Məhkəmə qərarları › İş №1(101)-401/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-401/2020

12.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-401/2020 12.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 92 “A”-da qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 5, mənzil 12-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Peniteniar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs müxəlif vaxtlarda Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 13 ədəd “gümüşü” rəngli kağız bükümdə, ümumi təmiz çəkisi 1,024 qram (ayrı-ayrılıqda təmiz çəkiləri: 0,058 qram, 0,088 qram, 0,082 qram, 0,078 qram, 0,065 qram, 0,092 qram, 0,096 qram, 0,082 qram, 0,088 qram, 0,098 qram, 0,080 qram, 0,083 qram, 0,034 qram) və 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 1,115 qram olan, ümumilikdə çəkisi 2,139 qram təşkil edən külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş, əldə etdikdən sonra üzərində saxlamaqla daşımış və xx xxxxxx 2019-cu il tarixdə 18:10 radələrində Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsində yerləşən “Axundov” bağında Bakı şəhəri Səbail rayon X5 Mübarizə Bölməsinin və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Orada Təqsirləndirilən şəxs üzərində keçirilən baxış zamanı 2,139 qram təşkil edən külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin əlində saxladığı üzərində «Parfume Gallery» yazıları həkk edilmiş qara rəngli hədiyyə qutusundakı yaşıl rəngli qutunun içərisində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılmamışdan 1 (bir) gün əvvəl tanımadığı şəxsdən 15 (on beş) bükümdə narkotik vasitə heroin almışdır. 15 (on beş) büküm narkotik vasitə olan heroini o, təxminən 30-40 manata almışdır. O, aldığı 15 (on beş) büküm narkotik vasitədən 2 (iki) büküm narkotik vasitəni aldığı gün istifadə etmişdir. Ona görə də polislər onu tutarkən narkotik vasitədən başqa onun üzərində çoxlu sayda insulin şprisləri olmuşdur. Bundan başqa, polislər tərəfindən saxlanıldığı gün onun üzərində 13 (on üç) bükümdə narkotik vasitə heroin olmuşdur. O, narkotik vasitəni insulin şprisləri vasitəsilə əzələsinə vuraraq istifadə edirmiş. O, hər gün 1-2 ədəd bükümdə narkotik vasitə heroin istifadə edirmiş. O, heroini yalnız öz istifadəsi üçün almışdır. O, həmin narkotik vasitələri kiməsə satmamış və satmaq məqsədi də olmamışdır. Təqsirləndirilən şəxs qeyd etdiyi halların nəzərə alınmasını, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və barəsində aşağı həddə cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Seymur adlı şəxsin Bakı şəhəri, Səbail rayonu ərazisində “Axundov bağı” adlanan ərazidə narkotik vasitələrin qəbulu və satışı iiə məşğul olması barədə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin əməkdaşı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o və Şahid1 daxil olmuşdur. Həmin əməliyyata Şahid1 rəhbərlik etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 18:00 radələrində onlar Seymur adlı şəxsi Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsində yerləşən “Axundov bağında” saxlamışlar və özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Sonra onlar Seymura barəsində narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirmişlər və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə sonuncunu dəvət etmişlər. Seymur onlara etiraz etməyərək onlarla birlikdə 9-cu Polis Bölməsinin inzibati binasına getmiş və xidməti otaqların birində Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiq müəyyən edildikdən sonra hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması üçün hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs əlində saxladığı və üzərində “Perfume Gallery” yazıları yazılmış qara rəngli hədiyyə qutusunun içərisinə baxış keçirilərkən orada yaşıl rəngli qutunun içərisində 13 ədəd sellofan büküm, 1 ədəd içərisində narkotik vasitəyə oxşar maddə olan qəhvəyi rəngli büküm, içərisində 10 ədəd istifadə olunmamış şpris, 1 ədəd 5 mq-lıq “Novakain" dərman ampulası, 1 ədəd qayçı, 1 ədəd kiçik fırça olan qələm qabı, içərisində 2 ədəd istifadə olunmamış şpris olan sellofan, 1 ədəd “Samsung Duos” markalı mobil telefon, içərisində 2 ədəd siqaret dənəsi olan “Argo" markalı siqaret qutusu, 1 ədəd “Katel” markalı mobil telefon, 1 ədəd “Ecep’ markalı saat, 1 ədəd bükülmüş formada olan 1 manat əskinası aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs qəhvəyi rəngli bükümün içərisində narkotik vasitənin heroinin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, öz istifadəsi üçün müxtəlif vaxtlarda “Kubinka” adlanan yerdən tanımadığı şəxslərdən aldığını və ağrıları olduğu üçün istifadə etdiyini bildirmişdir. Şahid2 cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasına baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki,o, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində xidmətdə olarkən Bakı şəhəri Səbail rayon X5 Mübarizə Bölmməsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və 9-cu Polis Bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 iştirak etdiyi əməliyyat qrupuna daxil olmuşdur. Lakin əməliyyat qrupuna daxil olsa da, Təqsirləndirilən şəxs tutularkən o, həmin əməliyyatda iştirak etməmişdir. Həmin əməliyyatda Şahid1 və Şahid2 ikisi birlikdə iştirak etmişlər. Şahid1 və Şahid2 birgə keçirdikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən “Axundov bağında” müəyyən edlərək saxlanılmış və üzərində şəxsi axtarış aparılması üçün Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ona həvalə edildiyindən onun tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə tutma protokolu tərtib olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs əlində saxladığı üzərində “Perfume Gallery” sözləri yazılmış qara rəngli hədiyyə qutusunun içərisindəki yaşıl rəngli qutunun içərisində olan 13 ədəd sellofan büküm, 1 ədəd içərisində narkotik vasitəyə oxşar maddə olan qəhvəyi rəngli büküm, içərisində 10 ədəd istifadə olunmamış şpris, 1 ədəd 5 mq-lıq “Novakain” dərman ampulası, 1 ədəd qayçı, 1 ədəd kiçik ölçülü fırça olan qələm qabı, içərisində 2 ədəd istifadə olunmamış şpris olan sellofan, 1 ədəd “Samsung Duos” markalı mobil telefon, içərisində 2 ədəd siqaret olan “Argo” markalı siqaret qutusu, 1 ədəd “Katel" markalı mobil telefon, 1 ədəd “Ecep’ markalı saat, 1 ədəd bükülmüş formada olan 1 manatlıq pul əskinası aşkar edilərək götürülmüşdür. O, Təqsirləndirilən şəxs bükümlərdə olan əşyaların nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə heroinin olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən uzun müddət əziyyət çəkdiyindən möhkəm ağrılarının olduğunu və həmin narkotik vasitələri öz istifadəsi üçün aldığını onlara bildirmişdir. Bundan sonra onun tərəfindən keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs, müdafiəçi, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsla bağlı keçirilmiş şəxsi axtarış qeydə alınmış və həyata keçirilmiş bütün hərəkətlərin video görüntüsünü əks etdirən disk cinayət işinin materiallarına əlavə edilmişdir. Şahid3, həmçinin ifadəsində göstərdi ki, şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əlində saxladığı hədiyyə qutusunda aşkar edilmiş narkotik vasitələrin öz şəxsi istifadəsi üçün aldığını, əldə etdiyi narkotik vasitə heorinin bir hissəsini artıq istifadə etdiyini bildirsə də, narkotik vasitələrin satışı ilə məşğul olmasını inkar etmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması halı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əlində saxladığı qutuda aşkar edilmiş narkotik vasitə heroinin çoxlu sayda bükümdə olması səbəbindən onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün cinayət işi aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon X9 şöbəsinə göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Təqsirləndirilən şəxs neçə illərdir ki, narkotik vasitələrin aludəçisidir və buna görə əvvəllər bir dəfə məhkumluq həyatı yaşamışdır. Dəfələrlə oğlu Seymur narkotik vasitələrdən istifadə etməyi tərgitmək istəmiş, lakin bacarmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olduğundan bəzən ağrıları olurmuş. xx xxxxxx 2019-cu il tarixdə Seymur Bakı şəhəri Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Həmin gün ona oğlunun tutulması barədə məlumat verilmiş və o, Seymurun yenidən narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlamasına görə tutulduğunu bilmişdir. Şahid4, həmçinin ifadəsində göstərdi ki, oğlu Seymur heç vaxt onların birgə yaşadıqları evdə narkotik vasitələrdən istifadə etməmiş və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki,xx xxxxxx 2019-cu il tarixdə Səbail RPİ-nin NMB-nə «Seymur» adlı şəxsin Bakı şəhəri, Səbail rayonu ərazisində “Axundov bağı” adlanan ərazidə narkotik vasitələrin qəbulu və satışı iiə məşqu! olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun tərəfindən “Seymur” adlı şəxsin xx xxxxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilərək, məlumatın yoxlanılması və həmin şəxsin cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə ərazi aidiyyatı üzrə Səbail RPİ-nin 9-cu PB-nin rəhbərliyinə məruzə edilərək, ondan və 9-cu PBnin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində «Seymur» adlı şəxsin narkotik vasitələrin qəbulu və satışı ilə məşqul olduğu Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsində yerləşən «Axundov bağı» ətrafında əməliyyat mövqələrini quraraq, müşahidə apardıqda, əməliyyat məlumatında qeyd edilmiş zahiri əlamətlərinə uyğun olan bir nəfər şəxsi görüb, ona yaxınlaşıb, saxlayaraq, özlərini təqdim edib adını soruşduqda saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra onlar Seymur adiı şəxsə narkotik vasitələrin qəbulu və satışı ilə məşqul olması barədə əməliyyat məlumatları olduğunu bildirirək, üzərinə baxış keçirilməsi üçün Səbail RPİ-nin 9-cu PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədiyindən, oradan birlikdə 9-cu PB-nin İnzibati binasına gəlib, xidməti otaqların birində Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiq müəyyən edildikdən sonra ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması üçün hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə vəkil dəvət edilmiş və xidməti otaqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Belə ki, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı üzərində “Perfume Gallery” yazıları həkk olunmuş qara rəngli hədiyyə qutusunun içərisindəki yaşıl rəngli qutunun içərisində olan 13 ədəd sellofan büküm, 1 ədəd içərisində narkotik vasitəyə oxşar maddə olan qəhvəyi rəngli büküm, içərisində 10 ədəd istifadə olunmamış şprist, 1 ədəd 5 mq-lıq “Novakain" dərman ampulası, İ ədəd qayçı, 1 ədəd kiçik ölçülü fırça olan qələm qabı, içərisində 2 ədəd istifadə olunmamış şprist olan sellofan, 1 ədəd “Samsung Duos” markalı mobil telefon, içərisində 2 ədəd siqaret olan “Argo" markalı siqaret qutusu, 1 ədəd “Katei” markalı mobil telefon, 1 ədəd “ECEP’ markalı saat, 1 ədəd bükülmüş formada olan “1 AZN" əskinas müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs 13 ədəd sellofan büküm və 1 ədəd içərisində narkotik vasitəyə oxşar maddə olan qəhvəyi rəngli bükümün içərisində narkotik vasitə olan «heroin» olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, həmin narkotik vasitələri müxtəlif vaxtlarda «Kubinka» adlanan ərazidən tanımadığı şəxslərdən hər birini 10 manata əldə etdiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin 14 ədəd bükümlər qablaşdırılaraq götürülmüş və müvafiq ekspertiza tədqiqatı təyin edilmişdir. Bundan sonra, keçirilmiş şəxsi axtarışla bağlı təhqiqatçı tərəfindən müvafiq protokoi tərtib olunaraq, ucadan oxunmuş və doğruluğu iştirakçılar tərəfindən, həmçinin Təqsirləndirilən şəxs özü tərəfindən şəxsən imza edilmişdir. Seymur Eynuliayevin üzərindən aşkar edilmiş narkotik vasitələrin mənbələri ilə əlaqədar olaraq müvafiq əməliyyat-axtarış tədbirləri keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbələri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019cu il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən “Axundov” bağının yaxınlığında narkotik vasitənin qanunsuz istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və onun ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 19) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində şübhəli bilindiyinə görə onun tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli baxış, şəxsi axtarış və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 28) görünür ki,Təqsirləndirilən şəxs üzərinə baxış, şəxsi axtarış və götürmə keçirilən zaman “Perfume Gallery” yazıları həkk olunmuş qara rəngli hədiyyə qutusunun içərisindəki yaşıl rəngli qutunun içərisində olan 13 ədəd sellofan büküm, 1 ədəd içərisində narkotik vasitəyə oxşar maddə olan qəhvəyi rəngli büküm, içərisində 10 ədəd istifadə olunmamış şpris, 1 ədəd 5 mq-lıq “Novakain” dərman ampulası, 1 ədəd qayçı, 1 ədəd kiçik ölçülü fırça olan qələm qabı, içərisində 2 ədəd istifadə olunmamış şpris olan sellofan, 1 ədəd “Samsung Duos” markaiı mobil telefon, içərisində 2 ədəd siqaret olan “Argo” markalı siqaret qutusu, 1 ədəd “Katel" markalı mobil telefon, 1 ədəd “ECEP’ markalı saat, 1 ədəd bükülmüş formada olan “1 AZN” əskinas aşkar edilmiş, həmin əşyaların içərisində olan narkotik vasitə olması şübhəli bilinən maddələr olan bükümlər və həmin maddələrin qəbulu üçün nəzərdə tutulmuş şprislər və digər əşyalar onun tərəfindən qablaşdırılaraq möhürlənib götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Təqsirləndirilən şəxs ilkin izahatından (cild 1, iş vərəqə 31-32) görünür ki, Təqsirləndirilən şəxs onun üzərindən dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroinin şəxsi istifadəsi üçün aldığını və ağrıları olduğu üçün istifadə etdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19843 nömrəli rəyindən (cild 1, iş vərəqə 38-39) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxs: Təqsirləndirilən şəxs" yazısı olan zərfdəki, 14 (on dörd) ədəd bükümdə, ümumi təmiz çəkisi 2,139 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 48-49) görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 09:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 55-57) görünür ki,Təqsirləndirilən şəxs özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş və onun üzərində aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-428/2019 saylı qərarından (cild 1, iş vərəqə 63-64) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli maddi sübut kimi tanınma haqqında qərardan (cild 1, iş vərəqə 76-77) görünür ki, təmiz çəkisi 1,999 qram nakorik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X6 tərəfindən verilmiş təlabnamədən (cild 1, iş vərəqə 75) görünür ki,Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmül ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmiş, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, xx xxxx 2011-ci il tarixdə cəzasının sonu ilə azad olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2155 saylı rəyindən (cild 1, iş vərəqə 89-90) görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə- Psixiatrik Ekspertizasının 2249 saylı rəyindən (cild 1, iş vərəqə 108-109) görünür ki, Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətləri dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Adii oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27257 nömrəli rəyindən (cild 1, iş vərəqə 112) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin (14 ədəd bükümdə) "sözlər və imzalar olan bir ədəd torbadakı 1 ədəd dairəvi halda bükülmüş 1 manatlıq əskinaz üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş digər zərfdəki heroinlərlə müqayisəli tədqiqat aparmaq (eynilik) mümkün deyildir. Tədqiqata təqdim edilmiş digər əşyaların üzərində narkotik, pisxotrop və güclü təsir edən maddələrə məxsus izlər yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-670/2019 saylı qərarından (cild 1, iş vərəqə 134-135) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 3 (üç) ay müddətinə, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 167-172) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs aşakr edilmiş 14 ədəd bükümdəki narkotik vasitə heroin, yaşıl rəngli qutu, 12 ədəd istifadə edilməmiş şpris, 1 ədəd 5 ml-lıq “Novakain” preparatı, 1 ədəd kiçik ölçülü fırça, üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd dairəvi halda bükülmüş 1 manatlıq əskinaz, şəxsi axtarış və götürməni əks etdirən 1 ədəd disk sübut qismində tanınmış,14 ədəd bükümdəki narkotik vasitə heroin, yaşıl rəngli qutu, 12 ədəd istifadə edilməmiş şpris, 1 ədəd 5 ml-lıq “Novakain” preparatı, 1 ədəd kiçik ölçülü fırça, üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd dairəvi halda bükülmüş 1 manatlıq əskinaz saxlanılması üçün Bakı şəhəri Səbail rayon Polis İdarəsinə verilmiş, şəxsi axtarış və götürmə haqqında tərtib edilmiş protokola əlavə edilş 1 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2009-cu il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-183/2009 saylı hökmündən (cild 1, iş vərəqə 84-88) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X10 Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının (1-ci Siyahı) 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin əldə etmiş, üzərinə saxlamış və gəzdirmişdir. xx xxxxxx 2019-cu il tarixdə 18:10 radələrində Bakı şəhəri Səbail rayon X5 Mübarizə Bölməsinin və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsində yerləşən “Axundov” bağında saxlanılaraq 9-cu Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Orada baxış keçirilərkən Təqsirləndirilən şəxs əlində saxladığı və üzərində «Parfume Gallery» yazıları qeyd olunmuş qara rəngli hədiyyə qutusunun içərisində yaşıl rəngli qutuda 13 ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 1,024 qram (ayrı-ayrılıqda təmiz çəkiləri: 0,058 qram, 0,088 qram, 0,082 qram, 0,078 qram, 0,065 qram, 0,092 qram, 0,096 qram, 0,082 qram, 0,088 qram, 0,098 qram, 0,080 qram, 0,083 qram, 0,034 qram) və 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 1,115 qram olan, ümumilikdə çəkisi 2,139 qram təşkil edən külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əlində olan «Parfume Gallery» yazıları qeyd olunmuş qara rəngli hədiyyə qutusunda 12 ədəd istifadə edilməmiş insulin şprisləri, 1 ədəd 5 ml-lıq “Novakain” dərman preparatı, 1 ədəd kiçik ölçülü fırça, üzərində narkotik vasitə heroinin izləri olan və dairəvi halda bükülmüş 1 manatlıq əskinaz aşkar edilmiş, sözügedən əşyalar qablaşdırılmış və maddi sübit kimi götürülmüşdür. Təqsirləndirilən şəxs dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroini qanunsuz olaraq əldə etməsi, əldə etdikdən sonra həmin narkotik vasitənin bir hissəsini istifadə etməsi, qalan hissəsini üzərində saxlaması və daşıması, aşkar edilmiş narkotik vasitənin çoxusunun bükümlərdə olması, həmin bükümlərin birdəfəlik istifadə üçün kifayət etməsi, yəni birdəfəlik doza təşkil etməsi, eləcə də ondan 12 ədəd insulin şprislərinin və “Novakain” dərman preparatının aşkar edilməsi cinayət işinin mübahisəsiz hallarıdır. Bu hal həm Təqsirləndirilən şəxs ilkin izahatı və ifadəsi, həm şahid ifadələri, həm də cinayət işinin sair materialları ilə tam şəkildə təsdiq olunur. Məhkəmənin qarşısında duran başlıca vəzifələrdən biri Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkan məqsədinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halın müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 14 ədəd bükümdə olan narkotik vasitə heroinin 13 ədəd bükümünün birdəfəyə istifadəsinin mümkün olması, ondan narkotik vasitə heroinlə yanaşı 12 (on iki) ədəd şprisin, “Novakain” dərman preparatının və 1 manatlıq əskinasın yanmış formada aşkarlanması, ondan aşkarlanmış narkotik vasitə heroinin çəkisinin ümumilikdə narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin bir neçə dəfəlik dozasını təşkil etməsi ona dəlalət edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini qanunsuz olaraq əldə etdikdən sonra onun bir hissəsini istifadə etmiş, qalan hissəsini də təkrar istifadə etmək üçün üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar ona dələlat edir ki, Təqsirləndirilən şəxs əlində saxladığı hədiyyə qutusunda aşkar edilmiş 2,139 qram narkotik vasitə heroinin ümumi təmiz çəkisi külli miqdar təşkil etsə də, qeyd edilən çəkidə narkotik vasitə uzun müddət narkomaniya xəstələyindən əziyyət çəkən Təqsirləndirilən şəxs bir neçə dəfəlik dozasını təşkil etmişdir. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş şahidlər Şahid2 və Şahid3 həm ifadə verərkən, həm də cinayət prosesinin iştirakçılarının suallarına cavab verərkən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını nəyinki təsdiq etmişlər, əksinə bu halı təkzib etmişlər. Belə ki, həmin şahidlər ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs tutulduğu andan ondan aşkar edilmiş narkotik vasitə heroinin ağrıları olduğu üçün şəxsi istifadəsi üçün əldə etdiyini və həmin narkotik vasitənin bir hissəsini tutulmamışdan əvvəl artıq istifadə etdiyini polislərə bildirmişdir. Məhkəmə istintaqında dindirilmiş şahidlər, həmçinin ifadələrində göstərdilər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olsa da, bu məlumat sonradan öz təsdiqini tapmamışdır. Eyni zamanda cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs 2009-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi onun uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkməsini və müntəzəm olaraq narkotik vasitələrdən istifadə etməsini təsdiq edən mühüm haldır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi, həmçinin xx xxxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2155 saylı rəyi ilə də təsdiq olunur. Belə ki, sözü gedən rəydən də görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitə heroin aşkar edilsə də, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən elektron tərəzi aşkar edilməmişdir. Əksinə onda aşkar edilmiş 12 ədəd şpris, 1 (bir) ədəd “Novakain” dərman preparatı və 1 manatlıq əskinasın yanmış formadaki nüsxəsi ona dəlalət edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdikdən sonra ondan istifadə etmək üçün hazır olmuş, yəni birdəfəlik istidadə üçün dozalar hazırlamış, həmin narkotik vasitənin bir hissəsini inyeksiya yolu istifadə etmiş və növbəti dəfə istifadə üçün yeni dozalar hazırlamışdır. Narkotik vasitə ilə yanaşı, ondan 12 ədəd şprisin, “Novakain” dərman preparatınınvə 1 manatlıq əskinasın yanmış formadaki nüsxəsinim aşkarlanması belə nəticəyə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən və narkomaniya xəstəsi olduğundan narkotik vasitə heroindən istifadə edən şəxsdir. İbtidai istintaq orqanı qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə heroin əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitənin çəkisi (2,139 qaram), yəni külli miqdar olması təşkil edir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan ibtidai istintaqın sonunadək, o cümlədən məhkəmə istintaqında eyni məzmunlu ifadələr verərək, bildirmişdir ki, ondan aşkar edilmiş narkotik vasitə heroin ona məxsus olmuşdur. Lakin onun həmin narkotik vasitəni satmaq kimi məqsədi olmamışdır. Əksinə o, narkomaniya xəstəsi olduğundan ağrıları olmuş və narkotik vasitə heroini məhz öz istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs eyni məzmunlu ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün düyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Seymur Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanə 2011-ci il tarixdə çəkib qurtardığından və həmin tarixdən sonra qanunla müəyyən edilmiş müddət keçdiyindən Təqsirləndirilən şəxs əməlində residiv və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan rəyə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan qalığı 1,999 qram olan narkotik vasitə heroin, 1 (bir) ədəd yaşıl rəngli qutu, 12 (on iki ədəd) ədəd istifadə edilməmiş şpris, 1 ədəd 5 ml-lıq “Novakain” dərman preparatı, 1 (bir) ədəd kiçik ölçülü fırça məhv edilməli, 1 (bir) ədəd dairəvi halda bükülmüş 1 (bir) manatlıq əskinaz təqsirləndirilən şəxsin yaxın qohumuna qaytarılmalı, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 179 (yüz yetmiş doqquz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 179 (yüz yetmiş doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan qalığı 1,999 qram təşkil edən narkotik vasitə heroin, 1 (bir) ədəd yaşıl rəngli qutu, 12 (on iki ədəd) ədəd istifadə edilməmiş bayan, 1 ədəd 5ml-lıq “Novakain” ampulası, 1 (bir) ədəd kiçik ölçülü fırça məhv edilsin, 1 (bir) ədəd 1 (bir) manatlıq əskinaz təqsirləndirilən şəxsin yaxın qohumuna qaytarılsın, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 179 (yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar