Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-399/2025 13.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 səlahiyyətli nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 qohumu Şahid3 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (“SOCAR”da) işlə təmin edilməsinə köməklik göstərilməsi üçün 2015-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Nizami rayonu ərazisində özünə müraciəti ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (“SOCAR”ın) rəhbər vəzifəli şəxsləri ilə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək Şahid3 Dövlət Neft Şirkətinin (“SOCAR”ın) müvafiq strukturunda mühəndis vəzifəsinə təyin edilməsinə nail olacağını qeyd olunan tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Ləzzət” kafesində görüşləri zamanı Zərərçəkmiş şəxs2 yalandan bildirərək, həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu həmin şirkətin səlahiyyətli vəzifəli şəxslərinə 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs2 aldatmaqla bildirib, sonuncunun razılığını alaraq sövdələşdikdən sonra, həmin adla 2015-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Ləzzət” kafesində 1.000 (bir min) manat, eyni niyyətlə 2015-ci ilin mart ayının əvvəllərində həmin ünvanda 14.000 (on dörd min) manat olmaqla, ümumilikdə 15.000 (on beş min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2dan alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 15.000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş övladı X12 barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsinə köməklik göstərilməsi üçün 2018-ci ilin dekabr ayında Bakı şəhəri ərazisində özünə müraciəti ilə əlaqədar, Y.N.Zalov barəsində yüngül cəza təyin etdirmək imkanına malik olmasını, müvafiq apelyasiya şikayəti verildikdən sonra məhkəmədə olan özünün yaxın əlaqələrindən istifadə edərək Y.N.Zalov barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə nail olmaqla azadlıqdan məhrumetmə ilə bağlı olmayan daha yüngül cəzanın təyin edilməsinə və ya həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilməsinə nail olacağını qeyd olunan tarixdə "xxxx" QSC-nin Neftçilər metrostansiyasının yaxınlığında görüşləri zamanı Zərərçəkmiş şəxs4 yalandan bildirərək, həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxslərə 11.250 (on bir min iki yüz əlli) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs4 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşərək, həmin adla 2019-cu ilin fevral ayının sonlarında Bakı şəhəri, Nizami rayonunda yerləşən "xxxx" QSC-nin Neftçilər metrostansiyasının yaxınlığında 1.000 (bir min) manat, eyni niyyətlə 2019-cu ilin mart ayının əvvəllərində həmin ünvanda 150 (bir yüz əlli) manat, eyni niyyətlə xx.xx.2019-cu il tarixdə həmin ünvanda 5.000 (beş min) manat, eyni niyyətlə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Gəncə prospekti 19 ünvanında yerləşən “Fəridə” şadlıq sarayının qarşısında 3.000 (üç min) manat, eyni niyyətlə xx.xx.2019-cu il tarixdə həmin ünvanda 2.000 (iki min) manat, eyni niyyətlə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Hövsan Plaza” ticarət mərkəzinin qarşısında 100 (bir yüz) manat olmaqla, ümumilikdə 11.250 (on bir min iki yüz əlli) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs4 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 11.250 (on bir min iki yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi 1 ünvanında yerləşən 1.5 sot torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi üçün 2019-cu ilin noyabr ayında özünə müraciəti ilə əlaqədar, məhkəmədə və hazırki adı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsində olan əlaqələrindən istifadə etməklə həmin torpaq sahəsinin sənədləşdirilməsinə nail olacağını həmin tarixdə "xxxx" QSC-nin “Həzi Aslanov” stansiyasının yaxınlığında baş tutmuş görüşləri zamanı Zərərçəkmiş şəxs1 yalandan bildirərək, həmin məsələnin müsbət həlli üçün aidiyyəti vəzifəli şəxslərə 34.400 (otuz dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşərək, həmin adla xx.xx.2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən “Loğmed” klinikasının yaxınlığında 15.000 (on beş min) manat, eyni niyyətlə 2019-cu ilin noyabr ayının sonlarında həmin ünvanda 19.400 (on doqquz min dörd yüz) manat olmaqla ümumilikdə 34.400 (otuz dörd min dörd yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb şəxsi ehtiyaclarına sərf etdikdən sonra, yenidən cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs1 övladı Şahid6 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işlə təmin edilməsinə köməklik göstərilməsi üçün 2020-ci ilin fevral ayında özünə müraciəti ilə əlaqədar qardaşlarının müxtəlif dövlət orqanlarında, o cümlədən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifələrdə işlədiyini, əlaqələrindən istifadə etməklə Şahid6 Xidmətdə işlə təmin edilməsinə nail olacağını həmin tarixdə Zərərçəkmiş şəxs1 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində baş tutmuş görüşləri zamanı yalandan bildirərək, həmin məsələnin müsbət həlli üçün aidiyyəti vəzifəli şəxslərə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşərək, həmin adla xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Loğmed” klinikasının yaxınlığında 20.000 (iyirmi min) manat pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 54.400 (əlli dörd min dörd yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 9,5 ha torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi üçün 2021-ci ilin avqust-sentyabr aylarında özünə müraciəti ilə əlaqədar sonuncuya Azərbaycan Respublikası Nazirlər Kabinetində olan yaxın əlaqələrindən istifadə etməklə həmin torpaq sahəsinin sənədləşdirilməsi imkanına malik olmasını qeyd olunan tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Yaqub” kafesində görüşləri zamanı yalandan bildirərək, həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu vəzifəli şəxslərə 43.000 (qırx üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs3 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin avqustsentyabr ayında Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Yaqub” kafesində 35.000 (otuz beş min) manat, eyni niyyətlə həmin tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 3.000 (üç min) manat və Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Yaqub” kafesində 5.000 (beş min) manat olmaqla 43.000 (qırx üç min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs3 alıb şəxsi ehtiyaclarına sərf etdikdən sonra, yenidən cinayətkar niyyətini davam etdirərək 2021-ci ilin avqust-sentyabr aylarında özünün nazir müavini vəzifəsinə təyin ediləcəyini, bununla da Zərərçəkmiş şəxs3 qarşısına çıxacaq bir çox problemlərinin həllində sonuncuya köməklik edə biləcəyini Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evində görüşləri zamanı yalandan bildirib, sonuncunun özünə qarşı yaranmış etibarından sui-istifadə edərək özünün həmin vəzifəyə təyin edilməsi üçün rüşvət qismində tələb olunan məbləğdən 10.000 ABŞ dolları, həmin dövrün məzənnəsinə uyğun olaraq 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitinin yaxın münasibətdə olduğu vəzifəli şəxslərə verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs3 aldatmaqla bildirib, sonuncunun həmin məbləğdə pul vəsaitinin verilməsinə dair razılığını almaqla sövdələşərək, həmin adla qeyd edilən tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 10.000 ABŞ dolları, həmin dövrün məzənnəsinə uyğun olaraq 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs3 alıb şəxsi ehtiyaclarına sərf etdikdən sonra, yenidən cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs3 özünə qarşı yaranmış etibarından sui-istifadə edərək 2021-ci ilin sentyabr ayında sonuncunun qardaşı Şahid10 məxsus Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən fərdi yaşayış evinin təmir edildikdən sonra özü tərəfindən satın alınmasını vəd verib, qeyd olunan təmir işlərinin Zərərçəkmiş şəxs3 vəsaiti hesabına özü tərəfindən görülməsinə dair sonuncunun razılığını həmin ünvanda görüşləri zamanı almaqla sövdələşərək, qeyd olunan tarixdə Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 16.000 (on altı min) manat dəyərində tikinti materiallarını Zərərçəkmiş şəxs3 alıb, həmin tikinti materiallarını təyinatı üzrə təmir işlərinə deyil öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 76.000 (yetmiş altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ümumiyyətlə adları ittihamda qeyd edilən şəxslərdən hər hansı məsələ ilə bağlı hər hansı məbləğlərdə pul almamışdır. Zərərçəkmiş şəxslərin ona qarşı dedikləri şər və böhtandır. Belə ki, zəli biznesi ilə məşğul olan tanışı Bəyəli Hacıyevlə 2020-ci ilin fevral ayının axırı 22.000 ədəd ana zəli üçün ümumilikdə 57.200 manata razılaşmışlar və ilkin olaraq sonuncuya 23.000 manat pul vermişdir. O zəli yığılan qutunu Cəfərin yanında şəhər təhlükəsizlik kamerasının müşahidəsi ilə Sarvanın gəldiyi "Toyota Prado” markalı avtomobilin yük yerinə qoymaqla sonuncuya təhvil vermişdir. Təxminən həmin ilin iyul ayının əvvəllərində eyni formada qablaşdırılmış 11.000 ana zəlini Bəyəli ilə Cəfər birlikdə taksi ilə gətirərək Nizami rayonu “8-ci km bazarı” adlanan ərazidə ona vermişlər. O, da Cəfərlə Bəyəlinin yanında yenidən 11.000 ana zəlinin qablaşdırıldığı qutunu Sarvana məxsus və idarə etdiyi “Toyota Prado” markalı avtomobilin yük yerinə qoymaqla sonuncuya təhvil vermişdir. Sonra qalan 34.200 manatı isə hissəhissə 2020-ci ilin dekabr ayına kimi müəyyən tanışlarından almaqla Bəyəliyə ödəmişdir. Bu məbləği risk edib başqalarından alıb Bəyəliyə ödəməyində əsas səbəb Sarvanın onu aldadaraq həmin sayda olan zəlini yetişdirməklə 3 aydan bir 1.200.000 manat gəlir əldə etmələrini vəd etməsi olmuşdur. Bundan başqa da Sarvan ona böhtan ataraq guya oğlunu DTX-ya işə düzəltmək üçün ona 20.000 manat pul verdiyini bildirmişdir. Həqiqətdə isə həmin məbləğdə pulu Sarvan DTX-da işləyən qardaşı oğlu Elnur və ya Elvin kimi tanıdığı şəxsə vermiş, Sarvan ona bu barədə dəfələrlə danışmış, sonuncunun xahişi ilə yaxın dostu kimi qardaşı oğlu Elnurla dəfələrlə Sarvanın iştirakı ilə telefon danışıqları olmuş və 3- 4 dəfə də görüşüb əmisioğlu Nurlanın DTX-da hansısa işə düzəltməsi məsələsini həll edibetməməsi barədə maraqlanmışdır. Bu deyilənlərə baxmayaraq Sarvan dələduzluq və təhdid yolu ilə həmin pulun guya onun tərəfindən alındığını deməklə ondan və qohumlarından bu adla pul almaqla varlanmaq istəyir. Bundan başqa digər zərərçəkmiş şəxs Akifin ona zamin duraraq ayrı-ayrı şəxslərdən alıdığı pulları onun vasitəsi ilə sonuncunun qızının Türkan qəsəbəsində kirayə qaldığı evin tikintisi və sair işlərinə xərclədikdən sonra Akif həmin pulu ondan tələb etmişdir. O da Akifə həmin pulu qızının evinə xərclədiyini və əlavə olaraq tanışlarından 20.000 manat alaraq dostu Aydına həmin evin malyar və digər yekunlaşdırma işlərinə xərcləməsi üçün verdiyini bildirmişdir. Akif də onunla razılaşmayaraq borc aldığı pulu tələb etmiş, onu evindəki silahı ilə öldürəcəyi ilə bağlı təhdidlər etmiş və qızının kirayə qaldığı evinə gəlməməyini tələb etmişdir. Aralarında bu münasibətlər daha da gərginləşmiş, sonuncu yenə də ona demək olar ki, hər gün zəng edərək pulu tələb etmiş və təhqirlər etmişdir. O da Akifin qardaşı Yaquba zəng edib bu barədə bildirmişdir. Sonuncu da Akifə fikir verməməyini, özünün Akifi başa salacağını ona bildirmişdir. Buna baxmayaraq Akif yenə də hər gün ona zəng edib borc pulu hədə-qorxu ilə tələb etmiş və onu təhqir edərək Xətai rayonunda H.Aslanov metrostansiyasının yaxınlığında kirayədə qaldığı evə gələrək güllə ilə öldürəcəyini bildirmişdir. Hətta bir neçə dəfə kirayə qaldığı evin həyətinə gələrək zəng edib ona hədə-qorxu gələrək görüşə gəlməyini tələb etmişdir. Hətta o, Akifin təhdidlərini real qəbul edərək başqa ünvana kirayə köçmək məcburiyyətində qalmışdır. Akifin əslində öz torpağı olmamış, hazırda həbsdə olan Rahib adlı şəxsin torpağı olmuş və sonuncunun xahişi ilə həmin torpağın sənədləşdirilməsi işi ilə məşğul olmuşlar. O da həmin məsələ ilə bağlı Akifdən pul almamışdır. Bu məsələ ilə bağlı Akifin tanışı Vüqardan birlikdə faizə 35.000 manat pul götürüb bir neçə aydan sonra 45.000 manat qaytarmağı öhdələrinə götürmüşlər. Bununla bağlı, o, hətta 17.000 manata yaxın pulu Vüqara qaytarmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, Hüseyn adlı həmyerlisinin bacısının əri kimi tanıdığı Maqsud adlı şəxsin iş yoldaşı kimi tanımışdır. Bu tanışlıq Babək prospektində Araz kafesinin yanında Hüseyni tapmaq üçün zəng edərək Maqsud və Sevincin birlikdə onun yanına gəlməsi ilə baş tutmuşdur. Sonuncular Hüseynin yerini ondan soruşarkən o, təəcüblənmiş və Sevinclə Maqsuda “Qaynınızı məndən niyə soruşursunuz” deyə bildirdikdə Maqsud da Hüseynlə qohum olmadıqlarını, sadəcə birlikdə işlədiklərini bildirmişlər. Bundan sonra qohumları vasitəsilə sonuncunu tapmış, həmin vaxt sonuncu Rusiya Federasiyasının Moskva şəhərində olduğunu, yaxınlarda vətənə qayıdacağını, özünün məsələni həll edəcəyini bildirdikdə, Sevinclə Maqsud çıxıb getmişlər. Həmin vaxt Hüseynin ona 8.000 manat borcu olmuş, həmin borcdan 2000 manatını qaytarmışdır. Bir müddət sonra Hüseynin qohumu Vaqif onun yanına gələrək Sevinc və Maqsud adlı şəxsin Sevincin qohumundan işə düzəltmək adı ilə 15.000 manat pul aldıqlarını, həmin pulun yarısını sonuncuların özünə götürdüyünü, qalanını da Hüseynə verdiklərini, Hüseynin də gətirib həmin pul hesabına ona olan borcunu qaytardığını, qohumunun da Sevinc barəsində Xəzər RPİ-yə şikayət etdiyini bildirmişdir. Vaqif ona “Bizə yaraşmaz qadını tutdurmaq, sən həmin pulu qaytar verim Sevincin aldığı şəxsə ki, işi polisdən qurtarsın” deyə bildirib ondan 5-6 aya qaytarmaq şərtilə Sevincə vermək üçün Hüseynin verdiyi 8000 manatı ondan istəmişdir. O da Vaqifin xahişini nəzərə alıb Nərimanov rayonunda yerləşən Nərimanov adına parkında 10 gün müddətində, iki dəfəyə 4.300 və 3700 manat olmaqla, cəmi 8.000 manatı tanışı Azər və Vaqifin iştirakı ilə sonuncunun özünün zaminliyi ilə Hüseynə borc olaraq vermişdir. Bu günədək Vaqif və Hüseyn ona olan borcunu qaytarmamışlar. Bundan sonra o, təxminən 1 il 6 ay Rusiya Federasiyasının Moskva şəhərində yaşamış, geri qayıdarkən sərhəddə saxlanılmış və Nizami RPİ-nin istintaq idarəsinə getmək ona bildirilmişdir. RPİ-yə getdikdə Sevincin orada olduğunu görmüş, müstəntiq Sevincə yalan ifadə verdiyi təqdirdə barəsində cinayət işi başlayacağını bildirdikdə sonuncu hər hansı bir şikayətinin olmadığını deyərək oradan getmiş və onuda sərbəst buraxmışlar. 2018-ci ildə Azərbaycan Respublikası DİNdən ona zəng edilərək istintaq idarəsinə dəvət etmişlər. Oraya getdikdə Sevinc, Hüseyn və başqa 3 nəfər şəxsin də orada olduğunu görmüşdür. Orada ona Sevincin aldadaraq pul aldığı həmin qohumunu gətirib onun üzünə yalandan danışdırmaq istədiyi məlum olmuşdur. B bir müddət keçdikdən sonra müstəntiq ona “Onda səni saxlayıram” deyə bildirmiş və saat təxminən 23 radələrində onu Nərimanov RPİ-yə aparmışlar, orada saat 01-ədək polisdə olmuşdur. Daha sonra müstəntiq oraya gələrək ona “Azadsan, sənlik bir iş yoxdur, sabah istintaq idarəsinə gələrsən, orada bəzi sənədlərə qol çəkib gedərsən” deyə bildirmişdiir. Həmin qərarda kifayət qədər sübut omadığına görə həbsdən azad edilməsi yazılmışdır. Səhərisi gün Orxan adlı müstəntiqin yanına getmiş, sonuncu ona 5-10 vərəq sənəd vermiş, “Sənlik bir iş yoxdur tez imza çək get” deyə bildirdiyi üçün müstəntiqə inanıb sənədləri oxumadan imzalayıb getmişdir. Bundan başqa Sarvan, vəkili Namiq, Sevinc və Valehin tanışı Ruslana zəng edərək ona qarşı yalan ifadə verməyə sövq etmək üçün təklif etdiyi torpaq sənədini cinayət işinə əlavə edilməsi üçün təqdim etmişdir. Tanışı Musa təxminən 2020-ci ilin yay aylarında ona zəng vuraraq “Səni Nizami polisinə veriblər” deyə bildirdikdə məlumatı olmuşdur. Musa isə ona Sarvanın Valehi şahid tutduğunu sonuncuya 5000 manat pul verəcəyini və Valehin ondan 3.000 manat alacağı halda onun xeyrinə şahidlik edəcəyini bildirmişdir. Bundan sonra o, polis şöbəsində olanları olduğu kimi danışmış, orada Valehlə arasında üzləşmə aparılmış və Valeh “Sarvandan mən pul alanda mən orada olmamışam” deyə bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 əvvəllər tanımamış, Səkinə Məmmədova adlı qadın həmyerlisi olduğuna görə sonuncunu uzun müddətdir tanımışdır. Sonuncu sonradan tanıdığı Zərərçəkmiş şəxs4 oğlu Yaqub Zalovla əlbir olub hədə-qorxu ilə tələb etmə cinayəti törətdiklərinə görə 2018-ci ildə cinayət məsuliyyətinə cəlb edilmişdir. 2018-ci ilin oktyabr ayının əvvəllərində Səkinə ona yaxınları vasitəsi ilə cinayət işində köməklik göstərməyini xahiş etmişdir. Həmin vaxt Yaqub Zalov həbsdə olsa da, Səkinə Məmmədova barəsində həbs seçilməmişdir. Sonuncu işinə məhkəmədə bəraət verilməsinə köməklik göstərməsini ondan xahiş etmişdir. Uzun müddətdir tanıdığı Rauf Qasımov əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində ittihamçı prokuror, hadisə baş verən vaxtı isə Nəsmi rayon prokurorunun müavini vəzifəsində işləmişdir. O, Səkinə ilə birlikdə Nəsimi rayon prokurorluğuna getmiş, Rauf Qasımov əvvəlcə onu tək, sonra isə Səkinə ilə birlikdə qəbul edib sonuncunu dinləmiş və maraqlanıb məlumat verəcəyini bildirmişdir. Rauf Qasımov növbəti gün ona zəng edib onları yanına çağırmışdır. Həmin vaxt Səkinə Zərərçəkmiş şəxs4 və əri Nazimlə birlikdə gəlmişdir. Ona Hökümənin də oğlu Yaqubun işinə görə gəlməsi məlum olmuşdur. Zərərçəkmiş şəxs4 ondan oğlunun məhkəmədə olan işinin həllinə köməklik göstərməsi üçün Rauf Qasımovla görüşməsinə şərait yaratmasını xahiş etmişdir. O da etiraz etmədən hər ikisinin Rauf Qasımovla görüşmələrinə şərait yaratmış və onlarla söhbət zamanı otaqdan çıxmışdır. Hökümə və X13 yanından çıxdıqdan sonra sonuncunun Yaqubun və Səkinənin işinə bəraət verməyə görə ikisindən 45.000 manat pul istədiyini, həmin pulu onun vasitəsilə özünə çatıdırılmasını bildirmişlər. Həmin vaxt Səkinə o qədər pulu verməyə gücü çatmayacağını bildirmişdir. O da Rauf Qasımovun yanına girmiş və işi 10.000 manat aşağı düşməklə həll etməyi xahiş edib sonuncunu razı salmışlar. Zərərçəkmiş şəxs4 bir manat da pul vermək fikri olmamış, Səkinə Məmmədovaya “Oğlumu sən tutdurmusan, sən yoldan çıxırtmısan” deyə bildirərək pulun hamısını Səkinənin öhdəliyinə vermişdir. Bu söhbətdən bir-iki gün sonra günorta vaxtı Səkinəni darə etdiyi “Mercedes Benz” markalı avtomobili ilə Kapital Banka aparmış, sonuncu banka daxil olub pul götürmüşdür. Rauf Qasımov təqsirləndirilən şəxs olduğuna görə Səkinəni qəbul etməyəcəyini bildirdiyindən və pulu ondan qəbul edəcəyini dediyindən, o da razı olmadığından nəticədə pulun Zərərçəkmiş şəxs4 tərəfindən verilməsi qərara alınmışdır. Bundan sonra Hökümə X4 verdiyi 35.000 manat pulu sayıb Rauf Qasımova vermiş, sonuncu da Səkinən və Yaqubun işinə kömək edəcəyinə vəd vermişdir. Məhkəmə prosesi başladıqdan sonra X15 Zalovanı çağırıb yanında Yaqubun işini tamam həll etməyin mümkün olmadığını, əməlin ağır olduğunu, Yaquba əslinə 8 il cəza verilməli olduğunu, razılaşıb 5 ilə endirməyin mümkün olduğunu, sonra da Apellyasiya və Ali Məhkəməyə şikayət etməklə beş ilin yarısını çəkməklə cəzadan azad oluna biləcəyini bildirmiş, Zərərçəkmiş şəxs4 da əvvəlkinin bu təklifi ilə razılaşmışdır. Məhkəmədə razılaşdıqları kimi Yaqub Zalova 5 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. Bundan sonra apellyasiya şikayəti verilsə də Yaqubun 5 il həbs cəzası qüvvədə saxlanmışdır. Bundan sonra Zərərçəkmiş şəxs4 işi aparan hakimə oğlunun işinə düzgün baxılması üçün məhkəməyə 35.000 manat pul göndərməsi barədə şikayət etmişdir. X18 pulun bir hissəsini Höküməyə qaytarmaq qərarına gəlmiş, onun vasitəsilə hissə-hissə olmaqda Zərərçəkmiş şəxs4 4.000 manat pul qaytarmışdır. Belə ki, Rauf Qasımovun ayrı-ayrı vaxtlarda ona verdiyi pulu Zərərçəkmiş şəxs4 çatdırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 qarşı olan epizod üzrə də özünü təqsirli bilmir, sonuncu ilə aralarında hər hansı şəxsin işə düzəldilməsi məqsədilə sonuncudan pul alması barədə heç bir razılıq olmamışdır. Daha sonra özünü təqsirli bilmədiyini nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etməsi kimi qiymətləndirməsini və sonuncunun əməlinin Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə ona məxsus olan ünvan 7 ünvandakı 1,5 sot torpaq sahəsində ticarət köşkü tikmək üçün həmin torpağın sənədlərini qaydasına salmağa qərar vermişdir. 2019-cu ilin yayında torpağa sənəd düzəltmək üçün 3 ildir tanıdığı tanışı Şahid4 müraciət etmiş və sonuncu onun torpaq sahəsini sənədləşdirmək işində Vüqar adlı tanışının ona köməklik edəcəyini bildirmişdir. Valeh Vüqarın əvvəllər Bakı şəhəri Nizami rayon icra Hakimiyyətində müəyyən vəzifələrdə çalışdığını bildirmişdir. xx.xx.2019-cu il tarixdə o, Valeh və Vüqarla "xxxx" QSC-nin Həzi Aslanov stansiyası yaxınlığında görüşmüş, orada sonuncu onu 15.000 manat pulun müqabilində həmin torpağa sənədi məhkəmə yolu ilə düzəldəcəyini bildirmiş və Valehdə həmin vaxt onu Vüqarın bu işi görə biləcəyinə əmin etmişdir. Valehin danışıqları onda inam yaratmış və Vüqara istədiyi məbləğdə pulu verməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci ildə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Loğmed klinikasının yaxınlığında Valehlə birlikdə Vüqarla görüşmüş və sonuncuya 10.000 manat, növbəti gün eyni yerdə Valehin yanında 5.000 manat pulu Vüqara vermişdir. Həmin ərəfədə sonuncu Balakən rayonu 109 nömrəli seçki dairəsindən deputatlığa namizədliyini vermiş və bunu da onlara bildirmişdir. Görüşlərin birində Vüqar artıq Nəsimi rayonu ərazisində yerləşən İnzibati-İqtisad məhkəməsinə müraciət etdiyini bildirmişdir. Vüqar verilən 15.000 manatdan əlavə Dövlət reyestri xidmətində çalışan Rafiq adlı məmura 19.400 manat pul vermək lazım olduğunu bildirsə də, o, həmin məbləğdə vəsaitin onda olmadığını bildirmişdir. Bir gün sonra Vüqar ona dəfələrlə zəng edərək həmin vəsaiti Rafiqə çatdırmağa söz verdiyini, əks halda bu məsələnin alınmayacağını bildirmişdir. O da məcbur qalaraq oğlu Nurlanın adında olan VAZ 2106 markalı avtomobili 3.000 manata, özünə məxsus QAZ 53 markalı avtomobili 5.300 manata, özünə məxsus qızıl əşyalarını isə müxtəlif məbləğlərə satmaqla əldə etdiyi puldan 19.400 manat pulu 2019-cu ilin noyabr ayının axırlarında təkrar Valehlə birlikdə eyni ünvanda Vüqara vermiş və bundan sonra sonuncu həmin görüş vaxtı torpağın sənədlərinin 2020-ci ilin fevral ayında hazır olacağına vəd vermişdir. xx.xx.2020-ci ildə Vüqar ona zəng edərək Balakən rayonunda olduğunu, bir nəfər Anar adlı tanışının olduğu rayona gətirməyini xahiş etmiş, özü ilə bərabər 1000 manat pul götürməyini və bütün bunları Valehdən gizlətməyini xahiş etmişdir. O da Vüqarın dediyi kimi Anar adlı şəxsi götürüb Balakən rayonuna getmiş və orada 1000 manat pulu Vüqara vermişdir. Sonuncu həmçinin oğlu Nurlanı Milli Təhlükəsizlik Nazirliyində 20.000 manat pulun müqabilində işlə təmin edə biləcəyini bildirmiş, o da həmin vəsaiti xx.xx.2020-ci ildə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Loğmed klinikasının yaxınlığında Valehin şahidliyi ilə Vüqara vermişdir. O, özünə məxsus torpaq sahəsinin sənədlərinin düzəldilməsi və oğlunun DTXda işə düzəldilməsi müqabilində ümumilikdə 54.400 manat pul vəsaitini sonuncuya vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 54.400 manat məbləğində maddi ziyan tam şəkildə ödənilmiş, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Həmçinin mülki iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, oğlu X12 2018-ci ildə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Oğlunun təqsirləndirildiyi cinayət işinin istintaq dövründən Təqsirləndirilən şəxs tanımışdır. Sonuncu ona tanışları vasitəsilə oğlunun cəzasını yüngülləşdirərək şərti cəza almasına köməklik göstərəcəyini vəd etmişdir. Bu işin həll edilməsi üçün də o, şirinlik məqsədilə 2019-cu ilin fevral ayının axırlarından başlayaraq müxtəlif vaxtlarda ümumilikdə 11.250 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Vurulmuş ziyandan 5.770 manat pul ona əvvəlcə və 5.480 manat isə daha sonra ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram və ərizə ünvanlayaraq məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş edərək bildirmişdir ki, uzun müddət işiz qalan xalası oğlu X5 işə düzəlməsi üçün tanışı Hüseyn adlı şəxsə müraciət etmişdir. Sonuncu da bu məsələ ilə bağlı, tanışı Təqsirləndirilən şəxs işlədiyi qurumda vakansiyanın olub-olmamasını soruşmuş, sonuncu Socarda mühəndis vəzifəsinin olduğunu və işin müsbət həlli üçün xidmət haqqı, imtahan və digər xərclər üçün ümumilikdə 15.000 manata qədər pulun ehtiyac olacağını bildirmişdir. O da Raminin əvəzinə 15.000 manat pulu Hüseynin yanında Vüqara vermiş və sonradan xalası oğlu həmin pulları ona geri qaytarmışdır. Bir müddət sonra Vüqar xalası oğlunu Socar KPŞ-yə görüşə dəvət etmiş, ona mühəndis işini təklif etmiş və xalası oğlu isə işin dövlət yox, özəl sektorda olduğunu bildikdən sonra təklifdən imtina etmişdir. Bir müddət sonra sonuncu verdiyi pulları ondan tələb etdiyi üçün o da pulları Vüqardan tələb etmişdir. Sonuncu pulları aldığını qəbul etməsə də, pulların müxtəlif istiqamətlərdə xərcləndiyini əsas gətirərək, qaytarmaq üçün zaman istəmiş, lakin uzun müddət keçməsinə baxmayaraq həmin pulları geri qaytarmamış və o da məcbur qalıb Vüqarı polisə şikayət etmişdir. Bundan başqa bildirmişdir ki, ona vurulmuş ziyan tam həcmdə ödənilmiş, sonuncu ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur həmçinin mülki iddiasının geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq səhhətində olan problemlər ilə bağlı məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs vermiş olduğu 76.000 manat məbləğində pul vəsaiti torpaq sahəsində birgə fermer təsərrüfatı yaratmaq məqsədilə verilmişdir. Birgə yaratmaq istədikləri layihə baş tutmamış və həmin vəsaiti də Təqsirləndirilən şəxs ona qaytara bilməmişdir.Hazırda sonuncu ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur həmçinin mülki iddiasının geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2015-ci ilin fevral ayının sonlarında xalası qızı Zərərçəkmiş şəxs2 ona zəng edərək ixtisasına uyğun iş tapıldığını bildirmişdir. O, telefonda onu “SOCAR KPŞ”-də işə düzəldəcəyini bildirərək görüşməyi təklif etmiş, o da sonuncu ilə "xxxx" QSC-nin Qara Qarayev metrostansiyasının yanında görüşmüşdür. Həmin vaxt onun yanında sonradan adının Maqsud olduğunu bildiyi şəxs də olmuşdur. Görüş zamanı xalası qızı Zərərçəkmiş şəxs2 ona imtahan verməmişdən əvvəl şirkətə müəyyən ödənişlərin edilməli olduğunu izah etmiş, işinin alınacağı təqdirdə ona “Chevrolet” markalı avtomobil və aylıq 1.500 manat əmək haqqı alacağınıı bildirmiş, bunun qarşılığında rəsmi şəkildə 15.000 manat pul verməli olduğunu da bildirmişdir. Sonuncu ilkin olaraq ondan 1.000 manat pul istəmiş, həmin gün 1.000 manat pulu Zərərçəkmiş şəxs2 vermişdir. Növbəti gün sonuncu ilə işlədiyi Xəzər rayonunda yerləşən məktəbin bufetində görüşərək 14.000 manat pul vermişdir. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs2 onla əlaqə saxlamış və Vüqar adlı şəxsin nömrəsini verərək sonuncu ilə əlaqə saxlamağımı istəmişdir. O da Zərərçəkmiş şəxs2 dediyi kimi Vüqarla əlaqə saxlamışdır, Vüqar onun "xxxx" QSC-nin 28 May metrostansiyasının yaxınlığında yerləşən “SOCAR” KPŞ-nin yanına gəlməyini istəmişdir. Oraya çatdıqda Vüqar məni qarşılamış və onunla birlikdə idarəyə daxil olmuşdur. Sonuncu orada onu bir şəxsin yanına aparmışdır, yanında həmin şəxsə ümumi məlumat vermiş, həmin şəxs Vüqara getməklərini və sonradan əlaqə saxlanılacağını bildirmişdir. Vüqarla “SOCAR KPŞ”-nin inzibati binasının həyətinə çıxdıqdan sonra söhbət əsnasında Vüqar onun etdiyi ödənişin artıq çatdığını, onun narahat olmamağını, imtahan verdikdən sonra işə qəbul olunacağını bildirmişdir. Bundan sonra 2-3 ay müddətində onu heç bir iş imtahanına dəvət etməmişlər. O da aldanıldığını başa düşərək Zərərçəkmiş şəxs2 pulunu tələb etməyə başlamışdır. Sonuncu da onun verdiyi pulların Vüqar və Hüseyndə olduğunu bildirmiş, o isə Sevincə pulu ona verdiyini, ondan da alacağını bildirmişdir. Həmin vaxtlarda da Sevinc ondən aldığı pulları geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs1 qardaşının işi və torpaq məsələsi ilə bağlı Təqsirləndirilən şəxs pul verilməsində birbaşa iştirakçı olmuşdur. Həqiqətəndə atası Zərərçəkmiş şəxs1 ünvan 7 ünvandakı 1,5 sot torpaq sahəsinin sənədlərinin rəsmiləşdirilməsi və qardaşı Şahid6 DTXda işə düzəldilməsi müqabilində xx.xx.2021-ci ildən başlayaraq müxtəlif vaxtlarda ümumilikdə 54.400 manat pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında tanışı Musa adlı şəxs ona zəng edərək tanışına məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində torpaq sahəsinin ölçərək koordinatlarını çıxartmaq lazım olduğunu bildirmiş və o da razılaşmışdır. Bundan sonra mobil telefonuna tanımadığı şəxs zəng edərək nömrəni Musadan aldığını, adının Vüqar olduğunu bildirmiş və onlar "xxxx" QSC-nin Həzi Aslanov stansiyasının yaxınlığında görüşməyə razılaşmışlar. Saat 11 radələrində əvvəllər tanımadığı adının sonradan Vüqar olduğunu bildiyi şəxs onu orada qarşılamış və birlikdə taksi ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinə getmişlər. Orada onları Akif adlı şəxs qarşılamış və ona iki torpaq sahəsi göstərmişlər. Bundan sonra o, həmin torpaq sahələrinin koordinatlarını çıxartmış və Akif ona bunun müqabilində 200 manat pul vermişdir. Daha sonra Vüqar onu yenidən "xxxx" QSC-nin Həzi Aslanov stansiyasının yaxınlığına aparmışdır. Bir müddət sonra Akif adlı şəxs ona zəng edərək Vüqarın onu aldatdığını və onun külli miqdarda pulunu ələ keçirtdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 həqiqətəndə 2015ci ilin fevral-mart aylarında ünvan 8 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 1ci mərtəbəsində yerləşən “Ləzzət” kafesində onun da iştirakı ilə Təqsirləndirilən şəxs Şahid3 “SOCAR”da işə məqsədilə 15.000 manat pul vəsaiti verməsini təsdiq etmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 məhkəməyə teleqram ünvanlayaraq səhhətində olan problemlər səbəbindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək sonuncunun qeyd etdiyi halların həqiqətə uyğun olduğunu bildirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, o, rəsmi olaraq işləməsə də, «zəli» müalicəsi ilə məşğuldur. Zərərçəkmiş şəxs1lə 2019-cu ildən tanışdır, tanışlığı X1 məhkəmə işi ilə bağlı olmuşdur. Onu Sarvanla tanış edən Musa adlı digər tanışı olmuşdur. Musa ona Zərərçəkmiş şəxs1 torpaq sahəsinin sənədləşmə işində C.Ç.Niftiyevin Zərərçəkmiş şəxs1 aldatdığını bildirib müxtəlif instansiyalara sonuncunun adından müraciətlər göndərməkdə sonuncuya köməklik etməyi xahiş etmişdir. O da heç bir təmənna güdmədən bu işdə Zərərçəkmiş şəxs1 köməklik etmişdir. Həmin ərəfələrdə artıq sonuncunun ünvan 7 ünvandakı 1,5 sot torpaq sahəsinin olması və sonuncunun həmin torpağın mülkiyyət sənədlərini almağa çalışması ona məlum olmuşdur. O, Zərərçəkmiş şəxs1 söhbət zamanı tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsin olduğunu bildirmişdir. Belə ki, sonuncu əvvəllər Nizami rayon icra hakimiyyətində tədris işlərinə nəzarət edən məmur vəzifəsində işləmiş, sonuncu ilə əvvəllər yaxşı ünsiyyəti olmuşdur. Təqsirləndirilən şəxs qardaşlarının yuxarı dairələrdə müəyyən vəzifə tutduğunu, özünün də bu kimi işləri bacara biləcəyi ona məlum olmuşdur. Ona görə də, sonuncu haqqında Zərərçəkmiş şəxs1 məlumat verdikdə sonuncu Təqsirləndirilən şəxsla görüşmək istəmişdir. O, həmin ərəfələrdə sonuncunu axtarsa da, tapa bilməmiş, nəhayət sonuncu ilə təsadüfən qarşılaşmış və sonuncudan əlaqə saxlamaq üçün mobil telefon nömrəsini almışdır. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 xahişi ilə Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaradaraq görüş vaxtı və yerini təyin etmişdir. xx.xx.2019-cu ildə o, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxsla "xxxx" QSC-nin Həzi Aslanov stansiyası yaxınlığında görüşmüşdür. Həmin görüşdə sonuncunun yanında daha bir nəfər Vüqar adında şəxs olmuşdur. Orada Təqsirləndirilən şəxs onları 15.000 manat pulun müqabilində həmin torpağa sənədi məhkəmə yolu ilə düzəldəcəyəni əmin edərək başlanğıc üçün 5.000 manat pulun verilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 razılaşdıqdan sonra onlar oradan ayrılmışlar. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs sonuncunun mobil telefonuna zəng edib avans olaraq veriləcək pulun 5.000 manat deyil, 10.000 manat olduğunu bildirdikdə sonuncu bununla da razılaşmışdır. xx.xx.2021-ci ildə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Loğmed» klinikasının yaxınlığında Sarvanla birlikdə Vüqarla görüşmüş və sonuncu onun şahidliyi ilə Vüqara 10.000 manat pul vermişdir. Səhəri gün Zərərçəkmiş şəxs1 təkrar onunla görüşmüş və birlikdə Təqsirləndirilən şəxs onları gözlədiyi yerə getmişlər. Sonuncu ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Loğmed» klinikasının yaxınlığındakı çayxanada görüşmüşlər və həmin vaxt Zərərçəkmiş şəxs1 onun şahidliyi ilə Təqsirləndirilən şəxs 5.000 manat pulu vermişdir. Həmin ərəfədə sonuncu Balakən rayonu 109 nömrəli seçki dairəsindən deputatlığa namizədliyini verdiyini onlara bildirmişdir. Görüş vaxtı Təqsirləndirilən şəxs artıq Nəsimi rayonu ərazisində yerləşən İnzibati-iqtisad məhkəməsinə torpaqla bağlı Zərərçəkmiş şəxs1 adından müraciət etdiyini də bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin verilən 15.000 manatdan əlavə Dövlət reyestri xidmətində çalışan Rafiq adlı məmura 19.400 manat pul vermək lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 həmin məbləğdə vəsaitin onda olmadığını bildirsə də, bir gün sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs1lə əlaqə yaradaraq həmin vəsaiti Rafiqə çatdırmağa söz verdiyini, əks halda bu məsələnin alınmayacağını bildirmişdir. Sonuncu bir neçə gün sonra şahidliyi ilə Təqsirləndirilən şəxsla «Loğmed» klinikasının yaxınlığında görüşüb sonuncuya 19400 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin görüş zamanı torpağın sənədlərinin 2020-ci ilin fevral ayında hazır olacağına söz vermişdir. xx.xx.2020-ci ildə onun Zərərçəkmiş şəxs1lə birlikdə Təqsirləndirilən şəxsla görüşü baş tutmuş, həmin görüş vaxtı sonuncu Zərərçəkmiş şəxs1 oğlunu Milli Təhlükəsizlik Nazirliyində 20.000 manat pulun müqabilində işlə təmin edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 də həmin vəsaiti xx.xx.2020-ci ildə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Loğmed» klinikasının yaxınlığında onun şahidliyi ilə Təqsirləndirilən şəxs vermişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, əvvəllər DİO-da müxtəlif vəzifələrdə çalışmış, hazırda isə təqaüddədir. Zərərçəkmiş şəxs1 ilə 2016-cı ildən tanışdır, sonuncu ilə tanışlığı oğlu Aqşinin vasitəsi ilə olmuşdur. Belə ki, o, mütəmadi olaraq Nərimanov rayonu, 33 saylı poçtda çalışmış, hazırda vəfat etmiş qohumu Dadaşın yanına gedib gəlmiş və orada Aqşinlə tanış olmuşdur. Həmin vaxtlarda Aqşin onun əvvəllər DİOdə xidmət apardığını, müstəntiq vəzifəsində çalışdığını bildiyi üçün ondan Binə qəsəbəsində aldığı mübahisəli torpaq sahəsi ilə əlaqədar məsləhətlər almağa başlamışdır. Həmin torpaq sahəsi işi ilə əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırma aparılmış, həmin araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Sonuncunun xahişindən sonra o, həmin işə hüquqi məsləhətlər vermiş və məsləhətlərinin sayəsində həmin faktla bağlı cinayət işi başlanılmış və sonuncunun torpaq sahəsi əvəzləşdirmə qaydasında geri verilmişdir. Aqşinlə tanışlığından sonra sonuncunun atası Zərərçəkmiş şəxs1 də tanımışdır. 2019-cu ildə sonuncunun Albalılıq qəsəbəsindəki torpaq sahəsində problem yaranmış və həmin problemin həlli üçün Zərərçəkmiş şəxs1 ona müraciət etmişdir. O, Qazaxıstana getməli olduğuna görə Valehin də hüquqi savadının olduğu üçün sonuncudan aidiyyəti qurumlara müraciət etməkdə köməklik göstərməsini xahiş etmişdir. Qazaxıstandan geri qayıtdıqdan sonra 2020-ci ilin oktyabr-noyabr aylarında o, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Valehi bir yerdə bərabər, dostcasına münasibətdə olduqlarını görmüşdür. O, həmin gün ilk dəfə idi ki, Təqsirləndirilən şəxsla qarşılaşmışdır. Hər üçünün arasında baş tutan söhbət nəticəsində ona Valeh, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 şərikli «zəli» ticarətinə girmələri və bununla bağlı Təqsirləndirilən şəxs külli miqdarda sərmaye qoyaraq «zəli» alması və həmin məhsulu Zərərçəkmiş şəxs1 həytindəki hovuza boşaltmaları ona məlum olmuşdur. Bundan başqa, həmin söhbət zamanı ona Sabunçu rayonu ərazisində heç kəsə məxsus olmayan sahənin mülkiyyət sənədinin çıxarılması ilə bağlı Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs ortaq addım ataraq bələdiyyə və məhkəmə orqanlarına müraciət etməsi də məlum olmuşdur. Bir dəfə də sonuncu ona 2.000 manat pulu bələdiyyəyə verməsi üçün Zərərçəkmiş şəxs1 çatdırmasından ötrü vermiş və o da həmin vəsaiti sonuncuya çatdırmışdır. Sonrakı görüşlər zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs deputat seçkisi ilə əlaqədar külli miqdarda pul xərcləməsini, hətta Balakən rayonuna qədər getməsini etiraf etmişdir.Bundan başqa o, bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2020-ci ildən tanıyır, yaxşı münasibətdə olmuşlar, əvvəllər düşmənçiliyi və ya ədavəti olmamışdır. O, əvvəllər Daxil işlər orqanlarında xidmət etmiş, öz ərizəsi ilə işdən çıxsa da, təqaüd ala bilmədiyi və 5 il iş stajı hesablanmadığından Azərbaycan Respublikası DİN-ni Bakı şəhər İnzibati İqtisad məhkəməsinə vermiş, həmin vaxtlarda tanışı Şahid4 ona tanışı Təqsirləndirilən şəxs da məhkəmədə işi olduğunu deyib sonuncu ilə onu tanış edəcəyini bildirmişdir. O da Valeh və Təqsirləndirilən şəxsla "xxxx" QSC-nin Həzi Aslanov stansiyasının yaxınlığında görüşüb çay içmiş, Valeh söhbət əsnasında Təqsirləndirilən şəxs əvvəllər Nizami rayon İcra Hakimiyyətində müavin vəzifəsində işlədiyini, deputatlığa namizədləyini versə də, keçə bilmədiyini bildirmişdir. O, sonuncudan təqaüdə çıxması üçün ondan kömək etməsini xahiş etmiş, sonuncu da işlərini bitirən kimi ona kömək edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla münasibəti yaranmışdır. Təxminən 2020-ci ilin axır aylarında sonuncu ona Hövsan qəsəbəsində satmaq üçün Akif adlı şəxslə şərikinə ev tikdirdiyini, sonuncunun tanışından faizə pul götürdüyünü bildirib idarə etdiyi “Land Rover” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə kimdənsə pul götürüb Hövsan qəsəbəsində Akifə verməsi üçün onu Mərdəkan qəsəbəsinə aparmağı xahiş etmişdir. O da etiraz etmədən Təqsirləndirilən şəxs birinci Mərdəkan qəsəbəsinə aparmış, sonuncu orada əvvəllər tanımadığım yaşlı bir kişi ilə görüşmüş və dediyinə görə həmin şəxsdən 2500 ABŞ dolları almışdır. Daha sonra Təqsirləndirilən şəxs Hövsan qəsəbəsinə yeni tikdirdiyi evin yerləşdiyi yerə aparmışdır. O, avtomobildən düşməmiş, sonuncu isə avtomobildən düşüb Akiflə görüşüb gələcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs əvvəllər tanımadığı təxminən 60-65 yaşlı kişi ilə görüşüb təxminən 15-20 dəqiqəyə yaxın söhbət edib gəlib avtomobilə əyləşmiş və evi tikdirməsi üçün faizə pul götürdüyünü, işləri qurtardıqdan sonra evi Akiflə şərikinə satacağını bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs "xxxx" QSC-nin Həzi Aslanov stansiyasının yaxınlığında düşürtmüşdür. Təxminən 5-6 gün sonra sonuncu ona zəng vuraraq birlikdə Hövsan qəsəbəsinə getməyi xahiş etmiş, o da etiraz etmədən idarə etdiyi avtomobillə sonuncunu saat təxminən 12 radələrində Hövsan qəsəbəsinə aparmışdır. Özü avtomobildən düşməmiş, Təqsirləndirilən şəxs isə avtomobildən düşüb Akif adlı şəxslə görüşüb söhbət etmişdir. Avtomobilə geri gəldikdən sonra Təqsirləndirilən şəxs tikinti işlərinin aparıldığını, oraya baş çəkmək üçün gəldiyini bildirmişdir. Bundan sonra sonuncu ondan birlikdə "xxxx" QSC-nin Həzi Aslanov stansiyasına getməyi xahiş etmişdir. O da idarə etdiyi avtomobillə sonuncunun dediyi yerə aparmışdır. Təxminən 15 gün sonra Təqsirləndirilən şəxs ona Akiflə götürmək istədikləri torpaq sahəsinin dəqiq ölçülərini çıxartmaq istədiklərini bildirib bu sahədə tanışının olub-olmadığını soruşmuşdur. O da Təqsirləndirilən şəxs tanışı Qulu adlı şəxsdən həmin ərazini ölçməsini xahiş edəcəyini bildirmişdir. Daha sonra o, Qulunun telefon nömrəsini Təqsirləndirilən şəxs vermiş və ardınca baş verənlər barədə heç bir məlumatı olmamışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs söhbət əsnasında ona özünün 20.000, Valehin isə 4.000 ədəd zəli alaraq Zərərçəkmiş şəxs1 məxsus hovuza tökdürdüyünü bildirmişdir. O, həmin zəlilərin Zərərçəkmiş şəxs1 verilməsində iştirak etməmiş, həmin zəliləri görməmişdir. sonuncunu da Təqsirləndirilən şəxs yanında görmüş, sonuncu, Təqsirləndirilən şəxs və Valehlə birlikdə bir neçə dəfə birlikdə oturub yemək yemişlər. Zərərçəkmiş şəxs1 isə ona Valehin ona 4.000 zəli alıb verdiyini bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 zəli verməsini Təqsirləndirilən şəxs başqa şəxsdən eşitməmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid6 məhkəməyə teleqram ünvanlayaraq səhhətində olan problemlər səbəbindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək sonuncunun qeyd etdiyi halların həqiqətə uyğun olduğunu bildirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid7 məhkəməyə teleqram ünvanlayaraq səhhətində olan problemlər səbəbindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 ifadəsini təsdiq edərək sonuncuya məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən torpaq sahəsinin sənələşdirilməsi üçün Təqsirləndirilən şəxs onun yanında 35.000 manat məbləğində pul vəsaiti vermiş və sonuncu həmin pulu ondan borc qismində aldığını bildirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş, xx.xx.2023-cü ildə vəfat etmiş məhkəmə iclasında iştirak etməyən Şahid8 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 təxminən 2005-ci ildən tanıyır, sonuncu ilə yaxşı münasibəti olmuşdur, yaşadıqları ünvanda qonşu olmuşlar. 2020-ci ilin yay aylarında sonuncunu tanışı Təqsirləndirilən şəxsla birlikdə bir neçə dəfə birlikdə görmüş, bir neçə dəfə sonuncularla çayxanada oturub çay içmişdir. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ona yaxşı bir insan kimi təqdim etmişdir. 2020-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs3 ona Təqsirləndirilən şəxs vəzifəyə getdiyini, bunun üçün sonuncuya 10.000 ABŞ dolları lazım olduğunu bildirmişdir. O da etibar etdiyi üçün Zərərçəkmiş şəxs3 həmin məbləğdə pulu verməyə razılaşmışdır. Pulu verməmişdən öncə o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3la çayxanada görüşmüş, həmin vaxt da sonuncu ona Təqsirləndirilən şəxs vəzifəyə getdiyini, işi alındıqdan sonra pulunu qaytaracağını bildirmişdir. Sonuncu da vəzifəyə getdiyini bildirib pulu qısa müddət ərzində qaytaracağına vəd vermişdir. 2020-ci ilin sentyabr ayının əvəllərində 10.000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs verməsi üçün borc kimi elə sonuncunun yanında Zərərçəkmiş şəxs3 vermişdir. Sonuncu da həmin pulu Təqsirləndirilən şəxs vermişdir. O, pulu verdikdən 1 ay keçdikdən sonra Zərərçəkmiş şəxs3 pulunu tələb etsə də, sonuncu pulun Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O da sonuncuya zəng etdikdə sonuncu ona yalandan bir neçə gün ərzində pulunu qaytaracağını desə də, qaytarmadığı üçün pulunu Zərərçəkmiş şəxs3 tələb etmiş və sonuncu da 10.000 ABŞ dolları pulu geri qaytarmışdır. Bundan başqa, Şahid8 heç vaxt faizə pul vermədiyini və Təqsirləndirilən şəxs ona faiz ödəmədiyini bildirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid9 məhkəməyə teleqram ünvanlayaraq səhhətində olan problemlər səbəbindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi sonununcu ərizəsində göstərdiyi xüsusatları təsdiq edərək sonuncunun qeyd etdiyi halların həqiqətə uyğun olduğunu bildirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid10 məhkəməyə teleqram ünvanlayaraq səhhətində olan problemlər səbəbindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində çıxış edən qardaşı Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi sonununcu ərizəsində göstərdiyi xüsusatları təsdiq edərək sonuncunun qeyd etdiyi halların həqiqətə uyğun olduğunu bildirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid13 məhkəməyə teleqram ünvanlayaraq səhhətində olan problemlər səbəbindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid13 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək şərti hesab edilməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda sınaq müddəti də bitmişdir. Eyni hökmlə onunla əlbir olmuş Yaqub Zalov da məhkum edilmişdir. Həmin vaxtlarda Yaqubun anası Hökümə oğlunun cəza müddətinin azaldılması üçün müxtəlif yollar axtarmış, tez-tez onunla görüşərək məsləhətləşmişdir. Bir gün Hökümə Vüqar adlı şəxslə tanış olduğunu, sonuncunun məsələni həll edəcəyini bildirmişdir. X6 görüşlərindən birində o da iştirak etmişdir. Həmin görüş zamanı sonuncu onda müsbət təəssürat yaratmamış, bu barədə Höküməyə də bildirmişdir. Sonuncular arasında hər hansı pul mübahisəsinin olmasından da məlumatı olmamışdır. O, hər hansı şəxsə ona yüngül cəza təyin edilməsi ilə əlaqədar pul verməmiş, danışıqlar aparmamışdır. Rauf Qasımovu yalnız bir dəfə görmüşdür. Belə ki, Hökümə onunla birlikdə Rauf Qasımovun yanına getməyi xahiş etmiş, o da razılaşmış və birlikdə Rauf Qasımovun qəbuluna getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs4 Rauf Qasımova Təqsirləndirilən şəxs onun adından istifadə etdiyini bildirmiş, Rauf da belə bir şeyin mümkün olmadığını bildirmişdir. Bundan əlavə, hadisənin üstündən uzun müddət keçdiyindən Raufla Hökümənin arasında olan söhbətlərin təfərrüatlarını xatırlamır. Cinayət işinin İ cild 239-240-cı vərəqələrində olan xx.xx.2016-cı il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 246-cı vərəqəsində olan xx.xx.2016-cı il tarixli şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 111-113-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İV cild 66-72-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İV cild 190-191-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin V cild 97-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin V cild 134-135-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin V cild 170-ci vərəqəsində olan xx.xx.2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin V cild 214-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin V cild 267-268-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü ildən hesablanmaqla xx.xx.2024-cü ilədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin Vİİ cild 23-24-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki(hakim Faiq Qəniyev), Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİİ cild 208-209-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1488 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1 adına olan xx.xx.2020-ci il tarixli iddia ərizəsində “İddiaçı: Zərərçəkmiş şəxs1” qrafasındakı imza və xx.xx.2020-ci ildəki ərizədə “imza: Alıyev.S.B” qrafasındakı imza - Zərərçəkmiş şəxs1 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Cinayət işinin İİİ cild 207-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 112 (bir yüz on iki) manat müəyyən edilmişdir. Cinayət işinin Vİ cild 66-105-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs səs yazılarını özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin İ cild 79-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş məhkəmə iclasında baxış keçirilmiş və tədqiq edilmiş CD dikdə olan səs yazılarından görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında gedən danışığı özündə əks etdirən 10 dəqiqə 32 saniyə müddətində səs yazısı mövcuddur. Səs yazısının məzmununda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 torpaq sahəsinin sənədlərinin düzəldilməsi üçün 34.500, işə düzəltmə məsələsi üçün isə 20.000 manat məbləğində pul vəsaiti aldığını etiraf edir. Cinayət işinin Vİİ cildinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 54.400 manat məbləğində ziyan tam həcmdə ödənilmiş, onunla barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, həmçinin mülki iddiasının geri qaytarılmasını məhkəmədən xahiş edir. Cinayət işinin Vİİ cildinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 11.250 manat məbləğində ziyan tam həcmdə ödənilmiş, onunla barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur həmçinin mülki iddiasının geri qaytarılmasını məhkəmədən xahiş edir. Cinayət işinin Vİİ cildinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur həmçinin mülki iddiasının geri qaytarılmasını məhkəmədən xahiş edir. Cinayət işinin Vİİ cildinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 15.000 manat məbləğində ziyan tam həcmdə ödənilmiş, onunla barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur həmçinin mülki iddiasının geri qaytarılmasını məhkəmədən xahiş edir. Bununla da, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilsə də, təqsirləndirilən şəxsin dələduzluq əməllərini vahid niyyətlə törətməsi cinayət işinin məhkəmə araşdırması zamanı təsdiq olunmamışdır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarında qeyd olunur ki, davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Həmçinin davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. “Azərbaycan Respublikası CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarında qeyd edilir ki, hazırda qüvvədə olan CM-in 16-cı maddəsində xüsusi təkrarlığın iki müstəqil növündən biri olan CM-nin eyni tərkib əlamətlərinə malik olan cinayətlərin təkrar törədilməsi eyni cinayətlər hesab olunur (16.1) (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Həmin Məcəllənin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər ümumi məqsədə yönələn vahid niyyətlə, törətdiyi hər bir ayrı cinayət əməli digərləri ilə faktiki əlaqədə deyil, vahid niyyət və ümumi məqsədlə birləşmir. Belə ki, cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs niyyəti müxtəlif vaxtlarda, müxtəlif işlərin görülməsi adı ilə ona etibar edən şəxslərin pul vəsaitlərini ələ keçirmək olmuş, həmçinin hər bir zərərçəkmiş şəxsə qarşı biri digəri ilə əlaqəli olmayan surətdə həyata keçirmiş, ayrı-ayrılıqda törətdiyi dələduzluq əməlləri ümumi məqsədə xidmət etməmiş, hər bir epizod üzrə, hər bir zərərçəkmiş şəxsə münasibətdə yekun məqsədi müstəqil olmuş – hər hansı bir zərərçəkmiş şəxslərlə ayrıayrılıqda aralarında olan razılığa əsasən müxtəlif işlərin həll edilməsi məqsədilə müvafiq pul vəsaitlərinin sahibliyinə keçirdiyi və həmin pul vəsaitlərinə dair istədiyi kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı anda artıq öz məqsədinə çatmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə qarşı törətdiyi dələduzluq əməlləri vahid niyyətlə törədilən dələduzluq yolu ilə davam edən talama cinayətləri deyil, xeyli miqdarda təkrar törədilən dələduzluq cinayətləri hesab edilməlidir. İbtidai istintaqı həyata keçirən orqanın “Sübutların qiymətləndirilməsi barədə” qərarında qeyd edilir: “...cinayət işi üzrə toplanmış sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə və səs yazısına baxış keçirilməsi barədə protokollar və cinayət işi üzrə toplanmış digər sübutlarla Təqsirləndirilən şəxs əvvəlcədən niyyətinin aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxslərin əmlakını vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq edərək Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi təsdiq edilmişdir...” “Sübutların qiymətləndirilməsi barədə” qərarda qeyd edilənlərin əksinə Təqsirləndirilən şəxs əvvəlcədən niyyətinin aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxslərin əmlakını vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Bundan başqa ibtidai istintaq orqanının “Sübutların qiymətləndirilməsi barədə” qərarında Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə dələduzluq əməllərini cinayətlərin təkrarlığı ilə deyil, məhz vahid niyyətlə törətməsi və sonuncunun əməlinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə tövsifinə dair əsaslı hallar göstərilməmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə vurduğu zərərin ümumi məbləğinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək müxtəlif işlərin yerinə yetirilməsi məqsədilə müxtəlif vaxtlarda sonunculardan pullar almaması barədə ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun aldatma və etibardan-sui istifadə etmə yolu ilə zərərçəkmiş şəxslərin əmlakına xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etməsini sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə iclasında baxış keçirilmiş CD diskdə olan səs yazılarından da müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında gedən danışığı özündə əks etdirən səs yazısının məzmununda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 torpaq sahəsinin sənədlərinin düzəldilməsi üçün 34.500, işə düzəltmə məsələsi üçün isə 20.000 manat məbləğində pul vəsaiti aldığını etiraf etmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM-in) 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası CPM-in 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş və dinlənilmiş CD diskdə olan səs yazısı, ekspert rəyi, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və digər iş materiallarını tədqiq edib Azərbaycan Respublikasının CPM-in 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməli və ona həmin maddələr ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri qəsdən törətmişdir, həmin əməllər başa çatmış cinayətlərdir, təsnifata görə az ağır cinayətlərdir. Azərbaycan Respublikasının CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlkəri törətməkdə təqsirlidir, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət işinin birinci epizodu üzrə Təqsirləndirilən şəxs qarşı cinayət təqibini istisna edən hal mövcuddur. Belə ki, Azərbaycan Respublikasının CM-in 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarına əsasən, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətininayrı-ayrılıqda hesablanmasını istisna etmir. Qərardakı hüquqi mövqedən aydın olur ki, hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikasının CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulmuşdur. Cinayət işinin hallarından görünür ki, Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin birinci epizodu Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 qarşı 2015-ci ilin fevral-mart aylarında törədilmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, cinayət işinin başlanmasına əsas Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən maddi ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsidir. Bu əsasla, birinci epizod üzrə xx.xx.2016-cı ildə cinayət işi başlanmışdır. İşin faktiki hallarından müəyyən edilir ki, dələduzluq cinayətinin birinci epizodu üzrə 7 (yeddi) illik cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən bəraəthökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətlərikeçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, məhkum edilmiş şəxs dələduzluq cinayətinin birinci epizodunu törətməkdə özünü təqsirli bilmədiyi üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsinə baxmayaraq həmin epizoda aid hissədə cinayət işi üzrə icraata xitam verilə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə verilmiş ittihamın birinci epizodu üzrə təqsirli bilinməli və cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olduğundan, həmin Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən, törədildiyi gündən yeddi ildən artıq müddətin keçməsi ilə əlaqədar həmin epizod üzrə Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən sonuncuya cəza təyin edilməməlidir. Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən bu Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xeyli miqdarda və təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam həcmdə ödənilməsini, sonuncularla barışmasını, onların sonuncuya qarşı şikayət və tələblərinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici hallları, yəni Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam həcmdə ödənilməsini, sonuncularla barışmasını, onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunması və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən xx.xx.2016-cı ildən xx.xx.2016cı ilədək, yəni 01 (bir) gün şübhəli şəxs qismində saxlanıldığı, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək, yəni 30 (otuz) gün ev dustaqlığında saxlanıldığı və xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək 09 (doqquz) ay 14 (on dörd) gün həbsdə saxlanıldığı ümumilikdə 10 (on) ay 15 (on beş) gün müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına hesablanmalı və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası tam əhatə edildiyindən cəzası çəkilmiş hesab olunmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarına saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 112 (bir yüz on iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittihamın aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 qohumunun işlə təmin edilməsinə dair yalan vəd verib aldadaraq 2015ci ilin fevral – mart aylarında sonuncuya məxsus xeyli miqdarda 15.000 manat pulu ələ keçirməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar təqsirli bilinərək ona cəza təyinolunmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, yəni 01 (bir) gün müddət şübhəli şəxs qismində saxlanıldığı, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 30 (otuz) gün ev dustaqlığında saxlanıldığı və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 09 (doqquz) ay 14 (on dörd) gün həbsdə saxlanıldığı müddət ümumilikdə 10 (on) ay 15 (on beş) gün müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına hesablansın və təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası tam əhatə edildiyindən cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 112 (bir yüz on iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti və ya şikayəti şikayəti verilə bilər. Hökm, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-399/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-399/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver