Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-402/2023 25.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Kredo» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1993-cü il aprelin 19-da Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il 05 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 177.2.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməmiş, Şamaxı rayonunun Qızmeydan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massivindəki nömrəsiz evdə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il 05 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib məhkumluğu ödənilmədən və ya götürülmədən şəxsiyyəti istintaqla müəyyən edilməmiş Arif adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdikdə 2022-ci il iyunun 30-da saat 16 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, «Azadlıq» metrostansiyasının çıxışında olan, istintaqa məlum olmayan yerdəki kolun altında gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 16,710 qram təşkil edən qəhvəyi rəngli toz şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda, təmiz çəkisi 4,180 qram təşkil edən ağ rəngli kristal şəklində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşımaqla üzərində saxlamış və 2022-ci il iyunun 30-da saat 16:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 185 ünvanındakı Heydər Əliyev adına parkın yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı göstərilən ünvanda saxlanaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 16,710 qram təşkil edən qəhvəyi rəngli toz şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 4,180 qram təşkil edən ağ rəngli kristal şəklində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, arabir psixtrop maddə metamfetamin qəbul etsə də heç vaxt həmin maddənin və ya narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşlarının ona fiziki təzyiqi nəticəsində ittiham edildiyi maddələrin özünə məxsus olduğunu bildirib ibtidai istintaqdakı sənədlərə qol çəkmiş, lakin bu barədə heç bir rəsmi orqana müraciət etməmişdir. O, 2022-ci il iyunun 30-da özü qəbul etmək üçün metamfetamini bildiyi yerdən qaldırmağa fürsət tapmamış polislər onu tutmuşlar. Saxlanarkən onun üzərində heç bir qanunsuz, o cümlədən ittiham olunduğu predmetlər olmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci il iyunun 30da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlaması və istifadə etməsi barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün ondan və şöbənin cinayətaxtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq göstərilən tarixdə saat 16:30 radələrində ünvan ünvanda olan Heydər Əliyev adına parkın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, şəxsiyyətini dəqiqləşdirdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində, saxlanmasında və istifadəsində şübhəli olduğunu bildirib sonuncunu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə dəvət etmişlər. Orada videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümü və sol yan cibindən bir ədəd «Samsung J2» markalı mobil telefonu çıxarıb təqdim etməklə bükümlərdəki narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün Arif adlı İran İslam Respublikasının vətəndaşından 200 manat müqabilində aldığını, Bakı şəhəri, Binəqədi rayonu, «Azadlıq» metrostansiyasının yaxınlığındakı kolluq hissədən götürüb üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilən bükümlər qablaşdırılmaqla üzəri iştirakçılar tərəfindən imzalanmış, tərtib olunan protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir təziq və təsir olmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı olmaqla Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 ilə analoji ifadə verdi. Məhkəmə iclasında elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda 2022-ci il iyulun 01-də şübhəli şəxs qismindəki ifadəsində Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan əməli tam etiraf etmiş, 2022-ci il iyulun 02də isə təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan əməldə özünü təqsirli bilsə də və 2022-ci il oktyabrın 15-də Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddəsində nəzərdə tutulan əməldə özünü qismən təqsirli bilərək eyni məzmunlu ifadələrində 2022-ci il iyunun 30-da saat 16 radələrində bundan bir ay öncə sosial şəbəkə vasitəsi ilə tanış olduğu Arif adlı İran İslam Respublikasının vətəndaşından istifadə etməkdən ötrü əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri, Binəqədi rayonu, «Azadlıq» metrostansiyasının çıxışındakı yolun kənarında olan kolun dibində gizlədilmiş bükümlərdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini aşkar etməklə götürdüyünü, bunun müqabilində göstərilən şəxsə sonuncunun «WhatsApp» proqramı ilə şəklini göndərəcəyi bank kartına 200 manat köcürməli olduğunu, istifadə etdiyi miqdar çox olduğundan bir müddət kifayət etməsi üçün narkotik vasitə heroini və psixotrop maddə metamfetamini artıq miqdarda aldığını, heç bir zaman narkotiklərin satışı ilə məşğul olmadığını, 2022-ci il iyunun 30-da saat 16 radələrində polis əməkdaşları tərəfindən saxlanıb gətirildiyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən üstündə ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan «Samsung J2 core» markalı mobil telefonu, sağ yan cibindən iki ədəd şəffaf selofan bükümü çıxararaq təqdim etməklə içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, bunları necə əldə etdiyini eyni ilə izah etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, saxlanarkən ona hər hansı zorakılıq tətbiq edilmədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 50- 51, 75-76 və 166-168). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin 2022-ci il 30 iyun tarixli raportlarından, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından və həmin tarixdə tərtib etdiyi əməliyyat qrupunun təşkil edilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlamasına dair daxil olan məlumatı yoxlamaq üçün keçirilən əməliyyat-axtarış tədbiri vaxtı adı çəkilən şəxs 2022-ci il iyunun 30-da saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 185 ünvanında olan Heydər Əliyev adına parkın yaxınlığında saxlanıb Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin inzibati binasına gətirildikdə üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 16,710 qram təşkil edən qəhvəyi rəngli toz şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 4,180 qram ağ rəngli kristal şəklində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməklə götürülmüşdür (1-ci cild, iş vərəqi 3-9). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin 2022-ci il iyunun 30-da tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 16:30-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun atasına məlumat vermək hüququ təmin edilmiş, protokola ərizə, əlavə və qeydlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 22). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2022-ci il 30 iyun tarixli razılıq ərizələrindən, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin tərtib etdiyi eyni tarixli və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 05 oktyabr tarixli protokollardan görünür ki, videoçəkilişlə ilə müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynindəki göy rəngli cins şalvarın sol yan cibindən «Samsung J2» markalı mobil telefonu, sağ yan cibindən iki ədəd şəffaf selofan bükümü çıxararaq təqdim edib içərisindəki narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özünə məxsus olmaqla «WhatsApp» proqramında mesajlaşma vasitəsi ilə danışdığı İran İslam Respublikasının vətəndaşı olan Arif adlı şəxsdən 2022-ci il iyunun 30-da Bakı şəhəri, Binəqədi rayonu, «Azadlıq» metrostansiyasının yaxınlığında öz şəxsi istifadəsi üçün 200 manata aldığını və üzərində gəzdirdiyini bildirmiş, aşkarlananlar zərfə qablaşdırılmaqla götürülmüş, tərtib edilən protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmış, heç bir şikayət, təklif və protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd CD diskinə baxış keçirilərkən qeyd olunanlar müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 30-31, 34-35 və 99). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2022-ci il 30 iyun tarixli razılıq ərizəsindən, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, müdafiəçinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massivi ünvanında axtarış və götürmə keçirilən vaxt iş üzrə əhəmiyyət kəsb edən heç bir predmet aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 39-41). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 01 iyul tarixli 6/3640 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «... Vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut imza ...» yazısı və imzalar olan zərfdə bir ədəd bükümdə 16,710 qram təmiz çəkidə qəhvəyi rəngli toz şəklində maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə 4,180 qram təmiz çəkidə ağ rəngli kristal şəklində maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 16,660 qram və 4,130 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 88 manatdır (1-ci cild, iş vərəqi 46-48). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 02 iyul tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.4.3.-cü maddəsinə tövsif edilərək təqsirləndirilən şəxs qismində cəlb olunan sonuncuya göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 58 və 68-69). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2022-ci il 02 iyul tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il iyunun 30-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 83-85). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 06 oktyabr tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus «Samsung J2» markalı mobil telefon nasaz olmaqla ekranın paneli açılmadığından iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamışdır (1ci cild, iş vərəqi 100). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il oktyabrın 14-də tərtib etdiyi tələbnamədən, habelə məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il 05 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 69.3.-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (1-ci cild, iş vərəqi 101-111 və 154- 155). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 08 oktyabr və 2022-ci il 15 oktyabr tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilən sonuncuya göstərilən maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 125-127 və 157-158). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 2022-ci il 12 oktyabr tarixli 2708 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamış, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs iş üzrə əhəmiyyət kəsb edən halları düzgün dərk etmək və onları ölçüb biçməklə ifadə vermək qabiliyyətinə malikdir (1-ci cild, iş vərəqi 148- 151). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 12 oktyabr tarixli 5997 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 152-153). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin 2022-ci il 14 oktyabr tarixli 67-67223 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək bildirdiyinə görə narkotik vasitəni və psixotrop maddəni aldığı Arif adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini, Təqsirləndirilən şəxs kimlərlə yaxınlıq etməsini, ətrafında olan şəxsləri və əlaqələrini, Təqsirləndirilən şəxs həmin vasitələri satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 156). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 15 oktyabr tarixli sübutların qiymətləndirilməsi və müxtəlif xüsusiyyətlər üzrə cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında, habelə eyni tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci və 234.4.2.-ci maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə hazırki cinayət işindən ayrıca icraata cinayət işi ayrılmış, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 16,660 qram çəkidə və 4,130 qram çəkidə qalıqları saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, bir ədəd CD diski cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs məxsus «Samsung J2» markalı mobil telefon cinayət işindən ayrıca icraata ayrılmış cinayət işinə əlavə edilmişdir (1-ci cild, iş vərəqi 174-183 və 185-187). Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2022-ci il 06 dekabr tarixli xx/xx-8672 №-li məktubu ilə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin 5758/2022 №-li məhkumun tibbi kitabçasından çıxarışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl zədə almadığını bildirmiş, baxış zamanı onun dəri səthindəki hər iki yuxarı ətrafda, gövdədə çoxsaylı kiçik ölçülü dəri piqmentasiyası aşkarlanmaqla sonuncu praktiki sağlamdır. Məhkəməyəyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinin 2023-cü il 25 yanvar tarixli 21-1/3-1706/4 №-li məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il 05 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci maddəsi ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs təyin edilən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 11 ay 04 gün təşkil edir. Məhkəməyəyə təqdim olunan AA3896895 №-li və AA3896898 №-li şəxsiyyət vəsiqələrinin kserosurətlərindən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs 2021-ci il 18 oktyabr təvəllüdlü X2 və 2015-ci il 30 oktyabr təvəllüdlü X3 adlı övladları vardır. Məhkəməyəyə təqdim olunan «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2023-cü il 13 iyun tarixli AZF/LGL-2463/23 №-li məktubundan görünür ki, ********** saylı mobil nömrələr sorğulanan tarixdə «Azerfon» şəbəkəsində istifadə edilməmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 16,710 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda, yəni 4,180 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşıması sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə tövsif olunması yanlışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 16,710 qram çəkidə narkotik vasitə heroin və 4,180 qram çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil etdiyindən sonuncunun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmaqla onun törətmiş olduğu cinayət əməlini düzgün olmayaraq Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə tövsif etmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması ittihamını elan edərkən ittihamı təsdiq edən sübut kimi şahidlərin ifadələrinə, ekspertiza və tibbi yoxlamanın rəylərinə, maddi sübutun mövcudluğuna və işin digər hallarına istinad etmişdir. Lakin iş üzrə ibtidai istintaq zamanı və məhkəmə baxışında dindirilən şahidlər ittihamda satışla bağlı göstərilənləri təsdiq etməməklə yanaşı Təqsirləndirilən şəxs saxlanıb üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf selofan bükümü çıxararaq təqdim edib içərisindəki narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özünə məxsus olmaqla «WhatsApp» proqramında mesajlaşma vasitəsi ilə danışdığı İran İslam Respublikasının vətəndaşı olan Arif adlı şəxsdən 2022-ci il iyunun 30-da Bakı şəhəri, Binəqədi rayonu, «Azadlıq» metrostansiyasının yaxınlığında öz şəxsi istifadəsi üçün 200 manata aldığını və üzərində gəzdirdiyini bildirmiş, polis orqanına daxil olan operativ məlumatda da Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması qeyd olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi istiqamətində ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də Arif adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini, Təqsirləndirilən şəxs kimlərlə yaxınlıq etməsini, ətrafında olan şəxsləri və əlaqələrini, həmin maddələri satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, istintaq orqanının Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi şahid ifadələri ittihamı təsdiq etmir, əksinə onu tam təkzib edir. Bundan savayı ittiham tərəfinin Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi ekspertiza rəyləri narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkib-çəkmədiyini və buna görə müalicəyə ehtiyacının olub-olmadığını müəyyən etmişdir, lakin bu sübutlar ittihamı, yəni təqsirləndirilən şəxsin satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qeyd edilən cinayəti törətməsini heç bir halda təsdiq edə bilməz və etməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi qanunsuz olaraq əldə edib iki ədəd bükümdə saxlayıb daşıdığı 16,710 qram çəkidə narkotik vasitə heroinin və 4,180 qram çəkidə psixotrop maddə metamfetaminin mövcudluğuna istinad edir. Hazırki iş üzrə maddi sübut hesab edilən və ekspertiza tədqiqatından sonra 16,660 qram çəkidə narkotik vasitə heroin və 4,130 qram çəkidə psixotrop maddə metamfetamin özü-özlüyündə şəxsin satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayəti törətməsini təsdiq edə bilməz. Məhkəmə yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, ibtidai istintaq orqanının istinad etdiyi sadalanan sübutlar Təqsirləndirilən şəxs aşkar edilib götürülən külli miqdarda, yəni 16,710 qram çəkidə narkotik vasitə heroinin və 4,180 qram çəkidə psixotrop maddə metamfetaminin onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilib saxlanılmasını və daşınmasını təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.9.-1.0.11.ci maddələrinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir; narkotik vasıtələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndində göstərilir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hər hansı bir hərəkət etməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitə heroinin satış məqsədi ilə çəkilib xırda bağlamalara bükülməsini, onların hazırlanması üçün avadanlığın olmasını təsdiq edən heç bir sübut yoxdur. Belə bir sübut məhkəmə istintaqında da müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərdən keçirərək məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heronin və psixotrop maddə metamfetaminin yalnız külli miqdar təşkil edən müvafiq qaydada 16,710 qram və 4,180 qram olması amilindən yanaşılmaqla onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinin dispozisiyasında nəzərdə tutulan satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının CPM-nin 28.5.-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 145.3.-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 23-cü bəndində «məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir»; 37-ci bəndində «CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın»; 39-cu bəndində «məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir» göstərilmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının 29-cu bəndinə görə, CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-in maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə («məlum olmayan», «istintaqla müəyyən edilməyən» kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məsələn, CM-in 206.1-ci maddəsinin dispozisiyasında qaçaqmalçılıq cinayəti alternativ üsullarla, o cümlədən gömrük nəzarətindən kənar və ya gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların gömrük sərhədindən xeyli miqdarda keçirilməsi kimi təsbit edildiyindən, cinayətin təsvirində əməlin bu üsullardan hansı biri ilə törədilməsini aşkarlayan hərəkətlər (faktiki hallar) CPM-in 353.2-ci maddəsi ilə tələb olunan qaydada aydınlığı ilə təsvir olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 4cü bəndinə görə, törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrindən Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmənin «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinə göndərilən qərara cavabdan Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə bağlı heç bir sübut yoxdur və istintaqla belə hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının həmin normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs fiziki təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini fiziki təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və sonuncunun öz maraqlarına əsaslanaraq vəziyyətinin yüngülləşdirilməsinə çalışmasından irəli gələn dəlillərindən ibarətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə alır. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.4.-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 68.1.1-1.-ci maddəsinə müvafiq olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il 05 aprel tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci maddəsi ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 11 ay 04 gün müddəti azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla 11 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlancına yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 16,660 qram çəkidə və 4,130 qram çəkidə qalıqları məhv edilməli, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması, Təqsirləndirilən şəxs məxsus «Samsung J2» markalı mobil telefon cinayət işindən ayrıca icraata cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə 88 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Kredo» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 90 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Kredo» vəkil bürosunun nəfinə (VÖEN: **********) 540 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il iyunun 30-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1.-ci maddəsinə müvafiq olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il 05 aprel tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci maddəsi ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 11 ay 04 gün müddəti azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla 11 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə o, qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il iyunun 30-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 88 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Kredo» vəkil bürosunun nəfinə (VÖEN: **********) 540 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlancına yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 16,660 qram çəkidə və 4,130 qram çəkidə qalıqları məhv edilsin, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması, Təqsirləndirilən şəxs məxsus «Samsung J2» markalı mobil telefon cinayət işindən ayrıca icraata cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-402/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-402/2023
25.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver