Məhkəmə qərarları › İş №1(101)-399/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-399/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-399/2023 21.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə 4 aprel 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub ünvan 2 ünvanında yaşayan, hazırki iş üzrə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təqdimatı əsasında digər cinayət işi üzrə Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, külli miqdarda narkotik vasitə əldə edib, üzərində saxlamış və daşımışdır; belə ki, Təqsirləndirilən şəxs salış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 08.07,2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 1 ünvanının qarşısında saxlanılıb Suraxanı RPİ-nİn 31-ci PB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,526 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 iyul 2022-ci il tarixdə təxminən saat 18:00-da yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən evində olarkən, 2 nəfər polis əməkdaşları evinə daxil olaraq, həmin vaxt stolun üzərindəki içində 1 qram çəkidə narkotik vasitə heroin olan bükümü və evdən bir ədəd işləməyən tərəzini götürüb onu şübhəli şəxs qismində 31-cİ PB-nə aparmışlar. Bundan sonra polis əməkdaşları ona evində aşkar etdikləri bükümü və tərəzini verərək videoçəkiliş aparılan zaman onları çıxarıb təqdim etməsini tələb emişlər demişər, o da polis əməkdaşlarının dediyi kimi etmiş və sonunculara bildirmişdir ki, təqdim etdiyi 1 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofan bükümün içərisində narkotik maddə heroindir, narkotik vasitəni tanımadığı İran vətəndaşından “onlayn" üsulla öz istifadəsi üçün 100 manata alaraq üzərində gəzdirmişdir, həmin narkotik vasitədən heç kimə satmamış və bəxşiş kimi verməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 08 iyul 2022-ci il tarixdə təxminən saat 18:00-da Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsində yaşadığı evin yanında olan zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər, onu şübhəli şəxs qismində 31-cİ PB-nə aparmışlar, Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirilmişlər, o, əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən “HTC" markalı üzərində (055) ***-**-** mobil telefon nömrəsi olan mobil telefon, astma-bronxit dərmanı, 30 manat kağız pul əskinazları, şalvarının sol yan cibindən 1 ədəd elektron tərəzi və 1 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofan bükümü təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni tanımadığı İran vətəndaşından “onlayn" üsulla öz istifadəsi üçün 100 manata alaraq üzərində gəzdirmişdir, aşkar olunmuş narkotik vasitə onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılmış, möhürlə möhürlənərək götürülmüşdür. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız özü istifadə etmək üçün əldə etmişdir, həmin narkotik vasitədən heç kimə satmamış və bəxşiş kimi verməmişdir (1-ci cild iş vərəqi 150-151). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə müşhüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, 08 iyul 2022-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci polis bölməsində keçiriləcək əməliyyat tədbirində iştirak etmək üçün həmin polis bölməsinə dəvət edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edilərək bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra 08 iyul 2022-ci il tarixdə saat 18:00 radələrində əməliyyat qrupunun üzvü - əməliyyat müvəkkili Şahid1lə birlikdə Əmircan qəsəbəsində Z.Tağıyev küçəsinə getmişlər. Həmin küçədə 1 saylı evin qarşısında məlumatda göstərilən əlamətlərə uyğyn olan Elvin adlı şəxslə rastlaşaraq onu Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etmişlər, polis bölməsində həmin şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, 1 saylı evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zərurəti yarandığından, raport yazıb bölmə rəisinə məruzə edilmiş, bölmə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin keçirilməsi təhqiqatçı Elnur Mənsimova həvalə edilmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmiş, bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş aparılmaqla onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd mobil telefonu, asmabronxit dərmanı, 30 manat kağız pul əskinazları, həmin şalvarın sol yan cibindən 1 ədəd elektron tərəzini, 1 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni «onlayn» üsulla tanımadığı İran vətəndaşından 100 manata aldığını bildirmiş, bükümdəki göstərilən əşyalar baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Suraxanı RPİ-nin 31-ci PB-nin 195 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və aşkar olunmuş narkotik vasitəni haradan, kimdən əldə etməsi barədə onun məlumati olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmsə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir (1-ci cild iş vərəqi 83-85). İşdə olan 08 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki. həmin tarixdə saat 18:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman sonuncu əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd mobil telefonu, astma-bronxit dərmanı, 30 manat kağız pul əskinazları, həmin şalvarın sol yan cibindən 1 ədəd elektron tərəzini, 1 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin nə olmasını və hansı yolla əldə etməsi barədə suala cavab olaraq həmin bükümdə heroin olduğunu, internet vasitəsi ilə İran vətəndaşından 100 manata aldığını, şəxsi istifadəsi üçün saxladığını, tərəzini isə narkotik vasitələrin çəkisini bilmək üçün saxladığını bildirmişdir (1-ci cild iş vərəqi 20-30) İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 09 iyul 2022-ci il tarixli 6/3739 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №195" möhür əksi « Təqsirləndirilən şəxs üzərindən ...» yazılar, imzalar olan 1 ədəd paketdə 01 ədəd bükümdə təmiz çəkisi 3,526 qram qəhvəyi rəngdə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd qara rəngli elektron tərəzidə narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır (1-ci cild iş vərəqi 40-43). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 30 iyul 2022-ci il tarixli 4189 nömrəli həkim rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 122- 123). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə 30 iyul 2022-ci il tarixli 2011 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunur, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (1-ci cild iş vərəqi 123-124). İşdə olan 09 iyul 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs arvadı X4 yaşadıqları evdə baxış aparılmasına etiraz etməmişdir (1-ci cild iş vərəqi 32). İşdə olan 08 iyul 2022-ci il tarixli mənzilə baxış keçirilməsi haqqında protkoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, təqsirləndirilən şəxs X3 ünvan 4 ünvanına baxış keçirilmiş və qanunsuz heç bir predmet aşkar edilməmişdir (1-ci cild iş vərəqi 33-36). İşdə olan 12 iyul 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin inzibati binasında xidməti otaqda baxış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu könüllü olaraq əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd mobil telefonu, astma-bronxit dərmanı, 30 manat kağız pul əskinazları, həmin şalvarın sol yan cibindən 1 ədəd elektron tərəzini, 1 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik vasitəni onlayn üsulla tanımadığı İran vətəndaşından 100 manata aldığını bildirmiş, bükümdəki göstərilən əşyalar baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır (1-ci cild iş vərəqi 79). İşdə olan 18 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edilidkdən sonra qalıq qalan 3,476 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin 31-ci polis bölməsində keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörünütləri əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin maetriallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 135-139). İşdə olan AZ-İ seriyalı 742325 №-di nikah haqqında şəhadətnaməni surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir (1-ci cild iş vərəqi 154). İşdə olan AZ-İİİ seriyalı 497774 №li doğum haqqında şəhadətnamənin surətindən göünür ki, Təqsirləndirilən şəxs himayəsində 16 yanvar 2013-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır (1-ci cild iş vərəqi 155). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 115). İşdə olan şübhəli şəxsin tutulması haqqında 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 24). İşdə olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 74-77). İşdə olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı ilə əvəz edilmişdir (1-ci cild iş vərəqi 101-107). İşdə olan Nərimanov rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi X1 vəsatəti əsasında həmin idarə tərəfindən ibtidai istintaqı aparılan Təqsirləndirilən şəxs Nazm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilməsinə dair digər cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli tutulduğu 23 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş, barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təqdimatı əsasında həmin idarədə ibitdai istintaqı davam etdirilən cinayət işi üzrə Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ünvan 5 ünvanın qarşısında deyil yaşadığı evdə saxlanılması, üzərində aşkar olunmuş narkotik vasitənin çəkisinin cəmi 1 qrama yaxın olması, ondan götürülmüş elektron tərəzinin işlək vəziyyətdə olmaması barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 08 iyul 2022-ci il tarixli Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə ünvanladığı raportdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbirləri nəticəsində Suraxanı rayon, Əmircan qəsəbəsi, Zülal Tağıyev küçəsində yaşadığı evin yaxınlığında saat 18:00 radələrində saxlanılmış, təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində evində saxlanılması barədə göstərməmiş, həmçinin barəsində qətimkan tərdiri seçilməsi üçün 10 iyul 2022 və 15 iyul 2022-ci il tarixlərdə Suraxanı rayon Məhkəməsinə aparılarkən işə baxan hakimlərə bu barədə bildirməmiş, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin ümumiyyətlə saxlanılması yerini mübahisələndirməsi barədə bir dənə də olsun qeydi olmamışdır. Bundan başqa 08 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən 1 ədəd elektron tərəzini, 1 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim etmiş, həmin büküm və tərəzi təhqiqatçı tərəfindən dərhal zərfə qablaşdırılaraq üzəri imzalanmaqla möhürlənmişdir. Məhkəmə-kimyəvi ekspertizası üzrə 09 iyul 2022-ci il tarixli 6/3739 saylı ekspert rəyi ilə tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №195" möhür əksi «Təqsirləndirilən şəxs üzərindən ...» yazılar, imzalar olan 1 ədəd paketdə 01 ədəd bükümdə təmiz çəkisi 3,526 qram qəhvəyi rəngdə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğu, bir ədəd qara rəngli elektron tərəzidə narkotik vasitə heroin izləri olduğu müəyyən edilmişdir. Qeyd olunan 08 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və məhkəmə-kimyəvi ekspertizası üzrə 09 iyul 2022-ci il tarixli 6/3739 saylı ekspert rəyi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin cəmi 1 qram olması və tərəzinin işlək vəziyyətdə olmaması barədə ifadəsi təsdiq olunmamışdır. Qeyd olunanlara əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, külli miqdarda - 3.526 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, üzərində saxlamış və daşımışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himyəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarın aşağı həddi 0,150 qram, külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin çəkisi 3.526 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 08 iyul 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda hazırki iş üzrə hökm qanuni qüvvəyə mindiyi vaxtdan Təqsirləndirilən şəxs barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təqdimatı əsasında həmin idarə tərəfindən ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsi və həmin qətimkan tədbirinin yaratdığı hüquqi nəticələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 08 iyul 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 30 iyul 2022-ci il tarixli 4189 nömrəli həkim rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 09 iyul 2022-ci il tarixli 6/3739 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 3,526 qram qəhvəyi rəngdə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş 1 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,476 qram narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntünün olduğu 1 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindiyi vaxtdan Təqsirləndirilən şəxs barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təqdimatı əsasında həmin idarə tərəfindən ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsi və həmin qətimkan tədbirinin yaratdığı hüquqi nəticələr nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 3,476 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zamanı çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar