Məhkəmə qərarları › İş №1(101)-395/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-395/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-395/2025 20.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X13 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 01 sentyabr 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09:45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı X4, şəxsiyyətləri istintaqla araşdırılan «Arif» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə sifarişi əsasında İran İslam Respublikasının vətəndaşı «Arif» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə göndərdikləri külli miqdarda 3810 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda 5869,626 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı göstərişi əsasında əvvəlcədən razılaşdıqları qaydada Şahid9 qanunsuz olaraq əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuananın 19,626 qram çəkidə hissəsini öz üzərində, qalan külli miqdarda 5850 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 3810 qram çəkidə narkotik vasitə tiryəki X17 idarə etdiyi **-NU-*** dövlət qeydiyyat nişanlı «Nissan» markalı avtomobilin arxa oturacağının üzərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid9 20 iyul 2023-cü il tarixdə saat 19:20-də Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi-Zabrat yolunda yerləşən Sabunçu qəbristanlığının yaxınlığında X17 idarə etdiyi **-NU-*** dövlət qeydiyyat nişanlı «Nissan» markalı avtomobilin içərisində olduğu zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 21:30-dan etibarən üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış zamanı qara rəngli şalvarının sol yan cibindən 01 ədəd sellofan bağlamada 19,626 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq 20 iyul 2023-cü il tarixdə saat 22:30-dan etibarən Şahid9 öz könüllü razılığı və iştirakı ilə Rəhim Əzizovun idarə etdiyi «Nissan» markalı, **-NU-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasının həyətində baxış keçirilən zaman həmin avtomobilin arxa oturacağının üzərində olan 01 ədəd qara rəngli kisənin içərisindən 06 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 1040 qram, 990 qram, 1030 qram, 1010 qram və 730 qram olmaqla ümumi təmiz çəkisi 5850 qram həm üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə, həm də öz aralarında tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin kisənin içərisindəki 01 ədəd sellofan torbanın içərisində olan 06 ədəd bağlamada külli miqdarda ayrı-ayrıllıqda təmiz çəkiləri 755 qram, 540 qram, 610 qram, 635 qram, 620 qram və 650 qram olmaqla ümumi təmiz çəkisi 3810 qram öz aralarında xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. 2.Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,712 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 20 dekabr 2023-cü il tarixdə saat 13:00-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsindəki nömrəsiz fərdi yaşayış evinin qarşısında olan zaman özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilmiş və orada videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş təmiz çəkisi 0,712 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 3.Bundan başqa, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən odlu silahları və onun komplekt hissəsi olan patron darağları əldə edib üzərində saxlamaqla gəzdirmiş, onun qanunsuz olaraq odlu silahı və onun komplekt hissələrini əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin CAŞ-m, NMB-nin və 37-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində 29 yanvar 2024cü il tarixdə saat 21:30-da ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq ünvan 5rləşən Xətai RPİ-nin 37-ci PŞ-yə gətirildikdən sonra üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi karton qutunun içərisindəki ağ rəngli torbanın içərisindən 03 ədəd №-si silinmiş, 5,45 mm, kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli, yivli odlu silah, texniki cəhətdən saz, atəş üçün yararlı, silahların hissə-mexanizmlərinin üzərində sonradan kustar üsulu ilə təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş avtomatlar, 02 ədəd zavod üsulu ilə istehsal olunmuş, hər birinə 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz, istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi darağlar və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz, istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotlarının komplekt hissəsi daraq aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 4.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1 -ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, həbsdə olarkən onunla birlikdə olan şəxsin vasitəsi ilə qohumu “Qasım” adlı iranlı şəxslə tanış olmuşdur. “Qasım” adlı iranlı ona pul qarşılığında gedib silahları götürərək deyəcəyi yerə qoymasını demiş, kasıb olduğundan pul qarşılığında bunu etməyə razılaşmış, silahı gedib götürəndə polis əməkdaşları tərəfindən tutulmuşdur. Silahlar 3 ədəd “kalaşnikov” avtomatı olmuş, patronlarının olub-olmadığını bilməmişdir. Silahları prospektdən götürmüş və silahların yerini ona “konum”la atmışdır. İranlı silahları atacağı “konum”a qoymasını və bunun qarşılığında ona 500 manat verəcəyini demişdir. İranlı ona hansı silah olacağını deməmiş, silahı ondan götürəcək şəxsin də nə edəcəyini bilməmiş, ona ancaq pul maraqlı olmuşdur. Ora çatandan sonra üç dəqiqə keçməmiş silahları axtararkən polis əməkdaşları gəlmişlər. Tutulduğu iş 228-ci maddə - odlu silahla bağlı olmuşdur. O, dekabr ayında narkotiklə tutulmuşdur. Sabunçuda üzərində narkotik çıxması ilə bağlı epizodda problem yoxdur, 234.1-ci maddə ilə verilən ittihamı qəbul edir. Samirə adlı qadın bir il əvvəl narkotik götürmüş və onun da adını çəkmişdir. Sonra onu MSY-ə apararaq “qol çək işin bağlanır” demişlər, ondan sonra Ağır Cinayətlərə getdiyini bildirmişlər. Samirəni tanıyır, yaxın münasibətləri olmuş və Samirə ilə birlikdə yaşamışlar. Samirənin narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı olmamış, hadisə onların birlikdə yaşadıqları müddət ərzində olmamış, o sutkalıqda olarkən olmuşdur. O, Samirəni tanıya-tanıya 12-ci Polis Bölməsinə gedərək “əziyyət çəkirəm, kasıb uşağam, imkan varsa məni sənədləşdirin, mən sutkalığa gedim” demişdir. Razılaşaraq onu inzibati həbsə yollamışlar, 3 ya da 4 gün sonra gecə saat 12-də gəlib onu oradan çıxararaq aşağı düşürmüşlər. Orada iki vəzifəli şəxsi, birinin nazirliyin, digərinin isə MTN-nin işçisi olduğunu görmüşdür. Ondan Samirə adında qızı tanıyıb-tanımamasını soruşmuşlar, o da tanıdığını demiş, sonra iranlı “Arif”i soruşmuşlar, onu da tanıdığını bildirmişdir. Bundan sonra Samirədə 10-20 kiloqram mal tutulduğunu və Samirənin “xahiş edirəm Gündüz boynuna alsın” dediyini qeyd etmişlər. O da malın ona məxsus olmadığını, iranlı ilə də təxminən 20 gün, 1 ay əvvəl danışdığını, hər dəfə ona “səni vəziyyətdən çıxaracam” dediyini, iranlının onu yığaraq nəsə deyəcəyini heç gözləmədiyini, onun içəridə olduğunu, iranlının Samirə ilə danışdığını və Samirənin ondan xəbərsiz gedib iş gördüyünü, necə danışdıqlarından və nə etdiklərindən onun məlumatının olmadığını bildirmişdir. İnzibati həbsdən çıxandan bir il sonra onu da tutmuşlar. O, təxminən 17 iyul 2023-cü il tarixdə Sabunçuda sutkalıqda olmuş, ona 15 sutka vermişlər. Samirənin narkotikin dövriyyəsi ilə məşğul olması barədə onun məlumatı olmamış və iranlının Samirə ilə necə əlaqəyə keçməsindən də məlumatı olmamışdır. Samirə ilə tutulan və sutkalığa gedən günə kimi danışmışdır. O, Samirəni nəyinsə ardınca yollamamış, istintaqda ifadə verməmiş, ibtidai istintaq dövründə verdiyi ifadəsində olan imza ona məxsus olmuş və oxumadan imzalamışdır. Videogörüntülərdə Samirənin narkotikləri ona çatdırması ilə bağlı dediklərindən məlumatı yoxdur. O, X22 tanımır. Saxlanılma hallarında ona heç bir təzyiq olmamışdır. 5.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, uzun müddətdir narkotik vasitələrin müxtəlif nömlərindən istifadə edir. Şahid9 bir neçə ildir ki, tanıyır. Belə ki, Samirə onun narkotik vasitələrdən istifadə etməsini bilir və bununla bağlı ona tibbi yardım da göstərmişdir. Təxminən 2023-cü ilin iyun ayının sonlarında istifadəsində olan ***-***-**-** nömrəsinin «Whatsapp» tətbiqinə özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən, adının «Arif» olduğunu deyən bir nəfər şəxs mesaj yazmışdır. Onlar «Whatsapp» tətbiqi vasitəsi ilə bir müddət yazışdıqdan sonra Arif adlı şəxs bildirmişdir ki, ona külli miqdarda narkotik vasitə göndərəcək və həmin narkotik vasitələri bildirdiyi yerlərə qoyacağı təqdirdə onun da istifadə etməsi üçün narkotik vasitə marixuana verəcəkdir. Arif həmçinin ona bildirmişdir ki, əmisi oğlu üçün də narkotik vasitə göndərəcək, həmin narkotik vasitəni də götürüb özündə saxlasın, dediyi vaxtda deyəcəyi yerə qoyar və əmisi oğlu götürər. O, Arif adlı şəxsin təklifini qəbul etmiş, hətta Samirənin mobil telefonu ilə də həmin şəxslə yazışmışdır. Samirə də onun Ariflə arasında olan söhbətdən xəbərdar olmuşdur. Belə ki, Samirəyə də bildirmişdir ki, onun Arif adlı şəxsin təklifini qəbul etməkdə məqsədi sonuncunun göndərdiyi narkotik vasitələri əldə etdikdən sonra Arif adlı şəxslə əlaqəni kəsmək, həmin narkotik vasitələri sataraq əldə etdiyi pul hesabına özünün və Samirənin maddi ehtiyaclarını ödəmək olmuşdur. Bundan sonra o, 17 iyul 2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı narkotik vasitələrdən istifadə etməkdə şübhəli şəxs qismində saxlanılmış və narkotik vasitə istifadə etdiyi üçün Sabunçu rayon məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilərək DİN-in inzibati həbs olunanların saxlama mərkəzində saxlanılmışdır. Sonradan ona məlum olmuşdur ki, o, həmin yerdə saxlanılan zaman Arif adlı şəxs onunla əlaqə yarada bilmədiyi üçün Samirə ilə əlaqə saxlayaraq onun üçün narkotik vasitə göndərəcəyini demiş, Samirə də onun göndərəcəyi narkotik vasitəni ona çatdıracağını bildirmişdir. Bundan sonra Samirə Arif adlı şəxsin göndəridyi narkotik vasitələri təyin olunmuş yerdən götürdükdən sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Bundan başqa təxminən bir ildir ki, narkotik vasitənin «kakos» kimi adlandırdığı heroin növündən inyeksiya yolu ilə istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl Sabunçu rayonu Balaxanı qəsəbəsinə getmişdir. Orada xarici görünüşündən narkotik vasitə istifadəçisinə oxşayan bir nəfəri görüb yaxınlaşmışdır. Həmin şəxslə söhbət zamanı şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin istəmişdir. Sonuncu da bildirmişdir ki, onda narkotik vasitə olan heroin vardır və həmin heroinin bir bükümü ona 10 manata sata bilər. Razlaşdıqdan sonra həmin şəxs harasa gedib təxminən 10-15 dəqiqə sonra geri qayıtmış və ona bir bükümdə narkotik vasitə olan heroin vermişdir. O da bunun müqabilində həmin şəxsə 10 manat pul vermişdir. Bundan sonra o, oradan çıxıb getmiş, aldığı heroini də sonra istifadə etməsi üçün cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində gəzən zaman aldığı bir bükümdə heroini əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Həmin vaxt Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər. Üzərində narkotik vasitə heroin olduğundan həyəcanlanmış və özünü şübhəli aparmağa başlamışdır. Polis əməkdaşları özünü şübhəli aparmağını görüb ona yaxınlıqda yerləşən Sabunçu RPİ-nin 12-ci PŞ-yə getməyi təklif etmişlər. O da buna etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 12-ci PŞ-yə getmişdir. Həmin vaxt fürsət tapıb üzərindəki bir bükümdə narkotik vasitə olan heroini tullamaq istəsə də tullaya bilməmişdir. PŞ-də olarkən şəxsiyyəti müəyyən edildikdən sonra hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Həmin vəkil ona təqdim edilmiş və o, bildirmişdir ki, hüquqlarının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Qətibə Nərimanzadə tərəfindən müdafiə olunmasına etirazı yoxdur. Bundan başqa o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə bildiriş verilmişdir. Qeyd olunanlarla bağlı 12-ci PŞ-nin təhqiqatçısı tərəfindən müvafiq protokollar tərtib edilmişdir. Həmin protokolları o, imza etmişdir. Sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edildikdə o, etiraz etməmişdir. Lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilsin. Bunun səbəbi də onunla bağlı olmuşdur ki, üzərində narkotik vasitə olan heroinin olmasını bilmiş və istəməmişdir ki, həmin heroin vəkilin yanında aşkar edilsin. Çünki fikirləşmişdir ki, əgər üzərində saxladığı heroin vəkilin yanında aşkar edilsə sonuncu onu gələcəkdə məhkəmədə müdafiə edə biləməyəcəkdir. Məhz bu səbəbdən 12ci PŞ-də üzərinə videoçəkilişlə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilmişdir. Şəxsi axtarış keçirilərkən 12-ci PŞ-nin təhqiqatçısı tərəfindən ona bildirilmişdir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etsin. Həmin vaxt o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir bükümdə olan heroini təqdim etmişdir. Sorğu zamanı səmimi olaraq etiraf etmişdir ki, ondan aşkar edilmiş bir bükümdə sellofana bükülmüş maddə heroindir, həmin heroini xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almış və üzərində gəzdirmişdir. Ondan akar edilmiş bir bükümdə narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən götürülüb qablaşdırılmış, qablaşdırılmış zərf PB-nin 159 saylı möhürü ilə möhürlənmişdir. Möhürlənmiş zərfi o və şəxsi axtarış zamanı iştirak edən polis əməkdaşları imzalamışlar. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Həmin protokola o və şəxsi axtarış zamanı iştirak etmiş polis əməkdaşları imza etmişlər. Bundan başqa əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Baba adlı şəxs onunla xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində ***-***-**-** nömrəsi ilə «Whatsapp» tətbiqi vasitəsi ilə əlaqə saxlayıb ona içərisində silah olan bağlama olmasını bildirib, həmin bağlamanı götürüb özündə saxalamasını, daha sonra dediyi vaxtı hər hansı bir yerə atmasını və ya dediyi bir şəxsin ondan gəlib götürəcəyini bildirmişdir. Həmin bağlamanı götürüb özündə saxlamağa və bildirdiyi şəxsə verəcəyinə görə də ona narkotik vasitə olan marixuana verəcəyinə söz vermişdir. O da narkotik vasitə olan marixuana istifadəçisi olduğuna və narkotik vasitə tapa bilmədiyinə görə onun bu sözdələşməsi ilə razılaşmışdır. Bundan sonra Baba adlı şəxs onun ***-***-**-** nömrəli telefon nömrəsinə həmin bağlamanın olduğu məkanı «Whatsapp» tətbiqi vasitəsi göndərərək ora getməsini və orada yolun kənarında olan bir ədəd karton qutudakı içərisində Kalaşnikov markalı silah olan bağlamanı ordan götürməsini bildirmişdir. O da evdən çıxıb həmin yerə getmişdir. Həmin yer Xətai rayonu, 8 Noyabr prospekti 179 ünvanı olmuşdur. Həmin ünvanda yolun kənarında bir ədəd ağ rəngli karton qutuda olan bağlama görmüş və həmin bağlamanı götürmüşdür. Həmin bağlama Babanın ona bildirdiyi bağlama olmuşdur. Bu zaman, yəni xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Xətai rayonu, 8 Noyabr prospekti 179 ünvanın yaxınlığında həmin bağlamanı götürdükdən sonra üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq qanunsuz olaraq silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı maddələrin gəzdirilməsində şübhələndikləri üçün onu saxalayaraq sonuncularla birgə Xətai rayon 37-ci Polis Şöbəsinə getməsini izah etmişlər. O da həmin şəxslərlə birgə 37-ci polis şöbəsinə getmişdir. Şübhəli şəxs qismində tutularaq hüquq, vəzifələri ona izah edilməklə üzərinə təqdim olunmuş vəkilərin siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılması ətraflı izah edilmişdir. Bununla bağlı üzərində olan qeyri qanuni və digər əşyaları masanın üzərinə qoymaq təklif olunmuşdur. Bu təklifdən sonra o, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 179 ünvanından götürdüyü içərisində silah olan ağ rəngli karton qutuda olan bağlamanı təqdim etmişdir. Həmin karton qutu açıldıqda içərisindən ağ rəngli torbaya bükülmüş 3 ədəd Kalaşnikov markalı avtomat silah və 3 ədəd həmin silahın sandığı aşkar olunmuşdur. Onun təqdim etdiyi ağ rəngli karton qutudan çıxmış Kalaşnikov markalı silah və 3 ədəd sandığı qablaşdırılmışdır. Həmin aşkar edilmiş silah yəni Kalaşnikov markalı avtomat və 3 ədəd sandıq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və o, həmin protokolla tanış olaraq iştirakçılarla birgə imza etmişdir (İİİ cild, səh. 116-120). 6.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iyun ayının 20-də Şahid9 adlı şəxs saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Üzərindən və avtmomaşından narkotik aşkar edilmiş, haradan əldə etdiyini soruşduqda Gündüz adlı şəxsin vasitəsilə aldığını bildirmişdir. O, Samirənin saxlanılmasında iştirak etmiş, Gündüz adlı şəxsin saxlanılmasında iştirak etməmiş, birinci dəfədir Gündüz adlı şəxsi görür. Gündüzün yerini soruşanda Samirə inzibati həbsdə olduğunu demişdir. Samirənin barəsində məlumat ona daxil olmuş və məlumat narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə olmuş, əməliyyat tədbirində ondan başqa Şahid3 və Miriyusif Seyidov iştirak etmişdir. Saxlanılanda Samirənin yanında bir nəfər də olmuşdur. Səhv etmirsə X30 saxlanılanda oradakı taksi şoferi olmuşdur. Samirənin üzərinə şəxsi axtarış idarədə videoçəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş, tiryək və marixuana aşkar edilmişdir. Səhv etmirsə Samirə iranlının adını “Arif” demişdir. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 7.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. 20 iyul 2023-cü il tarixdə Şahid9 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Şahid9 Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi-Zabrat yolunda yerləşən Sabunçu qəbiristanlığının yaxınlığında olduğunu öyrəndikləri üçün 20 iyul 2023-cü il tarixdə həmin ünvana gəlmişdir. Həmin gün saat 19:20-də əməliyyat qrupunun üzvləri ilə birlikdə qeyd edilən ünvanın yaxınlığında olduqları zaman Şahid9 oxşar bir nəfər şəxsin **-NU-*** qeydiyyat nişanlı avtomobildə əyləşdiyini və həmin avtomobilin isə dayandığını görüb həmin avtomobilə yaxınlaşmışdır. Avtomobildə 3 nəfər şəxsin olduğunu görüb onlardan özlərini təqdim etmələrini xahiş etmişdir. Həmin şəxslərdən biri özünü Şahid9 kimi, digərləri isə özünü X24 və X11 təqdim etmişdir. Bundan sonra həmin şəxsləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdir. Həmin şəxslər etiraz etmədən birlikdə Baş İdarəyə gəlmişdir. Rahim Əzizovun idarə etdiyi **-NU-*** qeydiyyat nişanlı avtomobili də Baş İdarənin həyətinə gətirilmişdir. Baş İdarənin inzibati binasında Şahid9 müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə Şahid9 şübhəli şəxs qismində tutulmuşdur. Emin Babayev və Rahim Əzizov isə tutulmamışdır. Şahid9 üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Həmin şəxsi axtarışda Emin Babayev və Rahim Əzizov iştirak etməmişdir. Şəxsi axtarış və götürmə zamanı Şahid9 paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Şahid9 əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, sağ yan cibindən bir ədəd işləmədiyini bildirdiyi İphone markalı mobil telefonu, bir ədəd üzərində sim kart nömrəsi olan “Samsung” markalı mobil telefonu, iki ədəd bank kartını və bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı Şahid9 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid9 təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd Samsung markalı, bir ədəd İphone markalı mobil telefonlar, 2 ədəd bank kartı və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Şahid9 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni tanışı Təqsirləndirilən şəxs Arif oğlu vasitəsilə tanıdığı İran İslam Respublikasının vətəndaşı “Arif’ adlı şəxsin vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən götürdüyü bağlamanın içərisindən götürdüyünü, həmin maddələri Gündüz adlı şəxsə çatdırılmasını ona “Arif’ adlı şəxsin bildirdiyini, həmin maddələri götürüb Gündüzə verdikdən sonra Arifə həmin yerdə narkotik maddə tapmadığını söyləyəcəyini, Təqsirləndirilən şəxs hazırda İnzibati qaydada həbs edildiyini, Arif adlı şəxsin dediyi yerdə bağlamanı gördükdən sonra həmin bağlamanı götürmək üçün gücünün çatmayacağım düşündüyündən tanışı olan X7 üçün çağırdığını, onun isə **-NU-*** dövlət qeydiyyat nişanlı “Nissan” markalı taksi ilə gəldiyini, həmin bağlamanı götürərək taksiyə qoyduğunu, lakin Emin Babayevin həmin bağlamanın içərisində nə olması barədə məlumatlı olmadığını, üzərində aşkar edilmiş kütlənin qalan hissəsinin avtomobilin arxa oturacağındakı bağlamada olduğunu, həmin bağlamaya baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır. Daha sonra Rahim Əzizovun idarə etdiyi avtomobilə baxış keçirilməsi üçün Baş İdarənin həyətinə düşmüşdür. Həmin baxışda Şahid9, vəkili, Rahim Əzizov, Emin Babayev, o və digər polis əməkdaşları da iştirak etmişdir. Baxış videoçəkilişlə aparılmışdır. Videoçəkilişlə Baş İdarənin həyətində baxış başlanmışdır. Baxış zamanı Şahid9 avtomobildə qanunsuz hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid9 avtomobilin arxa sağ qapısını açaraq orada saxladığı bir ədəd əl çantasını və bir ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin əl çantasında baxış keçirilsə də, qanunsuz heçnə aşkar edilməmişdir və buna görə də Şahid9 qaytarılmışdır. Bundan sonra qara rəngli sellofan torbaya baxış keçirilmişdir. Sellofan torbanın içərisindən qara rəngli kisə aşkar edilmişdir. Həmin kisənin içərisindən isə 07 ədəd sellofan bağlama aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilən zaman bükümlərin altısının içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Digər bir ədəd sellofan bükümün içərisindən isə 06 ədəd bükümdə narkotik vasitə tiryək aşkar edilmişdir. Bundan sonra həmin narkotik vasitələr çəkilərək qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Şifahi sorğu zamanı Rahim Əzizov taksi sürücüsü kimi verilən sifariş üzrə gəldiyini, Emin Babayev isə Şahid9 xahişi əsasında ona kömək etmək üçün gəldiyini, lakin həmin bağlamada narkotik tərkibli maddələr olması barədə məlumatlı olmadığını bildirmişdir. Şahid9 da saxlanılan zaman Rahim Əzizov və Emin Babayevin bu barədə məlumatlı olmadıqlarını, təqdim etdiyi qara rəngli kisədən aşkar edilmiş maddələrin narkotik tərkbli maddələr olduğunu bilsə də bu miqdarda olmasını bilmədiyini, həmin maddələri saxlayıb Gündüz adlı şəxsə çatdırmaq üçün götürdüyünü, həmin maddələri Gündüzün Arif adlı İran İslam Respublikasının vətəndaşının dediyi yerlərə çatdırması müqabilində Gündüzün narkotik maddə əldə edəcəyini bildirmişdir. Sonra avtomobilin sahibi olan Rahim Əzizov ilə birlikdə həmin avtomobilin digər hissələrinə baxış keçirilsə də heç nə aşkar edilməmişdir. Daha sonra baxış və götürmə qurtarmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır (İ cild, səh. 134-137). 8.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Şahid9 barəsində əməliyyat məlumatı İftixara Rüstəmova daxil olmuşdur. Təxminən iyul ayının 7-si əməliyyat qrupu yaradılmış və o da həmin qrupun üzvü olmuşdur. Balaxanıya gedən yolda, qəbiristanlıq tərəfdə Samirəni saxlamışlar. Səhv etmirsə marixuana və tiryək aşkar edilmişdir. Əvvəlcə iranlının iştirakı ilə götürdüyünü və iranlının yolladığını demiş, sonra isə oraya Gündüzün göndərdiyini bildirmişdir. O, Gündüzü tanımır, X2, indi 15 sutkada olduğunu və telefonu onda olduğundan gedib götürdüyünü demişdir. Səhv etmirsə əməliyyatda 3-4 nəfər iştirak etmişlər və saxlanılan şəxslər iki nəfər olmuşdur. Xanımın üzərində şəxsi axtarış və maşına baxış idarədə videoçəkilişlə keçirilmişdir. Samirəyə qarşı saxlanılan zaman hansısa zor və təzyiq olmamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 9.Məhkəmə iclasında şahid X6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 138-141). 10.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu ərazisində Samirəni saxlayıb Baş İdarəyə gətirmişlər və idarədə üzərinə baxış keçirilmişdir. Maşından narkotik vasitə aşkar edilmiş və həmin narkotik vasitəni götürüb verəcəyini bildirmişdir. Saxlayanda Gündüz haqqında nə isə deməmiş, çəkilişdə könüllü olaraq Gündüz haqqında bildirmiş, amma o, Gündüzü tanımamış və hansı Gündüz haqqında məlumat verməsini bilməmişdir. Onlar əməliyyat tədbirində üç nəfər iştirak etmişlər. Saxlanılan zaman Şahid9 qarşı hansısa zor və təzyiq olmamışdır. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 11.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 142-145). 12.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 29 yanvar 2024-cü il tarixdə bir nəfər şəxsin odlu silah daşıması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədilə rəhbərlik tərəfindən qrup yaradılmışdır. Axşam saatlarında “8 Noyabr” prospekti 179 saylı ünvanda zahiri əlamətlərə görə deyilən şəxsə uyğun adama yaxınlaşıb bölməyə dəvət etmişlər. Şəxsin əlində ağ rəngli divar kağızı qutusu olmuş, bölmədə müdafiəçinin iştirakı ilə avtomatları çıxarıb təqdim etmiş və “Baba” adlı iranlının göndərdiyini bildirmişdir. O, əməliyyat tədbirində neçə nəfər iştirak etdiklərini dəqiq xatırlamır. Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 13.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, keçən ilin yanvar ayında Gündüz adlı şəxsin odlu silahların saxlanması, daşınması və üzərinə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında “8 Noyabr” prospektində əməliyyat tədbiri həyata keçirilmiş, Gündüz adlı şəxsi əlində “karobka” ilə görüb yaxınlaşaraq 37-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə həmin qutuda üç ədəd avtomat və üç ədəd daraq olduğu məlum olmuşdur. Üzərinə şəxsi axtarış videoçəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş, aşkar edilənlər qablaşdırılmışdır. Aşkar edilmiş silahlarla bağlı nə bildirməsi onun yadında deyil. Məlumat baş əməliyyat müvəkkili Kamrana daxil olmuş və əməliyyat tədbirində üç nəfər iştirak etmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman və idarədə hansısa təzyiqə məruz qalmamışdır. Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 14.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayında sahə müvəkkili Şahid3lə xidmətdə olan zaman Gündüzün şübhəli hərəkətləri diqqətlərini çəkmiş, Gündüzə yaxınlaşıb özlərini təqdim etmişlər və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Şəxs sənədi təqdim edə bilməyərək onlardan yayınmağa cəhd göstərmişdir. Bu zaman müşayiət altında polis şöbəsinə dəvət etmişlər və orada müdafiəçi təyin edilərək videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Gündüz özü də vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməmiş, sonradan üzərindən narkotik vasitə heroin aşkar olunması məlum olmuşdur. Özünün bildirdiyinə görə həmin narkotik vasitəni Balaxanı ərazisində tanımadığı şəxsdən əldə etmişdir. O, güman edir ki, Gündüz sahə inspektorunu tanıdığından onları görəndə öz addımlarını surətləndirmişdir. Həmin vaxt o, əməliyyat müvəkkili olmuş, ona nə vaxtsa da şəxsin narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə məlumat daxil olmuşdur. Şəxs əvvəllər məhkum olunmuş şəxs kimi əməliyyat müvəkkili olduğundan onun nəzarətində olmalı idi. Saxlanıldıqdan və bölməyə gətirildikdən sonra Təqsirləndirilən şəxs qarşı hansısa fiziki təzyiq olmamışdır. Şahid8 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 15.Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, tibb bacısı işləmişdir. Gündüzün nömrəsi olmadığından, onların evinə gəlib-getdiyindən özünün ikinci nömrəsini Gündüzə vermiş, Gündüz “whatsapp” açaraq özü işlətmiş, nömrə onda və “whatsapp” isə Gündüzdə olmuşdur. Arif adında şəxs ona zəng edərək Gündüzü tapa bilmədiklərini demiş və həmin şəxs ona “bir sellofan var, onu götürərsən, sənə verəcəklər, onun içində gübrə var” demişdir. O, gedib Kürdəxanıya çatmış, sellofana heç əl vurmamış öz tanışına zəng edərək ağır olduğunu, içinə də baxmadığını, yolda qaldığını və ona kömək lazım olduğunu bildirmişdir. Həmin tanışı taksi ilə gələrək onu maşına qoymuş, təxminən beş dəqiqə sonra iki maşın arxa-arxaya onları saxlamışlar. Bağlamanı heç kim verməmiş, mağazanın qarşısında, dəniz paltarlarının yanında olmuşdur. Həmin adam ona zəng edəndə isə orada olacaq adamın bağlamanı verəcəyini demişdir. Orada da bağlamanı tapşırıb ora qoyduqlarını demişlər. Haradan götürməsini ona zənglə demişlər. Oraya çatanda rəfiqəsinə zəng vurmuş və rəfiqəsi də yoldaşını yollamışdır. Maşını saxlayanda narkotik olduğunu bildirmişlər, o da and içərək bilmədiyini demişdir. Sonra onu “bandotdel”ə aparmışlar, saat üçə kimi onu orada saxlayaraq çəkilişə hazırlamışlar və malın Gündüzün olduğunu demişlər. Gündüz həmin ərəfədə inzibati həbsdə olduğundan zəng edən şəxs gübrə adı ilə onu aldatmışdır. Ondan malın kimə gəldiyini soruşmuşlar, o da “gübrə olmalıdır, əgər mal çıxıbsa Təqsirləndirilən şəxs aiddir” demişdir. Həmin dəqiqədə sutkalığa zəng etmişlər və əlaqə saxladıqlarını, on beş gündən sonra Gündüzü onun yanına Kürdəxanıya gətirəcəklərini demişlər. Gündüzlə onun arasında mal söhbəti olmamış, Gündüz tutulanda ona zəng vuraraq sutkalığa getdiyini demiş, aralarında başqa hansısa söhbət olmamışdır. O, Gündüzün adını könüllü vermiş və bununla bağlı ona hansısa təzyiq olmamışdır. 16.Məhkəmə iclasında X1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 1(101)-1427/2024 nömrəli hökmündə olan ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Nabat adlı yaşlı qadına xidmət etməklə məşğul olarkən “Arif” adlı şəxs ona zəng edib həmin qadının oğlu Gündüz adlı şəxsə gübrənin çatdırmalı olduğu söylədikdə, Gündüzün yaşadığı evin həyətində çoxlu quş və gül olduğundan, sonuncuya gübrənin çatdırılması məsələsi onda şübhə doğurmamışdır. Gündüz həmin zəngdən 2 gün əvvəl ona zəng edib bir ədəd sellofan torbanın gələcəyini, həmin torbanı götürüb yaşadıqları evə aparmasını dediyindən, razılaşıb “Arif” adlı şəxsin söylədiyi yerə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisinə getmiş, həmin ünvana çatdıqda torbanın ağır olduğunu gördüyündən, əri işi ilə əlaqədar dənizdə olduğuna görə tanışı Emin Babayevə zəng edərək yükünün ağır olduğu üçün köməyə ehtiyacı olduğunu və yolda qaldığını bildirmişdir. Emin taksi ilə həmin ünvana gəlmiş, avtomobilə əyləşib bir qədər yol gedən kimi həmin şəxsləri polis əməkdaşları saxlamış, 7 nəfər polis əməkdaşı üstünə gəlib onu təhqir etmiş, saxlanıldıqdan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Həmin Baş İdarədə polis əməkdaşları saat 03-ə qədər onu təhqir edib suallar vermiş, videoçəkilişlə istintaq hərəkəti aparmaq üçün 3 dəfə hazırlaşmışlar. Götürdüyü sellofan torbanı polis əməkdaşları onun yanında açmamış, o, həmin torbada gübrə olduğunu zənn etmişdir. Polis əməkdaşları 24 qram narkotik tərkibli maddəni cibinə qoyaraq videoçəkilişdə nümayiş etdirməsini istədiyindən, qorxub bunu etmiş və o, Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Şahid9 ilk dəfədir ki, polis orqanına aparıldığını, həmin vaxtadək inzibati məsuliyyətə belə cəlb edilmədiyini, Gündüz adlı şəxsin 1991-ci il təvəllüdlü olduğunu, sonuncunun işləmədiyini, “Arif” adlı şəxsin ona zəng edib Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən marketin qarşısında 1 nəfər şəxsin gözləyəcəyini, gübrəni həmin şəxsdən götürməli olduğunu söylədiyini, lakin həmin ünvana getdikdə torbanın yanında heç kimi görmədiyini, qeyd etdiyi ünvana “Bolt”-dan (taksi fəaliyyəti ilə məşğul olan şirkət) sifariş etdiyi taksi ilə getdiyini, 2 ildən bəri Nabat adlı xanımın yaşadığı evdə işlədiyini, ilk dəfə Gündüzün onu hansısa yerə göndərdiyini, adına qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” tətbiqini Nabat adlı xanımın istifadə etdiyini, Gündüzün 15 gün müddətinə inzibati qaydada həbs edildiyini eşitsə də, səbəbini dəqiq bilmədiyini, “Arif” adlı şəxsin ona zəng edib Gündüzün lazım olduğunu, mobil telefonunda həmin nömrə qaldığına görə zəng etdiyini söylədiyini, hadisədən 4 gün əvvəl Gündüzün ona tanımadığı nömrədən zəng edib polis bölməsində olduğunu, Gündüzün zəng edib ona zəng olunaraq gübrə gətirələcəyini, həmin zəng edən şəxsin dediyi yerə gedib gübrəni götürdükdən sonra evə gətirməsini xahiş etdiyini, Emin Babayevə zəng edərək yükünün ağır olduğu üçün köməyə ehtiyacının olduğunu, yolda qaldığını söylədiyini, Emin Babayevin taksi ilə oraya gələn kimi taksiyə əyləşdiyini, Emin Babayevin isə torbanı götürüb taksinin ön oturacağında qarşısına qoyduğunu, lakin sonradan yolu görmədiyi üçün arxaya onun yanına qoyduğunu, avtomobil hərəkətə başladıqdan sonra polis əməkdaşlarının 20 iyul 2023-cü il tarixdə, saat 19:20 radələrində onu saxladıqlarını, polis əməkdaşlarının həmin torbanı götürüb öz avtomobillərinə apardıqlarını, bu halı Emin Babayev və taksi sürücüsü Rahim Əzizovun da gördüyünü, tanımadığı şəxsin ona zəng edərək Təqsirləndirilən şəxs çanta verməli olduğunu dediyini, həmin şəxsə bu nömrəni onun istifadə etdiyini bildirdiyini, zəng edən şəxsin içərisində gübrə olduğunu dediyi çantanı Kürdəxanı qəsəbəsində marketin yaxınlığına qoyduğunu söylədiyini, çantanın ağzının bağlı olduğunu, polis əməkdaşlarının həmin çantanı onun yanında açmadıqlarını, polis əməkdaşlarının 2 müxtəlif avtomobillə onları saxladıqlarını, saxladıqdan sonra çantanı götürüb öz avtomobillərinə apardıqlarını, polis əməkdaşlarından Vüsal adlı şəxsin işi yüngül olsun deyə ona 24 qram narkotik vasitə marixuananı verib cibinə qoymasını tələb etdiyini, dövlət büdcəsinin vəsaiti hesabına təyin edilmiş müdafiəçisinin də orada olduğunu, barəsində həbs qətimkan tədbiri seçilərkən həmin narkotik vasitənin ona məxsus olmadığını söylədiyini, həmin narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olduğunu, özünü təqsirli bilmədiyini, mobil telefonunda narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar heç kimlə danışmadığını bildirdi. 17.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Xətai RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq silah və onun komplekt hissələrini əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 29 yanvar 2024-cü il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid6 və Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 29 yanvar 2024-cü il tarixdə, saat 21:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 179 ünvanının yaxınlığında olan zaman müəyyən olunmuş və sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, onu Xətai RPİ-nin 37-ci PŞ-yə dəvət etmişlər. Gündüz X12 zaman üzərində axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində olan odlu silahları hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Seymur Məmmədli tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ağ rəngli karton qutuya bükülmüş bükülünü təqdim etmişdir. Həmin karton qutuya baxış zamanı onun içərisindəki ağ rəngli torbaya bükülmüş 03 ədəd AK-74 modelli avtomatlar və 03 ədəd avtomatın komplekt hissəsi olan darağlar aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, içərisində avtomatlar və darağlar olan bükülünü elə həmin gün, yəni 29 yanvar 2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan Baba adlı şəxsin tapşırığı ilə ünvan 10 ünvanın yaxınlığından götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 ədəd AK-74 modelli avtomatlar və 03 ədəd avtomatın komplekt hissəsi olan darağlar qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır (İİ cild, səh. 134-136). 18.Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 138-140). 19.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 142-144). 20.Məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru vəzifəsində xidmət aparır, polis leytenantıdır. 20 dekabr 2023-cü il tarixdə saat 13:00-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi, fərdi evin qarşısında inzibati ərazidə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid8 ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını gördükdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs üzərində sənədinin olmadığını bildirərək verilən suallara yaymdırıcı cavablar verərək yayınmaq istəmişdir. Onlar həmin şəxsdən şübhələndikləri üçün sonuncunu Sabunçu RPİin 12-ci PŞ-yə dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla birlikdə Şöbəyə gəlməyə razılaşmış və birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə getmişlər. Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin şəxs polis şöbəsinə aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən sonradan məlum olduğu kimi Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Belə ki, polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil X8 təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə müraciət edərək bu barədə rəsmi ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd bükümdə içərisində qəhvəyi rəngli maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin digər qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik maddənin «kakos» kimi tanıdığı narkotik vasitə olduğunu, Balaxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını, 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə olan qəhvəyi rəngli maddə kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır (İİİ cild, səh. 20-22). 21.Məhkəmə iclasında Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid7 ilə eyni məzmunlu ifadə vermişdir (İİİ cild, səh. 16-18). 22.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli, 3-16-16/2-7/1049 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid9 üzərindən...” yazısı və imzalar olan kağız paketdəki bir ədəd sellofan bağlamalarda təmiz çəkisi 19,626 qram və ağ kağız üzərində üzərində “Şahid9 məxsus...” yazısı və imzalar olan qara rəngli sintetik torbadakı 06 (altı) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 1040 qram, 990 qram, 1030 qram, 1010 qram, 730 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 5869,626 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (İ cild, səh. 61-65). 23.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3931 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan, “Şahid9 məxsus...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd qara rəngli torbadakı 6 (altı) ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 755 qram, 540 qram, 610 qram, 635 qram, 620 qram, 650 qram olmaqla, ümumi təmiz çəkisi 3810 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqdim olunmuş 6 (altı) ədəd sellofan bağlamada olan tiryək xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 66-71). 24.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6500 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...vətəndaş Təqsirləndirilən şəxs üzərindən...» sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,712 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (İİ cild, səh. 225-229). 25.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Kriminalistik Təhqiqatlar İdarəsinin 31 yanvar 2024-cü il tarixli, 24/236 nömrəli ekspert rəyindən görünür ki, 1.Tədqiqata təqdim olunmuş 03 ədəd №-si silinmiş silahlar 5,45 mm, kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK- 74 modelli avtomatlardır, yivli odlu silahdırlar, texniki cəhətdən sazdırlar və atəş üçün yararlıdırlar. Silahların hissə-mexanizmlərinin üzərində sonradan kustar üsulu ilə təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 2.Tədqiqata təqdim edilmiş 02 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, hər birinə 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağlarıdır, döyüş sursatı hesab edilmirlər, texniki cəhətdən sazdırlar və istifadə üçün yararlıdırlar. 3.Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotlarının komplekt hissəsidir- darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. 4.Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİNin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir (İİ cild, səh. 100-106). 26.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X29 Şəxsi Ambulator X3 04 mart 2024-cü il tarixli 2986 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİİ cild, səh. 55-56). 27.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 20 iyul 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskdən görünür ki, Şahid9 əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə içərisində tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, sağ yan cibindən 01 (bir) ədəd işləmədiyini bildirdiyi “İphone” markalı mobil telefon, 01 (bir) ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon, 01 (bir) ədəd üzərində **********864136 rəqəmləri yazılan “Leobank”-a məxsus bank kartı, 01 (bir) ədəd üzərində **********237539 rəqəmləri yazılmış “Kapital Bank”-a məxsus bank kartı və 01 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini masanın üzərinə qoyduqdan sonra keçirilmiş şəxsi axtarış zamanı sonuncunun üzərində qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkarlanmamışdır. Şahid9 təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdə 24 qram olması müəyyən edilmiş, həmin kütlə qablaşdırıldıqdan sonra “DİN-in 7 saylı” möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, mobil telefonlar, bank kartları və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Şahid9 verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni tanışı Təqsirləndirilən şəxs vasitəsilə İran İslam Respublikasının vətəndaşı “Arif” adlı şəxsin vasitəsilə həmin gün Bakı şəhəri, Sabunçu rayonu ərazisindən götürdüyü bağlamanın içərisindən götürdüyünü, həmin maddələri Gündüz adlı şəxsə çatdırılmasını ona “Arif” adlı şəxsin bildirdiyini, həmin maddələr götürüb Gündüzə verdikdən sonra “Arif” adlı şəxsə həmin yerdə narkotik maddə tapmadığını söyləyəcəyini, Təqsirləndirilən şəxs hazırda inzibati qaydada həbs edildiyini, “Arif” adlı şəxsin dediyi yerdə bağlamanı gördükdən sonra həmin bağlamanı götürmək üçün gücünün çatmayacağını düşündüyündən tanışı olan X7 üçün çağırdığını, onun isə **-NU-*** dövlət qeydiyyat nişanlı “Nissan” markalı taksi ilə gəldiyini, həmin bağlamanı götürərək taksiyə qoyduğunu, lakin E.Babayevin həmin bağlamanın içərisində nə olması barədə məlumatlı olmadığını, üzərində aşkar edilmiş kütlənin qalan hissəsinin avtomobilin arxa oturacağındakı bağlamada olduğunu, həmin bağlamaya baxış keçirilməsinə etirazının olmadığını, daha əvvəl üzərinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (İ cild, səh. 34-35). 28.«Avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında» 20 iyul 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskdən görünür ki, Şahid9 avtomobilin arxa sağ qapısını açaraq orada saxladığı 01 (bir) ədəd əl çantasını və 01 (bir) ədəd qara rəngli kisəni təqdim etmiş, həmin əl çantasında iş üzrə əhəmiyyət kəsb edən bir əşya olmadığından baxış keçirilərək özünə qaytarılmışdır. Bundan sonra həmin kisəyə baxış zamanı içərisindən 06 (altı) ədəd sellofan bağlamada yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlə və 01 (bir) ədəd sellofan torbanın içərisindəki 06 (altı) ədəd bağlamada qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkildikdə tiryəkə bənzər kütlələrin 3,560 qram, qurudulmuş marixuanaya bənzər kütlələrin çəkisi 6,225 qram olmuş, həmin kütlələr qablaşdırılmış, “DİN-in 7 saylı” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Rahim Əzizov taksi sürücüsü kimi E.Babayevlə birgə verilən sifariş üzrə gəldiyini, E.Babayev Şahid9 xahişi əsasında ona kömək etmək üçün gəldiyini, lakin həmin bağlamada narkotik tərkibli maddələr olması barədə məlumatlı olmadığını söyləmiş, Şahid9 da saxlanılarkən onun yanında olan şəxslərin bu barədə məlumatlı olmadıqlarını, təqdim etdiyi qara rəngli kisədən aşkar edilmiş maddələrin narkotik tərkibli maddələr olduğunu bilsə də, bu miqdarda olmasını bilmədiyini, həmin maddələri saxlayıb Gündüz adlı şəxsə çatdırmaq üçün götürdüyünü, həmin maddələri Gündüzün “Arif” adlı İran İslam Respublikası vətəndaşının dediyi yerlərə çatdırması müqabilində Gündüzün narkotik maddə əldə edəcəyini bildirmiş, daha sonra avtomobildə heç nə aşkarlanmamışdır (İ cild, səh. 41-42). 29.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 20 dekabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxs axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin narkotik vasitə “Kakos” olduğunu. Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq bir ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq möhürlənmişdir (İİ cild, səh. 215-216). 30.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 29 yanvar 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən silah, onun komplekt hissələrinin, döyüş sursatı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 179 ünvanından götürdüyü ağ rəngli karton qutuda olan bağlamanı təqdim etmişdir. Həmin karton qutu açıldıqda içərisindən ağ rəngli torbaya bükülmüş 3 ədəd avtomat silah və 3 ədəd həmin silahın sandığı aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd avtomat silah və onun 3 ədəd sandığının istifadə edilib edilməməsi müəyyən olunması məqsədilə qablaşdırılaraq ekspertizaya göndəriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs Xətai rayonu, 8 Noyabr prospekti 179 ünvandan götürdüyü özünün bildirdiyinə görə 3 ədəd avtomat silahı və onun 3 ədəd darağını Whatsapp vasitəsi ilə Baba adlı İran İslam Respublikası vətəndaşı ilə danışıb həmin şəxsin ona bildirdiyi yerdən götürüb üzərində saxlamasını və daha sonra Baba adlı şəxsin ona deyəcəyi şəxsə çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş özünün bildirdiyinə silah və onun hissələri olan bağlama cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (İİ cild, səh. 85-86). 31.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, hər iki yuxarı ətrafda postineksion döyənək, sol saidin ön səthində çoxsaylı köhnə çapıq toxumaları aşkar edilmişdir. 32.Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 1(101)-1427/2024 nömrəli hökmündən görünür ki, Şahid9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 33.Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 1(101)-1427/2024 nömrəli hökmündən görünür ki, iş üzrə maddi sübut olmaqla Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 5868,226 qram olan narkotik vasitə qurudulmuş marixuananın, ümumi qalıq çəkisi 3809,7 qram olan narkotik vasitə tiryəkin məhv edilməsi, şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış və götürmə istintaq hərəkətləri zamanı fasiləsiz çəkilmiş videoyazının köçürüldüyü 02 (iki) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması qeyd edilmişdir. 34.«Maddi sübutun tanınması haqqında» 15 may 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,712 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin sübut kimi tanınmışdır (İİİ cild, səh. 37). 35.«Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında» 25 iyun 2024cü il tarixli qərardan görünür ki, istintaq zamanı cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs məxsus ekspertiza tədqiqatına sərf ediləndən sonra qalıq çəkisi 0,662 qram qalmış narkotik vasitə heroinin məhkəmə baxışına qədər saxlanması üçün Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilməsi, 01 ədəd DVD diskin isə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 ədəd Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatlar və 03 ədəd Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan darağlar, onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk iş üzrə maddi sübut qismində tanınmış, cinayət işinin istintaq materialları ilə tanış etmə mərhələsindən sonra, 03 ədəd Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatlar və 03 ədəd Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan darağlar saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlancına verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» diskin isə iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır (İİİ cild, səh. 82-95). 36.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, səh. 204). 37.«Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında» 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İİİ cild, səh. 7). 38.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, səh. 74). 39.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 4(011)-87/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 yanvar 2024-cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 125-130). 40.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 1(003)-295/2024 nömrəli hökmündən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 7(003)-82/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 1.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyun 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. 2.Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli təqsirli bilinib, həmin Məcəllənin 68.1.3 və 67.1-ci maddələrinin tələbləri nəzərə alınaraq ona 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 3.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsinin tələbləri nəzərə alınaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 05 fevral 2021-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 03 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 25 yanvar 2022-ci il tarixdə cəza müddəti bitmişdir. 4.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (İİ cild, səh. 150-152, 155-158, 159-163, 164-175). Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 41.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 42.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 43.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 44.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 45.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 46.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 47.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 48.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 49.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 50.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 51.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 52.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Qeyd olunan siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. Həmin siyahının 182-ci bəndinə görə 50 qram və yuxarı həddə narkotik vasitə olan tiryək külli miqdar hesab hesab edilir. 53.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X14rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 54.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. 55.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələri əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 56.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda vasitələr əldə etməsi, saxlaması və daşıması, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması, qanunsuz olaraq odlu silahları və onun komplekt hissəsini əldə edib üzərində saxlamaqla gəzdirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə düzgün tövsif edilmişdir. 57.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 58.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 60.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 61.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 62.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 63.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. 64.Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli təqsirli bilinib, həmin Məcəllənin 68.1.3 və 67.1-ci maddələrinin tələbləri nəzərə alınaraq ona 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsinin tələbləri nəzərə alınaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 05 fevral 2021-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 03 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 25 yanvar 2022-ci il tarixdə cəza müddəti bitmiş, lakin məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi dövrdə, yəni 20 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, 20 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş, 29 yanvar 2024-cü il tarixdə isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş hazırki cinayət əməllərini törətmiş və bununla da onun əməlində cinayətlərin təhlükəli residivi müəyyən olunmuşdur. 65.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 66.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 67.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 68.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 69.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 70.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 71.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 72.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. 73.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 74.Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. 75.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 76.Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 1(003)-295/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 77.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 1(003)-295/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. 78.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 79.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 noyabr 2023-cü il tarixdən 11 noyabr 2023-cü il tarixədək, 13 dekabr 2023-cü il tarixdən 15 dekabr 2023-cü il tarixədək və 20 dekabr 2023-cü il tarixdən 22 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 06 (altı) gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 80.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 81.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 82.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 83.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 84.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 29 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. 85.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 86.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 87.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 88.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,662 qram çəkidə narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, maddi sübut olaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 ədəd Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatların və 03 ədəd Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan darağların hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən videogörüntüləri özündə əks etdirən iki ədəd diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 89.Məhkəmə hesab edir ki, maddi sübut olmaqla Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 5868,226 qram olan narkotik vasitə qurudulmuş marixuananın, ümumi qalıq çəkisi 3809,7 qram olan narkotik vasitə tiryəkin məhv edilməsi, şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış və götürmə istintaq hərəkətləri zamanı fasiləsiz çəkilmiş videoyazının köçürüldüyü 02 (iki) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 1(101)-1427/2024 nömrəli hökmü nəzərə alınmalıdır. 90.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 91.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 92.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 93.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 94.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 95.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına ödənilməlidir. 96.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 1(003)-295/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlanıldığı 06 (altı) gün müddət ona təyin edilmiş 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 10 (on) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 29 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,662 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut olaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 ədəd Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatlar və 03 ədəd Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan darağlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar