlı şəxsdən öyrənərək narkotik vasitələri Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində dünən yerdən götürdüyünü, əldə etdiyi narkotik vasitələri digər ünvanlara qoyacağını və bunun əvəzində 200-300 manat pul alacağını, əvvəllər də 6 dəfə eyni qaydada narkotik vasitəni “Seyid” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini b İdirmişdir. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxlamasından Şahid2 məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Şahid2 Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələrin olmasından məlumatlı olmadığını söyləmişdir. Bundan sonra Baş İdarəyə gələrək Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi ilə əlaqədar tərəflərindən imzalanmışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, Sumqayıt şəhəri, N.ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12, nömrəsiz fərdi evdə faktiki yaşayır. Həmin ünvanda Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibətdə yaşamışdır. 22 mart 2024-cü il tarixdə günorta saatlarında Rəşad həyətə çıxmışdır. Bir neçə dəqiqə sonra qapı döyülmüş və Rəşadın yanında bir neçə mülki geyimdə olan şəxslər özlərini polis əməkdaşı olduqlarını bildirmiş və Rəşadın qanunsuz narkotik vasitə saxlaması barədə məlumat vermişlər. Videoçəkliş vasitəsi ilə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, evdə narkotik vasitə nəşə var və həmin nəşəni təqdim edə bilər. Bundan sonra Rəşad polis əməkdaşlarını evə dəvət edib mətbəxdə şkafda olan 01 ədəd sellefon torbanı və iki ədəd elektron tərəzini təqdim etmişdir. 01 ədəd bükülmüş sellofan torbaya baxış keçirilərkən sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən “Kent” markalı siqaret qutusunu, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Redmi” markalı və 01 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan şalvarının sol yan cibindən C3 ədəd plastik bank kartı və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə c oymaqla təqdim etmişdir. Qonaq otağından isə Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan hər hansı digər qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı, 01 ədəd “Redmi” markalı mobil telefon, üstündən aşkar edilmiş 03 ədəd plastik bank kartı, şəxsiyyət vəsiqəsi, yaşadığı ünvandan sşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Aşkar edilmiş siqaret qutusu onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə marixuananı “Seyid” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin İran Respublikasının vətəndaşı ilə ‘ Whatsapp” ilə əlaqə yaratdığını, İran İslam Respublikası vətəndaşının göndərdiyi narkotik vasitənin ünvanı və yerinin olması barədə əldə etdiyi məlumatı “Seyid” adlı şəxsdən öyrənərək narkotik vasitələri Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində yerdən götürdüyünü, əldə etdiyi narkotik vasitələri digər ünvanlara qoyacağını və bunun əvəzində 200-300 manat pul alacağını, jwəllər də 6 dəfə eyni qaydada narkotik vasitəni “Seyid” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxlamasından mənim məlumatımın olmadığını bildirmişdir. Şifahi sorğu 2;amanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələrin olmasından məlumatlı olmadığını və bu barədə aralarında hər hansı bir danışığın aparılmadığmı bildirmişdir. Məhkəmədə elan olunub araşdırılıb cinayət işinin materiallarına əlavə olunmuş: 22 mart 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 22 mart 2024-cü il tarixdə saat 14:09-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9 saxlanılmış, yaşadığı ünvana həmin tarixdə saat 14:18-dən etibarən keçirilən baxış zamanı mətbəxdəki dolabın içərisindən 01 ədəd sellefon torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və 01 ədəd “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Həmin “DVD” diskdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 01 ədəd DVD disk 13 iyun 2024-cü il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 23 mart 2024-cü il tarixli, 3-16-16/2-7/469 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli polietilen bağlamada rəngli sellofan torbada təmiz çəkisi 550 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş iki ədəd elektron tərəzilərin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Təqdim edilmiş tərəzilərin üzərində narkotik vasitələrin hissəcikləri olmadığına görə müqayisəli tədqiqat aparılmadı. 23 mart 2024-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 550 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, qalıq çəkisi 549,95 qram narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində özünü ona elan olunmuş cinayət əməllərini törətməkdə təqsirli bilmiş, lakin narkotik vasitənin qramı hissəsində ittihamı mübahisələndirərək, 450 qram narkotik vasitə qurudulmuş marixuananı iranlıya olan 300 manat borcunun silinməsi müqavilində bir yerdən götürüb başqa yerə qoymaq məqsədi ilə əldə etdiyini, marixuanalar islandığı üçün çəkisinin artdığını və bu barədə polis əməkdaşlarına könüllü məlumat verdiyini göstərdi. Təqsirləndirilən şəxs bu ifadələri özünün ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələri, şahid ifadələri, “baxış və götürmə aparılması haqqında” protokol, məhkəmə-bioloji ekspertizasının rəyi, maddi sübutlar və işin digər faktiki halları ilə təkzib olundu. Belə ki, məhkəmənin gəldiyi qənaətə əsasən, onun bu ifadələri həqiqətlə və işin faktiki halları ilə uzlaşmayan, öz müdafiəsinə yönəlmiş, təqsirləndirilən şəxs kimi sərbəst ifadə vermək hüququndan yanlış istifadə etmə və ehtimal etdiyi cəzanın ağırlığından yayınma cəhdi kimi qiymətləndirilməlidir. Çünki təqsirləndirilən şəxs qurudulmuş marixuananın çəkisinin 550 (beş yüz əlli) qram olmasının külli miqdar olduğnu bildiyindən, özündə aşkar edilmiş narkotik vasitənin ondan az, bəzi ifadələrində 450 qram olmasını bəyan etməklə əməlinin tövsifini dəyişdirməyə cəhd etmişdir. Lakin o, narkotik vasitə qurudulmuş marixuananın onun yaşadığı mənzildə bağlı dolabdan götürüb təqdim etdiyini, həmin tarixdə keçirilmiş məhkəmə kimyəvi ekspertizası zamanı ekspertiza predmeti olmuş marixunanın quru olmasını təsdiq edən ekspertizanın rəyini nəzərə almamışdır. Bu səbəbdən də onun özünün müdafiəsinə yönələn ifadələrin faktiki əsası olmamışdır. Məhkəmə bu hallarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmənin gəldiyi bu qənaət “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarı baxımından da əsaslıdır. Belə ki, həmin qərara əsəasən “Narkotik vasitələrin, psixotrop 3 maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində törədildiyi izah edilmişdir. Məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Təqsirləndirilən şəxs da ifadələrində başqa şəxsə olan 300 manat borcunun müqavilində narkotik vasitə olan bağlamanı bir yerdən götürüb başqa yerə qoyacağını və bununla da borc öhdəliyindən azad olunacağını göstərdi. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədiylə əldə etmə, saxlama, daşımada təqsirli bilinməlidir. Məhkəmə göstərilənlərlə bərabər qeyd edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs elan edilmiş ittihama onun evinə baxış keçirilərkən iki ədəd üzərində narkotik izləri olmayan elektron tərəzini də daxil etmişdir. Elektron tərəzi sərbəst dövriyyəsi qadağan olunmayan elm, məişət, zərgərlik və sairə sahələrdə istifadə olunan ölçü alətidir və belə alətin əldə olunması, daşınması, istifadə olunması cinayət qanunu ilə təqib olunmur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan iki ədəd üzərində narkotik izləri olmayan elektron tərəzilərin xaric olunmasını əsaslı sayır və ittihamdan xaric edir. Məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs sübuta yetirilən ictimai təhlükəli əməllərini qəsdən törətməsi qənaətinə gəlib onun təqsirli bilib və onun əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirildiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun təqsirli bilinib bu əməllərə görə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 72 ( yetmiş iki ) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbələğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs “Kiçikbəyov və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi tərəfiəndən 60 (altmış) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də 360 (üç yüz altmış) manat Müdafiəçi ödənilməli, təqsirləndirilən şəxs isə həmin ödəmədən azad olunmalıdır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 549,95 qram narkotik vasitə qurudulmuş marixuananın sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi və 02 ədəd elektron tərəzinin isə istehlak dəyəri olmayan əşyalar kimi məhv olunmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə 22 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 23 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib, həmin tarixdə də barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədar həbsdə saxlanılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı dövründə təqsirli bilindiyi əməlin törədilməsi halları barəsində etirafedici ifadələr verməsi və əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini, cinayət əmllərinin ictiami təhlükəli dərəxəsinei və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4126 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Əliyev X5 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 22 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Əliyev X5 ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 72 (yetmiş iki) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə 360 (üç yüz altmış) manat pul vəsaiti “Kiçikbəyov və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 549,95 qram narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-393/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-393/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver