Məhkəmə qərarları › İş №1(101)-396/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-396/2020

25.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-396/2020 25.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu, Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi- Həmidov Seymur Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Kəngərli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Mütəxəssis – X7 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4, 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamış, qanunsuz olaraq odlu silahı və onun komplekt hissəsini əldə etmiş, saxlamış və gəzdirib daşımış, qanunsuz olaraq soyuq silahı əldə etmiş, saxlıamış və gəzdirib daşımış, həmçinin qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirərək toplamaqla kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 155,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı, əldə edib yaşadığı Şabran şəhəri, V.Abdullayev küçəsi, 4 nömrəli evə daşıyaraq saxlamış, həmçinin istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd 5,6 mm kalibrli,TOZ-17 modelli, 13772 nömrəli, zavod istehsalı olan, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab olunan ov karabinini və onun komplekt hissəsi olan 5,6 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş bir ədəd darağını, həmçinin zavod üsulu ilə hazırlanmış, “Kalaşnikov” konstruksiyalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən bir ədəd süngü bıçağını əldə edib gəzdirərək daşımaqla yaşadığı Şabran şəhəri, V.Abdullayev küçəsi, 4 nömrəli evdə saxlamış, həmçinin yaşadığı evin həyətyanı torpaq sahəsində külli miqdarda, ümumilikdə 248 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kollarına aqrotexniki qulluq göstərməklə onları yetişdirərək kultivasiya etmiş və toplamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, xx xxxx 2019-cu il tarixdə saat 15:00-da yaşadığı ünvanda saxlanılaraq yaşadığı həmin evin həyətyanı sahəsində dayanmış vəziyyətdə olan, qardaşı X13 məxsus “VAZ-2107” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə və həyətyanı torpaq sahəsinə baxış keçirilərkən həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərindən 128 ədədi avtomobilin salonunda və arxa yük yerində, qalan 120 ədədi isə həyətyanı torpaq sahəsində, bundan sonra qeyd edilən yaşayış evinə baxış keçirilərkən həmin 155,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana baş tərəfdə yerləşən otaqdakı şkafın alt hissəsində bir ədəd qara rəngli sellofan torbanın içərisində, eləcə də bir ədəd 5,6 mm kalibrli,TOZ-17 modelli, 13772 nömrəli, zavod istehsalı olan, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab olunan ov karabini və onun komplekt hissəsi olan 5,6 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş bir ədəd daraq, həmçinin zavod üsulu ilə hazırlanmış, “Kalaşnikov” konstruksiyalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən bir ədəd süngü bıçağı yataq otağındakı şifonerin divara bitişik küncündə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1, 228.4, 234.1 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, atası, həyat yoldaşı və iki azyaşlı uşaqları ilə birlikdə yaşamış, təxminən 5 ilə yaxın müddətdə narkotik vasitə marixuana çəkib qəbul etmiş, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təxminən polis əməkdaşları tərəfindən tutulmazdan 4-5 il əvvəl yaşadığı ünvan 1 ünvanındakı fərdi evlərinin həyətyanı torpaq sahəsində yabanı halda bitmiş çətənə kolunun toxumlarından yığıb saxlamışdır. Əvvəllər hər il 1-2 ağac olmaqla çətənə kolu əkib-becərib, yarpaqlarından yığıb-qurudaraq özü üçün istifadə etmişdir. Sonuncu dəfə 2019-cu ilin aprel ayında evdə qalan çətənə toxumlarının hamısını həyətyanı sahənin bağ hissəsinə səpib, ara bir sulayıb onlara qulluq etmiş, orada çoxlu sayda çətənə bitki kolları yetişmişdir. Həmin kollardan “erkək” cinsli kolları çıxarıb atmağı, “meyvəli” olanlarının isə yarpaqlarını yığıb qurudub özü istifadə etməyi fikirləşmişdir. Həmçinin xx xxxx 2019-cu il tarixdə günorta saatlarında evdə həyətyanı sahədə yetişdirdiyi həmin çətənə kollarını torpaqdan çıxarmış, onlardan “erkək” cinsli hesab etdiklərini yandırmaq üçün idarə etdiyi, həyətdə saxladığı, qardaşı Samir Məmmədova məxsus Vaz-2107 markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə və salonuna yığmış, digərlərini isə yəni “meyvəli” hesab etdiyi ağacların yarpaqlarını yığmaq üçün çıxarıb bağ sahəsində saxlamışdır. Saat 15 radələrində yaşadığı evin həyətində kolları avtomobilə yığan zaman həyət darvazası döyülmüş, darvazanı açdıqda polis əməkdaşları özlərini təqdim edib, yaşayış sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. O sonunculara heç bir etiraz etməmiş və bundan sonra polis əməkdaşları onun, iki nəfər tanımadığı hal şahidi olan şəxslərin və aqronom kimi təqdim etdikləri şəxsin iştirakı ilə həyətyanı sahəsinə və evinə baxış keçirmişlər. Baxış zamanı həyətyanı sahənin bağından çıxarıb avtomobilə yığdığı, habelə bağ sahəsində saxladığı çətənə bitki kolları, habelə kolları kəsməkdə və becərməkdə istifadə etdiyi bağ qayçısı və bel aşkar etdilmişdir. Avtomobildəki kolların sayı 128 ədəd, bağ sahəsində isə 120 ədəd olması müəyyən edildikdən sonra, polis əməkdaşları tərəfindən dəvət olunmuş aqronom həmin bitkilərə baxıb qulluq edilmiş kollar olmasını təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları evə də baxmaq istədiklərini bildirmiş, o da heç bir etiraz etmədiyini, yaşadığı evə baxış zamanı evin baş hissəsində yerləşən otaqdakı şkafın alt gözündən əvvəldən çətənə kollarından yığıb qara rəngli sellofan torbada saxladığı narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra o, özü könüllü olaraq yataq otağında yerləşən şefonerin divara birləşik küncündə saxladığı “Toz-17” markalı odlu yivli silahı, bir ədəd süngü-bıçağı, habelə digər otaqda yerləşən şkafın alt gözündən isə 969 nömrəli şəhadətnamə əsasında özünə məxsus 12 kalibirli, “İJ” markalı yivsiz ov tüfəngini polis əməkdaşlarına təqdim etmiş və həmin “Toz-17” markalı silahı və süngü-bıçağı təxminən 10 il əvvəl Şabran rayonunda ov zonasına nəzarətçi işləyən, hazırda isə vəfat etmiş Baləli adlı şəxsdən 120 manata aldığını və ov üçün istifadə etdiyini, “Toz-17” markalı silahı da yalnız ov üçün özündə saxlamaqla istifadə etdiyini bildirmişdir. Baxış keçirildikdən sonra aşkar olunan predmetlər polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, onun iştirakı ilə fotoşəkillər çəkilmiş, bu barədə polis əməkdaşları tərəfindən əlyazma protokol tərtib olunmuş və protokolu imzalamışdır. Polis əməkdaşları ilə birlikdə Şabran RPŞ-yə getdikdən sonra onun üçün vəkil dəvət edilməklə hüquq və vəzifələri izah edilmiş, daha sonra isə üzərində axtarış da aparılmış və özünə məxsus bir ədəd “Samsung J6” markalı mobil telefonu polis əməkdaşları tərəfindən götürülmüşdür. Torbada saxladığı qurudulmuş marixuanananı özü əvvəldən həyətdəki çətənə kollarından yığıb qurutmuş, heç kimə satmaq, vermək məqsədi olmamış, özü qəbul etmək üçün saxlamışdır. Yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çənətə bitki kolları əkib becərməsindən, həmçinin narkotik vasitə qurudulmuş marixuana və odlu silah saxladığından ailə üzvlərinin xəbərləri və məlumatları olmamışdır. Elan edilməklə ona təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 55-63-cü vərəqlərində olmaqla, xx xxxx 2019-cu il tarixli 19/266R nömrəli ekspert rəyi ona tanışdır, həmin rəyə əsasən tədqiqata təqdim edilmiş “13772” №-li silahın, 5.6mm kalibrli, TOZ-17 modelli ov karabini olması, odlu yivli silah olması, texniki cəhətdən saz olmaqla atəş üçün yararlı olması ona aydındır. Bir da bildiri ki, onun həmin silahın qanunverciliklər qadağan edilmiş odlu silah hesab edilməsindən xəbəri olmamışdır, həmin silahı ov silahı olaraq istifadə etmişdir. Elan edilməklə ona təqdim edilmiş, cinayət işinin 1ci cildinin 51-54-cü vərəqlərində olmaqla, məhkəmə-bioloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 18000 nömrəli ekspert rəyi ona tanışdır, həmin rəyə əsasən yaşadığı ünvandan aşkar olunaraq götürülmüş qurudulmuş marixuana ilə həyatyanı sahəsindən götürülmüş çətənə bitkisi kollarının tərkiblərinə görə eyni olmasının müəyyən edilməsi ona aydındır. Bildirir ki, həmin qurudulmuş marixuananı əvvəllər əkdiyi çətənə kollarını qurudaraq əldə etmiş və özünün istifadəsi üçün yaşadığı evdə saxlamışdır. Bildirir ki, himayəsində iki azyaşlı uşağı vardır, ailəsinin yeganə gəlir gətirən üzvüdür və ağır xəstə olan atası da hazırda onun himayəsindədir. Özü 2014cü ildən “Xroniki VİRUS B hepatiti” xəstəliyindən əziyyət çəkir və əkdiyi narkotik vasitələri yalnız şəxsi istifadə etmək məqsədilə əkib qulluq etmiş və bir hissəsini qurudaraq saxlamışdır. İstifadəsində qanunsuz odlu silah olmamışdır, onun evində olan hər iki silah ov silahı olmaqla, onlardan yalnız ov etmək məqsədi ilə istifadə etmişdir. Buna görə də barəsində olan cinayət işinə düzgün baxılaraq, narkotik vasitə istifadəçisi olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, işlədiyi Baş idarəyə xx xxxx 2019-cu il tarixdə ünvan 3-də43 yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəhbərliyə məruzə olunmaqla əməliyyat qrupu yaradılmış və qrupla birlikdə həmin məlumatın yoxlanılması məqəsdilə əməliyyat axtarış tədbirləri keçirmək üçün Şabran şəhərinə yollanmışlar. Şabran RPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi Şahid4 həmin tədbirdə iştirak etmək üçün əməliyyat qrupa daxil edildikdən sonra, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman iştirak etmək üçün mütəxəssis qismində aqranom və tədbirdə iştirak etmək üçün iki nəfər hal şahidi dəvət olunaraq onlara keçiriləcək əməliyyat tədbirinin mahiyyətinin izah olunmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, V.Abdullayev küçəsi 4 nömrəli evin darvazasını döymüş, qapını açan Təqsirləndirilən şəxs özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını, yaşadığı evə və həyatyanı sahəsinə baxış keçirmək lazım olduğunu bildirmişlər. Onların bu təklifinə cavab olaraq, Təqsirləndirilən şəxs yaşadığı evə və həyatyanı sahəsinə baxışın keçirilməsinə etirazının olmadığını bildirmiş və onların evin həyətyanı sahəsinə dəvət etmişdir. Budnan sonra evin həyətində saxlanılan ağ rəngli vaz-2107 markalı 10MK159 dövlət nömrə nişanlı avtomobilin açıq vəziyyətdə olan yük yerində və avtomobilin salonunda narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kolları həyətin bağ hissəsində əkibbecərdiyini, avtomobilin yük yerində və salonunda olan kolları yandırmaq üçün çıxarıb yığdığını, elə həmin gün həmin narkotik vasitələri yandırmağı düşündüyünü, həmçinin həmin kollardan bir hissəsinin də bağ sahəsində əkdiyi yerdə çıxardıb saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü tədbir iştirkaçılarını bağ sahəsinə aparmış və orada da çətənə kollarına oxşar bitkilərin torpaqdan çıxardılmış vəziyyətdə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin də narkotik tərkibli çətənə bitkisi olduğunu və özünün əkib-yetişdirərək kultivasiya etdiyini qeyd etmiş, baxışda iştirak edən aqronom X5 aşkar edilmiş bitkiləri və bitkilərin əkildiyi torpaq sahəsini müayinə edərək bitkilərin narkotik əsaslı çətənə bitkisi olduğunu və onlara aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edildiyini bildirmişdir. Həmin narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakları ilə sayılan zaman avtomobilin salon və yük yerində ümumilikdə 128 ədəd, həyatyanı sahənin bağ hissəsində isə 120 ədəd kolun olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri kultivasiya edən zaman istifadə etdiyi bir ədəd bağ qayçısını və bir ədəd beli də təhvil vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən, evə daxil olan zaman Təqsirləndirilən şəxs giriş qapısından sol tərəfdə yerləşən otağı göstərərək həmin otaqda qurudulmuş marixuana saxladığını bildirmiş, həmin otağa hal şahidlərinin iştirakları ilə baxış keçirən zaman şkafın alt gözündən bir ədəd qara rəngli sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin də qurudulmuş marixuana olduğunu və bir il əvvəl əkdiyi çətənə kollarından topladığını deyib, sonrasında evin digər yataq otağından “Toz” markalı silahı və bir ədəd süngü-bıçağı təqdim edib onları təxminən 10 il əvvəl Şabran rayonunda “Balləli” adlı şəxsdən 120 manata aldığını, bundan başqa paralel yerləşən otaqda şkafın alt gözündə saxladığı bir ədəd ov tüfəngini və 98 ədəd patronları təqdim edib özünə məxsus olmasını bildirmişdir. Bundan sonra evin bütün otaqlarına baxış keçirilmiş, heç bir dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş qurudulmuş marixuana sellofan torba ilə birlikdə çin istehsalı elektron tərəzidə çəkilmiş və sellofan torba ilə birlikdə çəkisinin ümumilikdə 157 qram olması müəyyən edilmişdir. Baxış zamanı aşkar edilmiş ümumilikdə 248 ədəd çətənə kollarına bəzər bitkilər, bir ədəd bağ qayçısı, bir ədəd bel, bir ədəd sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd “Toz” markalı silah, bir ədəd süngü bıçaq, bir ədəd ov silahı və 98 ədəd patronlar qablaşdırılaraq götürülmüş, bu barədə həmin yerdə protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə Şabran RPŞ-yə getmişlər və orada Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd “Samsung J6” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək, xx xxxx 2019-cu il tarixdə ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumatın yoxlanılması məqəsdilə əməliyyat axtarış tədbirləri keçirmək üçün Şabran şəhərinə yollandıqlarını, Şabran RPŞ-nın Cinayət Axtarış Bölməsinin rəisi Şahid4 həmin tədbirdə iştirak etmək üçün əməliyyat qrupa daxil edildiyini, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman iştirak etmək üçün mütəxəssis qismində aqranom və iki nəfər hal şahidi dəvət olunduğunu, həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, V.Abdullayev küçəsi 4 nömrəli evin darvazasını döydüklərini və qapını açan Təqsirləndirilən şəxs özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını, yaşadığı evə və həyatyanı sahəsinə baxış keçirmək lazım olduğunu, Təqsirləndirilən şəxs yaşadığı evə və həyatyanı sahəsinə baxışın keçirilməsinə etirazının olmadığını, evin həyətində saxlanılan ağ rəngli vaz-2107 markalı 10MK159 dövlət nömrə nişanlı avtomobilin yük yerinin açıq vəziyyətdə olmasını, yük yerində və avtomobilin salonunda narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərin olmasını, Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu və onları həyətin bağ hissəsində əkib-becərdiyini və həmin kollardan bir hissəsinin də bağ sahəsində əkdiyi yerdə çıxardıb saxladığını, Təqsirləndirilən şəxs tədbir iştirkaçılarını bağ sahəsinə apardığını və orada da çətənə kollarına oxşar bitkilərin torpaqdan çıxardılmış vəziyyətdə aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin bitkilərin də narkotik tərkibli çətənə bitkisi olduğunu və özünün əkib-yetişdirərək kultivasiya etdiyini, baxışda iştirak edən aqronom X2 aşkar edilmiş bitkiləri və bitkilərin əkildiyi torpaq sahəsini müayinə edərək bitkilərin narkotik əsaslı çətənə bitkisi olduğunu və onlara aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edildiyini bildirdiyini, həmin narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakları ilə sayılan zaman avtomobilin salon və yük yerində ümumilikdə 128 ədəd, həyatyanı sahənin bağ hissəsində isə 120 ədəd kolun olması müəyyən edildiyini, Təqsirləndirilən şəxs həmin bitkiləri kultivasiya edən zaman istifadə etdiyi bir ədəd bağ qayçısını və bir ədəd beli təhvil verdiyini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildiyini, evə daxil olan zaman Təqsirləndirilən şəxs giriş qapısından sol tərəfdə yerləşən otağı göstərərək həmin otaqda qurudulmuş marixuana saxladığını həmin otağa hal şahidlərinin iştirakları ilə baxış keçirən zaman şkafın alt gözündən bir ədəd qara rəngli sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu və bir il əvvəl əkdiyi çətənə kollarından topladığını, evin digər yataq otağından “Toz” markalı silahı və bir ədəd süngü-bıçağı təqdim edib onları təxminən 10 il əvvəl Şabran rayonunda “Balləli” adlı şəxsdən 120 manata aldığını, bundan başqa paralel yerləşən otaqda şkafın alt gözündə saxladığı bir ədəd ov tüfəngini və 98 ədəd patronları təqdim edib özünə məxsus olmasını, bundan sonra evin bütün otaqlarına baxış keçirildiyini, heç bir dövriyyəsi qadağan edilmiş əşya və predimet aşkar edilmədiyini, aşkar edilmiş ümumilikdə 248 ədəd çətənə kollarına bəzər bitkilər, bir ədəd bağ qayçısı, bir ədəd bel, bir ədəd sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd “Toz” markalı silah, bir ədəd süngü bıçaq, bir ədəd ov silahı və 98 ədəd patronlar qablaşdırılaraq götürüldüyünü, bu barədə həmin yerdə protokol tərtib edildiyini, bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə Şabran RPŞ-yə gəldiklərini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarı keçirən zaman bir ədəd “Samsung J6” markalı mobil telefonun aşkar edilərək götürüldüyünü bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şabran RPŞ-nın Cinayət Axtarış Bölməsinin rəisi Şahid4 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə Baş X1 İdarəsinin əməkdaşları tərəfindən Şabran rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirlərində iştirak etmişdir. Şöbə rəhbərliyinin göstərişi ilə rayon ərazisini və əməliyyat şəraitinə yaxşı bələd olduğu üçün əməliyyat qrupuna daxil edilmişdir. Keçiriləcək tədbirin mahiyyəti barədə ona məlumat verildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman iştirak etmək üçün mütəxəssis qismində aqronom dəvət etmişlər. Mütəxəssisəs hüquq və vəzifələri izah edilmiş, bundan sonra keçiriləcək əməliyyat tədbirində iştirak etmələri üçün şöbəyə iki nəfər hal şahidi dəvət olunaraq onlara keçiriləcək əməliyyat tədbirinin mahiyyəti izah olunmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilmişdir. Bundan sonra həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, V.Abdullayev küçəsi 4 nömrəli evin darvazasını döymüş, qapını açan Təqsirləndirilən şəxs özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını, yaşadığı evə və həyatyanı sahəsinə baxış keçirmək lazım olduğunu bildirmişlər. Onların bu təklifinə cavab olaraq, Təqsirləndirilən şəxs yaşadığı evə və həyatyanı sahəsinə baxışın keçirilməsinə etirazının olmadığını bildirmiş və onların evin həyətyanı sahəsinə dəvət etmişdir. Budnan sonra evin həyətində saxlanılan ağ rəngli vaz-2107 markalı 10MK159 dövlət nömrə nişanlı avtomobilin açıq vəziyyətdə olan yük yerində və avtomobilin salonunda narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kolları həyətin bağ hissəsində əkib-becərdiyini, avtomobilin yük yerində və salonunda olan kolları yandırmaq üçün çıxarıb yığdığını, elə həmin gün həmin narkotik vasitələri yandırmağı düşündüyünü, həmçinin həmin kollardan bir hissəsinin də bağ sahəsində əkdiyi yerdə çıxardıb saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü tədbir iştirkaçılarını bağ sahəsinə aparmış və orada da çətənə kollarına oxşar bitkilərin torpaqdan çıxardılmış vəziyyətdə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin də narkotik tərkibli çətənə bitkisi olduğunu və özünün əkib-yetişdirərək kultivasiya etdiyini qeyd etmiş, baxışda iştirak edən aqronom X5 aşkar edilmiş bitkiləri və bitkilərin əkildiyi torpaq sahəsini müayinə edərək bitkilərin narkotik əsaslı çətənə bitkisi olduğunu və onlara aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edildiyini bildirmişdir. Həmin narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakları ilə sayılan zaman avtomobilin salon və yük yerində ümumilikdə 128 ədəd, həyatyanı sahənin bağ hissəsində isə 120 ədəd kolun olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri kultivasiya edən zaman istifadə etdiyi bir ədəd bağ qayçısını və bir ədəd beli də təhvil vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən, evə daxil olan zaman Təqsirləndirilən şəxs giriş qapısından sol tərəfdə yerləşən otağı göstərərək həmin otaqda qurudulmuş marixuana saxladığını bildirmiş, həmin otağa hal şahidlərinin iştirakları ilə baxış keçirən zaman şkafın alt gözündən bir ədəd qara rəngli sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin də qurudulmuş marixuana olduğunu və bir il əvvəl əkdiyi çətənə kollarından topladığını deyib, sonrasında evin digər yataq otağından “Toz” markalı silahı və bir ədəd süngü-bıçağı təqdim edib onları təxminən 10 il əvvəl Şabran rayonunda “Balləli” adlı şəxsdən 120 manata aldığını, bundan başqa paralel yerləşən otaqda şkafın alt gözündə saxladığı bir ədəd ov tüfəngini və 98 ədəd patronları təqdim edib özünə məxsus olmasını bildirmişdir. Bundan sonra evin bütün otaqlarına baxış keçirilmiş, heç bir dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı aşkar edilmiş ümumilikdə 248 ədəd çətənə kollarına bəzər bitkilər, bir ədəd bağ qayçısı, bir ədəd bel, bir ədəd sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd “Toz” markalı silah, bir ədəd süngü bıçaq, bir ədəd ov silahı və 98 ədəd patronlar qablaşdırılaraq götürülmüş, bu barədə həmin yerdə protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə Şabran RPŞyə getmişlər və orada Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd “Samsung J6” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 oğlu ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə Baş X1 İdarəsinin əməkdaşları tərəfindən Şabran rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirlərində hal şahidi qismində iştirak etmişdir. Əməliyyat tədbiri zamanı əvvəllər tanımadığı, şəxsiyyəti yalnız polis əməkdaşlarına özünü təqdim etdikdən sonra ona məlum olan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində ağ rəngli VAZ-2107 markalı, **-MK- *** dövlət nömrə nişanlı avtomobil olmuş, həmin avtomibilin yük yeri açıq vəziyyətdə olmaqla, yük yerində və avtomobilin salonunda narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolları olmasının şahidi olmuşdur. Polis əməkdaşlarının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu və onları həyətin bağ hissəsində əkib-becərdiyini, avtomobilindəki çətənə kollarını həmin gün yandırmaq barədə düşündüyü üçün avtomobilinə yığdığını, həmin kollardan bir hissəsinin isə bağ sahəsində əkdiyi yerdə çıxardıb saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onları bağ sahəsinə aparmış və orada da çətənə kollarına oxşar bitkilər torpaqdan çıxardılmış vəziyyətdə aşkar edildmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin də narkotik tərkibli çətənə bitkisi olduğunu və özünün əkib-yetişdirərək kultivasiya etdiyini, sonradan özünün istifadə edəcəyini bildirmiş, baxışda iştirak edən aqronom kimi onlara təqdim olunmuş Rəşad Hacıyev aşkar edilmiş bitkiləri və bitkilərin əkildiyi torpaq sahəsinə baxaraq bitkilərin narkotik əsaslı çətənə bitkisi olduğunu və onlara aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edildiyini bildirmişdir. Həmin narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və onların iştirakları ilə sayılan zaman avtomobilin salon və yük yerində ümumilikdə 128 ədəd, həyatyanı sahənin bağ hissəsində isə 120 ədəd kolun olmasının şahidi olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs həmin bitkiləri kultivasiya edən zaman istifadə etdiyi bir ədəd bağ qayçısını və bir ədəd beli də polis əməkdaşlarına təhvil vermişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən, evə daxil olan zaman Təqsirləndirilən şəxs giriş qapısından sol tərəfdə yerləşən otağı göstərərək həmin otaqda qurudulmuş marixuana saxladığını, polis əməkdaşları həmin otağa onların iştirakları ilə baxış keçirən zaman şkafın alt gözündən bir ədəd qara rəngli sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu bildirmiş, bundan sonra evin digər yataq otağından “Toz” markalı silahı və bir ədəd süngü-bıçağı təqdim edib onları təxminən 10 il əvvəl Şabran rayonunda “Balləli” adlı şəxsdən 120 manata aldığını, həmin otağa paralel yerləşən otaqda şkafın alt gözündə saxladığı bir ədəd ov tüfəngini və 98 ədəd patronu təqdim edib özünə məxsus olmasını, hər iki silahla ov etdiyini və bu məqsədlə evində saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşları evin bütün otaqlarına baxış keçirmiş, qanunsuz əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş ümumilikdə 248 ədəd çətənə kollarına bəzər bitkilər, bir ədəd bağ qayçısı, bir ədəd bel, bir ədəd sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd “Toz” markalı silah, bir ədəd süngü bıçaq, bir ədəd ov silahı və 98 ədəd patron polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, Eyni zamanda baxış keçirilən müddətdə polis əməkdaşları tərəfindən fotoşəkillər də çəkilmişdir. Hərəkətlər yekunlaşdıqdan sonra protokol tərtib edilmiş və protokolu bütün iştirakçılar kimi o özü də imzalamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsindən görünür ki, xx xxxx 2019-cu il tarixdə Baş X1 İdarəsinin əməkdaşları tərəfindən Şabran rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirlərində hal şahidi qismində iştirak etmişdir. Tədbirə başlamazadan qabaq Şabran RPŞ-də ona və digər hal şahidinə keçiriləcək əməliyyat tədbirinin mahiyyəti və hüquqları və vəzifələri polis əməkdaşları tərəfindən izah olunmuşdur. Sonra polis əməkdaşları ilə birlikdə ünvan 2 ünvanının qarşısına getmişlər. Həmingün saat 15 radələrində polis əməkdaşları barəsində əməliyyat tədbiri keçirdikləri Təqsirləndirilən şəxs adlı şəxsin yaşadığı evin darvazasını döyümlər və qapını bir nəfər orta yaşlı kişi açmışdır. Polis əməkdaşları həmin şəxsə xidməti vəsiqələrini təqdim edərək Baş X1 İdarəsinin əməkdaşları olduqlarını bildirərrək həmin şəxsin anket məlumatlarını soruşmuşlar. Qapını açan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmasını bildirmişlər və barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış etmişlər. Polis əməkdaşları ona yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirmək lazım olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxışın keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olmuşlar. Həyətdə ağ rəngli VAZ-2107 markalı **-MK-*** dövlət nömrə nişanlı avotomobilin saxlanıldığını, avtomibilin yük yerinin açıq vəziyyətdə olmasını, yük yerində və avtomobilin salonunda narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərin olmasının şahidi olmuşlar. Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu və onları həyətin bağ hissəsində əkib-becərdiyini və həmin kollardan bir hissəsinin də bağ sahəsində əkdiyi yerdə çıxardıb saxladığını bilmişdir. Təqsirləndirilən şəxs onları bağ sahəsinə aparmış və orada da çətənə kollarına oxşar bitkilər torpaqdan çıxardılmış vəziyyətdə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin də narkotik tərkibli çətənə bitkisi olduğunu və özünün əkib-yetişdirərək kultivasiya etdiyini demişdir. Baxışda iştirak edən aqronom X5 aşkar edilmiş bitkiləri və bitkilərin əkildiyi torpaq sahəsini müayinə edərək bitkilərin narkotik əsaslı çətənə bitkisi olduğunu və onlara aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edildiyini bildirmişdir. Həmin narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və onların iştirakları ilə sayılan zaman avtomobilin salon və yük yerində ümumilikdə 128 ədəd, həyatyanı sahənin bağ hissəsində isə 120 ədəd kolun olmasının şahidi olmuşlar. Bundan başqa Təqsirləndirilən şəxs həmin bitkiləri kultivasiya edən zaman istifadə etdiyi bir ədəd bağ qayçısını və bir ədəd beli polis əməkdaşlarına təhvil vermişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmişlər. Evə daxil olan zaman Təqsirləndirilən şəxs giriş qapısından sol tərəfdə yerləşən otağı göstərərək həmin otaqda qurudulmuş marixuana saxladığını bildirmişdir. Polis əməkdaşları həmin otağa onların iştirakları ilə baxış keçirən zaman şkafın alt gözündən bir ədəd qara rəngli sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra evin digər yataq otağından “Toz” markalı silahı və bir ədəd süngü-bıçağı təqdim edib onları təxminən 10 il əvvəl Şabran rayonunda “Balləli” adlı şəxsdən 120 manata aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin otağa paralel yerləşən otaqda şkafın alt gözündə saxladığı bir ədəd ov tüfəngini və 98 ədəd patronları təqdim edib özünə məxsus olmasını bildirmişdir. Daha sonra polis əməkdaşlar evin bütün otaqlarına baxış keçirmiş, qanunsuz əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş ümumilikdə 248 ədəd çətənə kollarına bəzər bitkilər, bir ədəd bağ qayçısı, bir ədəd bel, bir ədəd sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd “Toz” markalı silah, bir ədəd süngü bıçaq, bir ədəd ov silahı və 98 ədəd patronlar polis əməkdaşları tərəfindən qablaşdırılmış və götürülmüşdür. Həmin zaman protokol tərtib edilmiş və doğru tərtib edildiyi üçün bütün iştirakçılar kimi o da imzası ilə təsdiq etmişdir. (cild 01, iş vər. 228-230) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstinaq Şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbiri nəticəsində toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.2, 237.2.3-cü maddələrinin tərkibi olduğundan faktla bağlı Təqsirləndirilən şəxs barəsində həmin maddələrlə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (cild 01, iş vər. 1-2) İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyat müvəkkili Şahid1 həmin idarənin rəisi vəzifəsini müvəqqəti icra edən səlahiyyətli şəxsə etdiyi məruzə raportundan görünür ki, əməliyyat müvəkkili tərəfindən xx.xx.1981-ci ildə Dəvəçi şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olan, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması məruzə edilmiş, əməlumatın yoxlanılması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət əməlllərinin ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. (cild 01, iş vər. 4) İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyat müvəkkili Şahid1 tərəfindən qəbul olunmuş xx xxxx 2019-cu il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilməsi və onun cinayət əmələrinin aşkar edilməsi məqsədi ilə Şabran rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs yaşayış yerinə baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 05) İşdə olan xx xxxx 2019-cu il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin rəisinə yazılı ərizə ilə müraciət edərək polis əməkdaşları tərəfindən yaşadığı evinə, həyətyanı sahəsinə və həyətində olan nəqliyyat vasitələrinə baxış keçirilməsinə heç bir etiraz etmədiyini bildirmişdir. (cild 01, iş vər. 12) İşdə olan xx xxxx 2019-cu il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin təhqiqatçısı tərəfindən, həmin idarənin əməliyyat müvəkkillərinin, Şabran RPŞ-nın Cinayət Axtarış Bölməsinin rəisinin, aqronom Şabran rayon X12 rəis əvəzi, X2, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanındakı fərdi yaşayış sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, yaşayış sahəsinin girişi dəmir materiallı ikitaylı qəhvəyi-qara rəngli darvazadandır, həmin darvazadan içəri daxil olduqda həyət və çardaq, çardaqla üzbəüz yaşayış evi, sol tərəfdə isə yarımçıq tikililər və bağ sahəsinə giriş yolu yerləşir. Darvazanın həyətyanı tərəfdən ön hissəsində ağ rəngli, VAZ-2107 markalı, **- MK-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Həmin avtomobilin yük yeri açıq vəziyyətdədir. Avtomobilin yük yerində və salonunda narkotik tərkibli çətənə bitkisinə bənzər bitki kolları vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin bitkiləri göstərərək narkotik tərkibli çətənə kolları olmasını, onları həyətyanı sahəsinin bağ hissəsində əkib becərdiyini, bitkilərin bir hissəsini də bağ sahəsində əkdiyi yerdə çıxarıb saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bağ sahəsini göstərdi və orada da narkotik tərkibli çətənə kollarını torpaqdan çıxarılmış vəziiyyətdə və kötükləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin bitkilərin də çətənə bitkisi olduğunu və özü əkib yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom, mütəxəssis X3 təqdim olunan birkilərə və əkilmə yerinə baxaraq narkotik xassəli çətənə bitkisi olmasını və onlara aqrotexniki qaydada qulluq göstərilərək kultivasiya edilməsini bildirmişdir. Aşkar olunmuş bitkilər sayılarkən VAZ-2107 markalı avtomobildə 128 ədəd, həyətyanı sahəsinin bağ hissəsində isə 120 ədəd olmaqla, cəmi 248 ədəd olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həyətyanı sahədə bağ hissəsində çətənə kollarını əkib kultivasiya etməkdə istifadə etdiyi alətləri – bir ədəd bağ qayçısı və bir beli də göstərib təhvil vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, yaşayış evi birmərtəbəli mişar adşlarından hörülmüşdür, giriş qapısı birtaylı, taxta materialdandır. Qapıdan içəri daxil olduqda ümumi zal, sağda mətbəx, ön hissədə isə daha bir zalın giriş qapısı, sol tərəfdə isə daha bir otaq yerləşir. Təqsirləndirilən şəxs sol tərəfdə yerləşən otağı göstərib bildirmişdir ki, orada qurudulmuş marixuana saxlayır. Həmin otağa baxış zamanı, şkafın alt gözündən bir ədəd qara rəngli sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin marixuanananı bir il əvvəl əkdiyi çətənə kollarından topladığını bildirmişdir. Bundan başqa evin digər zalından girişi olan yataq otağındakı şefonerin divara bitişik küncündə saxladığı bir ədəd TOZ markalı silah və bir əddə süngübıçağıtəqdim edib, təxminən bir il əvvəl Şabran rayonunda “Baləli” adlı şəxsdən 120 manata aldığını bildirmişdir. Bundan başqa paralel yerləşən otaqdakı şkafın alt gözündə saxladığı bir ədəd ov tüfəngini və 98 ədəd patronu təqdim edib, özünə məxsus olmasını bildirmişdir. Aşkar olunmuş qurudulmuş marixuana sellofan torba ilə birlikdə çin istehsalı elektron tərəzidə çəkilmiş və sellofan torba ilə birlikdə çəkisinin ümumilikdə 157 qram olması müəyyən edilmişdir. Ümumilikdə 248 ədəd çətənə kollarına bənzər birki, bir ədəd bağ qayçısı, bir ədəd bel, bir ədəd sellofan torbada qurudulmuş marixanaya bənzər kütlə , bir ədəd süngü-bıçaq və bir ədəd ov silahı 98 ədəd patronları ilə birlikdə aşkar edilərək əkildiyi torpaq sahəsindən torpaq nümunəsi götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilmişdir. (cild 01, işvər. 13-20) İşdə olan “Təqdim olunmuş bitkilərə baxış keçirilməsi barədə” xx xxxx 2019-cu il tarixli Şabran rayon Bitki Mühafizəsinin rəis əvəzi tərəfindən verilmiş rəydən görünür ki, təqdim edilən bitkilər yarpaqlarına, gövdəsinə, zoğuna və yarpaqlarının iyinə görə narkotik xassəli çətənə bitkisidir, həmin bitkilər Şabran şəhəri V.Abdullayev küçəsi ev 4-də yaşayan Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə əkilib yetirilmişdir, bitkilərin ətrafı ot örtüyündən təmizlənmişdir, dibləri boşaldılmış, diblərinə üzvi kübrə verilmişdir, torpağı ətraf torpaqla münasib olmayıb suvarılma əlamətləri aşkar edilmişdir. Bitkilərin hündürlüyü təxminən 120-200 sm-dir, gövdələrin inkişafda olması, budaqların və yarpaqların inkişaf müddətinə uyğun kifayət qədər inkişaf etməsi həmin bitkiyə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasiya edilməsini göstərir. Həmin bitkinin sayı 248 ədəddir. (cild 01, iş vər. 21) İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 16.30-da DİN-in BMCMİ-nin İstintaq və X6 bölməsinin təhqiqatçısı X11 tərəfindən şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs tutulmasının faktiki olaraq onun azadlıq hüququnun məhdudlaşdırıldığı andan, yəni xx.xx.2019-cu il tarixdə saat 15.00-dan hesab edilməli olması qeyd olunmuşdur. (Cild 01, iş vər. 29) İşdə olan “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, DİN-in BMCMİ-nin İstintaq və X6 bölməsinin təhqiqatçısı X11 tərəfindən, həmin idarənin əməliyyat müvəkkillərinin və müdafiəçinin iştirakları ilə “X29 4” markalı mobil cihazla videoçəkiliş aparılmaqla Şabran RPŞ-də Təqsirləndirilən şəxs üzərində şxəsi axtarış və götürmə həyata keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir əddə qara rəngli “Samsung J6” markalı mobil telefon cihazı aşkar edilmiş və götürülmüşdür. (cild 01, iş vər. 36) İşdə olan Təqsirləndirilən şəxs Baş X1 İdarəsinin rəhbərliyinə olan əlyazma izahatından görünür ki, sonuncu ifadəsində göstərdiyi halları təsdiqləyən məzmunda izahat vermişdir. (cild 01, iş vər. 39) İşdə olan məhkəmə-bioloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 18000 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş qurudulmuş marixuanya bənzər bitki kütləsi” yazılar və imzalar olan qara rəngli polietilen torbada təmiz çəkisi-155,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs həyatyanı sahəsindən aşkar olunaraq götürülmüş çətənə bitkisinə bənzər kollar” yazılar və imzalar olan iki ədəd polietilen bağlamalarda yaş vəziyyətdə, ümumi sayı 248 (iki yüz qırx səkkiz) ədəd olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilər tərkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəssisin) rəylərinə əsasən təqdim olunmuş 248 (iki yüz qırx səkkiz) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş marixuna ilə çətənə (kannabis) bitkiləri tərkiblərindəki kannabinoidli komponentlərin ölçülərinə və xromatoqrammada alınmış ləkələrin tündlüklərinə görə fərqlənirlər. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş torpaq nümunəsi” yazılar və imzalar olan sellofan torbada olan torpaq nümunəsinin tərkibində az miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Az miqdarda olduqları üçün onlarla müqayisəli tədqiqat aparılmadı. Qeyd: marixuananın təmiz çəkisi-155,0 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq 154,98 qram. (cild 01, iş vər. 51-54) İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxx 2019-cu il tarixli 19/266R nömrəli ekspert rəyindən və əlavə olunmuş fotocədvəldən görünür ki, tədqiqata təqdim edilmiş “13772” №-li silah, keçmiş SSRİ dövlətində, Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş 5.6mm kalibrli, TOZ-17 modelli ov karabinidir, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur. Təqdim edilmiş 01 ədəd daraq TOZ-17 modelli silahların bir hissəsidir-darağıdır və 5.6mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuşdur. Tədqiqata təqdim edilmiş “152715066” nömrəli silah X4 mexaniki zavodunda istehsal olunmuş 12 kalibrli Baykal MP-27Em modelli hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 97 ədəd ov patronları zavod üsulu ilə doldurulmuş 12 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuşdur, hərbi döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadə üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd ov patronu zavod üsulu ilə doldurulmuş 16 kalibrli ov patronudur, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuşdur, hərbi döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 24 ədəd ov patronu yerləşdirmək üçün nəzərdə tutulmuş əşya zavod üsulu ilə dəri materialından hazırlanmış kəmərdir. Təqdim edilmiş “13772”№-li, 5.6 mm kalibrli, TOZ-17 modelli silahdan eksperimental atəşlər zamanı əldə edilmiş giliz nümunələri idarənin “Güllə-Giliz” məlumat bazasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (cild 01, iş vər. 55-63) İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-634/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Əi oğlunun barəsində həbsetmə müdddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 109-111) İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 5(005)- 362/2019 və 5(005)-363/2019 nömrəli qərarların surətlərindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək daxil olan və bu nömrədən çıxan zənglərin siyahısı, həmin mobil nömrə üzrə aparılan danışıqların hansı stansiyalardan ötürülməsi və qəbul edilməsi barədə anten məlumatları, qəbul olunan və gpndərilən SMS-lərin siyahısı, SMS-lərin mətnləri, həmin nömrənin sahibinin, eləcə də daxil olan və çıxan zənglər siyahısına aid hər bir mobil nömrə sahibinin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqlar və məlumatların “xxxxxxxx” Telekom MMC və “xxxxxxx” MMC-dən götürülməsi qərara alınmışdır. (cild 01, iş vər. 136-137,138-139) İşdə olan Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə Şabran rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx xxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (cild 01, iş vər. 141) İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx xxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vər. 143). İşdə olan xx.xx.2019-cu il tarixli, 3876 nömrəli Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər X20 üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 3də yaşayan Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış sakinlərə qarşı hörmətsizliklər etməmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Təqsirləndirilən şəxs məhəllənin ictimai işlərində iştirak etmişdir. Məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. (cild 01, iş vər. 148) İşdə olan məhkəmə-ballistik ekspertizasının xx xxxx 2019-cu il tarixli 18134 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici xassəyə malik olan süngü bıçağıdır, soyuq silah hesab edilir, üzərində sonradan dəyişiklik edilməmişdir. (cild 01, iş vər. 152-155) İş üzrə keçirilmiş ambulator məcburi narkoloji ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 2153 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vərəq: 169-170.) İşdə olan xx xxxxxx 2019-cu il tarixli, “Cinayət işinin istinaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, “xxxxxxxx” MMC-dən xx xxxxxx 2019cu il tarixli, 22202 nömrəli müşayiət məkubu ilə daxil olmuş 01 ədəd diskə və “xxxxxxx” MMC-dən xx xxxxxx 2019-cu il tarixli AZF/LHL11136/19 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd diskə müstəntiq tərəfindən baxış keçirilmiş, disklərdə aşkar edilmiş fayllarda iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. (cild 01, iş vər. 210, 211) İşdə olan xx xxxxxx 2019-cu il tarixli, “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd “Samsung” markalı, J6 modelli mobil telefon aparatına baxış keçirilmiş, monil telefonun daxili proqramlarına baxış zamanı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. (cild 01, iş vər. 212) İşdə olan X23 Xəstəxanasının xx xxxxxx 2019-cu il tarixli 6110 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs atası X17 xx xxxxxx 2019-cu il tarixdə “Hipertonik kriz BQDP” diaqnozu ilə Şabran RMX-nın reanimasiya şöbəsində stasionar şüalicə alır. Ümumi vəziyyəti ağırdır. (cild 01, iş vər. 237) İşdə olan Şabran Rayon Mərkəzi Xəstəxanasının xx xxxxxx 2019-cu il tarixli 6057 nömrəli arayıından görünür ki, Təqsirləndirilən şəxs 2014-cü il tarixindən Şabran RMX-da “Xroniki virus B hepatiti” diaqnozu ilə dispanser qeydiyyatına götürülüb və mütəmadi ambulator müalicə almışdır. Xəstə davamlı olaraq xəstəxanaya müraciət edib, ambulator müalicə alması məsləhət görülmüşdür. (cild 01, iş vər. 238) İşdə olan AZ-İ № 845385 və AZ-İİİ № 050825 nömrəli “X10”lərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himaysində xx.xx.2006-cı il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X18 iki azyaşlı uşağı vardır. (cild 01, iş vər. 241) İşdə olan “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4, 234.2 və 237.2.3-cü maddələrindən həmin Məcəllənin 228.1, 228.4, 234.1 və 237.2.3-cü maddələrinə tövsif edilməsi, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs 155 qram narkotik vasitə qurudulmuş marixuana və TOZ-17 modelli ov karabini və bir ədəd süngü bıçağının əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.2-ci maddələri ilə ayrıca cinayət işi ayrılması, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi-155,0 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatdan sonrakı qalıq 154,98 qramı, 248 ədəd narkotik tərkibli çətənə bitkiləri, tərkibində narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri olan bir ədəd sellofan torbada olan torpaq nümunəsi, bir ədəd 5.6 mm kalibrli,TOZ-17 modelli “13772”№-li, silah və bir ədəd həmin silaha məxsus darağ və bir ədəd zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan süngü bıçağı maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə kollarının kultivasiya etməsi, eləcə də yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana, odlu və soyuq silah saxlaması barədə arvadı X15 və atası X8 xəbəri və məlumatı olmadığıdan barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı, J6 modelli mobil telefon aparatının cinayət təqibi üzrə əhəmiyət kəsb etmədiyindən təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya yaxın qohumlarına qaytarılması, cinayət işi üzrə Təqsirləndirilən şəxs ağır cinayətin törədilməsində ittiham edildiyindən yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd ********* nömrəli 12 kalibli Baykal MP-27EM modelli hamar qoşa lüləli ov tüfənginin saxlanılması və həmin silahın təyinatı məsələsinin həll edilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bir ədəd ********* nömrəli 12 kalibli Baykal MP-27EM modelli hamar qoşa lüləli ov tüfəngi, 97 ədəd 12 kalibrli, 01 ədəd 16 kalibrli ov patronları və 24 ədəd ov patronu yerləşdirmək üçün nəzərdə tutulmuş kəmər, eləcə də 969 nömrəli şəhadətnamə ərazi aidiyyəti üzrə Şabran Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. (cild 01, iş vər. 256-266) İşdə olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı, J6 modelli mobil telefon aparatı təqsirləndirilən şəxsin atası Əli Məmmədova qaytarılmışdır. (cild 01, iş vər. 297) Məhkəmə iclasında kompyuter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2019-cu il tarixli protokolda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahılarında “Narkotik vasitələr” siyahısında qurudulmuş marixuana-kannabis bitkilərinin 05 qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan yuxarı miqdarı külli miqdar hesab olunur, «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər» siyahısında çətənə növlü bitkilərin 16 ədəd (31 hissə) və ondan yuxarı miqdarı külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2 saylı Qərarının 9-cu bəndinə əsasən təqsirkarın nakrkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı və s. yanaşı, həmçinin işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə həmin iş üzrə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, özündə odlu silah gəzdirmədiyi, silahlarının yalnız ov silahı olmaqla bu hissədə heç bir qanunsuz əməl törətmədiyinə dair hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmişdir. Belə ki, işdə olan baxış keçirilməsi haqqında protokoldan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxx 2019-cu il tarixli 19/266R nömrəli ekspert rəyindən və əlavə olunmuş fotocədvəldən göründüyü kimi, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş və tədqiqata təqdim edilmiş “13772” №-li silah, keçmiş SSRİ dövlətində, Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş 5.6mm kalibrli, TOZ-17 modelli ov karabini olmaqla, odlu yivli silah olduğu müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət əməlidir və təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1, 228.4, 234.1 və 237.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyinə görə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi müəyyən edildiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən törətdiyi cinayət əməlini qismən səmimi etiraf edib peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, himayəsində Hipertonik kriz BQDP” diaqnozlu xəstəlikdən əziyyət çəkən atasının olmasını, özünün 2014-cü ildən “Xroniki VİRUS B hepatiti” xəstəliyindən əziyyət çəkməsini əvvəllər məhkum olunmamasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlandıqdan sonra səmimilik göstərərək həm yaşadığı evdə, həyətyanı sahəsində və avtomobilində narkotik vasitə, narkotik tərkibli bitkilərin olmasını bildirərək təqdim etməsi, həm də barəsində yalnız narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat olan polis əməkdaşlarına evində saxladığı odlu silah və soyuq silahın olmasını bildirərək, təqdim etməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Bununla yanaşı, məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, cinayətin baş vermə şəraitini, məqsədi və motivini, onun cinayət törətdikdən sonrakı davranışını ilə bağlı müstəsna halları, həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları, onun şəxsiyyətini, sağlamlıq durumunu nəzərə alaraq, təqsirləndirildiyi cinayət əməllərindən ağır cinayətlər təsniafatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cəza təyin edilərkən barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi cinayət əməlinə görə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini əsaslı, məqsədəmüvafiq və ədalətli hesab edir. İş üzrə maddi sübutlar:- Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs evindən, həyətyanı sahəsində və avtomobildən aşkar edilmiş, 154,98 (yüz əlli dörd tam yüzdə doxsan səkkiz) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın qalığı, 248 ədəd narkotik tərkibli çətənə bitkiləri, bir ədəd bel, bir ədəd bağ qayçısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd 5.6 mm kalibrli,TOZ- 17 modelli “13772”№-li, silah və bir ədəd həmin silaha məxsus darağ və bir ədəd zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan süngü bıçağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Şöbəsinə təhvil verilməli, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə hərəkətinin aparılması zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd «DVD» disk cinayət işi materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 130,46 (yüz otuz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1, 228.4, 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.2.3-cü maddəsi ilə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Məmmədov X19 ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar:- Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs evindən, həyətyanı sahəsində və avtomobildən aşkar edilmiş, 154,98 (yüz əlli dörd tam yüzdə doxsan səkkiz) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın qalığı, 248 ədəd narkotik tərkibli çətənə bitkisi, tərkibində narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri olan bir ədəd sellofan torbada olan torpaq nümunəsi, bir ədəd bel, bir ədəd bağ qayçısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd 5,6 mm kalibrli,TOZ-17 modelli “13772”№-li, silah və bir ədəd həmin silaha məxsus darağ və bir ədəd zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan süngü bıçağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Şöbəsinə təhvil verilsin, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə hərəkətinin aparılması zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd «DVD» disk cinayət işi materiallarında saxlansın. İş üzrə ekspertiza xərcləri cəmi 130,46 (yüz otuz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar