Məhkəmə qərarları › İş №1(101)-398/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-398/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-398/2022 14.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12 : 25 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs AR Təhsil Nazirliyi Zəngilan rayonu Vətən müharibəsi qəhrəmanı Surxay Noçuyev adına 1 nömrəli tam orta məktəbin nümayəndəsi – təsərrüfat müdirəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, natamam orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01.09.2021-ci il tarixli hökmünə əsasən AR CM-in 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə, saat 14:00 radələrində Binəqədi rayonu, Vorobski adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 0,488 qram çəkidə psixotrop maddə metamfetamini 25 manat pul müqabilində əldə edib üzərində saxlayaraq daşımış, həmin gün saat 20:00 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən yaşadığı nömrəsiz fərdi evin yaxınlığında saxlanaraq, ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülüdə ümumi çəkisi 0,488 qram kustar üsulla hazırlanmış Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil edilmiş psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Nurlan” adlı şəxslə əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 07 iyul 2021-ci il tarixdə saat 00 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi 4 ünvanında yerləşən “1 saylı tam orta məktəb”in qarşısına gəlmiş, orada, tanışı “Nurlan” adlı şəxs kənarda gözləmiş, sonuncu həmin məktəbin həyətyanı hasarından aşmaqla məktəbə qanunsuz daxil olub, orada saxlanc otağından 01 ədəd 210 manat dəyərində istifadə edilməmiş 2019-cu il tarixdə alınmış üzərində “Redbull” yazısı olan kiçik ölçülü soyuducu, 04 ədəd istifadə edilməmiş ümumilikdə dəyəri 440 manat olan çilçıraq, 01 ədəd dəyəri 56 manat 50 qəpik olan 3 şamlı çilçıraq, 01 ədəd dəyəri 90 manat 40 qəpik olan 5 şamlı çilçıraq, 01 ədəd 800 manat dəyərində istifadə edilməmiş Türkiyə istehsalı olan “Emtaş” markalı “7SZ-7SEN44Z” modelli 220 Volt həcmində kombi aparatını gizli olaraq talayıb ələ keçirib zərərçəkmiş hüquqi şəxs Zəngilan rayon Təhsil Şöbəsinə 1596,90 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 23 iyul 2021-ci il tarixdə saat 11:00 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi DSK yolu hərbi hissənin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi – 3,301 qram olan psixotrop maddə - metamfetamini 100 (yüz) manat pul müqabilində alaraq əldə edib, üzərində saxlayaraq, daşımış, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 iyul 2021-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, ünvan 5 ünvanında yerləşən polis bölməsinə gətirilmiş, orada üzərinə axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi - 3,301 qram olan kustar üsulla hazırlanmış Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil edilmiş psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 180.1, 234.1-ci maddələri ilə məhkum olunmuşdur. 11 iyun 2021-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Ramazanov küçəsində yerləşən yaşadığı evdən iki nəfər mülki geyimdə olan şəxslər içəri daxil olaraq özlərini təqdim etmiş və üzərində narkotik maddə olmasında şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-nə aparmışlar. Orada onu şərəf və ləyaqətini alçaltmaq, təhqiredici hərəkətlər etməklə hədələyərək, külli miqdarda narkotik vasitənin ona məxsus olmasını boynuna almasını tələb etmişlər. Lakin, o, bununla razılaşmayaraq özünə xəsarət yetirdiyi üçün, daha az miqdarda yəni, 0,488 qram psixotrop maddə - metamfetaminin ona məxsus olmasını bildirərək, barəsində cinayət işi açmışlar. Sonra xəsarətləri səbəbindən barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçərək, onu 43-cü PB-dən azad etmişlər. Bundan sonra 23 iyul 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Ramazanov küçəsində olan yaşadığı evdən polis əməkdaşları tərəfindən zorla çıxarılaraq 43-cü PB-nə aparılmış, orada yenidən ona işgəncələr edilmiş, alçaldıcı təhqirlərə məruz qalacağı ilə hədələnərək ona verilmiş ittihamlarla razı olması tələb edilmişdir. İbtidai istintaq zamanı özünü təqsirli bilməsinə dair ifadələrinin heç biri özünə aid olmamış, belə ki, dindirilmə zamanı müdafiəçi iştirak etsə də, polis əməkdaşları müdafiəçinin onun yanında olmadığı vaxtlarda ona təzyiqlər etmişlər. Oğurluq ittihamı üzrə qeyd edilən Nurlan adlı şəxsi ümumiyyətlə tanımamış, oğurluq əməli törətməmişdir. Həmçinin, narkotik vasitə istifadə etməmiş, eləcə də satışı ilə məşğul olmamışdır. Onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi barədə ekspert rəyi ilə razı deyil, belə ki, ondan heç bir analiz götürülmədən həmin rəy tərtib edilmişdir. Həm oğurluq, həm də narkotik vasitələrlə bağlı olan ittihamlar həqiqətə uyğun deyildir. X1 polis əməkdaşını bıçaqladığı üçün qardaşına 11 il müddətə, özünə isə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hesab edir ki, bu səbəbdən də polis əməkdaşları ondan acıqlı qaldıqları üçün yenidən onu əsassız olaraq saxlamışlar. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 2004-cü ildən etibarən ünvan 6 ünvanda yerləşən Zəngilan rayon 1 nömrəli tam orta məktəbdə təsərrüfat müdirəsi vəzifəsində işləyir. Çalışdığı məktəbdə işçi heyətinin ümumilikdə sayı 42 nəfər təşkil edir, məktəbin ümumi sahəsi təxminən 5 sotdur, orada 12 sinif otağı, 01 texniki işçilərin otağı, 01 direkor otağı mövcuddur. Onun qeyd olunan məktəbdə əsas vəzifəsi işlədiyi müəssisənin və ya onun struktur bölmələrinin təsərrüfat xidməti üzrə işin rəhbərliyini həyata keçirilməsi, təsərrüfat avadanlığının saxlanılması, bərpa edilməsi, eləcə də otaqlarda və onlara əlavə edilmiş ərazilərdə təmizliyə riayət olunmasını təmin edilməsində, otaqlann vəziyyətinə nəzarət olunması və onların vaxtında təmiri üzrə tədbirlərin yerinə yetirilməsində, işçiləri dəftərxana ləvazimatları və təsərrüfat maye ehtiyacı ilə təmin olunmasında, təsərrüfat xidməti heyətin rəhbərlik edilməsindən ibarətdir. 06 iyul 2021-ci il tarixdə həmişə olduğu kimi saat 16:00da iş vaxtı bitdiyindən işlədiyi məktəbdən çıxıb yaşadığı evinə getmiş, səhərisi gün 07 iyul 2021-ci il tarixdə səhər saat 08 radələrində işlədiyi ünvan 6 ünvanda yerləşən Zəngilan rayon 1 nömrəli tam orta məktəbinə yollanmışdır. Məktəbin giriş-çıxış qapısına yaxınlaşıb içəri daxil olan zaman içəri tərəfdə nərdivanın olduğunu görüb şübhələnməyə başlamış, bir qədər içəri getdikdən sonra texniki işçilər üçün nəzərdə tutulmuş otağın qapısının üzərində fərqli qıfıl olduğunu, həmin qıfılın açıq vəziyyətdə görüb qapıdan içəri daxil olarkən həmin otaqda olan 01 ədəd kiçik "Redbull" yazısı olan soyuducunun və ümumilikdə 06 ədəd olan müxtəlif ölçülü çilçıraqların yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, çalışdığı məktəbin digər otaqlarına nəzər yetirərkən sinif otaqlarından birinin qarşısındakı kombi aparatının da yerində olmadığını aşkar etdikdə artıq anlamışdır ki, qeyd olunan əşyalar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O, baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-in 102 saylı xidmətinə məlumat vermişdir. Hazırda onların Təqsirləndirilən şəxs şikayət və tələbləri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda o, “Bolt” şirkətində taksi sürücüsü işləyir və işdə olduğu zaman “Toyota Pirus” markalı **-ON- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur, iş vaxtı gün ərzində müxtəlif vaxtlarda nəzərdə tutulmuşdur. 06 iyul 2021-ci il tarixdə axşam saat 23 radələrində işdən çıxıb evinə gedən zaman, tanıdığı Ruhin onun istifadasində olan ***-***- **-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrəsindən zəng gəlmiş, o, Ruhinin etmiş olduğu zəngə cavab vermişdir. Ruhin ona telefonda Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlı yerdə tək olduğunu və onu oradan götürməyini söyləmiş, o da bir qədər sonra Ruhinin dediyi yerə getmiş, Ruhini orada görə bilməmişdir. O, onunla telefon əlaqəsi saxlamağa çalışsa da zənginə cavab verilmədiyi üçün idarə etdiyi “Toyota Pirus” markalı **-ON-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yaşadığı ünvana, ünvan 9aşadığı evdə olan zaman Ruhin yenidən ona zəng vuraraq “Mərkəz” adlı yerdə olduğunu, onu götürməyini bildirmiş, o da ona bir saat bundan əvvəl həmin yerdə onu gözlədiyini, lakin onun gəlmədiyini Ruhinə dedikdə Ruhin, ona işi olduğundan çıxıb getdiyini bildirmişdir. Daha sonra o, yaşadığı ünvandan çıxıb idarə etdiyi “Toyota Pirus” markalı **- ON-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Ruhinin olduğu “Mərkəz” deyilən yerə getmişdir. Həmin vaxtı Ruhin onu yenidən yığaraq Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Binəqədi qəsəbə Bələdiyyəsi”nin həyətində olduğunu və onu oradan götürməyini bildirmişdir. O da Ruhinin olduğu ünvana yollanmış, həmin vaxtı artıq 07 iyul 2021-ci il saat 00:10 radələri olmuşdur. O idarə etdiyi “Toyota Pirus” markalı **-ON-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili münasib yerdə saxlamış, bu zaman o, Ruhinin yanında tanımadığı bir şəxsin də olduğunu və onların yanında iki ədəd orta həcmli qutunun da olduğunu görmüşdür. Ruhin yanında olan tanımadığı şəxslə birlikdə idarə etdiyi avtomobilin “baqaj” hissəsini açıb oraya ümumilikdə 02 ədəd qutunu yerləşdirdikdən sonra Ruhin avtomobilin ön tərəfində, digər tanımadığı şəxs isə arxa tərəfdə oturmuşdur. Ruhin avtomobilə əyləşib ona “tez ol sür, deyəcəyəm sənə hara getmək lazımdı” dedikdə o da mühərriki işə salıb oradan çıxıb getmişdir. Yolboyu Ruhin həmin tanımadığı şəxslə aralarında heç bir söhbət etməmiş, bir qədər avtomobili hərəkət etdirdikdən sonra Ruhin ona tam da dəqiq olmayan yerə avtomobili sürməyini dedikdə o avtomobili saxlayıb avtomobili gecə 12-dən sonra icazəsiz idarə etməyinə görə problem yaranacağını söyləmişdir. Ruhin və yanında tanımadığı şəxs heç bir söz demədən avtomobilin “baqaj” hissəsindən yükləri götürdükdən sonra Ruhindən gediş haqqı belə almadan yaşadığı evinə getmişdir. Təxminən bir neçə gün keçdikdən sonra onu Binəqədi RPİ-nin 43-cü PBnə dəvət etmişlər. O, polis bölməsində olan zaman bilmişdir ki, Ruhin və yanında olan tanımadığı şəxsin “Mədəniyyət evinin nəznində Zəngilan rayon 1 nömrəli tam orta məktəb”dən oğurluq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə vaxtı Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda isə Suraxanı RPİ-də işləyir, polis mayorudur. 23 iyul 2021-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra bölmənin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 23 iyul 2021-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsinə gələrək əməliyyat mövqeyi seçmişlər. Zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib, tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. O da Təqsirləndirilən şəxs olduğunu bildirmiş və ona qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin olunmaq istəyini bildirmiş və vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını demişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş ancaq hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükülünün içərisində psixotrop maddə “metamfetamin” olduğunu, həmin metamfetamini bir gün əvvəl saat 11:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi DSK yolunda hərbi hissənin yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs qarşı hər hansı zor tətbiq edilməmiş, hər hansı qeyri-insani rəftar göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Binəqədi RPİnin 43-cü PB-nin sabiq əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda isə işsizdir. 11 iyun 2021-ci il tarixdə ünvan 10 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi ilə bağlı mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla polis bölməsinin rəhbərliyinə məruzə edilmiş və bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 iyun 2021-ci il tarixdə müvafiq qərar qəbul edilmiş və əməliyyat tədbirinin keçirilməsinə dair qrupun təşkil edilməsi haqqında protokol tərtib olunmuşdur. Həmin qrupa o və Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili polis serjantı Şahid4 daxil edilmişdir. Bundan sonra, həmin tarixdə saat 20.00-da birlikdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Binəqədi rayonu Binəqədi qəsəbəsi Ramazanov küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlanılmış, ona polis əməkdaşları olduqlarını bildirmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələndiklərini demiş və bununla bağlı ona Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Ramazanov küçəsində yerləşən 43-cü PB-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs təklifi qəbul etmiş və onlarla birlikdə polis bölməsinə getmiş, bu barədə bölmənin rəhbərliyinə məruzə edilmişdir. Həmin faktın araşdırılması Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçı polis baş leytenantı Fuad Alıyevə həvalə olunmuşdur. Bundan sonra, onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyə dəvət olunmuş, Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmış və ona hüquq və vəzifələri izah olunmuşdur. Onun hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmiş, onun üzərinə video çəklişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Qeyd olunanlardan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşyanını olub-olmaması soruşulmuş və olduğu halda həmin əşyanın könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şalvarının ciblərini açması tələb olunmuş, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra onun üzərinə axtarış davam etdirilmiş, lakin, hər hansı bir əlavə əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükülünün özünə məxsus olduğunu, həmin bükülünün içərisində olan ağ rəngli kütlənin metamfetamin olmasını, psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün həmin gün saat 14 radələrində Bakı şəhəri Binəqədi rayonu Varobski deyilən ərazidən tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Binəqədi RPİnin 43-cü PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Ramazanov küçəsi döngə 1 ev 20A ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi ilə bağlı mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla polis bölməsinin rəhbərliyinə məruzə edilmiş və bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 iyun 2021-ci il tarixdə müvafiq qərar qəbul edilmiş və əməliyyat tədbirinin keçirilməsinə dair qrupun təşkil edilməsi haqqında protokol tərtib olunmuşdur. Həmin qrupa o və Binəqədi RPİ-nin 43-cü PB-nin sabiq əməliyyat müvəkkili Şahid3 daxil edilmişdir. Bundan sonra, həmin tarixdə saat 20.00-da birlikdə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Binəqədi rayonu Binəqədi qəsəbəsi Ramazanov küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlanılmış, ona polis əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələndiklərini demiş və bununla bağlı ona Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Ramazanov küçəsində yerləşən 43cü PB-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs təklifi qəbul etmiş və onlarla birlikdə polis bölməsinə getmişdir. Bu barədə bölmənin rəhbərliyinə məruzə edilmiş, həmin faktın araşdırılması Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçı polis baş leytenantı Fuad Alıyevə həvalə olunmuşdur. Bundan sonra, onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyə dəvət olunmuşlar. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmış və ona hüquq və vəzifələri izah olunmuşdur. Onun hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmiş, onun üzərinə video çəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Qeyd olunanlardan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşyanını olub-olmaması soruşulmuş və olduğu halda həmin əşyanın könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şalvarının ciblərini açması tələb olunmuş, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra onun üzərinə axtarış davam etdirilmiş, lakin hər hansı bir əlavə əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükülünün özünə məxsus olduğunu, həmin bükülünün içərisində olan ağ rəngli kütlənin metamfetamin olmasını, psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün həmin gün saat 14 radələrində Bakı şəhəri Binəqədi rayonu Varobski deyilən ərazidən tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 iyul 2021-ci il tarixli 6/3071 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “(imza) Səttarov” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 3,301 qr olan kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01; vərəqə: 41-43) Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 iyun 2021-ci il tarixli 6/2395 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “ Zərflər üçün N 243” möhür əksi imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,488 qr olan kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01 vərəqə: 143-145) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 06.07.2021-ci il tarixli 2183 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02; vərəqə: 79-80) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11.10.2021-ci il tarixli 9/6593 saylı məhkəmə - əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində mağazalarda, inşaat materialları satışı məntəqələrində və köhnə əşyaların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilməyən tədqiqat obyektlərinin 06-07 iyul 2021-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən edilir: -bir ədəd istifadə edilməmiş Türkiyə istehsalı olan “Emtaş” markalı “ 7SZ-7SEN44Z” modelli 220- volt həcmində kombi aparatı 800,00 manat. Tədqiqata təqdim edilməyən 01 ədəd istifadə edilməmiş 2019-cu il tarixdə alınmış üzərində “Redbull”yazısı olan kiçik ölçülü soyuducu, 04 ədəd istifadə edilməmiş çilçıraq, 01 ədəd 3 şamlı çilçıraq, 01 ədəd 5 şamlı çilçıraq faktiki ekspert baxışından keçirilmədən, onların markası modeli, əmtəə görünüşü, yararlılığı, texniki göstəriciləri, hansı vəziyyətdə olmaları, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onlar barədə kifayət qədər məlumatın olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmamışdır. (cild 02; vərəqə: 85-88) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16.08.2021-ci il tarixli 3/1312 saylı məhkəmə - trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qıfıl, açar oyuğunda yerləşən lövhəciklərin sındırılması nəticəsində asılqan hissədən ayrılmışdır. -Qıfıl kənar predmet (məsələn, vintaçan, metal çubuq, və. s kimi alət və vasitələr tətbiq edilməklə fiziki qüvvənin təsiri ilə açılmışdır. -Asma qıfıl tədqiqata təqdim edilən vintaçanla sındırılması istisna edilmir. (cild 02; vərəqə: 81-84) Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Fuad Alıyev tərəfindən tərtib edilmiş “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, 11.06.2021-ci il tarixdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf selofan bükülünü təqdim edib, həmin bükülünün içərisində psixotrop maddə olan “metamfetamin” olduğunu, həmin metamfetamini həmin gün saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Vorobski adlanan ərazidən tanımadığı, şəxsdən öz istifadəsi üçün 25 manata aldığını bildirmişdir. (cild 01; vərəqə: 136-138) Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Fuad Alıyev tərəfindən tərtib edilmiş “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, 24.07.2021-ci il tarixdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd şəffaf selofan bükülünü təqdim edib, həmin bükülünün içərisində psixotrop maddə olan “metamfetamin” olduğunu, həmin metamfetamini bir gün əvvəl saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan ərazidən hərbi hissənin yaxınlığında tanımadığı, şəxsdən öz istifadəsi üçün 100 manata aldığını bildirmişdir. (cild 01 vərəqə: 34-36) Cinayət işi üzrə video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı çəkilmiş video görüntülərin köçürüldüyü 01 ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, axtarışın keçirilməsinə 11 iyun 2021-ci il tarixdə saat 21:40-da başlanır. Axtarışın aparıldığı yer süni işıqlandırma ilə işıqlandırılmış, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyevin əyləşdiyi xidməti otaqdır. İştirakçılar- bölmənin əməliyyat müvəkkili Şahid3, həmin PB-nin kiçik əməliyyat müvəkkili Şahid4, şübhəli şəxs Təqsirləndirilən şəxs, təhqiqatçı Fuad Alıyevin əyləşdiyi masanın qarşısında dayanmışlar. Təhqiqatçı tərəfindən iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs masaya yaxınlaşıb əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülümüş 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoyub, həmin bükülünün içərisində “şüşə” adlanan maddə olduğunu, həmin maddəni həmin gün saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Vorobski adlanan yerdən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını bildirir. Həmin bükülü zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanır. 11 iyun 2021-ci il tarixdə saat 22:00-da axtarış yekunlaşdırılır. (cild 01; vərəqə: 164) Cinayət işi üzrə video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı çəkilmiş video görüntülərin köçürüldüyü 01 ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, axtarışın keçirilməsinə 24 iyul 2021-ci il tarixdə saat 13:10-da başlanır. Axtarışın aparıldığı yer süni işıqlandırma ilə işıqlandırılmış, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyevin əyləşdiyi xidməti otaqdır. İştirakçılar- bölmənin əməliyyat müvəkkili Şahid2, həmin PB-nin əməliyyat müvəkkili Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs, təhqiqatçı Fuad Alıyevin əyləşdiyi masanın qarşısında dayanmışlar. Təhqiqatçı tərəfindən iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs masaya yaxınlaşıb əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoyub, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini bir gün əvvəl saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu hərbi hissənin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 manata aldığını bildirir. Həmin bükülü zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanır. 24 iyul 2021-ci il tarixdə saat 13:30-da axtarış yekunlaşdırılır. (cild 01; vərəqə: 62) Binəqədi rayon məhkəməsinin 25.07.2021-ci il tarixli 5(001)-1028/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin 43-cü PB-dən daxil olmuş 23 iyul 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qanuni hesab edilmişdir. (cild 01; vərəqə: 52-54) Həmçinin, Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən fiziki, psixi təzyiqlərə və işgəncələrə məruz qalması, həmçinin, AR ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının məlumatına əsasən, Təqsirləndirilən şəxs təcridxananın tibb-sanitar hissəsində müayinədən keçirilən zaman onda bazunun bayır tərəfində açıq-sarımtıl rəngli qançır izləri, sol əlinin 3-cü barmağının falanqasında isə qərtməkli yara xəsarətlərinin aşkar edilməsi barədə xüsusatların araşdırılması üçün Məhkəmə Bakı şəhəri Binəqədi rayon prokurorluğuna sorğu ilə müraciət etmiş, sorğuya cavab olaraq, Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun 28 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin polis əməkdaşları tərəfindən ona yetirilməsini sübuta yetirmək mümkün olmadığından Təqsirləndirilən şəxs AR ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olan zaman bədən səthində xəsarət aşkar edilməsi faktı üzrə göstərilən xüsusatlara görə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, ona qarşı irəli sürülmüş həm oğurluq, həm də narkotik vasitələrlə bağlı olan ittihamların həqiqətə uyğun olmaması barədə ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmiş, özünün ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 06.07.2021-ci il tarixli 2183 saylı, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 iyun 2021-ci il tarixli 6/2395 saylı məhkəmə-kimyəvi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11.10.2021-ci il tarixli 9/6593 saylı məhkəmə - əmtəəşünaslıq ekspertizasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16.08.2021-ci il tarixli 3/1312 saylı ekspert rəyləri, 23 iyul 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarın qanuni hesab edilməsi barədə Binəqədi rayon məhkəməsinin 25.07.2021-ci il tarixli 5(001)-1028/2021 nömrəli qərarı, Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin polis əməkdaşları tərəfindən ona yetirilməsinə dair xüsusatlar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 avqust 2021-ci il tarixli qərarı və digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 180.1, 234.1-ci maddələri ilə məhkum olunmuşdur. Təxminən 2 ildir ki, narkotik vasitələr qəbul edir. 06.06.2021-ci il tarixdə saat 21 radələrində o, Binəqədi qəsəbəsi mərkəz adlanan ərazidə, piyada hərəkət edən zaman tanışı olan Nurlanı görmüşdür. Onunla bir qədər söhbət etmiş və Nurlan ondan hara getdiyini soruşmuşdur. O, Nurlana bildirmişdir ki evə gedir. Nurlan ona bildirmişdir ki, bir neçə saatdan sonra 1 nömrəli məktəbə girib oğurlamaq istədiyi bir sıra əşyalar vardır. Nurlan ona demişdir ki, onunla birlikdə getsə oğurladıqları əşyalardan satıb pulundan ona da verəcəkdir. O, Nurlanla razılaşmış və onlar həmin məktəbin yanına getmişlər. O, Nurlanı məktəbin daş hasarının yanında gözləmişdir. Nurlan hasardan aşıb məktəbə daxil olmuşdur. O, həmin vaxt ətrafı müşahidə etmişdir. O bir qədər Nurlanı gözlədikdən sonra Nurlan ardıcıl olaraq iki ədəd qutu gətirmişdir. Nurlan ona bildirmişdir ki, həmin qutuları aparmaq üçün maşın lazımdır. O da taksi sürücüsü kimi tanıdığı Fuada zəng etmişdir. Daha sonra Fuad onların olduğu 1 saylı məktəbin yaxınlığına gəlmişdir. O, maşının yük yerinin açmış lakin özü maşından düşməmişdir. Onlar oğurladığı əşyaları maşına yükləmişlər. Həmin vaxt 07.07.2021-ci il tarix saat 00:10 radələri olmuşdur. O maşından ön sağ tərəfdə Nurlan isə arxada əyləşmişdir. Fuad saatın gec olduğunu və ona işində problem olacağını bildirmiş və onları Nurlanın yaşadığı Binəqədi qəsəbəsində Qız Qalası marketin yaxınlığında düşürmüşdür. O oğurladığı əşyaları Nurlanla birlikdə sonuncunun kirayə olaraq yaşadığı evə aparıb qoymuş və Nurlan səhər saat 06 radələrində gəlib həmin əşyaları satmağa getməli olduqlarını demişdir. O, Nurlanla razılaşmışdır və öz yaşadığı evə getmişdir. Səhər 06 radələrində gəlib Nurlanla birlikdə oğurladıqları kombi aparatını dövlət qeydiyyat nişanını bilmədiyi tanımadığı bir taksiyə qoyub Sabunçu rayonunda Rus bazarı adlanan yerə getmişlər. O, orada Nurlanı gözləmişdir. Nurlan kombini götürüb bazarın içərisinə doğru getmişdir. Bir qədər vaxt keçdikdən sonra o geriyə qayıtmış və kombini bir nəfər tanımadığı şəxsə 150 manata satdığını bildirmişdir. Həmin puldan 25 manat taksiyə 40 manat isə ona vermişdir.11 iyun 2021-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Ramazanov küçəsində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik maddə olmasında şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PBnə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-nə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra onun, göy rəngli şalvarının ciblərini açmağı tələb olunmuş, onun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. O, masanın üzərinə qoyduğu şəffaf rəngli sellofan bükülü iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən ağ rəngli kütlə aşkar olunmuşdur. O, həmin ağ rəngli kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. O həmin psixotrop maddəni həmin gün saat 14:00 radələrində Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Vorobski adlanan yerdən adını bilmədiyi lakin üzdən tanıdığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün almışdır. Bundan başqa, 24 iyul 2021-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Ramazanov küçəsində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə, tanımadığı polis əməkdaşları ona yaxınlaşan zaman o, qaçmaq istəyərkən yerə yıxılmışdır. Həmin polis əməkdaşları üzərində psixotrop maddə olmasında şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bundan sonra öz razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-nə aparılmışdır. Bölmədə olan zaman müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, dövlət hesabına müdafiəçi təyin olunub ona təqdim edilmişdir. Orada öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Onun masanın üzərinə qoyduğu şəffaf rəngli sellofan bükülü iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən ağ rəngli kristallik kütlə aşkar olunmuşdur. O, həmin ağ rəngli kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. O həmin psixotrop maddəni bir gün əvvəl saat 11:00 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi DSK yolunda hərbi hissənin yaxınlığında adını bilmədiyi şəxsdən 100 manata, şəxsi istifadəsi üçün almışdır. Həmçinin, ifadənin yerində yoxlanması haqqında 18.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsini hadisə yerində təsdiq edərək oğurluq etdiyi ünvan 6 ünvanda yerləşən “1 saylı tam orta məktəbi və oraya daxil olmaq üçün üzərindən aşaraq həyətinə düşdüyü yeri əyani surətdə göstərmişdir. (cild 02; vərəqə: 69) Eləcə də, 18.11.2021-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi protokolundan görünür ki, Şahid1 ona təqdim olunmuş şəxslər sırasından Təqsirləndirilən şəxs tanıyaraq ona zəng edən və oğurlanmış əşyaları iki ədəd qutuda yanında olan bir nəfər tanımadığı şəxslə birlikdə onun maşınına yükləyən şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. (cild 02; vərəqə: 66-67) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 01 saylı qərarına əsasən, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Plenum qərarının 2-ci bəndinə əsasən, Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Qeyd edilən Plenum qərarının 17-ci bəndinin 3-cü abzasında göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Həmin Plenum qərarının 19-cu bəndinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Plenum qərarının 20-ci bəndinin 2-ci və 3-cü abzaslarına əsasən, Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Plenum qərarının 27-ci bəndinin 2-ci abzasına əsasən, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, müvafiq olaraq, xeyli və ya külli miqdarda ziyan vurma tövsifedici əlamətləri ilə özgə əmlakının talanması hərəkətlərinin tövsifi məsələsi həll edilərkən,cinayətkar qrupun bütün iştirakçılarının taladığı əmlakın ümumi dəyəri nəzərə alınmalıdır. Belə hallarda təqsirkarların ayrı-ayrılıqda taladıqları əmlakın məbləği, talanmış əmlakın hansı ölçüdə bölüşdürülməsi onların əməlinin tövsifinə təsir etmir. Həmçinin, Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.1 və 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon məhkəməsinin 11.12.2018-ci il tarixli hökmü ilə məhkum olunmuş və Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13.02.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 01, iş vərəqə 191- 193) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. Həmçinin, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 01.09.2021-ci il tarixli, 1(101)-506/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 may 2020-ci il tarixdən 19 avqust 2020-ci il tarixədək həbs olduğu 3 (üç) ay müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-506/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli “Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə göstəriş”-indən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan 01.09.2021-ci il tarixli hökm qanuni qüvvəyə minmişdir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs AR Təhsil Nazirliyi Zəngilan rayonu Vətən müharibəsi qəhrəmanı Surxay Noçuyev adına 1 nömrəli tam orta məktəbin nümayəndəsi X4 tərəfindən məhkəməyə təqdim edilən, qeyd edilən müəssisənin möhürü ilə təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayətləri və maddi tələbləri yoxdur. Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin Təqsirləndirilən şəxs qarşı şikayət, tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyaları daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən qismən toplanılmalı və təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. AR CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndinə əsasən, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Odur ki, AR CM-in 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01.09.2021-ci il tarixli, 1(101)-506/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanılmış 04 (dörd) il 09 (doqquz) müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona AR CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ilə qismən toplanmalı və bu yolla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01.09.2021-ci il tarixli, 1(101)-506/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 06.07.2021-ci il tarixli 2183 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Binəqədi RPİ-də saxlanılan, 01 ədəd qıfıl, 01 ədəd vintaçan, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,438 qram və 3,201 qram olan psixotrop maddə metamfetaminlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 305,72 (üç yüz beş manat yetmiş iki qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 24 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 24 iyul 2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 24-25; 85-87) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, iş materiallarında olan 11 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və 13 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 iyun 2021-ci il tarixdə isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, həbsdən azad edilmişdir. (cild 01, iş vərəqə 124; 179-180) AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdən 13 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 01.09.2021-ci il tarixli hökmü ilə 04 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda həmin cəzanı çəkməsi nəzərə alınmaqla, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul pul vəsaiti ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutub məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona AR CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası, AR CM-in 234.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası, AR CM-in 234.4.3-cü maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01.09.2021-ci il tarixli, 1(101)-506/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanılmış 04 (dörd) il 09 (doqquz) müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona AR CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş 05 il 06ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və bu yolla Təqsirləndirilən şəxs 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdən 13 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona AR CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. AR CM-in 56.1.3-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 24 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 01.09.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmaqla, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 305,72 (üç yüz beş manat yetmiş iki qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan, 01 ədəd qıfıl, 01 ədəd vintaçan, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,438 qram və 3,201 qram olan psixotrop maddə metamfetaminlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul vəsaiti ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar