Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-398/2021 05.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə, Hakimlər- Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X15 və X5 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respubliaksı vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, İmişli şəhəri, Q.Nəbi küçəsi, ev 93-də qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2, dalan 6 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü madəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metafetamin, külli miqdarda narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryəki əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə alaraq əldə edib, əlindəki çantasının içərisində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhər Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində keçirilən əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S. Bəhlulzadə küçəsində saxlanılıb Suraxanı rayonu, Əmircan qəsəbəsi. Balandin küçəsi 42 saylı ünvanda yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərinə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman, əlində olan qara rəngli əl çantasının ön cibindən bir ədəd üzərində “Café Crème Smoking kills" sözləri yazılmış dəmir qabın içərisindən 08 (səkkiz) ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,765 (bir tam mində yeddi yüz altmış beş) qram, 0,933 (sıfır tam mində doqquz yüz otuz üç) qram, 1,912 (bir tam mində doqquz yüz on iki) qram, 0,415 (sıfır tam mində dörd yüz on beş) qram, 0,909 (sıfır tam mində doqquz yüz doqquz) qram, 0,077 (sıfır tam mində yetmiş yeddi) qram, 5,063 (beş tam mində altmış üç) qram, 1,870 (bir tam mində səkkiz yüz yetmiş) qram ümumi təmiz çəkisi külli miqdarda olmaqla 12,944 (on iki tam mində doqquz yüz qırx dörd) qram ağ çəkidə rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, iki ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,109 (sıfır tam mində yüz doqquz) qram və 0,126 (sıfır tam mində yüz iyirmi altı) qram ümumi təmiz çəkisi 0,235 (sıfır tam mində iki yüz otuz beş) qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, iki ədəd dairəvi formal plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 1,146 (bir tam mində yüz qırx altı) qram və 1,591 (bir tam mində beş yüz doxsan bir) qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2,737 (iki tam mində yddi yüz otuz yeddi) qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, iki ədəd şəffaf polietilen bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,922 (bir tam mində doqquz yüz iyirmi iki) qram və 2,004 (iki tam mində dörd) qram ümumi təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdar təşkil etməklə 3,926 (üç tam mində doqquz yüz iyirmi altı) qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi külli miqdarda 12,040 (on iki tam mində qırx) qram qəhvəyimtil rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özünü narkotik vasitələrin satışı ilə məşğul olmaqda yox, yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, onun özü tutulmazdan əvvəl təxminən 6 ay əvvəldən narkotik vasitə tiryək və psixotrop maddə metafetamin istifadə etməyə başlamışdır. Bu müddət ərzində özü müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitə və psixotrop maddələr almış və istifadə etmişdir. Dəqiq xatırlamadığı tarixdə istifadəsində olan mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi "WhatAapp” ani mesajlaşma proqramına tanımadığı nömrədən özünü İİR vətəndaşı və adını İsmayıl kimi təqdim edən bir nəfər şəxs ona yazmışdır. Onun nömrəsini həmin şəxsin kimdən və ya hardan əldə etdiyi barədə məlumatı olmamışdır. Sonuncu ilə söhbətləri zamanı nəsə narkotik vasitə istəsə ona müraciət etməyini demişdir. O, narkotik vasitə əldə etmək istədiyi zaman həmin şəxslə əlaqə saxlayaraq dediyi hesabına pul köçürmüş və bundan sonra ona deyilən yerlərdən narkotik vasitəni gedib götürmüşdür. Həmin şəxs onun istədiyi miqdardan artıq narkotik vasitə göndərərək, onun Sabunçu rayonu ərazisində yerləşən ünvanlara çatdırması müqabilində daha artıq miqdarda narkotik vasitəni ödənişsiz götürə biləcəyini bildirmişdir. O da narkotik vasitə əldə etdiyi zaman Sabunçu rayonu ərazisində “İsmayıl” adlı şəxsin göstərdiyi ünvanlara narkotik vasitələri çatdırmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində idarə etdiyi moped vasitəsi ilə Suraxanı rayonu Bülbülə qəsəbəsində olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib Suraxanı RPİ-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib onu Suraxanı RPİ-nə dəvət etmişlər. O, da heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçirilmiş, axtarış zamanı əlində olan qara rəngli çantanın ön cibində olan narkotik vasitə tiryək və psixotrop maddə metafetamini, eləcə də polis əməkdaşlarının ona verdikləri narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzrəinə şəxsi axtarış aparılmış, lakin qanunla qadağan olunmuş, hər hansı başqa bir əşya aşkar edilməmişdir. Bu barədə protokol, tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o, və şəxsi axtarışda iştirak edən şəxslər imza etmişlər. İstintaqın gedişatında müstəntiq tərəfindən ona yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2, dalan 6-da olan evdə axtarış keçirilməsinin zəruri olduğu bildirilmiş, o da buna etiraz etməməsi məzmunda ərizə yazaraq təqdim etmiş, keçirilmiş axtarış zamanı yaşadığı evdən qanunsuz hər hansı əşya aşkar olunmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər narkotik vasitə və psixotrop maddələri özünün istifadəsi üçün müxtəlif tanımadığı şəxslərdən əldə etmiş, lakin xatırlamadığı tarixdə istifadəsində olan mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi "WhatAapp” ani mesajlaşma proqramına tanımadığı nömrədən özünü İİR vətəndaşı və adını “İsmayıl” kimi təqdim edən bir nəfər şəxs yazaraq narkotik vasitə və psixotrop maddə almaq üçün ona müraciət edə biləcəyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitəni bir qədər çox götürəndə ucuz verdiyindən ona sərf etmiş, arabir həmin şəxs məsələn ona 15 qram narkotik vasitə təşkil etdiyi zaman, sonuncu həmin narkotik vasitənin 10 qram hissəsini, özünün sonradan deyəcəyi tanımadığı başqa şəxslərə verməsini tapşırmış, geri qalan 5 qram hissəsinin 3 qramını ona pulsuz vermiş, o isə yalnız 2 qrama görə həmin şəxsə ödəniş etmişdir. Onun özü heroin istifadə etməmiş, həmin narkotik vasitədən heç bir asılılığı yoxdur. Heroini dəqiq adlarını xatırlamadığı polis əməkdaşları ona idarədə vermişlər ki, şəxsi axtarış keçirilən zaman videoçəkilişdə göstərsin. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 30-31-ci vərəqlərində olan şübhəli şəxs qismində xx.xx.2020-ci il tarixli müdafiəçinin iştirakı ilə izahatı, cinayət işinin birinci cildinin 53-55-ci vərəqlərində olan müdafiəçisinin iştirakı ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokolu, müdafiəçisinin iştirakı ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokolu, müdafiəçisinin iştirakı ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokolları ona tanışdır, həmin protokolların sonunda “Təqsirləndirilən şəxs” və “Təqsirləndirilən şəxs” qrafaları qarşısındakı imzalar ona məxsusdur. Hazırda ifadəsində narkotik vasitə heroinin ona saxlandıqdan sonra polis əməkdaşları tərəfindən verilmiş olmasına dair xüsusatı ibtidai istintaq zamanı yuxarıda qeyd olunan protokolların tərtib edildiyi, yəni müvafiq şəxs qismində müdafiəçisinin iştirakı ilə ifadə verdiyi zaman bildirməməsinin səbəblərini izah etməkdə çətinlik çəkir. İş materialları ilə onun müvafiq olaraq xx.xx.2020-ci il tarixdə saat 15.00-da saxlanaraq, həmin gün saat 15.20-də Suraxanı RPİ-yə gətirildiyi və bundan sonra ona müvafiq qərarla müdafiəçi təyin olunmaqla saat 15.25-də şübhəli şəxs qismində tutulduğunun müəyyən edildiyi ona aydındır. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin birinci cildinin 30- 31-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxxxx 2020ci il tarixli protokol ona tanışdır. Həmin protokolun məzmununda göründüyü kimi onun üzərində şəxsi axtarış müvafiq olaraq saat 15.30-dan 15.45-dək keçirildiyi ona aydındır. Həmin hərəkətin həqiqətən o zaman çərçivəsində keçirildiyini təsdiq edir. Hazırda ifadəsində polis əməkdaşlarının ona heroin verdikləri və əlindəki çantadan aşkar olunan narkotik vasitə heroinin məhz həmin vasitə olmasını bildirdiyi halda, yuxarıda qeyd olunan şəraitdə yəni saat 15.00-da saxlanaraq, saat 15.20-də idarəyə gətirildikdən sonra cəmi şəxsi axtarışın keçirilməsinə başlananadək keçən cəmi 10 dəqiqə vaxt keçdiyi və həmin müddət ərzində özünün müdafiəçi ilə təmin edilməklə hüquq və vəzifələrinin izah edildiyi şəraitdə, qeyd etdiyi hadisənin, yəni ona polis əməkdaşları tərəfindən narkotik vasitə heroin verilməsinin necə baş tutmasını izah etməkdə çətinlik çəkir. Onun özünün bank hesab nömrəsi yoxdur, əvvəllər “xxxx” ASC-də bank hesabı olsa da, sonradan istifadə etməmişdir. Onun özü heç kimlə cinayət törətməsi barədə razılaşıb əlbir olmamış, sadəcə olaraq əldə etdiyi narkotik vasitə və psixotrop maddənin bir hissəsinin pulunu müştəri olaraq əldə etdiyi mənbəyə ödəmiş, qalan hissəsinin pulunu isə narkotik narkotik vaisətələrin bir hissəsini lazım olan yerə, yəni onun yaşadığı ərazilərə yaxın yerlərə çatdırdığına görə narkotik vasitəni ona satan şəxs güzəşt etmişdir. Çatdırdığı narkotik vasitələrə görə heç kim ona pul verməmiş, o da heç kəsə özünün aldığı narkotik vasitənin dəyərindən artıq miqdarda pul verməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən yerə yıxılmışdı. Həqiqətən də onun özü moped idarə edir və tutulmazdan iki gün əvvəl moped idarə edərkən, döngədə müvazinətini itirərək yıxılması nəticəsində xəsarətlər almışdır. Bir daha bildirir ki, narkotik vasitə tiryək və psixotrop maddə metafetamin istifadəçisidir, özünü narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirli bilmir. Elan edilməklə ona təqdim olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokolun məzmunundan və eləcə də “Diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokolların məzmununda özünün könüllü olaraq əlində olan qara rəngli əl çantasının ön cibindən bir ədəd dəmir qabın içərisindən 8 ədəd polietilen bükümdə ayrı-ayrılıqda ağ rəngli kristallardan ibarət maddələr, iki ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda ağ rəngli kristallardan ibarət maddələr, iki ədəd dairəvi formal plastik qablarda ayrı-ayrılıqda ağ rəngli kristallardan ibarət maddələr, iki ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda tünd qəhvəyi rəngli maddələr, bir ədəd şəffaf polietilen bükümdə qəhvəyimsi rəngli tozşəkilli maddələri çıxarıb təqdim etdiyinin qeyd olunduğu ona aydındır, həmin halı təkzib etmir. Şəxsi axtarış zamanı müdafiəçisinin həqiqətən iştirak etdiyini təsdiq edir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılarkən heroini ona sonradan polis əməkdaşlarının verdiklərini deməmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində ondan ümumilikdə 12 büküm və qablaşdırmada olmaqla, ümumilikdə 15.916 qram çəkidə, yəni külli miqdarda psixotrop maddə metafetamin və 2 bükümdə olamqla cəmi 3.926 qram çəkidə narkotik vasitə tiryək aşkar edildiyini təsdiq edir. Ona elan edilmiş ittihamdan da göründüyü kimi o, külli miqdarda narkotik vasitə və psixotrop maddə metafetamini satış məqsədi ilə əldə edib, saxlama və daşımada ittiham elan edildiyi ona aydındır. Belə olan halda, yəni həqiqətən də üzərində külli miqdarda psixotrop maddə metafetamin olduğu şəraitdə, ifadəsində göstərdiyi kimi polis əməkdaşlarının ona əlavə olaraq 01 bükümdə, 12,040 qram çəkidə narkotik vasitə heroin verməklə, belə bir qanunsuz əməllərə yol vermələrinin heç bir məntiqə sığmaması və onun daha ağır cinayət əməlini törətməkdə təqsirləndirilməsi kimi əlavə olaraq hər hansı bir bir məqsəd daşımadığı ona aydındır. Belə bir hadisənin baş verməsinin məntiqi səbəbini izah etməkdə çətinlik çəkir. Məhkəmə iclasında nümayiş etdirilən videogörüntülər ona tanışdır, həmin videogörüntülər həqiqətən də xx xxxxxxxx 2020-ci il tarixdə Suraxanı RPİ-də üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış görüntülərdir. Həmin videogörüntülərdən şəxsi axtarış zamanı özünün əlindəki çantasını şəxsən açaraq bir ədəd dəmir qabın içərisindən bükümləri və plasmas qabları çıxararaq təqdim etməsi və hər birinin nə olması barədə izah verməsinin müəyyən edilməsi ona aydındır. Bükümləri təqdim etdikdən sonra ona sual verən sağ kənarda oturan şəxs onun dövlət hesabına müdafiəçisi olmuşdur. Videogörüntülərdən narkotik vasitələri və psixotrop maddəni təqdim etməsindən sonra, müdafiəçisinin ona ünvanladığı suallara cavab olaraq təqdim etdiyi bükümlərin hamısının polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olduğunu bildirməsi və bədəninin görünən səthlərində aşkar edilən xəsarətləri saxlanılmasından iki gün əvvəl moped idarə edərkən, döngədə müvazinətini itirərək yıxılması nəticəsində aldığını bildirməsi ona aydındır. Son olaraq göstərdi ki, narkotik vasitə və psixotrop maddəni daşıyıb başqalarına çatdırdığına və istifadə etdiyinə görə peşmandır. Cavan olmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməklə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 6 aydır ki, narkotik vasitə istifadə etmişdir. Tanımadığı İsmayıl adlı İİR vətəndaşı ona "WhatAapp” sosial şəbəkəsi vasitəsilə yazmış və narkotik vasitə istədiyi vaxt onunla əlaqə saxlaya biləcəyini bildirmişdir, lakin həmin şəxsin onun telefon nömrəsini haradan, kimdən, necə əldə etməsi barədə məlumatı yoxdur. Həmin şəxsin hesabına pul köçürmüş və dediyi yerlərdən narkotik vasitəni gedib götürmüşdür. Həmin şəxs onun istədiyi miqdardan artıq narkotik vasitə göndərərək, onun Sabunçu rayonu ərazisində yerləşən ünvanlara çatdırması müqabilində daha artıq miqdarda narkotik vasitəni ödənişsiz götürə biləcəyini bildirmişdir. O həmin şəxs ilə razılaşaraq Sabunçu rayonu ərazisində göstərdiyi ünvanlara narkotik vasitələri çatdırmışdır. O, narkotik vasitə olan tiryəkdən istifadə etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində idarə etdiyi moped vasitəsi ilə Suraxanı rayonu Bülbülə qəsəbəsində olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib Suraxanı RPİ-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib onu Suraxanı RPİ-nə dəvət etmişlər. O, da heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində vəkil dəvət edilmiş və ona hüquq-vəzifələri izah olunmuşudr. Bundan sonra vəkilin iştirakı ilə üzərində şəxs axtarış aparılmış, axtarış zaman ona üzərində qanunsuz əşya olması barədə sual verilmişdir, bu zaman o, əlində olan qara rəngli çantanın içərisində saxladığı narkotik vasitələri çıxarıb təqdim etmişdir. Polis idarəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra dəvət edilmiş vəkilimin iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçirilmiş, axtarış zamanı əlində olan qara rəngli çantanın ön cibində olan narkotik vasitələri çıxanb təqdim etmişdir. Həmin vaxt üzərinə narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfimdən şəxsi axtarış aparılmış, lakin qanunla qadağan olunmuş, hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol, tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o, və axtarışda iştirak edən şəxslər imza etmişlər. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmin hərəkətləri özündə əyani olaraq əks etdirən videogörüntülər və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Suraxanı RPİ-nin NMB-sinə etimad doğuran, qərəzisz mənbədən xx.xx.1989-cu ildə İmişli şəhərində anadan olmuş, İmişli şəhəri, Q.Nəbi küçəsi ev 93-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Qanboy Vəzirov küçəsi döngə 2, dalan 6-da yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edərək, saxlaması və gəzdirməsi barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla Suraxanı RPİ-nin rəis vəzifəsini müvvəqəti icra edən polis polkovniki Famil Vəliyevə məruzə edildikdən sonra, Suraxanı RPİ-nin NMB-nin rəisi X11 tərəfindən Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Suraxanı rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, eləcə də müvafiq əmrlə əməliyyat axtarış tədbirlərinin kçeirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Elə həmin gün, saat 14-15 radələrində o, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, üzərində saxlayaraq daşıması, istifadə etməsi və satışı ilə məşqul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə keçirdikləri tədbir zamanı, saat 15.00-da Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində Təqsirləndirilən şəxs saxlayaraq Suraxanı RPİ-nə gətirmişlər. Daha sonra tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq tədbirlərin görülməsi aidiyyatı üzrə göstəriş verilməsi üçün rəhbərliyə məruzə olunmuş və Təqsirləndirilən şəxs İdarənin təhqiqatçısı Suad Həmzəyevə təhvil verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra Suraxanı RPİnin İnzibati otaqların birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli əl çantasının ön cibində saxladığı bir ədəd üzərində "X22 kills" sözləri yazılmış dəmir qabın içərisindən 08 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metafetamin (şüşə), 02 ədəd qara rəngli siqaret kağızına bükülmüş psixotrop maddə metafetamin, 02 ədəd ağ rəngli sellofana bükülmüş narkotik vasitə tiryək, 02 ədəd üzərində qapaq şəkili olan plastmas qabda psixotrop maddə metafetamin, 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs, əlindəki çantasından aşkar edilərək götürülmüş narkotik vasitələri o, Binəqədi rayonu ərazisindən tanımadığı İran vətəndaşı olan şəxsdən satış məqsədi ilə əldə etdiiyni və həmin narkotik vasitələrin ona deyilən ünvanlara çatdırılması ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əl çantasından aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələr təhqiqatçı tərəfindən qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolda Təqsirləndirilən şəxs və iştirakçılar imza etmişlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuş və həmin məlumatda Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edərək, saxlaması və gəzdirməsi qeyd olunurdu. Daxil olan məlumat tərəfindən ilkin olaraq yoxlanıldıqdan və mənbənin qərəzsizliyi və etibarlılığı dəqiqləşdirildikdən sonra müvafiq raportla rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlandığı zaman sonuncuya qarşı hər hansı təsir və ya təzyiq göstərilməmiş, saxlanılaraq Suraxanı RPİ-yə gətirilmiş və raportla məruzə olunduqdan sonra təhqiqatçıya təhvil verilmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı onun özü də iştirak etmiş, bu zaman Təqsirləndirilən şəxs əlindəki çantasının içərisindən bir ədəd üzərində "X22 kills" sözləri yazılmış dəmir qabı çıxarıb içərisində olan bükümlərdə və 2 ədəd plasmas qabda narkotik vasitələr tiryək, heoin və psixtorop maddə metafetaminləri təqdim etmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs qanunsuz vasitələri əldə etmə mənbəyi kimi tanımadığı İran islam Respublikasının vətəndaşını bildirdi. Təqsirləndirilən şəxsə qarşı heç bir təsir və yaz təzyiq olmamış, sonuncu könüllü olaraq qanunsuz vasitələri onlara təqdim etmişdir. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edərək, saxlaması və gəzdirməsi, eləcə də özünün istifadə etməsi barədə qeyd olunmuşdu. Təqsirləndirilən şəxs saxlandıqdan sonra şəxsi axtarış keçirilənədək onunla kənar şəxslər tərəfindən heç bir təmas olmamış, onun şəxsi əşyalarına və eləcə də çantasına heç bir baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs idarəyə gətirildikdən sonra operativ şəkildə prosessual hərəkətlər təhqiqatçı tərəfindən keçirilməklə, şəxs müdafiəçi ilə təmin edilərək, şübhəli şəxs qismində tutulmuş və bundan sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Bu müddət ərzində bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə heç bir baxış keçirilməmiş, ona hər hansı miqdarda əlavə narkotik vasitə verilməmişdir. Belə ki, onlar keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs əldə etmiş olduğu narkotik vasitələri realizə edə biləcəyini güman edərək, ilkin olaraq onu dərhal saxlamış və idarəyə gətirmiş, sonuncunun həmin vaxt üzərində hansı miqdarda narkotik vasitə və ya psixotrop maddə olmasından dəqiq olaraq məlumatları olmamışdır. İş üzrə daha sonra verilmiş əməliyyat tapşırıqları üzrə Təqsirləndirilən şəxs əl çantasından aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri kimlərə satmaq üçün üzərində daşıdığı istiqamətində tədbirlər həyata keçirsələr də, həmin şəxslərin kim olmasını dəqiq olaraq müəyyənləşdirə bilməmişlər. Bununla belə Təqsirləndirilən şəxs elə şəxsi axtarış keçirilərkən də narkotik vasitə və psixotrop maddələri İİR vətəndaşının ona göndərməklə, özünün əldə etdikdən sonra ona deyilən yerlərə çatdırmaqla məşğul olduğunu etiraf etmişdir. İş üzrə keçirilmiş məhkəmə narkoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs narkotik vasitə heroindən asılılığının olmaması, iş üzrə keçirilmiş tədbir nəticəsində isə sonuncunun əl çantasından narkotik vasitə tiryək və psixotrop maddə metafetaminlə yanaşı bir bükümdə külli miqdarda narkotik vasitə heroin aşkar edilməsinin səbəbi barədə dəqiq olaraq deyə bilməz. Lakin belə güman edir ki, narkotik vasitə heroinin elə saxlanılarkən Təqsirləndirilən şəxs olması, sonuncunun həmin narkotik vasitəni ona deyiləcək şəxslərə çatdırması üçün üzərində gəzdirməsini izah edir. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs saxlandıqdan sonra ona heç bir miqdarda əlavə narkotik vasitə və ya psixotrop maddə verilməmiş, ona qarşı heç bir təsir və ya təzyiq də göstərilməmişdir. Şəxsi axtarış müdafiəçinin iştirakı və eləcə də videoçəkiliş aparılmaqla tam şəffaf şəkildə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs saxlayarkən sonuncu, qaçmaq istədiyi zaman yerə yıxılmış, lakin heç bir xəsarət almamışdır. Səhv etmirsə həmin şəxsi saxladıqları zaman üz nahiyəsində köhnə yara izi olmuş, Təqsirləndirilən şəxs da həmin xəsarəti 2 gün əvvəl maped nəqliyyat vasitəsini sürərkən müvazinətini itirərək yıxıldığı zaman aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 birgə əməliyyat tədbirinin keçirilməsində iştirak etdiyi digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək, öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Bununla yanaşı verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri İİR vətəndaşından sonuncunun hesabına pul köçürməklə aldığını, bir hissəsini isə əldə etdiyi şəxsin ona deyəcəyi yerlərə aparmalı olduğunu bildirmişdir. İstintaq hərəkətlərinin gedişatı zamanı Təqsirləndirilən şəxs hansı vasitə ilə pulu köçürdüyünün müəyyən edilib-edilmədiyi ona məlum deyildir. Şəxsi axtarış zamanı o da iştirak etmiş, həmin vaxt videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı da təmin edilmişdir. Bir ədəd bükümdə narkotik vasitə heroini Təqsirləndirilən şəxs şəxsən əl çantasından çıxardığı bir ədəd üzərində "X22 kills" sözləri yazılmış dəmir qabın içərisindən digər narkotik vasitə tiryək bükümləri və psixotrop maddə metafetamin bükümləri ilə birlikdə çıxarıb təqdim etmişdir. Həmin dəmir qabın içərisində olan vasitələri Təqsirləndirilən şəxs təqdim edib stolun üzərinə yığdığı zaman özü saymış və içərilərində hansı növdə qanusuz maddə olduğunu da özü bildirmişdir. Orada 13 ədəd sellofan büküm, 2 ədəd dairəvi formalı plasmas qab olmuş, narkotik vasitələr tiryək və heroin, eləcə də psixotrop maddələr həmin bükümlər və plasmas qabların içərisində olmuşdur. Təqsirləndirilən şəxs heç bir polis əməkdaşı tərəfindən əlavə olaraq hər hansı miqdarda narkotik vasitə heroin verilməmişdir. Təqsirləndirilən şəxsin ifadəsində bu barədə qeyd etdiyi hallar tamamilə uydurmadır. Təqsirləndirilən şəxs saxladıqları zaman, eləcə də ondan sonra sonuncuya qarşı hər hansı təsir, təzyiq göstərilməmiş, zor tətbiq edilməmişdir. Tədbir zamanı onları görüb qaçmaq istəyərkən Təqsirləndirilən şəxs yerə yıxılmış, lakin heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs çənə nahiyəsində vizual olaraq görünən köhnə yara izi olmuş, o da həmin xəsarəti və eləcə də bədənində olan xəsarətləri 02 gün əvvəl moped nəqliyyat vasitəsi idarə edərkən, döngədə müvazinətini və idarəetməni itirib yerə yıxıldığı zaman yer səthinə və mopedin ona dəyməsi nəticəsində almasını bildirmişdir. Bu barədə elə şəxsi axtarış zamanı müdafiəçi də Təqsirləndirilən şəxs soruşmuş, o da həmin məzmunda müdafiəçisinə cavab vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır və hazırda təqaüddə olduğuna görə heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun oğludur və onlar bir ünvanda ünvan 2 2, dalan 6-da yaşamışlar. Təqsirləndirilən şəxs 2019-cu ildə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə oğurluğa görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi. Bundan sonra oğlunun islah olunduğunu düşünərək onun hər hansı bir cinayət törədəcəyindən şübhələnməmişdir. İbrahimin yaxşı əl qabiliyyəti olduğuna görə sonuncunun narkotik vasitələrin qəbulu və ya satışı ilə məşğul olmasından isə ümumiyyətlə şübhələnməmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15-16 radələrində Suraxanı RPİ-nin əməkdaşları onun mobil telefonuna zəng vuraraq oğlu Təqsirləndirilən şəxs tutulduğu barədə məlumat vermişlər. Polis idarəsinə gəldikdə oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrlə tutulduğundan xəbəri olmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə onun iştirakı ilə yaşadıqları evdə polis əməkdaşları tərəfindən axtarış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həqiqətən də maped nəqliyyat vasitəsi idarə etmiş, bu onun Bakı şəhərində hərəkəti üzrə əsas nəqliyyat vasitəsi olmuşdur. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı olmaqla, daim ailəsinə qarşı qayğı göstərmiş və uşaqlarını sevən bir ata kimi davranmışdır. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işi başlama və icraata qəbul edilməsi haqqında” xx xxxxxxxx 2020ci il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı Suad Həmzəyev tərəfindən icraatında olan HK-1/433 saylı material üzrə fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (cild 01, iş vər. 1) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytnantı Şahid2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin rəis vəzifəsini müvvəqəti icra edən polis polkovniki Famil Vəliyevə olan xx xxxxxxxx 2020-ci il tarixli raportundan görünür ki, əməliyyat müvvəkkili tərəfindən idarənin rəisinə yazılı şəkildə məruzə edilərək etimad doğuran, qərəzisz mənbədən xx.xx.1989-cu ildə İmişli şəhərində anadan olmuş, İmişli şəhəri, Q.Nəbi küçəsi ev 93-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Qanboy Vəzirov küçəsi döngə 2, dalan 6-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək, saxlaması və gəzdirməsi barədə məlumat daxil olması barədə məlumatlandırmış və daxil olmuş məlumatın əməliyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən sonra yaxalanması, narkotik vasitələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (cild 01, iş vər. 03) “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Suraxanı RPİ-ni NMB-nin rəisi, polis mayoru Anar İbrahimov tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq xx xxxxxx 1989-cu ildə İmişli şəhərində anadan olmuş, İmişli şəhəri, Q.Nəbi küç. ev 93-də qeydiyyatda olan,Sabunçu rayonu,Qanboy Vəzirov küçəsi döngə 2 dalan 6-da yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən onda saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 4-5) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytnantı Şahid2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin rəis vəzifəsini müvvəqəti icra edən polis polkovniki Famil Vəliyevə olan xx xxxxxxxx 2020-ci il tarixli raportundan görünür ki, əməliyyat müvvəkkili tərəfindən idarənin rəisinə yazılı şəkildə məruzə edilərək xx xxxxxxxx 2020-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xx xxxxxx 1989-cu ildə İmişli şəhərində anadan olmuş, İmişli şəhəri, Q.Nəbi küçəsi, ev 93-də qeydiyyatda olan, Sabunçu rayonu, Qanboy Vəzirov küçəsi döngə 2 dalan 6-da yaşayan Abbasov X8 rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində saat 15:00-da saxlanılmış və 15:20 radələrində Suraxanı rayon polis idarəsinə gətirilmişdir, Təqsirləndirilən şəxs paltarında, baədənində olmsı ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin götrülməsi ilə bağlı aidiyyatı üzrə göstəriş verilməsi xahiş olunmuşdur. (cild 01, iş vər. 10) “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx xxxxxxxx 2020-ci il saat 15:25 dəqiqədə Suraxanı RPİ-nin binasında müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə tutulmuş, tutulmanın əsasları kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmsı, gəzdirilməsi və yayılmasında şübhəli olması göstərilmişdir. Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxt xx xxxxxxxx 2020-ci il tarixdə saat 15:00 dəqiqədən hesablanmışdır. (cild 01, iş vər. 21) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə X1 15:00-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində özünü şübhəli apardığı üçün saxlanılaraq xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15:20-də Suraxanı RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik oala biləcək digər əşya və sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtariş və götürmə aparılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərara əsasən Suraxanı RPİ-nin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində qara rəngli əl çantasının ön cibində saxladığı bir ədəd üzərində “X22 kills” sözləri həkk olunmuş dəmir qabın içərisində olan 8 ədəd şəffaf sellofan bükümdə metafetamin (şüşə), 2 ədəd qara siqaret kağızı bükümündə metafetamin, 2 ədəd ağ sellofan bükümündə tiryək, 2 ədəd qapaq şəkilli plastmas qabda metafetamin, 1 ədəd şəffaf sellofan bükümdəə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq X2 İşlər Nazirliyinin "Zərflər “çün” 45 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübuti əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir.(cild 01, iş vər 30-31) Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 6/1788 saylı rəyində göstərilmişdir ki. tədqiqata təqdim edilmiş, üzərində: “vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş" yazısı olan zərfdəki, üzərində “X23 kills" yazısı olan dəmir qabdakı, 8 (səkkiz) ədəd polietien bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,765 qram, 0,933 qram, 1,912 qram, 0,415 qram, 0,909 qram, 0,077 qram, 5,063 qram, 1,870 qram, ümumi təmiz çəkisi 12,944 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. 2 (iki) ədəd “qara” rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,109 qram və 0,126 qram, ümumi təmiz çəkisi 0,235 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. 2 (iki) ədəd dairəvi formalı plastik qablarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1,146 qram və 1,591 qram, ümumi təmiz çəkisi 2,737 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetaminin ümumi təmiz çəkisi 15,916 qram təşkil edir. 2 (iki) ədəd şəffaf polietien bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,922 qram və 2,004 qram, ümumi təmiz çəkisi 3,926 qram tünd qəhvəyi rəngli qərtranabənzər spesifik iyli maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 12,040 qram qəhvəyimtil rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş heroin və tiryək '"Azərbaycan Respublikasının ərzisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metafetamin "‘Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’-in 1 siyahısına daxildirlər.(cild 01, iş vər 39-43) “Diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi X12 tərəfindən Təqsirləndirilən şəxs və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin inzibati binasının içərisində xidməti otaqların birində şəxsi axtarış keçirilən zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd bir fayldan ibarət DVD diskə baxış keçirilmiş, diskə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin diskdə 01 ədəd fayl vardır, fayılda olan videogörüntu xx xxxxxxxx 2020-ci tarixdə çəkilmişdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Suraxanı RPİ-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əlində olan qara rəngli əl çantasının ön cibindən bir ədəd dəmir qabın içərisindən 8 ədəd polietilen bükümdə ayrı-ayrılıqda ağ rəngli kristallardan ibarət maddələr, iki ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda ağ rəngli kristallardan ibarət maddələr, iki ədəd dairəvi formal plastik qablarda ayrı-ayrılıqda ağ rəngli kristallardan ibarət maddələr, iki ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda tünd qəhvəyi rəngli maddələr, bir ədəd şəffaf polietilen bükümdə qəhvəyimdi rəngli tozşəkilli maddələri çıxarıb təqdim edir, Təqsirləndirilən şəxs həmin maddələrin nə olması, haradan və hansı yolla əldə etməsi barədə sual verilir, sonuncu da həmin maddələrin narkotik vasitə olmasını, xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, ərazisində olan “Araz” adlanan mağazanın yaxınlığında tanımadığı şəxsdən “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əldə etməsini bildirir. Bundan sonra baxışda iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin qanunla qadağan olunmuş, hər hansı bir əşya aşkar edilməmişdir. Baxış zamanı bir ədəd DVD diskdə olan fayla baxıldıqdan sonra qablaşdırılaraq möhürlənmişdir və iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq cinayət işinə əlavə olunmuşdur. (cild 01, iş vər. 56) “Cinayət əməlinin tövsif edilməsi barədə” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (cild 01, işvər. 57- 58) Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(010)- 203/2020 saylı qərarından görünür ki, Suraxanı rayon prokurorunun təqdimatı təmin edilməklə Təqsirləndirilən şəxs barəsində həbs etmə müddətinin əvvəli xx xxxxxxxx 2020ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər 80-82) Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə Suraxanı RPİ-nin İŞ-nin rəisinə və müstəntiq Asəf Məmmədova müraciət edərək, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2, dalan 6 ünvanda təxirəsalınmaz axtarışın keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. (cild 01, iş vər. 83-84) “Axtarış aparılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi X12 tərəfindən dəvət olunmuş hal şahidlərinin və axtarış keçirilən evin sakini Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2, dalan 6-da olan evdə axtarış aparılmışdır. Axtarış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2, dalan 6-da yerləşən ev bir mərtəbəli olmaqla, evin sağ və sol tərəflərində həyət evləri yerləşir. Evə gələn yol əsas yoldan ayrılır və dalandan gəlir. Evin dalana baxan qara rəngli kiçik qapısı vardır. Qapının sol tərəfində elektrik şiti quraşdırılmışdır. Evin kiçik həyəti vardır və həyətin üst hissəsi güllər və digər bitkilərlə örtülmüşdür. Həyətdən evə daxil olmaq üçün qırmızı rəngli dəmir qapı vardır. Həyətdə və qapının hər bir tərəfində müxtəlif əşyalar vardır. Qapının sol tərəfində pəncərə var, mənzil bir otaq, bir mətbəx, bir hamam və bir sanitar qovşaqdan ibarətdir. Evə daxil olduqda həmin yerlərin qapıları görünür. Evin daxili müxtəlif əşyalarla dolu vəziyyətdədir. Bundan sonra evin bütün otaqları və içərisində olan əşyalar axtarılmış və baxış keçirilmişdir. Lakin evdən qeyriqanuni hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, axtarış zamanı götürülmə aparılmamışdır. Mənzildə və yaxınlığında müşahidə kameraları aşkar edilməmişdir. Axtarış zamanı videoçəkilişdən istifadə edilməmiş, mobil telefonla müxtəlif istiqamətlərdən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 89-91) “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxxx 2020-ciil tarixli qərardan görünür ki, Suraxanı rayon prokurorluğunu müstəntiqi Azər Əbdülov, Təqsirləndirilən şəxs 03 saylı istintaq Təcridxanasının Tibbi sanitar hissəsində müayinəsi zamanı aşkar edilmiş xəsarətləri barədə prokurorluğa daxil olmuş xüsusi məlumat əsasında yoxlama aparmış və aparılmış yoxlama nəticəsində Təqsirləndirilən şəxs bədən xəsarətləri alması faktında hər hansı bir cinayət hadisəsinin əlamətləri müəyyən olunmadığından həmin faktla bağlı cinayət işinin başlanması rədd edilmişdir. (cild 01, iş vər. 120-121) “Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2020-ci il tarixli qərarlardan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi X12 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş təhqiqat və ibtidai istintaq zamanı kimyəvi ekspertizalar nəticəsində qalıq qalmış 11,940 (on bir tam mində doqquz yüz qırx) qram çəkidə narkotik vasitə heroin, 3,826 (üç tam mində səkkiz yüz iyirmi altı) qram çəkidə narkotik vasitə tiryək və 15,716 (on beş tam mində yeddi yüz on altı) qram psixotrop maddə metafetaminin maddi sübut kimi tanınaraq Suraxanı RPİ-nin maddi sbübutların saxlanma anbarına göndərilməsi və eləcə də xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət iş materiallarında saxlanması qərara alınmışdır. (128-133) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş xx xxxxxxx 2020-ci il tarixli tələbnamə arayışından və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(008)-204/2019 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (cild 01, iş vər.138-139,141-147). Suraxanı RPİ-nin ********* nömrəli, xx.xx.2020-ci il tarixli məktublardan görünür ki, Suraxanı RPİ-nin NMB-nin rəisi Anar İbrahimov, Suraxanı RPİ-nin 31-ci PB-nin rəisi, İman Mehdiyev və Suraxanı RPİ-nin CAŞ-nin rəisi Ağaəli Ələkbərli tərəfindən Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Asəf Məmmədova ünvanlanan məktublarla, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin əldə etdiyi mənbənin və Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satdığı şəxslərin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq həmin şəxslərin müəyyən edilməsi və istintaqa təqdim edilməsinin mümkün olmadığı bildirilmiş, bununla yanaşı baş vermiş faktla əlaqədar tərəflərindən əməliyyat tədbirlərinin davam etdirildiyi və müsbət nəticə əldə olunarsa məlumat veriləcəyi qeyd olunmuşdur. (cild 01, iş vər 148-150) Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2705 nömrəli rəyindəngörünür ki, aparılan müayinə zamanı İbrahim Abasov təxminən 2018-ci ildən mütəmadi olaraq, hər gün narkotik vasitə olan heroindən və psixotrop maddə olan metafetamindən yandıraraq yandıraraq tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini, sonucu dəfə narkotik vasitə olan heroindən və psixotrop maddə metafetamindən tutulan gün istifadə etdiyini, həmçinin 5-6 aydır ki, narkotik vasitə olan tiryəkdən daxilə qəbuletmə yolu ilə istifadə etdiyini, əvvəlllər arabir düşəndə narkotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini, aşkar olunub götürülmüş narkotik vasitə olan tiryəki heroin və psixotrop maddə olan metafetamini özü istifadə etmək məqsədilə əldə edib saxladığını bildirmişdir. Eləcə də müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər 151) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbyacan Respubliaksı CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Azərbaycan Respubliaskı CMnin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə lərin mənbəyinin müəyyən edilməsi məqsədi ilə Azərbyacn respubliaskı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılması barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi və əvvəlki cəzasının residiv kimi qiymətləndirilməməsi, təqsirləndiirlən şəxs barəsində Azərbaycan Respublikası CM–nin 206 və 234.4.1-ci maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilməsi və həmin xüsusatları təsdiq edən sənədlərin ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. (cild01, iş vər. 153-161) “Cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi X12 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotikv asitələrin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmaqla ayrıca icraatda istintaqının aparılması qərara alınmışdır. (cild 01, iş vər. 163-166) İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5(0110)- 164/2020 nömrəi, xx.xx.2020-ci il tarilxi qərarından görünür ki, Suraxanı Rayon Polis İdarəsinin NMB-nin rəisi Anar İbrahimovun «əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında» xx xxxxxxxx 2020-ci il tarixli qərarının 3-cü bəndi «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İV hissəsinin 2-ci bəndi və V hissəsi ilə müəyyən edilmiş şərtlər mövcud olduğu halda qanuni sayılması, qərarın nəticəvi hissəsinin digər müddəaları ilə bağlı hissədə isə geri qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 341132 və 344431 nömrəli Atalığın müəyyən edilməsi Haqqında Şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 olmaqla iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş İmişli rayon İcra Hakimiyyəti İmişli şəhər inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İmişli şəhəri, Q.Nəbi küçəsi 93 saylı ünvanda qeydiyytad olan, 1989-cu il təvəllüdlü, ailəli, orta təhsilli, azərbyacanlı Təqsirləndirilən şəxs oğlu yaşadığı məhəllədəd ailə üzvləri ilə mehriban dolanmış, özündən böyüklərin və həmyaşıdlarının daima hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs barədə İmişli rayon İHB-nın İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə iclasında kompyuter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntüyə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokol və “Diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması, eləcə də narkotik vasitələri və psixotrop maddəni Təqsirləndirilən şəxs təqdim etməsindən sonra, sonuncunun müdafiəçisinin ona ünvanladığı suallara cavab olaraq təqdim etdiyi bükümlərin hamısının polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olduğunu bildirməsi və bədəninin görünən səthlərində aşkar edilən xəsarətləri saxlanılmasından iki gün əvvəl moped idarə edərkən, döngədə müvazinətini itirərək yıxılması nəticəsində aldığını bildirməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitələrin siyahısında heroinin 2 qramdan yuxarı olması külli miqdar, tiryəkin 0,5 qramdan yuxarı, 50 qramdan aşağı olması şəxsi istehlak miqdarından artıq miqdar, psixotrop maddələrin siyahısında metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün məhkəmə iclasında verdiyi hadisələrin baş vermə yeri, vaxtı və mexanizmi ilə bağlı iş materiaları ilə uzlaşan mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə dair protokol və həmin hərəkətləri özündə əyani olaraq əks etdirən videogörüntülər, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxs X7 özünü qismən təqsirli hesab edərək, üzərində yalnız narkotik vasitə tiryək və psixotrop maddə metafetamin olduğu, narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən ona sonradan verildiyi və özünü narkotik vaisətlərin satışı ilə məşğul olmadığına dair hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə, eləcə də məhkəmə iclasında verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına dair iş materialları ilə uzlaşan və özünün narkotik vasitələri əldə etdiyi şəxsin ona pulsuz narkotik vasitə verməsi müqabilində (şəxsi maraq məqsədi ilə), faktiki olaraq narkotik vasitələrin daşınması və istehlakçılara çatdırılmaqla yayılması ilə, həmin vasitələrin satışı ilə məşğul olduğuna dəlalət edən qismən etiraf edici ifadələri, Təqsirləndirilən şəxs əl çantasından aşkarlanıb götürülmüş iki növdə narkotik vasitə və psixotrop maddələrin çəkilib xırda bağlamalara bükülmüş olmasını, məhkəmə iclasında da nümayiş etidirlməklə tədqiq edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntülərlə, “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokol və “Diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması ilə yanaşı, narkotik vasitələri və psixotrop maddəni Təqsirləndirilən şəxs təqdim etməsindən sonra, sonuncunun müdafiəçisinin ona ünvanladığı suallara cavab olaraq təqdim etdiyi bükümlərin hamısının polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olduğunu bildirməsi kimi obyektiv olaraq təsdiq olunan xüsusatı və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə, eləcə də polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin iddia etdiyi qanunsuz hərəkətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz, verilmiş ittihamı təkzib edə biləcək sübutlar müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin göstərilən hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cavan olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində 2 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Belə ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(008)-204/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrumetmə ilə bağlı olmayan 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Probasiya idarəsinin xx.xx.2021-ci il tarixli, 21-1/68 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə xx.xx.2019-cu il tarixdən şöbədə qeydiyyata alınmış və 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2020-ci il tarixə 01 il 01 ay 25 gününü çəkmiş, 01 il 10 ay 05 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu hazırki ittiham üzrə cinayəti törətdiyi zaman müvafiq olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(008)-204/2019 nömrəli hökmü ilə üzərində yaranmış məhkumluq ödənilmədiyi və götürülmədiyinə baxmayaraq, sonuncu müvafiq hökmlə azadlıqdan məhrumetmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən, göstərilən məhkumluq Təqsirləndirilən şəxs münasibətdə residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(008)-204/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın çəkilməmiş qalan hissəsi,- 01 (bir) il 10(on) ay 05 (beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanaraq 11 (on bir) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu qeyd olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar,- Suraxanı RPİ-də saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalan,- 11,940 (on bir tam mində doqquz yüz qırx) qram çəkidə narkotik vasitə heroin, 3,826 (üç tam mində səkkiz yüz iyirmi altı) qram çəkidə narkotik vasitə tiryək və 15,716 (on beş tam mində yeddi yüz on altı) qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 114 (yüz on dörd manat) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(008)- 204/2019 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi,- 01 (bir) il 10 (on) ay 05 (beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanaraq 11 (on bir) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 07(yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar,- Suraxanı RPİ-də saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalan, 11,940 (on bir tam mində doqquz yüz qırx) qram çəkidə narkotik vasitə heroin, 3,826 (üç tam mində səkkiz yüz iyirmi altı) qram çəkidə narkotik vasitə tiryək və 15,716 (on beş tam mində yeddi yüz on altı) qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə ekspertiza xərcləri cəmi 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-398/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-398/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver