Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-400/2021 21.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3 Emil oğlunun, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 iştirakı ilə, xx xxx 1985-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, Quzanlı qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsi, 23 ünvanında yaşamış, 09 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 11 aprel 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxxxx 1976-cı ildə Bərdə rayonunun Qarayusifli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bərdə rayonu, Qarayusifli kəndində qeydiyyatda olmaqla yaşamış, 09 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 11 aprel 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan 0,323 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Ağdam rayonunun Quzanlı qəsəbəsinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 17 fevral 2020-ci il tarixdə saat 18-00 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində saxlanılaraq həmin Polis şöbəsinə gətirilmiş, orada qeyd edilən gün saat 18:40-da üzərində şəxsi axtarış keçirilərkən əyində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə 0,323 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, daşıma, saxlama və satma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən, Təqsirləndirilən şəxs1 məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 14,307 qram çəkidə narkotik vasitə heroini və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda - 76,4 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsində yerləşən 23 nömrəli evə qanunsuz daşımış, cinayətkar plana uyğun olaraq, həmin metamfetaminin külli miqdarda - 4,856 qramını 1 ədəd bükümdə qablaşdıraraq satış məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 vermiş, külli miqdarda - 8,224 qram psixotrop metamfetamini 8 ədəd ayrı-ayrı bükümdə qablaşdıraraq üzərində qalan 63,320 qram çəkidə psixotrop maddə metamfetamini 32 ədəd bükümdə, külli miqdarda - 14,307 qram çəkidə narkotik vasitə heroini 12 ədəd bükümdə qablaşdıraraq yaşadığı evdə yataq otağında olan dolabda qanunsuz gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 09 aprel 2020-ci il tarixdə saat 16:35-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq adı çəkilən Baş idarəyə gətirilmiş və orada həmin gün saat 17:40-da üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sağ yan cibindən 8 ədəd şəffaf selofan bükümdə satış məqsədi ilə əldə edib üzərində saxladığı külli miqdarda - 8,224 qram ümumi təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 09 aprel 2020-ci il tarixdə saat 18:30-da adı çəkilən Baş İdarənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 icazəsi və iştirakı ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsində yerləşən 23 nömrəli evə baxış keçirilərkən, yataq otağında olan dolabdan satış məqsədi ilə əldə edib gizlətməklə saxladığı 32 ədəd bükümdə külli miqdarda - 63,320 qram psixotrop maddə metamfetamin, 12 ədəd bükümdə külli miqdarda -14,307 qram narkotik vasitə heroin, həmçinin dolabın üzərindən səthində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 aprel 2020-ci il tarixdə saat 19:00-da Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanının qarşısında saxlanılıb həmin Baş idarəyə dəvət edilmiş, orada saat 19:30-da Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən, sonuncunun əyində olan cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümdə satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı külli miqdarda - 4,856 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 oğlu elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, saxlanıldığı gün o, evdən qardaşı Ceyhunun gödəkçəsini çiyninə atıb küçəyə çıxmış, bu zaman polis əməkdaşları ona yaxınlaşıb, narkotiklərin qanunsuz dövriyyəsinə görə şübhəli olduğunu bldirərək onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Həmin vaxt o, qardaşı Ceyhunun işinə kömək etmək məqsədi ilə əynindəki gödəkcənin cibindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Lakin sonradan istintaqa əsl həqiqəti danışaraq, həmin narkotik vasitənin ona məxsus olmadığın demişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 Baş idarədə üzərinə baxış keçiriləndə videoçəkiliş aparıldığını və daha sonra mənzildə də baxışın çəkilişlə aparıldığını, yaşadığı evdə də narkotik vasitə aşkar olunduğunu, qardaşı Ceyhunun cibindən narkotik vasitə tapıldığını görmədiyini, əyninə geyindiyi kurtka qardaşı Ceyhunun kurtkası olduğunu və oradan aşkar olunmuş narkotik vasitəni Ceyhunun həmin kurtkanın cibinə qoyduğunu, özünün həmin narkotik vasitələrdən xəbəri olmadığını, qardaşı Ceyhunun narkotik vasitələri internet vasitəsilə aldığını bildiyini, Ağdam rayon Polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən də aşkar olunmuş psixotrop maddəni qəbul etmədiyini, həmin maddənin özünə məxsus olmadığını, onun polis işçiləri tərəfindən cibinə qoyulduğunu, lakin bunu hansı polis əməkdaşının etdiyini bilmədiyini qeyd etdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə Təqsirləndirilən şəxs1 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi 11 aprel 2020-ci il tarixli ifadəsi elan və tədqiq olundu. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilən Təqsirləndirilən şəxs1 həmin ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşayır. Mütəmadi olmasa da, narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Son zamanlar maddi vəziyyəti pisləşdiyi üçün qardaşı Təqsirləndirilən şəxs2la birlikdə qərara gəlmişlər ki, narkotik vasitə və psixotrop maddə alqı-satqısı ilə məşğul olsunlar və bu məqsədlə maraqanıb “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə internet üzərindən hesablaşmaqla narkotik vasitə və psixotrop maddə əldə etməyin mümkün olduğunu öyrənmişlər. Təxminən 10 gün əvvəl «İnstagram» hesabından ona göndərilən kart nömrəsinə qardaşı ilə birlikdə ümumilikdə 1000 manat pul köçürmüş və həmin şəxs adını ona bildirməyərək mobil telefonuna mesaj yazaraq ona bildirmişdir ki, Bakı şəhəri Nizami rayonunda yerləşən “Heydər” parkının qarşısında zibil qutuları var, qoymuşam zibil qutusunun içərisinə, get oradan götür. O da, həmin şəxsin dediyi yerə gedərək, narkotik vasiələri və psixotrop maddələri oradan götürüb, yaşadığı evə gətirmişdir. 09 aprel 2020-ci il tarixdə o, satış məqsədi ilə psixotrop maddələrdən 8 ədəd büküm düzəldib üzərində saxlamışdır. Həmin gün saat təxminən 16:35 radələrində 2 nəfər mülki geyimdə olan şəxs yaşadığı evin yaxınlığında ona yaxınlaşaraq özlərini təqdim edib, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. O, öz anket məlumatlarını bildirmiş və bundan sonra polis əməkdaşları ona narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Baş idarəyə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuş, bundan sonra qardaşı Təqsirləndirilən şəxs2la onun qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə baxış keçirilməyə başlanmışdır. Ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa, könüllü olaraq təqdim etsin, o da, masaya yaxınlaşıb əynində olan boz rəngli, ağ-qırmızı zolaqlı idman stilli şalvarının sağ yan cibindən pul əskinaslarını, ağ-qırmızı zolaqlı idman stilli gödəkçəsinin sağ yan cibindən isə şəffaf selofanlara bükülmüş bükümləri masanın üzərinə qoymuşdur. Onun üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Sonra 39 manat pul əhəmiyyət kəsb etmədiyinə görə özünə qaytarılmışdır. Bundan sonra onun təqdim etdiyi bükümlərdə olan maddələrin nə olması soruşulmuş və o, şəffaf selofan bükümlərdə olan maddələrin “şüşə” adı ilə adlandırılan psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bükümlərin hər birinə baxış keçirilmiş və bükümlərin sayının 8 ədəd olmaqla içində psixotrop maddə olan metamfetamin olduğu məlum olmuşdur. O, qeyd olunan maddələri 10 gün əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə internet üzərindən hesablaşma yolu ilə bükümün hər birini 25 manatdan aldığını və ümumilikdə 8 bükümün 200 manat qiyməti olduğunu bildirmişdir. O, həmin bükümləri şəxsi istifadəsi və satış məqsədi ilə əldə etdiyini, lakin hazırda satmadığını demişdir. Onun təqdim etdiyi psixotrop maddələrdən əlavə qardaşı ilə birlikdə yaşadığı ünvan 3 ünvanında da psixotrop maddələr və narkotik vasitələr olduğunu, qardaşı Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu, evində saxladığı maddələri də təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş 8 ədəd şəffaf selofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və o, iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Onun yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmamasına dair ərizə alınmışdır. Birlikdə onun yaşadığı ünvan 3 ünvanına getmişlər. Evin həyətində eyni tərkibdə olan iştirakçılarla birlikdə videoçəkiliş davam etdirilmiş, ondan mənzilin açarının olub-olmadığı soruşulmuş və o, evin plastik qapısının açarı olmadığını, qapı örtülmüş vəziyyətdədirsə, evdə heç kimin olmadığını bildirmişdir. Ona qapını açmağını bildirilməklə mənzilə daxil olunması üçün ondan icazə istənilmiş, o, etiraz etmədikdən sonra birlikdə mənzilə daxil olmuşlar. O, iştirakçıları evin yataq otağına aparıb orada giriş qapısından sağ tərfdə olan ağ rəngli 4 rəfli dolabın yuxarı hissədən birinci rəfini açıb tünd boz rəngli papağın içindən şəffaf selofan bağlamanı çıxarıb yaxınılıqda olan çarpayının üzərinə qoymaqla təqdim etmişdir. Sonra həmin dolabın aşağı tərəfdən birinci rəfıni açıb oradan yenə şəffaf selofan bağlamanı çıxarıb çarpayının üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra təqdim etdiyi bağlamalara baxış keçirilməsinə başlanmışdır. Məlum olmuşdur ki, 1-ci bağlamanın içində ümumilikdə 25 ədəd, ikinci bağlamanın içində isə ümumilikdə 19 ədəd şəffaf selofan bükümlər vardır. İkinci bağlamaya baxış keçirilən zaman çarpayının üzərinə psixotrop maddə olan metamfetamindən bir qədər tökülmüş, həmin maddələr bağlamalardan birinin içinə yığılmaqla büküm şəklinə salınmışdır. Bu səbəbdən ikinci bağlamanın içindən aşkar olunan bağlamaların sayı 20 ədəd olmuşdur. Təqdim etdiyi bükümlərin sayı ümumilikdə 45 ədəd olmaqla ilk baxışdan onların içindəki maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğuna görə seçilmələri üçün bükümlər bir-birindən ayrılmışdır. Məlum olmuşdur ki, psixotrop maddə olan metamfetaminlərin olduğu bükümlərin sayı 33 ədəd, narkotik vasitə olan heroinin yığldığı bükümlərin sayı 12 ədəddir. Bundan sonra həmin bükümlər bir-bir açılmış və içindəki maddələrə baxış keçirilmiş və psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olduğu məlum olmuşdur. Ondan soruşulanda o, həmin maddələrin psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, həmin maddələri də “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə internet üzərindən hesablaşma yolu ilə satış məqsədi ilə aldığını və ümumilikdə bütün maddələrə 1000 manat pul ödədiyini bildirmişdir. Baxış zamanı yataq otağında olan dolabın üzərindən 1 ədəd “SCA-301” markalı elektron tərəzi və 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir ki, o, tərəzinin və telefonun onun özünə məxsus olduğunu bildirmişdir. Yaşadığı mənzildən aşkar olunmuş 33 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və 12 ədəd bükümdə narkotik vasitə olan heroin onun iştirakı ilə müvafiq qaydada 2 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və o, iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Sonra mənzildə keçirilən baxış və götürmə başa çatmış və videoçəkiliş dayandırılmışdır. Mənzilə baxış keçirilməsi yekunlaşdıqdan sonra saat 19:00 radələrində onun qardaşı Təqsirləndirilən şəxs2 evin qarşısına gəldikdə, polis əməkdaşları tərəfindən saxlanılmış, birlikdə Baş İdarəyə gəlməsi təklif olunmuş və qardaşı Ceyhun da onunla birlikdə polis əməkdaşları ilə Baş İdarəyə yollanmışlar (cild 1, iş vərəqi 120-122, cild 2, iş vərəqi 252-254). Həmçinin 19 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 aydır ki, bədənində ağrılar yaranmışdır. Bu səbəbdən də, narkotik vasitələrdən istifadə etmək qərarına gəlmiş və «instagram» sosial şəbəkəsində təsadüfən qarşısına xatırlamadığı və istifadəçisini tanımadığı səhifədə olan mesaja rast gəlmiş, həmin səhifəyə daxil olanda səhifənin boş olduğunu görmüş və sonradan həmin səhifənin onlayn narkotik vasitə satdığını öyrənmişdir. Həmin səhifəyə mesaj yazdıqda, narkotik vasitə satıldığını bilmişdir. Bundan sonra həmin səhifə ilə əlaqə saxlayıb, bir büküm metamfetamin qarşılığında 10 manat pulu onlayn həmin səhifədəki nömrələrə göndərmişdir. Bundan sonra bir neçə dəfə həmin psixotrop maddəni Bakı şəhərinin müxtəlif ünvanlarında tanımadığı şəxslərlə görüşüb onlardan götürmüşdür. 14.02.2020-ci il tarixdə isə saat təxminən 14 radələrində Ağdam rayonu, Quzanlı qəsəbəsində arvadının qohumu Mina adlı qadın rəhmətə getdiyi üçün Ağdam rayonuna gəlmək məqsədi ilə Bakı şəhər avtovağzalına getmiş, orada avtobusları gözləyən zaman yerdən gümüşü rəngli kağıza bükülü vəziyyətdə olan maddəni tapmış və bükümün içərisinə baxan zaman həmin maddənin metamfetamin olduğunu gördüyü üçün bükümü götürüb əynindəki qara gödəkçənin sağ yan cibinə qoymuş, daha sonra Ağdam rayonuna gəlmişdir. 17.02.2020-ci il tarixdə saat təxminən 18 radələrində Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən Ağdam MRX-nin qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb, ozlərini təqdim edərək narkotik vasitələri qanunsuz olaraq əldə etmədə və saxlamada şübhəli olduğunu bildirmişlər. O isə, polis əməkdaşlarına üzərində narkotik vasitə metamfetamin olduğunu bildirmiş və polis əməkdaşları onun üzərinə baxış keçirilməsi və axtarış aparılması məqsədi ilə rayon polis şöbəsinə dəvət etmişlər. Orada xidməti otaqların birində əvvəllər tanımadığı 2 nəfər hal şahidi və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı o, qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli bükümdə olan metamfetamini çıxarıb masanın üzərinə qoymuş və maddənin metamfetamin olduğunu, həmin maddəni ağrıları olduğu üçün istifadə etdiyini və Bakı şəhərində yerləşən avtovağzalın həyətində tapdığını bildirmişdir. Sonra həmin maddə tərəzidə çəkilmiş və çəkisi 0,56 qram müəyyən edilmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, polis əməkdaşı tərəfindən ucadan oxunmuş və doğruluğu özü və hal şahidləri tərəfindən imzalanmışdır (cild 2, iş vərəqi 53-55). Cinayət işinin ibtidai istintaqı zamanı 13 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilsə də, ifadəsində göstərmişdir ki, üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qardaşı Təqsirləndirilən şəxs2 məxsusdur və Təqsirləndirilən şəxs2 özü istifadə etməsindən ötrü yaşadığı mənzildə saxlamışdır (cild 2, iş vərəqi 252-254). İfadələri arasındakı ziddiyyətlərlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs1 dindirmə protokollarındakı imzaların ona məxsus olduğunu, həmin ifadələrdən yalnız sonuncu ifadəsini və məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini, əvvəlki ifadələrini qardaşı Ceyhuna kömək etmək məqsədi ilə verdiyini, evdə baxış keçirilməmişdən qabaq narkotik və psixotrop maddələrin yerini əvvəlcədən bildiyini, həmin narkotiklərlə bağlı ittihamları qəbul etmədiyini bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 oğlu elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qardaşı Coşqun polis əməkdaşları tərəfindən saxlanılmamışdan qabaq evdən küçəyə çıxmış, həmin vaxt qardaşının geyindiyi kurtka ona məxsus olmuş və kurtkanın cibində onun istifadə üçün cibinə qoyduğu narkotik vasitələr olmuşdur. Həmçinin, sonradan polis əməkdaşları yaşadıqları evə baxış keçirərkən aşkar olunmuş narkotik və psixotrop maddələr də onundur. Qardaşı Coşqun saxlanılarkən həmin narkotik vasitələrin özünə məxsus olduğunu deməklə, əslində ona kömək etmək istəmişdir. Lakin qardaşının aşkar olunmuş heç bir narkotik və psixotrop maddələrdən məlumatı olmamışdır. Həmin narkotikləri o, «İnternet» üzərindən pulunu ödəyib özü almışdır. Coşqun onun narkotik və psixotrop maddələr aldığını, evdə saxladığını bildiyindən və bu barədə evdə söhbətlər olduğundan, ilk dəfə polis işçilərinə izahat verəndə qardaşı bunları açıqlamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 narkotik vasitələri özünün istifadəsi üçün aldığını, polis idarəsində ilkin izahat və ifadə verəndə özündə olmadığını və nə ifadə verdiyini xatırlamadığını, özünün narkotik aludəçisi olduğunu və narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını, onları satmaq niyyətinin olmadığını, narkotik vasitəni aldığı şəxsin adını xatırlamadığını, həmin şəxslə görüşüb ondan narkotik almadığını, «İnstaqram» vasitəsi ilə danışıb pulunu verdiyini, həmin şəxsin də ona narkotik və psixotrop maddələri qoyduğu yeri dediyini, sonra özünün gedib həmin narkotikləri deyəilən yerdən götürdüyünü, həmin şəxsin kart hesabına pul köçürdüyünü və həmin pulu Ramana qəsəbəsində olan «Araz market»dəki ödəmə terminalı vasitəsilə ödədiyini, onun istifadə etmək üçün əvvəlcədən düzəltdiyi bükümlərin qardaşı Coşqunun geyindiyi kurtkanın cibində olduğunu, sonradan özünün Baş idarəyə aparılaraq üzərində şəxsi axtarış keçirilərkən cibindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmadığını və cibinə hansı yolla düşdüyündən məlumatsız olduğunu ifadəsinə əlavə etdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə Təqsirləndirilən şəxs2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi 11 aprel 2020-ci il tarixli ifadəsi elan və tədqiq olundu. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilən Təqsirləndirilən şəxs2 həmin ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşayır. Əvvəllər Rusiya Federasiyasmda yaşamış və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşcul olduğuna görə 12 il məhkumluq həyatı yaşamışdır. O, mütəmadi olmasa da, narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Son zamanlar maddi vəziyyəti pisləşdiyi üçün qardaşı Təqsirləndirilən şəxs1la birlikdə qərara gəlmişlər ki, narkotik vasitə və psixotrop maddə alqı-satqısı ilə məşğul olsunlar. Qardaşı Coşqun bu məqsədlə maraqlanıb “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə internet üzərindən hesablaşmaqla narkotik vasitə və psixotrop maddə əldə etməyin mümkün olduğunu öyrənmiş və təxminən 10 gün əvəl «instagram» hesabından göndərilən kart nömrəsinə qardaşı Coşqun ilə birlikdə ümumilikdə 1000 manat pul köçürmüşlər. Sonradan yaşadığı evin yaxınlığından bağlamada narkotik vasitə və psixotrop maddə götürmüşlər. 09 aprel 2020-ci il tarixdə o, satış və şəxsi istifadə məqsədi ilə evdə olan psixotrop maddələrdən 1 ədəd böyük büküm düzəldib üzərində saxlamışdır. Həmin gün saat təxminən 19:00 radələrində 2 nəfər mülki geyimdə olan şəxs yaşadığı evin qarşısında ona yaxınlaşaraq özlərini təqdim edib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. O, görmüşdür ki, onların yanında qardaşı Təqsirləndirilən şəxs1 da vardır və bundan sonra ona məlum olmuşdur ki, qardaşı Coşqun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə tutulub və yaşadığı mənzildə saxladıqları narkotik vasitə və psixotrop maddələri təqdim etmək üçün polis əməkdaşlarını mənzilə baxış keçirməsindən ötrü oraya gətirmişdir. Polis əməkdaşları ondan özünü təqdim etməyi istəmiş və o, anket məlumatlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun da qardaşı kimi narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Baş idarəyə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuş, bundan sonra ona qardaşı Təqsirləndirilən şəxs1la onun qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindikləri və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Videoçəkilişlə üstünə baxış keçirilməyə başlanmış, ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa, könüllü olaraq təqdim etsin. O, bundan sonra əynində olan göy rəngli cins material şalvarının sağ yan cibindən pul vəsaitini və 1 ədəd şəffaf selofan bükümü və digər əşyaları çıxarıb masanın üzərinə qoymuşdur. Onun təqdim etdiyi əşya və maddələrə baxış keçirilmiş, 59 manat pul ona qaytarılmış, təqdim etdiyi bükümdə olan maddənin nə olması soruşulmuş və o, şəffaf selofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O, bükümdəki maddəni qardaşı Təqsirləndirilən şəxs1 aldığını, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğundan, şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. O, həqiqətdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olsa da, videoçəkilişlə üzərində şəxsi axtarış keçirilərkən bu barədə bildirməmişdir. Bundan sonra protokol tərtib olunmuş, o da, hamı kimi protokola imza etmişdir. Lakin Təqsirləndirilən şəxs2 10 sentyabr 2020-ci ildə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşayır, əvvəllər Rusiya Federasiyasmda yaşamış və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 12 il məhkumluq həyatı yaşamışdır. Mütəmadi olmasa da, narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin istifadə edir, mahiyyəti üzrə bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan və üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını, qeyd olunan narkotik vasitələr və psixotrop maddələri adını bildiyi Yusif adlı şəxsdən Bakı şəhərində ünvanını xatırlamadığı yerdən 800 manata aldığını, qeyd olunan narkotik vasitələri və psixotrop maddələri yaşadığı evdə onun istifadə etdiyini bildirmiş, ondan Coşqunun xəbəri olmadığını, saxlanıldığı zaman çox qorxduğuna görə, orada narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmadığını göstərdiyini, lakin sonradan fikirləşmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olamsını düzgün deməsi və bu barədə ərizə ilə müraciət etdiyini, narkotik vasitələri və psixotrop maddələri pandemiya dövrü olduğundan və evdən çölə çıxa bilmədiyindən alıb evdə saxladığını, özü istifadə etdiyini, narkotik vasitə və psixotrop maddə satmadığını bildirmişdir (cild 1, iş vərəqi 134-136, cild 2, iş vərəqi 165-166, 231-232). Ziddiyyətlərlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, üzərindən və evindən aşkar olunmuş bütün narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu və qardaşı Coşqunun həmin maddələrə heç bir aidiyyatı olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 sonuncu tutulmamışdan təxminən 3-4 ay əvvəldən tanımışdır. O, Bakı şəhərində yerləşən “Taksi” dönər evində işləmiş və Ceyhun oraya gələn zaman tanış olmuşlar. Bundan sonra söhbətləri zamanı bilmişdir ki, Ceyhun narkotik vasitələrin satışı ilə məşğul olur. Ceyhuna özünün daha çox marixunadan istifadə etdiyini və marixuana olsa, ala biləcəyini söyləmişdir. Ceyhun marixuananın 1 bükümünü 10 manata ona gətirə biləcəyini demiş, o, Ceyhunla razılaşmış və bir neçə saatdan sonra Ceyhun ona 1 büküm marixuana gətirib vermiş və ondan 10 manat pul almışdır. O, həmin marixuananı özü qəbul etmişdir. Təxminən 5 gün sonra o, yenə Ceyhunla görüşüb, sonuncudan marixuana və psixotrop maddə olan metamfetamin istəmiş, Ceyhun da marixunanı 10 manata, metamfetamini isə 5 manata verə biləcəyini demişdir. O, Ceyhunla razılaşmış və bir neçə saatdan sonra Ceyhun marixuananı və metamfetamini gətirərək, ondan 15 manat pul alaraq onları vermiş, o da, sonra marixuananı və metamfetamini qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərdi ki, 09 aprel 2020-ci il tarixdə işlədiyi İdarəyə Coşqun və Təqsirləndirilən şəxs2 qardaşlarının külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmələri, daşımaları və satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edilmiş və adları çəkilən şəxslərin müəyyən edilib ifşa olunmaları istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar həmin gün saat 16:35 radələrində Təqsirləndirilən şəxs1 Ramana qəsəbəsi, Dmitrov küçəsi, ev 23 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Orada vəkil dəvət olunaraq şübhəli şəxsə təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq müvafiq qərar və protokol tərtib edilmiş, şübhəli şəxsə qanunsuz narkotik vasitə və psixotrop maddə əldə etmə, daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı videoçəkilişdən istifadə edilməklə üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış və götürmə 09 aprel 2020-ci il tarixdə videoçəkliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, müsbət halda onları təqdim etməsi təklif olunmuşdur. Coşqun əynində idman şalvarının sağ yan cibindən pul əskinaslarını, gödəkçəsinin sağ yan cibindən isə şəffaf selofanlarda olan bükümləri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 39 manat pul özünə qaytarılmışdır. Şübhəli şəxsdən təqdim etdiyi bükümlərdə olan maddələrin nə olması soruşulmuş və Təqsirləndirilən şəxs1 şəffaf selofan bükümlərdə olan maddələrin "şüşə" adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bükümlərin sayı 8 ədəd olmaqla içində ağ rəngli kristallardan ibarət iysiz maddələrin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 qeyd olunan maddələri 10 gün əvvəl "İnstagram" sosial şəbəkəsi vasitəsi ilə bükümün hər birini 25 manatdan aldığını və ümumilikdə 8 bükümə 200 manat pul verdiyini, həmin psixotrop maddələri şəxsi istifadəsi və satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Sorğu zamanı Coşqun təqdim etdiyi psixotrop maddələrdən əlavə yaşadığı Ramana qəsəbəsi, Dmitrov küçəsi, ev 23 ünvanında da psixotrop maddələr və narkotik vasitələr olduğunu, həmin ünvanda qardaşı ilə birlikdə yaşadığını, qardaşı Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu, evində saxladığı maddələri də təqdim edə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 8 ədəd şəffaf selofan bükümdə metamfetaminə bənzər maddələr müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs1 iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid7 ifadəsinə görə, bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməməsi və razı olmasına dair ərizəsi alınmış, bütün iştirakçılar Coşqunun yaşadığı evə getmişlər. Evin həyətində iştirakçılarla birlikdə videoçəkiliş davam etdirilmiş, Təqsirləndirilən şəxs1 mənzilin açarının olub-olmadığı soruşulmuş və Təqsirləndirilən şəxs1 evin plastik qapısının açarı olmadığını, qapı örtülmüş vəziyyətdədirsə, evdə heç kimin olmadığını bildirmişdir. Şübhəli şəxs qapını açdıqdan sonra mənzilə daxil olmuşlar. Təqsirləndirilən şəxs1 iştirakçıları yataq otağına dəvət etmiş, həmin otaqda şübhəli şəxs sağ tərəfdə yerləşən ağ rəngli 4 rəfli dolabın yuxarı hissədən birinci rəfini açıb oradan şəffaf selofan bağlamanı çıxarıb təqdim etmişdir. Sonra şübhəli şəxs həmin dolabın aşağı tərəfdən birinci rəfini açıb oradan yenə şəffaf selofan bağlamanı çıxarıb çarpayının üzərinə qoymuşdur. Bundan sonra təqdim edilən bağlamalara baxış keçirilmiş, 1-ci bağlamanın içində ümumilikdə 25 ədəd, ikinci bağlamanın içində isə ümumilikdə 19 ədəd şəffaf selofan bükümlər olduğu müəyyən edilmişdir. İkinci bağlamaya baxış keçirilən zaman çarpayının üzərinə ağ rəngli kristal şəkilli metamfetaminə bənzər maddələr tökülmuşdur ki, həmin maddələr bağlamalardan birinin içinə yığılmaqla büküm şəkilinə salınmışdır. Bu səbəbdən ikinci bağlamanın içindən aşkar olunan bağlamaların sayı 20 ədəd olmuşdur. Təqdim olunan bükümlərin sayı ümumilikdə 45 ədəd olmaqla ilk baxışdan onların içindəki maddələrin bəzilərinin ağ rəngli, bəzilərinin tünd qəhvəyi rəngli olmalarına görə, bükümlər baxışın keçirilməsinə əiverişli olması üçün bir-birindən ayrılmışdır. Məlum olmuşdur ki, ağ rəngli kristal şəkilli maddələrin olduğu bükümlərin sayı 33 ədəd, tünd qəhvəyi rəngli maddələrin olduğu bükümlərin sayı 12 ədəddir. Bundan sonra həmin bükümlər bir-bir açılmış və içindəki maddələrə baxış keçirilmişdir. Məlum olmuşdur ki, ağ şəffaf rəngli kristal şəkilli maddələr psixotrop maddə olan metamfetaminə bənzər, tünd qəhvəyi rəngli və spesiflk iyli maddələr isə narkotik vasitə olan heroinə bənzər maddələrdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 onların psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olduğunu, həmin maddələri də "İnstagram" sosial şəbəkəsi vasitəsi ilə intemet üzərindən hesablaşma yolu ilə satış məqsədi ilə aldığını və ümumilikdə bütün maddələrə 1.000 manat pul ödədiyini bildirmişdir. Baxış zamanı yataq otağında olan dolabın üzərindən 1 ədəd "SCA-301" markalı elektron tərəzi də aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar olunmuş 33 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr və 12 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddəter özünün iştirakı ilə müvafiq qaydada 2 ədəd zərfdə qablaşdırılaraq DİN-nin «6 saylı» möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs1 iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Mənzilə baxış keçirilməsi yekunlaşdıqdan sonra saat 19:00 radələrində Təqsirləndirilən şəxs1 qardaşı - narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs2 da Ramana qəsəbəsi, Dmitrov küçəsi, ev 23 ünvanının qarşısında həyətə daxil olarkən saxlanılmış, o da, BMCMİ-yə gətirilmişdir. Baş İdarədə mənzilə baxış keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülər bir ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 hüquqlarımın müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuş və onun da üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. dur. Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 59 manat pulu və 1 ədəd şəffaf selofan bükümü təqdim etmişdir. Ceyhundan təqdim etdiyi bükümdə olan maddənin nə olması soruşulmuş, sonuncu, şəffaf selofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bükümdəki maddəni qardaşı Təqsirləndirilən şəxs1 aldığını, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğundan şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid8 həmkarı Şahid7 məhkəmədə verdiyi şahid ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 17 fevral 2020ci il tarixdə saat 18 radələrində Ağdam rayonu, Xındırıstan kəndi ərazisində olduğu zaman rayon Polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb Təqsirləndirilən şəxs1 adlı şəxsdə narkotik vasitə olmasından şübhələndikləri üçün, sonuncunun üzərinə keçiriləcək baxış zamanı hal şahidi qismində iştirak etməyi xahiş etmişlər. O, razılaşıb polis əməkdaşları ilə şöbəyə gəlmiş, təhqiqatçının xidməti otağında digər hal şahidi, vəkil və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Şəxsi axtarış zamanı Coşqun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitəyə bənzər ağ şəffaf rəngli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin maddənin psixotrop maddə metamfetamin olduğunu və Bakı şəhərində avtovağzal deyilən ərazidən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra həmin maddə elektron tərəzidə çəkilmiş və çəkisi 0,56 qram müəyyən edilmişdir. Bundan sonra həmin maddə hal şahidlərinin də iştirakı ilə götürülərək zərfə qoyulmuş və möhürlənmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, o da, həmin protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şübhəli şəxs qismində saxlanılan Crşqun Bağırovun üzərində şəxsi axtarış keçirilərkən hal şahidi qismində iştirak etdiyini bildirərək, digər hal şahidi Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdam rayon Polis şöbəsinin əməkdaşı Şahid4 ifadəsində göstərdi ki, rayon polis şöbəsinə Ağdam rayonu, Quzanlı qəsəbə sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz istifadəsi, saxlanılması və satışında şübhəli olması barədə məlumatı daxil olduğu üçün sonuncunun saxlanılaraq üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul etmişdir. Həmin qərar əsasında Təqsirləndirilən şəxs1 17 fevral 2020-ci il tarixdə təxminən 18 radələrində Quzanlı qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində dəvət olunmuş hal şahidləri və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Coşqun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə kristal halda narkotik vasitəyə bənzər ağ şəffaf rəngli maddəni təqdim etmiş, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu və Bakı şəhərində avtovağzal deyilən ərazidən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra həmin maddə elektron tərəzidə çəkilmiş və çəkisi 0,56 qram müəyyən edilmişdir. Həmin maddə götürülərək zərfə qoyulmuş və möhürlənmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, o da, əməliyyat tədbirinin iştirakçısı kimi həmin protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdam rayon Polis şöbəsinin əməkdaşları Şahid3, Şahid5 və Şahid6 şübhəli şəxs Təqsirləndirilən şəxs1 saxlanılması və üzərində şəxsi axtarış keçirilməsində əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 17 fevral 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:00-da Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində saxlanılaraq, rayon Polis şöbəsinə dəvət edilmiş və həmin gün saat 18:40-da üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə 0,323 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbiri zamanı müvafiq fotoşəkillər çəkilmiş və cinayət işinə əlavə olunmuşdur (cild 2, iş vərəqi 8-11). Cinayət işində olan 09 aprel 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması və mənzilə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 09 aprel 2020-ci il tarixdə saat 16:35-də ünvan 5 ünvanının qarşısında saxlanılaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirilmiş və həmin gün saat 17:40-da üzərində şəxsi axtarış keçirilən zaman əyində olan gödəkçənin sağ yan cibindən səkkiz ədəd şəffaf selofan bükümdə külli miqdarda 8,224 qram ümumi təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 18:30-da adı çəkilən Baş idarənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 icazəsi və iştirakı ilə faktiki yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsində yerləşən 23 nömrəli evə keçirilən baxış zamanı yataq otağında olan dolabdan otuz iki ədəd bükümdə külli miqdarda 63,320 qram ümumi təmiz çəkidə psixotrop maddə metamfetamin, on iki ədəd bükümdə külli miqdarda 14,307 qram ümumi təmiz çəkidə narkotik vasitə heroin və həmin dolabın üzərindən səthində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 32-33). Cinayət işinə əlavə olunmuş 09 aprel 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:00-da ünvan 5 ünvanının qarşısında saxlanılaraq, adı çəkilən Baş idarəyə dəvət edilmiş, həmin gün saat 19:30-da üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə külli miqdarda 4,856 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 35-38). Məhkəmə-kimyəvi ekspertizasının 09 aprel 2020-ci il tarixli 6/410 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddə .....” yazısı olan paketdə, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 4,856 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddələr .....” yazısı olan paketdə, 8 (səkkiz) ədəd bükümdə, ümumi təmiz çəkisi 8,224 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Vət.Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş metamfetamin, vət. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş metamfetaminlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddələr .....” yazısı olan paketdə, 33 (otuz üç) ədəd bükümdə, ümumi təmiz çəkisi 63,320 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar olunmuş heroinə bənzər maddələr ...” yazısı olan paketdə, 12 (on iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 14,307 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Vət.Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 71,544 qramdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları mənzildən aşkar edilmiş psixotrop maddə metamfetaminlər, onların üzərlərindən götürülmüş metamfetaminlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları mənzildən aşkar edilmiş 1 ədəd üzərində “SCA-302” yazısı olan elektron tərəzinin üzərində narkotik vasitə – heroin və psixotrop maddə metamfetamin izləri vardır. Lakin heroin və metamfetamin iz şəklində olduğu üçün şəxslərin üzərndən və yaşadığı mənzildən götürülmüş metamfetaminlərlə və heroinlərlə eyni olubolmamasını müəyyən etmək mümkün olmadı. Qeyd: 1. Təqsirləndirilən şəxs2: metamfetamin təmiz çəkisi: 4,856 qr., tədqiqata sərf edildi: 0,06 qr, qalıq: 4,796 qr.
2. Təqsirləndirilən şəxs1:heroinin ümumi təmiz çəkisi : 14,307 qr., tədqiqata sərf edildi: ümumi 0,18 qr, qalıq: 14,127 qr.
3. Metamfetaminin ümumi təmiz çəkiləri: 8,224 qr. və 63,320 qr., sərf edildi: ümumi 0,16 qr. və 0,2 qr, qalıqlar: 8,064 qr. və 63,120 qr. (cild 1, iş vərəqəi 73-77). Məhkəmə Ekspertizası Mərkəzi X5 18 fevral 2020-ci il tarixli 143 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş...” sözləri olan kağız paketdəki 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,323 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Qeyd: metamfetamin təmiz çəkisi-0,323 qram, tədqiqata sərf edildi- 0,02, qalıq 0,303 qram (cild 2, iş vərəqi 37-40). İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 avqust 2020-ci il tarixli 2118 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 183-184). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 avqust 2020-ci il tarixli 2119 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 185-186). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X6 Şəxsin 22.04.2020-ci il tarixli 3086 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Respublika Psixiatriya Xəstəxanasında müalicə almamışlar (cild 1, iş vərəqi 220). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Ruhi Əsəb Dispanserinin 20.03.2020-ci il tarixli, 118 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam Rayonlararası Ruhi Əsəb Dispanserində dispanser müşahidəsində deyildir (cild 2, iş vərəqi 88). İbtidai istintaq orqanının 09 oktyabr 2020-ci il tarixli qərarına əsasən, iş üzrə Təqsirləndirilən şəxs1 və onun yaşadığı evdən aşkar edilərək götürülmüş təmiz çəkisi 14,307 qram heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 14,127 qram heroin, təmiz çəkisi 8,224 qram və 63,320 metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 8,064 qram və 63,120 qram metamfetamin, 0,323 qram metamfetaminin ekspertiza tədqiqatdan sonra qalıq qalan 0,303 qram metamfetamin və 1 ədəd üzərində “SCA-302” yazısı olan elektron tərəzi, həmçinin Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 4,856 qram metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 4,796 qram metamfetamin maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Həmin qərara əsasən, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 2 (iki) ədəd CD disklər iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 2, iş vərəqi 209, 266). Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 13 aprel 2020-cu il tarixli qərarları ilə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon ərazisində keçirilmiş əməliyyataxtarış tədbirləri qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqi 140-141, 214-217). İş materiallarında olan 29.04.2020-ci il tarixli 197 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayonu, Quzanlı qəsəbəsində qeydiyyatdır, himayəsində atası, anası, həyat yoldaşı və iki azyaşlı uşağı vardır, qeydiyyatda olduğu ərazi üzrə nümayəndəliyə onun haqqında hər hansı şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 233-234). İş materiallarında olan 07.05.2020-ci il tarixli 307 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu, Qarayusifli kəndində anadan olmaqla qeydiyyatdır, lakin hazırda onun harada yaşaması barədə nümayəndəlikdə məlumat yoxdur (cild 1, iş vərəqi 237). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 04.05.2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 24.06.2011-ci il tarixdə Sverdlovsk vilayəti, Pervouralsk şəhər məhkəməsinin hökmü ilə məhkum olunsa da, hazırda onun məhkumluğu ödənilmişdir, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə isə idarədə məlumat yoxdur (cild 1, iş vərəqi 226-229). Məhkəmə baxışı zamanı elan və tədqiq olunmuş protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ilkin ifadələrində, həmçinin aralarında keçirilmiş üzləşdirmə zamanı psixotrop maddə metamfetamin və narkotik vasitə heroini satış məqsədilə əldə edib saxladıqlarını etiraf etmişlər. Lakin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib 13 oktyabr 2020-ci il tarixdə, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunub 12 okytabr 2020-ci il tarixdə dindirilərkən əvvəllər verdikləri ifadələrini inkar edərək bildirmişlər ki, Təqsirləndirilən şəxs1 üzərindən və mənzilindən aşkar edilmiş narkotik vasitə, psixotrop maddə, eləcə də Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə sonuncuya məxsusdur. Həmçinin, Təqsirləndirilən şəxs2 ifadəsində öz üzərindən, yaşadıqları evdən və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri özü şəxsi istifadəsi üçün əldə edib saxladığını, bu narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi və saxlanılması barədə Təqsirləndirilən şəxs1 məlumatı olmadığını bildirmiş, Təqsirləndirilən şəxs1 da analoji ifadə vermişdir. Məhkəmə baxışı zamanı da təqsirləndirilən şəxslər həmin mövqelərində qalmışlar. Məhkəmə kollegiyası iş materiallarını və məhkəmədə tədqiq olunmuş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqın sonunda və məhkəmə baxışında tutduqları həmin mövqe birincinin ümumiyyətlə cinayət məsuliyyətindən yayınması, Təqsirləndirilən şəxs2 isə məsuliyyətini yüngülləşdirmək üçün seçdikləri müdafiə taktikası kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə CM-nin 234.1-ci maddəsi az ağır, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri isə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, 15.4-cü maddəsinə əsasən, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki nəfər azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar, həmçinin təqsirləndirilən şəxslərin hər ikisinə münasibətdə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla, ona qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 17 fevral 2020-ci il tarixdə Ağdam rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və 19 fevral 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 09 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 11 aprel 2020-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 09 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 11 aprel 2020-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hər iki təqsirləndirilən şəxs həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılırlar. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 17 fevral 2020-ci il tarixdən 19 fevral 2020-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 2 (iki) gün ona təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı, həm onun, həm də Təqsirləndirilən şəxs2 09 aprel 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq cəza müddətlərinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 və onun yaşadığı evdən aşkar edilərək götürülmüş təmiz çəkisi 14,307 qram heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 14,127 qram heroin, təmiz çəkisi 8,224 qram və 63,320 metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 8,064 qram və 63,120 qram metamfetamin, 0,323 qram metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 0,303 qram metamfetamin və 1 ədəd üzərində “SCA-302” yazısı olan elektron tərəzi, həmçinin Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 4,856 qram metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 4,796 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 2 ədəd SD formatlı disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 144 (yüz qırx dörd) manat 40 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 144 (yüz qırx dörd) manat 40 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 72 (yetmiş iki) manat 20 qəpik tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 avqust 2020-ci il tarixli 2118 və 2119 nömrəli rəylərini əsas tutaraq hesab edir ki, inidən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacları olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onların hər ikisi barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 17 fevral 2020-ci il tarixdən 19 fevral 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 7 (yeddi) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 aprel 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 aprel 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş iş üzrə maddi sübutlar: - Təqsirləndirilən şəxs1 və onun yaşadığı evdən aşkar edilərək götürülmüş təmiz çəkisi 14,307 qram heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 14,127 qram heroin, təmiz çəkisi 8,224 qram və 63,320 metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 8,064 qram və 63,120 qram metamfetamin, 0,323 qram metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 0,303 qram metamfetamin və 1 ədəd üzərində “SCA-302” yazısı olan elektron tərəzi, həmçinin Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 4,856 qram metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 4,796 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. - İş üzrə maddi sübut olan 2 ədəd SD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 144 (yüz qırx dörd) manat 40 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 72 (yetmiş iki) manat 20 qəpik tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Eldar İsmayılov
Hakimlər Samir Əliyev
Cavid Hüseynov