Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-397/2022 18.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X16, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı1 və həmin şöbənin prokuroru X20, müdafiəçi: Bakı Şəhər 19 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X5 iştirakları ilə xx xxxxxxxx 1988-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-nin təsisçisi və direktoru, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, ŞTQ-də yerləşən fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.09.2020-ci il tarixli 336 №- li Qərarının 1.1.1-ci bəndinə əsasən, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılmasının müəyyən olunması ilə əlaqədar, cinayətdən xəbərsiz tanışı Şahid2 vasitəsilə tanıdığı “X3 AZ” MMC-nin təsisçisi və direktoru Şahid1 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətli vəzifəli şəxslərinin vasitəsi ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmalarına icazə verilməsinə nail olmaq imkanlarının olmasına dair fikir formalaşdırıb, özünə 2021-ci ilin yanvar ayında cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı Amırfathıgargarı Farzadın Azərbaycan Respublikası ərazisinə daxil olmasına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilməsində köməklik göstərilməsi ilə bağlı müraciət etmiş Şahid1 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin məsələnin müsbət həlli üçün özünün qeyd edilən Qərargahda yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Amırfathıgargarı Farzadın xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun Azərbaycan Respublikası ərazisinə daxil olmasına rəsmi qaydada icazə verilməsinə görə 500 (beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını aldatmaqla cinayətdən xəbərsiz Şahid2 vasitəsilə bildirərək, Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2021-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən “AMAY” ticarət mərkəzinin yaxınlığında cinayətdən xəbərsiz Şahid2 vasitəsilə Haddad Ahrezaya məxsus 500 (beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitini alaraq ələ keçirib öz şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.09.2020- ci il tarixli 336 №-li Qərarının 1.1.1-ci bəndinə əsasən, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılmasının müəyyən olunması ilə əlaqədar, cinayətdən xəbərsiz tanışı Şahid3 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətli vəzifəli şəxslərinin vasitəsi ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmalarına icazə verilməsinə nail olmaq imkanlarının olmasına dair fikir formalaşdırıb, özünə 2021-ci ilin fevral ayında Hindistan Respublikasının vətəndaşı Singht Sohanın Azərbaycan Respublikası ərazisinə daxil olmasına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilməsində köməklik göstərilməsi ilə bağlı müraciət etmiş Şahid3 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin məsələnin müsbət həlli üçün özünün qeyd edilən Qərargahda yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Singht Sohanın xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun Azərbaycan Respublikası ərazisinə daxil olmasına rəsmi qaydada icazə verilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 500 (beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 (səkkiz yüz əlli) manat məbləğdə pul vəsaitinin verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Şahid3 razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2021-ci ilin fevral ayında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının yaxınlığında razılaşdırılmış maddi nemət olan 500 (beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 (səkkiz yüz əlli) manat məbləğdə pul vəsaitinin 300 (üç yüz) manat məbləğində olan hissəsini şəxsən Şahid3 alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf edib, bundan sonra Singht Sohanın Azərbaycan Respublikası ərazisinə daxil olmasına icazə verilməsindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən imtina olunması səbəbindən Şahid3 qalan pul vəsaitini vermədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini sonuncudan almağa nail olmayaraq, Şahid3 məxsus 850 (səkkiz yüz əlli) manat məbləğdə pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.09.2020- ci il tarixli 336 №-li Qərarının 1.1.1-ci bəndinə əsasən, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılmasının müəyyən olunması ilə əlaqədar, tanışı X8 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətli vəzifəli şəxslərinin vasitəsi ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmalarına icazə verilməsinə nail olmaq imkanlarının olmasına dair fikir formalaşdırıb, özünə 2021-ci ilin fevral ayında Azərbaycan Respublikası ərazisinə daxil olmasına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilməsində köməklik göstərilməsi ilə bağlı müraciət etmiş İran İslam Respublikasının vətəndaşı X8 özü barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin məsələnin müsbət həlli üçün özünün qeyd edilən Qərargahda yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Arash Shahmohammadinin Azərbaycan Respublikası ərazisinə daxil olmasına rəsmi qaydada icazə verilməsinə görə 500 (beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 (səkkiz yüz əlli) manat məbləğdə pul vəsaitinin verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Arash Shahmohammadinin razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 24 fevral 2021 -ci il tarixdə Arash Shahmohammadinin cinayətdən xəbərsiz işçisi Şahid7 tərəfindən ünvan 3 ünvanında yerləşən “MilliÖn" elektron ödəmə sistemindən istifadə edilməklə razılaşdırılmış maddi nemət olan 500 (beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 (səkkiz yüz əlli) manat məbləğdə pul vəsaitinin Arash Shahmohammadiyə məxsus 510 (beş yüz on) manat məbləğində olan hissəsinin özünün adına köçürülməsinə nail olaraq, həmin pul vəsaitini Bakı şəhəri ərazisində müəyyən edilməyən yerdə bankomatdan çıxarmaqla ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etmiş, Arash Shahmohammadinin əvvəlcədən razılaşdıqları kimi İran İslam Respublikasından birbaşa quru sərhədindən keçməklə deyil, Türkiyə Respublikası vasitəsilə hava yolu ilə gələ bilməsinə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qanuni əsaslarla müraciət üzrə rəsmi qaydada icazə verilməsi səbəbindən Arash Shahmohammadi ilə razılaşdıqları pul vəsaiti üzrə qalan 340 (üç yüz qırx) manat məbləğdə pul vəsaiti sonuncu tərəfindən verilmədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini sonuncudan almağa nail olmayaraq, Arash Shahmohammadiyə məxsus 850 (səkkiz yüz əlli) manat məbləğdə pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.09.2020- ci il tarixli 336 №-li Qərarının 1.1.1-ci bəndinə əsasən, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılmasının müəyyən olunması ilə əlaqədar, cinayətdən xəbərsiz tanışı Şahid4 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətli vəzifəli şəxslərinin vasitəsi ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmalarına icazə verilməsinə nail olmaq imkanlarının olmasına dair fikir formalaşdırıb, özünə 2021-ci ilin mart ayında Türkiyə Respublikasının vətəndaşı Ergün Bekirin Azərbaycan Respublikası ərazisinə daxil olmasına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilməsində köməklik göstərilməsi ilə bağlı müraciət etmiş Şahid4 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin məsələnin müsbət həlli üçün Ergün Bekirin Azərbaycan Respublikası ərazisinə daxil olmasına rəsmi qaydada icazə verilməsinə görə 300 (üç yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 510 (beş yüz on) manat məbləğdə pul vəsaitinin verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Şahid4 razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2021-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının yaxınlığında cinayətdən xəbərsiz ortaq tanışları Şahid5 vasitəsilə Şahid4 məxsus maddi nemət olan 300 (üç yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsinə əsasən 510 (beş yüz on) manat məbləğdə pul vəsaitini alaraq ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.09.2020-ci il tarixli 336 №-li Qərarının 1.1.1-ci bəndinə əsasən, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılmasının müəyyən olunması ilə əlaqədar, cinayətdən xəbərsiz tanışı Şahid4 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətli vəzifəli şəxslərinin vasitəsi ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmalarına icazə verilməsinə nail olmaq imkanlarının olmasına dair fikir formalaşdırıb, özünə 2021-ci ilin mart ayında Türkiyə Respublikasının vətəndaşları Soysal İbrahim və Battaloğlu Haydarın Azərbaycan Respublikası ərazisinə daxil olmalarına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilməsində köməklik göstərilməsi ilə bağlı müraciət etmiş Şahid4 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin məsələnin müsbət həlli üçün Soysal İbrahim və Battaloğlu Haydarın Azərbaycan Respublikası ərazisinə daxil olmalarına rəsmi qaydada icazə verilməsinə görə 700 (yeddi yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.190 (bir min bir yüz doxsan) manat məbləğdə pul vəsaitinin verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Şahid4 razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2021-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında cinayətdən xəbərsiz ortaq tanışları Şahid5 vasitəsilə Şahid4 məxsus maddi nemət olan 700 (yeddi yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsinə əsasən 1.190 (bir min bir yüz doxsan) manat məbləğdə pul vəsaitini alaraq ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakım ələ keçirmək məqsədilə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.09.2020- ci il tarixli 336 №-li Qərarının 1.1.1-ci bəndinə əsasən, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılmasının müəyyən olunması ilə əlaqədar, cinayətdən xəbərsiz tanışı Şahid2 vasitəsilə tanıdığı bir ailənin üzvləri olan İran İslam Respublikasının vətəndaşları X35, X25, X44 və X26 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətli vəzifəli şəxslərinin vasitəsi ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmalarına icazə verilməsinə nail olmaq imkanlarının olmasına dair fikir formalaşdırıb, 2021-ci ilin aprel ayında cinayətdən xəbərsiz Şahid2 vasitəsilə Azərbaycan Respublikası ərazisinə daxil olmalarına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilməsində köməklik göstərilməsi ilə bağlı müraciət etmiş X35, X25, X44 və X26 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, sonuncuların Azərbaycan Respublikası ərazisinə daxil olmalarına rəsmi qaydada icazə verilməsinə görə 800 (səkkiz yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.360 (bir min üç yüz altmış) manat məbləğdə pul vəsaitinin verilməsinin zəruri olmasını aldatmaqla cinayətdən xəbərsiz Şahid2 vasitəsilə bildirərək, X18 razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2021-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən “AMAY” ticarət mərkəzinin 7-ci mərtəbəsinin 8 saylı otağında cinayətdən xəbərsiz tanışı Şahid2 vasitəsilə razılaşdırılmış X22 məxsus 800 (səkkiz yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.360 (bir min üç yüz altmış) manat məbləğdə pul vəsaitinin 400 (dörd yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 680 (altı yüz səksən) manat məbləğdə olan hissəsini alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf edib təkrarən dələduzluq etmiş, bundan sonra X35, X25, X44 və X27 Azərbaycan Respublikası ərazisinə daxil olmalarına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən rəsmi qaydada icazə verilməsindən imtina olunması səbəbindən Meysam Moradı qalan pul vəsaitini vermədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini almağa nail olmayaraq, X22 məxsus 800 (səkkiz yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi İlə 1.360 (bir min üç yüz altmış) manat məbləğdə pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid3 tanıyır, aralarında dostluq münasibəti olmuşdur. Şahid3 pandemiya dövründə onun köməkliyi ilə Hindistan vətəndaşı olan şəxs Singht Sohanı Azərbaycan Respublikasına gətirtmək istəmişdir. O da Singht Sohanın Azərbaycan Respublikasının ərazisinə gəlməsi üçün "xxxx" MMC və "xxxx" MMC-nin adından müxtəlif vaxtlarda Nazirlər Kabinetinə məktublar hazırlayaraq göndərmişdir. Lakin hər dəfəsində Singht Sohanın gəlməsinə icazə verilməsindən imtina olunmuşdur. Onların razılaşmasına əsasən Singht Sohan onun köməkliyi ilə Azərbaycan Respublikasına gəldikdən sonra ona 500 ABŞ dolları məbləğində pul veriləcəkdi. Həmin sənədləşmə işlərinin aparıldığı dövrdə Şahid3 ona 300 manat pul vermiş o da həmin pulu öz ehtiyaclarına sərf etmişdir. 2021-ci ilin fevral-mart aylarında tanışı Şahid5 onunla əlaqə saxlayaraq 3 nəfər Türkiyə Respublikasının vətəndaşının Azərbaycan Respublikasına gətirilməsinə köməklik edə biləcəyini soruşmuş, o da kömək edə biləcəyini bildirmişdir. Bundan sonra ona özünü Murad adı ilə təqdim edən şəxs zəng edərək Şahid5 tanışı olduğunu bildirib 3 nəfər Türkiyə vətəndaşının Azərbaycana gəlməsində köməklik göstərməyini xahiş etmişdir. O isə köməklik göstərə biləcəyini, ilkin olaraq Ergün Bekir adlı şəxsin, sonradan isə digər 2 nəfərin gələcəyi demiş və Ergün Bekirin gəlməsi müqabilində Muraddan 300 ABŞ dolları pul istəmişdir. Murad da razı olduğunu, həmin pulu Şahid5 vasitəsilə ona göndərəcəyini bildirmiş və ona Türkiyə vətəndaşı olan Ergün Bekirin sənədlərini göndərmişdir. Ergün Bekirin anket məlumatlarını məktuba qeyd etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin elektron poçt ünvanına dəvətnamə alınması üçün göndərmişdir. Türkiyə vətəndaşı olan Ergün Bekirin Azərbaycan Respublikasına gəlməsi üçün icazə alınması rəsmiləşdikdən sonra Şahid5 onunla Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının yaxınlığında görüşərək 300 ABŞ dollarını ona vermişdir. Bir neçə gün sonra Murad onunla yenidən əlaqə saxlayaraq əlavə 2 nəfərin dəvətnamə alınması üçün sənədlərini göndərmiş, da yenidən eyni qaydada həmin 2 nəfərin ölkəyə gəlməsi üçün elektron poçt ünvanı vasitəsilə Şahid4 direktoru olduğu "xxxx" MMC adından Nazirlər Kabinetinə məktub yazmışdır. Həmin şəxslərin ölkəyə gəlməsi üçün icazə məslələri həll olunduqdan sonra Muraddan hər bir şəxs üçün 350 ABŞ dolları pul istəmişdir. Murad da ümumilikdə 700 ABŞ dollarını yenidən Şahid5 vasitəsilə göndərəcəyini bildirmiı, sonra da onunla əlaqə saxlayaraq Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında həmin pulu ona vermişdir. Rəşat və Muradın ona müraciət etdikləri hər 3 Türkiyə vətəndaşı Azərbaycana gəlmişlər. Aldığı ümumilikdə 1000 ABŞ dolları tam olaraq özünə çatmışdır. Şahid2 4 ilə yaxın müddətdir ki, tanıyır. Gülnar xarici ölkə vətəndaşlarının miqrasiya ilə bağlı işlərinin görülməsində sənədləşmə işlərini yerinə yetirmişdir. O da həmin işlərdə mühasibatlıq sahəsi üzrə köməklik göstərmişdir. Şahid2 pandemiya dövründə ona bir neçə xarici ölkə vətəndaşının Azərbaycan Respublikasına gəlməsinə köməklik göstərməyini xahiş etmişdir. Həmin şəxslər İran İslam Respublikasının vətəndaşları X28, X29, X36 və X21muşdur. O, həmin şəxslərin adına dəvətlər hazırladıqdan sonra elktron poçt vasitəsilə Nazirlər Kabinetinə müraciət etmişdir. Lakin hansı şirkətin adından məktublar hazırladığını xatırlamır. Bunun müqabilində Gülnar ona 400 ABŞ dolları vermişdir. Sonradan o, həbs olunduğundan həmin şəxslərin Azərbaycana gətirilməsi məsələsini həll edə bilməmişdir. Bildiyinə görə həmin 400 ABŞ dolları sonradan ailə üzvləri tərəfindən Gülnara geri qaytarılmışdır. Şahid1 adlı şəxsi Şahid2 vasitəsilə tanımışdır. Şahid1 işçisi Amırfathigargarı Farzadın Azərbaycan Respublikası ərazisinə gəlməsi üçün “X3 AZ” MMC adından sənədləri hazırlayıb Nazirlər Kabinetinə müraciət etmişdir. Bunun müqabilində X49 Şahid2 vasitəsilə ona 500 ABŞ dolları vermişdir. Arash 2021-ci ilin yanvar-fevral aylarında ona müraciət edərək İran İslam Respublikasının ərazisində olduğunu və pandemiya ilə əlaqədar Azərbaycan Respublikası ərazisinə gələ bilmədiyini, bu məsələdə köməklik etməyini xahiş etmişdir. O da bunun müqabilində 500 ABŞ dolları ödəməli olacağını bildirmiş və Arash bununla razılaşmışdır. Bundan sonra o, Arasha pasportunun şəklini göndərməsini bildirmiş, Arash da “Whatsapp” vasitəsilə şəkili ona göndərmişdir. O, Arashın gəlməsi üçün icazə məsələsini həll edərkən sonuncu Bakı şəhərində olan işçisi vasitəsilə onun bank hesbına 510 manat pul göndərmiş, qalan 340 manatı isə Azərbaycan Respublikası ərazisinə gəldikdən sonra ona verəcəyi barədə razılaşmışlar. 2021-ci ilin may ayında o, Arashın icazə məsələsini həll etmiş və sonuncu Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra Arash ona saxlayacağını bildirsə də o, həbs olunduğundan Arashla bir daha əlaqəsi olmamışdır. Xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gətirilməsi üçün müxtəlif şirkətlərin adından hazırladığı məktubların hər biri Nazirlər Kabinetinə elektron formada göndərilmişdir. O, məktubları və ya blankları hazırladıqdan sonra şirkətlərin rəhbərlərinə göndərmiş, sonuncular da imzalayıb möhürlə təsdiq etdikdən sonra ona geri göndərmişlər. O da həmin məktubların PDF variantını elektron poçtla Nazirlər Kabinetinə göndərmişdir. Qeyd olunan məktublar onun tərəfindən imzalanmamışdır. Xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gətirilməsinə icazə alınması üçün etdiyi köməklik qarşılığında xidmət haqqı kimi aldığı pul vəsaitlərini əsasən gördüyü iş yekunlaşdıqdan sonra almışdır. Təqsirləndirilən şəxsin dələduzluq və dələduzluq etməyə cəhd etməkdən ibarət olan törətdiyi cinayət əməli aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, əvvəllər İran İslam Respublikasının vətəndaşına aid "xxxx" MMC-də menecer vəzifəsində işləmişdir. Menecer kimi işi Azərbaycan Respublikasına gələn əcnəbi vətəndaşlara Azərbaycan Respublikasında müvvəqəti və ya daimi yaşamaq üçün icazə verilməsinə lazım olan sənədləri toplamaqda köməklik etməkdən ibarət olmuşdur. 2019cu ildə o, həmin şirkətdən işdən ayrılmışdır. Həmin dövrdə işsiz olduğundan ortaq tanışı vasitəsilə Nurlanla tanış olmuşdur. Nurlan həmin dövrdə müxtəlif şirkətlərin mühasibatlıq işlərini görmüş, sonuncunun təklifi ilə o, Nurlanla birlikdə işləməyə başlamışdır. Onlar birlikdə “AMAY” ticarət mərkəzinin yerləşdiyi binanın 7-ci mərtəbəsində olan otaqdakı ofisdə işləmişlər. Təqsirləndirilən şəxs pandemiya dövründə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına daxil olmalarına icazə alınması məsələsi ilə bağlı müraciət etmişdir. Belə ki, 2021-ci ilin əvvəllərində Nurlan ona Nazirlər Kabineti yanında Operativ Qərargahda işləyən tanışları vasitəsiə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına daxil olmaları üçün icazə alınması məsələlərini həll edə bildiyini, belə bir tanışı olduqda bildirməyini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, hər bir şəxsə icazə alınması üçün təxminən 400 ABŞ dolları verilməli, lakin əlavə qazanc əldə etməsi üçün müraciət edən şəxslərə daha yuxarı qiymətlər deyilməlidir. Həmin ərəfələrdə əvvəlki iş yerindən tanıdığı Şahid1 ona müraciət edərək işçisi olan Amırfathıgargarı Farzadın Azərbaycan Respublikası ərazisinə daxil olmasına köməklik edə biləcək tanışı olub-olmaması ilə maraqlanmışdır. O da X30 Əsgərzadə adlı tanışının olduğunu və bu məsələni həll edə biləcəyini bildirmişdir. Daha sonra Nurlana bu barədə bildirdikdə sonuncu həmin məsləni 500 ABŞ dolları müqabilində həll edə biləcəyini demişdir. O da Şahid1 dedikdə sonuncu Nurlanın təklifi ilə razılaşmışdır. 2021-ci ilin yanvar ayının sonlarında hazırda dəqiq xatırlamadığı gündə Şahid1 onların ofisin yerləşdiyi binanın qarşısına gələrək 500 ABŞ dolları məbləğində pulu ona vermiş, o da X31 məxsus “X3 AZ" MMC-nin bəzi sənədlərini və Amırfathıgargarı Farzadın pasportunun surətini götürüb ofisə qalxaraq pulu və sənədlərin surətlərini Nurlana vermişdir. Nurlan yaxın vaxtlarda qeyd olunan məsləni həll edəcəyini bildirmişdir. Amırfathıgargarı Farzadın gəlməsinə icazə verilməsi məsələsi bir az uzandığından Haddad Alireza narazılığını bildirmiş, o da buna görə Nurlanla Şahid1 tanış etmişdir. X23 məsələni özünün həll edəcəyini əminliklə bildirmişdir. Bir neçə müddət sonra X4 Azərbaycan Respublikasına daxil olmasına icazə verilməsi məsələsini həll etmiş, həmin ərəfələrdə Nurlan ona 150 AZN pul verərək demişdir ki, zəhmət haqqıdır. Nurlanın həmin məsələni həll etmək üçün Şahid1 məxsus “X3 AZ” MMC-nin adından məktublar hazırlayaraq Nazirlər Kabinetinin elektron poçt ünvanına göndərdiyini bilsə də, bu məsləni tam olaraq hansı formada həll etməsindən məumatı olmamışdır. Əvvəlki iş yerindən tanıdığı İran İslam Respublikasının vətəndaşları X35, X25, X44 və X45 Azərbaycan Respublikasına gəlmələrinə köməklik göstərilməsi üçün müraciət etmişlər. O da bu barədə Nurlana bildirdikdə, Nurlan həmin şəxslərin gəlmələrinə icazə verilməsi üçün ümumilikdə 400 ABŞ dolları məbləğində pulun Operativ Qərargahda işləyən tanışına verməli olduğunu, onun isə həmin şəxslərə 800 ABŞ dolları deməyini, qalan pulun isə zəhmət haqqı kimi alınacağını, qalan pulu da onunla böləcəyini bildirmişdir. Həmin İran vətəndaşlarını əvvəldən tanıdığından və aralarında yaxşı münasibət olduğundan o, Nurlanın dediyi kimi deyil, ilkin mərhələdə 400 ABŞ dolları məbləğində pulun lazım olduğunu İran vətəndaşlarına bildirmişdir. 2021-ci ilin aprel ayının sonlarında həmin ailənin böyüyü olan Meysam Moradı icazə alınması üçün Bakı şəhərində yaşayan tanışı vasitəsilə ona 400 ABŞ dolları göndərmişdir. O, həmin pulu işlədikləri ofisin yerləşdiyi binanın qarşısında götürərək ofisdə Nurlana vermişdir. Nurlan həmin şəxslərin Azərbaycan Respublikasına gəlmələrinə icazə alınması üçün tanışlarından birinin adından dəvətnamə hazırlanmalı olduğunu bildirmişdir. O da hər hansı problem yaranmayacağını düşündüyündən anası X1 adından dəvətnamə hazırlaya biləcəyini bildirmişdir. Bundan sonra Nurlan anasının adından X35, X25, X44 və X27 Azərbaycan Respublikasına qonaq kimi dəvət olunmaları barədə dəvətnamə hazırlamış, o da anası Gülnaza həmin dəvətnaməni apararaq imzalatmışdır. Lakin Nurlan X35, X25, X44 və X27 Azərbaycan Respublikası ərazisinə daxil olmalarına icazə verilməsi məsələsini həll edə bilməmişdir. Nurlan həbs olunduqdan sonra isə o, Nurlanın ailə üzvlərindən 400 ABŞ dollarını alaraq Bakı şəhərində yaşıyan tanışları vasitəsilə həmin İran İslam Respublikasının vətəndaşlarına geri qaytarmışdır. Ona vurulmuş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, İran İslam Respublikasının vətəndaşı olsa da təxminən 26 ildir ki, Azərbaycan Respublikasında yaşayır. 13 iyun 2016-cı il tarixdə “X3 AZ” MMC-ni təsis etmişdir. Şirkətin əsas fəaliyyət istiqaməti Xəzər dənizində həyata keçirilən karqo işləridir. Hazırda da həmin şirkətin direktoru vəzifəsində işləyir. Təsisçisi və direktoru olduğu şirkətin İran İslam Respublikasının vətəndaşı olan Amırfathıgargarı Farzad adlı əməkdaşı 2020-ci ilin sonlarında anasının xəstəliyi ilə bağlı İran İslam Respublikasına getmişdir. COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan məhdudiyyətlərə görə Farzadın Azərbaycana gəlməsi məsələsi çətinləşmişdir. O da bu məsələdə köməklik göstərməsi üçün 2021-ci ilin təxminən yanvar ayında tanışı Şahid2 müraciət etmiş, sonuncu da ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, həmin şəxsin bu cür məsələləri həll edə bildiyini demişdir. O da Gülnara bu məsələnin həlli üçün ona etibar etdiyini və hər kimləsə də işi həll edəcəksə özünün nəzarət etməsini demişdir. Gülnar da heç bir problem olmadığını deyərək məsələni həmin şəxslə həll edəcəyini və xəbər gözləməsini bildirmişdir. Bir neçə gün sonra Gülnar həmin məsələni həll edəcək şəxsin 500 ABŞ dolları istədiyini bildirmişdir. O da 2021-ci ilin yanvar ayının sonlarında Gülnarla görüşərək həmin pului vermiş, Gülnar şirkətə məxsus bəzi sənədlərin və Farzadın sənədlərinin surətini götürərək Nurlana təqdim edəcəyini bildirmiş, həmçinin məsələnin 1 ay müddətinə öz həllini tapacağını demişdir. Lakin Farzadın gəlməsinə icazə verilməsi məsələsi uzandığından o, Gülnarla əlaqə saxladıqda, sonuncu Nurlanı onunla tanış etmişdir. Nurlan məsələni şəxsən özünün həll edəcəyini bildirmişdir. Təxminən 2021-ci ilin aprel ayının sonlarında Farzadın Azərbaycan Respublikasına gəlməsinə icazə verilmiş və sonuncu gəlmişdir. Ona ibtidai istintaqda təqdim olunmuş “X3 AZ” MMC adından Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış 3 ədəd məktub, 2 ədəd “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin“ vəsatəti, eləcə də Şahid2 verilmiş etibarnamədə olan imzalar ona məxsusdur və onun tərəfindən icra olunmuşdur. Həmçinin həmin sənədlərdə olan möhürlər “X3 AZ” MMC-nin möhürüdür. Qeyd olunan sənədlər Şahid2 deməsinə görə Təqsirləndirilən şəxs tərəfindən hazırlanmış və Amırfathıgargarı Farzadın Azərbaycan gəlməsinə icazə verilməsi üçün lazım olan sənədlər olmuşdur. Bu səbəbdən də o, həmin sənədləri imzalayaraq möhürlə təsdiq etmişdir. Ona vurulmuş msddi ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən 2017-ci ildə çiyələk yetişdirilməsi ilə məşğul olan "xxxx" MMC adlı şirkət təsis etmişdir. Şirkəti tərəfindən ona məxsus olan ümumilikdə 14 hektar torpaq sahəsində çiyələk əkilir, daxili və xarici bazara satılır. Şirkət təsis olan ildə həmçinin soyuducu anbar da tikdirmişlər. Çiyələk işində onun şəriki Şahid5dir. Şahid5 çiyələyin anbardan göndərilməsinə və malın sənədləşdirilməsinə cavabdehdir. Şahid5 əslən Cəlilabad şəhərindəndir, qış aylarında Bakı şəhərində, yay aylarında isə çiyələk sezonu ilə bağlı Cəlilabad rayonunda yaşayır. 2021-ci ilin təxminən fevral ayında atası çiyələk təsərrüfatları üçün Türkiyəyə aqronom (mütəxəssis) axtarmağa getmişdir. Təxminən 1 həftə sonra qayıdaraq aqronom tapdığını, eləcə də “Terkam” şirkətindən anbar üçün soyuducu qurğu da aldığını bildirmişdir. Ona isə aqronom və həmin soyuducu qurğunu quraşdıracaq daha 2 nəfər Türkiyə vətəndaşının Azərbaycana gəlmələri üçün sənədləşməni, eləcə də müəyyən edilmiş icazə məsələsini həll etməsini tapşırmışdır. Onlar da bu səbəbdən bir neçə dəfə Miqrasiya Xidmətinin qaynar xəttinə müraciət edərək məsələni izah etmişlər, oradan isə müvafiq sənədləri toplamalı olacaqları bildirilmişdir. Sonra o, Miqrasiya Xidmətinin Lənkəran şəhərində yerləşən nümayəndəliyinə getmiş, orada da ona sənədlərin toplanılmasını, Azərbaycana pandemiya dövründə xarici vətəndaşların gəlməsinin yalnız dəvət əsasında mümkün olduğunu bildirmişlər. Bu söhbətləri bildikdən sonra kömək üçün şəriki Şahid5 müraciət etmişdir. Rəşat isə ona bir nəfər tanışının mobil telefon nömrəsini verərək zəng etməsini tapşırmış və bu məsələdə həmin şəxsin köməklik göstərə biləcəyini bildirmişdir. O, Şahid5 tapşırığına əsasən Nurlana zəng edib məsələ ilə bağlı məlumat vermiş, Nurlan isə şirkətinin və birinci gələcək olan Ergün Bekir adlı şəxsin sənədlərini, həmçinin dəvət sənədinin düzəlməsi üçün ondan 300 ABŞ dolları pul istəmişdir. O da sənədləri elektron qaydada, deyilən məbləğdə pulu isə Rəşat vasitəsilə Nurlana göndərmişdir. Təxminən 1 həftə sonra Nurlan ona zəng edərək Türkiyə Respublikasının vətəndaşı Ergün Bekir adlı şəxsin ölkəyə gəlməsi üçün dəvətnamənin hazır olduğunu və ona göndərdiyi kod vasitəsilə həmin sənədi əldə edə biləcəyini bildirmişdir. O da həmin kodu Ergün Bekirə göndərmiş, sonra isə sonuncunun biletini almışdır. Ergün Bekir də bundan bir neçə gün sonra Azərbaycana gəlmişdir. Bundan başqa, o, Nurlan adlı şəxsə təxminən 2021-ci ilin aprel ayında bir dəfə də atası tərəfindən Türkiyədən alınmış soyuducunun quraşdırılması üçün gələcək 2 nəfər Türkiyə vətəndaşının Azərbaycana gəlmələri üçün müraciət etmişdir. Həmin vaxtda Nurlana həmin şəxslərin sənədlərini, eləcə də Nurlanın tələbi ilə Rəşat vasitəsilə 700 ABŞ dolları göndərmişdir. Çünki Nurlan artıq məsələnin daha baha qiymətə həll olunduğunu bildirmişdir. Həmin pul müqabilində Nurlan Tükiyədan gələcək şəxslərin bütün sənədləşmə-icazə işlərini həll etmiş və ona dəvətnamə olan elektron kodu göndərmişdir. Elə Nurlanın vasitəsi ilə də o, həmin 2 nəfər Türkiyə vətəndaşı olan Soysal İbrahim və Battaloğlu Haydan Azərbaycana gətizdirmişdir. Həmin Türkiyə vətəndaşlarının hər üçü işini bitirdikdən sonra Türkiyəyə geri qayıtmışlar. Qeyd etdiyi işlərin görülməsi üçün o, Nurlana ümumilikdə 1000 ABŞ dolları vermişdir. Ona ibtidai istintaqda təqdim olunmuş "xxxx" MMC adından Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış 2 ədəd məktubda olan imzalar ona məxsusdur, möhürlər isə "xxxx" MMC-nin möhürüdür. Nurlan ona bəzən elektron qaydada boş blanklar göndərmiş, o da həmin blankları imzalayıb möhürlə təsdiq etdikdən sonra scan edərək elektron qaydada Nurlana göndərmişdir. Bəzən isə içi yazılı olan dolu məktub blanklarını ona göndərmiş, o da həmin məktubları imzalayıb möhürlə təsdiq etdikdən sonra Nurlana göndərmişdir. Ona vurulmuş msddi ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmədə dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, tanışı Şahid4 tərəfindən təxminən 2017-ci ildə çiyələk yetişdirilməsi ilə məşğul olan "xxxx" MMC adlı şirkət təsis edilmişdir. Şirkət təsis olan ildə həmçinin soyuducu anbar da tikilmişdir. Çiyələk işində o, Şahid4 köməklik edir. Əsas işi çiyələyin anbardan göndərilməsinə və malın sənədləşdirilməsinə nəzarət etməkdən ibarətdir. O, əslən Cəlilabad şəhərindən olsa da, qış aylarında işi ilə əlaqədar Bakı şəhərində, yay aylarında isə çiyələk sezonu ilə bağlı Cəlilabad rayonunda olur. 2021-ci ilin təxminən fevral ayında Muradın atası çiyələk təsərrüfatı üçün Türkiyəyə aqronom (mütəxəssis) axtarmağa getmişdir. Təxminən 1 həftə sonra qayıdaraq aqronom tapdığını, eləcə də “Terkam” şirkətindən anbar üçün soyuducu qurğu da aldığını bildirmiş, Şahid4 aqronom və həmin soyuducu qurğunu quraşdıracaq daha 2 nəfər Türkiyə vətəndaşının Azərbaycan Respublikasına gəlmələri üçün sənədləşməni və müəyyən edilmiş icazə məsələsini həll etməyi tapşırmışdır. Murad bu məsələ ilə bağlı müvafiq dövlət orqanlarından maraqlandıqda sənədləşmə işlərinin aparılması üçün müəyyən qədər vaxt tələb olunduğu bildirilmişdir. Lakin çiyələk məhv olmasın deyə həmin mütəxəssislərin daha tez müddətə gətirilməsi lazım olmuşdur. Bununla bağlı Murad ona bildirdikdə ağlına tanışı Təqsirləndirilən şəxs gəlmişdir. Nurlanı o, əvvəllər işlədiyi firmadan tanımış, sonradan da münasibətləri yaranmış və Nurlanın xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına daxil olmalarına icazə alınması məsələsi ilə məşğul olduğundan məlumatı olmuşdur. O, Nurlana zəng edib qeyd etdiyi məsələ ilə bağlı məlumat verdikdə Nurlan bu məsələni dövlət orqanlarında işləyən tanışları vasitəsilə həll edə biləcəyini, lakin müəyyən qədər pul lazım olacağını bildirmişdir. Onlara ilkin olaraq bir nəfər Türkiyə vətəndaşının gətirilməsi lazım olduğundan Nurlan həmin şəxsin gətirilməsi üçün 300 ABŞ dolları məbləğində pul verməli olacaqlarını bildirmişdir. O, bu barədə Murada bildirmiş, Murad özü Nurlanla danışdıqdan sonra razılaşmışdır. Nurlan 1 nəfər Türkiyə vətəndaşının icazə məsələsini həll etdikdən sonra, təxminən 2021-ci ilin aprel ayının əvvəllərində Murad ona 300 ABŞ dolları məbləğində pulu Nurlana verməsi üçün vermişdir. O da həmin ərəfədə Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının yaxınlığında 300 ABŞ dollarını Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtdan bir neçə gün sonra əlavə 2 nəfər Türkiyə vətəndaşı olan mütəxəssisin gətirilməsinə ehtiyac yaranmışdır. Bununla bağlı Murad özü Nurlanla danışmış və hər adamın gətirilməsi məsələsinin həll edilməsi üçün Nurlan 350 ABŞ dolları məbləğində pul verilməli olduğunu bildirmişdir. Murad da razılaşmışdır. Nurlan həmin 2 nəfər Türkiyə vətəndaşı olan mütəxəssisin gətirilməsi məsələsini də həll etmişdir. Muradın verdiyi 700 ABŞ dolları pulu o, 2021-ci ilin aprel ayının ortalarında Bakı Metropoliteninin “Nərimanov” stansiyasının yaxınlığında Nurlana vermişdir. Nurlana qeyd etdiyi işlərin görülməsi üçün Murad onun vasitəsilə ümumilikdə 1000 ABŞ dolları vermişdir. İlkin olaraq Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra Nurlanın nömrəsini Murada vermişdir. Qalan bütün danışıqlar Muradla Nurlan arasında aparılmışdır. O, sadəcə olaraq Muradın verdiyi pulları Nurlana aparıb vermişdir. Məhkəmədə dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2019-cu ildən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Həmin MMC-nin təssisçisi İran İslam Respublikasının vətəndaşı olan X6. 24 fevral 2021-ci il tarixdə X19 İslam Respublikasında olarkən ona zəng edərək onda olan pulundan 510 manatı bildirdiyi hesaba göndərməyini xahiş etmişdir. O da ünvan 3 ünvanında yerləşən “Araz” marketin içərisində olan “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə 510 manat məbləğində pulu Arashın dediyi bank hesabına göndərmiş və həmin məbləğdə pulun göndərilməsi barədə qəbzin şəklini çəkərək Arasha yollamışdır. Bank hesabının nömrəsini hazırda xatırlamasa da, qəbzin üzərində “ASGARZADA NURLAN ALASKAR” sözləri yazılmışdır. Arash ona dəfələrlə müxtəlif bank hesablarına müəyyən məbləğdə pul göndərməyini tapşırdığından həmin pulu hansı səbəbdən göndərdiyini soruşmamışdır. X15 cinayət işinin 1-ci cildinin 140-144, 2-ci cildinin 92-96-cı vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, İran İslam Respublikası vətəndaşı olsa da, 2016-cı ildən Azərbaycan Respublikasında yaşayır. "xxxx" MMC və "xxxx" MMC adlı 2 ədəd şirkəti vardır. 2020-ci ilin aprel ayında İrana getmiş, sonradan Azərbaycan Respublikasına geri qayıtmaq istəsə də, pandemiya ilə əlaqədar Azərbaycan Respublikasına buraxılmağına icazə verilməmişdir. Bununla bağlı dəfələrlə öz şirkətləri adından rəsmi dövlət qurumlarına müraciət etsə də, icazə verilməmişdir. Bundan sonra Azərbaycanda yaşıyan İranlı tanışlarından bir nəfər Nurlan adlı şəxsin bu məsələni müəyyən qədər pul müqabilində həll edə bildiyini bildirmişdir. O, 2021-ci ilin fevral ayının sonlarında Nurlanın mobil telefon nömrəsini əldə edərək “Whatsapp” messenger proqramı vasitəsilə əlaqə saxlayıb danışmış, Nurlan onun Azərbaycana gəlmək üçün icazə verilməsi məsələsini həll etmək müqabilində 500 ABŞ dolları lazım olacağını, həmin puldan 300 ABŞ dollarını Nazirlər Kabineti yanında Operativ Qərargahda olan tanışlarına verəcəyini, qalan pulun isə özünə çatacağını bildirmişdir. O da Nurlanla razılaşmışdır. Bu səbəbdən Azərbaycanda olan işçisi vasitəsilə Nurlanın dediyi bank hesabına 300 ABŞ dolları təşkil edən 510 manat pulu göndərmişdir. İşçisi pulu göndərdikdən sonra bu barədə qəbzin şəklini çəkərək ona göndərmişdir. O, Azərbaycana gəldikdən sonra qalan 200 ABŞ dollarını da Nurlana verməyi barədə razılaşmışlar. Nurlan 510 manat pulu aldıqdan təxminən 15 sonra onunla əlaqə saxlayaraq ona məxsus şirkətlərlə Azərbaycana gəlmək məsələsinin həll oluna bilməyəcəyini, Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərin adına olan şirkətlərlə icazə məsələsinin daha rahat həll olunduğunu bildirmişdir. Bu şəbədən Nurlan “Whatsapp” messenger proqramı vasitəsilə ona icazə üçün vəsatət şəkli göndərmişdir. Həmin vəsatətdə onun "xxxx" MMC-nin əməkdaşı olduğu qeyd olunmuşdur. Vəsatət ona Nurlan tərəfindən göndərilsə də, o, konsulluqdan maraqlandıqda adının Xarici İşlər Nazirliyi tərəfindən göndərilmədiyi bildirilmişdir. Nurlan pandemiya səbəbindən gecikmələrin ola biləcəyini ona deyərək məsələni 2-3 ay gecikdirmişdir. Nəhayət 08 may 2021-ci il tarixdə Nurlan ona icazənin alındığını, lakin Azərbaycana quru yolu ilə deyil təyyarə ilə gələ biləcəyini bildirmişdir. O da 12 may 2021-ci il tarixdə təyyarə ilə Təbriz şəhərindən İstanbul şəhərinə, oradan isə Bakı şəhərinə gəlmişdir. Onun təyyarə ilə gəlməyinə artıq xərci çıxdığından Nurlana qalan 200 ABŞ dollarını verməkdən imtina etmişdir. Çünki Nurlanla onun quru sərhədindən keçərək Azərbaycana gəlməyinə icazə alınması barədə aralarında razılaşma olmuşdur. Şahid3 cinayət işinin 1-ci cildinin 44-41 və 208-211-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, “2020-ci ilin təxminən yay aylarında Təqsirləndirilən şəxs adlı şəxs ilə ortaq tanışları vasitəsilə tanış olmuşdur. Nurlanı əvvəllər mühasib kimi tanımış, sonralar da bir neçə dəfə görüşmüşlər və beləcə münasibətləri yaranmışdır. 2021-ci ilin təxminən yanvar-fevral aylarında onun həmin vaxt Bakı şəhərində olan Başa kimi çağırdıqları Hindistanlı tanışı qohumu olan Singht Sohan adlı Hindistan vətəndaşının gəzmək üçün Azərbaycana gəlmək istədiyini, lakin müraciət etsələr də, pandemiya ilə əlaqədar icazə verilmədiyini, bu məsələdə kömək edə biləcək hər hansı şəxs olduqda xəbər etməyini xahiş etmişdir. Həmin söhbətdən bir neçə gün sonra o, Təqsirləndirilən şəxs ilə birlikdə olarkən qeyd etdiyi məsələ ilə bağlı hər hansı tanışı olub-olmamasını soruşmuş, Nurlan da dövlət orqanında bu məsələ ilə məşğul olan tanışı olduğunu və məsələni həll edə biləcəyini bildirmişdir. Lakin dəqiq olaraq hansı formada həll edəcəyini bildirməmişdir. Gələn görüşlərində Nurlan ona Singht Sohan adlı Hindistan vətəndaşının Azərbaycana gəlməsinə icazə verilməsi məsələsinin həll edilməsi üçün 500 ABŞ dolları məbləğində pul lazım olacağını bildirmişdir. O, Hindistanlı tanışı ilə danışdıqdan sonra Nurlanın təklifi ilə razılaşmış və həmin vaxt üzərində olan 300 manat pulu Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının yaxınlığında Nurlana verib işlərə başlamasını xahiş etmiş, qalan pulu isə Singht Sohan adlı Hindistan vətəndaşı gəldikdən sonra ödəyəcəyini bildirmişdir. Bundan sonra o, bu barədə Başa kimi çağırdıqları Hindistanlı tanışına da məlumat vermiş, Başa da qohumu Singht Sohan gəldikdən sonra onun və Nurlana veriləcək pulun qalanını ödəyəcəyini bildirmişdir. O da bununla razılaşmışdır. Bundan sonra Singht Sohanın pasportunun scan olmuş formada ona göndərilmiş şəkilini Nurlana vermişdir. Nurlan da məsələni həll edəcəyinə onu əmin etmişdir. X51 Sohanın Azərbaycana gəlməsinə icazə verilməsi məsələsini həll edə bilməmişdir. O, Nurlandan məsələ ilə bağlı hər dəfə maraqlandıqda sonuncu pandemiya ilə əlaqədar sorğulara cavabların və sənədləşmə işlərinin gecikdiyini bildirmişdir. Sonradan o, Nurlanın həbs olunduğunu eşitmişdir.” Cinayət işinin 1-ci cildinin 22-25-ci vərəqlərində olan 18 may 2021-ci il tarixli Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “AMAY” ticarət mərkəzinin ASAN Xidmət girişinin 7-ci mərtəbəsində olan 8 saylı ofis otağına baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı əhəmiyyət kəsb etdiyindən müxtəlif şirkətlərə məxsus 18 ədəd möhür, 2 ədəd qara üzlüklü, içərisində müxtəlif əlyazma qeydləri və kağız parçaları olan kitabça, üzərində Azərbaycan Respublikasının bayrağı əks olunmuş və içərisində müxtəlif əlyazma qeydləri olan dəftər, göy rəngli, üzərində “MANUSCRİPT BOOK” yazısı qeyd olunmuş, içərisində müxtəlif əlyazmalar olan qeyd dəftəri, içərisində müxtəlif qeydlər, xarici ölkə vətəndaşlarına məxsus sənədlərin surəti, etibarnamələr və digər sənədlər olan 1 ədəd göy rəngli qovluq, 1 ədəd qidalandırıcısı ilə birlikdə “HP” markalı notebook, 1 ədəd qidalandırıcısı ilə birlikdə “Packcard bell” markalı notebook, 1 ədəd “Hitachi” markalı sərt yaddaş diski, 1 ədəd “Tech-com” markalı sərt yaddaş diski, "xxxx" MMC-yə məxsus ********** saylı VÖEN şəhadətnaməsi, 1 ədəd “Xiomi” markalı mobil telefon, 2 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd “Mi A2” markalı mobil telefon, 1 ədəd “Nokia” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 26-30-cu vərəqində olan 18 may 2021-ci il tarixli Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, ŞTQ-də yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, mənzilə baxış zamanı əhəmiyyət kəsb etdiyindən "xxxx" MMC-yə məxsus 1 ədəd möhür, 1 ədəd “Dell İnspiron” markalı notebook, 1 ədəd “Hitachi” markalı sərt yaddaş daşıyıcısı, 1 ədəd “Fly” markalı mobil telefon, 11 ədəd müxtəlif markalı yaddaş daşıyıcıları, 4 ədəd kiçik ölçülü yaddaş daşıyıcıları (SD kart), Təqsirləndirilən şəxs məxsus 2 ədəd bank kartı, 2 ədəd pul qabı, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 3 ədəd “Fly”, “Asus” və “Samsung” markalı mobil telefonlar, 2 ədəd sellofan torbalarda olan müxtəlif məzmunlu sənədlər, eləcə də 1 ədəd “Compag” markalı notebook aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 135-139-cu vərəqlərində olan 1 iyun 2021-ci il tarixli möhürlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 18 may 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “AMAY” ticarət mərkəzinin ASAN Xidmət girişinin 7-ci mərtəbəsində olan 8 saylı ofis otağına baxış zamanı götürülmüş 18 ədəd möhür "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC VƏ "xxxx" MMC şirkətlərinə məxsus olmuş, 1 ədəd sınıq möhür qabında isə möhür və ştamp əksi olmamışdır. Cinayət işinin 2-ci cildinin 1-2-ci vərəqlərində olan 18 may 2021-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “AMAY” ticarət mərkəzinin ASAN Xidmət girişinin 7-ci mərtəbəsində olan 8 saylı ofis otağından və Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, ŞTQ-də yerləşən fərdi yaşayış evindən götürülmüş əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, götürülmüş əşyaların içərisində olan sənədlər müxtəlif şirkətlərə məxsus hesabatlardan, müqavilələrdən, qeydlərdən, məktublardan, nizamnamə və s. ibarətdir. Həmçinin həmin sənədlərin içərisində müxtəlif şirkətlər adından xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ərazisinə daxil olmalarına icazə verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanlanmış məktubların və həmin məktublara əlavə edilmiş bir sıra sənədlərin, eləcə də Azərbaycan Respublikasına gəliş-gedişlə bağlı Nazirlər Kabinetinə "xxxx" MMC- dən 09.03.2021-ci il tarixdə Singht Sohan üçün ünvanlanmış 1 ədəd məktub, "xxxx" MMC-dən 03.05.2021 və 07.05.2021-ci il tarixdə Singht Sohan üçün ünvanlanmış 2 ədəd məktub, həmin məktublara əlavə edilmiş MMC-nin direktoru X38 tərəfindən Təqsirləndirilən şəxs verilmiş etibarnamə, "xxxx" MMC-dən Yılmaz Nalkıran üçün ünvanlanmış məktub, həmin məktuba əlavə edilmiş Nalkıran Yılmaz adından X12 və Təqsirləndirilən şəxs verilmiş etibarnamələr, sertifikatın aktivləşdirilməsi haqqında bildiriş, "xxxx" MMC-nin nizamnaməsi, "xxxx" MMC-dən 18.03.2021-ci il tarixdə X52 və X40 üçün ünvanlanmış 2 ədəd, 02.04.2021-ci il tarixdə X52 üçün ünvanlanmış 1 ədəd məktub, həmin məktublara əlavə edilmiş MMC-nin direktoru X13 tərəfindən Təqsirləndirilən şəxs verilmiş 5 ədəd etibarnamə, MMC-nin şəhadətnaməsinin və X7 pasportunun surətləri, "xxxx" MMC-dən Shahmohammadı Arash üçün 01.03.2021, 01.05.2021, 07.05.2021-ci il tarixlərdə ünvanlanmış 3 ədəd məktub, 02.04.2021-ci il tarixdə ünvanlanmış 2 ədəd “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin” vəsatəti, "xxxx" MMC-dən 19.04.2021-ci il tarixdə Soysal İbrahim və Battaloğlu Haydar üçün ünvanlanmış 1 ədəd, 30.04.2021-ci il tarixdə Ten Lyubov üçün ünvanlanmış 2 ədəd məktub, “X3 AZ” MMC-dən Amirfathigargari Farzad üçün 18.01.2021-ci il və 04.02.2021-ci il tarixlərdə ünvanlanmış 3 ədəd məktub, 28.02.2021-ci il və 02.04.2021-ci il tarixlərdə ünvanlanmış 2 ədəd “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin” vəsatəti, "xxxx" MMC- dən Chigogidze Zura üçün 05.05.2021-ci il və 07.05.2021-ci il tarixlərdə ünvanlanmış 2 ədəd məktub, həmin məktublara əlavə edilmiş MMC-nin direktoru X46 tərəfindən Təqsirləndirilən şəxs verilmiş etibarnamə, "xxxx" MMC-dən X41 Sait üçün 26.04.2021-ci il tarixdə ünvanlanmış məktub, həmin məktuba əlavə edilmiş MMC-nin direktoru X53 tərəfindən Təqsirləndirilən şəxs verilmiş etibarnamə və X1 adından 26.04.2021-ci il tarixdə X42, X32, X44 və X45 üçün ünvanlanmış dəvətnamənin olduğu müəyyən edilmişdir. Qeyd edilən sənədlərdən başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı sənəd aşkar edilməmişdir. Həmçinin götürülmüş əşyaların içərisində 8 ədəd mobil telefon vardır. Həmin mobil telefonlardan 1-i “X54 4”, 1-i “Samsung Galaxy J4”, 1-i “Samsung Duos”, 1-i “Xiaomi”, 1-i “Xiaomi Redmi”, 1-i “Asus”, 2-si isə “Fly”, 1-İ isə “Nokia” markalı mobil telefondur. Mobil telefonların hər birinə ayrılıqda baxış keçirilmişdir. Qeyd edilən mobil telefonlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Bundan başqa götürülmüş əşyaların içərisində qidalandıncıları ilə birlikdə 4 ədəd notebook kompüterinin də olduğu aşkar edilmişdir. Həmin notebook kompüterlərindən 1-i “HP”, 1-i “Packcard bell”, 1-i “Dell İnspiron” və 1-i isə “Compag” markalı kompüterdir. Kompüterlərə baxış keçirilərkən “Packcard bell” markalı notebook kompüterinin işlək vəziyyətdə olmadığı, “HP” markalı notebook kompüterinin isə yaddaşında hər hansı proqramın olmadığı aşkar edilmişdir. “Dell İnspiron” və “Compag" markalı notebook kompüterlərinə baxış keçirilən zaman hər ikisinin yaddaşında müxtəlif proqramların olduğu, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı halın olmadığı müəyyən edilmişdir. Eləcə də götürülmüş əşyalar içərisində 1 ədəd “Hitachi” markalı sərt yaddaş diski, 11 ədəd müxtəlif markalı yaddaş daşıyıcıları, 4 ədəd kiçik ölçülü yaddaş daşıyıcıları (SD kart) olduğu müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 107-108-ci vərəqlərində olan 11 noyabr 2021-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair izahlı disk hesabatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə dair sms mətnləri, telefon danışıqları və anten məlumatlarının olduğu 3 ədəd fayl vardır. 1-ci və 2-ci fayl sms mətnlərini, 3-cü fayl isə telefon danışıqları və anten məlumatlarını özündə əks etdirir. Sms mətnlərinin olduğu 1-ci və 2-ci fayla baxış zamanı müxtəlif mobil telefon nömrələri ilə yazışmaların olduğu müəyyən edilsə də, iş üçün əhəmiyyət kəsb edən hər hansı aşkar edilməmişdir. Telefon danışıqları və anten məlumatlarını özündə əks etdirən 3-cü fayla baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsi ilə Şahid5 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında müxtəlif vaxtlarda, o cümlədən 2021-ci ilin mart-aprel aylarında, Şahid3 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında müxtəlif vaxtlarda, o cümlədən 15 mart 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə, Şahid1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında müxtəlif vaxtlarda, o cümlədən 2021-ci ilin yanvar ayının sonları fevral ayının əvvəllərində, Şahid4 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında 2021-ci ilin aprel ayı ərzində, X2 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında 06.03.2021-ci il tarixdən 07.05.2021-ci il tarixədək olan müddətdə müxtəlif tarixlərdə, X10 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında 13.02.2021-ci il tarixdə, Şahid2 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsi arasında müxtəlif vaxtlarda, o cümlədən 2021-ci ilin yanvar ayının sonları fevral ayının əvvəllərində, eləcə də aprel ayının sonlarında müxtəlif tarixlərdə danışıqlar aparılmışdır. Cinayət işinin 2-ci cildinin 96-cı vərəqində olan qəbzdən görünür ki, X15 24.02.2021-ci il tarixdə saat 17:19-da ünvan 3 ünvanında yerləşən MilliÖn elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs bank kartı hesabına 510 manat məbləğində pul köçürülmüşdür. Cinayət işinin 2-ci cildinin 76-77-ci vərəqlərində olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının məktubundan görünür ki, Azərbaycan Respublikasına gəliş-gedişlə bağlı Nazirlər Kabinetinə "xxxx" MMC-dən müraciət daxil olmamış, "xxxx" MMC-dən 07.05.2021-ci il tarixdə Singht Sohan üçün daxil olmuş müraciətə müsbət cavab verilməmiş, "xxxx" MMC-dən Yılmaz Nalkıran üçün daxil olmuş müraciətə 29.04.2021-ci il tarixdə müsbət cavab verilmiş, ‘Arta” MMC- dən David Khakhutashvili üçün daxil olmuş müraciətə 17.05.2021-ci il tarixdə müsbət cavab verilmiş, "xxxx" MMC-dən Zura Chigogidze üçün daxil olmuş müraciətə 17.05.2021-ci il tarixdə müsbət cavab verilmiş, “X3 AZ” MMC-dən Amirfathigargari Farzad üçün daxil olmuş müraciətə 05.02.2021-ci il tarixdə müsbət cavab verilmiş, "xxxx" MMC- dən Ergün Bekir, Soysal İbrahim və Battaloğlu Haydar, Ten Lyubov üçün daxil olmuş müraciətlərə müvafiq olaraq 13.04.2021, 23.04.2021 və 07.05.2021-ci il tarixlərdə müsbət cavab verilmiş, "xxxx" MMC-dən X41 Sait üçün daxil olmuş müraciətə 29.04.2021-ci il tarixdə müsbət cavab verilmiş, "xxxx" MMC-dən X40 və X52 üçün daxil olmuş müraciətlərə müvafiq olaraq 29.03.2021 və 06.04.2021-ci il tarixlərdə müsbət cavab verilmiş, "xxxx" MMCdən Shahmohammadi Arash üçün daxil olmuş müraciətə 07.05.2021-ci il tarixdə müsbət cavab verilmiş, həmçinin X1 adından 28.04.2021-ci il tarixdə X42, X32, X44 və X45 üçün daxil olmuş müraciətə müsbət cavab verilməmişdir. Cinayət işinin 1-ci cildinin 119-122-ci vərəqlərində olan “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.09.2020-ci il tarixli 336 №-li Qərarının 1.1.1-ci bəndinə əsasən, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılması müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cildinin 110-115-ci vərəqlərində olan Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi İnternet səhifəsindən çıxarışdan görünür ki, 2021-ci İlin yanvar ayından İyun ayınadək əhatə edən dövrdə 1 ABŞ dollarının manata münasibətdə rəsmi məzənnəsi 1.7000 manat müəyyən edilmişdir. CPM-nin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X17rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 312.2-ci maddəsinin dispozisiyasında isə rüşvət vermə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə kimi hərəkətlərdə ifadə olunur. İbtidai istintaq orqanının gəldiyi qənaətə görə, “Təqsirləndirilən şəxs “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.09.2020-ci il tarixli 336 №- li Qərarının 1.1.1 -ci bəndinə əsasən, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılmasının müəyyən olunması ilə əlaqədar, cinayətdən xəbərsiz tanışı Şahid2, vasitəsilə tanıdığı “X3 AZ” MMC-nin təsisçisi və direktoru Şahid1, İran İslam Respublikasının vətəndaşları X35, X25, X44 və X26, tanışı Şahid3, tanışı X8, cinayətdən xəbərsiz tanışı Şahid4 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətli vəzifəli şəxslərinin vasitəsi ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmalarına icazə verilməsinə nail olmaq imkanlarının olmasına dair fikir formalaşdırıb, özünə 2021 -ci ilin yanvar ayında cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı Amırfathıgargarı Farzadın, İran İslam Respublikasının vətəndaşları X35, X25, X44 və X27, cinayətdən xəbərsiz tanışı Şahid3 vasitəsi ilə Hindistan Respublikasının vətəndaşı Singht Sohanın, İran İslam Respublikasının vətəndaşı X11, cinayətdən xəbərsiz ortaq tanışları Şahid5 vasitəsilə Türkiyə Respublikasının vətəndaşları Ergün Bekirin, Soysal İbrahim və Battaloğiu Haydarın Azərbaycan Respublikası ərazisinə daxil olmasına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilməsində köməklik göstərilməsi ilə bağlı müraciət etmiş Şahid1 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin məsələnin müsbət həlli üçün özünün qeyd edilən Qərargahda yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar İran İslam Respublikasının vətəndaşı Amırfathıgargarı Farzadın, X35, X25, X44 və X27, Hindistan Respublikasının vətəndaşı Singht Sohanın, X11, Türkiyə Respublikasının vətəndaşları Ergün Bekirin, Soysal İbrahim və Battaloğiu Haydarın xeyrinə edəcəyi hərəkətə, yəni sonuncuların Azərbaycan Respublikası ərazisinə daxil olmasına rəsmi qaydada icazə verilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan ABŞ dolları pul vəsaitlərinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla sonuncuların razılığını almaqla, həmin niyyətlə 2021 -ci ilin yanvar-aprel aylarında müxtəlif ünvanlarda həmin pul vəsaitlərini alaraq ələ keçirib öz şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyd olunan şəxslərin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə təhrik etmişdir.” Bu hərəkətlərin (müəyyən edilmiş saydığı faktiki halların) rüşvət verməyə təhrik etmə cinayətinin tərkibini yaratması barədə qənaətini isə ibtidai istintaq orqanı ilk növbədə onunla izah etmişdir ki, həmin hərəkətlər CM-nin 312.2-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmiş, rüşvət verməyə təhrik etmə cinayətinin obyektinə zərər dəymişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs ittiham elan etdiyi CM-nin 32.4, 312.2-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispoziyası vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmə kimi təsbit olunmuşdur. Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adlarından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir. Təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan aydın görünür ki, şəxs xarici ölkə vətəndaşlarına karantin vaxtı Azərbaycan Respublikası ərazisinə keçmək üçün qanunla ona həvalə olunmayan fəaliyyət növü ilə müvafiq vergi ödəyicisi və ya hüquqi şəxs yaratmadan (MMC və ya digər formada) məşğul olmuş və həmin fəaliyyətdən irəli gələn məsələlərin həlli üçün yuxarıda adları qeyd olunan şəxslərdən pul almışdır. İbtidai istintaq orqanının ittiham aktında qeyd etdiyi kimi, təqsirləndirilən şəxs qeyd olunan şəxslərin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlaklarını ələ keçirmişdir. Lakin nə ittiham aktından, nə də məhkəmədə müəyyən olunan hallardan aydın deyil ki, Nurlan Əsgəzadə həmin pulu kimə rüşvət qismində verəcəkdi. Yəni, hətta məhkəmə qeyd olunan pul məbləğlərinin rüşvət qismində alınmasını qəbul etsə belə, onun təyinat nöqtəsi qeyri-müəyyən olaraq qalır. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində cinayətlərin ideal məcmusunu yaratmağa cəhd etsə də, unutmuşdur ki, ittiham irəli sürdüyü hər bir maddənin tənzimlədiyi ictimai münasibətlər fərqlidir və ittihamda hansı münasibətlərə qəsd edildiyi göstərilməmişdir. Sadəcə formal olaraq qanunda göstərilmiş ifadənin ittiham aktına köçürülməsi hələ şəxsin həmin əməli törətməsi deyil və ola bilməz. Məhkəmənin fikrincə, bunun qəbul edilməsi subyektiv cəhətdən eyni bir ictimai münasibətlərə qəsd edən hərəkətlər arasında əsassız olaraq fərq qoyulması olardı, necə ki, buna ibtidai istintaq orqanı qərarında yol verilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi zamanı mütləq nəzərə alınmalı olan normalar toplusu məhz “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarıdır. Qeyd olunan plenum qərarının 36-cı bəndi sırf bu tip münasibətləri tənzimlədiyindən məhkəmə təqsirləndirilən şəxsin əməlini həmin bəndin ayrı-ayrı abzastlarında müəyyən edilən hər bir norma baxımından ayrılıqda nəzərdən keçirməyi zəruri hesab edir. İlk olaraq həmin bəndin dördüncü abzastında göstərilir ki, “izah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Hazırkı cinayət işindən də görünür ki, təqsirlədirilən şəxsin xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ərazisinə daxil olmalarına icazə verilməsinə dair heç bir səlahiyyəti olmamış, həmçinin, bu fəaliyyət növü ilə məşğul olmasına dair heç bir müqavilə və ya əqd yoxdur. Təqsirləndirilən şəxs öz səlahiyyətinə aid olmayan hərəkətin, yəni xüsusi karantin rejimi dövründə xarici ölkə vətəndaşını Azərbaycan Respublikası ərazisinə daxil olmasını təşkil edəcəyini vəd edərək buna görə pul almışdır, plenumda qeyd edilən kimi ifadə edilsə, Təqsirləndirilən şəxs dələduzluq etmişdir. Bundan başqa, həmin plenum qərarının növbəti abzastında göstərilir ki, “Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Plenumun müəyyən etdiyi bu hal eynilə Təqsirləndirilən şəxs törətdiyi əməlin qiymətləndirilməsidir. Belə ki, bu normaları hazırkı cinayət işinə tətbiq etdikdə, alınan nəticə belə olur: şəxs yəni, Şahid2 tanışı heç bir səlahiyyətə malik olmayan Təqsirləndirilən şəxs onun xeyrinə (yəni Şahid2) hər hansı hərəkətin, yəni İran İslam Respublikasının vətəndaşı Amırfathıgargarı Farzadın Azərbaycan Respublikasına keçirilməsini xahiş etmiş və razılıq aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə (ittihama görə Nazirlər Kabineti yanından Operativ Qərargahın hər hansı vəzifəli şəxsi) çatdırılması üçün vasitəçiyə, yəni Təqsirləndirilən şəxs pul vermiş, lakin Təqsirləndirilən şəxs pulu kiməsə çatdırmamış və belə niyyəti ümumiyyətlə olmamışdır. Qeyd olunanlar bir daha göstərir ki, təqsirləndirilən şəxsin niyyəti ümumiyyətlə rüşvət vermək və ya rüşvət verməyə təhrik etməkdən ibarət niyyəti mövcud olmamış, o, tanışlarının ona olan inam və etibarından istifadə edərək tanışları vasitəsilə tanığı şəxslərin əmlakını ələ keçirmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 29,178.2.2 və 178.2.2-ci maddələri ilə əhatə olunduğu halda, ibtidai istintaq orqanı səhvən onun əməlini əlavə olaraq CM-nin 32.4,312.2-ci maddəsi ilə də tövsif etmişdir. CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqsirsizlik prezumpziyasını rəhbər tutaraq (CPM, maddə 351.3.1), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliyini dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM, maddə 351.3.4) həll etsin. CPM-nin 318.1-ci maddəsində deyilir ki, “Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” olan 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 38-ci bəndinin sonuncu abzasında göstərilir ki, “İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir.” Hökmün təsviri-əsaslandırıcı hissəsində şərh edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamdan onun CM-nin 32.4, 312.2-ci maddəsi ilə olan bəndi çıxaraq hesab edir ki, əməlində dələduzluq və dələduzluq etməyə cəhd etmə cinayətinin əlamətləri olduğundan ittiham olunduğu CM-nin 29,178.2.2 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi dələduzluq və dələduzluq etməyə cəhd əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 68-69 və 109-111-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2021-cu il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 45-46-cı vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 1-ci cildinin 117-ci vərəqində olan şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 15.05.2016-cı il təvəllüdlü bir nəfər azyaşlı uşağı var. Məhkəmə iclasında isə dindirilmiş Şahid4, Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs tərəfindən onlara pulun qaytarıldığını və ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdirlər, buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən dələduzluq cinayəti nəticəsində vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Himayəsində bir nəfər azyaşlı uşağının olması, dələduzluq cinayəti nəticəsində vurulmuş maddi ziyanı tam ödəməsi, əvvəllər məhkum olunmaması, təqsirləndirilən şəxs CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddəsinə nəzərdə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır, əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. CM-nin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02.04.2012-ci il tarixli qərarının 3-cü bəndində deyilir ki, CM-nin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliyini, xarakterini, onun şəxsiyyətini, barəsində cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin az ağır cinayətlər katerqoriyasına aid edilməsini, vurulmuş ziyanı ödəməsini, ailə vəziyyətini, himayəsində azyaşlı uşağının olmasını, nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməddən də islah və yenidən tərbiyə oluna bilər, buna görə də, ona ittiham olunduğu CM-nin 29,178.2.2 və 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə, Təqsirləndirilən şəxs işinin Bakı şəhəri ərazisində olmasını, ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, ona saat 00.00-dan 05.00-a qədər daimi yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət etmək, habelə Bakı şəhəri, Abşeron rayonu ərazilərində hərəkət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs 18 may 2021-ci il tarixdən şübhəli və təqsirləndirilən şəxs qismində tutularaq saxlanıldığı müddət təyin olunacaq cəzaya daxil edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də, Təqsirləndirilən şəxs 18 may 2021-ci il tarixdən tutulğu və həbsdə saxlanıldığı 9 (doqquz) ay müddət ona təyin ediləcək azadlığın məhududlaşdırılması cəzasına hesablaraq 1 il 6 ay azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla ümumi cəza müddətinə hesablanaraq ondan çıxılmalı və onun üzərində qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərci yoxdur. Maddi sübut - Azərbaycan Respublikasına gəliş-gedişlə bağlı Nazirlər Kabinetinə "xxxx" MMC-dən 09.03.2021-ci İl tarixdə Singht Sohan üçün ünvanlanmış 1 ədəd məktub, "xxxx" MMC-dən 03.05.2021 və 07.05.2021-ci il tarixdə Singht Sohan üçün ünvanlanmış 2 ədəd məktub, "xxxx" MMC-dən Yılmaz Nalkıran üçün ünvanlanmış məktub, "xxxx" MMC-dən 18.03.2021-ci il tarixdə X52 və X40 üçün ünvanlanmış 2 ədəd, 02.04.2021-ci il tarixdə X52 üçün ünvanlanmış 1 ədəd məktub, "xxxx" MMC-dən Shahmohammadı Arash üçün 01.03.2021, 01.05.2021, 07.05.2021-ci il tarixlərdə ünvanlanmış 3 ədəd məktub, 02.04.2021-ci il tarixdə ünvanlanmış 2 ədəd “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin” vəsatəti, "xxxx" MMC-dən 19.04.2021-ci il tarixdə Soysal İbrahim və Battaloğlu Haydar üçün ünvanlanmış 1 ədəd, 30.04.2021-ci il tarixdə Ten Lyubov üçün ünvanlanmış 2 ədəd məktub, “X3 AZ” MMCdən Amirfathigargari Farzad üçün 18.01.2021- ci il və 04.02.2021-ci il tarixlərdə ünvanlanmış 3 ədəd məktub, 28.02.2021-ci il və 02.04.2021-ci il tarixlərdə ünvanlanmış 2 ədəd “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin” vəsatəti, "xxxx" MMC-dən Chigogidze Zura üçün 05.05.2021-ci il və 07.05.2021- ci il tarixlərdə ünvanlanmış 2 ədəd məktub, "xxxx" MMC-dən X41 Sait üçün 26.04.2021-ci il tarixdə ünvanlanmış məktub və X1 adından 26.04.2021-ci il tarixdə X43, X32, X44 və X47 üçün ünvanlanmış dəvətnamə, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd telefon danışıqlarına dair izahlı disk və Arash Shahmohammadının ifadəsinə əlavə etdiyi ödəniş qəbzi CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2 və 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin, 18 may 2021-ci il tarixdən hazırki tarixədək tutularaq həbsdə saxlanıldığı 9 (doqquz) ay CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla ümumi cəza müddətinə hesablanaraq ondan çıxılmaqla üzərində 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 00.00-dan 05.00-a qədər daimi yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət etmək, habelə Bakı şəhərinin ərazi hüdudları daxilində hərəkət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın çəkilməsi müddətinin başlanğıcı məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut- Azərbaycan Respublikasına gəliş-gedişlə bağlı Nazirlər Kabinetinə "xxxx" MMC-dən 09.03.2021-ci İl tarixdə Singht Sohan üçün ünvanlanmış 1 ədəd məktub, "xxxx" MMC-dən 03.05.2021 və 07.05.2021-ci il tarixdə Singht Sohan üçün ünvanlanmış 2 ədəd məktub, "xxxx" MMC-dən Yılmaz Nalkıran üçün ünvanlanmış məktub, "xxxx" MMC-dən 18.03.2021-ci il tarixdə X52 və X40 üçün ünvanlanmış 2 ədəd, 02.04.2021-ci il tarixdə X52 üçün ünvanlanmış 1 ədəd məktub, "xxxx" MMC-dən Shahmohammadı Arash üçün 01.03.2021, 01.05.2021, 07.05.2021-ci il tarixlərdə ünvanlanmış 3 ədəd məktub, 02.04.2021-ci il tarixdə ünvanlanmış 2 ədəd “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin” vəsatəti, "xxxx" MMC-dən 19.04.2021-ci il tarixdə Soysal İbrahim və Battaloğlu Haydar üçün ünvanlanmış 1 ədəd, 30.04.2021-ci il tarixdə Ten Lyubov üçün ünvanlanmış 2 ədəd məktub, “X3 AZ” MMCdən Amirfathigargari Farzad üçün 18.01.2021- ci il və 04.02.2021-ci il tarixlərdə ünvanlanmış 3 ədəd məktub, 28.02.2021-ci il və 02.04.2021-ci il tarixlərdə ünvanlanmış 2 ədəd “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin” vəsatəti, "xxxx" MMC-dən Chigogidze Zura üçün 05.05.2021-ci il və 07.05.2021- ci il tarixlərdə ünvanlanmış 2 ədəd məktub, "xxxx" MMC-dən X41 Sait üçün 26.04.2021-ci il tarixdə ünvanlanmış məktub və X1 adından 26.04.2021-ci il tarixdə X43, X32, X44 və X47 üçün ünvanlanmış dəvətnamə, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd telefon danışıqlarına dair izahlı disk və Arash Shahmohammadının ifadəsinə əlavə etdiyi ödəniş qəbzi cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-397/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-397/2022
18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver