Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-400/2022 13.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1976-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır; belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda şəxsiyyəti “Samir” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşından sonuncunun mobil telefon vasitəsi ilə göndərdiyi elektron kart hesabına 596 manat nağd pul köçürməklə satış məqsədilə külli miqdarda - ümumi təmiz çəkisi 40,433 qram olan narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,283 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq Samir adlı şəxs tərəfindən qabaqcadan qoyulmuş Abşeron rayonu, Xırdalan şəhərində ünvanı məlum olmayan yerdən götürüb yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə daşıyaraq həmin narkotik vasitə və psixotrop maddəni ayrı-ayrı bükümlərə bölərək bir hissəsini üzərində, bir hissəsini özünə məxsus “Daewoo-Nexia” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobildə, qalan hissəsini yaşadığı evdə saxlamış, 27 iyul 2021-ci il tarixdə saat 19:40 radələrində narkotik vasitələrinin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən 2 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,050 qram və 0,094 qram, ümumi təmiz çəkisi 0,144 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 21:10 radəiərində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman mənzilin yataq otağında olan dolabda asılmış gödəkçənin sol ciblərindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,139 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,440 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, çarpayının üzərində olan döşəyin altından heroin izləri olan sellofan parçası aşkar edilərək götürülmüş, 27 iyul 2021 -ci il tarixdə saat 21:45 radəiərində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən ünvan 7 ünvanının qarşısında saxlanılmış ona məxsus “Daewoo-Nexia” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zaman avtomobilin qarşı sol qapısının saxlanc yerindən 1 ədəd bükümdə təmiz çəkisi 37,993 qram olan, külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 2-3 ildir narkotik vasitə olan heroin qəbul edir. Son vaxtlar heroini İran İslam Respublikasının vətəndaşı olan “Samir" adlı şəxsdən qabaqcadan sonuncunun mobil telefon vasitəsi ilə ona göndərdiyi elektron kartına pul ödəməklə əldə edib istifadə etmişdir. Samirin mobil nömrəsini isə ona əvvəllər onunla bir yerdə narkotik qəbulu ilə məşğul olmuş Emin adlı tanışı vermişdir. Hazırda Emin törətdiyi narkotik cinayətinə görə həbs edilmişdir. 27 iyul 2021 -ci il tarixdə saat 19:40 radələrində yaşadığı evinin yanında piyada yol gedən zaman ona mülki geyimdə olan iki nəfər yaxınlaşıb polis əməkdaşları olduqlarını, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Polis Bölməsində xidməti otaqların birində təhqiqatçı tərəfindən onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Sonra polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı maddə, yaxud əşya olduğu halda könüllü təqdim etmək təklif olunmuşdur. Həmin vaxt o əynində olan olan şalvarin cibindən içərisində metamfetamin olan 2 bükümü təqdim etmişdir. Daha sonra şalvarının arxa cibindən pul kisəsini təqdim etmişdir. Baxış keçirilən zamanı onun pul kisəsində qəbz aşkar olunmuşdur. O polis əməkdaşlarına bildirmişdir ki, həmin qəbz narkotik vasitə heroin almaq üçün Samirin kartına köçürdüyü pulun qəbzidir. Köçürdüyü 596 manat pulun müqabilində Samir Abşeron rayonu, Xırdalan şəhərində heroini yerləşdirdiyi yerin işarələnmiş fotosunu onun mobil telefonuna göndərmiş, o da işarələnmiş yerdən heroini götürmüşdür. heroinin özünə məxsus “Daevo-Nexia” markalı **- EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfindəki qapının saxlanc yerində olduğunu bildirmiş, üzərinə şəxsi axtarış zamanı təqdim etdiyi 2 büküm metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılmış, tərkibinin müəyyən edilməsi üçün məhkəməkimyəvi ekspertizasına göndəriləcəyi bildirilmişdir. Şəxsi axtarışın nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Sonra o yaşadığı Nizami rayonu, Keşlə qəsəbəsi K.Əfkari küçəsi, ev 31 ünvanında yerləşən fərdi evində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxladığlını və mənzilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə bir yerdə yaşadığı fərdi evə baxış keçirilən zaman yataq otağında dolabdan asılmış ağ rəngli gödəkçəsinin sol ciblərindən 1 büküm metamfetamin və 1 bükümdə heroin, həmçinin yataq otağındakı çarpayının döşəyi altında üzərində heroinin izləri olan sellofan parçası aşkar edilmişdir. Mənzildə aşkar edilən həmin bükümlər və heroin izləri olan sellofan parçası təhqiqatçı tərəfindən qablaşdırılmış, tərkibinin müəyyən edilməsi üçün məhkəmə-kimyəvi ekspetrizasına göndəriləcəyi bildirilmişdir. Baxışın nəticəsinə dair təhiqatçı tərəfindən protokol tərtib edilmişdir. Bundan sonra o idarə etdiyi “Daevo-Nexia” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə bir yerdə avtomobilə baxış keçirilən zaman avtomobilin sürücü tərəfdən qapının saxlanc yerində saxladığı karton stəkanda Samirdən aldığı sellofan bükümdə heroin aşkar edilərək götürülmüşdür. O polis əməkdaşlarına bildirmişdir ki, Nizami rayonu, Q.Qarayev yerləşən “Ruslan” marketin yanındakı terminal vasitəsi ilə qabaqcadan Samirin kartına 596 manat göndərməklə həmin heroini əldə etmişdir. Avtomobildə aşkar edilərək götürülmüş heroin təhqiqatçı tərəfindən qablaşdırılmış, tərkibinin müəyyən edilməsi üçün məhkəmə-kimyəvi ekspetrizasına göndəriləcəyi bildirilmişdir. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Bütün bu proseslərdə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada zor, ya da təzyiq tətbiq olunmamışdır. O heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamşdır, yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin baş əməliyyat müvəkkil Şahid4 ifadə verərək göstərmişdir ki, 27 iyul 2021-ci il tarixdə xidmətdə olan zaman bölməyə daxil olmuş məlumatda Keşlə qəsəbəsi, K.Əfkari küçəsində yaşayan 40-45 yaşlarında olan “Əskər” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək Nizami rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında bölmədə onun, bölmənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat təqbirləri nətiəsində 27.07.2021ci il tarixdə saat 19:40 radələrində ünvan 8 ünvanında zahiri görkəmindən “Əskər” adlı şəxsə oxşar bir nəfər müəyyən edilərək saxlanılmışdır. Həmin şəxslə aparılan sorğu-sual zamanı sonuncunun xx.xx.1976-cı il təvllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Nizami rayon ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddənin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və bu səbəbdən Təqsirləndirilən şəxs Nizami RPİ-nin 23-cü PB-nə dəvət edilmişdir. Bölmədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə dövlət hesabına vəkil dəvət edildikdən sonra ona hüqquq və vəzifləri izah edilmiş və bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs özərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə yaxud psixotrop maddə olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sol yan cibindən içərisində psixotrop maddə metanfetaminə oxşar maddə olan 2 ədəd göy və gümüşü rəngli bükülünü, “Samsunq" markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun şalvarın arxa cibindən pul kisəsi, pul kisəsində 60 manat nağd pul vəsaiti və X2 adına 596 manat pulun “eManat” terminalından köçürülməsi barədə qəbz aşkar edilmişdir. Əsgər Məmmədov həmin qəbzin İran vətəndaşı Samirdən heroin almaq üçün köçürdüyü pulun qəbzi olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilində heroin və metamfetamin saxladığını, Samirdən əldə etdiyi heroini isə idarə etdiyi avtomobilndə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, sonuncunun vəkilinin, tədbirdə iştirak etmiş polis əməkdaşlarının və təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağında dolabdan asılmış ağ rəngli gödəkçənin sol ciblərindən 1 ədəd sellofan bükülüdə içərisində psixotrop maddə olan metanfetaminə oxşar maddə və 1 ədəd içərisində narkotik vasitə heroinə oxşar maddə, yataq otağındakı çarpayıdakı döşəyin altından isə üzərində heroin izlərinə oxşar izlər olan sellofan parçası aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs məxsus “Daevoo” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin qarşı sürücü tərəfinə aid qapının saxlanc yerindən 1 ədəd içərisində narkotik vasitə heroinə oxşar maddə olan bağlama aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bağlamada olan maddənin heroin olduğunu, Samir adlı İran vətəndaşının kart hesabına 596 manat pul köçürməklə əldə etdiyini bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid4 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, hazırda fərdi olaraq turizm şirkətlərində əcnəbi qonaqlara bələdçilik edib dolanır. Bir neçə ay əvvəl onunla bir yerdə bələdçi işləyən əslən cənubi Azərbaycandan olan Məhəmməd adlı tanışı ondan xahiş etmişdir ki, öz adına bir elektron kart alıb hesab nömtrəsini Məhəmmədə versin. Məhəmməd söyləmişdir ki, bizim dövlətdə yaşayan iranlı tələbələrin valideynləri, ticarətlə məşğul olanlar, yaxud İrandan bizim dövlətə gəlmiş yük avtomobillərinin sürücüləri həmin karta pul köçürmələri edəcəklər. O köçürülən pulları çıxarıb Məhəmmədə verən zaman sonuncu ona müəyyən məbləğlərdə pul verəcəkdir. O maddi ehtiyacı ilə əlaqədar Məhəmmədin dediyi təkliflə razılaşmış və bir-neçə ay əvvəl arvadı X1 adına “Kapital Bank”dan elktron kart alıb hesab nömrəsini Məhəmmədə vermişdir. Bundan sonra hər həftə, yaxud da bir-iki gündən bir karta 1000, 2000, yaxud da 3000 manat pul köçürülmüş, o da öz növbəsində həmin pulları kartdan çıxararaq Məhəmmədə vermişdir. O hər dəfə kartdan pulu çıxarıb Məhəmmədə verən zaman Məhəmməd ona 20-30 manat pul vermişdir. Yalnız indi ona məlum olmuşdur ki, karta daxil olan köçürmələr narkotikin satışından əldə edilmiş pul vəsaitləri olmuşdur. O heç vaxt narkotik vasitə, yaxud psixotrop maddələrin satışı, istifadəsi ilə məşğul olmadığını bildirmişdir və sonra o həmin kartı məhv edib tullamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, (070) ***-**-** mobil nömrəsi 2021-ci ilin sentyabr ayınadək onun istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs ilə bir məhəllədə yaşamışdır. Yaşadığı məhəllədə çoxları Əskərin narkotik vasitənin qəbulu və satışı ilə məğul olduğunu bilmişdir, bu səbəbdən əvvəllər o özü və başqa məhəllə sakinləri Əskəri xəbərdar edib məhəllədə belə işlərlə məşğul olmamağa çağırmışlar. Lakin sonradan o özü də narkotik vasitənin qəbulu ilə məşğul olmağa başlamış və onda narkotikdən asılılıq yaranmışdır. Odur ki, 2021-ci ilin iyun-iyul aylarında 2-3 gündən bir öz mobil telefonundan Əskərin (070) ***-**-** mobil nömrəsini yığıb sonuncudan heroin almışdır. Əskər heroini ona bəzən pul müqabilində, bəzən də məhəllə sakini kimi pulsuz vermişdir. Hazırda müalicə olunmuşdur və narkotik vasitədən asılığı yoxdur (1-ci cild işvərəqi 143-144). Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 29 iyul 2021-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-ci PB-nin xidməti otaqlarının birində iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzrərinə keçrilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sol yan cibindən içərisində zahiri görünüşündən psixotrop maddə olan metanfetaminə oxşar maddə olan 2 ədəd göy və gümüşü rəngli bükülü, “Samsunq” markalı mobil telefon, həmin şlvarın arxa cibindən pul kisəsi, həmin pul kisəsində 60 manat nağd pul vəsaiti və X2 adına 596 manat pulun “eManat” terminalından köçürülməsi barədə qəbz aşkar edilmişdir. Əsgər Məmmədov həmin qəbzin İran vətəndaşı Samirdən aldığı heroinin müqabilində ödədiyi pulun qəbzi olduğunu bildirməsi müəyyən edildi (1-ci cild iş vərəqi 101). İşdə olan 29 iyul 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçrilən zaman çəkilmiş video görüntünün olduğu 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 102). İşdə olan 27 iyul 2021-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protkoldan görünür ki, ünvan 9 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağında dolabdan asılmış ağ rəngli gödəkçənin sol ciblərindən 1 ədəd sellofan bükülüdə içərisində zahiri görünüşündən psixotrop maddə olan metanfetaminə oxşar maddə və 1 ədəd içərisində zahiri görkəmindən narkotik vasitə olan heroinə oxşar maddə və yataq otağındakı çarpayıda döşəyin altında üzərində heroin izlərinə oxşar izlər olan sellofan parçası aşkar edilərək götürülmüşdür. Baxış zamanı video çəkilişdən istifadə edilmişdir (1-ci cild iş vərəqi 35-36). İşdə olan 29 iyul 2021-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında potokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanındakı mənzilinə baxış keçirilən zaman çəkilmiş video görüntünün olduğu 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağında dolabdan asılmış ağ rəngli gödəkçənin sol ciblərindən 1 ədəd sellofan bükülüdə içərisində zahiri görünüşündən psixotrop maddə olan metanfetaminə oxşar maddə və 1 ədəd içərisində zahiri görkəmindən narkotik vasitə olan heroinə oxşar maddə və yataq otağındakı çarpayıda döşəyin altında üzərində heroin izlərinə oxşar izlər olan sellofan parçası aşkar edilərək götürülməsi müəyyən edilmişdir (1ci cild iş vərəqi 103). İşdə olan 29 iyul 2021-ci il tarixli maddi süöut kimi tanınma haqqında qəraran görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçrilən zaman çəkilmiş video görüntünün olduğu 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 104). İşdə olan 27 iyul 2021-ci il tarixli avtomobilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, ünvan 10 ünvanında Təqsirləndirilən şəxs məxsus “Daevoo” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qarşı sürücü tərəfinə aid qapının saxlanc yerindən 1 ədəd içərisində zahiri görkəmindən narkotik vasitə heroinə oxşar maddə olan bağlama aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bağlamada olan maddənin heroin olduğunu, Samir adlı İran vətəndaşından sonuncunun verdiyi elektron kartın hesabına 596 manat pul köçürməklə əldə etdiyini bildirmişdir. Baxış zamanı video çəkilişdən istifadə edilmişdir (1-ci cild iş vərəqi 39-40). İşdə olan 29 iyul 2021-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus məxsus “Daevoo” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman çəkilmiş video görüntünün olduğu 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı ünvan 10 ünvanında Təqsirləndirilən şəxs məxsus “Daevoo” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfinə aid qapının saxlanc yerindən 1 ədəd içərisində zahiri görkəmindən narkotik vasitə heroinə oxşar maddə olan bağlama aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bağlamada olan maddənin heroin olduğunu, Samir adlı İran vətəndaşından sonuncunun verdiyi elektron kartın hesabına 596 manat pul köçürməklə əldə etdiyini bildirmişdir (1-ci cild iş vərəqi 105). İşdə olan 29 iyul 2021-ci il tarixli maddi süböut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçrilən zaman çəkilmiş video görüntünün olduğu 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 106). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 28 iyul 2021-ci il tarixli 6/3145 saylı ekspert rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,139 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə rnetamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 2,440 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd içərisində sellofan kəsiyinin üzərində narkotik vasitə heroinə məxsus izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı.; 2 №-li zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,050 qr, 0,094 qr., ümumi təmiz çəkisi 0,144 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - rnetamfetamindir; 3 №li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 37,993 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 1 və 2 №-lı zərflərdəki rnetamfetam inlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 0,283 qramdır. 1 və 3 N-li zərfdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 40,433 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublkasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı 1) daxildir" (1-ci cild iş vərəqi 49- 56). İşdə olan 29 iyul 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, yaşadığı mənzilindən və idarə etdiyi avtomobildən götürülmüş 1 N-li zərfdəki metamfetaminin təmiz çəkisi - 0,139 qr, tədqiqata sərf olundu - 0,050 qr, qalıq - 0,089 qr, 1 N-li zərfdəki heroinin təmiz çəkisi - 2,440 qr, tədqiqata sərf olundu - 0,050 qr, qalıq - 2,390 qr., 2 N-li zərfdəki metamfetaminin üm.təmiz çəkisi - 0,144 qr, tədqiqata sərf olundu - 0,100 qr, qalıq - 0,044 qr. və 3 N-li zərfdəki heroinin təmiz çəkisi - 37,993 qr, tədqiqata sərf olundu - 0,100 qr, qalıq - 37,893 qr. heroin və bir ədəd içərisində üzərində narkotik vasitə heroinə məxsus izləri olan sellofan kəsiyi məhkəmə həllini tapana qədər saxlanılması üçün Nizami RPİ-nin X10 Kamerasına qəbzlə təhvil verilmişdir (1-ci cild iş vərəqi 99-100). İşdə olan 29 iyul 2021-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş “eManat” qəbzinə baxış keçirilmişdir. Baxış zamanı həmin qəbzin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 7A, Ruslan 93 Supermarket N1 ünvanında yerləşən 3631 saylı terminaldan 27.07.2021 -ci il tarxdə saat 18:26 dəqiqədə X3 adına “Kabital Bank” kartına 596 AZN mədaxil edilməsi barədə “eManat” terminalına aid olması müəyyən olunmuşdur (1-ci cild iş vərəqi 107). İşdə olan 29 iyul 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 7A, Ruslan 93 Supermarket N1 ünvanında yerləşən 3631 saylı terminaldan 27.07.2021-ci il tarxdə saat 18:26 dəqiqədə X3 adına “Kabital Bank” kartına 596 AZN mədaxil edilməsi barədə “eManat” terminalına aid qəbz iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə eilmişdir (1-ci cild iş vərəqi 108-109). İşdə olan mobil telefonda olan məlumatlara baxış keçirilməsi və götürülməsi haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman götürülmüş Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonda olan məlumatlara baxış keçrilmişdir. Baxış zamanı mobil telefonun WhatsApp proqramında 27.02.2021-ci il tarixdə saat 17:54-də Təqsirləndirilən şəxs tərəfindən telefonda “SAMİR PARVİZ” kimi qeyd olunmuş şəxsə göndərilmiş ”Ağa, göndər də gözləyirəm axı” səsli müsajı, qarşı tərəfin həmin tarixdə saat 17.55 dəqiqədə Təqsirləndirilən şəxs göndərdiyi "5-10 dəqiqəyə atıram” səsli müsajı və “**********6446898 X11” sözləri yazılmış yazılı mesajı müəyyən edilmişdir (1-ci cild iş vərəqi 161-163). İşdə olan 12 sentyabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman götürülmüş “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanması üçün Nizami RPİnin X10 kamerasına qəbzlə təhvil verilmişdir (1-ci cild iş vərəqi 164-165). İşdə olan 28 avqust 2021-ci il tarixli Azerfon” MMC-nin AZF/LGL-24092/21 saylı 25.08.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş 1 ədəd CD diskdə olan telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan göürünr ki, Təqsirləndirilən şəxs (070) ***-**-** mobil nömrəsinin Şahid1 adına olan (070) ***-**-** mobil nömrəsi ilə aralarında çoxsayda zənglər müəyyən edilmişdir (1-ci cild iş vərəqi 140-141). İşdə olan 28 avqust maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Azerfon" MMC-nin AZF/LGL-24092/21 saylı 25.08.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə eilmişdir (1-ci cild iş vərəqi 145-146). İşdə oln məhkeəmə-kompüter texniki ekspertizası üzrə 10 senyabr 2021-ci il tarixli 5/892 saylı ekspert rəyindən görünür ki,’’təqdim ediliş bir ədəd sensor ekran və “Android 9” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy L4+” markalı “SM-J415FN" modelli “**********27724, **********27722” imey kodlu smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy J4+” markalı “SM-J415FN” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş mlumatlar müəyyən olundu (1-ci cild iş vərəqi 153-157). İşdə olan 12 sentyabr 2021-ci il tarixli kompüter texniki ekspertizasının 10.09.2021-ci il tarixli 5/892 saylı rəyi ilə təqdim edilmiş 1 ədəd DVD-R diskdə oan telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı diskdə həmin mobil telefona aid məlumatlardakı “files" qovluğunda olan “audio” qovluğuna daxil olduqda orada çoxsaylı səs yazıları müəyyən edildi. Həmin yazılarda ayrı-ayrı şəxslərin “kola” və “pati” kimi adlandırdıqları bağlamalar, həmin bağlamaları gizlətdikləri yerlərin ünvanı, bağlamaların dəyəri, həmin bağlamaların müqabilində pulun hansı karta köçürülməsi barədə işgüzar söhbətlər müəyyən edildi (1-ci cild iş vərəqi 158). İşdə olan 12 sentyabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, kompüter texniki ekspertizasının 12 sentyabr 2021-ci il tarixli 5/892 saylı rəyi ilə təqdim edilmiş 1 ədəd DVD-R disk iş üzrə sübut əhəmiyyəti daşıdığı üçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 159-160). İşdə olan kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə 14 avqust 2021-ci il tarixli 1809 saylı ekspert rəyindən rəyindən görünür ki, “Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Baş vermiş hadisə dövründə Təqsirləndirilən şəxs şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamış, emosionalıqdan asılı olaraq öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur (1-ci cild iş vərəqi 147-150). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 02 sentyabr 2021-ci il tarixli 3199 saylı həkim rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyiİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür” (1-ci cild iş vərəqi 151-152). İşdə olan DİN-nin BƏSİİ-nin 10 sentyabr 2021-ci il tarixli təlabnaməsindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər Lənkəran rayon xalq məhkəməsinin 06.10.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 16 mart 2001-ci il tarixdə 11 ay 3 gün vaxtından əvvəl şərti azad olunmuşdur (1-ci cild iş vəəqi 130-132). Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs Əbdülxaliq oğlunun məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi (köhnə redaksiyada) ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Əbdülxaliq oğlu hazırki cinayət əməlini 27 iyul 2021-ci il tarixdə yəni, sonuncu məhkumluğu üzrə cəzasını çəkib qurtardıqdan 20 il 4 ay 11 gün sonra törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Əbdülxaliq oğlu Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan tutma haqqında 27 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cld iş vərəqi 21). İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 27 iyul 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 86-89). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram (2-ci siyahı psixotrop maddələr) metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, daşıdığı və saxladığı narkotik vasitə heroinin çəkisi 40,433 qram olduğundan külli miqdar və psixotrop maddə metamfetaminin çəkisi 0,283 qram olduğundan şəxsi istehlak miqdarından artıq təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitə və psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Vüsal Manafovun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 27 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının əvvəlinin 27 iyul 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 02 sentyabr 2021-ci il tarixli 3199 saylı həkim rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyiİ) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin X10 kamerasına təhvil verilmiş ekspetiza tədqiqatlarından sonra qalıq qalan 1 №-li zərfdə 0,089 qram psixotrop maddə metamfetamin, 1 №-li zərfdə 2,390 qram narkotik vasitə heroin, 2 №-li zərfdə 0,100 qram psixotrop maddə metamfetamin və 3 №-li zərfdə 37,893 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs Əbdülxliq oğluna məsus 1 ədəd «Samsung» markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır; Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və yaşadığı mənzilə baxış zamanı çəkilmiş videogörüntülər olan 3 ədəd CD disk, X4 adına «Kapital Bank» kartına 596 AZN mədxil edilməsi barədə «eManat terminalına aid 1 ədəd qəbz, komptüter-texniki ekpertizasının rəyi ilə təqdim edilmiş 1 ədəd DVD-R disk və «Azerfon MMC tərəfindən təqdim edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 81,82 manat (səksən bir manat səksən iki qəpik), məhkəmə-kompüter texniki ekspertiza üzrə tədqiqatın dəyəri 53,65 manat (əlli üç manat altmış beş qəpik) cəmi 135,47 manat (yüz otuz beş manat qırx yeddi qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin X10 kamerasına təhvil verilmiş ekspetiza tədqiqatlarından sonra qalıq qalan 1 №-li zərfdə 0,089 qram psixotrop maddə metamfetamin, 1 №-li zərfdə 2,390 qram narkotik vasitə heroin, 2 №-li zərfdə 0,100 qram psixotrop maddə metamfetamin və 3 №-li zərfdə 37,893 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs Əbdülxliq oğluna məsus 1 ədəd «Samsung» markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və yaşadığı mənzilə baxış zamanı çəkilmiş videogörüntülər olan 3 ədəd CD disk, X4 adına «Kapital Bank» kartına 596 AZN mədxil edilməsi barədə «eManat terminalına aid 1 ədəd qəbz, komptüter-texniki ekpertizasının rəyi ilə təqdim edilmiş 1 ədəd DVD-R disk və «Azerfon MMC tərəfindən təqdim edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 81,82 manat (səksən bir manat səksən iki qəpik), məhkəmə-kompüter texniki ekspertiza üzrə tədqiqatın dəyəri 53,65 manat (əlli üç manat altmış beş qəpik) cəmi 135,47 manat (yüz otuz beş manat qırx yeddi qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddanın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-400/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-400/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver