Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-394/2024 05.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimlər Həsənova Şəlalə Akif qızının sədrliyi, hakimlər Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüququ varisi X7, onun nümayəndəsi və vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 1967-ci ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirinin 13 sentyabr 2019-cu il tarixli, 453-K nömrəli əmri ilə həmin Nazirliyin Katibliyinin Məxfi şöbənin rəisi vəzifəsinə təyin edilərək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 23 dekabr 2019-cu il tarixdə keçiriləcək növbəti bələdiyyə seçkilərində yenidən Maştağa bələdiyyəsinin sədri vəzifəsinə seçilməsinə köməklik göstərilməsi ilə bağlı 2019-cu ilin oktyabr ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi 27 ünvanında yerləşən “Avalon” restoranında görüşləri zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan suiistifadə edərək yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə ona müvafiq köməkliyi göstərə biləcəyi imkanına malik olduğunu yalandan bildirib aldadaraq, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə, yəni “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunmalı olmasına baxmayaraq, ilk öncə Maştağa bələdiyyəsinə üzv və daha sonra həmin bələdiyyənin sədri vəzifəsinə seçilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət qismində 90.000 (doxsan min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2019-cu ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi 27 ünvanında yerləşən “Avalon” restoranında görüşləri zamanı Zərərçəkmiş şəxs aldatmaqla, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin noyabr ayının əvvəllərində cinayətdən xəbərsiz qohumu Şahid2 Maşallah oğlunun vasitəsi ilə yaşadığı ünvan 4 ünvanında 90.000 (doxsan min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 90.000 (doxsan min) manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1998-ci ildə ədliyyə orqanlarında qulluğa qəbul edilərək müxtəlif illərdə icra qurumlarında və X10 bir sıra vəzifələrdə işləyərək xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Ədliyyə Nazirliyinin Katibliyinin Məxfi şöbəsinin rəisi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs X10 işləyərkən təxminən 2008-2009-cu illərdən tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs Maştağa bələdiyyəsinin sədrinin müavini, daha sonra isə həmin bələdiyyənin sədri vəzifələrində işləmişdir. X10 inzibati nəzarət idarəsinin baş məsləhətçisi vəzifəsində üzərinə qoyulan vəzifələri icra edərkən bələdiyyənin vəzifəli şəxsləri, o cümlədən Zərərçəkmiş şəxsla iş münasibətləri zəminində əlaqə saxlamışdır. Şahid2 tanıyır, sonuncu onun arvadının uzaq qohumudur. Təxminən 2010-cu il tarixdə Şahid2 atası ilə birlikdə onun evinə gələrək bələdiyyədə işləmək istədiyini demiş, o da Zərərçəkmiş şəxs müvafiq iş olduğu təqdirdə Şahid2 köməklik göstərməsini xahiş etmişdir. Daha sonra Maştağa bələdiyyəsində vakansiya açılmış və Şahid2 həmin bələdiyyədə işlə təmin edilmişdir. 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs və Şahid2lə birlikdə təxminən 4-5 dəfə evinin yanında, yəni “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında görüşüb söhbət etmişlər, bir neçə dəfə də “Avalon” adlı restoranda oturub çörək yemişlər. Zərərçəkmiş şəxsla yaxşı münasibətləri olduğundan, sonuncunun uşaqlarının toyunda iştirak etdiyinə görə Zərərçəkmiş şəxs ondan növbəti bələdiyyə seçkiləri ərəfəsində bəzi məsləhətlər almaq istəmişdir. Belə ki, Zərərçəkmiş şəxs növbəti seçkilər üçün adı partiya siyahısında olmadığına görə Maştağa bələdiyyəsinə seçilməyəcəyini, bu səbəbdən Maştağa bələdiyyəsinə seçilməsi üçün sonuncuya köməklik göstərməyini ondan xahiş etmişdir. O isə Zərərçəkmiş şəxs bələdiyyə seçkilərində iştirak etməməyini məsləhət görmüşdür. Belə ki, Zərərçəkmiş şəxs adının partiya siyahısında olmadığını, bu səbəbdən bələdiyyəyə üzv seçiləcəyi təqdirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı ilə problemlərinin yarana biləcəyini demişdir. Lakin buna baxmayaraq, Zərərçəkmiş şəxs və Şahid2 bir neçə dəfə də onun yanına gəlib təkidlə Zərərçəkmiş şəxs Maştağa bələdiyyəsinə seçilməsinə köməklik göstərməyini xahiş etmişlər. Əsasən də Şahid2 canfəşanlıq göstərmişdir. Belə ki, Şahid2 ona ailəsinin dolanışıq yerinin Maştağa bələdiyyəsindən olduğunu, Zərərçəkmiş şəxs həmin bələdiyyəyə sədr seçilməsə ac qalacaqlarını bildirmişdir. 2019-cu ilin təxminən dekabr ayının ortalarında axşam saatlarında Zərərçəkmiş şəxs olmadan Şahid2 onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov 516/517, 11 saylı mənzilə gəlmiş və bükülüdə ona pul vermişdir. Şahid2 pulu ona verdikdən sonra Zərərçəkmiş şəxs bələdiyyəyə seçdirməyini xahiş etmişdir. O isə həmin pulu gecə vaxtı Şahid2 özünə qaytarmaq istəmədiyinə, pulu Zərərçəkmiş şəxs özünə qaytarmaq istədiyinə görə Şahid2 heç nə deməmiş və həmin pulu evində saxlamışdır. O həmin vaxt verilən pulu saymamış, sonradan sayanda 80.000 manat olduğunu görmüşdür. Zərərçəkmiş şəxsla danışanda sonuncu ona 90.000 manat pul göndərdiyini bildirmişdir. O Zərərçəkmiş şəxs pulun məbləğinin 80.000 manat olduğunu bildirmiş və gəlib pulu götürməyini demişdir. Zərərçəkmiş şəxs isə pulun onda qalmasını, gəlib özünün götürəcəyini bildirmişdir. Onun həmin pulu özünə götürmək və ya həmin pul müqabilində Zərərçəkmiş şəxs hansısa vəzifəyə təyin etdirmək fikri olmamışdır. O Zərərçəkmiş şəxs və Şahid2 bu məsələni bir neçə dəfə izah etmiş, ancaq onlar işin mahiyyətini tam anlamamışlar. Onlar sonrasında bir-iki dəfə gəlsələr də Zərərçəkmiş şəxs öz fikrinin üzərində qalmışdır. O İlqara əgər sədr seçilsə, hansı problemlərlə üzləşəcəyini demiş, ancaq Ziyad İlqarı fikrindən döndərmişdir. xx.xx.2019-cu il tarixdə isə o, müalicə məqsədi ilə Belarusiya Respublikasına getmiş və xx.xx.2020-ci il tarixdə Bakıya qayıtmışdır. O, Belarusiya Respublikasından qayıdandan sonra bələdiyyə seçkilərinin baş tutduğunu və Zərərçəkmiş şəxs Maştağa bələdiyyəsinə üzv seçilmədiyini bilmiş, Şahid2 Zərərçəkmiş şəxsla birlikdə gəlib pulu götürmələrini demiş, lakin Şahid2 gəlib pulu götürməkdən yayınmışdır. Təxminən bir neçə ay keçdikdən sonra Zərərçəkmiş şəxs Şahid2lə gəlmədiklərini görüb sonuncuya zəng vurub Günəşli qəsəbəsinə gəlməyini demişdir. O, özü ilə Şahid2 ona verdiyi 80.000 manatı götürmüşdür. Şahid2 həmin yerə “BMW” markalı avtomobili ilə, o isə həmin vaxt istifadəsində olan "Pajero” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmişdir. O, Şahid2 80.000 manatın hamısını qaytarmaq istəmiş, sonuncu isə pulun 45.000 manatını götürmüş, qalan pulun isə onda qalmağını istəmiş, belə ki, sonuncu Zərərçəkmiş şəxs pulu iki dəfəyə qaytarmaq istədiyini demişdir. Şahid2 ona “bu pulu hələ aparım verim İlqara, qalanını sonra gəlib götürərəm” demişdir. Ziyad pulu aparmış, bu zaman o olanlar haqqında İlqara məlumat vermiş, İlqar da ona narahat olmamasını və gəlib pulun qalan hissəsini özünün götürəcəyini demişdir. Ondan sonra o, bir neçə dəfə Zərərçəkmiş şəxsla görüşmüş, sonuncu da ona "qoy pul səndə qalsın, lazım olanda gəlib götürərəm səndən, amma bir iş olsa mənim xahişimi bir yerə elə, evdə oturmaqdan yorulmuşam” demişdir. 2021-ci ilin ortalarında o, Zərərçəkmiş şəxs özü ilə "Cavid” parkında görüşmüş, həmin vaxt sonuncu tək olmuş, o da əl çantasında saxladığı 35.000 manat pulu Zərərçəkmiş şəxs özünə vermiş və bundan sonra Zərərçəkmiş şəxsla görüşləri olmamışdır. 2021-ci ilin sentyabr ayında isə Şahid2 Zərərçəkmiş şəxs “Covid-19” xəstəliyindən vəfat etdiyini eşitmişdir. Şahid1 Şahid2lə birlikdə təxminən 2022-ci ilin sentyabr ayında və ya oktyabr ayında onunla "Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında görüşərək ondan guya mərhum Zərərçəkmiş şəxs verməli olduğu pulu tələb etmişlər. O Şahid1 Zərərçəkmiş şəxs qohumu olduğuna inanmamış, çünki Zərərçəkmiş şəxs onunla münasibəti olduğu üçün Ramiz adlı şəxsin onun qohumu olduğunu bilməmişdir. Ona görə də onlara Zərərçəkmiş şəxs borclu olduğu halda sonuncunun ailə üzvlərinin yanına gedib söhbət etməklərini demiş, Şahid1 və Şahid2 isə Zərərçəkmiş şəxs evinə getməkdən imtina etmişdirlər. Şahid1la ilk görüşdən bir neçə ay keçdikdən sonra, təxminən 2022-ci ilin dekabr ayında sonuncu Ədliyyə Nazirliyinin qəbul otağına gələrək onunla görüşmək istədiyini demişdir. Şahid1 ilə görüşdükdə sonuncu guya Zərərçəkmiş şəxs ona verdiyi pulu özünə verməyini tələb etmişdir. O isə cavabında Şahid1 sonuncu və Şahid2 ilə ancaq Zərərçəkmiş şəxs ailə üzvlərinin evində görüşə biləcəyini bildirmişdir. Şahid1 onun dedikləri razı olmamış və bundan sonra barəsində şər və böhtan xarakterli şikayətlərin yazılmasına başlanılmışdır. Zərərçəkmiş şəxs anası Hafizə Qurbanovanın şikayəti Nazirliyə daxil olduqdan sonra, yəni 2022-ci ilin dekabr ayında uzaqdan qohumu düşən X16 onun xahişi əsasında mərhum Zərərçəkmiş şəxs evində sonuncunun ailə üzvləri ilə görüşmüş və ona da oradan zəng etmişdir. Hər üçü, yəni Zərərçəkmiş şəxs arvadı və iki oğlu telefon vasitəsilə ona Hafizə Qurbanovanın yazdığı ərizə barəsində məlumatları olmadıqlarını, sonuncu ilə hər hansı münasibətləri olmadığını, eləcə də Hafizə Qurbanovanın onların ailəsinə aid işlərdən xəbəri və heç bir aidiyyəti olmadığını, eyni zamanda onun onların ailəsinə heç bir borcunun olmadığını bildirmişdirlər. Daha sonra isə Zərərçəkmiş şəxs ailə üzvləri Ədliyyə Nazirliyinə ərizə ünvanlayaraq ondan heç bir şikayət və tələblərinin olmadığını, Hafizə Qurbanova tərəfindən yazılmış ərizənin onların razılığı və xəbəri olmadan Nazirliyə göndərildiyini bildirdiklərini göstərmişlər. Zərərçəkmiş şəxs pul qaytarmamış olsaydı, keçən bu uzun müddət ərzində sonuncunun ailə üzvləri ondan həmin pulu tələb edərdilər. Çünki Zərərçəkmiş şəxs ölməmişdən qabaq ailə üzvlərinə, yəni oğlanlarına bu barədə məlumat vermiş olardı. O, Şahid1 və Şahid2 35.000 manatı özünə məxsus torpaq sahəsini sataraq qaytaracağına dair söz verməmişdir. X19 telefon nömrəsi əvvəl onun istifadəsində olmuş, daha sonra isə o həmin nömrəni istifadə etmədiyinə görə oğluna vermişdir. Şahid2 bu nömrəni bildiyi üçün bu nömrəni Şahid1 vermiş, Şahid1 da həmin nömrəyə ismarıclar göndərmişdir. Bununla bağlı oğlu Zeynalabdin Əliyev ona Şahid1 onunla əlaqə saxladığını və səs göndərdiyini bildirsə də Zeynalabdin Əliyevə nə Şahid2, nə də ki Şahid1 zənglərinə və smslərinə cavab verməməyini və bu məsələyə qarışmamağını bildirmişdir. Zərərçəkmiş şəxs Maştağa bələdiyyəsinə seçilməsində və ya sədr vəzifəsinə təyin olunmasında hər hansı rolu olmamışdır. Şahid2lə arasında “WhatsApp” proqramı ilə olan yazışmalarda Zərərçəkmiş şəxs seçkilərdə seçilməməsinə dair narahat olmaları ilə bağlı suallara Zərərçəkmiş şəxs onu Şahid2 vasitəsi ilə bələdiyyə seçkilərində seçdirmək üçün bezdirdiyindən başından eləmək üçün verdiyi cavablar olmuşdur. 80.000 manat pulu ona zorla vermişlər, o özü kimdənsə pul istəyib almamışdır. Əgər Zərərçəkmiş şəxs qarşı hər hansı cinayət əməli törətmiş olsa idi, Zərərçəkmiş şəxs özü ondan şikayət edərdi. İttiham onunla qərəzli münasibətdə olan Şahid2 dediklərinə əsaslansa da onun təqsirli olmasını təsdiq edən hər hansı digər sübutu məhkəməyə təqdim edə bilməmişdir. X14, qonşusu X5 iştirakı ilə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ərizəsində (**********009) qeyd etmişdir ki, “Mən yazaraq bildirirəm ki, Təqsirləndirilən şəxs barəsində heç bir orqana hər hansı cinayət və mülki tələblə bağlı şikayət ərizəsi ilə müraciət etməmişəm. Təqsirləndirilən şəxslə mənim aramda heç bir mülki, digər mübahisə yoxdur. Hal-hazırda Təqsirləndirilən şəxs barəsində maddi və mənəvi ziyan barədə tələbim, şikayətim, mülki iddiam yoxdur və gələcəkdə bu barədə heç bir məhkəmə mübahisəsi qaldırmayacam.” Bu hal onun barəsindəki ittihamın qurama olduğunu tam sübut edir. Qeyd olunanlar nəzərə alınaraq, sübutlara ədalətli qiymət verilməklə cinayət hadisəsinin olmaması əsası ilə barəsində bəraət hökmünün çıxarılmasını, ona qarşı irəli sürülmüş iddianın isə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Zərərçəkmiş şəxs isə onun oğlu olmuşdur. O, uzun müddət Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktor müavini vəzifəsində işləmişdir. Mərhum X29 isə uzun müddət DSMF-nin Abşeron rayon şöbəsinin müdiri vəzifəsində işləmişdir. X29 2021-ci ilin yanvar ayında, oğlu Zərərçəkmiş şəxs isə 2021-ci ilin avqust ayında “Covid-19” xəstəliyindən vəfat etmişlər. Oğlu İlqar əvvəllər Maştağa bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs 2019-cu ildə bələdiyyə seçkiləri qabağı onların yaşadığı evə gələrək növbəti seçkilərdə Maştağa bələdiyyəsinin sədri vəzifəsinə seçilməsi üçün pul tələb olunduğunu demiş və bu məqsədlə onlardan borca 60.000 manat pul istəmişdir. Əri Nəriman da bankdan pul götürərək 60.000 manat pulu Zərərçəkmiş şəxs Şahid2 yanında vermiş, oğlu Zərərçəkmiş şəxs işi düzəldikdən sonra pulunu qaytaracağına dair söz vermişdir. O, Şahid2 oğlu ilə gəlib pulu aparmayana qədər görməmişdir. Onlar həmin vaxt maşınla gəlmiş, pul verilən zaman pulları oğlu və əri saymışlar. Lakin oğlu Zərərçəkmiş şəxs növbəti seçkilərdə Maştağa bələdiyyəsinin sədri vəzifəsinə seçilməmişdir. O, Zərərçəkmiş şəxs bələdiyyə sədri seçilməməsinin səbəbini soruşsa da, sonuncu bununla bağlı ona heç nə deməmişdir. Həmçinin sonuncudan borc verdiyi 60.000 pulu nə vaxt qaytaracağını bir neçə dəfə soruşmuş, Zərərçəkmiş şəxs borcunu yaxın vaxtlarda qaytaracağını demişdir. O, oğlu İlqardan seçkilərdə seçilmədiyi halda pulu geri alıb-almamasını soruşmuş, o da geri alacağını və aldığı zaman borcunu qaytaracağını demişdir. O oğlunun başqa şəxslərə borcu olub-olmamasını bilməmişdir. Oğlu öldükdən sonra onun oğluna verdiyi pulları hara xərcləməsini araşdırmasını xalası oğlu Şahid1 tapşırmışdır. Pulun qaytarılması ilə bağlı şikayətini o demiş, başqa biri isə yazmışdır. Lakin şikayətin nə zaman verilməsini və harada yazılmasını xatırlamır. Bundan bir neçə müddət sonra Şahid1 ona oğlu Zərərçəkmiş şəxs Maştağa bələdiyyəsinin sədri vəzifəsinə seçilmək üçün Ədliyyyə Nazirliyində işləyən Hafiz adlı şəxsə 90.000 manat pul verdiyini, lakin sonuncunun oğlu Zərərçəkmiş şəxs aldadaraq vədinə əməl etmədiyini, həmin puldan 55.000 manatın geri qaytarıldığını, 35.000 manatın isə qaytarılmadığını bildirmişdir. Şahid1 və Şahid2 1-2 dəfə Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu pulu qaytarmağına söz versə də, daha sonra pulu qaytarmaqdan imtina etmişdir. Zərərçəkmiş şəxs verdiyi 60.000 manat pulun hər hansı hissəsi sonuncu tərəfindən ona qaytarılmamışdır. O, Zərərçəkmiş şəxs ailəsinə sonuncunun ona 60.000 manat borcunun olduğunu dedikdə onlar həmin borc barədə məlumatlarının olmadığını və borcu qaytarmayacaqlarını demişlər. Oğlu Zərərçəkmiş şəxs arvadından boşanmış, oğlanları ilə də münasibətləri yaxşı olmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, oğlunun Təqsirləndirilən şəxs verdiyi, Təqsirləndirilən şəxs oğluna qaytarmadığı pulun ona ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisələrlə bağlı tanıyır, əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs isə xalası qızı X7 oğlu olmuşdur. Onlarla da heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Onun Zərərçəkmiş şəxsla elə də çox əlaqəsi olmamışdır. 2022-ci ilin yay aylarında, İlqar öldükən təxminən bir il sonra xalası qızı Hafizə Qurbanova ona müraciət edərək mərhum oğlu Zərərçəkmiş şəxs Maştağa bələdiyyəsinin sədri vəzifəsinə işə təyin olunması müqabilində borc olaraq ondan 60.000 manat pul aldığını, lakin nə İlqarın işə təyin olunduğunu, nə də ki pulun geri qaytarılmadığını ona demiş və bu səbəbdən pulun qaytarılmasında köməklik göstərməyini ondan xahiş etmişdir. Bundan sonra o bu məsələ ilə bağlı uzun müddət Zərərçəkmiş şəxs yanında işləmiş, əvvəllər kim olduğunu bilmədiyi Şahid2lə görüşərək sonuncudan İlqarın növbəti seçkilərdə Maştağa bələdiyyəsinin sədri vəzifəsinə düzəlməsi ilə bağlı pul veribvermədiyini soruşmuşdur. Aralarında olan söhbətlərdən məlum olmuşdur ki, İlqar Maştağa bələdiyyəsinin sədri vəzifəsinə növbəti dəfə seçilməsi üçün Ədliyyə Nazirliyinin əməkdaşı Təqsirləndirilən şəxs Ziyad vasitəsi ilə 2019-cu ildə 90.000 manat pul vermiş, lakin məsələ həll olunmamış, 55.000 manat pul Təqsirləndirilən şəxs tərəfindən qaytarılmış, qalan 35.000 manat pul isə qaytarılmamışdır. Onun təkidi ilə 2022-ci ilin avqust ayında o, Ziyad və Hafiz “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında görüşmüş, görüşü Ziyad təşkil etmiş, söhbət zamanı Təqsirləndirilən şəxs Ziyadın dediklərini təsdiq edərək qaytarmalı olduğu 35.000 manatı özünə məxsus torpaq sahəsini sataraq 2022-ci ilin noyabr ayında qaytaracağına dair söz vermişdir. Lakin 2022-ci ilin noyabr ayında bir neçə dəfə Hafizlə əlaqə saxlamağa cəhd göstərsələr də hər hansı müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən Hafizin oğlu Zeynalabdinin istifadəsində olan mobil telefon nömrəsini tapıb onunla əlaqə saxlamış və atası Hafizin onunla əlaqə saxlamasını demiş, lakin Zeynalabdin müxtəlif bəhanələrlə atası Hafizin onlarla əlaqə saxlaya bilmədiyini demişdir. Hafiz onunla görüşməkdən yayındığı və verdiyi vədlərə əməl etmədiyi üçün o, 2022-ci noyabr ayının sonlarında Ədliyyə Nazirliyinin inzibati binasına gedib Təqsirləndirilən şəxslə orada görüşmüş, Təqsirləndirilən şəxs də ona və Ziyada pul verməyəcəyini, pulu İlqarın ailəsinə verəcəyini demişdir. O da ona pulu İlqarın ailəsinin yox, Ziyadın verdiyini demiş və çıxıb getmişdir. Bundan sonra o Təqsirləndirilən şəxs çoxlu zəng etmiş və bunun axırının yaxşı olmayacağını demişdir. O hər dəfə Hafizə zəng edən zaman ona məxsus telefona oğlu cavab vermiş və atasının yatdığını, namaz qıldığını deyərərk müxtəlif bəhanələr gətirmişdir. Təqsirləndirilən şəxs oğlu ona sözügedən şeyləri atasına dediyini və atasının buna reaksiya vermədiyini demiş, o da ona atasına kreslosunda möhkəm oturmasını çatdırmasını demişdir. O Təqsirləndirilən şəxs qohumu olduğu bildiyi rəhbər şəxslərə də görüşmüş, məsələni onlara izah etmiş, ancaq onlardan da səs çıxmamışdır. O da məcbur olaraq digər orqanlara şikayətini bildirmişdir. O kənarda Təqsirləndirilən şəxslə görüşməmişdir. Şikayətdən sonra ona Hafizin pulu qaytarmaq istədiyi deyilmiş və Hafiz Təqsirləndirilən şəxs Qurbanova ilə görüşmək istədiyini demiş, ancaq Təqsirləndirilən şəxs vəkili buna imkan verməmişdir. Hafizə Qurbanovaya heç bir pul vəsaiti ödənilməmişdir. Zərərçəkmiş şəxs ailəsinin Hafizə Qurbanova ilə münasibətləri olmadığından bu məsələ ilə bağlı Zərərçəkmiş şəxs ailəsi ilə danışmamışdır. Belə ki, İlqar arvadından bir neçə il əvvəl boşanmışdır. Bu səbəbdən arvadı Natəvan ilə anası Hafizənin arasında hər hansı münasibət olmamışdır. İlqar öləndən sonra isə ümumiyyətlə bütün əlaqələri kəsilmişdir. O da bu səbəbdən Hafizə Qurbanovanın adından sonuncunun xahişi ilə Ədliyyə Nazirliyinə 35.000 manatın qaytarılması üçün şikayət etmişdir. Pul qaytarıldıqda isə həmin məbləği xalası qızına vermək niyyətində olmuşdur. Onun bu işlə bağlı hər hansı maddi marağı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, uzaq qohumluq münasibətləri var, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs da tanımış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti olmamışdır. 2010-2019-cu illər ərzində Maştağa bələdiyyəsində mütəxəssis vəzifəsində işləmiş, bu müddət ərzində həmin bələdiyyənin sədri Zərərçəkmiş şəxs olmuşdur. 2020-ci ildə yeni bələdiyyə sədri onu vəzifəsindən azad etmişdir. Zərərçəkmiş şəxsla yaxın münasibətlərdə olmuşdur. Təqsirləndirilən şəxs uzaq qohumudur. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs o İlqarın yanında işləməyə başlamışdan əvvəl tanış olmuşlar. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs vasitəsi ilə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxslə tanış olduqda o artıq İlqarın yanında işləmiş, onu bələdiyyəyə Təqsirləndirilən şəxs işə düzəltməmişdir. 2019-cu ilin təxminən oktyabr ayında növbəti bələdiyyə seçkiləri ərəfəsində İlqarla birlikdə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında Hafizlə görüşmüşlər. Söhbət zamanı bilavasitə iştirak etməsə də, İlqarın dediyinə görə yenidən bələdiyyənin sədri vəzifəsinə seçilmək üçün İlqar Hafizə 90.000 manat pul verməlidir. Zərərçəkmiş şəxs ilk dəfə bələdiyyə sədri seçilməyində də Təqsirləndirilən şəxs köməyi olmuşdur. Zərərçəkmiş şəxs sədr seçildiyi halda o da onunla işləyəcəkmiş, lakin bu iş alınmamış, o işdən çıxarılmış, 3-4 ildir işsiz qalmışdır. Təxminən 2019-cu ilin noyabr ayında İlqar onu Xırdalan şəhərində yaşayan anasıgilə aparmağını xahiş etmiş, evə daxil olduqdan sonra İlqar anasına pulu gətirməyini demiş, İlqarın anası Hafizə onun yanında İlqara 60.000 manat pul vermişdir. Daha sonra “Elmlər Akademiyası” metrostansiyasının yanına getmiş və Hafizlə görüşüb “Avalon” adlı restoranda oturub yemək yemişlər. Yemək zamanı Hafiz İlqara darıxmamağını, "yuxarılar” ilə danışdığını, bu məsələni onlarla həll edəcəyini demişdir. Orada oturub yemək yedikdən sonra “Böyük Firat” restoranının üstündə yerləşən, Hafizin yaşadığı 5 mərtəbəli binanın yanına gələrək İlqar bükülüdə olan 90.000 manat pulu Hafizə uzatmış, bu zaman Hafiz İlqara bükülünü ona verməsini, ona da bükülünü götürüb onun mənzilinə qaldırmağını demişdir. O da Hafizin dediyi kimi bükülünü Hafizin yaşadığı mənzilə qaldırmışdır. İlqar verilən pulları öz dəftərinə qeyd etmiş və həmin dəftəri maşında saxlamışdır. Hafiz mənzilində bükülünü açmış və o həmin bükülüdə 100 və 200 manatlıq əskinasların olduğunu görmüşdür. Lakin Hafiz vədinə əməl etməmiş və İlqar bələdiyyəyə üzv və sədr seçilə bilməmişdir. Bundan sonra da İlqar onun iştirakı ilə, eləcə də özü Hafizlə görüşüb sonuncuya ya pulu qaytarmağını, ya da Maştağa qəsəbəsinə icra nümayəndəsi vəzifəsinə təyin edilməsinə köməklik göstərməsini xahiş etmişdir. Hafiz də İlqara icra nümayəndəsi vəzifəsinə təyinat almasına köməklik edəcəyini demişdir. Lakin Hafiz yenə də vədinə əməl etmədiyinə görə İlqar pulu geri istəməyə başlamışdır. Təxminən 2021-ci ilin yay aylarında İlqar ona gedib Hafizdən pulu götürməyini demiş, o da Hafiz ilə əlaqə saxlamış, sonuncu ona Günəşli qəsəbəsində yerləşən “Şir” heykəlinin yanına gəlməyini demiş, o da həmin yerə getmişdir. Orada öz avtomobilindən düşərək Hafizin avtomobilinə oturmuş, Hafiz ona sellofan torbanın içində olan 55.000 manat pulu vermişdir. O da həmin pulu aparıb Maştağa qəsəbəsində tikinti materialları mağazasının yanında İlqarın özünə vermişdir. Bundan sonra İlqarla aralarında olan söhbətlərdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 55.000 manat pul qaytardığını, qalan 35.000 manat pulu isə noyabrda verəcəyini deməsini, sonradan müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etdiyini bilmişdir. 2021-ci ilin avqust ayında isə Zərərçəkmiş şəxs vəfat etmişdir. İlqarın ölümündən təxminən bir ay keçdikdən sonra İlqarın qohumu Şahid1 İlqarın anası Hafizə Qurbanovanın adından ona yaxınlaşaraq “bu nə dələduzluqdur edirsiniz, üç ildir ki, İlqar vəzifəyə gedirdi, pulu kimə vermisinizsə al gətir” demiş, o da bu zaman Şahid1 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ümumilikdə onun şahidliyi ilə 90.000 manat pul verdiyini, sonuncunun verilmiş puldan 55.000 manatını onun vasitəsi ilə qaytardığını, qalıq qalmış 35.000 qaytarmadığını demişdir. Şahid1 da həmin pulun Zərərçəkmiş şəxs anası Hafizə Qurbanovaya çatmalı olduğunu deyərək həmin 35.000 manat pulu Təqsirləndirilən şəxs alaraq qaytarmağını ona demişdir. O da Təqsirləndirilən şəxs yanına gedib Zərərçəkmiş şəxs anası Hafizə Qurbanovanın və qohumu Şahid1 35.000 manat pulu geri istədiklərini bildirmiş, Təqsirləndirilən şəxs isə cavabında darıxmamaqlarını, torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini sataraq pullarını geri qaytaracağını demişdir. Lakin Təqsirləndirilən şəxs bir il ərzində müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. 2022-ci ilin təxminən avqust-sentyabr aylarında o, Şahid1 və Təqsirləndirilən şəxslə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında görüşmüş, söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 90.000 manat pul aldığını və həmin puldan 35.000 manat pulu qaytarmalı olduğunu təsdiq etmiş və həmin pulu noyabr ayında qaytaracağına söz vermişdir. Lakin Təqsirləndirilən şəxs yenə də pulu qaytarmaqdan imtina etmiş və bu səbəbdən də Şahid1 Hafizə Qurbanovanın adından Ədliyyə Nazirliyinə şikayət etmişdir. Şikayət əsasında izahat vermək üçün Ədliyyə Nazirliyinə çağırılanda o orada Təqsirləndirilən şəxs görmüş, sonuncudan izahatını necə yazmalı olduğunu soruşanda Təqsirləndirilən şəxs ona həqiqəti yazmağını dediyindən o da izahatında həqiqəti göstərmişdir. Onu Maştağa bələdiyyəsinə işə Zərərçəkmiş şəxs götürmüş, həmin vəzifəyə təyin olunması ilə bağlı Təqsirləndirilən şəxs hər hansı rolu olmamışdır. O, İlqarın oğluna İlqarın kiminsə borcunun olması barəsində heç nə deməmiş, onun oğlu ona İlqar rəhmətə getdikdən sonra qapıya Məhəmmədin gəldiyini, sənəd işi olduğunu demiş, atasının kiməsə borcu olub-olmamasını soruşmuş, o da Məhəmmədin adını verərək maraqlanmasını demişdir. İlqarın oğlu İsrafil həmçinin atasına kimlərinsə borcu olub-olmadığını soruşmuş, o da İlqarın hər şeyi dəftərinə qeyd etdiyini, Təqsirləndirilən şəxs 35.000 manat pulun qaytarmadığını demişdir. Bələdiyyə işi düzəlməyən zaman icra nümayəndəliyi üçün İlqar pulun yarısını saxlamışdır. Onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir qərəzi yoxdur. Zərərçəkmiş şəxs tərəfindən bələdiyyə sədri seçilməsi üçün Təqsirləndirilən şəxs verilən puldan hər hansı məbləği özünə götürməmiş, marağı yalnız Zərərçəkmiş şəxs bələdiyyə sədri seçilməsi olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs bələdiyyə sədri seçilməli olsa idi o da öz işində işləməyə davam edə biləcəkdi. Zərərçəkmiş şəxs ölümündən əvvəl ona ya işin, ya pulun olacağını demişdir. Zərərçəkmiş şəxs öz oğlanları ilə münasibətləri həmişə gərgin olmuşdur. İlqar ona anasıgildən aldığı pula görə də anası və bacısı ilə münasibətinin gərginləşdiyini, atasının məhz həmin pul səbəbindən öldüyünü demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 35.000 manat pul qaytarmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, uzaq qohumluq münasibətləri var, onunla hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. 2018-ci ildən 2021-ci ilə qədər Keşlə bələdiyyəsində müqavilə əsasında işləmişdir. 2021-ci ilin təxminən sentyabr ayından indiyə kimi isə Maştağa bələdiyyəsində memar olaraq işləyir. Bu hadisələrə qədər Şahid2 tanımış, Ziyadla tanış olmağı da Təqsirləndirilən şəxs vasitəsilə olmuşdur. Yəni birinci Təqsirləndirilən şəxs tanımış, sonra Şahid2 tanımışdır. Atası Şahid2 tanımış, o da atasının və qardaşının vasitəsilə onunla tanış olmuşdur. Ondan əvvəl isə həmin işdə Şahid2 işləmişdir. Şahid2 onun Maştağa bələdiyyəsində onun əvvəlki iş yerində işə başlamağını müəyyən qədər aqressiv qarşılamış, həmin vaxtlarda, yəni onun işə başladığı vaxt, yəni təxminən 2021-ci ilin sentyabr-oktyabr aylarında Şahid2lə aralarında söz-söhbət olmuşdur. Onun Maştağa bələdiyyəsində işə qəbul olunmağının Ziyada niyə pis təsir etməsini bilmir, həmçinin o Şahid2 onunla bağlı fikirlərini xoş qarşılamamışdır. Çünki, o orada müqavilə əsasında işləmişdir. Hər hansı tapşırıqla orada işə düzəlməmişdir. Onun işə düzəlməyilə bağlı suallarına cavab vermiş, vəziyyəti izah etmiş, atasıgilin Təqsirləndirilən şəxslə danışdığını və müqavilə əsasında orada işlədiyini bildirmiş, bununla da aralarındakı söhbət yekunlaşmışdır. Ziyad elə hesab etmişdir ki, onu Haifz Əliyev işə düzəldib, o isə bunun belə olmadığını bildirmiş və Şahid2 inandırmışdır. O Maştağa bələdiyyəsində işə başladıqdan sonra qəza keçirmiş, nəticədə koma vəziyyətinə düşmüş, həmin vaxtlarda Şahid2 ona ziyarətə də gəlmişdir. Hazırda isə aralarında heç bir problem yoxdur. Təqsirləndirilən şəxslə Şahid2 yaxşı münasibətdə olmalarını, bir-birlərinin evlərinə gedib gəlmələrini sonuncunun özündən eşitmişdir. Hətta ilk dəfə Şahid2 görəndə onun Təqsirləndirilən şəxs oğlu olduğunu düşünmüşdür. Bu işlə bağlı məhkəmə bildirişi gəlməmişdən qabaq Şahid2 ona məhkəməyə çağırıldığını demiş, o da getməyəcəyini bildirmişdir. Ona heç kim məhkəməyə getməməsini deməmişdir. Lakin sonradan bildiriş gəldiyinə görə məhkəməyə gəlmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 cinayət işini materiallarında olan xx.xx.2023cü il tarixli ifadəsindən görünür ki, “Zərərçəkmiş şəxs mənim atamdır. Atam Zərərçəkmiş şəxs 21 avqust 2021-ci il tarixdə “Covid-19” xəstəliyi səbəbindən ölmüşdür. Atam 2010- 2019-cu illərdə Maştağa bələdiyyəsinin sədri, ondan əvvəl isə həmin bələdiyyənin sədr müavini vəzifələrində işləmişdir. Mərhum atamın 2019-cu ildəki növbəti bələdiyyə seçkilərində iştirak edib-etmədiyini bilmirəm, lakin onu bilirəm ki, atası seçkilərdən sonra bələdiyyənin sədri vəzifəsində işləməyib. Qeyd etmək istəyirəm ki, 4 ilə yaxın müddət ərzində Rusiya Federasiyasında yaşamışam. Atam“Covid-19” xəstəliyi ilə əlaqədar “Modul Tipli” xəstəxanada müalicədə olan zaman Azərbaycana gəlmişəm. Lakin atam xəstəxanada öldüyündən onu görə bilmədim. Bildirmək istəyirəm ki, anam ilə mərhum atam məhkəmə qaydasında 2020-ci ildə boşanıblar. Lakin boşanmalarına baxmayaraq, atam, anam, balaca qardaşım, o cümlədən mənim ailəm bir evdə yaşayırdıq. Atam rəhmətə gedəndən sonra mən Maştağa bələdiyyəsinin işçisi Şahid2lə görüşdüm. Şahid2 uzun müddət mənim atam ilə birlikdə işləyib və atamın işlərini görmüşdür. Atam öləndən sonra Ziyadla görüşümüz zamanı mərhum atamın adını demədiyi şəxsə təxminən 17.000 manat borcunun olduğunu dedi, mən də belə bir adamın olduğu halda mənim yanıma gəlməyini bildirdim. Mən də Ziyaddan atamın başqa şəxslərə borclu olub-olmadığını soruşdum, o da Ədliyyə Nazirliyində işləyən Hafizin atamıza səhv etmirsə 45.000 manat pul borclu olduğunu, lakin borcunu qaytardığını və atamızla halallaşdığını bildirdi. Mən həmin borcun necə yarandığını soruşduqda isə Ziyad cavabında bilmədiyini, onların öz aralarında olan məsələ olduğunu dedi. Bildirmək istəyirəm ki, atamın “Mercedes” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş və həmin avtomobili nənəmin həyətində saxlamışdı. Atam rəhmətə gedəndən sonra isə mən avtomobili geri götürmək istədim, lakin nənəm Hafizə avtomobili mənə vermədi, atamızın ona əvvəlcə 60.000, daha sonra isə 30.000-35.000 manat məbləğində borclu olduğunu, həmin borcu qaytardıqdan sonra avtomobili geri götürə biləcəyimizi dedi. Daha sonra isə Hafizə avtomobili onun adına keçirməyimizi və oununla da atamızın borcunu bağlamağımızı dedi. Nənəmdən borcun necə yarandığını soruşduqda o, bizə borcun yaranma təfərrüatlarını, yəni atamızın hansı səbəbdən onlardan pul götürdüyünü demədi. Bundan sonra nənəmizlə münasibətimiz pozuldu, hal-hazırda da hər hansı münasibətimiz qalmamışdır. Beləcə bu məsələ elə də qaldı. Bundan başqa bildirmək istəyirəm ki, Ziyadın dediyi adam, yəni guya atamın borcu olduğu şəxs bizə gəlmədi və bizimlə kimsə bu məsələ ilə bağlı əlaqə saxlamadı. Səhv etmirəmsə 2022-ci ilin dekabr ayında bizim evdə Ruhid adlı şəxs gəldi. Ruhid özünü təqdim edərək Ədliyyə Nazirliyində işləyən Hafizin tanışının olduğunu, sonuncuya mərhum atamızın adından Ziyad və Ramiz adlı şəxslərin yaxınlaşdıqlarını və ondan 35.000 manat pul tələb etdiklərini bildirdilər. Mən isə ona dedim ki, atam öləndən sonra Ziyadla danışdığımı, sonuncunun Hafizlə atam arasındakı olan borcun bağlandığını demişdi. Həmin adam isə Ziyadın Hafizdən 35.000 manat pul tələb etdiyini bildirdi. Mən isə Ruhidə Hafizin mənə, bizim ailəmizə hər hansı borcu olmadığını, atamın Hafizə pul verib-vermədiyini bilmədiyini, bu səbəbdən Hafizdən heç nə tələb edə bilmədiyini deyərək öz təşəbbüsümüzlə mənim, qardaşımın və anamın adından Ədliyyə Nazirliyinə ərizə ünvanlayaraq Hafizdən hər hansı şikayət və tələbimizin olmadığını və onun bizə hər hansı borcunun olmadığını yazıb bildirmişik. Bildirmək istəyirəm ki, mənim, qardaşımın və anamın atamızınn işi ilə bağlı hər hansı məlumatımız heç vaxt məlumatımız olmayıb. Eləcə də atam Zərərçəkmiş şəxs Maştağa bələdiyyəsinin sədri vəzifəsinə işə təyin olunmaq müqabilində kiməsə pul verməsi, kimdənsə borca pul alması barədə hər hansı məlumatımız olmayıb və atamız bizimlə bu məsələlərlə ilə bağlı hər hansı söhbət etməmişdir. Atam Zərərçəkmiş şəxs sağlığında həmişə ***-***-**-** mobil nömrəsini istifadə etmişdir. Şahid1 tanıyıram, sonuncu atam tərəfdən uzaq qohumumuzdur, lakin qohumluğun hansı dərəcədə olmasından məlumatım yoxdur. Atam Zərərçəkmiş şəxs təkcə borc pul verdiyi şəxslərin adları deyil, ümumi xərclədiyi pullara dair qeyd dəftəri olmuşdur, mən bu söhbətlərdən sonra dəftərə özüm baxmışam. Orada Təqsirləndirilən şəxs pul verilməsi ilə bağlı qeydə rast gəlməmişəm. Həmin dəftəri qısa zamanda istintaqa təqdim edəcəyəm” (cild 1, iş vərəqi 60-64). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2023cü il tarixli, 3-16-9/2-19812-3-104/2023 nömrəli məktubuna əlavə edilmiş Sabunçu rayonu, Maştağa bələdiyyəsinin xx.xx.2020-ci iltarixli, 01 saylı iclas protokolunun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinə 23 dekabr 2019-cu ildə keçirilmiş bələdiyyə seçkilərində üzv seçilmiş 15 nəfərin adlarının siyahısında Zərərçəkmiş şəxs adı yoxdur. Həmin bələdiyyənin sədri X1 (cild 1, i/v 188-192). - Mərkəzi Seçki Komissiyasının internet səhifəsindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Maştağa Bələdiyyəsinin 15 nəfər seçilmiş namizədləri siyahısında Zərərçəkmiş şəxs adı qeyd olunmamışdır (cild 1, i/v 34). - 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli, AZ-İİ №209473 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs “böyüklərin respirator pozğunluq (distress) sindromu” səbəbindən 21 avqust 2021-ci il tarixdə ölmüşdür (cild 1, i/v 65). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin 25 aprel 2023-cü il tarixli, 3-16-6/2-391 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1998-ci ildə ədliyyə orqanlarında qulluğa qəbul edilmiş, icra xidmətinin yerli qurumlarında məhkəmə nəzarətçisi, böyük məhkəmə nəzarətçisi və böyük məhkəmə icraçısı vəzifələrində işləmiş, xx.xx.2004-cü ildən xx.xx.2019-cu ilədək Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım mərkəzinin baş mütəxəssisi, Bələdiyyələrlə iş mərkəzi İnzibati nəzarət idarəsinin baş məsləhətçisi, xx.xx.2019-cu ildən xx.xx.2023-cü il tarixədək Nazirliyin Katibliyinin Məxfi şöbəsinin rəisi vəzifəsində işləmiş, Nazirliyin xx.xx.2023-cü il tarixl, 58-K nömrəli əmri ilə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmışdır (cild 1, i/v 134- 147). - xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ********* №-li cinayət işi üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(001)- 1037/2023 nömrəli qərarına əsasən "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair izahlı disk hesabatına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə 8435 saylı 01 ədəd qovluq var. Həmin qovluğa daxil olduqda qovluqda 15 ədəd faylın olduğu görünür. 503190872_SMS.txt faylına baxış zamanı xx.xx.2019-cu il tarixdə 01:01:03-də Şahid2 istifadəsində olan **********79 saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olmuş **********72 mobil nömrəsinə aşağıdakı məzmunda: “Mudurum cin nomrevi yigdim bagliydi. Goruwe bilmedim. Yazdimki bes gozduyurem dee neyniyim necedi vezyet. Yazdiki wukur salamatciligdi sabah ola xeyir ola” məzmunlu sms göndərilmişdir. **********7.txt və **********72.txt fayllarına baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olmuş **********72 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixdən çox sayda danışıqların olması müəyyən olunmuşdur. antena2019.xls faylına baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olmuş **********72 mobil telefon nömrəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək bir neçə dəfə “Elmlər Metrostansiyası” və “Bakı Dövlət Universiteti” antenlərinə düşdüyü müəyyən olunmuşdur. Qeyd edilən fayllara baxış zamanı iş üçün əhəmiyyət kəsb digər hər hansı hal aşkar edilməmişdir (cild 1, i/v 210). - xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ********* №-li cinayət işi üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(001)- 1037/2023 nömrəli qərarına əsasən "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair izahlı disk hesabatına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə 12 ədəd fayl vardır. SMS_Tarixcəsi_ **********3453_********** faylına baxış zamanı xx.xx.2019-ci il tarixdə saat 23:49:41 Şahid2 istifadəsində olan +**********79 mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olmuş +**********0 mobil telefon nömrəsinə aşağıdakı məzmunda: “Mudurum telfonum sondu cavab vere bilmedim indi gelmiwem eve catdim. Sabah gedeciyik sennen corey yemeye onnan” məzmunlu sms göndərmişdir. Zenglərin_detallaşması_**********12011_**********79 faylından görünür ki, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019- cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə Elmlər Metrostansiyası anteninə düşdüyü müəyyən olunmuşdur. Qeyd edilən fayllara baxış zamanı iş üçün əhəmiyyət kəsb digər hər hansı hal aşkar edilməmişdir (cild 1, i/v 211). - Şahid2 tərəfindən istintaqa təqdim edilmiş Şahid2lə Təqsirləndirilən şəxs arasında olan “WhatsApp” tətbiqi ilə aparılmış yazışmaların ekran çəkilşinin şəkillərindən görünür ki, Şahid2lə Təqsirləndirilən şəxs (Hafiz emi.teze) arasında oktyabr 2019-cu il tarixdən başlayaraq 24 mart 2021-ci il tarixə kimi müxtəlif məzmunlu yazışmalar həyata keçirilmişdir: “30 Ekim 2019” – 30 oktyabr 2019-cu il tarixli yazışmada Şahid2: “Sabahin xeyir emi”, “Netersen”, “Ne var ne yox”; Təqsirləndirilən şəxs: “Salam”, “Hər şey qaydasındadı iş gedir”; Şahid2: “He wukur”, “Dunen bullarin siyahisinin axrinci gunuydu çox narahatiydıg”, “Axwam iwden cıxanda gələcəm bir söhbet edey”; Təqsirləndirilən şəxs: “Nəticəsini deyəcəklər darıxmayın”; Şahid2: “Oldu emi”, “Cox sagol”. “1 kasım 2019” – 01 noyabr 2019-cu il tarixli yazışmada Şahid2: “Emi sabaa xeyr. Emi tam deqiqlewdirdiy? Bunun adi yoxdu siyahida hamini 2 gundu cagirilar dayrede erze zad yazdirirlar bunu yox. Bu gunde siyahi yekunlasir kutarir. Bunuda qesden cagirmillarki siyahiya salmirlarki sabahsi gunde kimse nese deyende sozderi olsunki bu siyahida yoxdu haa. Axwam taa geciydi deye yazmadim yigmadim. Gece oyrendiy deqiq yoxdu bunun adi. Yazdimki bilesen dee melumatdi olasanki bu gwn siyahi qurtatir kankret dayreden oyrendiy axwam saat 12de 1e iwlemiw”; Təqsirləndirilən şəxs: “Yaxşı”, “Narahat olmayın”; Şahid2: “Oldu emi Allah canini sag elesin”; Təqsirləndirilən şəxs: “İlqarın atasının adı və familayasın yaz”; Şahid2: “Zərərçəkmiş şəxs Nerman oglu”; Təqsirləndirilən şəxs: “Deyəcəklər yuxarıdan”, “İnşallah yaxşı olar”; Şahid2: “İnwallah”, “Allah sene deymesin var ol emi”; Təqsirləndirilən şəxs: “Əlavə nə desələr deyərəm”; Şahid2: “Oldu emi”, “Mene 20 deyqe qabax ne desen hara desen ora uca uca gelecem”; Təqsirləndirilən şəxs: “Yaxşı”; “4 aralık 2019” – 4 dekabr 2019-cu il tarixli yazışmada Şahid2: Emi sabahin xeyir. Bu ozde yapin uzvudu hemde mawtaga uzre yapin sedridi”, “Yapin plakatinda siyahisindada adi yoxdu”, “Deqiq duz melumatdi”, “Dedimki xeberin olsun”; “12 ocak 2020” – 12 yanvar 2020-ci il tarixli yazışmada Şahid2: “Axwamin xeyir emi necesen ne var ne yox”, “Yaxwisanmi”; Təqsirləndirilən şəxs: “Əleyküm Salam”, “Şükür”; Şahid2: “He yaxwi ol emi”; Təqsirləndirilən şəxs: “Yox”; Şahid2: “Emi sen cani maraxlan gor necedi veziyyet yaman narahatcilixdi eyy”; Təqsirləndirilən şəxs: “Allah bilən məsləhətdi”; “14 ocak 2020” – 14 yanvar 2020-ci il tarixli yazışmada Şahid2: “Salam emi necesen”, “Emi sabaha iclasi teyin elediler bura”, “Buda deyir mellime de gor men ewyalarimi vew vuwumuw yigim gedim yoxsa mellim ne dese onu edim”, “Ne meslehet gorsen onu deyim ilqar mellime”, “Əleyküm Salam”, “Danışım deyərəm”; Şahid2: “Ok”, “Emi”, “Xeber gozduyur”; “17 ocak 2021”- 17 yanvar 2021-ci il tarixli yazışmada Şahid2: “Sabahin xeyir emi. Necesen”, “Emi dosdun yigmiwdi dedi Hafiz mellimnen ne xeber dedim hele daniwmamiwam bilmirem”; Təqsirləndirilən şəxs: “De görüşək”, “Yaxşı”; “22 şubat 2021”- 22 fevral 2021-ci il tarixli yazışmada Şahid2: “Salam emi necesen”, “Veziyyet necedi”; Təqsirləndirilən şəxs: “X31”, “İş gedir”, “Həftə sonu görüşərik”; Şahid2: “İnwallah”, “İsdiyirdim gelim. Ta onda 5gun yada 6ci gun gelerem”, “Mellimde taa sebri qalmayib darıxır”; “1 mart 2021” – 01 mart 2021-ci il tarixli yazışmada Şahid2: “Salam emi necesen”, “İw guc”; Təqsirləndirilən şəxs: “X31”, “Yaxşyam”, “Siz necəsiniz” ; Şahid2: “Wukur yaxwiligdi”, “Ozum 6.bazar narahat elemedim ee”, “Ne xeber”; Təqsirləndirilən şəxs: “Gözləyirik”, “Olacaq”, “İnşəllah”; Şahid2: “İnwallah”; “12 mart 2021”- 12 mart 2021-ci il tarixli yazışmada Şahid2: “Salam emi necesen ne var ne yox”; Təqsirləndirilən şəxs: “X31, Yaxşıyam”, “Siz Necəsiniz?”; Şahid2: “Wukur emi yaxwilig”, “Dosdumuz narahatdi taa bezmiwem”; Təqsirləndirilən şəxs: “Təyinatlar bayramdan sonra” məzmunlu yazışmalar qeyd edilmişdir. - 29 aprel 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd CD “Verbatim” markalı olmaqla həmin diskə daxil olduqda içərisində AUDİO-2023-04-29-11-39-30 (1), AUDİO-2023-04-29- 11-39-30, AUDİO-2023-04-29-11-39-31 (1) və AUDİO-2023-04-29-11-39-31 adlı fayllar vardır. Baxış zamanı müəyyən edilmişdir ki, faylardakı səs yazılarında atasının ona zəng etməsini, bu işinin sonunadək gedəcəklərini, bütün instansiyalara müraciət edəcəklərini, atasının ona noyabr ayında verəcəyini dediyini, sonra oyun oynadığını, sözünə əməl etmədiyini, Ziyadın əlinən atasına verdiyini ala bilməməsi məzmunlu səs yazıları vardır. Baxışda iştirak edən Şahid1 səs yazıların ona məxsus olduğunu, həmin səs yazılarını istifadə etdiyi mobil telefondakı “WhatsApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs oğlu Zeynalabdin Əliyevə göndərdiyini, həmin səs yazılarında atası Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayında 35.000 manat pulu qaytarmağa söz verəsə də, vədinə əməl etməməsinə dair səs yazıları olduğunu bildirmişdir. Qeyd edilən fayllara baxış zamanı iş üçün digər əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir (cild 1, i/v 109). - xx.xx.2023-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 təqdim etdiyi səs yazılarının köçürülmüş olduğu 01 ədəd, "xxxx" MMC-dən götürülmüş içərisində telefon danışıqlarına dair məlumatların olduğu 01 ədəd, "xxxx" MMC-dən götürülmüş içərisində telefon danışıqlarına dair məlumatların olduğu 01 ədəd olmaqla 03 ədəd disk, Şahid1 təqdim etdiyi 03 vərəqdən ibarət, Şahid2 təqdim etdiyi 23 vərəqdən ibarət olmaqla ümumilikdə 26 vərəqdən ibarət “WhatsApp” proqramı vasitəsilə edilmiş yazışmanın ekran çəkilişləri cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, i/v 215-233). - 26 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə X4 araşdırma zamanı təqdim etdiyi 2 ədəd qeydiyyat kitabçasına sonuncunun və oğlu X11 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, hər iki qeydiyyat kitabçası qara üzlüklüdür. Qeydiyyat kitabçalarında tikintilərə xərclənmiş pulların məbləği, avtomobil təmirinə xərclənmiş pulların məbləği, borclu olan şəxslərin adları qeyd olunmaqla borcları, torpaq sahələrinin ölçülərinə dair qeydlər vardır. Həmçinin kitabçada bəzi vərəqlərin cırılması müəyyən edilir. Kitabçalara baxış zamanı son qeydin xx.xx.2011ci il tarixli olması müəyyən olunur. Baxış zamanı kitabçalarda ümumiyyətlə Təqsirləndirilən şəxs dair qeydə rast gəlinmədi. Baxışda iştirak edən X12 və X21 baxış keçirilən qeydiyyat kitabçalarının Zərərçəkmiş şəxs məxsus olmaqla kitabçadakı qeydlərin sonuncu tərəfindən aparıldığını, qeyd olunan kitabçaların Zərərçəkmiş şəxs tərəfindən evdə saxlanıldığını, istintaqa təqdim edilmiş 02 ədəd qeydiyyat kitabçasından başqa Zərərçəkmiş şəxs digər qeydiyyat kitabçasının və ya kitabçalarının olub-olmamasından məlumatları olmadığını və görmədiklərini bildirmişdir. Qeyd edilən 02 ədəd sayda qeydiyyat kitabçasından başqa Zərərçəkmiş şəxs digər qeydiyyat kitbaçasının və ya kitabçalarının olub-olmamasından məlumatları olmadığını və görmədiklərini bildirmişdir. Qeyd edilən 02 ədəd sayda qeydiyyat kitabçasına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədiyindən kitabçalar X4 xahişi ilə sonuncuya qaytarıldı (cild 1, i/v 97). - "xxxx" ASC tərəfindən X13 ünvanlanmış 17 iyul 2023-cü il tarixli, xx/xx-5123 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2019-cu il tarixində onun əmanət hesabına 30 000 (otuz min) manat X8 tərəfindən əmanət mədaxil olunub və həmin məbləğ xx.xx.2019-cu il tarixində məxaric olunmuşdur. - "xxxx" ASC tərəfindən X13 ünvanlanmış 27 iyul 2023-cü il tarixli, xx/xx-5357/1 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2019-cu il tarixində X3 əmanət hesabına 30 000 (otuz min) manat əmanət mədaxil olunub və həmin məbləğ X8 tərəfindən xx.xx.2019-cu il tarixində məxaric olunmuşdur. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 99). - xx.xx.2023-cü tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 27-28) - Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Samir Məmmədov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 122/g nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə nə yazılı, nə də şifahi heç bir şikayət daxil olmamışdır (cild 1, i/v 132). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldəetmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində həqiqətən də Şahid2 tərəfindən ona Zərərçəkmiş şəxs məxsus olan 80.000 manat pul verildiyini, həmin pulun verilməsinin məqsədinin Zərərçəkmiş şəxs bələdiyyə seçkilərində seçilərək Maştağa bələdiyyəsinin sədri təyin edilməsi olsa da onun bununla bağlı hər hansı iş görmək səlahiyyətinə malik olmamasını, bununla bağlı hər hansı bir iş görmədiyini, pulun Şahid2 tərəfindən ona verilməsindən bir müddət sonra həmin pulun hamısını Zərərçəkmiş şəxs qaytarmaq istəsə də Şahid2 deməsinə əsasən 45.000 manatını sonuncuya verdiyini, qalan məbləğin isə Zərərçəkmiş şəxs özünə 2021-ci ildə təklikdə görüşən zaman qaytardığını, zərərçəkmiş şəxsin hüquqi varisi Hafizə Qurbanovanın ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ona qarşı Şahid2 və Şahid1 onun Zərərçəkmiş şəxs qaytardığı pulu təkrarən ondan almaları ilə bağlı əsassız ittihamlar irəli sürmələrini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Şahid2 istintaqa təqdim etdiyi “WhatsApp” ani mesajlaşma proqramı üzrə yazışmaların ona məxsus olmasını qəbul etsə də həmin sözləri Şahid2 ondan əl çəkməsi, yəni “başından etməsi” üçün yazdığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Maştağa bələdiyyəsinə ilk öncə üzv və daha sonra sədr seçilməsi müqabilində sonuncudan və ya Şahid2 pul tələb etməməsi, özünün deməsinə görə Şahid2 80.000 manat, işin faktiki halları ilə 90.000 manat pulu məcbur ona verməsini, həmin pulun 45.000 manatının Şahid2 vasitəsi ilə, qalan 35.000 manatını isə Zərərçəkmiş şəxs özünə qaytarması barədə verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Maştağa bələdiyyəsinə ilk öncə üzv və daha sonra sədr seçilməsi müqabilində 90.000 manat pul vəsaiti alması həm təqsirləndirilən şəxsin özünün ifadəsi, həm də şahidlərin ifadələri və məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiqini tapmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs verdiyi ifadələrində Zərərçəkmiş şəxsla, həmçinin Şahid2lə aralarında Zərərçəkmiş şəxs bələdiyyə sədri seçilməsi ilə bağlı məsələnin müzakirə olunmasını, Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən ona 80.000 manat pulun verilməsini, niyyətinin həmin pul vəsaitini ələ keçirilməsi olmamasını bildirməsinə baxmayaraq həmin pulun uzun müddət özündə saxlanılmasının səbəbinə aydınlıq gətirə bilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş və təqsirləndirilən şəxsin son sözündə bildirdiyi zərərçəkmiş şəxsin hüquqi varisi Hafizə Qurbanovanın qonşusu X5 iştirakı ilə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X18 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən və ona əlavə edilmiş “Elektron notariat” X2 çıxarışdan göründüyü kimi həmin ərizə zərərçəkmiş şəxsin hüquqi varisinin müraciəti əsasında xx.xx.2024-cü il tarixdə onu qeydə almış notariat orqanı tərəfindən ləğv edilmişdir. Belə olan halda məhkəmə təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizənin iş üzrə zərəçəkmiş şəxsin hüquqi varisinin iradə ifadəsini əks etdirməməsi nəticəsinə gəlir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, vurduğu ziyanın bir qismini ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 05 mart 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut qismində tanınmış Şahid1 təqdim etdiyi səs yazılarının köçürülmüş olduğu 01 ədəd, "xxxx" MMC-dən götürülmüş içərisində telefon danışıqlarına dair məlumatların olduğu 01 ədəd, "xxxx" MMC-dən götürülmüş içərisində telefon danışıqlarına dair məlumatların olduğu 01 ədəd olmaqla 03 ədəd disk, Şahid1 təqdim etdiyi 03 vərəqdən ibarət, Şahid2 təqdim etdiyi 23 vərəqdən ibarət olmaqla ümumilikdə 26 vərəqdən ibarət “WhatsApp” proqramı vasitəsilə edilmiş yazışmanın ekran çəkilişləri iş materiallarında saxlanılmalıdır. İş üzrə ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi X7 nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək iş üzrə X7 mülki iddiaçı qismində tanınması, CM-nin 178.3.2-ci maddəsilə Təqsirləndirilən şəxs X7 xeyrinə aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirdiyi 35.000 (otuz beş min) manat məbləğində maddi ziyanın; zərərçəkmişə yaşatdığı mənəvi, psixoloji sarsıntılara görə 10000 (on min) manat məbləğində mənəvi ziyanın; məhkəmədə hüquqi yardıma görə 320 (üç yüz iyirmi) manat və mülki iddianın verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabına ödənilmiş 225 (iki yüz iyirmi beş) manat dövlət rüsumunun; 35 000 (otuz beş min) manat məbləğində pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğinin, 22 dekabr 2019-cu il tarixdən həmin vəsait məbləğinin ödənildiyi günə qədər 8,5 faiz (bank uçot dərəcəsini əsas götürməklə) miqdarında pulun Təqsirləndirilən şəxs tutularaq X13 ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı dəymiş ziyanı ödəməyə söz versə də, bugünədək təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi H.Qurbanovaya vurulmuş ziyan üzrə heç bir ödəniş edilməmişdir, əksinə müxtəlif şəxslər vasitəsilə ona və iş üzrə şahidlərə qanunsuz təsir və təzyiqlər etməklə məsuliyyətdən yayınmağa cəhd edir. Hesab edilir ki, cavabdeh - Təqsirləndirilən şəxs iddiaçı - zərərçəkmiş şəxs H.Qurbanovanın 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün 8,5 faiz bank uçot dərəcəsində 22 dekabrt 2019-cu il tarixdən həmin vəsait məbləğinin ödənilddiyi günə qədər tutmalıdır. Eyni zamanda hesab edilir ki, təqsirləndirilən şəxs H.Təqsirləndirilən şəxsQurbanovaya vurduğu 35.000 (otuz beş min) manat məbləğində maddi ziyandan əlavə ona və ailəsinə yaşatdığı mənəvi və psixoloji sarsıntılara (ziyana) görə 10 000 manat məbləğində mənəvi ziyan vurmuşdur. H.Qurbanova məhkəmədə hüquqlarının müdafiəsi üçün xx.xx.2023-cü il tarixdə **********/615233712 saylı qəbz və bağladığı müqavilə üzrə “Mərkəz” vəkil bürosunun hesabına 320 (üç yüz iyirmi) manat məbləğində vəsait ödəmişdir. Mülki iddianın verilməsilə əlaqədar H.Qurbanova tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabına 225 (iki yüz iyirmi beş) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. - 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. - 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. - 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. - 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək və aldadaraq onun külli miqdarda - 90.000 (doxsan min) manat məbləğində pulunu - əmlakını ələ keçirmiş, ona maddi ziyan vurmuş, vurduğu maddi ziyandan 55.000 (əlli beş min) manat məbləği ödəsə də 35.000 (otuz beş min) manat məbləğini ödəməmişdir. Məhkəmə mülki iddia tələbinin “zərərçəkmişə yaşatdığı mənəvi, psixoloji sarsıntılara görə 10.000 (on min) manat məbləğində mənəvi ziyan” hissəsinin qismən təmin edilməsi nəticəsinə gəir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X9rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi pul vəsaitini uzun müddət Zərərçəkmiş şəxs qaytarmadığından, Zərərçəkmiş şəxs vəfat etdikdən sonra anası Hafizə Qurbanova hüquqi varisi kimi həmin pulun geri qaytarılması üçün hüquq mühafizə orqanlarına müraciət etdiyindən, ibtidai istintaq və məhkəmə araşdırılmasında iştirak etməklə mənəvi və psixoloji sarsıntılara məruz qaldığından mənəvi ziyan tələbi ilə bağlı iddiası qismən təmin edilərək vurulmuş mənəvi ziyanın həcmi 1.000 (min) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə mülki iddia tələbinin “məhkəmədə hüquqi yardıma görə 320 (üç yüz iyirmi) manat; 35 000 (otuz beş min) manat məbləğində pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğinin 22 dekabr 2019-cu il tarixdən həmin vəsait məbləğinin ödənildiyi günə qədər 8,5 faiz (bank uçot dərəcəsini əsas götürməklə) miqdarında pulun Təqsirləndirilən şəxs tutularaq X13 ödənilməsi” hissəsində təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 121.1-ci maddəsinin tələbinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki iddiaçı iddia tələbinin həmin hissələrini əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun hesabına 320 manat məbləğində vəsait hesabın möhkəmələndirilməsi məqsədi ilə ödənilmişdir. Həmin qəbzin məhz zərərçəkmiş şəxsin hüquqi varisi Hafizə Qurbanova tərəfindən ona məhkəmədə hüquqi yardıma görə ödənilməsi təsdiq olunmur. “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi xərc və məsrəflərin ödənilməsi huququnu yalnız o halda malikdir ki, onların həqiqqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə sübuta yetirilmədiyindən təmin edilməməlidir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən 225 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 225 manat dövlət rüsumunun 125 manatı mülki cavabdehə, qalan 100 manatı isə mülki iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə verilmiş mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyan olaraq 35.000 (otuz beş min) manat, mənəvi ziyan olaraq 1000 (min) manat və ödənilmiş dövlət rüsumunun 125 (yüz iyirmi beş) manatı, cəmi 36.125 (otuz altı min yüz iyirmi beş) manat məbləğində pul tutularaq mülki iddiaçı X13 ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş üzrə mülki iddiaçıya ödənilməsi nəzərdə tutulmuş pul məbləği ilə bağlı ölmüş Zərərçəkmiş şəxs digər vərəsələri arasında mübahisə olduğu halda onların həmin məbləğin paylara uyğun qaydada bölünməsi ilə bağlı mülki məhkəmə icraatında mübahisələndirmək hüquqları vardır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilnsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 05 mart 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut qismində tanınmış Şahid1 təqdim etdiyi səs yazılarının köçürülmüş olduğu 01 ədəd, "xxxx" MMC-dən götürülmüş içərisində telefon danışıqlarına dair məlumatların olduğu 01 ədəd, "xxxx" MMC-dən götürülmüş içərisində telefon danışıqlarına dair məlumatların olduğu 01 ədəd olmaqla 03 ədəd disk, Şahid1 təqdim etdiyi 03 vərəqdən ibarət, Şahid2 təqdim etdiyi 23 vərəqdən ibarət olmaqla ümumilikdə 26 vərəqdən ibarət “WhatsApp” proqramı vasitəsilə edilmiş yazışmanın ekran çəkilişləri iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyan olaraq 35.000 (otuz beş min) manat, mənəvi ziyan olaraq 1000 (min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 (yüz iyirmi beş) manat, cəmi 36.125 (otuz altı min yüz iyirmi beş) manat məbləğində pul tutularaq mülki iddiaçı X13 ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-394/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-394/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver