Məhkəmə qərarları › İş №1(101)-401/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-401/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-401/2024 27.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Arbitrum” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1977-ci ildə Cəbrayıl rayonu, Mehdili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsind 2009, 2013 və 2014-cü il təvəllüdlü uşalqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Mehdili kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 2(iki) ədəd sellofan bükümdə, külli miqdarda, eyni tərkibli, ümumilikdə təmiz çəkisi 3.060 qram, narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heoini əldə etmiş, üzərində saxlamış, daşımış, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 05 aprel 2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayon, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksi, 11 №-li binanın birinci mərtəbəsində olan ərzaq mağazasında olan zaman saxlanılaraq saat 17:40-da Qaradağ RPİ-nin 10-cu PB-yə aparılmış, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarın qabaq sağ yan cibindən 2(iki) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə qablaşdırılmış ayrı-ayrılıqda çəkiləri 1.426 və 1.634 qram olmaqla ümumilikdə təmiz çəkisi 3.060 qram, eyni tərkibli narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitə istifadə etməmiş, siqaret belə çəkməmişdir. Onun Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində quru meyvələrin satışı mağazası vardır. 05 aprel 2023cü il tarixdə saat 17 radələrində həmin mağazada olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs mağazaya daxil olmuş, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları olduqlarını bildirərək bölmə rəisinin göstərişi əsasında onu bölməyə dəvət etmişlər. O, heç bir etiraz etmədən mağazasını bağlayaraq açarı qonşu mağazaya təqdim edib bölməyə getmişdir. Orada onun üzərinə Rəşad adlı polis əməkdaşı 2(iki) ədəd şəffaf rəngli sellofana bükülmüş büküm verib içərisində heroin olduğunu bildirməsini demişdir. Razı olmadığı təqdirdə ailəsini də bölməyə gətirəcəkləri ilə hədələmişlər. O da polis əməkdaşları ilə razılaşaraq onların istədiyi kimi hərəkət etmiş, üzərinə baxış zamanı həmin 2 bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümləri 50 manata Xocahəsəndən tanımadığı şəxsdən əldə etdiyini demişdir. Faktiki isə o, Xocahəsəndə olmamış, orada saxlanılmamış, öz mağazasında olan zaman saxlanılmış, üzərində heç bir qanunsuz əşya olmamışdır. Üzərində yalnız 60 manat pul, mobil telefon və üzük olmuşdur. Ona qarşı heç bir fiziki zor tətbiq edilməmiş, lakin psixoloji təsirlər edilmiş, üzərinə qanunsuz əşyalar qoyulmuş, həmin əşyaları özünə məxsus əşyalar kimi təqdim etməsinə məcbur edilmişdir. Onu da xatırlayır ki, mağazada bu polis əməkdaşlarından Emin adlı biri piştaxtada olan çərəzdən götürüb istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər şəhərciyində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroini saxlayır və daşıyır. Həmin məlumata əsasən əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid1, üzvüləri isə o və digər həmkarı Şahid3 təyin olunmuşlar. 05 aprel 2023-cü il tarixdə saat 17 radələrində keçirdikləri əməliyyat tədbiri nəticəsində əməliyyat tədbirinin rəhbəri olan Şahid1 göstərişi ilə onun bildirdiyi ünvana gedərək Təqsirləndirilən şəxs saxlayıb özlərini ona təqdim edərək ondan narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından şübhələndiklərini bildirib onu Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısı polis baş leytenantı Mehnir Mirzəyevə təqdim etmişlər. Sonuncu Təqsirləndirilən şəxs üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasını sənədləşdirmişdir. Bundan sonra təhqiqatçı xidməti otağında onun, Şahid1, Şahid3 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, baxış keçirməzdən əvvəl X11 Hacıyevə təklif etmişdir ki, üzərində olan əşyaları masanın üstünə qoysun. Bundan sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan cins şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoydu və bunların kakos olduğunu bildirərək həmin bükümləri həmin gün səhər saatlarında Xırdalan şəhərində tanımadığı şəxsdən 50 manata öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra həmin bükümlər qablaşdırılaraq möhürlənmiş və baxışla əlaqədar tərtib olunmuş protokolla birlikdə hamı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman, istərsə də polis idarəsinə gətirilən zaman heç bir fiziki zor və təzyiqlər olmamışdır. Onun üzərinə ilk dəfə təhqiqatçı baxış keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, 05 aprel 2023-cü il tarixdə həmkarı Şahid1 əvvəllər Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər şəhərciyində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla əlaqədar əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid1, üzvüləri isə o və Şahid2 təyin olunmuşlar. Həmin gün əməliyyat tədbirləri nəticəsində saat 17 radələrində əməliyyat tədbirinin rəhbəri olan Şahid1 bildirdiyi ünvana gedərək Təqsirləndirilən şəxs yaxınlaşıb ona özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək 10-cu PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə 10-cu PB-nə gəlmişdir. Bundan sonra polis bölməsində Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı Mehnur Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onların və 10 saylı vəkil bürosunun vəkili X6 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli rəngli şalvarın qabaq sağ yan cibindən 2(iki) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində nə olduğunu soruşan zaman o, həmin bükümlərdə “kakos” olduğunu, onları xx.xx.2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata əldə etdiyini bildirmişdir. Həmin bükümlər açılaraq baxış keçirilmiş və bükümlərin içərisindən qəhvəyi rəngli, toz şəklində olan maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman, istərsə də polis bölməsinə gətirilən zaman heç bir fiziki zor və psixoloji təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əvvəllər Bakı şəhəri, Qaradağ RPİnin 10-cu polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili işləmiş, hal-hazırda isə Bakı şəhəri Binəqədi RPİ-də xidmət edən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs barəsində 05 aprel 2023-cü il tarixdə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna o rəhbərlik etmiş, həmkarı Şahid3 və digər həmkarı Şahid2 qrupun üzvləri olmuşlar. Cinayət işində olan raport, əməliyyat-axtarış tədbirinin keçrilməsinə dair qərar ona məxsusdur. Həmin gün saat 17 radələrində onlar “AAAF” parkın yanındakı quru meyvələr mağazasına gələrək həmin mağazada işləyən Təqsirləndirilən şəxs görmüşlər. Hətta o, Bəhruzla orada söhbət etmiş, satışda olan badamdan bir neçəsini götürüb yemişdir. Bundan sonra o Təqsirləndirilən şəxs onlarla bölməyə getməyi təklif etmiş və sonuncu mağazanı bağlayaraq açarı qonşu mağazaya vermiş, heç bir müqavimət göstərmədən onlarla birlikdə onların maşını ilə bölməyə getmişdir. O, maşında qabaq oturacaqda olmuş, arxa oturacaqda Təqsirləndirilən şəxs və həmkarlarından biri oturmuşlar. Bölmədə təhqiqatçı müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxcış keçirmiş, baxış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində olan əşyaları təqdim etsin. Xatırladığı qədər havalar isti olduğu üçün Bəhruzun üzərində yüngül geyim olmuş və o, üzərindən bir büküm səhv etmirsə metamfetamin çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçının suallarına cavab olaraq həmin bükümü tapdığını bildirmişdir. Şəxsən o, həmkarlarından kiminsə Təqsirləndirilən şəxs üzərinə qanunsuz hər hansı bir əşya qoymasını görməmişdir. Əlavə olaraq bildirir ki, ibtidai araşdırma orqanına verdiyi ifadə protokolundakı imzalar ona məxsusdur, ona elan olunmuş xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs barəsində ona daxil olmuş məlumata dair raportdakı imza onundur. Həmin raportda o bölmənin rəisinə bildirir ki, ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə və üzərində gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Bu raportu sənədləşdirmə qaydasında yazıb təqdim etmiş, həmçinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar da ona məxsus olmaqla özü tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirli olması qismən ibtidai istintaq zamanı verdiyi özünün və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 bölmənin rəisinə ünvanladığı 05 aprel 2023-cü il tarixli raportundan müəyyən olunur ki, ona etimad doğuran, qərərsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1977-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Cəbrayıl rayonu, Mehdili kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitədən istifadəsi və üzərində gəzdirməsi ilə məşğul olur. Məhkəmədə elan edilib araşdırılmış Bakı Şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 çıxardığı 05 aparel 2023-cü il tarixli «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz cinayət-axtarış tədbiləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin rəisi polis polkovnik-leytenantı R.Salayevin 05 aprel 2023-cü il tarixli 49-1/231/23 saylı əmrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması məqsədi ilə əməliyyat qurupu yaradılmış, qrupun rəhbəri polis kapitanı Şahid1 təyin olunmuş, qrupun üzvləri isə polis baş leytenantı Şahid3 və polis teytenantı Şahid2 təyin olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “Şübhəli şəxsin tutulması haqqında” 05 aprel 2023-cü il tarixli qərar və protokoldan müyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 rədələrində Abşeron rayon, Xırdalan şəhərində, “AAAF” park yaşayış kompleksi, 11№-li binanın qarşısında saxlanılaraq həmin tarixdə saat 17:40-da Bakı Şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş və müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 05 aprel 2023-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 19:10dan 19:40-dək Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasının xidməti otaqlarının birində müdafiəçi X6 iştirakı ilə vedeoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apalılmışdır. X1 təklifinə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd boz rəngli rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüləri çıxarıb masanın üzərinə qoydu. Həmin bükümlər açılarkən içərisindən qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edildi. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kokos” olduğunu, həmin büklünü xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində heç bir əşya aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf rəngli selofana bükülmüş bükümləri məhəkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırıldı, 222 saylı möhürlə möhürləndi, bağlamanın üstü iştirakçılar tərəfindən imzalandı. Protokol ucadan və aydın səslə oxundu, iştirakçılar tərəfindən heç bir irad, əlavə və düzəliş daxil olmadı, doğruluğu imzalarla təsdiq olundu. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi 05 aprel 2023-cü il tarixli izahatından və müdafiəçinin iştirakı ilə verdiyi 06 aprel 2023-cü il tarixli ifadəsindən müəyyən olunur ki, 05 aprel 2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu Xırdalan şəhərində bir nəfər şəxsdən şəxsi istifadəsi üçün iki büküm heroini 50 manat ödəməklə əldə etmiş, üzərində daşımış və elə həmin gün saat 17:00 Xacahəsən qəsəbəsində saxlanılmış, 10-cu PB-nə aparılmış, orada üzərinə baxış zamanı həmin bükümləri təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə 07 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-1-ci maddəsilə tam təqsirli bilərək şübhəli şəxs qismində verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Təqsirləndirilən şəxs məhkəməyə verdiyi izahatda cinayətdə özünü təqsirli bildiyini qeyd edərək, əməlindən peşman olmasını, himayəsində 3 övladının olmasını, Bakı şəhərində daimi yaşayış yerinin olmasını, istintaqın çağrışlarına vaxtlıvaxtında gələcəyini bildirərək barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs müdafəçisi X8 çıxışında məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, himayəsində 3 övladının olmasını, Bakı şəhərində daimi yaşayış yerinin olmasını nəzərə alaraq barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ rayon məhkəməsinin digər, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis kaptitanı Şahid1 tərəfindən qəbul olunmuş 05 aprel 2023-cü il tarixli cinayət-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni hesab edtlmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 6/1986 saylı rəydən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “ ...Şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)...” sözlər, imzalar olan 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.426 və 1.634 qram, ümumi təmiz çəkisi 3.060 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 2260 saylı rəydən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş, 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.426 və 1.634 qram, ümumi təmiz çəkisi 3.060 qram olan eyni tərkibli narkotik vasitə kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 2,960 qram çəkidə narkotik vasitə olan heroin Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Məhkəmə baxışı zamanı şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 01(bir) ədəd diskə baxış keçirilmiş, görüntüdən müəyyən olunur ki, Qaradağ RPİ-nin MSYdə «HP» markalı kompüterdə disk oxuducuda açıldıqda müəyyən edildi ki, DVD diskdə İMG_20230406_150558_505 adlı 1 (bir) ədəd video görüntü vardır. Video görüntü 7 dəqiqə, 58 saniyə davam edir. Həmin video görüntüdə Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı Mehnur Mirzəyev, ilk öncə 05 Aprel 2023-cü il tarixdə saat 17:00-da Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb, 10-cu PB-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” istintaq hərəkətini həyata keçirdiyini, “şəxsi axtarış və götürmə” istintaq hərəkətini, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və 10 saylı vəkil bürosunun vəkili X6 iştirakı ilə həyata keçirdiyini qeyd edir. Daha sonra təhqiqatçı Mehnur Mirzəyev, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə” istintaq hərəkətinin video yazıya alınmasına etirazı olubolmadığını soruşur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra, Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyalar yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli rəngli şalvarın qabaq sağ yan cibindən 2(iki) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü, masanın üzərinə qoyaraq təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində nə olduğunu soruşan zaman o, “kakos” olduğunu, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 (əlli) manata aldığını bildirir. Həmin bükümlər açılaraq baxış keçirilir və bükümlərin içərisindən qəhvəyi rəngli, toz şəklində olan maddə aşkar olunur. Bundan sonra Qaradağ RPİ-nin 10cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış həyata keçirilsə də heç bir əşya və yaxud predmet aşkar edilmir. Daha sonra isə həmin bükümlər iştirakçıların qarşısında 1(bir) ədəd zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imza edilmişdir. Məhkəmə baxışı zamanı Müdafiəçi1 məhkəməyə təqdim etdiyi kompakt disk nümayiş etdirilməklə müəyyən edilmişdir ki, diskdə olan 2 görüntüdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 17.15-də Təqsirləndirilən şəxs ərzaq mağazasında olmuş, həmin gün saat 17.16-da polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 mağazaya daxil olur, özlərini Təqsirləndirilən şəxs təqdim edir, onun mobil telefonunu alıb telefona baxış keçirir, onunla söhbət edir, saat 17.20-də mağazaya 2 nəfər qadın alıcı daxil olaraq alış-veriş edib saat 17.21-də mağazanı tərk edir, bundan sonra Təqsirləndirilən şəxs üst geyimini geyinib saat 17.22-də mağazadan çıxır, mağazanın qapısını bağlayaraq polis əməkdaşları ilə birlikdə mağazadan aralanmışdır. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, narkomaniya xəstəliyindən əzab çəkmir. Təqsirləndirilən şəxs məhkumluğuna dair tələbnamədən müəyyən olunur ki, o, əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi qismən olaraq özünün və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və narkotik vasitəni polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, onun əvvəllər məhkum olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 05 aprel 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla cinayətə görə müəyyən edilmiş aşağı həddən də az cəza təyin etməklə mümkündür. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan İş üzrə maddi sübutlar – Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - ekspertiza tədqiqatından sonra qalığı qalmış 2,960 qram narkotik vasitə heroin məhv edilməli və cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla “Arbitrum” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi2 üçün isə 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,960 qram narkotik vasitə heroin məhv edilsin və cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 üçün 240 AZN (iki yüz qırx manat) pul “Arbitrum” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar