Məhkəmə qərarları › İş №1(101)-395/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-395/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-395/2021 19.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X7, müdafiəçilər: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və X4, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1993-cü ildə Quba rayonu Digah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Quba rayonu Digah kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx.xx.1986-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 2011 və 2012-ci il təvəllüdlü iki uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, 28 may küçəsi, ev 84-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən istintaqa məlum olmayan mənbədən əldə edilərək Ələt-Astara yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində 142-ci kilometri göstərən yol nişanının yanında gizlədilmiş külli miqdarda, 351,420 qram heroin narkotik vasitəsini və külli miqdarda, 2810 qram metamfetamin psixotrop maddəsini əvvəlcədən razılaşdıqları kimi cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 çatdırmaq məqsədi ilə 01 mart 2020-ci il tarixdə saat 17 radələrində cinayətdən xəbərsiz, taksi fəaliyyəti ilə məşğul olan Şahid5 idarə etdiyi “KİA RİO” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerdə yaxalanaraq rayon polis şöbəsinə gətirildikdən sonra şəxsi axtarış keçirilərkən əlində olan bir ədəd şəffaf rəngli sellofan torba bağlamanın içərisində bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda, 351,420 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və dörd ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda külli miqdarda 735 qram, 465 qram, 565 qram, 1045 qram olmaqla ümumi çəkisi 2810 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, davam etdirilmiş tədbirlərlə həmin tarixdə, saat 22:30 radələrində qeyd edilən külli miqdarda narkotik vasitə və psixotrop maddələrin çatdırılacağı Təqsirləndirilən şəxs2 əvvəlcədən şərtləşdikləri yerdə, Bakı şəhəri Yasamal rayonu ərazisində “Miri avtosalon” deyilən yerin qarşısında gözləyərkən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən istintaqa məlum olmayan mənbədən əldə edilərək Ələt-Astara yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində 142-ci kilometri göstərən yol nişanının yanında gizlədilmiş külli miqdarda, 351,420 qram heroin narkotik vasitəsini və külli miqdarda, 2810 qram metamfetamin psixotrop maddəsini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 ona çatdırmaq məqsədi ilə 01 mart 2020-ci il tarixdə saat 17 radələrində cinayətdən xəbərsiz, taksi fəaliyyəti ilə məşğul olan Şahid5 idarə etdiyi “KİA RİO” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerdə yaxalanaraq rayon polis şöbəsinə gətirildikdən sonra şəxsi axtarış keçirilərkən əlində olan bir ədəd şəffaf rəngli sellofan torba bağlamanın içərisində bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda, 351,420 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və dörd ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda külli miqdarda 735 qram, 465 qram, 565 qram, 1045 qram olmaqla ümumi çəkisi 2810 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, davam etdirilmiş tədbirlərlə o, yəni Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 22:30 radələrində qeyd edilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qəbul etmək məqsədi ilə əvvəlcədən şərtləşdikləri yerdə, Bakı şəhəri Yasamal rayonu “Miri avtosalon” deyilən yerin qarşısında gözləyərkən saxlanılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba rayonu Digah kəndində anadan olmuş və orada yaşamışdır. Digər Təqsirləndirilən şəxs2 tanımır, sonuncu barədə ibtidai istintaq zamanı məlumatı olmuşdur. Yaşadığı kənddə dolanışıq olmadığı üçün təxminən 2018-ci ilin ortalarından 2019-cu ilin dekabr ayına kimi Bakı şəhərində “Toxuculuq kombinatı” deyilən yerdə ayaqqabı sexində işləmişdir. Həmin sexi İran vətəndaşları Sehran və Baba adlı şəxslər icarəyə götürüb işlətmişlər. Bir müddətdən sonra sex iş fəaliyyətini borca görə dayandırmış və X17 getmişlər. İşsiz qaldığı üçün pula ehtiyacı olmuş, ona görə də təxminən 2020-ci ilin fevral ayının 10-15 tarixində Sehranla Whatsapp vasitəsilə əlaqə saxlayıb ondan borc pul istəmişdir. Sehran ona demişdir ki, “mən sənə elə bir iş deyəcəm onu edəcəksən. Qarşılığında sənin adına 500 manat pul göndərəcəm”. O, Sehrandan nə iş olduğunu soruşmuş, Sehran demişdir ki, sellofan torbada Azərbaycan Respublikasına İrandan gizlin olaraq narkotika göndərəcək. Həmin narkotikin saxlanıldığı yeri ona bildirəcək, o, narkotiki götürüb Bakı şəhərinə apararaq məsləhət bildiyi yerə qoymaqla şəklini çəkib Whatsapp vasitəsilə ona göndərməlidir. Lakin Sehran Bakı şəhərində müəyyən yerə qoyacağı narkotik vasitəsinin kim tərəfindən, nə vaxt götürüləcəyini ona deməmişdir. Məhz bundan sonra pul kartının şəkilini çəkib ona atmalı, o da həmin karta 500 manat pulu yükləyəcəkdir. O, Sehranın dedikləri ilə razılaşmış və 01.03.2020-ci il tarixdə saat 11 radələrində Sehranın ona Whatsapp vasitəsilə zəng vurub dediyi yerə getmişdir. Belə ki, o, 5500 Taksi xidmətinə zəng edib taksi sifariş etmiş və «KİA RİO” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı taksi sürücüsü ilə danışıb 100 manat müqabilində Biləsuvara gəlmiş, orada iranlının izahı əsasında Biləsuvarın içində yaşıl yanacaq doldurma məntəqəsinə getmiş, lakin orada narkotik vasitəsi olmamış, bu səbəbdən o, gəldiyi taksi ilə Bakı şəhəri istiqamətinə getmiş, lakin Sehran ona zəng vurub Biləsuvar rayon, Xırmandalı kəndi yaxınlığına sürməyi demiş və o, taksini döndərib həmin yerə getmişdir. Orada yenə Sehranla əlaqə saxladığı üçün sonuncu Xırmandalı kəndi yaxınlığında yolun kənarlı ilə gedəndə sol tərəfdə 142 yazılmış plakatın olduğunu, həmin plakatın altında narkotik vasitə qoyulduğunu, narkotik vasitəsini oradan götürüb Bakı şəhərinə aparmasını demişdir. O, taksi maşını ilə 142 yazılmış plakatın qarşı tərəfində saxlayıb maşından düşəndə polis əməkdaşları onu və taksi sürücüsünü saxlamışlar. Polis əməkdaşları özləri yolu keçib 142 yazılmış plakatın yanından narkotik olan torbanı götürüb onunla birlikdə polis maşını ilə rayon şöbəsinə yollanmışlar. Maşında polislər torbanı onun ayaqlarının altına qoymuşlar. Həmin torba bir ədəd olmaqla balaca idi. Lakin polis şöbəsində ona artıq daha böyük torbanı, içində 4 ədəd kiçik bağlama təqdim etmişlər. Sehranın deməsinə görə bağlamaların üzərində narkotik vasitələri satası adamların adı, növü və miqdarı göstərilmişdir. Belə ki, Sehran bağlamalardan birində Azərbaycan vətəndaşı olan İntiqam adlı şəxsə 500 qramdan artıq olan kokos deyilən heroinin olması, digərində Ziya adlı Azərbaycan vətəndaşına çatacaq şüşə deyilən narkotik vasitənin olması, digər bağlamada isə Seyid adlı Azərbaycan vətəndaşına çatacaq 393 qram nəşə olmasını bildirmişdir. Qeyd etmək istəyir ki, mobil telefonunda Sehranın adı Baba kimi göstərildiyi üçün əvvəlki ifadələrində Sehranın adını Baba kimi göstərmişdir. Polisdə hadisəni olduğu kimi danışmış və belə başa düşmüşdür ki, polis əməkdaşları əməliyyat tədbirini keçirməklə narkotik vasitəni Bakı şəhərinə aparmış, orada narkotik vasitələri müəyyən bir yerə qoyaraq onun telefonu ilə həmin yerin şəklini çəkib telefonda olan Baba adlı şəxsin Whatsappına göndərmişlər. Bundan sonra polislər pusqu quraraq narkotik vasitəsini qoyulan yerdən götürmək istəyən Təqsirləndirilən şəxs2 saxlamışlar. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 tanımamışdır. Özü haqqında onu bildirir ki, o, Cəlilabad şəhəri, 28 may küçəsi, ev 84-də qeydiyyatdadır, lakin tutulmamışdan bir müddət əvvəl Bakı şəhərinə köçmüş və burada Yasamal rayonunda kirayə tutduğu evdə qeyrirəsmi arvadı olan Xəyalə Peşmanova və onun qızı Gözəllə birlikdə yaşayır. Bakı şəhərində Xəyalə ilə birlikdə meyvə-tərəvəz satışı ilə məşğul olmuşdur. O, narkotik vasitəsi olan marixuanadan tutulmamışdan təxminən bir ay əvvəl istifadə etmişdir. Buna səbəb isə ailə problemləri olmuşdur. Məclislərin birində bir şəxs ona marixuana təklif etmiş, o da istifadə etmişdir. Həmin vasitə onun əsəblərini sakitləşdirdiyi üçün qərara almışdır ki, yenə marixuana əldə edib istifadə etsin. Narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etməmişdir. Təxminən 4-5 il bundan əvvəl Bakı şəhərində «Elit» ticarət mərkəzinin yanında maşın təmiri sexində təsadüfən İran İslam Respublikasının vətəndaşı Turac adlı şəxslə tanış olmuşdur. Turac da həmin sexə maşınını təmirə gətirmişdir. Elə o vaxt Turacla telefon nömrələrini bir-birinə vermişlər. Turacla watsap sosial şəbəkəsi vasitəsi ilə arabir olaraq danışırdı. İlk dəfə marixuana istifadə etdikdən sonra qərara gəlmişdir ki, Turacla əlaqə saxlayıb İrandan Azərbaycana marixuana göndərməsini xahiş etsin. Marixuananı şəxsi istifadəsi üçün xahiş edəcəkdir. Bu məqsədlə 01.03.2020-ci ildə watsapda Turacla söhbət edən zaman ona bildirmişdir ki, ona istifadə etmək üçün 350 qram marixuana təşkil etsin. Turac da onunla razılaşaraq bunun üçün Biləsuvarda yaşayan tanışının adına olan karta ilkin olaraq 300 manat pul, marixuananı aldıqdan sonra daha 300 manat köçürməsini demişdir. Sonra Turac vatsap sosial şəbəkəsi vasitəsi ilə ona həmin şəxsin pul kartının şəklini göndərmiş və o, həmin karta 300 (üç yüz) manat pul köçürmüş, Turacın deməsinə görə 10-15 günə malı ona çatdıracaqlar. Turacın adını öz telefonunda “Səidə bibi” kimi qeyd etmişdir. Bunu ona görə belə yazmışdır ki, telefonu kənar şəxslərin əlinə keçdikdə heç bir şübhə olmasın. 01.03.2020-ci il tarixdə arvadı Xəyalə və onun qızı Gözəllə valideynlərinə dəymək üçün rayona çıxmışlar, bu məqsədlə Xəyalənin adına «KİA RİO” markalı **-NT-*** qeydiyyat nişanlı avtomobil götürmüşlər və avtomobili Xəyalə idarə etmişdir. Onlar yolda olan zaman Turac ona zəng edərək demişdir ki, “narkotiki Badamdarda “Miri avtosalon” deyilən yerdə plakatın altına qoyublar, get götür”. O da Xəyaləyə geri qayıtmağını demiş, “Miri avtosalon” deyilən yerə çatmamış maşından enmiş, Xəyalə və qızı isə maşında qalmışlar. O , plakata yaxınlaşanda mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb onu saxlamışlar. Bundan sonra polis əməkdaşları yerdə plakatın altına qoyulmuş paketi götürərək onu öz maşınlarına dəvət etmişlər. Oradan da polis əməkdaşları onu öz maşınları ilə Biləsuvar RPŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs1 tutulduğu vaxt görməmişdir. Polislərin maşını ilə Biləsuvara gedən zaman Təqsirləndirilən şəxs1 onlarla olmamışdır. Polis şöbəsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoysun. O, əynində olan şalvar sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmiş və üzərində hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş başqa heç bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı narkotik vasitə və yaxud başqa qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş, həmin protokolla tanış olub müdafiəçisi Fədai Quliyevin iştirakı ilə imzalamışdır. Aşkar olunmuş paketdə marixuanadan savayı başqa narkotik vasitənin olmasından məlumatı olmamışdır. O, ilk dəfə idi ki, iranlı Turacdan narkotika sifariş etmişdir. Turac ona yalnız marixuana göndərəcəyini demişdir. Turaca 350 qram marixuana sifariş vermişdir. Arvadı Xəyalə Peşmanova və qızı Gözəlin narkotiklə bağlı məlumatları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirilmiş əməliyyatla bağlı tanımışdır. Onların heç biri ilə ədavəti və ya düşmənçiliyi olmamışdır. Həmkarı Şahid1 01.03.2020-ci il tarixdə qeyd etdiyi bu şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumatla bağlı keçiriləcək tədbirlərə əməliyyat qrupunun üzvü kimi o, digər əməkdaşlar Şahid3 və Şahid2 daxil edilmişlər. Tədbir zamanı Təqsirləndirilən şəxs1 «KİA RİO» markalı ağ rəngli taksidə sürücünün yanında oturmaqla Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsindən müşahidəyə götürmüşlər. Həmin yerdən Təqsirləndirilən şəxs1 oturduğu taksi ilə Ələt- Astara yolu ilə Bakı şəhər istiqamətində hərəkət etmiş, hərəkət istiqaməti üzrə sağ tərəfdə 142 km göstərən yol nişanının yanında Təqsirləndirilən şəxs1 olduğu maşın dayanmış, Aydın maşından düşüb həmin yol nişanının yanından sellofan torbanı götürüb avtomaşına minmək istəyən zaman o, həmkarları ilə birlikdə dərhal Təqsirləndirilən şəxs1 minmək istədiyi maşina yaxınlaşıb onu saxlamışlar. Həmin yerin şəraiti maşınların çox sayda hərəkət etməsindən baxışın keçirilməsinə uyğun olmadığı üçün Təqsirləndirilən şəxs1, sürücü olan Şahid5 maşınla birlikdə RPŞ-nə gətirmişlər. Orada Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş, lakin həmin baxışda o iştirak etməmişdir. Lakin məlumatı var idi ki, Təqsirləndirilən şəxs1 yol nişanının altından götürdüyü torbaya baxış zamanı içindən metamfetamin və heroinə bənzər maddələr aşkar edilmişdir. Bununla yanaşı, əməliyyatın davamı olaraq Təqsirləndirilən şəxs1 Şahid1 təklifi ilə istifadəsində olan mobil telefonla iranlı olan bildirdiyi şəxslə əlaqə saxlamış, torbanı götürdüyünü bildirmiş, sonuncu həmin torbanı Bakı şəhərinə şəkli olan yerə qoyub oranı tərk etməsini demişdir. Əməliyyatın davamı olaraq narkotik vasitə olan heroini və metamfetamini götürəcək şəxsi müəyyən edib saxlamaq məqsədilə Bakı şəhərinə çıxmışlar. Bu dəfə də qrupun üzvləri Şahid1, Şahid3 və Şahid2 olmuşlar. Həmin gün saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu Maşın bazarı deyilən əraziyə gələrək «Miri avtosalon» yazılmış obyektin yanında olan plakatın altına Təqsirləndirilən şəxs1 götürdükləri torbanı qoyaraq kənardan həmin yeri müşahidə altında saxlamışlar. Oraya hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs2 yaxınlaşıb torbanı götürmək istəyən zaman ona yaxınlaşıb özlərini təqdim edərək onlarla birlikdə Biləsuvar RPŞ-nə getməyi təklif etmişlər. Biləsuvar RPŞ-də Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş baxışda o iştirak etməmişdir. Bu hadisədən artıq bir il keçdiyi üçün ola bilsin ki, müəyyən halları xatırlamasın, ibtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmiş, həmin ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yaşamaqla, özünə məxsus olan “KİA RİO” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyəti ilə məşğul olur. Həmçinin də “5000” şirkəti ilə müqavilə əsasında şirkətin təqdim etdiyi müştərilərin daşınması ilə məşğul idi. 01.03.2020-ci il tarixdə təxminən saat 12 radələrində Nərimanov metrosu yaxınlığında olarkən şirkətdən müştərinin götürülməsinə dair mesaj gəlmiş, o da ona deyilən ünvana, yəni Nərimanov metrosu yanına gedərək oradan hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs1 maşınına mindirmişdir. Təqsirləndirilən şəxs1 onu Biləsuvar rayonuna aparıb geri qaytarması üçün 100 manat təklif etdiyi üçün onunla razılaşaraq yola çıxmışlar. Yolda olarkən Təqsirləndirilən şəxs1 heç bir söhbət etmədən Biləsuvar rayonuna kimi avtomobildə yatmış, Biləsuvar rayonu dairəsinə çatanda ona maşını saxlamasını demiş, avtomobildən düşüb təxminən 20 dəqiqə telefonla kiminləsə danışdıqdan sonra yenidən avtomobilə minərək Bakı istiqamətində sürməsini demiş, o, maşını Bakı istiqamətində sürmüş Təqsirləndirilən şəxs1 isə vhatsapp proqramı ilə kiminləsə danışırdı. Onun kiminlə və nə barədə danışmasını fikri yolda olduğu üçün bilməmişdir. Danışdıqdan sonra Təqsirləndirilən şəxs1 maşını “Lukoil” yanacaq doldurma stansiyasının yanından bir qədər, təxminən 100-200 metr keçdikdən sonra yolun solunda 142 yazılmış plakatın yanında saxlamağı və ayaqyoluna dəyib gələcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobildən düşüb yolun sol tərəfindəki 142 rəqəmi yazılmış plakatın yanına getmək istədikdə polis əməkdaşları yaxınlaşıb Aydını saxlamışlar. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1 və onu idarə etdiyi maşınla birlikdə Biləsuvar RPŞ-nə gətirmişlər. Orada Təqsirləndirilən şəxs1 üzərinə ayrı baxış keçirilmiş, onun üzərinə isə başqa otaqda baxış keçirilmiş, sonra isə maşınına baxış keçirilmişdir. Lakin nə özündən, nə d əki, maşınından hər hansı qanunsuz əşya aşkar edilməmiş, bu səbəbdən onu buraxmışlar. Təqsirləndirilən şəxs1 isə polisdə qalmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həmin ifadəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 avtomobildən düşüb yolun sol tərəfindəki 142 rəqəmi yazılmış plakatın yanına gedərək onun altından bir torba götürüb onun maşınının yanına qayıdıb minmək istəyəndə polislər tərəfindən yaxalanmışdır. Lakin xatırladığı odur ki, Təqsirləndirilən şəxs1 maşından düşən kimi yaxalanmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində olan ziddiyyəti isə izah edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin CA üzrə sabiq əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, o, 2020-ci ilin mart ayında Biləsuvar RPŞ-də işləmiş, hal-hazırda isə Cəbrayıl RPŞ-nin əməkdaşıdır. Həmçinin onunla əvvəllər Biləsuvar RPŞ-də işləmiş Şahid1 da Cəbrayıl RPŞ-nin əməkdaşıdır. Məhz Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 ətrafında müvafiq tədbirlər aparılmaqla sonuncu 01 mart 2020-ci il tarixdə yaşadığı başqa bir rayonun ərazisindən Biləsuvar rayon ərazisinə daxil olan zaman nəzarətə götürülmüşdür. Qeyd etmək istəyir ki, şöbə rəhbərliyinin həmin tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərarı qəbul edilmiş, həmin qərara əsasən Biləsuvar RPŞ-nin NMQnun əməliyyat müvəkkili Şahid1, Biləsuvar RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili polis mayoru Şahid4, RPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis leytenantı Şahid3 və ondan ibarət olmaqla əməliyyat qrupu yaradılmış, həmin qərara uyğun olaraq 01 mart 2020-ci il tarixdə saat 16:30 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış, narkotik vasitələrin qanunsuz qəbulu, əldə etmə, saxlama və daşıma ilə məşğul olmasına şübhə doğuran Təqsirləndirilən şəxs1 rayon ərazisi ilə «KİA RİO” markalı ağ rəngli taksi avtomobillə hərəkət etdiyi zaman Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin qarşısında müşahidəyə götürülmüş, həmin yerdən Təqsirləndirilən şəxs1 həmin avtomobillə Ələt-Astara yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamış, Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində 142-ci kilometri göstərən yol nişanının yanında həmin maşın dayanmış və Təqsirləndirilən şəxs1 avtomobildən düşüb yolu keçərək 142-ci kilometri göstərən yol nişanının yanından sellofan torba götürüb avtomaşına minmək istəyəndə onlar dərhal Aydına yaxınlaşaraq onu saxlamışlar. Onlar özlərini təqdim edərək gəlişlərinin səbəbini ona izah etmişlər. Həmin yerin şəraiti şəxsi axtarış keçirilməsi üçün münasib olmadığından, yəni maşınların trasla sıx hərəkət etməklə kənar şəxslərin diqqətini cəlb etdiyi üçün Təqsirləndirilən şəxs1 və «KİA RİO” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid5 özləri ilə birlikdə RPŞ-nə dəvət etmişlər. Natiq və Aydın könüllü olaraq onlarla birlikdə rayon polis şöbəsinə gəlmişlər. Bundan sonra materialın icrası ilə RPŞ-nin TQ-nin təhqiqatçı, polis leytenantı Araz Rəşidli məşğul olmuşdur. X18 prosedur qaydalara uyğun olaraq müdafiəçi dəvət etmiş, Təqsirləndirilən şəxs1 olan torbaya videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Xatırladığı qədər torbada ayrıayrılıqda 4 yaxud da 5 büküm olmuşdur. O və digər əməkdaşlar isə baxışın nəticələrini tərtib olunmuş protokola imza atmaqla təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 özü də baxış protokolunu könüllü imzalamış, təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, içərisində bir neçə ayrı bükümlərdə olan narkotik maddələri ona tanışı Baba adlı İran vətəndaşı kiminsə vasitəsi ilə İrandan Azərbaycana göndərmiş və Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində 142-ci kilometri göstərən yol nişanının yanında qoymuşdur. Babanın tapşırığına əsasən Aydın həmin torbanı Bakı şəhərinə aparmalı, orada torbanı qoyacağı yerin şəkilini çəkməli və Whatsapp vasitəsilə Babaya göndərməlidir. Torbanı oradan götürəcək şəxsin kim olduğunu Aydın təhqiqatçıya bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 məxsus torbadan aşkar olunmuş içərisində heroinə oxşar maddə olan bükülü bir zərfdə, içərisində metamfetaminə oxşar maddə olan bükülülər isə başqa bir zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra «KİA RİO” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid5 müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkiliş ilə Şahid5 üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Şahid5 üzərindən hər hansı narkotik vasitə, qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Şahid5 tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitəni Bakı şəhərində qəbul edəcək şəxsi müəyyən edib saxlaması üçün əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Şahid1 Təqsirləndirilən şəxs1 polislə əməkdaşlıq etməyi təklif etmiş, sonuncu könüllü razı olduqda ona özündə olan telefonla iranlı Baba adlı şəxslə danışmağa şərait yaradılmışdır. Babanın tapşırığına əsasən Təqsirləndirilən şəxs1 içində narkotik vasitə olan torbanı Bakı şəhərinə aparmalı, orada narkotik vasitələri müəyyən bir yerə qoyaraq telefonu ilə həmin yerin şəklini çəkib Baba adlı şəxsin “Whatsapp”ına göndərməli idi. Təqsirləndirilən şəxs1 şöbədə qalmış, o, həmkarları ilə Bakı şəhərinə gedərək münasib yer kimi Badamdarda “Miri avtosalon” deyilən yerdə plakatın altına həmin torbanı qoyaraq həmin yerin fotoşəklini Aydının telefonu ilə Whatsap proqramı vasitəsi ilə Babanın telefonuna göndərmiş, özləri isə kənardan həmin yeri müşahidəyə götürmüşlər. 01.01.2020-ci il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, Maşın bazarı deyilən ərazidə “Miri avtosalon” yazılmış obyektin yanındakı plakata yaxınlaşıb əyilib torbanı götürmək istəyən zaman onu saxlayıb özlərini ona təqdim edərək Təqsirləndirilən şəxs2 RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs2 onlarla birlikdə rayon polis şöbəsinə getməyə etiraz etməmiş, plakatın yanına məhz iranlı tanışının bildirdiyi torbanı götürmək üçün gəldiyini etiraf etmişdir. Şöbədə Təqsirləndirilən şəxs2 RPŞ-nin TQ-nin təhqiqatçısı, polis leytenantı Araz Rəşidliyə təhvil vermişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, ona müdafiəçi təqdim edilmişdir. Bundan sonra videoçəkiliş ilə Elsevərin üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Elsevərin üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, iranlı tanışı ona tanımadığı şəxsdən narkotik maddələr göndərəcəyini və həmin maddələri qoyduğu yerin şəkilini çəkib ona atacağını, onun isə narkotik vasitəni həmin yerdən götürəcəyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. İstər Təqsirləndirilən şəxs1, istərsə də Təqsirləndirilən şəxs2 qarşı heç bir fiziki zor tətbiq olunmamış, əksinə onların hər ikisi istintaqla fəal əməkdaşlıq etmiş, cinayətin açılmasına köməklik etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəbrayıl RPŞ-nin əməkdaşıdır. Lakin baxılan iş üzrə baş vermiş hadisə zamanı Biləsuvar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Quba rayonu Digah kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Sadəcə ona Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbulu və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanuna əsasən tədbirin keçirilməsinə dair şöbə rəisi tərəfindən qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılmasına dair əmr tərtib edilmiş, qrupa ondan savayı Biləsuvar RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili polis mayoru Şahid4, RPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis leytenantı Şahid3 və RPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis leytenantı Şahid2 daxil edilmiş, qrupa rəhbərlik isə ona həvalə edilmişdir. Əməliyyat məlumatına uyğun olaraq Quba rayon sakini olmaqla oradan Biləsuvar rayonuna gəlmiş və həmin vaxt «KİA RİO» markalı ağ rəngli avtomobildə öndə sürücünün yanında oturub maşınla hərəkət edən Təqsirləndirilən şəxs1 nəzarətə götürmüşlər. Onun olduğu maşının hərəkətini kənardan müşahidə etmişlər. Müşahidə həmin maşın Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin qarşısından başlanılmış, sonra Təqsirləndirilən şəxs1 qeyd olunan yerdən həmin avtomobillə Ələt-Astara yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etməklə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində 142-ci kilometri göstərən yol nişanının yanında dayanmış və Təqsirləndirilən şəxs1 avtomobildən düşüb yolu keçərək 142-ci kilometri göstərən yol nişanının yanından sellofan torba götürüb avtomaşına tərəf yolu keçərkən onlar olduqları maşınla ona yaxınlaşıb maşından enərək dərhal Aydını əhatəyə alaraq özlərini təqdim etmiş, Aydına özünü təqdim etməyi təklif etmiş, o, Təqsirləndirilən şəxs1 olduğunu bildirdikdə ona əlində saxladığı sellofan torbada qanunsuz əşyaların, yəni narkotik vasitə olmasından şübhələndiklərini bildirmişlər. Aydın təsdiq etmişdir ki, əlində olan torbada narkotik vasitələri var, həmin torbanı yol nişanının yanından tanışı olan iranlının göstərişi əsasında həmin yerdən götürdüyünü etiraf etmişdir. Hadisə yeri maşın yolu olduğu və avtonəqliyyatın çox saylı hərəkətinin olduğunu nəzərə alaraq qərara almışlar ki, Təqsirləndirilən şəxs1 əlində olan tora ilə birlikdə onun hərəkət etdiyi maşını və sürücünü şöbəyə gətirib təhqiqatçıya təhvil versinlər. Aydını və sürücünü hərəkət etdikləri KİA RİO markalı maşina mindirib sükan arxasına isə polis əməkdaşlarından biri oturmaqla şöbəyə getmişlər. Şöbədə həmin şəxsləri və əlində sellofan torba olan Təqsirləndirilən şəxs1 və sürücü Şahid5 şöbənin təhqiqatçısına təhvil vermişlər. Bundan sonra saxlanılan şəxslərlə bütün prosessual hərəkətləri təhqiqatçı keçirmiş, o və digər polis əməkdaşları isə həmin hərəkətlərdə iştirakçı olmuşlar. Hər iki şəxsin üzərnə baxış ayrı-ayrılıqda müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmişdir. Həmçinin sürücüsü Şahid5 olan avtomaşına da baxış keçirilmişdir. Şahid5 üzərindən və onun maşınından heç bir qanunsuz əşya aşkar edilməmişdir. Natiq izah etmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur, Abşeron rayonu, Xırdalan şəhər sakinidir və Təqsirləndirilən şəxs1 sərnişin kimi Biləsuvara gətirmiş, onun Biləsuvara gəlmə məqsədi barədə məlumatı olmamışdır. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində narkotik maddə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs1 könüllü olaraq əynindəki boz rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli “Samsung” markalı mobil telefon çıxarıb təqdim etmişdir. Üzərində hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş başqa heç bir əşya və predmet olmamışdır. Təqsirləndirilən şəxs1 özünə məxsus sellofan torbanı təqdim edərək içərisində narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 məxsus olan şəffaf rəngli sellefon torbaya baxış keçirlimiş, baxış zamanı həmin torbanın içəsindəki şəffaf rəngli sellofona bükülmüş və birinin üzərində latın qrafikası ilə “Seyid” sözü yazılmış bir neçə ədəd bükülü aşkar olunmuşdur. Həmin bükülülər təhqiqatçı tərəfindən açıldıqda heroin aşkar edilmişdir. Əməliyyatdan uzun müddət keçdiyi üçün bu əməliyyatdan sonra çoxsaylı digər əməliyyat tədbirləri keçirildiyi üçün, işğal altında olan torpaqlar azad edildikdən sonra isə Cəbrayıl RPŞ-nə yeni vəzifəyə təyin edildiyi üçün torbanın içindəki vasitələrin sayını, çeşidini və çəkisini artıq xatırlamır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, içərisində narkotik maddələr olan torbanı ona tanışı Baba adlı İran vətəndaşı göndərmiş, həmin torbanı Bakı şəhərinə aparmalı, Babanın onun telefonunun vatçapına atdığı yerin fotoşəklinə əsasən həmin yerə bu torbanı qoyub çıxıb getməli idi. Baxışla əlaqədar tərtib olunmuş protokol bütün iştirakçılara, o cümlədən Təqsirləndirilən şəxs1 ucadan oxunmuş və hamı tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 telefonuna Baba tərəfindən zəng gəlmiş, Aydına danışmaq üçün şərait yaradılmış və Aydın Babaya malı aldığını bildirmişdir. Bundan sonra Baba Bakı şəhəri, Yasamal rayonu ərazisində olan «Miri » avtosalonun fotoşəklini Aydının telefonuna göndərmiş və həmin salonun yanında olan borunun yanına aparıb torbanı qoymağı tapşırmışdır. Əməliyyatın davamı olaraq Aydınla birlikdə elə həmin günü Bakı şəhərinə çıxıb deyilən avtosalonun yanındakı borunun yanına əvvəlki sellofanda olan, lakin artıq qablaşdırılmış narkotik vasitəni qoyaraq kənardan müşahidə etmişlər. Hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs2 boruya yaxınlaşıb torbanı götürüb maşınına yaxınlaşmaq istəyən zaman onu saxlamışlar. Ona özlərini təqdim etmişlər, o isə özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş və bildirmişdir ki, tanışı iranlı Turacın tapşırığı ilə həmin torbanı götürməli idi. Bundan sonra Təqsirləndirilən şəxs2 xidməti maşınlarına mindirərək Biləsuvar RPŞ-nə gətirib təhqiqatçıya təqdim etmişlər. Orada da keçirilmiş təhqiqat hərəkətlərində iştirak etmiş, bununla bağlı tərtib edilmiş protokolu o da imzalamışdır. Hadisədən sonra tərtib edilmiş prosessual sənədlərin məzmununu təsdiq edir, həmçinin hadisədən sonra verdiyi ifadələrini də təsdiq edir. Hər hansı bir ziddiyyət varsa, lkin verdiyi ifadələrini nəzərə almağı xahiş edir. Yəni, ifadəsi ona elan olunduqda xatırlamışdır ki, Təqsirləndirilən şəxs1 götürülmüş torbada 5 bükümün içində olan 351,420 qram heroin narkotik vasitəsi və külli miqdarda, 2810 qram metamfetamin psixotrop maddəsi olmuşdur. Həmin torbada marixuana olmamışdır. Həmçinin qeyd etmək istəyir ki, təqsirləndirilən şəxslərin heç birinə qarşı fiziki zor və təzyiqlər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kazımzadə X1 Elşad Xudayar oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin əməkdaşıdır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid1 Quba rayon sakini olan Təqsirləndirilən şəxs1 Biləsuvar rayon ərazisinə gəlməklə narkotik vasitələrin əldə etməsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçirmişlər. Belə ki, Quba rayon sakini olmaqla oradan Biləsuvar rayonuna gəlmiş və həmin vaxt «KİA RİO» markalı ağ rəngli avtomobildə öndə sürücünün yanında oturub maşınla hərəkət edən Təqsirləndirilən şəxs1 nəzarətə götürərək kənardan müşahidə etmişlər. Həmin maşın Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin qarşısından Ələt-Astara yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etmiş, bu yolun 142-ci kilometri göstərən yol nişanının yanında dayanmış və Təqsirləndirilən şəxs1 avtomobildən düşüb yolu keçərək 142-ci kilometri göstərən yol nişanının yanından sellofan torba götürüb avtomaşına tərəf yolu keçərkən onlar olduqları maşınla ona yaxınlaşıb maşından enərək dərhal Aydını əhatəyə alaraq özlərini təqdim etmiş, o, isə özünü Təqsirləndirilən şəxs1 təqdim etmiş, Şahid1 ona əlində saxladığı sellofan torbada qanunsuz əşyaların, yəni narkotik vasitə olmasından şübhələndiklərini bildirmişdir. Aydın təsdiq etmişdir ki, əlində olan torbada narkotik vasitələri var, Hadisə yeri maşınların sıx hərəkət etdiyi yer olduğu üçün Təqsirləndirilən şəxs1 əlində olan torba ilə birlikdə onun hərəkət etdiyi maşını və sürücünü şöbəyə gətirib təhqiqatçıya təhvil vermişlər. Şöbədə həmin şəxsləri və əlində sellofan torba olan Təqsirləndirilən şəxs1 və sürücü Şahid5 şöbənin təhqiqatçısına təhvil vermişlər. Bundan sonra saxlanılan şəxslərlə bütün prosessual hərəkətləri təhqiqatçı keçirmiş, o və digər polis əməkdaşları isə həmin hərəkətlərdə iştirakçı olmuşlar. Hər iki şəxsin üzərnə baxış ayrı-ayrılıqda müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmişdir. Həmçinin sürücüsü Şahid5 olan avtomaşına da baxış keçirilmişdir. Şahid5 üzərindən və onun maşınından heç bir qanunsuz əşya aşkar edilməmişdir. Natiq izah etmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur, Abşeron rayonu, Xırdalan şəhər sakinidir və Təqsirləndirilən şəxs1 sərnişin kimi Biləsuvara gətirmiş, onun Biləsuvara gəlmə məqsədi barədə məlumatı olmamışdır. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində narkotik maddə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs1 könüllü olaraq əynindəki boz rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli “Samsung” markalı mobil telefon çıxarıb təqdim etmişdir. Üzərində hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş başqa heç bir əşya və predmet olmamışdır. Təqsirləndirilən şəxs1 özünə məxsus sellofan torbanı təqdim edərək içərisində narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 məxsus olan şəffaf rəngli sellefon torbaya baxış keçirlimiş, baxış zamanı həmin torbanın içəsindəki şəffaf rəngli sellofona bükülmüş və birinin üzərində latın qrafikası ilə “Seyid” sözü yazılmış bir neçə ədəd bükülü aşkar olunmuşdur. Həmin bükülülər təhqiqatçı tərəfindən açıldıqda heroin aşkar edilmişdir. Əməliyyatdan uzun müddət keçdiyi üçün bu əməliyyatdan sonra çoxsaylı digər əməliyyat tədbirləri keçirildiyi üçün torbanın içindəki vasitələrin sayını, çeşidini və çəkisini artıq xatırlamır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, içərisində narkotik maddələr olan torbanı ona tanışı Baba adlı İran vətəndaşı göndərmiş, həmin torbanı Bakı şəhərinə aparmalı, Babanın onun telefonuna atdığı yerin fotoşəklinə əsasən həmin yerə bu torbanı qoyub çıxıb getməli idi. Bu zaman Təqsirləndirilən şəxs1 telefonuna Baba tərəfindən zəng gəlmiş, Aydına danışmaq üçün şərait yaradılmış və Aydın Babaya malı aldığını bildirmişdir. Bundan sonra Baba Bakı şəhəri, Yasamal rayonu ərazisində olan «Miri» avtosalonun fotoşəklini Aydının telefonuna göndərmiş və həmin salonun yanında olan borunun yanına aparıb torbanı qoymağı tapşırmışdır. Əməliyyatın davamı olaraq Aydınla birlikdə elə həmin günü Bakı şəhərinə çıxıb deyilən avtosalonun yanındakı borunun yanına əvvəlki sellofanda olan, lakin artıq qablaşdırılmış narkotik vasitəni qoyaraq kənardan müşahidə etmişlər. Məhkəmədə gördüyü Təqsirləndirilən şəxs2 boruya yaxınlaşıb torbanı götürüb maşınına yaxınlaşmaq istəyən zaman onu saxlamışlar və həmin ərazidə istintaq hərəkətlərinin keçirilməsi mümkün olmadığı üçün onu xidməti maşınlarına mindirərək Biləsuvar RPŞ-nə gətirib təhqiqatçıya təqdim etmişlər.istər Təqsirləndirilən şəxs1, istərsə də Təqsirləndirilən şəxs2 onlar tərəfindən heç bir fiziki təsir və zor tətbiq olunmamışdır. Əksinə hər ikisi könüllü olaraq iran vətəndaşı tərəfindən cinayətə cəlb olunduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri onların qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Biləsuvar RPŞ-nin əməliyyat müvəkkilinin Biləsuvar RPŞ-nin rəisinə ünvanladığı 01 mart 2020-ci il tarixli raportundan müəyyən olunur ki, Quba rayon sakini Aydın adlı şəxsin Biləsuvar rayonu ərazisində İİRdan narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında və satışında şübhələnir. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat-axtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsi haqqında» 01 mart 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, 01.03 2020-ci il tarixdə, saat 16:30 radələrində Təqsirləndirilən şəxs1 “KİA RİO” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Bakı-Ələt-Astara yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində 142-ci kilometri göstərən yol nişanının yanında avtomobildən yerə gələrək, yol nişanın yanından sellofan torba götürüb avtomobilə əyləşən zaman saxlanılmışdır. Biləsuvar RPŞ-nə gətirildikdən sonra Təqsirləndirilən şəxs1 əlində olan bir ədəd şəffaf rəngli sellofan torbaya baxış zamanı birin üzərində latın qrafikası ilə “Seyidə” sözü yazılmış beş ədəd bükülü aşkar edilmişdir. Bükülülərin dördünün içərisində psixotrop maddə olan metamfetamin bənzər maddə, bir ədəd bükülünün içərisində isə narkotik vasitə olan heroinə bənzər maddə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 01 mart 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat tədbirin keçirilməsi və şübhəli şəxsin tutulması haqqında” 02.03.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşgul olması barədə məlumata əsasən 01 mart 2020-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Maşın bazarı”nın qarşısında saxlanılaraq RPŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Biləsuvar Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 4(022)-11/2020 və 4(022)-11/2020 saylı qərarlarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmələrnin əvvəli tutulduğu andan, yəni 01 mart 2020ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlanılması” haqqında 03.03.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələr olan torbanı Astara-Ələt yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində 142-ci kilometri göstərən yol nişanının altından götürdüyü yeri əyani olaraq göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 02 mart 2020-ci il tarixli, 294 saylı rəyindən müəyyən olunur ki,

1. Tədqiqata təqdim edilmiş üzərində: “..Təqsirləndirilən şəxs1.. heroinə bənzər...” sözləri yazılmış kağız paketi açdıqda üzəri yapışqan lentlə başlanmış 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi -351,420 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir.

2. Tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs1.. metamfitaminə bənzər...” sözləri yazılmış kağız paketi açdıqda üzəri yapışqan lentlə başlanmış 04 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi -735 qr; 465 qr; 565 qr; 1045 qr, ümumi təmiz çəkisi-2810 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının 05.03.2020-ci il tarixli, 178 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının 05.03.2020-ci il tarixli, 177 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefonlara baxış keçirilməsi haqqında” 07.03.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd mobil telefona baxış zamanı «Samsung Galaxy J5» markalı olduğu və üzərində ***- ***-**-** “Azerfon” və ***-***-**-** «Bakcell» mobil nömrəsi olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 məxsus « Samsung Galaxy J5» markalı telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrə ilə heç bir əlaqə müəyyən edilməmişdir. Lakin İran mobil operatoruna aid “Baba +98***-***-**-**” və “iranli 98***-***-**-**” nömrələr müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 məxsus «Samsung Galaxy J5» markalı telefonda olan “WhatsApp” proqramında zənglər və mesajlar siyahısına baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 ilə İran mobil operatoruna aid “Baba +98***-***-**-**” nömrə arasında 01 mart 2020-ci il tarixlərdə sözügedən cinayət barədə çoxsaylı danışıqlarının “WhatsApp” vasitəsilə səsli mesajları, göndərilən narkotik vasitənin fotoşəkili və zəngləri qeydə alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefonlara baxış keçirilməsi haqqında” 07.03.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd mobil telefona baxış zamanı «Samsung Galaxy A50» markalı olduğu, üzərində heç bir sim kart mobil nömrəsinin olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 məxsus «Samsung Galaxy A50» markalı telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-**, ***-***-**-** nömrələr ilə heç bir əlaqə müəyyən edilmədi. Lakin İran mobil operatoruna aid “Gelinbaci +98***-***-**-**”, “Nakisi +98***-***-**-**” və “Seyide Bibi +98***-***-**-**” nömrələr müəyyən olundu. Təqsirləndirilən şəxs2 məxsus «Samsung Galaxy A50» markalı telefonda olan “WhatsApp” proqramı ***-***-**-** nömrə ilə qeydiyyatdan keçmişdir. Telefonun “WhatsApp” proqramında zənglər və mesajlar siyahısına baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 ilə İran mobil operatoruna aid “Seyide Bibi +98***-***-**-**” nömrə arasında 01 mart 2020-ci il və əvvəlki tarixlərdə sözügedən cinayət barədə çoxsaylı danışıqlarının “WhatsApp” vasitəsilə səsli mesajları, göndərilən narkotik vasitənin fotoşəkili və zəngləri qeydə alınmışdır. Beləliklə istintaqla müəyyən edilmişdir ki, istər Təqsirləndirilən şəxs1, istərsə də Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda, Təqsirləndirilən şəxs1 telefonunda “Baba” adı ilə, Təqsirləndirilən şəxs2 isə telefonunda “Seyide Bibi” adı ilə qeyd etdikləri, İİR-nın telefon nömrəsi +98***-***-**-** olan eyni şəxslə əlaqə saxlamışlar. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsifi haqqında» 09 iyun 2020-ciil tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 351,420 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 351,370 qram çəkidə qalığı və 2810 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 2809,8 qram çəkidə qalığı, iki ədəd «Samsung Galaxy J5» və «Samsung Galaxy A50» markalı mobil telefonlar Biləsuvar RPŞ-ə saxlanılır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o subaydır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 himayəsində 2011 və 2012-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Quba rayon Məhkəməsinin 25.06.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3500 manat cərimə cəzasına məhkum edilmiş və 11.02.2019-cu il tarixdə Quba rayon məhkəməsinin qərarı ilə cərimə cəzası qazancın dövlət nəfinə 15 faizi pul tutulmaqla 02 il islah işləri cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba rayon icra və probasiya şöbəsindən daxil olmuş 07.05.2020-ci il tarixl, 65697/19/05 saylı məktubundan müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs1 ona təyin olunmuş islah işləri cəzasını bugünkü tarixə qədər çəkməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda, cəza, CM-in 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-in 65.2-ci maddəsinə görə, belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmuyu üzrə qəti cəza isə, müvafiq olaraq, CM-in 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 hazırda məhkum olunmuş şəxs sayılır və əvvəlki hökm üzrə təyin edilmiş cəzanı çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Ona görə də, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən yeni hökmlə təyin olunacaq cəzaya əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə yekun cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə müvafiq olaraq Quba Rayon Məhkəməsinin 25.06.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının həmin məhkəmənin 11.02.2019-cu il tarixli qərarı ilə əvəz olunduğu və çəkilməmiş qazancdan dövlət nəfinə 15 % tutulmaqla 02 il müddətə islah işləri cəzası CMin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutularaq müəyyən edilən 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yaranmır. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri qismən olaraq özlərinin və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağnın olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasının ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beşildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edildikdə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəlki məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmadığına görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları andan hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda – Biləsuvar RPŞ-də saxlanılan ekspertiza tədqiqatdan sonra -351,370 qram olan narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı -2809,8 qram çəkidə qalığı məhv edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Biləsuvar RPŞ-də saxlanılan iki ədəd - Təqsirləndirilən şəxs1 məxsus «Samsung Galaxy J5» və Təqsirləndirilən şəxs2 məxsus «Samsung Galaxy A50» markalı mobil telefonlar onların qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 hüquqlarını ibtidai istintaq zamanı Biləsuvar ayon Vəkil Bürosunun vəkili X8, məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla təqsirləndirilən şəxslərin huquqlarını Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və X9 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X8 üçün Biləsuvar rayon Vəkil Bürosunun nəfinə 240 (iki yüz qırx) manat, müdafəçi Müdafiəçi2 və X5 hər birinə ayrıayrılıqda 540 AZN (beş yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 10 il (on) 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Quba Rayon Məhkəməsinin 25.06.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının həmin məhkəmənin 11.02.2019-cu il tarixli qərarı ilə əvəz olunduğu və çəkilməmiş qazancdan dövlət nəfinə 15 % tutulmaqla 02 il müddətə islah işləri cəzası CM-in 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutularaq müəyyən edilən 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 mart 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 mart 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər kimi barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-də saxlanılan ekspertiza tədqiqatdan sonra qalıq qalan 351,370 qram narkotik vasitə heroin və 2809,8 qram psixotrop maddə metamfetamin məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Biləsuvar RPŞ-də saxlanılan iki ədəd - Təqsirləndirilən şəxs1 məxsus «Samsung Galaxy J5» və Təqsirləndirilən şəxs2 məxsus «Samsung Galaxy A50» markalı mobil telefonlar onların qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərci olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X8 üçün 240 (iki yüz qırx) manat pul Biləsuvar rayon Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı müdafiəçilər Müdafiəçi2 və X5 hər birinə ayrı-ayrılıqda 540 AZN (beş yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar