Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-403/2021 04.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Müdafiəçi1, Müdafiəçi3, Müdafiəçi6 Ələskər qızı və Müdafiəçi2 iştirakları ilə 01.18.1984-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmuş, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə xx.xx.1984-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, işləməyən, Abşeron rayonu, Saray qəsəbəsi, Novruz Aslanov küçəsi, ev 34-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmuş, orta təhsilli, işləməyən, Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə xalası oğlu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 66,156 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 5,321 qram çəkidə psixotrop maddə metamfetamini əldə etdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la istintaqa məlum olmayan vaxtda və şəraitdə görüşüb həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satıb əldə ediləcək gəliri öz aralarında bölmək barədə ümumi razılığa gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs3 cinayətkar razılaşmaya əsasən külli miqdarda - 66,156 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 5,321 qram çəkidə psixotrop maddə metamfetamini qrupun digər üzvü Təqsirləndirilən şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs1 vermiş və sonuncu qeyd olunan narkotik vasitə və psixotrop maddəni üzərində saxlamaqla ünvan 3 ünvanda yerləşən evin qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 dekabr 2019-cu il tarixdə saat 16 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 qeyd edilən ünvanın qarşısında saxlanılıb üzərinə baxış keçirilərkən sonuncunun əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı bir ədəd bükümdə külli miqdarda - 66,156 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda - 5,321 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə xalası oğlu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar plana uyğun olaraq Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 66,156 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 5,321 qram çəkidə psixotrop maddə metamfetamini əldə etdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la istintaqa məlum olmayan vaxtda və şəraitdə görüşüb həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satıb əldə ediləcək gəliri öz aralarında bölmək barədə ümumi razılığa gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs3 cinayətkar razılaşmaya əsasən külli miqdarda - 66,156 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 5,321 qram çəkidə psixotrop maddə metamfetamini qrupun digər üzvü Təqsirləndirilən şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs1 vermiş və sonuncu qeyd olunan narkotik vasitə və psixotrop maddəni üzərində saxlamaqla ünvan 3 ünvanda yerləşən evin qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 dekabr 2019-cu il tarixdə saat 16 radələrində həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 qeyd edilən ünvanın qarşısında saxlanılıb üzərinə baxış keçirilərkən sonuncunun əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı bir ədəd bükümdə külü miqdarda - 66,156 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda - 5,321 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar plana uyğun olaraq Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 66,156 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 5,321 qram çəkidə psixotrop maddə metamfetaminİ əldə etdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la istintaqa məlum olmayan vaxtda və şəraitdə görüşüb həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetaminİ satıb əldə ediləcək gəliri öz aralarında bölmək barədə ümumi razılığa gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs3 cinayətkar razılaşmaya əsasən külli miqdarda - 66,156 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 5,321 qram çəkidə psixotrop maddə metamfetaminİ qrupun digər üzvü Təqsirləndirilən şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs1 vermiş və sonuncu qeyd olunan narkotik vasitə və psixotrop maddəni üzərində saxlamaqla ünvan 3 ünvanda yerləşən evin qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 dekabr 2019-cu il tarixdə saat 16 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 qeyd edilən ünvanın qarşısında saxlanılıb üzərinə baxış keçirilərkən sonuncunun əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi İlə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı bir ədəd bükümdə külli miqdarda - 66,156 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda - 5,321 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X4 məhkəmə iclasında ifadə verərək göstərdi ki, 23 dekabr 2019 ildə xalası oğlu Xəyaldan onu Novxanıya aparmasını xahiş etmiş, həmin vaxt Xəyala demişdir ki, onun Novxanıda bir adamdan 1500 manat alacağı var. Həmin zaman İlkin də yanlarında olmuşdur. Xəyal onu Novxanıda düşürdükdən sonra İlkini aparmışdır. Həmin vaxt iki nəfər mülki geyimdə ona yaxınlaşıb kimliyini təsdiq edən sənədini istəmişlər. Sənədlərini təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin dövriyəsində şübhəli olduğunu bildirmişlər. O, etiraf etmişdir ki, həqiqətən də narkotik vasitə qəbul edir, lakin, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamışdır. Onu bölməyə aparmışlar və bölmədə onun telefonunu yoxlamağa başlamışlar. Sonra ona bildirmişlər ki, güya onun yazışmalarında narkotiklə bağlı söhpət gedir. O, etirazını bildirmiş, sonra polis əməktaşı ona demişlər ki, evlərinə baxış keçirəcəklər. Lakin, sonra heç evə də baxış keçirməmişlər. O, özü narkotik vasitədən istifadə edir, üzərində də az miqdarda olub, lakin evində heç nə aşkar olunmayıb baxış da keçirməmişlər. Onu şərləyib narkotik vasitələrin satışı ilə tutmuşlar. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, taksi fəaliyəti ilə məşgul olur. İlkini də müştəri kimi tanıyır, bir neçə dəfə onu Xızı qəsəbəsinə aparıb gətirmişdir. Rüfət onun xalası oğludur, İlkinlə Rüfət biri birilərini tanımışlar. 2019-cu ilin dekabr ayının 23-də İlkin onun mobil telefonuna zəng vurub demişdir ki, onu Biləcəridən Saray qəsəbəsinə aparsın. O, İlkini Biləcəri qəsəbəsindən götürüb Saray qəsəbəsinə gətirmiş, onlar Saray qəsəbəsində görüşmüşlər. Həmin vaxt qonşuluqda olan Telman da orada olmuşdur. O, onları Telmanın yanında qoyub evə getmişdir. Bir müddət sonra İlkin ona zəng vurdu və dedi ki, onu Novxanya aparsın. O, öz maşını ilə gəlib Telmangilin həyətinin qarşısına gəlmiş və onlar üçüdə maşına əyləşmişlər. O, Rüfətdən hara gedəcəklərini soruşmuş, Rüfət ona demişdir ki, Novxanıda bir nəfərdən 1500 manat alacağı var gedib onu alsınlar. O da razılaşmış və onları Novxanı qəsəbəsinə aparmış, orada Telmanla Rüfəti tanımadığı ünvanda düşürmüşdür. X18 aparmış, İlkin ona 10 manat yol haqqı vermiş və Xızıya evlərinə gedəcəyini bildirmişdir. Sonra o, Saray qəsəbəsinə evə gəlmiş, evə gələndə bir -iki saat sonra evlərinə 5 nəfər polis əməkdaşı daxil olmuş və onu ailəsinin gözünün qarşısında döyüb bölməyə aparmışlar. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, narkotik vasitədən istifadə edir, lakin satışı ilə heç vaxt məşqul olmamışdır, Təqsirləndirilən şəxs2 bir ilə yaxındır ki, tanıyır, belə ki, Xəyal taksilik fəaliyyəti ilə məşğul olur və bir neçə dəfə Xəyalın avtomobili ilə müxtəlif yerlərə getmişdir. Təqsirləndirilən şəxs1 Xəyalın vasitəsi ilə tanımış, belə ki, bir dəfə Xəyalın avtomobilində olarkən Rüfət evə çanta aparmaq üçün yaşadığı məhəlləyə getmiş, həmin zaman Rüfətlə qarşılaşmış və Xəyal onları tanış etmişdir. Rüfət və ya Xəyalın narkotik vastələrin staışı ilə məşqul olması barədə heç bir məlumatı yoxdur. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamış, bütün bunlar polis əməkdaşlarının ona atdıqları şərdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 23 dekabr 2019-cu il tarixdə Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində gəzdirib və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və dəvət oluniuş hal şahidləri ilə birlikdə 23 dekabr 2019-cu il tarixdə saat 16:30-da ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs1 saxlanılmışdır. Dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərində bir ədəd bükümdə 65 qram çəkidə narkotik vasitə olan heroin, bir ədəd bükümdə beş qram çəkidə psixotrop maddə olan metamfetamin, 20 manat pul və bir ədəd mobil telefon olmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən iki ədəd şəffaf polietilen bükümləri, gödəkçəsinin sol yan cibindən 20 manat pulu və bir ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümlərdən biri açıldıqda oradan tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar, bükümlərdən digəri açıldıqda isə oradan ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar olunmuşdur. Həmin bükümlər maddələrlə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərindən təqdim etdiyi bir ədəd bükümdə heroinin bir qramını 20 manata və bir ədəd bükümdə metamfetaminin bir qramını 35 manata 23 dekabr 2019-cu il tarixdə səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsində olarkən xalasının oğlu «Xəyal»-ın vasitəsilə «İlkin» adlı şəxsdən özü istifadə etmək üçün almışdır. 23 dekabr 2019-cu il tarixdə saat 17-də ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs1 xalasının oğlu «Xəyal»ı tədbir iştirakçılarına göstərmiş və həmin şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, üzərində bir ədəd mobil telefon və 10 manat pul vardır. Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd «Xiaomi» markalı mobil telefonu, şalvarının sol yan cibindən 10 manat pulu çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 10 manat pul özünə qaytarılmış, bir ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, fərdi qaydada taksi ilə sərnişin daşınması ilə məşğul olur və iş vaxtı təsadüfən tanış olduğu, əslən Xızı rayonu, Altıağac kəndindən olan, «İlkin» adlı şəxs onda heroin və metamfetamin olduğunu bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs2 xalasının oğlu Rüfətin narkotik vasitələrdən istifadə etdiyini «İlkin» adlı şəxsə bildirmiş, daha sonra Təqsirləndirilən şəxs2 xalasının oğlu Rüfətə narkotik vasitə və psixotrop maddəni təklif edib və Rüfət qiymətlərdən razı qaldığı üçün Rüfəti və İlkini görüşdürərək tanış etmişdir. 23 dekabr 2019-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 İlkinlə birlikdə Rüfətin yanına gələrək görüşüb və İlkin heroini və metamfetamini Rüfətə verərək günün sonuna qədər 1400 manat pulun Xəyalın vasitəsilə ona çatdırılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 da öz növbəsində Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 İlkinin cinayət əməlinin ifşa edilməsinə razılıq vermiş və bundan sonra Təqsirləndirilən şəxs2 İlkinə zəng edərək Rüfətdən götürdüyü pulun 100 manatını özünə saxlamasını, 1300 manatını isə ona vermək istədiyini bildirmişdir. Lakin, bundan sonra İlkin müxtəlif bəhanələr gətirərək Təqsirləndirilən şəxs2la görüşə gəlməkdən imtina etmişdir. Bundan sonra tədbir iştirakçıları, hal-şahidləri, saxlanan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 müəyyən edilib ifşa olunması istiqamətində Xızı rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış və Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmışdır. Əməliyyat qrupunun üzvləri dəvət edilmiş hal şahidləri və Təqsirləndirilən şəxs2la birlikdə 23 dekabr 2019-cu il tarixdə saat 22-də Təqsirləndirilən şəxs3 saat 23:30-da Vətəndaşların sorğusu və soraqlaşma əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs3 yerini müəyyən etmək mümküm olmamışdır. Sonra Təqsirləndirilən şəxs3 saxlanılarq istintaqa cəlb olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, X14 və iş üzrə şahid qismindlə dindirilmiş Şahid6, Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 23 dekabr 2019-cu il tarixdə polis idarəsinin qarşısından keçəndə ona polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim edib bildirmişlər ki, Novxanı qəsəbəsində şübhəli şəxs var onun üzərinə baxış keçiriləcək, o da həmin baxışda hal şahidi kimi iştirak edəcək. O, razılıq vermiş və birlikdə Novxanı kəndinə gəlmişlər, orada Təqsirləndirilən şəxs1 saxlanılmış və üzərinə baxış keçirilən zaman üzərindən iki büküm narkotik maddə aşkar olunmuşdur. Rüfət Xəyal adlı şəxsdən aldığını bildirmiş, sonra həmin bükümlər qablaşdırılmış və protokol tərtib olunmuş, onlarda həmin protokola imza etmişlər. Sonra Saraya getmişlər, orada da bir nəfərin üzərinə baxış keçirilmiş, lakin, onun üzərindən heç nə aşkar olunmamışdır. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmulu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizanın 24 dekabr 2019-cu il tarixli 31625 nömrəli rəyində göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş, üzərində: «Təqsirləndirilən şəxs1 Xanbala oğlundan aşkar olunaraq götürülmüş...» yazısı olan zərfdəki 02 (iki) ədəd şəffat polietilen bükümdə təmiz çəkisi 66,156 qram qəhvəyi rəngli tlzşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 5,321 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.” Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12.02.2020-ci il tarixli, 352 nömrəli rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.” Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19.02.2020-ci il tarixli, 440 nömrəli rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” Məhkəmə istintaqı zamanı tədqiq olunmuş edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06.07.2020-ci il tarixli, 1838 nömrəli rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2020-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələri ilə 01 noyabr 2019-cu il tarixdən 23 dekabr 2020-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar "xxxx" MMC-nin 05 avqust 2020-ci il tarixli, 7378/20 nömrəli məktubuna əlavə edilmiş bir ədəd "CD” markalı diskdə təqdim olunmuşdur. Həmin disk istifadəmdə olan «HP» markalı kompüterin qurğusuna daxil edilməklə baxış keçirilərkən müəyyən edildi ki, diskdə ***-***-**-** saylı mobil telefon nömrələri ilə aparılmış danışıqlara aid 04 ədəd qovluqlar vardır. Təqdim edilmiş məlumatlar 01 noyabr 2019-cu il tarixdən 23 dekabr 2020-ci il tarixədək olan müddəti əhatə edir. Telefon danışıqlarına dair məlumata baxış keçirilərək müəyyən edilmişdir ki, ***-***- **-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs1 istifadəsində olmuşdur. Baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə, həmçinin Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə telefon danışıqları və SMS yazışmalarının aparılması müəyyən edilmişdir. Qeyd edilən mobil Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə aşağıdakı mesajlar yazılmışdır: 22-12-2019 18:09:51 1.1.**********52 1.1.**********84 heçbirşey qardaş vallah 20 den özum verəcəyəm aldım qoz satdım qoz. 22-12-2019 18:09:52 22-12-2019 18:09:56 1.1.**********52 1.1.**********84 olmuyacaqki heç olmasa əvvəlki qiymətə 18 diyeceydim versin 60 dənə. 22-12-2019 18:09:53 22-12-2019 18:10:06 1.1.**********52 1.1.**********84 ni verim məndə 20 day özü neqd satırda 20 hecbirşey qardaş allah k. 22-12-2019 18:09:54 22-12-2019 18:10:09 1.1.**********52 1.1.**********84 örnəyin olsun inşallah olanda xeber edersen allab amanında. 22-12-2019 18:12:54 22-12-2019 18:12:55 1.1.**********52 1.1.**********84 18 aşaqı özüm did km biyaq versin ki Xeyalada bir manat vereydə q 22-12-2019 18:12:56 22-12-2019 18:13:00 1.1.**********52 1.1.**********84 ıramında eybiyox 18 ze düşüb iləsə bügün xeber elə əybiyox gıtürüb 22-12-2019 18:12:57 22-12-2019 18:13:10 1.1.**********52 1.1.**********84 20 den verərəm 1 manat da xayal yetimə verərdik Bundan əlavə Təqsirləndirilən şəxs3 istifadəsində olan olmuş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsinə aşağıdakı məzmundə mesajların göndərildiyi aşkar edilmişdir: 22-12-2019 18:03:53 1.1.**********84 1.1.**********52 qaqaw yoxdu qurana and olsun 60 dana kola var 20 manat diyir aparıceylar 3 guna olacaq. 22-12-2019 18:13:12 1.1.**********84 1.1.**********52 20 den verərəm 1 m Qeyd edilən telefon məlumatlarına keçirilən baxış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin satışı işə məşğul olduqlarını bir daha təsdiq edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2020-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə 01 noyabr 2019-cu il tarixdən 23 dekabr 2020-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar ‘Azerfon” MMC-nin 05 avqust 2020-ci il tarixli, 7376/20 nömrəli məktubuna əlavə edilmiş bir ədəd “CD” markalı diskdə təqdim olunmuşdur. Həmin disk istifadəmdə olan «HP» markalı kompüterin qurğusuna daxil edilməklə baxış keçirilərkən müəyyən edildi ki, diskdə ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə aparılmış danışıqlara aid 08 ədəd qovluqlar vardır. Təqdim edilmiş məlumatlar 01 noyabr 2019-cu il tarixdən 25 fevraİ 2020-ci il tarixədək olan müddəti əhatə edir. Telefon danışıqlarına dair məlumata baxış keçirilərək müəyyən edilmişdir ki, ***- ***-**-** və ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs3 istifadəsində olmuşdur. Baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 məxsus ***-***-**- ** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması müəyyən edilmişdir. Baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 məxsus ***-***-**- ** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə, həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə telefon danışıqları və SMS yazışmalarının aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə aşağıdakı mesajlar yazılmışdır: 22-12-2019 18:09:51 1.1.**********52 1.1.**********84 hecbirşey qardaş vallah 20 den özum vereceyəm aldım qoz satdım qoz 22-12-2019 18:09:52 22-12-2019 18:09:56 1.1.**********52 1.1.**********84 olmuyacaqki hec olmasa əvvəlki qiymətə 18 diceydim versin 60 dene 22-12-2019 18:09:53 22-12-2019 18:10:06 1.1.**********52 1.1.**********84 ni verim məndə 20 day özü neqd satırda 20 hecbirşey qardaş allah k 22-12-2019 18:09:54 22-12-2019 18:10:09 1.1.**********52 1.1.**********84 örnəyin olsun inşallah olanda xeber edersen allab amanında 22-12-2019 18:12:54 22-12-2019 18:12:55 1.1.**********52 1.1.**********84 18 aşaqı özüm did km biyaq versinki Xeyalada bir bir manat vereydə q 22-12-2019 18:12:56 22-12-2019 18:13:00 1.1.**********52 1.1.**********84 ıramında eybiyox 18 ze düşüb iləsə bügün xeber elə əybiyox gıtürüb 22-12-2019 18:12:57 22-12-2019 18:13:10 1.1.**********52 1.1.**********84 20 den verərəm 1 manat da xayal yetimə verərdik Bundan əlavə Təqsirləndirilən şəxs3 istifadəsində olan olmuş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsinə aşağıdakı məzmundə mesajların göndərildiyi aşkar edilmişdir: 22-12-2019 18:03:53 1.1.**********84 1.1.**********52 qaqaw yoxdu qurana and olsun 60dana kola var 20 manat diyir apariceylar 3 guna olacaq 22-12-2019 18:13:12 1.1.**********84 1.1.**********52 20 den verərəm 1 m Keçirilən baxış zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 DİN-in BNMİ-nin əməkdaşları tərəfindən tutulduğu tarixdə yəni 23.12.2019-cu il tarixdə protokolda qeyd edildiyi formada Təqsirləndirilən şəxs3 tərəfindən ***-***-**-** mobil nömrəsinə "xxxx" ASC-yə məxsus hesab nömrəsinin göndərildiyi aşkar edilmişdir. 23-12-2019 17:53:10 23-12-2019 17:53:10 1.1.**********84 1.1.**********62 KAPİTAL QİRMİZİ **********424109 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli qərarı əsasında "xxxx" ASC-dən götürülmüş 10 sentyabr 2020-ci il tarixli, 15700/2- 3572 nömrəli məktubuna əlavə edilmiş hazırkı cinayət işi üzrə ******************** №-li hesab kartından çıxarışa, məlumatlara və hesab üzrə mövcud görüntülərin əks olunduğu “CD” diskə baxış keçirilmiş və baxış zamanı ******************** nömrəli hesab X5 məxsus olması və PAN nömrəsinin 676867 4109 olması aşkar edilmişdir. Qeyd edilən PAN nömrəsi Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil nömrədən pul köçürülməsi üçün ***-***-**-** mobil nömrəyə göndərilmiş hesab nömrəsidir. "xxxx" ASC-dən daxil olmuş ******************** nömrəli hesab kartına dair məlumatlara baxış keçirilərkən müəyyən edildi ki, həmin hasab kartına 01.01.2009-cu il tarixdən 31.08.2020-ci il tarixə qədər müxtəlif məbləqlərdə pul vəsaiti ATM, Birbank, Milliön-eiektron ödəmə sistemi vasitəsi ilə mədaxil və məxaric olması aşkar edilmişdir. Bank məlumatlarına baxış keçirilərkən müəyyən edilmişdir ki, ******************** nömrəli hesab kartı X2 adınadır Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilən hesab nömrəsinə 23.12.2019-cu il tarixdə saat 17:59:47 dəqiqədə Abşeron rayonu Novxanı qəsəbəsi Dəmiz yolu küçəsində fəaliyyət göstərən «Favorit» marketdə quraşdırılmış Million Elektron ödəmə sistemi vasitəsi ilə 1300 (min üç yüz) manat mədaxil olmuş, balans 1,697.19 manat təşkil etmiş, 23.12.2019-cu il tarixdə saat 18:15:16-dəqiqədə 1000 (min) manat, 18:15:48dəqiqiədə isə 684 manat ATM vasitəsi ilə məxaric olmuşdur. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, ******************** №-li hesab kartından pul çıxaran şəxslərin görüntüləri "xxxx" ASC-nin 10 sentyabr 2020-ci il tarixli, 15700/2-3572 nömrəli məktubuna əlavə edilmiş bir ədəd “CD” diskdə təqdim olunmuşdur. Həmin disk «HP» markalı kompüterin qurğusuna daxil edilməklə baxış keçirilərkən ******************** №-li hesab kartından 16.11.2019-cu il tarixdən 23.01.2020ci il tarixədək olan müddət ərzində müxtəlif saatlarda istintaqa məlum olmayan şəxslər tərəfindən pul vəsaitinin çıxarılması müəyyən edilmişdir. Bundan əlavə qeyd edilən CD diskə keçirilən baxış zamanı 23.12.2019-cu il tarixdə saat 18:12-dən axşam qaranlıq hava şəraitində, tanınma üçün təqdim edilməyə yararlı olmayan, naməlum kişi cinsli şəxslərin fotoşəkillərinin qeyd olunduğu aşkar edilmişdir. Odur ki, "xxxx" ASC-dən daxil olmuş sənədlər və bir ədəd “CD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 5,321 qram psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 5,221 qram çəkidə psixotrop maddə metamfetamin və 66,156 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 66,056 qram çəkidə narkotik vasitə heroin 22 sentyabr 2020-ci il tarixli qərarla maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli, 23 dekabr 2019-cu il tarixli “Əməliyyataxtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokol, Təqsirləndirilən şəxs1 24 dekabr 2019-cu il tarixli şübhəli şəxs qismində və 25 dekabr 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində ifadələri, Təqsirləndirilən şəxs2 24 dekabr 2019- cu il tarixli şübhəli şəxs qismində və 25 dekabr 2019-cu il tarixli və 20.08.2020-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadələri, Təqsirləndirilən şəxs3 25 fevral 2020-ci il tarixli şübhəli şəxs qismində və 25 fevral 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadələri şahidlər Şahid1, Şahid2, Şahid6, Şahid3, X7 və Şahid5 ifadələri, məhkəməkimyəvi ekpertizasının 24 dekabr 2019-cu il tarixli 31625 nömrəli, ambulator məcburinarkoloji tibbi yoxlamanın 12 fevral 2020-ci il tarixli 352 nömrəli, 19 fevral 2020-ci il tarixli 440 nömrəli və 06 iyul 2020- ci il tarixli 1838 nömrəli rəyləri, “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 06.08.2020-ci il tarixli protokol, “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 06.08.2020-ci il tarixli protokol, “Bank hesabı üzrə daxil olmuş məlumatlara və görüntülərə baxış keçirilməsi haqqında” 12.09.2020-ci il tarixli protokollar, eləcə də iş üzrə toplanmış digər istintaq sənədləri onlara elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməlini törətmələri kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, iclasında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlar, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi əməli qismən etiraf etməsini, ailədə yeganə qazanc gətirən şəxs olduğunu cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, bundan əlavə daxil olmuş ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 anası X6 beyindaxili qansızmadan cinayət işi üzrə istintaq gedişi müddətində, yəni 22 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə göstərilənləri də Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 əmələrində onun cəzasını yüngülləşdirən halların olması müəyən olunmadı. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 əməlində onun cəzasını ağırlaşdıran halların olması müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayon məhkəməsinin 17 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan espublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi il ətqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05 fevral 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Eləcə də iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 Xızı rayon məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan espublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi il ətqsirli bilinərək 2 il 3 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə məhkum olunmuş şəxslər, cəzanı çəkib qurtardığı gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İttihamdan göründüyü kimi Rüfət Ələskərov hazırkı iş üzrə cinayət əməlini 23 dekabr 2019-cu il tarixdə törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 üzərində çəkilməmiş cəzası qalmamış, lakin məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs3 isə məhkumluğu ödənilməmiş və üzərində çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs1 yenidən qəsdən cinayət törətdiyinə görə və məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətlərin residivi yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmədiyindən ona cəza təyin edilərkən əməlində cinayətlərin residivi nəzərə alınmır. Sumqayıt şəhər probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 təyin olunmuş 02 il 03 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasından 01 il 02 ay 30 gününü çəkmiş, üzərində 01 il 13 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinin tələblərinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Xızı rayon məhkəməsinin 22 oktyabr 2018-ci tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin olunmuş 02 (iki) il 03 (üç) ay 30 (otuz) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il, 13 (on üç) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1 maddələrinin tələblərinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 06 (altı) ay 06 (altı) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 25 fevral 2020-ci il tarixdə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 23 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Bu normaların tələblərinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandıqları müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduqları, yəni, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 25 fevral 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 23 dekabr 2019-cu il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməli, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu, 23 dekabr 2019cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində saxlanılan, qalıq çəkisi 66,056 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 5,221 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, "xxxx" MMCdən əldə edilmiş 02 ədəd “CD” disk, "xxxx" ASC-dən əldə edilmiş sənədlər və bir ədəd “CD" disk və Təqsirləndirilən şəxs3 tərəfindən göndərilən hesab nömrəsinə əməliyyat xərclərindən 1300 manat pulun göndərilməsinin əks edildiyi bir ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 114 (bir yüz on dörd) manat təqsirləndirilən şəxslər arasında bölünməklə Təqsirləndirilən şəxs3 38 (otuz səkkiz) manat, Təqsirləndirilən şəxs2 38 (otuz səkkiz) manat və Təqsirləndirilən şəxs1 38 (otuz səkkiz) manat tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3 istintaq zamanı hüquqlarını müdafiə etmək üçün Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili X3 ayrılmış və o, istintaqda 75 saata iştirak etmişdir. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs3 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 150 (yüz əlli) manat, Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi6 Ələskər qızına, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 180 (yüz səksən) manat, istintaq zamanı göstərilən yardım üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X1 450 (dörd yüz əlli) manat pul ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Xızı rayon məhkəməsinin 22 oktyabr 2018-ci tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin olunmuş 02 (iki) il 03 (üç) ay 30 (otuz) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il, 13 (on üç) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1 maddələrinə əsasən 06 (altı) ay 06 (altı) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi özrə narkoloji dispanserində qeydiyyata alınsın.. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 dekabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 dekabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi özrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində saxlanılan, qalıq çəkisi 66,056 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 5,221 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, "xxxx" MMCdən əldə edilmiş 02 ədəd “CD” disk, "xxxx" ASC-dən əldə edilmiş sənədlər və bir ədəd “CD" disk və Təqsirləndirilən şəxs3 tərəfindən göndərilən hesab nömrəsinə əməliyyat xərclərindən 1300 manat pulun göndərilməsinin əks edildiyi bir ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. İş üzrə evkspertiza xərcləri 114 (bir yüz on dörd) manat təqsirləndirilən şəxslər arasında bölünməklə Təqsirləndirilən şəxs3 38 (otuz səkkiz) manat, Təqsirləndirilən şəxs2 38 (otuz səkkiz) manat və Təqsirləndirilən şəxs1 38 (otuz səkkiz) manat tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Müdafiəçi1, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 150 (yüz əlli) manat, Müdafiəçi6 Ələskər qızına, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 180 (yüz səksən) manat, X1 istintaq zamanı hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri 15 saylı vəkil bürosunun hesabına 450 (dörd yüz əlli) manat pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-403/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-403/2021
04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver