Məhkəmə qərarları › İş №1(101)-402/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-402/2021

30.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-402/2021 30.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Səbuhi Sabir oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 Bəhram oğlunun, müdafiəçilər - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 04 avqust 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, həbs olunanadək “Renta Car 123” şirkətinin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 5, mənzil 2-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Sumqayıt şəhəri, 10-cu Mikrorayon, “Kristal Abşeron MTK”-da ev 2, mənzil 207-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, 2-ci qrup əlil olan, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 15-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Abşeron rayonu, Saray qəsəbəsi, “Qurd dərəsi”, Bağlar massivi, ev 39/40 D-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən kənar və ya ondan gizli olaraq narkotik vasitə və psixotrop maddələri keçirmiş, habelə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib saxlamaqla daşımışdır. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən kənar və ya ondan gizli olaraq narkotik vasitə və psixotrop maddələri keçirmiş, habelə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşıma, satma, eləcə də qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa məlum olmayan Dadaş adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar plana əsasən qrupun üzvü Dadaş adlı şəxs külli miqdarda, yəni 130,175 qram çəkidə narkotik vasitə heroini, 20,517 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda, yəni 262,935 qram çəkidə psixotrop maddə metamfetamini özü və ya adamları vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına keçirib Sumqayıt-Ceyranbatan şossesi yolunun kənarında naməlum yerdə gizlədərək saxlamış, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə qanunsuz əldə edib üzərində gəzdirməklə yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Kristal ünvan 1 ünvanına daşımış, bundan sonra Təqsirləndirilən şəxs1 aralarında olan cinayətkar razılaşmaya əsasən satıb əldə ediləcək pulu öz aralarında bölmək məqsədi ilə 20,517 qram narkotik vasitə tiryəki və külli miqdarda 33,735 qram çəkidə narkotik vasitə heroini qrupun digər üzvü Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə tiryəki və heroini satış məqsədi ilə qanunsuz əldə edib yaşadığı ünvan 2 ünvanına daşımış, orada narkotik vasitə heroinin 3,710 qramını bölərək üzərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Reüspublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 yanvar 2020-ci il tarixdə, saat 18:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısında saxlanılıb üzərinə baxış keçirilərkən əynindəki gödəkçənin sol qolundakı cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə saxladığı, ayrı-ayrılıqda çəkiləri 0,896 qram, 0,991 qram, 0,954 qram və 0,869 qram olmaqla, ümumilikdə 04 (dörd) ədəd bükümdə külli miqdarda - 3,710 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 06 yanvar 2020-ci il tarixdə, saat 18:00 radələrində Təqsirləndirilən şəxs2 razılığı və iştirakı ilə onun faktiki yaşadığı ünvan 2 şəxsi evə baxış keçirilərkən evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan paltar dolabının içərisindəki qara rəngli pencəyin sol iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladığı 20,517 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda - 30,025 qram çəkidə narkotik vasitə heroin və 1 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan “Aosai” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 verdiyi məlumat əsasında əməliyyat-axtarış tədbirinin davamı olaraq 06 yanvar 2020-ci il tarixdə, saat 19:00 radələrində Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Kristal ünvan 3 ünvanın qarşısında saxlanılaraq üzərinə keçirilən baxış zamanı əynindəki gödəkçənin sol yan cibindən 1 (bir) ədəd şəffaf rəngli polietilen bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 30,241 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmçinin əməliyyat-axtarış tədbirinin davamı olaraq 06 yanvar 2020-ci il tarixdə, saat 20:00 radələrində Təqsirləndirilən şəxs1 razılığı və iştirakı ilə onun faktiki yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Kristal ünvan 1 ünvana baxış keçirilərkən mənzilin yataq otağında olan paltar dolabının içərisindən 1 (bir) ədəd boz rəngli torbadan satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladığı 1 (bir) ədəd şəffaf polietilen bükümdə külli miqdarda - 66,199 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd şəffaf polietilen bükümdə külli miqdarda - 262,935 qram çəkidə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, tutulmamışdan əvvəl Sumqayıt şəhərində “Rent a Car” işlətmişdir. Şahin ondan tez-tez icarəyə maşın götürmüşdür. O, Şahini “Rent a Car”-dan tanımış və onların arasında həmişə normal münasibətlər olmuşdur. Axırıncı dəfə Şahin ondan 03 yanvar 2020-ci il tarixdə maşın icarəyə götürmüşdür. Şahin ondan götürdüyü maşını bir gündən sonra qaytarmalı olmuşdur. Lakin Şahin ona maşını vaxtında qaytarmamışdır. O da məcbur olub 05 yanvar 2020-ci il tarixdə Şahinə zəng edərək sonuncudan maşını qaytarmasını tələb etmişdir. Şahin isə ona axşam olduğunu, sabah maşını qaytaracağını və gecikdirdiyinə görə əlavə pul ödəyəcəyini demişdir. O da Şahinlə razılaşmışdır. Növbəti gün səhər vaxtı Şahin icarəyə götürdüyü maşını onun işlədiyi ofisin qabağına gətirmiş və o da Şahindən həmin vaxt maşını almışdır. O, maşını geri təhvil alanda həmin maşını yoxlamamışdır. Bundan təxminən 2-3 saat sonra Şahin ona zəng edərək maşında sellofan torba və şəxsiyyət vəsiqəsinin qaldığını, həmin əşyaları gəlib götürmək istədiyini bildirmişdir. O da Şahinə evə gedəcəyini və gəlib yaşadığı məhəllədən həmin əşyaları götürməsini demişdir. Sonra o, yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən evinə getmişdir. O, həyətdə olanda Şahin onun yaşadığı həyətə gəlmiş və onun maşınından şəxsiyyət vəsiqəsini götürmüşdür. Şahin həmin əşyanı götürdükdə, ona demişdir ki, “sellofan torba maşında qalsın, yarım saata gəlib götürəcəm”. Bundan sonra o, evə qalxmışdır. O, bir qədər evdə olduqdan sonra ailə üzvləri ilə birlikdə həyətə düşüb maşına minmək istədikdə polis əməkdaşları onu tutmuşlar. O, polislərdən niyə onu tutduqlarını soruşduqda, sonuncular ona demişlər ki, “sən narkotik işi ilə məşğulsan”. O, buna etiraz etmək istədikdə, polislər ona təzyiq göstərmişlər. O, məcbur olub polislərin dediklərini etmiş və bütün sənədləri imzalamışdır. Lakin o, heç vaxt narkotik vasitə almamış və həmin əşyaların satışı ilə məşğul olmamışdır. O, axşam saat 17:00-da tutulsa da polislər həmin gün saat 20:00-da onun üzərinə baxış keçirmişlər. Onun üzərində narkotik vasitə olmamışdır. Polislər ona yaşadığı evə baxış keçirmək istədiklərini bildirmişlər və o da yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Həmin vaxt evdə onun arvadı və xalası qızı olmuşdur. Həmin vaxt onun evində heç bir narkotik vasitə olmamışdır. Polislər onu həyətdə də tutduqda onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları Şahindən götürdükləri narkotik vasitələri onun evinə qoyaraq həmin narkotik vasitələrin guya onun evindən çıxdığını rəsmiləşdirmişlər. Amma əslində onun üzərində və yaşadığı evdə heç bir narkotik vasitə olmamışdır. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada ona təzyiq göstərmişlər. Belə hadisə ilk dəfə onun başına gəldiyindən o, qorxusundan bütün sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə ona baraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulmamışdan təxminən 10-15 gün əvvəl Ceyranbatan qəsəbəsində yolun kənarında sellofan torba tapmışdır. Həmin torbanın içərisində “kakos” və metamfetamin kimi tanıdığı narkotik vasitələr olmuşdur. O, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Xəyyam “Rent a Car” işi ilə məşğul olmuşdur. O, bir neçə dəfə Xəyyamdan icarəyə maşın götürmüşdür. Axırıncı dəfə o, Xəyyamdan tutulmamışdan bir neçə gün əvvəl icarəyə maşın götürmüşdür. O, Xəyyamdan icarəyə maşın götürən gün Ceyranbatan qəsəbəsində yolun kənarından narkotik vasitə tapmış və həmin narkotik vasitənin olduğu torbanı icarəyə götürdüyü maşının arxa oturacağına qoymuşdur. O, maşını Xəyyama qaytardıqda, içində narkotik vasitə heroin və metamfetamin olan sellofan torbanı və şəxsiyyət vəsiqəsini unuduraq həmin maşında qoymuşdur. O, Xəyyama maşını qaytardıqdan bir neçə saat sonra sellofan torba və şəxsiyyət vəsiqəsinin maşında qaldığını görmüşdür. Bundan sonra o, Xəyyama zəng etmiş və sonuncudan icarəyə götürdüyü maşında unutduğu əşyaların olduğunu bildirmişdir. O, Xəyyamla görüşən zaman polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onu saxlayan zaman onun üzərində 50 qram çəkidə narkotik vasitə heroin olmuşdur. Sonra onun yaşadığı evə baxış keçirilmiş və evdən narkotik vasitə heroin, eləcə də metamfetamin aşkar edilmişdir. Onun üzərindən və evindən aşkar edilmiş narkotik vasitənin və metamfetaminin ümumilikdə çəkisi təxminən 300 qram təşkil etmişdir. İttiham aktında yazılanlar həqiqət deyil. Onu Xəyyamla birlikdə tutmuşlar. Lakin ittiham aktından görünür ki, əvvəlcə onu, sonra isə Xəyyamı tutmuşlar. Polis əməkdaşları onları tutduqdan sonra onlara psixoloji təzyiq edib tamamilə başqa cür ifadə verməyə məcbur etmişlər. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri üzrə ona baraət verilməsini, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, 06 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Abşeron rayonu, Saray qəsəbəsində Təqsirləndirilən şəxs2 mütəmadi olaraq narkotik vasitə heroin və tiryəkin qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması, daşıması və başqa şəxslərlə birlikdə istifadə etməsi, Şahinin həmin narkotik vasitələri tanışı Təqsirləndirilən şəxs1 əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı onun tərəfindən raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müəyyən edilib ifşa olunması istiqamətində Abşeron rayonu, Saray qəsəbəsi və Sumqayıt şəhəri ərazisində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. 06 yanvar 2020-ci il tarixdə, axşam saatlarında o, digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs2 olduğu güman edilən əraziyə, yəni Abşeron rayonu, Saray qəsəbəsinə getmişlər və orada “Qurd dərəsi” kimi tanınan ərazidə onlar özünü şübhəli aparan, xarici görünüşünə görə Təqsirləndirilən şəxs2 oxşar bir nəfər şəxsi müəyyən edib həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu onlara bildirmişdir. Onlar Təqsirləndirilən şəxs2 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər və sonuncuya mütəmadi olaraq Abşeron rayonu, Saray qəsəbəsi ərazisində narkotik vasitə olan heroinin və tiryəkin qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və başqa şəxslərlə birlikdə istifadə etməsində şübhəli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs2 üzərində nə əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 həmin vaxt əynində olan gödəkçənin cibindən 4 (dörd) ədəd şəffaf polietilen bükümü çıxarıb onlara təqdim etmiş və həmin bükümlərdəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 4 (dörd) ədəd bükümü Təqsirləndirilən şəxs2 tutulduğu yerdə qablaşdırmaq mümkün olmadığından Şahin həmin bükümləri özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 onlara bildirmişdir ki, üzərindən aşkar olunmuş vasitələrdən başqa onun yaşadığı evdə də narkotik vasitə heroin, tiryək və 1 (bir) ədəd elektron tərəzi olmuş və polis əməkdaşlarını könüllü şəkildə yaşadığı evə dəvət etmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evdə bir daha üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan gödəkçəsində saxladığı 4 (dörd) ədəd şəffaf polietilen bükümü onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 4 (dörd) ədəd şəffaf polietilen bükümlər zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 üzərindən həmin vaxt qadağan edilmiş başqa əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilmiş və həmin evdə narkotik vasitə varsa, təqdim edilməsi Təqsirləndirilən şəxs2 xahiş olunmuşdur. Təqsirləndirilən şəxs2 özünün yatdığı otaqda yerləşən 1 (bir) ədəd şəffaf polietilen bükümdə olan heroini, 1 (bir) ədəd şəffaf polietilen bükümdə olan tiryəki və 1 (bir) ədəd elektron tərəzini çıxararaq onlara təqdim etmişdir. Həmin bükümlər və Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 (bir) ədəd elektron tərəzi zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroinin 1 (bir) qramını 15 manata, tiryəkin 1 (bir) qramını isə 7 manata bir neçə gün əvvəl Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri öz istifadəsi üçün aldığını və heç kəsə narkotik vasitə satmadığını demişdir. Bundan sonra Xəyyam adlı şəxsin cinayət əməllərinin ifşa olunması məqsədi ilə onlar tərəfindən Təqsirləndirilən şəxs2 kömək etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs2 bu barədə onlara öz razılığını bildirmişdir. Qeyd edilən əməliyyat-axtarış tədbiri mobil telefon vasitəsilə çəkilmiş və bu barədə əvvəlcədən Şahinə bildirilmişdir. Sonra onlar Təqsirləndirilən şəxs2la birlikdə 06 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ehtimal olunan Sumqayıt şəhərində yerləşən evinin yaxınlığına getmişlər. Həmin gün axşam radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısında onlar Xəyyama yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Bundan sonra onlar Xəyyamı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər və sonuncuya narkotik vasitələrin qanunsuz olaraq satışında şübhəli olduğunu bildirmişlər. Onlar Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçəsindən 1 (bir) ədəd şəffaf polietilen bükümü çıxarıb onlara təqdim edib həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 (bir) ədəd bükümü orada qablaşdırmaq mümkün olmadığından Xəyyam onlara göstərdiyi həmin bükümü üzərində saxlamış və onlara yaşadığı evdə də narkotik vasitələrin olduğunu bildirərək evinə dəvət etmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və evdə saxladığı narkotik vasitələri onlara təqdim edəcəyini bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişlər. Evdə Təqsirləndirilən şəxs1 gödəkçəsinin cibindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf polietilen büküm zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 özünün yatdığı otaqda yerləşən dolabın içərisində gizlətdiyi 1 (bir) ədəd polietilen torbanı onlara təqdim etmişdir. Həmin torba açıldıqda, oradan 2 (iki) ədəd şəffaf polietilen büküm və 1 (bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlərdən biri açıldıqda, oradan narkotik vasitə olan heroinə oxşar, digəri açıldıqda isə oradan psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar olunmuşdur. Həmin bükümlər və elektron tərəzi zərfə qoyularaq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təxminən bir ay əvvəl İran İslam Respublikasının vətəndaşı olan Dadaş adlı şəxsdən Sumqayıt şəhərində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 Dadaşın bank hesabına pul köçürtdükdən sonra sonuncunun narkotik vasitə və psixotrop maddələrin Sumqayıt şəhəri ərazisində olan yeri Xəyyama göndərdiyini və Xəyyamın da gedib həmin predmetləri götürdüyünü bildirmişdir. Sonra aşkar edilmiş predmetlər barəsində protokol tərtib olunmuş və digər iştirakçılarla yanaşı, o da həmin protokolu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 06 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 4 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 mütəmadi olaraq Abşeron rayonu, Saray qəsəbəsi ərazisində narkotik vasitə olan heroin və tiryəkin qanunsuz dövriyyəsi ilə məşğul olması, Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri Sumqayıt şəhəri, 6-cı mikrorayon, "xxxx" MTK, ev 35 L, mənzil 11 ünvanında yaşayan tanışı 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müəyyən edilib ifşa olunması istiqamətində Abşeron rayonu, Saray qəsəbəsi və Sumqayıt şəhəri ərazilərində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. 06 yanvar 2020-ci il tarixdə, axşam saatlarında o, əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs2 olması ehtimal olunan Abşeron rayonu, Saray qəsəbəsinə yollanmış və onlar orada əməliyyat mövqeyi seçmişlər. 06 yanvar 2020ci il tarixdə, saat 18:41-də ünvan 4 ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs2 oxşar bir nəfər şəxs onlar tərəfindən müəyyən edilmiş və bundan sonra onlar həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə xidməti vəsiqə göstərmişlər və özlərini təqdim etmişlər. Həmin şəxs qonşuların bu halı görmələrini istəmədiyi üçün söhbətin özünün yaşadığı ünvanda davam etdirilməsini xahiş etmiş və tədbir iştirakçılarını yaşadığı ünvanın həyətyanı sahəsinə dəvət etmişdir. Orada həmin şəxs özünü xx xxxx 1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 15, mənzil 36-da qeydiyyatda olan, lakin faktiki olaraq ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Sonra onlar Təqsirləndirilən şəxs2 əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər və sonuncuya mütəmadi olaraq Abşeron rayonu, Saray qəsəbəsi ərazisində narkotik vasitə olan heroinin və tiryəkin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah etmişlər. Həmin şəxs qərarla tanış olmuş və bununla əlaqədar qərarda öz qeydiyyatını aparmışdır. Təqsirləndirilən şəxs2 üzərində nə əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçəsinin sol qolundakı cibindən 04 (dörd) ədəd şəffaf polietilen bükümləri çıxarıb həmin bükümlərdəki maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Hava şəraiti əlverişli olmadığı üçün Təqsirləndirilən şəxs2 üzərindən təqdim etdiyi 04 (dörd) ədəd bükümləri evin həyətində qablaşdırmaq mümkün olmamış və sonuncu həmin bükümləri üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 ailəsinin bayramla əlaqədar rayonda olduğunu, hal-hazırda evində heç kimin olmadığını, evində narkotik vasitə heroin, tiryək və 1 (bir) ədəd elektron tərəzi saxladığını bildirərək, tədbir iştirakçılarını evinə dəvət etmişdir. Orada Təqsirləndirilən şəxs2 bir daha üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçəsinin sol qolundakı cibindən saxladığı 4 (dörd) ədəd şəffaf polietilen bükümü, gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd «Nokia» markalı mobil telefonu, gödəkçəsinin sol yan cibindən «Winchester» markalı siqaret qutusunu və 1 (bir) ədəd alışqanı, gödəkçəsinin sol iç döş cibindən ürək xəstəsi olduğu üçün istifadə etdiyi 4 (dörd) ədəd konvalyutda həbləri və 1 (bir) ədəd qələmi, əynində olan dama-dama köynəyinin sol döş cibindən 10 (on) manat pulu, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 30 (manat) pulu, 1 (bir) ədəd açarı və ürək xəstəsi olduğu üçün istifadə etdiyi 1 (bir) ədəd şəffaf polietilen bükümdəki həbləri çıxararaq onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 4 (dörd) ədəd şəffaf polietilen bükümlər 1 (bir) ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Zərfin üzəri Təqsirləndirilən şəxs2 və tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 40 (qırx) manat pul özünə qaytarılmış və digər əşyalar istintaq əhəmiyyəti daşıya biləcəyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs2 üstü yoxlanılmış və Şahinin üstündən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə baxış keçirilmiş və mənzilin iki mərtəbəli olmaqla, birinci mərtəbə istifadə olunmayan qeyri-yaşayış sahəsindən, ikinci mərtəbə isə 3 otaqdan, mətbəx və sanitar qovşağından ibarət olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 evində narkotik vasitə varsa, təqdim etməsi xahiş olunmuş və sonuncu yatdığı otaqda yerləşən qəhvəyi rəngli paltar dolabının içərisindən asdığı qara rəngli pəncəyinin sol iç döş cibindən 1 (bir) ədəd şəffaf polietilen bükümdə olan heroini, 1 (bir) ədəd şəffaf polietilen bükümdə olan tiryəki və 1 (bir) ədəd elektron tərəzini çıxararaq tədbir iştirakçılarına təqdim etmişdir. Həmin bükümlər və Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 (bir) ədəd elektron tərəzi zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Zərfin üzəri tədbir iştirakçıları və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. Baxış zamanı əlavə əməliyyat marağı kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroinin 1 qramını 15 manata, narkotik vasitə olan tiryəkin 1 qramını isə 7 manata saxlandığı vaxtdan təxminən 3-4 gün əvvəl Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayan, mobil telefon vasitəsilə əlaqə saxladığı tanışı «Xəyyam» adlı şəxsdən öz yaxın tanışlarına vermək məqsədilə aldığını bildirmişdir. Bundan sonra Xəyyam adlı şəxsin cinayət əməlinin ifşa olunmasından ötrü Təqsirləndirilən şəxs2 tədbir iştirakçılarına kömək etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs2 bu barədə hər hansı etirazını bildirməyərək, tədbir iştirakçılarına kömək edəcəyini demişdir. Əməliyyat-axtarış tədbiri «İphone X» markalı mobil telefon vasitəsilə çəkilmiş və bu barədə əvvəlcədən Təqsirləndirilən şəxs2 bildirilmişdir. Sonra onlar Təqsirləndirilən şəxs2 ilə birlikdə 06 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 olması ehtimal olunan Sumqayıt şəhəri, 6cı Mikrorayon ərazisinin yaxınlığına getmişlər və orada əməliyyat mövqeyi seçmişlər. 06 yanvar 2020-ci il tarixdə, saat 19:43-də onlar Sumqayıt şəhəri, 6-cı Mikrorayon, "xxxx" MTK, ev 35 L ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşünə görə Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxsi müəyyən etmişlər və həmin şəxsə yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsin 04 avqust 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 5, mənzil 2-də qeydiyyatda olan, lakin faktiki olaraq Sumqayıt şəhəri, 6-cı mikrorayon, "xxxx" MTK, ev 35 L, mənzil 11-də yaşayan Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər və sonuncuya narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 qərarla tanış olub bu barədə qərarda öz qeydiyyatını aparmışdır. Sonra Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd «Samsung» markalı, 1 (bir) ədəd «İphone» markalı mobil telefonları, 3 (üç) ədəd açarı, gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd şəffaf polietilen bükümü çıxarıb tədbir iştirakçılarına təqdim edib həmin bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Hava şəraiti əlverişli olmadığı üçün Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 (bir) ədəd bükümü qablaşdırmaq mümkün olmamış və sonuncu həmin bükümü üzərində saxlamışdır. Təqsirləndirilən şəxs1 qonşuların bu halı görmələrini istəmədiyi üçün söhbətin yaşadığı ünvanda davam etdirilməsini xahiş etmiş və tədbir iştirakçılarını yaşadığı binanın içərisinə dəvət etmişdir. Təqsirləndirilən şəxs1 evinə baxış keçirilməsinə etiraz etməmiş və yaşadığı evdə saxladığı narkotik vasitələri də tədbir iştirakçılarına təqdim edəcəyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 üzərində olan 1 (bir) ədəd şəffaf polietilen bükümdə olan heroini «Şahin» adlı tanışına apardığını bildirmişdir. Bundan sonra tədbir iştirakçıları Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun yaşadığı evə liftlə qalxmışlar və Təqsirləndirilən şəxs1 qapını açaraq onları yaşadığı evə dəvət etmişdir. Baxış zamanı evin on beş mərtəbəli binanın ikinci mərtəbəsində yerləşməklə, 2 (iki) otaqdan, yəni dəhliz, mətbəx, sanitar qovşağı və eyvandan ibarət olması müəyyən edilmişdir. Evə keçirilmiş baxış zamanı bir daha Təqsirləndirilən şəxs1 üzərində olan bütün əşyaları təqdim etməsi təklif olunmuş və sonuncu bir qədər əvvəl əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilmiş 1 (bir) ədəd «Samsung» markalı, 1 (bir) ədəd «İphone» markalı mobil telefonları, 3 (üç) ədəd açarı, gödəkçəsinin sol yan cibindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf polietilen bükümü və əynində olan boz rəngli cins şalvarının arxa sağ cibindən 1 (bir) ədəd qara rəngli pulqabını, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən isə 1 (bir) ədəd «Marlboro» markalı siqaret qutusunu tədbir iştirakçılarına təqdim etmişdir. Təqsirləndirilən şəxs1 gödəkçəsinin sol yan cibindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf polietilen büküm 1 (bir) ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. İştirakçılar kimi Təqsirləndirilən şəxs1 də həmin zərfin üzərini imzalamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi pulqabının içərisindəki 34 (otuz dörd) manat pul və açarlar özünə qaytarılmış, digər əşyalar isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 özünün yatdığı otaqda yerləşən qəhvəyi rəngli paltar dolabının içərisində gizlətdiyi 1 (bir) ədəd polietilen torbanı tədbir iştirakçılarına təqdim etmişdir. Həmin torba açıldıqda oradan 2 (iki) ədəd şəffaf polietilen büküm və 1 (bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 evindən aşkarlanmış bükümlərdən biri açıldıqda oradan tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə oxşar, digəri açıldıqda isə ağ rəngli, toz-kristal formalı psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar olunmuşdur. Həmin bükümlər və elektron tərəzi 1 (bir) ədəd rəngli polietilen torbaya, həmin torba isə 1 (bir) ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. İştirakçılar kimi Təqsirləndirilən şəxs1 də həmin zərfin üzərini imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üstü yoxlanılmış və sonuncunun üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilərkən əlavə əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkarlanmış narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təxminən 1 ay əvvəl İran İslam Respublikasına müalicə məqsədilə gedərkən İran İslam Respublikasının Biləsuvar şəhərində tanış olduğu, taksi sürücüsü kimi fəaliyyət göstərən Dadaş adlı şəxsdən əldə etdiyini bildirmişdir. Onların arasında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 Dadaş adlı şəxsin verdiyi bank hesabına 4.000 (dörd min) və 2.500 (iki min beş yüz) manat pulu köçürdükdən sonra Dadaş adlı şəxs Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin «Ceyranbatan yolu» ərazisində qoyulduğu yeri barədə məlumatı «Whatsapp» ani mesajlaşma sistemi vasitəsilə vermiş, sonuncu da narkotik vasitələri və psixotrop maddələri həmin yerdən götürmüşdür. Əməliyyat-axtarış tədbiri «İphone X» markalı mobil telefon vasitəsilə çəkilmiş və bu barədə əvvəlcədən Təqsirləndirilən şəxs1 bildirilmişdir. Bundan sonra onlar saxlanan şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. Oraya gəldikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədilə sonunculara Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqdim edilən siyahıdan istənilən vəkillərin özlərinin hüquqlarının müdafiə edilməsinə etiraz etməmişlər. Bu səbəbdən qərar əsasında Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X9 dəvət edilərək Təqsirləndirilən şəxs2, X4 da dəvət edilərək Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Mobil telefon vasitəsilə aparılan videoçəkilişlər disklərə köçürülmüşdür. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmişdir. Möhürlənmiş 4 (dörd) ədəd zərf, 3 (üç) ədəd mobil telefon, 2 (iki) ədəd disk və 4 (dörd) ədəd açar protokola əlavə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 yanvar 2020ci il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs2 mütəmadi olaraq Abşeron rayonu, Saray qəsəbəsi ərazisində narkotik vasitə heroinin və tiryəkin qanunsuz dövriyyəsi ilə məşğul olması və həmin maddələri Təqsirləndirilən şəxs1 əldə etməsi barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 yanvar 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifşa olunması məqsədilə həmin şəxslər barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 yanvar 2020-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan və ona əlavə edilmiş videogörüntülərdən (cild 1, iş vərəqə 13-20) görünür ki, 06 yanvar 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində, həmin gün saat 18:41-də Təqsirləndirilən şəxs2 saxlanılmış, Təqsirləndirilən şəxs2 üzərindən 4 (dörd) ədəd bükümdə narkotik vasitə heroin, yaşadığı evdən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə narkotik vasitə tiryək və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. 06 yanvar 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində, həmin gün saat 19:43-də Təqsirləndirilən şəxs1 saxlanılmış, Təqsirləndirilən şəxs1 üzərindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin, yaşadığı evdən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 yanvar 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 yanvar 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 29) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 oğlu şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 yanvar 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 37) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 yanvar 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 43) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 41 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 56-59) görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş...” yazısı olan zərfdəki, 4 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,896 qram, 0,991 qram, 0,869 qram, 0,954 qram, ümumi təmiz çəkisi 3,710 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs2rı yaşadığı evdən aşkar olunmuş.. ” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 30,025 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 20,517 qram tünd qəhvəyi rəngli, qərtanabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir və 1 (bir) ədəd “Aosai” markalı elektron tərəzinın üzərində narkotik vasitə olan heroinin izləri vardır. Vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 33,735 qram təşkil etmiş və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Vətəndaş Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş elektron tərəzinin üzərindəki narkotik vasitə heroin iz şəklində olduğu üçün, onun üzərindən və evindən götürülmüş heroinlərlə eyni olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş..” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 30,241 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilib götürülmüş ..” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 66,199 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd polietilen torbada, təmiz çəkisi 262,935 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd elektron tərəzinın üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. Vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 96,440 qram təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Vətəndaş Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş elektron tərəzinin üzərindəki heroin və metamfetamin iz şəklində olduğu üçün, onun üzərindən və evdən götürülmüş heroinlərlə və metamfetaminlə eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd: 1) Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi: 33,735 qram təşkil edir (tədqiqata 0,2 qram sərf edilmiş, qalıq çəkisi 33,535 qram təşkil edir), narkotik vasitə tiryəkin təmiz çəkisi: 20,517 qram təşkil edir (tədqiqata 0,1 qram sərf edilmiş, qalıq çəkisi 20,417 qram təşkil edir). 2) Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi: 96,440 qram təşkil edir (tədqiqata 0,1 qram sərf edilmiş, qalıq çəkisi 96,340 qram təşkil edir), metamfetaminin təmiz çəkisi: 262,935 qram təşkil edir (tədqiqata 0,1 qram sərf edildi, qalıq çəkisi 262,835 qram təşkil edir). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 yanvar 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 88-89) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 yanvar 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 103- 104) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 yanvar 2020-ci il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-12/2020 saylı qərarından (cild 1, iş vərəqə 147-153) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 06 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 yanvar 2020-ci il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-13/2020 saylı qərarından (cild 1, iş vərəqə 140-146) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 06 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2020-ci il tarixli Abşeron Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 205) görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəqar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 mart 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 589 saylı rəyindən (cild 2, iş vərəqə 74-75) görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 680 saylı rəyindən (cild 2, iş vərəqə 76-77) görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 mart 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan (cild 2, iş vərəqə 4-6) görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 130,175 qram çəkidə narkotik vasitə heroin (ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 129,875 qram), 20,517 qram çəkidə narkotik vasitə tiryək (ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 20,417 qram), 262,935 qram çəkidə psixotrop maddə metamfetamin (ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 262,835 qram) və 1 (bir) ədəd “Aosai” markalı elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanması kamerasına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 208-209) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 206-207) görünür ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 may 2020-ci il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-529/2020 saylı qərarından (cild 1, iş vərəqə 249-254) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 3 (üç) ay müddətinə, yəni 06 avqust 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 may 2020-ci il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-530/2020 saylı qərarından (cild 1, iş vərəqə 257-262) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 3 (üç) ay müddətinə, yəni 06 avqust 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 may 2020-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 227) görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri – anası X1 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 may 2020-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 228) görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyul 2020-ci il tarixli arayışdan (cild 2, iş vərəqə 15) görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, Saray bağları ünvanında qeydiyyatsız fərdi yaşayış evində yaşayır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 16) görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 avqust 2020-ci il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-900/2020 saylı qərarından (cild 2, iş vərəqə 36-38) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 06 noyabr 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 avqust 2020-ci il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-901/2020 saylı qərarından (cild 2, iş vərəqə 42-44) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 06 noyabr 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 oktyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 78-100) görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, iş üzrə maddi sübut qismində çıxış edən və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 129,875 qram təşkil edən narkotik vasitə heroinin, 20,417 qram təşkil edən narkotik vasitə tiryəkin, 262,835 qram təşkil edən psixotrop maddə metamfetaminin və 2 (iki) ədəd elektron tərəzinin saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanması kamerasına təhvil verilməsinin nəzərə alınması, 2 (iki) ədəd diskin cinayət işinin materiallarında saxlanılması, cinayət işinin materiallarından qrupun digər üzvü olan Dadaş adlı İran Respublikasının vətəndaşının, habelə qrupun digər üzvlərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 103-105) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 122-124) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 fevral 2003-cü il tarixli tibbi sənəd olan epikrizdən (cild 3, iş vərəqə 107) görünür ki, Təqsirləndirilən şəxs1 atası Pirməmməd Məmmədov uzun müddətdir ki, epilepsiya xəstəliyindən əziyyət çəkir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyun 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 108) görünür ki, 04 may 2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 Fatimə Məmmədzadə adlı övladı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş arayışdan (cild 3, iş vərəqə 175) görünür ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs2 əzim oğlu həqiqətən də 1002-ci ildə Qarabağ və Ermənistanla sərhəd zonada vuruşaraq 2-ci qrup əlil olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçilərinin vasitəsi ilə suallar vermişlər, habelə onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittiham bütövlükdə mübahisələndirildiyindən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış hər bir sübuta ayrı-ayrılıqda hüquqi qiymət verilməli, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın (Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin dispozitiv şərtləri) mahiyyətinə izah verilməli, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməllər toplanmış sübutlar əsasında qarşılıqlı şəkildə təhlil edilməlidir. Belə ki, qeyd edilən məsələlər həll edilmədən təqsirləndirilən şəxslərin əməllərinin tövsif edilməsi mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərin əməllərini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, ziddiyyətli məqamları nəzərə almamış və nəticədə təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməllərin tövsifində kobud səhvə yol vermişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edib saxlayaraq daşımışlar. 06 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilmiş və həmin gün o, tutulmuşdur. Təqsirləndirilən şəxs2 tutulduqdan sonra onun üzərində şəxsi axtarış, bundan sonra onun yaşadığı evə baxış keçirilmişdir. Həyata keçirilmiş prosessual hərəkətlərin nəticəsində həmin vaxt Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sol qolundakı cibindən ayrı-ayrılıqda çəkiləri 0,896 qram, 0,991 qram, 0,954 qram və 0,869 qram olmaqla, ümumilikdə 04 (dörd) ədəd bükümdə külli miqdarda, yəni 3,710 qram çəkidə narkotik vasitə heroin, əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan paltar dolabının içərisindəki qara rəngli pencəyin sol iç cibindən 20,517 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda - 30,025 qram çəkidə narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Göstərilən sayda (büküm sayı), çəkidə və növdə narkotik vasitələr və elektron tərəzi aşkar edildikdən sonra Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələrin sayını, çəkisini və növünü mübahisələndirməmiş, əksinə olaraq həmin narkotik vasitələrin ona məxsus olduğunu və bir neçə gün əvvəl Sumqayıt şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs1 aldığını etiraf etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs2 onun üzərindən və yaşadığı evdən aşkarlanmış narkotik vasitələri Təqsirləndirilən şəxs1 aldığını bildirdikdən sonra sonuncu barəsində həmin gün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Bundan sonra 06 yanvar 2020-ci il tarixdə, saat 19:00 radələrində Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Kristal ünvan 3 ünvanın qarşısında saxlanılmış və həmin vaxt onun əynində olan gödəkçənin sol yan cibindən 1 (bir) ədəd şəffaf rəngli polietilen büküm aşkarlanmışdır. Həmin bükümdə külli miqdarda, yəni 30,241 qram çəkidə narkotik vasitə heroin olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilmiş və baxış zamanı onun yaşadığı mənzilin yataq otağında olan paltar dolabının içərisindən 1 (bir) ədəd boz rəngli torbanın içərisində 1 (bir) ədəd şəffaf polietilen bükümdə külli miqdarda, yəni 66,199 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd şəffaf polietilen bükümdə külli miqdarda, yəni 262,935 qram çəkidə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Göstərilən sayda (büküm sayı), çəkidə və növdə narkotik vasitələr, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar edildikdən sonra Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə və psixotrop maddələrin sayını, çəkisini və növünü mübahisələndirməmiş, əksinə olaraq həmin narkotik vasitə və psixotrop maddələrin ona məxsus olduğunu və bir neçə gün əvvəl qanunsuz olaraq əldə etdiyini etiraf etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə etməsi, əldə etdikdən sonra bir hissəsini üzərində saxlaması və gəzdirməsi, digər hissəsini isə yaşadığı mənzildə saxlaması, bir hissəsini isə Təqsirləndirilən şəxs2 satması tam şəkildə öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri Təqsirləndirilən şəxs1 qanunsuz şəkildə alması, aldıqdan sonra bir hissəsini üzərində saxlaması və gəzdirməsi, digər hissəsini isə yaşadığı evdə saxlaması tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 haradan, hansı qiymətə, kimdən və ya kimlərdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin 06 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən külli miqdarda narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və elektron tərəzinin, eləcə də Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən külli miqdarda narkotik vasitə heroinin, tiryəkin və elektron tərəzinin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş əməllərin onlara irəli sürülmüş ittihama uyğun olub-olmamasının müəyyən edilməsi, başqa sözlə, onların əməllərinin tövsif edilməsi, eləcə də onların külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə edərkən, üzərində və yaşadığı evdə saxlayarkən, eləcə də üzərində daşıyarkən məqsədlərinin və niyyətlərinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin tövsifində mühüm və başlıca rol oynayır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittiham ondan ibarətdir ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etmişlər, saxlamışlar və daşımışlar. İlk növbədə məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı ittiham irəli sürülsə də, irəli sürülmüş ittihamla (qaçaqmalçılıqla) bağlı ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirməsi nəticəsinə gəlsə də, səlahiyyətli dövlət orqanı tərəfindən onların hər birinə ayrı-ayrılıqda ümumvətəndaş pasportunun verilib-verilməməsi, verildiyi halda onların Azərbaycan Respublikasının hüdudlarını tərk edib-etməməsi, etdiyi halda onların səfər etdikləri ölkələr arasında İran İslam Respublikasının olub-olmamasını, habelə xarici ölkə və ya ölkərələ səfər etdiyi halda onların kiminlə hərəkət etməsini ümumiyyətlə araşdırmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsasən hər bir cinayət işi üzrə cinayət əməlinin törədildiyi vaxt dəqiq müəyyən edilməli və qeyd edilən məsələ sübutlar əsasında təsdiq edilməlidir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nə zaman (hansı tarixdə) Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini göstərən heç bir sübut yoxdur. Bu məsələ özü-özlüyündə ciddi məsələdir. Belə ki, cinayətin törədildiyi vaxtın müəyyən edilməsi əhəmiyyətli məsələlərdən birini təşkil edir. Ən azı ona görə ki, Cinayət Məcəlləsinin 75-ci maddəsində müddətin keçməsinə görə cinayət məsuliyyətindən azad olunma institutu müəyyən edilmişdir. Cinayətin törədilmə vaxtını müəyyən etmədən Cinayət Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulmuş məsələnin həll edilməsi mümkün deyil. Bundan başqa, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşı “Dadaş” adlı şəxslə və qeyrisi ilə qabaqcadan əlbir bir qrup şəxs halında hərəkət etməsi (cinayət törətməsi) nəticəsinə gəlsə də, “Dadaş” adlı şəxsin həqiqətən də mövcud olub-olmamasını, olduğu halda onun İran İslam Respublikasının və ya digər ölkənin vətəndaşı olub-olmamasını ümumiyyətlə araşdırmamış və bu hissədə yalnız təqsirləndirilən şəxslərin ifadəsinə əsaslanmışdır. Başqa sözlə, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilkin ifadələrində göstərmiş olduqları arqumenti yoxlamadan, yəni “Dadaş” adlı şəxsin həqiqətən də mövcud olmasını, onların məhz “Dadaş” adlı şəxslə “işgüzar” münasibətlərdə olmasını aydınlaşdırmadan, habelə “Dadaş” adlı şəxsin ifşa olunması və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində ən azından İran İslam Respublikasının səlahiyyətli orqanlarına bu barədə müraciət etmədən təqsirləndirilən şəxslərə ayrıayrılıqda əsassız şəkildə ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Eyni zamanda ibtidai istintaq orqanı gəldiyi nəticədə (ittiham aktında) bir tərəfdən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşı “Dadaş” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirmiş, digər tərəfdən isə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Dadaş” adlı şəxsin naməlum vaxtda, qaydada və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək Azərbaycan Respublikasının ərazisinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb gətirdiyi külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini “Dadaş” adlı şəxsdən Azərbaycan Respublikasının ərazisində satış məqsədilə qanunsuz olaraq əldə etmişlər. Göründüyü kimi ibtidai istintaq orqanı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə nisbətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində dəqiq və konkret nəticəyə gələ bilməmişdir. Eyni zamanda ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətinin törədilməsi ilə bağlı hissədə onların qabaqcadan əlbir bir qrup şəxs halında hərəkət etməsi, eləcə də onların “Dadaş” adlı şəxslə razılışması və cinayətin törədilməsi ilə bağlı onların arasında rol bölgüsünün olması hallarına istinad etsə də, onların arasındaki razılaşmanın nədən ibarət olması, həmin razılaşmanın harada, hansı qaydada və hansı şərtlərlə əldə olunması istiqamətində heç bir sübut toplamamış və cinayət işinin materiallarına əlavə etməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının ərazisində qanunsuz olaraq əldə etməsi nəticəsinə gəlsə də, əsassız şəkildə onlara narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində qaçaqmalçılığın törədilmə üsulları kimi malların və ya digər əşyaların gömrük sərhədindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxun bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi göstərilmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə - qaçaqmalçılıq cinayətinin ictimai təhlükəliliyi cinayət tərkibinin obyektiv cəhətinə daxil olan əməllərin törədilməsi nəticəsində malların ölkəmizin gömrük sərhədindən keçirilməsinin müəyyən edilmiş qaydalarının və şərtlərinin pozulmasından ibarətdir. Qaçaqmalçılıq cinayəti formal təribli cinayət əməlidir. Qaçaqmalçılıq faktiki olaraq əşyaların gömrük sərhədindən keçirildiyi andan başa çatmış hesab edilir. Göründüyü kimi təqsirkarın törətdiyi əməlin qaçaqmalçılıq cinayət əməli kimi tövsif edilməsi üçün yeganə əsas - təqsirkar tərəfindən Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş hərəkətin və ya hərəkətlərin icra edilməsidir. Başqa sözlə, şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini törətdiyi halda Cinayət Məcəlləsinin 206-cı maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilə bilər. Qeyd edilən hüquqi mövqe, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair 06 yanvar 2021-ci il tarixli qərarında da nəzərdə tutulmuşdur. Belə ki, həmin qərarda göstərilmişdir ki, şəxs tərəfindən malların və ya digər əşyaların gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti kimi tövsif edilir ki, cinayət əməlini törətmiş şəxs Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasındakı cinayətin obyektiv cəhətini təşkil edən və Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Həmçinin qərarda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından görünür ki, şəxsin əməlinin Cinayət Məcəlləsinin 206-cı maddəsi üzrə tövsif edilməsi üçün həmin şəxs tərəfindən mütləq qaydada həmin maddənin dispozisiyasındaki cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin törətməsi tələb olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə ittiham irəli sürülsə də, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər tərəfindən Cinayət Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasındaki cinayətin obyektiv cəhətini təşkil edən hansı hərəkətin və ya hərəkətlərin törədilməsi, həmin hərəkət və ya hərəkətlərin nə vaxt, hansı şəraitdə və kiminlə törədilməsi ilə bağlı heç bir sübut əldə etməmişdir. Məhkəmə istintaqında da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirməsi təsdiq olunmamışdır. Əksinə məhkəmə istintaqında onların külli miqdarda narkotik vasitə və psixotrop maddələri məhz Azərbaycan Respublikasının ərazisində qanunsuz olaraq əldə etməsi təsdiq olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı ibtidai araşdırma zamanı sübutların qiymətləndirilməsi barədə qərar əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi nəticəsinə gələrkən təqsirləndirilən şəxslərin əməllərinin tövsifində kobud səhvə yol verərək sonunculara əsassız və qanunsuz şəkildə ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə Azərbaycan Respublikasında cinayətkarlıqla mübarizədə polis əməkdaşlarının rolunu yüksək qiymətləndirir. Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə ən üst səviyyədə olmalıdır. Lakin cinayətkarlıqla mübarizə - şəxslərin təməl hüquqlarına, o cümlədən şəxslərin məhkəmə müdafiə hüququna xələl gətirməməlidir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev demişdir ki, “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Eyni zamanda hər hansı bir şəxsin başqa bir şəxslə narkotik vasitələrin əldə edilməsi, həmin vasitələrin qiyməti, çəkisi və növü barədə danışıq aparması (mesaj, telefon zəngi, sosial şəbəkə vasitəsi ilə yazışmalar və sair rabitə üsulları ilə aparılmış danışıqlar) - narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər mövcud olmadığı halda bir şəxsin başqa şəxsə narkotik vasitələrin əldə edilməsi (əvəzli və ya əvəzsiz) ilə bağlı istənilən formada və qaydada müraciət etməsi müraciət etmiş şəxsin əməlinin qaçaqmalçılıq cinayəti üzrə tövsif edilməsinə əsas ola bilməz. Qanunun imperativ tələbinə və qaçaqmalçılıq cinayətinin mahiyyətinə görə təqsirkar mütləq qaydada Cinayət Məcəlləsinin 206-cı maddəsindəki cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdən ən azı birini icra etməlidir ki, onun törətmiş olduğu əməlin qaçaqmalçılıq cinayəti üzrə tövsif edilməsi mümkün olsun. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansısa bir şəxslə narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi ilə bağlı danışıq aparmış olsa belə (ittiham üzrə “Dadaş” adlı şəxslə) onlar üzərlərindən və yaşadığı evlərdən aşkarlanmış narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməmişlər. Əksinə həmin vasitələr və maddələr Azərbaycan Respublikasının ərazisinə məhkəməyə aydın olmayan yolla keçirildikdən sonra təqsirləndirilən şəxslər müstəqil əməl şəklində həmin vasitə və maddələri qanunsuz “alqı-satqı” formasında əldə edərək sahibliyinə və istifadəsinə qəbul etmişlər. Yuxarıda müəyyən edilmiş hallara ayrı-ayrılıqda və məcmu halda hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin zəruri tərkib əlamətləri yoxdur və onların həmin cinayətə heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini ümumiyyətlə törətməmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların üzərlərindən və yaşadığı evlərdən aşkarlanmış külli miqdarda narkotik vasitə və psixotrop maddələri məhz Azərbaycan Respublikasının ərazisində qanunsuz olaraq əldə etmişlər, saxlamışlar və daşımışlar. Belə olduğu halda təqsirləndirilən şəxslərin törətmiş olduğu əməllərinin Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilməsi və onların əməllərində qeyd edilən cinayətin zəruri tərkibinin olması nəticəsinə gəlmək qanunsuz və əsassızdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın əsasını yalnız ehtimallar və mülahizələr təşkil etmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürərkən araşdırmalı olan bütün halları araşdırmamış, sübuta yetirilməli olan hallarla bağlı heç bir sübut əldə etməmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mülahizələr və ehtimallar əsasında irəli sürdüyü ittiham məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmələri qənaətinə gəlmək mümkün olmamışdır. Əks yanaşma təqsirləndirilən şəxslərin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onların törətmədikləri cinayət əməlinə görə məsuliyyətə cəlb edilmələrinə və ağır şəkildə cəzalanmalarına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmələri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Qeyd edilən tələblər, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müxtəlif qərarlarında da öz əksini və təsdiqini tapmışdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6.2-ci maddəsinin tətbiqi ilə əlaqədar “Barbera, Messegi və Cabardo İspaniyaya” qarşı iş üzrə çıxarılmış qərarda göstərmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi - məhkəmə tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi və öz vəzifələrinin yerinə yetirilməsi zamanı təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi barədə ön mühakimə ilə başlamamağı tələb edir. Sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllərdə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin zəruri tərkib əlamətləri olmamış, eləcə də onların həmin cinayətin törədilməsində təqsiri sübuta yetirilməmiş, ibtidai istintaq orqanı ehtimallara və mülahizələrə əsasən həmin maddələr üzrə onlara ittiham irəli sürmüşdür. Bundan başqa, toplanmış sübutlar təqsirləndirilən şəxslərin ittihamın qeyd edilən hissəsi üzrə təqsirsizliyini təsdiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmələri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2, 39.2 və 42-ci maddələrini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməlidir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5 və 19-cu bəndlərinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və 50 (əlli) qramdan artıq çəkidə narkotik vasitə tiryək, eləcə də təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin - külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər, başqa sözlə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib saxlamaqla daşımışlar. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən törədilmiş cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Qeyd edilən cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu bilavasitə təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə nisbətdə) əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cavan və evli olmalarını, Təqsirləndirilən şəxs1 himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs2 əlil olmasını, onların ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini və yaşayış yeri üzrə müsbət xarakterizə olmalarını onların hər birinə nisbətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, onların əməllərində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, eləcə də, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarına uyğun şəkildə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Habelə təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və onların cəzasının əvvəli onların tutulduğu vaxtdan, yəni 06 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 02 mart 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 589 saylı və 11 mart 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 680 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə cəza çəkəcəkləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 129,875 qram təşkil edən narkotik vasitə heroin, 20,417 qram təşkil edən narkotik vasitə tiryək, 262,835 qram təşkil edən psixotrop maddə metamfetamin və 2 (iki) ədəd elektron tərəzi məhv edilməli, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından və qeyd edilən maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində onun təqsiri sübuta yetirilmədiyindən ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından və qeyd edilən maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində onun təqsiri sübuta yetirilmədiyindən ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilsin. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 129,875 qram təşkil edən narkotik vasitə heroin, 20,417 qram təşkil edən narkotik vasitə tiryək, 262,835 qram təşkil edən psixotrop maddə metamfetamin və 2 (iki) ədəd elektron tərəzi məhv edilsin, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar