Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-402/2020 14.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BakıAğırCinayətlərMəhkəməsinin hakimləri, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər MahmudovİlhamAğaoğluvəQəniyevFaiqƏsədoğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçıalarıDövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçilərXanaliyevTahirMəhəmmədoğlu, AbuzərliMunisMüseyiboğlu, FərhadovƏhmədHüseynoğluvəKərimovNazimZiyəddinoğlununiştirakları ilə, xx.xx.1997-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda AR Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 232.2.1 və 228.2.1-cimaddələriilə xx.xx.1992-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda AR Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 232.2.1 və 228.2.1-cimaddələriilə xx.xx.1991-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda AR Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 232.2.1 və 228.2.1-cimaddələriilə xx.xx.1992-ci ildə Türkmənistan Respublikasının Bezmeyin şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyatda olan ünvan 5 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda AR Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə gecə saat 03 radələrində tanışlarıTəqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədiilə Təqsirləndirilən şəxs3 adına icarəyə götürülmüş və Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-2121(Niva) markalı avtomobillə Zərərçəkmiş şəxs məxsus Siyəzən rayonu Köhnə Quşçu kəndində yerləşən evə getmiş, avtomobili kəndin kənarında saxlayandan sonra Təqsirləndirilən şəxs2 gələn olarsa onları xəbərdar etmək üçün avtomobilin yanında pusquda dayanıb ətrafa nəzarət etmiş, özüisə Təqsirləndirilən şəxs3lə birlikdə Zərərçəkmiş şəxs məxsus evə getmiş, evin qapısına vurulmuş asma qıfılı sındırdıqdan sonra hər ikisi qanunsuz olaraq içəri daxil olub oradan 01 (bir) ədəd zavod üsulu iləistehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı«TOZ-8M» modelli yivli odlu idman-ov silahını və 01 (bir) ədəd zavod üsulu iləistehsal edilmiş 16 mm kaiibrli, «DS 2956» nömrəli, daxiliçaxmaqlı, saz vəziyyətdə olmaqla atəşüçün yararlı«İJ-58» modelli yivsiz qoşa iüləli odlu ov silahını talamış, bundan sonra onlar qeyd olunan silahları Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə qoyub həmin tarixdə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Xızı rayonu Altıağac qəsəbəsinə daşıyaraq cinayət yolu iləəldə edildiyini bilməyən, lakin silahları saxlamağı qabaqcadan vəd vermiş, Təqsirləndirilən şəxs4 müştəri tapıb ikiədədini 700 manata satmaq üçün vermişlər. Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində həmin silahlar xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs4 yaşadığı Xızı rayonu Altıağac qəsəbəsində yerləşən evdən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, xx xxxxxx 2019-cu il tarixdəgecə saat 03 radələrində tanışları Təqsirləndirilən şəxs1 vəTəqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədiilə Təqsirləndirilən şəxs3 adına icarəyə götürülmüş vəözünün idarə etdiyi VAZ-2121(Niva) markalı avtomobillə Zərərçəkmiş şəxs məxsus Siyəzən rayonu Köhnə Quşçu kəndində yerləşən evə getmiş, avtomobili kəndin kənarında saxlayandan sonra özü gələn olarsa onları xəbərdar etmək üçün avtomobilin yanında pusquda dayanıb ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə birlikdə Zərərçəkmiş şəxs məxsus evə getmiş, evin qapısına vurulmuş asma qıfılı sındırdıqdan sonra hər ikisi qanunsuz olaraq içəri daxil olub oradan 01 (bir) ədəd zavod üsulu iləistehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı«TOZ-8M» modelli yivli odlu idman-ov silahını və 01 (bir) ədəd zavod üsulu iləistehsal edilmiş 16 mm kalibrli, «DS 2956» nömrəli, daxiliçaxmaqlı, saz vəziyyətdə olmaqla atəşüçün yararlı«İJ-58» modelli yivsiz qoşa lüləli odlu ov silahını talamış, bundan sonra onlar qeyd olunan silahları onun idarə etdiyi avtomobilə qoyub həmin tarixdə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs şəklində Xızı rayonu Altıağac qəsəbəsinə daşıyaraq cinayət yolu iləəldə edildiyini bilməyən, lakin silahları saxlamağı qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs4 müştəri tapıb ikiədədini 700 manata satmaq üçün vermiş, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində həmin silahlar xx xxxxxx 2019cu il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs4 yaşadığı Xızı rayonu Altıağac qəsəbəsində yerləşən evdən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3, xx xxxxxx 2019-cu il tarixdəgecə saat 03 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədiiləöz adına icarəyə götürülmüş və Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-2121(Niva) markalı avtomobillə Zərərçəkmiş şəxs məxsus Siyəzən rayonu Köhnə Quşçu kəndində yerləşən evə getmiş, avtomobili kəndin kənarında saxlayandan sonra Təqsirləndirilən şəxs2 gələn olarsa onları xəbərdar etmək üçün avtomobilin yanında pusquda dayanıb ətrafa nəzarət etmiş, özüisə Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs məxsus evə getmiş, evin qapısına vurulmuş asma qıfılı sındırdıqdan sonra hər ikisi qanunsuz olaraq içəri daxil olub oradan 01 (bir) ədəd zavod üsulu iləistehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı«TOZ-8M» modeili yivli odlu idman-ov silahını və 01 (bir) ədəd zavod üsulu iləistehsal edilmiş 16 mm kalibrli, «DS 2956» nömrəli, daxiliçaxmaqlı, saz vəziyyətdə olmaqla atəşüçün yararlı«İJ-58» modeili yivsiz qoşa lüləli odlu ov silahını talamış, bundan sonra onlar qeyd olunan silahları Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə qoyub həmin tarixdə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs şəklində Xızı rayonu Altıağac qəsəbəsinə daşıyaraq cinayət yolu iləəldə edildiyini bilməyən, lakin silahları saxlamağı qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs4 müştəri tapıb ikiədədini 700 manata satmaq üçün vermiş, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində həmin silahlar xx xxxxxx 2019cu il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs4 yaşadığı Xızı rayonu Altıağac qəsəbəsində yerləşən evdən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 Balkişi oğluTəqsirləndirilən şəxs2 oğiunun, Təqsirləndirilən şəxs1 vəTəqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Siyəzən rayonu Köhnə Quşçu kəndində yerləşən evdən taladıqları 01 (bir) ədəd zavod üsulu iləistehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı«TOZ-8M» modelli yivli odlu idman-ov silahını və 01 (bir) ədəd zavod üsulu iləistehsal edilmiş 16 mm kalibrli, «DS 2956» nömrəli, daxiliçaxmaqlı, saz vəziyyətdə olmaqla atəşüçün yararlı«İJ- 58» modelli yivsiz qoşa lüləli odlu ov silahını cinayət yolu iləəldə olunmasını bilmədən qanunsuz olaraq saxlamağı qabaqcadan vəd edərək, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 05 radələrində həmin silahları yaşadığı Xızı rayonu Altıağac qəsəbəsində yerləşən evin həyətində qəbul etməkləəldə etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs şəklində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 vəTəqsirləndirilən şəxs3 cinayət əlaqəsinə girərək özünün alacağı və ya bu alınmayacağı təqdirdə həmin silahların ikisinin ümumilikdə 700 manata satılmasıüçün müştəri tapacağını qabaqcadan vəd etməklə yaşadığı Xızı rayonu Altıağac qəsəbəsində yerləşən evinin həyətində qanunsuz olaraq saxlamış, qeyd olunan silahlar Siyəzən RPŞnin əməkdaşları tərəfindən keçirilmişəməliyyat- axtarış tədbirləri nəticəsində xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Xızı rayonu Altıağac qəsəbəsində yerləşən evinin həyətində hasarın bir küncündə yığılmış dəmir və taxtaların arasından aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1məhkəmə iclasında ifadsində göstərdi ki, o, Siyəzən şəhər sakinləri olan Teymuru və Camaləddini bir müddətdir ki, tanıyır. Teymuru Camaləddin vasitəsilə tanımışdır. Teymur taksi fəaliyyəti ilə məşğul olmuşdur. Camaləddin isə avtomaşınla mağazalara çörək paylamaq işi ilə məşğul olmuşdur. Qonşuluqda yaşayan Zərərçəkmiş şəxs isə kiçik yaşlarından tanımışdır. Rövşən onlarla qonşuluqda yaşamış, münasibətləri normal olmuşdur. Rövşənin Siyəzən rayonu Köhnə Quşçu kəndində evi və həyətyanı torpaq sahəsi olmuşdur. 2019-cu ilin təxminən iyun ayından etibarən Rövşənlə birlikdə Siyəzən rayonu Köhnə Quşçu kəndinə getmişlər. Rövşənin Köhnə Quşçu kəndində olan evinin həyətyanı sahəsinin hasarı olmamışdır. Rövşənin evində müxtəlif əşyaları, həm də iki ədəd tüfəngi olmuşdur. Qapılar isə adətən həmişə açıq vəziyyətdə olmuşdur. Rövşən anası xəstə olduğundan müvəqqəti çıxıb Siyəzən şəhərinə getmişdir. O, kənddə Rövşənin evində tək qalmış və heyvanlara qulluq etmişdir. 2019-cu ilin təxminən iyun ayında təsərrüfatda iş görən zaman ayağı əzilmiş, Rövşənə zəng edib gəlib onu aparmasını xahiş etmişdir. Rövşən gəlməmiş, o da zəng edib Camaləddindən kömək istəmişdir. Camaləddin onu Siyəzən şəhərinə aparmaq məqsədi ilə gecə kəndə gəlmiş və Rövşənin evində qalmışdır. Gecə evdə qalarkən Camaləddin Rövşənin evində saxladığı bir ədəd tək lülə, bir ədəd isə qoşa lülə tüfəngi görüb əlinə alaraq baxmış, sonra isə yerinə qoymuşdur. Sonra Camaləddinlə evə gəlmişlər. Bu hadisədən sonra ayağı sağalmışdır. Yenə də Rövşənin yanına kömək etməyə getmişdir. Bu müddət ərzində o, Camaləddinlə və həmçinin bir məhəllədə yaşayan Teymurla görüşmüşdür. xx xxxxxx 2019-cu ildə Köhnə Quşçu kəndindən olan Rövşənin qonşuları Lalə adlı qadını, onun oğlunu və qardaşını Siyəzən rayonu Köhnə Quşçu kəndinə aparmaq lazım olmuşdur. Rövşənin atası xəstə olduğundan qonşuları ilə kəndə aparmağı xahiş etmişdir. Rövşənin qonşularını götürüb Siyəzən rayonu Köhnə quşçu kəndinə yola düşmüş, adamları kəndə qoyduqdan sonra Siyəzən şəhərinə qayıtmış və Siyəzən şəhəri Xeyrullayev küçəsində yerləşən Hafiz adlı şəxsin işlətdiyi çayçıya gəlmişdir. Həmin vaxt Camaləddin çayçıda Teymurla oturmuş və hər ikisi pivə içmişdir. O da oturub 2-3 bakal pivə içdikdən sonra, Camaləddinə Rövşənə məxsus maşını özünə qaytarmaq üçün Rövşəngilə getdiyini və maşını Rövşənin yaşadığı evin qarşısına qoyduqdan sonra öz yaşadığı Siyəzən şəhəri Sabir küçəsinə qayıdacağını demiş, Camaləddindən onun ardınca gəlib ordan götürməsini xahiş etmişdir. O, Sabir küçəsinə gəlib çatanda Camaləddin ilə Teymur da avtomobil ilə oraya gəlmişlər. Camaləddin ilə söhbət vaxtı Camaləddin pullarının olmadığını, birlikdə haradan pul əldə edə biləcəklərini soruşmuş, həmin vaxt ikisi də pulsuzluqdan gileylənmişlər. Daha sonra Camaləddinə Rövşənin Köhnə Quşçu kəndində evində olmadığını xatırladaraq Rövşənin evində olan silahları götürə biləcəklərini demişdir. Birlikdə Rövşənin Köhnə Quşçu kəndindəki evində olan silahlan oğurlamaq qərarına gəlmişlər. Gecə saat təxminən 03 radələrində gedib kəndə çatmışlar. O, evə yaxşı bələd olduğu üçün, həmçinin həyətdə olan itlər onu tanıdıqlarından səslərini çıxarmayacaqlarına əmin olduğu üçün evdə adam olub-olmamasına bir daha əmin olmaq məqsədilə evə tərəf getmişdir. Teymur və Camaləddin isə həmin tövlənin arxa tərəfində təpənin üzərində dayanmışdılar. O, həyətə çatdıqdan sonra evə və evin həyətyanı sahəsinə göz gəzdirib sakitçilik olduğunu yəqinləşdirdikdən sonra geri qayıdaraq Teymur ve Camaləddinin yanına gəlib demişdir ki, gedib silahları götürsünlər. Camaləddin ətrafa nəzarət etmək məqsədi ilə evə girməmişdir. Bundan sonra Teymur ardı ilə gəlmişdir. Teymur evin eyvanına qədər gələrək, silahlar olan otağın qapısının qarşısında dayanmışdır. Həmin qapının üzərində qıfıl olmuşdur. Qapının qıfılını dartıb açmışdır. Sonra otağa keçərək otaqda qapının arxasında adi açıq vəziyyətdə olan tüfənglərdən əvvəlcə qoşa lülə tüfəngi, daha sonra isə o biri tüfəngi götürüb Teymura vermişdir. Teymur həmin tüfəngləri götürərək evdən çıxmış və maşının istiqamətində getməyə başlamışdır. Daha sonra avtomobilə əyləşib getmişlər. Dağlar arası yolla Xızı rayonu Altıağac kəndinə getmişlər. Orada silahları saxlamaq üçün Camaləddin silahları Sapara vermişdir. Sapar həmin tüfəngləri əlinə alıb baxdıqdan sonra əlində tüfənglərlə birlikdə evin həyətinə keçmiş, Saparın evində çay içdikdən sonra o, küçəyə çıxmış, 5 dəqiqədən sonra Camaləddin və Teymur da küçəyə çıxmışlar. Bundan sonra avtomobilə əyləşib Siyəzənə gəlmişlər. Camaləddin birinci öz evlərində düşmüş, sonra Teymuru gətirib evlərinin qarşısına qoymuş və çıxıb getmişdir. xx xxxxxx 2019-cu ildə saat 16 radələrində Siyəzən şəhəri Xeyrullayev küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb Siyəzən RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ifadsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə bir neçə müddətdir ki, tanışdır. Hadisədən əvvəl Elxanla görüşdüyü zaman Elxan qonşuluğunda yaşayan Rövşən adlı şəxsin Köhnə quşçu kəndində sahəsi olduğunu oraya yay aylarında ot biçməyə gedəcəyini və həmin müddətdə orada yaşayacağını demişdir. Təxminən 2019-cu ilin iyun ayında Elxan zəng edib Rövşənin təsərrüfatında işləyərkən yıxılıb ayağının əzildiyi və bərk ağrıdığını, lakin, Rövşən işi olduğundan kəndə gələ bilmədiyini demişdir. Elxan Siyəzən rayonu Köhnə Quşçu kəndinə gəlib onu Siyəzən şəhərinə aparmağı xahiş etmişdir. O, axşam qardaşına məxsus olan VAZ-21011 markalı avtomobil ilə Elxanın arxasınca Siyəzən rayonu Köhnə quşçu kəndinə getmiş, orada gecə Rövşənə məxsus evdə Elxanla birlikdə qalmış və səhəri gün isə Elxanı gətirib Siyəzən şəhərindəki evlərinə qoymuşdur. Gecə orada qalarkən otaqların birində qapının arxasında bir qoşa lülə, biri isə tək lülə tüfəngləri görmüşdür. Maraqlandığında Elxan həmin tüfənglərin Rövşənə məxsus olduğunu demişdir. Bu hadisədən sonra Elxanla dəfələrlə görüşmüş, lakin, oğurluq barəsində heç bir söhbəti olmamışdır. Bu müddət ərzində, həmçinin Teymurla da görüşürmüş. xx xxxxxx 2019-cu ildə Teymur qohumunun Xızı rayonunda toyu olacağını və həmin toya getmək məqsədi ilə kirayəyə maşın lazım olduğunu demiş, həmin vaxt özünə lazım olduğundan, Teymurla birlikdə Bakı şəhərinə gedərək «Xalqlar dostluğu» metrosunun yaxınlığında yerləşən avtomobillərin kirayəyə verildiyi yerdən günü 70 manata olmaqla 2 günlük ağ rəngli Niva markalı avtomobil kirayəyə götürüb Siyəzən şəhərinə gəlmişlər. xx xxxxxx 2019- cu il tarixdə Elxan zəng etmiş, köhnə Quşçu kəndindən olan Rövşənin qonşularını Siyəzən rayonu Köhnə Quşçu kəndinə aparmaq məqsədi ilə Rövşənə məxsus avtomobili ilə oraya getdiyini, lakin, ona pul lazım olduğundan və borcu olduğundan özünə məxsus olan mobil telefonunu satmaq istədiyini bildirmiş, o da Elxana bu işlə bağlı tanıdığı bir neçə şəxsin olduğunu və həmin telefonu sata biləcəyini demişdir. Lakin Siyəzən şəhərində görüşməyə çatdırmadığından, Elxanın arxasınca avtomobil ilə Siyəzən rayonu Sədan kəndi istiqamətinə getmiş və orada Elxanla görüşüb mobil telefonunu satmaqda Elxana kömək etmək məqsədi ilə Elxandan almış, sonra isə, Siyəzən şəhərinə gəlmiş, üçü də Xeyrullayev küçəsinə gəlib avtomobildən düşüb küçədə dayanıb söhbət etməyə başlamışlar. Elxan ilə aralarında pulsuzluqla bağlı söhbət düşmüşdür. Hər ikisi də pulsuzluqdan gileylənmişlər. Həmin vaxt Elxan Köhnə Quşçu kəndinə getməyi, Rövşənin evdə olmadığını, Rövşənin evində olan tüfəngləri götürməyi təklif etmişdir. O da həmin təkliflə razılaşmışdır. Birlikdə Rövşənin Köhnə Quşçu kəndindəki evində olan silahları oğurlamaq qərarına gəlmişlər. Bundan sonra Teymurun mobil telefonunu götürərək Xızı rayonu Altıağac kəndində yaşayan Sapar adlı tanışının nömrəsinə zəng edərək, Sapara 2 ədəd tüfəng olduğunu və həmin tüfənglər gətirəcəyi təqdirdə saxlaya bilib-bilməməsini soruşmuşdur. Sapar da həmin tüfəngləri saxlaya biləcəyini demişdir. Lakin, tüfəngləri haradan almaqları barədə Sapara bir söz deməmiş, Sapar da heç nə soruşmamışdır. Xızı rayonunda yaşayan Təqsirləndirilən şəxs4 kiçik yaşlarından tanımış, Saparla danışdıqdan sonra Elxan və Teymurun yanına gəlmişdir. Elxan və Teymura tüfəngləri saxlamaq üçün etibarlı adamın olduğunu bildirmişdir. Bundan sonra üçü də avtomobilə əyləşmiş, Siyəzən şəhərindən çıxıb gecə vaxtı saat təxminən 03 radələrində gedib kəndə çatmışlar. Avtomobili kəndin kənarında hündür bir təpənin üzərində saxlayıb, avtomobildən düşmüşlər, daha sonra Rövşənin evi istiqamətində piyada getməyə başlamışlar. Elxanla Teymur evə tərəf getmişlər. Təxminən 10-15 dəqiqə sonra Teymur əlində iki ədəd tüfənglə gəlmiş, Teymur tüfənglərdən birini, tək lülə tüfəngi ona vermiş, özü isə qoşalülə tüfəngi əlində saxlamışdır. Teymurla həmin tüfəngləri gətirib avtomobilin arxa yük yerinə qoymuş, sonra avtomobilə oturub, dağlar arası yolla Xızı rayonu Altıağac kəndinə getmişlər. Sapara zəng edib kəndə çatdığını deyərək Sapardan yaşadığı evin qarşısına çıxmağı xahiş etmişdir. Saparın evinin qapısına yaxınlaşmış, Sapar onları qarşılamışdır. Tüfəngləri götürüb, Sapara verib, aparıb gizlədib etibarlı şəkildə saxlamasını tapşırmışdır. Sapar da tüfəngləri götürüb evin həyətinə keçmiş, sonra Siyəzənə gəlmişlər. Bu hadisədən sonra xx xxxxxx 2019-cu ildə saat 16 radələrində Siyəzən şəhəri Xeyrullayev küçəsində olarkən polis əməkdaşları onlara yaxınlaşmış, orada Elxanı öz yanlarına dəvət edib polis şöbəsinə aparmışlar. Bundan bir az sonra Teymuru da polis əməkdaşlarının apardıqlarını eşitmişdir. Sonra o, Bakı şəhərinə getməyi qərara almış, buna görə Sapara zəng edib Teymurla Elxanın tutulduğunu, tüfəngləri yaxşı yerdə gizlətməyi və ehtiyatlı olmağı tapşırmışdır. Sonra o, fürsət tapıb Elxanla görüşmüş, Elxan hər şeyi boynuna aldığını, Saparda silahların olduğunu bildirdiyini və Saparın da həmin tüfəngləri gətirib təhvil verdiyini bildirmişdir. Buna görə də sonradan özü polis şöbəsinə gedib, hər şeyi olduğu kimi danışmağı qərara almışdır. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında ifadsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə uşaqlıqdan tanışdır. Təqsirləndirilən şəxs1 isə Camaləddin vasitəsilə tanımışdır. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında Siyəzən şəhərində Camaləddin ilə görüşüb Hafiz adlı şəxsin işlədiyi çayçıya getmişlər. Orada Camaləddin və o, pivə içmişlər. Həmin gün axşam saatlarında Elxan həmin çayçıya gəlmişdir. Orada oturduqdan sonra Elxanla Camaləddin telefon barədə söhbət etməyə başlamışlar. X8 Rövşən adlı şəxsin avtomobilinin onda olduğunu, həmin avtomobili aparıb qayataracağını demiş və Camaləddindən onun ardınca gəlib Elxanı yaşadığı məhəllədən götürməyi xahiş etmişdir. Camaləddin də razılaşmışdır. Elxan çayçıdan çıxıb getmiş, bir neçə dəqiqədən sonra Camaləddin və o, çayçıdan duraraq Elxanın yaşadığı Siyəzən şəhəri Sabir küçəsinə getmişlər. Orada Elxan ilə görüşmüş və birlikdə Siyəzən şəhəri Xeyrullayev küçəsinə gəlmişlər. Orada avtomobildən düşüb küçədə dayanıb söhbət etməyə başlamış, həmin vaxt Camaləddin ilə Elxan bir yerdə dayanmışlar, o isə onlardan bir qədər kənarda dayanmışdır. Bir qədər sonra Elxan və Camaləddin onu yanlarına çağırmışlar. Elxan Rövşən adlı şəxsin Köhnə Quşçu kəndində yerləşən evində olan iki ədəd tüfəngi oğurlamaq istədiklərini bildirmiş, o, ilk əvvəl bu fikrə müsbət yanaşmamışdır. Elxan tərəddüd etdiyini görüb, ona həmin silahların köhnə və sənədsiz olmaqla heç kimə lazım olmayan silahlar olduğunu bildirmişdir. Həmin fikirdən sonra o, Elxan və Camaləddinlə həmin silahları oğurlamağa razılığını vermişdir. Daha sonra həmin tüfəngləri oğurladıqdan sonra nə edəcəkləri barədə fikirləşdikdə isə Camaləddin oğurlayacaqları həmin tüfəngləri bir müddətlik arxayın şəkildə saxlaya biləcəyi adamının olduğunu bildirmişdir. Daha sonra Camaləddin kiməsə zəng vurmuş və bir qədər aralanaraq telefonla danışmışdır. Telefonla danışıb qurtardıqdan sonra yaxınlaşaraq telefonla danışdığını həmin silahları oğurladıqdan sonra Xızı rayonu Altıağac kəndinə aparacalarını demişdir. Camaləddin silahları Xızı rayonu Altıağac kəndinə aparacaqlarını deyən kimi, Camaləddinin telefonda danışdığı adamın Camaləddin və onun ümumi tanışları olan Sapar adlı şəxs olduğunu başa düşmüşdür. Bundan sonra həmin silahları oğurlamaq məqsədi ilə üçü də avtomobilə əyləşib, Siyəzən şəhərindən çıxıb Siyəzən rayonu Köhnə Quşçu kəndinə getmişlər. Gecə saat təxminən 03 radələrində gedib kəndə çatmışlar. Avtomobili kəndin kənarında hündür bir təpənin üzərində saxlayıb, hər üçü avtomobildən düşmüşdür. Sonra Rövşənin evi istiqamətində piyada getməyə başlamışlar. Təqsirləndirilən şəxs1 evə yaxşı bələd olduğu üçün evdə adam olub-olmamasına bir daha əmin olmaq məqsədilə evə tərəf getmiş, o və Camaləddin isə tövlənin arxa tərəfində təpənin üzərində dayanmışlar. Bir qədər sonra Elxan Rövşənin evinin həyətindən onlara tərəf gələrək “gəlin gedək silahları götürək”demiş, bundan sonra Elxanın ardınca evin həyəti istiqamətində getməyə başlamışdır. Camaləddin isə ətrafa nəzarət etmək məqsədilə həmin yerdə dayanıb onları gözləmişdir. O, gəlib həmin evin eyvanında dayanmış, Elxan isə digər otaqda qapının arxasından adi açıq vəziyyətdə olan tüfənglərdən əvvəlcə qoşa lülə tüfəngi, daha sonra isə digər tüfəngi götürüb ona vermişdir. O, həmin tüfəngləri götürərək Elxandan əvvəl evdən çıxmış və maşın istiqamətində getməyə başlamış, Camaləddinin yanına çatdıqdan sonra təklülə tüfəngi Camaləddinə vermişdir. Həmin vaxt Elxan da evin qapılarını bağlayıb onların yanına gəlmiş və dağlar arası yolla Xızı rayonu Altıağac kəndinə getmişlər. X9 zəng vurub Xızı rayonu Altıağac kəndində olduqlarını bildirmişdir. Saparın evinin qarşısına çatmışlar. Sapar onları qarşılamış, Camaləddin tüfəngləri götürüb gizlədib etibarlı şəkildə saxlaması məqsədilə Sapara vermişdir. Sapar da tüfəngləri götürüb evin həyətinə keçmişdir. Sapar eyvan kimi olan yerdə onlara çay vermiş, orada çay içib istirahət edib, sonra Siyəzən şəhərinə gəlmişlər. Təqsirləndirilən şəxs4 məhkəmə iclasında ifadsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 uşaqlıq illərindən tanımış, Camaləddin ailəsi ilə birlikdə Siyəzən rayonunda yaşayan babasıgil ilə qonşu olduqlarından və o da babasıgilə tez-tez gəlib getdiyi üçün aralarında tanışlıq yaranıb. Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs1 onların evinə gələn gecə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yanında görüb tanımışdır. xx xxxxxx 2019-cu il tarixdə axşam saat təxminən 20-21 radələrində Təqsirləndirilən şəxs2 ona zəng vuraraq iki ədəd ov tüfəngi olduğunu və həmin silahları satmaq istədiyini bildirmiş, o, Camaləddinə silahları gətirməsini, silahlarla baxdıqdan sonra, silahların yaxşı olacağı təqdirdə satmaq mümkün olacağını, əks halda silahları götürüb geri aparmalı olacağını demişdir. Camaləddin də həmin silahları götürüb gələcəyini demişdir. Təxminən bir - iki saatdan sonra Camaləddin ona Təqsirləndirilən şəxs3 nömrəsindən zəng vuraraq silahları hələ götürmədiyini, silahları götürdükdən sonra əlaqə saxlayacağını və buna görə də telefonunu açıq saxlamağımı xahiş etmişdir. O, bundan sonra yatmağa getmiş, artıq xx xxxxxx 2019-cu il tarixdə səhər saat 05 radələrində Təqsirləndirilən şəxs2 zəng vuraraq, gəlib çatdıqlarını deyərək, evin qarşısına çıxmağı xahiş etmişdir. O, yuxudan oyanıb əynini geyinib küçəyə çıxmış, həmin vaxt Təqsirləndirilən şəxs2 ağ rəngli Niva markalı avtomobil ilə evin qarşısına yaxınlaşmış, Camaləddinin yanında Təqsirləndirilən şəxs3 və sonradan tanıdığı Təqsirləndirilən şəxs1 da olmuşdur. Onlar maşından düşdükdən sonra Təqsirləndirilən şəxs2 biri tək lülə, digəri isə qoşalülə olmaqla iki ədəd tüfəngi həmin avtomobilin arxa yük yerindən götürüb ona vermişlər. Həmin silahları götürüb evin həyətinə keçmiş, onlar üçü də ardınca gəlmişlər. Onlara çay vermiş, söhbət zamanı Camaləddindən həmin silahlar ilə adam öldürülüböldürülməməsini və həmçinin həmin silahların başqa hər hansı bir cinayətdə istifadə olunub- olunmamasını soruşmuşdur. Camaləddin həmin silahların təmiz silahlar olduğunu və hər hansı bir cinayətdə istifadə olunmadığını bildirmişdir. Onlara iki silaha ümumilikdə 400- 500 manat civarında pul verə biləcəyimi demişdir. Bu zaman Təqsirləndirilən şəxs3 həmin silahların ikisini 700 manata satdıqlarını demişdir. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs3 dediklərini təsdiqləmiş, həmin qiymət sərfəli olmadığından, Camaləddingilə gözləməyi, həmin silahları bir-iki gün özündə saxlayıb müştəri çıxacağı təqdirdə məlumat verəcəyini demişdir. Həmin silahları da götürüb aparıb yaşadığı evə qoymuşdur. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında yas məclisi ilə əlaqədar Siyəzən şəhərinə gəlmiş, yas məclisindən sonra Camaiəddin və Teymur ilə görüşmüş, Camaiəddin və Teymur ondan silahları satıb-satmadığını soruşmuşlar, o, isə Camaləddin və Teymura həmin silahların satılmalı vəziyyətdə olmadığını və buna görə də gəlib həmin silahları götürmələrini demişdir. Camaiəddin və Teymur da həmin silahları gəlib götürəcəklərini demişlər. Həmin günü günortadan bir xeyli keçmiş Təqsirləndirilən şəxs2 öz istifadəsində olan mobil nömrədən zəng vuraraq Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 polislərin tutduğunu və özünün də polisə çağırıldığını bildirmişdir. O, Camaləddindən bunun səbəbini soruşduqda Camaləddin həmin silahların sahibinin polisə şikayət etdiyini, həmin silahların oğurluq olduğunu deyərək, həmin silahları etibarlı yerdə gizlətməyi tapşırmış və telefona adboy vermişdir. O, həmin zaman Camaləddingilin həmin silahlan oğurladığını başa düşmüşdür. Bir neçə dəqiqədən sonra yenidən Camaləddinə zəng etsə də Camaləddinin nömrəsinə zəng çatmadığı üçün Camaləddinlə danışa bilməmişdir. Sonra polis əməkdaşları yaşadığı ünvana gəlmişlər. Evinin həyətyanı sahəsinə videoçəkiliş ilə baxış keçirilmiş və həmin silahları gizlətdiyi yerdən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yuxarıda göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və məhkəmədətədqiqedilmişiş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsifadəsindəgöstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 11 radələrində, qonşuları Lalə və oğlu Rəhmanı Siyəzən şəhərinə toy məclisinə gətirmişdir. Həmin günü əslində kəndə qayıtmalı idi. Lakin, atası 2019-cu ilin may ayından iflic olduğundan vəziyyəti pisləşmişdir. Buna görə də axşam qonşuluqda yaşayan kiçik yaşlarından tanıdığı X4 özünə məxsus Niva avtomobilini verərək Elxandan toy məclisindən sonra Lalə və oğlu Rəhmanı kəndə aparmağı xahiş etmişdir. Elxan Lalə və oğlu Rəhmanı avtomobil ilə Siyəzən rayonu Köhnə Quşçu kəndinə aparmışdır. Elxan xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə saat təxminən 02:20 radələrində zəng vuraraq avtomobili qapının qarşısına qoyduğunu, açarlarının üstündə olduğunu deyərək, avtomobili həyətə salmağını bildirmişdir. O, küçəyə çıxmış, avtomobili həyətə saldıqdan sonra Elxanla əlaqə saxlayaraq həmin vaxta qədər harada olması ilə maraqlanmış, Elxan isə siqaret alıb gələcəyini demişdir. O, Təqsirləndirilən şəxs1 təxminən 10-15 dəqiqə gözləsə də Elxan gəlib çıxmadığından evə keçib yatmışdır. Onun, mərhum babası Pənahdan atasına qalmış iki ədəd tüfəngi vardır. Həmin tüfənglərdən heç vaxt istifadə etməmiş, lakin, mərhum babasından qaldığından həmin tüfəngləri Siyəzən rayonu Köhnə Quşçu yerləşən evlərində anbar kimi istifadə etdikləri otaqda saxlamışlar. Tüfənglər açıq şəkildə divara söykənmiş formada saxlanılmışdır. xx xxxxxx 2019-cu il tarixdə heyvanlara yem vermək üçün Köhnə Quşçu kəndində yerləşən evə saat təxminən 18:30 radələrində çatmış, yaşayış evinə kiminsə girdiyini və anbar kimi istifadə olunan otağın qapısının üzərindəki qıfılın sındırılaraq orada olan iki ədəd tüfənglərin oğurlandığını görmüşdür. İlk əvvəl konkret olaraq heç kimdən şübhələnməmişdir. Buna görə də səhəri gün hadisə ilə əlaqədar Siyəzən RPŞ-nə ərizə ilə müraciət etmişdir. Bu hadisədən bir neçə gün sonra atasına məxsus tüfənglərin qonşu Təqsirləndirilən şəxs1, dostları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanaraq Xızı rayonunda olan Təqsirləndirilən şəxs4 verildiyini öyrənmişdir. Daha sonra polis əməkdaşları həmin silahları Təqsirləndirilən şəxs4 götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki,o, Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə Siyəzən rayonu Köhnə Quşçu kəndində yaşayan Zərərçəkmiş şəxs ərizə ilə Siyəzən RPŞ-nə müraciət edərək xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrindən xx xxxxxx 2019-cu il tarixdə saat 19:30 radələrinədək olan müddət ərzində Siyəzən rayonu Köhnə Quşçu kəndində yerləşən ona məxsus yaşayış evindən, evdə heç kim olmadığı vaxtda heç bir rəsmi qeydiyyatı olmayan, babasından ona miras qalmış 1 ədəd İJ 58 markalı və 1 ədəd TOZ 8 markalı tüfənglərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Həmin müraciət üzrə Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı X1 baş vermiş oğurluq hadisəsini törətmiş naməlum şəxslərin müəyyən edilməsi məqsədilə əməliyyat tapşırığı icraata daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qeyd olunan oğurluq əməlini törətməkdə şübhəli şəxslər olduqları müəyyən olunmuş, bu barədə raportla müraciət etdikdən sonra xx xxxxxx 2019cu il tarixdə Təqsirləndirilən şəxs1 və Əliyev X5 RPŞ-nə gətirilmişlər. Həmin vaxtı qeyd olunan oğurluq əməlini törətmiş şəxslərdən digəri olan Təqsirləndirilən şəxs2 qaçıb gizləndiyindən saxlanılması mümkün olmamışdır. İlkin araşdırma zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdikləri əməli etiraf edərək oğurladıqları tüfəngləri saxlaması üçün Təqsirləndirilən şəxs2 tanışı Xızı rayonu Altıağac qəsəbəsində yaşayan Sapar adlı şəxsə verdiklərini və həmin silahların Sapar adlı şəxsdə saxladıqlarını bildirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs4 Balkişi oğlunu yaşadığı Xızı rayonu Altıağac qəsəbəsində yerləşən ünvanının qarşısına gedərək videoçəkiliş vasitəsilə onun yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs4 qeyd olunan tüfəngləri yaşadığı evin həyətində gizlətdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs4 qeyd olunan tüfəngləri yaşadığı evinin həyətində hasarın bir küncündə yığılmış dəmir və taxtaların arasından çıxaraq təqdim etmişdir. Həmin tüfənglər müvafiq qayadada qablaşdırılmaqla götürülmüşdür. Bir neçə gündən sonra həmin oğurluq əməlinin iştirakçılarından biri olan Cavadov X2 RPŞ- nə gələrək, törətdiyi hadisəni etiraf etməklə müvafiq izahatını vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 21728 №-li məhkəmə ballistik ekspertizasının rəyində aşağıdakılar göstərilmişdir: -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli, «TOZ-8M» modelli, seriya nömrəsi pozulmuş tüfəngdir-yivli odlu idman-ov silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, «İJ-58» modelli, «DS 2956» №-li, daxili çaxmaqlı, qoşalüləli tüfəngdir- yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı «TOZ- 8M» modelli yivli odlu idman-ov silahından əvvəllər hər hansı cinayət əməlinin törədilməsində istifadə olunub-olunmamasının müəyyən edilməsindən və həmçinin qeyd olunan silahın pozulmuş seriya nömrəsinin oxunmasında köməklik göstərilməsindən ötrü sorğu əsasında qeyd olunan silahlar Azərbaycan Respublikasının Kriminalistik Tədqiqatlar İdarəsininə göndərilmişdir. Azərbaycan Respublikasının Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli “011-10241-1219” nömrəli məktubda aşağıdakılar qeyd olunmuşdur, - Təqdim edilmiş 01 ədəd 5,6 mm kalibrli, N-si silinmiş TOZ-8M modelli tüfəngdən eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs məxsus Siyəzən rayonu Köhnə Quşçu kəndində yerləşən evdən oğurlanmış 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı «TOZ-8M» modelli yivli odlu idman-ov silahı və 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 16 mm kalibrli, «DS 2956» nömrəli, daxili çaxmaqlı, saz vəziyyətdə olmaqla atəş üçün yararlı «İJ-58» modelli yivsiz qoşa lüləli odlu ov silahı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin istintaq zamanı Təqsirləndirilən şəxs4 yaşadığı Xızı rayonu Altıağac qəsəbəsində yerləşən evinin həyətyanı sahəsinə videoçəkiliş keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Compakt Disk maddi sübut kimi tanınmaqla saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. xxxxxxxx TELEKOM» MMC-dən daxil olmuş 01 ədəd Compakt Diskdə qeyd olunan məlumatlara baxış keçirilmiş baxış zamanı həmin diskdə olan məlumatlardan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmus “***-***-**-**” mobil nömrəsi üzrə: Təqsirləndirilən şəxs3 istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrədən Təqsirləndirilən şəxs4 istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrəyə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixdə birinci zəngin xx.xx.2019-cu il tarixdə saat 00:34;29-cu saniyədə edilməklə danışıq müdddətinin 128 saniyə təşkil etdiyi müəyyən olunur. Daha sonra Təqsirləndirilən şəxs3 istifadəsində olan qeyd olunan nömrədən iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrəyə xx.xx.2019cu il tarixdə saat 01:21:59- cu saniyədə zəng olunduğu və zəngin müddətinin 33 saniyə təşkil etdiyi müəyyən olunur. Həmin zəngin Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi kimi, Zərərçəkmiş şəxs məxsus avtomobili onun yaşadığı evin qarşısına qoyduqdan sonra, öz telefonunda kontur olmadığı üçün, Təqsirləndirilən şəxs3 telefonundan Zərərçəkmiş şəxs zəng vuraraq onun avtomobilini yaşadığı evinin qarşısına qoyması və çıxıb həmin avtomobili içəri salmasını deməsi ilə bağlı xüsusatı olduğu kimi təsdiq edir. Daha sonra Təqsirləndirilən şəxs4 istifadəsində olan “050”484-70-50” mobil nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan qeyd olunan nömrə arasında qeyd olunan tüfənglərin oğurlandığı xx.xx.2019-cu il tarixdə 01:24:29-da 97 saniyə müddətində telefon danışığı olduğu müəyyən olunur. Daha sonra Təqsirləndirilən şəxs3 istifadəsində olmuş qeyd olunan mobil nömrə ilə Təqsirləndirilən şəxs4 istifadəsində olan “050”484-70-50” mobil nömrə arasında müvafiq olaraq xx.xx.2019-cu il tarixdə 03:00:26-da 31 saniyə, daha sonra xx.xx.2019-cu il tarixdə 04:40:12-də 145 saniyə, daha sonra isə həmin tarixdə 04:55:10-da 38 saniyə danışıqlar olduğu müəyyən olunur. Daha sonra Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil nömrə ilə Təqsirləndirilən şəxs4 istifadəsində olan “050”484-70-50” mobil nömrə arasında növbəti danışıq xx.xx.2019-cu il tarixdə saat 16:16:27-də 531 saniyə, xx.xx.2019-cu il tarixdə saat 18:50:40-da 86 saniyə, xx.xx.2019cu il tarixdə saat 11:32:15-də 59 saniyə, həmin tarixdə saat 11:41:58-də 12 saniyə olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs3 istifadəsində olmuş “***-***-**-**” mobil nömrəsinin antenasının xx.xx.2019-cu İl tarixdə saat 03:00 radələrində Xızı rayonunda, xx.xx.2019-cu il tarixdə saat 04:40 radələrində və həmin tarixdə saat 04:55 radələrində Xızı rayonu Altıağac qəsəbəsində olduğu müəyyən olunur. - Təqsirləndirilən şəxs4 istifadəsində olmus “***-***-**-**” mobil nömrəsi üzrə: Təqsirləndirilən şəxs4 istifadəsində olmuş “***-***-**-**” mobil nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə arasında xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddət ərzində olan telefon danışıqları yuxanda qeyd olunduğundan həmin zənglərin təkrar qeyd olunması məqsədəmüvafiq hesab edilmədi. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs4 istifadəsində olmuş qeyd olunan nömrə arasında xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixdə birinci zəngin xx.xx.2019-cu il tarixdə saat 23:08:23cü saniyədə edilməklə danışıq müdddətinin 301 saniyə təşkil etdiyi müəyyən olunur. Daha sonra Təqsirləndirilən şəxs4 istifadəsində olan qeyd olunan nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə arasında həmin tarixdə 23:13:39-da 13 saniyə danışıq olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə ilə Bağırovun istifadəsində olmuş qeyd olunan nömrə arasında xx.xx.2019-cu il tarixdə 19:55:45-də 15 saniyə, daha sonra həmin tarixdə 19:56:30-da 45 saniyə danışıq olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs4 istifadəsində olmuş “***-***-**-**" mobil nömrəsinin antenasının 21,08.2019-cu il tarixdə saat 01:24-de, həmin tarixdə saat 03:00 radələrində, həmin tarixdə saat 04:40 radələrində və həmin tarixdə saat 04:55 radələrində Xızı rayonu Altıağac qəsəbəsində olduğu müəyyən olunur. «xxxxxxx» MMC-dən daxil olmuş 01 ədəd Compakt Diskdə qeyd olunan məlumatlara baxış keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmus “070- 887-45-95” mobil nömrəsi üzrə: Təqsirləndirilən şəxs2 istifadəsində olmuş yuxarıda qeyd olunan nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “077- 344-53- 56” saylı mobil nömrə arasında xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddət ərzində ilk telefon danışığının xx.xx.2019-cu il tarixdə saat 19:53:38-də 53 saniyə olduğu müəyyən olunur. Daha sonra Təqsirləndirilən şəxs2 qeyd olunan nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş "***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2019- cu il tarixdə saat 21:00:30-da 87 saniyə, həmçinin qeyd olunan tarixdə saat 21:23:27-də 42 saniyə, saat 21:44:52-də 9 saniyə, saat 21:45:32- də 51 saniyə, saat 21:53:53-də 4 saniyə, saat 21:54:53-də 4 saniyə danışıqlar olduğu müəyyən olunur. Həmçinin Təqsirləndirilən şəxs2 qeyd olunan nömrəsi ilə Təqsirləndirilən şəxs4 istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2019-cu il tarixdə 23:08:23-də 300 saniyə və saat 23:13:39-da 13 saniyə telefon danışığının olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs4 arasında növbəti telefon danışıqları isə 22,08.2019-cu il tarixdə saat 19:55:45-də 15 saniyə və həmin tarixdə saat 19:56:30-da 45 saniyə olduğu müəyyən olunur. Həmin telefon zəngləri həm Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bu barədə Təqsirləndirilən şəxs4 yığıb məlumat verməsi xüsusatını, həmçinin Təqsirləndirilən şəxs4 ifadəsində göstərdiyi xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 günortan bir xeyli keçmiş ona yığaraq tüfənglərin sahibinin polisə şikayət etməsi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 polisə aparıldığını və özünün də polisə çağırılması ilə bağlı dediyi xüsusatları təsdiq etmiş olur. Təqdim olunmuş məlumatlarda Təqsirləndirilən şəxs2 istifadəsində olmuş“***-***-**- **” mobil nömrənin antenasının xx.xx.2019-cu il tarixdə saat 00:47:32-də oğurluq üçün Siyəzən rayonu Köhnə Quşçu kəndində getdikləri yolda-Siyəzən rayonu Sədan kəndi ərazisində və həmin tarixdə saat 16:48:56-da isə Siyəzən Broyler_3 Mobil stansiya/Siyəzən ərazisində olduğu göstərilir. xx.xx.2019-cu il tarixə saat 00:47:32 saniyədən saat 16:48:56 saniyədək olan müddət ərzində isə həmin nömrənin antenası çıxarış məlumatlarında qeyd olunmamışdır. Həmin vaxt intervalında qeyd olunan nömrənin antenasının qeyd olunmaması həmin ərazilərin coğrafi baxımdan dağlıq ərazilər olduğundan orada şəbəkənin işləməməsi ilə əlaqədar olması ehtimal oluna bilər. -Təqsirləndirilən şəxs1 istifadəsində olmuş "***-***-**-**” mobil nömrəsi üzrə: Təqsirləndirilən şəxs1 istifadəsində olmuş yuxarıda qeyd olunan nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş "070-887-45- 95” saylı mobil nömrə arasında xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019- cu il tarixədək olan müddət ərzində olan telefon danışıqları yuxarıda qeyd olunduğundan həmin zənglərin təkrar qeyd olunması məqsədəmüvafiq hesab edilmədi. Təqdim olunmuş məlumatlarda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş "***-***-**- **” mobil nömrənin antenasının sonuncu dəfə xx.xx.2019-cu il tarixdə saat 22:02-01-də Siyəzən Broyler_3 Mobil stansiya/Siyəzən ərazisində olduğu göstərilmişdir. Həmin tarixdən sonra qeyd olunan nömrənin antenası ilə bağlı hər hansı məlumat qeyd olunmamışdır. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəlişəkildə obyektiv hüquqi qiymət verərəkməhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ittiham olunduqları cinayət əməli məhkəməistintaqızamanıtamsübutayetirilmişdir. Məhkəməəməlinhüquqitövsüfiməsələsinimüzakirəedərəkhesabedirki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3əməlləriistintaqorqanıtərəfindənAzərbaycanRespublikası CM-nin 228.2.1 və 232.2.1-ci maddələriiləvə Təqsirləndirilən şəxs4 əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsiilədüzgüntövsifedilmiş və onlar, həmin maddələrilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələriüçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri vəictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası DİN-in BƏSİİ alınmış arayışdan görünür ki, onlar, əvvəllər məhkum olunmamışlar. Məhkəmə,Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4əməllərindən peşiman olmaları, yaşayış yerindən müsbət xarakterizə olmaları, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaları, Təqsirləndirilən şəxs3himayəsində azyaşlı övladının olmasıonların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməllərində Azərbaycan Respublikası CM-nin 61-cimaddəsindənəzərdə tutulmuş cəzalarını ağırlaşdıran halların olması müəyyən edilmədi. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən görünürki, Camaləddin İbadətdin oğlu və Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cazasına məhkum olunmuşdur. İş materiallarında olan, Siyəzən Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli 1742/2019-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 vəTəqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsiilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum olunmalarına dair Bakışəhəri Nizami rayon məhkəməsinin 1 (007)-131/2018 saylı, xx xxxxx 2018-ciil tarixli hökmünün surəti və hökmün icrasına dair göstəriş xx xxxxxxx 2018-ciil tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Siyəzən Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş30sentyabr 2020-ciil tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 vəTəqsirləndirilən şəxs3 təyin olunmuş 1500 manat cərimə cəzasından, bü günə Təqsirləndirilən şəxs2üzərində ödənilməmiş 125 manat, Təqsirləndirilən şəxs3isə üzərində ödənilməmiş 1240 manat cərimə cəzası qalmışdır. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum olunmalarına dair Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü hazırkı hökmlə birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Odur ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 1500 manat cərimə cəzasının 125 manat ödənilməmiş hissəsi və Təqsirləndirilən şəxs3 təyin olunmuş 1500 manat cərimə cəzasından 1240 manat ödənilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında hazırkı iş üzrə çıxarılacaq hökmə tam birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək əlavə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər azadlıqdan məhrumetmə növündə cəza təyin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cümaddəsinə əsasən azadlıqdan məhrum etməilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görəresidiv nəzərə alınmadan cəza təyin edilir. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən residiv nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, xx xxxxxxx 2019-cu il tarixdə barələrində Siyəzən rayon Məhkəməsinin qərarı ilə əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onların şübhəli şəxs qismində tutulduqları xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində xx xxxxxx 2019-cu il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin şərtlərini pozduğuna görə xx xxxxxx 2020-ci il tarixdə barəsində Siyəzən rayon Məhkəməsinin qərarı ilə əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar-Zərərçəkmiş şəxs məxsus Siyəzən rayonu Köhnə Quşçu kəndində yerləşən evdən oğurlanmış 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı «TOZ- 8M» modelli yivli odlu idman-ov silahı və 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 16 mm kalibrli, «DS 2956» nömrəli, daxili çaxmaqlı, saz vəziyyətdə olmaqla atəş üçün yararlı «İJ-58» modelli yivsiz qoşa lüləli odlu ov silahı Zərərçəkmiş şəxs barəsində Siyəzən rayon məhkəməsində davam edən cinayət işinin nəticəsindən aslı olaraq Siyəzən RPŞ-nin Növbətçi Hissəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan Cinayət işinin istintaq zamanı Təqsirləndirilən şəxs4 yaşadığı Xızı rayonu Altıağac qəsəbəsində yerləşən evinin həyətyanı sahəsinə videoçəkiliş keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Compakt Disk, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı və Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrin mobil antenasının xx xxxxxx 2019cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək hansı ərazilərdə olmasının, həmçinin həmin nömrələrdən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək edilmiş giriş və çıxış zənglərinin nömrələrini, həmin abonent nömrələrinin sahiblərinin adları, soyadları və ünvanları göstərilməklə siyahısının, göndərilən və daxil olan SMS-lərin məzmunlarının əldə edilməsi barədə məlumatların «xxxxxxxx» MMC-dən çıxarılmasına dair Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2019- cu il tarixli qərarı əsasında «xxxxxxxx TELEKOM» MMC-dən məktub vasitəsilə daxil olmuş 01 ədəd Compakt Disk və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 070-887- 45-95 saylı nar mobil nömrələrinin mobil antenasının xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək hansı ərazilərdə olmasının, həmçinin həmin nömrələrdən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək edilmiş giriş və çıxış zənglərinin nömrələrini, həmin abonent nömrələrinin sahiblərinin adları, soyadları və ünvanları göstərilməklə siyahısının, göndərilən və daxil olan SMS-lərin məzmunlarının əldə edilməsi barədə məlumatların «xxxxxxx» MMC-dən çıxarılmasına dair Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu it tarixli qərarı əsasında «xxxxxxx» MMC-dən məktub vasitəsilə 1 (bir) ədəd Compakt Disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri 40 manat təqsirləndirilən şəxslər arasında bölünərək Təqsirləndirilən şəxs1 10 manat, Təqsirləndirilən şəxs2 10 manat, Təqsirləndirilən şəxs3 10 manat və Təqsirləndirilən şəxs4 10 manat alınaraq dövlət nəfinə keçirilməlidir Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 232.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 232.2.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasınıümumirejimlicəzaçəkməmüəssisəsindəçəksin, cəzaçəkməmüddətininəvvəli xx xxxxxxx 2019-cu il tarixdənhesablansın. Təqsirləndirilən şəxs1barəsindəseçilmişhəbsqətimkantədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 cəzasınıümumirejimlicəzaçəkməmüəssisəsindəçəksin, cəzaçəkməmüddətininəvvəli 11yanvar 2020-ci il tarixdənhesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 232.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 232.2.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs3 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı şəhər Nizami rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü hazırkı iş üzrə hökmlə tam birləşdirilsin, Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası və 1240 (min iki yüz qırx) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş 1240 (min iki yüz qırx) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs3 cəzasınıümumirejimlicəzaçəkməmüəssisəsindəçəksin, cəzaçəkməmüddətininəvvəli xx xxxxxxx 2019-cu il tarixdənhesablansın. Təqsirləndirilən şəxs3barəsindəseçilmişhəbsqətimkantədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 232.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 232.2.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhər Nizami rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü hazırkı iş üzrə hökmlə tam birləşdirilsin, Əliyev Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası və 125 (yüz iyirimi beş) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş 125 (yüz iyirimi beş) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2barəsindəseçilmişhəbsqətimkantədbiri hökmqanuniqüvvəsinialanadəkdəyişdirilməsin. İş üzrə maddi sübutlar- 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı «TOZ-8M» modelli yivli odlu idman-ov silahı və 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 16 mm kalibrli, «DS 2956» nömrəli, daxili çaxmaqlı, saz vəziyyətdə olmaqla atəş üçün yararlı «İJ- 58» modelli yivsiz qoşa lüləli odlu ov silahı Zərərçəkmiş şəxs barəsində Siyəzən rayon məhkəməsində davam edən cinayət işinin nəticəsindən aslı olaraq Siyəzən RPŞ-nin Növbətçi Hissəsində saxlanılsın. İş üzrə maddi sübut olan baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Compakt Disk, mobil nömrələrin mobil antenasının, giriş və çıxış zənglərinin nömrələrini, adlar, soyadlar və ünvanlar və daxil olan SMS-lərin məzmunlarının əldə edilməsi barədə məlumatların «xxxxxxxx» MMC-dən çıxarılmasına dair «xxxxxxxx TELEKOM» MMC-dən daxil olmuş 01 ədəd Compakt Disk və «xxxxxxx» MMC-dən daxil olmuş 1 (bir) ədəd Compakt Disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri 40 manat təqsirləndirilən şəxslər arasında bölünərək Təqsirləndirilən şəxs1 10 manat, Təqsirləndirilən şəxs2 10 manat, Təqsirləndirilən şəxs3 10 manat və Təqsirləndirilən şəxs4 10 manat alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən, elanolunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə hökmün surətini aldıqları andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Bağırov X3 Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-402/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-402/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver