Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-403/2022 11.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünaslar Dövlət ittihamçısı1, Dövlət ittihamçısı4, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı3, Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 18 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 avqust 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə, qanunsuz olaraq, naməlum mənbədən külli miqdarda narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 31-ci və 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 18 avqust 2021-ci il tarixdə, saat 22:45-də, ünvan 1 ünvanının qarşısında saxlanılıb ünvan 2ında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,616 qram, 0,724 qram, 0, 941 qram və 0,543 qram, ümumi təmiz çəkisi 2,824 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 1,315 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd 9*12 ölçüdə üzərində heroinin izləri olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda külli miqdar təşkil edən heroin narkotik vasitəsi və şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamin psixotrop maddəsi alaraq əldə edib, üzərində saxlamaqla daşımış və daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı Rayon Polis İdarəsinin 31-ci və 33-cü Polis Bölməsinin (bundan sonra: RPİ, PB) əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində 18 avqust 2021-ci il tarixdə, saat 22:45-də, ünvan 1 ünvanının qarşısında saxlanılıb ünvan 2ında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına aparılaraq üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,616 qram, 0,724 qram, 0, 941 qram və 0,543 qram, ümumi təmiz çəkisi 2,824 qram təşkil edən qəhvəyi rəngli, toz şəkilli, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, 01 ədəd bükümdə təmiz çəkisi 1,315 qram ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi və bir ədəd 9*12 ölçüdə üzərində heroinin izləri olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bülbülə qəsəbəsində həyət evində yaşamış, usta işləmişdir. Narkomandır, gündəlik 5-10 manatlıq narkotik vasitə heroin istifadə etmişdir. Hadisə günü axşam saat təxminən 9-a qalmış evə gəlmişdir. Həyət qapısı açıq olduğundan bu vaxt həyətə kiminsə girdiyini hiss etmiş, ailə üzvləri də evə kimin girdiyini soruşmuşlar. O, evə girən şəxslərin qarşısına çıxmış və kim olduqları ilə maraqlanmışdır. Onlar ona «Rəşad sənsən?» sualını vermiş, o da təsdiqləmişdir. Həmin vaxt uşaqlar kiminsə evin arxa pəncərəsini sındırmaqla oradan da içəri daxil olması barədə evdən qışqırmışlar. Elə həmin an da həyətdəki şəxslər onu yıxıb, əlini qolunu bağlamışlar. Sonra onu özlərinə məxsus qara maşınla idarəyə aparmışlar. Evə gələnlərin polis olduqlarını yalnız onu qapıdan çıxarıb apardıqları zaman bilmişdir. İdarədə onun üstünə baxış keçirilməmiş, təhqiqatçının otağında ona «səni çoxdan axtarırıq, sən narkotiklərin alışında və satışında şübhəlisən» demişlər. Orada onun üstünə 960 qram narkotik qoymaq istəmişlər, lakin o, razılaşmamışdır. Tanımadığı şəxslər tərəfindən döyülmüş, fiziki təsirlərə məruz qalmışdır. Sonra isə ona 5 büküm narkotik və tərəzi vermiş və həmin bükümlərlə tərəzini cibinə qoymasını demiş, onun 3 uşağı olduğundan ona kömək edəcəklərini bildirmişlər. Hətta həmin narkotiki boynuna almayacağı və döyülməsi ilə bağlı məhkəmədə deyəcəyi təqdirdə, onu ailə üzvlərini də tutacaqları ilə hədələmişlər. Məcburiyyət qarşısında narkotikləri və tərəzini qəbul etsə də, baş verənlərlə bağlı onların dediklərinə əhəmiyyət verməmiş, həm qətimkan tədbiri seçilərkən məhkəmədə və həm də hazırki mərhələdə olanları bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 5 büküm narkotikin və tərəzinin ona məxsus olmasını deməyə razılaşmış və bundan sonra videoçəkilişdən istifadə olunmuşdur. Belə ki, videoçəkilişdən əvvəl onun gözünün qarşısında bükümlər bağlayıb onun cibinə qoyulmuş, bükülülülərin içərisindəkilər torpağa, limon duzuna bənzəmişdir. Videoçəkiliş aparılarkən əvvəlcədən təhqiqatçının tapşırığına əsasən «narkotik almağa gedirdim. Ona görə də narkotikdən istifadə edən dostları ilə birlikdə atışmış (burada: bir yerə pul qoymaq) və o, gedib almışdır. Tərəzini isə narkotikin çəksinin düzgün olub-olmamasını yoxlamaq üçün götürmüşdüm» kimi cümlələr işlətmişdir. Üzərində şəxsi axtarış aparılan vaxt onun vəkili olmamış, sadəcə ağrıdığı üçün döyməsinlər deyə, şəxsi axtarış zamanı vəkilin iştirakına ehtiyac olmaması barədə ərizə yazmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadələri ilə onun saxlanıldıqdan sonra şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun 19 və 20 avqust 2022-ci il tarixli həmin ifadələri elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, bir müddətdir ki, heroin və metamfetamin kimi tanıdığı narkotik maddələrdən istifadə etmişdir. Belə ki, həmin narkotik maddələri Bakı şəhərində müxtəlif yerlərdən öz şəxsi istifadəsi üçün alıb istifadə etmişdir. Sonuncu dəfə 18.08.2021-ci il tarixdə “Whatsapp” proqramı vasitəsilə tanış olduğu tanımadığı şəxsə “online” qaydada 70 manat ödəmək şərti ilə 04 ədəd büküm heroin və 01 dəd büküm metamfetamin almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. 18.08.2021-ci il tarixdə, təxminən saat 22- 23 radələrində yaşadığı ünvan 5 ünvanın yaxınlığında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və o, onların polis əməkdaşı olduğunu bilmişdir. Həmin vaxt onlar onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması zərurətini bildirmişlər. O da razılaşmış və onlarla birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə getmişdir. PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına vəkil təyin olunmuş və vəkillə görüşdükdən sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 05 ədəd bükümü və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümləri açmış və baxış keçirmişlər. Ondan həmin 05 ədəd bükümün içərisində nə olmasını, nə vaxt, kimdən, hansı yolla əldə etdiyini, bir ədəd elektron tərəzini nə məqsədlə üzərində saxladığını soruşmuşlar. O da həmin bükümlərdən 4 ədəd bükümün içərisində heroin və 1 ədəd bükümün içərisində isə metamfetamin olduğunu, onları 18 avqust 2021ci il tarixdə “online” qaydada tanımadığı şəxsə 70 manat ödəməklə öz istifadəsi üçün alıb əldə etdiyini və üzərində gəzdirdiyini, bir ədəd elektron tərəzini isə narkotik maddələrin çəkisini müəyyən etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin 05 ədəd büküm və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Aldığı həmin narkotik maddələrdən heç kimə satmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 31-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, belə ki, sonuncu bir dəfə oğurluq hadisəsi törətdiyinə görə bölməyə gətirilmişdir. 18 avqust 2021-ci ildə Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində «Rəşad» adlı şəxsin üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Sonuncunun şəxsiyyətini müəyyənləşdirib həmin şəxsin xx.xx.1984-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bəydəmirov küçəsi, ev 39-da qeydiyyat olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğuna əmin olmuşdur. Odur ki, həmin şəxsin müəyyən olunması və bölməyə gətirilməsi zərurəti yarandığından PB-nin rəisinə raportla müraciət etmiş və təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun təşkil edilməsi barədə qəbul etdiyi qərar Bölmə rəisi tərəfindən təsdiq edilmişdir. Əməliyyat qrupuna həmçinin Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da daxil edilmişdir. Beləliklə 18 avqust 2021-ci il tarixdə, saat 22:30 radələrində əməliyyat müvəkkili Şahid2la birlikdə Bülbülə qəsəbəsi, Bəydəmirov küçəsinə getmişlər. Saat 22:45 radələrində Bəydəmirov küçəsi 39 ünvanın yaxınlığında məlumatda bildirilən əlamətlərə görə Rəşad adlı şəxslə rastlaşaraq sonuncunu Suraxanı RPİ-nin 31cü polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1984-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bəydəmirov küçəsi, ev 39-da qeydiyyat olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Əməliyyat tədbiri birgə keçirildiyindən prosessual hərəkətlərin keçirilməsi 33cü PB-nin təhqiqatçısı Qasım Poladlıya həvalə edilmişdir. Polis bölməsinə vəkil dəvət edilmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra videoçəkiliş etməklə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 5 ədəd gümüşü rəngli kağızlara bükülmüş, içərisində narkotik vasitəyə bənzər qəhvəyi rəngli və şəffaf rəngli maddələri, sol yan cibindən isə 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə heroin və metamfetamin olduğunu bildirmişdir. Həmçinin üzərində olan elektron tərəzini də həmin maddələrin çəkisinin müəyyən edilməsi üçün üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri «Whatsapp» şəbəkəsi vasitəsi ilə tanış olduğu, lakin adını bilmədiyi şəxsdən 70 manata aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərflərə qablaşdırılıb Suraxanı RPİ-nin 33-ci PB-nin 171 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi, yəni satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da, həmin məlumatda onun aldığı narkotik vasitənin pulunu əvəzləşdirə bilməsi üçün özünün narkotik vasitədən istifadə etməklə yanaşı, həm də bir hissəsini satdığı bildirilsə də, onlar tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Rəşadın konkret olaraq kimlərə narkotik vasitə satmasını, eləcə də narkotik vasitəni haradan əldə etməsini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək, ifadəsində sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahidlər Şahid1 və Şahid2 məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, hər iki şahid ibtidai istintaq mərhələsində məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrinə uyğun ifadələr vermişlər (iş vərəqə: 98-100; 101-103). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, «şəxsi axtarış və götürmə aparılması haqqında» 18 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə saat 23:10dan 23:20-dək videoçəkiliş ilə baxış keçirilən zaman sonuncu əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən beş ədəd gümüşü rəngli kağıza bükülmüş qəhvəyi və şəffaf rəngli maddəni, sol yan cibində bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin nə olmasını və hansı yolla əldə etməsi barədə sual verilir, sonuncu da həmin bükümlərdə olan maddələrin heroin və metamfetamin olduğunu, tərəzini isə narkotik vasitələrin çəkisini müəyyənləşdirmək məqsədi idə daşıdığını bildirir. Ondan üzərindən aşkar edilmiş narkotik vasitələri haradan və hansı yolla əldə etməsi barədə sual verilmiş və sonuncu həmin narkotik vasitəni «WhatsApp» vasitəsi ilə tanış olduğu, lakin adını bilmədiyi şəxsdən 70 manata onlayn qaydada aldığını bildirir. Bükümlərdəki maddələr və elektron tərəzi baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Suraxanı RPİ-nin 31-ci PB-nin 195 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir (iş vərəqə: 35-36). Məhkəmə baxışı zamanı tədqiq olunan, iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “diskə baxış keçirilməsi haqqında” 19 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həmin diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 18 avqust 2021-ci tarixdə çəkilmişdir. Çəkilmiş videogörüntüdən görünür ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, baxış keçirilən zaman sonuncu əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən beş ədəd gümüşü rəngli kağıza bükülmüş qəhvəyi və şəffaf rəngli maddəni, sol yan cibində bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin nə olmasını və hansı yolla əldə etməsi barədə sual verilir, sonuncu da həmin bükümlərdə də olan maddələrin heroin və metamfetamin olduğunu, tərəzitni isə narkotik vasitələrin çəkisini müəyyənləşdirmək məqsədi idə daşıdığını bildirir. Ondan üzərindən aşkar edilmiş narkotik vasitələri haradan və hansı yolla əldə etməsi barədə sual verilmiş və sonuncu həmin narkotik vasitəni «WhatsApp» vasitəsi ilə tanış olduğu, lakin adını bilmədiyi şəxsdən 70 manata onlayn qaydada aldığını bildirir. Bükümlərdəki maddələr və elektron tərəzi baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Suraxanı RPİ-nin 31ci PB-nin 195 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır. Şəxsi axtarış və götürmə zamanı video çəkilmişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bilditrmişdir ki, narkotik vasitələri və elektron tərəzini təqdim edən şəxs o, özüdür, həmin vaxt ona heç bir təsir, təzyiq göstərilməmişdir (iş vərəqə: 56). Məhkəmə baxışı zamanı nümayiş olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 18 avqust 2021-ci il tarixli protokolun və “diskə baxış keçirilməsi haqqında” 19 avqust 2021-ci il tarixli protokolun məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir(cinayət işinin materialları). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 19 avqust 2021-ci il tarixli, 6/3707 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «zərflər üçün №195» möhür əksi, «Vət. Təqsirləndirilən şəxs üzərindən…” yazılar, imzalar olan zərfdə, 4 ədəd bükümlərdə bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,616 qram, 0,724 qram, 0,941 qram və 0,543 qram, ümumi təmiz çəkisi 2,824 qram qəhvəyi rəngli təzşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,315 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş «Vət. Təqsirləndirilən şəxs üzərindən…” yazılar, imzalar olan zərfdə içərisində 1 ədəd 9*12 sm ölçüdə qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir (iş vərəqə: 42-45). İbtidai istintaq orqanının işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sübutların qiymətləndirilməsi haqqında 18 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 04 ədəd bükümdə 2,744 (ilkin çəki 2,824 qr.) qram heroin narkotik vasitəsi və 01 ədəd bükümdə 1,265 (ilkin çəki 1,315 qr.) qram metamfetamin psixotrop maddəsi, həmçinin 01 ədəd 9*12 sm ölçüdə, üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Suraxanı RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Tədqiq olunan həmin qərarla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri yüklənmiş 01 ədəd DVD formatlı disk də iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 129-134). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli, 3955 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 122-123). Məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 oktyabr 2021-ci il tarixli, 2490 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur, törətdiyi əməl barəsində anlaqlı hesab olunur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 125-126). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, istintaq orqanı tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli əməliyyat tapşırığına Suraxanı RPİ-nin 30-cu PB-si tərəfindən verilən 25 sentyabr 2021-ci il tarixli cavab məktubunun məzmunundan görünür ki, məktubun məzmununda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə yanaşı satışı ilə də məşğul olmasının müəyyən edildiyi göstərilmişdir. Tədqiq olunan məktubun məzmunundan daha sonra görünür ki, əməliyyat xidməti həmin məktubla istintaq orqanına «Belə ki, əldə etdiyi narkotik vasitənin bir hissəsini satıb pul əldə edir ki, yenidən həm özünün istifadəsi üçün, həm də yenidən bir hissəsini satmaq üçün vəsaiti olsun. Lakin konkret olaraq kimlərə satması müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat tədbirlərimiz davam etdirilir» kimi bir məlumat vermişdir (iş vərəqə: 94; 115). İbtidai istintaq orqanının işdə olan 18 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş külli miqdarda narkotik vasitənin mənbəyini müəyyənləşdirmək məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: səh. 129-134). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi alıb əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər - sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Lakin baxılan cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən sübut kimi qiymətləndirilən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas vermiş və məhkəmə baxışı zamanı tədqiq olunan Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən Polis Bölməsinin rəhbərliyinə ünvanlanmış 18 avqust 2021-ci il tarixli raportun, eyni şəxs tərəfindən qəbul edilmiş və Polis Bölməsinin rəhbəri tərəfindən təsdiq edilmiş «əməliyyat qrupunun yaradılması haqqında” 18 avqust 2021-ci il tarixli qərarın, həmçinin əməliyyat qrupunun yaradılması barədə eyni tarixli əmrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitələrin dövriyəsi ilə məşğul olması barədə olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan, əməliyyat məlumatının məzmununu özündə ehtiva edən bu sənədlərdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə edib saxlamasından və ya daşımasından bəhs olunmamışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə 18 avqust 2021-ci il tarixli qərarın və eyni tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına əsas onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi və özündə saxlamaqla daşıması barədə toplanmış materiallar və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhə yaranması ilə əlaqədar saxlanılması olmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 18 avqust 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, həmin protokolda da Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması barədə müvafiq qeydlər aparılmamışdır. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində və əşyalarında dövriyyəsi qanunla qadağan olunan narkotik vasitələr əldə edib saxlaması və istifadə etməsi ehtimalına görə saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında toplanmış materiallar üzrə cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və həmin cinayət işinin başlanılmasına əsas Təqsirləndirilən şəxs naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ona qarşı irəli sürülən ittihamda qeyd olunan miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilib götürülməsi olmuşdur. İbtidai istintaq orqanının sübut növü kimi qiymətləndirdiyi, şahidlər - Suraxanı RPİnin PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 məhkəməyədək icraat mərhələsində vermiş olduqları və məhkəmə baxışı zamanı tədqiq olunan ifadələrində Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının onun narkotik vasitələri üzərində gəzdirməsi barədə olması qeyd olunmuşdur. Adı çəkilən şahidlər məhkəmə istintaqı zamanı da verdikləri sərbəst ifadələrində eyni xüsusatları, yəni Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının onun narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində gəzdirməsi barədə olmasını bir daha təsdiq etdilər, həmçinin məhkəmədəki ifadələrində onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi, yəni satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da, həmin məlumatda onun aldığı narkotik vasitənin pulunu əvəzləşdirə bilməsi üçün özünün narkotik vasitədən istifadə etməklə yanaşı, həm də bir hissəsini satdığı bildirilsə də, onlar tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Rəşadın konkret olaraq kimlərə narkotik vasitə satmasını, eləcə də narkotik vasitəni haradan əldə etməsini müəyyənləşdirmək mümkün olmadığını göstərmişlər. Məhkəmə-kimyəvi ekspertizasının 19 avqust 2021-ci il tarixli, 6/3707 nömrəli rəyinin Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın sübut etmə predmetinə gəldikdə isə məhkəmə qeyd edir ki, tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının həmin rəyi təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitə və ya psixotrop maddənin növünün, tərkibinin və kütləsinin müəyyənləşdirilməsinə dair hissədə sübut əhəmiyyətinə malikdir və bu rəy Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə edib saxlamasını, daşımasını və s. təsdiq edə biləcək sübut növü kimi qiymətləndirilə bilməz. Bundan başqa, yuxarıda göstərildiyi kimi, ibtidai istintaq orqanı həm də məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının rəyini Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın təsdiqi üçün sübut əhəmiyyətli sənəd kimi qiymətləndirmişdir ki, tədqiq olunan həmin rəy ambulator məcburi-narkoloji- tibbi-yoxlamanın nəticəsini özündə ehtiva edir, yəni təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin olub-olmaması, belə bir xəstəlik müəyyən olunduğu təqdirdə isə şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli tədbirlərin tətbiq edilib-edilməməsi məsələsi məhkəmə tərəfindən həmin rəyin nəticəsinə uyğun həll edilir. Odur ki, bu rəydən təqsirləndirilən şəxsin narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını, daşımasını və s. təsdiq edən sübut kimi istifadə oluna bilməz. Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat tapşırığına cavab məktubunun məzmununda qeyd edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə yanaşı satışı ilə də məşğul olduğu müəyyən edilmişdir. Lakin konkret olaraq kimlərə satması müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş Birləşmiş Millətlər Təşkilatının «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasının tələblərinə (19 dekabr 1988-ci il) əsasən "Qanunsuz dövriyyə" dedikdə - bu Konvensiyanın 3-cü maddəsinin 1 və 2-ci bəndlərində göstərilən aşağıdakı qəsdən törədilən hüquqpozmalar başa düşülür: İ) 1961-ci il Konvensiyasının, düzəlişlərlə olan həmin Konvensiyanın, yaxud 1971-ci il Konvensiyasının müddəalarına zidd olaraq istənilən narkotik vasitənin və ya psixotrop maddənin istehsalı, hazırlanması, alınması, təklif edilməsi, satış məqsədilə təklif edilməsi, yaradılması, satışı, istənilən şərtlə göndərilməsi, vasitəçiliyi, keçirilməsi, tranzit yolla göndərilməsi, daşınması, idxalı və ya ixracı; İİ) 1961-ci il Konvensiyasının və düzəlişlərlə olan həmin Konvensiyanın müddəalarına zidd olaraq narkotik vasitələrin istehsalı məqsədilə tiryək xaşxaşının, kokain kolunun və ya kannabis bitkisinin becərilməsi. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Lakin istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına cavabdan göründüyü kimi, Təqsirləndirilən şəxs metamfetamin pisxotrop maddəsinin və heroin narkotik vasitəsinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə istintaq orqanına təqdim olunan məlumatda Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilən hərəkətlərin konkret olaraq nədən ibarət olması göstərilməmiş, məlumat hər hansı mənbəyə əsaslanmamış, ümumi sözlərlə əhatə olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, əməliyyat orqanı tərəfindən formal olaraq verilən və yoxlanılmamış belə bir cavab mötəbər sübut kimi qiymətləndirilə bilməz. Daha sonra, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi məhkəmənarkoloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli, 3955 nömrəli rəyindən də göründüyü kimi, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin istifadəsindən nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Tədqiq olunan həmin rəyin təsviri hissəsindən göründüyü kimi, Təqsirləndirilən şəxs tədqiqat aparılarkən ekspertlərə 2 il ərzində mütəmadi olaraq heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini etiraf etmişdir (iş vərəqə: 122-123). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun dörd ədəd bükümdə aşkar edilb götürülmüş heroin narkotik vasitəsini və bir ədəd bükümdə metamfetamin psixotrop maddəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyn edilməmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş «metamfetamin» psixotrop maddəsinin çəkisi 1,315 qram olmaqla külli miqdar təşkil etməsə də, ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin çəkisi 2,824 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar təşkil edir. Lakin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarından da göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisinin 2,824 qram olmaqla külli miqdar təşkil etməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi və satmaq niyyətində olması kimi qiymətləndirilməməlidir və bu miqdar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Qeyd olunan həmin qərardan da göründüyü kimi, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin və ya psixotrop maddənin tək kütləsinin külli miqdar təşkil etməsi onun narkotik vasitələri və ya psixotrop maddələri satmaq niyyətində olması qənaətinə gəlməyə əsas vermir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutların olması zəruridir və işin digər halları nəzərə alınmalıdır. Araşdırmaya əsasən məhkəmə qeyd ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsinin 2,824 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin ayrı-ayrılıqda 4 ədəd kiçik bükümlərdə olması həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və saxlanılması məhkəmə baxışı nəticəsində təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. İstər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs verdiyi ifadələrinin heç birində narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olduğunu, satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə edib saxladığını və daşıdığını, həmçinin eyni məqsədlə qeyriləri ilə cinayət əlaqəsinə girdiyini göstərməmiş, o, ifadələrində narkoman olduğunu, narkotik vasitələr və ya psixotrop maddələri yalnız özünün şəxsi istifadəsi məqsədilə əldə edib saxladığını və daşıdığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilən Təqsirləndirilən şəxs saxlanılarkən üzərində hər hansı növdən olan narkotik vasitə və ya psixotrop maddə olmasını inkar etmiş, Polis bölməsində ona qarşı edilən fiziki təsirlər nəticəsində polisin ona verdiyi 5 bükümdə olan narkotik vasitə və ya psixotrop maddəni və bir ədəd tərəzini boynuna götürdüyünü bildirmiş, məhkəməyədək icraat mərhələsində isə verdiyi ifadələrində həmin narkotik vasitə və psixotrop maddələri özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini göstərmişdir. Suraxanı rayon Məhkəməsinin işdə olan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında 21 avqust 2021-ci il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində verilmiş təqdimatla razılaşmamış, narkotik vasitələrdən istifadə etdiyini, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmiş, 31 və 33-cü PB-nin əməkdaşları tərəfindən zor tətbiq edilməklə vəsatətdə qeyd olunan narkotik vasitələrin ona məxsus olmasını etiraf etməyə məcbur edildiyini göstərmişdir. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs adı çəkilən narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etməsini, eyni məqsədlə saxlaması və daşımasını, həmçinin hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini təsdiq edən heç bir sübut növü müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin mənasına və Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının on dördüncü bəndindən irəli gələn tövsiyyələrə əsasən məhkəmə qeyd edir ki, narkotik vasitələr və ya psixotrop maddələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda, həmçinin eyni əməl qabaqcadan əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girməklə törədildikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması öz təsdiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar edilib götürülən heroin narkotik vasitəsinin külli miqdar meyarına, istintaqçının özünün hüquq düşüncəsinə, fərziyyə və şübhələrinə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsindən həmin Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsifi məsələsinə hüquqi qiymət verərkən belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi eyni əməlin külli miqdarda törədilməsini, yəni əməlin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və s., yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməlinin törədilməsini nəzərdə tutur və əməl ağırlaşdırıcı xarakterə malik olub Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə daxil edilmişdir. Lakin Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və yaxud satması təsdiq olunmadığından, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan əməl həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif olunmalı, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla sonuncu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadələrində ondan heroin narkotik vasitəsinin aşkar edilib götürülmədiyi, həmin narkotik vasitənin ona polis əməkdaşları tərəfindən verilməsi barədə göstərdiklərini ona təyin olunmalı cəzanın yumşaldılması və ya cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 104-105). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2009, 2010 və 2011-ci il təvəllüdlü üç nəfər azyaşlı uşaqları vardır (iş vərəqə: səh. 109- 111). İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: səh. 107). İstər məhkəmə baxışı zamanı dindirilərkən və istərsə də son sözlə məhkəməyə müraciət edərkən Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olduğunu bildirmiş və məhkəmənin cəza təyin edərkən himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını, özünün ailənin yeganə qazancgətirəni olmasını və əməlindən səmimi peşmanlığını nəzərə almağı xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu, onun əvvəllər məhkum olunmadığını, əməlindən səmimi peşman olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan sanksiya daxilində, ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın 14 oktyabr 2021-ci il tarixli, 3955 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan az ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 18 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 18 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 avqust 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 avqust 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxsqanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,744 qram heroin narkotik vasitəsi, 1,265 qram metamfetamin psixotrop maddəsi və 1 ədəd elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 88,70 (səksən səkkiz manat, 70 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 18 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,744 qram heroin narkotik vasitəsi, 1,265 qram metamfetamin psixotrop maddəsi və 1 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 88,70 (səksən səkkiz manat, 70 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-403/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-403/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver