Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-396/2022 11.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X9 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs (09 avqust 1994-cü il tarixdə İmişli rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Xətai rayon məhkəməsinin 17.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3, 221.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon məhkəməsinin 26.03.2020-ci il tarixli qərarı ilə 04 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, İmişli rayonu, Məmmədli ərazi dairəsi, Məmmədli kəndində pasport qeydiyyatında olan, ünvan 1 ünvanında yaşamış, barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan) - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 16 yanvar 2021-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanında yerləşən “Həmid Petrol” yanacaq doldurma məntəqəsinin həyətində tanışı Zərərçəkmiş şəxs ilə görüşərək sonuncunun şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Arif” adlı şəxslə “WhatsApp” ani mesajlaşma tətbiqi üzərindən görüntülü danışıq zamanı onun ünvanına təhqiramiz sözlər deməsini araşdırdıqdan sonra bunu cüzi səbəb kimi qiymətləndirib Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin mənafeylərinə toxunan hərəkətlər edib şəxsiyyətini digər şəxslərdən üstün tutaraq sonuncuya qarşı zor tətbiq edib əlində olan silah qismində istifadə etdiyi istintaqa məlum olmayan qara rəngli açılıb-qatlanan bıçaqla onun sol bud nahiyəsindən bir dəfə və sol baldır nahiyəsindən iki dəfə qəsdən vurub Zərərçəkmiş şəxs sol budun bir ədəd, sol baldırın iki ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan həm ümumilikdə və həm də hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, “İnstaqram” sosial şəbəkəsi sistemində tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən “Arif” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, narkotik vasitə və psixotrop maddənin satışından əldə etdikləri qazancı yarı böləcəklərinə dair razılığa gəldikdən sonra istintaqa məlum olmayan vaxtda 100 (yüz) manata pulu “Paypoint” ödəniş sistemi vasitəsi ilə əvvəlcədən “Arif” adlı şəxsin ona göndərdiyi hesaba köçürməklə ilkin ödəniş edərək 13 avqust 2021-ci il tarixdə saat 22 radələrində “Arif” adlı şəxsin ona qabaqcadan bildirdiyi yerdən, yəni Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazinin yaxınlığından qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 1 bükümdə 11,439 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, barəsində olan axtarış işi ilə əlaqədar Nəsimi rayon polis idarəsinin 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 avqust 2021-ci il tarixdə saat 14 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılaraq həmin gün Nəsimi rayon polis idarəsinin 20-ci Polis bölməsinin inzibati binasına gətirilmiş və polis bölməsində videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan “xaki” rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 11,439 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilmiş, lakin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək göstərmişdir ki, 13 avqust 2021-ci il tarixdə saat 11 radələrində işə getmək üçün yaşadığı evdən çıxmışdır. Həmin vaxt onunla əvvəllər bildikdə cəza çəkmiş Yaşar adlı tanışı ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. O da Yaşarla görüşməyə razılaşmış, onu 10 dəqiqə gözlədikdən sonra yanında 3-4 maşın dayanmış və maşından düşən polis əməkdaşları onun üzərinə töklüşərək onu saxlayıb polis bölməsinə aparmışlar. Bölmədə polislər ona demişlər ki, onun üzərinə qoyulacaq narkotik vasitənin onun olması barədə ifadələr verməsə onun evinə silah və narkotik vaasitələr qoyulacaq və daha ağır cəzalara məruz qalacaq. O, polislərə daimi yaşayış yerinin olmadığını, tanışları ilə birlikdə kirayədə qaldığını və fəhlə işlədiyini demişdir. Sonra polis əməkdaşları ona təzyiqlər etdiyi üçün onun olmayan narkotik vasitənin onun olması barədə etirafedici ifadələr vermişdir. Özü idmanla məşğul olmuş, narkotik satan şəxslərə qarşı mübarizə aparmış, özü heç vaxt narkotik vasitə istifadə etməmiş, üzərində gəzdirməmiş və satmamışdır. Özü sadə telefon işlətmiş, sosial şəbəkələrə girməmiş, Arif adlı şəxsi də tanımamışdır. Azərlə uşaqlıq dostu olmuş, onunla əvvəllər də dalaşmış və barışmışlar. Azərlə mübahisəsi sonuncunun ona söyüşlə cavab verməsi olmuş, Azərin yanında olan adamlar onu dairə şəklində aralarına aldıqları üçün onların arasından çıxmaq üçün Azəri bıçaqla vurmuşudr. Azərə xəsarət yetirdiyi üçün hazırda əməlindən peşmandır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə istintaqın əvvəlində verdiyi ifadəsi arasında ziddəyət olduğu üçün onun istintaq zamanı verdiyi ilkin ifadələri məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3 və 221.3-cü maddələri ilə məhkum edilərək, azadlıqdan məhrum edilmişdir. Sonra 2020-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. 2021-ci ilin yanvar ayında tanışı İran İslam Respublikasının vətəndaşı “Arif” adlı şəxslə “WhatsApp” sosial şəbəkəsi üzərindən danışan zaman sonuncu ona bildirmişdir ki, ortaq tanışları olan və narkotik vasitələrin satışı ilə məşğul olan Zərərçəkmiş şəxs ondan icazəsiz İmişli rayonunda narkotik vasitələri satmasına dair irad bildirən zaman Azər onunla kobud danışmış, daha sonra Azərə onun onunla bu barədə söhbət edəcəyini söylədiyi zaman Azərin onun ünvanına nalayiq ifadələrdən istifadə etdiyini qeyd etmişdir. Daha sonra “Arif” adlı şəxs ona Azər ilə aralarında video görüntülü danışığın videosunu göndərmişdir. Həmin videoya baxan zaman ona məlum olmuşdur ki, həqiqətən Azər Ariflə görüntülü danışan zaman “Nizami kimdir mənim işimə qarışsın, nə istəsəm edərəm” sözlərindən istifadə edərək, əlavə olaraq onun ünvanına nalayiq ifadələrdən istifadə etmişdir. Bundan sonra o, “whatsapp” sosial şəbəkəsi üzərindən Zərərçəkmiş şəxs mobil telefon nömrəsinə görüntülü zəng edərək, İran İslam Respublikasının vətəndaşı “Arif” adlı şəxslə aralarında apardıqları söhbəti müzakirə etmiş və hansı səbəbdən onun ünvanına nalayiq ifadələrdən istifadə etməsini soruşmuşdur. Bundan sonra o, əsəbləşərək, Zərərçəkmiş şəxs bildirmişdir ki, kim olmağımı izah edəcək. Zərərçəkmiş şəxs ona təklif etmişdir ki, görüşüb bu söhbətə aydınlıq gətirsinlər və buna görə də 16 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Azər ilə görüşmək üçün evdən çıxaraq əvvəlcədən razılaşdıqları Həsən Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində olan yerə getmişdir. Zərərçəkmiş şəxs həmin yerə tək gəlməmişdir. Belə ki, Azərin yanında həmin vaxt ortaq tanışları Rüfət və Əli adlı şəxslər vardır. Markasını və modelini xatırlamadığı avtomobilin arxa oturacağına əyləşmiş, onun yanında arxa oturacaqda Zərərçəkmiş şəxs əyləşmiş, avtomobili Rüfət idarə etmiş, Rüfət yanında isə qabaq oturacaqda Əli əyləşmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxsla söhbət etmiş və niyə onun ünvanına nalayiq ifadələrdən istifadə etməsini soruşmuş və bununla əlaqəli söz mübahisəsi etmişlər. Söhbət əsasında Zərərçəkmiş şəxs söhbətə tək gəlməməsini irad kimi bildirmişdir. Avtomobil Bakı şəhəri, Nəsimi rayonu, “3-cü mikrorayon dairəsi” kimi tanınan ərazidə olduğu zaman Azər söhbətdən qaçmaq üçün avtomobildən düşmək istədiyini bildirmiş və avtomobildən düşərək getmişdir. Bir qədər hərəkət etdikdən sonra avtomobil ünvan 3 ünvanında yerləşən “Həmid Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında olan zaman o, avtomobilin saxlanmasını istəmiş və avtomobili saxlayaraq hamı avtomobildən düşmüşlər. Avtomobildən düşdükdən sonra o, Zərərçəkmiş şəxs zəng edərək, söhbətdən qaçmamasını və ünvan 3 ünvanında yerləşən “Həmid Petrol” yanacaq doldurma məntəqəsinə gəlməsini istəmişdir. Həmin gün, yəni, 16 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs həmin yerə gəlmişdir. Həmin vaxt orada Əli və Rüfət də olmuşdur. Azər onlara yaxınlaşan zaman o, Azərə söhbətdən qaçmasını bildirmiş və onunla söyüşlə danışdığı üçün Azərin ünvanına nalayiq ifadələrdən istifadə etmişdir. Daha sonra Azərdən tələb etmişdir ki, üzərində narkotik vasitə varsa onları çıxarıb ona təqdim etsin. Azər üzərində narkotikin olmadığını, olsa belə ona aidiyyətinin olmadığını bildirmişdir. Bu zaman Rüfət müdaxilə edərək, söhbəti sakitləşdirmək istəyən zaman o, Rüfətin üzərinə qışqırmışdır ki, söhbətlərinə müdaxilə etməsin. Rüfətlə danışan zaman Azər hadisə yerindən uzaqlaşmaq istəmiş və ayağı ilişərək, yerə yıxılmışdır. Həmin vaxt o, üzərində olan özünə məxsus qara rəngli açılıb-qatlanan bıçağı çıxararaq Zərərçəkmiş şəxs sol ayaq nahiyəsinə üç zərbə yetirmişdir. Zərərçəkmiş şəxs ayağını tutaraq qışqırmış və o, polisin hadisə yerinə gələcəyindən qorxduğuna görə qaçaraq oradan uzaqlaşmışdır. Daha sonrakı müddətdə axtarışda olduğunu bildiyi üçün polisdən gizlənmiş, çünki bilmişdir ki, polis onu saxlayan zaman yenidən həbsə gedəcək. Bundan başqa özü əvvəllər narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsə də, tutulmazdan bir-neçə gün öncə narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. Əvvəllər narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsə də maddi durumunun zəif olduğu üçün qazanc əldə etmək məqsədilə təxminən bir ildir Bakı şəhərində narkotik vasitələrin satışını həyata keçirir. İnstaqram sosial şəbəkəsində olduğu zaman orada daha əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşı “Arif” kimi özünü təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxslə yazışan zaman sonuncu bildirmişdir ki, özü İran İslam Respublikasının vətəndaşı olaraq orada yaşasa da, Bakı şəhərinin ərazisində narkotik vasitələrin onlayn satışı ilə məşğuldur. Belə ki, “Arif” adlı şəxs bildirmişdir ki, narkotik almaq istəyən şəxslər ona “PayPoint” onlayn ödəniş sistemi vasitəsi ilə qeyd etdiyi hesablara ödənişi edir. Ödəniş hesaba keçdikdən sonra “Arif” Bakı şəhərində olan əlbir olduğu şəxslərə şəhərin müxtəlif öz seçdikləri yerlərə həmin narkotik vasitəni və ya psixotrop maddəni yerləşdirməsini və həmin yerin şəkilinin çəkərək ona göndərilməsini istəyir. Həmin tanımadığı şəxslər narkotik vasitəni və ya psixotrop maddəni şəhərdə öz seçdikləri ünvanda gizli bir yerə yerləşdirir və həmin yerin şəkilini çəkərək, “Arif”ə göndərirlər. “Arif” isə həmin yerin şəkilini narkotik vasitəni və ya psixotrop maddəni onlayn almış şəxsə göndərir və həmin şəxs göstərilən yerə gedərək, digər şəxslərlə heç bir kontakta daxil olmadan sifariş verdiyi narkotiki oradan götürür. Beləliklə, bu cür sifarişlər zamanı Bakı şəhərində olan şəxslərin heç bir təhlükə altında olmadığını və polis tərəfindən müəyyən edilə bilmədiyini də Arif adlı şəxs ona danışıq zamanı bildirmişdir. Bundan sonra Arif adlı şəxs ona təklif etmişdir ki, istədiyi təqdirdə onunla əlbir olaraq Bakı şəhərinin ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirə bilər. Aralarında olan razılaşmaya əsasən “Arif” ona Bakı şəhərində narkotik vasitə və psixotrop maddə təşkil edəcəkdi, o isə öz növbəsində ilkin olaraq Arifə həmin narkotiklərin pulunun bir hissəsini göndərməli olmuş, daha sonra isə göndərilən narkotik vasitə və psixotrop maddələrin satışından əldə etdiyi gəliri Arif ilə yarıbayarı böləcəkdilər. Arifin ona bu cür təklif etməsi onu tamahlandırmış və o, Ariflə razılaşmışdır. Bundan sonra Arif ilə instaqramda danışıb razılaşaraq birlikdə işləməyə başlamışlar.13 avqust 2021-ci il tarixdə saat 22 radələrində “Arif” adlı şəxsin ona qabaqcadan şəkilini göndərdiyi yerdən, yəni Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən sataraq, qazanc əldə edib, daha sonra Arif ilə yarı bölmək məqsədi ilə narkotik vasitə olan heroini 100 (yüz) manata pulu “Paypoint” ödəniş sistemi vasitəsi ilə əvvəlcədən “Arif” adlı şəxsin ona göndərdiyi hesaba köçürməklə ilkin ödəniş edərək, əldə etmişdir. Həmin hesab nömrəsini hazırda xatırlamır və ödəniş qəbzi onda yoxdur. Arifin şəkilini göndərdiyi yerdən narkotik vasitəni götürmüş və əynində olan xaki rəngli şalvarın sol yan cibinə qoymuşdur. Narkotik vasitə bir büküm olmuş və o, onu paylara bölərək satmalı olmuşdur. Arifin ona deməsinə görə həmin bükümdə 11 qram heroin olmalı imiş. O, daha əvvəllər cinayət törətdiyi üçün axtarışda olmuş və bu barədə heç kəsə məlumat verməmiş, lakin axtarışda olmağını nəzərə alıb çox ortalıqda görünməmişdir. Buna görə də həmin gün heroini aldıqdan sonra kirayə yaşadığı evə gələrək yatmışdır. Narkotik vasitə olan heroini ölçüb paylara bölmək üçün olan tərəzi itdiyi üçün 14.08.2021-ci il tarixdə saat 14 radələrində kirayə qaldığı evdən tərəzi ala biləcəyi yer tapmaq üçün çıxmışdır. Həmin tarixdə saat 14 radələrində ünvan 6 ünvanının qarşısında olduğu zaman ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək, polis əməkdaşı olduqlarını bildirmişlər. Onlar ona izah etmişdir ki, onun barəsində axtarış elan edilmiş və bundan başqa hazırda narkotik vasitələrin əldə edilməsində, üzərində daşınmasında və satılmasında şübhəli olduğu üçün onlarla birlikdə getməlidir. O, etiraz etmədən həmin iki nəfər polis əməkdaşı ilə avtomobilə əyləşərək, Nəsimi RPİ-nin 20-ci Polis bölməsinə gəlmişdir. Yolda olduğu zaman polis əməkdaşları ona xəbərdarlıq etmişlər ki, ciblərinə toxunmasın. Polis bölməsinə gəldikdən sonra onu təhqiqatçının otağına aparmışlar. Orada ona dövlət hesabına vəkil təyin edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan xaki rəngli şalvarın sol yan cibində saxladığı narkotik vasitə olan heroini çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bağlama qablaşdırılmış və təhqiqatçı izah etmişdir ki, bağlama ekspertizaya göndəriləcək. Həmin vaxt həyəcanlı olduğundan və çox qorxduğundan narkotik vasitəni öz istifadəsi üçün aldığını qeyd etmişdir. Hazırda anlayır ki, istintaqa səmimi ifadə vermək lazımdır və buna görə də tam şəkildə törətdiyi əməli etiraf edir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, ilkin təhqiqat materiallarında texniki səhv olaraq yaşadığı ünvanı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Mədən küçəsini qeyd etmişdir. Həmin ünvanda o, əvvəllər yaşamış, daha sonrakı müddətlərdə yaşamağa yeri olmadığı üçün illər öncə işlədiyi tanışı Şahid4 kirayə yaşadığı ünvan 8 ünvanında onunla birlikdə qalmışdır. Həmin evdə onlardan başqa Şahid4 tanışı X4 da onlarla birlikdə yaşamışdır. Onlar hər ikisi həmin evi kirayə tutaraq orada qalmışlar. Sübhan Vahabovun və Şahid4 onun daha əvvəllər cinayət törətməyi, narkotik vasitələrin satışı ilə məşğul olmağı və axtarışda olmağı barədə məlumatsız olmuşlar. Saxlanılan zaman və sonrakı müddət ərzində polis əməkdaşları tərəfində fiziki və ya digər təzyiqə məruz qalmamışdır. Arifin anket məlumatları, sosial şəbəkədə adları və nömrəsi barədə heç bir məlumatı yoxdur. Onun nömrəsini və sosial şəbəkələrdə olan adlarını daha əvvəllər bilsə də, tutulmazdan öncə mobil telefonunu itirdiyinə görə hazırda bu barədə heç bir məlumat verə bilməyəcək. Ariflə o, ancaq instagram və whatsapp sosial şəbəkələri üzərindən ünsiyyət saxlamışdır. İtirdiyi mobil telefonunun imei kodunu bilmir və axtarışda olduğu üçün telefonunun tapılması üçün heç bir dövlət orqanına müraciət etməmiş və hazırda da heç bir şikayəti yoxdur. Mobil telefonunu itirdiyim üçün həmin görüntülər hazırda onda yoxdur. Digər şəxslərdə də həmin görüntülərin olmasını düşünmür. Bu cür videonu Arif adlı şəxs kənar heç kəsə göndərməzdi. İnstaqram sosial şəbəkəsində istifadəçi adı və şifrəsini hazırda xatırlamır. Zərərçəkmiş şəxsla hansı mobil telefon nömrəsi ilə əlaqə saxlamağını hazırda xatırlamır. 16.01.2021-ci il tarixdə baş vermiş hadisədən öncə Rüfət və ya Əli onun orada Zərərçəkmiş şəxs xəsarət yetirəcəyini bilməmiş, bu barədə heç kəsə məlumat verməmiş, hadisə zamanı ani əsəbləşərək bu cür hərəkəti etmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs başqa heç kəsə xəsarət yetirməmiş, hadisə zamanı ona heç kəs xəsarət yetirməmişdir. Hadisədən sonra bıçağı tanımadığı yerdə zibil qutusuna atmış, həmin bıçağı bir-neçə il öncə xatırlamadığı yerdə tapmışdır. Aralarında baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etmişdir və ətrafdan səs-küyə tanımadığı şəxslər yaxınlaşsa da, heç kəs mübahisəyə müdaxilə etməmişdir. Həmin şəxslərin kim olmasını bilmir. Orada olan və tanıdığı şəxslərdən ancaq Rüfət və Əli olmuşdur. Onlardan Əli mübahisəyə müdaxilə etməmiş, Rüfət isə müdaxilə etmək istəyən zaman o, Rüfətin üzərinə qışqırdığına görə sonuncu ondan aralaşmışdır. İstifadəsində iki ədəd mobil telefon nömrəsi olmuşdur. Həmin nömrələr 050 805 56 90 və 051 551 62 56-dır. İkinci qeyd etdiyi nömrə təzə nömrədir və onu yeni istifadə etmişdir. Narkotik vasitə satdığı şəxslər ilə ancaq “whatsapp” sosial şəbəkəsi üzərindən əlaqə saxlamış və hazırda onların heç birinin nömrəsini və anket məlumatını xatırlamır. İran İslam Respublikasının vətəndaşı “Arif” adlı şəxsin Bakıda onlayn haradan narkotik tapmasını və kimlərlə cinayətkar birlikdə olmasını bilmir. Həmin narkotiklərin haradan gəlməsini və kim tərəfindən gətirilməsi barədə də heç bir məlumatı yoxdur. Arif adlı şəxs ona bildirmişdir ki, bu barədə ona heç bir sual etməsin. Buna görə də narkotiklərin haradan gətirilməsi, kim tərəfindən lazımı yerlərə yerləşdirilməsi barədə məlumatı yoxdur. Narkotik vasitə və ya psixotrop maddə satmaqda ona kömək edən şəxslər və yaxud bu barədə məlumatı olan şəxslər yoxdur, “Arif” adlı şəxsdən başqa heç kəsin bu barədə məlumatı olmamış və heş kəs ona Bakı şəhərində kömək etməmişdir. Arif adlı şəxs narkotikləri təşkil etmiş, o isə sataraq qazanc əldə etmiş, daha sonra qazancı Arif ilə yarı bölmüşdür. O, heç vaxt yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Onun bank hesabı yoxdur, Arifə isə pulları xatırlamadığı hesablara Pay Point ödəniş sistemi vasitəsi ilə köçürmüşdür. İlkin olaraq tutulan zaman həyacanlı olduğundan qorxub narkotik vasitəni öz istifadəsi üçün əldə etməsi barədə ifadə vermişdir. Hazırda törətdiyi əməlləri dərk edir və buna görə də törətdiyi cinayətləri tam olaraq etiraf edir. 13 avqust 2021-ci il tarixdə saat 22 radələrində əldə etdiyi və üzərindən aşkar olunan narkotik vasitə heroindən istifadə etməmiş və satmamışdır. Törətdiyi cinayətlər barəsində heç kəsin məlumatı olmamış və heç kəs ona kömək etməmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsinin narkotiklə bağlı hissəsini təsdiq etməmiş, həmin ifadəni təyziq altında verdiyini göstərmişdir. Zərərçəkmiş şəxs xəsarət yetirmiş, sonuncuya xəsarət yetirməsinin səbəsi sonuncnun ona söyüşlə cavab verməsi olmuşdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 yanvar 2021-ci il tarixdə saat 14 radələrində İran İslam Respublikasının vətəndaşı “Arif” adlı şəxs dostu Samirin (055) 937-30-30 mobil nömrəsinə “WhatsApp” ani mesajlaşma vasitəsi ilə video zəng vasitəsi ilə əlaqə saxlayaraq ona hədə-qorxu gələrək bildirmişdir ki, «sən kimsən İmişli rayonuna narkotik maddə gətirirsən». O da Arif adlı şəxsə demişdir ki, o, nə İmişli rayonuna, nədə ki başqa yerə narkotik maddə gətirmir, kimdir ki, onunla belə danışır. Ondan sonra Arif ilə aralarında mübahisə baş vermiş və Arif onu hədələyərək onun tanıdığı Nizami adlı şəxs vasitəsi ilə onu bıçaqla deşik-deşik elətdirəcəyini demişdir. Həmin günü təxminən saat 15 radələrində Nizami onun (055) ***- **-** mobil nömrəsinə xatırlamadığı nömrə ilə “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə videogörüntü vasitəsi ilə zəng edərək ona «sənə videogörüntü atacağam demisən ki, Nizami kimdir, mən sənə Nizami kimdiri başa salaram» demiş və onu sözlə hədələmiş və onunla bu söhbəti həll eləmək üçün görüşməklərini demişdir. O da Nizamiyə demişdir ki, görüşüb məsələyə aydınlıq gətirsinlər. Həmin günü saat 18 radələrində tanıdığı Rüfət və Əli arxasınca gəlmişlər və o, Nizami ilə aralarında olan söhbəti onlara demişdir. Rüfət demişdir ki, Nizami onunla yaxındır, gedib söhbəti həll etsinlər. Onlar həmin günü saat 19 radələrində Nizami ilə İnqilab küçəsində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin yanında görüşmüşlər və Nizami Rüfətin idarə etdiyi Əliyə məxsus avtomobilin arxa oturacağında yanında əyləşmiş və avtomobildə Nizami ilə söhbət etməyə başlamışlar. O, Nizamiyə videonu göstərmiş və sonuncuya demişdir ki, «mən burda sənin haqqında artıq söz deməmişəm, Arif mənə Nizamiyə deyərəm səni deşik-deşik edər. Mən də demişəm ki, Nizami kimdir məni deşik deşik etsin». Həmin vaxtı o, Nəsimi rayonu ərazisində 3-ün dairəsi deyilən yerdə Rüfətin idarə etdiyi avtomobildən düşərək dostu Orxanın avtomobilinə əyləşmişdir ki, evə getsin. Ondan təxminən 5 dəqiqədən sonra Rüfət ona zəng edərək demişdir ki, onunla görüşsün, sonra getsin. Daha sonra Nizami ona zəng edərək onunla işi olduğunu demişdir. Orxan geri qayıdaraq onu ünvan 9 ünvanında yerləşən “Həmid Petrol” yanacaq doldurma məntəqəsinin yanında düşürtmüşdür. Nizami Əli ilə “Həmid Petrol” yanacaq doldurma məntəqəsinin həyətində olan avtoyumanın yanında dayanmışlar. O, onlara yaxınlaşmış, Nizami ona demişdir ki, «bayaq avtomobildən düşüb getdin elə bilirsən söhbət bağlandı». O da Nizamiyə demişdir ki, söhbət ciddi söhbət deyil, niyə də bağlanmasın. Onda Nizami ona demişdir ki, üstündə nə varsa çıxarıb ona versin. O da Nizamiyə demişdir ki, üstündə olan ona aiddir, özünə aid olan heç nə yoxdur. Həmin vaxtı Rüfət gəlmiş və Nizamiyə demişdir ki, Nizami kənara çəkil, söz deyəcək. Nizami Rüfətə demişdir ki, «sənə deyəsən hörmət edirəm elə etmə ki, səninlə də başqa cür danışım». Həmin vaxtı o, avtoyumanın həyətində olan setkanın o biri tərəfinə keçmək istəmiş, onda ayağı setkaya ilişərək yerə yıxılmışdır. O, yerdə yıxılı vəziyyətdə olan zaman Nizami belindən bıçağı çıxardaraq sol bud və sol baldır nahiyyəsinə 3 dəfə bıçaqla vurmuşdur. Onda Rüfət yalandan «Nizami polis gəlir qaçaq» deyə qışqırdıqdan sonra Nizami Rüfət və Əli oradan qaçıb getmişlər. O da oradan taksi ilə dostu Samirin evinə gəlmişdir. Samirin evində olan zaman ayağından qan gəldiyi üçün və qanı dayandıra bilmədiyinə görə təcili yardıma zəng etmiş və təcili yardım gələrək onu 3 saylı xətəxanaya aparmışlar. O, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bilmirşdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hazırda ünvan 8 ünvanında yerləşən mənzildə tanışı Şahid4 ilə birlikdə yaşayır. Həmin ev iki mərtəbəli fərdi yaşayış evidir. Evin birinci mərtəbəsini o, tanışı Vüqar ilə sahibi Şahid2 aylıq 200 manat müqabilində icarə götürmüşlər. İkinci mərtəbəsində isə ev sahibi özü ailə üzvləri ilə birlikdə yaşayır. Ev sahibi ilə giriş qapıları fərqlidir. Təqsirləndirilən şəxs təxminən 1 aydır ev yoldaşı Vüqarın vasitəsi ilə tanımışdır. Vüqar ilə Nizami uzun illər öncə iş yoldaşı olmuşlar, daha sonra isə yoldaşlıq münasibətləri yaranmışdır. Hazırda kirayə yaşadığı evdə o, təxminən 1 ay, tanışı Vüqar isə təxminən 3 aydır qalır. Ev yoldaşı Vüqarın tanışı Təqsirləndirilən şəxs yaşadığı yer olmadığından onların kirayə tutduqları evdə qalmış, lakin günün əksər hissəsini evdə olmamış və ümumiyyətlə gecə evə gəlmədiyi də olmuş, lakin şəxsi əşyaları evdə olmuşdur. Təqsirləndirilən şəxs axtarışda olması və cinayət törətməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona bu barədə heç bir məlumat verməmiş və kənardan da bu barədə heç bir şey eşitməmişdir. Baş vermiş hadisələrdən və Nizaminin axtarışda olmasından məlumatı olmamışdır. Hadisə barədə başqa heç bir məlumatı yoxdur. Ev sahibi ilə icarə müqaviləsi bağlamamışlar. Tanışı Təqsirləndirilən şəxs axtarışda olması, narkotik vasitələrdən istifadə etməsi və satması barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda ünvan 8 ünvanında yerləşən mənzildə tanışı X4 ilə birlikdə yaşayır. Həmin ev iki mərtəbəli fərdi yaşayış evidir. Evin birinci mərtəbəsini o, tanışı Sübhan ilə sahibi Şahid2 aylıq 200 manat müqabilində icarə götürmüşlər. İkinci mərtəbəsində isə ev sahibi özü ailə üzvləri ilə birlikdə yaşayır. Ev sahibi ilə giriş qapıları fərqlidir. Təqsirləndirilən şəxs təxminən 5 ildir tanıyır. Belə ki, təxminən 5 il öncə o, Nizami ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Tunel” gecə klubunda işləmişlər. Belə ki, həmin ərəfələr Nizami həmin klubda qəlyançı, o isə xidmətçi işləmişdir. Həmin vaxtdan yoldaşlıq münasibətləri olmuş və mütəmadi bir-birləri ilə əlaqə saxlamışlar. Hazırda kirayə yaşadığı evdə o, təxminən 3 ay, tanışı Sübhan isə təxminən 1 aydır qalır. Ev yoldaşı Sübhanı tanışı Nizamini onun vasitəsi ilə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı yer olmadığından onun kirayə tutduğu evdə qalmış, lakin günün əksər hissəsini evdə olmamış və ümumiyyətlə gecə evə gəlmədiyi də olmuşdur, lakin şəxsi əşyaları evdə olmuşdur. Təqsirləndirilən şəxs axtarışda olması və cinayət törətməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona bu barədə heç bir məlumat verməmiş və kənardan da bu barədə heç bir şey eşitməmişdir. Baş vermiş hadisələrdən və onun axtarışda olmasından məlumatı olmamışdır. Hadisə barədə başqa heç bir məlumatı yoxdur. Ev sahibi ilə icarə müqaviləsi bağlamamışlar. Tanışı Təqsirləndirilən şəxs axtarışda olması, narkotik vasitələrdən istifadə etməsi və satması barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 13 iyul 2021-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Ruhid Tağıyevin qərarı daxil olmuşdur. Həmin qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və istintaqdan qaçıb gizlənmişdir. Həmin qərar əsasında tərəfindən 71063 nömrəli axtarış işi açılmış və Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilməyə başlanılmışdır. Əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə də məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən saat 14 radələrində dərhal əməliyyat müvəkkili Şahid6lə Eldar Tağızadə küçəsinə getmişlər və həmin küçədə 32 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edərək barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində şübhəli bilinməsi, o cümlədən üzərində narkotik vasitə daşıması ilə bağlı əməliyyat məlumatının olmasını bildirmişlər və sonuncunu Nəsimi RPİ-nin 20-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində raportla rəhbərliyə müraciət olunmuş və Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması X5a həvalə olunmuşdur. X5 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan hərbi komuflyaj naxışlı, qısa balaqlı şalvarının sol yan cibindən bir ədəd ağ rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi sellofandakı maddənin narkotik vasitə heroin olmasını, onu 13 avqust 2021-ci il tarixdə saat 22 radələrində Kubinka adlanan ərazidən tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Daha sonra aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirən zaman aldıqları məlumatlara görə sonuncu narkotik vasitələrin satışı ilə məşğul olur. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid6 Şahid5 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Bakı şəhərində Nəsimi rayonunda “Şamaxinka” adlanan ərazidə kirayədə qalır və idarə etdiyi Mersedes Benz markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi kimi işləyir. Zərərçəkmiş şəxs tanıyır, sonuncu həm qonşusu həmdə dostudur. 16 yanvar 2021-ci il tarixdə saat 14 radələrində Azər Bakı şəhərində yaşadığı ünvanda onların evdə olan zaman telefonunda vatsap olmadığı üçün onun telefonunun vatsdapından istifadə edərək kimləsə telefonla danışmışdır. Daha sonra o, Azərin adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə danışdığını bilmişdir. Azərin telefon danışığından 3-4 saat keçmişdir ki, İmişli rayonundan olan Nizami adlı şəxs Azərin öz telefonuna zəng edərək Azərə onun haqqında danışmısan deyə nəsə demişdir. Azər də «mən sənin haqqında pis heçnə deməmişəm» deyə demişdir. Daha sonra Nizami Azəri görüşə çağırmışdır. O, Azərə getməməyi demişdir. Lakin bir neçə dəqiqədən sonra İmişli rayonundan olan Rüfət Azərə zəng edib onu görüşə çağırmışdır. Azər də çıxıb getmişdir. Təxminən 2-3 saat keçmişdir ki, o, olan zaman qapı döyülmüş və qapını açdıqda görmüşdür ki Azər gəlmiş və sol ayağı qan içindədir. O, Azərdən nə baş verdiyini soruşanda Azər demişdir ki, Nizami bıçaqlamışdır. O, evdə ilk tibbi yardımı göstərdikdən sonra görmüşdür ki, Azərin aldığı bıçaq zərbəsininin yerindən qan gəlir və o, həmin vaxtı təcili yardıma zəmg edərək bu barədə məlumat vermişdir. Daha sonra təcili yardım gəlib Azəri 3 saylı şəhər xəstəxanasına aparmışlar. Şahid2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, hazırda yaşadığı ünvan 8 ünvanında yerləşən mənzil iki mərtəbəli fərdi yaşayış evidir. Həmin evin ikinci mərtəbəsində o, ailə üzvləri ilə birlikdə yaşayır, birinci mərtəbəsini isə aylıq 200 manata icarəyə iki nəfər şəxsə vermişdir. Həmin şəxslər X1 və X3r. Evində kirayə qalan şəxslərin heç birini daha əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamış, Təqsirləndirilən şəxs onun evində kirayə yaşayan X1 və X2 tanışıdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tanışı Vüqar və Sübhanın yanına gələrək, onun onlara kirayə verdiyi evdə bir müddət yaşamışdır. Nizami ilə heç bir əlaqəsi olmamış və tanışlığı yoxdur. Baş vermiş hadisələrdən və həmin şəxsin axtarışda olmasından məlumatı olmamış, hadisə barədə başqa heç bir məlumatı yoxdur. Həmin şəxslərə evi icarə müqaviləsi bağlamadan vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 21 yanvar 2021-ci il tarixli 49 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – budun 1 (bir) ədəd, sol baldırın 2 (iki) ədəd deşilmişkəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) onun tibbi yardım üçün Bakı şəhər Baş Sİnin 3 saylı Şəhər Klinik Xəstəxanaya müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 16.01.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həm ümumilikdə və həm də hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdi. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 avqust 2021-ci il tarixli, 6/3510 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №188» dairəvi möhür əksi olan, «şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 11,439 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarına əlavə edilmiş Ambulator məhkəmə-psixiatrik ekspertizasının 31 avqust 2021-ci il tarixli 1982 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs yəni törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 3290 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 14 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Nəsimi RPİ-nin 20-ci polis bölməsində şəxsi axtarış keçirilərkən əynində olan hərbi komuflyaj naxışlı, qısa balaqlı şalvarının sol yan cibindən bir ədəd ağ rəngli sellofanda narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Axtarış keçirilməsi haqqında 03 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 12 ünvanında keçirilmiş axtarış zamanı hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə aparılan danışıqlara baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. Bakı şəhər Baş Polis İdarəsinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 avqust 2021-ci il tarixli, 010-2732-1221 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs son üç il ərzində Azərbaycan Respublikasının hüdudlarını tərk etməsi barədə məlumatı BPİ-nin Əməliyyat və Statistik İnformasiya İdarəsində müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan Nəsimi RPİ-nin 20-ci polis bölməsinin məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi İran İslam Respublikası vətəndaşı «Arif» adlı şəxsin şəxsiyyətinin və yerinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olur. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 11,439 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 11,389 qram qalığı 18 noyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi rayon polis idarəsinin maddi sübutları saxlama otağına verilmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin 17.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3, 221.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon məhkəməsinin 26.03.2020-ci il tarixli qərarı ilə 04 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin 17.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3, 221.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon məhkəməsinin 26.03.2020-ci il tarixli qərarı ilə 04 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş tutma protokolundan məlum olur ki, 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 14 avqust 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında cinayət təqibi üzrə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və hökmdə ətraflı şərh olunan sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə obyektiv hüquqi qiymət verərək məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törəğməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə onun əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv sayılır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal cinayətlərin residividir. Təqsirləndirilən şəxs o, cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər Nəsimi rayon polis idarəsinin maddi sübutları saxlama otağına verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 11,439 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 11,389 qram qalığı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməni əks etdirən 01(bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 14 avqust 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65,00 ( altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunmasın. Lakin ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 14 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65,00 ( altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər Nəsimi rayon polis idarəsinin maddi sübutları saxlama otağına verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 11,439 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 11,389 qram qalığı məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməni əks etdirən 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 90 (doxsan) manat məbləğində ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-396/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-396/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver