Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-398/2023 22.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs , Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Universal» Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxx 2005-ci il tarixdə İmişli rayonunda anadan olmuş, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada fəhləliklə məşğul olan, İmişli rayonu, Məzrəli ərazi dairəsi, Xubyarlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli qəsəbəsi, Əziz Əliyev küçəsi, bina 28-də kirayə yaşayır, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 20 may 2022-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi-Zabrat yolunun kənarında yerləşən “X9” restoranında müştəri qismində olduğu zamanı sifariş verdikləri müsiqiyə görə Zərərçəkmiş şəxs ona irad tutub, onların sifariş verdikləri müsiqidən xoşunun gəlməməsini bildirərək onunla kobud formada danışıb nalayiq sözlərlə təhqir etdiyindən sonuncunu restoranın qarşısına çıxıb orada mübahisəni həll etmək istərkən, Zərərçəkmiş şəxs yenidən onun ünvanına nalayiq ifadələr işlədib əli ilə onun sinəsindən vurması səbəbindən üzərində gəzdirdiyi bıçaqla sonuncuya iki dəfə qəsdən vuraraq ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid nazik bağırsağın yaralanmasına və böyük piyliyin eventerasiyasına səbəb olan qarının ön divarının daxilə nüfuz edən bir ədəd, sağ bazu nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan xəsarət yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadələrində göstərdi ki, 19 may 2022-ci il tarixdə, saat 22:30 dəqiqə radələrində dostu Tural zəng edib Məhəmmədi-Zabrat yolunun kənarında yerləşən “X9” adlı restoranda oturduqlarını bildirərək onu da ora dəvət etmişdir. O da Tural dediyi restorana gedib orada onunla görüşmüşdür. Turalla görüşdüyü zaman orada ofisiant işləyən digər dostları Feyruz və Rəşadın da orada olduğunu görüb restoranın ikinci mərtəbəsində yerləşən masalardan birində əyləşmişlər. Orada yemək yeyərək, spirtli içki qəbul edərək söhbət etmişlər. Bu zaman dostlarından Tural musiqi sifariş vermiş, onlar da masalarının yanında rəqs etmişlər. Turalgil rəqs etdikdən sonra o, içərinin səs-küy olduğunu bildirərək Turala getməyi təklif etmişdir. Tural onun təklifi ilə razılaşmış və 20 may 2022-ci il tarixində saat 00:50 radələrində onlar Feyruzla və Rəşadla görüşərək restorandan çıxmışlar. Restorandan çıxdıqları zaman birinci mərtəbədə olan masalardan birində əyləşmiş, sonradan adının Nahid olduğunu bildiyi şəxs onların arxası ilə “bu nə musiqidi sifariş vermisiniz” dedi. O da Nahidın sualını eşidib geri dönmüş və nə üçün belə bir sual verdiyini soruşmuşdur. Nahid isə onunla nalayiq ifadələr işlədərək danışmışdır. Bu səbəbdən də o, Nahidə restorandan çıxaraq söhbət etməyi təklif etmişdir. Onun təklifi ilə Nahid, onunla bir masada əyləşən tanışı İman, Sərvər və bir nəfər, kök bədən quruluşlu, adını bilmədiyi şəxs çölə çıxmışlar. O, Nahidə nə üçün onların arxası ilə söz dediyini, bu hərəkətin düzgün olmadığını bildirmişdir. Bu sözündən sonra Nahid yenidən ünvanına nalayiq ifadələr işlətmişdir. İman və Sərvər ona yaxınlaşaraq Nahidin onların qonağı olduğunu, içkili olduğu üçün nalayiq ifadələr işlətdiyini bildirərək söhbəti bağlamasını xahiş etdilər.O da İman və Sərvərə Nahidi aparmalarını, onun nə danışdığını bilmədiyini demişdir. Onun bu sözündən sonra Nahid yenidən onun ünvanına nalayiq ifadələr işlətmişdir. O da Nahidin nalayiq ifadələr işlətməyə davam etdiyini görüb ona yaxınlaşıb ondan çıxıb getməsini xahiş edib səhər açıldıqdan sonra görüşüb söhbət etməyi təklif etmişdir. Nahid isə onu yumruqla sinəsindən vurmuşdur. Zərbənin təsirindən o, geri getmişdir. Özünü təhqir olunmuş kimi hesab etdiyi üçün, eyni zamanda Nahidin fiziki cəhətdən ondan iri olmasına görə şalvarının arxa cibində saxladığı bıçağı cibindən çıxarıb açaraq və arxasında saxlamışdır. Nahid yenidən onun üstünə gəlib onun sol əlindən tutaraq birlikdə kənar yerə gedib dalaşmağa çağırdı. Bu zaman o, bıçağı bağlayaraq yenidən şalvarının arxa cibinə qoymuşdur. Nahid isə onun sol əlindən tutaraq darta-darta yaxınlıqda yerləşən dayanacağın arxa hissəsinə gətirmişdir. Orada Nahid yenidən yumruqla sinəsindən zərbə ilə vurmuşdur. Zərbənin təsirindən o, əsəbiləşib şalvarının arxa cibindən bıçağı çıxardaraq Nahidə iki dəfə zərbə endirmişdir. Zərbələrin təsirindən Nahid geri getdi. O da bundan sonra o, qaçaraq oradan uzaqlaşmaq istəmişdir. Bu zaman Nahidin yanında çölə çıxan, kök bədən quruluşlu, adını bilmədiyi şəxs onun arxası ilə nalayiq ifadə işlətmiş və yerdən daş götürərək ona tərəf atmışdır. Bu zaman o, dayanaraq yenidən geri qayıtmış və arxası ilə nalayiq ifadələr işlədərək daş atan, tanımadığı və adının nə olduğunu bilmədiyi şəxsə çatdığı zaman qarşısını yaşadığı Məhəmmədi kəndindən tanıdığı Elçin kəsmişdir. O da Elçinin arxasında dayanaraq nalayiq ifadələr işlədən kök bədən quruluşlu şəxsi vurmaq istəmişdir. Bu zaman bıçaq Elçinə dəydi. Elçin də onun sifətindən sillə ilə vuraraq çıx get dedi. O da oradan yaşadığı evə getmişdir. Yaşadığı evdə baş verənləri atasına danışmış və atası onu götürərək Sabunçu RPİ-nin 15ci PB-nə gəlmişdir. Bölmədə bıçağı təqdim edərək Nahid və Elçin adlı şəxslərə bıçaqla xəsarət yetirdiyini demişdir. Törətdiyi əməldən peşmandır. İfadələrinə başqa əlavəsi yoxdur. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, 19 may 2022-ci il tarixdə saat 20:00 radələrində tanışları İman və Sərvərlə Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi-Zabrat yolunun kənarında yerləşən “X9” adlı restorana getmişdir. Orada oturaraq yemək yemiş və az miqdarda spirtli içki qəbul edib 20 may 2022-ci il tarixdə saat 00:50 radələrinədək orada oturmuşlar. Onlar həmin restoranda olduqları zaman bir neçə cavan uşaq digər masada oturaraq yemək yemişlər. Eyni zamanda onlar bir neçə musiqi sifariş verərək oynamışlar. Onlar sifariş verdikləri musiqilər xoşuna gəlmədiyi üçün onlara iradını bildirmək istəmişdir. Ancaq onunla eyni masada əyləşən tanışları İman və Sərvər buna imkan verməmişlər. Gecə saat 00:50 radələrində həmin masada əyləşən uşaqlar restorandan çıxaraq getmişlər. Həmin şəxslər onların masasının yanından keçdikləri zaman o, həmin şəxslərə sifariş verdikləri musiqilərin nə olduğunu soruşmuşdur. Bu zaman həmin uşaqlardan biri, sonradan adının Vəfadar olduğunu bildiyi şəxs geri dönmüş və nə üçün belə bir sual verdiyini soruşmuşdur. Vəfadarın sualı onu əsəbiləşdirmişdir. O, Vəfadar adlı şəxsə nalayiq ifadə ilə sifariş verdikləri musiqilərin pis olduğunu bildirmişdir. Bu zaman Vəfadar nalayiq ifadə işlətməməsini bildirmişdir. Vəfadarın sözündən o, daha da əsəbiləşmiş və ayağa qalxmışdır. Bu zaman Vəfadar restorandan çıxaraq çöldə söhbət etməyi təklif etmişdir. Vəfadarın sözü ilə o, çölə çıxmış və bu zaman İman və Sərvərdə onunla birlikdə çölə çıxmışdılar. Çöldə olduğu zaman Vəfadar nə üçün nalayiq ifadələr işlətdiyini, onların sifariş verdikləri musiqilərə nəyə görə qarışdığını soruşdu. Bundan sonra o, Vəfadara uşaq olduğunu, gedib uşaqlığı ilə məşğul olmasını bildirmişdir. Vəfadar isə ona etdiyi hərəkətin düzgün olmadığını bildirmiş və o, Vəfadarın sözündən əsəbiləşərək onun üzərinə getmişdir. Bu zaman tanışları İman və Sərvər Vəfadara yaxınlaşaraq onu kənara çəkmişlər və onun qonaq olduğunu ona demişlər. Vəfadar isə İman və Sərvərə onu götürüb aparmalarını bildirdi. O, Vəfadarın bu sözünü eşitdikdən sonra daha da əsəbiləşib ona yaxınlaşaraq sinəsindən vuraraq onun ünvanına nalayiq ifadə işlətmişdir. Vəfadar isə ona çıxıb getməsini, səhər açıldıqdan sonra görüşərək söhbət etməyi təklif etmişdir. O isə spirtli içkinin təsiri altında olduğundan Vəfadarın sözü onu daha da əsəbiləşdirmiş və yenidən Vəfadarın sinəsindən yumruqla vurmuşdur. Zərbənin təsirindən Vəfadar geri getmişdir. Vəfadar isə ona yaxınlaşaraq əlindən tutaraq onu yaxınlıqda yerləşən dayanacağın arxa hissəsinə gətirmişdir. Orada Vəfadara nə üçün onun aparılmasını dediyini soruşmuşdur. Bu zaman Vəfadar içkili olduğunu, dalaşmaq istəmədiyini bildirdi. O, Vəfadara özündən böyük sözlər danışdığını deyərək sinəsindən təkrarən vurmuşdur. Vəfadar da ona iki dəfə zərbə ilə vumuşdur. Zərbələrin təsirindən o, geri getmişdir. Vəfadar isə oradan qaçıb getdi. O, Vəfadarın qaçdığını görüb onun barəsində nalayiq ifadələr işlədərək qaçmamasını tələb etmişdir. Vəfadar da dayanaraq yenidən geri qayıtdı. Ancaq onun qarşısını adının Elçin olduğunu bildiyi şəxs kəsib Vəfadarı sillə ilə vuraraq getməsini tələb etmişdir. Bu zaman kənardan kimsə polis əməkdaşlarının gəldiyini dedi. Vəfadar da qaçıb getdi. Bundan sonra orada olan şəxslər onu 03 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Münaqişəyə səbəbin onun içkili vəziyyətdə Vəfadara musiqi ilə bağlı bildirdiyi irad tutması, onun barəsində nalayiq ifadə işlədərək sinəsindən vurması olmuşdur. Təqsirləndirilən şəxs onunla mübahisə etmək istəmirdi. O, içkili olduğu üçün Vəfadarı buna təhrik etmişdir. Hazırda o, Vəfadarla barışmışdır. Ondan heç bir şikayəti, tələbi yoxdur. Şahid ifadəsində göstərmişdir ki, 20 may 2022-ci il tarixində, saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi-Zabrat yolunun kənarında yerləşən “X9” adlı restoranın yanından keçirmiş. Bu zaman iki nəfər şəxsin mübahisə etdiyini görüb onlara yaxınlaşmışdır. Həmin şəxslərdən biri, sonradan adının Nahid olduğunu bildiyi şəxslə yaşadığı qəsəbədən tanıdığı Vəfadar adlı şəxsin mübahisə etdiyini görmüşdür. Mübahisə zamanı o və orada olan bir neçə şəxs onları sakitləşdirməyə çalışmışdır. Ancaq Nahid adı şəxs sərxoş vəziyyətdə olduğu üçün onların sözlərinə məhəl qoymamışdır. Nahid Vəfadar adlı şəxsin əlindən tutaraq kənarda söhbət etməyi tələb etmiş, eyni zamanda ancaq söhbət edəcəklərini demişdir. Nahid adlı şəxsin sakitləşmədiyini görüb onlara söhbət etməyə imkan yaratmışlar. Onlar kənara çəkildikdən sonra Nahid adlı şəxs Vəfadar adlı şəxsin sinəsindən vurmuşdur. Bu zaman Vəfadar cibindən bıçaq çıxardaraq Nahidi vurmuşdur. Nahid arxaya getmiş və Vəfadar orada qaçmışdır. O, Nahidə tərəf qaçdığı zaman Nahid Vəfadarın arxası ilə nalayiq ifadə işlədərək qaçmamasını tələb etmişdir. Nalayiq ifadəyə görə Vəfadar dayanaraq yenidən geri qayıtmışdır. O, bunu gördükdən sonra Vəfadarın qarşısını kəsmiş və sifətinə sillə vuraraq getməsini tələb etmişdir. Onun sözündən sonra Vəfadar oradan getmiş və orada olan kimsə polislərin gəldiyini bildirdiyi üçün həmin vaxt orada olan şəxslərin bir çoxu oradan uzaqlaşmışdır. Bundan sonra onlar təcili tibbi yardım çağıraraq Nahidi 03 saylı Şəhər Kliniki Xəstəxanasına göndərmişlər. Nahidi xəstəxanaya göndərdikdən sonra orada olan şəxslər sol qoltuq altı nahiyəsindən qan gəldiyini bildirmişlər. O, özü də 03 saylı Şəhər kliniki Xəstəxanasına müraciət etmiş və bu zaman bədənində bıçaq xəsarətinin olduğunu öyrənmişdir. Vəfadarın oradan qaçıb getdiyi zaman Nahid nalayiq ifadə işlətdi. Bu zaman Vəfadarın yenidən onun üzərinə gəlmək istədi. O, Vəfadarın əlində bıçaq olduğunu görüb onun qarşısını almışdır. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisənin nədən baş verməsi barədə heç bir məlumatının olmadığını, ancaq orada olduğu zaman Nahidin nalayiq ifadələr işlətməsi, eyni zamanda Vəfadarın sinəsindən vurması səbəbindən Vəfadarın ona bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış məkəmə-tibb ekspertizasının 20 iyun 2022-ci il tarixli, 1276 nömrəli rəyindən görünür ki, X4 nazik bağırsağın yaralanmasına və böyük piyliyin eventerasiyasına səbəb olan qarının ön divarının daxilə nüfuz edən 01 ədəd, sağ bazu nahiyəsinin 01 ədəd (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarət deşici-kəsici əşyanın (alətin) təsirindən, ola bilsin bıçağın təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2022-ci il tarixə və şəraitə uyun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Məhkəmədə elan olunub araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1400 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona qarşı edilən və etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Emosianal-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosianal qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İnadkarlıq, eqosentrizm, özünə qarşı ətrafdakılardan hörmət tələb etmək, öz üstünlüyünü nümayiş etdirməyə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxsin fərdi-psixi xüsusiyyətlərində, həmçinin hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Kompleks ambulator məkəməpsixiatrik və psixoloji ekspertizasının 02 iyun 2022-ci il tarixli, 1400 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut kimi qiymətləndirilmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə soyuq-silahlar ekspertizasının 16 avqust 2022-ci İl tarixli, 3/999 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Şahid xəsarət yetirdiyi bir ədəd - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 01 (bir) ədəd turist bıçağı maddi sübut kimi tanınmış və cinayət işi üzrə istintaq yekunlaşdıqdan sonra məsul saxlanc üçün Sabunçu RPİ-nin anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin anlaqlı vəziyyətdə qəsdən törətməsi qənaətinə gəlib, onun təqsirli bilinməsi və onun həmin əməllərini Azərbaycan Respublikası CM-nin CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə iş üzrə aparılmış məhkəmə-kriminalistik ekspertizasının keçirilməsinə 64 (altmış dörd) manat xərclənməsi müəyyən olundu. Məhkəmədə həmin məbləği dövlət büdcəsi hesabına ödənilməsini əsaslı sayır. Çünkü məhkəmədə Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsinin həmin məğləği ödəmək üçün maddi imkanlarının olmaması müəyyən olundu. Məhkəmədə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhər, «Universal» Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən ona 45 (qırx beş) saat hüquqi yardım göstərməsi, bu səbəbdən də ona 270 (iki yüz yetmiş) manat ödənilməli olması müəyyən olundu. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu hazıkı iş üzrə 20 may 2022-ci il tarixində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə s şübhəli şəxs qismində tutulmuş, 21 may 2022-ci il tarixəhəmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib 16 avqust 2022-cİ il tarixə qədər həbsdə saxlanılmışdır, həmin tarixdə isə onun barəsində qətimkan tədbiri qismində başqa yerə getməmək haqqında iltizam almaq seçilməsi müəyyən olundu. Məhkəmə həmin halı Təqsirləndirilən şəxs cəza təyin edərəkən nəzərə alır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını, ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və maddi tələbi olmadığını, gələcəkdə də olamayacağını bildirdi. Məhkmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi ittiham olunduğu cinayət əməlinin törədilməsi halları barəsində ətraflı ifadələr verməsi, cinayətin açılmasına iştirak etməsi, törətədiyi əməldən peşman olması, cinayəti törədərkən yetkinlik yaşına çatmaması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, lakin onun ittiham olunduğu əməli törədərkən və hazırda yetkinlik yaşına çatmadığını, onun ittiham olunduğu cinayət əməlinin törədilməsinin səbəblərini, zərərçəkmiş şəxsin onu bu əməlin törədilməsində rolunu nəzərərə alıb onun barəsində təyin olunmuş cəzanı ona şərti tətbiq olunmasını əsaslı sayır. Çünki məhkəmə, ona belə cəzanın təyin olunması onun cəmiyyətə reinteqrasiyasına və cəzanın məqsədinə daha səmərəli cavab verdiyi qənəaətinə gəlir. Məhkəmə, bu qənəaətə gəldiyiyndən Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən qətimkan tədbiri qismində seçilmiş başqa yerə getməmək haqqında iltizam almağı hökm qanununi qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və təyin edilmiş cəza şərti hesab edilsin. Onun üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində o, daimi yaşayış yerində probasiya qeydiyyatına alınsın və onun üzərində nəzarəti həyata keçirən probasiya orqanının icazəsi olmadan yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək vəzifəsi qoyulsun, tərkibində alkoqol içkiləri olan maddələri istehlak etmək qadağan edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində başqa yerə getməmək haqqında iltizam hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmə-kriminalistik ekspertizasının keçirilməsinə sərf olunmuş 64 (altmış dörd) manat məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsinin həmin məğləği ödəmək üçün maddi imkanlarının olmaması müəyyən olundu. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər, «Universal» Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməli olan 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-398/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-398/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver