Məhkəmə qərarları › İş №1(101)-401/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-401/2023

03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-401/2023 03.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Mehrəliyev Vüsal Bəhram oğlunun, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçinun iştirakları ilə məhkəmənin hazırlıq iclasında 04 aprel 1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Republikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, 28 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 iyun 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 2022-ci ilin iyun ayının 27-dən 28-nə keçən gecə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,480 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib, özündə saxlayaraq daşımış, 28 iyun 2022-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «DSK yolu»nda Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ 6-cı PB-nin inzibati binasına aparılmış və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan kəsiyi bükümündə, ayrı-ayrılıqda təmiz çəkisi 2,140 qram və 0,340 qram, ümumi çəkisi 2,480 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının qənaətinə görə qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsna münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının 27-dən 28-nə keçən gecə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,480 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib, özündə saxlayaraq daşımış, 28 iyun 2022-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «DSK yolu»nda Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ 6-cı PB-nin inzibati binasına aparılmış və 6-cı PB-nin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan kəsiyi bükümündə, ayrı-ayrılıqda təmiz çəkisi 2,140 qram və 0,340 qram, ümumi çəkisi 2,480 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, son zamanlar “patı” adlanan metamfetamin psixotrop maddəsindən istifadə etmiş, bunun aludəçisi olmuşdur. Əvvəllər də iki dəfə başqa növ narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. 28 iyun 2022-ci il tarixdə, gecə saatlarında Binəqədi rayonu Binəqədi şossesində tanımadığı şəxsdən özünün istifadəsi üçün 60 manat ödəməklə 2 ədəd şəffaf sellofan bükümündə psixotrop maddə hesab edilən, “patı” adlanan metamfetamin psixotrop maddəsi alıb üzərində saxlamışdır. 28 iyun 2022-ci il tarixdə isə, saat təxminən 12:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi «DSK yolu» adlanan ərazidə olarkən sonradan polis əməkdaşları olduqlarını öyrəndiyi iki nəfər mülki geyimdə ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmiş və onu qanunsuz olaraq üzərində psixotrop maddə saxlamaqda şübhəli şəxs kimi Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışlar. Bölmədə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, özünün xahişi ilə ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Xidməti otaqlardan birində videoçəkiliş altında üzərində şəxsi axtarış aparılmış və qara rəngli şalvarının sağ yan cibindən şəxsi istifadəsi üçün alıb üzərində saxladığı iki ədəd şəffaf sellofana bükülmüş «patı»ları çıxardıb masanın üzərinə qoymuş, özünə məxsus olduğunu, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Təqdim etdiyi “patı” adlanan psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və yekunda müvafiq protokol tərtib olunmuşdur. Zərfin üzəri və protokol bütün iştirakçılar, o cümlədən onun özü tərəfindən imzalanmaqla təsdiqlənmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Nizami Mahmudov ifadəsində daha sonra göstərdi ki, polisə təqdim etdiyi psixotrop maddənin çəkisi, bildiyinə görə 2 qramdan az, təqribən 0,8-09 qram olmuşdur. Lakin ekspertiza ilə onun çəkisinin iki qramdan artıq olduğu müəyyən edilmişdir ki, bu da onun üçün şübhəli qalmışdır. Binəqədi RPİ-nin 6-cı PB-də onun təqdim etdiyi psixotrop maddənin olduğu bükümlər açılıb baxılsa da, orada çəkilməmiş, miqdarı müəyyənləşdirilməmişdir. O, narkomandır, həmin psixotrop maddəni öz istifadəsi üçün alıb əldə etmiş və heç vaxt satış niyyəti olmamış, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamışdır. O, saxlanılarkən üzərində və istifadəsində mobil telefonu olmamış, narkotik vasitələrlə bağlı heç kimlə əlaqə saxlamamışdır. Nakoman kimi özünü təqsirli bildiyindən istintaqda ona təqdim olunan sənədləri oxumadan imzalamışdır. İstər saxlanılarkən və ya istərsə də sonrakı mərhələlərdə onu döyən və və ya sair formada ona təzyiq və təsir göstərən olmamışdır. Məhkəmə baxışı zamanı müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Nizami Mahmudov məhkəməyədək icraat mərhələsində də oxşar məzmunda ifadə vermiş, şəxsi istifadəsi üçün ittihamda qeyd olunan tarixdə və vaxtda, yerdə iki ədəd bükümdə metamfetamin psixotrop maddəsi aldığını etiraf etmiş, özünü tbunda təqsirli bilmiş, həmin psixotrop maddənin satışı ilə bağlı hər hansı ifadə verməmiş, həmçinin aşkar olunub götürülən psixotrop maddənin miqdarını mübahisələndirməmişdir (iş vərəqə: 71-73). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili Əliyev Elvin Həmzə oğlu ifadəsində göstərdi ki, xidmət etdiyi 6-cı polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələrin gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olduğundan Nizami Mahmudovun cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi barədə 28 iyun 2022-ci il tarixli qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq edilmiş, onun rəhbərliyi ilə 6-cı PB-nin sahə inspektoru, polis leytenantı Əliyev Emil Azər oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, sahə inspektoru Emil Əliyevlə birlikdə 28 iyun 2022-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «DSK yolu» adlanan ərazidə Təqsirləndirilən şəxs müəyyən edib qısa bir müddət onu nəzarətdə saxlamış, əlverişli şərait yarandığı ona yaxınlaşıb saxlamış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onlar Nizami Mahmudovun üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirib, onu 6-cı polis bölməsinə aparmışlar. Bölmədə raportla məruzə olunduqdan sonra araşdırmanın aparılması 6-cı PB-nin təhqiqatçısı, polis kapitanı Tural Məmmədova həvalə olunmuşdur. Təhqiqatçı Tural Məmmədov tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət olunmuş, müxtəlif prosessual hərəkətlərdən sonra təhqiqatçı videoçəkiliş aparılmaqla Nizami Mahmudovun üzərində şəxsi axtarış aparılmışdır. Faktiki axtarışdan əvvəl Təqsirləndirilən şəxsna üzərində mövcud olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Nizami Mahmudov əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf sellofanda olan iki ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuş, üzərində hər hansı başqa əşyanın olmadığını bildirmişdir. Bundan sonra Nizami Mahmudovun üzərində faktiki axtarış aparılmış, lakin hər hansı başqa əşya aşkar edilməmişdir. Nizami Mahmudovun şəffaf sellofanda təqdim etdiyi iki ədəd büküm açıldıqda içərisində ağ rəngli, kristallik qruluşa malik naməlum maddə olduğu müəyyən edilmişdir. Şahid qismində dindirilən baş əməliyyat müvəkkili Elvin Əliyev ifadəsinin davamında göstərdi ki, aşkar edilmiş maddələrə münasibət bildirən Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində el arasında «patı» kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddəni özününt istifadə etdiyini, həmin bükümləri 28 iyun 2022-ci il tarixdə gecə saatlarında Binəqədi rayonu, Binəqədi şossesində tanımadığı şəxsdən öz istifadəsi üçün 60 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin bükülülər zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Həmçinin şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid Elvin Əliyev ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs barəsində daxil olan əməliyyat məlumatında da sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması göstərilməmişdir. O, saxlanılıb istintaq orqanına təhvil verildikdən sonra da onun ətrafında əməliyyat tədbirləri davam etdirilmiş, lakin Nizami Mahmudovun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə bağlı konkret faktların olması, onun əldə etdiyi qanunsuz maddələrin mənbəyi, narkotik satışı ilə bağlı konkret şəxslərlə hər hansı formada əlaqələrinin olması müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən 6-cı PB-nin sahə inspektoru, polis leytenantı Əliyev Emil Azər oğlu həmkarı – şahid Əliyev Elvin Həmzə oğlu ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları, o cümlədən Nizami Mahmudovun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə ilkin məlumat əldə etmədiklərini, əməliyyat-axtarış tədbirlərinin sonrakı mərhələlərində də onun narkotik vasitələri və ya psixotrop maddələri konkret olaraq kiməsə satmasını, satış məqsədilə kiminləsə cinayət əlaqəsinə girməsini müəyyən edə bilmədiklərini bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 28 iyun 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə vət. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş müşaiyəti ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Nizami Mahmudova üzərində, həmçinin əşyalarında ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş halda olan bükümləri çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı əşyanın olub-olmaması sual edilmiş, sonuncu üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmasına başlanılmış, lakin hər hansı başqa bir əşya aşkar edilməmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində el arasında «patı» kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddəni istifadə etdiyini, həmin bükümləri 28 iyun 2022-ci il tarixdə gecə saatlannda Binəqədi rayonu, Binəqədi şossesində tanımadığı şəxsdən öz istifadəsi üçün 60 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Ən nəhayət, yekunda Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofanda olan 02 ədəd büküm bir ədəd zərfə qablaşdırılmaqla möhürlənmiş, zərfin üzəri bütün iştirakçlar, o cümlədən Nizami Mahmudovun özü tərəfindən imzalanmış, bundan sonra tərtib olunan protokol və şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 32-34). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəməyədək icraat mərhələsində iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “diskə baxış keçirilməsi haqqında” 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 28 iyun 2022-ci il tarixli protokolun məzmununa uyğundur. Belə ki, videogörüntülər üzrə tərtib olunan həmin protokolun məzmunundan göründüyü kimi, 28 iyun 2022-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında 6-cı PB-nin təhqiqatçısı Tural Məmmədovun rəhbərliyi ilə həmin bölmənin əməkdaşları – baş əməliyyat müvəkkili, polis kapitanı Əliyev Elvin Həmzə oğlunun, sahə inspektoru, polis leytenantı Əliyev Emil Azər oğlunun və saxlanılan Təqsirləndirilən şəxs və Binəqədi RPİnin kriminalist eksperti, polis mayoru Bəylərbəyov Elvin Avtandil oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, şəxsi axtarışdan əvvəl Nizami Mahmudova üzərində mövcud olan əşyaları təqdim etməsinin təklif edilməsi, Nizami Mahmudovun əynində olan qara rəngli şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş halda olan bükümləri çıxararaq masanın üzərinə qoymaqla təqdim etməsi, Nizami Mahmudovun təqdim etdiyi 02 ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində el arasında «patı» kimi tanınan psixotrop maddə metamfetamin olmasını, özünün psixotrop maddəni istifadə etməsini, həmin bükümləri 28 iyun 2022-ci il tarixdə gecə saatlannda Binəqədi rayonu, Binəqədi şossesində tanımadığı şəxsdən öz istifadəsi üçün 60 manata alaraq üzərində gəzdirdiyini bildirməsi bir daha təsdiq olunmuşdur. Tədqiq olunan protokoldan görünür ki, diskə baxış keçirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir (iş vərəqə: 114-116). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» və “diskə baxış keçirilməsi haqqında” protokolların məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir(iş vərəqə: cild İ, səh. 36). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 28 iyun 2022-ci il tarixli, 6/3581 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ‘‘..Şübhəli şəxs imza N.Mahmudov......" yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,140 qr və 0,340 qram olmaqla, ümumi çəkisi 2,480 qram aq rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il tarixli 28 iyun Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində döyriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 43-47). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 13 avqust 2022-ci il tarixli, 4477 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxsnda psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 117-118). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 2505 №-li rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxsnda əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Nizami Mahmudov ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxsnda hal hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur (iş vərəqə: 119-121). İbtidai istintaq orqanının 18 oktyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,380 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, 2,380 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, bir ədəd DVD formatlı disk isə maddi sübut kimi cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 122). Tədqiq olunan sənədlərlə müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin 6-cı PB-nin “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 28 iyun 2022-ci il tarixli qərarı məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə təqdim edilmiş, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 28 iyun 2022-ci il tarixli qərarda göstərilən əməliyyat-axtarış tədbirləri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin İ hissəsində və Azərbaycan Respublikası CPMnin 445.1-ci maddəsinin təsiri altına düşən əməliyyat-axtarış tədbirlərinə aid olmadığından Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərarına əsasən müraciət geri qaytarılmışdır (iş vərəqə: 52-53). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, cinayət işinin ibtidai istintaqı mərhələsində Təqsirləndirilən şəxsndan aşkar olunub götürülən psixotrop maddənin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı başqa bir cinayət işi ayrılmışdır (iş vərəqə: 149-153). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər təqsirləndirilən şəxs pesixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətini törətməkdə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində təqsirləndirilən şəxs Nizami Mahmudovun satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən şəxs Nizami Mahmudov ətrafında keçirilmiş olan əməliyyat-axtarış tədbirinə dair müvafiq sənədlərlə, o cümlədən Binəqədi RPİ-nin 6-cı PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Əliyev Elvin Həmzə oğlu tərəfindən tərtib olunan 28 iyun 2022-ci il tarixli raportla, eyni şəxs tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 28 iyun 2022-ci il tarixli qərarla, «əməliyyat qrupunun yaradılması barədə» eyni tarixli protokolla, təqsirləndirilən şəxs Nizami Mahmudovun saxlanılıb 6-cı PB-nə gətirilməsi barədə baş əməliyyat müvəkkili Elvin Əliyev tərəfindən tərtib olunan 28 iyun 2022-ci il tarixli daha bir protokolla müəyyən edildi ki, əməliyyat məlumatı baxılan iş üzrə təqsirləndirilən şəxs Nizami Mahmudovun satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə deyil, onun üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi və ya narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması və ya istifadəsi barədə olmuşdur (iş vərəqə: 3, 4-5, 6, 7). İstər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dindirilərkən ondan aşkar edilib götürülən psixotrop maddəni satış məqsədilə əldə etdiyini, konkret olaraq kiməsə satdığını, əldə etdiyi mənbəni etiraf etməmiş, narkoman olduğunu, «patı» kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etdiyini, ondan aşkar edilib götürülən psixotrop maddəni şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilən hər iki şahid - təqsirləndirilən şəxs Nizami Mahmudovun ətrafında keçirilən əməliyyat tədbirində birbaşa iştirak etmiş Binəqədi RPİnin 6-cı PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Əliyev Elvin Həmzə oğlu və həmin bölmənin sahə müvəkkili, polis leytenantı Əliyev Emil Azər oğlu ifadələrində Nizami Mahmudovu sonuncunun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə daxil olan əməliyyat məlumatı əsasında saxlamalarını, ondan 02 ədəd şəffaf sellofan kəsiyində olan bükümlərdə psixotrop maddə metamfetamiə şübhəli maddələri aşkar edib götürülmələrini qeyd etmiş, sonuncu istintaq orqanına təqdim edildikdən sonra aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs Nizami Mahmudovun narkotik vasitələrin satışı ilə məşğul olması, konkret olaraq kiməsə narkotik vasitə və ya psixotrop maddə satması, aşkar edilib götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyi barədə konkret sübutlar əldə edə bilmədiklərini göstərdilər. Məhkəmə baxışı zamanı tədqiq olunan, ibtidai istintaq orqanının təqsirləndirilən şəxs Nizami Mahmudovdan aşkar edilib götürülən psixotrop maddənin əldə olunma mənbəyinin müəyyənləşdirilməsi üçün verdiyi 07 iyul 2022-ci il tarixli əməliyyat tapşırığına əməliyyat orqanı tərəfindən verilmiş 26 iyun 2022-ci il tarixli, 062-17711-1222 saylı cavab məktubundan göründüyü kimi, baxılan iş üzrə təqsirləndirilən şəxs Nizami Mahmudovdan aşkar edilib götürülən psixotrop maddənin əldə olunma mənbəyini müəyyən etmək mümkün olmamış və bu istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Lakin əməliyyat orqanının 26 iyun 2022-ci il tarixli, 062-17711-1222 saylı həmin məktubundan görünür ki, həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nizami Mahmudovun psixotrop maddələrin satışı ilə məşğul olmasına dair məlumat əldə edilmişdir (iş vərəqə: cild İ, səh. 129). Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Nizami Mahmudovdan aşkar edilərək götürülən psixotrop maddənin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işinin ayrıldığı müəyyən edilmişdir. Əməliyyat orqanının 26 iyun 2022-ci il tarixli, 062-17711-1222 saylı məktubunda əməliyyat tədbirləri keçirilməsi nəticəsində Nizami Mahmudovun psixotrop maddələrin satışı ilə məşğul olmasına dair məlumat əldə edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, əməliyyat orqanı tərəfindən istintaq orqanına verilmiş belə bir məlumat heç bir mötəbər mənbəyə və sübuta söykənməmiş, yoxlanılması üçün istintaq orqanına belə bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs Nizami Mahmudov narkotik vasitələri və ya psixotrop maddələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. Məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs Nizami Mahmudovda hər hansı mobil telefon olması müəyyən edilməmiş, götürülməmiş, iş üçün əhəmiyyətli ola biləcək, o cümlədən narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat əldə edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə», «şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış keçirilməsi barədə” protokollar, həmçinin şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin nümayişi ilə təqsirləndirilən şəxs Nizami Mahmudovun ondan aşkar edilib götürülən psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi məhkəmənarkoloji ekspertizasının 16 iyul 2022-ci il tarixli, 3856 saylı rəyindən də göründüyü kimi ekspertiza tədqiqatı zamanı təqsirləndirilən şəxs Nizami Mahmudovda psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Qeyd olunan həmin rəy təqsirləndirilən şəxs Nizami Mahmudovun psixotrop maddələrin istifadəçisi olduğunu bir daha təsdiq edir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs Nizami Mahmudov saxlanılıb 6-cı PB-nə gətirilən gün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edib saxlamaqda və daşımaqda, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş və hətta toplanmış materiallar üzrə eyni maddə ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Nizami Mahmudovun ondan aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun 02 ədəd bükümdə aşkar edilib götürülmüş metafetamin psixotrop maddəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Nizami Mahmudovun cinayət əməlinə görə toplanılmış sübutlara hüquqi qiymət verilərkən təqsirləndirilən şəxsin özünün, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə», «şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış keçirilməsi barədə” protokolları, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin sair materialları əsas götürülmüş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmiş əməl kimi qiymətləndirilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında təqsirləndirilən şəxs Nizami Mahmudovun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Göstərilənlərdən başqa, həm də məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı baxılan iş üzrə ittiham nitqi ilə çıxış edərkən sübutları dəyərləndirib Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmasını məhkəməyə təklif etmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə təqsirləndirilən şəxs Nizami Mahmudovun ondan aşkar olunub götürülmüş psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamış, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs Nizami Mahmudovun əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə təqsirləndirilən şəxs Nizami Mahmudovun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni təqsirləndirilən şəxs Nizami Mahmudovdan götürülən 2 ədəd bükümdəki metamfetamin psixotrop maddəsinin ümumi kütləsi külli miqdar olmaqla 2,480 qram təşkil etmişdir və bu miqdar şəxsi istehlak miqdarından artıq külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Nizami Mahmudovun cinayət əməlinin 28 iyun 2022-ci il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən psixotrop maddənin 2,480 qram olmaqla külli miqdar təşkil etməsi, həmin psixotrop maddənin satış məqsədilə qanunsuz olaraq əldə olunması, saxlanması və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Nizami Mahmudovun cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1- 1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxs Nizami Mahmudovun məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsinin miqdarı ilə bağlı göstərdiklərini onun əməlinin cinayət qanununun təsnifatına görə daha yüngül maddəsinə tövsif olunmasına və təyin olunmalı olan daha sərt cəzadan azad olunmasına nail ola bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Məhkəmədə təqsirləndirilən Nizami Mahmudovun əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Nizami Mahmudovun cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 106-cı maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 12 il müddətinə, həmin Məhkəmənin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə, Binəqədi rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 10 ay müddətinə və ən nəhayət, sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasının əvvəli 24 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 01 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (iş vərəqə: 96-98). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərarına əsasən baxılan iş üzrə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi «8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən 6 ay müddətinə azaldılmış və məhz bu hüquqi tətbiqə görə 24 iyul 2022-ci il tarixdə cazının sonu ilə azad olunmalı olan Nizami Mahmudov 6 ay əvvəl, 24 yanvar 2022-ci il tarixdə təyin olunan cəzadan azad olunmuşdur. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, təqsirləndirilən şəxs Nizami Mahmudovun əvvəlki məhkumluqları ödənilsə də, onun Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən və ya götürülmədən, həmin hökm üzrə cəzadan azad edildikdən təqribən beş ay sonra o, baxılan iş üzrə yeni cinayət hadisəsini törətmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təsnifatına görə az ağır cinayətlər hesab olunur. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Baxılan iş üzrə cinayət hadisəsinin 28 iyun 2022-ci il tarixdə baş verməsini, həmin tarixədək Nizami Mahmudovun Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğunun ödənilmədiyini və ya götürülmədiyini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs Nizami Mahmudovun əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və bu hal təqsirləndirilən şəxs Nizami Mahmudova cəza təyin edilərkən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum edilmiş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxsna təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Nizami Mahmudovun islah olunması və həm təqsirləndirilən Nizami Mahmudov, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya daxilində, residivə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Nizami Mahmudovun barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun əməlinin cinayətlərin residivini yaratmasını, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisəsi ciddi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxs Nizami Mahmudovun cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Nizami Mahmudovun cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 28 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs Nizami Mahmudov baxılan iş üzrə 28 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 iyun 2022-ci il tarixədə müvafiq məhkəmə qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs İsmayıl Rzayev 28 iyun 2022ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 13 avqust 2022-ci il tarixli, 4477 №-li rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Nizami Mahmudovda psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,380 qram psixotrop maddə metamfetamin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxsndan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 28 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,380 qram psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxsndan tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxsna isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar