Məhkəmə qərarları › İş №1(101)-394/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-394/2021

04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-394/2021 04.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X26, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1, Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X10, müdafiəçilər -Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi4, “Femida” vəkil bürosunun vəkili Müdafiəçi5, “Kəngərli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi7, Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi8 iştirakları ilə, 04 avqust 1969-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 1(004)-5/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20 yanvar 2021-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 193-1.3.2, 29, 202.1, 202.1, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 272.2.1, 29, 272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə, 22 avqust 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Yasamal Rayon Məhkəməsinin 21 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 aprel 2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 193-1.3.2, 29, 202.1, 202.1, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 272.2.1, 29, 272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Səbail Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 1(009)-113/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 dekabr 2020-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 193-1.3.2, 29, 202.1, 202.1, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 272.2.1, 29, 272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə, xx xxx 1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, əvvəllər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X37 Departamentinin vergi risklərinin təhlili idarəsinin direktoru vəzifəsində işləmiş, hazırda "xxxx" ASC-nin baş direktoru vəzifəsində işləyən, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 78 №-li bina, mənzil 18-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Salamzadə küçəsi, bina 66A, mənzil 25-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 193-1.3.2, 29, 202.1, 202.1, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 272.2.1, 29, 272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 mütəşəkkil dəstə tərkibində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxslərlə hüquq verən rəsmi sənədi tamah niyyətilə istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayıb mütəşəkkil dəstə tərkibində bilə-bilə saxta sənəddən tamah niyyətilə istifadə etmişlər, mütəşəkkil dəstə tərkibində elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edərək xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurlamışlar, mütəşəkkil dəstə tərkibində kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompüter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən tamah məqsədilə daxil olaraq kompüter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatlarını buna hüququ olmadan tamah niyyətilə ələ keçirmişlər, kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək məqsədi ilə həmin məlumatları sənədlərin saxtalaşdırılması və sair qanunsuz üsulla tamah niyyətilə mütəşəkkil dəstə tərkibində toplamışlar, mütəşəkkil dəstə halında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayıb, maliyyə əməliyyatları həyata keçirməklə vahid niyyətlə külli miqdarda pul vəsaitini leqallaşdırmışlar, mütəşəkkil dəstə tərkibində elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edərək özgə əmlakını gizli olaraq təkrarən talayıb oğurlamağa, mütəşəkkil dəstə tərkibində kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompüter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən tamah məqsədilə təkrarən daxil olmağa, kompüter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatları buna hüququ olmadan mütəşəkkil dəstə tərkibində tamah niyyətilə təkrarən ələ keçirməyə və kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək məqsədi ilə həmin məlumatları sənədlərin saxtalaşdırılması və sair qanunsuz üsulla tamah niyyətilə mütəşəkkil dəstə tərkibində təkrarən toplamağa cəhd etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 özgə əmlakını elektron məlumat daşıyıcıları və informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq oğurlamaq, hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamaq və bilə-bilə saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmək, kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompüter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən daxil olmaq, kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək üçün həmin məlumatları sənədlərin saxtalaşdırılması və sair qanunsuz üsulla toplamaq məqsədilə tanışları Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digərləri ilə həmin çoxsaylı cinayətləri törətmək üçün sabit cinayətkar qrup yaradaraq mütəşəkkil dəstə tərkibində qabaqcadan birləşməklə əlbir olub, ümumi cinayətkar məqsədlərinə uyğun aralarında ciddi vəzifə bölgüsü apararaq, o cümlədən, Təqsirləndirilən şəxs2 ƏDV depozit hesablarında pulları olan səhmdar cəmiyyətlərin axtarılıb tapılması, Təqsirləndirilən şəxs3 ƏDV depozit hesablarında pulları olan səhmdar cəmiyyətlərin rəhbərlərinin elektron imzalarının əldə olunması, dəstənin digər üzvü səhmdar cəmiyyətlərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini və fəaliyyət sahəsinə və cəmiyyətlərin rəhbərlərinə dair məlumatların toplanması, Təqsirləndirilən şəxs1 isə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırılmaqla qanunsuz hazırlanması, kompüter sisteminə daxil olmaq hüququ olmadan ora daxil olaraq həmin sistemdə saxlanılan kompüter məlumatlarının ələ keçirilməsi, səhmdar cəmiyyətlərin rəhbərlərinin elektron imzalarından istifadə edərək cəmiyyətlərin ƏDV depozit hesablarında olan pulların faktiki olaraq idarə etdikləri cəmiyyətlərin ƏDV depozit hesablarına köçürülməsi, həmçinin, istintaqla şəxsiyyətləri müəyyən edilməyən cinayətkar dəstənin digər üzvləri oxşar funksiyaları yerinə yetirməklə həmin cinayətkar məqsədlərinin həyata keçirilməsi üçün 2019-cu ilin mart ayından həmin ilin iyul ayınadək olan müddətdə elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabından informasiya texnologiyalarından istifadə etməklə pul vəsaitini gizli yolla talamaq məqsədilə Zərərçəkmiş şəxs1 QSC vergi ödəyicisinin eyniləşdirmə nömrəsini və fəaliyyət sahəsinə dair məlumatları, Cəmiyyətin direktoru Nümayəndə1 elektron imzasının alınması üçün 2019-cu ilin aprel ayının 12-dən 15-dək olan tarixlərdə Nümayəndə1 cəmiyyətlərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini və fəaliyyət sahəsinə və cəmiyyətlərin rəhbərlərinə dair məlumatlarını dəstənin üzvləri Təqsirləndirilən şəxs2 vasitəsi ilə dəstənin digər üzvündən 2019-cu ilin mart ayında Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdə əldə etməklə, Təqsirləndirilən şəxs1 kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək üçün həmin məlumatları tamah niyyətilə toplamaq məqsədi ilə, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Şəhəri X37 Departamentinin vergi risklərinin təhlili idarəsinin direktoru vəzifəsində işləmiş, 14 fevral 2019-cu ildən isə qeyd olunan vəzifədən azad edilərək 14 avqust 2019-cu il tarixədək Vergilər Nazirliyinin sərəncamında olmuş mütəşəkkil dəstənin tərkibinə daxil olmayan və cinayətkar dəstənin niyyətlərindən xəbəri olmayan tanışı Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Vergilər Nazirliyində işləyən istintaqla müəyyən edilməyən tanışları vasitəsilə səhmdar cəmiyyətinin ƏDV depozit hesabında hansı məbləğdə pulların olmasına dair məlumatları əldə etməklə 12 aprel 2019-cu il tarixdə “Akwin, Ceferov” adlı +99***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” proqram təminatı vasitəsilə özünün “beylerovnamiq1969” adlı +99***-***-**-** saylı mobil telefonuna göndərməsi ilə əldə etdikdən sonra cinayətkar niyyətlərini həyata keçirməkdən ötrü Nümayəndə1 imzasının, eləcə də Sumqayıt şəhəri 6 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu Şahid1 imzası və adına hazırlanmış Azərbaycan Respublikasının dairəvi möhürünün əksini həmin müddət ərzində istintaqa məlum olmayan yer və şəraitdə digər sənəddən əldə edib müvafiq (skayner və digər) qurğu vasitəsilə özünə məxsus olan “Acer” markalı “N16Q2” modelli “NXGBER01782112E807600” seriya nömrəli “notebook” tipli kompüterin yaddaşına köçürməklə cinayət əməlini davam etdirərək Nümayəndə1 adından sonuncunun dəstənin digər üzvü, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, ev 104 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs3 guya müəyyən səlahiyyətlər, yəni, Zərərçəkmiş şəxs1 QSC-nin sənədlərini vergi orqanlarına təqdim etmək, dövlət və qeyri-dövlət təşkilatlarında onu təmsil etmək, “ASAN xidmət” mərkəzlərində “Asan imza”, Milli Sertifikat Xidmətləri Mərkəzi və poçt xidməti mərkəzlərində “Elektron imza” almaq və sair hüquqlarını verməsi görüntüsü yaradan 7 may 2019-cu il tarixli etibarnaməni tərtib edib kağız daşıyıcı üzərinə çap etdikdən sonra etibarnamənin “imza” qrafasındakı “Nümayəndə1” soyad və adının qarşısında, eləcə də, “Notariusun imzası”, “notarius” qrafalarına özünə məxsus kompüterin yaddaşına köçürdüyü müvafiq imzaların təsvirini surətçıxaran qurğu (printer) vasitəsilə çap edərək tamah niyyətilə istifadə etmək məqsədilə hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs1 QSC-nin direktoru Nümayəndə1 adına “Elektron imza”nın alınması üçün 24 may 2019-cu il tarixdə Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X18 elektron qaydada Nümayəndə1 adından şəxsən müraciət edib, həmin müraciətlə əlaqədar 31 may 2019-cu il tarixdə X13 “Elektron imza”nı qəbul etməkdən ötrü Təqsirləndirilən şəxs3 həqiqi etibarnamə olması görüntüsü yaradan 7 may 2019-cu il tarixli hüquq verən saxta rəsmi sənədi Təqsirləndirilən şəxs2 vasitəsilə 31 may 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Səməd Vurğun» bağının qarşısında verilməsinə və qeyd olunan etibarnamə əsasında Nümayəndə1 adına olmaqla elektron məlumat daşıyıcısı hesab olunan “Asan imza”nın Təqsirləndirilən şəxs3 vasitəsilə saxta sənəddən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X14 ünvan 4 ünvanında yerləşən inzibati binasında təqdim edilib mütəşəkkil dəstə tərkibində tamah niyyətilə istifadə olunmaqla 31 may 2019-cu il tarixdə alınmasına nail olduqdan sonra, Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdə və vaxtda kompüter sisteminə daxil olmaq hüququ olmadan orada saxlanılan kompüter məlumatlarını və özgənin hesabında olan pul vəsaitini ələ keçirmək məqsədilə informasiya texnologiyası hesab olunan həmin elektron imza vasitəsilə kompüter sistemi hesab olunan ƏDV depozit hesabına tamah məqsədilə qanunsuz daxil olaraq kompüter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan və kommersiya sirri hesab olunan Zərərçəkmiş şəxs1 QSC-nin əlavə dəyər vergisi sub-uçot məlumatlarını buna hüququ olmadan tamah niyyətilə mütəşəkkil dəstə tərkibində qanunsuz istifadə etmək məqsədilə gizli yolla ələ keçirərək həmin sub-uçot hesabdan cinayətdən xəbərsiz olan X6 təsisçi olduğu və faktiki olaraq dəstə üzvü Təqsirləndirilən şəxs2 tərəfindən idarəçiliyi həyata keçirilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) sub-uçot hesabına guya 277.500 (iki yüz yetmiş yeddi min beş yüz) manat dəyərində məhsulun alqı-satqısının aparılması və həmin əməliyyat üzrə 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləğdə ƏDV-nin qeyd edilən Cəmiyyətin hesabına köçürülməsini 5 iyun 2019-cu ildə təmin edərək, həmin pul vəsaiti üzərində sərəncam vermək hüququ və imkanı yaratmaqla mütəşəkkil dəstə halında Zərərçəkmiş şəxs1 QSC-nin əlavə dəyər vergisi sub-uçot hesabından 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləğdə özgə əmlakı olan ƏDV-ni informasiya texnologiyalarından istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla gizli yolla talamaqla mütəşəkkil dəstə tərkibində oğurlayıb, bundan sonra qeyd edilən şəxslərlə mütəşəkkil dəstə tərkibində Salyan rayonunun Çadırlı kəndi ərazisindəki yanacaq doldurma məntəqəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, həmin mütəşəkkil dəstənin tərkibinə daxil olmayan fiziki şəxs - ********** saylı VÖEN-lə fəaliyyət göstərən Şahid3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qeyd edilən məbləğdə pul vəsaitinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini, yəni oğurluq yolu ilə əldə olunmasını gizlətmək məqsədilə 49.950 manat məbləğdə pul vəsaitindən istifadə edərək cinayətkar niyyətini pərdələməklə ayrı-ayrı maliyyə əməliyyatları həyata keçirmək və əqd bağlamaq yolu ilə, o cümlədən göstərilən məbləği faktiki olaraq Təqsirləndirilən şəxs2 tərəfindən idarə olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sub-uçot hesabından guya 26 aprel 2019-cu il tarixli 11/20193 nömrəli müqavilə və 27 may 2019-cu il tarixli EAAU seriyalı 955803 №-li elektron qaimə əsasında 98.333,33 manat (doxsan səkkiz min üç yüz otuz üç manat otuz üç qəpik) dəyərdə 136.831,7690 litr benzin yanacağı məhsulunun alqı-satqısının aparılması üçün, həmin əməliyyat üzrə avans qaydasında 49.950 manat məbləğin Şahid3 ƏDV depozit sub- uçot hesabına köçürülməsinin zəruriliyi görüntüsü yaradaraq, 5 iyun 2019-cu il tarixdə 102442 №li əməliyyatla vahid qəsdlə əvvəlcə avans təyinatlı 10 manat, həmin gün 102335 №-li əməliyyatla isə əlavə olaraq 49.940 manat pul vəsaitini Şahid3 ƏDV depozit sub-uçot hesabına köçürməklə, ümumilikdə külli miqdar təşkil edən cəmi 49.950 manat pul vəsaitini hesabdan hesaba köçürməklə, qeyd olunan pul vəsaitinin müqabilində qabaqcadan əlbir olduqları Şahid3 Şahid5 vasitəsi ilə 2019-cu ilin iyun ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində Bakı Metropoliteninin «Nəriman Nərimanov» stansiyasının yaxınlığında əldə etdiyi 10.000 manat pulu mütəşəkkil dəstənin digər üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edərək cinayət yolu ilə əldə edildiyini bilə-bilə külli miqdarda pul vəsaitini maliyyə əməliyyatları həyata keçirmək və əqdlər bağlamaq yolu ilə əldə edilməsinin həqiqi mənbəyini gizlətməklə vahid niyyətlə leqallaşdırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, eyni niyyətlə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə mütəşəkkil dəstə tərkibində aralarındakı eyni xarakterli vəzifə bölgüsünə uyğun olaraq, ********** saylı VÖEN-lə fəaliyyət göstərən Zərərçəkmiş şəxs2 ƏDV depozit hesabında olan pul vəsaitini eyni forma və üsullarla gizli yolla talamaq məqsədilə 2019-cu ilin mart ayında həmin Cəmiyyətin direktoru Nümayəndə2 anket məlumatları, Cəmiyyətin hüquqi ünvanına, elektron ünvanına, əlaqə telefon nömrəsinə dair məlumatları dəstənin digər üzvləri Təqsirləndirilən şəxs2 vasitəsi ilə dəstənin digə üzvündən Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdə və vaxtda əldə etdikdən sonra istintaqla müəyyən edilməyən saxta sənədlərdən istifadə edilməklə həmin Cəmiyyətin direktoru Nümayəndə2 elektron imzasının alınması üçün MMC-yə dair ƏDV depozit hesabında olan vəsait barədə kommersiya sirri təşkil edən məlumatları mütəşəkkil dəstənin tərkibinə daxil olmayan və cinayətkar dəstənin niyyətlərindən xəbəri olmayan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Vergilər Nazirliyində işləyən istintaqla müəyyən edilməyən tanışları vasitəsilə əldə etməklə, 2019cu ilin aprel ayında “Akwin, Ceferov” adlı +99***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” proqram təminatında qeydiyyatdan keçmiş Təqsirləndirilən şəxs4 özünün “beylerovnamiq1969” adlı +99***-***-**-** saylı mobil telefonuna göndərməsilə əldə edərək 2019-cu ilin iyun ayında Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X18 elektron qaydada sonuncunun adından müraciət edib, müraciətdə “Şirkətin əlaqədar şəxsi” qrafasında dəstənin digər üzvü Təqsirləndirilən şəxs3 qeyd edərək, həmin müraciətlə bağlı ********* kodlu elektron bildiriş verilməsi ilə əlaqədar 19 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2la qeyd olunan Mərkəzə gedib, “Elektron imza”nın qəbul edilməsi Təqsirləndirilən şəxs3 həvalə edildiyindən, sonuncu “Elektron imza”nın hazır olub-olmadığı ilə maraqlanan zaman Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X14 əməkdaşları tərəfindən ifşa olunduqlarına görə, özünün və dəstə iştirakçılarının iradələrindən asılı olmayan səbəbdən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini başa çatdıra bilməyərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edərək Zərərçəkmiş şəxs2 MMC-nin ƏDV depozit hesabında olan 4.309,31 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talayıb oğurlamağa, kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompüter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən tamah məqsədilə təkrarən mütəşəkkil dəstə tərkibində həmin sistemə daxil olmağa, kompüter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatları buna hüququ olmadan tamah niyyətilə mütəşəkkil dəstə tərkibində təkrarən ələ keçirməyə və kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək məqsədi ilə həmin məlumatları sənədlərin saxtalaşdırılması və sair qanunsuz üsulla tamah niyyətilə mütəşəkkil dəstə tərkibində təkrarən toplamağa cəhd etmişlər. Təqsirləndirilən şəxs4 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edərək kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompüter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən daxil olaraq, kompüter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatlarını buna hüququ olmadan ələ keçirmiş, kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompüter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən təkrarən daxil olmağa, kompüter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatları təkrarən toplamağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Şəhəri X37 Departamentinin vergi risklərinin təhlili idarəsinin direktoru vəzifəsində işləyərək, 14 fevral 2019-cu ildən isə qeyd olunan vəzifədən azad edilərək 14 avqust 2019-cu il tarixədək Vergilər Nazirliyinin sərəncamında olaraq tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompüter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən daxil olmaq, kommersiya sirlərini təşkil edən məlumatlardan tanışı Təqsirləndirilən şəxs1 və digərləri tərəfindən qanunsuz istifadə edilməsindən məlumatı olmadan 2019-cu ilin mart ayından həmin ilin iyul ayınadək olan müddətdə elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs1 QSC vergi ödəyicisinin eyniləşdirmə nömrəsini və fəaliyyət sahəsinə dair məlumatları, 2019-cu ilin aprel ayının 12-dən 15-dək olan tarixlərdə Nümayəndə1 cəmiyyətlərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini və fəaliyyət sahəsinə və cəmiyyətlərin rəhbərlərinə dair məlumatlarını Azərbaycan Respublikası Vergilər Nazirliyində işləyən istintaqla müəyyən edilməyən tanışları vasitəsilə əldə etməklə 12 aprel 2019-cu il tarixdə “Akwin, Ceferov” adlı +99***- ***-**-** saylı mobil nömrə ilə “Whatsapp” proqram təminatı vasitəsilə X15 “beylerovnamiq1969” adlı +99***-***-**-** saylı mobil telefonuna göndərmişdir. Həmin sənədlərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digərləri ondan öz cinayətkar niyyətlərini gizlədərək və onun bu barədə məlumatı olmadan istifadə edərək Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X14 ünvan 4 ünvanında yerləşən inzibati binasında təqdim edib 31 may 2019cu il tarixdə kompüter sisteminə daxil olmaq hüququ olmadan orada saxlanılan kompüter məlumatlarını ələ keçirmək məqsədilə informasiya texnologiyası hesab olunan həmin elektron imza vasitəsilə kompüter sistemi hesab olunan ƏDV depozit hesabına qanunsuz daxil olaraq kompüter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan və kommersiya sirri hesab olunan Zərərçəkmiş şəxs1 QSC-nin əlavə dəyər vergisi sub-uçot məlumatlarını buna hüququ olmadan gizli yolla ələ keçirməklə qanunsuz istifadə etmişlər. Bundan başqa, Cəfərov X16 Namiq Camal oğlu ilə qabaqcadan əlbir olaraq ********** saylı VÖEN-lə fəaliyyət göstərən Zərərçəkmiş şəxs2 ƏDV depozit hesabında olan vəsait barədə kommersiya sirlərini təşkil edən məlumatlardan tanışı Təqsirləndirilən şəxs1 və digərləri tərəfindən qanunsuz istifadə edilməsindən məlumatı olmadan Azərbaycan Respublikası Vergilər Nazirliyində işləyən naməlum tanışları vasitəsilə əldə etməklə, 2019cu ilin aprel ayında “Akwin, Ceferov” adlı +99***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” proqram təminatında qeydiyyatdan keçmiş X15 “beylerovnamiq1969” adlı +99***-***-**-** saylı mobil telefonuna göndərmişdir. Lakin 2019-cu ilin iyun ayında Təqsirləndirilən şəxs1 və digərlərinin iradələrindən asılı olmayan səbəbdən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini başa çatdıra bilməyərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edərək Zərərçəkmiş şəxs2 MMC-nin kompüter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatlardan Təqsirləndirilən şəxs1 və digərlərinin qanunsuz istifadə etmələri üçün təkrarən ələ keçirməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki,komersiya fəaliyyəti ilə məşğul olur. Belə ki, müxtəlif şəxslərin adlarına Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradaraq sonra həmin hüquqi şəxslərin sənədlərini sataraq gəlir əldə etmişdir. Həmçinin fiziki şəxslərin adlarına bank hesabları yaradılmasını və digər firmaların ölkə xaricindən alınan məhsullarının həmin hesablara göndərilərək gömrük rəsmiləşdirilməsində köməklik göstərmişdir. Təqsirləndirilən şəxs2 ilə tanışlığı 7-8 il əvvələ təsadüf etmiş, Nuran da onun həmin fəaliyyətlə məşğul olduğunu bilmişdir. Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə1 ilə heç bir tanışlığı olmamışdır. Nuran ona bir ədəd elektron imza verərək, həmin imza vasitəsilə Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabında 50.000 manat pulun olduğunu öz dostu Arazın vasitəsi ilə öyrənməsini bildirmişdir. Belə ki, 2019-cu ilin may ayında tanışı Təqsirləndirilən şəxs2 ona zəng edərək bir nəfər şəxsin elektron imzasının alınması üçün ondan kömək istəmişdir. Telefon danışığı zamanı elektron imzanın əldə olunması üçün həmin şəxsin müəyyənedici məlumatlarının ehtiyac olduğunu qeyd etmişdir. Bundan sonra Nuran onun istifadə etdiyi mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” mobil tətbiqetməsi vasitəsilə Nümayəndə1 adı, soyadı və digər şəxsi məlumatlarını ona göndərmişdir. O, Nümayəndə1 adına elektron imzanın alınması üçün həmin məlumatları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X18 «Online» şəkildə göndərmiş və bu barədə Nuranı məlumatlandırmışdır. Bu işin qarşılığında isə Nurandan heç bir məvacib almamışdır. Bir neçə gün sonra, təxminən may ayının sonlarında o, Nuranla Bakı şəhəri, Xətai rayonunda yerləşən 2 saylı «ASAN xidmət» Mərkəzində görüşərkən, Nuran ona bir ədəd elektron imza vermiş və həmin imza vasitəsilə Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabındakı 50.000 manat pulu sonuncunun ona verdiyi digər hesablara köçürməyini istəmişdir. Həmin hüquqi şəxsin hesabında pul olmasını isə Nuranın verdiyi VÖEN-lə dəqiqləşdirmişdir. Qeyd olunan VÖEN-i Nuran özünün Araz adlı dostu vasitəsi ilə əldə etmişdir. O da Nuranın verdiyi VÖEN-ni vergi əməkdaşı olan Təqsirləndirilən şəxs4 göndərərək, qeyd olunan VÖEN-nin məxsus olduğu hüquqi şəxs barəsində məlumatları əldə etmiş, eləcə də, Cəmiyyətin ƏDV depozit hesabında 50.000 manatdan artıq pul mövcud olmasını bir daha dəqiqləşdirmişdir. Təqsirləndirilən şəxs4 aldığı məlumatlardan da bəlli olmuşdur ki, Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabında 50.000 manat pul mövcuddur. Həmin dövrdə qeyd olunan məbləğin hamısını başqa hesaba köçürməyə imkanı olsa da, lakin, o, 49.950 manat məbləği iki əməliyyatla, yəni hüquqi şəxsin hesabının açıq olub-olmadığını yoxlamaq məqsədi ilə əvvəlcə 10 manat köçürmə etmiş, daha sonra isə 49.940 manat köçürməklə cəmi 49.950 manat məbləği Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabından digər hesablara köçürmüşdür. Nuran ondan Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabından 50.000 manat məbləğin köçürməsini istəsə də və həmin vaxt qeyd olunan hüquqi şəxsin ƏDV depozit hesabında 50.000 manatdan artıq pul vəsaiti mövcud olsa da, eyni zamanda həmin məbləğin hamısını başqa hesaba köçürməyə imkanı olsa da, lakin o, 49.950 manat məbləği köçürmüşdür. Nuranın istədiyi 50.000 manat məbləği tam hissədə ona görə köçürmə etməmişdir ki,eşitdiyinə görə Cinayət Məcəlləsində əlli min manat məbləğ külli miqdar ziyan hesab olunduğundan, gələcəkdə hər hansı bir problem yaranan halda, bununla bağlı hərəkətləri ağır əməl hesab edilməsin. Nuran ona gələcəkdə kiminsə adına MMC yaratmağı üçün bir nəfər gətirəcəyinə söz vermişdir. Bir daha bildirir ki, ona təqdim etdiyi Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə1 adına olan elektron imzanı və digər şirkətlərin rəhbərliklərinə məxsus “Asan” imzaları ondan götürmüşdür. O, həmin elektron imzaya müvafiq proqram təminatının yazılması üçün Nuranla birlikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X18 getmişdir. Qeyd olunan Mərkəzin mütəxəssisi tərəfindən elektron imzaya lazım olan proqram yazıldıqdan sonra, həmin elektron imzanı Nuran özündə saxlamışdır. Nuranla aralarında olan razılaşmaya uyğun olaraq, 2019-cu ilin iyun ayının əvvəlində Nuran həmin elektron imzanı 2 saylı «ASAN xidmət» Mərkəzində təkrar ona vermiş, həmin elektron imzanın ƏDV depozit hesabında olan məbləğin 49.950 manat hissəsinin özünə və Araz adlı şəxsə məxsus olduğunu, qeyd olunan məbləği isə ona verdiyi digər hesablara köçürmək lazım olduğunu bildirmişdir. Buna görə də, o, Nuranın verdiyi imzadan, yəni Nümayəndə1 elektron imzasından istifadə edərək, Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabına daxil olmuş 49.950 manat məbləği Nuranın verdiyi digər hesablara, o cümlədən 2 ədəd fərqli şirkətə göndərməyini istədiyi üçün, o həmin məbləği əvvəlcə birinci hesaba, daha sonra həmin məbləği ikinci hesaba göndərmişdir. Həmin hesablara girişi və köçürülmələri Nuranın verdiyi “Asan” imzalar vasitəsilə həyata keçirmişdir. Qeyd olunan hesablarla heç bir alqı-satqı əməliyyatı etməmiş, birbaşa olaraq yalnız hesablara köçürmə etmişdir. Nuran isə həmin məbləği müəyyən faiz qarşılığında nağdlaşdırmalıymış. Bu prosesdən təxminən 10 gün sonra, yəni 2019-cu ilin iyun ayının ortalarında Nuran verdiyi vədə uyğun olaraq, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 1 saylı «ASAN xidmət» Mərkəzində onunla görüşmüş və özü ilə Təqsirləndirilən şəxs3 həmin görüşə gətirmişdir. Bu vaxta qədər o, Bəhruzu görməmiş və tanımamışdır. Nuranla onun arasında olan razılaşmaya əsasən, o, Bəhruzun adına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasını və «Günay Bank» da Bəhruzun adına fiziki şəxs hesabının yaradılmasını təşkil etmişdir. Bundan sonra, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini Etibar adlı şəxsə 800 manat qarşılığında sataraq məvacibin 700 manat hissəsini özünə götürməklə yanaşı, 100 manat hissəsini də Nurana vermişdir. Bəhruzun adına yaratdığı fiziki şəxs hesabı ilə o, iyul və avqust ayları ərzində bir neçə dəfə gömrük əməliyyatları edərək qazandığı pulun təqribən 1.000 manat hissəsini Bəhruza vermişdir. Məhkəmə prosesində ona təqdim olunmuş “Whatsapp” proqramı ilə aparılan yazışmaları təsdiq edir. Özünə lazım olan məlumatları öyrənmək istəmişdir. Təqsirləndirilən şəxs4 uzun illərdir ki, tanıyır və onunla hərdən bir telefon vasitəsilə əlaqə saxlayırdı. Təqsirləndirilən şəxs4 səmimi və «üzü yolla» şəxs olduğundan ona müraciət etmişdir. Aqşin əvvəlcə onun müraciətlərini cavabsız qoymuş və onunla həmin mövzuda danışıqlardan yayınmışdır. Lakin onun təkidlə bir neçə telefon zənglərinə cavab olaraq Aqşin ona lazım olan məlumatları dəqiqləşdirmək üçün həmin vaxt onun “Whatsapp” ünvanına yazılar ünvanlamışdır. Təqsirləndirilən şəxs4 ona ünvanladığı yazıda qeyd olunan "xxxx" QSC-nin ƏDV sub-uçot hesabındakı qalığı barədə məlumat istəmişdir. Sonra Təqsirləndirilən şəxs4 “Whatsapp” proqramı ilə ona göndərdiyi yazıda Nümayəndə1 şəxsiyyət vəsiqəsinə dair məlumatları ona bildirmişdir. O isə bu məlumatları Təqsirləndirilən şəxs2 demişdir. Digər yazışmaların mətnini xatırlamır. Təqsirləndirilən şəxs4 bütün məlumatları ona təmənnasız, yaxşı münasibət naminə vermişdir. O, Aqşinə pul verməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 7 il əvvəl tanımış, sonuncu şirkət yaradaraq satması və pul köçürmə işləri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs3 ilə tanışlığı 2019-cu ilin may ayına təsadüf etmişdir. Təqsirləndirilən şəxs4 Əliövsət oğlunu ümumiyyətlə tanımır.2019cu ilin yanvar ayında X27 tanımışdır. Arazla tanışlıqdan sonra onunla söhbət zamanı Arazın kompüter proqramçısı olması və şirkətlərin müraciətləri ilə əlaqədar həmin şirkətlərin kompüterlərinə servis xidməti göstərməsi məlum olmuşdur. Araz kompüter servis xidməti göstərdiyi şirkətlərin, eləcə də, həmin şirkətlərlə alqı-satqı aparmış, yaxud müştərək işlər icra etmiş hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyətini və sair məlumatlarını bilmişdir. Arazla söhbət zamanı sonuncu ona bir neçə hüquqi şəxsin, o cümlədən Zərərçəkmiş şəxs1 QSC-nin hesablarında blok olunmuş ƏDV depozit olmasını bildirmişdir. Həmin ƏDV depozit pulların çıxarılmasının mümkünlüyünü Araz ona təklif edərkən, o, bu işlərlə məşğul olan tanışı ilə söhbət edib, bu barədə xəbər deyəcəyini sonuncuya söyləmişdir. Bu söhbətdən sonra o, Namiqlə görüşmüş və Arazın təkliflərini Təqsirləndirilən şəxs1 demişdir. Namiq də Arazın təklifi ilə razılaşaraq, bu işi bacaracağını bildirməklə, Arazdan həmin hüquqi şəxslərin, o cümlədən işdə adı keçən Zərərçəkmiş şəxs1 QSC-nin hüquqi ünvanları və bank rekvizitlərini, eləcə də, hüquqi şəxsin rəhbərinin adını, soyadını və atasının adını, həmçinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini öyrənməyi tapşırmışdır. Bundan sonra o, Arazla görüşüb Namiqin istədiyi məlumatları ona söyləmiş, Araz da həmin məlumatları ona vermişdir. O, isə Arazdan öyrəndiyi məlumatları Namiqə vermiş, sonuncu da öz növbəsində həmin məlumatları vergilərdə olan adını bildirmədiyi tanışı vasitəsi ilə dəqiqləşdirərək, şirkətlər barədə ətraflı məlumat əldə etmişdir. Hüquqi şəxslər barəsində məlumatları əldə etdikdən sonra məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 QSC -nin ƏDV depozit hesabında 53.000 (əlli üç min) manat pul vəsaiti mövcuddur. Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə1 ilə heç bir tanışlığı yoxdur. Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinə məxsus hüquqi ünvanı və bank rekvizitlərini 2019-cu ilin mart ayının sonlarında “Whatsapp” mobil tətbiqetməsi vasitəsilə Təqsirləndirilən şəxs1 göndərmişdir. Namiq həmin məlumatlar əsasında elektron imza alınması üçün X18 müraciət etmişdir. Nümayəndə1 adına olan elektron imzanı götürmək üçün MHM-ə etibarnamə təqdim edilməli olmuşdur. Bununla əlaqədar Namiq Anarın adından etibarnamə hazırlanması üçün bir nəfər şəxs lazım olduğunu ona bildirmişdir. O, da Təqsirləndirilən şəxs3 şəxsiyyət vəsiqəsinin şəklini Namiqə göndərmiş və etibarnaməni Bəhruzun adına hazırlamasını demişdir. Bir neçə gün sonra Bakı şəhəri, Nəsimi rayonu ərazisində Namiqlə görüşmüş və Bəhruzun adına Nümayəndə1 tərəfindən verilmiş etibarnaməni ondan götürmüşdür. Həmin etibarnaməni Bəhruza vermiş və onunla birgə MHM-ə gedərək elektron imzanı almışdır. O, elektron imzanı həmin gün yenidən Namiqlə görüşərək ona təhvil vermişdir. 05.06.2019-cu ildə Namiq Zərərçəkmiş şəxs1 QSC-nin ƏDV depozit hesabından 49.960 manat məbləğində pulu ona məlum olmayan hesablara köçürmüşdür. Köçürülmüş məbləğ Namiq tərəfindən ona məlum olmayan yollarla 10.000 manat qarşılığında nağdlaşdırılmışdır. Qazanılan pulun 4.800 manat hissəsini Namiq ona vermiş, qalan hissəsini isə özünə götürmüşdür. O, razılaşmaya əsasən verilən məbləğin 1000 manat hissəsini Araza, 300 manat hissəsini Bəhruza vermişdir. Məhkəmənin sonrakı iclaslarında Təqsirləndirilən şəxs2 proses iştirakçıalrının suallarını cavablandıraraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 QSC-nin hesablarında blok olunmuş ƏDV depozit olmasını, həmin ƏDV depozit pulların çıxarılmasının mümkünlüyünü də Araz təklif etmişdir. O da bu barədə Təqsirləndirilən şəxs1 demiş, Namiq də həmin təkliflə razılaşmışdır. Zərərçəkmiş şəxs1 QSC-yə dair bütün məlumatları Araz Teymurov ona vermişdir. O, Arazdan öyrəndiyi məlumatları Namiqə vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 Əliövsət oğlunu ümumiyyətlə tanımır. Təqsirləndirilən şəxs2 ilə tanışlığı təxminən 1 il əvvələ təsadüf etmiş, Nuranın şirkətlər yaratması və pul köçürmələri proseslərini həyata keçirməsi işi ilə məşğul olmasını bilsə də, lakin Nuran ona daha əvvəl bu kimi təkliflər etməmişdir. 2019-cu ilin may ayında Nuran onun adına bir şirkət açaraq həmin şirkətə xarici ölkələrdən pul köçürəcəyini və bunun müqabilində ona yaxşı qazanc əldə ediləcəyini bildirmişdir. Nuran ona bu işin heç bir qanunsuz tərəfi olmadığına inandırmış və o, öz adına şirkət yaradılmasına razılaşmışdır. 24 may 2019-cu ildə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Səməd Vurğun» bağının qarşısında Nuranla görüşərək şəxsiyyət vəsiqəsini onun istəyi üzrə Nurana vermişdir. Nurandan onun vəsiqəsini niyə götürməsini soruşduqda, sonuncu ona Nümayəndə1 adına elektron imzanın alınması üçün etibarnamə verilməli olduğunu, həmin etibarnamənin alınması üçün onun şəxsiyyət vəsiqəsinin lazım olduğunu demişdir. 31 may 2019-cu ildə Nuranla növbəti görüşü zamanı, sonuncu ona Nümayəndə1 tərəfindən verilmiş etibarnamənin əslini verərək, həmin etibarnamə ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X18 müraciət etməyini və öz adına hazırlanmış elektron imzanı götürməyini istəmişdir. O, Nuranın tələbi ilə, həmin gün Nuranla birlikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X18 gedərək etibarnaməni ora təqdim etmişdir. X5 Mərkəzinə təqdim etdikdən sonra, rəsmi nümayəndə ona zərf vermişdir. O, isə zərfin içərisinə baxmadan onu Nurana vermiş və bunun qarşılığında Nuran ona 300 manat pul vermişdir. Bundan sonra 19 iyun 2019-cu ildə Nuran onunla görüşərək yenidən X18 getməyini, orada onun adına yeni bir imzanın hazır olub- olmadığını soruşmağını istəmişdir. O, Nuranla birlikdə MHM-ə gedərək, sonuncunun dediyi ad üzrə Nümayəndə2 tərəfindən ona verilməli olan elektron imzanın hazır olub-olmamasını soruşmuşdur. Bu zaman onları Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlamışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2005-ci ilin dekabr ayından Vergilər Nazirliyinə işə qəbul olunaraq, 2 Saylı Ərazi Vergilər İdarəsinin vergi borcları şöbəsində dövlət vergi müfəttişi vəzifəsi hesabına stajçı təyin edilmişdir. Bundan sonra, yəni, 2005-ci ildən 2019-cu ilin fevral ayınadək vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. Həmin qurumda sonuncu iş yeri isə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Şəhəri X37 Departamentinin vergi risklərinin təhlili idarəsinin direktoru vəzifəsində olmuşdur. Vergi oqanlarında çalışdığı dövrdə vergi risklərinin təhlili idarəsinin direktoru kimi onun vəzifələri Bakı şəhərində qeydiyyatda olan vergi ödəyicilərinin uçotunun təşkilindən, təqdim edilmiş bəyannamələrin təhlilindən, həmin vergi ödəyicilərinin vergi borclarının alınması işinin təşkilindən, həmçinin də səyyar vergi yoxlamalarına nəzarət etməkdən və tabeliyində olan əməkdaşların fəaliyyətinə nəzarət etməkdən ibarət olmuşdur. 2019-cu ilin fevral ayının 14-də isə qeyd olunan vəzifədən azad edilərək, 14 avqust 2019-cu il tarixədək Vergilər Nazirliyinin sərəncamında olmuşdur. 14 avqust 2019-cu il tarixdən isə qeyd olunan qurumun sərəncamından çıxarılaraq, vergi orqanlarından xaric edilmişdir. Təqsirləndirilən şəxs1 2003-cü ildən Sumqayıt şəhər sakini kimi tanımışdır. Namiqi tanıyandan uzun müddət sonra isə sonuncunun vergi orqanlarında hüquqi müəssisələri qeydiyyatdan keçirərək, notariat orqanları vasitəsi ilə satışını etdiyini öyrənmişdir. Namiq ona mütəmadi olaraq telefon zəngəlri vurmuşdur. Namiqin zənglərinə cavab verməkdən yayındığı üçün sonuncu hər dəfə müxtəlif nömrələrdən, o cümlədən “ASAN imza” nömrələrindən zənglər etməyə davam etmişdir. Həmin dövrdə onun işlədiyi vəzifənin tələbləri isə müştəri bazası ilə birbaşa bağlı olduğuna görə o, hər yeni zəng olunan nömrəni tanımasa da, cavab vermək məcburiyyətində qalmışdır. Namiq də bu fürsətdən yararlanaq, hər dəfə yeni mobil nömrə və ya “ASAN imza” ilə ona zənglər etmişdir. Onun mobil telefonunda 55- ***-**-** nömrəsi olmuş, həmçinin həmin nömrə ilə “Whatsapp” proqramda qeydiyyatdan keçmişdir. Həmin müddət ərzində Təqsirləndirilən şəxs1 ilə “Whatsapp” yazışmaları vasitəsi ilə əlaqə saxlamışdır. Həmin yazışmaları Namiq özünün hal-hazırda xatırlamadığı nömrədən ona tez-tez zəng vurmuşdur. Namiq Bəylərov ona “Whatsapp” proqramı ilə Zərərçəkmiş şəxs1 QSC barədə məlumat edilməsini xahiş etmiş, o, Namiqdən bu məlumatların nə üçün ona lazım olduğunu soruşmuş, Namiq isə cavab olaraq göstərmişdir ki, biznes fəaliyyəti ilə istifadə edəcək. O, Namiqin sözlərini səmimi qarşılamış, həmin məlumatların verilməsində qanunsuz hərəkətlərinin olmadığını düşünərək müvafiq araşdırma aparacağını bildirmişdir. O, Namiqin zənglərindən bezərək, onun xahişlərindən qurtulmaq üçün Vergilər Nazirliyində olan,hazırda xatırlamadığı şəxslərin vasitəsi ilə müəyyən məlumatları əldə edib Namiq Bəylərovun “Whatsapp” proqramına göndərmişdir. Namiq Bəylərovun "xxxx" adlı hüquqi şəxsin rəhbərinin şəxsiyyət vəsiqəsinə dair məlumatların öyrənməklə bağlı müraciətini isə o, heç bir çətinlik çekmədən Dövlət Gömrük Komitəsinin rəsmi “internet” saytının elektron xidmətlər bölməsindəki bütün şəxslər üçün açıq məlumatlar bazasından olan hüquqi şəxsin rəhbərinə aid şəxsiyyət vəsiqəsi məlumatlarını öyrənərək Namiqə göndərmişdir. Həmin yazıda Nümayəndə1 şəxsiyyət vəsiqəsinə dair Namiqə lazım olan məlumatları qeyd etmişdir. O, həmçinin Namiqin xahişinə əsasən Vergilər Nazirliyində olan hazırda xatırlamadığı şəxslərin vasitəsi ilə "xxxx" adlı hüquqi şəxsin depozit hesabında nə qədər qalıq qalmasını öyrənərək, Namiqə göndərmişdir. Namiq Bəylərovun “Libra” adlı hüquqi şəxsin ƏDV depozit hesabının açıq olub-olmadığını və həmin hesaba gəlməli olan böyük məbləğdə pulun mövcud olub-olmadığını öyrənməklə bağlı müraciətini Vergilər Nazirliyində olan hazırda xatırlamadığı şəxslərin vasitəsi ilə öyrənib, bundan sonra Namiqin “Whatsapp” ünvanına göndərmişdir. “Libra ”-nın depozit hesabının açıq olduğunu bildirməklə, qeyd olunan hüquqi şəxsin depozit hesabında əməliyyat aparmağın mümkün olduğunu, lakin böyük məbləğin mövcud olmadığını qeyd etmişdir. Həmin əməliyyatları Namiqlə olan yaxşı münasibətlərin pozulmaması, onun çoxsaylı zəngələrindən canını qurtarmaq naminə təmənnasız olaraq göndərmişdir. Onun heç bir maddi marağı olmamış və bu məlumatlardan Namiqin sonradan istifadə edib qanunsuz əməliyyatlar aparılmasından xəbəri olmamışdır. Məhkəmə prosesində ona təqdim olunmuş “Whatsapp” proqramında Təqsirləndirilən şəxs1 ilə apardığı yazışmaları təsdiq edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi-mülki iddiaçı Nümayəndə1 izahatında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktorudur. Təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxslər hazırladıqları saxta sənədlərdən istifadə edərək “Asan İmza” kompüter məlumatlarını və hesabda olan pul vəsatini ələ keçirmək məqsədi ilə saxta elektron imza vasitəsi ilə hesablarında olan 49.950 manat pulu "xxxx" MMC-nin hesabına köçürüb nağdlaşdıraraq oğurlayıb mənimsəmişlər. Hal-hazıra qədər dəymiş maddi ziyan ödənilməmişdir. Dəymiş maddi ziyan 49.950 manatı onlardan tələb edir və mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmənin sonrakı iclaslarında Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru Nümayəndə1 057/21 nömrəli məktubla məhkəməyə müraciət edərək cinayət işi üzrə təqsirləndirilən şəxs X30 və qeyriləri tərəfindən Zərərçəkmiş şəxs1 QSC-yə vurulmuş 49.950 manat maddi ziyan onlar tərəfindən tam ödənilməsini bildirərək, təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və şikayətləri olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 QSC-nin nümayəndəsi X28 eyni məzmunlu izahat verərək Nümayəndə1 izahatını bir daha təsdiq etmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə2 məhkəməyə teleqramla müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsindən görünür ki, o, Bakı şəhərində yaşamış, iş materiallarında adları keçən şəxslərdən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 görmədiyini və həmin şəxslərlə tanışlığının, eyni zamanda qohumluğunun, ədavətinin, qərəzliyinin olmadığını bildirmişdir. 2015-ci və 2019-cu illərdə iki hüquqi şəxsin direktoru təyin olunmuşdur. Həmin hüquqi şəxslər "xxxx" və Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətləri olmuşdur. 2015-ci ilin payız aylarında təsisçilərin qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə direktor təyin olunmuş və həmin vaxtdan da qeyd olunan Cəmiyyətdə direktor işləməyə başlamışdır. 2019-cu ilin mart ayında isə Zərərçəkmiş şəxs2nə həmin Cəmiyyətin təsisçilərinin qərarı ilə direktor təyin olunaraq fəaliyyətə başlamışdır. Direktor olduğu hər iki Cəmiyyətin maliyyə əməliyyatları müvafiq banklar vasitəsi ilə, yəni "xxxx" MMC-nin “X50” ASC-dəki bank hesabı vasitəsi ilə, Zərərçəkmiş şəxs2 MMC-nin isə “Rabitə Bank”, “AG BANK” və "xxxx" ASC-lərdəki bank hesabları vasitəsi ilə həyata keçirilmişdir. Direktoru olduğu "xxxx" MMC Gürcüstanın “Nataxtari” limonadlarının rəsmi düstrübüteri kimi fəaliyyət göstərməklə, müxtəlif çeşidli “Nataxtari” əmtəə nişanlı spirtsiz içkilərdən (qazlı sulardan) ibarət qida məhsullarını Azərbaycan Respublikası ərazisində ayrı-ayrı ticarət obyektlərinə satış üçün təhvil verib, həmin məhsulların satışından əldə etdiyi pul vəsaitini “X50” ASC-dəki bank hesabı vasitəsi ilə “Nataxtari” Zavodunun bank hesabına ödəmişdir. Zərərçəkmiş şəxs2 MMC-nin fəaliyyət istiqaməti isə toksiki tullantıların utilizasyası, yəni, neft məhsullarının toksiki tullantılarının təkrar emalından ibarət olmuşdur. Qeyd olunan toksiki tullantılardan Cəmiyyətin Qaradağ rayonunun Ələt qəsəbəsindəki emal zavodunda tol, hidroizoliyasiya mastikası və bitum istehsal olunaraq satışa çıxarılmışdır. Direktor olduğu "xxxx" və Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətlərində Təqsirləndirilən şəxs3 işləməmiş, belə bir şəxsə də qeyd olunan cəmiyyətlərin adından hər hansı bir iş görmək tapşırılmamışdır. Direktor olduğu "xxxx" və Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətlərinin Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyəti ilə, eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hər hansı bir müştərək fəaliyyəti, yəni ticarət, tikinti-quraşdırma, təmir-tikinti işini icra etmək fəaliyyəti olmamışdır. Qeyd olunan Cəmiyyətlərin rəhbərliyi və təsisçiləri barədə hər hansı bir məlumatı olmamışdır. Direktor olduğu "xxxx" və Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətlərin fəaliyyəti zamanı kompüter proqramlarının təminatı ilə 09 may 2019-cu il tarixli 09052019 №-li xidmət müqaviləsi əsasında X34 məşğul olmuşdur. Bu xidmətin dəyəri isə müqaviləyə uyğun olaraq hər ay 200 manat məvaciblə ödənilmişdir. X34 2019-cu ilin iyul ayından müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün, yəni zərurət olduğu zaman xidmət göstərmədiyi üçün onunla müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Arazın harada olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri, Zərərçəkmiş şəxs1 QSC-nin direktoru Nümayəndə1 və X27 tanımamışdır. Onlarla heç bir münasibəti olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi adı rəsmiyyətdə getsə də, onun həmin Cəmiyyətin hər hansı bir fəaliyyətində iştirakı olmamışdır. Həmin Cəmiyyətə rəhbər təyin olunmağı barədə onun hər hansı bir formada müraciəti olmamış, nə də ki, həmin cəmiyyətin rəhbəri təyin olunmağından xəbəri olmamışdır. Həmin Cəmiyyətin təsisçisi X11 o, ümumiyyətlə tanımamışdır. O, işsiz olduğu üçün çörəkpulu qazanmaq məqsədi ilə avtoyuma məntəqəsində yuyucu işləmişdir. Həmin dövrdə məntəqəyə avtomaşın yuduzdurmaq üçün tez-tez gələn və özünü Nicat kimi təqdim edən, tanışları arasında “Nico” kimi çağırıldığını deyən şəxs ona və dostu X7 şirkətlərin birində iş tapacağını bildirmişdir. Onun belə bir qayğıkeşliyinə görə Nicata həmişə hörmətlə yanaşmışlar. Nicat kimi tanıdığı həmin şəxs özünə qarşı olan inamı gördükdən sonra onlara iş düzəltmək adı ilə onlardan iş üçün şəxsiyyət vəsiqələrinin surətini götürüb anket məlumatlarını şirkətə təqdim etməli olduğunu bildirmişdir. O, və dostu İbrahim şəxsiyyət vəsiqələrinin surətini Nicata vermişlər. Bundan iki-üç ay sonra Nicat adlı şəxs ona və dostu İbrahimə zəng edərək, hər ikisinin adına şirkət açdığını və həmin şirkətin idarə olunmasını etibarnamə ilə Nicata verməli olduqlarını bildirmişdir. Telefon söhbəti zamanı həmin şirkətlərin etibarnəmə ilə idarə olunmasını Nicata həvalə etmədikləri halda, qeyd olunan şirkətlərin işinə görə hər ikisinin tutulacaqlarını bildirmiş və tutulmaq istəmədikləri halda, həmin şirkətlərin idarəçiliyini etibarnamə ilə Nicata vermələrini, şirkətlərin məsuliyyətinin Nicatın üzərində qalmasını demişdir. Nicatın hansı işlərlə məşğul olmağından məlumatsız olduğuna görə, gələcəkdə bununla əlaqədar problem yaşamamaq üçün Nicatla görüşmək qərarına gəlmişdir. Görüş zamanı Nicat onlara Bakı şəhərində fəaliyyət göstərən 5 saylı “ASAN xidmət” Mərkəzinə gedib orada etibarnamə verməklə şirkətlərin idarəçiliyini Nicata tapşırmağı təklif etmişdir. Nicatın təşəbbüsü ilə o, və İbrahim 5 saylı “ASAN xidmət” Mərkəzinə gedərək, orada Nicatın hazırlatdığı sənədlərə imza etmişlər. Adına olan şirkətin hansı fəaliyyətinin olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 1995-ci ildən 2019-cu ilin yanvar ayınadək Sumqayıt şəhəri 6 saylı Notariat Kontorunda dövlət notariusu işləmiş, 03 yanvar 2019-cu ildə yaş həddi ilə əlaqədar təqaüdə çıxmışdır. Təqaüdə çıxdıqdan sonra təhkim olunan möhürü müvafiq qaydada Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə təhvil vermişdir. Dövlət Notariusu kimi onun vəzifələri müraciət edən vətəndaşların imzalarının təsdiq edilməsindən, təqdim olunmuş sənədlərin surətlərinin təsdiq olunmasından, etibarnamələrin təsdiq edilməsindən, vərəsəlik hüququ haqqında şəhadətnamələrin təsdiq edilməsindən, vəsiyyətnamələrin təsdiq edilməsindən, alqı-satqı, ipoteka, bağışlama, kredit, icarə və kirayə müqavilələrinin təsdiq edilməsindən, habelə icra qeydlərinin təsdiq edilməsindən və sair notariat əməliyyatlarının aparılmasından ibarət olmuşdur. Notariat əməliyyatları aparılarkən, bir qayda olaraq daşınar və daşınmaz əmlakın alqı-satqı proseslərinin notarial qaydada rəsmiləşdirilməsində «Elektron notariat» avtomatlaşdırılmış informasiya sistemində fotoşəkil çəkilişindən istifadə edilmişdir. Qalan digər notariat əməliyyatları, o cümlədən, sənəd surətinin əsli ilə düzgünlüyünün təsdiqinə dair notariat əməliyyatları adi qaydada rəsmiləşdirilmişdir. Sumqayıt şəhəri 6 saylı Notariat Kontorunda dövlət notariusu işlədiyi dövrdə, təqsirləndirilən şəxslər Notariat kontoruna gəlməmişlər və hər hansı bir sənədləşmə işləri rəsmiləşdirməmişlər. Nümayəndə1 adından Təqsirləndirilən şəxs3 verilmiş etibarnamənin surəti və reyestr kitabının müvafiq səhifəsinin 23 may 2019-cu il tarixli İS-12364 reyestr nömrəli surəti onun işlədiyi dövrə aid olmamış və həmin sənədlərin tərtibindən məlumatı olmamışdır. Qeyd olunan etibarnamə və reyestr vərəqinin surətlərindəki imzalar ona aid olmamış, eləcə də, sənəddəki möhür hansısa sənəddən köçürülməklə çap qurğusunda rəngli formada çap edilməklə saxtalaşdırılmış sənəddir. X4 adından Təqsirləndirilən şəxs3 adına verilmiş etibarnamə saxtalaşdırılmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, indi məhkəmə zalında Təqsirləndirilən şəxs1 gördükdə, sifəti yadına düşmüşdür. O, işləyən dövrdə Namiq notariat kontoruna gəlib nizamnamənin surətini çıxartmış, etibarnamə alırmış. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 tanımır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 indi məhkəmə zalında görüb, tanımışdır. Müştəri kimi Namiq notariat kontoruna gəlib-getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Əliövsət oğlunu,X27 və Zərərçəkmiş şəxs1 QSC-nin direktoru Nümayəndə1 tanımamışdır. Bu şəxslərin kim olmasından məlumatı olmamışdır. Şahid3 isə 2018-ci ildən tanımışdır. Şahid3 onun yaşadığı Salyan rayonu ərazində yanacaq doldurma məntəqəsi işlətdiyi üçün Şahini həmin məntəqənin sahibi kimi tanımışdır. 2019-cu ilin may ayında Şahid3 ona zəng edərək, 2018-ci ilin gəlir vergisi ilə əlaqədar əlavə hesablanmış kamerial vergi bəyannaməsində mühasibinin yanlışlığa yol verməsi səbəbinə görə, Şirvan şəhərindəki 5 saylı Ərazi Vergilər İdarəsində anlaşılmazlıq yarandığını bildirərək həmin məsələnin aydınlaşdırılması üçün vergi hesabatlarının hazırlanmasında köməklik etməyini ondan xahiş etmişdir. O, Şahid3 xahişi ilə 2019-cu ilin may-iyun ayları müddəti ərzində Şahid3 aylıq ƏDV hesabatlarını və elektron qaimə-fakturalarının tərtibi işlərini yerinə yetirib, həmin sənədlər Şahid3 tərəfindən «Asan imza» vasitəsi ilə təsdiqləndikdən sonra aidiyyəti üzrə göndərmişdir. Şahid3 adından aylıq ƏDV hesabatlarını və elektron qaiməfakturalarının tərtibi işlərini Şahinin telefonla ona verdiyi məlumatlar əsasında özünə məxsus olan kompüterlə hazırlayaraq “internet” beynəlxalq şəbəkə vasitəsi ilə aidiyyəti quruma göndərmişdir. O, boş vaxtlarında Şahid3 xahişi ilə Şahinə aylıq ƏDV hesabatlarını və elektron qaimə-fakturalarının tərtibi işlərini yerinə yetirərkən, Şahinin fəaliyyətində çatışmazlıq və qüsurlar olduğunu gördükdən sonra, yəni “əmtəəsiz əməliyyat” apardığını başa düşdükdən sonra, o, işlədiyi yeni iş yerindəki işlərinin çoxluğunu, boş vaxtının olmadığını bildirməklə Şahid3 uzaqlaşmışdır. Şahid3 adından aylıq ƏDV hesabatlarını və elektron qaimə-fakturalarının tərtibi işlərini yerinə yetirdiyi müddətdə Şahin həmin işlər üçün ona hər hansı bir məbləğdə pul verməmişdir. Şahid3 adından aylıq ƏDV hesabatlarını və elektron qaimə-fakturalarının tərtibi işlərinin aparılması ilə məşğul olduğu dövrdə qeyri-rəsmi qaydada Şahinin işlərinə köməklik etməyinə görə, bu işlərlə maraqlanmağa səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs2 isə şəxsən tanımamış, 2019-cu ildə o, Şahid3 xahişinə əsasən Nurana mühasibatlıq məsələlərində köməklik etmişdir. O, vergi hesabatlarının tərtib olunmasında köməklik edərkən, Şahin ona vergi borclarının olduğunu, borcu ödəyə bilmədiyini, ƏDV depozit hesabda pul olsa borclarını ödəyə biləcəyini demiş və ondan köməklik etməyini xahiş etmişdir. O, həmin vaxt soyadını bilmədiyi tanışı Bayramla söhbət edərkən Bayram ona Bakı şəhərində yaşayan Ədalət adlı tanışının bu cür işlərlə məşğul olduğunu demiş və ona Ədalətin telefon nömrəsini verərək onunla əlaqə saxlamağını demişdir. O, 2019-cu ilin aprel-may aylarında Ədalətlə danışaraq Ədalətlə görüşmüşdür. Ədalət söhbət əsnasında özünün və dostlarının şirkətlərinin olduğunu, həmin şirkətlərin ƏDV depozit hesabında müəyyən məbləğlərdə pul yığıldığını, həmin pulun 50 faizi həcmində satmaq istədiyini demişdir. Yəni, Ədalət dediyi şirkətin ƏDV depozit hesabına pulu köçürərək, köçürdüyü pulun 50 faizini nağd qaydada almaq istədiyini demişdir. O, bu barədə Şahinə demiş və Şahin razılaşmışdır. Bundan sonra Ədalət alqı-satqı müqavilələri tərtib edərək ona təqdim etmişdir. O da həmin sənədləri Şahinə vermiş və Şahin də müqavilələri imza edəndən sonra onun adına olan ƏDV depozit hesaba pulları köçürmüşdür. Şahin aldığı pulun 50 faizini ona verərək Ədalətə çatdırmağı tapşırmışdır. O, Ədalətlə Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşərək Şahindən aldığı pulu Ədalətə vermişdir. "xxxx" MMC-dən daxil olan pula görə Ədalətə 10.000 manat pul çatdırmışdır. Ədalət onunla söhbət zamanı bu pulları qanuni yolla əldə etdiklərini, bu pullarla bağlı heç bir problemin olmayacağını demişdir. Ədalətə verilən pulu Ədalətin kimə verməsini bilmir. Konkret nağdlaşma olunmuş, yanacağın özünü deyil, pul götürülmüşdür. Şahinə pulu Ədalət köçürmüşdür. Məhkəmənin sonrakı iclaslarında müdafiəçilərin vəsatəti əsasında məhkəmə iclasına dəvət edilmiş Şahid4 proses iştirakçıların suallarını cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs4 pul verməmiş və Aqşinin bu işdə hansı rolunun olmasını bilməmişdir. Ona Şahid3 köçürülmüş pulun 50 faizini, yəni 25.000 manat pulu vermişdir. O, da həmin pulu Ədalətə vermişdir. Məhkəmədə o, ifadə verərkən ona hər hansı bir təsir olmamışdır. Məhkəmədə o, ola bilsin ki, həyəcanlı olmuş, Ədalətə 10.000 manat verməyini demişdir. O, Ədalətə pulun 50 faizini verməyini demişdir. Bu da pulun 10.000 manatı demək deyil. O, Ədalətə 25.000 manat pul vermişdir. Şahinin qeyri-rəsmi işçisi olmuş, ona görə də o, Şahinə pulu qaytarmasını məsləhət görməmişdir. Şahin həmin puldan vergiyə də ödəmişdir. Şahin demişdir ki, benzin istəyən olsa deyər. O da Bayrama demiş, Bayram da Ədalətə demişdir. Şahin ona 29.600 manat yox cəmi 25 000 manat pul vermişdir. Məhkəmədə ifadə verərkən də o, Şahinin ona pulun 50% -ni verməsini demiş, ola bilsin həyəcanlı olmuş, 10.000 manat demişdir. Şahin demişdir ki, Ədalət pulu qaytarsın, lakin Ədalət pulu qaytarmamışdır. Şahid Şahid4 və Şahid5 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında ifadələrində ziddiyyət olduğundan müdafiə tərəfinin vəsatəti əsasında Şahid4 məhkəməyə yenidən dəvət olunaraq çarpaz dindirmə zamanı məhkəmə prosesinin iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, ona Şahin bir neçə dəfəyə cəmi 25.000 pul vermiş, yəni bir dəfə 5.000, sonra başqa məbləğ və sairə, hal hazırda dəqiq yadında deyil, lakin Şahin ona cəmi 25.000 pul vermişdir. Həmin pulun bir qismini o, taksi ilə, bir qismini Bayramın dediyi Ədalət adlı şəxsə vermiş, bir qismini isə şəxsən Bayrama vermişdir ki, Şahid5 çatdırsın. Hal hazırda məbləğlər yadında deyil. Lakin dəqiq bilir ki, 25.000 pulu Şahid5 çatdırmışdır. O, pulu Şahid5 Ədalətin göndərdiyi taksi ilə göndərmişdir. Ədalət ona demişdir ki, onun nömrəsini taksi sürücüsünə vermiş, ona zəng edəcək pulu ona verər. Taksini Ədalət göndərmiş, o da həmin taksi ilə pulu Ədalətə göndərmişdir. Ona zəng edən taksi sürücüsünün telefonunu və hansı maşınla gəlməsirni xatırlamır. Ümumilikdə Ədalətə 25 min manat vermişdir. Ədaləti onunla Bayram tanış etmişdir. Bayram onun tanışıdır, Bayramı çoxdan tanımışdır. Bayramın anket məlumatlarını bilmir. Bayrama demişdir ki, yanacaq satan varsa Şahin yanacaq satır. Bayram da demişdir ki, belə bir tanışı var və ona Ədalətin telefon nömrəsini vermişdir. Ədaləti bir dəfə görmüşdür. Sonra özləri razılaşmış və Ədalət müəllimgil Şahinə 50 minə yaxın pul köçmüşlər. Şahin də 25.000 ona vermişdir ki, Ədalətə çatdırsın. Sonra Ədalətin göndərdiyi taksi ilə pulu Ədalətə göndərmişdir. Ədalət əmtəəsiz əməliyyat olmasını bilmişdir. 25 mini bir dəfəyə göndərməmiş, bir neçə dəfə göndərmişdir. Axırda pulun bir hissəsini Bayramın vasitəsi ilə Ədalətə şəxsən vermişdir. Ədalətə zəng edib pulun çatıb çatmamasını soruşanda Ədalət pulun çatdığını demişdir. Ona 25 mindən cəmi 200-300 manat pul qalmışdır. Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə cinayət işinin 8-ci cild 167-169-cu vərəqələrində olan və 3 fevral 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi ifadələr arasında ziddiyyət olduğundan həmin ifadələr elan olunmuşdur. Elan olunmuş ifadələrə əsasən Şahid4 bildirmişdir ki,həmin ifadələri qismən təsdiq edir, o, ola bilsin ki, həmin vaxt həyəcanlı olmuş, Ədalətə 10.000 manat verməyini demişdir. O, Ədalətə pulun 50 faizini verməyini demişdir. Bu da pulun 10.000 manatı demək deyil. O, Ədalətə 25 000 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun barəsində hal-hazırda cinayət işi üzrə ibtidai istintaq araşdırılması aparılır. O, özü 2004-cü ildə 5 saylı Ərazi Vergilər İdarəsində fiziki şəxs kimi qeydə alınıb VÖEN almışdır. Həmin VÖEN əsasında öz adına möhür hazırlatdırmışdır. Fiziki şəxs kimi qeydiyyatdan keçəndən sonra Salyan rayonunun Çadırlı kəndi ərazisində yanacaq doldurma məntəqəsi tikərək, qeyd olunan məntəqədə xüsusi razılıq əsasında X51ın, benzinin və dizel yanancağının alqı-satqısını həyata keçirməyə başlamışdır. Yanacaq məhsullarından dizeli və benzini "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən, X51ını isə «X51» Qapalı Səhmdar Cəmiyyətindən almışdır. Yanacaq məhsullarının satışı nağd şəkildə həyata keçirildiyi üçün həmin yanacaq məhsullarının alınması zamanı QSC-lərin maliyyə vəsaitini "xxxx" ASC-nin Şirvan və Sabunçu filiallarında olan hesablaşma hesabları vasitəsi ilə köçürmə qaydasında ödəniş etmişdir. Bundan sonra yanacaq məhsullarının verilməsinə başlanılmışdır. Fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, yanacaq doldurma mənətəqsində müqavilə əsasında 10 nəfər işçi işlətmişdir. Həmin işçilərdən 9 nəfəri operator, bir nəfəri isə növbə rəisi olmuşdur. Müxtəlif şəxslərin, o cümlədən Şahin, Rasət, İman adlı şəxslərin qeyri-rəsmi qaydada köməyindən istifadə etməklə vergi və mühasibatlıq işlərini yerinə yetirsə də, son vaxtlar vergi-mühasibatlıq işlərini özü yerinə yetirmişdir. VÖEN-lə fəaliyyət göstərdiyi müddət ərzində Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətlə hər hansı bir müştərək fəaliyyəti, yəni ticarət və ya tikinti-quraşdırma, təmir-tikinti işlərini icra etmək sahəsində birgə fəaliyyəti, eləcə də, alqı-satqı prosesləri, hər hansı bir bank və ya maliyyə əməliyyatları olmamışdır. Həmin Cəmiyyətin rəhbərliyi və təsisçiləri barədə də hər hansı bir məlumatı olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlə 2019-cu ilin may, iyun və iyul aylarında 150.000,00 manata yaxın civarda benzin yanacağı ticarəti olmuşdur. Həmin Cəmiyyət qeyd olunan ticarət əlaqəsi zamanı ödəniş etdiyi pul vəsaitini nağd və elektron sub-uçot hesaba köçürülmə qaydasında həyata keçirmişdir. Təqsirləndirilən şəxs4 Əliövsət oğlunu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, X27 və Zərərçəkmiş şəxs1 QSC-nin direktoru Nümayəndə1 tanımamış, Təqsirləndirilən şəxs2 şəxsən tanımamış, onunla heç bir münasibəti olmamışdır. Nuranın adını mühasibi Rasətdən eşitmişdir. Rasət isə Nuranı Şahid5 görə tanımışdır. Belə ki, 2019-cu ilin yay ayında Rasət onun vergi borclarının olduğunu bildiyi üçün Nuranın onun adına olan ƏDV depozit hesaba pul köçürəcəyini, həmin pulun əvəzində Nurana hesaba köçürüləcək pulun müəyyən faizini verməli olduğunu demişdir. O, faktiki olaraq benzin satışı ilə məşğul olduğu üçün vergi və sair ödənişləri etdiyindən ona depozit hesabda pul lazım olmuşdur. O, Rasətdən Nuranın onun ƏDV depozit hesabına köçürəcəyi pulu haradan əldə edəcəklərini soruşduqda Rasət ona Nuranın iş adamı olduğunu, Nuranın rəhbəri olduğu şirkətin ƏDV depozit hesabında artıq pul olduğunu və həmin pulu ƏDV depozit hesaba köçürəcəyini demişdir. O, Rasətin sözlərinə inanaraq bununla razılaşmışdır. Bundan sonra Rasət özü bütün məsələləri həll etmişdir. Onun ƏDV depozit hesabına 2019-cu ildə "xxxx" MMC-dən 49.950 manat pul daxil olmuşdur. O, daxil olmuş 49.950 manat pula görə 30.000 manat məbləğində pulu Rasətə verərək Nurana çatdırmasını bildirmişdir. Qalan 19.950 manat öz adına olan fiziki şəxs kimi qeydiyyatdan keçən vergi borclarını ödəmişdir. O, Nuranın onun adına köçürdüyü 49.950 manat pulun oğurluq olduğunu bilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, 15 ildir yanacaq işində işləyir. Bu işlə bağlı onun barəsində iş ayrılmışdır. İstintaqda ifadə verərkən ona təsir olmamışdır. O, təqsirləndirilən şəxslərin heç birini tanımamışdır. O, Rasəti tanımış, Rasət də onun işçisi olmuşdur. O, 19.000 manat vergiyə olan borcunu ödəmişdir. Əmtəəsiz əməliyyat aparmışdır. Məhkəmənin sonrakı iclaslarında müdafiəçilərin vəsatəti əsasında məhkəmə iclasına dəvət edilmiş Şahid3 proses iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs4 tanımır, Aqşinlə heç bir əlaqəsi olmamış, Aqşinə pul verməmiş və Aqşinin bu işdə hansı rolunun olmasını bilməmişdir. O, Şahid4 29.600 manat pul vermişdir. Həmin pulu Rasətin konkret kimə çatdırmasını bilmir. Əmtəəsiz əməliyyat kimi vergi onu cərimələmişdir. Hesabı da bloka qoymuşlar. Onun müqaviləsi olmuşdur. O, pulu vergiyə ödəmiş, lakin pulu əsası gəlməmişdir. O, Rasəti tanımış, bu işi düzüb qoşan Rasət olmuş, Ədalətlə də Rasət danışmışdır. Əliyev Cavid adlı şəxsi tanımamışdır. Müqaviləni ona Rasət vermişdir. Bütün rekvizitləri də ona Rasət vermişdir. O da müqavilə hazırlamışdır. Cərimələri elektron ödəmiş, 2 dəfə cərimə ödəmişdir. O, Rasətə demişdir ki, benzin istəyən olsa deyər. Bu əməliyyat əmtəəsiz əməliyyat olmuşdur. Cəmi 49950 manat pul köçürülmüşdür. O, həmin şirkətlə maraqlanmamışdır ki, benzin onlara nəyə görə lazımdır. Malın müqaviləsi bağlanmış, lakin daşınma barədə aralarında razılaşma olmamışdır. Müqavilədə bu barədə göstərilməmişdir. O, əlavə dəyər vergisi ödəmişdir. O, Rasətə 29600 manat pul vermişdir. Şahid3 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında ziddiyyətlər olduğundan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Belə ki, cinayət işinin 8-ci cild 192-194-cü vərəqələrində olan ifadəsində Şahid3 aşağıdakıları göstərmişdir: «... Mən həmin pula görə 10.000 manat pulu Təqsirləndirilən şəxs2 çatdırması üçün Rasətə vermişəm. …». Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, elan olunmuş ifadəsini qismən təsdiq edir, ibtidai istintaq vaxtı o, demişdir ki, Rasətə 10.000 manat vermiş, əslində isə o, Rasətə 29.600 manat vermiş, qalan hesaba daxil olmuş pul vəsaiti ilə vergiyə olan borclarını ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2010-cu ildə "xxxx" MMC-ni təsis edərək bir müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2014-cü ildən «Milli Qəhrəmanları Tanıtma» X33 rayon nümayəndəliyinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 təxminən 10 il olar ki tanıyır. Namiqlə qohumluqları var. O, Namiqi firma satışı ilə məşğul olan şəxs kimi tanımışdır. Namiqin vasitəsi ilə Təqsirləndirilən şəxs2la tanış olmuşdur. O, Nuranla bir dəfə görüşmüşdür. Bayram adlı şəxsin vasitəsi ilə Şahid3 və Şahid4 tanımış, lakin, o, X27, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 tanımır və bu şəxslərlə heç bir münasibəti olmamışdır. 2019-cu ilin yay aylarında Bayram adlı tanışı Şahid3 adından ona müraciət edərək ona Şahinin mühasibi Rasət ilə dost olduğunu, Rasətin ona müraciət edərək Şahinə köməklik etməyi xahiş etdiyini bildirmişdir. Bayram onunla görüşərək söhbət zamanı Şahinin borclarının olduğunu, bu borcları ödəmək üçün ƏDV depozit hesabda pul satana adam axtardığını demişdir. Belə ki, bəzi hallarda elə şirkətlər var ki, müvafiq əməliyyatlar keçirəndən sonra onların ƏDV depozit hesablarında müəyyən məbləğdə pul toplanır. Həmin pulu nağdlaşdırmaq mümkün olmur. Həmin puldan yalnız vergi və sair ödənişləri etmək olur. Buna görə də, bəzi müəssisələr ƏDV depozit hesabında olan pulların satışı ilə məşğul olurlar. Bayram ondan onlara köməklik etməyi xahiş etdikdən sonra, o, bu məsələ barədə dostu Təqsirləndirilən şəxs1 məlumat vermişdir. Namiq əlində olan bir neçə şirkətin ƏDV depozit hesabında pulların olduğunu, həmin pulları 30 faiz həcmi ödənildiyi halda sata biləcəyini demişdir. O da bu barədə Bayrama demişdir. Bayram da Rasətlə danışandan sonra razı olduqlarını bildirmişlər. Bundan sonra o, 2 halda pul köçürməsində iştirak etmişdir. Namiq pul göndərəcəyi şirkətin VÖEN nömrəsini göndərmiş, o da həmin VÖEN-i Bayrama göndərmişdir. Eyni zamanda, Namiq ona benzin alqı-satqısına dair müqaviləni vermişdir. Həmin müqavilədə alıcı hissəsində imza və möhür olmuşdur. O, həmin müqaviləni Bayrama vermiş, Bayram həmin müqavilədə satıcı hissəsində Rasətin vasitəsi ilə Şahinə imza etdirəndən sonra onların hesablarına köçürülmüş pulun 30 faizini və müqavilənin imzalanmış nüsxəsini ona vermişdir. Bayram ona 7.000 ABŞ dolları pul vermişdir. O, Bayramdan aldığı pulun hamısını Təqsirləndirilən şəxs1 və Nuranla görüşərək onların özlərinə vermişdir. Əslində, o, bu cür əməliyyatlara görə 0,3 və 0,5 faiz pul alırmış, lakin, Təqsirləndirilən şəxs1 bu işə görə ona pul verməmişdir. Onun Namiqlə qohumluq münasibəti olduğu üçün Namiqdən pul istəməmişdir. O, həmin vaxt Namiqin hansı şirkətdən pul köçürdüyünü bilməmişdir. O, yalnız Namiqə pulu verərkən Namiq onu Nuranla tanış edərək, pulu köçürən şirkətin sahibi olduğunu bildirmişdir. Pulu ona Bayram vermişdir. Şahid5 və şahid Şahid4 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında ifadələrində ziddiyyətlər olduğundan müdafiə tərəfinin vəsatəti əsasında Şahid5 məhkəməyə yenidən dəvət olunaraq məhkəmə prosesinin iştirakçılarının suallarını cavablandıraraq göstərmişdir ki, təqsirləndirilən şəxslərdən o, yalnız Təqsirləndirilən şəxs1 tanımışdır. Təqsirləndirilən şəxs3 Novruza oğlu və Təqsirləndirilən şəxs4 tanımır. Tərəflər özləri danışıb razılaşmışlar. Onun bu işdə heç bir marağı olmamışdır. O, Rasəti tanımamış və Rasəti birinci dəfədir ki görür. O, Bayramı tanımışdır. Şahini o, tanımamışdır. Rasəti də Bayram tanımışdır. Bayramın anket məlumatlarını və telefon nömrəsini xatırlamır. X44 adlı şəxs tanış etmiş, yəni Rasətin telefon nömrəsini vermiş və onunla Rasət zəngləşmişlər. O, Rasətdən pul almamışdır. Həmin vaxt o, sadəcə tərəfləri tanış etmişdir. Təqsirləndirilən şəxs1 ilə qarşı tərəfi tanış etmişdir. Namiqə demişdir ki, mal satan var. Mal satan tərəfi tanımamışdır. O, tanış etmişdir ki, bir tərəf mal satır, digər tərəf də mal alır. O da onları tanış etmişdir. Namiq tərəfdən pulu kimsə taksidən götürmüşdür. İstintaqdakı ifadəsi yadında deyil. Namiqin ona müqavilə verməsini hazırda xatırlamır. Müəyyən sənədlərin nə olmasını bilməmişdir. İl yarım vaxt keçib indi xatırlamır. Zəng edib ona demişlər ki, köçürülən malın pulu çatmalıdr. Həmin əməliyyatlardan ona pul çatmamışdır. Şahinlə digər tərəf özləri danışıb razılaşmışlar. Bayram ona demişdir ki, Rasət mühasibi olduğu şirkətin sahibi olan sonradan adının Şahin olduğunu bildiyi şəxsə depazitdə pulu olan şirkət lazımdır. O, da bu barədə Namiqə deyib. Namiq də belə bir şirkət olduğunu dedi, o, da bu barədə Bayrama demişdir. Bundan sonra onların özləri danışıb razılaşmışlar. Namiq ona möhürlü müqavilə verməmişdir. Nuran yalan deyir, o, Nurana 10.000 manat verməmişdir. Rasətin telefonunu ona Bayram vermişdir. Rasətlə telefonla danışmış və o, ona taksi ilə pul göndərmişdir. Səhv etmirsə pulu bir dəfəyə taksi ilə göndərmişdir. Taksi avtomobilinin sürücüsünü tanımır, onun anket məlumatlarını bilmir, avtomobilin nömrəsini xatırlamır. Şəxsən Rasətdən o, pul qəbul etməmişdir. O, bilmir Rasət ona nə qədər pul göndərmişdir. O, pulların hamısını Təqsirləndirilən şəxs1 vermişdir. O, rayonda olanda taksi pulu gətirəndə Namiq tərəfdən kimsə pulu taksidən götürmüşdür. Ona demişlər ki, köçürülən malın pulu göndərilsin. Ona pulun göndərilməsi ilə bağlı bir nəfərdən zəng gəlmişdir. O, hazırda ona zəng edən şəxsin telefonunu xatırlamır. Həmin vaxt o, rayonda olduğundan həmin pulu taksi gedib Rasətdən götürüb çatdırmışdır. O, məbləğin nə qədər olmasını bilməmişdir. Namiqin ona müqavilə verməsini hazırda xatırlamır. Müəyyən sənədlərin nə olmasını bilməmişdir. Ona heç bir məbləğdə pul çatmamışdır. Şahid5 hal-hazırda verdiyi ifadəsi ilə cinayət işinin 8-ci cild 210-213-cü vərəqələrində olan və 3 mart 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi ifadələr arasında ziddiyyət olduğundan həmin ifadələr elan olunmuşdur. Elan olunmuş ifadələrə əsasən Şahid5 bildirmişdir ki, həmin ifadələri qismən təsdiq edir, onun yaddaşı pis olduğundan ola bilər ki, yanlış ifadə vermişdir. Bayramın ona 7.000 ABŞ dolları pul verməsini xatırlamır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X34 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ve Təqsirləndirilən şəxs4 tanımır. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanıyır, digər təqsirləndirilən şəxsləri tanımır, onlarla heç bir münasibəti olmamışdır. O, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs4 tanımamışdır. Nuranı təxminən 2018-ci ildən "Rent a car" şirkətinin əməkdaşı kimi tanımışdır. Nuranın işlədiyi şirkətdən avtomobil icarəyə götürmüş, buna görə də aralarında münasibət yaranmışdır. O, "xxxx" MMC ilə fiziki şəxs qismində müqavilə bağlayaraq fəaliyyət göstərmiş, təxminən 2016-cı ilden sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanlarında qeydiyyata alınaraq VÖEN almışdır. Həyat yoldaşının dayısı Namiq tikinti işləri ilə məşğul olmuş, 2018-ci ildə Namiq "xxxx" MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən uşaq evinin tikinti, bərpa işlərini həyata keçirdiyini bildirərək, ona da həmin işlərdə iştirak etməyini təklif etmişdir. Həmin MMC ilə onun arasında müqavilə bağlanılsa da, podratçı kimi faktiki olaraq işləri Namiq həyata keçirmişdir. O, gömrük, vergi ve digər sosial ödənişləri aparmışdır. Həmin Cəmiyyətin direktoru Nümayəndə1la yaxşı münasibətləri olmuşdur. Gördüyü işlər barədə Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinə hesabat və digər sənədlər göndərmişdir. Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı onda heç bir məlumat olmamışdır. O, heç vaxt Təqsirləndirilən şəxs2 "xxxx" MMC ila bağlı heç bir məlumat verməmişdir. O, Nuranı "Rent a car" şirkətində işləyəndə tanımış, həmin şirkətdən aylıq 1000 manat ödəmək şərti ilə avtomobil icarəyə götürmüşdür. O, həmin avtomobilə texniki xidmət göstərilməsi üçün Nuranın işlədiyi şirkətə təqdim etmişdir. Nuran bu vaxt avtomobildə olan sənədlərdən istifadə etmişdir. Həmin vaxt "xxxx" MMC ilə bağlı məlumatları da ələ keçirmişdir. Nuran ona heç bir məbləğdə pul verməmişdir. Bu barədə Nuranın dediklərinin hamısı yalandır. Zərərçəkmiş şəxs2 MMC ilə işləmişdir. Həmin şirkətin direktoru Nümayəndə2 2013-cü ildə "Nataxtari" şirkətinin Azərbaycan nümayəndəliyində işlədiyi dövrden tanımışdır. O, həmin şirkətdə auditor vəzifəsində işləmişdir. "xxxx" MMC ilə aralarında bağlanılmış 9 may 2019cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə proqram təminatından istifadə olunması ilə bağlı dərslər vermişdir. Nümayəndə2la münasibəti yaxşı olmuşdur. O, heç bir şirkətə dair informasiya toplamamış və heç kəsə də hər hansı bir şirkətə dair informasiya ötürməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Araz Teymurlu bildirmişdir ki, o, heç vaxt hüquq verən rəsmi sənədi tamah niyyətilə istifadə etmək məqsədi ilə saxtalaşdırmamış, mütəşəkkil dəstə tərkibində bilə-bilə saxta sənəddən tamah niyyətilə istifadə etməmiş, mütəşəkkil dəstə tərkibində elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməmiş, xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamamış, mütəşəkkil dəstə tərkibində kompüter sisteminə daxil olmamış, kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək məqsədi ilə həmin məlumatları sənədlərin saxtalaşdırılmasında iştirak etməmiş, pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayıb, maliyyə əməliyyatları həyata keçirməklə vahid niyyətlə külli miqdarda pul vəsaitini leqallaşdırmamışdır. O, 49.950 manatın talanmasında iştirak etməmişdir. O, istintaqdan yayınmamış, axtarışda olduğunu da bilməmişdir. O, Türkiyədə olmuş, Azərbaycana gələndə onu saxlamışlar. Hazırkı işlə bağlı onun barəsində istintaqda araşdırma aparılır. Təqsirləndirilən şəxs2 yalan deyir, hamısı yalandır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, o, 1999-cu ildə Göygöl şəhərində anadan olduğunu, 2000ci ildən hazırkı vaxtadək Bakı şəhərində yaşadığını, orta təhsilli olduğunu, hazırda indiki Azərbaycan Dövlət İqtisad Universitetinin biznes və menecment fakültəsinin biznesin idarə edilməsi ixtisası üzrə əyani təhsil almaqla 4-cü kurs tələbəsi olduğunu, 2018-ci ildən hazırkı vaxtadək Nəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyinin X13 Sertifikat Xidmətləri Mərkəzinin sənədlərin qeydiyyatı sektorunun texniki vəzifəsində işlədiyini bildirmişdir. Texnik kimi vəzifələri müraciət edən vətəndaşların sənədlərini qəbul etməkdən, sənədlərin düzgünlüyünü yoxlayıb icraya təqdim etməkdən və sair notariat əməliyyatlarının aparılmasından ibarət olmuşdur. İşlədiyi müddətdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunun aidiyyəti tələblərinə əməl etməyə çalışmışdır. Qeyd olunan qanun elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən etmiş, aralarında yaranan münasibətləri tənzimləmişdir. Həmin qanundan irəli gələn vəzifələr isə hər bir əməkdaşın aidiyyəti «vəzifə təlimatı» ilə, o cümlədən də onun «vəzifə təlimat»ı ilə yerinə yetirilmişdir. İşlədiyi müddətdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X18 çoxsaylı şəxslər müraciət etdiyi üçün hər bir şəxsin xarici görnüşünü yadda saxlamaq qeyri-mümkün olmuşdur. Həmin şəxslərlə qısa zaman kəsiyində təmasda olduğu üçün onlardan yalnız əvvəllər tanıdığı şəxslərin xarici görnüşü yadında qalmışdır. İş materiallarında adları keçən şəxslərdən Təqsirləndirilən şəxs3 ilə, Təqsirləndirilən şəxs1 ilə, Təqsirləndirilən şəxs2 ilə, Nümayəndə1 ilə tanışlığı, eyni zamanda qohumluğu, ədavəti, qərəzliyi olmamışdır. O, həmçinin ifadəsində elektron imzanının alınması üçün tələb olunan sənədlər barədə məlumat verməklə, göstərmişdir ki, bunun üçün tələb olunan sənədlər hüquqi şəxslərdə rəhbərin müraciət məktubundan, reyetr çıxarışından, nizamnamənin surətindən, möhür haqqında məlumatın təsdiqindən, yəni rəhbərin imzası ilə möhürün həmin hüquqi şəxsə məxsus olmasını təsdiq etməsindən, imza kimin adına olacaqsa, həmin şəxsin tutduğu vəzifəyə dair əmrin və yaxud da müvafiq qərar və ya sərəncamın surətindən, həminin şəxsiyyət vəsiqəsinin surətindən və VÖEN-nin surətindən ibarət olmuşdur. Elektron imzanı götürməyə gələn şəxs başqa adam olduğu halda isə həmin şəxsə hüquqi şəxsin rəhbərinin daxili etibarnaməsi və ya notarial etibarnaməsi lazım olmuşdur. Elektron imzanının alınması üçün müraciət “Online” (onlayın) qaydada həyata keçirilərkən, tələb olunan sənədlərə aid məlumatlar real informasiya resurslarında əldə olunmuşdur. Elektron imzanın alınması üçün şəxsi qəbuldan ərizə təqdim etməklə həyata keçirilərkən, müraciətə aid sənədlər səlahiyyətli şəxs tərəfindən X18 şəxsən təqdim olunan zaman Mərkəzin əməkdaşları tərəfindən yoxlanılmışdır. Bundan sonra həmin sənədlər operatorlara təqdim olunmuş, operatorlar isə sənədləri icra edərək elektron sistemə daxil etmişdir. Həmin sənədlərdə hər hansı bir çatışmazlıq və ya səhvlik olduqda, sistem sənədləri qəbul etməkdən imtina etmişdir. Sənədlər sistem tərəfindən imtina edildikdə, müraciət müəllifi ilə əlaqə saxlanılmış və sənədlərdəki çatışmazlıq və ya səhvlik ona izah edilərək, əlavə sənədlər təqdim etməsi ondan istənilmişdir. Şəxs əlavə sənədlər təqdim etməklə çatışmazlığı və ya səhvliyi aradan qaldırdıqda, elektron imzanın sertifikatı formalaşdırılmışdır. Sistem sənədləri qəbul etdikdə isə icraya yönəldilmiş və müvafiq elektron imzanın sertifikatı formalaşdırılmışdır. Elektron imzanının alınması üçün “Online” (onlayın) qaydada müraciət edildikdən sonrakı mərhələdə həmin şəxs və ya şəxslər müvafiq qeydiyyat mərkəzinə öz şəxsiyyətini təsdiq edən sənədlə yaxınlaşmış, qeyd olunan sənəd əsasında müraciət dəqiqləşdirilmişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X13 yarım ştat əməkdaş olduğuna görə, günün nahar vaxtınadək olan hissəsini Azərbaycan Dövlət İqtisad Universitetində dərsdə olmuş, nahardan sonra isə işə gəlib xidməti fəaliyyətinə başlamışdır. Həmin gün, yəni 31 may 2019-cu ildə dərsdən sonra işə başlayarkən, müraciət edən şəxslərin sayı çox olduğuna görə, həmçinin də həmin gün səhhətində nasazlıq olduğundan, özünü yaxşı hiss etməmişdir. Ona görə də, X4 adından Təqsirləndirilən şəxs3 adına verilmiş etibarnamənin saxtalaşdırılmış sənəd olmasını bilməmişdir. Yol verdiyi diqqətsizliyi isə Döviət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının onun iş yerinə gəlib müvafiq sənədlərlə maraqlanan zaman bilmişdir. Həmin vaxt DTX-nin əməkdaşları Təqsirləndirilən şəxs3 yenidən X18 gəldiyi halda, bu barədə onlara məlumat verməyi tapşırmışdır. Bundan bir müddət keçəndən sonra həmin şəxs, yəni Təqsirləndirilən şəxs3 bir nəfərlə X18 gəlmiş və Nümayəndə2 tərəfindən ona verilməli olan elektron imzanın hazır olub-olmamasını soruşmuşdur. Bu zaman həmin şəxsin Təqsirləndirilən şəxs3 olduğunu tanımış və dərhal rəhbərliyə məlumat vermişdir. Rəhbərliyin göstərişi ilə həmin Təqsirləndirilən şəxs3 və onunla birlikdə gəlmiş sonradan adının Nuran olduğunu bildiyi şəxs X14 əməkdaşları tərəfindən saxlanılaraq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və X20 Zərərçəkmiş şəxs1 QSC-nin direktoru Nümayəndə1 imzasını saxtalaşdıracağından və həmin Cəmiyyətdə nə kimi qanunsuzluqlar törədəcəyindən məlumatı olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 18-ci vərəqəsində olan Zərərçəkmiş şəxs1-dan Azərbaycan Respublikası DTX-na ünvanlanmış 08 iyun 2019-cu il tarixli, 94 №-li məktubdan görünür ki, 05.06.2019-cu ildə Zərərçəkmiş şəxs1 QSC-ə məxsus ƏDV depozit hesabından qeyri-qanuni yolla 49.950 manat pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülmüşdür. Cinayət işinin 1-ci cild 20-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 iyun 2019-cu il tarixli, **********5184 nömrəli köçürmənin aparılması haqqında bildirişin kserosurətindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ƏDV sub-uçot hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 49.940 manat vəsait köçürülmüşdür. Cinayət işinin 1-ci cild 26-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 may 2019-cu il tarixli etibarnamənin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs1 QSC-nin təsisçisi və rəhbəri Nümayəndə1 adından Təqsirləndirilən şəxs3 səlahiyyətlərini həyata keçirmək üçün 1 illik etibarnamə verilmişdir. Cinayət işinin 1-ci cild 9-87-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış materiallardan görünür ki, 22 may 2019-cu il saat 17:30-da «e-imza» sertifikatı almaq üçün Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X2muş elektron müraciət Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanına bağlı 85.132.98.42 İP ünvan üzərindən həyata keçirilmişdir. Cinayət işinin 2-ci cild 60-61-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 noyabr 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X8 götürülmüş bir ədəd diskə baxış keçirilmiş və baxış zamanı həmin diskdə olan faylda iki sütuna ayrılmış cədvəldə elektron imzanı alanın adı Nümayəndə1 və «ip ünvanı(adresi)» 85.132.98.42 qeyd edilmiş, təşkilatın adı Zərərçəkmiş şəxs1 MMC, ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev 115, VÖEN-i **********, müqavilənin nömrəsi ********* və ödənilən məbləğ isə 72 manat göstərilmişdir. Cinayət işinin 1-ci cild 33-cü vərəqəsində olan çıxarışdan görünür ki, "xxxx" MMC 02.06.2016-cı ildə qeydiyyata alınmış, hüquqi ünvanı AZ5002, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Məh-9, Yat-4410, m 27; VÖEN-i **********; təsisçisi X21 və rəhbəri isə Şahid6dur. Cinayət işinin 1-ci cild 47-ci vərəqəsində olan çıxarışdan görünür ki, "xxxx" MMC-nin fəaliyyət növü ixtisaslaşdırılmış topdansatışdır. Cinayət işinin 1-ci cild 93-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Əlavə dəyər Vergisinin Bəyannaməsindən görünür ki, ********** VÖEN nömrəli "xxxx" MMC 2019-cu ilin iyun ayı üçün vergi dövründə ƏDV-siz dövriyyə məbləği 277,500 manat, əlavə dəyər vergisi məbləği isə 49,950 manat olmuşdur. Cinayət işinin 1-ci cild 118-142-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Əlavə dəyər Vergisinin Bəyannaməsindən görünür ki, ********** VÖEN nömrəli "xxxx" MMC 2019-cu ilin may ayı üçün vergi dövründə ƏDV-siz dövriyyə məbləği 98,333,33 manat, əlavə dəyər vergisi məbləği isə 17,700 manat olmuşdur. Cinayət işinin 1-ci cild 143-164-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Əlavə dəyər Vergisinin Bəyannaməsindən görünür ki, ********** VÖEN nömrəli "xxxx" MMC 2018-ci ilin avqust ayı üzrə vergi dövründə əməliyyatlar olmamışdır. Cinayət işinin 1-ci cild 165-186-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Əlavə dəyər Vergisinin Bəyannaməsindən görünür ki, ********** VÖEN nömrəli "xxxx" MMC 2018-ci ilin iyun ayı üzrə vergi dövründə əməliyyatlar olmamışdır. Cinayət işinin 1-ci cild 187-208-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Əlavə dəyər Vergisinin Bəyannaməsindən görünür ki, ********** VÖEN nömrəli "xxxx" MMC 2018-ci ilin iyul ayı üzrə vergi dövründə əməliyyatlar olmamışdır. Cinayət işinin 2-ci cild 225-226-cı vərəqələrində olan 26 aprel 2019-cu il tarixli 11/2019 saylı müqavilənin kserosurətindən görünür ki, fərdi sahibkar Şahid3 icraçı, sifarişçi qismində isə "xxxx" MMC çıxış etmişdir. Müqaviləyə əsasən, icraçı Şahid3 sifarişçiyə dizel yanacağı verməyi öz öhdəsinə götürmüşdür. Cinayət işinin 2-ci cild 227-ci vərəqəsində olan 05 iyun 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC ********** VÖEN nömrəli Şahid3 hesabına 49.950 manat avans köçürmüşdür. Cinayət işinin 9-cu cildinə əlavə edilmiş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən idarə olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sub-uçot hesabından 26 aprel 2019-cu il tarixli 11/20193 nömrəli müqavilə və 27 may 2019-cu il tarixli EAAU seriyalı 955803 №-li elektron qaimə əsasında 98.333,33 manat (doxsan səkkiz min üç yüz otuz üç manat otuz üç qəpik) dəyərində 136.831,7690 litr benzin yanacağı məhsulunun alqı-satqısının aparılması üçün, həmin əməliyyat üzrə avans qaydasında 49.950 manat məbləğin Şahid3 ƏDV depozit sub-uçot hesabına köçürülməsi, lakin faktiki olaraq heç bir yanacaq alqı-satqısına dair əməliyyatın həyata keçirilməməsi müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cild 32-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış bildirişdən görünür ki, 14 iyun 2019-cu ildə Zərərçəkmiş şəxs2 direktoru Nümayəndə2 adından Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X18 e-imzanın alınması üçün sifarişə dair ********* kodlu bildiriş verilmiş və şirkətin əlaqədar şəxsi qismində isə Təqsirləndirilən şəxs3 qeyd olunmuşdur. Cinayət işinin 1-ci cild 9-87-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış materiallardan görünür ki, ********* saylı bildiriş üzrə X8 əldə olunaraq yoxlama materiallarına əlavə edilmiş elektron məlumatların çap olunmuş vərəqədə “Şirkətin adı”qrafasında Zərərçəkmiş şəxs2 mmc yazıları, “Direktorun adı, soyadı, ata adı” qrafasında “Nümayəndə2 Kamil oğlu yazıları, “Təvəllüd” qrafasında “xx.xx.1969” rəqəmləri, “Doğulduğu yer” qrafasında “Azərbaycan Respublikası,Bakı” yazıları, “Əlaqə telefonu” qrafasında “55- 4751952” rəqəmləri, “E-mail” qrafasında “Elektron ünvan ” yazıları, “Şirkətin əlaqədar şəxsi” qrafasında “Təqsirləndirilən şəxs3” yazıları, “Müraciətin tarixi” qrafasında “14.06.2019 12:33” rəqəmləri, “Müraciət etmiş İP ünvan” qrafasında “85.132.98.42” rəqəmləri, “Şirkətin ünvanı” qrafasında “ünvan 9arı öz əksini tapmışdır. Qeyd olunan məlumatlar isə Zərərçəkmiş şəxs2nə aid məlumatlar olmuşdur. Cinayət işinin 2-ci cild 81-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqi X25 Haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs2 MMC ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçmişdir. Cinayət işinin 2-ci cild 82-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış əmrdən görünür ki, 05.03.2019-cu il tarixdən Nümayəndə2 Zərərçəkmiş şəxs2 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cild 49-cu vərəqəsində olan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs2 MMC VÖEN-i **********, hüquqi ünvanı AZ1025, ünvan 10ci mərtəbə, rəhbəri Nümayəndə2, fəaliyyət növü kimi digər qruplara daxil edilməmiş sair kimyəvi məhsulların istehsalı göstərilmişdir. Cinayət işinin 2-ci cild 83-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışın kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs2 MMC 27 aprel 2015ci ildə ********** VÖEN-lə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmış, hüquqi ünvanı AZ1025, ünvan 10ci mərtəbə. Nizamnamə kapitalının miqdraı 4,000,020,00 manat. Cinayət işinin 2-ci cild 85-88-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 MMC-nin Nizamnaməsinin kserosurətindən görünür ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Cinayət işinin 1-ci cild 79-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 avqust 2019-cu il tarixli telefona və kompüterə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi “Nokia” markalı mobil telefonda “Whatsapp” proqramında Təqsirləndirilən şəxs2la yazışmalar və səsli mesajlar aşkar olunmuş, həmçinin “Acer” markalı kompüterdə “Download” adlı qovluqda bir ədəd etibarnamə nüsxəsi, Bakı şəhəri 6 saylı və Sumqayıt şəhəri 38 saylı notariat kontorlarının möhürləri aşkar edilmişdir. Cinayət işinin 2-ci cild 52-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 noyabr 2019-cu il tarixli sənədlərin götürülməsi barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X8 elektron məlumatların yığıldığı 01 ədəd disk, 02 vərəqədə Şahid2 dair əmrlərdən çıxarış, 01 vərəqədə Şahid2 vəzifə təlimatları və 02 vərəqədə 07.05.2019-cu il tarixli etibarnaməyə dair məktubların surəti götürülmüşdür. Cinayət işinin 3-cü cild 240-287-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 noyabr 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş cədvəllərdən görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs3 adına olan ***-***-**-**, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrələrinə daxil olan və çıxan zəng və sms məlumatları özündə əks etdirən CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında mütəmadi olaraq telefon danışıqları aparılmışdır. Bundan başqa, sms çıxarışlarında aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 27.07.2019-cu ildə ***-***-**-** nömrəsindən “Behruz Elyardi 10 deqeye telfona cavab vermesen sabah uwaglarin 5 ne apariram asand xidmete, verilmiw vekaletleri asan imzalari ve 1 ci gunde hesab acilmiw hesablari yandirtdirib 5 nen de gunay bankin mudurune ve asan xitmedin resmi melumat verilecek” məzmunlu mesaj mətni; Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsinə “Bunun asan imzasi .ve He yox denen mene” məzmunlu mesaj mətni, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-** nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsinə Bunun asan imzasi ve ya parolu hani məzmunlu mesaj; ***-***-**-** mobil nömrəsinə isə “Biz ora pecat vermeliyik” məzmununda mesaj mətni göndərilmişdir. Cinayət işinin 4-cü cild 1-17-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 dekabr 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs3 adına olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrəsinə, Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** nömrəsinə və Təqsirləndirilən şəxs1 adına olan ***-***-**-** və ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatları özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı sms mətnlərində sənəd, hesabın bloklanması kimi sözləri əks etdirən sms mətnləri aşkar edilmişmişdir. Cinayət işinin 5-ci cild 84-108-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 dekabr 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskdə olan məlumatlarda ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə “O nomre verde meni vaxd gedir axi birde varsa iki dene pecat qabi” məzmunlu sms mətni; ***-***-**-** nömrəsindən namiq ayib olsun sene ama unutma yaxsi etibarnameye gore sene pislik edecem adna 195 den oyrenib adma nese cixsa inan ki seni mehf ederem göndərilmişdir. Cinayət işinin 5-ci cild 157-158-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2019-cu il tarixli, 28767 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 07 may 2019-cu il tarixli etibarnamənin (Təqsirləndirilən şəxs3 adına verilmiş etibarnamə) blankı, mətnləri, üzərində olan möhür əksləri və imzalar elektrofotoqrafik çap üsulu (lazer printer, ağ-qara surətçıxaran və s.) ilə hazırlanmışdır. Cinayət işinin 5-ci cild 162-168-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 dekabr 2019-cu il tarixli, 24000 №-li rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: 1.Tədqiq olunan bir ədəd işlək vəziyyətdə olan “Acer” markalı N16Q2 modelli NXGVBER01782112E807600 seriya nömrəli notebook tipli kompüterin yaddaşında “Downloads”, “Documents”, “Desktop” adlı qovluqlarda ümumilikdə 386 Mb həcmində 127 ədəd müxtəlif məzmunlu fayllar və 04 ədəd altqovluq müəyyən edilmişdir. Qeyd olunan faylların tərkiblərində müxtəlif məzmunlu sənədlər, mətn, möhür əksləri screenshot lar və digər qrafik elementlərin əksi olan məlumatlar aşkar edilmişdir. Tədqiq olunan kompüterin yaddaşında “Chrome” proqram təminatında “asanimza.az” “Asan imza” (Mobil imza) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edənlərin kimliyini təsdiqləmək üçün nəzərdə tutulmuş mobil identifikasiya vasitəsinin rəsmi saytına, avtonəqliyyat vasitələrin online alqı-satqı xidmətlərini (avto.az, avtomobil.az və.s) təmin edən “e-gov.az” elektron hökümət portalına və digər saytlara daxil olmalar aşkar edilmişdir. Baxılmış internet resurslarının jurnalı tam həcmdə - ad, tarix, məzmun qeyd edilərək rəqəmsal sübutların saxlanılması üçün nəzərdə tutulmuş DVD tipli optik diskə köçürülərək hazırki ekspert rəyinə əlavə edilmişdir.

2. Tədqiq olunan bir ədəd işlək vəziyyətdə olan “Nokia” markalı TA-021 modelli telefonun yaddaşında müəyyən edilmiş zənglər, kontaktlar, sms mesajlar, media məlumatlar (audio, foto, video), beylerovnamiq1969 adlı +99***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatı ilə aparılmış yazışmalar məzmunu və mübadilə edilmiş fayllar və həmin məlumatlara dair tərtib edilmiş hesabat-ad, məzmun, tarix və digər göstəricilər qeyd edilməklə rəqəmsal sübutların saxlanılması üçün istifadə edilmiş DVD tipli optik disklərə köçürülərək hazırki ekspert rəyinə əlavə edilmişdir.

3. Tədqiq olunan bir ədəd işlək vəziyyətdə olan “Huawei” markalı ANE-LX1 modelli, **********01992, **********24507 İMEİ nömrəli mobil smartfonun yaddaşında müəyyən edilmiş sms mesajlar, kontaktlar, audio, video, foto məlumatları, beylerlinamiq1969 adlı +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatı ilə aparılmış yazışmaların məzmunu və mübadilə edilmiş faylların rəqəmsal sübutların saxlanılması üçün istifadə edilmiş DVD tipli optik disklərə köçürülərək hazırki ekspert rəyinə əlavə edilmişdir. Cinayət işinin 5-ci cild 186-190-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 dekabr 2019-cu il tarixli Zərərçəkmiş şəxs1 QSC-nin ƏDV depozit hesabından qanunsuz olaraq silinmiş məbləğin, habelə iş üzrə əhəmiyyət kəsb edən digər halların araşdırılmasına dair mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 QSC-nin ƏDV depozit hesabından 05.06.2019-cu il tarixdə qanunsuz olaraq silinmiş 49.950 manat məbləğin "xxxx" MMC-nin hesabına köçürülməsi təsdiq edilmişdir. Cinayət işinin 5-ci cild 264-cü vərəqəsində olan Vergilər Nazirliyinin K-522 saylı 30.11.2005-ci il tarixli stajçı kimi vəzifəyə təyin edilmə haqqında əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs4 01.12.2005-ci il tarixdən Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsinin vergi borcları şöbəsinin, əmlakın siyahıya alınması və məhkəmə orqanları ilə aidiyyəti işlər bölməsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 5-ci cild 265-ci vərəqəsində olan Vergilər Nazirliyinin **********084600 nömrəli, 14.02.2019-cu il tarixli əmrindən çıxarışdan görünür ki, Cəfərov X17 Nazirliyi yanında Bakı şəhəri X37 Departamentinin vergi risklərinin təhlili idarəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsanamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilərək, 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Cinayət işinin 5-ci cild 266-cı vərəqəsində olan Vergilər Nazirliyinin **********222700 nömrəli 19.09.2019-cu il tarixli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs4 13 sentyabr 2019-cu il tarixdən Vergilər Nazirliyinin sərəncamından çıxarılmışdır. Cinayət işinin 7-ci cild 193-195-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininn 28 mart 2020-ci il tarixli 4/64№-li rəyindən görünür ki, əksi ekspertizaya təqdim olunmuş Nümayəndə1 adından olan 07 may 2019-cu il tarixli etibarnamənin kserosurətində ‘imza”, “Notariusun imzası”, “Notarius” qrafalarında əks olunmuş imzalar - Şahid1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Nümayəndə1 adından olan 07 may 2019-cu il tarixli etibarnamənin kserosurətində “Notariusun imzası”, “Notarius” qrafalarında əks olunmuş imzalar - Nümayəndə1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Nümayəndə1 adından olan 07 may 2019-cu il tarixli etibarnamənin kserosurətində “İmza” qrafasında əks olunmuş imzanın - Nümayəndə1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 8-ci cild 237-242-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 avqust 2020-ci il tarixli üzləşdirmə aparılması protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 2019-cu ilin mart ayının sonlarında qeyri-qanuni yolla əldə etdiyi Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin hüquqi ünvanlarını və bank rekvizitlərini “Whatsapp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs1 göndərmiş və Namiqdən həmin şirkətlərin ƏDV depozit hesablarını yoxlamağı, pul olan hesablardan həmin pulları köçürməkdə ona köməklik etməyini istəmişdir. Namiq bundan sonra ona Zərərçəkmiş şəxs1 QSC-nin ƏDV depozit hesabında külli miqdarda pul olduğunu, pulu köçürmək üçün şirkətin direktorunun şəxsi məlumatlarının lazım olduğunu və həmin məlumatlarla elektron imza əldə edəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 qeyri-qanuni yolla həmin məlumatları əldə edərək Namiqə göndərdiyini bildirmişdir. Namiq həmin məlumatlarla imza almaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X18 müraciət etmiş, imza hazır olduqda Namiq saxta etibarnamə üçün bir nəfər şəxsin lazım olduğunu dedikdə, o, Bəhruzun adına yazıla biləcəyini demişdir. Bir neçə gün sonra Namiqlə görüşüb Bəhruzun adına olan saxta etibarnaməni ondan alıb, Bəhruzla elektron imzanı gedib təhvil alaraq Namiqə təhvil vermişlər.05.06.2019-cu ildə isə Zərərçəkmiş şəxs1 QSC-nin ƏDV depozit hesabından 49.950 manat pul məlum olmayan hesablara köçürmüşdür. Köçürülmüş məbəğ Namiq tərəfindən nağdlaşdırılmış, 4800 manatı Namiq ona, 300 manatı isə Bəhruza vermişdir. İkinci dəfə 2019-cu ilin iyun ayında pul köçürmə əməliyyatı aparmaq istəyəndə isə ifşa olunmuşlar. Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 dediklərini inkar edərək bildirmişdir ki, Nuranın Zərərçəkmiş şəxs1 QSC-nin hesabında olan pulu ona deməsi üçün müraciət etdiyini, o da tanışı Aqşin vasitəsilə həmin QSC-nin hesabında olan pul məbləğini öyrənmiş, daha sonra həmin pulu köçürmək istədiyini deyəndə o, Nurana bunun riskli olduğunu, arada bir müəssisə olmasını demiş, Nuran hər hansı müəssisə olmadığını dedikdə, o, özündə olan "xxxx" MMC-ni təklif etmiş və razılaşmışlar. Bundan sonra o, Zərərçəkmiş şəxs1 QSC-nin depozit hesabından 49.950 manat pulu "xxxx" MMCnin hesabına köçürmüşlər. Bundan sonra Nuran ona 500 manat MMC-ni satdığına görə, 2000 manat isə aparılan əməliyyata görə vermişdir Buna görə məhkəmə həmin üzləşdirmə protokoluna da sübut növü kimi qəbul edir. Cinayət işinin 8-ci cild 265-269-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 sentyabr 2020-ci il tarixli baxış keçirilməsinə dair protokoldan görünür ki, ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinə təqdim etdiyi bir ədəd «HUAWEİ» markalı və bir ədəd «NOKİA» markalı mobil telefona, bir ədəd «ACER» markalı nootbuk tipli kompüterə baxış keçirillərək, Təqsirləndirilən şəxs1 «HUAWEİ» markalı mobil telefonunda “beylerovnamiq1969” adlı +99***-***-**-** saylı mobil nömrə ilə “Watsapp” proqramda qeydiyyatdan keçərək istifadə etdiyi, Təqsirləndirilən şəxs1 qeyd olunan proqram vasitəsi ilə “Akwin, Ceferov” adlı +99***-***-**- ** saylı mobil nömrə ilə qeydiyyata alınmış abonentlə cinayət təqibi üçün əhəmiyyət kəsb edən yazışmaların aparılması müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 12.04.2019-cu il tarixdə saat 12:03-də “beylerovnamiq1969” adlı “Watsapp” ünvanından “Akşin, Ceferov” adlı “Whatsapp” ünvanına daxil olmuş yazıda **********; Azinvest, rəqəmləri və sözləri, həmin gün saat 12:04-də ünvanladığı yazıda “**********1, inteks” rəqəmləri və sözləri, habelə həmin gün saat 12:04-də ünvanladığı yazıda isə “Bunların deposuna baxdıra bilərsən?” sözlərini qeyd etmiş, “Akşin, Ceferov” adlı abonent isə “Açıq bağlı? Yoxsa içində nə var nə yox?” sözləri qeyd olunmuş yazılar göndərmiş, Təqsirləndirilən şəxs1 “Hər ikisidə” sözləri qeyd olunan cavab vermiş, “Akşin, Ceferov” adlı abonent “ok” yazısı yazmış, “Akşin, Ceferov” adlı “Whatsapp” ünvanından 12.04.2019-cu il tarixdə saat 12:25-də Təqsirləndirilən şəxs1 “beylerovnamiq1969” adlı “Whatsapp” ünvana göndərilmiş yazıda “İkisi də açıqdı”, “Əmələ gəlir?” sözləri qeyd olunmuş, “Akşin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 16.04.2019-cu il tarixdə saat 10:29-da Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvanına “neynedin?” sözü və sual işarəsi, həmçinin həmin gün saat 11:54-də ünvanladığı yazıda “ok səndən yaxçı xeber gözleyirem” sözləri qeyd olunmuş ismarıc göndərilmiş, 16.04.2019-cu il tarixdə saat 12:21-də Namiqin “beyierovnamiq1969” adlı “Whatsapp” ünvanından “Akşin, Ceferov” adlı “Whatsapp” ünvanına daxil olmuş yazıda “Ok, baxdır, gör pul yerindədir, boş yerə rasxoda getməyəkdə” sözləri, “Akşin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 16.04.2019- cu il tarixdə saat 12:45-də Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvana göndərdiyi yazıda “4406.19 azn pul qalıb” rəqəm və sözləri ilə, saat 12:48-də ünvanladığı yazıda isə “mence uje rasxoda getmə” sözləri qeyd olunmuş ismarıc göndərilmiş, “Akşin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 06.05.2019cu il tarixdə Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvanına “Libra açıqdı” sözü, 14:54-də ünvanladığı yazıda “Apreldən bu yana 23825 manat gəlib.” sözləri, “O dediyin rəqəm gəlməyib” sözləri qeyd edilmiş ismarıc göndərilmiş, “Akşin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 13.05.2019-cu il tarixdə saat 14:37-də Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvanına “pul gəlib” sözü, 14.05.2019-cu il tarixdə Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvana göndərdiyi “Məni ne vaxt göressen” sözləri qeyd olunmuş ismarıc göndərilmiş, “Akşin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 13.08.2019-cu il tarixdə Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvanına “İş zad var?” sözünün qeyd olunduğu ismarıcın göndərildiyi müəyyən olunmuşdur. Bundan başqa «ACER» markalı notbuk tipli kompüterə baxış zamanı həmin kompüterin «Download» qovluğunda Sumqayıt şəhər 38 saylı notariat kontorlarunun möhürlərinin elektron variantı, o cümlədən də, Sumqayıt şəhəri 6 saylı notariat kontorunun notariusu Şahid1 adından tərtib olunmuş «əsli ilə düzdür” blankı aşkar olumuşdur. Cinayət işinin 9-cu cildində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsindən əməliyyat tapşırığına verilmiş 15 yanvar 2020-ci il tarixli cavabdan görünür ki, tapşırığın təsviri hissəsində göstərilən ***-***-**-** saylı mobil telefon nömrəsinin hər hansı bir şəxsin adına rəsmiləşdirilməsi müəyyən edilməsə də, faktiki istifadəçinin Təqsirləndirilən şəxs4 adlı şəxs olması əməliyyat yolu ilə öyrənilmişdir. Təqsirləndirilən şəxs4 adlı şəxsin-xx.xx.1983cü il təvəllüdlü Təqsirləndirilən şəxs4 olması müəyyən edilmişdir. Cinayət işinin 9-cu cildində olan istintaq zamanı Təqsirləndirilən şəxs2 tərəfindən idarə olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sub-uçot hesabından 26 aprel 2019-cu il tarixli 11/20193 nömrəli müqavilə və 27 may 2019-cu il tarixli EAAU seriyalı 955803 №-li elektron qaimə əsasında 98.333,33 manat (doxsan səkkiz min üç yüz otuz üç manat otuz üç qəpik) dəyərdə 136.831,7690 litr benzin yanacağı məhsulunun alqısatqısının aparılması üçün, həmin əməliyyat üzrə avans qaydasında 49.950 manat məbləğin Şahid3 ƏDV depozit sub-uçot hesabına köçürülməsi, lakin faktiki olaraq heç bir yanacaq alqı-satqısına dair əməliyyatın həyata keçirilməməsi müəyyən olunmuşdur. Cinayət işinin 2-ci cild 193-cü vərəqəsində olan sərhədkeçmə məlumatından görünür ki, X1 dəfə 29.07.2019-cu ildə Türkiyənin Antalya şəhərinə keçib getmişdir. Cinayət işinin 9-cu cild 243-247-ci vərəqələrində olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X22 12 oktyabr 2020-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* №-li cinayət işinin materiallarından barəsində axtarış elan olunmuş Azərbaycan Respublikası CM-nin 29, 177.3.1, 177.3.1, 193-1.3.2, 29, 202.1, 202.1, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 272.2.1, 29, 272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs X20 barəsində, Şahid3, Şahid5 və qeyrilərinin cinayət yolu ilə əldə olunmuş pul vəsaitinin leqallaşdırılması cinayət əməllərində qabaqcadan əlbir olan bir qrup şəxs halnda iştirakları və sair faktlar üzrə Azərbaycan Respublikası CM-nin 29, 177.3.1, 177.3.1, 193-1.3.2, 29, 202.1, 202.1, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 272.2.1, 29, 272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə başqa cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan şəxslərin əməllərinə ayrılmış iş üzrə hüquqi qiymət veriləcəkdir. Məhkəmə təqsirləndirilən şəxsləri, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrini və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə cinayət əməllərini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 193-1.3.2, 29, 202.1, 202.1, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 272.2.1, 29, 272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli, göstərilən maddələrin sanksiyaları həddində cəzalandırılmalı, onların islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür, yalnız bu yolla cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan edilmiş ittihamlar üzrə cinayət əməllərini törətməkdə özlərini təqsirli bilməmişlər. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə zərərçəkmiş-hüquqi şəxsin izahatını, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun hər bir cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Bununla yanaşı, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs4 mütəşəkkil dəstənin tərkibində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqalaşdırması, oğurluq,oğurluğa cəhd, rəsmi sənədləri saxtalaşdırması və bilə-bilə saxta sənədlərdən istifadə etməsi cinayətlərində, yəni istintaq orqanı tərəfindən sonuncuya elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 193-1.3.2 və 320.1 və 320.2–ci maddələr təqsirliliyi sübuta yetirmədiyi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsi qənaətinə gəlir. Məhkəmə kollegiyası iş üzrə istintaq orqanının Təqsirləndirilən şəxs4 yuxarıda qeyd olunan Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə əlaqədar qəbul etmiş olduğu qərara istinadən belə nəticəyə gəlir ki, istintaqçı Təqsirləndirilən şəxs4 əməllərinə münasibətdə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, təhlil olunmaqla bir-biri ilə müqayisə etməmiş və qanuna müvafiq qaydada qiymətləndirilməmişdir. Təqsirləndirilən şəxs4 əməlləri münasibətdə sübutların tədqiqi və onların qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, elan edilmiş ittiham ziddiyyətli sübutlara əsaslanmış və bu ziddiyyətlərin aradan qaldırılması istiqamətində qanuna müvafiq tədbirlər görülməmişdir. Belə nəticə həmçinin cinayət mühakimə icraatının aparılması zamanı qanunvericilik prinsipinə əməl edilməsi tələbi təsbit edilmiş Azərbaycan Respublikası CPM-nin 10.1-ci maddəsinin müddəalarından da irəli gəlir. Həmin maddəyə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilməsinə yol verir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Qeyd olunan Azərbaycan Respublikası CPM-nin müddəalarına əsasən məhkəmə kollegiyası aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs4 qarşı irəli sürülmüş mütəşəkkil dəstənin tərkibində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırması, oğurluq, oğurluğa cəhd, rəsmi sənədləri saxtalaşdırması və bilə-bilə saxta sənədlərdən istifadə etməsi üzrə ittiham sübuta yetirilmədiyi üçün ittihamdan çıxarılması qənaətinə gəlir. Belə ki, birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şərait yaradan hal) kimi çıxış edir. Lakin, digər şəxsin cinayət törətməsi üçün şərait yaradan hərəkət iştirakçılıq sayılmır. Yalnız cinayətkar hərəkətlərin yerinə yetirilməsi, icraçının cinayətkar məqsədinə çatması üçün əhəmiyyətli olan şərtlərin yaradılması iştirakçılıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası CM-nin 34.3-cü maddəsinə əsasən bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. İştirakçılığa aid «mütəşəkkil dəstə» cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən birlikdə cinayətin icra edilməsini, yəni birgə icraçılığı ehtiva edir. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Hazırki iş üzrə müəyyən olunmuş hallardan görünür ki, Təqsirləndirilən şəxs4 hüquq verən rəsmi sənədi tamah niyyətilə istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayıb, bilə-bilə saxta sənəddən tamah niyyətilə istifadə etməsində, xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurlamaqda, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlamaqda, maliyyə əməliyyatları həyata keçirməklə vahid niyyətlə külli miqdarda pul vəsaitini leqallaşdırmaqda hər hansı bir hərəkəti ilə bilavasitə iştirak etməmiş, cinayətlərin obyektiv cəhətini təşkil edən hərəkətləri icra etməmiş, onun təqsirləndirilməsinə dair müstəsna rolu yalnız elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edərək kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompüter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən daxil olaraq, kompüter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatlarını buna hüququ olmadan ələ keçirməsində, elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edərək kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompüter məlumatlarını ələ keçirmək və təmənnasız öz tanışı Təqsirləndirilən şəxs1 ötürülməsi olmuşdur. Bu isə digər şəxslərin cinayət törətməsi üçün şərait yaradan hərəkət iştirakçılıq sayıla bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan «mütəşəkkil dəstə» anlayışının şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 1999-cu il tarixli qərarının məzmununa görə cinayətkar qrupun daha mürəkkəb növü kimi mütəşəkkil dəstəyə digər ağır cəhətlərlə yanaşı aşağıdakı xüsusiyyətlər aiddir: cinayətin törədilməsində rolların bölüşdürülməsi, təşkilatı və ya başçının irəli sürülməsi, qrupda ciddi intizamın gözlənilməsi, cinayət niyyətlərinin ümumiliyi eyni dəyərlərə söykənən oxşar davranış istiqamətlərinin müəyyənləşdirilməsi, şəxsi münasibətlərin cinayətin birlikdə törədilməsinə əsaslanan işgüzar münasibətlərlə əvəz edilməsi, cinayətin törədilmə planının işlənib hazırlanması, cinayətin törədilməsi üçün mükəmməl hazırlıq görülməsi, cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi, cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü, hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması, cinayət qazanclarının qrupun strukturlarında tutulan mövqelərə uyğun olaraq bölüşdürülməsi və bir sıra hallarda xüsusi pul fondunun yaradılması aiddir. İştirakçıların hər hansı cinayət törətmələri yox, bir və ya bir neçə basqınlar etmək məqsədi güdmələri, habelə dəstənin silahlanması kimi xüsusiyyətlərin mövcud olması zəruridir. Mütəşəkil dəstənin möhkəmliyini onun tərkibinin və təşkilati qurumlarının sabitliyi, üzvlərinin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi xarakterizə edir. İbtidai araşdırma zamanı istintaqçı tərəfindən toplanmış sübutlarda Təqsirləndirilən şəxs4 törədilmiş cinayət hadisəsində iştirakı, cinayətin edilməsi zamanı onun rolu, cinayətin törədilmə üsulu, cinayətin törədilməsində bilavasitə iştirakının növü, cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılıb-razılaşdırılmaması və digər mütəşəkkil dəstənin tərkibində törətdiyi hərəkətlər etməsi xüsusiyyətləri müəyyən edilməmişdir. İstintaqçı nə sübutları qiymətləndirmə qərarında, nə də ittiham aktında bu ziddiyətin səbəblərini göstərməmiş, Təqsirləndirilən şəxs4 mütəşəkkil dəstə şəklində fəaliyyət göstərməsi, vahid qəsdlə hərəkət etməsi kimi nəticəyə gəlməsini əsaslandırmamışdır. İş üzrə isə müəyyən edilmişdir ki, Cəfərov Aqşin Əlövsət oğlu təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanımış, digərlərini ümumiyyətlə tanımamışdır. Təqsirləndirilən şəxs X23, Təqsirləndirilən şəxs3 ilə tanışlığı olmamış, onları tanımadığı üçün sonuncular ilə «mütəşəkkil dəstənin tərkibində qabaqcadan əlbir olan bir qrup» şəxs halında olmasını təsdiq edəcək mötəbər sübutlar cinayət işinin materiallarına əlavə edilməmişdir. Təqsirləndirilən şəxs3 adına olan ***-***-**-** və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrələrinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən CD disklərə baxış keçirilərkən Təqsirləndirilən şəxs4 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri ilə telefon danışıqları qeydə alınmamışdır. Ümumiyyətlə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs4 hərəkətlərinə qiymət verməmiş, onun özünün müdafiəsi üçün irəli sürdüyü dəlillərin təkzib və ya təsdiq olunmasını yoxlamamışdır. Təqsirləndirilən şəxslər Nurlan Mahmudovun, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 tanıyıb-tanımadıqları barədə ifadələrini təkzib edən hər hansı bir hal və ya sübut növü müəyyən edilməmişdir. Lakin, iş üzrə təkzib olunmaz sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 öz tanışı Təqsirləndirilən şəxs1 xahişinə əsasən təmənnasız Təqsirləndirilən şəxs1 və digərləri tərəfindən sonradan qanunsuz istifadə edilməsi barədə məlumatı olmadan yalnız Azərbaycan Respublikası Vergilər Nazirliyində işləyən istintaqla müəyyən edilməyən tanışları vasitəsilə kompüter sisteminə daxil olaraq hüququ olmadan həmin sistemdə saxlanılan kompüter məlumatlarını ələ keçirərək 12 aprel 2019-cu il tarixdə “Akwin, Ceferov” adlı +99***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” proqram təminatı vasitəsilə Təqsirləndirilən şəxs1 “beylerovnamiq1969” adlı +99***-***-**-** saylı mobil telefonuna göndərmişdir. Akşin Cəfərovun «mütəşəkkil dəstənin» tərkibində ictimai təhlükəli əməli təqsirli olaraq törətməsini nə məhkəməyədək icraat zamanı, nə də ki məhkəmə baxışında təsdiq edən hər hansı bir hal və ya sübut müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs Cəfərov Aqşin Əlövsət oğlunun «təqsirsizlik prezumpsiyası»nın tələblərinin pozulması ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 193-1.3.2 və 320.1 və 320.2-ci maddələri ilə ittiham olunmuşdur. Belə ki, ibtidai istintaq orqanının 12 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarının təsviri hissəsində heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməlləri daha ağır maddələrə tövsif edilmiş və nəticədə onun üzərinə «özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi» qoyulmuşdur. Beləliklə, məhkəmə istintaqında araşdırılmış sübutlara, şahid ifadələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs4 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan «mütəşəkkil dəstə» anlayışının şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 1999-cu il tarixli qərarında göstərilən əlamətlər yoxdur və ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə irəli sürülmüş ittihamda müttəşəkkil dəstə halında cinayətin törədilməsi məhkəmə baxışında sübuta yetrilməmişdir. Təqsirləndirilən şəxs4 Əliövsət oğlunun təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında qeyd edilmişdir ki, 2019-cu ilin iyun ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində Bakı Metropoliteninin «Nəriman Nərimanov» stansiyasının yaxınlığında Təqsirləndirilən şəxs1 əldə etdiyi 10.000 manat pulu mütəşəkkil dəstənin digər üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və qeyriləri aralarında bölüşdürüb. Məhkəməyədək icraat zamanı və məhkəmə prosesində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 kompüter sistemində saxlanılan kompüter məlumatlarını Təqsirləndirilən şəxs1 “Whatsapp” proqramı ilə sonuncuya çatdırmasını onunla izah etmişdir ki, bəzi məlumatları Namiqə dostluq münasibətinə görə, təmənnasız vermiş və həmin qeyri qanuni hərəkətlərinə görə ona heç kim pul vəsaiti verməmişdir. İbtidai istintaq zamanı və məhkəmə baxışında Təqsirləndirilən şəxs1 eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs4 pul verməmişdir. İş üzrə dindirilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, izahatı alınmış zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri, zərərçəkmiş Nümayəndə1 və şahid qismində dindirilmiş Araz Teymurlu, digər şahidlər heç biri Təqsirləndirilən şəxs4 Əliövsət oğlunun cinayət əməlləri nəticəsində pul vəsaitinin əldə edilməsini göstərməmişlər. Təqsirləndirilənin şəxsin bu ifadəsini təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Ümumiyyətlə onun kompüter sisteminə daxil olmaq hüququ olmadan ora daxil olaraq həmin sistemdə saxlanılan kompüter məlumatlarını ələ keçirərək Təqsirləndirilən şəxs1 ötürməsi, Təqsirləndirilən şəxs4 gələcəkdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digərləri tərəfindən ictimai təhlükəli nəticələrin baş verə biləcəyini qabaqcadan görüb buna şüurlu surətdə yol verməsi barədə fikir yürütmək üçün istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Azərbaycan Respublikasının 1 mart 2003-cü il tarixli 420-İİQ saylı Qanunu ilə ratifikasiya edilmiş “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında” 8 noyabr 1990-cı il tarixli X9 “çirkli pulların yuyulması” ilə mübarizə sahəsində Avropa Şurasının üzvü olan dövlətlərin əsas öhdəliklərini müəyyən etmişdir. Azərbaycan Respublikası 1 mart 2003-cü il tarixdə 420-İİQ saylı Qanunu ilə «Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında» 8 noyabr 1990-cı il tarixli X3 ratifikasiya etmişdir. Bundan başqa, «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının 10 fevral 2009-cu il tarixli, 767-İİİQ saylı Qanununun 1.0.1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi, yaxud cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi, 1.0.3.-cü maddəyə əsasən, pul vəsaitləri və ya digər əmlakla əməliyyat, pul vəsaitləri və ya digər əmlakla bağlı mülki hüquqların əldə edilməsi, həyata keçirilməsi, dəyişdirilməsi və ya onlara xitam verilməsinə yönəlmiş əməllərdir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi aşağıdakı qəsdən törədilən əməlləri vasitələrin (Konvensiyanın 1-ci maddəsinin <c> yarımbəndinə əsasən “vasitə” dedikdə istənilən üsulla, ümumilikdə və ya qismən cinayət hüquqpozmasını və ya cinayət hüquqpozmalarını törətmək məqsədi ilə istifadə emək üçün nəzərdə tutulan və ya istifadə olunan hər bir əşya başa düşülür) leqallaşdırılması ilə əlaqədar hüquqpozmalar sırasına aid etmişdir. Həmin qanunvericiliyin müddəalarından göründüyü kimi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və əmlakın leqallaşdırılması: əmlakın əldə olunması, ona sahiblik və ya onun istifadə edilməsi kimi başa düşülür. Əmlakın əldə olunması, ona sahiblik və ya onun istifadə edilməsi isə bir şərtlə cinayət sayılır ki, təqsirləndirilən şəxs həmin pul vəsaitlərini alan zaman ona məlum idi ki, pul vəsaiti cinayət yolu ilə əldə edilən gəlirdir. CM-nin 193-1.1.1-ci maddəsində təsbit edilmiş cinayətin subyektiv cəhəti birbaşa qəsdi nəzərdə tutur. Pul vəsaitlərinə dəyərlərin sonrakı taleyi ilə bağlı müxtəlif hərəkətləri ehtiva edir. Təqsirkar cinayət yolu ilə əldə edilmiş pul vəsaitini leqallaşdırma üzrə qeyd olunan əməlləri törətdiyini dərk edir və məhz bu şəkildə hərəkət etməyi arzulayır. Şərh olunan maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün təqsirkar şəxsin müvafiq pul vəsaitlərinin hansı cinayət əməli nəticəsində əldə edilmiş olmasını dəqiq bilməsi yox, bu dəyərlərin ümumiyyətlə kriminal əməl nəticəsində əldə olunduğunu bilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs4 cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin əldə olunmasında və onun istifadə edilməsində iştirak etməsi, ona pul verilməsi, dəyərlərin ümumiyyətlə kriminal əməl nəticəsində əldə olunduğu sübuta yetirilməyib. Məhkəmənin tədqiq etdiyi şahid ifadələri, ekspert rəyi və başqa materiallar da Təqsirləndirilən şəxs4 kompüter sisteminə daxil olaraq həmin sistemdə saxlanılan kompüter məlumatların tanışı Təqsirləndirilən şəxs1 göndərilməsi, sonuncunun və digərlərinin bundan istifadə edərək qanunsuz əməliyyatlar aparılmasından, əldə edilmiş pul vəsaitini leqallaşdırmasından xəbəri olmasını təsdiq edən hər hansı şahid ifadəsinə, başqa növ sübuta istinad edilməmişdir. Bu əsaslara görə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 193-1.3.1, 193-1.3.2–ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsi qənaətinə gəlir. Təqsirləndirilən şəxs4, zərərçəkmiş-huquqi şəxsdən, şahidlərdən alınmış ifadələr, digər sübutları ittihamda göstərilən oğurluğu təşkil edən hallar və həmin cinayətləri xarakterizə edən obyektiv və subyektiv əlamətlər, təqsirləndirilən Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi CM-nin 177.3.1 və 29, 177.3.1-ci maddəsinin dispozisiyası ilə müqayisə etdikdə, həmin sübutların və işin faktiki hallarının sonuncunun əməllərində sözügedən oğurluq cinayətinin zəruri əlamətlərinin mövcud olması haqqında nəticə ilə uzlaşmadığı aydın olur. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respubliası Ali Məhkəmənin Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Tamah məqsədi olmadan özgənin əmlakının əldə edilməsinə yönəlmiş, hüquqazidd hərəkətlər, məsələn əmlakı sonradan mülkiyyətçiyə qaytarmaq, yaxud əmlaka ehtimal olunan hüquqla bağlı həmin əmlakı götürmək niyyətilə törədilmiş hərəkətlər, oğurluq və ya soyğunçuluq cinayətlərinin tərkibini yaratmır. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Oğurluq, soyğunçuluq və quldurluq cinayətləri müvafiq olaraq CM-nin 177.3.1-ci maddələri ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, həmin əməllər o vaxt mütəşəkkil dəstə tərəfindən törədilən əməllər kimi qəbul edilir ki, bu dəstədə bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət cinayətkar qrup iştirak etmiş olsun. (CM-nin 34.3-cü maddəsi) Mütəşəkkil dəstə həm də özünün sabitliyi, tərkibində təşkilatçısının (rəhbərinin) və birgə cinayətkar fəaliyyət üçün əvvəlcədən hazırlanmış planın olması, cinayətin törədilməsinə hazırlıq və cinayətkar niyyətin həyata keçirilməsi zamanı qrup üzvləri arasında funksiyaların bölüşdürülməsi ilə xarakterizə olunur. Mütəşəkkil dəstənin sabitliyi təkcə dəstənin uzun müddət ərzində mövcudluğunda, qrup üzvlərinin dəfələrlə cinayət törətməsində deyil, onların texniki cəhətdən təmin edilməsində, hətta bir cinayətin törədilməsi üçün uzun müddət hazırlıq görmələrində özünü göstərə bilər. Talamanın istənilən forması subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında təqsirlə xarakterizə olunur. Təqsirkar özgənin əmlakını qanunsuz və əvəzsiz götürdüyünü dərk edir, bunun əmlakın mülkiyyətçisinə (və ya başqa sahibinə) real maddi ziyan vuracağını qabaqcadan görür və belə nəticənin baş verməsini arzu edir. Talamanın subyektiv cəhətinin daha bir zəruri əlaməti tamah məqsədinin olmasıdır. Təqsirləndirilən şəxs4 əməllərində tamah məqsədinin olması, özgənin əmlakını qanunsuz və əvəzsiz götürdüyünü dərk etməsi, talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkanı olması istintaq orqanı tərəfindən sübuta yetirilməmiş, Təqsirləndirilən şəxs4 cinayətin digər iştirakçıları ilə qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün onunla razılıq əldə edilməsi, həmçinin onun oğurluqda hansı konkret hərəkətlər edilməsi araşdırılmamışdır. Məhkəmə baxışında barələrində cinayət işi ayrılmış şahidlər statusunda olan Şahid4, Şahid3 və Şahid5 ziddiyətli ifadələr verərək, məhkəməyədək icraat zamanı verdiyi ifadələri təkzib etmişlər. Belə ki, Şahid3 məhkəməyədək icraat zamanı dindirilərək ifadəsində göstərmişdir ki, əmtəəsiz əməliyyatlar nəticəsində 2019-cu ildə "xxxx" MMC-dən 49.950 manat pul daxil olmuşdur. O, daxil olmuş 49.950 manat pula görə 10.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs2 çatdırması üçün Rasətə vermişdir. (Cild 8-ci 192-194-cü vərəqə). Məhkəmə prosesində dindirilərkən Şahid3 Şahid4 30.000 manat, sonrakı ifadəsində isə 29.600 manat Rasətə verməsini göstərmişdir. İbtidai istintaq orqanına verdiyi ifadəsində Şahid4 göstərmişdir ki, o, Şahid3 “əmtəəsiz əməliyyat” apardığını bilirmiş, 2019-cu ildə o, Şahid3 xahişinə əsasən soyadını bilmədiyi tanışı Bayramın vasitəsi ilə Ədalətlə tanış olmuş və 2019-cu ilin aprel-may aylarında Ədalətlə görüşmüşdür. Ədalət söhbət əsnasında özünün və dostlarının şirkətlərinin olduğunu, həmin şirkətlərin ƏDV depozit hesabında müəyyən məbləğlərdə pul yığıldığını, həmin pulun 50 faizi həcmində satmaq istədiyini demişdir. O, bu barədə Şahinə demiş və Şahin razılaşmışdır. Bundan sonra Ədalət alqı-satqı müqavilələri tərtib edərək ona təqdim etmişdir. O da həmin sənədləri Şahinə vermiş və Şahin də müqavilələri imza edəndən sonra onun adına olan ƏDV depozit hesabına pulları köçürmüşdür. "xxxx" MMCdən daxil olan pula görə Ədalətə 10.000 manat pul çatdırmışdır.( Cild 8 i.v. 167-169) Məhkəmə prosesində dindirilərkən Şahid4 bildirmişdir ki, ona Şahin bir neçə dəfəyə cəmi 29.600 manat yox, cəmi 25.000 pul vermişdir. Şahid5lə heç vaxt görüşməmiş, yalnız Bayramın vasitəsi ilə Ədalətlə telefon əlaqəsi saxlamış və 25.000 manat pulu taksi ilə, bir qismini Bayramın dediyi Ədalət adlı şəxsə vermiş, bir qismini isə şəxsən Bayrama vermişdir ki, Şahid5 çatdırsın. Ona 25 mindən cəmi 200-300 manat pul qalmışdır. Şahid5 məhkəməyədək icraat zamanı dindirilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 10 il olar ki tanıyır. Bayram adlı şəxsin vasitəsi ilə Şahid3 və Şahid4 tanımış, 2019-cu ilin yay aylarında Bayram adlı tanışı Şahid3 adından ona müraciət edərək ona Şahinin mühasibi Rasət ilə dost olduğunu, Rasətin ona müraciət edərək Şahinə köməklik etməyi xahiş etdiyini bildirmişdir. O, bu məsələ barədə dostu Təqsirləndirilən şəxs1 məlumat vermişdir. Namiq əlində olan bir neçə şirkətin ƏDV depozit hesabında pulların olduğunu, həmin pulları 30 faiz həcmi ödənildiyi halda sata biləcəyini demişdir. O, 2 halda pul köçürməsində iştirak etmişdir. Bayram ona 7.000 ABŞ dolları pul vermişdir. O, Bayramdan aldığı pulun hamısını Təqsirləndirilən şəxs1 və Nuranla görüşərək onların özlərinə vermişdir.( Cild 8 i.v. 210-213) Məhkəmə prosesində Şahid5 göstərmişdir ki, O, Rasəti tanımamış və Rasəti birinci dəfədir ki, görür. O, Bayramı tanımışdır. X44 adlı şəxs tanış etmiş, yəni Rasətin telefon nömrəsini vermiş və onunla Rasət zəngləşmişlər. O, Rasətdən pul almamışdır. Rasətlə telefonla danışmış və Rasət ona taksi ilə pul göndərmişdir. Səhv etmirsə pulu bir dəfəyə taksi ilə göndərmişdir. O, bilmir Rasət ona nə qədər pul göndərmişdir. O, rayonda olanda taksi pulu gətirəndə Namiq tərəfdən kimsə pulu taksidən götürmüşdür. Ona heç bir məbləğdə pul çatmamışdır. Bayramın ona 7.000 ABŞ dolları pul verməsini xatırlamır. O, Nurana 10.000 manat verməmişdir. Şərh edilən ifadələrin təhlili göstərir ki, həmin ifadələr arasındakı ziddiyətlər nəyinki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X23 ayrı-ayrılıqda göstərdiklərində, həmçinin belə ziddiyətlər şahidlərin ibtidai istintaq vaxtı və məhkəmə baxışında verdikləri ifadələr arasında müəyyən olunur. İstintaqın ayrı-ayrı dövrlərində, eləcə də məhkəmədə biri-digərini inkar edən ziddiyətlərin mövcudluğuna baxmayaraq, onlar ibtidai araşdırma orqanı tərəfindən aradan qaldırılmamış, şahidlər Şahid5, Şahid4 və Şahid3 müxtəlif vaxtlarda verdiyi müxtəlif məzmunlu ifadələrindəki ziddiyətlər tam araşdırılmamış, onlar və təqsirləndirilən şəxslər arasında üzləşmələr aparılmamış, əsas iştirakçı olan “Bayram” müəyyən edilməmişdir. Yuxarıda şərh olunanlara əsasən ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs4 əməllərinə münasibətdə müəyyən etdiyi hallar təsdiq olunmuş sübutlarla və cinayət qanunun normaları ilə uzlaşmır, qeyd edilən əsas şahidlər Şahid4, Şahid3, Şahid5 və digərləri Təqsirləndirilən şəxs4 Əliövsət oğlunu ümumiyyətlə tanımadıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs4 həmin pul vəsaitinin talanmasında rolunu müəyyən etmək olmur və ibtidai araşdırma orqanının bu məsələyə aydınlıq gətirməsi iş materiallarından görünmür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4 həmçinin təqsirləndirilir ondan ötrü ki, o, mütəşəkkil dəstənin tərkibində hüquq verən rəsmi sənədləri, möhürləri, blankları saxtalaşdıraraq, həmin sənədlərdən istifadə etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. İbtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmişhüqüqi şəxs Nümayəndə1 imzasının, eləcə də Sumqayıt şəhəri 6 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu Şahid1 imzası və adına hazırlanmış Azərbaycan Respublikasının dairəvi möhürünün əksini həmin müddət ərzində istintaqa məlum olmayan yer və şəraitdə digər sənəddən əldə edib müvafiq (skayner və digər) qurğu vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus olan “Acer” markalı “N16Q2” modelli “NXGBER01782112E807600” seriya nömrəli “notebook” tipli kompüterin yaddaşına köçürməklə Təqsirləndirilən şəxs3 səlahiyyətlər vermiş və həmin üsulla cinayət yolu ilə əldə edildiyini bilə-bilə külli miqdarda pul vəsaitini leqallaşdırmışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 təkrarən, eyni niyyətlə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə Zərərçəkmiş şəxs2 ƏDV depozit hesabında olan pul vəsaitini eyni forma və üsullarla gizli yolla talamaq məqsədilə 2019-cu ilin mart ayında istintaqla müəyyən edilməyən saxta sənədlərdən istifadə edilməklə qanunsuz üsulla tamah niyyətilə mütəşəkkil dəstə tərkibində təkrarən toplamağa cəhd etmişlər. Məhkəmə baxışında iş üzrə dindirilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X23 və Təqsirləndirilən şəxs3, şahidlər Şahid4, Şahid6, Şahid1, Şahid3, Şahid5 və əlavə şahid X34 yuxarıda qeyd olunan sənədlərin saxtalaşdırmasında və həmin sənədlərin istifadə edilməsində Təqsirləndirilən şəxs4 iştirakı barədə heç bir ifadə verməmişlər. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininn 28 mart 2020-ci il tarixli 4/64№-li rəyindən görünür ki, əksi ekspertizaya təqdim olunmuş Nümayəndə1 adından olan 07 may 2019-cu il tarixli etibarnamənin kserosurətində “imza”, “Notariusun imzası”, “Notarius” qrafalarında əks olunmuş imzalar - Şahid1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Nümayəndə1 adından olan 07 may 2019-cu il tarixli etibarnamənin kserosurətində “Notariusun imzası”, “Notarius” qrafalarında əks olunmuş imzalar - Nümayəndə1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Nümayəndə1 adından olan 07 may 2019-cu il tarixli etibarnamənin kserosurətində “İmza” qrafasında əks olunmuş imzanın - Nümayəndə1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Beləliklə, bu rəylə Təqsirləndirilən şəxs4 qeyd edilən sənədlərin saxtalaşdırılmasında iştirakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmədə ifadə vermiş Təqsirləndirilən şəxs4 həmin cinayətlərin törədilməsində özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs4 həmin maddələr üzrə təqsirli bilinməsi üçün iş üzrə hər hansı düzünə və ya yanakı digər sübut yoxdur. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü dəlilləri təkzib və ya təsdiq etməmiş, cinayət işində olan sənədləri təhlil etməyərək, çatışmazlıqları aradan qaldırması üçün tədbirlər görməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmçinin, Plenum qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində təqsirsizlik prezumsiyasının dörd ünsürü nəzərdə tutulmuşdur ki, həmin ünsürlərdən biri də şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilməməsi prinsipidir. Burada əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. İş üzrə toplanmış sübutlar da, Təqsirləndirilən şəxs4 mütəşəkkil dəstənin tərkibində bilə-bilə saxta sənəddən tamah niyyətilə istifadə etməsi, mütəşəkkil dəstə tərkibində xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurlaması, sənədlərin saxtalaşdırılması, külli miqdarda pul vəsaitini leqallaşdırması təkrarən sənədlərin saxtalaşdırılmasına cəhd etməsi öz təsdiqini tapmamışdır. Belə olan halda, aradan qaldırılması mümkün olmayan şübhələr Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs4 xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2-ci maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı işi üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X41rşı işi üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 8-ci bədində göstərilmişdir ki, məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətinin ağırlaşdırılmasın və onun müdafiə hüququnu pozmasın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 202.1, 202.1, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 272.2.1, 29, 272.2.2, 272.2.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Şəhəri X37 Departamentinin vergi risklərinin təhlili idarəsinin direktoru vəzifəsində işləyərək, 14 fevral 2019-cu ildən isə qeyd olunan vəzifədən azad edilərək 14 avqust 2019-cu il tarixədək Vergilər Nazirliyinin sərəncamında olaraq tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompüter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən daxil olmaq, kommersiya sirlərini təşkil edən məlumatlardan tanışı Təqsirləndirilən şəxs1 və digərləri tərəfindən qanunsuz istifadə edilməsindən məlumatı olmadan 2019-cu ilin mart ayından həmin ilin iyul ayınadək olan müddətdə elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs1 QSC vergi ödəyicisinin eyniləşdirmə nömrəsini və fəaliyyət sahəsinə dair məlumatları, 2019-cu ilin aprel ayının 12-dən 15-dək olan tarixlərdə Nümayəndə1 cəmiyyətlərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini və fəaliyyət sahəsinə və cəmiyyətlərin rəhbərlərinə dair məlumatlarını Azərbaycan Respublikası Vergilər Nazirliyində işləyən istintaqla müəyyən edilməyən tanışları vasitəsilə əldə etməklə 12 aprel 2019-cu il tarixdə “Akwin, Ceferov” adlı +99***- ***-**-** saylı mobil nömrə ilə “Whatsapp” proqram təminatı vasitəsilə Təqsirləndirilən şəxs1 “beylerovnamiq1969” adlı +99***-***-**-** saylı mobil telefonuna göndərmişdir. Həmin sənədlərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digərləri ondan öz cinayətkar niyyətlərini gizlədərək və onun bu barədə məlumatı olmadan istifadə edərək Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X14 ünvan 4 ünvanında yerləşən inzibati binasında təqdim edib 31 may 2019-cu il tarixdə kompüter sisteminə daxil olmaq hüququ olmadan orada saxlanılan kompüter məlumatlarını ələ keçirmək məqsədilə informasiya texnologiyası hesab olunan həmin elektron imza vasitəsilə kompüter sistemi hesab olunan ƏDV depozit hesabına qanunsuz daxil olaraq kompüter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan və kommersiya sirri hesab olunan Zərərçəkmiş şəxs1 QSC-nin əlavə dəyər vergisi sub-uçot məlumatlarını buna hüququ olmadan gizli yolla ələ keçirməklə qanunsuz istifadə etmişlər. Bundan başqa, Cəfərov X16 Namiq Camal oğlu ilə qabaqcadan əlbir olaraq ********** saylı VÖEN-lə fəaliyyət göstərən Zərərçəkmiş şəxs2 ƏDV depozit hesabında olan vəsait barədə kommersiya sirlərini təşkil edən məlumatlardan tanışı Təqsirləndirilən şəxs1 və digərləri tərəfindən qanunsuz istifadə edilməsindən məlumatı olmadan Azərbaycan Respublikası Vergilər Nazirliyində işləyən naməlum tanışları vasitəsilə əldə etməklə, 2019cu ilin aprel ayında “Akwin, Ceferov” adlı +99***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” proqram təminatında qeydiyyatdan keçmiş Təqsirləndirilən şəxs1 “beylerovnamiq1969” adlı +99***-***-**-** saylı mobil telefonuna göndərmişdir. Lakin 2019-cu ilin iyun ayında Təqsirləndirilən şəxs1 və digərlərinin iradələrindən asılı olmayan səbəbdən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini başa çatdıra bilməyərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edərək Zərərçəkmiş şəxs2 MMC-nin kompüter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatlardan Təqsirləndirilən şəxs1 və digərlərinin qanunsuz istifadə etmələri üçün təkrarən ələ keçirməyə cəhd etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd edildiyi kimi, «Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir» Məhkəmə həmçinin Azərbaycan Respublikası CM-nin 34.8-ci maddəsinin tələblərini nəzərə alır. Belə ki, həmin maddəyə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər Cinayət Məcəlləsi ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Bununla yanaşı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 202.1 və 29, 202.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 202.1, 29, 202.1, 320.1. və 320.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Belə ki, Cinayət Məcəlləsinin 202.1, 320.1 və 320.2-ci maddələrinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlər edildiyi anda cinayət başa çatmış hesab olunur. Həmin hərəkətlərin törədə biləcəyi nəticə isə qeyd olunan cinayətin tərkibindən kənarda qalır. Təqsirləndirilən şəxs4 qarşı kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və yayma ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 qarşı isə kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və yayma, həmçinin rəsmi sənədləri, möhürləri, ştampları qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə maddələri ilə bağlı hadisələr 2019-cu ilin mart-iyun ayında baş vermişdir. Təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 202.1, 202.1, 320.1 və 320.2-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin maddələrdə azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi 2 il nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 202.1, 202.1-ci maddələri, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinməli, lakin həmin maddələr ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onlara cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru Nümayəndə1 14 aprel 2021-ci il tarixli 057/21 nömrəli məktubla məhkəməyə müraciət edərək cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və qeyriləri tərəfindən Zərərçəkmiş şəxs1 QSC-yə vurulmuş 49.950 manat maddi ziyanın onlar tərəfindən tam ödənilməsini bildirərək, təqsirləndirilən şəxslərə qarşı verdikləri mülki iddiadan imtina etməsini, təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və şikayətləri olmadığını göstərmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə2 məhkəməyə teleqramla müraciət edərək təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 276-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzindən daxil olmuş 08 oktyabr 2019-cu il tarixli, 5422 №li məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 baza məlumatlarına əsasən yuxarıda adı göstərilən mərkəzdə dispanser müşahidəsi aparılmamışdır. Cinayət işinin 2-ci cild 51-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən daxil olmuş 01 noyabr 2019-ci il tarixli, 19/51-10528 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Respublika Narkoloji Mərkəzində qeydiyyatda yoxdurlar. Cinayət işinin 1-ci cildin 267-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət işinin 2-ci cild 263-267-ci vərəqələrində olan Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 09 iyul 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 03 il şərti sınaq müddəti təyin edilmiş; Nəsimi Rayon Məhkəməsinin 09 noyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 03 il maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; cinayət işinin 2-ci cild 146-152-ci vərəqələrində olan Yasamal Rayon Məhkəməsinin 29 iyun 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə dövlət və yerli idarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 06 müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; cinayət işinin 5-ci cild 271-273-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.5 və 66.3-cü maddələri tətbiq edilməklə 03 il maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; cinayət işinin 2-ci cild 215-217-ci vərəqələrində olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.5 və 66.3-cü maddələri tətbiq edilməklə 03 il maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 08 yanvar 2009-cu ildə cəzasının sonu ilə azad olunmuşdur.Cinayət işinin 8-ci cild 79-87-ci vərəqələrində olan Yasamal Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli,1(004)-5/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2017-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasından 30 iyul 2021-ci il tarixli 17/38-5119 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 cəzası 20 yanvar 2021-ci il tarixdə bitmişdir. Cinayət işinin 7-ci cild 140-147-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 4(001)-182/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 02 mart 2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs1 cəza çəkdiyini nəzərə alaraq sonuncu barədə sonradan qətimkan tədbiri seçməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-394/2021 saylı 15 yanvar 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Namiq Beylərlinin məhkümluğu ödənilməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə görə, Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Hazırki əməlləri Təqsirləndirilən şəxs1 Yasamal Rayon Məhkəməsinin 05 iyun 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə 02 il 06 ay müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilməzdən qabaq törətmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 193-1.3.2, 29, 202.1, 202.1, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 272.2.1, 29, 272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini Yasamal Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli hökmündən əvvəl törətdiyindən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməli və həmin maddə ilə müəyyən edilmiş cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Yasamal Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 03 il 06 ay azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin ediləcək cəza ilə qismən toplanmaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda ittiham edildiyi cinayəti Yasamal Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli hökmündən qabaq törətdiyindən onun əməli cinayətlərin residivini yaratmır. Məhkəmə vurulmuş ziyanın ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş ziyanın tamamilə ödənilməsi CM-in 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal olduğundan və əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyindən onun barəsində CM-in 60.1-ci maddəsi tətbiq edilməlidir. Cinayət işinin 1-ci cild 266-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Yasamal Rayon Məhkəməsinin 21 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 aprel 2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə görə, Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. Məhkəmə vurulmuş ziyanın ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalı və ona qarşı Azərbaycan Respublikası CM-nin 60-cı maddəsi tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs2 əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işinin 1-ci cild 265-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Lakin, cinayət işinin 9-cu cild 30-34-cü vərəqələrində olan Səbail Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 1(009)-113/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasından 30 iyul 2021-ci il tarixli 17/38-5118 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 oğlunun cəzası 09 dekabr 2020-ci il tarixdə bitmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs3 məhkümluğu ödənilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs3 hazırda ittiham edildiyi cinayəti Səbail Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmündən qabaq törətdiyindən onun əməli cinayətlərin residivini yaratmır. Məhkəmə vurulmuş ziyanın ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs3 oğlunun cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs3 oğlu tərəfindən vurulmuş ziyanın tamamilə ödənilməsi CM-in 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar olduğundan və əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyindən onun barəsində CM-in 60.1ci maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu olmamışdır. Cinayət işinin 9-cu cild 263-cü vərəqəsində olan doğum haqqında şəhadətnamələrin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində iki azyaşlı övladı var: 15.05.2020-ci il təvəllüdlü X24 və 05.07.2011-ci il təvəllüdlü X31. Məhkəmə vurulmuş ziyanın tam ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-ci maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olması isə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 oğlunun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs4 oğlunun cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs4 oğlu tərəfindən vurulmuş ziyanın tamamilə ödənilməsi Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar olduğundan və əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyindən onun barəsində CM-in 60.1-ci maddəsi tətbiq edilməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 , X12 və Təqsirləndirilən şəxs3 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunur. Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli hökmü ilə cəza çəkməsi və hazırda həbsdə olması nəzərə alınmalı və təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 20 iyul 2017-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 02 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 8-ci cild 4-5-ci vərəqələrində olan 02 iyun 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 8-ci cild 42-48-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 4(001)-485/2020 saylı qərrından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 02 iyun 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 01 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Səbail Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 1(009)-113/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2020-ci il tarixdən hesablanmış və 09 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddəti başa çatmışdır. Məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs3 cəzaçekmə müəssisəsində cəza çekməsi ilə kifayətlənərək, barəsində qətimkan tədbiri seçməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 10 i.v.98; cild 11) Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan Hüquqlarının və X19 haqqında Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işkəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevrvl 2017-ci il tarixli Sərəncamının 10.1-c ibəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan 12.01.1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət nəticəsində Təqsirləndirilən şəxs4 oğlu tərəfindən zərərçəkmiş-hüquqi şəxslərə vurmuş maddi ziyanın ödəməsini, himayəsində 2 azyaşlı uşağın olmasını, zərərçəkmişş-hüquqi şəxslərin hazırda Təqsirləndirilən şəxs4 şikayətçi olmamasını nəzərə alaraq məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs4 oğluna azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər. Onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və ona şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin 9-cu cild 222-225-ci vərəqələrində olan 12 oktyabr 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində saxlanılan “Nokia “və “Huavei” markalı mobil telefonlar hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 qohumlarına qaytarılmalıdır. 07 may 2019-cu il tarixli etibarnamənin surəti, 24 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X18 elektron qaydada müraciətin çap vərəqi, 05 iyun 2019-cu il tarixdə 102442 №-li əməliyyatla avans təyinatlı 10 manat pul vəsaitinin və həmin gün 102335 №-li əməliyyatla 49.940 manat pul vəsaitinin köçürülməsinə dair məumatın çap vərəqi, cinayət təqibi üzrə məlumatları özündə əks etdirən CD və DVD disklərin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Həmçinin cinayət törədilərkən istifadə edilən alət və vasitə olan və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində saxlanılan 01 ədəd “Acer” markalı N16Q2 modelli NXBGER01782112E807600 seriya nömrəli notbuk kompüteri dövlət nəfinə xüsusi müsadirə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 323,86 (üç yüz iyirmi üç manat səksən altı qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə müraciət edərək, Zərərçəkmiş şəxs1 QSC-yə dəymiş 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləğində pulun mülki cavabdehlər –təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 İsrafil oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tutularaq Zərərçəkmiş şəxs1 QSC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmənin sonrakı iclaslarında Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru Nümayəndə1 məhkəməyə müraciət edərək cinayət işi üzrə təqsirləndirilən şəxs X30 və qeyriləri tərəfindən Zərərçəkmiş şəxs1 QSC-yə vurulmuş 49.950 manat maddi ziyan onlar tərəfindən tam ödənilməsini bildirərək, təqsirləndirilən şəxslərə qarşı verdiyləri mülki iddiadan imtina etməsini bildirmişdir Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə2 məhkəməyə teleqramla müraciət edərək təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 186-ci maddəsində qeyd edilmişdir ki, Cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər.Məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda qeyd olunan araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, zərərçəkmiş hüquqi şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin mülki iddiasından imtina etdiyi üçün mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarın izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 193-1.3.2, 29, 202.1, 202.1, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 272.2.1, 29, 272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1-ci maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 271.2.1, 29, 271.2.2, 271.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 272.2.1, 29, 272.2.2, 272.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 həmin maddələri ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Yasamal Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 03 il 06 ay azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli hökmü ilə cəza çəkməsi və hazırda həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2017-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 193-1.3.2, 29, 202.1, 202.1, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 272.2.1, 29, 272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 271.2.1, 29, 271.2.2, 271.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 272.2.1, 29, 272.2.2, 272.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs2 həmin maddələri ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 193-1.3.2, 29, 202.1, 202.1, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 272.2.1, 29, 272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1-ci maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 271.2.1, 29, 271.2.2, 271.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 272.2.1, 29, 272.2.2, 272.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs3 həmin maddələri ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin.

4. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 202.1, 202.1, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 272.2.1, 29, 272.2.2, 272.2.2 -ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 271.2.1, 29, 271.2.2, 271.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddiməsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 272.2.1, 29, 272.2.2, 272.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 193- 1.3.2, 320.1 və 320.2-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,202.1 və 202.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs4 həmin maddə ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azadlıqdan məhrum etmə cəzası hissəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilsin. Ona 01 (bir) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. 5.İş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində saxlanılan “Nokia “və “Huawei” markalı mobil telefonlar Təqsirləndirilən şəxs1 qohumlarına qaytarılsın. 07 may 2019-cu il tarixli etibarnamənin surəti, 24 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X18 elektron qaydada müraciətin çap vərəqi, 05 iyun 2019-cu il tarixdə 102442 №-li əməliyyatla avans təyinatlı 10 manat pul vəsaitinin və həmin gün 102335 №-li əməliyyatla 49.940 manat pul vəsaitinin köçürülməsinə dair məumatın çap vərəqi, cinayət təqibi üzrə məlumatları özündə əks etdirən CD və DVD disklərin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində saxlanılan 01 ədəd “Acer” markalı N16Q2 modelli NXBGER01782112E807600 seriya nömrəli noutbuk kompüteri dövlət nəfinə müsadirə olunsun. 6.İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 323,86 (üç yüz iyirmi üç manat səksən altı qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. 7.Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyəti mülki iddiadan imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 186.2-ci maddəsinə əsasən mülki iddia üzrə icraata xitam verilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar