Məhkəmə qərarları › İş №1(101)-394/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-394/2022

05.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-394/2022 05.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, həbs olunanadək fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 1, ev 4, mənzil 14-də qeydiyyatda olan və həbs olunanadək Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, “Melissa Park” yaşayış kompleksi, ev 92A, mənzil 85-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs təxminən 2021ci ilin avqust ayının əvvəllərində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddələri və narkotik vasitələri əldə etmə, saxlama və daşima niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Mahmud” adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq “Mahmud” adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən "Melissa Park” yaşayış kompleksinin arxasında əvvəlcədən təyin edilmiş yerdə, yəni daşın altında yerləşdirdiyi külli miqdarda, təmiz çəkisi 489,443 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təmiz çəkisi 55,570 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 14 avqust 2021-ci il tarixdə həmin yerdən götürüb əldə edərək sonradan “Mahmud” adlı şəxsin tapşırığına əsasən 1.000 manat gəlir əldə edəcəyi şərti ilə sonuncunun deyəcəyi yerə qoymaq üçün satış məqsədilə daşıyaraq yaşadığı Baki şəhəri, Yasamal rayonu, H.ünvan 8-də yerləşən evin yataq otağında taxta konstruksiyalı dolabın içərisində saxlamış, 17 avqust 2021-ci il tarixdə axşam saatlarında istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə “Mahmud” adlı şəxsin deyəcəyi yerə qoymaq üçün həmin psixotrop maddə metamfetaminin təmiz çəkisi 54,443 qram olan hissəsini 1 (bir) ədəd bükümdə ayırıb əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 18:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən “Melissa Park” yaşayış kompleksi, ev 92A ünvanının yaxınlığında saxlanılaraq ünvan 1 yerləşən Baş İdarənin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən külli miqdarda, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 54,443 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 21:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən mənzilin yataq otağında olan taxta konstruksiyalı dolabın içərisində saxladığı 1 (bir) ədəd sellofan bağlamada olan 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 235,0 qram və 200,0 qram olmaqla, ümumi təmiz çəkisi 435,0 qram təşkil edən ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 55,570 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulmamışdan bir müddət əvvəl Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən “Melissa Park” yaşayış kompleksində təkbaşına kirayədə yaşamışdır. Son vaxtlar onun əsas məşğuliyyəti internet vasitəsi ilə kriptovalyuta (bitkoin) alıb-satmaqdan ibarət olmuşdur. Əvvəllər o, bir neçə dəfə narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. Son zamanlar o, ancaq qurudulmuş marixuanadan istifadə etmişdir. Ona marixuana lazım olduqda, o, internet vasitəsi ilə almışdır. Belə ki, o, narkotik vasitənin pulunu əvvəlcədən karta ödəmiş, sonra isə pul göndərdiyi şəxs ona satacağı narkotik vasitəni harasa qoydurmuş və həmin narkotik vasitənin olduğu yerin şəkillərini “Votsap” vasitəsi ilə ona göndərmişdir. O da gedib həmin yerdən narkotik vasitəni götürmüşdür. O, narkotik vasitəni gedib qoyulmuş yerdən götürən zaman təxminən 30 dəqiqə ərzində narkotik vasitənin olduğu yerin ətrafını nəzərdən keçirmişdir ki, birdən onu güdən olar. O, onu güdən şəxsin olmadığını gördükdə, gedib narkotik vasitəni götürmüşdür. O, sonuncu dəfə şəxsi istifadəsi üçün 75 qram qurudulmuş marixuana sifariş vermişdir. O, narkotik vasitənin pulunu ödədikdən sonra narkotik vasitəni ona satan şəxs narkotik vasitənin qoyulduğu yerin şəkillərini ona göndərmişdir. Sonra o, gedib həmin yerdən sellofan torbada olan 1 (bir) ədəd bükümdəki marixuananı götürmüşdür. O, narkotik vasitəni götürdüyü vaxt hiss etmişdir ki, kimsə onu güdür. Ona görə də o, cəld şəkildə yaxınlıqda kirayədə yaşadığı evə getmişdir. Onu güdən şəxs onun arxasınca gəlsə də, onu tuta bilməmişdir. O, həmin şəxsin əlindən qaçmışdır. Bir gündən sonra o, evdə olan zaman kirayədə yaşadığı evin qapısı döyülmüşdür. O, qapıdaki gözlükdən baxdıqda binanın komendantının qapını döydüyünü görmüş və komendantdan niyə yaşadığı evə gəldiyini soruşmuşdur. Komendant isə onun qaldığı evdən aşağı mərtəbədə yaşayan qonşunun evinə su axdığını demişdir. O, məsələni aydınlaşdıqmaq məqsədi ilə qapını açdıqda, 10-15 nəfər mülki geyimli polis əməkdaşı qanunsuz şəkildə onun kirayədə yaşadığı evə daxil olmuşdur. Polislər evə daxil olan kimi onu döymüşlər və evi axtarmağa başlamışlar. Evdə axtarış keçirən polislərdən biri onun bir gün əvvəl aldığı 75 qram çəkidə qurudulmuş marixuananı tapmışdır. Sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada onu polislər döymüşlər və külli miqdarda narkotik vasitəni ona “yükləmək” istəmişlər. O, buna etiraz etdikdə, onu yenidən möhkəm döymüşlər. Nəticədə o, polislərin dediyi məzmunda ifadə verməyə razı olmuşdur. Sonra ona skoçla bağlı bükümü vermişlər və videoçəkiliş zamanı həmin bükümdə olan narkotik vasitənin ona məxsus olmasını etiraf etməyi ondan tələb etmişlər. O, nə qədər buna etiraz etsə də, onu məcbur etmişlər ki, içərisində metamfetamin olan bükümün ona məxsus olduğunu etiraf etsin. O, işgəncəyə dözməyərək metamfetaminin ona məxsus olmasına razılıq vermişdir. Sonra polislər onu kirayədə qaldığı evə aparmışlar və içərisində metamfetamin olan bükümü evdəki dolaba qoymuşlar. Sonra polislər ondan həmin metamfetaminin ona məxsus olmasını etiraf etməyi ondan tələb etmişlər. O da polislərdən qorxaraq videoçəkiliş zamanı polislərin dolaba qoyduqları metamfetaminin ona məxsus olduğunu etiraf etmişdir. Halbuki o, heç vaxt heç kəsə narkotik vasitə satmamışdır. İtitham aktında göstərilmiş metamfetaminin ona aidiyyəti olmamışdır. O, narkotik vasitədən istifadə etsə də, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmədiyini, polislərin onu döyərək işgəncə verdiyini, bu təzyiqin nəticəsində etirafedici ifadə verdiyini, yaşadığı evdən aşkarlanmış külli miqdarda psixotrop maddə metamfetaminin polislərin onun evinə qoyduqlarını, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. Nizami xəstə olduğu üçün marixuanadan istifadə etmişdir. O, 17 avqust 2021-ci il tarixində yenidən oğlu Nizaminin polislər tərəfindən tutulduğunu eşitmişdir. Nizami heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Nizami narkoman olduğu üçün polislər onu şərləyərək tutmuşlar. Nizami polislərin təzyiqi nəticəsində qorxaraq narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə ifadə vermişdir. Nizami heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 avqust 2021-ci il tarixində Baş Narkotiklərlə Mübarizə İdarəsinə Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, dalan 1, ev 4, mənzil 14-də qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən “Melissa Park” yaşayış kompleksi”, ev 92A, mənzil 85-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması, gəzdirməsi və Bakı şəhərinin Yasamal rayonu ərazisində satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onların tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ondan və Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ibarət olmuşdur. Sonra onlar daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs olduğu yerə yollanmışlar. 17 avqust 2021-ci il tarixdə, təxminən saat 18:30 radələrində onlar Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət etdiyini görmüşlər və Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar həmin şəxsdən də kim olduğunu soruşmuşlar. Həmin şəxs də onlara özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirərək sonuncunu tutmuşlar. Onlar Təqsirləndirilən şəxs tutduqdan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparmışlar. Orada araşdırmanın aparılması təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı X3 həvalə edilmişdir. Sonra təhqiqatçı tərəfindən müvafiq sənədləşmə işi aparılmış və prosessual qanunvericiliyə uyğun olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri sonuncuya izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının dövlət tərəfindən vəkillə müdafiəsi təhqiqatçı tərəfindən təmin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə videoçəkiliş vasitəsi ilə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qadağan edilmiş narkotik vasitə və psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə, ağ rəngli kristalşəkilli maddəni təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetaminin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən “Redmi” markalı mobil telefon, içində siqaret dənələri olan siqaret qutusu, eləcə də Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, plastik bank kartları və yaşadığı mənzilin açarları aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və maddənin çəkisi təxminən 50 qramdan çox təşkil etmişdir. Büküm elektron tərəzidə çəkildikdən sonra həmin büküm zərfin içinə qoyularaq qablaşdırılmışdır. Habelə Təqsirləndirilən şəxs məxsus olan “Redmi” markalı mobil telefon, plastik bank kartları və şəxsiyyət vəsiqəsi götürülmüş, Təqsirləndirilən şəxs yaşadığı mənzilin açarları və siqaret qutusu sonuncunun özünə geri qaytarılmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş maddəni İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Mahmud” adlı şəxsin vasitəsi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin vasitəni “Mahmud” adlı şəxsin dediyi ünvanlara bir neçə dəfə çatdırdığını, özünün də narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, eləcə də kirayədə yaşadığı mənzildə də narkotik maddə saxladığını və həmin narkotik maddələri onlara təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzilə baxış keçirilməsinə razılıq verməsi barədə ərizə yazaraq təqdim etmişdir. Bundan sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs ilə birlikdə həmin gün sonuncunun kirayədə yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış və götürmə keçirilmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı mənzilə çatdıqdan sonra orada Təqsirləndirilən şəxs mənzildə saxladığı narkotik vasitə və ya psixotrop maddəni təqdim etməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq yataq otağında yerləşən dolabın içərisindən sellofan torbanı götürərək X5ya təqdim etmiş və həmin torbada narkotik maddənin olduğunu bildirmişdir. X5 torbaya baxış keçirdikdə, torbanın içərisində 1 (bir) ədəd elektron tərəzi və 3 (üç) ədəd büküm aşkar olunmuşdur. Həmin bükümlərə baxış keçirildikdə, bükümlərin birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, digər iki bükümün içərisində isə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya oxşar kütlənin çəkisi 57 qram, metamfetaminə oxşar kütlənin çəkisi isə 448 qram təşkil etmişdir. Sonra hər 3 (üç) büküm və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Bundan sonra aparılmış prosessual hərəkətlə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Baxış zamanı mənzildən qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni də İran İslan Respublikasının vətəndaşı “Mahmud” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin maddələri “Mahmud” adlı şəxsin deyəcəyi ünvanlara çatdırmalı olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2021ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 8-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin vasitə və maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 24) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 33) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 34-36) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. Metamfetaminə oxşar kütlənin çəkisi qablaşdırma ilə birlikdə 55 qram olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd açar, içərisində siqaret dənələri olan siqaret qutusu, özünə məxsus şəxsiyyət vəsiqəsi və 2 (iki) ədəd bank kartı aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 37) görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 8 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2021-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 38) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 8 ünvanına baxış keçirilməsi və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2021-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 39-40) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən zaman o, yatağ otağında olan dolabın içərisindən 1 (bir) ədəd sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Torbanın içərisindən 2 (iki) ədəd bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar vasitə, 1 (bir) ədəd bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və 1 (bir) ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra psixotrop maddə metamfetaminə və narkotik vasitə marixuanaya oxşar kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə psixotrop maddə metamfetaminə oxşar kütlənin çəkisi 448 qram, narkotik vasitə marixuanaya oxşar kütlənin çəkisi isə 57 qram təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3554 nömrəli rəyindən (cild 1, iş vərəqə 50-52) görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan” sözləri və imzalar qeyd olunmuş 1 (bir) ədəd kağız paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 54,443 qram olan ağ rəngli, kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən” sözləri və imzalar qeyd olunmuş kağız paketdə ayrı-ayrılıqda təmiz çəkisi 235 qram və 200 qram, ümumi təmiz çəkisi 435 qram olan ağ rəngli, kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. 1 (bir) ədəd elektron tərəzidə psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamış və Təqsirləndirilən şəxs üzərindən, eləcə də yaşadığı mənzildən aşkarlanmış metamfetamin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/803 nömrəli rəyindən (cild 1, iş vərəqə 56) görünür ki, üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən” sözləri və imzalar qeyd olunmuş kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 55,570 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 1 (bir) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 63-64) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 avqust 2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-469/2021 saylı qərarından (cild 1, iş vərəqə 83-85) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 104-106) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunsa da, hazırki ittihamla bağlı cinayətin törədildiyi vaxt onun üzərində ödənilməmiş məhkumluğu olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 2073 saylı rəyindən (cild 1, iş vərəqə 190-191) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 4013 saylı rəyindən (cild 1, iş vərəqə 192-193) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 noyabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan (cild 1, iş vərəqə 172-173) görünür ki, təmiz çəkisi 489,443 qram olan psixotrop maddə metamfetaminin, təmiz çəkisi 55,570 qram olan narkotik vasitə qurudulmuş marixuananın və 1 (bir) ədəd elektron tərəzinin maddi sübut kimi tanınması və qalıq çəkisi 489,293 qram təşkil edən psixotrop maddə metamfetaminin, qalıq çəkisi 55,370 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın və 1 (bir) ədəd elektron tərəzinin saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 194-205) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, ona həmin maddələr üzrə ona yeni məzmunlu ittihamın elan edilməsi, cinayət işinin materiallarından “Mahmud” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçiirlməsini və götürmə aparılmasını özündə əks etdirən 2 (iki) ədəd diskin, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskin və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, eləcə də Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi 9” markalı mobil telefonun maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 213-214) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 noyabr 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 224) görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefonun yaddaşında hər hansı bir (kontaktlar, zənglər, smslər, “WhatsApp” proqram təminatı və sosial şəbəkələr vastəsilə aparılan məlumat mübadiləsi, foto, audio, video fayllar və s) məlumatların olub-olmaması, eləcə də həmin mobil telefonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Mobil telefona tətbiq edilmiş xüsusi qrafik təsvirlə (parol) mühafizə olunan ekran kilidi barədə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin parol hazırda yadında qalmayıb və xatırladığı qədəri ilə bir neçə qrafik təsvir paroldan istifadə etməsinə baxmayaraq, mobil telefonu kiliddən çıxarmaq mümkün olmamışdır. Bu barədə müvafiq protkol tərtib edilib cinayət işinə əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 dekabr 2021-ci il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 47) görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2022-ci il tarixli 1 nömrəli Dəri-Zöhrəvi Dispanserinin 153 saylı arayışından (cild 2, iş vərəqə 59) görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdə dispanserdə müayinədən keçib və ona A51.5-Lues latens proecox diaqnozu qoyulmuş, habelə seroloji nəzarətə götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 17/38757 saylı tibbi arayışından (cild 2, iş vərəqə 69) görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinədən keçmiş, müayinənin nəticəsində ona “Xroniki C virus hepatiti” və “Sifilis” diaqnozları qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 aprel 2009-cu il tarixli 576801 saylı arayışdan (cild 1, iş vərəqə 97) görünür ki, Təqsirləndirilən şəxs anası Şahid3 İİ qrup əlil olmaqla yanaşı, əmək qabiliyyətsizdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 may 2017-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-88/2017 saylı hökmündən (cild 1, iş vərəqə 141-147) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 12-ci bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, eləcə də təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkarlanmış külli miqdarda psixotrop maddə metamfetamini, eləcə də kirayədə yaşadığı mənzildən aşkarlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə metamfetamini əvəzli və ya əvəzsiz qaydada əldə edilməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yəni Təqsirləndirilən şəxs kimdən, haradan, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Bunun əksinə olaraq ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi mənbəni, yəni onun İran İslam Respublikasının vətəndaşı olan “Mahmud” adlı şəxsdən qeyd edilən narkotik vasitə və psixotrop maddəni almasını əsas götürərək və qeyd edilən xüsusatla bağlı heç bir səmərəli araşdırma aparmadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs məhz “Mahmud” adlı şəxsdən qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmişdir. Başqa sözlə, ibtidai istintaq orqanının gəldiyi nəticə ancaq təqsirləndirilən şəxsin verdiyi məlumata əsaslanmışdır. Halbuki qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaq orqanının üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Ən vacib məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham, həmçinin onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etməsini də ehtiva edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı, həmçinin cinayət hadisəsinin baş vermə vaxtının müəyyən edilməsi ən vacib vəzifələrdən biri kimi təsbit edilmişdir. Bu isə o deməkdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi ilə bağlı ittiham irəli sürdüyü halda, mütləq qaydada onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi vaxtını mötəbər sübutlarla müəyyən etməli idi. Lakin məhkəməyə aydın olmayan səbəblərdən ibtidai istintaq orqanı üzərinə düşən vəzifəni icra etməyə cəhd belə etməmiş və nəticədə Təqsirləndirilən şəxs barəsində səthi araşdırma aparmışdır. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və bu səbəbdən də aparılmış ibtidai istintaqı natamam və qüsurlu ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında 17 avqust 2021-ci il tarixdə əməliyyat orqanına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması və Bakı şəhərinin Yasamal rayonu ərazisində həmin vasitə/maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması, həmin gün onun barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi, həmin gün təxminən saat 18:30 radələrində onun şübhəli şəxs qismində tutulması, tutulduqdan sonra üzərinə şəxsi axtarışın keçirilməsi, həmin vaxt onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 54,443 qram olan psixotrop maddə metamfetaminin aşkar edilməsi, bundan sonra həmin gün təxminən saat 21:30 radələrində Təqsirləndirilən şəxs razılığı əsasında kirayədə yaşadığı mənzilə baxış keçirilməsi və həmin vaxt mənzilin yataq otağında olan dolabın içərisindən 1 (bir) ədəd sellofan bağlamanın içərisində 3 (üç) ədəd bükümün aşkarlanması, həmin bükümlərin ikisinin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 235,0 qram və 200,0 qram, ümumi təmiz çəkisi 435,0 qram təşkil edən psixotrop maddə metamfetaminin, 1 (bir) ədəd bükümün içərisində isə təmiz çəkisi 55,570 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın, eləcə də üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 (bir) ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz şəkildə əldə edərkən, əldə etdiyi psixotrop maddə metamfetaminin bir hissəsini üzərində saxlayaraq daşıyarkən, eləcə də psixotrop maddə metamfetaminin qalan hissəsini və narkotik vasitə qurudulmuş marixuananı kirayədə yaşadığı mənzildə saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, onun barəsində polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatının mahiyyətini, onun tutulma şəraitini, tutulması üçün səbəbləri, eləcə də bununla bağlı cinayət işinin materiallarında olan sübutların ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı belə nəticəyə gəlir ki, onun barəsində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı kifayət qədər ciddi əhəmiyyətə malik olan sübutdur. Belə ki, həmin əməliyyat məlumatında onun Bakı şəhərinin Yasamal rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması öz əksini tapmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər (polis əməkdaşları) öz ifadələrində göstərmişlər ki, onlara daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması, gəzdirməsi və Bakı şəhərinin Yasamal rayonu ərazisində satışı ilə məşğul olması barədə olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə tutulmamışdan əvvəl əməliyyat orqanında onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edib üzərində saxlaması, gəzdirməsi və Bakı şəhərinin Yasamal rayonu ərazisində həmin vasitə/maddələrin satışı ilə məşğul olması barədə dəqiq məlumat olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində İran İslam Respublikasının vətəndaşı olan “Mahmud” adlı şəxslə narkotik vasitələrlə bağlı razılaşması, sonuncudan narkotik vasitə və psixotrop maddələr alması, “Mahmud” adlı şəxsin tapşırığına əsasən narkotik vasitə və psixotrop maddələri lazımı şəxslərə çatdıracağı, bunun müqabilində “Mahmud” adlı şəxsdən “kuryerlik” funksiyasına görə 1.000 manat pul alacağı barədə ətraflı şəkildə məlumat versə də, məhkəmə istintaqında sərbəst şəkildə vermiş olduğu ifadəsində göstərilən halları bütövlükdə, ələlxüsus “Mahmud” adlı şəxsi tanıdığını inkar edərək heç vaxt heç kimə narkotik vasitə və psixotrop maddə çatdırmadığını və satmadığını, onun evindən yalnız 75 (yetmiş beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar olunduğunu, külli miqdarda psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən onun kirayədə yaşadığı mənzilə qoyulduğunu, polislərin təzyiqi nəticəsində ibtidai istintaq zamanı etirafedici ifadə verməyə məcbur olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsinin təsdiqi kimi həmin vaxt onun mənzilinə kirayədə yaşadığı mənzilin yerləşdiyi binanın komendantının gəldiyinə istinad etmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinə təqsirləndirilən şəxsin iddia etdiyi hallarla bağlı komendantın əlavə şahid qismində dindirilməsi üçün şərait yaradılsa da, müdafiə tərəfi məhkəmə iclasında əlavə şahid qismində dindirilməsi üçün komendantın iştirakını təmin etməmiş, habelə təqsirləndirilən şəxsin kirayədə yaşamış mənzilin yerləşdiyi binanın komendantının şəxsiyyəti barədə məhkəməyə dəqiq məlumat verməmiş, göstərilənlərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmədə təqsirləndirilən şəxsin komendantla bağlı iddia etdiyi halı araşdırmaq mümkün olmamışdır. Lakin bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bütün halları, o cümlədən onların komendantın “köməyindən” istifadə edərək Təqsirləndirilən şəxs yaşadığı mənzilə gedərək orada Təqsirləndirilən şəxs tutulmasını təqzib etmişlər. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışı, eləcə də onun kirayədə yaşadığı mənzildə aparılmış baxışı əks etdirən videogörüntülərdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsini, habelə mənzildə aparılmış baxış zamanı orada kənar şəxsin (komendantın) olması halları müəyyən edilmir. Eyni zamanda cinayət işinin materiallarında Təqsirləndirilən şəxs iddia etdiyi halları təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici ifadə verənədək bircə dəfə də olsun məhkəmə istintaqında bildirmiş hallarla bağlı, ələlxüsus polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması, polis əməkdaşlarının komendantın “köməyindən” istifadə edərək onun yaşadığı mənzilə gələrək onu tutmaları barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və həmin ifadəni yalan ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduğu ifadədən tamamilə fərqli məzmunda ifadə verməklə əsl həqiqəti gizlətmək, qanunsuz əməllərinə haqq qazandırmaq, polis adına ləkə salmaq, eləcə də cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 54,443 qram təşkil edən psixotrop maddə metamfetaminin aşkar edilməsini, Təqsirləndirilən şəxs razılığı əsasında kirayədə yaşadığı mənzilə baxış keçirilərkən mənzilin yataq otağında olan dolabın içərisindən 1 (bir) ədəd sellofan bağlamanın içərisindən 3 (üç) ədəd bükümün aşkarlanmasını, həmin bükümlərin ikisinin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 235,0 qram və 200,0 qram, ümumi təmiz çəkisi 435,0 qram təşkil edən psixotrop maddə metamfetaminin, 1 (bir) ədəd bükümün içərisində isə təmiz çəkisi 55,570 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın, eləcə də üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 (bir) ədəd elektron tərəzinin aşkar edilməsini, o cümlədən aşkarlanmış külli miqdarda psixotrop maddə metamfetanin çəkisini həm ayrı-ayrılıqda, həm də məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tam şəkildə tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması, daşıması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri hər bir cinayət əməlinə nisbətdə başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, evli olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, anası Şahid3 İİ qrup əlil olmaqla əmək qabiliyyətsiz olmasını, ələlxüsus da onun uzun müddət ağır dəri-zöhrəvi xəstəlik olan “Sifilisdən” və “Xroniki Hepatit C” xəstəliyindən əziyyət çəkməsini, qeyd edilən xəstəliklərin insan həyatı üçün təhlükəli olmasını və onun daimi əsaslarla müalicəyə ehtiyacının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Lakin məhkəmə onun uzun müddət ağır xəstəliklərdən əziyyət çəkməsini, bu xəstəliklərin insan həyatı üçün təhlükəli olmasını və onun daimi əsaslarla müalicəyə ehtiyacının olmasını məcmu halda nəzərə alaraq, belə hesab edir ki, ona təqsirli bilindiyi maddələr üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin ağır xəstəliklərdən əziyyət çəkməsi səbəbindən ona aşağı həddə cəzanın təyin edilməsi onun cəzadan azad edilməsi kimi deyil, əksinə cinayət törətməkdə təqsiri sübuta yetirilmiş, lakin ağır xəstəliklərdən əziyyət çəkən və uzun müddətli müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs dövlət tərəfindən göstərilən mərhəmət kimi qəbul edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 18 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 4013 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuşdur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 489,293 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 55,370 qram təşkil edən narkotik vasitə marixuana və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış və götürmə prosessual hərəkətləri özündə əks etdirən 2 (iki) ədəd disk, "xxxx" MMCdən daxil olmuş 1 (bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi 9” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 143 (yüz qırx üç) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 143 (yüz qırx üç) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 489,293 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 55,370 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirilməsini və götürmə aparılmasını özündə əks etdirən 2 (iki) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan “Xiaomi Redmi 9” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 143 (yüz qırx üç) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar