Məhkəmə qərarları › İş №1(101)-394/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-394/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-394/2023 07.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X3 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 28 iyun 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdə saat 22:34-də ünvan 2 ünvanında yerləşən "Panoramic” hotelin həyətində tanışı Zərərçəkmiş şəxs onunla aralarında olan münasibətlərinə son qoyacağını deməsindən hiddətlənərək, heç bir əsaslı səbəb olmadan, üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, deşici-kəsici xassəyə malik “kəpənək” formalı soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsi, sol qol və sol ayaq nahiyəsinə bir neçə dəfə vuraraq ona hemopnevmotoraksla (döş boşluğunda sərbəst qanın və havanın yığılması) müşaiyət olunan döş qəfəsinin sol yarısının bayır divarının daxilə nüfuz edən 1 ədəd, arxa divarının daxilə nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin 1 ədəd və sol diz nahiyəsinin 1 ədəd (cəmi 4 ədəd) deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək, xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs «28 May» metrostansiyasının yaxınlığındakı barların birində işləmiş, sonradan o, Rəhimə ilə «Koroğlu» metrostansiyasının yanında tanış olmuşdur. Təxminən bir ilə yaxın müddətdə Rəhimə ilə birlikdə yaşamış, sonuncu dəfə onunla oteldə görüşmüşdür. Oteldən çıxanda Rəhiməyə onu taksi ilə yola salmasını təklif etmiş, bu zaman Rəhimə onun və valideynlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. O, Rəhiməyə söyüş söyməməsini bildirsə də, Rəhimə söyüş söyməyə davam etmişdir. Buna dözməyərək o, özündən çıxıb üzərində gəzdirdiyi bıçağı çıxarmış və Rəhiməni vurmuşdur. Sonra otelin işçilərinin üzərinə gəldiyini görüb onu döyəcəklərini fikirləşdiyi üçün hadisə yerindən qaçıb getmişdir. Sualları cavablandııran Təqsirləndirilən şəxs bildirdi ki, zərərçəkmiş şəxsə bir bıçaq zərbəsi vurduğunu xatırlayır. Onlar birlikdə oteldən çıxıb gedən zaman Rəhimə söyüş söymüş, bunun üçün o, geri qayıtmış və Rəhiməni bıçaqla vurmuşdur. Hadisədən sonra otel işçiləri gəlmiş, o, həmin işçilərin onu döyəcəklərini fikirləşmiş, ona görə də oradan qaçıb getmişdir. Sonra əməliyyatçı ona zəng edib harada olduğunu soruşduqda, evdə olduğunu bildirmişdir. Əməliyyatçı heç yerə getməyib evdə olmağı ona tapşırmış, onun yanına gəldiyini bildirmiş, o da, evdə əməliyyatçını gözləmişdir. Zərərçəkmiş şəxsin xəstəxana xərcləri onun ailə üzvləri tərəfindən qarşılanmış, əlavə olaraq da zərərçəkmiş şəxsə pul verilmişdir. Rəhimə ilə o, təsadüfən tanış olmuşdur. Hadisədən qabaq zərərçəkmiş şəxsin ehtiyacı olanda, ona həmişə pul vermiş, həmin gün də ona 80 manat vermişdir. Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildi. O, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və həmin ifadəsində Zərərçəkmiş şəxs 2020-ci ilin sonlarından tanıdığını, Rəhimə ilə təsadüfən tanış olduğunu və aralarında yaxın münasibət olduğunu, Rəhimə ilə əvvəllər aralarında heç bir narazılıq olmadığını, bir neçə dəfə Rəhimə ilə cinsi əlaqədə olduğunu, onunla ailə həyatı qurmağı düşündüyünü bildirmişdir. Təqsirləndirilən şəxs mahiyyəti üzrə göstərmişdir ki, 27 iyun 2022-ci ii tarixdə saat 21 radələrində Rəhimə ilə görüşmüş və söhbət zamanı ona birlikdə otelə getməyi təklif etmiş, Rəhimə də etiraz etməmiş və onlar taksi ilə Sabunçu qəsəbəsində yerləşən “Panoramic” adlı otelə getmişlər. Saat 21:50 radələrində otelin həyətinə daxil olmuşlar, Rəhimə otelin həyətində dayanıb onu gözləmiş, o isə, otelin qeydiyyat otağına daxil olub bir nəfər xanımla gəldiyini, bir neçə saat müddətinə otaq sifariş etmək istədiyini otelin qeydiyyatçısına bildirmişdir. Şəxsiyyət vəsiqəsini təqdim etmiş və 30 manat ödəniş etmişdir. Qeydiyyatçı sənədləşmə işini tamamladıqdan sonra o, Rəhimə ilə birlikdə otelin otaqlarından birinə daxil olmuş, Rəhimə ilə otaqda olan çarpayıda əyləşib bir qədər söhbət etmiş və qarşılıqlı öz istəkləri ilə həmin çarpayıda onunla cinsi əlaqədə olmuşdur. Otaqda Rəhimə ilə evlənmək istədiyini bildirdikdə, sonuncu razı olmamış və münasibətlərinin onsuz da belə davam edə bilməyəcəyini deyərək, ondan ayrılacağını bildirmişdir. Bu səbəbdən Rəhimlə ilə aralarında otaqda sözlə mübahisə yaranmış və həmin gün saat 22:30 radələrində Rəhimə ilə birlikdə otelin həyətinə çıxmışdır. Bu səbəbdən hər ikisi əsəbi olmuş, Rəhiməyə onu taksi ilə yaşadığı evə yola salmasını təklif edən zaman Rəhimə heç bir səbəb olmadan əsəbi vəziyyətdə ona cavab vermiş, o da, Rəhiməni təhqir etmiş və Rəhimə qarşılığında onun və ailəsinin ünvanına nalayiq sözlər demişdir. Ona görə də, əsəbləşərək şalvarının cibində olan özünə məxsus bıçağı çıxarıb Rəhiməyə tərəf gedib bıçaqla döş qəfəsinə, qoluna və ayağına bir neçə dəfə vurmuşdur. Otelin işçiləri onlara tərəf gəlmiş və o, qorxduğuna, həmçinin həyəcanlı olduğuna görə qaçıb otelin həyətindən çıxaraq oradan uzaqlaşmışdır. Bundan sonra taksi ilə yaşadığı evə gedib otağında uzanmışdır. Bir qədər sonra evin mətbəxinə keçib Rəhiməyə xəsarət yetirdiyi bıçağı yumuş və yenidən şalvarının cibinə qoyub yatmışdır. Lakin törətmiş olduğu hadisə barədə onunla eyni ünvanda yaşayan valideynlərinə və ümumiyyətlə heç kimə heç bir söz deməmişdir. Səhərisi günü, yəni 28 iyun 2022-ci if tarixdə saat 15 radələrində mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş və onunla danışan tanımadığı şəxs özünü polis əməkdaşı kimi təqdim edərək, onu Sabunçu rayon Polis idarəsinin 12ci Polis şöbəsinə dəvət etmişdir. O da, etiraz etməyərək həmin polis əməkdaşı ilə görüşmüş və birlikdə Sabunçu rayon Polis idarəsinə gəlmiş, Rəhiməyə xəsarət yetirdiyi bıçağı könüllü olaraq təqdim etmişdir (cild 1, iş vərəqi 143-146). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi söymədiyini, həmin gün içkili olmadığını, zərərçəkmiş şəxsin də içkili olmadığını, oteldə olduqları müddətdə aralarında mübahisə yaranmadığını, əvvəllər də Rəhimənin bir-iki dəfə onun özünü söydüyünü, əvvəllər Rəhimə ilə evlənmək fikri olsa da, sonradan fikrindən yayındığını məhkəməyə bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 1 ilə yaxındır ki, tanıyır və sevgi münasibətləri quraraq, həmin dövrdə onunla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxsla münasibətləri olduğu dövrdə evlənmək üçün razılaşmış, lakin sonradan Əlinin bəyənmədiyi bəzi hərəkətlərinə görə evlənmək istəməmiş, münasibətlərə son qoymaq istədiyini Təqsirləndirilən şəxs bildirmişdir. Sonuncu onun həmin fikrini bildikdən sonra dəfələrlə onunla söhbət edərək evlənmək fikrindən daşınmayacağını demiş, o da, Təqsirləndirilən şəxsla razılaşmamışdır. 27 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs günorta saatlarında onunla telefon əlaqəsi saxlayıb görüşmək istədiyini bildirmiş, o da, razılaşıb görüşmüşlər. Həmin gün Əli onu Sabunçu qəsəbəsində yerləşən “Panoramic” adlı otelə aparmış, saat 21:50 radələrində otelə çatmışlar. Əli oteldə qeydiyyatdan keçdikdən sonra onunla otaqlardan birinə daxil olmuşlar. Əli otaqda olan zaman təkrar onunla ailə qurmağı xahiş etmiş, o isə, Əliyə bu barədə düşünmədiyini, onunla olan münasibətlərə son qoymaq istədiyini bildirmişdir. Bundan sonra Əlinin istəyi ilə cinsi əlaqədə olmuşlar və daha sonra, otaqdan çıxmışlar. Otelin həyətində Əli onu söymüş, o da, Əlinin cavabını qaytarmışdır. Bu zaman Əli qəfildən cibindən bıçaq çıxararaq onun üstünə gəlmiş və həmin bıçaqla onun sol döş qəfəsindən, sol qol və sol ayağından vuraraq xəsarət yetirmişdir. Otelin işçiləri Əlini kənara çəkmək istədikdə, sonuncu qaçıb getmişdir. Sonra otelin işçiləri onu yerdən qaldırmış və təcili tibbi yardım maşını çağırmışlar. Həkimlər onu Sabunçu tibb mərkəzinə aparmış və xəstəxanada əməliyyat olunmuşdur. Sualları cavablandıran Zərərçəkmiş şəxs Əlinin onu qısqandığını və buna görə də əvvələr Əli ilə arasında mübahisələri olduğunu, Əlini söymədiyini, oteldən çıxdıqdan sonra Əlinin ani vaxtda onu vurduğunu, hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayəti və iddia tələbi olmadığını bildirdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında ünvan 2 ünvanında yerləşən “Panoramic" otelin qeydiyyatçısı vəzifəsində işləyən Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində verdiyi ifadəsi elan və tədqiq edildi. Şahid1 həmin ifadəsində göstərmişdir ki, 27 iyun 2022-ci il tarixdə saat 21:50 radələrində o, “Panoramic” hoteldə qeydiyyat otağında olarkən bir nəfər oğlan yaxınlaşmış və boş otaq olubolmadığını soruşmuşdur. O da, həmin şəxsə boş otaq olduğunu bildirmiş, həmin şəxs şəxsiyyət vəsiqəsini ona təqdim etmiş və ondan neçə nəfər olduqlarını soruşduqda, həmin oğlan bir xanımla gəldiyini bildirmişdir. O, həmin şəxsin gəlişini qeydiyyata almış və onun şəxsiyyət vəsiqəsini mobil telefonu ilə çəkərək printer vasitəsilə çıxarmışdır. Sonradan ona şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs ondan otağın qiymətini soruşmuş, o, otağın 12 saat ərzində 30 manata verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona 30 manat verdikdən sonra onu və yanında gələn xanımı, yəni sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs oteldə qeydiyyatçı kimi ona kömək edən Şahid4 apararaq hotelin 2 nömrəli otağına yerləşdirmişdir. Çox keçmədən, yəni saat 22:30 radələrində həmin şəxslər otaqdan çıxaraq hotelin həyətinin çıxış qapısına tərəf gəlmişlər. O da, hotelin texniki işçisi Orxan və ofisiant Muradla birlikdə qeydiyyat otağının qarşısında, həyətdə dayanıb söhbət etmişlər. Həmin şəxslər onlara yaxınlaşmış, Təqsirləndirilən şəxs qadından bir qədər kənarda hərəkət etmişdir. Qəfildən Təqsirləndirilən şəxs qadına tərəf gəlmiş və şalvarının cibindən bir bıçaq çıxararaq qadının qol və qarın nahiyəsinə vurmuşdur. O, Orxan və Muradla birlikdə Təqsirləndirilən şəxs oradan kənarlaşdırmaq istəyəndə, Əli qaçaraq hotelin həyətindən çıxıb getmişdir. Orxan təcili tibbi yardıma zəng etmiş və çox keçmədən təcili tibbi yardım maşını hotelin həyətinə gəlmiş, həkimlərlə birlikdə Rəhiməni təcili tibbi yardım maşınına qoymuş və həkimlər onu xəstəxanaya aparmışlar (cild 1, iş vərəqi 99-101). Məhkəmə iclasında dindirilən şahid qismində dindirilmiş ünvan 2 ünvanında yerləşən “Panoramic" otelin işçiləri Şahid2, Şahid3, Şahid4 və X4 Şahid1 məhkəmə iclasında tədqiq olunmuş ifadəsi ilə oxşar məzmunli ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 28 iyun 2022-ci il tarixli protokola əsasən, cinayət hadisəsi ünvan 2 ünvanında yerləşən "Panoramic” hotelin həyətidir. İstintaq hərəkəti saat 00:20-də başlanmış, 01:20-də başa çatmışdır. Hadisə yerinə baxış zamanı otelin administratoru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti və qeydiyyat jurnalından çıxarış, həmçinin otelin videomüşahidə kameralarının yaddaşından cinayət hadisəsinin qeydə alındığı görüntülərin köçürüldüyü disk, eləcə də müvafiq fotoşəkillər iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 5-15). Məhkəmə-tibb ekspertizasının 29 iyul 2022-ci il tarixli 1367 nömrəii ekspert rəyinə əsasən:

1. Zərərçəkmiş şəxs hemopnevmotoraksla (döş boşluğunda sərbəst qanın və havanın yığılması) müşaiyət olunan döş qəfəsinin sol yarısının bayır divarının daxilə nüfuz edən 1 ədəd, arxa divarının daxilə nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin 1 ədəd və sol diz nahiyəsinin 1 ədəd (cəmi 4 ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənə bilər, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir.

2. Xarakter və lokalizasiyasına görə xəsarətin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Cinayət işinə əlavə edilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının 19 sentyabr 2022-ci il tarixli 479-2022/MTKŞ nömrəli rəyindən görünür ki:

1. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol yarısınm orta hissəsində 2 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir.

2. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəkdə aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) təsirindən əmələ gəlmələri inkar olunmur.

3. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədələr onun bədəni üzərində olan döş qəfəsinin sol yarısının bayır divarının daxilə nüfuz edən 1 ədəd və arxa divarının daxilə nüfuz etməyən 1 ədəd eyni xarakterli xəsarətlər ilə yerləşməsinə görə, nisbi olaraq uyğun gəlirlər.

4. Zərərçəkmiş şəxs bədənində müəyyən olunmuş sol bazu nahiyəsinin 1 ədəd və sol diz nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları ekspertizaya təqdim edilmiş köynəkdə öz əksini tapmamışdır, bu da, onun yalnız bədəninin yaralanması ilə əlaqədar ola bilər.

5. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşicikəsici xassəyə malik “kəpənək” formalı cib bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan təyinatını dəyişən əlavə və ya dəyişikliklər edilməmişdir (cild 1, iş vərəqi 149- 157). Məhkəmə tibbi-biologiya ekspertizasının 20 sentyabr 2022-ci il tarixli 590/2022-MTBŞ nömrəli rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vəsiqəsinin kserosurətinə əsasən AB0 sistemi üzrə qan qrupu B(lll)-dir.

2. Ekspertizaya təqdim edilmiş 2 ədəd pambıq ucluqlu çubuq, Zərərçəkmiş şəxs məxsus köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq olunduqda yalnız B antigeni alındı. Beləliklə, bu qan təkələri ABO sistemi üzrə B(t!l) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 158-163). Məhkəmə-psixiatrİk ekspertizasının 13 sentyabr 2022-ci il tarixli 2441 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. O, psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktikti xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 166-168). İş materiallarında olan 29 iyun 2022-ci il tarixli baxış keçirmə haqqında protokoldan görünür ki, ilkin araşdırma zamanı hadisə yerinə baxış keçirilərkən “Panoramic” hotelin müşahidə kameraları vasitəsilə qeydə alınmış və bir ədəd diskə köçürülmüş videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntülərdə 27 iyun 2022-ci il tarixdə saat 22:34-də “Panoramic” hotelin həyətində qadının, yəni Zərərçəkmiş şəxs üzərinə gedərək ona əlindəki bıçaqla zərbələr endirən və sonra da hotelin həyətindən qaçan şəxsin özü olmasını bildirmişdir (cild 1, iş vərəqi 68). İbtidai istintaq orqanının 08 oktyabr 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək və Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmış və 19 oktyabr 2022-ci iİ tarixdə Sabunçu rayon Polis idarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 164-165, 186). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2022ci il tarixli tələbnaməsindən görünür ki, idarənin informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 121-122). Məhkəmə iclasında Təqsirləndirilən şəxs törədilmiş cinayət əməlində özünü qismən, yəni 126.1-ci maddəsi ilə təqsirli bildiyini, zərərçəkmiş şəxs onu söydüyü üçün bir bıçaq zərbəsi vurmasını xatırladığını, 126.2.4-cü maddəsi ilə özünü təqsirli bilmədiyini bildirərək müdafiəsi üçün dəlillər gətirmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası hazırkı hökmdə sadalanan və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla - zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, hadisə yerində quraşdırılmış kameraların yaddaşındakı videogörüntülərlə, ekspertiza rəyləri və cinayət işinin digər sənədləri ilə tam təkzib edildiyinə görə təqsirləndirilən şəxsin gətirdiyi dəlilləri onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutları məcmu halında qiymətləndirərək və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs subay olmaqla ilk dəfə cinayət məsuliyüyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu RPİ, İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş, 30 iyun 2022-ci il tarixdə o, təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək və Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və cinayət hadisəsinin videogörüntülərinin əks olunduğu bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş üzrə müdafiəçi - Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyə təqdim etdiyi hesabata görə, o, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi ilə əlaqədar 30 saat vaxt sərf etmişdir. Lakin iş materialları nəzərdən keçirilərkən həmin hesabatın həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə iclaslarının başlama və qurtarma vaxtlarını özündə əks etdirən protokolları, həmçinin müdafiəçinin məhkəmə iclaslarına gəlib-getməsi ilə bağlı sərf etdiyi vaxtı da nəzərə alıb məhkəmə belə hesab edir ki, iş materialları ilə tanışlıq da daxil olmaqla Müdafiəçi1 ümumlikdə sərf etdiyi vaxt 25 saat müəyyən edilməlidir. Ona görə də dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödəniləcək 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək və Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - cinayət hadisəsinin videogörüntüləri əks olunmuş bir ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödənilməli olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar