Məhkəmə qərarları › İş №1(101)-400/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-400/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-400/2023 14.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 28 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri “Müdafiəçi2 və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxx 1981-ci ildə Ağdaş rayonunda anadan olmuş, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş şəhəri, L.Məmmədbəyov küçəsi, ev 1/2-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayəşin yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, hazıda ev dustaqlığında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, əqsirləndirilən şəxs2, xx xxxxxxx 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuş, subay, məhkumluğu ödənilməmiş, işsiz, Azərbaycan Respublikasının vətəndəşı, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanındak kirayəşin yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə Kərimov Sadıq Hicran oğlu və başqaları ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində mütəmadi olaraq başqa şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 18 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində Qaraçuxur qəbirstanlığı adlanan yerə başqa şəxs tərəfindən qoyulmuş külli miqdarda, yəni ümumi təmiz çəkisi 104,344 qram narkotik vasitə heroinı, külli miqdarda, yəni ümumi təmiz çəkisi 31,353 qram psixotrop maddə olan metamfetamini, ümumi təmiz çəkisi 305 qram narkotik vasitə qurudulmuş marixuananı və ümumi sayı 56 ədəd, ümumi çəkisi 35 qram olan, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrini qanunsuz olaraq əldə edib həmin narkotik vasitə və psixotrop maddələri hissələrə bölərək bir hissəsini kirayə yaşadığı ünvan 3 ünvanına, digər hissəsini isə ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 4 ünvanına daşıyaraq saxlamış, 24 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində həmin narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin bir hissəsinin satışını həyata keçirməsi məqsədi ilə qrupun üzvü Təqsirləndirilən şəxs2 vermiş, həmin tarixdə saat 09:10 radələrində Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsində yerləşən “Kəndli” kafesinin yaxınlığında saxlanılaraq ünvan 5 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əlindəki polietilen torbanın içərisindən 04 ədəd qara rəngli polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkilən 25,702 qram, 25,440 qram, 20,990 qram, 17,550 qram, ümumi təmiz çəkisi 89,682 qram olan külli miqdarda, qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda küllü miqdarda, təmiz çəkiləri 5,522 qram və 4,991 qram, ümumi təmiz çəkisi 10,513 qram olan külli miqdarda, , kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 24 iyun 2022-ci il tarixdə saat 15:00 radələrində Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 kirayə yaşadığı ünvan 16 saylı mənzildə keçirilmiş baxış zamanı mənzilin sanitar qovşağında polietilen bağlamanın içərisində 07 ədəd polieteln torbaların içərisində, küllü miqdarda, yəni ümumi təmiz çəkisi 5,846 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd polietilen bükümdə ümumi təmiz çəkisi 1,135 qram akustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 305 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanna, 01 ədəd polietilen bükümdə içərisində 56 ədəd olan, ümumi təmiz çəkisi 35 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkisinin hissələri, üzərində heroin izləri olan 01 ədəd qaşıq, mənzilin qonaq otağında olan divanın qarşısındakı yerləşən masanın çəkməcəsindən isə, üzərində metamfetamin və heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, daha sonra əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 21:30 radələrində Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları onun iştirakı ilə digər yaşadığı, ünvan 4 ünvanında yerləşən mənzilə keçirilmiş baxış zamanı mənzilin yataq otağında olan yatağın alt sol hissəsində döşəmənin üzərində 03 ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış şəffaf politetilin torbalarda və 03 ədəd üzərində “Araz market” yazısı olan polietilin torbalarda küllü miqdarda, yəni ümumi təmiz çəkisi 4,080 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, mənzilin yataq otağında olan çantanın içərisindəki parça torbanın içərisində 03 ədəd bükümdə küllü miqdarda, yəni ayrıayrılıqda təmiz çəkiləri 15,852 qram, 2,917 qram, 0,936 qram, təmiz çəkisi 19,705 qram olan kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,736 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək ifadələrində göstərdi ki, təqsirləndirilən şəxs ilə Kərimov Sadıq Hicran oğlu tanıyır. Dostluq edirlər. Aralarında heç bir iş birliyi olmamışdır, sadəcə Sadiq onun dərd yoldaşı olmuşdur. 2022-ci ilin iyunun 24-ü idi. Axşamçağı o, başqa yerə getdiyi üçün Sadiqi yanına çağırıb ondan xahiş etmişdir ki, onda olan narkotik vasitələri başqa adama çatdırmaq üçün özü ilə götürsün və müəyyən olunmuş yerə aparsın. Sadiq də razılaşaraq həmin vasitələri götürüb getdi. Sonra da o, Sadiqdən bir xəbər ala bilməmişdir. Onun harada olduğunu öyrənmək üçün o, Sadiqə zəng vurmuşdur. Sadiq də başqa yerdə olduğunu dedi. Sonradan o, Sadiq onunla telefonda danışanda tutulub polis idarəsində olduğunu bilmişdir. Növbəti gün də onun yaşadığı ünvanına polis əməkdaşları gəldi, mənzilə daxil oldular və orada narkotik vasitələri və psixotrop maddələri aşkar etdilər. Həmin hal iyunun 25-də 7-ci mikrorayon ərazisində baş vermişdir. O, həmin ünvanda kirayəşin yaşayır. Aşkar olunmuş narkotik vasitələr və psixotrop maddə ona məxsus olub. Narkotilər vasitələrin və maddələrin tam miqdarını xatırlamır. Sellofan bağlamalar idi. Bu cür bağlamaları həmişə o, özü aparıb müştərilərə çatdırmışdır, ancaq həmin gün, qəflətən elə oldu ki, gedə bilməmişdir və özünün yerinə Sadiqi göndərmişdir. O,narkotik vasitəni və psixotrop maddəni əcnəbi şəxslərdən almışdır. O, həmin şəxslərin dediyi ünvanlara gedib onların qoyduqları bağlamaları sonradan satmaq üçün götürmüşdür. Bu yolla qazandığı mənfəət 300-400 manat təşkil edirdi. Bu işlə məşğul olmağa başlamazdan bəri bu günə qədər qazandığı mənfəətin dəqiq məbləğini deyə bilməsə də, onu deyə bilər ki, həmin pullarla çoxlu borclarını ödəyə bilmişdir. Hazırda onda heç bir narkotik vasitə və yaxud psixotrop maddə qalmayıb, yoxdur. Əvvəllər məhkum olunmamışdır. Əvvəllər ailəli olub, üç uşağı var. Uşaqları indi onun yanında qalır. Uşaqlardan böyük qızının on doqquz yaşı vardır. Sadiqi əvvəllər münasibətdə olduğu insan vasitəsi ilə tanımışdı. Həmin insan da Sadiqi bu cür işlərə görə tanıyırdı və onunla bir yerdə belə işləri var idi. O, bu fəaliyyətə ilk başlayanda başqa insana kömək etmək məqsədi ilə onun xahiş ilə başlamışdır. Həmin şəxs onu inandırmışdır ki, onun öz adamları var, lakin adamı heç vaxt görməmişdir, onunla ancaq telefon vasitəsi ilə danışmışdır. Elə olurdu ki, gün ərzində o, on-beş yerə bağlamalar qoymuşdur, elə olurdu ki, belə hal üç dəfə olurdu. Göndərilən narkotikləri də ancaq özü götürüb kirayə yaşadığı evə aparmışdır. Yaşadığı ev Nizami rayonunda yerləşirdi, kirayə tutduğu ev isə 7-ci mikrorayonda yerləşir. Narkotik vasitəlri və maddələri bükümlərə özü bölmüşdür. Göndərilən mal, yəni narotika böyük bağlamalarda gəlirdi. Onu xırda bükümlərə isə özü bölmüşdür. Narkoti maddəlri bükümlərə bölərkən tərəzidən istifadə etmişdir. Bükümlər müxtəlif çəkilərdə olurdu. O, əvvəllər heç kəsə heç nə tapşırmamışdır. Hadisə baş verən gün həmin bağlamaları yerlərinə qoymaq üçün Sadiq gedəsi oldu. Ona zəng gəlmişdir, qonaqlığa dəvət olunmuşdur, ona görə Sadiqdən xahiş etmişdir. Sadiq ona güvənirdi. Heç soruşmadı ki, bağlamaların içindəki nədir. O, Sadiqə telefon nömrəsini vermişdir ki, bağlamanı əvvəlcədən zəngləşib aparsın. Bir böyük bağlama bükümlərdən ibarət idi. Sonradan da Sadiqə dəfələrlə zəng vurmuşdur, ancaq əlaqə yarada bilməmişdir. Nəhayət Sadiq telefonu qaldırdıqdan sonra ona bildirdi ki, başqa yerə gedəsi oldu, dediyi yerə gedə bilməmişdir. Özü bir kiloqram narkotik daşımasına görə, kuryerlik etməyə görə İran vətəndaşından 400 manat pul almalı olmuşdur. Həmçinin də elə olurdu ki İran vətəndaşı ona on-iyirmi manat pul göndərirdi. Elə olurdu ki böyük pul məbləğlərini hissə-hissə bölüb verirdi. Onun adı Murtaza idi. İran vətəndaşıyam deyirdi. O, pulu işi görəndən sonra verirdi. Əvvəllər özü də narkotik maddələr qəbul etmişdir. Sadiq isə siqaret də çəkmir, spirtli içki içmir. O, Sadiqi dürüst, düzgün olduğu üçün qiymətləndirib onunla dostluq etmişdir. O, Sadiq ilə başqa şəxs vasitəsi ilə tanış olmuşdur. Həmin şəxs də narkotik istifadəçisidir, məhkumluğu var, narkotiklərə görə tutulmuşdur. Sadiqin narkotik şatışı ilə məşğul olan adamlarla münasibətlərdə olmasına baxmayaraq, Sadiq özü narkotik satışı ilə məşğul olmamışdır. Sadiqin onun nə ilə məşğul olduğu barədə məlumatı yox idi. Dərd ortağı dedikdə, onu demək istəyir ki, ağlayanda, nəyəsə görə pis olanda ona heç kəs yaxın durmurdu, Sadiq isə ona dəstək olurdu, düzgün istiqamət verirdi. Ayka adlı şəxs artıq cinayət məsuliyyətinə cəlb olunub. İbtidai istintaq orqanına verdiyi ifadəsi düzdür, özü tərəfindən verilmişdir, lakin Sadiqin onunla bir neçə dəfə gecə vaxtı birlikdə bağlamalar daşıması barədə dedikləri düz deyil. İfadəsinin həmin hissəsini təstiq etmir. O, ifadəsinin həmin hissəsini ona görə o, cür təqdim etmişdir ki, polis əməkdaşlarının təsirindən qorxurdu. Təsir dedikdə, onu nəzərdə tutur ki, polis əməkdaşları onun Sadiq ilə birlikdə fəaliyyət göstərməsi barədə ona dəfələrlə deyirdilər, ancaq bu belə deyil. Sadiqə verdiyi telefon nömrəsini xatırlmır. Həmin telefon nömrəsinin sahibi İlqar Abbasovdur. Elə olurdu ki, Sadiq onunla birlikdə gedirdi, lakin bağlamaların içində nəyin olduğunu və gecə vaxtı çatdırılmanın nə üçün vacib olduğunu bilmirdi. Sadiq sadəcə onun yol yoldaşı olmuşdur. Sadiq bağlamaların içində nə olduğunu bilsəydi, onunla dostluq etməzdi. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir: « ünvan 7 ünvanında qeydiyyatda olsa da ünvan 8 ünvanında kirayədə yaşayır. Əvvəllər hər hansı bir cinayət törətməyə görə məhkum olunmamışdır. 2000-ci ildə X7 ilə ailə həyatı qurmuş və bu nikahdan 3 övladı olmuşdur. Ailə pıoblemləri olduğuna görə 2018-ci ildə həyat yoldaşından ayrılmış, həyat yoldaşından ayrıldıqdan sonra X9 ilə tanış olmuş və yaxın münasibətləri olmuşdur. 2021-ci il dekabr ayında X2 miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı tutulmuş və sonuncu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hazırda cəzasını 17 saylı cəzaçəkmə müəssisədə çəkir. Rauf tutulduqdan sonra ona bir neçə dəfə zəng edərək hədə-qorxu gələrək onunla aralarında olan münasibəti oğlu Rəvan və anası Narıngülə bildirəcəyini deyərək ona cəzaçəkmə müəssisəsinə pul və yemək aparmağını tələb edirmiş. Rauf tutulduqdan sonra onun mobil telefonuna “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə “Murtaza” adlı İran vətəndaşı zəng vurmuş və Raufun tanışı olduğunu bildirərək sonuncunu həbsdən azad edəcəyini bildirmişdir. Rauf bu işin qarşılığında onun sonuncuya kuryerlik etməsini istəmişdir. Rauf tutulan zaman onun maddi vəziyyəti pis olduğu üçün «Murtazadan» 2 500 manat borc pul almış və sonuncu həmin pulun müqabilində onun işləməsini tələb etmiş və o, da “Murtaza” ilə razılaşmışdır. Murtaza ondan tələbinə əsasən o, sonuncunun “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə ona dediyi ünvanlardan narkotik vasitə və psixotrop maddələri götürüb dediyi ünvanlara qoyurmuş. Bunun qarşılığında Murtaza ona bildirirmiş ki, onun borcunu bağlayacaq və Raufu həbsdən azad edəcəkdir. Beləliklə də 01 yanvar 2022-ci il tarixdən o, Murtaza ilə işləməyə başlamışdır. Ona göstərişləri “Murtaza” və sonuncunun qohumu “Davud” verirmişlər. Müxtəlif növ narkotik vasitələri əldə etdikdən sonra büküm şəklində tərəzi çəkərək Murtazanın dediyi yerlərə qoyaraq həmin ünvanları sonunculara atırmış. O, 2022-ci ilin may ayının ortalarına qədər Bakı şəhəri, Nərimanov rayonu, metropolitenin “Ulduz” stansiyasının yaxınlığında yerləşən ünvanda qalmışdır. Belə ki, kiçik qızı Abduləzızli Zəhra orta məktəbə həmin ünvanda getdiyi üçün o, yaşayış yerini dəyişə bilmirmiş. Qızı orta məktəbi qurtardıqdan sonra və oğlu Rəvan Abduləzızli hərbi xidməti başa vurub geri qayıtdığı üçün o, övladlarının onun nə işlə məşğul olduğunu bilməmələri üçün 2 ayrı yerdə ev tutmaq qərarına gəlmişdir. O, 2022-ci ilin may ayının ortalarında ünvan 8 ünvanını kirayə götürmüş və orada övladları ilə birlikdə yaşamağa başlamışdır. “Murtaza”nın ona göndərdiyi narkotik vasitələri əl çantasında gizli şəkildə yaşadığı evə gətirərək özünə məxsus otaqda gizlədirmiş. Həmin mənzildə onun azyaşlı övladları olduğu üçün o, sonuncuların onun nə işlə məşğul olduğunu bilməmələri üçün yalandan metropolitenin “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən paltar mağazasında satıcı işlədiyini demişdir. Qızı Aysu bir neçə dəfə ondan işlədiyi mağazanın yerini soruşsa da o, sonuncuya yalandan metronun çıxışında yerləşdiyini demişdir. O, narkotik vasitə və psixotrop maddələri övladları ilə yaşadığı evdə saxlamamaq üçün 2022ci ilin iyun ayının 1-də ünvan 10 ünvanında kirayə mənzil götürmüş və narkotik vasitələri və psixotrop maddələri həmin evə daşımış, gündüzləri həmin evdə qalmağa başlamışdır. Belə ki, o, hər gün yaşadığı ünvan 11 ünvanından çıxaraq övladlarına işə getdiyini deyərək ünvan 10 ünvanına gəlirmiş və həmin ünvanda “Murtaza”nın dediyi sifarişləri hazırlayaraq aparıb çatdırırmış. Təxminən 18 iyun 2022-ci il tarixdə saat 12 radələrində “Murtaza”nın ona dediyi yerdən, yəni Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qaraçuxur qəbirstanlığından heroin, metamfetamin və qurudulmuş marixuanna götürmüş və həmin narkotik vasitə və psixotrop maddələri kirayə götürdüyü ünvan 10 ünvanına qoymuşdur. ünvan 10 ünvanında 02 ədəd tərəzi və 05 ədəd qəbul etdiyi və satdığı narkotik vasitələrin qeydlərini apardığı dəftərlər olmuşdur. O, təxminən 02 ay olar ki Şahid1 ilə tanış olmuş və Şahlar onun narkotik vasitə istifadəçisi olduğunu və narkotik vasitə satışı ilə məşğul olduğunu bilmirmiş. 23 iyun 2022-ci il tarixdə tanışı Şahlar ona zəng edərək Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda yerləşən restoranda olduğunu demiş və onu oraya çağırmışdır. O, da həmin gün saat 21 radələrində Şahlarla görüşmək üçün restorana getmişdir. O, Şahlarla restorandan çıxdıqdan sonra onun kirayədə yaşadığı ünvan 10 ünvanına gəlmişdir. O, Şahlarla görüşdüyü üçün “Murtaza” ona zəng etmiş və bir neçə göstəriş vermiş, o, Murtazaya yalandan demişdir ki, bacısının qızı xəstədir, gedə bilmir və köməklik üçün Sadiqdən xahiş etmişdir ki, sirafişləri sonuncu aparsın. O, gecəni Şahlarla birlikdə ünvan 10 ünvanında qalmış və orada olan zaman “Murtaza” onu yığmış və bildirmişdir ki, Sadiq telefona cavab vermir. O da Sadiqi bir neçə dəfə yığsa da sonuncu telefona cavab verməmişdir. Təqsirləndirilən şəxs2 3-4 aydır ki, tanıyır və sonuncu onunla bir neçə dəfə narkotik vasitələri gecə vaxtı ünvana aparan zaman qorxmamağı üçün onunla birlikdə getmişdir. Həmin vaxt o, Şahlarla görüşdüyü üçün Sadiqdən xahiş etmişdir ki, onun yerinə Sadiq gedib malları götürüb aparıb təhvil versin. Sadiq gedib malları onun kirayə götürdüyü ünvan 10 ünvanından götürmüşdür. O, narkotik vasitələri və psixotrop maddələri evdə yatağın altında sellofan torbada saxlayırmış. Həmin mənzil kirayə mənzil olduğu üçün ev yiyəsinin gəlib həmin malları aşkar etməsindən ehtiyyat edirmiş. 24 iyun 2022-ci il tarixdə saat 15:10 radələrində ünvan 12 ünvanında sevgilisi Şahid1 ilə birlikdə olarkən qapı döyülmüş və polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları qapını döyərkən Şahlar nə məsələ olduğunu soruşmuş və o, sonuncunu mənzilin yataq otağına apararaq orada gözləməsini xahiş etmiş, qapını çöldən bağlamışdır. O, qapını döyənin polis əməkdaşları olduğunu bildiyi üçün qapını bir az gec açmış və narkotik vasitənin bir qismini sanitar qovşağına tökmüşdür. Polis əməkdaşları yaşadığı evə onun iştirakı ilə baxış keçirərkən, sanitar qovşağında qara sellofan bağlamada saxladığı iki büküm qurudulmuş narkotik vasitə olan marixuana və unitazın içinə buraxdığı narkotik vasitənin “kakos” növünün selofanları aşkar edilmişdir. Həmçinin evdə saxladığı qeydiyyat dəftərlərini də polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Binəqədi RPİ-nin 5-ci polis bölməsinə gəlmişdir və otaqların birində üzərinə baxış zamanı ondan üzərində olan əşyaları çıxarıb təqdim etməyini polis əməkdaşları xahiş etmişlər. Lakin, onun üzərində qeyri-qanuni heç bir əşya olmamışdır. Baxış başa çatdıqdan sonra o, polis əməkdaşları ilə birlikdə uşaqları ilə birlikdə yaşadığı ünvan 13 ünvanına getmiş və orada da vəkilin, polis əməkdaşlarının iştirakı ilə evə baxış keçirilmiş və yataq otağında olan çantanın içində olan parçanın içinə qoyduğu 04 ədəd büküm və yataq otağında olan yatağın altında boş sellofan bağlamalar aşkar olunmuşdur. Həmin vaxt bükümlərin ona məxsus olduğunu və satış üçün hazırladığını etiraf etmişdir. Belə ki, həmin bükümlər Binəqədi rayonunda yerləşən evi kirayə götürməmişdən əvvəl özünə məxsus otaqda olan paltar çantasında gizlətdiyi bükümlər və yatdığı çarpayının altındakı boş sellofanlar olmuşlar. Həmin boş sellofan bağlamaların əvvələr içərisində narkotik vasitə və psixotrop maddələr olduğu üçün hər bir bağlamanın içərisində az miqdarda narkotik vasitə və psixotrop maddə olmuşdur. Həmin sellofan bağlamalar və bükümlər onun ünvan 12 ünvanına malları daşıyarkən qalmışdır. O, həmin boş sellofanları Binəqədi rayonundakı yerləşən mənzildəki boş sellofanlarla birləşdirərək büküm düzəltmək fikrində olmuşdur. O, tutulana qədər ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə edirmiş.» Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, təqsirləndirilən şəxs ilə Kərimov Sadıq Hicran oğlu tanıyır, dostudur. 2022-ci ilin iyunun 24-nə keçən gecə spirtli içki içmişlər, bir az çox içmişlər, xatırladığı qədəri ilə “Jaguar” spirtli içkisi idi. Növbəti gün, artıq gecə vaxtı idi. Gülər ilə görüşü olmuşdur. Gülər həmin görüşdə ona bildirdi ki, birt paket var, onu bir adama aparıb çatdırmaq lazımdır. O da razılaşaraq həmin bağlamanı götürüb deyilən əraziyə getmişdir. O, yolda olarkən ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşdı, onlar polis əməkdaşları idi. Xatırladığına görə, həmin şəxslərdən birinin adı Samir idi. Ona dedilər ki, o, narkotik vasitələrin qanunsuz satmaqda şübhələnir. Ondan sonra da onu Polis Bölməsinə aparmışlıar. Bölmədə olarkən ona bağlamada olan narkotik vasitələrin ona məxsus olduğunu dedilər. O, isə bunu inkar edib narkotik vasitələrin Gülər adlı qıza məxsus olmasını demişdir. Polis əməkdaşları tərəfindən ona fiziki təsir göstərib təkid edirdilər ki, sənədləri imza etsin. O da buna razılaşmamışdır. Çünki əvvəllər məhkum olunub deyə polis əməkdaşlarının ona qarşı irəli sürdükləri maddələrin mahiyyətini bilmişdir. Onun sol çiynində sınığı var. Polis əməkdaşları həmin sınığı görüb daha da sərt oldular və ona zərbələr endirdilər. Onun sənədlərində karandaş ilə 234.1 maddəsini yazdılar və dedilər ki, onu həmin maddə ilə qeydə alacaqlar. O da onlarla razılaşaraq 234.1 maddəsi yazılmış sənədi imzalamışdır. Sonra onu müvəqqəti saxlama yerinə aparmışlar. Müəyyən müddət orada saxlanılıb. O, Ədliyyə nazirliyinin sisteminə keçəndən sonra rahat şəkildə vəkil ilə təmin olundu. Polis əməkdaşları ona işgəncə vermişdir, müstəntiq ona qarşı qərəzli hərəkətlər etmişdir. 24 iyun 2022-ci ildə, 7-ci mikrorayon ərazisində tutulub. Narkotik vasitəni Gülərdən həmin ərazidə, yəni 7-ci mikrorayonda yerləşən Kunanbayev küçəsində alıb. O,narktik vasitələri götürdüyü yerdən çox az məsafə qət etdikdən sonra o, polis əməkdaşları tərəfindən tutulub. Bağlamanın içərisində narkotik vasitənin olub-olmadığını bilmirdi. Həmin bağlamanın içərisində hətta ətir də var idi, müvəqqəti saxlama yerində də qeydiyyata alınmışdır. O, soyğunçuluğa və xuliqanlığa görə əvvəllər məhkum olunmuşdur. 03 il 06 ay məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkib. 2022-ci il yanvarın 3-də azadlığa buraxalıb. O, Təqsirləndirilən şəxs1 ilə o, tutlmamışdan dörd-beş ay qabaq tanışdır. «Ayka» adlı şəxs vasitəsi ilə tanış olub, aralarında dostluq münasibətləri var idi. Onların fikirləri, düşüncələri uyğun olmuşdur. Amma onun Gülərin narkotik satışı ilə məşğul olması barədə heç vaxt xəbəri olmamışdır. Tutulmasını çətinliklə xatırlayır, çünki tutulanda çox həyacanlı olmuşdur. O, tutlanda təhqiqatçı ona demişdir ki, narkotiklərin ona məxsus olmadığını desin. Yalnız onu desin ki, narkotiklərin çatdırılması ilə məşğul olmuşdur. O da təhqiqatçı ilə razılaşaraq bunu demişdir. Döyülməyi ilə bağlı kiçik bir araşdırma olmuşdur, bir dəfə prokurorluqdan gəlmişlər, lakin ekspertiza keçirilmədi. İstintaq təcridxanasına daxil olanda xəsarətlər akar olunub qeydə alınmışdır. Özü döyüldüyü barədə yalnız vəkilinə danışmışdır. Hazıra döyülməyi ilə bağlı məhkəmə nəzarəti qaydasında araşdırma aparılır. Həmin hadisədən əvvəl heç vaxt Gülər ilə birlikdə belə bir işlərlə məşğul olmamışdır. Tutulduqdan sonra Polis Bölməsində olarkən orada bir xanım görmüşdür. Ondan sonra heç bir vəkil olmamışdır. Vəkili ancaq məhkəmədə görümüşdür. Kunanbayev küçəsində iki nəfər polis əməkdaşı tərəfindən tutulub. Tutulanda saat təxminən 02:00 olardı. Təqsirləndirilən şəxs1 ilə dost idi. Ehtiyacı olanda Gülər də borc götürürdü. Gülərin ona qarşı hər hansı ədavəti olmayıb. Gülərin ona demədən bağlamada narkotik vasitə gizlətməsini arxayınlıq hissi ilə izah edir. Ola bilər ki Gülər bu hərəkətə əl atarkən onun tutulacağının fərqinə varmayıb. İçkili idi, Gülərdən bağlamada nə olduğunu soruşmaq heç ağlına gəlməmişdir. Gülər özü qısaca bildirdi ki, bağlamada ətir var. Gecə vaxtı ətir daşımağın nə dərəcədə vacib olubolmaması ona önəmli deyil idi. Gülərin ona əlaqə saxlamaq üçün verdiyi nömrəni xatırlamır. Kənd Əhmədli ərazisində qalırdı. O, iki-üç Gülər ilə birlikdə qalırdı. Gülərin narkotik vasitələrin aludəçisi olması haqqında sonradan bilmişdir. Məhkəmədə elan olunub araşdırdmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, « o, Cəlilabad rayonu, Ocağlı kəndində qeydiyyatda olsa da, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 13 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. 24 iyun 2022-ci il tarixdə saat təxminən 01:00 radələrində Binəqədi rayonu A.Kunanbayev küçəsində Gülər adlı qızla razılığa gəlmişdir ki, narkotik vasitələri ona verəcək və həmin narkotik vasitələri deyilən ünvanlara aparıb çatdırmalıymış. Gülər ona bildirmişdir ki, sonuncunun xəstəsi var və özü apara bilmir və ondan xahiş etmişdir ki, sonuncuya köməklik etsin. Onun bu işin müqabilində heç bir maddi marağı olmamışdır. O, Güləri təxminən 2-3 aydır tanıdığı üçün və sonuncu ilə aralarında dostluq münasibəti olduğu üçün o, insanlıq olaraq sonuncuya köməklik etmək istəmişdir. Gülər ona 04 ədəd qara rəngli sellofanlara bükülmüş halda olan içərisində narkotik vasitə hesab edilən heroin və 02 ədəd şəffaf sellofanlara bükülmüş halda psixotrop maddə metamfetamini vermişdir ki, aparıb deyilən ünvanlara çatdırsın. 24 iyun 2022-ci il tarixdə saat təxminən 09:10 radələrində Binəqədi rayonu A.Kunanbayev küçəsində yerləşən “Kəndli” kafesinin yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 5-ci P Bölməsinə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 5-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əlində olan sarı rəngli sellofanın içərisində 04 ədəd qara rəngli sellefonlara bükülmüş halda olan içərisində narkotik vasitə hesab edilən heroin və 02 ədəd şəffaf sellofanlara bükülmüş halda psixotrop maddə metamfetamini çıxardıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş “metamfetamin" adlanan psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir.» Şahid X11 ifadəsində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər Kərimov Sadıq Hicran oğlunu və Təqsirləndirilən şəxs1 əvvəllər tanımır. Onlarla ədavəti və yaxınlığı yoxdur. 24 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılaraq Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilirdi. Orada onun üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə heroin və psixotrop maddəyə bənzər maddələr aşkar olundu. Miqdarlarını xatırlamır. Sadiq həmin madələri Gülər adlı tanışına məxsus olduğunu bildirdi. Bundan sonra Sadiqin narkotik maddələri əldə etdiyi mənbəyi müəyyən edilməsi məqsədi barədə qərar qəbul edildi. O da əməliyyat qrupunun tərkibində Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 16 ünvanına gedib Təqsirləndirilən şəxs1 razılığına əsasən mənzilə daxil oluub mənzildə axtarış aparmışlar. Mənzildə Gülərin sevgilisi var idi. Bundan sonra o, qonaq otağında olan dolabın qapısı açıldıqda yuxarı gözdən beş ədəd dəftər aşkar edildi. Təqsirləndirilən şəxs1 həmin dəftərdə narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər aparmasını bildirdi. Qonaq otağındakı divanın qarşısında yerləşən masanın çəkməsindən iki elektron tərəzi aşkar edildi. Təqsirləndirilən şəxs1 həmin elektron tərəziləri narkotik vasitələrin çəkilməsində istifadə etdiyiyni bildirdi. Axtarış zamanı hamam otağında unitazın yanında sellofan torba aşkar edildi. Həmin torba qonaq otağına gətirilərək masanın üzərinə boşaldıqda torbanın içərsindən müxtəlif sellofan torbalar və bir ədəd qaşıq çıxdı. Təqsirləndirilən şəxs1 əvvəllər həmin torbalarda narkotik vasitə olmasını bildirdi. Sellofanlara baxış zamanı içərisində qəhvəyi rəngli maddələrin tozşəkilli qalıqlarının olması, sarı rəngli sellofan torbalarda isə kristalşəkilli maddə qalıqlarının olması müşahidə olundu. Təqsirləndirilən şəxs1 01 ədəd ağ rəngli qaşığı narkotik vasitələrin tərəzidə çəkilməsi prosesində istifadə etdiyini bildirdi. Daha sonra masanın üzərində olan iki ədəd içərisində qurumuş halda spesifik iyə malik olan ot olan sellofanlara baxış keçirildi. Təqsirləndirilən şəxs1 həmin sellofanlarda vasitənin nəşə olmasını bildirdi. Bundan sonra masanın üzərində olan sellofanlar, bir ədəd qaşıq, iki ədəd elektron tərəzi sellofan torbayya qoyuldu. Təqsirləndirilən şəxs1 məxsus olan bir ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və beş ədəd dəftər maddi sübut kimi götürüldü. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılarkən onlara fiziki və psixi təsir göstərilməyib. Onlar əməliyyatlar zamanı hər hzanı müqavimət göstərməyiblər. Sadiq saxlanılarkən, Gülər də axtarış zamanı özəlrinə çox mədəni aparmışlar. İfadələrinə başqa əlavələri yoxdur. Şahid2 Taleh oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onunla ədavəti və qohumluğu yoxdur. 24 iyun 2022-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdu. Məlumat Binəqədi RPİ-nin 5-ci PB-nin rəisinə məruzə olundu. Əməliyyat qrupu yaradıldı. O da əməliyyat qrupuna daxil edilmişdir və keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində olması barədə məlumat alındı. Bundan sonra, əməliyyat qrupu həmin ünvana gedərək müşahidə apardıqda A.Kunanbayev küçəsində yerləşən “Kəndli” kafesinin qarşısında xarici əlamətləri Təqsirləndirilən şəxs2 adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsin olmasını görüb ona yaxınlaşmışlar. Təxminən saat 09:10 radələri olardı. Onlar özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirib həmin şəxsin özünü Təqsirləndirilən şəxs2 olduğunu bilib onlar Sadiqə həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanınsuz olaraq əldə edilməsi və daşınmasında şübhəli olmasını bildirilərək onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Polis Bölməsində Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirildi. Axtarış zamanı təhqiqatçı Orxan Təhməzli tərəfindən Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs2 da əlindəki sellofan torbanın içərisindən dörd ədəd qara rəngli sellofanlara bükülmüş və iki ədəd şəffaf sellofanlara bükülmüş halda olan bükümləri masanın üzərinə qoydu və dörd ədəd qara rəngli sellofan bükümlərdəkinin narkotik vasitə heroin, iki ədəd şəffaf sellofan bükümlərdəkinin psixotrop maddə metamfetamin olduğunu, bükümləri 24 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində ona Binəqədi rayonu, A.Kunanbayev küçəsində Gülü adı ilə tanıdığı Gülər adlı qadına məxsus olduğunu və Gülərin tapşırdığı ünvana apardığını dedi. Şahid6 ifadələrində göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, sonuncularla heç bir ədavəti və qohumluğu olmamışdır. 24 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən narkotik vasitə heroin və psixotrop maddə aşkar olundu. Sadiq həmin maddələri və vasitələri Gülər adılı tanışının olduğunu və Gülərin tapşırdığı ünvana apardığını dedi. Güləri müəyyən etmək üçün onlar Sadiqin bələdçiliyi ilə onlar Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 17 ünvanda mənzilə getmişlər. Orada axtarış keçirilmişlər. Onun evindən də narkotik vasitələr, psixotrop maddələr aşkar olundu və narkotik vasitələrin istifadə olması və satılması üçün avanlıqlar tapıldı. Bundan sonra Təqsirləndirilən şəxs1 bölməyə gətirildi və şübhəli şəxs qismində tutuldu. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunsuz əşya aşkar olunmadı. Şahid7 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, sonuncularla ədavəti və qohumluğu olmamışdır. 24 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən narkotik vasitə heroin və psixotrop maddə aşkar olundu. Sadiq həmin maddələri və vasitələri Gülər adılı tanışının olduğunu və Gülərin tapşırdığı ünvana apardığını demişdir. Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 17 ünvanda mənzilə axtarış keçirilmişdi və narkotik vasitə və maddələr aşkar edilib Gülər tutulmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs1 özü yaşadığı ünvan 19 ünvanda da narkotik vasitəlr və maddələr saxladığnı bildirmişdi. Buna görə də Gülərin ravzılığı iloə həmin ünvanda da axtarış aparıldı. O da həmin axtarışda iştirak etmişdir. Baxış keçirilərkən mənzilin yataq otağındakı yatağın alt sol hissəsində döşəmə üzərində olan sellofan torbaların içərisində üç ədəd büküm narkotika vasitə və bir bükümdə heroin aşkar olundu və sellofana qoyularaq götürülmüşdür. Şahid8 da Şahid7 ifadəsində göstərdiyi hallara uyğun ifadələr verib onun ifadələrində göstərdyi halları təsdiq etdi. Şahid10 ifadələrində göstərdi ki, ünvan 13-də ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 anasıdır. 24 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində polis əməkdaşları yaşadığları mənzildə axtarış aparmışlar. Axtarış zamanı anası Təqsirləndirilən şəxs1 məxsus yataq otağında olan çantanın içərisindən, anasına məxsus yatağın altında boş sellofanlarda narkotik vasitə və psixotrop maddə aşkar olundu. Anası Təqsirləndirilən şəxs1 ona, eləcə də bacısına və qardaşına metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən paltar mağazasında satıcı işlədiyini deyib evdən gedirdi və axşamlar gəlirdi. O, həmin evdə olan zaman narkotik vasitə və psixotrop maddə ilə rastlaşmamışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış 24 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, təhqiqatçı Orxan Təhməzli tərəfindən Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqdan sonra Sadıq Kərimov əlində olan sarı rəngli sellofan torbanın içərisindən 04 ədəd qara rəngli sellofanlara və 02 ədəd şəffaf sellofanlara bükülmüş halda olan bükümləri çıxardaraq masanın üzərinə qoymuş, üzərində başqa hər hansı bir qanunsuz əşya olmamasını, 04 ədəd qara rəngli sellofanlara bükülmüş bükümdəkinin narkotik vasitə olan heroin, 02 ədəd şəffaf sellofan bükümlərdəkinin psixotrop maddə metamfetaminin olmasını, həmin bükümləri 24 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində Binəqədi rayonu, A.Kunanbayev küçəsində “Gülü” adlı qadınla hər günə 15 manat qazanc olmaqla deyəcəyi ünvanlara çatdırması barədə razılaşdıqdan sonra əldə etməsini və uzərində saxlamasını bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış 24 iyun 2022-ci il tarixli “mənzilə axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 17 unvanında gəlinərək qapı döyüldükdə qapını açan qadına Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin sonuncudan alınması bildirildiyindən həmin ünvana gəlinməsi bildirilərək mənzilə gəlinməsi və evə baxış keçirilməsi zərurətinin yaranması izah edildikdən sonra, Təqsirləndirilən şəxs1 razılığına əsasən mənzilə daxil olunmuş, qonaq otağında olan kişi cinsli şəxsin sonuncunun sevgilisi olması müəyyən edilmiş, bundan sonra qonaq otağında olan dolabın sol qapısı açıldıqda yuxarı gözdən 05 ədəd dəftər aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin dəftərdə narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər aparmasını bildirmişdir. Qonaq otağında mərkəzdə divanın qarşısında yerləşən masanın çəkməsindən 02 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin elektron tərəziləri narkotik vasitələrin çəkilməsində istifadə etməsini bildirmişdir. Daha sonra hamam otağına baxış keçirilərkən unitazın sol tərəfində göy rəngli sellofan torba aşkar edilmişdir. Həmin torba qonaq otağına gətirilərək masanın üzərinə boşaldıqda müxtəlif sellofan torbalar və 01 ədəd ağ rəngli qaşıq olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər həmin torbalarda narkotik vasitə olmasını bildirmiş, sellofanlara baxış zamanı içərisində qəhvəyi rəngli maddələrin tozşəkilli qalıqlarının olması, sarı rəngli sellofan torbalarda isə kristalşəkilli maddə qalıqlarının olması müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs1 01 ədəd ağ rəngli qaşığ narkotik vasitələrin çəkilməsi prosesində istifadə etdiyini bildirmişdir. Daha sonra masanın üzərində olan 02 ədəd içərisində qurumuş halda spesifik iyə malik olan ot olan sellofanlara baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 həmin sellofanlarda vasitənin “nəşə” olmasını bildirmişdir. Bundan sonra masanın üzərində olan sellofanlar, 01 ədəd ağ rəngli qaşıq, 02 ədəd elektron tərəzi göy rəngli üzərində “ORİGİNAL LEVİ S” yazısı olan sellofana qoyulmuşdur. Təqsirləndirilən şəxs1 məxsus olan bir ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və 05 ədəd dəftərlər maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış 24 iyun 2022-ci il tarixli “mənzilə axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 razılığına əsasən sonuncunun yaşadığı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 49 saylı evin 97 saylı mənzilinə baxış keçirilərkən mənzilin yataq otağındakı yatağın alt sol hissəsində döşəmə üzərində sellofan torbalar olması müəyyən edilmiş, həmin sellofan torbalar götürülərək yataq otağında masanın üzərinə qoyulmuş, Təqsirləndirilən şəxs1 həmin sellofan torbalarda olmuş narkotik vasitələri payladığını bildirmiş, sellofan torbalara baxış keçirilərkən içərisində qəhvəyi rəngli tozşəkilli maddələr qalıqları olması müəyyən edilmişdir. Bundan sonra dolabın yanında olan qara rəngli çanta açılaraq içərisinə baxış keçirilərkən çantanın içərisində göy rəngli parça olması müəyyən edilmiş, parça açıldıqda içərisində 04 ədəd büküm olması müəyyən edilmişdir. Həmin bükümlərin 03 ədədinin içərisində şəffaf rəngli kristalşəkilli maddələr, digər 01 ədəd bükümün içərisində isə 01 ədəd qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin bükümlərin içərisində narkotik vasitələr olmasını bildirmiş, bundan sonra həmin bükümlər göy rəngli parçanın içərisinə qoyulmuş, yatağın altından aşkar edilmiş sellofanlar və içərisində 04 ədəd büküm olan göy rəngli parça üzərində “SEMENTA” yazısı olan ağ rəngli sellofana qoyularaq götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 25 iyun 2022-ci il tarixli 6/3544 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №174” yazısı və imzalar olan paketdəki 04 ədəd qara rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 25,702 qram, 25,440 qram, 20,990 qram, 17,550 qram, ümumi təmiz çəkisi 89,682 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 02 ədəd şəffaf polietilen bükümdə isə ayrıayrılıqda təmiz çəkiləri 5,522 qram və 4,991 qram, ümumi təmiz çəkisi 1,513 qram ağ rəngli kristal şəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroinin təmiz çəkisi - 89,682 qram, həmin miqdardan tədqiqata 0,2 qram sərf edildi, qalıq 89,482 qramdır. Metamfetaminin ümumi təmiz çəkisi - 10,513 qram, cəmi tədqiqata 0,1 qram sərf edilmişi, qalıq 10,413 qramdır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 25 iyun 2022-ci il tarixli 6/3545 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksləri və “LEVİS” yazısı olan göy rəngli polietilen torbada 07 ədəd şəffaf polietilen torbaların içərisində ümumi təmiz çəkisi 5,846 qram qəhvəyi rəngli tozşəkilli maddə qalıqları kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd sarı rəngli polietilen torbanın içərisində isə təmiz çəkisi 1,135 qram ağ rəngli kristal şəkilli maddə qalıqları kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd qaşığın üzərində və 02 ədəd elektron tərəzinin üzərində metamfetaminin və heroinin izləri vardır, metamfetamin və heroin iş şəklində olduğu üçün onların təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksləri və “LEVİS” yazısı olan göy rəngli polietilen torbada 01 ədəd göy rəngli parça torbanın içərisində 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 15,852 qram, 2,917 qram, 0,936 qram, ümumi təmiz çəkisi 19,705 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 01 ədəd bükümdə təmiz çəkisi 4,736 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış şəffaf polietilen torbalara və 03 ədəd üzərində “Araz market” yazısı olan polietilen torbalarda ümumi təmiz çəkisi 4,080 qram qəhvəyi rəngli tozşəkilli maddə qalıqları kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “LEVİS” və “SEMENTA” yazıları olan torbalarda olan heroin qalıqları və göy rəngli torbadakı 01 ədəd bükümdə heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Tərəzinin və qaşığın üzərində heroin və metamfetamin iz şəklində olduğu üçün digər heroinlərlə və metamfetaminlərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Heroinin ümumi təmiz çəkisi 14,662 qram, metamfetaminin 20,840 qram təşkil edir. Heroin 2005-ci il 28 iyun Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “fenazepam” tərkibli dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr”in İİİ siyahısına daxildir. Qeyd olunur ki, heroinin təmiz çəkisi - 14,662 qram, həmin miqdardan tədqiqata 0,15 qram sərf edildi, qalıq 14,512 qramdır. Metamfetaminin ümumi təmiz çəkisi - 20,840 qram, 0,2 qram cəmi tədqiqata sərf edildi, qalıq 20,640 qramdır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-bioloji ekspertizasının 25 iyun 2022-ci il tarixli 7/891 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş göy rəngli üzərində “LEVİS” yazısı olan polietilen torbada 01 ədəd şəffaf sellofan torbadakı təmiz çəkisi 305 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş həmin göy rəngli torbada 01 ədəd şəffaf sellofan torbadakı ümumi sayı 56 ədəd, ümumi çəkisi 35 qram olan bitki hissələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Təqdim olunmuş göy rəngli torbada 02 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Qeyd olunur ki, marixuananın təmiz çəkisi 305 qramdır, 0,05 qram tədqiqata sərf edilmiş, 304,95 qram qalıq qalmışdır. Çətənə bitkisinin hissələrinin ümumi çəkisi 35 qramdır, 0,05 qram tədqiqata sərf edildi, qalıq 34,95 qramdır. Məhkəmədə elan olunub araşdırılmış 01 sentyabr 2022-ci il tarixli “dəftərlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirildiyi dəftərlər 05 ədəd olmaqla onlardan birincisinin üzərində çap üsulu ilə “Dreams taste like cotton candy” yazısı olan ürək və çiçək şəkilləri ilə bəzədilmişdir. Həmin dəftər 15 vərəqdən ibarət olmaqla son 11- 15-ci vərəqləri cırılmış və ya əzilmiş formadadır. Dəftərə baxış keçirilərkən qeydlərin 01 yanvar 2022-ci il tarixdən aparıldığı müəyyən edilir. Dəftərdə “147 patı, 248 kola, 5 em 40, 10k, 10p, 1m 40, 40 k, 10 p, 2 m 40, 10 k, 10 pat, 10 kola, 5 patı, 10 kola, 5 patı, 10 kola, 5 patı, 1 m 40, 20 kola, 5 patı, 10 patı, 2 kola, təzədən 2 ünvan, 10 kola, 1 m 40, 5 kola, 10 patı”, həmin vərəqin arxa hissəsində “02 yanvar, 8k, 7p, 10k, 10 p, 15k, 7p, 20k, 5 p, 2k, 10p, 5k, 5p, 10k, 5p, 7k, 3p”, “3 yanvar 15p, 5k, 1mya, 10k, 3p, 25k, 5p”, “4 yanvar 147 pat, 140 gedib, 7qr pat əskik, 244 qaldı, 4 kəsir kola, 102bdə”, “4 yanvar atıldı 300 kola - 100 Seva, 200 pat - 50 Seva, 10 m 10 - 3 Seva, 50k+5p+1m40”, “5 yanvar gül 50, 100 kola, 50 patı, 10 meti götdük, 150k, 50p, 5 m 40”, “5 yanvar 10 k, 5k, 5p, 8k, 2p, 20 kola, 7k, 3p, 10 kola əvvəl”, “Dünən 5 yanvar 10k, 6p, 5p, m40, 10k, 1 m40, 10 k”, “bugün 6 yanvar 10p, 5p, 5k, 10k, 10p, 20k, 5p, 10k, 10p, 5p, 90p qalıb, 9 meti, 69q”, “7 yanvar 400 kola, 20 meti, 50 verdim gələn kimi”, “7 yanvar 20k, 5p, 30 k, 3 m 40, 1 mio, 7 kola, 30 kola, 8k, 2p, 13k, 2p, 5k, 5p, 10k, 8k, 8k”, “8 yanvar 10k, 4m40, 3em40, 2em40, 20k, 12k, 20k, 5p, 3em40, 10k, 10p, 9m40 Seva, 7k, 3p, 1em40, 10k, 5p, 3m40, bura qədər 113k qaldı 2 dərman”, “təzə gətirdim, 113k, 2 dərman qaldı, 13k, 20k, 15k, 17k, 30k, 15k, 110 getdi, qaldı 3 köhnədən”, “10da təzə 300 torpaq, 200 patı, 20em40, Köhnədən 2m40, 10da təzə maldan 7k, 3p, 15k, 1em40, 5k, 5p, 3qr Seva”, “11-də 10k gülü, qol gülüyə, 17k gülər, 15k gülə qatdım, 10k gülər, 10k, 3p gülər, 3k,2pgülər, 16k5p gülə”, “13 yanvar 80 man”, “Mən əmiyə 100 bir, 50 bir 30da bir verdim, Əmi 100 man, Əmi 5 yanvarda -250 man, 3 yanvarda 150 man”, “Sevaya kola 20, 20, 2.d.20, 4 dənə 10, 2 dənə 15, 2 dənə 5, 10 dərmo”, “Patı, 3 dənə 10, 1 dənə 3, 2 dənə 5”, “Sevdaya 4 yanvarda 100 kola, 50 patı, 3m40, Sevanm hesabı 1 qr p-mən, 1 qr k-mən, 5 yanvar 19k, 1p, 5k, 10 patı, 5k, 2m40, 5k, 5p, 4k, 4p, 38 k verdi sev 20 patı, qalmalı 62k - qaldı 60, qalmalı 30p-28 qaldı, 1m40”, dəftərin arxa üzlüyünün iç hissəsində isə “İlkin əmi -300, Nigar - 9 man, Ramilə - 100 man” yazıları vardır. Baxış keçirilən ikinci dəftər üzərində çap üsulu ilə “copy book” yazısı vardır və dəftər üzəri güllər və quş şəkili ilə bəzədilmişdir. Dəftərin 20 vərəqədən ibarət olması, sonuncu vərəqlərindən ikisinin cırılmış vəziyyətdə olması müşahidə olunur. Dəftərin üst üzlüyünün iç hissəsində “***-***-**-** Ruslan, 055 2034239, 174+123=297”, dəftərin ilk səhifəsində “Əminin 1-ci patısı 90 qram 22 fevralda patı, 2-ci götürdüyüm kola - 300, patı – 200”, dəftərin orta vərəqlərində qeyd olmaması, sonuncu vərəqinin arxa hissəsində isə “20p, 5k-6p, 10k-5p, 5k-5p, 10k-15p, 20p, 10p, 10pAyka, 10k.5p, 5k.5p, 10p” yazıları müşahidə olunur. Baxış keçirilən üçüncü dəftərin üzərində çap üsulu ilə “copy book”, “spark” yazıları və 04 ədəd heyvanların şəkilləri həkk edilmişdir. Dəftərin 33 vərəqdən ibarət olması, vərəqlərin böyük əksəriyyətinin yarı cırılmış və ya tam cırılmış vəziyyətdə olması, dəftərin üst üzlüyünün iç hissəsində “130+90+50+270+100”, ilk görünən vərəqdə “29 may 300 qr kola, 1.500 patı, 10p.10k+, 25k+, 15k+, 80k.40p-, 12p.3k+, 10p+, x5k5p+, 10p+, 10k 4p+, 5k.5p+, 15k3p+, 25k+, 3m40+, 14p+, 21p+, 20k10p+, 30p+, 24k+, 25p+, 20p+, 40k.1m40+, 30k.20p+, 8k.3p+”, “30 may torpaq götürdük 700, qram daş götürdük 300, cəmi 1 kq(400 man), 50k-, 8k-, 30p+, 10p+, 10p+, 5p+, 10p+, 10p+, 2p1m40+, 2m40+, 30p+, 2m40+, 3m40+, 15p+, 10p+, 10p+, 5p 2m40+, 15p+, 10p+”, “11 iyun 10 koıa+, 20 kola-3pat+, 20kola-3pat+, 2m40-8k köhnə+, 5k-5p+, 5k-3p+, 10p.1em40+, 17k.3p+, 30p+, 10k+, 20k.5p+, 25k+, 7k.3p+, 12k+, 20k.1em40+, 10p.5k+, 30p.20k+, 15k,10p+, 5k.5p+, 20k.10p+, 10k.5p+, 7k.3p+, 8 k.2p+, 35.15p+, 15k.1em40+, 5k.5p+, 32k+, 10k+, 10+, 15k.10p+, 5k5p+, 3k.2p+, 8k2p+, 15k+, 5k.5p+, 10k+, 30k.bir+, 50kbir+”, “1kl ot, patı - 990qr, kola 980, kola 980, kola 970, kola 980 3k910qr”, “18 iyun 20k+, 10k.10p+, 8k.2p+, 15k.5p.4k.4p+, 2em40+”, “1qr20k, 8k,2p 8k 2p, 15 kola 2en.-40-, 10 patı-, 15k5p-, 15k3p~, 10 list dər+50k+10p-, 5k+5p-, 10p.17k-, 2 list metadon-, 20k 5p-, 10k-, 25k15p-, 20p-, 18k 12p-, 10 k 1 list m40-, 30 ko 10p-, 10p~, 10p~, 15k-, 10k-, 5k5p-, 5k5p-, 7k4p-, 10p5k-, 19 iyun, 20k.5p+, 10k5p+, 5k.5p+, 50p30k, 4k, 1p+5p, 10k+, 10k.15p+, 10k+, 15k.5p+, 12k+, 25k+, 15k+, 5k, 5p, 10k+, 10k, 10p+, 10k,6p+, 20k+, 10k+, 8k,2p+, 7k,3p+, 1-ci 378k. 162p, 2-ci 267p.G03k, 3- cü, 5k.5p+, 10k, 5p”, “19 iyun, 12k,3p+, 8k,4p+, 10p+, 10k,5p+, 10k+, 50k,15p+, 10k+, 8k,2p+, 10k,5p+, 20k,10p+, 30k,10p+, 10p+, 16k,4p+, 15k,10p+', 15k,10p+, 10k+, 10k+. 70k,30p+, 10,10p+”, “20 iyun, 10p-20k+15k+1ot+, 20ot+, 10p-10ot+, 10ot+, 5p.əm1üot+, 10k.4p10ot+, 13k.2p-, 10p+, 5k.5p+, 12k.3p-, 9k.1p+, 7k+, 10k+, 8k 2p+, 30K+, 30k.5p-, 20k.2p+, 10p.1k+, 20k.1p-, 10p-, 10k~, 9k.2p-, 11k.6p+, 10k+, 10k.10k3p+, 10p+, 20k+, 5k.5p+, 10k-50k, 15k5p-8p-”, “23 iyunda qalan təzə köhnə mal, 745qr patı, 10qr pat, 755qr patı, 52-k+1.101+1000+752, 165-ot”, dəftərin arxa üzlüyünün iç hissəsində isə “**********84363” yazıları qeyd müşahidə olunur. Baxış keçirilən dəftərin dördüncü dəftəri üzərində çap üsulu ilə “copy book, doublebook, black&whıte” yazıları və çiçəklərlə kəpənəklərin şəkilləri həkk edilmişdir. Dəftərin 26 vərəqdən ibarət oiması və dəftərdə olan yazıların dəftərin sonundan əvvəlinə doğru olması, dəftərdə “8k.3p+, 15p+, 9k.1p+, 5k5p+, 5k5p+, 10p+, 5p+, 5k5p+, 5k5p+, 3p2k+, 5+k, 10p, 15p, 3k.2p, 10p10k, 10k, 10k,10p, 16k.2p, lOp, 10p, 5k 5p, 3p 2k, 5p, 9k 1p, 7k.4p 13, 7k, 15k, 6k.1p, 102k, 8p, 4k.3p, (imza), təzə - 350k, 149p, 20p.10k, 10k.2p, 10k.10p, 10k.10p, 20k.10p.5p, 15k.5p, 9k.1p, 10k.2p, 5k.5p, 20k-18, lOp+lp, 5k.5p, 8k.4p, 30k, 10p, 15k.2p, 5k.5p, 6k.4p, 10k.4p, 5k, 3p, 10p, 20k.15p, 8k.2p, 8k, 2p+10k, 18k, 10k köhnədən, 34p.150”, “750 koka, 250 patı, 5k-5p, 8p 2k, 16k.4p, 2k.3p, 8k. 2p, 20k.20p, 10k.10p, 10k, 20p.30k, 10k.3p, 10k., 1k.70qr, 30k.20p, 5p.5k, Sk.2p, 8k.2p, 15k.5p, 5k.5p, 5k, 10p.2k, 7k.3p, 7k.3p, 5k.5p, 25k, 25k.5p, (10k.10p), 12k.3p, 5k.5p, 100k.20p, 15k.8p, 7k.3p, 30k10p, 30k.10p, 10k, 8k3p, 6k.4p, 10k5p, 15k5p, 13p.5k, 5k.5p, 5k.5p, 35k„ 10k., 10k., 5k, 15k.2p, 15k.2p, 5k, 50k+40-10, 50k+40-10, 7k.3p, 15k+, 10k+, 7k 3p+, 7k 3p+, 10k+, 15+”, “10.1, 7k.3p, 10k, 10.1, 8.2, 10.k, Dünən 12k, 10k, 10k, 12k, 8k, 7k, 23 aprel 10k, 50k, 25k, 11k, 18k 2p, 15k, 15k, 25, 10k, 45k 15k, 15k,t 15k, 10k, 25k, 50k, 20k.Səhər, 20k, 20k, 20k, 10k”, “27 aprel patı - 194, kola 782, 30k 10p - 3k.p, 15p5k, 15k 5p, 14k.1p 9k.1p, 9k.3p, 10k.10p, 5k.5p, 25k.patı5, 7k.3p, 10k.2p, 5k.5p, 5k,5p”, “40k.8p+, 12k.8p+, 4k.3p, 80k.20p+, 36k+, 30k.5p+, 8k4p, 20k.5p+, 7k3p+, 20k.5p+, 5k.5p+, 20k.20p-17, 20k, 20p, 70k.10> 60k.10p, 50k.20p, 15k.5p, 50k, (475 kola), 1.608KQ Kola, 277 qram patı, 1 may”, “1.100+748k. qalmışdır, 53 də patı qalmışdı, kola satılıb 1.222- 1092 qalıb, 1536 cəmi kola - 1222 = 374”, “600 bir 10 aprel, 150 Elvin - 15 aprel, 100 dünən - 18 aprel, 100 mar. - 13 aprel, 1 kq bir, yarım bir, 1 kq bir, 202 apreldə - 40 man. Mürtaza, 23 aprel - 20 rnan., 23 apreldə - yarım kq kol, 25 apreldə - 250 man, 27 apreldə götürdük.1k.300, 300 atdılar 28 də kartı - 100 kiməsə yolladım. 300 də axşam atıldı, 30.04.22 100 man karta, 30 apreldə 1 kilo 300, 31 aprel 1 kilo 300, 4kq300”, “7 apreldə - 245 man, 5 man bir kamrana, 10 man bir, 20 də bir, 10 da bir, 4 apreldə 120 bir, 200 bir, 8 mayda 200 man. Verdi, 9 mayda 1500 karta atıldı, 100 man Murtaza atdı, 6k900, 300 man ev pulu, Rəvan - 220 (alt-alta yazılmış rəqəmlərj 600, 100, 100, 40, 20, 100, 300, 245, 120, 200, 100, 1500, 300” rəqəm yazıların qeyd edilməsi müşahidə olşunur. Baxışı keçirilən dəftər qırmızı üzlüklü olmaqla üzlük üzərində rus əlifbası ilə çap üsulu ilə “şkolnaya tetrad” sözləri yazılmışdır. Dəftərin üst üzlüyünün iç hissəsində “P” hərfi altında “100, 20, 10, 10, 30, 140”, “K” hərfi altında “506, 454, 170, 200, 37, 1367” rəqəmləri, ilk səhifədən başlayaraq “13 mayda qalan, 5k.5p, 7k.3p, 5k.2p, 25k.5p, 20k.10p, 7k.3p, 7k.3p, 7k.3p, 10k.5p, 9k, 7k6p, 7k.3p, 15k.5p, (200k50p)-verilmədi, 30k.10p, 13 dənə”, “14 may 15k.5p, 5k2p, 5k.2p, 10k.4p, 5p, 5k5p, 30k.10p, 7k3p, 15k.5p, 10k, 18k.7p, 5k.5p, 6k.4p, 6k.6p, 15k.5p, 50k.1C-D10p+5p, 803k buracan”, “15 may 5k.5p+, 15k.5p+, 30k.20p+, 7p.3k+, 15k+, 10k+, 20k+, 10k.5p+, 30k.10p+, 10k.5p+, 20k.5p+, 20k.5p+, 7k.2p+, 20k.5p+, 8k.2p+, 7k.3p+, 7k.3p+, 8k.3p+, 10k.10p+, 8k.5p+, 5k.5p+, 20k+, 70k, 24.80k.20p+, 25.7k.3p+, 26.10k+5p, 80k.20p-, 10k.5p-, 7k.3p~, 70k-, 40k.10p-, 25k.10p-, 15k.5p-, 15k.5p-”, “5k.5p+, 7p.3k+, 15k.5p+, 30k.20p+, 15k+, 10k+, 30k.10p+, 10k5p+, 10k+, 20k5p+, 20k5p+, 7k.3p+, 20k.5p+, 7k.3r+, 8k.2p+, 7k3p~, 7k.3p+, 8k.3p+, 8k.5p+, 20k+, 10k.10p+, 5k5p+, 80k.20p+, 10k.5p+, 7k.3p+, 70k+, 40k.10p+, 10k.2p+, 25k.10p+, 15k.5p+, 3k.2p+, 15k.5p+, 15k.5p+, 5k.5p+, 20k.5p+», «17 may 5k.5p+, 40k.20p+, 5k.5p, 17k3p+, 10k.5p+10k. 10k.5p+, 5k.5p+, 20k.5p+, 10k.10p+, 10k.2p+, 15k.5p+, 37k.3p+, 40k.10p+, 22k.8p+, 15k.5p, 8k.2p+, 5k.5p, 10k.5p+, 8k.7p+53k, 30k.5p+7k+3p+15k, 10k.5p+, 25k.10p+, 20k.10p+, 45k.10p-, 10k.5p+, 25k.5p+, 8k.2p.9k.1p+, 25 kola-, 10k.5p+, 7k.3p~, 85k.15p+, 20k+, 80k+, 20k+, 20k-, 15k+, 8p- 7k+, 20k+, 10k+5p”, “45k+, 10k.5p+, 45k.10p+, 30k+, 50k+, 15k+, 10k+, '50k+, 30k+, 200k+, 30k+, 50k+, 13. 30k- 5=25k-, 15k-, 15k-” rəqəm və yazılar müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs1 istər ibtidai istintaq, istərsə də məhkəmədə ifadələrində qeyriardıcıl davranaraq ziddiyyətli ifadələr vermişdir. O, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilməsinə baxmayaraq, ifadələrində digər Təqsirləndirilən şəxs2 törədilmiş cinayət əməllərində iştirakının ilkin ifadələrində etiraf etmiş, sonrakı ifadələrində isə Təqsirləndirilən şəxs2 narkotik tərkibli bükümlərin daşımasında yalnız 24 iyun 2022-ci il tarixdə iştirak etdiyini, hətta həmin tarixdə sözügedən bağlamanı daşıyarkən onun içərisində nə olduğunu bilmədiyiyni göstərdi. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 ifadələrinin həmin hissəsini təstiq edərək sonradan içərisindən sərbəst dövriyyəsi qadağan olunmuş əşyaların aşkar edildiyi bağlamada “ətirlərin” olduğunu bildiyiyni göstərdi. Lakin, o, məhkəmədə gecə saatlarında “ətir” ilə doldurulmuş bağlamanı naməlum şəxs ilə əvvəlcədən telefon vasitəsi ilə əlaqə quraraq razılaşdırılmış yerə aparmasının nə dərəcədə ağlabatan olduğunu izah edə bilmədi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs təqsirsizlik prezumpsiyası çərçivəsində sərbəst ifadə vermək hüququna malikdir. O, təqsirsizlik prezumpsiyasına əsasən öz təqsirsizliyini sübut etməyə borclu olmasa da məhkəmə iclasında irəli sürdüyü iddiaları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 belə sübutlar təqdim etmədilər. Göstərilən hallar məhkəmədə araşdırılarkən onların iddialarını təsdiq edən sübüt müəyyən olunmadı. Əksinə, narkotik vasitələrin və psixotrop maddələrin satışında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda nəzərdə tutulan əməllərinin onlar tərəfindən tödərdilməsi onların özlərinin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə, hamin hallar üzrə dindirilmiş şahidlərin ifadələri ilə, ekspertiza rəyləri, iş üzrə maddi sübut kimi tanınmış əşyalarla, o cümlədən də işin faktiki halları ilə təsdiqini tapdı. Məhkəmədə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülüdüyü iddia olunmuşdur. İşin materiallarından görünür ki, 29 iyun 2022-ci il tarixdə Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasının tibbi-sanitar hissəsində müayinədən keçirilərkən sol bazu və sol çiyin nahiyyəsində sarımtıl rəngli qançır izləri aşkar olunması barədə Bakı şəhəri Nizami rayon prokurorluğuna məlumat daxil olmuşdur. Məlumat əsasında Nizami rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X8 tərəfindən həmin faktla araşdırma aparılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən zorakılığa, işgəncəyə, qəddar və ya qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara, eləcə də hər hansı qanunsuzluğa məruz qalması təsdiq olunmadığından həmin fakt üzrə 29 iyul 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs2 bu iddiasını həqiqətə uyğun olmayan özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətələndirir. Çünki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalması öz təsdiqini tapmadı. Məhkəmə, göstərilənləri nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olduğu qənaətinə gəlib onların əməllərinin həmin maddələr ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, göstərilən halları nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun törətdikləri əməlləri qəsdən törətdikləri qənaətinə gəlib onların qanunla müəyyən olunmuş qaydada cəzalandırılmalarını əsaslı sayır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müsadirə edilə bilən əmlakları müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı hazırkı cinayət işi üzrə materialların ekspertizasının keçirilməsinə 300 (üç yüz) manat xərcələnməsi müəyyən olundu. Məhkəmə həmin məbləğin məhkəmə xərci kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər hissələrlə tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 55 (əlli beş) saat hüquqi yardım göstərilməsi müəyyən olundu. Bu səbəbdən məhkəmə ona 330 (üç yüz otuz ) manat ödənilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs1 həmin məbləği ödəməsi üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nizami RPİ-nə təhvil verilmiş, ümumi təmiz çəkisi 104,344 qram narkotik vasitə heroinin, külli miqdarda, yəni ümumi təmiz çəkisi 31,353 qram psixotrop maddə olan metamfetaminin, ümumi təmiz çəkisi 305 qram narkotik vasitə qurulmuş marixuananın və ümumi sayı 56 ədəd, ümumi çəkisi 35 qram olan, əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrinin məhv edilməsini, həmçinin 01 ədəd ağ qaşığın və üzərində narkotik vasitə və psixotrop maddələrin izi olan 02 ədəd elektron tərəzinin istifadəyə yararsız əşyalar kimi məhv edilməsini, ibtidai istintaq orqanı tərəfindən keçirilmiş prosessual hərəkətləri əks etdirən 04 ədəd CD diskin isə cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin və psixotrop maddənin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və psixotrop maddənin miqdarı arasında yaranmış fərqi onun ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətlərini xarakterizə edən məlumatları nəzərə alıb, onlara təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə onlara azadlıqdan məhrumetmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 27 iyun 2022-ci il tarixdə Azərbaycan Respuspublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb edilərək, həmin tarixdə barəsində lərində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 24 iyun 2022-ci il tarixdə şübhəli şəxslər qismində tutulmuş, 27 iyun 2022-ci il tarixdə Azərbaycan Respuspublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb edilərək, həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilib, 14 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib hazırkı vaxta qədər ev dustəqlığında olması müəyyən olundu. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 180.2.1, 180.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 13 yanvar 2021-ci il tarixdə isə cəzasının sonu ilə əlaqədar azadlığa buraxılmışdır. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən 180.2.1, 180.2.4 və 221.3-cü maddələrdə nəzərdə tutulan əməllər az ağır cinayətlər təsnifat növünə aiddir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə təqsirli bilindiyi əməlləri 24 iyun 2022-ci il tarixdə, yəni onun barəsində təyin olunmuş cəzanın sona yetməsi səbəbindən azad olunduqdan sonra məhkumluğu ödənilməmiş halda törətmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin residivi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin residivi olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi onun törətdiyi əməllər barəsində nisbətən etirafedici ifadələr verib, cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi onun əməllərində cinayətin residivi olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi ittiham olunduğu əməllərin onun tərəfindən törədildiyinin etiraf etməsi, işin halları barədə ətraflı ifadələr verib cinayətlərin açılmasında iştirak etməsi, tək ana kimi himayəsində bir yetikinlik yaşına çatmayan uşağının olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin edilən cəzanın onun tərəfindən Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu, Təqsirləndirilən şəxs2 isə təyin edilən cəzanın onun tərəfindən həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını, Təqsirləndirilən şəxs1 cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, onun barəsində ibtidai istintaq zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması və hökm qanuni qüvvəyə minənə qədər həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2022-ci il və 08 oktyabr 2022-ci il tarixli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixoslimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, bu səbədən də narkomaniyadan müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs2 isə narkomaniyadan əzab çəkmir. Narkomaniya xəstəliyindən müalicəyə ehtiyacı yoxdur. Lakin onun da ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, 2022-ci ilin 09 sentyabr və 08 oktyabr tarixlərində keçirilmiş məhkəmənarkoloji ekspertizalarının rəylərini nəzərə alıb Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmasını, onun və Təqsirləndirilən şəxs2 narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaları fərdiləşdirərkən Təqsirləndirilən şəxs2 bu əməllərin törədilməsinə Təqsirləndirilən şəxs1 tərəfindən cəlb edildiyiyni nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, onların cəzalarını həm yüngülləşdirən halların olmasını, həm də ağırlaşdıran halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına, həyat və ailə şəraitlərinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 27 iyun 2022-ci il tarixdən hesab edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 24 iyun 2022-ci il tarixdən 26 iyun 2022-ci il tarixə qədər şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət onun cəza müddətinə daxil edilsin və onun cəzasının çəkilməmiş hissəsi 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün olaraq hesablansın. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın başlanğıcı 27 iyun 2023-cü il tarixdən hesablansın. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 24 iyun 2022-ci il tarixdən 26 iyun 2022-ci il tarixə qədər şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət onun cəza müddətinə daxil edilsin və onun cəzasının çəkilməmiş hissəsi 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün olaraq hesablansın. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs1 dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 300 (üç yüz) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 330 ( üç yüz otuz ) manat ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilmiş 300 (üç yüz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər hissələrlə tutulub dövlət büdcəsinə qaytarılsın, Təqsirləndirilən şəxs1 müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nizami RPİ-nə təhvil verilmiş, ümumi təmiz çəkisi 104,344 qram narkotik vasitə heroin, külli miqdarda, yəni ümumi təmiz çəkisi 31,353 qram psixotrop maddə olan metamfetamin, ümumi təmiz çəkisi 305 qram narkotik vasitə qurulmuş marixuana və ümumi sayı 56 ədəd, ümumi çəkisi 35 qram olan, əkilibbecərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri məhv edilsin, həmçinin 01 ədəd ağ qaşıq və üzərində narkotik vasitə və psixotrop maddələrin izi olan 02 ədəd elektron tərəzi istifadəyə yararsız əşyalar kimi məhv edilsin, 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar