Məhkəmə qərarları › İş №1(101)-396/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-396/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-396/2024 30.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödnilmiş, ünvan 1 ünvanında yaşamış barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə xx xxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 ittiham verilmişdir ona görə ki, o tamah niyyəti ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün tanışı Təqsirləndirilən şəxs2 və istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı «Şəhram» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup halında birləşərək, «Şəhram» adlı şəxsin narkotik vasitəni və psixotrop maddəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 çatdırmaq və alıcılara həmin narkotik vasitə və psixotrop maddələri internet informasiya ehtiyatlarından və internet-kommunikasiya şəbəkəsindən istifadə etməklə satmaq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə narkotik vasitəni və psixotrop maddəni alıcılara çatdırmaq rollarını aralarında bölüşərək, razılaşdıqdan sonra «Şəhram» adlı şəxsin tanışı Təqsirləndirilən şəxs2 mobil telefonuna göndərdiyi kart hesab nömrəsinə 220 manat məbləğində pulu köçürüb, xx.xx.2022-ci il tarixdə həmin pulun müqabilində «Şəhram» adlı şəxsin «Tees» yazısı olan çay qutusunun içərisinə yerləşdirdiyi 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 44,004 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd bükümdə çəkisi 46,830 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini ünvan 4 ünvanın qarşısında satış məqsədi ilə qanunsuz əldə edib birlikdə daşıyaraq saxlamış və həmin tarixdə saat 18:30-da həmin ünvanın yaxınlığında Nərimanov Rayon Polis İdarəsinin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirilmiş, inzibati binada xidməti otaqda onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan «TEES» yazısı olan çay qutusunun içərisindəki 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 44,004 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroiıı və 01 ədəd bükümdə təmiz çəkisi 46,830 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ona görə ki, o tamah niyyəti ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün tanışı Təqsirləndirilən şəxs1 və istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı «Şəhram» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup halında birləşərək, «Şəhram» adlı şəxsin narkotik vasitəni vo psixotrop maddəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 çatdırmaq və alıcılara həmin narkotik vasitə və psixotrop maddələri internet informasiya ehtiyatlarından və internet-kommunikasiya şəbəkəsindən istifadə etməklə satmaq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə narkotik vasitəni və psixotrop maddələri alıcılara çatdırmaq rollarını aralarında bölüşərək razılaşdıqdan sonra, «Şəhram» adlı şəxsin onun mobil telefonuna göndərdiyi kart hesab nömrəsinə 220 manat məbləğində pulu köçürüb, xx.xx.2022-ci il tarixdə həmin pulun müqabilində «Şəhram» adlı şəxsin «Tees» yazısı olan qutunun içərisinə yerləşdirdiyi 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 44,004 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd bükümdə çəkisi 46,830 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini ünvan 4 ünvanın qarşısında satış məqsədi ilə qanunsuz əldə edib birlikdə daşıyaraq saxlamış və həmin tarixdə saat 18:30-da həmin ünvanın yaxınlığında Nərimanov Rayon Polis İdarəsinin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirilmiş, inzibati binada xidməti otaqda Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan «TEES» yazısı olan çay qutusunun içərisindəki 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 44,004 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 46,830 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o İsami ilə yoldaşlıq münasibəti olmuşdur. Onlar məhəllədə dayanıb söhbət edən zaman Nərimanova getmək qərarına gəlmişlər. Yolda olan zaman polis əməkdaşları onları tutmuşdur. Nərimanovda onların üzərinə narkotik yerləşdirmişlər. Yazı pozu işləri apardıqdan sonra onları Şüvəlana-3 saylı İstintaq Təcridxnasına aparmışlar. Onun üzərinə polis əməkdaşları tərəfindən yerləşdirilən yük narkotik vasitə yox, limon duzu olmuşdur. Orada da boynuna almışdır ki, o narkotik vasitə aludəçisidir. Onun əməli 234.1-ci maddəyə uyğun gəlir. O, İrandan heçnə almamışdır. Telefonu da smart deyil sadə telefon olmuşdur, necə ola bilər ki, həmin telefon vasitəsilə İrandan narkotik alsın. Nərimanova elə-belə, İsami dediyi üçün getmişlər. Orada bükümü onların qabağına qoyduqda, içindəki bir qədər dağılmışdır. Vəkil də orada olmuşdur. O, vəkilə “açıb içindəkinə baxın, bu limon duzudur”demişdir. Dilinə vurub limon duzu olduğunu yoxlamışdır. Bölmədə videoçəkiliş olmuşdur. Polis əməkdaşları ondan narkotiki boynuna götürməyini istəmişlər. Polis əməkdaşları ona fiziki təzyiq göstərmişlər. Təcridxanada onun bədəninə yoxlanış keçirilmişdir, ancaq elə vurmuşlar ki, xəsarətlər bilinmirmiş. Onu prokurorun yanına apardıqda xəsarət aldığını bildirmişdir. Həmçinin bükümdə narkotik yox limon duzu olduğunu, onu günahsız yerə tutduqlarını demişdir. İsami heç bir işlə məşğul deyilmiş. Bir tanışı, yəni dostu ondan narkotik istəmiş, başqa heç kim olmamışdır. O heç vaxt narkotik satmamışdır. Baxış zamanı müdafiəçi iştirak etmişdir, əvvəl gələn vəkil sonradan çıxıb getmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, İran vətandaşı ilə danışmışdır. İranlı özü ona çoxdan yazmışdır. Daha sonra onun nömrəsini götürüb danışmışdır. İranlı ondan karta 220 manat atmasını istəmişdir. Pulu atdıqdan sonra ona Nərimanovdan gedib malı götürməsini bildirmişdir. Kamranın heç bir şeydən xəbəri olmamış, sadəcə onunla bir yerdə getmişdir. Yol üstü taksi ilə Kamranı götürmüş və orada onları tutmuşlar. Ancaq narkotiki götürməmişlər. Onlar tutulan zaman üstlərində heç bir şey olmamışdır. Daha sonra onları baş idarəyə aparmışlar. Polislər özləri narkotiki onlara yükləmiş və onu götürməyə məcbur etmişlər. Noyabrın 29-u pulu “M10” vasitəsi ilə ödəmişdir. Saxlanılan zaman Kamran yanında olmuşdur. Çay qutusu Kamranın əlində olmuş, amma tutulduqdan sonra ona vermişlər, əvvəlcədən onlarda elə bir şey olmamışdır. 5 qram “kakos” almalı imiş, ağrıdığı üçün qiyməti ilə maraqlanmamışdır. Ünvanı ona iranlı göndərmişdir. Bakcell mobil operatorundan istifadə edirmiş. İranlı ilə whatsapp vasitəsi ilə danışırmış. Əvvəl 1 dəfə Kamranla birlikdə narkotik istifadə etmişdir. Həm ağrıdığı üçün, həm də tapa bilmədiyi üçün məcbur qalıb almışdır. Onlara qarşı təzyiq olmuş, Kamranı çəkilişdən əvvəl məcbur edib qutunu üzərinə götürməyini istəmişlər. Ona təzyiq edən polisləri tanıyır, onunla birlikdə idmana getmişlər. Adları Fariz və İsa imiş, digərlərini xatırlamır. Ona hədə-qorxu gələrək 1 kilo malı boynuna götürməyini, pulu da çəkiliş zamanı alverdə qazandığını deməyini istəmişlər. İranlını üzdən tanımırmış. Maşında ona danışmağa imkan verməmişlər. Telefonu özləri ondan alıb məcburi şəkildə yoxlamışlar. O, fəhləliklə məşğul olmuşdur. Pulun bir qismini yeznəsi paltar almağı üçün vermiş, qalan pulu isə tanışlarından almışdır. İranlının adı Şəhran olmuşdur. 2 ilə yaxın imiş ki, narkotikdən istifadə edirmiş. Kamran da ara-sıra istifadə edirmiş. Narkotiki öz istifadəsi üçün götürəcəkmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Bəhram oğlu ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir və polis leytenantı rütbəsini daşıyır, keçən ilin noyabrında hava qaralmamış Nərimanov RPİ- nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ilə birlikdə xidməti zərurətlə əlaqədar olaraq, ünvan 6 ünvanın yaxınlığında olduğu zaman iki nəfər əvvəllər tanımadığı şəxsin və davranışlarından özlərini şübhəli aparmalarını müəyyən etmişlər. Gördülər ki, həmin 2 nəfər şəxs nə isə axtarır. Həmin şəxslərin davranışı və hərəkətləri, eləcədə şifahi suallara qeyri müəyyən cavab vermələri onların narkotik vasitə və psixotrop maddə təsiri altında olmaları ilə bağlı şübhə yaratdığından həmin şəxslərdən birlikdə Nərimanov RPİ-nin inzibati binasına gəlmələrini xahiş etmişlər. Yaxınlaşıb nə isə götürüb uzaqlaşanda biri sağa biri isə sola qaçmağa başlayanda, birini o tutdu, birini də Əli tutdu. Birlikdə polis şöbəsinə gəldikdə həmin şəxsləri növbətçi hissəyə təqdim etmiş və onların şəxsiyyətləri müəyyən edilərək üzərlərinə baxış keçirildi. Kamranın üzərindən çay qutusu çıxdı, çay qutusundan heroin və metafetamin çıxdı.Narkotikin çəkisi ikisi birgə 100 qrama yaxın idi. Şəxsləri “Konqres mərkəzi”nin binasının arxa tərəfindəki 9 mərtəbəli binaların yanında saxladılar, onlara heç bir təzyiq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 Bəhram oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı yekun nitqi söyləyərək, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə verilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən imtina edərək, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olmaları sübuta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində narkotik vasitə olmaması, özlərini narkotik vasitənin satışında təqsirli bilməmələrinə və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmalarına dair verdikləri ifadələrini inandırıcı saymır və hesab edir ki, onlar cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edirlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda özünü təqsirli bilərək, verdiyi ifadəsində bildirmişdir ki, təxminən 6-7 ay olar ki, narkotik vasitə olan olan heroini və metamfetamini iyləmək yolu ilə qəbul edir. Narkotik qəbul etmək üçün İnstaqram sosial şəbəkədə narkotik almaq üçün profillərlə əlaqə saxlamış, özünə istifadə etmək üçün narkotik vasitə ka kos almaq istəmişdir. İnstaqram sosial şəbəkədə «Şəhram» adı ilə qeydiyyatdan keçmiş İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş və həmin şəxsə mal almaq istədiyini bildirmişdir. Ona yeznəsi əyninə paltar almaq üçün 120 manat pul vermiş, evdə də özünə məxsus 100 manat pul olmuş, həmin pulları götürmüş və özünə hər qramı 42 manatdan olmaqla 5 qram kakos almaq istəmiş, ona sosial şəbəkədə tanış olduğu şəxs mobil nömrə vermiş və həmin nömrə ilə əlaqə saxladıqda vatsap vasitəsi ilə ona kart göndərilmişdir. Kamranı yaşadığı məhəllədən tanıyır, sonuncu tez tez məhəlləyə gəlib tanışları ilə görüşdükdə aralarında münasibət yaranmışdı. Onun məlumatla görə Kamran əvvəllər mal vuran olmuş, lakin sonradan tərgidib iyləməklə qəbul etmişdir. 30 noyabr 2022-ci il tarixdə Kamranla telefon əlaqəsi saxlamış, onunla telefonda danışdıqda ağrıdığını görüb demiş ki, mal almağa gedəcəkdir, onunla görüşsün və birlikdə gedib mal alaq, məqsədi aldığı 5 qram malın bir hissəsini ona qəbul etməsi üçün versin və qalan hissəsini isə sonradan hissə-hissə özü qəbul etsin. Bu məqsədlə Kamranla görüşmüş, o, İran İslam Respublikası vətiəndaşı ilə əlaqə saxlasa da. ona verilmiş mobil nömrə Azərbaycan Respublikasında işləyən mobil nömrə olmuş, lakin hazırda həmin mobil nömrəni unutduğu üçün xatırlamır. O, Yasamal rayonu ərazisində yerləşən MilliÖıı aparatından ona göndərilmiş «E MON» kartına 220 manat pul göndərmiş, bundan sonra onun mobil nömrəsinin «vatsap» hissəsinə konum və fotoşəkil göndərilmiş, konum verilmiş ərazi Nərimanov rayonu ərazisində İzzəddin Həsənoğlu küçəsi olmuş, o. Kamran ilə birlikdə taksiyə minib həmin əraziyə gəlmiş və konum verilmiş ərazidə fotoşəkli göndərilmiş dııxi qutusuna oxşar qutunu axtarmağa başlamışlar. O, həmin qutunu tapa bilməmiş, lakin Kamran həmin yerə atılmış «TEES» çay qabının içərisinə qoyulmuş narkotik vasitəni tapmış və üzərində götürmüşdür. Bundan sonra həmin ərazidə kimsənin onları görməməsi üçün birlikdə oradan uzaqlaşmaq istəmiş, narkotik vasitə isə qutunun içərisində Kamranda olmuş, həmin vaxtı iki nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb birgə Nərimanov rayon Polis İdarəsinə getməyi bildirmişlər. Polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən onlara narkotik vasitələrin qanunsuz istifadəsində şübələndiklərini izah etməklə hər ikisinin şübhəli şəxs kimi üzərində şəxsi axtarış və götürmə aparılacağı ətraflı izah edilmişdir. Xidməti otaqda polis əməkdaşları onun hüqüqlarınm qorunması üçün vəkil dəvət etmiş və ona hüquq və vəziyələri izah olunmuşdur. Polis əməkdaşları ona üzərində olan qeyri qanuni əşyaları könüllü təhvil verməyi bildirmiş, o da üzərində həmin İraıı İslam Respublikası vətəndaşı ilə danışığında istifadə etdiyi Redrni markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sonra üzərindəkeçirilən şəxsi axtarış zamanı saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya və yaxud predmet aşkar edilməmiş, o, polis əməkdaşları tərəfindən saxlanılarkən ona heç bir fiziki zor tətbiq edilməmiş, sonra polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib edilmiş və və imzalarla protokolu təsdiq etmiş, üzərində şəxsi axtarış və götürmə aparılması prosesi vəkilinin iştirakı ilə video çəkilişlə qeydə alınmışdır. Göstərmişdir ki, 5 qram kakos sifariş etmiş və həmin mala görə də 220 manat pulu karta ödəmiş, lakin həmin pula görə ona daha artıq miqdarda narkotik vasitələr və psixotrop maddələrin göndərilməsinin səbəbini deyə bilmir. Kamranın narkotik vasitəni iynəməklə qəbul etdiyini bilmiş, buna görə də mal almazdan əvvəl ona zəng etdikdə ağrıdığını bilib təklif etmiş ki, mal sifariş etmiş və birlikdə gedib götürsün, həmin maldan istifadə edə biləcəyi qədər ona pay kimi vermək fikri olmuşdur. Həmin şəxs özünü Şəhran adı ilə İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş və onun istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrə ilə həmin şəxsin istifadəsində olmuş +98 914 ***-**-** saylı mobil nömrənin vatsapı ilə əlaqə saxlamış, həmin şəxs ona İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim etsə də, ona malı atdığı yeri daha yaxşı tanımış və azərbaycan dilində sərbəst danışmışdır. O, 5 qram ka ko su özü üçün istifadə etməyə almış və bir hissəsini dostu Kamrana pay verməli olmuş, qalan hissəsindən başqa heç kəsə nə satmaq və nə də ki, pay vermək fikri olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda özünü təqsirli bilərək, verdiyi ifadəsində bildirmişdir ki, narkotik vasitə olan olan heroini və metamfetamin iyliyərək qəbul edir. Təqsirləndirilən şəxs2 Yasamaldan tanıyır və onunla ailəvi gediş gəlişi olmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə bir yerdə olan zaman İsami vatçap nömrəsinə İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərilmiş məkan ünvanına və şəkil olan yerə gedib oradan narkotik vasitəni birgə götürməyi təklif etmişdir. xx.xx.2022-ci il tarixdə saat 18:30- da məkan ünvanına ünvan 7 və şəkilə yeri axtarmağa başlamış, İsami ona fotosu göndərilmiş ərazidə narkotik vasitəni tapa bilməmiş, o, həmin ərazini axtardıqda «TEES» qutusunu tapmış və onun içərisnə baxan zaman narkotik vasitələrin olduğunu görüb götürmüşdür. O, qutunu götürdükdə İsami də bunu bilmiş və həmin qutunu cibinə qoyub ikilikdə həmin ərazidə onları kimsə gör məməsi üçün oradan uzaqlaşmağa çalışmışdır. Bu zaman iki nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb onlarla birgə Nərimanov rayon Polis İdarəsinə getməyi bildirmişlər. Polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən onlara narkotik vasitələrin qanunsuz istifadəsində şübələndikləriıri izah etməklə hər ikisinin şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılacağı ətraflı izah edilmiş, xidməti otaqda polis əməkdaşları onun hüqüqlarmm qorunması üçün vəkil dəvət edilmiş və ona hüquq və vəziyələri izah olunmuşdur. Polis əməkdaşları ona üzərində olan qeyri qanuni əşyaları könüllü təhvil verməyi bildirmişlər. O da öz növbəsində əlində olan qutunu təqdim etmişdir. Təqdim etdiyi qutunun içərisindən nazik selofaııa bükülmüş, içərisində toz halında, qəhvəyi rəngli, spesifik qoxuya malik bir bükümdə olan ayrıca maddənin “Kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu və nazik selofana bükülmüş, içərisində ağ rəngli kristal forma halında, spesifik qoxuya malik bir bükümdə olan ayrıca maddənin “Patı“ adı ilə tanıdığı metamfetamin narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra əynində olan tünd boz rəngli cins şalvarının sağ cibindən qara rəngi üzərində Kgtel yazısı olan mobil telefonu təqdim etmiş, o, polis əməkdaşları tərəfindən saxlanılarkən ona heç bir fiziki zor tətbiq edilməmişdir. Üzərindən aşkar edilmiş mobil telefon özünə qaytarılmış,bundan sonra polis əməkdaşları onun təqdim etdiyi narkotik vasitəni götürərək zərfə qoymuş və protokol tərtib etmişlər. Polis əməkdaşları zərfi möhürləmiş və imzalarla təsdiq edilmiş, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması vəkilinin iştirakı ilə video çəkiliş ilə qeydə alınmışdır. Göstərmişdir ki, onlar polis idarəsinə gəldikdən sonra bilmişdir ki, İsami İııstaqramdaıı tanış olduğu şəxsə mal sifariş edib və həmin şəxsin kart hesabına 220 manat pul ödəyib. Bundan sonra isə ona sifariş verdiyi mah birlikdə götürməyə getməyi təklif etmiş və həmin maldan ona da istifadə etməyi üçün verməli olmuş, onların başqa heç bir məqsədi olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “tutma haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən tərtib edilmiş “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl 30 noyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində ünvan 8 ünvanının yaxınlığında Nərimanov RPİ-nin NMBnin və CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş şübhəli şəxsə üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əlində olan dörd bucaq formasında qablaşdırlmış “tees” yazısı olan çay qutusunu təqdim etmişdir. Təqdim etdiyi qutunun içərisindən nazik selofana bükülmüş, içərisində toz halında, qəhvəyi rəngli, spesifik qoxuya malik bir bükümdə olan ayrıca maddənin "kakos" adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu və nazik sellofana bükülmüş, içərisində ağ rəngli kristal formalı, spesifik qoxuya malik bir bükümdə olan ayrıca maddənin “Patı” ilə tanıdığı metamfetamin narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra əynində olan tünd boz rlangli cins şalvarının sağ cibindən qara rəngi üzərində Kgtel yazısı olam mobil telefonu təqdim etmişdir. Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 könüllü təqdim etdiyi, dördbucaq formasında qablaşdırlmış "tees" yazısı olan çay qutusu içərisindən nazik sellofana bükülmüş, içərisində toz halında, qəhvəyi rəngli, spesifik qoxuya malik bir bükümdə olan ayrıca maddə və nazik selofana bükülmüş, içərisində ağ rəngli kristal forma halında, spesifik qoxuya malik bir bükümdə olan ayrıca maddə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi götürülərək tərəfindən qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 44 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən tərtib edilmiş “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl 30 noyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində ünvan 8 ünvanının yaxınlığında Nərimanov RPİ-nin NMBnin və CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş şübhəli şəxsə üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ cibindən Redmi markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, uzun müddətdir narkotik vasitə olan heroin və metamfetamini iyləyərək qəbul edir. İnstaqram Sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Şəhran adlı şəxslə tanış olmuş, istifadə etdiyi Redmi markalı ***-***-**-** mobil telefon nömrəsinin vatsap sosial şəbəkəsi üzərindən İran İslam Respublikası vətəndaşı Şəhran adlı şəxsin istifadəsində olan +98 ***-***-**-** mobil nömrəsi ilə yazışaraq narkotik vasitə əldə etmək istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə vatsapla yazışaraq aralarında razılığa gəlmiş, iranlı ona ümumilikdə 5 qram olmaqla heroin və metamfetamini 220 manata satmağa razılıq verdiyini bildirmişdir. O, həmin gun İran İslam Respublikasının vətəndaşı Şəhran adlı şəxsin kart hesabına Milliön aparat vasitəsi ilə 220 manat pul göndərmiş, İran İslam Respublikasının vətəndaşı Şəhran adlı şəxs isə bir saata narkotik vasitələri qoyduğu yerin məkanını ona atacağını bildirmiş, ancaq məkanı səhəri gun atmışdır. 30 noyabr 2022-ci il tarixdə Kamranla bir yerdə olan zaman Şəhran onun vatsapına narkotik vasitələrin olduğu məkanın şəklini atmışdır. xx.xx.2022-ci il tarixdə saat 18:30 da qeyd olunan məkana Kamranla birgə getmişlər. Kamran narkotik vasitələrin olduğu yeri tapıb dörd bucaq şəklində olan qutunu əlinə götürən zaman iki nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb Nərimanov rayon Polis İdarəsinə gəlmələrini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6846 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN- nin Zərflər üçün №44” dairəvi möhür əksi və “Şübhəli şəxs Kamran Mövsüm oğlu - imza, vəkil imza, iki imzalar, Tərtib etdi: Sərraf Cəfərov-imza... ” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd qutunun içərisində 01 ədəd bükümdəki təmiz çəkisi - 44,004 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdəki təmiz çəkisi 46,830 qram olan ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ), daxildir. Qeyd: heroinin ümumi çəkisi-44,004 qram, tədqiqata sərf edilən ümumi miqdar-0,1 qram, qalıq- 43,904 qram. Metamfetaminin ümumi çəkisi-46,830 qram, tədqiqata sərf edilən ümumi miqdar-0,1 qram, qalıq-46,730 qram. (Ekspertizaya tədqiqatının dəyəri 92 manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-1301/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-1300/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 1471 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 1472 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə 18:30-da həmin ünvanın yaxınlığında Nərimanov Rayon Polis İdarəsinin NMB-ııiıı və CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirilmiş, inzibati binada xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı əlində olan dördbucaqlı qablaşdırılmış «TEES» yazısı olan çay qutusunun içərisində olan 01 ədəd bükümdə külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustur üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həqiqətən xx.xx.2022- ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə bir yerdə olan zaman İsami vatçap nömrəsinə İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərilmiş məkan ünvanına və şəkil olan yerə gedib oradan narkotik vasitəni birgə götürməyi təklif etmiş, həmin tarixdə saat 18:30-da məkan ünvanına ünvan 7 və şəkilə yeri axtarmağa başlamış, İsami ona fotosu göndərilmiş ərazidə narkotik vasitəni tapa bilməmiş, o, həmin ərazini axtardıqda «TEES» qutusunu tapmış və onun içərisilə baxan zaman narkotik vasitələrin olduğunu görüb götürmüş, qutunu götürdükdə İsami də bunu bilmiş və həmin qutunu cibinə qoyub ikilikdə həmin ərazidə onları kimsə görməməsi üçün oradan uzaqlaşmağa çalışmışdır. Bu zaman iki nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb onlarla birgə Nərimanov rayon Polis İdarəsinə getməyi bildirmiş, bundan sonra Polis İdarəsinin inzibati binasına gətirilmiş, inzibati binada xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı əlində olan dördbucaqlı qablaşdırılmış «TEES» yazısı olan çay qutusunun içərisində olan 01 ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli kustur üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, İstintaq zamanı 30.11,2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs2 bildirmişdir ki, İnstaqram sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikası vətəndaşı Şəhran adlı şəxslə tanış olmuş və istifadə etdiyi Redmi markalı, ***-***-**-** GSM mobil nömrəsinin vatsap sosial şəbəkəsi üzərindən İran İslam Respublikası vətəndaşı Şəhrarn adlı şəxsin istifadəsində olan mobil nömrə ilə vatsapla yazışaraq narkotik vasitə istədiyini bildirmiş, xx.xx.2022-ci il tarixdə növbəti dəfə yazışaraq razılığa gəldikdən sonra ona ümumilikdə 5 qram olan heroin və metamfetaminn 220 manata satmağa razılıq vermiş, həmin İran İslam Respublikası vətəndaşı Şəhran adlı şəxsin kart hesabına «MilliÖn» aparat vasitəsi ilə 220 manat pul göndərdiyini, həmin şəxs bir saat ərzində narkotik vasitə və psixotrop maddə qoyulacaq yerin məkanını ona atacağını bildirsə də, həmin məkanı səhəri günü atdığını bildirmişdir. Belə ki, həmin vasitələrin qoyulduğu məkan ona göndərildiyi vaxtı ailəvi tanışı olan Kamran adlı şəxs də onun yanında olmuş, qeyd olunan məkana Kamranla birgə gəlmiş, məkanla və şəkillə yeri atdıqlarını, bu zaman Kamran həmin narkotik vasitə və psixotrop maddənin qoyulduğu yeri tapdığını, orada olan dördbucaqlı qutunu əlinə götürən zaman iki nəfər polis əməkdaşı onlara yaxınlaşıb şübhəli şəxs qismində saxlayaraq Nərimanov rayon polis idarəsinə gətirmişlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin komputer texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 5/566 saylı rəyindən görünür ki, təqdim edilmiş göy rəngli, sensor ekran və «Android» əməliyyat sistemi ilə təchiz olunmuş «Xiomi Redmi» markalı, arxa məlumat lövhəsinə görə «M1903C3EG» modelli mobil startfon, hal hazırda işlək vəziyyətdə olmayıb, istifadə üçün yararsızdır. Təqdim edilmiş göy rəngli, sensor ekran və «Android» əməliyyat sistemi ilə təchiz olunmuş «Xiomi Redmi» markalı, arxa məlumat lövhəsinə görə «M1903C3EG» modelli mobil startfon işlək vəziyyətdə olmadığından «SİM» danışıq kartı yerləşən yuvada və arxa məlumat lövhəsində «imei» kod göstərilməməsi səbəbindən mobil telefonun imei kodunu müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş göy rəngli, sensor ekran və «Android» əməliyyat sistemi ilə təchiz olunmuş «Xiomi Redmi» markalı, arxa məlumat lövhəsinə görə «M1903C3EG» modelli mobil startfon işlək vəziyyətdə olmadığından yaddaşında hər hansı bir məlumatın olubolmamasının və pozulub-pozüulmaması üzrə tədqiqat işini aparmaq mümkün olmadı. Təqdim edilmiş starfonun daxilində olan «NAR» mobil operatoruna məxsus «**********702897251» (İCCİD) seriya nömrəli və «BAKSELL» mobil operatoruna məxsus «**********017395677» (İCCİD) seriya nömrəli «SİM» danışıq kartları hal-hazırda işlək vəziyyətdədirlər. Təqdim edilmiş «Xiomi Redmi» markalı, arxa məlumat lövhəsinə görə «M1903C3EG» modelli mobil startfonun daxilindəki «NAR» mobil operatoruna məxsus «**********702897251» (İCCİD) seriya nömrəli danışıq kartının yaddaşından (10 ədəd SMS mesaj, 127 ədəd kontakt, 01 ədəd SMS mesaj və 11 ədəd zəng qeydi) və «BAKSELL» mobil operatoruna məxsus «**********017395677» (İCCİD) seriya nömrəli «SİM» dınışıq kartının kartının yaddaşından isə (22 ədəd kontakt) məlumatlar müəyyən olundu. (Ekspertiza tədqiqatının dəyəri 53,65 manat) Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb, barələrində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduğu vaxtdan, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 43,904 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 46,730 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işi materiallarında saxlanması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ekspertiza xərci təşkil edən 145,65(yüz qırx beş manat altmış beş qəpik) manat müştərək qaydada alınıb dövlət büdcəsinə verilməli və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 30 noyabr 2022-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 30 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ekspertiza xərci təşkil edən 145,65(yüz qırx beş manat altmış beş qəpik) manat müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 43,904 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 46,730 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edisin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar