Məhkəmə qərarları › İş №1(101)-399/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-399/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-399/2021 09.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X6 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqası ilə qabaqcadan əlbir olan bir qrup şəxs yaradaraq, satış niyyəti ilə qanunsuz olaraq külli miqdarda, yəni 24,411 qram narkotik vasitə heroin, 1,091 qram psixotrop maddə metamfetmini xx.xx.2020-ci il tarixdə Xızı rayonu, Sitalçay kəndində başqasından 540 (beş yüz qırx) manatını nəğd ödəməklə, 200 (iki yüz) manatını isə sonuncudan əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri satdıqdan sonra ödəyəcəyi ilə bağlı razılaşaraq əldə edib üzərində saxlayaraq taksi fəaliyyəti ilə məşğul olan tanışının idarə etdiyi Nissan Sunny” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən şəhəri T.İsmayılov küçəsinə daşımış, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Siyəzən RPŞ- nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən şəhəri T.İsmayılov küçəsində saxlanılaraq şübhəli şəxs qismində RPŞ-nə gətirilmiş, RPŞ-də üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarını sol yan cibindən şəffaf sellofan poketin içərisində ümumi çəkisi 24,411 qram olan, ayrı-ayrılıqda çəkiləri 9,149 qram, 6,312 qram və 8,950 qram təşkil edən kustar üsullar hazırlanmış narkotik vasitə olan heroin, 1,091 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuşdur və xx xxxx 2019-cu il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Təxminən 1-2 il olar ki, narkotik vasitədən istifadə etməyə başlamışdı. xx xxxx 2020-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan Tərlan adlı tanışına zəng vurdu, ona iş axtarmaq üçün Xızı rayonunun Sitalçay kəndinə getməli olduğunu və gəlib onu kəndə aparmasını istədi. Tərlan idarə etdiyi **-LH-*** dövlət qeydiyyat nişanlı "Nissan Sunny” markalı avtomobil ilə yaşadığı ünvana gəldi. O Tərlanla birlikdə Sitalçay kəndinə getdilər, və elə Tərlanın maşını ilə də evə qayıtdı. Yaşadığı ünvana çatdıqda evinin qarşısında bir neçə polis əməkdaşı onu saxladı. Saxlanılan zaman üzərinə heç bir baxış keçirilmədi. Həmin gün üzərində narkotik vasitə var idi, ancaq miqdarı çox az idi. O həmin narkotik vasitəni bir gün qabaq xx xxxx 2020-ci il tarixdə küçədə yeriyərkən yerdə tapmışdı və siqaret olduğunu fikirləşmişdi, və içərisini açanda narkotik vasitə olduğunu gördü və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün özü ilə götürdü. Həmin narkotik vasitədən çox az istifadə etmişdi. Polis əməkdaşları ona heç nə izah etmədən, üzərinə baxış keçirmədən onu xidməti maşınları ilə polis şöbəsinə apardılar. Orada polis əməkdaşları tərəfindən ona zor tətbiq olundu. Cibinə zorla narkotik vasitələr basaraq, ona hədə-qorxu gələrək, həmin narkotik vasitənin ona məxsus olduğunu deməyini tələb etdilər. O da zor tətbiq etdikləri üçün çəkiliş zamanı həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirdi. Rəsul adlı şəxsi tanısa da, ondan narkotik vasitə almamışdır. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edirəm, polis kapitanıyam. xx xxxx 2020-ci il tarixdə Siyəzən şəhər sakinləri Təqsirləndirilən şəxs və Məmmədov Tərlan Töhran oğlunun idarə etdiyi "Nissan Sunny" markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xızı rayonu istiqamətində getməsi və oradan Siyəzən rayonuna narkotik vasitə daşıması, eləcə də üzərlərində və avtomobildə saxlaması, istifadə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları daxil olmuşdu. Bununla əlaqədar olaraq tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edildi. Siyəzən RPŞ-nin Məlumat Portalının operatoru Şahid6, PPXT-nm polis nəfəri, polis serjantı Şahid2, DYPB-nin YPX inspektorları, polis baş serjantı Şahid4 və polis baş serjantı Şahid5lə birgə təlımatlandırma keçirildi və keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məmmədov Tərlan Töhran oğlunun idarə etdiyi "Nissan Sunny” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili Siyəzən şəhəri T.İsmayılov küçəsində saxlamış, Təqsirləndirilən şəxs avtomobildən düşdükdən sonra saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi üçün Siyəzən RPŞ-ə gətirildi. YPX inspektorları tərəfindən Tərlan Məmmədovun idarə etdiyi avtomobil saxlanılaraq şöbəyə gətirildi. Təqsirləndirilən şəxs üzərinə RPŞ-nin Növbətçi Hissəsində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirildi. Videoçəkiliş şöbənin KTQnun baş inspektoru Şahid3 tərəfindən həyata keçirildi. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara hüquq və vəzifələri izah olundu eyni zamanda Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı hüquqlarının təmin olunması üçün müdafiəçinin iştirakı təmin edildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olundu, o isə qanunla qadağan olunan hər hansı bir əşya və ya predmet olmadığını bildirdi. Bundan sonra müstəntiqin göstərişi ilə tərəfindən şəxsi axtarış həyata keçirildi. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 2 (iki) ədəd ağ rəngli sellofan bükülülər aşkar edildi. Təqsirləndirilən şəxs həmin bükülülərin birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə "şüşə" yəni psixotrop maddə metamfetamin olduğunu və ona məxsus olduğunu etiraf etdi. Bundan sonra aşkar olunaraq götürülmüş predmetlər müvafiq olaraq 1 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri 96 nömrəli möhürlə möhürləndi. Təqsirləndirilən şəxs və digər iştirakçılar zərfin üzərinə imza etdilər. Bundan sonra narkotik vasitələrin saxlanılmasında, istifadəsində şübhəli olan Məmmədov Tərlan Töhran oğlunun üzərində RPŞ-nin Növbətçi Hissəsində baxış keçirildi, videoçəkiliş RPŞ-nin KTQ-nun baş inspektoru Şahid3 tərəfindən aparıldı. Şəxsi axtarışa başlamazdan əvvəl Tərlan Məmmədova və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olundu, həmçinin Tərlan Məmmədovun hüquqlarının müdafiəsi müdafiəçi iştirakı təmin edildi. Şəxsi axtarış zaman Tərlan Məmmədov da üzərində qanunla qadağan olan hər hansı bir əşya və ya predmet olmadığını bildirdi. Onun üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmadı. Daha sonra Tərlan Məmmədovun idarə etdiyi “Nissan Sunny” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə Siyəzən RPŞ-nin İnzibati Binasının həyətində müdafiəçinin iştirakı ilə baxış keçirildi, baxış zamanı ilk olaraq Tərlan Məmmədova idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olundu. Tərlan Məmmədov avtomobildə qanunla qadağan olan hər hansı bir əşya və ya predmetin olmadığını bildirdi, baxış zamanı da avtomobildən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmadı. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni Xızı rayonu, Sitalçay kənd sakini X2 əldə etməsi müəyyən olundu. xx xxxx 2020-cı il tarixdə X3 yaşadığı Xızı rayonu, Sitalçay kəndindəki evinə baxış keçirilməsi üçün tərəfimdən qərar qəbul olundu. Siyəzən RPŞ-nin Məlumat Portalının operatoru Şahid6 və Xızı RPŞ-nın İTB-nin polis sahə rəisi Bəxtiyar Usubovla birlikdə təlimatlandırma keçirildi. Tədbir Siyəzən RPŞ-nin KTQ-nun baş inspektoru Şahid3 tərəfindən videokamera vasitəsi ilə qeydə alındı. Tədbirin keçirilməsində mütəxəssisaqranom Nizami Həmdullayevin də iştirakı təmin edildi. Rəsul Qədirovun yaşadığı, Xızı rayonu Sitalçay kəndində yerləşən evinə baxış zamanı 2 nömrəli adlandırılan otaqda mebel dəstinin içərisində olan güldanın içərisindən 1 (bir) ədəd ağ rəngli sellofan bükülünün içərisindən narkotik vasitə heroin aşkar olunaraq götürüldü. Bundan sonra baxış davam etdirilsə də evdən başqa bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmadı. Qeyd edilən 1 (bir) ədəd içərisində narkotik vasitə heroin olan ağ rəngli sellofan bükülü 1 ədəd ağ rəngli zərfə qoyuldu, qablaşdırıldı və iştirakçılar tərəfindən zərfin üzəri imzalandı. Bundan sonra Rəsul Qədirovun yaşadığı evin həyətyanı sahəsində olan yarım tikiliyə keçirilən baxış zamanı 4 ədəd dibçəklərdə, 104 ədəd olan çətənə bitkiləri, eləcə də həmin tikilidə olan manqalın üstündə qurudulmuş marixunana aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürüldü. Qablaşdırılmış zərflər iştirakçlar tərəfindən möhürləndi, keçirilmiş baxış və götürmə istintaq hərəkəti ilə əlaqədar olaraq protokol tərtib olundu, protokol iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs qarşı tərəfimizdən heç bir zor tətbiq olunmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid6 Qiyas oğlu, Şahid4, Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2360 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində Siyəzən şəhər MİS-ə barəsində şikayət daxil olmayıb. Cinayət işi materiallarında olan tələbnamədən və hökmün sürətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ACDİÜ məhkəməsinin xx.xx.2000-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-ın 334.1-cı maddəsi ilə 3 (üç) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Milli Məclisinin 01,02.2001-ci il tarixli Amınstiya Qərarının 3.3- cü maddəsinə əsasən azad edilmişdir. Azərbaycan Respublikası ACDİÜ məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234,4.1, 234.42 və 93.1.4-cü maddələri ilə 8 (səkkiz) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri, Nərimanov məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 76-cı maddəsinə əsasən 05 (beş) ay 02 (iki) gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs Siyəzən rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-ın 234.1- ci maddəsi ilə təqsirli bilənərək 02 (iki) il 02 (iki) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 29 (iyirmi doqquz) gün müddətində vaxtında əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs Siyəzən rayon məhkəməsinin xx.xx.2017-ci ıl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-ın 234.1-cı maddəsi ilə təqsirli bilənərək 02 (iki) il 05 (beş) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqan tərəfindən xx xxxx 2020-ci il tarixdə Siyəzən şəhərində tərtib olunmuş əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 12:30 radələrində Siyəzən şəhəri T.İsmayılov küçəsində saxlanılaraq şübhəli şəxs qismində RPŞ-nə gətirilmiş, RPŞ-də üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarını sol yan cibindən 2 ədəd ağ rəngli sellofan aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofanın birinin içərisində heroin, digərinin içərisində “şüşə” olduğunu və ikisinin də ona məxsus olduğunu bildirir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli. 6/1351 nömrəli ekspert rəyərində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş..” yazısı olan zərfdəki 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 9,149 qr, 6,312 qr, 8,950 qr. ümumi təmiz çəkisi 24,411 qr qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroındır və 1 (bır) ədəd bükümdə, təmiz çəkisi 1.091 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotorp maddə metamfetamındir. Tədqiqata təqdim edilmiş, üzərində “X4 yaşadığı evdən aşkar olunmuş...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,345qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə herondır. Həmin zərfdə olan qırmızı rəggli polietilin torbakı təmiz çəkisi 11,730qr sarımtıl rəngli maddə narkotik, psixotorp, güclü təsir edən və ya zəhərli maddələrə aid deyildir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinlər, X3 yaşadığı evdən götürülmüş heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahıya əsasən heroin “Azərbaycan Respublikasınən ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamın 'Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psıxotrop maddələr-ın siyahısına daxıldır. Qeyd 1. Təqsirləndirilən şəxs: heroinin ümumi təmiz çəkisi: 24.411 qr. sərf edildi: ümumi 0.15 qı: qalıq: 24.261 qr. Metamfetaminin ümumi təmiz çəkisi: 1.091 qr. sərf edildi 0.05qr. qalıq: 1.041 qr 2. R.Qədirov: heroin təmiz çəkisi:1.345 qı: sərf edildi:0.05qr. qalıq 1.295 qr Cinayət işi materiallarinda olan ambulator məcburi narkoloji ekspertizasinin xx.xx.2020-ci il tarixli, 2360 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, müayinə zamani Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müailəcəyə ehtiyac vardir, ərazi narkoloji dispanserində qeydiyyata alinmasi məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş oldugu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işində olan xx.xx.2020-ci il tarixli tutma haqqında protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutuldugu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmaqla, cəzalasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olunmasını, yaşadığı ərazi üzrə müsbət xarakteizə olmasını iş üzrə cəzasını yüngülləşdiriən hal kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən rayon polis şöbəsinin növbətçi hissəsinin maddi sübutların saxlama kamerasında saxlanılan X1 üzərindən aşkar edilərək götürülürmüş ümumi təmiz çəkisi 24,411 qr (tədqiqtat sərf edildi 0,15 qram, qalıq 24,261 qram) narkotik vasitə heroin, təmiz çəkisi 1,091 qram (tədqiqtat sərf edildi 0,05 qram, qalıq 1,041 qram) psixotrop maddə metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Siyəzən rayon polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan təhqiqatdan sonrakı təmiz çəkisi 24,261 qram olan narkotik vasitə olan heroin və 1,041 psixotrop maddə metamfetamın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar