Məhkəmə qərarları › İş №1(101)-400/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-400/2020

25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-400/2020 25.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu vә QəniyevFaiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi HüseynovaDürdanəMahirqızının, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru AzadəliyevSeyhunCəbrayıl oğlunun, Müdafiəçi –Fərdiqaydadafəaliyyətgöstərən vəkil HacıyevNamiqSərkar oğlunun ZərərçəkmişşəxsinhuquqivarisiQədirovMəftun Əlihüseyn oğlunun Zərərçəkmişşəxsinhuquqivarisininnümayəndəsi Bakışəhəri 14 saylı VəkilBürosununvəkili Nümayəndə1srafil oğlunun iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Xaçmaz rayonu, Mirzəmməd kəndində anadanolmuş, AzərbaycanRespublikasıvətəndaşı, ortatəhsilli, evli, məhkumluğu olmayan, “xxxxxxxx” MMC-də ticarət nümayəndəsi vəzifəsində işləmiş, Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində qeydiyyatdaolmaqlahazırdaAzərbaycanRespublikasıƏdliyyəNazirliyinin PenitensiarXidmətinin 3 saylıistintaqtəcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2015-ci il tarixdə ailə həyatı qurduğu Şahid2 ilə evlilik dövründə aralarında ailə-məişət zəminində yaranmış münaqişələr səbəbindən xx xxxxxxx 2017-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin qətnaməsi ilə nikahlarının pozulmasında qayınatası Zərərçəkmiş şəxs günahkar bilərək bu zəmində aralarında qərəzli münasibətlər yaranmış, xx xxxxxxx 2019-cu il tarixdə, saat 07:59-da əvvəllər tanımadığı Şahid6 ona mobil telefon vasitəsi ilə zəng edərək keçmiş arvadı Şahid2 barəsində söhbət açıb onunla görüşmək istədiyini bildirməsi səbəbindən sonuncu ilə həmin gün Xaçmaz şəhəri, 6 saylı orta məktəbin yaxınlığında görüşmüş, Şahid6 Şahid2 ilə evlənmək istədiyini ona bildirərək bu məsələdə onun razılığını almağa çalışmasını pis qəbul edərək sonuncuya bu məsələyə onu qatmamasını bildirib söhbətə son qoyaraq iş yerinə qayıtmış, bir qədər əvvəl baş verənləri özünə təhqir kimi qəbul edib ləyaqətinin alçaldıldığını düşünərək ailəsinin dağılmasında günahkar bildiyi Zərərçəkmiş şəxs qisas almaq və onu öldürmək qərarına gəlmiş, bu məqsədlə həmin gün Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində yerləşən “Gümrü” mağazasından aldığı soyuq silah hesab edilməyən mətbəx bıçağını özü ilə götürüb etibarnamə ilə idarə etdiyi “VAZ 21053” markalı, Rusiya Federasiyasına məxsus “K 612 UM 05” dövlət qeydiyyat nişanlı avtomobil ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 11:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Qımıl-qışlaq kəndindəki fərdi yaşayış evinin qarşısına gedərək darvazanın zəngini basmaqla sonuncunu çölə çağırmış, Zərərçəkmiş şəxs evin çöl darvazasının qarşısına çıxdıqda sonuncuya ailə həyatının dağılmasında günahkar olduğunu və qızı Şahid2 sahib çıxmadığını irad bildirməklə, Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə özündə olan mətbəx bıçağı ilə qəsdən ardıcıl zərbələr endirib sonuncunun ölümünə səbəb olan sol kürək nahiyəsində 01 ədəd, sağ kürək nahiyəsində 01 ədəd olmaqla ağ ciyər paylarını zədələyən, qarınüstü nahiyədə 01 ədəd yuxarı müsariqə arteriya və venalarını zədələyən döş və qarın boşluqlarına nüfuz edən həyat və sağlamlıq üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid deşici-kəsici xəsarətlər, həmçinin onurğanın döş şöbəsinin aşağı hissəsində 01 ədəd, döş qəfəsinin sol tərəfində orta qoltuq xətti üzrə İX-X qabırğalar səviyyəsində 01 ədəd, sol bazunun aşağı üçdə birinin içəri tərəfində 01 ədəd, sol dirsək oynağının bayır tərəfində 01 ədəd, sol saidin yuxarı üçdə birinin arxa tərəfində 01 ədəd, sol saidin orta üçdə birinin ön tərəfində 01 ədəd sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər olmaqla, cəmi 09 ədəd xəsarət yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilənşəxs Təqsirləndirilən şəxsonaelanolunmuş ittihamdaözünü tam təqsirli bilərək məhkəmədəkiifadəsindəgöstərmişdirki, Zərərçəkmiş şəxs onun keçmiş qayınatası olmuşdur. Belə ki, 2015-ci ildə Xaçmaz rayonu, Qımıl-Qışlaq kənd sakini Şahid2 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2006-cı il təvəllüdlü qızı Zəhra Qurbanova anadan olmuşdur. Həmin evlilik dövrü qayınatası Zərərçəkmiş şəxs onun ailə daxili münasibətlərinə çox müdaxilə etdiyi üçün ailədə söz-söhbət yaranmış, Əlihüseyn öz qızını və nəvəsini alıb öz evlərinə aparan zaman həmin vaxt Əlihüseynə demiş ki, qızına sahib çıxa biləcəksə aparsın öz yanına, sahib çıxa bilməyəcəksə onda nahaq yerə ailəsini dağıtmasın. Əlihüseyn isə qızına sahib olacağını deyərək onu arxayın salıb qızını ondan ayıraraq öz evinə aparmış. nəticədə isə onun ucbatından 2017-ci ildə Gülyanədən boşanmış, uşaq da anasında qalmış, ailəsinin dağılmasında Zərərçəkmiş şəxs günahkar bilmiş, bu səbəbdən aralarında ədavət yaranmışdır. Məhkəmə qərarı ilə ona 137 manat aliment kəsilmiş, imkanı olduqca aliment borcunu ödəmişdir. xx.xx.2018-ci il tarixdə Xaçmaz rayonu, Qımıl- Qışlaq kənd sakini X1 ilə ailə həyatı qurmuş, ikinci ailəsindən iki övladı var. İkinci evliliyi dövründə heç kəslə problemi və ədavəti olmamış, keçmiş arvadı və onun ailə üzvləri ilə tamam əlaqəni kəsmiş, yalnız rəsmi qaydada aliment ödəmişdir, nə özü onlarla ünsiyyətə girmiş, nə də ki onlar onunla danışmamışlar. xx.xx.2019-cu il tarixdə, saat 07:30-da evdən çıxıb etibarnamə ilə idarə etdiyi “VAZ 2105” markalı, Rusiya Federasiyasına məxsus “612 KYM 05” dövlət qeydiyyat nişanlı, yaşıl rəngli avtomobil ilə işə yola düşmüş, yolüstü “Yaşıl” marketin qarşısında iş yoldaşı Gülməmmədi götürmüş, yolda Gülməmməd ona “İnstagram” sosial şəbəkəsində tanımadığı bir şəxsin onu axtardığını, mobil telefon nömrəsini istədiyini demişdir. Gülməmmədə onun telefon nömrəsini verməsini bildirmiş, eyni zamanda da özü həmin şəxsin mobil telefon nömrəsini almışdır. Hadisədən sonra həmin şəxsin adının Samir olduğunu bilmişdir. Həmin nömrə “(070) 741-72-70” mobil telefon nömrəsi olmuşdur. İstifadəsində olan “(077) 552-55-12” mobil telefon nömrəsi ilə həmin nömrəyə zəng etmiş, telefona cavab verən Samir adlı şəxsə özünü təqdim edərək onu nə üçün axtardığını soruşmuş, Samir onunla görüşüb söhbət etmək istədiyini demiş, nə barədə görüşmək istədiyini soruşduqda, Samir ona keçmiş arvadı Gülyanə barəsində söhbət etmək istədiyini bildirmiş və axşam radələrində onu görüşə çağırmış, onunla razılaşaraq yoluna davam etmişdir. Yolda digər iş yoldaşları Azər və Anarı da götürüb bir yerdə işlədikləri Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində yerləşən ofisə getmişlər. İşdə olarkən, saat 08:10-da Samir ona yenidən zəng edərək hazırda onunla görüşmək istədiyini bildirmiş, Samirdən harada olduğunu soruşub görüşməyə razılıq vermiş, Samir isə Xaçmaz şəhəri 6 saylı orta məktəbin həyətində fəhlə işlədiyini deyib ora gəlməsini istəmişdir. İdarə etdiyi avtomobil ilə həmin məktəbə tərəf getmək üçün yola düşmüş, Xaçmaz rayonu, Qaraqurtlu kənd yolunun üstündə olan “Gümür” mağazasından 1.70 manata ümumi uzunluğu təxminən 25 sm olan, dəstəyi qəhvəyi rəngli, dəstəyinin üzərində 3 ədəd düyməsi olan bir ədəd mətbəx bıçağını alıb avtomobilimin “bardaçok” bölməsinə qoymuşdur. Bıçağı almaqda məqsədi birdən tanımadığı şəxslərin hücumuna məruz qaldığı halda özünü qorumaq olmuşdur. Avtomobil ilə 6 saylı məktəbin qarşısına gəlmiş, Samir onu orada gözləmişdir. Avtomobildən düşüb Samirə yaxınlaşmış, Samirin yanında tanımadığı bir başqa idmançı görünüşlü cavan oğlan olmuşdur. İdmançı görünüşlü şəxsə onlardan uzaqlaşmasını deyib Samiri öz avtomaşınına dəvət etmiş ki, avtomaşında oturub söhbət etsinlər. Onların hər ikisini birinci dəfə görmüş, əvvəllər onları tanımamış, adlarını da bilməmişdir. Avtomobilə əyləşdikdən sonra Samir onun keçmiş arvadı Gülyanə barəsində danışaraq onunla tanış olduğunu, ailə qurmaq fikrində olduğunu deyib ondan raılıq almağa çalışmış, Samirə onu bu söhbətə qatmaqla səhv etdiyini, onu bu işə qarışdırmamağı demişdir. Həmin vaxtı bu söhbət ona pis təsir etdiyindən əsəbiləşmiş, Samir onu əsəbi halda olduğunu görüb “aman qardaş, deyəsən əsəbləşmisən, mən də yetim uşağam, məni də düz başa düş” dedikdən sonra ona yazığı gəlmiş, çünki özü də anasız böyümüş, yetimçiliyin nə olduğunu yaxşı bilmiş, bu səbəbdən aralarındakı söhbətə son qoyub Samirə avtomobildən düşüb getməsini istəmişdir. Samir avtomaşından düşüb getmiş, özü isə məyus şəkildə işə qayıtmış, işi ilə əlaqədar bir iki dükana girmiş, lakin fikri ancaq keçmiş arvadı Gülyanədə olmuş, yəni keçmiş arvadına görə tanımadığı şəxslərin onu görüşə çağırmaları, onu narahat etmələri, onu lağa qoymaları çox pis təsir etmiş, bunu özünə təhqir kimi hesab edərək ləyaqətinin alçaldıldığını düşünmüşdür. Gülyanədən boşananda onun ailəsinə dönə-dönə tapşırmış ki, boşanmadan sonra onunla işləri olmasın, onlara görə ona söz gəlməsin. Keçmiş arvadı Gülyanənin tanımadığı şəxsi onun üstünə göndərməklə onu alçatmaq istədiyini düşünmüş, bu hərəkəti öz ləyaqətinə sığışdıra bilməmiş, düşünmüş ki, əgər bu gün bir tanımadığı şəxs onu bu cür söhbətə çağırıb onunla rahat şəkildə keçmiş arvadı, həm də uşağının anası olan Gülyanə haqqında bu cür danışırsa, deməli birazdan onu Xaçmaz rayonunda barmaqla göstərəcəklər, həmin şəxslərə şərait yaradan, belə söhbətlərə zəmin yaradan səbəbkar keçmiş arvadı Gülyanə və onun atası Əlihüseyn olmuşdur. Gülyanə öz şəxsi həyatına onu qatmamalıydı, ümumiyyətlə Gülyanənin tanış olduğu şəxslər onun adını çəkməməliydi, ancaq Gülyanə onu gülünc vəziyyətə salmışdır. Ümumiyyətlə Əlihüseyn vaxtında onun ailəsini dağıtmasaydı, boşanmış qızını mağazada işləməyə icazə verməsəydi, qızına sahib çıxsaydı bu söhbətlər olmazdır. Bu səbəbdən keçmiş qaynatası Əlihüseyni öldürmək qərarına gəlmişdir. Ona görə işdən çıxıb idarə etdiyi avtomobil ilə birbaşa Əlihüseynin yaşadığı Xaçmaz rayonu, Qımıl-qışlaq kəndindəki fərdi yaşayış evinə getmişdir. Bıçağı “bardaçok”dan çıxarıb gödəkçəsinin sağ cibinə qoyub avtomobildən çölə çıxmış, Əlihüseynin yaşadığı evin çöl darvazasının zəngini basmış, Əlihüseyn qapını açıb çölə çıxmış, sonuncuya qapını bağlamasını demiş, Əlihüseyn də qapını arxasınca bağlayıb ona yaxınlaşmışdır. Əlihüseyn ilə salamlaşdıqdan sonra qızı Gülyanənin kiminləsə münasibət saxladığından xəbəri olub-olmadığını ondan soruşmuş, Əlihüseyn isə nə baş verdiyini soruşduqda, sonuncuya “sənin qızına görə məni bu gün bir oğlan söhbətə çağırmışdır, sizə görə xeyir ola kimsə məni söhbətə çağırmalıdır, nəyə görə qızına sahib çıxmırsan” demişdir. Əlihüseyn isə onun sözlərini ciddiyə almayaraq onunla söhbət etmək istəməmiş, əli ilə ona getməyi işarə etmişdir. Əlihüseynin bu hərəkətlərindən daha da əsəbiləşərək ailəsinin dağılmasında, qızına sahib çıxmadığı üçün ləyaqətinin alçaldılmasında Əlihüseyni günahkar bilib qisas almaq məqsədi ilə sol əli onun yaxasından tutmuş, sağ əliylə isə cibindəki bıçağı götürüb qəsdən öldürmək məqsədi ilə bıçağın deşicikəsici hissəsi ilə birinci Əlihüseynin sol qabırğa nahiyəsindən vurmuş, daha sonra isə xatırlamadığı sayda və istiqamətdə onun müxtəlif bədən nahiyələrinə bir neçə dəfə bıçaq xəsarəti yetirmişdir. Sonuncu zərbədən sonra Əlihüseynin hərəkətsiz qaldığını, əzələlərinin boşaldığını hiss etmiş və onu buraxmış, həmin hadisə təxminən 10-15 saniyə ərzində baş vermişdir. Bundan sonra dərhal avtomobilinə əyləşib oradan uzaqlaşmaq istədikdə Əlihüseynin arvadı Əsmər səs-küyü eşidib çölə çıxmış, Əlihüseyn ona bıçaqlandığını demiş, Əsmər isə onun avtomobilini görüb əli ilə onun avtomaşınının qarşısını kəsmək istəmiş, o isə avtomobili kənardan sürüb hadisə yerindən uzaqlaşmış, sonra isə Xaçmaz rayon polis şöbəsinə gedərək törətdiyi cinayət hadisəsini könülü olaraq etiraf etmiş və cinayətin aləti olan bıçağı da orada təqdim etmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi öz etirafedici ifadəsindən başqa məhkəmə icasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri və məhkəmədə tədqiq edilmiş digər sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəməiclasındazərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsindəgöstərmişdirki, öldürülən şəxs Zərərçəkmiş şəxs onun atasıdır. Bacısı Gülyanə 2015-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan 2016-cı il təvəllüdlü qızı Zəhra Qurbanova anadan olmuşdur. Gülyanə evlilikdən sonra 1 il ərzində qaynatasının evində qalmış, sonra da əri ilə oradan çıxıb Bakı şəhərinə köçərək orada kirayə tutduqları evdə qalmışlar. Səfər evlilik dövründə özünü çox aqressiv aparmış, Gülyanəni incitmiş, evdəki əşyaları səbəbsiz yerə qırıb tökmüş, hətta ona əl qaldırmış, döymüşdür. Səfərin bu hərəkətlərindən xəbər tutduqdan sonra atası Əlihüseyn 2016-cı ilin oktyabr ayında Gülyanədən narahat qalıb onun yaşadığı Bakı şəhərindəki evinə gedərək onun vəziyyəti ilə maraqlanmış, həmin vaxtı Səfər Gülyanənin cehizi olan paltaryuyanı və televizoru satmışdır. X7 cehizi onlardan xəbərsiz satdığı üçün iradını bildirdikdən sonra aralarında mübahisə yaranmış, Səfər isə Əlihüseyni döymüşdür. Əlihüseyn özü Səfərin bu aqressiv hərəkətlərinin şahidi olduğu üçün Gülyanəni qorumaq məqsədi ilə onu özü ilə Xaçmaz rayonuna gətirmişdir. Bundan sonra Səfər ilə Gülyanə arasında münasibət təmiz pozulmuşdur, 2017-ci ilin yay ayında onlar məhkəmə qaydasında rəsmi boşanmışlar, boşanmadan sonra uşaq anasında qalmış, Səfər üçün isə ayda 137 manat aliment pulu kəsilmişdir. Boşanmadan sonra Səfər mütəmadi olaraq onlara gəlib öz uşağını evinə aparmış, sonra da geri qaytarmışdır. Səfər hər uşağı görməyə gəldikdə problem yaratmış, yəni səbəbsiz yerə sözlə mübahisə etmişdir. Əlihüseyn isə Səfərə uşağı görməyə icazə verməyərək ancaq məhkəmə qərarı ilə uşağı ona göstərəcəyini bildirmişdir. Bundan sonra Səfər uşağı görməyə gəlməmiş, əlaqəni təmiz kəsmişdir. Gülyanə ailəsinə maddi dəstək olmaq üçün 2019-cu ilin mart ayından Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Euro” marketdə kassir işinə düzəlmiş, hər gün atası ilə işə gedib-gəlmişdir. xx.xx.2019cu il tarixdə, saat 11 radələrində öz yaşadığı evdə olarkən əmisi oğlu Elvin Qədirov ona zəng edərək atası Əlihüseynin bıçaqlandığını və hazırda Xaçmaz rayon mərkəzi xəstəxanasında olduğunu demiş, lakin kim tərəfindən bıçaqlandığını deməmişdir. Dərhal xəstəxanaya getmiş, atasının meyiti meyitxanaya yerləşdirilmişdir. Orada polislərdən xəbər almış ki, atası Əlihüseyni keçmiş kürəkəni Təqsirləndirilən şəxs bıçaqla vurub öldürmüş, sonra da könüllü gedib polisə təslim olmuşdur. Həmin günü atası Əlihüseynin meyiti ekspertizadan keçirildikdən sonra ailə üzvlərinə təhvil verilmiş, növbəti gün onun meyitini Xaçmaz rayonu, Qımıl-qışlaq kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəməiclasındaşahidqismindədindirilmiş Şahid1 ifadəsindəgöstərmişdirki, öldürülən şəxs Zərərçəkmiş şəxs onun əridir. Qızı Gülyanə 2015-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan 2016-cı il təvəllüdlü qızı Zəhra Qurbanova anadan olmuşdur. Gülyanə evlilikdən sonra 1 il ərzində qaynatasının evində qalmış, sonra da əri ilə oradan çıxıb Bakı şəhərinə köçərək orada kirayə tutduqları evdə qalmışlar. Səfər evlilik dövründə özünü çox aqressiv aparmış, Gülyanəni incitmiş, evdəki əşyaları səbəbsiz yerə qırıb tökmüş, hətta ona əl qaldırmış, döymüşdür. Səfərin bu hərəkətlərindən xəbər tutduqdan sonra Əlihüseyn 2016-cı ilin oktyabr ayında Gülyanədən narahat qalıb onun yaşadığı Bakı şəhərindəki evinə gedərək onun vəziyyəti ilə maraqlanmış, həmin vaxtı Səfər Gülyanənin cehizi olan paltaryuyanı və televizoru satmışdır. Əlihüseyn Səfərə cehizi onlardan xəbərsiz satdığı üçün iradını bildirdikdən sonra aralarında mübahisə yaranmış, Səfər isə Əlihüseyni döymüşdür. Əlihüseyn özü Səfərin bu aqressiv hərəkətlərinin şahidi olduğu üçün Gülyanəni qorumaq məqsədi ilə onu özü ilə Xaçmaz rayonuna gətirmişdir. 2017-ci ilin yay ayında onlar məhkəmə qaydasında rəsmi boşanmışlar, boşanmadan sonra uşaq anasında qalmış, Səfər üçün isə ayda 137 manat aliment pulu kəsilmişdir. Boşanmadan sonra Səfər mütəmadi olaraq onlara gəlib öz uşağını evinə aparmış, sonra da geri qaytarmışdır. Səfər hər uşağı görməyə gəldikdə problem yaratmış, yəni səbəbsiz yerə sözlə mübahisə etmişdir. Əlihüseyn isə Səfərə uşağı görməyə icazə verməyərək ancaq məhkəmə qərarı ilə uşağı ona göstərəcəyini bildirmişdir. Bundan sonra Səfər daha uşağı görməyə gəlməmiş, əlaqəni təmiz kəsmişdir. Gülyanə ailəsinə maddi dəstək olmaq üçün 2019-cu ilin mart ayından Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Euro” marketdə kassir işinə düzəlmiş, hər gün atası ilə işə gedibgəlmişdir. xx.xx.2019-cu il tarixdə, saat 10:30 radələrində evin həyətində iş görən zaman Əlihüseyn də evin içərisində olmuş, bu vaxt Əlihüseyn evdən çölə çıxıb darvazaya tərəf getmiş, elə bilmiş ki, Əlihüseynin telefonuna zəng gəlmiş deyə o, danışmaq üçün çölə çıxmışdır. Əlihüseyn darvazadan küçəyə çıxmış və arxasınca darvazanın qapısını örtmüşdür. Həmin vaxtı 4 yaşlı nəvəsi Zəhra da onun yanında olmuş, düşünmüş ki, Əlihüseyn yəgin öz maşınından nəsə götürüb qayıdacaqdır. Ancaq təxminən 1 dəqiqə sonra Əlihüseyn adını çəkərək bərkdən “vay” deyərək bir neçə dəfə qışqırmışdır. Dərhal darvazadan çölə çıxıb görmüş ki, Əlihüseyn darvazanın qarşısında olan arxın yanında çöməlmiş vəziyyətdə oturub qarnını tutmuşdur. Əlihüseynə yaxınlaşıb nə baş verdiyini soruşduqda, o, ümüdsüz vəziyyətdə “məni vurdu” demiş, sonra da oturaq vəziyyətdə yerə uzanmışdır. Bu vaxt evin yaxınlığında dayanan yaşıl rəngli sovet maşınını görmüş, həmin maşının yanında Səfər dayanmışdır. Başa düşmüş ki, Əlihüseyni Səfər vurmuşdur. Səfər onu görən kimi avtomaşına əyləşmiş, əlləri ilə maşının qarşısını kəsib Əlihüseynə nə etdiyini soruşmuş, Səfər isə ona məhəl qoymayaraq avtomobili sürüb getmiş, avtomobilin altında qalmamaq üçün özü kənara çəkilmiş, Səfərin çıxıb getməsinə mane ola bilməmişdir. Bundan sonra Əlihüseynə yaxınlaşan zaman onun ağzından və burnundan qan gəldiyini, üstündəki köynəyin qana bulaşdığını görmüş, başa düşmüş ki, Səfər Əlihüseyni bıçaqlamışdır. Bundan sonra qonşuları köməyə çağırmış, birinci qonşusu Elnur çölə çıxmış, daha sonra digər qonşular oraya toplaşmışdır. Qonşuların köməyi ilə Əlihüseyni Elnurun avtomaşınına əyləşdirib təcili onu Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırmışlar. Lakin Əlihüseyn artıq avtomaşında ölmüşdür. Həmin günü Əlihüseynin meyiti ekspertizadan keçirildikdən sonra ailə üzvlərinə təhvil verilmiş, növbəti gün onun meyitini Xaçmaz rayonu, Qımıl-qışlaq kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəməiclasındaşahidqismindədindirilmiş Şahid2 ifadəsindəgöstərmişdirki, 2015-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan bir qız övladı olmuşdur. Evlilikdən sonra 1 il ərzində qaynatasının evində qalmış, sonra da Bakı şəhərinə köçərək orada kirayə tutduqları evdə qalmışlar. Səfər evlilik dövründə özünü çox aqressiv aparmış, onu incitmiş, evdəki əşyaları səbəbsiz yerə qırıb tökmüş, satmış, hətta onu döymüşdür, lakin onun barəsində heç vaxt polisə şikayət etməmiş, dözmüşdür. Səfər Bakı şəhərində istilik sistemləri satılan mağazada fəhlə işləmişdir. 2017-ci ilin iyul ayında Səfər əsəbi halda işdən evə gəlib kiminləsə telefonla danışıb həmin şəxslə mübahisə etmiş, sonra da əsəbiləşib bıçaqla öz qolunu kəsmişdir. Həmin vaxtı elə bilmiş ki, Səfər telefonda atası Əlihüseyn ilə danışmışdır. Gizlincə qonşunun telefonundan atasına zəng edərək onunla hal-əhval tutmuş, Əlihüseyn isə onun narahatçılıq hissi keçirdiyini görüb növbəti gün onların qaldıqları evə qonaq gəlmiş, həmin vaxtı Səfər atası Əlihüseynə nə üçün onun evinə gəldiyini deyərək onu evdən qoylamaq istədikdə aralarında mübahisə yaranmışdır, Səfər isə atası Əlihüseyni onun gözünün qarşısında yumruqla döyərək onu qapıdan çölə qovmuşdur. Səfərin onun atasına qarşı etdiyi bu hərəkəti bağışlamamış, çünki Səfər onun atasına əl qaldırmaqla böyük səhv etmiş, aradakı bütün münasibətlərə son qoymuşdur. Bundan sonra uşağı da götürüb atası Əlihüseyn ilə birlikdə Xaçmaz rayonuna gəlmişdir. Əlihüseynin döyülməsi ilə bağlı Səfərdən polisə şikayət etməmişlər, arada düşmənçilik yaranmasın deyə bu söhbəti şişirtməmişlər. 2017-ci ilin yay ayında onlar məhkəmə qaydasında rəsmi boşanmış, boşanmadan sonra uşaq onda qalmış, Səfər üçün isə ayda 137 manat aliment pulu kəsilmişdir. Boşanmadan sonra Səfər mütəmadi olaraq öz uşağını gəlib öz evinə aparmış, sonra da geri gətirmişdir. Səfər hər uşağı görməyə gələndə problem yaratmış, yəni sözlə mübahisə etmişdir. Onlar isə Səfərə uşağı görməyə icazə verməyərək ancaq məhkəmə qərarı ilə uşağı göstərəcəklərini Səfərə demişlər. Bundan sonra Səfər daha uşağı görməyə gəlməmiş, onlar ilə əlaqəni təmiz kəsmişdir. Ailəsinə maddi dəstək olmaq üçün 2019-cu ilin mart ayında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Euro 2” ərzaq mağazasında kassir işinə düzəlmiş, hər gün atası ilə işə gedib-gəlmişdir. xx.xx.2019-cu il tarixdə, saat 12 radələrində işdə olan zaman əmisi oğlu Ruslan və bibisi oğlu Orxan iş yerinə gələrək atası Əlihüseynin vəziyyətinin pisləşdiyini deyib onu evə aparmışlar. Bir neçə saatdan sonra bibisi gil ağlayaraq evin həyətinə daxil olmuş, bundan sonra xəbər almış ki, Səfər həmin gün evlərinə gələrək atası Əlihüseyni çölə çağırmış, sonra da bıçaqla onu vurub öldürmüşdür. Hadisədən bir ay əvvəl iş yerində Şahid6 ilə tanış olmuş, həmin şəxs ona yaxınlaşaraq ondan xoşu gəldiyini, onunla ailə qurmaq istədiyini bildirmiş, həmin adama şans verərək onunla tanış olmuş, sonradan aralarında mobil telefon vasitəsi ilə danışmışlar, lakin görüşməmişlər. Samirin onunla danışdığı mobil telefon nömrəsini sildiyim üçün nömrəsi yadında qalmamışdır. Samir ondan keçmiş əri barəsində soruşduqda, keçmiş ailəsi haqqında danışmaq istəmədiyini bildirmiş, Samir özü kənardan onun keçmiş əri Səfər barəsində məlumat almışdır. Hadisə baş verdikdən sonra Samirin Səfərlə görüşməsi barədə xəbər almış, bunu dəqiqləşdirmək üçün ona zəng edib nəyə görə Səfərlə görüşdüyünü soruşmuş, Samir isə ona Səfərlə görüşdüyünü, ancaq Səfərə artıq-əskik söz demədiyini, atasının ölümündə onun günahı olmadığını demişdir. Samiri acılayaraq telefonu qapatmış, daha sonra onunla əlaqəni kəsmişdir. Məhkəməiclasındaşahidqismindədindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, öldürələn şəxs Zərərçəkmiş şəxs onun hasar qonşusu olmuş, evləri yan-yana yerləşmişdir. Zərərçəkmiş şəxs xasiyyətcə yaxşı insan olmuş, onun heç bir pisliyini görməmiş, Əlihüseynin ailəsi həmin məhləyə hadisədən əvvəl bir neçə ay öncə yeni köçmüş, Əlihüseyn və ailəsi qonşularla yaxşı münasibətdə olmuş, heç kəslə ədavətləri olmamışdır. Hadisəni törətmiş Təqsirləndirilən şəxs bir həmkəndli kimi qiyabi olaraq tanımış, onun barəsində heç bir pis əməl eşitməmiş, görməmişdir. Bildiyi qədəriylə Səfər əvvəllər Əlihüseynin qızı Gülyanə ilə evli olmuş, lakin sonradan boşanmışlar. xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində həkimdən çıxıb yaşadığı evə gəlmiş, həmin vaxtı yaşadığı küçədə yad maşın və ya şəxs görməmiş, ümumiyyətlə küçədə heç kəs olmamışdır. Evə daxil olub paltarlarını dəyişmiş, yuyunmuş, təxminən 15 dəqiqə sonra küçədən qadın qışqırıq səsləri eşitmiş, dərhal yaşadığı evin qarşısındakı küçəyə çıxdıqda Əlihüseynin arvadı Əsmərin qışqıraraq “vay öldü” deyib əllərini dizlərinə döydüyünü görmüş, həmin vaxtı səs-küyə başqa qonşularda çıxmış, bu vaxtı Əsmər gilin evinin hasarının qarşısından keçən su arxına baxdıqda arxın kənarında çömələrək oturmuş vəziyyətdə olan Əlihüseyni görmüş, ona yaxınlaşdıqda Əsmər ondan Əlihüseynə kömək etməsini, onu təcili xəstəxanaya çatdırmasını xahiş etmişdir. Əlihüseyn həmin vaxtı özündə olmamış, rəngi ağarmış, üst-başı qan içində olmuşdur. Həmin vaxtı nə baş verdiyini bilməmiş, Əsmər qışıqraraq “adı qalmış onu vurdu” kimi sözlər demiş, bu sözlərdən başa düşmüş ki, kimsə Əlihüseynə xəsarət yetirmiş, lakin Əlihüseynin vəziyyəti ağır olduğundan orada baş verənləri araşdırmaq üçün vaxt olmamış, heçnə soruşmadan evinin qarşısında dayanan özünə məxsus “VAZ 2104” markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobili Əlihüseynin olduğu yerə yaxın sürmüş, qonşuların köməkliyi ilə Əlihüseyni maşının arxa oturacağına uzadıb dərhal onu Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmış, həkimlər Əlihüseynə baxan kimi onun artıq öldüyünü bildirmiş, bundan sonra onun meyiti meyitxanaya yerləşdirilmişdir. Bundan sonra Əlihüseynin qohumları meyitxananın ətrafına toplaşmış, orada ona məlum olmuş ki, Əlihüseyni keçmiş kürəkəni Təqsirləndirilən şəxs bıçaqlamış, lakin bu hadisə barəsində başqa məlumatı yoxdur, hadisənin hansı səbəbdən baş verməsini bilmir. Məhkəməiclasındaşahidqismindədindirilmiş Şahid3 ifadəsindəgöstərmişdirki, “xxxxxxxx” MMC-də satış təmsilçisi işləyir. Təqsirləndirilən şəxs onun iş yoldaşı olmuşdur. xx.xx.2019-cu il tarixdə, saat 19:30-da “İnstagram” sosil şəbəkəsi üzrə tanımadığı bir şəxs ona mesaj yazaraq iş yoldaşı Səfərin mobil telefon nömrəsini istəmiş, ancaq özünü təqdim etməmiş, sadəcə tanış olmadıqlarını demişdir. Həmin adamı tanımadığı üçün Səfərin nömrəsini ona verməmişdir. Hadisədən sonra həmin şəxsin adının Samir olduğunu bilmiş. Növbəti gün Samir ona yenidən yazaraq öz mobil telefon nömrəsini Səfərə verməsini istəmişdir. Həmin telefon nömrəsini isə hadisədən sonra pozduğu üçün yadında qalmamışdır. xx.xx.2019-cu il tarixdə, saat 07:30-da işə getmək üçün evdən çıxmış, hər gün Təqsirləndirilən şəxs onu maşınla götürüb birlikdə işə getdikləri üçün, həmin gün adəti üzrə evdən çıxıb Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Yaşıl” marketin qarşısında dayanıb Səfəri gözləmişdir. Səfər də “VAZ 2105” markalı, Rusiya Federasiyasına məxsus “612 KYM 05” dövlət qeydiyyat nişanlı, yaşıl rəngli avtomobil ilə onu yolüstü götürmüş, maşında bir gün əvvəl tanımadığı şəxsin ona yazaraq Səfərin mobil telefon nömrəsini istədiyini demiş, lakin həmin şəxsi tanımadığı üçün ona telefon nömrəsini vermədiyini, sonra da həmin şəxsin öz telefon nömrəsini yazaraq Səfərin onunla əlaqə saxlamasını bildirmişdir. Səfər də həmin adamın telefon nömrəsini götürüb yanında ona zəng etmiş, həmin şəxslə telefonda nəsə danışmış, sonra da “mən indi işə gedirəm, telefon söhbəti deyil, mən səninlə sonra görüşəcəm” deyib telefonu qapatmışdır. Səfər ona həmin telefon danışığı haqqında bir söz deməmiş, şəxsi məsələ olduğunu başa düşüb bu barədə Səfərdən heçnə soruşmamışdır. Yolda Səfər digər iş yoldaşları Azər və Anarı da götürüb bir yerdə işlədikləri Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində yerləşən ofisə getmişlər. Bundan sonra hər kəs öz ərazisinə gedərək işə davam etmişlər, Səfərin ərazisi başqa olduğu üçün daha onunla rastlaşmamış, gün ərzində onun haraya getməsini, kiminlə görüşməsini bilməmişdir. Növbəti gün iş yoldaşları xəbərlər proqramında Səfərin öz keçmiş qaynatasını bıçaqlanması barədə xəbər almışlar, ona da bu hadisə barəsində xəbər vermişlər. Bundan başqa bu hadisə barəsində heç bir məlumatı yoxdur. Məhkəmədəşahidqismindədindirilmiş Şahid4 ifadəsindəgöstərmişdirki, Təqsirləndirilən şəxs onun oğludur. Təqsirləndirilən şəxs 2015-ci ildə Şahid2 ilə ailə həyatı qurmuş, həmin nikahdan bir qız övladı olmuşdur. Evlilik dövründə Səfərin qayınatası Zərərçəkmiş şəxs və qayınanası Şahid1 onun ailəsinə çox müdaxilə etmişlər, Səfər isə onların ailəsinə müdaxilə etməsinə imkan verməmişdir. Əlihüseyn xasiyyətcə deyingən, hər şeydən narazı və acı dil olmuş, dəfələrlə qızı Gülyanəni və Səfəri öz tərəfinə çəkmək istəmiş, yəni Gülyanənin və Səfərin onun sözləri ilə oturub-durmasını istəmişdir. Səfər xasiyyətcə mehriban və hörmətcil birisidir, lakin tərs cəhətləri də var, tutduğunu buraxmamış. Ona görə də Səfər ilə Əlihüseyn arasında söz-söhbtlər olmuş. 2017-ci ildə Səfər və Gülyanə Bakı şəhərində kirayədə yaşayan zaman Əlihüseyn onların evinə gedib söz-söhbət yaradaraq ailəyə nifaq salmış, sonra da Gülyanəni Səfərdən ayırıb öz evinə gətirmişdir. Səfər Gülyanədən ayrılmaq istəməmiş, Əlihüseyn isə zorla onları ayırmışdır. Özü bir neçə dəfə Əlihüseyn gilə gedib gəlini Gülyanəni ər evinə qaytarmaq istəmiş, lakin Əlihüseyn və onun arvadı Əsmər ona qulaq asmayaraq Gülyanəni öz evlərində saxlamışlar, özü isə gəlini Gülyanənin ər evinə qayıtması üçün bir gün vaxt qoymuş, Gülyanənin evinə qayıtmadığını görüb daha onun dalınca getməmişdir. Bundan sonra Gülyanə boşanmaq üçün məhkəməyə ərizə vermiş, məhkəmə qərarı ilə o, Səfərdən boşanmışdır, uşaq isə anasında qalmışdır, Səfər üçün aliment kəsilmişdir. Səfər boşanmasında qayınatası Əlihüseyni günahkar bilmiş, boşanmadan sonra Əlihüseyn uşağı Səfərə göstərməmiş, uşağı göstərmək üçün Səfərdən məhkəmə qərarı tələb etmişdir. Daha sonra Səfər bu söhbətlərdən cana gəlib daha onların evinə getməmiş, onlar ilə əlaqəni tamam kəsmiş, bir müddət sonra isə özü Rima Məmmədseyidova ilə ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan da Səfərin bir oğlan ölvadı olmuşdur. xx.xx.2019-cu il tarixdə, saat 13 radələrində bir tanışının evində təmir işləri görərkən ev sahibi gəlib ona Səfərin Əlihüseyn ilə dalaşdığını demişdir. Həmin vaxtı işdən çıxıb yaşadığı kəndə gəldikdə kənd camaatından xəbər almış ki, bir qədər əvvəl Səfər bıçaqla Əlihüseyni vurub öldürmüş, lakin hadisənin hansı səbədən baş verməsini bilməmişdir. Həmin günü Səfər şübhəli şəxs qismində tutulmuş, Səfər özü polis şöbəsinə gedib könüllü təslim olmuş, etibarnamə ilə idarə etdiyi “Vaz 2107” markalı, Rusiya Federasiyasına məxsus “K 612 UM 05” dövlət qeydiyyat nişanlı avtomobili də polis şöbəsinin avto dayanacağına yerləşdirilmişdir. Bir neçə gündən sonra həmin avtomobil ona təhvil verilmiş, özü isə avtomobili Rusiya Federasiyasına aparıb orada satmışdır. Məhkəməiclasında əlavə şahidqismindədindirilmiş Şahid6 ifadəsindəgöstərmişdirki, 9 yaşında olarkən valideynləri tərəfindən Bakı şəhərin, Suraxanı rayonu 2 saylı Uşaq evinə yerləşdirmişlər. 18 yaşına kimi həmin uşaq evində dövlət himayəsində yaşamış, sonra isə oradan çıxdıqdan sonra qalmağa evi olmadığından Xaçmaz şəhərində yaşayan atasının yanına gəlmişdir. xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 2019-cu ilin sentyabr ayının ortaları Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Euro 2” ərzaq mağazasında kassir işləyən Şahid2 ilə tanış olmuş, evlənmək niyyəti ilə onunla münasibət qurmuşdur. Gülyanə ilə ancaq telefonda danışmış və həmin mağazaya gedib-gələndə onu görmüş, lakin kənarda görüşməmişlər. Gülyanə ilə tanış olduqdan sonra, Gülyanə özü ona əvvəllər Təqsirləndirilən şəxsla evli olduğunu, həmin nikahdan bir qız övladının olduğunu və sonra da boşandığını bildirmişdir. Bunları qəbul edərək Gülyanə ilə evlənmək qərarına gəlmiş, lakin evlilikdən əvvəl Gülyanənin keçmiş əri Təqsirləndirilən şəxs da bu barədə fikrini öyrənmək və onun razılığını almaq istəmişdir. Çünki Səfəri tanımamış, Səfərin onun Gülyanə ilə evlənməsinə nə cür reaksiya verəcəyindən ehtiyyat etmiş və qərara gəlmiş ki, Səfəri tapıb bu barədə onun fikrini öyrənsin ki, sonradan problem yaranmasın. Xaçmaz şəhərində tanşlarından Səfər barədə soraqlaşmış və onun iş yoldaşının instaqram sosial şəbəkəsində səhifəsini tapmış, həmin şəxsi tanımamış, adını da bilməmiş, sadəcə onun Səfərin iş yoldaşı olduğunu bilmişdir. xx.xx.2019-cu il tarixdə həmin sosial şəbəkə vasitəsi ilə Səfərin iş yoldaşı olan Gülməmməd adlı şəxsə mesaj yazaraq Səfəri axtardığını demiş və ondan Səfərin mobil telefon nömrəsini yazmasını xahiş etmiş, üstəlik özünün istifadəsində olan (070) ***-**-** mobil telefon nömrəsini də ona yazaraq Səfərin onunla əlaqə saxlamasını xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə, səhər 8 radələrində “(077) 552-55-12” mobil telefon nömrəsindən Səfər ona zəng etmiş, telefonda Səfərə onun keçmiş arvadı Gülyanə barədə söhbət açaraq onunla evlənmək istədiyini, bu barədə Səfərlə görüşüb ətraflı söhbət etmək niyyətində olduğumu demiş, Səfər isə onun yerini soruşub onunla görüşməyə razılıq vermişdir. Səfərə hazırda işdə olduğunu, axşam radələrində görüşə biləcəyini ona demişdir. Həmin vaxtı Xaçmaz şəhəri, 6 saylı orta məktəbin təmirində fərdi olaraq fəhlə kimi işləmiş, işdə olan zaman təxminən 9 radələrində vaxt tapıb Səfərə zəng edərək onunla hazırda görüşə biləcəyini demiş, Səfər isə onun olduğu yeri öyrənib çox keçmədən yaşıl rəngli “VAZ 2105” markalı, rus nömrəli avtomobil ilə işlədiyi 6 saylı məktəbin qarşısına gəlmişdir. Həmin vaxtı yolun kənarında onu gözləmiş, Səfər maşından düşüb ona yaxınlaşmış, əl-ələ görüşüb söhbət etmək üçün onu öz maşınına dəvət etmiş, həmin vaxtı onunla bir yerdə işləyən adını bilmədiyi bir nəfər siqaret almaq üçün ona yaxınlaşmış, onlar ilə görüşüb yanlarında dayandıqda Səfər elə başa düşmüş ki, həmin adam onunla birlikdə görüşə gəlmiş, ancaq həmin adamın onun işinə heç bir aidiyyəti olmamış, o, sadəcə olaraq siqaret almaq üçün ona yaxınlaşmışdır, Səfər də həmin adama kənara çəkilməsini xahiş etmiş, bundan sonra həmin şəxs kənara çəkilərək öz işinə getmişdir. Bundan sonra Səfərin təklifi ilə onun avtomobilinin ön sağ oturacağına əyləşmiş, Səfər də sükan araxasında oturub söhbətə başlamışlar, özü Səfərə keçmiş arvadı Gülyanə ilə evlənmək istədiyini demiş, Səfər isə Gülyanənin bu məsələdə istəyinin olub-olmadığını soruşmuş, o, hər ikisinin də istəyi olduğunu Səfərə demiş, sonra isə Səfərin onu düz başa düşməsi üçün yetimçiliklə böyüdüyünü, onunda nə vaxtsa ailə həyatı qurmalı olduğunu, onu düzgün başa düşməsini bildirmişdir. Səfər ona “mən özüm də anasız böyümüşəm, birinci ailəm uğursuz alınıb, hər ikimizin taleyi düz gətirməyib, ancaq Gülyanədən mənim bir qızım var, onun saçından bir tük əskik gəlsə qabağına mən çıxacam” demişdir. Səfərə narahat olmamasını, Gülyanəyə və qızına doğmaları kimi qayğı göstərəcəyini bildirmiş, sonra isə Səfər onunla sağollaşıb maşından düşüb gedə biləcəyini demişdir. Maşından düşüb işinə qayıtmış, Səfər isə maşını sürüb oradan çıxıb getmişdir. Bundan sonra Səfərin hara getməsindən, kiminlə görüşməsindən xəbəri olmamışdır. Axşam radələrində Gülyanəyə zəng etmiş, onun əhvalını soruşan zaman, Gülyanə ağlayaraq Səfərin onun atasını vurub ödlürdüyünü demiş, sonra isə danışa bilməyərək telefonu söndürmüşdür. Nə baş verdiyini anlamamış, hirsindən istifadəsində olan mobil telefonu divara çırpıb sındırmış, nömrəni də sındırıb atmışdır. Növbəti gün başqa nömrə alaraq Gülyanəyə zəng etmiş, Gülyanə ondan nəyə görə Səfərlə görüşməyini soruşmuş, Gülyanəyə günahının olmadığını, sadəcə olaraq Səfərlə görüşüb ondan razılıq almaq istədiyini bildirmiş, Gülyanə isə onun nahaq yerə Səfərlə görüşdüyünü, buna görə onun atasının öldüyünü deyib telefonu söndürmüşdür. Bundan sonra Gülyanə ilə münasibəti pozulmuş, onunla daha əlaqə saxlamamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2019cu il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısıdır. Zərərçəkmiş şəxs məxsus evin çöl darvazasının qarşısında yerdə doğranmış xırda çay daşları vardır, bayır tərəfdən darvazaya baxdıqda darvazanın sağ qapısından 80 sm aralıda yerdəki çay daşının üzərində qanabənzər ləkə aşkar edilmişdir. Həmin çay daşından darvazanın sol tərəfindəki su arxına tərəf 1.7 metr aralıda bir ədəd şüşəsi sınmış vəziyyətdə olan optik eynək vardır, bayır tərəfdən darvazaya baxdıqda darvazanın sol tərəfindən keçən su arxının kənarlarında qanabənzər gölməçələr, üzərində qanabənzər ləkələr olan ağac yarpaqları aşkar edilmişdir, su arxının içərisində göy rəngli rezin çəkələyin sağ tayı vardır. Həmin qana bənzər gölməçədən tənziflə tədqiqat üçün nümunələr götürülmüşdür. Hadisə yerində aşkar edilmiş 01 ədəd göy rəngli rezin çəkələyin sağ tayı, 01 ədəd şüşəsi sınmış vəziyyətdə olan optik eynək, həmçinin üzərində qana bənzər ləkələr olan 03 ədəd çay daşı, 03 ədəd ağac yarpağı və qanabənzər gölməçədən tədqiqat üçün pambıqla götürülmüş 03 ədəd nümunə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən müvafiq qaydada qablaşdırılmaqla və möhürlənməklə götürülmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış meyitə xarici baxış keçirilməsi haqqında xx.xx.2019cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədən səthində - sol kürək nahiyədə 01 ədəd, sağ kürək nahiyədə 01 ədəd, yuxarı müsariqə arteriyası və venaların zədələnməsi ilə müşayiət olunan qarın üstü nahiyədə 01 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralar, onurğanın döş şöbəsinin aşağı hissəsində 01 ədəd, döş qəfəsinin sol tərəfində orta qoltuq xətti üzrə İX-X qabırğalar səviyyəsində 01 ədəd, sol bazunun aşağı 1/3-nin içəri tərəfində 01 ədəd, sol dirsək oynağının bayır tərəfində 01 ədəd, sol saidin yuxarı 1/3-nin arxa tərəfində 01 ədəd, sol saidin orta 1/3-nin ön tərəfində 01 ədəd deşici-kəsici xəsarətlər vardır. Meyitin bədən səthində yuxarıda qeyd olunmuş cəmi 09 ədəd xəsarətdən başqa digər hər-hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış baxış keçirilməsi haqqında xx.xx.2019-cu iltarixliprotokoldangörünürki, Təqsirləndirilən şəxs təqdim etdiyi və Xaçmaz RPŞ-nin xx.xx.2019-cu il tarixli, 160-21828-1219 saylı məktubuna əlavə edilmiş bıçağa baxış keçirilən zaman müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-dən göndərilmiş 01 ədəd bağlamanın içərisində ümumi uzunluğu 24.5 sm olan, dəstəyi açıq qəhvəyi rəngli taxta materialdan olmaqla uzunluğu 11.5 sm, tiyəsinin uzunluğu 13 sm olmaqla bir tərəfi kəsici, digər tərəfi nisbətən küt, uc hissəsi deşici xassəyə malik, dəstəyə bitişik hissədə eni 2.6 sm, mərkəz hissədə eni 2.1 sm olan mətbəx bıçağı vardır. Bıçağın dəstəyinin hər iki tərəfi 3 ədəd dairəvi dəmir düymə ilə bərkidilmiş, dəstəyin üzərində qara markerlə “1.7” rəqəmləri yazılmışdır. Bıçağın tiyəsinin hər iki tərəfində qanabənzər ləkələr müşahidə olunmuşdur. Həmin bıçaq müvafiq qaydada qablaşdırılmaqla və möhürlənməklə protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış baxış keçirilməsi haqqında xx.xx.2019-cu iltarixliprotokoldangörünürki, Təqsirləndirilən şəxs təqdim etdiyi və Xaçmaz RPŞ-nin xx.xx.2019-cu il tarixli, 160-21828-1219 saylı məktubuna əlavə edilmiş mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-dən göndərilmiş 01 ədəd bağlamanın içərisində 01 ədəd “ Samsung Galaxy J3 Pro” markalı qara rəngli mobil telefon (smartfon) vardır. Həmin telefona Təqsirləndirilən şəxs məxsus “(077) 552-55-12” nömrəli sim kart quraşdırılmışdır. Mobil telefonun gələn və gedən zənglər bölməsində hadisənin baş verdiyi gün, yəni xx.xx.2019-cu il tarixdə Şahid6 istifadəsində olan “(070) 741-72-70” mobil telefon nömrəsindən saat 07:59-da 1 gələn zəng, saat 08:09-da 1 gələn zəng, saat 08:30-da 1 gedən zəng, saat 08:35-də 1 gələn zəng qeydə alınmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış baxış keçirilməsi haqqında xx.xx.2020-ci iltarixliprotokoldangörünürki, “xxxxxxx” MMC-nin xx.xx.2019-cu iltarixli, AZF/LGL-29060/19 №liməktubunaəlavəedilmiş 01 ədəd «CD-R» formatlı elektron məlumat daşıyıcısına (diskə) baxış keçirilən zaman müəyyən edilmişdir ki, hadisənin baş verdiyi gün, yəni xx.xx.2019-cu tarixdə Təqsirləndirilən şəxs məxsus “(077) 552-55-12” mobil telefon nömrəsinə Şahid6 məxus “(070) 741-72-70” mobil telefon nömrəsindən saat 07:59-da 1 gələn zəng, saat 08:10-da 1 gələn zəng, saat 08:31-də 1 gələn zəng qeydə alınmışdır. xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs məxsus “(070) 721-92-05” mobil telefon nömrəsi üzrə saat 06:58 və 11:00-da “Xaçmaz rayonu, Qımılqışlaq kəndi” anten dairəsi əhatəsində telefon danışıqlarının aparılması qeydə alınmışdır. Həmçinin həmin tarixdə Təqsirləndirilən şəxs məxsus “(077) 552-55-12” mobil telefon nömrəsi üzrə saat 07:59-da “Xaçmaz rayonu, Qımılqışlaq kəndi”, saat 08:10-da Xaçmaz rayonu, Müşkür-6 qəsəbəsi”, saat 08:31-də “Xaçmaz şəhəri, M.F.Axundov küçəsi, ev 86”, saat 09:04 və 11:36-da “Quba rayonu, Zərdabi kəndi” anten dairələri əhatəsində telefon danışıqlarının aparılması qeydə alınmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış götürmə aparılması haqqında xx.xx.2019-cu iltarixliprotokoldangörünürki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs xəsarətlər yetirən zaman əynində olmuş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd göy rəngli sviter, 01 ədəd göy cins şalvar, 01 cüt qəhvəyi rəngli makasin ayaqqabı ondan götürülmüşdür. xx.xx.2018-ci il tarixdə əşyanın tanınmaya təqdim edilməsi zamanı ümumi uzunluğu 24.5 sm olan, dəstəyi açıq qəhvəyi rəngli taxta materialdan olmaqla uzunluğu 11.5 sm, tiyəsinin uzunluğu 13 sm olmaqla bir tərəfi kəsici, digər tərəfi nisbətən küt, uc hissəsi deşici xassəyə malik, dəstəyə bitişik hissədə eni 2.6 sm, mərkəz hissədə eni 2.1 sm olan mətbəx bıçağı 2 nömrə altında eyni növdən olan digər 2 ədəd bıçaqla birlikdə şahid qismində dindirilmiş X3 tanınmaya təqdim olunmuş, Elşən Bayramov təqdim edilən bıçaqları nəzərdən keçirib 2 nömrəli bıçağı göstərərək bildirmiş ki, həmin bıçaq onun sahibi olduğu Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən “Gümür” mağazasında satılır, satış qiyməti də 1.70 manatdır, həmin bıçağı məhz sapının üzərindəki 3 dəmir düymədən və üzərindəki əllə yazılmış 1.70 yazısından tanımışdır İş üzrə cinayətin aləti olan ümumi uzunluğu 24.5 sm, dəstəyi açıq qəhvəyi rəngli taxta materialdan olmaqla uzunluğu 11.5 sm, tiyəsinin uzunluğu 13 sm olmaqla bir tərəfi kəsici, digər tərəfi nisbətən küt, uc hissəsi deşici xassəyə malik, dəstəyə bitişik hissədə eni 2.6 sm, mərkəz hissədə eni 2.1 sm olan 01 ədəd mətbəx bıçağı; 01 ədəd göy rəngli rezin çəkələyin sağ tayı; şüşəsi sınmış vəziyyətdə olan 01 ədəd optik eynək; üzərində qana bənzər ləkələr olan 03 ədəd çay daşı; 03 ədəd ağac yarpağı; tədqiqat üçün pambıqla götürülmüş 03 ədəd qan nümunəsi; Zərərçəkmiş şəxs məxsus olmuş 01 ədəd qara xəttli boz rəngli yun sviter, 01 ədəd boz xəttli ağ rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd üzərində qara kəməri olan boz rəngli parça şalvar, 01 ədəd damalı ağ rəngli alt tumanı, 01 ədəd palıdı rəngli cib dəsmalı, 01 cüt qara rəngli corab; Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd göy rəngli sviter, 01 ədəd göy cins şalvar, 01 cüt qəhvəyi rəngli makasin ayaqqabı xx.xx.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu iltarixli, 45 saylırəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər – sol kürək nahiyəsində 01 ədəd, sağ kürək nahiyəsində 01 ədəd olmaqla ağ ciyər paylarını zədələyən, qarınüstü nahiyədə 01 ədəd yuxarı müsariqə, arteriya və venalarını zədələyən döş və qarın boşluqlarına nüfuz edən 03 ədəd deşilmiş-kəsilmiş yara, onurğanın döş şöbəsinin aşağı hissəsində 01 ədəd, döş qəfəsinin sol tərəfində orta qoltuq xətti üzrə İX-X qabırğalar səviyyəsində 01 ədəd, sol bazunun aşağı üçdə birinin içəri tərəfində 01 ədəd, sol dirsək oynağının bayır tərəfində 01 ədəd, sol saidin yuxarı üçdə birinin arxa tərəfində 01 ədəd, sol saidin orta üçdə birinin ön tərəfində 01 ədəd olmaqla cəmi 6 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaralar, kəsici-deşici alətin (ola bilər ekspertizaya təqdim edilmiş bıçağın) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2019-cu il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə döş və qarın boşluqlarına nüfuz edərək ağ ciyər paylarını və müsariqə arteriya və venalarıını zədələyən üç ədəd deşilmişkəsilmiş yara canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər isə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs xəsarət yetirilərkən döş və qarın nahiyələri xəsarət yetirmiş alətə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb döş və qarın boşluqlarına nüfuz etmiş kəsilmiş-deşilmiş yaraların sağ və sol ağ ciyər paylarının və yuxarı müsariqə arteriya və venalarıının zədələnməsi nəticəsində daxili və xarici qanitirmə olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış kompleks məhkəmə- daktilaskopik, trasoloji və ballistik ekspertizasının xx.xx.2019-cu iltarixli, 27345/27640/27641 saylırəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs məxsus paltarların (jaketin, köynəyin, maykanın) üzərində olan zədələr bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (jaketin, köynəyin, maykanın) üzərində olan zədələrin yerləşdiyi yerinə görə ön sahələrində olan zədələr öndən arxaya, arxa sahəsində olan zədələr arxadan önə doğru istiqamətlənməsi ehtimal olunur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-lifli materialların kriminalistik ekspertizasının xx.xx.2019-cu iltarixli, 27344 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus paltarlar üzərində kənar lif mikrohissəcikləri vardır. Zərərçəkmiş şəxs məxsus paltarların boz rəngli şalvarı üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus gödəkçənin üzərindən tapılmış açıq göy rəngli ankril liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus puloverin tərkib liflərinə uyğun gəlir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2019-cu iltarixli, 833/2019-MTBŞ saylırəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu B alfa (H)İİİ-dür. Təqsirləndirilən şəxs qan qrupu A(İİ)-dir. Ekspertizaya təqdim olunmuş 03 ədəd çubuqlu pambıq tampon, qurumuş yarpaq hissələri, eynək şüşəsi, 02 ədəd çınqıl daşı, sağ tay rezin başmaq, 01 ədəd mətbəx bıçağı, Təqsirləndirilən şəxs məxsus sol tay ayaqqabı, Zərərçəkmiş şəxs məxsus alt mayka, trusik, köynək, cib dəsmalı, şalvar, pulover və 01 cüt corab üzərində kişi genetik cinsinə mənsub periferik mənşəli insan qanı ləkələri aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “B” və “H” antigenləri alınmışdır. Bu qan ləkələri Balfa (H)İİİ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış kompleksambulatorməhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2019-cu iltarixli, 2699 saylırəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur, əqli inkişafında xəstəliklə əlaqədar olan və olmayan gerilik əlamətləri müəyyən edilməmişdir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunmuşdur. Hövsələsizlik, çılğınlıq, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə baş verən zaman psixi-emosional sferasında hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən psixopatik xasiyyət cizgiləri fonunda situasiya ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından, intellektual imkanlarından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, etdiyi hərəkətlərin mənasını və xarakterini anlamaq, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt (güclü ruhu həyəcan) vəziyyətində olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü üzrə qiymətəndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini Təqsirləndirilən şəxs əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakının, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir və onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Xaçmaz rayon polis şöbəsindən alınmış xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işininmateriallarındaolan Xaçmaz rayon polis şöbəsinin xx.xx.2019-cu iltarixli, 160-24988-1219 saylı cavab məktubunda göstərilmişdirki, Təqsirləndirilən şəxs xaraktercə mülayim insandır. Onun Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında xəsarətlə nəticələnən hər hansı münaqişəsi baş verməmişdir, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərək öldürülməsinin səbəbi keçmiş həyat yoldaşından qisas almaq istəyi olmuşdur. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs həyati xəsarətlər yetirilməsini bilavasitə görən və yaxud ona xəsarət yetirilməsində iştirak edən şəxslərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallarınınolması məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. QurbanovSəfərİlham oğlunun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 (doqquz) ildən 14 (on dörd) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxs QurbanovSəfərİlham oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, iş materiallarında olan “Şəxsin könüllü təqsirini boynuna alması və maddi sübutu təqdim etməsi barədə” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 11:50-də Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin növbətçi hissəsinə könüllü gələrək, xx.xx.2019-cu il tarixdə, saat 11:30 radələrində Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində keçmiş qayınatası Zərərçəkmiş şəxs bir neçə bıçaq xəsarətləri yetirdiyini bildirərək törətdiyi cinayət əməlini etiraf boynuna almış, cinayətin aləti olan 01 ədəd mətbəx bıçağını da könüllü təqdim etmişdir. QurbanovSəfər İlham oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə “xüsusilə ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə təqsirləndirilən şəxs QurbanovSəfər İlham oğlu xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla, cəza çəkmə müddətinin başlanğıcı könüllüolaraq XaçmazrayonPŞnə təslimolunduğugündən, yəni xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməməlidir. Cinayət işi üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış vəXaçmazrayonprokurorluğununmaddisübatlarısaxlamaotağındasaxlanılan, cinayətin aləti olan ümumi uzunluğu 24.5 sm, dəstəyi açıq qəhvəyi rəngli taxta materialdan olmaqla uzunluğu 11.5 sm, tiyəsinin uzunluğu 13 sm olmaqla bir tərəfi kəsici, digər tərəfi nisbətən küt, uc hissəsi deşici xassəyə malik, dəstəyə bitişik hissədə eni 2.6 sm, mərkəz hissədə eni 2.1 sm olan 01 ədəd mətbəx bıçağı; 01 ədəd göy rəngli rezin çəkələyin sağ tayı; şüşəsi sınmış vəziyyətdə olan 01 ədəd optik eynək; üzərində qana bənzər ləkələr olan 03 ədəd çay daşı; 03 ədəd ağac yarpağı; tədqiqat üçün pambıqla götürülmüş 03 ədəd qan nümunəsi; Zərərçəkmiş şəxs məxsus olmuş 01 ədəd qara xəttli boz rəngli yun sviter, 01 ədəd boz xəttli ağ rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd üzərində qara kəməri olan boz rəngli parça şalvar, 01 ədəd damalı ağ rəngli alt tumanı, 01 ədəd palıdı rəngli cib dəsmalı, 01 cüt qara rəngli corab; Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd göy rəngli sviter, 01 ədəd göy cins şalvar, 01 cüt qəhvəyi rəngli makasin ayaqqabı məhvedilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəfini təşkil edən ekspertizaxərcləri 298,46 manat məbləğində pul QurbanovSəfər İlham oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən, təqsirləndirilən şəxs QurbanovSəfər İlham oğluna xüsusi müsadirə tətbiq edilməsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 354, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxslham oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 10 (on) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. QurbanovSəfərİlham oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış vəXaçmazrayonprokurorluğununmaddisübatlarısaxlamaotağındasaxlanılan, cinayətin aləti olan ümumi uzunluğu 24.5 sm, dəstəyi açıq qəhvəyi rəngli taxta materialdan olmaqla uzunluğu 11.5 sm, tiyəsinin uzunluğu 13 sm olmaqla bir tərəfi kəsici, digər tərəfi nisbətən küt, uc hissəsi deşici xassəyə malik, dəstəyə bitişik hissədə eni 2.6 sm, mərkəz hissədə eni 2.1 sm olan 01 ədəd mətbəx bıçağı; 01 ədəd göy rəngli rezin çəkələyin sağ tayı; şüşəsi sınmış vəziyyətdə olan 01 ədəd optik eynək; üzərində qana bənzər ləkələr olan 03 ədəd çay daşı; 03 ədəd ağac yarpağı; tədqiqat üçün pambıqla götürülmüş 03 ədəd qan nümunəsi; Zərərçəkmiş şəxs məxsus olmuş 01 ədəd qara xəttli boz rəngli yun sviter, 01 ədəd boz xəttli ağ rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd üzərində qara kəməri olan boz rəngli parça şalvar, 01 ədəd damalı ağ rəngli alt tumanı, 01 ədəd palıdı rəngli cib dəsmalı, 01 cüt qara rəngli corab; Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd göy rəngli sviter, 01 ədəd göy cins şalvar, 01 cüt qəhvəyi rəngli makasin ayaqqabı məhvedilsin. Cinayət işi üzrə məhkəmə məsrəfini təşkil edən ekspertizaxərcləri 298,46 manat məbləğində pul QurbanovSəfər İlham oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan, (QurbanovSəfər İlham oğluna isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar