Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-397/2024 25.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X8-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7, X2, X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X5, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Verdiktum” Vəkil bürosunun vəkilləri, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxx 1986-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasaına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə , Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun, xx xxxxxx 1983-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qazax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün azadılqdan məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 2022-ci ilin dekabr ayının sonlarında X13 və başqa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib külli miqdarda narkotik vasitə və psixotrop maddənin qanunsuz olaraq satışını həyata keçirmək üçün ümumi razılığa gələrək başqa şəxsdən digər şəxslərə verilməsi üçün həmin narkotik vasitələri və psixotrop maddəni onun deyəcəyi yerlərə qoymaq şərti ilə satış məqsədi ilə qanunsuz olaraq başqa vaxtda və yerdən külli miqdarda, yəni ümumi təmiz çəkisi 456,845 qram narkotik vasitə heroin, külli miqdarda, yəni ümumi təmiz çəkisi 308,805 qram psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 450 qram narkotik vasitə qurudulmuş marixuananı Elmir Rəfıyevlə birlikdə əldə edib üzərində saxlamaqla müvvəqəti yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana, Gülçülük qəsəbəsində nömrəsiz fərdi yaşayış evinə kimi daşıyıb orada saxlamış, həmin narkotik vasitədən və psixotrop maddədən təmiz çəkisi 84,649 qr külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 11,627 qr külli miqdarda psixotrop maddə metemfetamini özü, təmiz çəkisi 4,138 qr külli miqdarda narkotik vasitə heroini və (əmiz çəkisi 4,838 qr külli miqdarda psixotrop maddə metemfetamini isə Elmir Rəfıyev götürərək üzərində saxlayıb Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana, Gülçülük qəsəbəsində nömrəsiz fərdi yaşayış evin qarşısına qədər daşıyıb, onların narkotik vasitə və psixotrop maddələrin qanusuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş müvafiq məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 22:50 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan ünvanda Təqsirləndirilən şəxs2 Şəmsi oğlu ilə birlikdə saxlanılaraq həmin Baş İdarənin inzibati binasına gətirilmiş, hər ikisinin üzərlərinə şəxsi axtarış və götürmə aparılarkən onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd bağlamanın içərisində 1 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 89,649 qr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 11,627 qr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd bağlamanın içərisində 1 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 4,138 qr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 4,838 qr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və əməliyyat tədbirlərin davamı olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsində onların ətrafında keçirilmiş əməliyyat tədbiri nəticəsində əldə edilmiş məlumat əsasında müvəqqəti yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana, Gülçülük qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baxış və götürmə zamanı evin yataq otağında yerləşən çarpayının üzərində 1 ədəd ağ rəngli sellofan torbanın içərisindən 17 ədəd şəffaf rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 43,526 qr, 21,597 qr, 7,932 qr, 32,087 qr, 10,106 qr, 35,184 qr, 43,944 qr, 44,880 qr, 33,528 qr, 4,035 qr, 1,372 qr, 0,894 qr, 5,852 qr, 2,043 qr, 0,755 qr, 1,577 qr və 3,028 qr, ümumi təmiz çəkisi 292,340 qram tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin 8 ədəd şəffaf rəngli polietilen bükümdə ayrıayrılıqda təmiz çəkiləri 117,246 qr, 10,443 qr, 12,044 qr, 40,323 qr, 58,427 qr, 102,154 qr, 13,750 qr və 8,671 qr tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli polietilen bağlamada ayrı- ayrılıqda təmiz çəkiləri 400,0 qr və 50 qr tərkiblərinə görə Öz aralarında eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroninin və psixotrop maddə metamfetaminin izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, istintaqda ona yazdırmışdırlar ki, guya narkotik vasitələri nəqliyyat vasitəsilə paylamışdır. Onun nəqliyyat vasitəsi olmuşdur, lakin o, tutulan günü özünə maşın almış, həmin maşınla da Baş Narkotik Mübarizə İdarəsinə gətirilmişdir. Lakin Baş Narkotiklə Mübarizə İdarəsinə gətirildiyi maşını yoxdur. O, müstəntiqə də bildirmişdir ki, maşınında axtarış keçirə bilər. Təqsirləndirilən şəxs2 onun həm dostu, həm də qonşusudur. Əvvəllər məhkum olunmuşdur. 2016-cı ildə tutulmuş, 2022-ci ildə isə buraxılmışdır, azyaşlı övladının yanına gəlmişdir. Neçə ildir ki, uşağını görmürdü, buna görə uşağı yanına gətirmişdir. Ramanada ev tutmuşdur. Digər dostu isə bacısıgilə gəlmişdi. Onlar Sulutəpədə qalırdılar. Həmin dostunun həmin günü nəvəsi dünyaya gəlmişdi. Ona dedi ki, “gəlim, qonaqlıq edək”. Axşam saat 12-nin yarısı əşyaları yığmış və açar ilə birlikdə oğluna vermişdir ki, maşına aparsın. O, qapını açan zaman uşağını yerə yıxdılar və döydülər, ona isə toxunmadılar. Onların üzünü heç vaxt görməmişdir. Ona çantanı göstərərək dedilər ki, ya bunları götürməlisən, ya da oğlunu və səni azyaşlı uşaqları narkotik vasitəyə cəlbetmə ilə ittiham edəciyik. O da məcbur qalıb boynuna götürmüşdür. Ona təzyiq göstərdiklərinə görə ittiham aktında qeyd edilənləri qəbul etmişdir. Polis əməkdaşları telefonunda “WhatsApp” tətbiqində yeni profil açaraq onu iranlı şəxslə məcburi şəkildə danışdırmışlar. Təqsirləndirilən şəxs2 onun evinə polis əməkdaşlarının məcburiyyəti nəticəsində girmişdir. O, kirayə evdə qalır və ev yiyəsinin də evi evi ilə yanaşıdır, səs-küyə onlar da gəlirdilər. O əgər uzun müddətli narkotik satışı ilə məşğul olsa idi, onda niyə narkotik vasitəni yatağın üzərində qoyurdu?!. Son olaraq istintaq gedişatı zamanı qəbul etdiyi heç bir ifadəsi doğru deyildir. Narkotik vasitə istifadəçisidir. Türmədən çıxdıqdan sonra da istifadəyə davam etmişdir. Polis əməkdaşlarının onunla qərəzləri bu şəkildə olmuşdur ki, o, cəzaçəkmə müəssisəsindən qeydiyyatla çıxmış, onaiki2 dəfə narkotiklə bağlı böhtan atmağa çalışmışlar, amma baçarmamışlar. Onu 27 yanvar 2023-cü il, saat 12-ə qalmış tutmuşdurlar. Evdə uşağı ilə yanaşı dostu da var idi. On dörd-on beş nəfər şəxs gəlmişdi. İstintaqla onu bir maşında, Elmiri isə başqa bir maşında apardılar. O, iranlı şəxsi tanımır. Ona fiziki zorakılıq olmamış, onu böhtanla hədələmişdirlər. 28 yanvar saat gecə 2-3 radələrində evə gətirdilər. Onun üzərindən axtarış zamanı heç nə çıxmayıb. Hadisə Ramanada baş vermişdir. İbtidai istintaq zamanı barəsində həbs qətimkan tədbiri seçilərəkən məhkəmədə ona elan olunmuş ittihamda nəzərdə tutulan əməli töərməkdə müstəntiqin ğtəsiri ilə edib. Həmin ifadələrini təsdiq etmir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadələrində özünü ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda qismən təqsirli bilərək bildirmişdir ki, 27 yanvar 2023-cü il tarixdə saat 22:50 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana, Gülçülük qəsəbəsi nömrəsiz fərdi yaşayış evinin yaxınlığında X14 ilə birlikdə olarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərib, barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək BNMİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə o və Elmir şübhəli şəxs qismində tutulmuşlar. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun və Elmirin üzərinə şəxsi axtarış aparılmış şəxsi axtarış zamanı ona və Elmirə üzərlərində olan qanunla qadağan olunmuş əşyaları təqdim etmələri təklifindən sonra o, əynimdə olan qara rəngli gödəkçəsinin sol yan cibindən l (bir) ədəd bağlamanın içərisində 1(bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroini və 1(bir) ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 10 (on) manat pul, üzərində ***-***-**-** simkart nömrəsi olan 1(bir) ədəd “Xiaomi” markalı mobil telefon, 2(iki) ədəd “4098 5844 6532 9298” və “4098 5844 6888 1030” nömrəli plastik bank kartları, 1(bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Sonra keçirilmiş şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin və mctanfctamin elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 91 (doxsan bir) qram, metamfetaminin çəkisi 13 (on üç) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “Xiaomi” markalı mobil telefon, 2(iki) ədəd “4098 5844 6532 9298” və “4098 5844 6888 1030” nömrəli plastik bank kartları, 1 (bir) ədəd özümə aid şəxsiyyət vəsiqəsi bu barədə izah verildikdən sonra götürülmüş, 10 (on) manat pul isə özünə qaytarılmışdır. Eyni zamanda, polis əməkdaşları X12 da qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklifindən sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd bağlamanın içərisində 1(bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroini və 1(bir) ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Elmirin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd Elmirə aid şəxsiyyət vəsiqəsi, 11 (on bir) manat pul əynində olan şalvarın arxa sağ cibindən isə 1(bir) ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra E.Rəfıyevin təqdim etdiyi metamfetamin və heroin elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 5(beş) qram, metamfetaminin çəkisi 6(altı) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Elmir, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd Elmirə aid şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 11 (on bir) manat pul və 1(bir) ədəd açar isə Elmirin özünə qaytarılmışdır. Üzərindən aşkar olunmuş kütlələr özünə məxsus olmuş, həmin kütlələri sosial şəbəkədən 1(bir) aydır ki tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Peyman” adlı şəxsin vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 5(beş) gün bundan əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etmişlər, bunun müqabilində 500(beş yüz) manat pul qazanaraq Elmir Rəfıyevlə böləcəklərmiş, heç kimə narkotik vasitə satmamış və bağışlamamışdır. Üzərindən, Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana, Gülçülük qəsəbəsi nömrəsiz fərdi yaşayış evdə narkotik maddə olmuş, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmiş, verilən sualları tam başa düşmüş, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Bundan sonra onlar, müdafiəçilər və polis əməkdaşları onların yaşadıqıqları ünvana getmişlər. Evə baxış keçirilən zaman onlara evdə qanunla qadağan edilmiş kütlələri təqdim etmək təklifdən sonra o, evin yataq otağında olan çarpayının üzərindəki 1(bir) ədəd ağ rəngli sellofan torbanın içərisindən 2(iki) ədəd narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər olan dəftərləri, 2(iki) ədəd elektron tərəzini, 2(iki) ədəd bağlamada qurudulmuş marixuananı, 8(səkkiz) ədəd sellofan bükümdə heroini, 17(on yeddi) sellofan bükümdə metamfetamini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixunanm ümumillikdə çəkisi 476 qram(dörd yüz yetmiş altı) qram, heroinin ümumillikdə çəkisi 379(üç yüz yetmiş doqquz) qram, metamfetaminin ümumillikdə çəkisi 348 (üç yüz qırx səkkiz) qram olmuşdur. Daha sonra həmin kütlələr, 2(iki) ədəd elektron tərəzi götrülərək qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onlar, müdafiəçilər və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üçün əhəmiyyət kəsb edən 2 (iki) ədəd narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər olan dəftərlər onlara bu barədə izah verildikdən sonra götürülmüşdür. Sonra yaşadıqları evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. “Peyman” adlı şəxslə 2022ci ilin dekabr ayının sonlarında instaqram sosial şəbəkədə tanış olmuş və ona narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmağı, onun müqabilində ona pul qazandıracağını təklif etmişdir. O da “Peyman”la razılaşdıqdan sonra “Peyman” adlı şəxs ilk olaraq ona İran nömrəsi olan +98992 ***-**-** saylı mobil nömrənin kodunu göndərmiş və onunla whatsapp sosial şəbəkəsi vasitəsi ilə onun istifadəsində olan +98905 ***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamağımı tapşırmışdır. Daha sonra “Peyman” adlı şəxş ona bildirmişdir ki, Bakı şəhərinin müxtəlif ünvanlarında gizlin yerlərə, məsələn hansısa daşm altına, ağacların dibinə və sair narkotik vasitə və psixotrop maddələr qoyduracaq, o isə həmin bağlamaları götürüb onun göstərişi ilə digər ünvanlardakı yerlərdə göndərməli olacaqdır. Bunun müqabilində onun bank kartına pul göndərəcəkdir. O da “Peyman” adlı şəxslə razılaşdıqdan sonra tutulmamışdan təxminən 5 gün əvvəl, 2023-cü ilin yanvar ayının sonlarından onunla narkotik vasitə və psixotrop maddələrin bu şəkildə satışına başlamışdır. O vaxtdan “Peyman” adlı şəxs özü və ya ola bilsin tanışlarının vasitəsi ilə narkotik vasitə və psixotrop maddələri müxtəlif ünvanlara gizlədib ona koordinatları bildirmiş, yerin şəkillərini çəkmiş, o isə gedib həmin bağlamaları götürürmüşdür. Bu işə o, Qazax rayonundan olan qonşusu Təqsirləndirilən şəxs2 da qoşmuş və onu da dolandıracağını bildirmişdir. Belə ki, Elmirin maddi vəziyyətinin çətin olduğunu bilib bui şi görməyi ona təklifi etmişdir. Elmir bir başa “Peyman” adlı şəxslə əlaqədə olmasa da, ondan məlumatı olmuş və hansı şəkildə bu işi görəcəyini bilmişdir. Həmçinin onlar Elmirlə uzun illər narkotik vasitə və psixotrop maddə qəbul etdikləri üçün “Peyman” adlı şəxsin vasitəsi ilə əldə etdikləri narkotik vasitə və psixotrop maddələri onlara pulsuz başa gəldiyi üçün onlardan istifadə də edirdilər. Buna görə Elmir onun dəvəti ilə Qazax rayonundan Bakı şəhərinə gəlmiş və bir neçə gün onunla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana, Gülçülük qəsəbəsi nömrəsiz fərdi yaşayış evində qalmışdır. İlk dəfə tutulmamışdan təxminən 5 gün əvvəl “Peyman” adlı şəxsin göstərişi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsinə getmişlər və oradan hazırda xatırlamadığı yerdən külli miqdarda narkotik vasitə və psixotrop maddə götürüb evə gətirmişlər. Evdə olan tərəzilərdə narkotik vasitə və psixotrop maddələrin çəkilərini yoxlamışlar və o, “Peyman” adlı şəxsə bu barədə məlumat vermişdir. Həmçinin ondan sonra da bir neçə gün ardıcılıqla “Peyman” adlı şəxsin dediyi ünvanlara gedib narkotik vasitə və psixotrop maddələri götürmüşlər. Daha sonra 27 yanvar 2023-cü il tarixdə “Peyman” adlı şəxs bildirmişdir ki, həmin narkotik vasitə və psixotrop maddələri, yəni heroin, metamfetamin və marixuananı onun dediyi şəkildə qablaşdıraq hissə-hissə hansı ünvanlara gedib gizlətməli olduqlarını onlara bildirəcəkdir. O da Elmirlə birlikdə “Peyman” adlı şəxsin dediklərini etmişlər və axşam saatlarında həmin narkotik vasitə və psixotrop maddələrin, yəni onlardan heroin və metamfetaminləri lazımi çəkidə və bağlamalarda olan hissəsini götürüb bayıra çıxmışlar. Qalan hissələri isə evdə yataq otağında tərəzilərlə birlikdə sellofan torbanın içərisində saxlamışdır. Narkotik vasitə və psixotrop maddələrin lazım olan bir hissəsini özü, digər hissəsini isə Elmir götürmüşdür. Həmin narkotik vasitə və psixotrop maddələri müxtəlif ünvanlara paylamalı idilər, lakin hər hansı bir şəxslə görüşüb ona verməli deyildilər. Yalnız ünvanlarda deyilən yerlərə gizələtməli idilər. Elə bunu etmək üçün getdikdə evin yaxınlığında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışlar. Tutulduğu zaman bir ədəd qeyd kitabçası və iki ədəd Leo bank kartları götürülmüşdür. Həmin kitabçada “Peyman” adlı şəxsin göndərdiyi narkotk vasitə və psixotrop maddələrin qeydini aparmış, heroini «kola» kimi adlandırdığı üçün, «k» hərfi kimi qeyd etmiş, metamfetamini «patı» kimi adlandırdığı üçün «p» hərfi kimi qeyd etmişdir, marixuananı isə «ot» kimi adlandırdığı üçün elə «ot» sözü ilə də qeyd etmişdir. Rəqəmlər isə qramlara görə yazılmışdır. Təqsirləndirilən şəxs2 Şəmsi oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, onu Baş Narkotiklə Mübarizə İdarəsinə aparmışlar, axtarış zamanı üzərindən heç nə çıxmamışdır. Ona polis tərəfindən təzyiq göstərildiyi üçün ona verdikləri narkotik vasitəni boynuna götürmüşdür. Hadisə yanvar ayının 27-i 2023-cü il tarixində, Ramana qəsəbəsində baş vermişdir. Dəfələrlə təqsirli olmadığını bildirsə də, videoçəkiliş hər dəfə dayandırılmışdır. O gün oraya sadəcə bir günlük gəlmişdir. Təqsirləndirilən şəxs1 ilə birgə yaşamır. O, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğa məktub ünvanlasa da, məktub təcridxanadan göndərilməyib. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs2 Şəmsi oğlu ilkin araşdırma zamanı ifadələrində göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixdə, saat 22:50 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana, Gülçülük qəsəbəsi nömrəsiz fərdi yaşayış evinin yaxınlığında Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərib, barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları BNMİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə o və Fərid şübhəli şəxs qismində tutulmuşlar. Ona hüquq və vəzifələrim elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun və Fəridin üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı ona və Fəridə üzərlərində olan qanunla qadağan olunmuş əşyaları təqdim etmələri təklif olunmuşdur.Bu təklifdən sonra, o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd bağlamanın içərisində 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroini və 1(bir) ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd ona məxsus şəxsiyyət vəsiqəsi ,ll(on bir) manat pul, əynində olan şalvarın arxa sağ cibindən isə 1 (bir) ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra təqdim etdiyi metamfetamin və heroin elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 5(beş) qram, metamfetaminin çəkisi 6(altı) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə izah verildikdən sonra götürülmüşdür. 11 (on bir) manat pul və 1(bir) ədəd açar isə onun özünə qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs1 qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1(bir) ədəd bağlamanın içərisində 1(bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroini və 1(bir) ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 10(on) manat pul ,üzərində ***-***-**-** simkart nömrəsi olan 1(bir) ədəd “Xiaomi” markalı mobil telefon, 2(iki) ədəd “4098 5844 6532 9298” və “4098 5844 6888 1030” nömrəli plastik bank kartları,!(bir) ədəd Fəridə aid şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroini və metanfetamini elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 91 (doxsan bir) qram, metamfetaminin çəkisi 13 (on üç) qram oldu olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Fərid, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “Xiaomi” markalı mobil telefon, 2(iki) ədəd “4098 5844 6532 9298” və “4098 5844 6888 1030” plastik bank kartları, 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 10(on) manat pul isə sonuncuya qaytarılmışdır. Üzərindən aşkar olunmuş kütlələrin ona məxsus olmuş, həmin kütlələri sosial şəbəkədən 1(bir) aydır ki tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Peyman” adlı şəxsin vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 5(beş) gün bundan əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etmişlər, bunun müqabilində 500(beş yüz) manat pul qazanaraq Təqsirləndirilən şəxs1la böləcəklərini, heç kimə narkotik vasitə satmamış və bağışlamamışdır. Üzərindən Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana, Gülçülük qəsəbəsi nömrəsiz fərdi yaşayış evdə narkotik maddə olmuş, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmiş, verilən sualları tam başa düşmüş, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Daha sonra onlar, onların müdafiəçiləri və polis əməkdaşları onların yaşadıqları ünvana getmişlər. Evə baxış keçirilən zaman ondan evdə qanunla qadağan edilmiş kütlələri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Fərid evin yataq otağında olan çarpayının üzərindəki 1(bir) ədəd ağ rəngli sellofan torbanın içərisindən 2(iki) ədəd narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər olan dəftərləri, 2(iki) ədəd elektron tərəzini, 2(iki) ədəd bağlamada qurudulmuş marixuananı, 8(səkkiz) ədəd sellofan bükümdə heroini, 17(on yeddi) sellofan bükümdə metamfetamini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixunanın ümumillikdə çəkisi 476 qram(dörd yüz yetmiş altı) qram, heroinin ümumillikdə çəkisi 379 (üç yüz yetmiş doqquz) qram, metamfetaminin ümumillikdə çəkisi 348(üç yüz qırx səkkiz) qram olmuşdur. Daha sonra həmin kütlələr, 2(iki) ədəd elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onlar, müdafiəçilər və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üçün əhəmiyyət kəsb etdiyindən 2(ikİ) ədəd narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər olan dəftərlər onlara bu barədə izah verildikdən sonra götürülmüşdür. Sonra yaşadıqları evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Şahid1 ifadələrində göstərdi ki, 27 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Şəmsi oğlu və Təqsirləndirilən şəxs1 barəsində narkotik vasitələrin külli miqdarda daşınması və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdu. Sabunçu rayonu ərazisində tərəflərindən tədbir keçirildi və həmin şəxslər saxlanılıb idarəyə aparıldı. İlk öncə idarədə şəxsi axtarış, daha sonra isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun evlərinə baxış keçirildi və səhv etmirsə, narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar edildi. Sorğu zamanı Fərid və Elmir həmin narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşından başqa ünvanlara yerlşdirmək üçün əldə etdiklərini bildirdilər. Təqsirləndirilən şəxslərə heç bir fiziki və ya psixi zor tətbiq edilməyib. Təqsirləndirilən şəxslər narkotik vasitəni iranlı vasitəsilə “onlayn” formada götürdüklərini bildirmişdilər. Şəxsi axtarış idarədə aparıldı, həmçinin təqsirləndirilən şəxslərin evlərinə də baxış keçirildi, hər ikisində də iştirak etmişdir. Təqsirləndirilən şəxslərin üzərindən ümumi olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilmişdi, ayrı-ayrılıqda kimin üzərində narkotik vasitə olan heroin və ya psixotrop maddə olan metamfetamin aşkar edildiyini xatrlamır. Təqsirləndirilən şəxslərin evinə baxış keçirilən zaman onlardan başqa heçkim yox idi. Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun üzərinə baxış keçirlən zaman, səhv etmirsə, narkotik vasitə olan heroin aşkar edilmişdi. Hər iki təqsirləndirilən şəxsi Sabunçu rayonu ərazisində saxlamışdılar. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, o, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1986-cı ildə Qazax rayonunda anadan olmuş, əvvəllər məhkum olunan, Qazax şəhəri, Azadlıq küçəsi ev 72-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, X19 qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1983-cü ildə Qazax şəhərində anadan olmuş, əvvəllər məhkum olunan, Qazax şəhəri, Azadlıq küçəsi ev 70-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, X19 qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatına əsasən Baş İdarənin XMİÜ baş əməliyyat müvəkkili Şahid2 Xilal oğlu və Baş İdarənin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə 11 iyul 2022-ci il tarixdə saat 12:33-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yanvar 2023-cü il tarixdə saat 22:50 radələrindəTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlu yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, X19 qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinin yaxınlığında piyada hərəkət edərkən tərəflərindən saxlanılıb hava və əməliyyat şəraiti o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişlər. Həmin şəxslərin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 yanvar 2023-cü il tarixli qərara əsasən BNMİ-nin inzibati binasında xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna qanuna əsasən hüquqi yardım almaq, cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, şübhəli şəxsin hüquq və vəzifələri izah edildi. Eyni zamanda, izah edildi ki, qanuna əsasən heç kəs şəxsin özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürülmə aparlmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklifindən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd bağlamanın içərisində 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 1(bir) ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 10 (on) manat pul, üzərində ***-***-**- ** simkart nömrəsi olan 1(bir) ədəd “Xiaomi” markalı mobil telefon, 2 (iki) ədəd 4098 5844 6532 9298 və 4098 5844 6888 1030 nömrəli plastik bank kartları, 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra şübhəli şəxsin üzərinə keçirilmiş şəxs axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “Xiaomi” markah mobil telefon, 2 (iki) ədəd 4098 5844 6532 9298 və 4098 5844 6888 1030 nömrəli plastik bank kartları, 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi bu barədə şübhəli şəxsə izah verildikdən sonra götürülmüş, 10 (on) manat pul isə şübhəli şəxsə qaytarılmışdır. Bundan başqa şəxsi axtarış və götürülmə aparlmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 Şəmsi oğlunu bu barədə tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklifindən sonra Təqsirləndirilən şəxs2 Şəmsi oğlu əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bağlamanın içərisində 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 1(bir) ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən şəxsin özünə məxsus şəxsiyyət vəsiqəsi, 11 (on bir) manat pul, şalvarın arxa sağ cibindən 1(bir) ədəd açar aşkar edilərək götürülmüşdür. Bundan sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi bu barədə şübhəli şəxsə izah verildikdən sonra götürülmüş, 11 (on bir) manat pul isə şübhəli şəxsə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən 1(bir) aydır ki, tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Peyman” adlı şəxsin vasitəsi ilə tanışı X13 ilə birlikdə 5 (beş) gün bundan əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində 500 (beş yüz) manat pul qazanaraq Təqsirləndirilən şəxs2lə böləcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana, Gülçülük qəsəbəsi nömrəsiz fərdi yaşayış evində narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. X13 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən 1(bir) aydır ki, tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Peyman” adlı şəxsin vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 5 (beş) gün bundan əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində 500 (beş yüz) manat pul qazanaraq Təqsirləndirilən şəxs1la böləcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana, Gülçülük qəsəbəsi nömrəsiz fərdi yaşayış evində narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana, Gülçülük qəsəbəsi nömrəsiz fərdi yaşayış evində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Baxış və götürmə aparılması haqqında” 28 yanvar 2023-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürlmə aparılmış, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlunu bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklifindən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlu evin yataq otağında olan çarpayının üzərindəki 1 (bir) ədəd ağ rəngli sellofan torbanın içərisindən 2 (iki) ədəd narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər olan dəftərləri, 2 (iki) ədəd elektron tərəzini, 2(iki) ədəd bağlamada qurudulmuş marixuanya bənzər kütləni, 8(səkkiz) ədəd sellofan bükümdə heroinə bənzər kütləni, 17 (on yeddi) sellofan bükümdə metamfetaminə bənzər tütləni təqdim etmişlər. Bundan sonra aşkar olunmuş həmin kütlələr və 2 (iki) ədəd elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər olan dəftər şübhəli şəxslərin özlərinə bu barədə izah verildikdən sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun yaşadıqları evin digər hissələrinə baxış keçirildi və narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin, elektron tərəzilərin və 2 (iki) dəftərin onlara məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən 1(bir) aydır ki, tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Peyman” adlı şəxsin vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs2 Şəmsi oğlu ilə birlikdə 5 (beş) gün bundan əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində 500 (beş yüz) manat pul qazanaraq Təqsirləndirilən şəxs2lə böləcəyini, heç kimə narkotik vasitə satmadığını, kütlələrdən Təqsirləndirilən şəxs2 məlumatı olduğunu bildirmişdir. X13 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin, elektron tərəzilərin və 2 (iki) dəftərin onlara məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən 1(bir) aydır ki, tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Peyman” adlı şəxsin vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 5 (beş) gün bundan əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində 500 (beş yüz) manat pul qazanaraq Təqsirləndirilən şəxs1la böləcəyini, heç kimə narkotik vasitə satmadığını, kütlələrdən Təqsirləndirilən şəxs1 məlumatı olduğunu bildirmişdir. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlunu xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onlarla ədavəti və yaxınlığı yoxdur. Sabunçu rayonu, Raman qəsəbəsi ərazisində təqsirləndirilən şəxslər tərəflərindən saxlanılmış və üzərlərindən narkotik vasitə aşkarlanmışdır. Onlar narkotik vasitənin Mehdiabad tərəfdən götürüldüyünü və deyilən ünvana qoyulacağını bildirdi. Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində təqsirləndirilən şəxslər saxlanılıb. 2-i birlikdə tərəflərindən saxlanılmışdır. Əməliyyat tədbiri Elməddin və Romanla birlikdə həyata keçirilmişdir. Fərid və Elmir piyada idilər. Onlara heç bir fiziki təzyiq göstərilməmişdir. Hadisə vaxtı axşam saatları idi. Fəridin üzərindən kakos və metamfetamin aşkarlandı. Evində də narkotik vasitə aşkarlandı. Onlarla bağlı məlumat daxil olmuşdu. Əməliyyat şəraiti uyğun deyildi deyə onlar üzərlərinə şəxsi axtarış aparılması üçün deyə bölməyə apardıq. Təqsirləndirilən şəxslərin üzərindən narkotik vasitə çıxdığı yadındadır. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid3 və Şahid2 Xilal oğlu ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadələr vermiş və onun ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış 28 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və 28 yanvar 2023-cü il tarixli “evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolların məzmunundan və protokola əlavə edilərək videoçəkilışi aparılmış bir ədəd CD diskə keçirilmiş baxışdan görünür ki, həqiqətən də 28 yanvar 2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasında xidməti otaqların birində şəxsi axtarış və götürmə hərəkəti zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd bağlamanın içərisində 1 (bir) ədəd şəffaf rəngli polietilen bükümdə narkotik vasitə heroin və 1 (bir) ədəd şəffaf rəngli polietilen bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. X1 əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bağlamanın içərisində 1 (bir) ədəd şəffaf rəngli polietilen bükümdə narkotik vasitə heroin və 1 (bir) ədəd şəffaf rəngli polietilen bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 28 yanvar 2023-cü il tarixli “evə baxış keçirilməsi və götürmə aparılması haqqında protokolun məzmunundan və protokola əlavə edilərək videoçəkilişi aparılmış bir ədəd CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs1 və X10 Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana, Gülçülük qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evin yataq otağında yerləşən çarpayının üstündən 1 (bir) ədəd ağ rəngli sellofan torbanın içərisindən 17 (on yeddi) ədəd şəffaf rəngli polietilen bükümdə psixotrop maddə metamfetamin, həmçinin 8 (səkkiz) ədəd şəffaf rəngli polietilen bükümdə narkotik vasitə heroin, 2 (iki) ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli polietilen bağlamada narkotik vasitə qurudulmuş marixuana və 2 (iki) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2023-cü il tarixli, 6/507 N°-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7 Nç-li ” dairəvi möhür əksi olan, paketlərdə və bağlamadakı: Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlələr” yazısı və imzalar olan paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 89,649 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 11,627 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. X10 üzərindən aşkar edilmiş kütlələr” yazısı və imzalar olan paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,138 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,838 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. X10 və Təqsirləndirilən şəxs1 yaşadıqları evdən aşkar edilmiş kütlələr” yazısı və imzalar olan bağlamadakı 17 (on yeddi) ədəd bükümdə ümumi çəkisi 292,340 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 8 (səkkiz) ədəd bükümdə təmiz çəkisi 363,058 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 (iki) ədəd elektron tərəzinin üzərində heronin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs1 üzərindən, X10 üzərindən və onların yaşadıqları evindən aşkar edilərək götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs1 üzərindən, X10 üzərindən və onların yaşadıqları evindən aşkar edilərək götürülmüş metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”-in siyahısına (Siyahı 1) daxildirlər. Məhkəmədə elan edilib araşdırılmış cinayət işin materillarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2023-cü il tarixli, 7/122 Nə-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. X13 və Təqsirləndirilən şəxs1 yaşadıqları evdən aşkar 2 ədəd elektron tərəzi və kütlələr..." yazı və imzalar olan 1 ədəd sellofan bağlamada 2 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli polietilen bağlamada hər birinin ayr-ayrılıqda təmiz çəkisi 400,0 qram və 50,0 qram olmaqla ümumi çəkisi 450,0 qram bitki mənşəli küllələrçətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş 2 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 89,649 qram narkotik vasitə heroin və təmiz çəkisi 11,627 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və aparılmış kimyəvi ekspertizası nəticəsində qalmış 89,549 qram heroin və 11,527 qram metamfetamin qalıqları saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. X10 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4,138 qram narkotik vasitə heroin və təmiz çəkisi 4,838 metamfetamin maddi sübut kimi tanınmış və aparılmış kimyəvi ekspertizası nəticəsində qalmış 4,038 qram heroin və 4,738 qram metamfetamin qalıqları saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, X10 və Təqsirləndirilən şəxs1 yaşadıqları evdən aşkar götürülmüş təmiz çəkisi 292,340 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 363,058 qram narkotik vasitə heroin, təmiz çəkisi 450,0 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və aparılmış kimyəvi ekspertizası nəticəsində qalmış 362,818 qram heroin, 292,00 qram metamfetamin və 449,90 qram qurudulmuş marixuana qalıqları saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İstintaq orqanı yuxarıda sadalanan sübutlar əsasında Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib, cinayət işinin predmetini təşkil edən narkotik vasitələrin ona aidiyyəti olmadığını, narkotik vasitələrin yalnız istifadəçisi olduğunu, polis əməkdaşları tərəfindən ona psixi təsir göstərildiyi üçün narkotik vasitələri boynuna götürdüyü göstərdi. Təqsirləndirilən şəxs2 Şəmsi oğlu da ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib cinayət işinin predmetini təşkil edən narkotik vasitələrin ona aidiyyəti olmadığını, polis əməkdaşları tərəfindən ona təsir göstərildiyi üçün narkotik vasitələri boynuna götürdüyü göstərdi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun məhkəmədəki ifadələrini həm öz aralarında, həm onların ibtidai istintaq zamanı verdiyi ifadələri ilə, həm də işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirir. Çünki məhkəmədə onların ifadələrində göstərdikləri halları təsdiq edən sübut müəyyən olunmadı. Əksinə onların məhkəmədə inkar etməyə yönələn ibtidai istintaq zamanı verdikləri ifadələrinin işin faktiki hallarına qismən uyğun olması müəyyən olundu. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun təqsirsizlik prezumpsiyası hüququna əsasən özlərinin təqsirsizliyini sübut etmə vəzifəsi daşımadıqlarını nəzərə alır, lakin bununla bərabər onların özlərinin müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşadığını qeyd edir. Müdafiə tərəfi isə bunu etmədi və məhkəməyə həmin halları təsdiq edən sübut təqdim etmədi. Məhkəmənin qənaətinə görə bu hallar özlüyündə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun ifadələrində göstərdiyi halları inkar edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun məhkəmədə verdiyi ifadələrini özlərinin müdafiələrinə yönələn faktiki əsası olmayan ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğluna elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onlar tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyinin, onların əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun təqsirli bilinib onların bu əməllərə görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onların təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğluna məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə iş üzrə ibtidai istintaq zamanı məhkəmə ekspertilarının keçirilməsinə 202 (iki yüz iki) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini və məhkəmə xərci kimi bərabər hissələrlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlundan tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğluna “Verdiktum” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən 40 (qırx) saat hüquqi yardım göstərilməsi, bu səbəbdən də onların hər birinə 240( iki yüz qırx) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun müdafiə xərclərindən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş ekspertizası nəticəsində qalıq qalmış 456,405 qram narkotik vasitə heroin, 308,265 qram psixotrop maddə metamfetamin və 449,90 qram narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsini, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun üstünə şəxsi axtarış və götürmə aparılmasını, eləcə də yaşayış yerinə baxış və götürmə keçirilməsini özündə əks etdirən 02 ədəd rəqəmsal video diskin cinayət işinin materiallarında saxlanılmasını, Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd “Xiaomi” markalı M2006C3LG modelli mobil teleofnunun və 02 ədəd “4098 5844 6532 9298” və “4098 5844 6888 1030” nömrəli plastik bank kartlarının sonucunun iradəsinə uyğun, yəni onun ərizəsinə əsasən oğluna qaytarılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Qazax rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM- nin 234.1, 237.1, 66.3-cü maddələri ilə təqsirli bilinib 1(bir) il 3 (üç) ay azadlıqdan məhrum etmə cəzasaına məhkum edilmiş, Gəncə şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.1, 76.3.1ci maddələrinə əsasən vaxtından əvvəl cəzadan azad olunmuşdur. Bundan başqa, o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasaına məhkum edilmişdir. Hazırda məhkumluğu vardır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxs Rəfiyev X18 hərbi məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1, 62-ci maddələri ilə təqsirli bilinib 300 (üç yüz) manat cərimə cəzasaına məhkum edilmiş, növbəti dəfə Qazax hərbi məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Nizami rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 03 (üç) ay 15 (on beş) gün vaxtından əvvəl şərti azad olunmuş, habelə Qazax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qazax rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış sorğu əsasında 23 iyul 2024-cü il tarixində daxil olmuş 59 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun məhkumluğu “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının təsir dairəsinə düşdüyündən xx.xx.2022-ci il tarixində götürülmüşdür. Beləliklə o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində 01 yetkinlik yaşına çatmayan uşağının olması və ibtidai istintaq zamanı qismən etiraf edici ifadələr verməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun məsuliyyətini yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı qismən etiraf edici ifadələr verməsi müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin residivinin olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb onların təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və Təqsirləndirilən şəxs2 Şəmsi oğluna qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını, Təqsirləndirilən şəxs1 isə an Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasınınəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun 27 yanvar 2023-cü il tarixdən hazkı vaxta qədər həbsdə saxlanıldıqları müəyyən olundu. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun həbsdə saxlanıldıqları müddəti təyin edilmiş cəzaların çəkilməsinin başlanğıcını müəyyən edərkən nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji mərkəzi publik hüquqi şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının 01 aprel 2023-cü il tarixli 1807 .M-li rəyindən görünür ki, X11 Opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji mərkəzi publik hüquqi şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının 08 aprel 2023-cü il tarixli 2005 Nə-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğluna narkomaniyadan məcburi müalicə təyin edilməsini və onların narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğluna təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onların həmin əməllərin törədilməsində rollarını, onlar tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, onların məsuliyyətlərini yüngülləşdirən halların olmasını, Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran halın olmasını, Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun məsuliyyətini ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3 –cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 ( doqquz ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın başlanğıcı 27 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Şəmsi oğlu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3– cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 ( səkkiz ) il 06 ( altı )ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Şəmsi oğluna təyin edilmiş cəzanın başlanğıcı 27 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Şəmsi oğluna təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs2 Şəmsi oğlu barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Şəmsi oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 202 ( iki yüz iki ) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, həmin məbləğ bərabər hissələrlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlundan tutulub dövlət büdcəsinə ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğluna göstərdikləri hüquqi yardıma görə “Verdiktum” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 ödənilməsi üçün 540 (beş yüz qırx) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlu müdafiə xərclərindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş ekspertizası nəticəsində qalıq qalmış 456,405 qram narkotik vasitə heroin, 308,265 qram psixotrop maddə metamfetamin və 449,90 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlunun üstünə şəxsi axtarış və götürmə aparılmasını, eləcə də yaşayış yerinə baxış və götürmə keçirilməsini özündə əks etdirən 02 ədəd rəqəmsal video disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd “Xiaomi” markalı M2006C3LG modelli mobil teleofnun və 02 ədəd “4098 5844 6532 9298” və “4098 5844 6888 1030” nömrəli plastik bank kartları sonucunun ərizəsinə uyğun olaraq onun oğluna qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmsi oğlu isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-397/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-397/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver