Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-396/2023 10.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ 1(101)-396/2023 Azərbaycan Respublikası adından HÖKM Bakı Ağır Cinayətlər Məhkəməsi 10 fevral 2023-cü il saat 11:50 Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X18 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X8, X11 və X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Vəkillər Kollegiyasının “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Aslan oğlunun iştirakı ilə, xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 43, mənzil 6-da qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 12, mənzil 9-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə, narkotik vasitə və güclü təsir edən maddə əldə edib satmaq məqsədi ilə əvvəllər tanıdığı, şəxsiyyəti istintaqla araşdırılan “Renat” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq müəyyən miqdarda pul müqabilində “Renat” adlı şəxsə məxsus külli miqdarda psixotrop maddə və narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 23 iyun 2022-ci il tarixdə sonuncunun tapşırığı ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Planet” şadlıq sarayının yaxlığında yolun kənarında istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş 1 ədəd qara rəngli çantada 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,222 qram külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 1 ədəd şəffaf sellofanın içərisində 5 ədəd sarı rəngli polietilen bükümdə ümumi təmiz çəkisi 3,177 qram ağ rəngli, tozşəkilli, spesifik iyli kustar üsulla hazırlanmış narkotik vasitə kokain, tərkibində metilendioksimetamfetaminin təsiredici maddəsinin ümumi miqdarı 4,08 qram olan üzərində “Lira” yazısı olan 17 ədəd açıq çəhrayi üçbucaq formalı kustar üsulla hazırlanmış həblər, tərkibində preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 1,05 qram olan üzərində “Alyse 150 preqabalin” markalanma göstəricisi olan konvalyutda 7 ədəd ağ rəngli kapsul güclü təsir edən maddə olan preqabalin tərkibli dərman preparatı, 4 ədəd şəffaf sellofanda ümumi təmiz çəkisi 11,409 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram olan üzərində “Methadone 40” yazısı olan 4 ədəd konvalyutda 20 ədəd üzərlərində “F/M 40” yazısı həkk olunmuş qəhvəyi rəngli həb metadon tərkibli dərman preparatını satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə daşımış və yaşadığı Nizami rayonu, T.Abbasov küçəsi 12 nömrəli evin 9 nömrəli mənzilində, eləcə də, üzərində saxlamış, 23 iyun 2022-ci il tarixdə saat 1:30 radələrində Nizami rayon Polis İdarəsinin X4 və Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman boynundan asmış olduğu qara rəngli çantadan saxladığı 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,222 qram külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 1 ədəd şəffaf sellofanın içərisində 5 ədəd sarı rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,861 qram, 0,859 qram, 0,415 qram, 0,612 qram, ümumi təmiz çəkisi 3,177 qram ağ rəngli, tozşəkilli, spesifik iyli kustar üsulla hazırlanmış narkotik vasitə kokain, tərkibində metilendioksimetamfetaminin təsiredici maddəsinin ümumi miqdarı 4,08 qram olan üzərində “Lira” yazısı olan 17 ədəd açıq çəhrayi üçbucaq formalı kustar üsulla hazırlanmış həblər, tərkibində preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 1,05 qram olan üzərində “Alyse 150 preqabalin” markalanma göstəricisi olan konvalyutda 7 ədəd ağ rəngli kapsul güclü təsir edən maddə olan preqabalin tərkibli dərman preparatı, 4 ədəd şəffaf sellofanda ümumi təmiz çəkisi 11,409 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və həmin gün saat 8:30 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Nizami rayonu, T.Abbasov küçəsi 12 nömrəli evin 9 nömrəli mənzilinə baxış keçirilən zaman mənzilin qonaq otağında yerləşən divanın arxasından tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram olan üzərində “Methadone 40” yazısı olan 4 ədəd konvalyutda 20 ədəd üzərlərində “F/M 40” yazısı həkk olunmuş qəhvəyi rəngli həb metadon tərkibli dərman preparatı və həmin otaqda televizor altlığının rəfindən üzərində psixotrop maddə metafetaminin izləri olan “Digital Scale 500g x 0,0 İg” yazısı olan “qara” rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir və narkotik vasitələri şəxsi istifadəsi üçün “Renat” adlı şəxsdən əldə etmişdir. Renat adlı şəxslə 2 il bundan əvvəl sosial şəbəkə vasitəsilə tanış olmuş, ondan dəfələrlə narkotik vasitə almışdır. O, 23 iyun 2022-ci il tarixdə saat 1:00 radələrində “Planet” şadlıq sarayının yaxınlığında yerləşən dayanacağın altında içərisində narkotik vasitələr olan çantanı götürmüşdür. Çantanın içərisində şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitələr olmuşdur. Çantanı götürüb getdikdən sonra tanışı “Etibar” adlı şəxslə rastlaşmış və yaşadıqları əraziyə doğru birlikdə getməyə başlamışlar. Nizami rayonu ərazisində “Dəri Zöhrəvi” Xəstəxanasının yaxınlığında piyada hərəkət edərkən onlara PPX-nin əməkdaşları yaxınlaşıb ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Nizami RPİ-nə dəvət etmişlər. Sonra da polis əməkdaşları ona psixoloji təsir göstərərək şəxsi axtarış zamanı onların dediklərini təkrar etməsini tələb etmişlər. Polis əməkdaşları çantanı polis bölməsində ondan götürüb yenidən ona qaytarmışlar. O, narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etmiş, şəxsi axtarış zamanı müdafiəçinin iştirak etməsini tələb etmiş, polis əməkdaşları tərəfindən nə şəxsi axtarış zamanı, nə də yaşadığı mənzilə baxış zamanı ona müdafiəçi təqdim olunmamışdır. Polis əməkdaşları valideynlərinin mənzildə olmasına baxmayaraq onların iştirakı və razılığı olmadan mənzilə baxış keçirmişlər. Yaşadığı mənzildən aşkar edilən elektron tərəzi isə onun olmamış, atası qızıl-zinət əşyalarının alışı-satışı ilə məşğul olduğu üçün mənzildə axtarış zamanı aşkar edilən elektron tərəzi atasına məxsusdur. Etibar adlı şəxslə yolda rastlaşmış və sonra yaşadıqları evə doğru birlikdə getmişlər. O, zakladka adlanan, yəni qabaqcadan əraziyə qoyulmuş içərisində narkotik vasitəni götürüb yaşadığı evə doğru hərəkət edən zaman polis əməkdaşları onu saxlamışlar. O, saxlanılan zaman ərazinin şəklini çəkməmiş, polis şöbəsinə Etibarla onu birlikdə aparmışlar. Onun çantasında kokain və metafetamindən başqa digər narkotik vasitələr olmuşdur. O, narkotik vasitələrin satışını həyata keçirməmiş, narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. O, saxlanılan zaman çantasını PPX-nin əməkdaşına vermiş, ilk olaraq videoçəkiliş olmadan üzərinə baxış keçirilmiş, daha sonra videoçəkilişlə baxış keçirilmişdir. O, sadəcə dərman həbi və marixuana sifariş vermişdir. O, 2-3 il narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitələri əldə etmək üçün “Renat”-ın bank kartına pul göndərmiş, o da ona narkotik vasitələri qoyduğu ərazinin şəklini atmışdır. Müdafiəçi olmadan şəxsi axtarış keçirilməsini xahiş etməmiş və heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilmiş, ibtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. O tutulan vaxt Şahid1 orada olmamışdır. Marixuana və metadon həbi sifariş etmiş, kokain və metafetamin ona məxsus olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 5 ildir ki, narkotik vasitə olan marixuananın qəbulu ilə məşğuldur. Renat adlı şəxsi 2 il bundan əvvəl sosial şəbəkələr vasitəsilə tanımış və ondan narkotik vasitə marixuana almışdır. Təxminən tutulmazdan 3-4 gün əvvəl Renat adlı şəxsin sifarişi ilə narkotik vasitələri həmin şəxsin ona dediyi yerdən götürməklə başqa bir yerə qoyub narkotik vasitələrin satışını həyata keçirməklə gəlir əldə etmişdir. Odur ki, 23 iyun 2022-ci il tarixdə saat 1 radələrində Renat adlı şəxsin ona növbəti sifarişi daxil olmuş və həmin şəxsin dedikləri əsasında o, “Planet” şadlıq sarayının yaxınlığında yerləşən dayanacağın altında olan içərisində narkotik vasitələr olan çantanı götürüb Renatdan həmin çantanı qoyacağı yer barədə xəbər gözləmişdir. Odur ki, piyada hərəkət edən zaman onunla qonşuluqda yaşayan X5 görmüş və hansı istiqamətə getdiyini maraqlandıqda Etibar ona yaşadığı ünvana getdiyini bildirmiş, belə olan halda o da həmin şəxsə birlikdə getməyi təklif etmişdir. Bir qədər piyada hərəkət etdikdən sonra o, Renata olduğu ərazinin şəklini çəkib göndərmək üçün dayanmış və üzərində olan mobil telefon ilə ərazinin şəklini çəkmək istədikdə ətrafda xidmət aparan bir neçə nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini onlara təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Nizami RPİ-nə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə onun xahişi nəzərə alınmaqla müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, boynundan asılı vəziyyətdə olan qara rəngli üzərində “Spring Fild” yazısı olan çantanı təqdim etmişdir. Həmin çantaya baxış zamanı içərisindən şəffaf sellofana bükülü halda üçbucaq formalı çəhrayı rəngli 17 ədəd həb, 4 ədəd şəffaf sellofan bükümdə yaşımtıl rəngli ot şəklində spesifik iyə malik olan kütlə, 1 ədəd şəffaf sellofanın içərisində 5 ədəd sarı rəngli kağız bükümdə ağ rəngli spesifik iyə malik maddə, 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli spesifik iyə malik maddə, 7 ədəd üzərində “Alisye” yazısı olan kapsula aşkar edilmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol cibindən özünə məxsus 1 ədəd “Samsung A31” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq hər hansı əşya və predmet aşkar olunmamışdır. Sonra üzərində olan çantadan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, o, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung A 31” markalı mobil telefon ona bu barədə izah verildikdən sonra götürülmüşdür. O, üzərindən çıxarıb təqdim etdiyi bükümlərin və həblərin hamısının özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra yaşadığı mənzilə baxış keçirilməsi ona bildirilmiş və o, ərizə ilə müraciət edərək heç bir etiraz etmədiyini qeyd etmişdir. O, mənzilə yaxınlaşdıqdan sonra mənzilin qapısını açaraq qonaq otağında yerləşən divanın arxasından üzərində “Methadone” yazısı yazılan 4 ədəd konvalyutda olan 20 ədəd metadon həblərini təqdim edərək psixotrop maddə olduğunu bildirmiş, həmçinin həmin qonaq otağının orta hissəsində yerləşən televizorun altında olan rəfdən 1 ədəd narkotik vasitələrin çəkilməsi üçün istifadə etdiyi elektron tərəzini təqdim etmişdir. Sonra 20 ədəd metadon həbləri və 1 ədəd tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, o, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 131-134 və cild 3, iş vərəqə 252-255). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonunda yaşayan “Ramazan” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, qəbulu, eləcə də satışı ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə 23 iyun 2022-ci il tarixdə ondan, NMB-nin əməliyyat müvəkkili Şahid2, rayon polis idarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid3, Şahid4 və Şahid5 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Sonra keçirilmiş tədbirlər nəticəsində 23 iyun 2022-ci il tarixdə saat 1:30 radələrində ünvan 1 ünvanın qarşısında zahiri əlamətləri “Ramazan” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən Təqsirləndirilən şəxs və onun yanında olan sonradan şəxsiyyəti onlara X3 məlum olan şəxsə yaxınlaşıb özlərini təqdim edərək onları Nizami RPİ-nə dəvət etmişlər. Həmin şəxslər də onlarla birlikdə polis idarəsinə getməyə etiraz etməmişlər. İdarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilməzdən əvvəl ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni nə varsa təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq boynundan asılı vəziyyətdə olan qara rəngli üzərində “Spring Fild” yazısı olan çantanı açaraq içərisində olan şəffaf sellofana bükülü halda üçbucaq formalı çəhrayı rəngli 17 ədəd həbi, 4 ədəd şəffaf sellofan bükümdə yaşımtıl rəngli ot şəklində spesifik iyə malik olan kütləni, 1 ədəd şəffaf sellofanın içərisində 5 ədəd sarı rəngli kağız bükümdə ağ rəngli spesifik iyə malik maddəni, 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli spesifik iyə malik maddəni, 7 ədəd üzərində “Alisye” yazısı olan kapsulanı təqdim etmişdir. Sonra şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol cibindən özünə məxsus 1 ədəd “Samsung A31” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Sonra aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş və üzərində müvafiq qeydlər aparılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung A31” markalı mobil telefon Təqsirləndirilən şəxs bu barədə izah verildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi bükümlərin və həblərin hamısının özünə məxsus olduğunu, həmin bükümləri və həbləri sosial şəbəkə vasitəsi ilə tanış olduğu Renat adlı şəxsin vasitəsilə tutulduğu tarixdə “Planet” şadlıq sarayının yaxınlığında yerləşən dayanacağın altında əvvəlcədən qoyulmuş yerdən götürdüyünü, Renat adlı şəxsin dediyi yerlərə qoymaq üçün üzərində gəzdirdiyini və narkotik vasitə aludəçisi olduğunu bildirmiş, həmçinin Təqsirləndirilən şəxs yaşadığı mənzildə də psixotrop maddə və 1 ədəd narkotik vasitələrin miqdarını müəyyən etmək üçün tərəzi saxladığını demişdir. Bundan sonra xidməti otaqların birində Nizami rayon Polis İdarəsinə gətirilmiş Etibar Məmmədzadənin üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilməzdən əvvəl ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni nə varsa təqdim etsin. Həmin təklifə əsasən Etibar Məmmədzadə üzərində qeyri-qanuni əşya olmadığını bildirmiş, onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı hər hansı bir qeyriqanuni əşya və predmet aşkar edilməmiş, bu barədə müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi ona bildirilmiş, həmin şəxs də ərizə ilə müraciət edərək etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs mənzilə yaxınlaşdıqdan sonra mənzilin qapısını açaraq qonaq otağında yerləşən divanın arxasından üzərində “Methadone” yazısı yazılan 4 ədəd konvalyutda olan 20 ədəd metadon həblərini təqdim edərək psixotrop maddə olduğunu bildirmiş, həmçinin həmin qonaq otağının orta hissəsində yerləşən televizorun altında olan rəfdən 1 ədəd narkotik vasitələrin çəkilməsi üçün istifadə etdiyi elektron tərəzini təqdim etmişdir. Sonra 20 ədəd metadon həbləri və 1 ədəd tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş və üzərində müvafiq qeydlər aparılmış, Təqsirləndirilən şəxs, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Şəxsi axtarış aparılana qədər heç kim çantanı Ramazandan götürməmiş, Ramazana qarşı heç bir zor tətbiq edilməmişdir. Post-Patrul Xidməti idarə rəisinin göstərişi ilə kömək üçün gəlmiş, Etibarın üzərindən qanunsuz əşya aşkar edilməmiş, Nizami RPİ-nin təhqiqat şöbəsində şəxsi axtarış keçirilmiş, 17 ədəd “extacy” həbi, kokain, marixuana, metafetamin aşkar olunmuşdur. Ramazanın üzərinə şəxsi axtarış keçirən zaman müdafiəçinin iştirak edib-etməməsini xatırlamamış, yaşadığı mənzilə şəxsin ərizəsi əsasında axtarış keçirmiş, mənzildə televizorun rəfin altında elektron tərəzi aşkar edilmişdir. Elvin Əliyevin onların şöbə rəisidir, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqə 80-82). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edəıək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs boynundan asılmış vəziyyətdə olan qara rəngli üzərində “Spring Fild” yazısı olan çantasını açaraq oradan şəffaf sellofana bükülü halda üçbucaq şəkildə çəhrayi rəngli 17 ədəd həbləri, 4 ədəd şəffaf sellofana bükümdə içərisində yaşımtıl rəngli ot şəklində spesifik iyə malik olan kütlələri, 1 ədəd şəffaf sellofana bükülü halda içərisində 5 ədəd sarı kağıza bükülü halda içərisində ağ rəngli spesifik iyə malik olan maddələri, 1 ədəd şəffaf sellofana bükülü halda içərisində ağ rəngli spesifik iyə malik olan maddəni, 7 ədəd üzərində “Alisye” yazısı olan kapsula həbləri təqdim etmişdir. Bundan başqa o, əynində olan göy cins şalvarının sol cibindən 1 ədəd “Samsung A31” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs çantada olan maddələrin narkotik vasitə və psixotop həblər olduğunu, həmin narkotik vasitə və psixotrop həbləri 2-3 ildir ki, tanıdığı, həyatda görmədiyi, sosial şəbəkələr vasitəsi ilə danışdığı Renat adlı narkotik vasitə satışı həyata keçirən şəxsin ona dediyi müxtəlif ərazilərə Renat adlı şəxsin dediyi yerlərə qoymaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən çıxmış bütün həblərin psixotrop dərmanlar, yaşımtıl rəngli maddənin “nəşə” kimi tanıdığı marixuana olduğunu, ağ rəngli 1 ədəd bükümdə maddənin “şüşə” kimi tanıdığı marixuana olduğunu qeyd edərək 4 ədəd sarı rəngli bükümdə olan maddənin isə dəqiq nə olduğunu bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs başqa hər hansı bir yerdə narkotik vasitə saxlaması barədə sual verildikdə o, yaşadığı mənzilin yataq otağında 4 list “Methadone” psixotrop maddə və narkotik vasitənin miqdarını müəyyən etməsi üçün zərgərlik tərəzisi saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülən bütün maddələr və həblər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 162 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqə 32-34). Cinayət işinin materiallarında olan “baxış və götürmə aparılması haqqında” 23 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə yaxınlaşdıqdan sonra o, mənzilin qapısını açaraq qonaq otağında yerləşən divanın arxasından üzərində “Methadone” yazısı yazılan 4 ədəd konvalyutda olan 20 ədəd metadon həblərini təqdim edərək psixotrop maddə olduğunu bildirmiş, həmçinin həmin qonaq otağının orta hissəsində yerləşən televizorun altında olan rəfdən 1 ədəd narkotik vasitələrin çəkilməsi üçün istifadə etdiyi elektron tərəzini təqdim etmiş, sonra 20 ədəd metadon həbləri və 1 ədəd tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənərək üzərində müvafiq qeydlər aparılmış, Təqsirləndirilən şəxs, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmış, baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Mənzildə baxış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs aid dövriyyəsi məhdudlaşdırılan dərman preparatları və 1 ədəd tərəzinin aşkar edilərək götürülməsinin videoçəkilişi 1 ədəd DVD diskə köçürülmüşdür (cild 1, iş vərəqə 63-65). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, yəni 23 iyun 2022-ci il tarixdə saat 2:25 radələrində Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən boynundan asılı vəziyyətdə olan qara rəngli üzərində “Spring Fild” yazısı olan çantanı açaraq içərisindən şəffaf sellofana bükülü halda üçbucaq formalı çəhrayı rəngli 17 ədəd həbi, 4 ədəd şəffaf sellofan bükümdə yaşımtıl rəngli ot şəklində spesifik iyə malik olan kütləni, 1 ədəd şəffaf sellofanın içərisində 5 ədəd sarı rəngli kağız bükümdə ağ rəngli spesifik iyə malik maddəni, 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli spesifik iyə malik maddəni, 7 ədəd üzərində “Alisye” yazısı olan kapsulanı təqdim etmişdir. Sonra şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol cibindən özünə məxsus 1 ədəd “Samsung A31” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq hər hansı əşya və predmet aşkar olunmamışdır. Sonra üzərində olan çantadan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, o, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung A31” markalı mobil telefon Təqsirləndirilən şəxs bu barədə izah verildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən çıxarıb təqdim etdiyi bükümlərin və həblərin hamısının özünə məxsus olduğunu, həmin bükümləri və həbləri sosial şəbəkə vasitəsi ilə tanış olduğu Renat adlı şəxsin vasitəsilə tutulduğu tarixdə “Planet” şadlıq sarayının yaxınlığında yerləşən dayanacağın altında əvvəlcədən qoyulmuş yerdən satış məqsədi ilə götürdüyünü, həmin Renat adlı şəxsin dediyi yerlərə qoymaq üçün üzərində gəzdirdiyini, narkotik vasitə aludəçisi olduğunu, ona verilən sualları tam aydın formada başa düşdüyünü, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı mənzildə də psixotrop maddə və 1 ədəd narkotik vasitələrin miqdarını müəyyən etmək üçün tərəzi saxladığını bildirməsi müşahidə olunmuşdur (cild 3, iş vərəqə 188). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış və götürmə istintaq hərəkəti zamanı, yəni 23 iyun 2022-ci il tarixdə saat 8:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı mənzilə yaxınlaşdıqdan sonra o, mənzilin qapısını açaraq qonaq otağında yerləşən divanın arxasından üzərində “Methadone” yazısı yazılan 4 ədəd konvalyutda olan 20 ədəd metadon həblərini təqdim edərək psixotrop maddə olduğunu bildirməsi, həmçinin həmin qonaq otağının orta hissəsində yerləşən televizorun altında olan rəfdən 1 ədəd narkotik vasitələrin çəkilməsi üçün istifadə etdiyi elektron tərəzini təqdim etməsi, sonra 20 ədəd metadon həblərinin və 1 ədəd tərəzinin içərisi boş olan ağ rəngli kağız zərfə qoyulması, həmin zərfin möhürlənərək üzərində müvafiq qeydlər aparılması, Təqsirləndirilən şəxs, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanması, baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmaması müşahidə olunmuşdur (cild 3, iş vərəqə 189). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun zənglər bölümünə 23 iyun 2022-ci il tarixdə +99***-***-**-** saylı mobil nömrədən saat 1:06 radələrində iki buraxılmış zəng gəldiyi, telefonun şəkillər bölümündə olan hissədə 2.06.2022, 6.06.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə X2 adına olan “Rabitə bank” kartına pul vəsaiti göndərilməsi, həmçinin həmin bölümdə narkotik vasitələrin müxtəlif yerlərə qoyulub işarə edilməsi ilə bağlı şəkillərin olması, mesajlar olan bölümün boş olduğu, “WhatsApp” proqramının isə yenilənməyə ehtiyac olduğundan açılaraq baxış keçirilməsi mümkün olmadığı müəyyən edilmişdir (cild 1, iş vərəqə 148). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3507 saylı 23 iyun 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 162” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş” yazısı və imzalar olan paketdə üzərində “Methadone 40” markalanma göstəricisi olan 4 ədəd konvalyutda ümumi 20 ədəd həb metadon tərkibli dərman preparatıdır və 20 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Tədqiqata təqdim edilmiş 1 ədəd üzərində “Digital Scale 500 g x 0,01 g” yazısı olan qara rəngli elektron tərəzinin üzərində metafetaminin izləri vardır. İz şəklində olduğu üçün metafetaminin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildir (Qeyd: metadon həbləri 20 ədəd, tədqiqata sərf edildi 2 həb, qalıq 18 həb, cild 1, iş vərəqə 84-86). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3508 saylı 23 iyun 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 162”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs....” yazısı və imzalar olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,222 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,861 qram, 0,859 qram, 0,415 qram, 0,612 qram, ümumi təmiz çəkisi 3,177 qram ağ rəngli tozşəkilli, spesifik iyli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə kokaindir. Üzərində “Lira” şəkli həkk olunmuş 17 ədəd açıq çəhrayi üçbucaq formalı həblər kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir (“ekstazi”) və 17 ədəd həbdən ibarət təsiredici maddəsi MDMA-ın ümumi miqdarı 4,08qram təşkil edir (1 ədəd həbdə 0,24 qram MDMA olmaqla). Üzərində “Alyse 150 preqabalin” markalanma göstəricisi olan konvalyutda 7 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 7 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,05 qramdır (bir kapsulda 0,150 qram preqabalin olmaqla). Metafetamin və MDMA 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Preqabalin tərkibli dərman preparatı 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxildir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 2,222 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,122, kokainin ümumi təmiz çəkisi 3,177 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 3,127 qram, MDMA həbləri 17 ədəd, tədqiqata sərf edildi 3 həb, qalıq 14 həb, kapsulaların sayı 7 ədəd, tədqiqata sərf edildi 2 kapsula, qalıq 5 kapsula, cild 1, iş vərəqə 89-94). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/677 saylı 23 iyun 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 3,480 qram, 2,405 qram, 3,331 qram, 2,193 qram, ümumi çəkisi 11,409 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qeyd: marixuananın ümumi təmiz çəkisi 11,409 qram, tədqiqata sərf edildi 0,08 qram, qalıq 11,329 qram, cild 1, iş vərəqə 97-98). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 4272 saylı 4 avqust 2022ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 3, iş vərəqə 202-203 ). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 30 sentyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 3,127 qram olan narkotik vasitə kokain, 2,122 qram olan psixotrop maddə olan metafetamin, 11,329 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 18 ədəd narkotik vasitə olan metadon həbi, 14 ədəd psixotrop maddə olan (MDMA) tərkibli həb və 5 ədəd kapsul güclü təsir edən maddə olan preqabalin tərkibli dərman preparatı, 1 ədəd tərəzi və 1 ədəd “Samsung A31” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, həmçinin 3 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqə 208-221). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami RPİ-nin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 3, iş vərəqə 260-262). Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami RPİ-nin X4 əməliyyat müvəkkili Şahid2 “Təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 23 iyun 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 146-147). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 23). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 47). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 iyun 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 141-145). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 23 iyun 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 300 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 3,127 qram narkotik vasitə olan kokain, 2,122 qram psixotrop maddə olan metafetamin, 11,329 qram narkotik vasitə olan qurudulmuş marixuana, 18 ədəd narkotik vasitə olan metadon həbi, 14 ədəd psixotrop maddə olan (MDMA) tərkibli həb və 5 ədəd kapsul güclü təsir edən maddə olan preqabalin tərkibli dərman preparatı, 1 ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd “Samsung A 31” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, -3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 23 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 300 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 3,127 qram narkotik vasitə olan kokain, 2,122 qram psixotrop maddə olan metafetamin, 11,329 qram narkotik vasitə olan qurudulmuş marixuana, 18 ədəd narkotik vasitə olan metadon həbi, 14 ədəd psixotrop maddə olan (MDMA) tərkibli həb və 5 ədəd kapsul güclü təsir edən maddə olan preqabalin tərkibli dərman preparatı, 1 ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd “Samsung A31” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, -3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-396/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-396/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver