Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-397/2023 26.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci ildə Oğuz rayonu, Böyük Söyüdlü kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Oğuz rayonu, Böyük Söyüdlü ərazi dairəsi, Böyük Söyüdlü kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış,barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 27 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı şəxsdən bir ədəd sellofan bükümdə təmiz çəkisi 54,049 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə kütləsi olan külli miqdarda narkotik vasitə heroini sonuncuya 170 manat ödəməklə qanunsuz olaraq satış məqsədi İlə əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 18:15 dəqiqədə ünvan 2 ünvanının yaxınlığı ilə piyada hərəkət edərkən DİN-in BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə gətirilib qeyd edilən inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən qeyd edilən bir ədəd sellofan bükümdə təmiz çəkisi 54,049 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə kütləsi olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, təxminən beş il ki, narkotik vasitə olan marixuanadan və psixotrop maddə olan «şüşədən» istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhərindən təsadüf nəticəsində Bakı şəhərində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxslərdən və sosial instagram sosial şəbəkəsində narkotik vasitə satan səhifələrdən almışdır. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmamışdan iki gün əvvəl instagram sosial şəbəkəsində narkotik vasitə satışı ilə məşğul olan şəxslə danışmışdır. Həmin şəxs özünü Seyid kimi təqdim edərək 1 qram psixotrop maddə olan «şüşəni» və 5 qram narkotik vasitə olan heroini ona 150 manata satmasını təklif etmişdir. Daha sonra isə 200 manata narkotik vasitəni 10 qram edə biləcəyini demişdir. Ona 200 manat baha olduğunu bildirdikdə Seyid adlı şəxs ona 170 manat müqabilində 1 qram «şüşə» və 10 qram marixuana sata biləcəyini bildirmişdir. Onunla razılaşmış və şəxsi istifadə məqsədi ilə qeyd etdiyi maddələri almaq üçün həmin şəxsin atdığı hesab nömrəsinə milliön ödəniş terminalı vasitəsilə 170 manat pul köçürmüşdür. Bundan sonra iki gün ərzində həmin şəxs ona qeyd edilən maddələri verməmiş və əvəzində ona «kakos», yəni heroin verməsini təklif etmişdir. Lakin ona heroin istifadəçisi olmadığını bildirərək bundan imtina etmişdir. Saxlanıldığı gün isə ona şəkil göndərərək sifariş verdiyi maddələrin Nəsimi bazarı adlanan ərazinin yaxınlığına qoyulduğunu bildirmişdir. Lakin, o, həmin əraziyə getsə də, orada hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. O, həmin şəxslə əlaqə saxlamış və həmin şəxs onu digər narkotik vasitə alıcısı ilə səhv saldığını, narkotik vasitənin yerini düzgün bildirmədiyini demiş, onun sifarişinin Yasamal rayonu ərazisində «beş mərtəbə» ərazisində olduğunu qeyd etmişdir. 27 aprel 2022-ci il tarixdə axşam saatlarında qeyd edilən maddələri götürməyə getmişdir. Göstərilən əraziyə çatdıqda isə ona dörd nəfər mülki geyimli şəxslər yaxınlaşmışdır. Həmin şəxslər onu avtomobilə əyləşdirdikdən sonra vurmağa başlamışlar. Daha sonra onlardan biri digərinə onun avtomobilinə gedib heroini gətirməsini demişdir. Həmin şəxsə onda heç bir narkotik vasitə olmadığını, buraya şəxsi istifadəsi üçün psixotrop maddə və narkotik vasitə almağa gəldiyini demişdir. Polis əməkdaşları onunla yazışan “Seyid” adlı şəxsin özləri olduğunu bildirmişlər. Polis əməkdaşları onu maşında bir saata yaxın gəzdirmişlər. Daha sonra onu 27ci polis bölməsinə gətirmişlər. Polis əməkdaşları onu daha sonra Elman adlı əməkdaşa təhvil vermişlər. Orada çəkiliş zamanı narkotik vasitənin ona aid olmasını qəbul etmədiyi üçün həmin mülki geyimli şəxslər tərəfindən ona təzyiq edilərək, təqdim edilmiş və şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olmasını bildirməsini istəmişlər. Təsirə məruz qaldığı üçün, eləcə də tanışlarının polis bölməsinə çağırılacağı hədəsi ilə narkotik vasitəni öz üzərinə götürmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış və videoçəkilişdə qeyd edilən narkotik vasitəni təqdim edərək ona aid olmasını bildirmişdir. O, narkotik vasitə və psixotrop maddə istifadəçi olsa da, satışı ilə heç vaxt məşğul olmamış, saxlanılarkən üzərində hər hansı narkotik vasitə, eləcə də digər qanunsuz əşya olmamış, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 27 aprel 2022-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Oğuz rayonu, Böyük Söyüdlü kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Xətai rayonu 8 noyabr prospekti 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı verilmişdir. Həmin məlumat DİN-in BNMİ-nin rəhbərliyinə raport şəklində məruzə edildikdən sonra, müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun və DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Müvafiq əmrə əsasən qrupun rəhbəri Şahid2 təyin edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 27 aprel 2022-ci il tarixdə saat 18:15-də Yasamal rayonu Şıxəli Qurbanov küçəsi ev 2/15 ünvanının yaxınlığında zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs müəyyən edilmiş və onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmçinin həmin şəxsin Təqsirləndirilən şəxs olması tərəflərindən müəyyən edildiyi üçün ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə olunması və satışı ilə məşğul olmaqda şübhəli olması bildirilərək onu özləri ilə ərazi üzrə Yasamal RPİ-nin 27-ci polis bölməsinə gətirmişlər. Bundan sonra Yasamal RPİ-nin 27-ci polis bölməsinin inzibati binasında müvafiq araşdırmanın aparılması DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı polis mayoru Yelmar Vahabova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və prosessual qanunvericiliyə müvafiq olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, onun öz istəyinə uyğun şəkildə hüquqlarının Dövlət tərəfindən vəkillə müdafiəsi təmin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə onun üzərində şəxsi axtarış və götürülmə aparılmışdır. Həmçinin həmin prosessual hərəkət video çəkilişlə müşaiyət edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra o, üzərində digər qeyri-qanuni başqa əşya və maddə olmadığını qeyd etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki, şalvarın yan və arxa ciblərinə o cümlədən ayağındakı ayaqqabının içərisinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 1 ədəd bank kartı, 1 ədəd mobil telefon, ona məxsus şəxsiyyət vəsiqəsi və müxtəlif nominallardan ibarət ümumilikdə 28 manat pul aşkar edilmişdir. Mobil telefon, bank kartı və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, lakin pul əskinazı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümə baxış keçirilmiş, bükümün içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzidə çəkilərək, içərisində heroinə bənzər kütlə olan bükümün çəkisinin 57 qram olması müəyyən edildikdən sonra həmin maddə bir ədəd içərisi boş olan zərfin içərisinə qoyularaq üzəri DİN-in «zərflər üçün 7 saylı» möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olduğunu, həmin maddənin özünə məxsus olduğunu, öz istifadəsi üçün Nəsimi rayonu ərazisində «Seyid» adlanan şəxsdən aldığını bildirmişdir. Göstərilənlərlə yanaşı müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı hər-hansı bir qanuna zidd davranışın olub- olmaması sorğu edilmiş, o isə özünə qarşı heç bir qanunsuz hərəkətin edilmədiyini bildirmişdir. Həmin prosessual sənədləşmə protokol iştirakçılarına ucadan oxunmuş, doğru tərtib edildiyi üçün hər birinin imzası ilə təstiq edilmişdir. Sualda qeyd olunanlarla bağlı tərəfindən, eləcə də xidmət etdiyi idarənin digər əməkdaşları tərəfindən bir sıra təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir, lakin müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 27 aprel 2022-ci il tarixdə BNMİ-yə Oğuz rayonu, Böyük Söyüdlü kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı verilmişdir. Həmin məlumat DİN-in BNMİ-nin rəhbərliyinə raport şəklində məruzə edildikdən sonra, müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün Şahid1 və onun iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Müvafiq əmrə əsasən qrupun rəhbəri o, iştirakçısı isə Şahid1 təyin edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 27 aprel 2022-ci il tarixdə saat 18:15-də Yasamal rayonu Şıxəli Qurbanov küçəsi ev 2/15 ünvanının yaxınlığında zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs müəyyən edilmiş və onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmçinin həmin şəxsin Təqsirləndirilən şəxs olması tərəflərindən müəyyən edildiyi üçün ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə olunması və satışı ilə məşğul olmaqda şübhəli olması bildirilərək onu özləri ilə ərazi üzrə Yasamal RPİ-nin 27- ci polis bölməsinə gətirmişlər. Bundan sonra Yasamal RPİ-nin 27-ci polis bölməsinin inzibati binasında müvafiq araşdırmanın aparılması DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı polis mayoru Yelmar Vahabova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və prosessual qanunvericiliyə müvafiq olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, onun öz istəyinə uyğun şəkildə hüquqlarının Dövlət tərəfindən vəkillə müdafiəsi təmin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə onun üzərində şəxsi axtarış və götürülmə aparılmışdır. Həmçinin həmin prosessual hərəkət video çəkilişlə müşaiyət edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra o, üzərində digər qeyri-qanuni başqa əşya və maddə olmadığını qeyd etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki, şalvarın yan və arxa ciblərinə o cümlədən ayağındakı ayaqqabının içərisinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 1 ədəd bank kartı, 1 ədəd mobil telefon, ona məxsus şəxsiyyət vəsiqəsi və müxtəlif nominallardan ibarət ümumilikdə 28 manat pul aşkar edilmişdir. Mobil telefon, bank kartı və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, lakin pul əskinazı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümə baxış keçirilmiş, bükümün içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzidə çəkilərək, içərisində heroinə bənzər kütlə olan bükümün çəkisinin 57 qram olması müəyyən edildikdən sonra həmin maddə bir ədəd içərisi boş olan zərfin içərisinə qoyularaq üzəri DİN-in «zərflər üçün 7 saylı» möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olduğunu, həmin maddənin özünə məxsus olduğunu, öz istifadəsi üçün Nəsimi rayonu ərazisində «Seyid» adlanan şəxsdən aldığını bildirmişdir. Göstərilənlərlə yanaşı müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı hər-hansı bir qanuna zidd davranışın olub-olmaması sorğu edilmiş, o isə özünə qarşı heç bir qanunsuz hərəkətin edilmədiyini bildirmişdir. Həmin prosessual sənədləşmə protokol iştirakçılarına ucadan oxunmuş, doğru tərtib edildiyi üçün hər birinin imzası ilə təstiq edilmişdir. Sualda qeyd olunanlarla bağlı tərəfindən, eləcə də xidmət etdiyi idarənin digər əməkdaşları tərəfindən bir sıra təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir, lakin müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs hər hansi fiziki və ya psixi təsir göstərilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/2430 №-li məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 7” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 54,049 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.(iş vərəqə 37-41) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 4181 №-li məhkəmə-narkoloji ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 210-211) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli 2560 №-li məhkəmə-psixiatrik ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməmişdir. (iş vərəqə 242-244) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 5/1088 №-li məhkəmə komputer-texniki ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone X” markalı “A1901” modelli “SİM” danışıq kartı yuvasındakı qeydə görə “**********31083” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “İphone X” markalı “A1901" modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrələrlə" mühafizə olunan ekran kilidini keçmək üçün “UFED TOUCH 2” markalı qurğuya qoşduqda qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkan olmaması müəyyən edilmişdir. Rəyin tətqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “İphone X” markalı “A1901” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrələrlə" mühafizə olunan (parol-password) ekran kilidini keçmək mümkün olmadığında, mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olubolmamasının müəyyən edilməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. (iş vərəqə 249-253) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə, saat 19:45-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanını yaxınlığında saxlanılaraq Yasamal RPİnin 27-ci polis bölməsinə aparılmış, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. (iş vərəqə 29-31) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında video çəkiliş aparılmış və həmin video görüntüləri özündə əks etdirən 01 ədəd diskə baxış keçirilmişdir. Baxışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ona təklif edildikdən sonra əynindəki şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxararaq, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Baxış zamanı həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni 27 aprel 2022-ci il tarixdə Nəsimi rayonu ərazisindən Seyid adlı şəxsdən öz istifadəsi üçün götürərək saxladığını və göstərilən maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. (iş vərəqə 184-185) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “telefon danışıqları haqqında məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM nömrəsi ilə aparılan telefon danışıqları, sms yazışmaları və anten dairələri barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən götürülmüş CD diskə baxış keçirilmiş, baxış zamanı ***-***-**-** saylı mobil nömrəyə digər mobil nömrələrdən daxil olan şübhə doğuran əhəmiyyət kəsb edən sms məlumatları-xx-xx-2022 06:04:34.1.**********65 1.1.**********09 Menimki qelmiyib hele gozduyurem. Bele atışıb gotureriy problem yoxdu mendede kurtarıb. Sene xeber edecem qaqa xx-xx-2022 23:59:49 1.**********65 1.1.**********09 Brat qizin yaninda utandim demeye.Tema vere bisen mene?Ele paypda qaland- mende ona gore və Brat qizin yaninda utandim demeye.Tema vere bisen mene?Ele paypda qaland- mende ona gore; müəyyən edilmişdir. (iş vərəqə 127) İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(004)-436/2022 saylı qərarından görünür ki, AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. (iş vərəqə 44) İş materiallarında olan AR DİN-in Bakı şəhər Yasamal RPİ-in 27-ci PB-in xx.xx.2022-ci il tarixli 15825-1222 saylı məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə olunmamışdır. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində istintaqa cəlb edilən Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi “Seyid” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat tədbirləri davam etdirilir. (iş vərəqə 194-195) İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 54.049 qram təşkil kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindən ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 53.949 qram heroin və şəxsi axtarış və götürmə zamanı Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında çəkilmiş və özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən video görüntüləri əks etdirən 1 ədəd CD disk və Bakcell MMC-dən daxil olan 01 ədəd CD disk, Unibankdan daxil olan 01 ədəd CD disk və İphone markalı mobil telefon aparatı 15 oktyabr 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. (iş vərəqə 278-292) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən təsir göstərildiyi üçün istintaq zamanı narkotik vasitə heroinin ona aid olmasını bildirməsi, saxlanılarkən üzərində ümumiyyətlə narkotik vasitə olmaması barədə ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün qismən etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları, ekspertiza rəyləri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “videogörüntülərə baxış keçirilməsi haqqında” protokol, “telefon danışıqları haqqında məlumatlara baxış keçirilməsi haqqında” protokol və digər sübutlarla tam təkzib olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolunda görünür ki, Şahid2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (iş vərəqə 272-274) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolunda görünür ki, Şahid1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (iş vərəqə 275-277) Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən qeyd edilən bir ədəd sellofan bükümdə təmiz çəkisi 54,049 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə kütləsi olan külli miqdarda narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən, həmçinin Səbail rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(009)-108/2017 nömrəli hökmündən, Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 7(010)-496/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 160 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Nərimanov rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 3.200 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(009)- 108/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə ona 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2399 manat cərimə cəzası təyin edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə əsas cəzadan 05 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əsasən ona təyin edilmiş 2399 manat cərimə cəzası ödənilməmiş qalmışdır.(iş vərəqə 96-98, 106-118,120-122) “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli qərarının 2-ci bəndinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir, onun əməlində cinayətlərin residivi halı mövcuddur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(009)- 108/2017 saylı hökmü ilə təyin edilmiş 2399 (iki min üç yüz doxsan doqquz) manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(009)-108/2017 saylı hökmü ilə təyin edilmiş 2399 (iki min üç yüz doxsan doqquz) manat cərimə cəzası müstəqil icra edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi halı müəyyən edildiyindən ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmadığını qeyd edir və Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi (sadə) halını isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(004)-357/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 20,69-73) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 4181 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 164 manat 65 qəpik (yüz altmış dörd manat altmış beş qəpik) pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və Yasamal RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş 01 ədəd bükümdə təmiz çəkisi 54.049 qram təşkil kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindən ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 53.949 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “İphone” markalı mobil telefon aparatı isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə zamanı Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında çəkilmiş və özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən video görüntüləri əks etdirən 01 ədəd CD disk və Bakcell MMC-dən daxil olan 01 ədəd CD disk, Unibankdan daxil olan 01 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(009)- 108/2017 saylı hökmü ilə təyin edilmiş 2399 (iki min üç yüz doxsan doqquz) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilsin, Təqsirləndirilən şəxs qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 2399 (iki min üç yüz doxsan doqquz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş 2399 (iki min üç yüz doxsan doqquz) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Yasamal RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 53.949 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “İphone” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış və götürmə görüntülərini əks etdirən 01 ədəd CD disk və Bakcell MMC-dən daxil olan 01 ədəd CD disk, Unibankdan daxil olan 01 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 164 manat 65 qəpik (yüz altmış dörd manat altmış beş qəpik) pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-397/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-397/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver